text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Yaddaşlarda ömürlük yanan Ulutürk işığı. Əvvəlcə şeirləri ilə qanadlandım. Sonra özünü görmək istədim. Çox sevdiyim unudulmaz şairimiz Xəlil Rza Ulutürkü görmək üçün o vaxt yataqxanada yanında qaldığım böyük bacımla xəstəxanaya getdim... Və bu gün ondan söhbət açmağın özü də bir səadətdir, deyə düşünürəm... Çünki q... | ANL |
Dünya ədəbiyyatında elə əsərlər var ki, insanın yaddaşında qalır, öz xatirənmiş kimi daim qarşına çıxır. Günlərcə, həftələrcə əsərin personajlarını unuda bilmirsən. Əsərin dünyasında silkələnir, çabalayır, ağlayır, tramvalar alırsan. Knut Hamsunun "Aclıq" əsərindən yazmağa çalışacam. Deyilənə görə, avtobioqrafik ... | ANL |
Ekzistensializm etüdləri. Ekzistensializmin yaranması və növləri. Ekzistensializmin (varoluşçuluğun) meydana çıxması, ümumilikdə bu anlayışın kim tərəfindən və nə zaman yaradılması məsələsi də onun nə olması kimi mübahisəli, bir o qədər də qarışıq mövzudur. Belə ki, bu fəlsəfi cərəyanın özündə ehtiva etdiyi xüsusiyyət... | ANL |
Özünü Don Kixot kimi görən Əhmədağa öncə birincilərdən olduğu kimi görünsə də, sonradan fikrimizi dəyişməyi bacardı. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yeni tamaşası "Bizim Don Kixot"dan danışırıq. Görmüşük, doğum günü olan insana dostları, əzizləri, sevənləri hədiyələr hazırlayarlar. Amma Xalq arti... | ANL |
İçimizdəki narahatlığı mətnə daha asan çeviririk, nəinki xoşbəxtliyi. Xoşbəxtliyi paylaşmaqda sanki paxılıq. Bəlkə də mətnlərdə xoşbəxtliyin nazik üfüq xətti kimi görünməsinə səbəb də budur. Onu təqdim etmək bizə yaddır. Mətnlərdə (ya da dostlarınıza danışdığınız sıradan bir əhvalatda) Qərb təfəkkürü ilə düşünmək və şə... | ANL |
Şairlər şeirlərində, bəstəkarlar musiqilərində, rəssamlar tablolarında Nəsimi nəfəsini yaşadır, tədqiqatçılar dahi şair-filosofun irsini yenidən toplamaqla, açılmayan mətləbləri araşdırmaqla məşğul olurlar. Xarici ölkələrdə Nəsiminin qəzəllərindən ibarət kitablar nəşr olunur, haqq şairimizin adı, həqiqətləri büt... | ANL |
Cümhuriyyət irsinin tədqiqinə sanballı töhfə. Müsəlman Şərqinin ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində dünyada, xüsusilə bir əsrə yaxın müddətdə tərkibində olduğu Rusiya imperiyasının milli ucqarlarından sayılan və onun da yerləşdiyi Cənubi Qafqaz bölgəsində gedən və müstəq... | ANL |
Pərvin: "Bütün günahlar təbiətdədir". Bugünlərdə "The MOST" dərgisinin növbəti sayı işıq üzü görüb. Dünyanın müxtəlif ölkələrində, rusca yayımlanan dərginin bu nömrəsi ədəbiyyata həsr olunub və səhifələrində müxtəlif sənət adamları haqqında məqalələr, onların müsahibələri yer alıb. Yazıçı Pərvinin elə həmin nömrə... | ANL |
Üsyankar tələbənin düşündürən esseləri. Rəşad Məcidin kitaba yazdığı ön sözü oxuculara təqdim edirik. Türkanla tanışlığımın tarixçəsi də elə həmin dövrə təsadüf edir. Gözüm həmişə fərqli düşüncəli, istedad işartıları olan, zəhmətdən, çalışmaqdan qorxmayan tələbələri, jurnalistikaya həvəsi olan gəncləri axtarıb. Bu ə... | ANL |
ABŞ-da yaşayan rejissor Elmar Bayramov: "Amerikada uğur qazanmağın çoxlu yolları və üsulları var". Müsahibimiz Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı rejissor Elmar Bayramovdur. O, özünü və ölkəsini dünyada tanıtmaq, sənətin daha yüksək pillələrinə qalxmaq arzusundadır. E.Bayramov əvvəlcə "Don Marleone" a... | ANL |
Qəhrəmanlıq dastanı - insan faciəsinin təsviri. Bu dəfə Lesli Blanşın "Cənnətin qılıncları" tarixi romanını oxudum. Əvvəlcə bir az çətin oldu, lakin getdikcə dramatizm, tarixi hadisələrin ardıcıllığı bir oxucu kimi məni çəkib apardı. Həcmli romandır, ona görə gərginlik yarandı. Kitabın özü haqqında sözümüzü deməzdən ön... | ANL |
Özbək dramaturqun kitabı Azərbaycan dilində. Müasir özbək ədəbiyyatının tanınmış ədəbi simalarından biri, publisist, yazıçı, şair, dramaturq, Özbəkistan Yazıçılar Birliyinin üzvü Qoşqar Narqabilin "Xoşbəxtliyin bazarı varmı?..." adlı kitabı Azərbaycan dilində nəşr olunub. AZƏRTAC xəbər verir ki, Özbəkistandakı H... | ANL |
"Əli və Nino" filmi Afinada nümayiş etdirilib. Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Afinada "Əli və Nino" filminin nümayişi keçirilib. Tədbirdə Yunanıstan Prezidentinin diplomatik xidmətinin, Xarici İşlər Nazirliyinin əməkdaşları, Afinada akkreditə olunmu... | ANL |
İtaliyada İkinci Azərbaycan Film Festivalı başlayıb. İyunun 20-də Romanın "Villa Borghese" parkındakı tarixi "Casa del Cinema" kino evində İtaliyada İkinci Azərbaycan Film Festivalının rəsmi açılışı olub. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, Azərbaycan Respu... | ANL |
Moskvada Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb. Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin qəbul evində Azərbaycanın və Rusiyanın tanınmış rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Xalq rəssamı Tahir Salahovun sərgisi təşkil edilib. AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində RF ... | ANL |
Milli Kitabxanada Abbasqulu ağa Bakıxanovla bağlı sərgi. AZƏRTAC xəbər verir ki, sərgidə ədibin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında olan kitablar, qəzet və jurnal məqalələri nümayiş olunur. Sərgi bir həftə davam edəcək. | ANL |
Rəşad Məcid "Karolun bağına gəl, səni gözləyirik" deyəndə, çox sorğu-sual etmədən yola çıxmışdım. Fikirləşmişdim ki, hər halda "Karolun bağı" restoran adıdır, Novxanı dairəsinə gedib, sağa dönən kimi tapa biləcəm. Sahilə qədər gəldim, sağa-sola baxdım, gözümə otellərdən və çimərlikdən başqa nəsə dəymədi. Hardan bilə... | ANL |
Kamal Abdulla: "Heç bir tələbəni müəllimin, heç bir müəllimi də tələbənin ayağına verməyəcəm". AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN REKTORU, XALQ YAZIÇISI, AKADEMİK KAMAL ABDULLANIN "BBC AZƏRBAYCAN"A MÜSAHİBƏSİNİ TƏQDİM EDİRİK. - Kamal müəllim, bu günlərdə sosial şəbəkələrdəki səhifələrdən biri sorğu keçirmişdi və... | ANL |
Bu yazını yazmağım maraqlı bir vaxta - Belarusun paytaxtı Minsk şəhərində keçirilən İkinci Avropa Oyunlarına təsadüf edir. Oxucumuz sual verə bilər ki, qəhrəmanımızla bu mötəbər idman yarışının nə əlaqəsi var? Ancaq onu yaxından tanıyanlar yaxşı bilirlər ki, hazırda Türkiyənin Antalya şəhərində yaşayan həmyerlimi... | ANL |
Asılmaq var bir ömürün dorundan, Tutunmaq var bir ocağın qorundan, Qorxu yoxdu bu həyatın zorundan, Öz yükünü çəkə bilən adama... Zalımlığı, fağırlığı nə imiş, Bəxtin belə sağırlığı nə imiş. İgidlər var pay payladı qanından, Ətri gəlir vətənin hər yanından... Bilinmirsə, torpaq üçün canından, Keçməyən də birdi, keçən d... | ANL |
Əsgərə məktub. Müqəddəs borcunu ödəyən əsgər! Səni yağılardan qoruyur səngər, Sən isə Vətənin keşiyindəsən! Artacaq get-gedə gücümüz bizim, Tarixə çevrilən vaxt da güzgüdür;. Qürurla qulluq et, çünki, əzizim, Ən yeni silahlar özümüzküdür! Ölkə rəhbərinin əmrini hər an. Səbrlə gözləyən mərdlərə alqış! Yurdun qan çilən... | ANL |
Uca dağların, gen dərələrin ətəyində suyu bol, torpağı bərəkətli balaca bir kənd var idi. Camaat ormanlarda, göz işlədikcə uzanıb gedən otlaqlarda mal-heyvan saxlayır, buz bulaqlardan su içib şad-xürrəm yaşayıb dərd nə olduğunu bilmirdi. Buna görə də hamı uzun ömür sürürdü. Adamlar yaşayıb-yaşayıb yaşlanar, sonra ... | ANL |
Yeni məkanın, ölməzliyin mübarək, ustad! Siz Azərbaycanı, öz xalqınızı çox sevirdiniz və həmişə, hər yerdə başucalığı gətirdiyin bu xalq da sizi heç vaxt unutmayacaq! Mən bu sətirləri mayın 9-da əllərim əsə-əsə, klaviaturanı görməyimə mane olan göz yaşlarımı cib dəsmalıma hopdura-hopdura yazmışdım - ustadın ruhu... | ANL |
Ərtoğrol Cavid taleyi və bir ailənin dramı. Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 18-də Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncamla Ərtoğrol Cavidin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında geniş qeyd... | ANL |
Bölgələrdən paytaxta teatr çələngi. Son illər teatr sahəsində bir canlanma olduğunu görməmək, danmaq mümkün deyil. Mədəniyyətin ayrı-ayrı sahələrində olduğu kimi, teatra da dövlət qayğısı, yaxşı mənada, göz qabağındadır. Ancaq adamı hərdən bir məsələ düşündürür, görəsən, bu canlanma təkcə paytaxt ərazisinə aiddi... | ANL |
Sizə hardan deyim, kimdən xəbər verim? Talesiz tərcüməçi işindən... Şərq dillərindən gözəl tərcümələrin müəllifi, şair Mirmehdi Seyidzadə vaxtilə deyirdi ki: Otururam hər cümə, Eyləyirəm tərcümə, Düşünürəm yarayar. Xırda-para xərcimə. İndiki vaxtda külfəti quru ziyalı maaşıyla keçindirmək çətindir. Odur ki, mən xırda-... | ANL |
Bakı Xoreoqrafiya Akademiyasının növbəti uğurlu layihəsi. Bakı Xoreoqrafiya Akademiyası yarandığı ilk gündən Azərbaycanın mədəni həyatına bir canlanma gətirib. Mükəmməl çoxpilləli təhsillə yanaşı, biri-birinin ardınca keçirilən tədbirlər, təhsilə, musiqiyə və dünyaya baxış nöqteyi-nəzərindən Akademiyanın ictimaiyyət... | ANL |
Fikirlərimiz - ünvanımız və qismətimiz kimi... Ən yaxın qohumlarından biri ağır xəstələnmişdi. Son dərəcə savadlı, ensiklopedik biliyə malik olan bu adam daha çox türkəçarə bilicisi kimi tanınırdı. Yazdığı kitablarda da bu malicə üsuluna çox önəm verdiyini qeyd edərək bir sıra xəstəliklərin bitkilərlə asan şəkildə sağ... | ANL |
Şəxsiyyətin və sənətin kamilliyi. Bu yaxınlarda "Ədalət" qəzetində tanınmış yazıçı-jurnalist Rafiq Hacıyevin "Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı" adlı bədii-sənədli portret-povestini silsilə halında oxudum. Doğrusu, yazının başlığı ilk baxışdan məni tutdu. "Min bir gecə" hekayətlərinin üslubunu tətbiq ed... | ANL |
Neçə vaxtdır qulağımız səsdə, gözümüz yoldadır. Jurnalist, esseist Türkan Turanın həyəcanı yerə-göyə sığmırdı. Öz sevgilisini gözləyən aşiq, balasını gözləyən ana kimi həsrətlə, intizarla, sonsuz sevgiylə gözləyirdi "O"nu. Bilirdik nələrə qadir olduğunu, amma ilk dəfə görəcəkdik. Mən zala ilk girəndə gözüm Türkanı ... | ANL |
Təsadüfdənmi, yoxsa nədənsə, Xalq yazıçısı Anarın övladlarını bir yazıçı kimi ilk dəfə elə onun əsərləri vasitəsilə tanımışam. Xatırlayıram, Günel Anarqızı imzasını məktəbin son siniflərində oxuyarkən bir gün ədəbiyyat müəllimimin əlindəki ağ kitabda görmüşdüm. Kitabın üz qabığında yuxarı tərəfdə "Anar: Ağ liman, Beş... | ANL |
İyunun 22-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsindən məlu... | ANL |
Firəngiz Əlizadənin "Nəsimi Passionu"nun yeni beynəlxalq uğuru. Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətini dünya miqyasında layiqincə təmsil edən isdedadlı bəstəkar, virtuoz piano ifaçısı, tələbkar pedaqoq, geniş düşüncəli musiqişünas alim, yorulmaz ictimai xadim, eyni zamanda, gözəl insan, nəcib və ... | ANL |
Qələmsiz yazılanlar. sms-esselər. Fərqli ovqatların əksi. Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın adama, bəlkə, gələcək kitabımın redaktoruna göndərilib. Amma hansı niyyətlə? Bəlkə, bir romanın eskizləri, parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafik, öz... | ANL |
Tədbirdə AYB rəhbərliyi, jurnalda tərcümələri çap olunan müəlliflər, ziyalılar və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu dərgi haqqında ümumi məlumat verib: “Artıq 5 ildir ki, “Dünya ədəbiyyatı” dərgisini... | ANL |
“Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı çapdan çıxdı. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı nəşr edilib. İnstitutdan AzərTAc-a bildirilib ki, kitabda ümumtürk klassik ədəbiyyatının görkəmli nümayəndəsi, türkmən xalqının mütəfəkkir şairi Məhtimqulu F... | ANL |
Görkəmli türkoloq Fərhad Zeynalov elmi seminarla anılıb. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının nəzdində "Azərbaycan türkologiyasının Bayraqdarı-Fərhad Zeynalov" adlı növbəti seminar keçirilib. Seminar iyunun 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tu... | ANL |
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair Xosrov Natilin "Ovcumun içində buğda dənəsi" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış qələm əhli, oxucular və media nümayəndələri iştirak ediblər. Onunla birgə çalışdığımız vaxtlar da olub. Xosrov Natil çox təvazökar insandır. Sak... | ANL |
"Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri" müzakirə edilib. İyunun 21-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Pakistan Muslim İnstitutunun iştirakı ilə "Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransı giriş sözü ilə AMEA-nın vitse-p... | ANL |
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın görkəmli elm xadimi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyinə həsr edilmiş sərgi təşkil olunub. Ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr ed... | ANL |
Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycanın ordu quruculuğunu, hərb tariximizi əks etdirən kitablar və dövri mətbuat materialları nümayiş olunur. Xatırladaq ki, tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriy... | ANL |
Müəllim sarıdan bəxtim həmişə gətirib. Ağcabədinin kənd məktəbində birinci sinifə gedəndə də, sonra Ağdam səhər 1 saylı orta məktəbdə oxuyanda da, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alanda da... Jurnalistika fakültəsinin müəllimlərinin təmənnasızlığı bu günün özündə də adla deyilir. Bu ən... | ANL |
- Zamanı gələndə meyvələri olsun deyə. Sənlə qardaşların böyüyəndə toplasın, yesin deyə. Meyvə meyvədir də. Nəvə yenə güldü. Baba təmkinlə işinə davam etdi. Nəvənin marağı daha da artdı. - Dinləməyi öyrənirsən, danışmağı öyrənirsən. Nəvə tamam çaşdı qaldı. Baba yenə gülümsündü. Suallar yağışı güclənməyə başladı. - Pa... | ANL |
Ərtoğrol Cavid taleyi və bir ailənin dramı. 1981-ci ildə "gənc yaşlarından çətin sınaqlar qarşısında qalmış və bu sınaqlardan şərəflə, ləyaqətlə çıxmış" (Xalq yazıçısı Anar) Ərtoğrol Cavidin xatirəsinə həsr olunan ilk televiziya verilişi tamaşaçılara təqdim edildi. Xalq yazıçısı Anarın təşəbbüsü və aparıcılığı ... | ANL |
Müdrik ziyalı, xeyirxah insan və kamil müəllim. Əli Nuriyev respublikamızda geniş profilli görkəmli iqtisadçı alim kimi tanınıb. Onun 270-dən çox müxtəlif həcmli və məzmunlu əsərlərində ifadə olunan yaradıcılığı bir qayda olaraq regional siyasət və idarəetmənin, dövlət idarəetməsi, iqtisadi rayonlaşdırma və inzib... | ANL |
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm... | ANL |
Valideynləri Səxavətin məktəbə getməsi, təhsil alması qayğısını çox çəkdiklərindən o, mükəmməl təhsil alıb. Səxavət deyir: "Məndə poeziyaya yaranan sevgi anamın uşaqikən dediyi öykülər (hekayə), habelə bayatılardan qaynaqlanıb. Bugünədək iki kitabım işıq üzü görüb. "Aşıqlardan işıqlar" isə nəşriyyatda çap prosse... | ANL |
Abid Tahirli: "Odlar yurdu" qəzeti mətbuat tariximizin qürurverici səhifəsidir". Müasir Azərbaycan mətbuatı salnaməsinin dəyərli səhifələrindən biri də Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin orqanı olan "Odlar yurdu" qəzetidir. Ötən əsrin 80-ci illərinin sonları kimi qaynar b... | ANL |
"Mürtəce" Azərbaycan romantikləri. Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir. Bu romantiklərin içərisində Əbdülxalıq Cənnəti, Ağadadaş... | ANL |
Keçmiş Sovet dönəmində çəkilən filmlərin əksəriyyəti çox dəyərli və baxımlı idi. Onların içərisində "Qruzinfilm" studiyasının təqdim etdiyi nümunələrin geniş tamaşaçı auditoriyasında xüsusi hörməti və yeri var idi. Filmlərdəki rejissor ustalığı adamı valeh edirdi. Bu yaxınlarda o vaxtdan qalma jurnalları vərəqlə... | ANL |
Böyük şəxsiyyətlər haqqında böyük tədqiqat. Redaktor və ön sözün müəllifi Nizami Cəfərovun da qeyd etdiyi kimi, kitabda xronoloji ardıcıllıqla dramatik məqamlar, informativ zənginliklə təfsilat-təfərrüat miqyası bir-birini tamamlayır, münasibətlərin harmoniyasından bitkin simfoniya yaranır. Ön söz müəllifi tədqiq... | ANL |
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Təqribən 5 min illik dövlətçilik tarixinə malik olan Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, e... | ANL |
Hürufilərə qarşı iki inkvizisiya məhkəməsi. NƏSİMİ VƏ DAVAMÇILARI MƏMLUK SULTANLARININ VƏ ÜLƏMANIN HƏDƏFİNDƏ. (Bu yazının qısa variantı 15-17 iyun 2019-cu il tarixdə Yaponiyanın Vaseda Universitetində keçirilən Beynəlxalq VI Məmluk Tədqiqatları konfransında elmi məruzə kimi təqdim edilib). Hürufilik təlimi müsəlman... | ANL |
Uzaq və yaxın Meksika. Əvvəli ötən şənbə saylarımızda. Aqustin İturbuda yıxıldıqdan sonra Meksika siyasətçiləri müəmmalı şəxsiyyət olan Antonio de Santa Annanın ətrafında birləşdilər. O, prezident kürsüsünə əyləşdikdən sonra antiklerikal qanunvericiliyi ləğv etdi. Onun prezidentliyi dövründə Texas üzərində çətinliklə... | ANL |
... Nəhayət, masa arxasına keçib nədən yazacağınızı düşünəndə, əlbəttə, bu yazının həyatınızın bir fraqmenti olub-olmayacağı həmin an ağlınıza gəlmir. Şüuraltı məlumatların oyanması, təxəyyülümüzün metafizik qatları, məntiqimizin İQ səviyyəsi və sairlər. Yazı nə qədər həyatdan gəlməlidir? Nə qədər yaşadıqlarımızın iç... | ANL |
Aramızdan vaxtsız getmiş dəyərli söz adamı İnqilab Həsənlinin imzası bir zamanlar fəallığı, sözü isə sanbalı və dəyəri ilə seçilirdi. Onun radioda, yazılı mətbuatda çıxışları, publisistik yazıları maraqla izlənilirdi. Şeirlər və hekayələr yazırdı, şair və nasir kimi ədəbiyyatımız üçün gələcək vəd edirdi. Lakin d... | ANL |
Vazeh irsinə möhtəşəm abidə. Xalq Bankın "Xalq Əmanəti" mədəniyyət layihəsi öz oxucularına on səkkizinci dəfə sevinc bəxş etdi. Yeni nəşr XIX əsr görkəmli Azərbaycan şairi, mütəfəkkiri, maarifçi-pedaqoqu Mirzə Şəfi Vazehin bütün yaradıcılığını üç kitabda birləşdirir. Xalq Bankın bədii qalareyasında şairin bütün ir... | ANL |
Gənc yazıçı Nicat Həşimzadənin üçüncü kitabı "Boşluqdan qaçış" romanında gənc nəslin yaşadığı mənəvi boşluğun səbəbləri axtarılır. Romanda, həmçinin, maddi çətinliyin sevgi münasibətlərinə necə əngəl olduğu mövzusuna da toxunulub. Müəllif kitabda, əsasən, yaradıcı adamların yaşadığı dərin boşluğun mahiyyətini v... | ANL |
İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi) eyni adlı jurnalının 17-ci sayını böyük Azərbaycan şairi İmaməddin Nəsimiyə həsr edib. Jurnalda Türkiyənin və Azərbaycanın tanınmış qələm adamlarının Nəsimi haqqında məqalələrinə yer verilib. Professorlardan Atabey Kılıçın "Seyid Nəsimiyə dair", Ziya Avşar... | ANL |
Ekzistensializm etüdləri. Ekzistensializmin fərqli yönlərdən tənqidi. Yarandığı gündən bəri cəmiyyətdəki müxtəlif qruplar tərəfindən tənqidə məruz qalan ekzistensializm, bu tənqidlər qarşısında aciz idi. Jan-Pol Sartrın ekzistensializm səhnəsinə çıxması bu tənqidləri daha da artırdı və kəskinləşdirdi. Onun siyasi... | ANL |
"Mürtəce" Azərbaycan romantikləri. Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir. Bu romantiklərin içərisində Əbdülxalıq Cənnəti, Ağadadaş ... | ANL |
Türkmən şairi Fəraqi Bakıda elmi konfransla anılıb. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan "Məhtimqulu Fəraqi - Azərbaycan-Türkmənistan qardaşlığının rəmzi kimi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları M.Fə... | ANL |
Mərkəzi Elmi Kitabxanada Fəxrəddin Əlinin əsərləri sərgilənir. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam Fəxrəddin Əlinin rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. Fəxrəddin Əli 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri... | ANL |
Xalq yazıçısı Elçinin uşaqlar üçün yeni kitabı. Xalq yazıçısı Elçinin "Mənə niyə gülürlər" adlı kitabı çapdan çıxıb. Kitaba müəllifin uşaqlar üçün yazdığı hekayələr, eləcə də tapmacalar, yanıltmaclar, oxşar sözlərlə yazılmış miniatürlər toplanıb. "Təhsil" nəşriyyatı müəllifi kiçik oxuculara təqdim edərək yazır: "Əz... | ANL |
Birdən-birə olmur, yavaş-yavaş... Bəzən nə olursa olsun, bitməyəcəyinə elə əmin oluruq ki, meydanında çapdığımız atı şahə qaldırıb, tozu dumana qatırıq. Bir gün çox güvəndiyimiz, dünya dağılsa belə, ona heç nə olmayacağını zənn etdiyimiz münasibətimiz darmadağın olur. Həmin an yer məhvərindən oynayırmış kimi silkələn... | ANL |
Bugünlərdə saytlar serb rejissoru Emir Kusturitsanın Belqrad Kitab yarmarkasındakı çıxışını yaydı... Elə adı ilə ürəyimdən tikan çıxaran mətni dəfələrlə oxudum və bir növ böyük sənətkarın həyəcan təbili kimi dəyərləndirdim. Bu, əslində, gerçək dəyərlərin sürətlə deqradasiyaya uğradığını görən, müşahidə edən hər kəsinr... | ANL |
Xeyirlə şərin mübarizəsi nə vaxtdan başlayır? Nə vaxta kimi davam edəcək? Sonda hansı qalib gələcək? Bu taleyüklü suallar hələ ilk zamanlardan insanları düşündürməyə başlayıb. Xoşbəxtliyin əsasını tapmaq, şərə qarşı vuruşmaq, dünyanı pis əməllərdən xilas etmək, onu şərin cəngindən qurtarıb xeyirin əbədiyaşar qələbəsinə... | ANL |
Hörmətli Şəfəq Nasir! Çox təəssüf edirəm ki, zamanında, vaxtında yazılmalı olan, dövrünə görə ədəbi meydanda olanların əvəzindən bu məktubu sizə az qala bir qərinəyə qədər ötmüş zamandan sonra yazıram. Əvvəlcə bir-iki kəlmə nə üçün gecikməyimin səbəbini anlatmaq istərdim. Kitablarınızın - əlbəttə, mətbuatda dərc... | ANL |
Cəmiyyət və müəllim. Vaxt itkisi mənim üçün problemə çevrildiyindən yol boyu kitab oxuyuram. Bir neçə dəqiqə keçmişdi ki, cavan bir xanımın səsi diqqətimi yayındırdı: "Siz niyə belə edirsiz? məktəbə göndərmişəm. Xanım eyni sözləri deyir, tez-tez təkrarlanan "özüm gəlirəm ora" - hədələyici ton sinirlərimə toxunurdu. Də... | ANL |
Azərbaycan polisi: asayişin və təhlükəsizliyin sədaqətli əsgəri. 26 il bundan əvvəl Ümummilli lider Heydər Əliyev inkişafın və müstəqilliyin Azərbaycan modelinin təməlini qoydu. Bu təməl üzərində inşa edilən və dünyanın hər yerindən görünən - Ulu öndərin əsəri olan müstəqil Azərbaycan bütün azərbaycanlıların qür... | ANL |
"Ovqat"ın ictimai marağa xidmət missiyası. Azərbaycan televiziyası - AzTV yarandığı ilk çağlardan bu günə kimi özünün bütün proqram formatlarında maarifçilik missiyasını əsas istiqamət seçmişdir. Klassik Azərbaycan maarifçilərinin bu sahədəki arzu və istəklərini, dünyagörüşünü televiziyaya transfer etmiş AzTV bu ... | ANL |
Məhəbbətdən doğan əsər. 1973-cü ildə dahi şairimiz Nəsiminin anadan olmasının 600 illik yubileyi Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə təntənəli şəkildə keçiriləndə mən İraqda ezamiyyətdə idim. Xalq şairi Qabilin çox böyük və sanballı "Nəsimi" poemasını özümlə İraqa aparmışdım. Möhtərəm Prezidentimiz İlham Əliy... | ANL |
Füzuli irsinə sonsuz məhəbbətlə... TƏDQİQATÇI ZƏKULLA BAYRAMLININ YENİ KİTABI HAQQINDA QEYDLƏR. Füzuli şeiriyyətindən ilhamlanan, öz elmi axtarışlarını bu əsasda quran tanınmış ədəbiyyatşünas, fədakar tədqiqatçı Zəkulla Bayramlının böyük şairin yaradıcılığı ilə bağlı ikinci kitabı işıq üzü görüb. Onu ələ alınca ... | ANL |
Yeddinci onilə layiqli yekun. Hər bir alim, yaradıcı insan haqqında söhbət düşdükdə, ilk növbədə onun əsərləri, elmi irsi göz önündə canlanır. Bu mənada Azərbaycanın filologiya elmində öz dəst-xətti ilə seçilən alimlərimiz az deyil. Belə alimlərdən biri də türkoloji ictimaiyyətin yaxşı tanıdığı professor Nizami Xudiye... | ANL |
Ulduzlar arasında. Bu sitata istinad edən isə Azərbaycan Mətbuat Surasının sədri, millət vəkili Əflatun Amaşovdur. Özü də millət vəkili Elmira Axundovanın "Dostlarımın gözəl cizgiləri" kitabına yazdığı ön sözdə. Məsələ burasındadır ki, Elmira xanım ötən ay ağsaqqal şairimiz Səyavuş Məmmədzadənin mənzilində gerçək... | ANL |
Qarışdı göz nurum yaşlara getdi... Mən düz anlamadım vədini deyək. Bu da belə, bu da səhv bir aldanış, İstəyirsən səhvlərini düzəldim? Sevənlərin Allahı var nə yaxşı, Və nə yaxşı bitmir ümid-arzusu.. Yenə tutdu damarımın tərsliyi, Gəlmədi ki, heç eynimə iynələr. Bax elə indicə bu yer üzündən, Səni çıxaracaq sonuncu küç... | ANL |
AZƏRBAYCAN DÖVLƏT MUSİQİLİ TEATRININ DİREKTORU, ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ ƏLİQİSMƏT LALAYEV TEATR SƏNƏTİMİZLƏ, HƏMÇİNİN, RƏHBƏRLİK ETDİYİ KOLLEKTİVİN FƏALİYYƏTİLƏ BAĞLI SUALLARI CAVABLANDIRIB. Ötən müddətdə bu proqramın icra vəziyyəti barədə nələri demək istərdiniz? - Əslində, bu proqramda irəli sürülən tələbləri... | ANL |
Martın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının, dosent Fikrət Məlikovun kursunun tələbələrinin ifasında Şekspirin "Otello" əsərinin tamaşası nümayiş olundu. Həmin gün ADMİU-nun Tədris Teatrında yenə də izdiham vardı. Tamaşaya hələ çox qalsa da, artıq dəhliz insanla dolu idi. O... | ANL |
Sözün bənövşə duruşu. “Səsinin bənövşə duruşu vardı”. Qatlayaraq bir ucundan, Qarabağı xalı kimi. Düşmən şələləyib getdi, Dədəsinin malı kimi... Buztək İsa bulağının, Qaynayan gözü üşüyür. Alovun özü üşüyür. Kişilərin başı əyik, Qadınların boynu bükük. O qədər yorğunam, barmaqlar belə, Hərflərə qonmağa tənbəllik edir. ... | ANL |
Siseronun məhkəmədə qələbə çalması. Ən qorxulusu ikinci qardaş Lutsi idi. O, Siseronu qubernator sarayındakı kral otağında qəbul etdi. Yerindən qalxmadan dedi ki, “Roma əyalətində qiyam qaldırmaq xəyanətkar bir cinayətdir”. Siseron cavab verdi ki, “Bu da xəyanətkar bir cinayətdir ki, xalqı və Roma xalqını, onun təy... | ANL |
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə, bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir ... | ANL |
Qarabağın rəsmi... Böyük türk şairi Nazım Hikmət şeirlərindən birində dostu, rəssam Abidin Dinoya müraciətlə “Sən mutluluğun rəsmini çəkə bilərmisən Abidin? Xoşbəxtlik andı - deyirlər, ya da arzuların gerçəkləşməsidi. Ona görə dəqiq şərh etmək, resept vermək mümkün deyil. Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə ... | ANL |
Unudulmaz sənətkarın xatirəsinə dərin hörmətlə... Mənə bir sərgi salonu verin! Orda bir insan şəkli asacağam, görünsün dünyanın hər yerindən: zamanın keçmişindən, dövranın indisindən, əsrin gələcəyindən. Fəxr edib ki, bu sənət məbədinin nəhəng səslər xəzinəsində onun da səsi var və bu səs heç zaman pozulmayacaq... | ANL |
O, ömrü boyu qəlbinə yaxın bildiklərini ürəkdən sevib. Dərk edərək, duyaraq, dərindən tanıyaraq sevib. Həyatı uzunu sevgisinin hədəfləri, ünvanları dəyişə bilib. Amma sevməkdəki bu xisləti heç vaxt Nəsimini tərk etməyib. Lakin onun ömürlük davam edən, heç vaxt ünvanı dəyişməyən, atəşi soyumayan bir məhəbbəti, hə... | ANL |
Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq? TƏNQİDİMİZ VƏ ƏDƏBİ PROSESİMİZ ƏTRAFINDA BİR NEÇƏ SÖZ. Bənna necə hörürsə, yazıçı da sözləri o cür ölçüb-biçərək, cümlələri bir-birinə bağlayaraq, öz düşüncələrinin, hiss-həyəcanlarının bütöv bədii mətnini yaradır və tənqidçi həmin mətnə nəzəri-estetik qiymət verir... | ANL |
Kiçik həyatlardan böyük filmlərə. NURİ BİLGƏ CEYLAN YARADICILIĞI HAQQINDA İKİNCİ YAZI. Ceylanın demək olar ki, bütün filmlərində verdiyi mesajın bircə cümləyə sığışdırılmış şəkli... Təkdir insan oğlu. Bu yaxınlarda baxdığım bir video çarxda təklikdən danışırdı adam. Təklik və darıxmaqdan. Söhbətinin bir yerində di... | ANL |
Tamamilə yeni poeziya yaratmağın mümkünsüzlüyü postulatı ilə barışan şairlər ona yeni çalarlar əlavə etməklə fərqliliyə meyllənirlər. Çağdaş poetik diskurs mümkün alternativ variantlar “istehsal” və təqdim edən, ənənəni dağıdan yeni qaydalarla mövcuddur. Poeziya sözün yaratdığı imkanlar sərhədini aşıb digər sənə... | ANL |
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b... | ANL |
Ayağa qalxıb pəncərədən küçəyə baxa bilsəm, görəcəm ki, hər yan qaranlıqdır, gecə sim-siyah, dalğalı saçlarını xəlvətcə açıb töküb dünyanın sinəsi üstünə - kefdədir dünya, mənsə qalxa bilmirəm, yata da bilmirəm, mədəm göynəyir, yerimin içində ilan kimi qıvrılıb-dururam. Yorğanı başıma çəkib xımır-xımır düşünürəm - ... | ANL |
Mərhum dostumuz Yaqub Əsgərov yaşasaydı, bugünlərdə yubileyini - anadan olmasının 75 illiyini qohumları və dostları ilə birlikdə qeyd edəcəkdi. Təəssüf ki, o, cəmi 63 il yaşayaraq dünyasını dəyişməklə bizi həmin yubileyi birlikdə keçirmək səadətindən məhrum etdi. Yaqub müəllimlə təhsilimiz və xidməti vəzifələrimizl... | ANL |
Akademik Həmid Araslı görkəmli mətnşünas alim kimi. Dərin erudisiyaya, geniş yaradıcılıq diapazonuna, elmi maraqlara malik akademik Həmid Araslı orta əsrlər Azərbaycan ədəbiyyatının, folklor və aşıq poeziyasının, ədəbi əlaqələrimizin tədqiqatçısı olmaqla bərabər, görkəmli mətnşünas olmuşdur. Əslində, H.Araslı kimi... | ANL |
İlk Güneldən Günel Anarqızına. Qadın yaradılışdan qorumaq, hifz etmək missiyasını öz üzərinə götürüb. Analıq instinkti - deyilən anlayış da mahiyyətcə budur elə. Tarix kitablarından oxuyuruq ki, hələ ibtidai icma quruluşundan belə imiş, qadın odu-ocağı, istiliyi qoruyurmuş. İcmalar, quruluşlar, sivilizasiyalar bi... | ANL |
Mən də pərdəsiz pəncərəmdən rüzgarın ağaclara sığal çəkməsinə baxırdım. demişdim. Mən bir ovuc yuxu payıydım Sədnik Paşa və Əkbər Qoşalının şeir dünyasındakı yollarda... Mən yolları bilərzik edib biləyimə dolaya bilmişdim, mən yolların bəzənməsini yarımın gəlişinə bağlaya bilmişdim, amma heç vaxt ürəyimi yolçu etməmişd... | ANL |
Xəbərim olmur. Kədəri ürəyində, Sevinci gözlərində. Yaşadan qızım. Uzaq İsveçrədə, Yad küçələrdə. Gözlərin dolanda. İsveçrə! Oranın dağlarına çən düşəndə. Xəbərim olmur. Sənin saçlarına dən düşəndə. bir nəfəri baban bilib. Göyərçintək qanad açıb. Bu zəncirin biri Qərbdə, Biri Şərqdə qalıbdır. Bu zəncirin hər həlqəsi. ... | ANL |
Moskvada yaşayan teatrşünas dostumuz Adilə xanım Səfərova bizlə arabir görüşəndə heyrət qarışıq qürurla deyirdi: - Paytaxtın ən mötəbər elmi məclislərində O danışmağa başlayanda hamı - kiçik elmi işçilərdən tutmuş sovet sənətşünaslığının "ağır topları"na qədər hamı susurdu... ... Özü də susmağı bacarırdı. Amma O... | ANL |
Azərbaycan tarixinin qəhrəmanlıqlarla dolu səhifələrində hünərvər qadınlarımızla yanaşı, Məhsəti, Natəvan, Heyran xanım, Ağabəyim ağa, Aşıq Pəri kimi şairə xanımlarımızın da şərəfli yeri var. Əzizə Cəfərzadənin toplayıb tərtib etdiyi "Azərbaycanın aşıq və şairə qadınları" kitabına yazdığı ön sözdə şairə Nigar Rə... | ANL |
Türkiyədə Nəsimi təntənələri. TÜRKSOY-un ANKARADAKI QƏRARGAHINDA "NƏSİMİ İLİ"NİN AÇILIŞ MƏRASİMİ OLUB. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2019-cu il TÜRKSOY tərəfindən "Nəsimi ili" elan olunub. Martın 6-da "Nəsimi ili"nin rəsmi... | ANL |
Oxşayıram, Babək qalasının xatınına oxşayıram. Sən gələn gün qırmızı donumu geyəcəyəm. Və uzun-uzun saçlarım, Ayağıvın altına sərəcəyəm. Qaralığından qorxma, Sən gələnədək ağaracaqlar. Üzüvə heç toz qondurma! Bütün körpələri əmizdirmişəm. Şərab küplərin yerə quylamışam. Söz salxımların ürəyimdən aslamışam. Ağlasa... | ANL |
ŞƏHİD XATİRƏLƏR. Bir zamanlar, Uşaq yaddaşımın bir küncündə. İlişib qalan, Gecələr yuxularımı isladıb. Yanağımda iz salan, Hərtərəfinə xatirələrim dağılan, Bir həyat, bir ev vardı. Üstündə qoca utacağının. Yuxuda hərdən o yerlərə. Baş çəkirəm, Köhnə uşaq sevinclərimlə. gülüşlərimlə nəşələnirəm. Hər yanda yeri görün... | ANL |
Ana dilimizin fədakar və yorulmaz tədqiqatçısı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsi respublikamızın görkəmli dilçi alimlərinin çalışdığı, Azərbaycan dilinin yüksək səviyyədə tədris olunduğu bir elm ocağı kimi tanınır. Ötən illər ərzində məhz ADPU-da çalışan dilçi alimlərin - Ə.Dəmirçiz... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.