text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
- Düzü, işlərimlə əlaqədar geniş miqyaslı yubiley tədbirləri düşünmürdüm. İnşallah, ənənəvi olaraq Muzey Mərkəzində baş tutacaq. Çox gözəl, dəyərli ziyalılarımız, incəsənət nümayəndələrimiz iştirak edəcəklər. Əlbəttə, hər kəsin dəstəyə ehtiyacı var. Maddi dəstək bir tərəfə, mənəvi dəstək xüsusən önəmlidir. Biz... | ANL |
Qələbən mübarək! Şad xəbər dolaşır Azərbaycanı, Qələbən mübarək, Salmanlı Zəhra! Kaş bu sətirlərim gəzsin cahanı, Uşaqlıq çağından ad-sanlı Zəhra! Bakının beşinci sinif şagirdi, Döyüş meydanına inamla girdin;. Tomris torpağının Güneyindəki. Bütövlük bağının gülünü dərdin! Şərəflə ucaltdın bayrağımızı;. Vətənin təbriki,... | ANL |
Dahiyə dirilik bəxş edən Dahi. Şübhəsiz ki, əvvəli və sonu olmayan Qoca Kainatın ən böyük möcüzəsi sayılan Üzvi varlığın ən möcüzəli "əsəri" olan İnsan ünsiyyət vasitəsi kimi Sözü kəşf edəndən sonra özünü tapmış oldu, canlılar aləmi üzərində hakimi-mütləqliyini sabitləşdirdi və bu silsilədə onun ikinci ən böyük ... | ANL |
Yazıçı-publisist İnqilab Həsənli dünyasını dəyişib. Yazıçı-publisist, ötən əsrin 70-80-ci illərində Aəzrbaycan jurnalistikasının tanınmış imzalarından olmuş İnqilab Həsənli (Tərtərli) martın 5-də axşam dünyasını dəyişdi. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində təhsil almış İ.Həsənli ... | ANL |
Kapitan eniş xəbərdarlığı edir. Təyyarə bələdçiləri yatanları oyatmaq və kəmərlərini bağlamağı unudan sərnişinlərə xatırlatma etmək üçün onlara yaxınlaşırlar. Həmişə olduğu kimi, yenə yolda yatmadığımdan ətrafdakıları müşahidə edir, hərdən aşağıya boylanıram. Yüksəklikdən baxanda adama elə gəlir ki, şəhər bir a... | ANL |
Axırımız necə olacaq? İllər əvvəldi, dostumun qonağıyam, ailəsiylə problemləri var; anlaşmırlar, yola getmirlər, kəsəsi, ayrılmaq üzrədirlər. Dərd budur ki, problemin qaynağını da bilmir. Axşam birlikdə gəzintiyə çıxırıq, 3 yaşlı oğulları da bizimlədir, yan-böyrümüzdə ora-bura qaçır, atılır-düşür, yorulur. Xanım uşağ... | ANL |
Dənizləri, adaları necə paylayardıq? Tanrıya buna görə qibtə etməyə dəyər. Mükəmməl bir harmoniya, qüsursuz bir sənət əsəri yaratdığına görə. Görünür, bu müqəddəs vəzifəni tək başına davam etdirmək istəmədiyindən o məchul yaranışın nəticəsini - qadını buralara, hər şeyin sakit və həvəssiz zamandan yorulduğu yerlərə gö... | ANL |
Pompey və onun qələbələr tarixçəsi. Pompey və onun qələbələr tarixçəsi. Sentyabrın axırında Pompeyin ad günü idi. Siseron üç il idi ki, Pompeyin şərəfinə verilən naharlara dəvət edilirdi. O lovğalanırdı ki, Pompeyin yaxın dairəsinə daxil olmuşdur. Pompey azacıq göz gəzdirib, üstünlüyü Qabininin hədiyyə kimi gətird... | ANL |
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b... | ANL |
Üç il bundan öncə “525-ci qəzet”in səhifələrində “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir?” başlığı altında çap etdirdiyim silsilə məqalələrdə problemin qoyuluşuna aydınlıq gətirməyə çalışmışdım. Bəzi fikirlərim başqa bir qəzetin səhifələrində müzakirəyə səbəb olduğunda oxucularımıza bu mövz... | ANL |
Görünməzi göstərən rejissor. NURİ BİLGƏ CEYLAN YARADICILIĞI HAQQINDA ÜÇÜNCÜ YAZI. Nuri Bilgə Ceylanın avtobioqrafik səciyyə daşıyan silsiləsinin son filmi “Uzaq”dır. Rejissorun ilk böyük uğuru bu filmlə bağlıdırsa, həmçinin, “Uzaq” əvvəlki filmlərdən tanıdığımız aktyor Mehmet Əmin Torpağın son filmi olur. Belə k... | ANL |
Sözündən tanıdığım şair. “Asim Yadigar şeirlərində ictimai və milli ideallara sənətin gözü ilə baxan, vətəndaşlıq ruhu ilə şair mövqeyini vəhdətdə ifadə etməyi əsas vəzifə hesab edən yaradıcı simalardandır”. Akademik İsa Həbibbəyli. İllərlə səsini eşitməsəm də, üzünü görməsəm də, şeirlərini oxumasam da, amma sə... | ANL |
Fuad Axundov və Yeddi gözəllə şam yeməyi. Tarixi öyrənməyin faydaları çoxdur. Bu şablondan şablon cümləylə orijinal olmadığımın fərqindəyəm. Amma neyləməli ki, yaşadıqca keçmişin təsirini daha yaxşı anlayırsan və bu banal fikri də dilə gətirməli olursan. Çağdaş insan və ideologiya keçmişə bağlılığı qüsur sayır. Mü... | ANL |
Birgə yaşam qaydaları haqqında birgə düşünək. Niyə birgə yaşam qaydaları? “Cəmiyyətdə yaşayıb ondan ayrı düşmək olmaz!” Bu klassik deyimi müxtəlif şəxslərin adına yazırlar. Kimin deməsindən asılı olmayaraq onda böyük həqiqət var. Cəmiyyətdə yaşamaq başqa bir danılmaz həqiqəti də ortaya çıxarır - harada insan varsa... | ANL |
Arif Əzizin əsərləri İstanbulda sərgilənir. Martın 6-da İstanblun Üsküdar Bələdiyyəsinin təşkilati dəstəyi ilə “Nevmekan Sahil” salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Dizayn və Dekorativ sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisi... | ANL |
Rəssam Günay Mehdizadənin yeni sərgisi. Martın 6-da “Fairmont Hotel”in təşəbbüsü ilə, tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Günay Mehdizadənin növbəti sərgisi açılıb. Açılış mərasimində səfirliklərin nümayəndələri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri, sənətsevərlər və jurnalistlər iştirak ediblər. Mərasi... | ANL |
Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq? TƏNQİDİMİZ VƏ ƏDƏBİ PROSESİMİZ ƏTRAFINDA BİR NEÇƏ SÖZ. “İstedad Allah vergisidir” - deyirlər, ancaq bu, qəribə bir vergidir - bəzən yaratdığını öz sahibindən daha artıq məşhur edir: Don Kixot Servantesdən, Qulliver Svifdən, Robinzon Defodan, daha sadə kalibrli bir m... | ANL |
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir n... | ANL |
“Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat” təqdim olundu. Martın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə İtaliyada yerli dildə nəşr edilmiş “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)”... | ANL |
Festival İtaliya Respublikasının Azərbaycandakı Səfirliyi və İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının Bakı ofisinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Tədbirin əvvəlində səfir Auqosto Massari çıxış edərək qonaqları salamlalayıb, festivalın əhəmiyyətinə toxunub. Çıxışlarda... | ANL |
Azərbaycan-BMT: 27 illik əməkdaşlığın inkişaf özəllikləri. Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 27-ci ili tamam olub. Keçən müddətdə bütün sahələr üzrə Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrini yüksələn xətlə inkişaf etdirib. Lakin müstəqilliyin ilk illərində BMT ilə münasibətlərdə problemlə... | ANL |
Uğurlu sənət və həyat yolunun unudulmaz məqamları. Müsahiblərimiz Xalq artisti Fikrət Verdiyev və həyat yoldaşı, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Cavanşirova-Verdiyevadır: - Fikrət müəllim, istərdik ki, söhbətimizə elə müsahibədən əvvəl danışdığımız məsələdən başlayaq. Dediniz ki, zamanında, elə indi... | ANL |
Altıncı mərtəbə. Bizə bir zövqi-təxəttür qaldı. Bu sönən kölgələnən dünyada. İndi dəqiq yadımda deyil, ya yetmişinci illərin sonu, ya da səksəninci illərin əvvəli olardı. "Azərbaycan" jurnalında yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı nəşr olunmuşdu. Hətta yaşlı nəsli belə "Yaddaşlara qayıdan x... | ANL |
Mirzə Cəlilin Türküstana yeni səfəri. Azərbaycanın böyük demokrat yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi barəsində ölkə prezidentinin tarixi sərəncamının elan olunduğu günlərdə qardaş Özbəkistandan şad xəbər aldıq - böyük sənətkarın seçilmiş əsərləri işıq üzü gördü. Ə... | ANL |
Şəmistan Əlizamanlı, uğurların bol olsun! Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı dünyanın 85 ölkəsində 25 dildə yayımlanan, hər seriyası təxminən 2 milyard 600 milyon insanın sevərək izlədiyi tarixi "Diriliş Ərtoğrul" filmində növbəti uğurlu çıxışını etdi. Reytinqlər... | ANL |
Anarın təsəllisi... Bakının mərkəzində. Xəyallar pərvazlanıb, Göy üzündə uçardı. Bu evdə sanbir qəlbdə. İki xalq şairimiz - Nigar Rəfibəyliylə. Bu küçə aparardı. Azad olandan sonra, Saldıq başımız üstdən. Özgələri, yadları. Neçə-neçə küçənin. Önündən keçən küçə. Adını daşıyırsa, Yandan ötən küçənin. Evlərin sırasında. ... | ANL |
İstanbulda "Nəsimi ili" çərçivəsində ilk tədbirlər keçirilib. Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə növbəti tədbir martın 7-də İstanbul şəhərində Türk Ədəbiyyat Vəqfinin toplantı salonunda gerçəkləşib. Tədbir iştirakçıları öncə Azərbaycan Milli Kitabxanasının fondunda mühafizə edilən İ.Nəsiminin əski... | ANL |
"Anarın Dədə Qorqud yaradıcılığı" kitabı təqdim olundu. Dünən AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anara həsr olunmuş, professor Yeganə İsmayılovanın yazdığı "Anarın Dədə Qorqud yaradıcılığı" kitabının təqdimatını keçirib. Tədbirdə AMEA və AYB-nin rəhbərliyi,... | ANL |
Gülmurad Muradov Siyəzən bölgəsində, Xəzərin sahilində, dənizin lap ləpədöyənindəki Balaca Həmyə adlı bir kənddə dünyaya gəlmişdi. Yaşıdı olan bütün oğlanlar kimi Gülmuradın da günləri dənizin sahilində keçərdi. Ancaq Gülmurad dənizə tay-tuşlarının çoxu kimi nə tilov atıb balıq tutmağa gedərdi, nə də ki, sulara baş vu... | ANL |
Fikrin sadə deyilişi və təfəkkür aydınlığı. Şair İbrahim İlyaslı yeni nəşr etdirdiyi şeirlər kitabının adını "Şairlik zülümdür" qoyub və əslində, "zülüm" sözünün fərdi yaradıcılıq sirri olduğunu oxucusuna açıqlayıb. Asan yaradıcılıq yolu, asan yaranan sənət nümunəsi olurmu? Biz ədəbiyyat tarixi ilə tanış olduqca da... | ANL |
Muğamlarımızda "Bayat" gizlincləri. Bəri başdan deyim ki, mən özümü qətiyyən muğam bilicisi saymıram. Amma özümü xoşbəxt hesab eləyirəm ki, muğamatı qəlbən sevirəm. Muğam bilicilərilə, görkəmli xanəndələrlə ünsiyyətdə olmuşam, onların bəziləri haqqında kitablar da yazmışam. Bütün bunlara baxmayaraq, muğam mənim ü... | ANL |
Yaddaşlarda əbədi yaşayan sənətkar - İsmayıl Şıxlı. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Bu münasibətlə prezident İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. İsmayıl Şıxlı... Uşaqdan-böyüyə hər kəsin yaxşı ... | ANL |
Dərdlə doğmalaşan şair. SABİR SARVANIN ƏZİZ XATİRƏSİNƏ. çəkimlik bayatı. ömrünü. sığışdıra biləndi. Qu quşları ömürdə bircə dəfə nəğmə oxuyurlar, tək bircə dəfə; ölümqabağı. Şairlərsə ömürboyu. Onda sözün nə olduğunu bilmirdi bəlkə də və sözün onu haralara aparıb çıxaracağından xəlvət, xəbərsiz nənəli-nağıllı, ... | ANL |
Tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz bu dəfə tarixi keçmişə deyil, müasiri olduğumuz tarixi hadisələrə müraciət edərək çağdaş qəhrəmanlıq dastanını qələmə almışdır. 2016-cı ilin aprel döyüşləri xalqımızın, dövlətimizin gücünü, qüdrətini, ali baş komandanın torpaqlarımızı düşməndən təmizləmək əzmini bütün d... | ANL |
Məşhur diplomatın qeydlərində Naxçıvan. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş "Oxunması zəruri olan kitabların Siyahısı"na daxil edilən, Reyhan Mirzəzadənin yazdığı "Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat" əsərində məşhur diplomatın Naxç... | ANL |
Anar nəsrinin şəhər fəzası. XX əsrin 60-cı illərindən Azərbaycan ədəbiyyatına xüsusi impuls verməyi qarşısına məqsəd qoyan Anarın yaradıcılığı mövzu və problematika baxımından sonrakı dövlərdə də zənginləmiş və dərinləşmişdir. Anar yaradıcılığında əvvəllər olduğu kimi, sonrakı illərdə də insan sosial qüvvə və ten... | ANL |
Qayıdışın və qayıda bilməməyin poetik şərhi. Nə bir əsgərin taleyindən, nə bir zabitin qəhrəmanlığından, nə də bir generalın uzaqgörənliyindən danışırdı. Vətən xilas edilməlidir: əsgər, zabit və generalın şücaətilə. Amma bu övladlar o zaman, o anda qələbə çalar, düşməni məhv edər - arxada qoyduğu həyat yoldaşla... | ANL |
Uçqun yuvasına quş da qayıdar, Dalımca atdığın daşlar qayıdar! Küləyə verdiyin saçlar qayıdar! Gözündən sellənən yaşlar qayıdar! Dalımca atdığın daşlar qayıdar, Qayıda bilmərəm, gözləmə məni. Qayıda bilməyən, dönə bilməyən, Kamansız bir oxdur, simsiz kamandır, Qayıda bilməyən, nəfəssiz candır. Bəs qayıdan necə? Yusi... | ANL |
Uşaqlıqda nə vaxtsa otuz-qırx yaşımızın olacağı ilə bağlı elə heyrətlənirdik, elə həvəslənirdik, elə darıxırdıq, əlli il sonraya elə uzun baxırdıq ki, elə bil böyük bir əlli il lazım olacaqdı bu yaşa çatmaq üçün... Sən demə, burnumuzun dibindəymiş... "Gizlənqaç" oyunlarında gözümüzü yumub-açana kimi qırxı haqladıq. Hə... | ANL |
Azərbaycan səhnəsindəki "Kəloğlan". Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə tanışlığım hələ uşaqlıq illərimə gedib çıxır. Elə teatrla tanışlığım da bu şirin və əcayib kuklalarla bağlıdır. Ələkbər əminin (Ələkbər Hüseynov) və Əməkdar artist Rəhman Rəhmanovun əlinə kuklaları götürüb onları danışdırmağı, on... | ANL |
Gülərüz insan haqqında yazı. Bəzən elə insanlara rast gəlirik ki, onları sadəcə görmək belə kefimizi duruldur. Hey istəyirik ki, bu insanlarla birlikdə olaq, hardasa təsadüfən rastlaşaq, bir-iki kəlmə kəsək, şansımız gətirsə, lap birlikdə işləyək. Hələ bu cür insanlar görüb-götürmüş, təcrübəli olanda onlara daha çox... | ANL |
Onda hüquq fakültəsinin tələbəsi idi. Ölkənin ən sayılıb-seçilən universitetində oxuması ilə qəlbən öyünər, dünyanın ona məlum olmayan gizli işlərindən hali olmağa çalışardı. Yadındaydı... Respublika prokurorunun müavini onlara dərs deyirdi. Prokurorluq işinin təşkilindən... Bu sanballı, ağbaş, ağayana kişi audito... | ANL |
Dəniz, Mikayıl Müşfiq və nida işarəsi... Şəhərlərin, dağların, meşələrin, dənizlərin, adaların, çayların, göllərin həmin ərazidə yaşayan insanların xarakterinə təsiri çox böyükdür. Bəlkə də yanılırıq, əksinə, o ərazidə yaşayan insanların xarakteri həmin coğrafi obyektlərə təsir edir. İkinci fikir daha çox utopiyaya... | ANL |
Tanıyaq və tanıdaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm... | ANL |
Türk qardaşım. Orta təhsilini Gəcin və Təbrizdə tamamladıqdan sonra, Təbriz Universitetinə daxil olaraq burada ali təhsil alıb. Təhsilini qrafika, bilgisayar, türk dili və ədəbiyyatı sahəsində davam etdirərək magistr dərəcəsi qazanıb. Rəssam, şair və yazar kimi uğurlar qazanan Məsumə Elqızı türk dili və ədəbiyya... | ANL |
Tanrının imtahanından üzüağ çıxmaq... Yaxından tanıdığım bir dükançı var. Həmişə oradan alış-veriş etdiyimə görə imkan düşəndə dayanıb bir az söhbət edirik. Bəzən sirlərini də mənə etibar edir. Maraqlı, savadlı, dərin mühakiməsi var. Dinə, inanca bağlı olduğumu bidiyi üçün bir dəfə ibrətamiz bir hekayə danışdı. Dedi ki... | ANL |
GƏNC ŞAİR FUAD BİLƏSUVARLININ KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Çox sevindirici haldır ki, bu gün ədəbi mühitdə istedadlı gənclik yetişir. Mən istedadlı gənclik deyəndə öz xətti, öz üslubu olan, heç kəsi təkrar etmədən, yalnız öz ilhamının, öz beyninin məhsulu olan yaradıcılıqla tanınanları nəzərdə tuturam. Və bunu təkcə... | ANL |
İsmayıl Şıxlı şəxsiyyəti. Sənətindən asılı olmayaraq onların hər ikisi xalqın qarşısına çıxmağa mənəvi haqqı olan söz və əməl sahibləri idilər. Yalnız indi mənə aydın olur ki, niyə məhz atam haqqında İsmayıl Şıxlı belə demişdi: "Bunları qoruyun, belə cəsarətli insanlar çox azdır!". Xalq yazıçısı İsmayıl Şıxlınnın 100 ... | ANL |
Mirzə Xosrov əsasən birinci siniflərdə "Əlifba" öyrətməkdə mahir müəllim olaraq tanınmışdır. Mirzə Xosrov savadlı, işgüzar, uşaqlarla danışmağı bacaran, onların qəlbinə düzgün yol tapa bilən müəllim olduğundan xalqın dərin rəğbətini qazanmışdır. Gəlimli-gedimli dünyada qalan yalnız təmiz ad, xeyirxahlıq, bir də ... | ANL |
Mirzə Fətəli Axundzadə və Naxçıvan Kəngərliləri. Şərqdə materialist fəlsəfənin və Azərbaycan dramaturgiyasının banisi olan, eyni zamanda, realist nəsrin bünövrəsini qoyan Mirzə Fətəli Axundovu ədəbi ictimaiyyət yaxşı tanıyır. Lakin tədqiqatçıların çoxu görkəmli mütəfəkkirin yalnız iki övladı olduğunu bildiriblər.... | ANL |
Rusiya Dövlət Dumasında keçirilmiş "Multikultural dialoqun əsasını təşkil edən Rusiya və Azərbaycan arasında mədəni körpülər" dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən incəsənət təmayüllü təhsil müəssisələrindən yalnız Bakı Xoreoqrafiya Akademiyası (BXA) iştirak edib. BXA-nın Tədris işləri üzrə prorektoru, Ə... | ANL |
Hər dəfə İstanbula gələndə özümü küləyə qarışmış yağışın ortasında tapırdım. Ancaq bu dəfə qışın soyuğunda müşahidə edilən yaz havası lap yerinə düşmüşdü. Fikirləşirdim ki, şəhəri birlikdə gəzib, onun gözü ilə baxıb, gördüyü kimi yazacam. Hətta özünə belə bir yazı yazmaq istədiyimi, bunun üçün onun bir neçə saat... | ANL |
Akademik Həmid Araslı görkəmli mətnşünas alim kimi. Dərin erudisiyaya, geniş yaradıcılıq diapazonuna, elmi maraqlara malik akademik Həmid Araslı orta əsrlər Azərbaycan ədəbiyyatının, folklor və aşıq poeziyasının, ədəbi əlaqələrimizin tədqiqatçısı olmaqla bərabər, görkəmli mətnşünas olmuşdur. Əslində, H.Araslı kimi... | ANL |
Tamamlar, yarımlar və canlar. Yalnız iki nəfərin arasında gedən telefon yazışması - bir alımlıq nəfəs kimi dialoq, bir gerçək, sevgi oçerki. Rəvan dillə, mülayim bir emosionallıqla yazılan irihəcmli esse. İnsan həyatı, hissləri, fəlsəfi düşüncələri barədə düşünən və düşündürən müəllif yorumları ilə mənalandırılan... | ANL |
Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Güney Azərbaycanın yazıçısı, şairi Səməg Behrənginin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, tanınmış ictimaiyyət nüma... | ANL |
Mirzə Cəlilin "İranda hürriyyət" hekayəsi: mütləqiyyətdən istiqlaliyyətə. "Cəlil Məmmədquluzadənin "İranda hürriyyət" hekayəsi bədii vasitələrlə ifadə olunmuş, hər dövr üçün müasir səslənən və əhəmiyyətli olan "hürriyyət payı"dır. Mirzə Cəlil bu hekayə ilə Azərbaycan ədəbiyyatının ən mükəmməl hürriyyətnaməsini ... | ANL |
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. 1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin əsarətinə keçən Kəlbəcər rayonunun Başlıbel kəndində baş verənlər də həmin hadisələrdəndir. Araşdırmaçı-j... | ANL |
Tariyel Qasımovun 80 illik yubileyi keçiriləcək. Martın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Tariel Qasımovun 80 illik yubiley gecəsi keçiriləcək. Yubiley tədbirində aktyorun keçdiyi ömür və sənət yoluna nəzər salınacaq. Yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi Gənc Tamaşaçılar Teatrı... | ANL |
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə 14 mart 2019-cu il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunan tədbir keçirib. Muzeyin Aran Regional filialın... | ANL |
Çiçəklərin, hüzurun və eşqin vəhdətində. Təyyarədən enib pasport yoxlanışını gözləyərkən təəccüblənirəm. Hamının canında bir rahatlıq var. Heç yoxlanışdan keçərkən qarşısında dayanıb gözünü zillədiyin o kamera da yoxdur. Bütün “yox” kimi görünənləri isə işıqlı, təmkinli, hansı tərəfdən baxsan, çöhrəsindən hüzur yağan... | ANL |
Uzandığım yerdə əlimi ürəyimə sürtüb hiss elədim ki, dostumçün bərk darıxıram. Gitarasını ən əziz adamı kimi sinəsinə sıxıb qımışmışdı: Musiqiylə dediklərin daha təsirli olur, abi! Sonralar bir komediya filmində də gördüm bu priyomu; oğul atasından maşının istəməyə gedir, dostunu da yanında aparır ki, bu yalvararkən ... | ANL |
Buynuzsuz kərgədan. “Var olan hər şey beləcə ortadan bölünə bilsəydi... hər kəs korlaşmış cahil bütövlüyündən qurtulardı”. Birinci cümlə olaraq uğurlu deyil! Hm, yenidən başlayaq. Elə bil, qol deyildi, cibindən çiyninə çəkilən eskalatordu. Bu görkəmindən avaralıq yağan adamla heç olmasa, bir dəfə qarşılaşsaydınız, yəq... | ANL |
Siseronun Katilinaya qarşı oyunu. Siseron, adətən, kimsə onu təhqir etməyə cəhd göstərəndə, bunu olduqca soyuqqanlılıqla qarşılayırdı. O, sadəcə olaraq dedi: “Afrikalılar məsələni hazırlamışlarmı?” Piy cavab verdi ki, onlar bunu edəcəklər və Romaya nümayəndə heyəti göndərmişlər ki, yararlı bir ittihamçı tapılsın... | ANL |
Avropadakı Azərbaycan tələbələrinin vəziyyəti. İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə döv... | ANL |
NURİ BİLGƏ CEYLAN YARADICILIĞI HAQQINDA DÖRDÜNCÜ YAZI. Hər zamanki kimi yenə də fərqli mövzu, fərqli xarakterlərlə. Dəyişməyən isə məkan idi. Bir çox filmi kimi burada da Anadoluda baş verən hadisələr, Anadolu insanının yaşantısı mərkəzə gətirilmişdi. Ssenarisini Ercan Kesal və Ebru Ceylanla birgə yazdığı “Bir za... | ANL |
Hərflərdən “Ənəl`Həqq”ə: düşüncələr labirintindən çıxış. Yaradılanlarda maraqlı bir hikmət var: nə qədər sadədirsə, bir o qədər dərin sirri olur. Bu sirrə diqqət çəkən tədqiqatçılar, onu açanlar isə dahilər olur. Bu səbəbdən ikinci tip əsərlər insanı heyran edəcək dərəcədə gözəlliyə, möhtəşəmliyə malik olur. Onlar... | ANL |
Şənbədən qalan qorxu. Hər şey bu şoran torpaqların əbədi sahibi kimi mürgülü və sakit idi. Bürkülü yay öz yerini asta-asta payıza təhvil verirdi. Safucada avqustun qorabişirən istisi ilə həyat günortalar ölürdü. Kənd camaatı gün əyiləndən sonra evdən çıxır, yarımçıq işlərini davam edirdi. Stalin ilan mələyən rəməlikdə ... | ANL |
Əsgər Rəsulov fenomeni. Bugünlərdə Azərbaycanın türk dili və ədəbiyyatı sahəsində tanınmış şərqşünaslarından biri professor Əsgər Adil oğlu Rəsulovun 65 yaşı tamam oldu. O, Naxçıvan şəhərində dünyaya göz açıb, internat məktəbində orta təhsilini başa vurmuş, 1971-ci ildə qəbul olduğu Azərbaycan Dövlət Universitet... | ANL |
İsfəndiyar Vahabzadəyə. Deyəsən, bu, mətbuatda dərc olunan ilk məktubumdu. Düzünü desəm, uzun müddət “açıq məktub” janrının mahiyyətini tam anlamırdım. Axı “məktub” sözünün özündə bir gizlilik var, kağızın zərfə qoyulması da təsadüfi deyil... Məktubdursa, orda yazılanlar yalnız ünvana aiddir. Hörmətli, İsfəndiyar ... | ANL |
“Ulduz”un rəssamı, günəşin dostu... Bugünlərdə “Ulduz” jurnalının redaksiyasına getmişdim. Burada çalışan “ulduz”ların demək olar ki, hamısı mənim dostumdu. Hər dəfə olduğu kimi, o gün də onların şirin söhbətini dinlədim. O danışdıqca sanki sözlərlə bir rəsm çəkirdi... Bu mavigözlü çiçəklərə bürünmüş bir yasəmən ağac... | ANL |
Məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri uşaqlar üçün yazılmış böyüklərin oxumalı olduğu alleqorik novelladır. Bir müddətdir, mətbuatda gedən elanlardan Azərbaycan Dövlət Musiqili Teatrında bu əsərin motivləri əsasında tamaşa hazırlandığını bilirdik və böyük maraqla premyera gününü gö... | ANL |
Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq? III məqalə. TƏNQİDİMİZ VƏ ƏDƏBİ PROSESİMİZ ƏTRAFINDA BİR NEÇƏ SÖZ. Ədəbi prosesdə tez-tez rast gəldiyimiz yanlış iddialardan biri də budur ki, ədəbi tənqid sosrealizm mirasıdır - əlbəttə, belə deyil və o başqa məsələ ki, sosrealizm, daha ətraflı götürsək, ümumiyyətl... | ANL |
Cəfər Cabbarlı irsi: yaradıcılıqda üslub xüsusiyyətləri. Bu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli Sərəncamı ilə ədəb... | ANL |
Azərbaycan dilinin Tivi şivəsinə aid izahlı lüğət. Dilin lüğət tərkibi hər bir millətin məişətini, etnoqrafiyasını, adət-ənənəsini və digər dəyərlərini əks etdirmək baxımından gərəkli mənbədir. Millətə və xalqa aid olan dəyərləri qoruyub saxlayan mənbələrdən biri də dialekt materiallarıdır. Ona görə də dialektoloji ma... | ANL |
"Biz gələcəyin tamaşaçısını yetişdiririk". Müsahibimiz Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadədir. - Rəşad müəllim, son günlərdə incəsənət xadimləri prezidentlə görüşdü və bu görüşün teatr adına da müsbət nəticələri oldu. Kukla Teatrı bu nəticələrd... | ANL |
Nikolay Doroxov: "Azərbaycanda balet sənəti əmin əllərdədir". Artıq bir neçə ildir ki, respublikada xoreoqrafiya sənəti sahəsində ardıcıl və səmərəli islahatlar aparılır, həm ölkə, həm də beynəlxalq səviyyəli tədris-yaradıcılıq layihələri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin s... | ANL |
Tanınmış şair Sabir Yusifoğlunun "Dünya ilə heç-heçəyəm" şeirlər kitabı onun oxucularla dördüncü görüşüdü. "İnanıram ki, o gün mütləq olacaq" adlı Ön söz əvəzi məqaləsində tanınmış şair İbrahim İlyaslı S.Yusifoğlu poeziyasından, söz dünyasından bəhs edir: "Sabir Yusifoğlu şairliyi həyat tərzi kimi yaşayan, hər a... | ANL |
Ümid Nəccaridən "Qaranlığın fotosu". Gənc şair Ümid Nəccarinin "Qaranlığın fotosu" adlı, sayca üçüncü kitabının "Akademkitab" kitab evində təqdimat mərasimi və imza günü keçirilib. Tədbirdə ziyalılar, yazıçılar, şairin qələm dostları və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan yazıçı Kənan... | ANL |
Martın 15-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Milli Geyim evinin "Ənənədən gələcəyə" adlı dəfiləsi keçirilib. Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, sənətsevərlər və media orqanlarının əməkdaşları iştirak ediblər. Bakı Milli Geyim evinin 10 ill... | ANL |
Milli Kitabxanada yeni sərgilər. Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları tarixlərdən bəri süzülüb gələn, qədim bayramlardan ən möhtəşəmi olan, ruh yüksəkliyini, əmək coşğunluğunu özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edib. O, sərhəd bilməyən, çox geniş yayılan, y... | ANL |
Toran çökür. Günəş “boğulur” təpənin arxasında, öz kölgəsini yorğan kimi. başına çəkir ağaclar. Buludsuz səmada. nar dənəsi kimi qızarır ulduzlar. bir azdan şeh düşəcək, hələ yuyunmağı var. daş atmayıb gölə, qurbağalar sabahadək. Gecənin kədərinə. bayquş da töhfə verir. cansıxıcı səsiylə. İçimdəki ümid də. yavaş-yavaş ... | ANL |
Səməd Vurğunun ev muzeyində filoloq-alim, ədəbiyyatşünas Məti Osmanoğlunun “Ocaq yeri” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda tanınmış ədəbiyyatşünaslar, ziyalılar, tələbələr, ədəbiyyatsevərlər və media nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova qeyd ed... | ANL |
Katilinanın evində Krass oturmuş, Sezar isə ayaq üstə dayanmışdı. Lakin Sezar və Krassın qəsdi bir neçə ay ərzində dörd hissəyə bölünməli idi. Onlar dövlətə nəzarəti ələ keçirmək məqsədini güdməklə, ümumi seçkini yoxa çıxarmaq istəyirdilər. Bütün işləri komissiya idarə edəcəkdir. Təkcə iki konsula deyil, həm də... | ANL |
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. İlk Cümhuriyyətimiz: olmuşlar və düşüncələr. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövrün... | ANL |
Ağır bir işə başlamaq istəyərkən duruxduğumu görüb tez şirin dilini salardı işə: oğlum, igid balam, göz baxar, insanı qorxudar, Allah bax bu əllərə bərəkət versin: bir də baxarsan ki, yavaş-yavaş, xırda-xırda işi görüb bitirib ey. Gül demişkən xatırladım, sizcə, bir güllə bahar olarmı? Bir dəfə “klinik psixologiya” də... | ANL |
Qəzetdə yazım çıxanda isə söhbətimiz bəzən yarım saat çəkirdi. Mənim yazımı müzakirə edəndən sonra keçirdik Rüstəm Kamalın yazılarına. Görüşümüzü qarşılıqlı razılaşma əsasında bir həftə təxirə salmalı olduq. Növbəti bazar gününə qədərsə İnqilabın ömrü vəfa eləmədi. Marıtn 6-da Rüstəmlə onun evinə hüzr məclisinə ... | ANL |
Dünyanın qırmızı günü. Dünyada qıpqırmızı bir gün varıydı və bu qıpqırmızı günün qızartısı özündən dörd çərşənbə qabaq gələrdi. Bu qıpqırmızı günün qızartısı gələrdi, qıpqırmızı yumurtalar boyanardı, qıpqırmızı tonqallar qalanardı və biz bu qıpqırmızı yumurtaları döyüşdürə-döyüşdürə bu qıpqırmızı tonqalların ü... | ANL |
Vidadi Həsənov: “Teatr tənəzzüldədir” deyənlər gerçəkliyi görmürlər”. Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, “M.Teatr Production”un bədii rəhbəri Vidadi Həsənovun teatr və kinomuzun hazırkı vəziyyəti, perspektivləri barədə müsahibəsini təqdim edirik. - Vidadi müəllim, teatr sahəsilə ba... | ANL |
Kür meydanı ram eləmək. Meydan Bizimlə gəlmədi. Çünki Biz Meydanın İncəsənətini - o Böyük Anların ideal və hisslərinin möhtəşəmliyini, gözəlliyini qoruya bilmədik. Qədim hind təlimi Vastu məkanın energetik təyinatını əsas götürür. Müasir elm də ərazinin enerjisinin düzgün qiymətləndirilməsinin mühümlüyünü təsdiq e... | ANL |
“Əsrlərin sədası” Bakıda dərin rəğbət doğurdu. Martın 15-də Azərbaycan Dillər Universitetində Germanistika İnstitutunun və Avstriyanın Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə orta əsr minnezanq və minneklanq sevgi poeziyası mövzusunda zaltsburqlu professor Tomas M.Şallabök ilə “Klang der Jahrhunderte” (“Əsrləri... | ANL |
Azərbaycan və Avstriya musiqisinin birgə təntənəsi. Martın 16-da Beynəlxalq Muğam mərkəzində avstriyalı professor Tomas Şallabökün Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və Xalq artisti, professor Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında “Əsrlərin sədası” ansam... | ANL |
Nizami Xudiyev: pedaqoq-alim və ictimai xadim portreti. Nizami müəllim maarifimizin tarixində mühüm rolu olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin yetirməsidir. Təhsil illərində həm dərs əlaçısı kimi müəllimlərinin sevimlisi olmuş, Nizami Gəncəvi təqaüdü ilə oxumuş, həm də universitetin ictimai təşkilatları... | ANL |
Zülfü Livaneli, AST Telman və nələr, nələr... TÜRKİYƏNİN TANINMIŞ YAZIÇISI, MUSİQİÇİSİ VƏ REJİSSORU ZÜLFÜ LİVANELİ RUSİYADA YAŞAYAN AZƏRBAYCANLI İŞ ADAMI TELMAN İSMAYILOV HAQQINDA DANIŞDI. Sərhədləri yarıb keçən, yerlə göyün arasına sığmağa çətinlik çəkən, ömür iplərinin üstündə tək ayaqla irəliləyən, fəzaya qal... | ANL |
Elm, texnologiya və innovasiyaların təhsilə inteqrasiyası zamanın başlıca çağırışıdır. Məqaləyə başlığı sual şəklində də seçmək olardı, yəni aparılan islahatlar, axtarışlar, qəbul edilən qərarlar, icra olunan layihələr ölkəmizdə təhsilin inkişafına, onun əsas pilləsi sayılan orta ümumi təhsilin ehtiyaclarına hansı sə... | ANL |
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir n... | ANL |
Dördüncü Gənc Ədiblər Məktəbi üzvlərinin növbəti görüşü Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış tənqidçi Əsəd Cahangirlə oldu. Tədbiri giriş sözü ilə açan Məktəbin rəhbəri, AYB katibi Rəşad Məcid gənc qələm sahiblərini Novruz bayramı münasibəti ilə təbrik etdikdən sonra sözü Əsəd Cahangirə verd... | ANL |
Pərvindən yeni səhnə əsəri. Gənc Tamaşaçılar Teatrında yeni mono-tamaşa hazırlanıb. Yazıçı-dramaturq Pərvinin “Mən öləndə, ağlama” pyesi əsasında rejissor Ayla Osmanovanın quruluş verdiyi səhnə əsərində Leyla obrazını gənc və istedadlı aktrisa Səbinə Məmmədova canlandırır. Gənc, gözəl, mehriban bir xanımın, Leyl... | ANL |
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda ilahiyyatçı-yazar Tural İrfanın "Kamikadze 1" sənədli romanının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyatsevərlər, jurnalistlər və başqaları iştirak ediblər. Təqdimatda kitab haqqında ümumi məlumat verilib. Deyil... | ANL |
Bakı Dövlət Universitetində təhsil alan yaradıcı tələbələri bir araya gətirib onlarla işləmək, onların ilk yazılarını müzakirə etmək və ictimaiyyətə tanıtmaq fərqli duyğular yaradır. Hər dəfə bu gənclərin yazılarını mətbuata təqdim edəndə, onların ilk əsərləri haqqında rəy söyləyəndə və ya yazanda özümün ilk yazıları... | ANL |
Özümü itirə-itirə gəldim, Qollarımı dodaqlarının arasına yemək apara bilməyən. yaşlı adama verdim, Gözlərimi yolu əlində çəlik keçmək istəyən. nur üzlü qocaya hədiyə etdim, Əllərim şikəst dilənçinin yanında qaldı, Ayaqlarımı əlil arabasında oturub. meyvə-tərəvəz satan xalanın yanında qoydum. Bölündüm ana, Gəldiyim... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.