text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Türk xalqına açıq məktub. Türkiyə Cümhuriyyəti bütün Avropanın əvəzinə terrora qarşı müharibə apardığı halda xaricdə də, öz daxilində də bəzi ağzıgöyçəklərin qınaq hədəfi olsa da, yenə də haqq yolundan dönmür. Eşq olsun qəhrəman Məhmədçiklərə! Sağ ol Türk xalqının qəhrəman oğlu Rəcəb Tayyib Ərdoğan! Sən də hər bir kami...
ANL
Dinclik vermir xatirələr. İllər ötür, insan yaşa dolduqca tez-tez xatirələrə qərq olur, ömrün acılı-şirinli, əlçatmaz, ünyetməz anları vərəqlənir. Xatirələr, xüsusən də dünyasını dəyişmiş insanlar yaddaşda daha çox canlanır. Yaddaşımda həkk olunan insanlardan biri də bizi çox tez tərk edərək əbədiyyətə qovuşan, gənc ş...
ANL
Öpürəm. Martın 24-də Gənc Tamaşaçılar Teatrı yeni premyera ilə sənətsevərləri sevindirdi. Bu dəfə teatr fransız ədəbiyyatına müraciət etmişdi. Pyesin tərcüməçisi və tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Tryuklar...
ANL
Azərbaycan fikir tarixinin ən diqqətəlayiq türk düşüncə və siyasət simalarından olan və haqqı hələ də tanınmamış nəhəng fikir adamı Əhməd Ağaoğlunun ömür tarixi və əsərləri ilə yaxından tanışlıq onun ədəbi fəaliyyətinin yeni, maraqlı səhifələrini açır. Əhməd bəy istər Azərbaycan və Rusiya, istərsə də Türkiyədə baş verə...
ANL
"Azərbaycanda elmə yüksək səviyyədə diqqət və qayğı göstərilir". Müsahibimiz AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıldır. - Zülfiyyə xanım, ölkəmizdə elmin inkişafı dövlətin diqqət və qayğısı əhatəsindədir. Bu sahədə gör...
ANL
Rafael Hüseynov: "İkinci nəfəsi Azərbaycana prezident İlham Əliyev gətirir". "525"in müxbirinin suallarını akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov cavablandırır. Ötən bir ili, xüsusilə də, ölkə prezidentinin mədəniyyət siyasətini necə dəyərləndirərdiniz? - Azərbaycan son dərəcə əlam...
ANL
Milli rəqs sənətinin sütunlarından biri. Azərbaycanda şərəfli yol keçib gələn, çox zəngin və möhtəşəm rəqs sənəti vardır. Rəqslərimiz də incəsənətimizin digər növləri kimi ruhumuzu dipdiri, dupduru saxlayır. Milli rəqslər yalnız özümüzün deyil, həmçinin, başqa xalqların da sevimlisi olmuş, onların ruhunu tərpətmi...
ANL
Adam öz adını doğruldanda möhtəşəmlik, ad da ona yaraşanda gözəllik alınır. Yubilyarımız çox yurdsevərdi. Kəndinə, elinə-obasına bağlı adamdı, Nehrəmlə nəfəs alır, indi də bir ayağı doğma ata yurdundadı. Təkcə tanımırlar, xətrini çox istəyirlər, məclislərinin yuxarı başına çəkirlər. Çünki bilirlər ki, Kamil o məclisi ə...
ANL
Xalq şairi Osman Sarıvəllinin oğlu vəfat edib. Xalq şairi Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvü, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov martın 28-də Türkiyədə vəfat edib. Ü.Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsində oxuyub və...
ANL
Türkiyədə keçən ömür. Ə.Ağaoğlu Türkiyəyə gəldikdən dərhal sonra yeni cəmiyyətə tez uyğunlaşır. O zamanlar Osmanlıda böyük tarixi proseslər baş verirdi. Əhməd bəy bir-birini əvəz edən siyasi proseslərdə siyasi-ictimai fəaliyyətini daha da genişləndirir. İstanbulda fransızca nəşr edilən "Le Jeune Turk" qəzetinə də...
ANL
Azərbaycan televiziya məkanının genişlənməsi, telekanallarımızın artımı və o cümlədən, internet TV-lərin meydana çıxması tamaşaçıya sərf edən bir məqama yol açır: telemühitdə aydın görünən bir rəqabət prosesi yaranır. Bu rəqabət, əlbəttə, daha çox reklam bazarına çıxmaqla bağlıdır. Lakin məsələn, AzTV və xüsusilə İ...
ANL
"Ölənlərə rəhmət! Solmaz Rüstəmova-TOHİDİ. Tarix elmləri doktoru. 1918-ci il XX əsr Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi tarixində ən əlamətdar və əhəmiyyətli bir zaman kəsiyidir. Belə ki, Azərbaycan ziyalılarının böyük bir nəslinin Azərbaycan dövlətçiliyinin yaranması yolunda XIX əsrin sonları - XX əsrin əv...
ANL
Akademik İsa Həbibbəyli Hindistana səfər edib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Hindistanın Cəvahirləl Nehru Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olub. İnstitutdan AZƏRTAC-a bildirilib ki, Cəvahirləl Nehru...
ANL
RUQƏYYƏ KƏBİRİ. İbtidai və orta məktəbi doğulduğu şəhərdə bitirib. Təbriz Universitetinin Tibb fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləyib. Yaradıcılığa erkən yaşlarından başlasa da, uzun müddət əsərlərini nəşr etdirə bilməyib. Müəllifin bədii y...
ANL
1990-cı ildə Tehran Universitetinin pedaqoji bölümünü bitirib. Elə həmin ildən də doktorluq dərəcəsi almaq üçün "Mücrəddin Beyləqaninin divanı və Azərbaycan ədəbi-ictimai durumu"adlı tədqiqat mövzusu üzərində işləməyə başlayıb və elmi işini uğurla başa çatdırıb. S.Qarabulud universitetdə ali təhsilini fars dili v...
ANL
Abid Tahirlinin yeni kitabı işıq üzü görüb. Tanınmış tədqiqatçı alim, yazıçı-publisist, filologiya elmləri doktoru Abid Tahirlinin "Elm və təhsil" nəşriyyatında 8 pərdəli iki hissədən ibarət yeni əsəri çapdan çıxıb. Müəllif bu dəfə dram janrında qələmə aldığı "Generalın qayıdışı" pyesi ilə oxucuların görüşünə gəlib...
ANL
Milli Konservatoriyada musiqişünas-alim Elmira Abbasovanın xatirəsi anılıb. Azərbaycan Milli Konservatoriyasında (AMK) “Elm günü” münasibətilə görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konservatoriyadan AZƏRTAC-a bildiril...
ANL
Fəhlələrdən biri siqareti siqaretə calayıb keçmişdə qazandığı bəlkə də və yəqin ki, xəyali milyonlarından danışır iş yoldaşına, danışdıqca xoşbəxt olur, sevindikcə köksü şar kimi qabarır, şişir, şişir... və birdən, iş yoldaşı əlindəki xırda iynəni ehmalca batırır şara: “Ayıb çıxmasın, bəs hanı o milyonlar, bəs onda ...
ANL
Tər bənövşə nəfəslidir. Qarabağın gözəlləri. Mehribandır, iffətlidir, Düşməninə nifrətlidir. Yurdum kimi qeyrətlidir. Qarabağın gözəlləri. Qarabağın gözəlləri. Qarabağın gözəlləri. Günlərin bir günündə. qopub düşdü, Ya Yerdən pırtlayıb çıxdı. bir qaraçı qızı. çəkilər adın. Evin olmayanda evləndin, Sonra evsiz qalm...
ANL
Mirzə Cəlilin sevdası. Gecə yer necə kədərli görünür! Mirzə Cəlil, metronun qapılarına əksi düşən hicablı qadına gözlərini zilləyib donmuş bakılı, ötən əsrin ən parlaq imzalarından biri, yoldaş Stalinin istefa əmrinə səbəb olan o dahi (bəlkə də yox) baş redaktor, ümidli sevdanın aşiqi, Həmidənin əri və sair. İll...
ANL
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b...
ANL
Naxçıvanın tarixi ilk dəfə səhnələşdirildi. Bir müddət öncə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi “Ehsan xan Kəngərli” tarixi dramı tamaşaya qoyuldu. Bu münasibətlə əsərin müəllifi X...
ANL
Mədəniyyətimizin susmaz duyğusu. Azərbaycan mədəniyyəti tarixinin Cəfər Cabbarlı səhifəsini vərəqlədikcə, heyrətlənməmək mümkün deyil. Belə ki, 35 illik həyatının 20 illik peşəkar yaradıcı fəaliyyətinə bir neçə sənətkar ömrü, şair, nasir, tənqidçi, tərcüməçi, dramaturq, rejissor ömrü sığışdıran C.Cabbarlını müb...
ANL
Lətifələr. Anar Məmmədxanovdan lətifələr: 1aprel dünya gülüş günü münasibətilə. 25 yaşında Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 15 il bu mötəbər kürsüdən öz sözünü demiş Anar Məmmədxanovdan qalan həm də yüzlərlə lətifədir - səhnəciklərdir. A.Məmmədxanov sağlığında bu yumoristik yazıları feysb...
ANL
Anam oxumaq, yazmaq bilmirdi. Bir dağ kəndində anadan olmuş, nənəsinin dizinin dibində laylalar, nağıllar və mahnılarla böyümüşdü. Ona görə də yaşlananda da ağzıdualı, könlü şeirli, nəğməli bir qadın idi. Mən məktəbə gedib hərfləri öyrənməyə başlayanda, yazdığım hər hərfi Quran ayəsi kimi oxşayar, qələm tutduğum balac...
ANL
Cəlil Məmmədquluzadəyə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. Bakı Xoreoqrafiya Akademiyasında "Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin ədəbi məkətbi" mövzusunda elmi-nəzəri konfrans və "Böyük demokrat publisist Cəlil Məmmədquluzadənin dramaturgiya yaradıcılığı" mövzusunda dəyirmi masa keçiriləcək. Təhsil Nazi...
ANL
Bu iltifatına və belə gözəl yazısına görə əziz İradə xanıma təşəkkürümüzü bildirir, sevimli Aqil müəllimi isə doğum günü münasibəti ilə təbrik edir, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Davada olmuşdu. Plen olanda orda azərbaycanlı zabit aparıb öz bağında işlətmişdi onu, Fransada. Sonra qa...
ANL
Küçə musiqiçiləri. Qədimliklə müasirliyi özündə ehtiva edən, bəzən dünyagörmüş ahıl kimi təmkinli, bəzən gənc qız kimi şıltaq, bəzən də qucağını məskən etdiyi bütün insanların dərdini yüklənmişcəsinə fikirli şəhərimə son zamanlarda əlavə səs, əlavə hənir gəlib. Adətən, bu səs mərkəzdəki yeraltı keçidlərdən qanda...
ANL
Qadınlardan siyasətə, dinə və tarixə qədər: Ərdoğanla Atatürk söhbəti... Səhərin erkən saatlarında buludların arasından doğub dənizin üstündən boylanan günəş şüalarının suda bərq vurduğunu seyr edirsən. Sənə elə gəlir ki, dünyadakı bütün bəyaz rəngli daş-qaşı yığıb suyun üzünə töküblər. Par-par parıldayan görünt...
ANL
Unudulmaz ədəbiyyatşünasın unudulması. Anadan olmasının 120 illiyi keçən il tamam olan, amma haqqında o qədər də danışılmayan Əmin Abidin əvvəlcə ömür yoluna ümumi nəzər salmaq, bu görkəmli ədəbiyyatşünasın çoxları üçün naməlum olan bioqrafiyasından bəzi vacib faktları xatırlatmaq lazım gəlir. Xatırlatmalı vacib...
ANL
Qələmsiz yazılanlar. Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir n...
ANL
Həmsöhmətimiz - AMEA Fəlsəfə İnstitutunda şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, “Tərəqqi” medallı Rəna Mirzəzadə ilə cəmiyyətimizin çatışan və çatışmayan yönlərindən, davranış mədəniyyətindən və televiziyanın, mətbuatın bu sahədəki rolundan danışdıq. - Rəna xanım, bir ziyalı kimi ...
ANL
Mənə görə, istənilən yuvarlaq rəqəm hesabat həvəsi yaradır insanda; nədən başladım, nələrdən keçdim və hansı məqama gəlib yetişdim. Yəqin hüznü də, bayram ovqatını da yaradan elə bu hesabatdır. Və elə bu günlərdə Novruz müəllimin kitablarını yenidən vərəqlədikcə, yaddaşımda qalan hekayələrini təzədən oxuduqca an...
ANL
dünya bir yarpaq boydadı. qönçələr təzə doğuldu, küləklər durub qəsdinə;. ötən günləri saymışam, ruhumu söz-söz oymuşam;. bir dəstə çiçək qoymuşam, həsrətin soyuq büstünə;. şairə qız verməzlər. bulaqlar qurumayıb, hələ sular diridi;. yarpağı kim qurutdu, dərdin məni unutdu;. uzaq sularda azmış, könlüm tənha qayıxdı;. k...
ANL
Söylədiklərin qədər deyil, etdiklərin qədərsən. Oxuduğun mahnıya rəqs edə bilmirsənsə, kimsəyə faydan olmaz. Xoşbəxtliyi axtarmaqla tükənər ömrün. Xoşbəxt olmaq istəyirsənsə, özündən başla. Çünki sən özünü xoşbəxt hiss etmədiyin müddətcə kimsəni xoşbəxt edə bilməzsən. Ətrafındakılardan şikayətlənmək yerinə sən tərəfd...
ANL
Görkəmli tarzənimiz Vamiq Məmmədəliyev son dərəcə xeyirxah bir iş görüb: internetdə, daha dəqiq desəm, You Tube şəbəkəsində kanal yaradıb və orada muğam ifaçılığı sahəsində ad qoymuş, iz salmış korifey sənətkarların öz kolleksiyasında uzun illərdən bəri saxladığı nadir, qiymətli video və video formatına saldığı auid...
ANL
Əmanət qəbirlər. Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində ilk baxışda qəribə görünən qədim sərdabələr böyük maraq doğurur. Müsəlman sərdabələri olsalar da, onlara qəribəlik verən məhz yerləşmə istiqamətləridir. Belə qəbirlər təkcə Qalada deyil, Abşeron yarımadasının bir çox yerlərində də mövcuddur. İslam al...
ANL
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin "Keçmişə ehtiramla, gələcəyə inamla!" layihəsi çərçivəsində növbəti tədbiri keçirilib. Budəfəki tədbir tanınmış yazıçı-jurnalist Rafiq Hacıyevin 65 illik yubileyinə həsr olunub. Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə millət vəkilləri, tanınmış ic...
ANL
Ərtoğrol Cavidin taleyi və sənəti. Ərtoğrol Cavid Rasizadə. Çox gənc, 24 yaşında olarkən İkinci Dünya müharibəsinin, stalinizmin, repressiya dalğalarının qurbanı olan fitri istedad sahibi Ərtoğrol Cavid oğlu Rasizadə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi yaddaşımızda qalıb. Ərtoğrol Cavid bəstələri ...
ANL
Sələfin kədəri xələfin poeziya tablosunda. Rafiq Yusifoğlu çağdaş poeziyamızın tanınmış ədəbi simalarından biridir. Şair öz zərif şeirinin xəfif, məzmunlu və səmimi rüzgarı ilə təkcə böyüklərin deyil, həm də kiçiklərin qəlbini oxşayır. Qətiyyən mübaliğəyə yol vermədən, cəsarətlə deyə bilərik ki, R.Yusifoğlu Azərb...
ANL
Bu məqaləni yazmaq fikrində deyildim, böyük şairimiz, mərhum Məmməd Araz haqqında monoqrafiyanı oxumasaydım. Kafedrada idim, bəzi kitabları vərəqləyirdim. Xüsusilə, atalı vaxtlarıma. Atam Manaf müəllimin lirik şairimiz Məmməd Arazla və onun böyük qardaşı İbrahimlə - onlar institutda bir yerdə oxumuşdular - səmimi...
ANL
Əvvəlcə onu deyim ki, mən ədəbiyyat tarixinin tədqiqatçısı deyiləm. Amma ədəbiyyatı çox sevirəm. Özü də məktəb illərindən. O vaxtlar "SSRİ Xalqları Ədəbiyyatı” deyilən zəngin ədəbiyyat xəzinəsi də vardı. Bir çox xalqların ədəbiyyatlarını öz dillərində oxuyurdum. Hələ institutda oxuyanda əsərləri xoşuma gələn yazı...
ANL
Beşillik tələbə yoldaşım, qırx illik çörək dostum, ürək dostum, əməl dostum Elşad Qocanı (İsayevi) deyirəm. Amma kiminsə dostunun az olması heç də onun insani keyfiyyətlərinin, mənəviyyatının kasadlığına dəlalət eləmir. Molla Cümə də xalqın dilinin əzbərinə çevrilmiş məşhur şeirində "dost ya bir olar, ya iki" sözləri...
ANL
Xalq məhəbbəti qazanmış xanəndə. Azərbaycanın müasir ifaçılıq - xanəndəlik məktəbinin dəyərli nümayəndələrindən biri də Səttar Nəsirovdur. O, özünün şirin səsi, şaqraq zəngulələri ilə sənətsevərlərin dərin rəğbətini çoxdan qazanıb. Görkəmli muğam ustadı Xan Şuşinskinin tələbəsi olan gənc Səttar bacarıqlı tələbə kimi ...
ANL
Yeniyetmə istedadından zəhmətkeş peşəkarlığına. Uşaqlıq, yeniyetməlik illərində, xüsusilə bizim hər birimizin "ilk universiteti" olan orta məktəb mühitində sübut edib ki, onun ən azı üç sahədə təbii istedadı var: rəsmdə, musiqidə və ədəbiyyatda. Əlbəttə, hər üç istedad təmayülünün bir yeniyetmədə təzahürü öz-özlüy...
ANL
Rövşən Ağayevin yeni məqalələr toplusu işıq üzü görüb. Bugünlərdə Rövşən Ağayevin 2015-ci ildən bu günə kimi respublika mətbuatında çap olunmuş məqalələrindən ibarət "Hadisələrin, tədbirlərin fraqmentləri" kitabı işıq üzü görüb. Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, Azərbaycan-Polşa münasibətlərindən, Qarabağ ...
ANL
... Müharibənin başlanması xəbəri gəlib Füzulinin Böyük Pirəhmədli kəndinə də çatdı. Və bu çağırış vərəqəsi onun ata ocağında hamını silkələmişdi. Ancaq gənc Rəşid müharibənin xofundan, dəhşətindən həyəcanlanan doğmalarına təsəlli vermişdi. Demişdi ki, biz faşistlərin qabağından qaçan deyilik. Çantasını hazırlam...
ANL
Hafiz əmi Makinski familiyasını yox, niyəsə Rəşidov familiyasını yazdırırdı. Şairə Qonçabəyimə ithaf etdiyim "Könül ahı" hekayəsini oxumuşdu və bizdə də bu haqda danışırdı. Çünki sovet illərində ağsaqqallar cavanlara özlərinin keçmişləri haqqında təhlükəsizlik orqanların qorxusundan ətraflı məlumatlar vermirdilər...
ANL
Akademik Məmməd Cəfər böyük Cavidşünas kimi. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun xatirəsinə və zəngin...
ANL
Kənd məktəbində ibtidai təhsilini bitirdikdən sonra orta təhsil almaq üçün Təbrizə köçüb. "Pacarqard" məktəbində təhsilinə davam edərkən ölkədə şahlıq quruluşuna, istibdad rejiminə qarşı xalq hərəkatı vüsət alıb. Buna görə də, gənc vətənpərvər soydaşları kimi həmin hərəkata qoşulub və təhsilini yarımçıq qoyub. İ...
ANL
"Türkiyə ədəbiyyatında yeni hekayəçilik". TANINMIŞ ALİM SƏDAQƏT QASIMLININ DAHA BİR ELMİ ƏSƏRİ ÇAP OLUNUB. Tanınmış tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının "Türkiyə ədəbiyyatında yeni hekayəçilik" (XIX əsrin ikinci yarısı - XX əsr) kitabı nəşr edilib. Azərbaycan Milli Elmlər Akademiyası akademi...
ANL
SEYRAN SƏXAVƏTİN YUSİF SƏMƏDOĞLUNA HƏSR OLUNMUŞ KİTABINA ÖN SÖZ ƏVƏZİ. Ancaq sənin yerin göründükcə özümə yer tapa bilmirəm. Adamların qurduğu münasibətlərə özləri ad da qoyurlar: qohum, qonşu, dost, quda, yeznə... Allahın əliylə yaranan doğmalığın isə adamların lüğətində adı olmur... Allahdan aşağı heç kimə agah olm...
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda görkəmli alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə "Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri" mövzusunda respublika konfransı keçirilib. Konf...
ANL
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "Ulduz" jurnalının aprel sayının təqdimat mərasimi keçirilib. Təqdimatda AYB rəhbərliyi, jurnalın əməkdaşları, tanınmış qələm adamları və mətbuat nümayəndələri iştirak ediblər. Jurnalın baş redaktoru Qulu Ağsəs çıxış edərək deyib ki, 2019-cu ilin "Nəsi...
ANL
Ali məktəblərdə "Multikulturalizmə giriş" əsas fənn kimi tədris olunacaq. Yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında "Multikulturalizmə giriş" əsas fənn kimi tədris olunacaq. Lakin indi bu fənlə bağlı ciddi dəyişikliklər baş verəcək. Fənnin tədrisində əsas məqsədlərdən biri də tələbələrə bütün dinlər,...
ANL
"Döyüşə qızlar gedir" filmi təqdim olundu. Mayın 1-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin Qarabağ mövzusunda kitablarının motivləri əsasında çəkilmiş "Döyüşə qızlar gedir" filminin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin mətbua...
ANL
Bişkekdən Bakıya poeziya buketi. Bugünlərdə Bakıda gənc qırğız şeiri antologiyasi işıq üzü görüb. Layihə rəhbəri Millət vəkili Cavanşir Feyziyev, məsləhətçiləri - Millət vəkili, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, nəşrə məsul, baş redaktoru Atatürk Mərkəzinin şöbə...
ANL
Kor bağırsaq xəstəliyi: tək çarə əməliyyat. XIX əsrdə britaniyalı cərrah Brayt Adison ilk dəfə olaraq appendisit xəstəliyini kliniki olaraq təsvir edib. Cərrah xəstəliyin mövcudluğunu və onun bağırsaq iltihabı ilə əlaqəli olduğunu sübut edib. Cərrahın əməliyyat etdiyi 11 yaşlı oğlan appendisitdən azad olduqdan sonra ...
ANL
Salamdan sonra hal-əhvalını bilmək istərəm". İlk məktubumu illər öncə 9 yaşında belə başlamışdım. Nənəmin istəyilə əsgər əmimə yazmışdım. O gün özümü, nənəsinin istəyini yerinə yetirən bir qızcığaz kimi yox, bir əsgərə məktub yazacaq qədər məsuliyyətli böyük kimi təsəvvür edirdim. Nənəm yaza bilmədiyi üçün bu şərəfli...
ANL
Məhəmməd Hadinin irsi çağdaş ədəbiyyatşünaslıq müstəvisində. XX yüzil Azərbaycan şeirində romantizmin ən qüdrətli nümayəndələrindən biri, Hüseyn Bayqaranın "Azərbaycan istiqlal mübarizəsi tarixində ilk milli şair" adlandırdığı Məhəmməd Hadinin anadan olmasından 140 il ötür. Sənətkarların yubileyləri, bir növ, ol...
ANL
Dünən evdə uşaqları krantın yanına gətirib növbəylə əl-üzlərini yumalarını istəyəndə məsələnin gəlib ta buralara qədər çıxacağını düşünməmişdim. Krantın qabağına keçdik: buyur, oğlum, səndən başlayaq, haydı göstər məharətini! Tapşırıq əyləncəli gəlmişdi-nədi, yuyuna-yuyuna bir-birinə baxıb gülüşürdülər: görəsən, ata...
ANL
TANINMIŞ OFTALMOLOQ, TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR PAŞA QƏLBİNURLA YENİ ELMİ NAİLİYYƏTLƏRİNDƏN VƏ TİBLƏ POEZİYANIN BAĞLILIĞINDAN DANIŞDIQ. - Paşa müəllim, elm-texnika durmadan inkişafdadır. Oftalmologiya sahəsində, xüsusən sizin elmi fəaliyyətinizdə bu inkişaf necə müşahidə olunur? Keçən əsrin ikinci yarısından...
ANL
Mərasimdə yeyilən mənlik. Xatırlayıram, hisslərlə qarışıq yeməyin dadına baxmaq üçün hazırlanmış boztəhər süfrə arxasında yığışıb ailəlikcə ölümü qeyd edirik. Fəlsəfi cümlələrin quruluşu qədər, bəlkə, daha çox qarmaşayla zəngin süfrədə bugünkü şam yeməyimiz alov dilimlərindən də isti və zəhrimar tamı verən həyat olaca...
ANL
İlahi ədalətin aşkar təcəssümü. Hələ 19-cu əsrin sosial, ictimai problemlərini, insani münasibətləri, elmdə və fəlsəfədəki dəyişiklikləri (başqa sözlə inkişaf da deyə bilərik) dəyərləndirən filosof bu qənaətə gəlmişdi. Əlbəttə, bu yazıda filosofların sahəsinə qarışmaq fikrindən uzağıq. Bu fikri yadıma salan Aqil Abb...
ANL
Atalar burada durnanı lap gözündən vurublar. Necə də yerində deyiblər. Bundan əvvəlki səfərdə Ankara mənə elə boğucu gəlmişdi ki, öz-özümə növbəti dəfə bunun təkrarı olmayacaq, demişdim. Elə hava limanındaca bu qənaətə gəlmişdim. Mərkəzə doğru irəliləyəndə isə yanılmadığıma əmin olmuşdum. Bu şəhər mənə ilk baxışdan qaş...
ANL
Bəstəkar Elza Seyidcahanın Heydər Əliyev adına saraydakı möhtəşəm solo konsertindən necə təsirləndimsə, düşüncələrimi yazmaq istədim. Amma və lakin bu gözəl musiqiçinin yaradıcılığında o qədər ziq-zaq var ki, yazıya qərar versəm, suallarım cavabsız qalacaqdı. Yazı yazmağa qərar vermədim. Cavabları sizinlə birgə ...
ANL
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şair İlham Qəhrəmanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə tanınmış qələm adamları, elm və mədəniyyət xadimləri, media nümayəndələri və şairin yaxınları iştirak ediblər. Tədbirin aparıcısı, tənqidçi Əsəd Cahangir İlham Qəhrəmanın həyat və y...
ANL
Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Gürcüstan Yazıçılar Birliyinin sədri, "Sxivi-Şəfəq" jurnalının redaktoru, şair Bağater Arabulinin "Gündüz yuxuları" adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Tərcümə Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə real...
ANL
Dəvələr quyuya atılırdı, toplar səbətə düşən kimi. Quyunun ağzı palçıqlı olduğundan bəzilərinin ayaqları sürüşür, düşünməyə macal tapa bilmirdilər. Suyun üzərinə ağır daş kimi çırpılır, səssiz-səmirsiz yoxa çıxırdılar. Karvandakı sonuncu dəvənin nə ayağı sürüşdü, nə də özünü Cordanın əlindəki top kimi hiss etdi. Qəfi...
ANL
Akademiklər Rafael Hüseynov, İsa Həbibbəyli, Teymur Kərimli və Möhsün Nağısoyun silsilə yazıları, akademik Zenfira Səfərovanın məqaləsi, şərqşünas alim Firudin Qurbansoyun "İmadəddin Nəsimi" monoqrafiyası, Vaqif Aslan, Sayman Aruz, İslam Sadıq və başqalarının əsərləri bu qəbildəndir. Yüksək bəşəri humanizmi ilə ...
ANL
Professor Yusif Seyidov Azərbaycan dilçiləri arasında elə şəxsiyyətlərdəndir ki, onun haqqında yazmaq və danışmaq üçün geniş imkanlar vardır. Bunu qeyd edərkən onun dilçiliyin müxtəlif sahələri və problemləri barədə əsərlər yazmasını nəzərdə tutmuram. Hətta elmi yaradıcılıqla yanaşı, pedaqoji işlə, ictimai fəali...
ANL
Vətəndaşlıq ləyaqətinin Umud Rəhimoğlu modeli. Bu uzun ömürlü həyatımda yaxşı insanlara çox rast gəlmişəm və onların əksəriyyəti ilə doğmalar kimi səmimi ünsiyyətdə olmuşam, belələri ilə oturub-durmaq, birgə fəaliyyət göstərməkdə qürur duymuşam. Tanıdığım və ürəyimdə, diləyimdə qiymətləndirdiyim belə insanlar içi...
ANL
Hindular qarğıdalını əsas qida məhsulu, ən vacib ərzaq hesab edirdilər və meksikalılar bu gün də həmin ənənəni davam etdirirlər. Qarğıdalı dəni müxtəlif şəkillərdə istehlak olunur. Hətta xüsusi xörək növü kimi kiflənmiş qarğıdalıdan istifadə edirlər, qara rəngli bu sıyıq yaxşı dadı ilə seçilməsə də, meksikalılar ...
ANL
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b...
ANL
Akademik Məmməd Cəfər böyük Cavidşünas kimi. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun xatirəsinə və zə...
ANL
Ümumdünya Mətbuat Azadlığı gününə aid sərgi. Bu məqsədlə Milli Kitabxanada "3 may - Ümumdünya Mətbuat Azadlığı Günüdür" adlı geniş kitab sərgisi açılıb. Sərgidə Azərbaycan və digər dillərdə nəşr olunmuş söz və mətbuat haqqında kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək. Qeyd ed...
ANL
Azərbaycan xalçaçılarının peşə bayramı ilə əlaqədar "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) filiallarında tədbirlər təşkil edilib. ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə kollektivə qurum rəhbərliyinin təbriki çatdırılıb. Tədbirlərdə qeyd olunub ki, Azərbaycanda yüz illərdir, xalça toxuns...
ANL
Jurnalın "Poeziya" bölməsində Musa Yaqub, İsa Sevər, Sevinc Arzulu, Ələsgər Talıboğlu, Səxavət Kəlbəcərlinin şeirləri yer alıb. "Debüt" rubrikası oxucuları bu dəfə Vüqar İsgəndərovla tanış edir. Onun "Cəhənnəmdə etiraf" hekayəsi Xocalı soyqırımına həsr olunub. "Ədəbi talelər"də isə Günel Natiq Luici Pirandellodan söz...
ANL
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans. Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər"...
ANL
Bu gün Bakının Nəsimi rayonunda yerləşən Zabitlər bağında “Mən oxudum, sən də oxu” devizi altında Ədliyyə Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Kitab günü” keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin, Nəsimi Rayon İcra Hakimiyyə...
ANL
“Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib. Ko...
ANL
Əlvida, hislərimin qatili! Dəhlizin o başından tanış ayaq səslərinə həsrət buraxdın məni. Oyuncağını itirmiş körpə uşaq tək küskünəm hər kəsə. Süzülmüş dodaqlar, çatılmış qaşlar, bu aralar simamda dəb halını alıb, deyəsən. Ətrini duyardım hər səhər mehindən. Niyə tutuşur sol yanım? Niyə hər nəfəs alışımda xəncər kimi b...
ANL
Türkiyəli şair Əli Günvar bu günlərdə paytaxtımızın qonağı oldu. Onunla görüşüb, Azərbaycana gəliş səbəbi, poeziya, Türkiyə ədəbiyyatı və başqa bir sıra mətləblərdən danışdıq: - Əli bəy, Azərbaycana xoş gəlmisiniz! Öncə səfərinizin məqsədi haqda danışaq. Azərbaycan Tərcümə Mərkəzinin dəvətlisi olaraq, Qlobal For...
ANL
Şənbə gecəsində Şəms qoxusu. ŞAİR ƏLİ GÜNVARLA GÖRÜŞÜN OVQATINDAN... Şənbə günü axşam evdən çıxanda yağış başlamışdı. Uşaq vaxtlarımdan aprel yağışına xüsusi rəğbətim var. Bu yağış adamı islatmaz və ürəkdə min bir duyğu oyadır. Türkiyədən qonağımız var idi və bu qonaqla görüşə İrfan hoca məni də dəvət etmişdi. ...
ANL
Erməni quldurluğunu ifşa edən bir şeirin tarixçəsi. 1986-cı ildə Naxçıvanda qocaman tarix müəllimi, vaxtilə muxtar respublikanın ictimai-siyasi həyatında müəyyən fəaliyyəti olan Qasım Tağıyevlə görüşüb söhbət etdik. Onun dilindən eşidib yazıya aldığım 11 bəndlik bir şeir bu gün də öz aktuallığını itirməmişdir. Şei...
ANL
Ötən şənbə İsveçin paytaxtı Stokholmda azərbaycanlı yazar Vahid Qazinin "Çöl Qala" povestinin təqdimat və imza mərasimi keçirilib. "Diktonius Text" nəşriyyatında çapdan çıxan kitabı İsveç dilinə Umea Universitetinin dosenti Səadat Kərimi çevirib. Təqdimat mərasimi İsveç Azərbaycan Federasiyasının təşkilatçılığı...
ANL
Deyilənə görə, o, bütün aktyorluq fəaliyyəti dövründə ölkənin mədəniyyət sahəsinə rəhbərlik edən quruma yalnız bir dəfə xahiş-minnətə gedibmiş. Ürəyi xəstə olduğundan istəyirmiş ki, 9-cu mikrorayonda tikilmiş binadan ona verilməsi nəzərdə tutulan mənzili sonuncu - 9-cu mərtəbədə yox, bir qədər aşağı mərtəbədə ay...
ANL
Sadıq kişinin necə qabiliyyətli bir bağban olduğunu bilmək üçün kimdənsə soruşmağa ehtiyac yox idi. Əkdiyi ağaclara, saldığı bağa gözucu baxmaq kifayət edərdi ki, onun mahir bağban olduğuna inanasan. Sadıq kişinin bağ-bağatının gözəlliyinə baxan, dönüb bir də baxmaq istəyirdi. Bura lap şahların, padşahların nağıllarda...
ANL
Molla Nəsrəddin və mollanəsrəddinçilik. TARİXİLİK, ƏNƏNƏVİLİK, VARİSLİK MÜSTƏVİSİNDƏ. Son dövrlərdə Azərbaycan ədəbiyyatının "düşünə-düşünə güldürən" və "güldürə-güldürə düşündürən" yaradıcılıq ustası Cəlil Məmmədquluzadənin haqqında geniş polemika - mübahisə və müzakirə aparılması, əlbəttə, özünə görə müəyyə...
ANL
Sənətkarın hünəri. Mən Rafiq Hacıyevin qələminin gücünə, əhatə dairəsinə, təfəkkür dalğalarının üfüqlərinə, hər sözünün, hər kəlməsinin siqlətinə azdan-çoxdan bələd olan bir yazı-pozu adamı kimi, bəri başdan deməliyəm ki, o, Azərbaycan tarının bənzərsiz ustadlarından olan məşhur xalq artisti, Dövlət mükafatı laureatı...
ANL
Bu isimdə görmədiyim Laçınımın qoşalaşan, sıx meşəli İşıqlı dağının, Zoğal burnunun, doya-doya ciyərlərimə çəkə bilmədiyim Xırman dərəsinin tər-təmiz havasının, için-için alışdığım zaman ovuc-ovuc buz kimi suyunu birnəfəsə başıma çəkə bilmədiyim Qırxbulağın həsrətinin hərfləri cəmlənib. Çox düşündüm, haradan və necə ba...
ANL
Həsən Cəbrayılovun 70 illik yubileyi qeyd olunub. Ötən şənbə günü İranlı Mühacirlər Cəmiyyətində Həsən Cəbrayılovun (Ahəngi) 70 illik yubileyi keçirilib. Cəmiyyət üzvlərinin, tanınmış ziyalıların, elm və sənət nümayəndələrinin, media təmsilçilərinin iştirak etdikləri tədbiri İMC-nin sədri Firidun İbrahimi açıb. O, 19...
ANL
Nəsimi şeirində ədəbi-ictimai düşüncənin fəlsəfi inikası. Azərbaycan ədəbiyyatının məşhur simalarından olan Seyyid Muhəmməd oğlu Seyyid Əli İmadəddin Nəsimi təkcə ədəbiyyatda deyil, həmçinin, fəlsəfi, ictimai-siyasi mövzularda da dərin düşüncə sahibi olub. Çünki onun şeirlərində dini, tarixi, ictimai-siyasi məsəl...
ANL
Tənha müxalifətçi. ƏHMƏD BƏY AĞAOĞLUNUN TARİXİ PORTRETİ ATATÜRKLƏ MÜNASİBƏTLƏR FONUNDA. Ötən əsrin 20-30-cu illəri arasında Türkiyənin siyasi-ictimai həyatına, 600 ildən artıq dünyanın üç qitəsində hökmranlıq eləyən Osmanlı imperiyasının təməlləri üzərində qurulan Türkiyə cümhuriyyətinin maddi və mənəvi təkamül...
ANL
Bakıda Kamal Abdullanın "Sehrbazlar dərəsi" rumın dilində təqdim edildi. Bakı Kitab Mərkəzində (BKM) yazıçı Kamal Abdullanın rumın dilinə tərcümə olunmuş "Sehrbazlar dərəsi" romanının təqdimatı keçirilib. Kitabı rumın dilinə Rumıniyanın "Al və Kuza" Yas Universitetinin dosenti Lyudmila Bejenaru və onun tələbəsi İri...
ANL
Akademik Tofiq Hacıyevin tərcümə yaradıcılığı. Görkəmli türkoloq alim, akademik Tofiq Hacıyev təkcə türkologiya sahəsində deyil, dilçilik və ədəbiyyatşünaslıq sahəsində də öz sözünü demiş və öz sözü ilə yaşayan şəxsiyyətlərdəndir. Akademikin yaradıcılığının zəngin bir qolunu da onun tərcümə sahəsində görmüş olduğu...
ANL
Qələmsiz yazılanlar. Cib telefonuna zəng edib müsahibə almaq, münasibət öyrənmək etikdirmi?! Son vaxtlar yeni medianın yaratdığı qalmaqalların çoxu cib telefonuyla münasibət öyrənən zaman verilən cavablarla bağlı olub. Və çox zaman jurnalistlər sual verərkən, hansısa hadisəyə münasibət öyrənərkən müsahiblə bir az da ko...
ANL
UNEC-də Heydər Əliyevə həsr edilən konfrans keçirilib. Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevə həsr edilən "Azərbaycan. Tərəqqi" mövzusunda TEDxUNEC konfransı keçirilib. Azərbaycanda ulu öndər Heydər Əliyevə həsr olunan ilk TEDx tədbirində dövlət qurumlarının rəhbər ş...
ANL
"Repressiyalar milli yaddaşda": Bəkir Çobanzadə yad edilib. AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli dilçi alim, professor Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş "Repressiyalar milli yaddaşda" adlı tədbir keçirib. Tədbirdə AMEA-da və ali təhsil müəssisələrində Bəkir Çobanzadə yaradıcılığını tədqiq edən alimlər...
ANL
D vitamini çatmayanda... Körpələrdə, uşaqlarda D vitamininin doğru miqdarda və zamanında alınması çox vacibdir. D vitamininin sümük quruluşunun inkişafında xüsusi rolu var. Vitamin qanda mineralların, kalsiumun, fosforun səviyyəsini artırır və onların sümük toxumalarına ötürülməsini təmin edir. Bu vitaminin çatışmazlı...
ANL