text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bəşər övladı yaranandan müharibələr onu həmişə qara kabus kimi izləyib. Azərbaycan xalqı təkcə XX əsrdə neçə-neçə qırğınlardan, qanlı savaşlardan keçib, böyük itkilər verib. 300 min nəfərdən çox vətəndaşımız İkinci Dünya müharibəsindən geri qayıtmayıb. Azərbaycanın taleyinə 20 Yanvar faciəsi və Xocalı soyqırımı ...
ANL
Şair-döyüşçü Ənvər Əlibəylinin "Cəbhə dəftəri". Ənvər Əlibəylinin arxivində üzərində "Cəbhə dəftəri" yazılmış, rəngi solğun, bir küncü də yanmış köhnə bir dəftər var. Zaman həmin dəftərin vərəqlərini çox kövrəkləşdirib. Dəftəri vərəqlədikcə insan qəlbi də kövrəlir, düşünürsən: Ənvər Əlibəylinin cəbhə şeirləri, ...
ANL
Kitabı sevmək. "Kitablar unutmağa qorxduqlarımızı saxladığımız xəzinələrdən biridir". Kitabdan söhbət düşərsə, özünü ən yaxın dostun haqqında danışırmış kimi hiss edərsən. Hələ söhbət illər öncə oxuduğun sevimli kitabından gedərsə, xəfif nostalji də duyarsan. Uşaqlıqda bəlkə də oyuncaqlardan əvvəl kitablarla o...
ANL
Səhər açılandan insanlar kimi evindən qaçır, kimi evinə qaçır, kimi kökəlməkdən qaçır, kimi qatara gecikməkdən qaçır. Kimi xəstəlikdən qaçır. Hamı ölümdən qaçır! Bəlkə elə ölümün qoynuna qaçırsan? Onun əzizləri, qohumları, tanışları onu uğurlamağa, haqqında gözəl sözlər deməyə gəlir. Yarışı başa çatdığı üçün onu maraf...
ANL
Heydər Əliyevin xatirəsi Milli Kitabxanada anılıb. Mayın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında oxucuların, kitabxana işçilərinin və Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunm...
ANL
"Heydər Əliyev və Azərbaycan kinosu" mövzulu konfrans. Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) və Dövlət Film Fondunun dəstəyi ilə "Heydər Əliyev və Azərbaycan kinosu" mövzusunda konfrans keçirilib. ARKİ-dən AZƏRTAC-a bildirilib ki, Dövlət Film Fondunda təşkil olunan konfransı ...
ANL
Görkəmli bəstəkar Soltan Hacıbəyovun xatirəsi anılıb. Bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasından 100 il ötür. AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ict...
ANL
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın tarixi, faşizm üzərində qələbədə igidlik göstərən qəhrəman oğul və qızları, Bakı nefti haqqında yazılmış Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.
ANL
Mənim universitetim. Tələbəlik dövründən başlayaraq həmişə fikirləşmişəm ki, filologiyanın gələcək inkişafı necə olacaq? Görəsən, gələcək tədqiqatçılar dilimizə, ədəbiyyatımıza nə verə biləcək? Sözün düzü, bu məzmunda olan sualları özümə həmişə vermişəm. İndi elə fikirləşməyin ki, bu cümlələr mətnə giriş vermək naminə...
ANL
Xalq yaradıcılığına sevginin Ərtoğrol Cavid nümunəsi. Naxçıvan özünün yetirdiyi görkəmli şəxsiyyətlərlə həmişə tanınıb. Belə şəxsiyyətlərdən biri də böyük Cavidlər ailəsinin üzvü Ətroğrol Caviddir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 aprel 2019-cu il tarixdə imzaladığı "Ərtoğrol Cavidin 100 illi...
ANL
Heydər Əliyev və Azərbaycan dili. Kommunikasiya prosesləri informasiyanın ötürülmə və adekvat qavranması ilə bağlıdır. Kommunikasiya proseslərində dil, dil qanunları, onlardan istifadə normaları, ünsiyyətin yeni modellərinin yaranması əsas rol oynayır. Bunun üçün də hər bir insan öz dilini mükəmməl bilməlidir. Son...
ANL
Məhərrəm Əliyev: "Ulu öndər dövlətlə xalqın birliyini təmin etdi". ƏDLİYYƏ NAZİRİNİN MÜAVİNİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVLƏ BAĞLI XATİRƏLƏRİNİ BÖLÜŞDÜ. Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu əlamətdar gün münasibətilə Heydər Əliyevlə yaxından təmasda olan,...
ANL
Anadilli ədəbiyyatımızın məzmun və forma-sənətkarlıq xüsusiyyətlərini bütün mahiyyəti və rəngarəngliyi ilə əks etdirən Nəsimi şeirinin yaşı isə əbədidir. 1973-cü ildə Azərbaycan mədəniyyətinin böyük ədəbi simalarından ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və beynəlx...
ANL
Çağdaş poeziyamızın inkişafında xüsusi xidmətləri olan, bu günümüzün reallığını özündə əks etdirən, ona yeni töhfələr verən şairlərimizdən biri də Qəşəm Nəcəfzadədir. Onun poetik dünyası keçən əsrin 80-ci illərinə təsadüf etsə də, o, öz yaradıcılığında müasir dünyamızın gerçəkliklərini, onun yadda- qalan unudul...
ANL
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı. Əslən Ağdamdan olan tanınmış jurnalist Rövşən Binnətlinin sualı, daha doğrusu, xahiş/ təklifi çoxları kimi, yəqin elə Tahir bəyin özü üçün də gözlənilməz olmuşdu. Rövşən Binnətlinin is...
ANL
Zərin qədri. Yazılanlara görə, balaca Bəhmənyar ilk dəfə İbn Sinanı belə təəccübləndiribmiş; ocaqçıdan evləri üçün yanar köz götürmək istəyəndə ocaqçı ona get bir qab gətir, deyib, əlin yanmasın, deyib. Bəhmənyarsa dərhal həyətdə ovuclarını torpaqla doldurub qayıdıb: Usta, buyurun! Götürüm nərdtaxtanı gizlədim? ...
ANL
Yaqub Mahmudov: "Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunudur". "Sovet dönəmində böyük ədib Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Ulu öndər Heydər Əliyev bu addımı ilə hələ Sovet imperiyasının mövcud olduğu dövrdə sübut etdi ki, bu imperiya xalqımıza qarşı çox ağır cinayətlər ...
ANL
Milli Kitabxanada açılan növbəti kitab sərgisi görkəmli ədəbiyyatşünas və tənqidçi, AMEA-nın həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyinə həsr olunub. Şahanə MÜŞFİQ.
ANL
Mayın 8-də Bakı Kitab Mərkəzində "Yolum keçir Qarabağdan" adlı rəsm sərgisi açılıb və eyniadlı kataloqun təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Mərasimi Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq bildirib ki, sərgi Azə...
ANL
Mərkəzi Elmi Kitabxanada daha bir təqdimat. AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Tofiq Quliyevin kitab kolleksiyasının təqdimatını keçirib. MEK-in Fondların mühafizəsi bölməsinin əməkdaşı Aytən Xudiyeva alimin həyatı və fəaliyyəti, kitabxanaya təqdim edilmiş və fon...
ANL
Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ümummilli Liderin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini yaşatmaq, azərbaycançılıq düşüncəsini, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. 2004-cü ildən ...
ANL
Mədəniyyətlərin iç-içə olduğu yer... Elə girişdəcə sehrinə qapılırsan. Əvvəlcə saysız-hesabsız göyərçinlərin başına yığılması üzünə təbəssüm qondurur, içinə sevinc doldurur. Bu boz rəngli gözəlliklər insanlara o qədər alışıblar ki, ürküb uçmurlar, əksinə, gah başlarına, gah çiyinlərinə qonurlar. Birdən-birə özünü fə...
ANL
Min doqquz yüz doxsan yeddinci ilin mayında başlayan bu əhvalatın girişini qəhrəmanın valideynlərindən savayı heç kim dəqiqliklə söyləyə bilməz, necə ki, bilmir. Qəhrəmanımız iri gözlü, qundaqlıq bir körpədir. Zaman keçəcək, körpə böyüyəcək, yetişmiş alma kimi şirəli vaxtlarına gəlib çıxacaq, sonra da qocalıb ən...
ANL
Musa Yaqubla söhbətlərin unudulmaz dadı. "Bu dünyanın qara daşı"yla başı dərddədir. Çünki həqiqəti anlayan tək-tük insanlardan biridir. Bilir, yaxşı bilir ki, dünyanın qara daşı göyərən deyil. Gör özü bu həqiqətə necə inanırsa, hamımızı onilliklərdir bircə sözüylə inandırmağı bacarıb. Füzulinin "aldanma ki, şair sözü,...
ANL
Söhbət repressiya olunmuş sənətkarların dul qalan arvadlarından gedir. Əri xalq düşməni elan edilən, sürgün olunan, yaxud güllələnən qadının sonrakı həyatı möcüzəyə, amma daha çox da öz gücünə, iradəsinə bağlıydı. Azacıq azadlıq cəzasız qalmır, bir balaca sərbəstlik yüzqat qandallanır. Doğrusu, son vaxtlarda harınla...
ANL
Bu sirlər mənimçün bir qədər aydın olduğundan başqaları üçün də maraqlı ola bıləcəyini düşünərək şərhini vermək istədim. Bal Allahın insanlara bəxş etdiyi ən qiymətli, möcüzəli, müalicəvi xüsusiyyətlərə malik nemətdir. "Sonra bütün meyvələrdən ye və rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! İlin isti...
ANL
Böyük bəstəkar, böyük vətəndaş. Arif Məlikovun vəfatı çağdaş musiqi sənətimiz üçün ağır itkidir. Parlaq bəstəkarlar nəslinin sonuncu moqikanlarından birisi də dünyasını dəyişdi. Ariflə çoxdan tanışdıq. Deyirlər insanı ən yaxından yolda tanıyırsan. Arifin çox yaxşı yol yoldaşlığı vardı və xarakterinin ən üstün cəhətlər...
ANL
Güllərin aşiqi nənəm güllər mövsümündə son günlərində də sevdiyi çiçəklərin qoxusunu ciyərlərinə çəkərək köçdü bu dünyadan. Bir də əlbəttə, ən yaxınlarımızın toyunda, nişanında. Bununla belə Yevlax deyəndə yadıma birinci Məsmə nənəm düşərdi. Nənəm isə öz varlığı ilə Azərbaycanın bir küncünü bizim üçün doğmalaşd...
ANL
Məktəb - tədris müəssisəsidir. TƏRBİYƏ İSƏ GENİŞ ANLAYIŞ OLUB KOMPLEKS XARAKTER DAŞIYIR. Aydındır ki, söhbət cəmiyyətin ən vacib və ən mühafizəkar sahələrindən biri olan təhsil sistemindən gedəcək. Bildiyimiz kimi, müxtəlif dövrlərdə bütün cəmiyyətlərdə din və təhsil sözün yaxşı mənasında öz mühafizəkarlıqlarını qoruy...
ANL
Paytaxtın digər bir problemi havanın çirklənməsidir. Vaxtilə Mexikonun büllur kimi təmiz havası var imiş. Havanın çirklənməsi, BMT-nin məlumatına görə normal həddən xeyli yuxarıdır. Mexikonun ən böyük problemi isə şəhərin vaxtaşırı zəlzələlərə məruz qalmasıdır. Dünyanın yer (quru hissəsində) səthində baş verən zə...
ANL
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b...
ANL
Sadə və məzmunlu poeziya. Xüsusilə bu o zaman cəlbedici olur ki, şair ənənəvi obrazlara indiyə qədər baxılmayan tərəfdən nəzər sala bilir, indiyə qədər deyilənlərdən fərqli fikir söyləyir. Bunun üçün şair ana dilini ən dərin qatlarına qədər duymalı, sözün həqiqi və məcazi mənalarından başqa, məna çalarlarını da hi...
ANL
O durmuşdu yerində... RAMİZ RÖVŞƏNLƏ BAKI KİTAB MƏRKƏZİNDƏ KEÇİRİLƏN GÖRÜŞDƏ ƏSL İZDİHAM VARDI. Belə olacağını öncədən bilirdik. Axı qonaq - zəmanəmizin böyük şairi Ramiz Rövşəndi. Yadıma bir müddət öncə elə burada keçirilən türkiyəli alim İlbər Ortaylı ilə görüş düşdü. Telefonumla məşğul olduğum sırada o qədər...
ANL
Mən Əliağa Ağayevi lap yaxından birinci (həm də sonuncu) dəfə indiki kimi ilıq bir yaz günündə görmüşdüm. Metronun Nizami stansiyası tərəfdən Füzulinin möhtəşəm heykəlinin qarşısındakı trolleybus dayanacağına düşürdüm... və hələ dayanacağa çatmamış uzaqdan Əliağa müəllimi gördüm: əlində kiçik bir zənbil tutmuşdu, q...
ANL
Güneydən əsən ilıq külək, qış boyu evlərin torpaq damlarından kürünən və küçələrdə təpə-təpə yüksələn qar topalarının üzərindən ətəyini sürüyüb keçirdi. Baharın nəfəsi qar yığınlarını, buz kütlələrini xırda-xırda əridir, kiçildir və üzüaşağı süzülən sular gölməçələr yaradırdı. Qırx yamaqlı dərviş xirqəsinə dön...
ANL
Darıxmaq nədir, bilirsənmi? Darıxmaq nədir, bilirsənmi? Nəfəssiz qalıb boğulmaq kimidir. Gecənin kor qaranlığında xatirələrilə aydınlanmaqdır. Sol tərəfinə batırılan xəncərin təkrar-təkrar qanatmasıdır. İçin yana-yana tükənməkdir. Milyonlarla insan arasında tənhalıqdan sıxılmaqdır. Darıxmaq apatiyanın eşiyində növbə gö...
ANL
Tarı dünyaya sevdirən sənətkar. Azərbaycanın Xalq artisti, məşhur tarzən, professor Ramiz Quliyev öz ecazkar sənətilə qədim musiqi alətimiz olan tarı bütün dünyaya sevdirən bənzərsiz sənət xadimidir. Gənclik illərindən tanıdığım, sonrakı illərdə dostluğumuzla fəxr etdiyim Ramiz müəllim Hacı Məmmədov, Əhsən Dadaşov ki...
ANL
Bugünlərdə yazıçı Qan Turalının yeni kitabı işıq üzü görüb. Müasir dövrün təbəddülatlarından bəhs edən əsərlərin əsas leytmotivi modern insanın qarşısında duran ekzistensial problemlərdir. Həyatın müxtəlif təbəqə və zümrələrinə aid olan qəhrəmanlar zəmanənin yaratdığı əngəllər qarşısında gücsüz görünsələr və b...
ANL
Tədbirdə millət vəkilləri, AYB rəhbərliyi, tanınmış qələm adamları, yubilyarın ailə üzvləri, oxucular və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid qurum adından Q.Nəcəfzadəni təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb: "Qəşəm Nəcəfzadə son illərdə ədəbiy...
ANL
Onun qəlbində hər kəsə yer var. Gələcəyi düşünən, həyatın kələ-kötür yollarını büdrəmədən keçmək istəyən hər bir gəncin bu yolların çox hissəsini geridə qoymuş, çətinliklərini yaşamış, uğurlarını görmüş, öz ömrü ilə başqalarına nümunə ola biləcək insanların məsləhətlərinə ehtiyacı var. Belələrini Müəllim də adlandırırl...
ANL
Qardaşım Talibə və bütün igid oğullarımıza. Mən də müharibəyə getdim. on səkkiz yaşımda. hamıdan balaca olsam da, qorxmurdum düşməndən. bəziləri kimi yayınmırdım. Suya hər baxanda. Ağaclar çiçəklədi, Qaranquşlar da gəldi... Hamı baharı sevər. Uşaqlığımdan məni. Əzizləyən olmayıb. Nəğmə dolu könlümü. Bir dinləyən olmayı...
ANL
Qanadlarım yandı, necə uçacam? Örtüldü bacam, necə qaçacam? Havada yaz qoxusu, Könlümdə payız havası, Dərd başdan aşır, qadası. Pəncərəmi külək döyəcləyir. Yüz fikir bir borcu ödəmir. Sən məndən küsmüsən. Küçələr hər ikimizdən. Güvəndiyim təkcə səndin. Sənli dağa qar yağır? Üşüyürəm. Qoydu papağını başına, Geydi əlinə ...
ANL
Bəşəriyyətə iman üfürən kitab. Könül Bünyadzadənin bu illər ərzində apardığı və "Eşqin hikməti: Rabiə əl-Ədəviyyə (VIII əsr) və Edith Stein (XX əsr)" kitabında yekunlaşdırdığı təhlillər elm dünyasında Stein araşdırmaları üçün bir çox səbəbdən unikaldır. Bu səbəblərdən bəzilərinin nəzəri ehtivasını şərh etməmişdə...
ANL
Eston qızının "Küləklər şəhəri" haqqında. Düşünmürəm ki, bu ad Azərbaycan oxucusuna çox da tanış olsun. Ümumiyyətlə isə bu çağdaş yazarın - eston xanımın Azərbaycanla nə əlaqəsi ola bilər? Yaxud da Azərbaycan-Estoniya ədəbi əlaqələri nə qədər genişdir? Bizim bir-birimizin ədəbiyyatımızı, milli kimliyimizi qarşılıqlı ...
ANL
Bağater Arabulinin oyaq yuxuları. Azərbaycan Tərcümə Mərkəzi Allahverdi Təkləlinin tərcüməsində gürcü şairi Bağater Arabulinin "Gündüz yuxulari" şeirlər kitabını nəşr edib. Əlbəttə, kitaba ön söz yazmış Rüstəm Kamalın da etiraf elədiyi kimi, azərbaycanlı oxucu iyirmi-otuz ildir ki, gürcü poeziyasının yaşadığı həy...
ANL
Güllər-çiçəklər gəl-gəl deyir. Hər yanda quşların səsi eşidilir. Üfüqdən boylanan günəşin hərarətini, istisini duymamaq mümkün deyil. Sanki dünyanın ən gözəl günləri yenidən gəlir... Ancaq biz tikan üstündə oturmuşuq. Qanımız qapqaradı. Qapqara qanımızı yenidən durultmaq istəyirik. Deyir ki, sabah Laçına getmək i...
ANL
"Onlara İsfəndiyar Vahabzadə yox, Bəxtiyar Vahabzadənin adı lazımdır". - İsfəndiyar müəllim, bu yaxınlarda mətbuatda sizin müxalifətə keçməyinizlə bağlı xəbər yayıldı. Nə qədər əsaslıdır bu iddia? - Mən bütün müsahibələrimdə, çıxışlarımda dəfələrlə demişəm ki, mən nə iqtidarçıyam, nə də müxalifətçi, mən - Azərbayc...
ANL
İtkilərin ağrısı. Ürəyində Qarabağ, Ağdam həsrəti olan daha bir doğmamı itirdim fevralda. Ölənlərinizə rəhmət olsun, xalam dünyasını dəyişdi. Yanımızda olan, zəng edib başsağlığı verən, yazıb kədərimizə şərik olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Sözüm onda yox, iki gündür əşyalarına baxır mamamgillər (x...
ANL
İnsanın bədən kütləsinin yarısından çoxunu da su təşkil edir. Təsadüfi deyil ki, danışığımızda bir şeyin zərurətini vurğulamaq üçün leksikonumuzda adiləşmiş "hava və su qədər vacibdir" deyirik. Hələ ki, dünyada həyat mənbəyi olan su ehtiyatları mövcuddur. Gündəlik sosial qayğılardan, şəxsi problemlərdən və ilk b...
ANL
Məncə, fəsillərdən ən şıltağıdır bahar. Evin ərköyün sonbeşiyi kimi. Səsi isə baharın bambaşqadır. O səslərin hərəsi bir nağıldır. Əgər bir anlıq ayaq saxlayıb, təbiəti diqqətlə dinləsək, xüsusən də baharın bu çağında, o zaman hər canlının əsrarəngiz səsini, hekayəsini eşitmiş olarıq. Hərgah şəhərdən kənar təb...
ANL
Bu yaxınlarda vətəndən vətənə səfər eləmişdim, yəni paytaxtımız Bakıdan, doğulub boya-başa çatdığım Füzuli rayonuna getmişdim. Yolboyu yağan yağış mənzil başına yetişəndə daha da şiddətləndi. Camaat narahat idi, deyirdilər ki, çiyid səpini ləngiyir, hava imkan versəydi... Əlbəttə, burda havadan çox Allahı nəzərdə...
ANL
Böyük ömrün və parlaq zəkanın misilsiz bəhrələri: Şirməmməd Hüseynov. Böyük tədqiqatçı, ustad alim, görkəmli pedaqoq, jurnalistikamızın ağsaqqalı Şirməmməd Hüseynov uca Allahın ona bəxş etdiyi parlaq zəkadan, tükənməz istedaddan olduqca səmərəli istifadə edib və 95 illik ömrünün bütün şüurlu hissəsinin bir dəqi...
ANL
Həkim ömrünün zəngin salnaməsi. Respublikanın Əməkdar həkimi, tibb elmləri namizədi, Nyu-York Elmlər Akademiyasının üzvü Əyyub Şəmil oğlu Məmmədovun 85 yaşı tamam olur. Şərəfli həyat və fəaliyyət yolu keçmiş ağsaqqal həkimin, dəyərli ziyalının ömür yoluna nəzər saldıqca fərəh və qürur hissi duymamaq mümkün deyil...
ANL
Milli dilçiliyimizin inkişafı naminə. AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU SON İLLƏR BİR SIRA MÜHÜM UĞURLAR ƏLDƏ EDİB. Bu gün Milli Elmlər Akademiyasının tədqiqat institutlarından hər hansı birinə rəhbərlik etmək, sözün həqiqi mənasında, ağır, çətin və mürəkkəb məsələdir. Elmi işçi olmağımla fəxr edirəm. Direktor...
ANL
Ancaq mən bilirəm ki, mən yaşda bir ədəbiyyat adamının yorulması intihara bərabərdi. Dəyərli dost, Türkiyədə və Azərbaycanda dünyəviliyə yaranan təhlükəni, yenidən baş qaldırmağa çalışan dini cəhaləti görüb həyəcanlanmaya bilmirsən. Cahilliyin, nadanlığın bizi sürükləyə biləcəyi uçurumun kənarında dayanmışıq. So...
ANL
Şair Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçirildi. Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, tərcüməçi Yusif Həsənbəyin yaradıcılıq gecəsi olub. Filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən gecədə aka...
ANL
ÇAĞDAŞ TÜRKİYƏ NƏSRİNİN AZƏRBAYCANDA YENİ TƏQDİMATI HAQQINDA BİR NEÇƏ SÖZ. Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" dərgisinin "Türkiyə: hekayə" sayı çağdaş mədəni-ədəbi mühitimiz üçün əlamətdar sayılacaq hadisələrin - yubileylərin qovuşuğunda işıq üz...
ANL
1978-ci ildən bəri qeyd olunan 18 May Beynəlxalq Muzeylər Günündən əsas məqsəd muzeylərin mədəni-ictimai həyatdakı önəminə diqqət çəkməkdir. Həqiqətən, muzeyin həyatımızdakı əhəmiyyəti nədən ibarətdir? Muzeyə niyə getməliyik? Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar ma...
ANL
Son üç ədəbiyyat istiqaməti - cərəyanı haqda danışacağıq. Modernizm - tərz fərqidir. Postmodernizm - inkar və istehzadır. Metamodernizm - yenilənmədir. Bu üç cərəyan təkcə ədəbiyyatda deyil, bütün sahələrdə öz ifadəsini tapıb. Mədəniyyətin hər növü özündə çağdaş dünyanın müxtəlif istiqamətlərini əks etdirir. Bulqa...
ANL
Əgər kimsə məndən, keçmiş tələbəsi kimi müəllimim Kamal Abdullanı şərh etməyimi istəsə, yəqin ki, sayacağım uzun epitetlərin başında "fərqli" sözünü işlədərəm. Fərqli insan, fərqli rəhbər və fərqli pedaqoq... Ancaq çoxları kimi mən də onu öncə yazıçı kimi tanımışdım. Fərqli yazıçı... Hələ Bakı Slavyan Universitetində...
ANL
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı dünən Kürdəmir şəhər 3 saylı tam orta məktəbdə XX əsr Azərbaycan şeirində mütərəqqi romantizm cərəyanının görkəmli nümayəndələrindən olan Məhəmməd Hadinin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirib. AMEA N.Gəncəvi adına M...
ANL
Gənc ifaçıların IV Respublika Müsabiqəsi başlanıb. Ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər ...
ANL
AZƏRTAC xəbər verir ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə tanınmış şairin ömür yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun bu yubileyə ünvanladığı məktubu Birliyin sədr müavini Həbib Misirov oxuyub...
ANL
Azərbaycan Avrasiya Kitabxanalar Assambleyasının iclasında. Mayın 17-də Qırğızıstan Milli Kitabxanasında "Rəqəmsal əsrdə kitab və mütaliə" mövzusunda Beynəlxalq Konfrans çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXII Ümumi iclası keçirilib. İclasda Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim D...
ANL
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının kolleci akademiyanın 90 illik çərçivəsində ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib. Tədbirdə mədəniyyət və ictimai xadimlər, xarici ölkələrin diplomatik nümayəndələri, media nümayəndələri...
ANL
Dünyanın ən ciddi mövzusu. - Bu mövzu ona görə ciddidir ki, gələcəkdəki bütün mətnlərə təsir edəcək. Əgər sənət konteksində özündən əvvəlki digər ciddi mətnlərdən üslubu və intonasiyası ilə seçilsə. Mövzu onsuz da kifayət qədər ağır və intellektual bünövrəsi olan mövzudur. Yerdə qalır onun həndəsəsini qurmaq. Həndəsə, ...
ANL
Azərbaycan Qırğızıstandakı beynəlxalq konfransda təmsil olunub. Ötən gün Qırğızıstan Respublikasının Bişkek şəhərində Qırğızıstan Prezidentinin Şəhərkənarı Konfrans Mərkəzində 15-18 may tarixlərində keçirilən "Rəqəmsal əsrdə kitab və mütaliə" mövzusunda Beynəlxalq Konfransın Plenar İclasının açılışı olub. Açılış ...
ANL
Çərək əsrlik Xoşbəxtlik... Azərbaycan Dövlət Pantomima Teatrının 25 yaşı tamam oldu... Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri sadəcə bir faciəvi sənətkar taleyini əksi baxımından yox, həm də sənət mühitini dəqiq ifadə etdiyi üçün təsirlidi. Teatrla, sənətlə azca əlaqəsi, yaxınlığı olan adam Cabbarlı personajlarını hər...
ANL
Ramiz Rövşən rüzgarının yeni dalğası. Günlərdir, paytaxtımızda elə bir Ramiz Rövşən rüzgarı əsir ki, özüylə şeirin, sənətin, ədəbiyyatın qoxusunu yayır küçə-küçə, dalan-dalan, ev-ev. Bir neçə gün öncə Bakı Kitab Mərkəzindən başlayan rüzgarın tanış səsi mayın 15-də LİBRAFF-ın "Park Akademiya" filialında eşidildi. Bu...
ANL
Yadımdadır, bir neçə ay əvvəl İstanbulun Tarabiya səmtindən mərkəzə doğru qayıdanda onunla yolboyu Qarabağdan, qaçqınlardan, məcburi köçkünlərdən danışmışdıq. Uzun illərdir, yurd-yuvasından didərgin düşən insanlarımız olduğunu dedikdən sonra, sitəm dolu bir cümlə də işlətmişdim: "Bilirsiniz, tikanlı səddin bu tər...
ANL
Sualların ən gözəli. Əslində, ilk dəfə deyildi onu belə yana-yana ağlayan gördüyüm, namazında, səcdəsində, duasında... dəfələrlə necə iç çəkdiyini öz qulaqlarımla duymuşdum; bir də görürdün, yemək yediyi yerdə doldu gözləri, bir də görürdün, qızını oynadan yerdə tutdu ağlamağı... yəqin səhhətiylə bağlıydı bu, yəqin ə...
ANL
Əhməd bəy Ağaoğlu yad edilib. Bugünlərdə Nəriman Nərimanovun xatirə muzeyində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. "Əhməd bəy Ağaoğlu - böyük mücadilə adamı" adlanan bu tədbir Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbə heyətin...
ANL
"Bakını dünyada türkoloji tədqiqatların mərkəzinə çevirə bilərik". Müsahibimiz "Türkologiya" jurnalının məsul katibi, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovdur. - Elçin müəllim, söhbətimizə "Türkologiya" jurnalı və onun fəaliyyəti h...
ANL
Təvazökarlığı inanılmaz dərəcədədi. Xalq şairi Rəsul Rzanın oğlu, məlumdur ki, yaxşı bir tərbiyə görüb və özünü gözə soxmamağı öyrənib. Romanlarını bir neçə ildə oxudum və bunu açıqca ifadə etdim: Azərbaycanda nəsr bizdən irəli keçib. Hay-küysüz, təmkinli bir vətənpərvərdi. Millətsevərdi. Azərbaycan ədəbiyyatının böyük...
ANL
Mübaliğəsiz demək mümkündür ki, 1930-cu illərin sonunda onun ölümü böyük Atatürkün vəfatından sonra Türkiyənin ictimai, mədəni və mənəvi həyatında geniş səs-səda və yanğı doğuran, haqqında uzun müddət bəhs olunan itkilərdən biri kimi tarixə düşmüşdü. Cəmiyyətin müxtəlif təbəqələri, ilk növbədə isə yaradıcı ziya...
ANL
Biz jurnalistikaya gələndə dünya tamam başqaydı. Onda yazmaq indiki qədər asan və sadə deyildi. Xüsusən Qarabağ münaqişəsinin başlaması jurnalistikaya və bütövlükdə mətbuata qeyri-adi bir nəfəs vermişdi. Ona görə də yazı-pozu ciddi məsuliyyət tələb edirdi. O dövr həm də "yazsam öldürərlər, yazmasam ölləm" zamanı ...
ANL
XX əsr Azərbaycan poeziyasının ünlü simalarından olan Mikayıl Müşfiq qısa həyatı və yaradıcılığı dövründə zəngin bir ədəbi irs yadigar qoymuşdur. Müşfiqin ədəbiyyata gəlişi olduqca təzadlı bir dövrə təsadüf edirdi. Azərbaycan XI Qızıl Ordu tərəfindən işğal edilib Xalq Cümhuriyyəti devrildikdən sonra ölkədə bolş...
ANL
Zülmət gecələrdə yazılanların işığı. Sanballı söz və qələm adamı, yazıçı, publisist Novruz Nəcəfoğlu - Novruz Novruzov ömrünün 65 ilini çiyinlərində yüksək dövlət qulluğunun şərəfli məsuliyyətilə bərabər, yaradıcılıq fərəhi, yeni əsərlərin sevinci ilə qarşılayıb yola saldı. Ədəbi yaradıcılığa əvvəl şeirlə, publisist...
ANL
Bişkekdə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mayın 17-də Qırğızıstan Respublikasının Bişkek şəhərində 15-18 may tarixlərində keçirilən "Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfrans çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yub...
ANL
Uzaq və yaxın Meksika. Müasir Meksika digər inkişaf edən ölkələr arasında nisbətən yüksək iqtisadi səviyyəsi ilə fərqlənir, onun inkişafı bol xammal bazasına əsaslanır. Ölkənin yerinin təki çox sayda böyük metal filizi, neft, təbii qaz və kükürd ehtiyatlarına malikdir. Öyrənilmiş və istifadə edilən iri enerji resu...
ANL
100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin zəfərlər tarixindən səhifələr. Ərazi məsələsindəki müvəffəqiyyətimiz. Lənkəran düşmənlərdən təmizləndi. Muğana çəkilən xaxollar Azərbaycan ordusunun vürudi üzərinə silahlarını təslim etməgə başladılar. Qarabağ erməniləri Azərbaycan hakimiyyətinə boyun qoydular. Naxçıvan...
ANL
Bax, o yağış damcımsan mənim... Tutqun havadan sonra buludların arxasından utanaraq gülümsəyən günəşimsən mənim... Payız gəlincə bütün yarpaqlar xəzəl olub ayaqlar altında xışıldayarkən, budaqdakı son yarpaq israrla qopmaq istəməz. Küləyə qarşı dirəşər, möhkəmcə tutunar budağa. Bax, o yarpağımsan mənim... Qışın aya...
ANL
Alçaldılmışlar və sındırılmışlar. ... İnsanların çoxu öz kasıblığını birtəhər həzm eləyə bilir, qüruruna nə gəldi yedirmir, adamlığını və mərifətini, can boğaza yığıldığı ana kimi qoruyur, ruhi qidanın və mənəvi məmnuniyyətin arxasınca düşür. Bəzilərinə isə tamah güc gəlir, gözlərdən oğurlanıb qoruğa dalmaq istəyir...
ANL
Gənc ədiblərin Qulu Ağsəslə görüşü. Fəvvarələrin səsi sakitlik boyu axa-axa bərkdən səslənirdi. Sahil bağının adamsız yaşıllığında siqaretimə güc verə-verə Gənc ədibləri gözləyirdim. Bu gün Qulu Ağsəslə görüş olacaqdı. Milli kitabxananın qabağında gənclərin sümürdüyü siqaretlərin göyümtül tüstüsü burula-burula ...
ANL
Mayın 26-da Nailə İbrahimovanın doğum günüdür. O, Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasının müdiri və professoru olmuş, gözəl qadın və insan, pianoçu və pedaqoq idi. Nailə xanımla biz dost idik. Bir çox ölkələrdə - Fransada, Türkiyədə, Belarusda və başqa yerlərdə, müxtəlif tədbirlərdə, kons...
ANL
Gül çöhrəli Gülçöhrə. Tanrı ona qənirsiz yaraşıqla, gözəlliklə bahəm qəribə bir tale də bəxş etmişdi. Kimin ağlına gələrdi ki, 24 yaşında Azərbaycanın gül çöhrəli Gülçöhrəsinin ekran obrazını yaratmaq xoşbəxtliyinə qovuşan bu məsum qızın özü də tezliklə haqqında miflər, nağıllar yaranan bir obraza çevriləcək, "ölkə gö...
ANL
Darıxmaqla baş etməyən adamların yanında, Darıxmağa şükr edirəm, bundan betər ağrım var. Xaricimdə baharıma qar tökülür şaxtadır, Daxilimdə alov almış, külə dönmüş bağrım var. Qələm aciz, tənhalığın görnüşünü yazmağa, Sükutumun qulaq deşən cingiltili səsi sən! Heç üzülmə yoxam deyə, möhkəm sarıl inada, Bu sevginin tərs...
ANL
Həmidə xanım Cavanşir haqqında maraqlı tədqiqat əsəri. XIX əsrin sonu, XX əsrin birinci yarısında Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndələrindən sayılan Həmidə xanım Cavanşir öz geniş maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə xalqımızın maariflənməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın, xeyir...
ANL
Şəkillənən xatirələr, yaxud başı qarlı uca dağ: Xalq yazıçısı Hüseyn İbrahimov. İki mininci illərdə ədəbi mühitə təzə-təzə qədəm qoyduğum vaxtlar xalq yazıçısı Hüseyn İbrahimovun Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri olduğu dövrə təsadüf etmişdi. İstedadlı gənc şair dostum, mərhum İlqar Qulusoy...
ANL
Qələmsiz yazılanlar. Son günlər bir möhtəşəm Qadın obrazı gözümün önündən çəkilmir. Xatirələrində Əhməd bəy doğulduğu Şuşadan, uşaqlıq illərindən də söz açır. Adamı hüzünləndirən, duyğularını param-parça edən bu xatirələrdə bir işıqlı obraz - Əhməd bəy Ağaoğlunun anası Tazə xanımın obrazı məni əməlli-başlı heyrətləndi...
ANL
"Suyu axtaran adam"ın oxucularla görüşü. Əməkdar elm xadimi, professor Tofiq Məliklinin bu günlərdə işıq üzü görən yeni kitabı - "Suyu axtaran adam" əsəri avtobioqrafik romandır. "Təknur" nəşriyyatında çap olunan 384 səhifəlik romanda bütün əngəllərə, çətinliklərə baxmayaraq, "oddan qorxmayan suyu", yəni uğuru, başarı...
ANL
İlham Rəhimlinin yeni kitabları təqdim olundu. Ötən gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) sənətşünaslıq üzrə elmlər doktoru, professor İlham Rəhimlinin kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə ADMİU rəhbərliyi, tanınmış sənət adamları, professor, müəllim və tələbə heyəti, med...
ANL
Milli Kitabxanada yeni kitab sərgisi. Sərgidə ədəbiyyatşünasın Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərtibçisi olduğu və alim haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.
ANL
Bişkekdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir. Mayın 18-də Qırğızıstanın Bişkek şəhərindəki Manas Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın Qırğızıstandakı səfirliyi, TÜRKSOY təşkilatı, Manas Universiteti, Azərb...
ANL
MDB ölkələrinin görkəmli yazarları, dramaturqları "qırmızı imperiya" çökdükdən sonra bir çox respublikalardakı siyasi-iqtisadi, ictimai-sosial, kulturoloji vəziyyəti refleksiya eləmək, bu durumun mahiyyətini anlamaq üçün məhz absurddan faydalandılar, Semuel Bekketin, Ejen İoneskonun, Edvard Olbinin, Slavomir Mro...
ANL
Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində. Son illərdə Azərbaycanla Qazaxıstan arasında elmi-ədəbi əlaqələr sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Qarşılıqlı olaraq müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlar keçirilir, fundamental elmi əsərlər, ədəbi nümunələr tərcümə olunaraq yayılır. Bakıda,...
ANL
Yazıçı Seyran Səxavətlə görüş. Sumqayıt Regional Mədəniyyət İdarəsinin mərkəzləşdirilmiş kitabxana sistemində, Xırdalanda yazıçı Seyran Səxavətlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, şair Məlahət Yusifqızı yazıçıya dəvəti qəbul edib gəldiyinə görə kitabxanaçılar, qonaqlar və oxuc...
ANL
Rəsul Rza mükafatı sahiblərinə təqdim olundu. Mayın 20-də Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəsul Rzanın doğum günü münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) Rəsul Rza adına Ədəbiyyat Ocağı İctimai Birliyinin təsis etdiyi ənənəvi Rəsul Rza mükafatının təqdimetmə mərasimi keçir...
ANL
Şeirlər toplusunu çapa hazırlayan naşir, yazıçı Rəşid Çavaş əsərin ön sözündə şairin keçdiyi keşməkeşli həyat yoluna və çoxşaxəli yaradıcılığına nəzər salaraq yazır ki, bu kitab, həm Türk poeziyasında böyük bir cığır açmış, həm də modern dünya şeirində türkcəyə yol göstərən böyük bir şairlə tanış olmaq və görü...
ANL
Rübailər. İbtidai təhsilini Limli kəndində alıb, orta məktəbi isə Ərdəbildə bitirib. Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə çox maraqlanıb. O zaman inqilab yenicə baş verdiyindən türk dilində qəzetlər də təzə-təzə işıq üzü görürdü. Əvvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazı...
ANL