text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İçimizdəki uşaq. Hər səhər işə tələsirik. Axşam işdən tələsirik. Bəzən özümüzdən asılı olmayaraq telefonumuzun saat zəngi çaldığı andan, mexaniki olaraq beyinaltı yaddaşımıza həkk etdiyimiz həyat qrafikimizin qaç-qovuna düşürük. Bütün dərdimiz də maddi tələbatlarımızı ödəməkdən ötrü və ya sadəcə məcburi gündəlik qaç-q...
ANL
Azərbaycan şairi Nəsimi yaradıcılığında dördlük fəlsəfəsi. Azərbaycan ədəbiyyatı öz dahi yazarları ilə əsrlər boyu dünya ədəbiyyatında xüsusi yer almış, Nizami öz "Xəmsə"si ilə dünya ədəbiyyatının korifeyi olduğu kimi, İmadəddin Nəsimi də dünya ədəbiyyatının fəlsəfi aləminə öz möhürünü vurmuşdur. İstər vətənimizdə, i...
ANL
Türk dünyasına bələdçilik edən çağdaş məxəz. Çoxillik tədqiqatlarında Türk dünyasının ortaq dəyərlərini və hədəflərini incələyərək Azərbaycan oxucuları üçün önəmli bilgilərin əldə edilməsi və yayılması sahəsində qibtəediləcək işlər görmüş, çağdaş nəsillər üçün gərəkli bir mənəvi qaynaqlar toplusu yaratmış Əli Ş...
ANL
Ceyhun Məmmədov: "Məqsədimiz dini və dünyəvi biliklərə malik mütəxəssislər yetişdirməkdir". Azərbaycan İlahiyyat İnstitutu öz dəst-xətti olan bir institutdur. Tezliklə doktorantura pilləsində də təhsil verməyə hazırlaşan Azərbaycan İlahiyyat İnstitutunda, sadəcə, din xadimləri deyil, həmçinin, pedaqoqlar da hazır...
ANL
Gərək gözləyəsən duyğular təmasa girə, hisslərini ürəyindən oxuya. Anardan yazmaq istəyirdim. Mən onun bütün yaradıcılığını diqqətlə izləyirdim. Ondan daha çox maraqlı əsərlər gözləyirdim. Bir dəfə, müsahibə zamanı demişdim ki, mən Anarın nəinki yazılmış əsərlərini, hətta yazılmamış əsərlərini də oxumuşam. Müsahibim g...
ANL
Bir məruzənin təəssüratı. "Prezident İlham Əliyev: "...Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dün...
ANL
"Özümüzdən böyük Sözümüz" təqdim olundu. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq şairi Sabir Rüstəmxanlının "Özümüzdən böyük sözümüz" adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, AYB rəhbərliyi, tanınmış qələm adamları, oxucular və media nümayəndələri işt...
ANL
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadəyə həsr olunmuş konfrans. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş "Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə: bədii düşüncə ilə ümummi...
ANL
İlyas Əfəndiyevin anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir. Dünən Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə mərhum Xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 105 il...
ANL
Azərbaycan Respublikasının ən böyük dövlət kitabsaxlayıcısı, milli mətbuatımızın və kitabiyyatımızın dövlət arxivinin yaradıcısı, ölkənin bütün kitabxanaları üçün elmi metodik mərkəz funksiyasını yerinə yetirən, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində aparıcı elmi mərkəz rolunu oynayan, oxuculara k...
ANL
Musiqişünas-alim Ramiz Zöhrabovun xatirəsi anılıb. Mayın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Xalq artisti Ramiz Zöhrabovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfrans təşkil edilib, həmçinin, "Milli musiqişünaslığımızın iftixarı" adlı kitabının təqdimatı olub. Tədbiri Azər...
ANL
Akademik Məmməd Cəfər Cəfərov Mollanəsrəddinşünas alim kimi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Sərəncamı Azərbaycan ədəbiyyatşünaslığı elminə verilən yüksək dəyərin bariz nümunəsidir. Sərəncamda qeyd olu...
ANL
Uzaq və yaxın Meksika. (Əvvəli ötən şənbə saylarımızda). Qara pivə ağ pivənin içməyə öyrənənlərə ekzotik məhsul kimi daha xoş gəlir və irland qara pivəsindən fərqli olaraq bu, o qədər də acı olmur. Qədim xalq içkisi isə şokoladdır, ancaq əvvəllər onu indi olduğundan başqa cür hazırlayırdılar. Buradan həmin içki bütün d...
ANL
İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, b...
ANL
Vətəndaş yazıçı. Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlar içərisində Xalq yazıçısı Hüseyn İbrahimovun özünəməxsus yeri vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" 13 may 2019-cu il...
ANL
Nəsimi və Füzuli: poetik sistemdə ədəbi paralelizm. Dünya ədəbiyyatının özəl bir qanunauyğunluğu var: onun yaradıcısı olan sənətkarların əsərlərində bir-birinə oxşar motiv, söz, ifadə və bənzətmələr mövcuddur. Bu hala klassiklərin əsərlərində nadir hallarda, müasir şairlərin yaradıcılığında mütəmadi olaraq rast gəl...
ANL
"Ucalıqda olanda yazıçının həyatı tənhalıq içində keçir. Yazıçı təşkilatları onun tənhalığını bəzəyib-düzəyə bilər, amma çətin ki, işinin keyfiyyətini yaxşılaşdırsın. O, tənhalıqdan canını qurtarıb ictimai fiqur kimi ucalır və çox vaxt da bu, onun yaradıcılığına ziyan vurur. Çünki tək yazıb yaradır, əgər kifayə...
ANL
"Çölçü"nün bəşəri mübarizəsi. Öncə ondan başlayaq ki, "Çölçü" beş qitədə nümayiş olunmuş yeganə Azərbaycan filmidir. 2012-ci ildə tanınmış kinorejissor Şamil Əliyevin ekranlaşdırdığı film bu illər ərzində saysız-hesabsız mükafatlar qazanıb, müxtəlif nüfuzlu film festivallarının qalibi olub. Lap elə bu günlərdə üç B...
ANL
Əjdər Ol hekayəçiliyi, yaxud üç hekayədə Qarabağ. Bir dəfə hörmətli professorumuz Qəzənfər Paşayev mətndən danışarkən maraqlı bir fikir demişdi. Hamı bərli-bəzəkli cümlələrə, mürəkkəb ifadələrə can atır. Elə yazmaq ki, onu bütün təbəqələrdən olan oxucular başa düşsünlər". Çoxdan eşitdiyim bu cümlələr sonra heç v...
ANL
Nəsimi irsi Molla Cümə yaradıcılığında. Milli-mənəvi dəyərlərimiz haqqında düşünəndə göz önünə ilk gələnlərdən biri, bəlkə də birincisi qürur mənbəyimiz Nəsimi olur. Şairin zəngin və rəngarəng yaradıcılıq irsi tükənməz enerji mənbəyinə çevrilmiş, özündən sonra gələn qüdrətli sənətkarlarımızın, xüsusən də görkəmli a...
ANL
komediyası absurd pyeslər cərgəsində özünə layiqli yer tuta bilir. Lakin getdikcə Elçinin pyeslərində absurdun tendensiyaları, nişanələri daha qabarıq bir şəkildə özünü göstərməyə başlayır. Artıq bu komediyalarda absurdun bütün əlamətləri aşkar görünürdü. Amma həqiqətdə, Elçin yaradıcılığını izlədikcə görürsən k...
ANL
AYB bir qrup ədibi mükafatlandırdı. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda bir qrup şair və yazıçının mükafatlandırma mərasimi keçirilib. Mərasimdə AYB rəhbərliyi, tanınmış qələm adamları, mükafatçılar və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yaz...
ANL
Dünya ədəbiyyatında postmodernə keçid absurd teatrın təmsilçilərindən olan Samuel Bekket yaradıcılığıyla da bağlanır. Bizdə eyni işi Vaqif İbrahimoğlu "Yuğ" teatrını yaratmaqla gördü. Umberto Ekonun postmodernizm haqqında fikri yerinə düşər: "Modernizm özündən əvvəlkini yox edə bilmədi. Postmodernizm modernizmə cavab...
ANL
Alimliklə kamilliyin vəhdəti. Qədim bir əsatirə inansaq, nə vaxtsa insanların bəsirət gözünün olduğunu deyirlərmiş. Bu göz adama istənilən hadisəni daha dəqiq görməyə, həyata geniş və aydın nəzərlərlə baxmağa, gələcək barədə irəlicədən dürüst nəticələr çıxarmağa imkan verərmiş. Zaman keçdikcə insan övladı hansısa...
ANL
Yalın başından kənd göründü. Dağın ətəyinə səvərən bu kəndi görəndə, Cəfərqulunun qanı qaynadı, ürəyi doğma yurda həsrət və məhəbbətlə döyündü. Amma kənd görünən kimi o əhvalat, yeddi ilin boyat əhvalatı yaddaşının yeddi qatından çıxmağa, onun xəyalında ağır-ağır gərnəşməyə başladı. - Bununla da Cəfərqulunun həs...
ANL
Bir mahnıyam, nəqarəti O olan... Özümə belə etiraf etməyə qorxduğum duyğularla savaşıram. Sol tərəfimdəki bu ağrılar heç də yad deyil. Getdikcə şiddətlənir ağrısı. Hər nəfəs alışımda sancısı daha çox üstələnir. Sanki kimsə ürəyimin mərkəzinə bir xəncər saplayıb. Qəribədir, ağrıdan şikayətlənmirəm, hətta əksinə, zövqü...
ANL
Tənhalıq haqqında improvizə. Sən çoxluğun obrazının bir ştrixi ola bilərsən, amma tənha və təksənsə, bu sənin öz obrazın var deməkdir. İnsanın bütün yaradıcı keyfiyyətlərinin başında isə onun öz obrazının olması gəlir. Odur ki, dünyanın bütün şedevrləri tənha, marginal adamlar tərəfindən yaradılıb. Çoxluğun təyinatı i...
ANL
Bir ulduz da söndü... MÜASİR AZƏRBAYCAN RABİTƏSİNİN QURUCULARINDAN OLAN MƏRHUM CAMAL ALLAHVERDİYEVİN ƏZİZ XATİRƏSİNƏ. "Adamın yaşıdı ölən zamanda, Həyat ümidindən iz qalmır onda". Şeyx Nizami Gəncəvi. Bu yaxınlarda respublikamızın rabitəçilərinə ağır itki üz verdi. Ölkəmizdə rabitənin qurucularından biri, ömrünün 60...
ANL
İlyas Əfəndiyev şəxsiyyəti: təkrarsızlıq və unudulmazlıq. Xalqın ədəbiyyat tarixinə daxil olmuş klassiklərin ədəbi-tarixi mövqeyini öyrənmək üçün onların həyatı, yaradıcılığı və bədii irsinin poetik-estetik keyfiyyətləri ilə bərabər, həm də onlar haqqında duyğusal xatirələr etibarlı məxəz rolunu oynayır. Xalqın tarix...
ANL
... Təsəvvür edin, Azərbaycan kinosunu Nəsimi, Babək, Bamsı Beyrək kimi monumental obrazla rövnəqləndirmiş, tamaşaçıların yaddaşında böyük, yenilməz şəxsiyyətlərin mahir ekran təfsirçisi kimi özünə layiqli yer qazanmış və şöhrətinin zirvəsində dayanıb bu ucalığa uyuşan daha sanballı obrazlar gözləyən Rasim Balay...
ANL
Gələn zənglər xoşməramlıdır. Dostlar, tanışlar, hətta tanımadığım adamlar məni təbrik edirlər. Bəribaşdan onların hamısına təşəkkür edirəm. Məsələ burasındadır ki, mən, daha doğrusu mənim yaradıcılığım, bu son bir ay ərzində bir neçə ədəbi mükafata layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dr...
ANL
ÇAĞDAŞ VƏ QƏDİM ÖZBƏKİSTANDA ON GÜN. Dostum və qardaşım, şair-publisist Əkbər Qoşalı Özbəkistanda "Dünya Yazar və Rəssamlarının Rezidensiyası"na qatılmaq təklifini edəndə tərəddüdsüz razılaşdım. Nədənsə hələ uşaqlığımdan qardaş ölkənin ədəbiyyatı, mədəniyyəti, tarixi abidələri diqqətimi çəkmişdi. 2013-cü ildə Tü...
ANL
PROFESSOR VİLAYƏT QULİYEVİN "ATATÜRK VƏ ƏHMƏD AĞAOĞLU" MONOQRAFİYASI İLƏ "ƏHMƏD BƏY AĞAOĞLU: XATİRƏLƏR" KİTABI MÜHÜM MƏDƏNİ-İCTİMAİ HADİSƏYƏ ÇEVRİLDİ. Ədəbiyyatla məşğul olmaq zəngin mütaliə, bilik və istedaddan əlavə, sonsuz sevgi də tələb edir. Gərgin əməyə, çoxşaxəli axtarışa sevgisiz tablaşmaq mümkün deyil...
ANL
Fransız şərqşünas: "Azərbaycan zəngin ədəbi tarixi olan ölkədir". Xatırladaq ki, ədibin məqaləsini xülasə formasına salan onun ali təhsil almaq üçün Fransaya göndərilən və 1925-ci ildə Parisdə gənc yaşlarında vəfat etmiş kiçik qardaşı Miri bəy Vəzirov olmuşdur. Lüsyən Buva da həmin xülasəni tərcümə edərək jurnal...
ANL
Əbülfəs Qarayev "Diri baba" türbəsinin vəziyyətilə tanış olub. Mədəniyyət naziri Əbülfəs Qarayev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan rayonu ərazisində yerləşən "Di...
ANL
Riqada Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü qeyd edildi. Mayın 24-də Latviyanın paytaxtı Riqada Azərbaycan Xalq Cümhuriyyətinin 101-cü ildönümü və diplomatik xidmət orqanlarımızın 100 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub. Bu barədə Azərbaycanın Latviyadakı Səfirliyindən məlumat verilib. Tədbirdə ...
ANL
UNESCO-nun baş qərargahında məlumat sessiyası təşkil edilib. Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə YUNESKO baş qərargahında cari ilin 30 iyun-10 iyul tarixində Bakıda təşkil ediləcək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı məlumat sessiyası keçirilib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ə.Qara...
ANL
Milli Kitabxanada "İnsan hüquqları" adlı tədbir keçirilib. Mayın 30-da Milli Kitabxanada ölkəmizdə mayın 18-dən iyunun 18-dək elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Bakı Dövlət Universitetinin və digər ali məktəb tələbələrinin, gənc oxucuların iştirakı ilə "İnsan hüquqları" adlı sərgi-diskusiya təşkil ol...
ANL
Tanınmış alim Mina Quliyeva ilə bağlı sərgi açılıb. Mayın 29-da Milli Kitabxanada fransız dili tədrisi metodikası problemlərinin tədqiqatçısı, alim Mina Əliqulu qızı Quliyevanın Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablarından və dövri mətbuatda çap edilmiş elmi məqalələrindən ibarət "Mina Quliyeva" adlı sər...
ANL
Xoreoqrafiya Akademiyasında Respublika Günü sərgisi. Mayın 27-də Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) akademiyanın İncəsənət fakültəsi və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə 28 may -Respublika Gününə həsr olunmuş “Zəriflik” adlı fotoqrafika sərgisi açılıb. Tədbiri giriş sözü ilə BXA-nın...
ANL
Rumıniya mediası Nəsimi haqqında məqalə yayıb. Rumıniyanın nüfuzlu Amosnews xəbər agentliyi AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin “Nəsimi – Azərbaycanın böyük filosofu və şairi” sərlövhəli məqaləsini yayıb. Məqalədə bildirilir ki, Nəsiminin 650 illik yubileyi ilə bağlı Azərbaycanda tədbirlər keçi...
ANL
Xalq yazıçısı Hüseyn İbrahimov anılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbir İnstitutun Elektron akt zalında baş tutub. Xatırladaq ki, tədbir İnstitutda praktika keçən Bakı Avrasiya Un...
ANL
Ədəbiyyat İnstitutunda İsmayıl Şıxlı konfransı. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun...
ANL
Türk dillərinin müqayisəli tədqiqinə töhfə. Azərbaycan türk dilləri sistemində inkişaf edərək həmin sistem içərisində öz əlaqələrini daha geniş sahələr üzrə bərpa etməkdədir. Bu, türk dünyasının bərləşməsinin bir yönüdür, dil-linqvistik hadisəsi və tərəfidir. "Bir çox özünəməxsus xüsusiyyətlər qrammatik kateqoriyaların...
ANL
“Naxçıvan şəhərinin epiqrafik abidələri” təqdim olunub. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan şəhərinin epiqrafik abidələri” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev ...
ANL
Bir ağız qoşmayam, Sevgi dolu fəryadam. Mənimlə danışın, Sonra barışın. Ağac dilində sevgi nədi bilirsiniz? Sizin də sözünüz nədi, xəbəriniz var? Qönçə kimi açılan əllər. Uzadın əlinizi çiçəklərə, Dərməyin amma. Eləcə toxunun, Çiçəklər ətri ilə oxunur, Siz də əlinizlə oxunun, İlıq bir təbəssümlə danışın, Çiçəklə qaynay...
ANL
"Ən yaxşı oxucu"nun qalibləri mükafatlandırılıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) X.B.Natəvan adına 4 nömrəli kitabxana filialının nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının dəstəyi ilə "Nəsimi ili" çərçivəsində "Ən yaxşı oxucu" müsabiqəsinə ...
ANL
Şair olmaq zülümdür? "Böyüyəndə kim olacaqsan?" Bu sualı uşaq vaxtımızda nə qədər eşitmişik, dönə-dönə özümüzdən də soruşmuşuq. Cavabı isə gah dilimizdə, gah qəlbimizdə olub, özü də növbə ilə dünyanın bütün peşələri bizi cəlb eləyib. Kitab yazıram, kitab oxuyuram, kitab yazanlarla, kitab oxuyanlarla söhbət edirəm və b...
ANL
Yağışdan sonra boy verən təhlükə. Göbələk orqanizm üçün olduqca faydalı bir tərəvəzdir. Onun tərkibi vitamin, mineral maddələr, zülal, kalsium, dəmir və karbohidratlarla çox zəngindir. Bu səbəbdən də göbələkdən qidalara üstünlük verməkdə fayda var. Ancaq göbələk ləzzətli qida olmaqla yanaşı, ondan zəhərlənmə də çox t...
ANL
Günün birində oturub dünyanın dərdini çəkmək istəmişdim. Əllərim ayaqlarıma sahib çıxmadığı zamanlardan biriydi. Onun qarşısına qırx incəbelli kəniziylə birgə şah qızı çıxmışdı, məni isə qapının arxasında bir div qarşılamışdı. Şah qızı onun saçlarından tutub qırxıncı qapıdan eşq dünyasına çəkmişdi. Div mənimlə elə bi...
ANL
Bir ağız qoşmayam, Sevgi dolu fəryadam. Mənimlə danışın, Sonra barışın. Ağac dilində sevgi nədi bilirsiniz? Sizin də sözünüz nədi, xəbəriniz var? Qönçə kimi açılan əllər. Uzadın əlinizi çiçəklərə, Dərməyin amma. Eləcə toxunun, Çiçəklər ətri ilə oxunur, Siz də əlinizlə oxunun, İlıq bir təbəssümlə danışın, Çiçəklə qaynay...
ANL
"1966-cı ildə Güney Azərbaycanda fars rejiminin "Siyəhrud"laşdırdığı Suyarı kəndində doğulmuşam. Dilimizin gözəlliklərinin vurğunuyam. Öz dilimdə yalnız anamın nağıllarını dinlədim bütün uşaqlığım boyunca. Gəncliyimdə qoşuğun axıcılığı, səslərin uyuşumu məni özünə çəkdi. Öz dilimdə yazmağın dadına vardım. Üçüncü...
ANL
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələməd...
ANL
Kitabların sehirli aləmi. Əlimi ehmalca rəf boyunca kitabların üstüylə gəzdirdim. Əlin hərarətindən sanki kitablar canlanmağa başladı. Səhifələrin arasından şahzadələr boylandı. Cəngavərlərin qılınc-qalxanlarının səsi gəldi. Sonra hərflər rəqəmlərlə əl-ələ verərək astaca rəflər boyunca aşağı enməyə başladılar. Arxadan ...
ANL
Məktəblə hər gün ünsiyyətdə olan bir valideyn kimi də deyə bilərəm ki, uşaqlar onlara hədiyyə olunacaq kitabın necə həsrətindədirlər. Ən gözəl, maraqlı nağılı belə ona adi kağızda versən, oxumağa həvəsi olmayacaq. Amma ondan da zəif yazıları bir kitab halında uşağa versən, sevinəcək. O sevinclə də oxumağa başlayacaq ...
ANL
Multikulturalizmin Azərbaycan modeli. Qloballaşan dünyamızda multikulturalizmi inkişaf etdirmədən sülhə, tərəqqiyyə nail olmaq mümkünsüzdür. Multikulturalizm ingilis dilindən tərcümədə "çox mədəniyyət" deməkdir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüququnu tanıyan humanist dünyagö...
ANL
Azərbaycanda multikulturalizm. Azərbaycan dünya tarixində insanların məskunlaşdığı ən qədim mərkəzlərdən biri olaraq qəbul edilir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, o cümlədən, şərqlə qərbin kəsişməsindəki mövcudluğu bu regionun daima aktuallıq kəsb etməsinə səbəb olub. Bu mənada o, hər zaman tarixdə keçmiş və müa...
ANL
Mingəçevirdə Adil Cəmil gecəsi. Sözə-sənətə dəyər verən insanların xeyir-duaları ilə filmin ssenari müəllifi və görkəmli şair və publisist, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Adil Cəmilin 65 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin təşkilatçıl...
ANL
Ən azından böyük əksəriyyətimiz belə sayılırıq. Hətta o qədər ağıllıyıq ki, özümüzün başqalarını müzakirə və mühakimə etmək, hətta yol göstərmək, məsləhət görmək hüququna sahib olduğumuzu düşünürük (Sözsüz ki, bu həyat yolunda bizə bələdçi olan valideynlərimizə və ya müəllimlərimizə şamil edilmir). Özümüzə peşə, sənət...
ANL
Mirzə Cəlil irsinin tədqiq və təbliğinə yubiley töhfəsi. Hər bir azərbaycanlının öz Mirzə Cəlili var və ya hər bir azərbaycanlı Mirzə Cəlilin prersonajlarındandır deyə bilərik. Bir sözlə, Mirzə Cəlil bu millətin canında, qanındadır. Kiçikli-böyüklü hər əsərində böyük ədib bu millətə mesaj verir, təki onu anlayan ola...
ANL
Günəş məktəbə gəlir. Rüstəm müəllim məktəbin darvazasına çatanda dayandı. Heç vaxt bağlanmayan bu ağır, dəmir darvazaların kilid yeri çoxdan pas atmışdı. Gözünün ağı-qarası bircə oğlunu - Zöhrabını da özü kimi müəllim görmək istəyirdi. Onun oxuması üçün çalışırdı. İnsafən, hələ dördüncü sinifdə oxumasına baxmayar...
ANL
İndi mənim qədrimi bil, Yaşım yüzə dönəndə yox. Çox yaraşır üzə gülüş, Yanaqlarda süzə gülüş, Qonaq gəlsin bizə gülüş, Kədər bizə dönəndə yox. Torpaq üzə dönəndə yox. Mən yazığın günahı nə? Yaradan mənə dil verib. Tariximizi bilməsəm, Coğrafyamı özgə çəkər. Öz dilimdə düşünməsəm, Torpağımı özgə əkər. Öz dilini ar bilən...
ANL
Ürəksiz adam. Sən məndən gen dolan, ürəksiz adam, Çəkdiyim dərdləri çəkə bilməzsən. Şam kimi üzülüb gecə sübhətək, İynənin gözündən keçə bilməzsən. Vətənsiz heykələm, doğma vətəndə, Əlibaltalılar budayır məni. Axıb durulmadan, neynim hələ də, Torpaq günahlarım qınayır məni. Mən o mən deyiləm, sevda başında, Saçına s...
ANL
Azərbaycan-yapon ədəbi əlaqələri yeni mərhələdə. Çağdaş dünyamızda sürətli inkişafa liderlik edən Yaponiya milli adət-ənənələrini qoruyub saxlamaqla diqqəti cəlb edir. Uzaq Şərqi Asiya xalqlarının ədəbiyyatları arasında ən çox maraq doğuran və geniş şəkildə Azərbaycan dilinə tərcümə olunan məhz yapon ədəbi nümun...
ANL
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir. Qəzet və jurnallarda mütəmadi olaraq publisistik yazıları dərc olunur. H.Əsgərovun milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı haq...
ANL
Görkəmli cərrah. Professor İbrahim Topçubaşovun 95 illiyinə. O, orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1946-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Qəlbi doğma xalqına xidmət etmək arzusu ilə döyünən İ.M.Topçubaşov bu mü...
ANL
Praktik dilin tərcümanı: professor Musa Adilov. Mən Bakı Dövlət Universitetinin filologiya fakültəsinə çox bağlı adamlardan biriyəm. Bəlkə ona görə ki, mən bu Universitetdə oxuduğum illərdə bitirdiyim jurnalistika ixtisası filologiya fakültəsinin nəzdində bir şöbə idi və sonralar bu şöbə filologiyadan ayrılıb özü...
ANL
Vaqif Yusiflinin "Qanadlandıq uçmağa" kitabı təqdim olunub. Oktyabrın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin "aybKitab" layihəsi çərçivəsində çap olunmuş "Qanadlandıq uçmağa" adlı yeni bədii-publisistik məqalələr toplusunun imza günü keç...
ANL
Səcdə olunan torpağın fəryadı. Qarabağın ən gözəl guşələrindən olan qədim Kolanı obasında dünyaya göz açan, Əliağalı kəndində uşaqlığı, yeniyetməliyi bir nağıl kimi keçən Salman Alıoğlu (Babayev) qırx ilə yaxındır, jurnalist fəaliyyəti göstərir. Qələm onun ən yaxın sirdaşı, ən vəfalı yoldaşı və ən etibarlı do...
ANL
Memarlıq və İnşaat Universitetində Milan Dizayn Film Festivalı. Bu gün İtaliyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milan Dizayn Film Festivalının təqdimat mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, açılış mərasimində İtaliyanın ölkəmizdəki fö...
ANL
AYB-nin Gənclər Şurası məktəblilərlə görüş keçirib. Görüş Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon Bələdiyyəsi, Xətai rayon Gənclər və İdman idarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Xətai rayon Bələdiyyəsinin üzvü Səbinə Abdullayevanın "Nəsimi ili" çərçivəsində "Ədəbi niyyət"...
ANL
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin "Baş" romanı işıq üzü görüb. Nazirlikdən bildirilib ki, görkəmli yazıçı, dramaturq Elçinin "Baş" romanındakı hadisələr XVIII əsrin ilk onilliyində, Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir. Əsər tarixi...
ANL
Pianoçu Leyla Zeynalovanın Riqada böyük uğuru. Azərbaycanlı Leyla Zeynalova gənc pianoçuların Riqada keçirilən VIII Beynəlxalq müsabiqəsində birincilik qazanıb. Onun ifaçılıq istedadı üç xüsusi mükafatla qeyd olunub. Leyla İ.S.Bax musiqisinin, latviyalı bəstəkar M.Drustenin əsərinin ən yaxşı ifaçısı kimi fərqlənərək,...
ANL
Müəllif onu mən doğulan il qələmə alıb. Kitabdakı hadisələr isə məndən vur-tut iki yaş böyükdür. Bir romanın yazılma vaxtını nəzərə alsaq, deməli, mən az öncə bir yazıçının içərisində yaşadığı hadisələrə, olaylara adekvat yanaşmasını oxudum. Necə deyərlər, isti-isti... Özümə müharibə dövrünün uşağı deyə bilmərəm. Çünki...
ANL
Müsabiqədə yalnız 35 yaşına qədər gənclər iştirak edə bilərlər. Hər müəllif yalnız bir esse və ya şeir təqdim edə bilər. Esselərin həcmi 10 min işarədən artıq olmamalıdır. Təqdim olunan əsərlər daha əvvəl heç bir yerdə dərc edilməməlidir. Esse və şeirləri bir ədəd şəkil, qısa bioqrafiya və şəxsiyyət vəsiqəsinin surəti...
ANL
Milli Kitabxanada akademik Nizami Cəfərovun 60 yaşı qeyd edilib. Görkəmli alimlə bağlı kitabın və elektron məlumat bazasının təqdimatı olub. Noyabrın 1-də Milli Kitabxanada akademik Nizami Cəfərovun 60 illik yubileyinə həsr olunmuş tədbir və bu münasibətlə "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəşr ...
ANL
"Klassik və müasir ədəbiyyat məsələləri" işıq üzü görüb. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin "Klassik və müasir ədəbiyyat məsələləri" kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. Nəşrdə müəllifin ədəbiyyat tarixi, ədəbiy...
ANL
İtirilmiş Xoşbəxtlik... Zülmətlər də kor edir, gündüzlərin işığın, Qaranlıqlar boyayır, gözlərimin rəngini. Bir nəfəslik can qalıb, ruhumun həvəsindən, Həyat çoxdan itirib, yaşamın ahəngini. Ağrı, acı yol alır, dərdlərin ünvanına, Gecikən xoşbəxtliklər son nəbzini itirir. Qəhər seli yağdırır, gözlərimin yolları, Hər ...
ANL
Bu gün tanınmış telejurnalist, BDU-nun professoru Qulu Məhərrəmlinin 65 yaşı tamam olur. Xüsusi buraxılışda tanınmış elm və sənət adamlarının, yazıçı və jurnalistlərin yubilyar haqqında müxtəlif illərdə qələmə aldıqları yazıları toplanıb. Yubiley münasibəti ilə həmkarımızı təbrik edir, professor Gülrux Əlibəylinin...
ANL
Səməd Vurğun və Səmədoğlular Məti Osmanoğlunun təfsirində. Ədəbiyyatşünas Məti Osmanoğlunun "Ocaq yeri" kitabı Səməd Vurğun ocağına həsr olunub. Müəllifin də qeyd etdiyi kimi, Səməd Vurğun və oğulları Azərbaycan ədəbiyyatı tarixində fərqli yer tuturlar və kitabın üstünlüyü ondadır ki, müəllif bu fərqliliyi tam m...
ANL
Dirilər üçün rekviyem. Vüqar Tofiqlinin Ağdama ağrı dolu məhəbbətlə yazdığı silsilə məqalələr bir vaxtlar bütün Qarabağın faktiki mərkəzi olmuş, bu gün isə viranəyə çevrilmiş Ağdam şəhərinə həsr edilmiş rekviyemdir. Yaddaş yarasına çevrilmiş nisgil dolu xatirələr, ayrılıq həsrətindən rəngini itirib solğunlaşmış Ağdam m...
ANL
Oktyabrın 30-da "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin "Kitab qrafikası" qalereyasında Xalq rəssamı Arif Hüseynovun "Kitab qrafikası" fərdi sərgisinin təqdimatı keçirilib. Böyük Azərbaycan şairi, mütəffəkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgidə "Arif Hüseynov - Qrafika" kitabının təqdimatı da g...
ANL
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir. Qəzet və jurnallarda mütəmadi olaraq publisistik yazıları dərc olunur. H.Əsgərovun milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı ha...
ANL
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Kral, Fişerin ona qarşı olan hərəkətlərinə biganə qalmadı, Anna Boleynlə nikahının əleyhinə olduğuna və kralın ingilis kilsəsinin ali başçısı olmasına kəskin etiraz etdiyinə görə Con Fişer 1535-ci ildə edam edildi. Anna Boleyn də yepiskopa nifrət edirdi və onun kəsil...
ANL
1969-cu ildə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda təhsilin bütün pillələrində, o cümlədən, ali təhsildə islahatların aparılmasını sürətləndirdi. Ali təhsil müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, ali məktəblər üçün yeni tədris korpuslarının və tələbə yataqxanaları...
ANL
Xumar Qədimova "Neylərəm" layihəsini təqdim etdi. Bu gün "AzərKitab"da Əməkdar artist Xumar Qədimovanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Neylərəm" qəzəlinə həsr olunmuş kompozisiya və klipinin təqdimatı keçirilib. Təqdimatda millət vəkilləri, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri və media nümayəndələr...
ANL
Azərbaycan Bəstəkarlar İttifaqının yubiley təntənəsi. Əsl musiqi ocağı, eyni məqsədə xidmət edən, musiqi xəzinəmizi bir əmanət kimi qoruyub saxlayan sənət xadimlərinin bir araya gəldiyi qurumdur Bəstəkarlar İttifaqı. Bu doğma ocaqda bəstəkar və musiqişünasların, ümumilikdə isə hər bir peşəkar musiqiçinin özünü ifadə e...
ANL
Musa Yaqubun poeziyası dünya kimi açıq mətndir. Şairin şeiri bu dünyanın sahmana salınmış təbiətidir. Yəni şairin təbiəti vəhşi dünyanın redaktə olunmuş variantıdır. Şairin şeirini təbiətin özü qədər ciddi bir redaktor sanki öz süzgəcindən keçirib sonra işıq üzünə (kağıza) çıxarmağa rəva bilib. Yəni ölüm qərəzindən. B...
ANL
Təhsil dünyaya açılan pəncərədir. Beynəlxalq Sülh Federasiyasının (UFP) Albaniyada təşkil etdiyi beynəlxalq konfransında dediklərim. Təhsil hər bir cəmiyyətdə həyat fəaliyyətinin ən mühüm sahələrindən biridir. Bir növ cəmiyyətin inkişaf səviyyəsini müəyyənləşdirən ən vacib amil və göstəricidir. Keyfiyyətli təhsil sist...
ANL
"Elm həftəsi" çərçivəsində 5 gün ərzində UNEC-in 5 tədqiqat mərkəzinin - Avropa İqtisadiyyatı Mərkəzinin, Ermənistan İqtisadiyyatını Araşdırma, Səhiyyə İqtisadiyyatı Tədqiqat, Ekonofizika Tədqiqat və Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzlərinin hər birində profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müza...
ANL
Mebellərin yerini dəyişməli olduq. Sonradan fikirləşdim ki, beşik pəncərəyə çox yaxın olsa, uşağa yaxşı olmaz, ona görə yerini dəyişdik. Sən yaxşısan? - Samirin ağarmış saçlarına baxanda onun beşik arxasınca qaçmaq üçün çox gecikdiyini düşünüb qeyri-ixtiyari bu sözləri dedi. Samir öncə duruxub heç nə demədi, amma bilir...
ANL
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir. Qəzet və jurnallarda mütəmadi olaraq publisistik yazıları dərc olunur. H.Əsgərovun milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı ha...
ANL
Neçə gündür ki, Bakı ictimaiyyəti şəhərimizin bir qonağı - Hacı Zeynalabdin Tağıyevin kötükcəsi Alban Klod adlı bir gəncin Fransadan öz baba yurdana gəlişi ilə bağlı xəbərləri maraqla izləyir. Düzü, bu gəncin mənə Votsap vasitəsilə məktub yazıb şəxsən görüşmək arzusunu bildirməsindən əvvəl təəccübləndim, səbəbini b...
ANL
Sərhədsiz teatr sənəti. Dünyanın çoxsaylı teatr mütəxəssisləri içərisində nəzəriyyəçilər və bilavasitə praktik səhnə sənəti sahəsində çalışanların da olduğu bilicilər XXI əsrin postdramatik teatr dövrü olduğu qənaətlərini getdikcə daha ucadan səsləndirirlər. Maraqlıdır ki, artıq postdramatik teatr haqqında qənaətl...
ANL
Bir ömürə beş ömür sığışdıran Vurğun Əyyub. Vurğun Əyyubla nəinki qohumluğum, heç simsarlığım da yoxdur. Doqquz yaş fərqimiz olduğundan tələbəliyimiz də eyni illərə düşməyib. Mən 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib təyinatla Naxçıvana getdiyim günlərdə Vurğun Əyyub təl...
ANL
Zəmanəmizin "Qabusnamə"si. Elə olur ki, hər hansı bir kitabı nəinki oxuduğuna, hətta vərəqləyərkən itirdiyin vaxta heyfin gəlir. Odur ki, adamın əlinə ürəyinə yatan, zövqünə oxşayan, düşünməyə sövq edən bir kitab düşəndə sevinir. "Qəribə dünya" kitabı məni bu baxımdan artıqlaması ilə qane etdi. Bu çox maraqlı və ibrət...
ANL
Türkiyə regionda gücünü və hərbi qüdrətini artırır. Yola saldığımız oktyabr ayı Türkiyənin ictimai-siyasi həyatında mühüm hadisələrlə yadda qaldı. Neçə illərdir ki, regiondakı proseslərə birbaşa bağlantısı olan, Orta və Yaxın Şərqdə baş verən münaqişlərin ağır fəsadlarını bilavasitə öz ictimai-sosial həyatında yaşayan...
ANL
Bədii təhsildə ənənə və varislik. Məlum olduğu kimi, hər hansı bir sahənin inkişafı üçün onun tədrisi mühüm rol oynayır. Bədii ənənənin ötürülməsi və inkişaf etdirilməsi məhz təhsillə, müəllim-şagird-tələbə (biz burada həm müəllim, həm də şagird-tələbə sözlərini ümumi mənada işlədirik - müəl.) bağlılığı ilə birbaşa...
ANL
Tədbirdə yubilyara həsr olunmuş "Doktor Qarayev" xatirə kitabının və "Cərrah" sənədli filminin təqdimatı olub. Noyabrın 4-də Azərbaycan Tibb Universitetində (ATU) görkəmli tibb xadimi, ötən əsrin 60-cı illərində Azərbaycan Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş Mürsəl Qarayevin 100 illiyi münasibətilə tədbir keçir...
ANL
Bir xeyli vaxt idi ki, işə gedərkən parkda əyləşən yaşlı qadınla rastlaşırdım. Tanışlığımız bir səhər həmin yaşlı nənənin xeyir duasından başlamışdı. O gündən onunla hər görüşdüyümüzdə salamlaşır, o da öz nənəyə xas xeyir-duasıyla məni yola salırdı. Əslində, hər zaman tələsdiyimdən bütün tanışlığımız da elə bundan iba...
ANL