text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İlk təhsilini doğulduğu kənddə alıb. Bir sıra tanınmış türk müəlliflərinin əsərlərini fars dilinə çevirib. Çoxlu sayda kitabları və məqalələri dərc olunub. İçimin dərinliyində. boğur qarışqaların nəfəsi məni, darıxıram. xinovlanmış sükutuma, amma sənin səsin. kirpiklərinin altında gizlənmiş. Dünən. şeirimdə bir k...
ANL
Erkən itirdiyimiz ədəbi düha – Cəfər Cabbarlı. Böyük dramaturqun ölümü ilə bağlı maraqlı məqamlara bir nəzər. Dahilərin həyatı kimi ölümləri də həmişə ictimaiyyətin, xalqın diqqət mərkəzində olur. Belə böyük şəxsiyyətlərdən biri də Cəfər Cabbarlıdır. Həmin əsərlərdə milli müstəqillik ideyaları, istiqlal mübarizəl...
ANL
Ekran-efir dilinin görkəmli tədqiqatçısı. Bir jurnalistin sözə həssaslığını onlarca dilçi həssaslığına bərabər tutmaq olar. Bəzən bir jurnalistin dil duyumunu yüzlərlə psixoloq duyumu ilə müqayisə etmək mümkündür. Eləcə də bəzi hallarda bir jurnalist fikrinin dərinliyini neçə-neçə politoloq düşüncəsinin dərinliyi ilə m...
ANL
Mirzə Şəfi Vazeh irsi Berlinin Humboldt Universitetində. Müəllimi ona şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi, o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusuna təqdim edərək Avropada tanıtdı. Söhbət görkəmli azərbaycan şairi Mirzə Şəfi Vazehdən və onun alman tələbəsi Fridrix ...
ANL
Siyəzəndə Nəsimi təntənəsi. Siyəzən şəhər Mədəniyyət Mərkəzi son vaxtlar görkəmli sənətkarların yubileylərinin, bir-birindən maraqlı, yaddaqalan mədəni-kütləvi tədbirlərin keçirildiyi məkana çevrilmişdir. İndi bura əvvəlki illərdən daha çox qonaqlı-qaralı, çal-çağırlı olur. Bir-birinin ardınca böyük sənətkarımız...
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-ın müxbir üzvü, professor Misir Mərdanov və filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin həmmüəllifi olduğu "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabının III cildi çapd...
ANL
Bəxtiyar Aslanın danışan hekayələri. Öncə korrektoru oldum, sonra oxucusu və daha sonra Bəxtiyar Aslan hekayələrinin qəhrəmanı. Oxuduqca və duyduqca yaşamın hər halında eşqi arayan bir obraza çevrilirsən. "Üç əqrəb zamanı"nı əlimə alıb çəkilirəm kütlə səs-küyündən bir kənara, öz daxili dünyama ... Öz hekayələrini danış...
ANL
İradə Tuncayın hikməti. və yaxud hikmətin İradəsi. "Mənə görə insanların əsl mahiyyətini anlamaq üçün, bəşər tarixində yerini tam dəqiq ifadə etmək üçün onların fəlsəfəsinə varmaq lazım. Münasibətdən asılı olmayaraq". İradə TUNCAY. Əlbəttə, onun haqqında danışanlar, söz deyənlər, məqalə yazanlar, müsahibə alanlar...
ANL
Niderlandlı tədqiqatçının Ziya Bünyadov irsinə dair dissertasiyası reallığı əks etdirmir. Cari ilin oktyabrında Amsterdam Universitetində bu ali məktəbin Şərqi Avropa tədqiqatları üzrə mütəxəssisi Sara Krombaxın "Ziya Bünyadov və Azərbaycanın keçmişinin icadı" ("Ziya Buniatov and the İnvention of an Azerbaijani Past...
ANL
Yazıçı İlqar Kamil oxucuları ilə görüşdü. Rusiya Federasiyasında yaşayan azərbaycanlı yazıçı, psixoloq İlqar Kamillə oxucularının görüşü baş tutdu. Uzun zamandır gözlənilən görüş "Libraff" kitab mağazasında keçirildi. Görüşdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, oxucular və media nümayəndələri iştirak edirdilər...
ANL
Dünən Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti və Milli Kitabxana birgə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı, ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Azərbaycan xalqının milli sərvəti "Bakı Dövlət Universitetinin 100 illik yubileyi"nə həsr olunmuş tədbir keçirilib. T...
ANL
100 yaşlı Universitet islahatlarla yeni yüzilliyə. Ümummilli lider Heydər Əliyevin milli sərvət, milli iftixar adlandırdığı Bakı Dövlət Universiteti 100 illik şərəfli və eyni zamanda, tarixi bir yol keçib. 1919-cu ildə ən ağır şərtlər altında yaradılan, mürəkkəb, ziddiyyətli iyirminci illərdən, otuzuncu illərin repre...
ANL
Səməd Vurğun yaradıcılığı "Ədəbiyyat məcmuəsi"nin XI cildində. Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərlərinin XI cildi 1957-ci ildə çap olunub. Jurnalın həmin nömrəsi doqquz məqalə və iki yazıdan ibarətdir. Yazılardan biri sayaçı sözlərindən seçmələr və S.Ə.Şirvanini...
ANL
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Anna Boleyn isə daha dəhşətli taleyə malik oldu. Annanın edamından az sonra Henri Ceynə evləndi. Lakin dini zəmində baş verən anlaşılmazlığa görə kral bu arvadına da hirslənirdi və onu sələfi olan kraliça Annanın taleyinin təkrarı ilə hədələyirdi. Linlisqou sarayında ...
ANL
9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Azərbaycan xalqlarının tarixən məskunlaşdığı ərazilərin 1813/28-ci illər işğalından - bölünməsindən sonra, bölgədəki passionar toplumun 100 illik etiraz-istiqlal mücadiləsinin nəticəsi olaraq 1918-ci ildə qazanılan dövlət müstəqilliyimizin əsas atribut-rə...
ANL
Torpağım üstünə kölgələr salan. Mənim varlığımın cilası-bayraq. Zəfərdən doğulmuş, Göytürkdən qalan. Üçrəngli bayrağın kölgəsində mən, Qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövri-qədimdən, Bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim. Tarixdən qədim...
ANL
Başımızın üstündə dalğalan, dev bayrağım! Dalğalan, qoy havanla Bakımız küləklənsin, Düşmənin gözü çıxsın, sevənlər ü rəklənsin! Bu məğrur ucalıqda tarixin əsintisi, Səni kəfən yerinə geyənlərin gur səsi! Səni ümid yerinə qəlbində gizləyənlər. Əsarətin, işğalın sonunu gözləyənlər, Səni namus səngəri, Səni qutsal əman...
ANL
Sənindir bax, bu döyünən ürəklər... Yaylıqları bayraq olan Vətənim! Anaların pak südünə and olsun! Bayraqları torpaq olan Vətənim! Torpağının hər qatına and olsun! O ağaran dan yerindən hərəmiz. Boyumuza bir ağ kəfən biçərik, Şəhidliyin can şərbətin içərik! Yaylıqları bayraq olan Vətənim! Bellərini kədər bükmüş o azm...
ANL
Yağının min hiyləsi küydən, kələkdən keçər, Sən sancılan ucalıq min-min ürəkdən keçər, Dağlar yerindən oynar, daşlar ələkdən keçər, Göylərin nur yağmuru, yerlərin göy qurşağı - Azərbaycan bayrağı! Sən Arazın, Samurun umuduna bələndin, Çəni ağlar Göyçənin buluduna bələndin, Dərbəndin dərd hıçqıran sükutuna bələndin...
ANL
Rənglərinlə yoğurdum şeirimin hər sətrini... Milyonlara müjdəsən Şah Xətai elindən, Səni təbrikə gəldim Şəhriyarın dilindən. Göylər əyilib öpür dalğalanan telindən, Aypara azadlığın gülümsəyən dodağı, Azərbaycan bayrağı! Səni görmək eşqinə çox ümidlər qocaldı, Bir canda ünvan etdin üç hikməti, üç adı. Sən ucalan uc...
ANL
Rüstəm Behrudinin özü haqqında bilmədikləri. Ədəbiyyatımızda Rüstəm Behrudi adında bir imza var. Bu imza ötən əsrin axırlarından bu günə qədər yol gəlir və bundan sonra da dayanmadan həmin yolu tutub gedəcəkdir. Rüstəm Behrudinin vətən, yurd sevgisinin zamanı intəhasızdır, sonsuzdur. Qarşı yatan qara dağdan başla...
ANL
Günəşin Nurəngiz bənzəri. Elçin İsgəndərzadənin "Günəşin elçisi" kitabını vərəqləyərkən... "Şuşada qoyub gəldiyim Günəşin bənzəridir Nurəngiz xanım". 205 səhifəlik esse-monoqrafiyada məni ən çox təsirləndirən, olduğum yerdən alıb uzaqlara, lap uzaqlara aparan, kirpiklərimi nəmləndirən cümlə idi bu... Elə oradaca ...
ANL
Bununla da universitetin tarixində yeni mərhələnin əsası qoyuldu. Müstəqilliyin ilk illərində ağır iqtisadi, ictimai və mənəvi böhran şəraitinə düşmüş universitet çətin sınaq dövrünü yaşayırdı. 1991-1992-ci illərdə tədris prosesinə kobud müdaxilələr, əmək haqlarının kəskin aşağı düşməsi, təhsillə bağlı yeni qan...
ANL
“Uşaq ədəbiyyatı yaratmaq üçün uşaqların dünyasına daha dərindən bələd olmaq lazımdır”. Neçə vaxtdır ki, istedadlı yazıçı Eyvaz Zeynalovun uşaqlar üçün yazdığı hekayələri, nağılları oxuyur, zövq alır və onlardan öyrənirəm. Bu yaxınlarda ədəbi mətbuatda "Məktəbli forması" adlı bir əsərini də oxudum. Kiçik bir heka...
ANL
Elm - cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi. Elm mürəkkəb sosial sistemlər qrupuna daxil olmaqla müxtəlif mənşəli elementlərin dialektik məcmuyunu əks etdirir. Buna görə də yəqin ki, elmin tədqiqi də çoxaspektli olmalıdır. Elm insanın təbiət, cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və ə...
ANL
Gördüm üçümüz oturub çay içirik. Dəhşət içində axtarırıq ayaqlarını. Yuxudan hövlnak oyandım. Bu, mənim olacağı söyləyən ilk yuxum idi. Böyük şairin səhhətindəki problem üzündən İradə zatən kövrək idi, atasının vəfatı qızı param-parça elədi. Uzun müddət özünə gələ bilmədi İradə. Uzun müddət. Türkan Şorayın gözlə...
ANL
Ağ adamın hədiyyəsi. Kəlbəcərdən Laçına gedəndə Gəlin qayasını keçəndən sonra Yüzbulaq adlandırılan bir yaylaq var. Axırıncı dəfə saymaq istədim, görüm doğrudanmı burda yüz bulaq var, sayıb qurtara bilmədim. Çox qəribədi ki, orda olmayanları inandıra bilmərəm ki, hər bulağın öz dadı var. Yerin təkindən daşları, ...
ANL
Xalq artisti Yalçın Adıgözəlovun anadan olmasının 60 illiyi qeyd olunub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) akademiyanın professoru, Xalq artisti Yalçın Adıgözəlovun anadan olmasının 60 illiyi qeyd edilib. BMA-dan bildirilib ki, tədbirdə BMA-nın rektoru, Xalq artisti, dünya şöhrətli pianoçu, pro...
ANL
Bəxtiyar Aslanın "Üç əqrəb zamanı" kitabının təqdimat mərasimi keçirilib. Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyə Yazıçılar Birliyinin üzvü, "Türk ədəbiyyatı" jurnalının baş redaktoru Bəxtiyar Aslanın "Üç əqrəb zamanı" kitabının təqdimat mərasimi keçirilib. ...
ANL
Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi yad olunub. Noyabrın 7-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Fəxri xiyabana gələrək görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) doğum günündə məzarını ziyarət ediblər. Məzarın önünə tər çiçəklər düzülüb, ustad nəğməkarın xatir...
ANL
BDU-nun 100 illik yubileyi münasibətilə Mədəniyyət və İncəsənət Universitetində dəyirmi masa. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dəyirmi masa keçirilib. ADMİU-dan bildirilib ki, BDU-nun rektoru Elçin Babayevin rəhbərlik e...
ANL
"Mədəni coğrafiyamızda peyğəmbər sevgisi" adlı tədbir. Noyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Mədəni coğrafiyamızda peyğəmbər sevgisi" adlı tədbir keçirilib. Tədbirin təşkilatçıları "Azərbay...
ANL
Milli Kitabxanada Bayraq Gününə həsr olunmuş kitab sərgisi. Kitabxanadan bildirilib ki, sərgidə dövlət atributları haqqında Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək. Qeyd edək ki, dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyə...
ANL
Özünüzə inam, gücünüzə etibar hissiniz xeyli artacaq. Düzdür, bəzi naxələf adamlar ucbatından geriləmələr olacaq, amma bu amil sizi əsas hədəfdən yayındırmayacaq. Onu da unutmayın, əqrəbin hər zaman "hakimiyyətdə" olması sizi məhəbbət dəryasına atacaq. Necə deyərlər, subaylar yar tapacaq, nişanlılar evlənəcək, evlil...
ANL
Yaqub Öməroğlunun "İki çinar"ından boylanan hekayələr. Bugünlərdə Avrasiya Yazarlar Birliyinin sədri, türkiyəli yazıçı Yaqub Öməroğlunun kitabı Azərbaycan dilində çap olundu. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və dəstəyi ilə "Qanun" nəşriyyatında işıq üzü görən kitabda Yaqub Öməroğlunun müxtəlif zamanlarda...
ANL
"Qələmsiz yazılanlar"ın Türkiyə nəşri. Rəşad Məcidin İstanbulda çıxan yeni kitabının təqdimatı noyabrın 23-də Türk ədəbiyyatı vəqfində keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və publisist Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabı Türkiyədə çap olunub. Bir müddət öncə Bakıda "Qanun" nəşriyyatı...
ANL
Gitaranı muğam alətinə çevirən Rəmiş. Təkrarolunmaz sənəti ilə ürəkləri fəth edən Rəmişin bu günlərdə 75 yaşı tamam olur. Mən də öz adımdan və minlərlə Rəmişsevərlər adından Rəmişi yubileyi münasibətilə təbrik edir və ona həyatda ən gözəl nemət olan cansağlığı arzu edirəm. Məşhur gitaraçı, Azərbaycan Respublikasının ...
ANL
Yer adları tariximizin ən qədim nişanələridir. Hər biri neçə-neçə əsrlərin sehrini, sirlərini və həqiqətlərini daşıyır özündə bu sözlər. Ulu türk yurdu Naxçıvanın yer adlarını oxuya bilsək sətir-sətir, hər birinin bir tarix salnaməsi, bir sirr kitabı olduğunu görə bilərik. Naxçıvan ərazisində yayılmış toponimlərin ən m...
ANL
Naxçıvanın Duz dağı. Naxçıvan duzu qaya duzu olduğundan özündə 84 mineralı birləşdirən ən qiymətli və faydalı duz hesab edilir. Bu mübadilə mədəniyyətlərin də mübadiləsinə təsir göstərmişdi. Fransız alimi Katerina Marro yazır: "Naxçıvandakı Duzdağının duzu e.ə. dörd mininci illərdə belə geniş şəkildə işlənmişdir"...
ANL
Cavid ömrünün salnaməsi. Azərbaycan ədəbiyyatını Hüseyn Cavidsiz təsəvvür etmək qeyri-mümkündür. Necə ki, bu ədəbiyyatı Nizamisiz, Xaqanisiz, Nəsimisiz, Füzulisiz, Axundovsuz, Mirzə Cəlilsiz, Sabirsiz, Cabbarlısız, Səməd Vurğunsuz təsəvvür etmək olmaz. Heç Şərq ədəbiyyatını, hətta dünya ədəbiyyatını da Cavidsiz d...
ANL
Dekartın qərarı. Dünya fəlsəfə tarixində dərin iz qoymuş, XVII əsrdə "modern fəlsəfənin atası" kimi yeni bir cığır açan fransız mütəfəkkiri, filosof Rene Dekartın bu gün də dillər əzbəri olan və heç zaman yaddaşlardan silinməyəcək bir tezisi var: "Düşünürəmsə, deməli, varam". İnsanı insan edən, az-çox başqa canlı...
ANL
Pərdə arxasında. Bir qayda olaraq, tamaşa adlanan mədəniyyət aktının fasiləsi, şərti olaraq, bayaqdan diqqəti çəkən oyunun müvəqqəti dayanması kimi qəbul edilir. Yəni pərdə örtülsə də, onun arxasındakı həyat fasiləsiz davam edir. Belə ki, aktyorların bir qismi öz qrim otaqlarında xəyallara qapılır, digər qismi te...
ANL
Süveydaya məktublar. Yanğınım olsan belə, odunda üşüyürəm! Bəzən ürəyim bir quş olur və Everestin zirvəsin-dən daha çox yüksəklərdə, adı müəyyən olmayan bir dağın zirvələrindən qarışqadan qırğıya; atlardan delfinlərə və ya bütün insanlara qədər hər varlığa tamaşa edir. Sənin eş-qinlə yoğrulmuş hər şey; bütün bit...
ANL
Səhər oyananda gecə gördüyüm yuxunun təsiri altında idim. Yuxuda bibimi görmüşdüm. Qucaqlayıb üzümdən öpmüşdü. Bu gün şənbədir. Artıq payız özünü göstərir. Külək əsir. Qərara gəldim ki, qəbiristana gedib bibimin məzarını ziyarət edim. Qəbrinin üstündə "Yasin" oxutdurum. Bibimin keşməkeşli bir taleyi olub. İyun ayınd...
ANL
Yaxşılıq etmək üçün dünyaya gəlmiş insan: professor Əlövsət Abdullayev. Sovetlərin dediyim yaxşı qaydalarından biri bu idi ki, əgər əsgər ali təhsil almaq istəsəydi, əsgərlik müddətinin sonuncu - üçüncü ilində ona qəbul imtahanı üçün xüsusi icazə verilirdi. Avqust ayında qəbul imthanı verirsən, qəbul olsan, ordu...
ANL
Sərgidə azərbaycançılıq, dövlətçilik, dövlət atributlarımız haqqında Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək. Qeyd edək ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994...
ANL
Tokioda azərbaycanlı rəssamın sərgisi keçirilib. Tokionun məşhur Şibuya rayonunda yerləşən "Desing Festa Gallery" sərgi salonunda azərbaycanlı həvəskar rəssam Rövşən Qarayevin rəsm əsərlərindən ibarət sərgi açılıb. AZƏRTAC xəbər verir ki, "İkisi birində" adlı sərgidə Rövşən Qarayevlə yanaşı, əvvəllər onun iş yold...
ANL
AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən "İ.Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri" layihəsi çərçivəsində "Kitab Evi" İctimai Birliyini tərəfindən nəşr olunub. Tədbirdə çı...
ANL
"Odərlər" romanı türkiyəli oxuculara təqdim olundu. Noyabrın 11-də Dədə Qorqud və Əhməd Yasəvi vəqfinin təşkilatçılığı ilə Ankarada azərbaycanlı yazar, pedaqoq, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin "Odərlər" romanının imza mərasimi keçirilib. Tədbiri Dədə Qorqud vəqfinin rəhbəri, şair, Azərbaycan sevd...
ANL
Yazıçı-dramaturq Firuz Mustafanın "Sahibsiz adam" pyesinə maraqlı quruluş verilib. Krımda yaşayan soydaşımız Arifə Muxtarovanın verdiyi məlumata görə, bu günlərdə Krım Respublikasının paytaxtı Simferopolda yerləşən Krım-tatar Dövlət Akademik Musiqili Dram teatrında dramaturqun adıçəkilən əsərinin premyerası olu...
ANL
ADMİU-nun müəllimi Rəşad Cabarovun fərdi sərgisi açılıb. "Gallery" qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının baş müəllimi Rəşad Cabarovun fərdi sərgisi açılıb. Tədbirin açılışında ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, tə...
ANL
Tarixlər yaşıdı cavan Siyəzən. Araşdırıcılar, tədqiqatçılar Siyəzən sözünün etimologiyasını yüz yerə yozsalar da, axır fikirləri bir olub: söz bütövlükdə "qara su" anlamını bildirir ki, bu da həmin ərazidə çıxarılan neftə işarədir... Tarixi mənbələrdə Azərbaycanın şimal hissəsində neft barədə ilk məlumat orta əsr...
ANL
Millət Vəkili, akademik Nizami Cəfərov: "Azərbaycan Dövlət Neft Və Sənaye Universitetinin hazırladığı mütəxəssislərə böyük ehtiyac var". Ötən ayın son günlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində yazıçı-ssenarist, millət vəkili, ADNSU-nun "Neftin, qazın nəqli və saxlanma...
ANL
Ətrafında bir belə bədbəxt insan varkən öz səadətindən utanarsan. Təəccüblənərsən. Elə acıqlı və sərt deyər ki, artıq sual verməyə çəkinərsən... Bayaqdan maraqla sizi izləyən uşaqlar günahkarmışlar kimi başlarını aşağı salarlar... "Mən xoşbəxtliyi nədə görürəm?" inşasında xoşbəxtliyi öz ailəsinin bütövlüyündə gördüyünü...
ANL
Evdən tələsik çıxdığından havaya fikir verməmişdi. Narın çiskinin başladığını görüb, çətiri götürmək, ya da gödəkçəsinin papağını taxmaq üçün geri qayıtmaq istədi. Gecikdiyi üçün yoluna davam elədi. Addımlarını yeyinlətdi. Əslində, buna yerimək demək olmazdı, az qala qaçırdı. Dayanacağa lap az qalmış yolunun üstündə uş...
ANL
İlk müəllimləri bölgədə tanınmış təhsil ustadları - rəhmətlik Mirzə Şəntiya, Hacı Mirzə Əli və şairin əmisi rəhmətlik Mirzə Şəban olub. Şair uşaqlıq illərini doğulduğu kənddə - Kiti dağının ətəyində ustadlarından dərs alaraq keçirib. Umud on iki yaşında ailəsi ilə birlikdə Zəngan şəhərinə köçüb və təhsilini Zənga...
ANL
Cavid irsinə və Cavidlər ocağına sonsuz məhəbbətlə yaşanan ömür. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında Cavidli günlər yaşadıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il aprel ayının 18-də imzaladığı Azərbaycan romantizminin əvəzsiz simalarından olan Hüseyn Cavidin se...
ANL
Kiçik hekayələr. YARIŞ. Əsərlərində atı sonsuz bir məhəbbətlə təsvir edən yazıçı-publisist Novruz Nəcəfoğluya. Hələ onda on altı-on yeddi yaşlarımda idim. Bağda-bostanda olandan-olmazdan yığıb atımıza yükləyər və qoşulardım qəsəbə bazarına gedənlərə. Atımızın bir qırmızı qulunu vardı. Haçan ki, bazara gedirdim, qu...
ANL
Mina Rəşiddən balacalara hədiyyə. Həm də uşaq yazıçısı kimi tanınan Mina Rəşidin hər iki kitabı balaca oxucuların marağına səbəb olacaq. "Vektor" Beynəlxalq Nəşrlər Evində işıq üzü görən "Balaca günəş" kitabına müəllifin müxtəlif illərdə yazdığı şeirlər daxil edilib. Kitabın redaktoru Sevinc Nuruqızı, texniki re...
ANL
Bələdiyyə Teatrının səhnəsindəki "Nəsimi". "Nəsimi ili"nin son aylarını yaşadığımız zamanda ictimaiyyətin dahi şair və mütəfəkkir İmadəddin Nəsimi irsinə marağı, diqqəti qətiyyən azalmır. Hər kəs il tamam olmadan şairin adını əbədiləşdirmək və bu ilə öz töhfələrini vermək üçün çalışır. Daha bir töhfəni noyabrın 12-...
ANL
Doxsanı arxada qoyan, qələmi əlindən qoymayan dostum. Müdrik ağsaqqallardan söz düşəndə göz önünə ilk gələnlərdən biri qocaman şərqşünas alim Cümşüd Muradov olur. Doğrudur, müdriklik, ilahi vergi, istedad hər adama qismət olmur. Yaradan bunların heç birini Cümşüd müəllimdən əsirgəməmişdir. Azərbaycan Dövlət Universitet...
ANL
Ağsaqqal məsləhəti faydasız olmaz. Xoşbəxtəm ki, Mir Cəlal kimi böyük alimin, yazıçının və əvəzsiz pedaqoqun kiçik bacanağıyam. Onun müdrik kəlamları, məsləhətləri həmişə karıma gəlib. Təkcə mənim yox, onu tanıyanların, məsləhətlərinə möhtac olanların hamısının. Ona görə də ixtisasçılara böyük ehtiyac vardı. Arif...
ANL
Hacının səxavəti. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəticəsinin Bakıya gəldiyini və Televiziyada çıxışını görəndə göz yaşlarımı saxlaya bilmədim. Hacının səxavəti gözlərim önünə gəldi. Rəhmətlik atamdan eşitdiyim bir hadisəni oxuculara çatdırmaq istəyirəm. Sabaha get-gedə ümidim azalır. Hacının şəxsiyy...
ANL
Öncədən planlaşdırıldığı kimi, Stokholm, Helsinburq və Yöteburqdan gəlmiş 30 yaxın adam Halmstad bələdiyyəsinin Yetinqe yaşayış məntəqəsindəki kilsə qəbristanlığında uyuyan F.Y.Stralenberqin məzarı ətrafına toplaşdı. Əllərində Azərbaycan və İsveç bayraqları tutan iştirakçılar Stralenberqin məzarına üstündə isveç...
ANL
ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin fondu zənginləşir. Fonda milli musiqimizlə bağlı yeni nəşrlər təqdim edilib. Bugünlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri əsasında çap...
ANL
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında görkəmli demokrat yazıçı və ictimai xadim, Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə muzeyin A...
ANL
Milli Kitabxanada Əlillər gününə aid sərgi açılıb. Kitabxanadan bildirilib ki, sərgidə fiziki qüsurlu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, gözdən əlillərə dövlət tərəfindən göstərilən qayğıdan, əlillərin cəmiyyətə inteqrasiya olunmasından bəhs edən, Azərbaycan və digər dillərdə nəşr ol...
ANL
Musa Yaqubun oxucularla yeni görüşü. Xalq şairinin "Gərək bu sözümü daşlara yazam" kitabını Mədəniyyət Nazirliyi nəşr etdirib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xalq şairi Musa Yaqubun şeirlərindən ibarət "Gərək bu sözümü daşlara yazam" adlı yeni kitabını çap edib. Nəfis tərtibat və yüksək dizaynla ça...
ANL
Ədəbi mühitimizin "Kitob Dunyosi"ndəki mənzərəsi. "525-ci qəzet"in yaxın tərəfdaşı, Daşkənddə çıxan "Kitob dunyosi" qəzeti Azərbaycanın ədəbi-mədəni həyatını mütəmadi olaraq işıqlandırır, ədiblərimizlə müsahibələr dərc edir, ölkəmizdə gedən ədəbi proseslər, yeniliklər barədə məlumatları öz oxucularına çatdırır. Həm...
ANL
BDU-da Aşıq Şəmşirə həsr edilmiş tədbir. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində dünən universitetdə XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin yaradıcılığına həsr olunmuş tədbir ...
ANL
Ötən gün Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının təsisçiləri olan "91-lər"dən biri, Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli dövlət qulluqçusu Minus Bayramovun "Türkün dastanı (poemalar toplusu)" kitabının təqdimatı keçirilib...
ANL
Bolqar fotoqraf İvo Hacimişev Azərbaycan Milli Kitabxanasında olub. Noyabrın 13-də Bakıdakı Mədəniyyət Mərkəzi, Birləşmiş Mədəniyyətlər və AB Nümayəndəliyi ilə birlikdə FANTAZİA Mədəni İrs Festivalı çərçivəsində təşkil edilmiş "Balkanlar, ortaq bir miras" foto sərginin müəllifi Bolqar fotoqraf İvo Hacimişev Milli K...
ANL
Azərbaycan aliminin yeni uğuru. Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Araşdırmalar Beynəlxalq...
ANL
Azərbaycan səhnəsində ucalan Notr-Dam. Təkcə romanın iki əsr yaşı vardısa, gör bu abidə nə tarixlərə, nə böyük hadisələrə, müharibələrə şahidlik etmişdi. İnsanların gözləri önündə bir tarix və bir sevgi əfsanəsi məhv olurdu. Fransızlar və şəhərin qonaqları bu bədbəxt hadisəni çarəsizcə izləyirdilər. Bu möhtəşəm...
ANL
Etiraf fəlsəfənin təməl şərti kimi. Həyatın bütün sahələrinə aid edilən bir fikir var: Uğur qazanmaq istəyirsənsə, özün ol. "Özün ol" ifadəsi çox zaman "olduğun kimi görün"lə eyniləşdirilir. Özü kimi görünmək və özü olmaq üçün insan mütləq nələrisə etiraf etməlidir. Bu etiraflar onun özü, daxili ilə bağlı olmalıdır....
ANL
İllərdi səndən, həyatın eniş-yoxuşlarında yaşadığın özəl həyatından xəbərsizdim. İldırım sürətilə ötən amansız zaman içində əriyib gedən unudulmaz tələbəlik çağlarımızın xəyalımda həsrətlə izlədiyim bütün kadrlarında həyəcanla, narahat bir ovqatla səni axtardım, Şamxal. O bəxtəvər çağımızda gözdə-könüldə sevgi duyğula...
ANL
Tüdor sülaləsinin uğurları və bədbəxtliklər. Elizabetin məşhur məhəbbət əhvalatı Dadli ilə olmuşdu, o, 1575-ci ildə Kennlvorz qəsrində bu effektli yüksəkliyi almışdı, hətta məşuqunun öz əmisi qızına evlənməsi açıldıqdan sonra da kraliçanın onunla yaxınlığı davam etmişdi. Onun əvvəlki şübhəliliyi nikaha girməkdən ...
ANL
Sənət yaratmaq günün həqiqətlərini gələcəyə simvollarla çatdırmaq cəhdidir. Borxesin bütün zamanlar üçün öz isbatını tapmış bu fikri zəmanəmizdə - kompüter erasında necə, aktual olaraq qalırmı? Yəni bu gün həqiqətləri gələcəyə ötürmək üçün sənət yaratmağa ehtiyac varmı? Sürətli zamanın tələskən fərdinin vaxtını ...
ANL
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi stabillik bərpa olundu və tədricən iqtisadi islahatların təməli qoyuldu. Son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sistemində də əsaslı islahatlar...
ANL
Parlaq nəslin layiqli davamçısı - professor Məsməxanım Qazıyeva. Sevdiyi peşənin dalınca gedən, onu həyat amalı seçənlər fikrimizcə, dünyada xoşbəxt adamlardır. Ömrünün əlli ildən çoxunu müəllimlik peşəsinə həsr edən, cəfakeş tədqiqatçı, fədakar alim, filologiya elmləri doktoru, professor Məsməxanım Yusif qızı ki...
ANL
Azərbaycan VIII Sankt-Peterburq Mədəniyyət Forumunda təmsil olunub. Rusiyada VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində təşkil edilmiş silsilə tədbirlərdə ölkəmizi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təmsil edib. Kitabxanadan bildirilib ki, əvvəlcə forum çərçivəsində Ru...
ANL
Saf havası, sərin suları, yaşıl donlu yal-yamacı, şəfa mənbəyi İstisuyu, nəğməkar, bəstəkar Xan Tərtəri, əzəmətli Dəlidağı, Murovu, quşqonmaz qayaları, Səməd Vurğunun vəsf etdiyi "kəklikli daşları", keçilməz bənd-bərəsi, gədiyi, aşırımı, yeraltı, yerüstü sərvətləri ilə cənnətin özü olan Kəlbəcər həm də mənəviyyat...
ANL
El ağsaqqalı, sayılıb-seçilən söz adamı Qənbər Şəmşiroğlunu ad günü münasibətilə "525-ci qəzet"in kollektivi olaraq ürəkdən təbrik edir, ona ən xoş arzularımızı ünvanlayır, şeirlərindən nümunələri oxucularımızın diqqətinə çatdırırıq. Bahar əhvalımı xatırlayaraq, Payız əhvalıma dözürəm indi. Bir zaman yerləri g...
ANL
Fikrət Qocaya hər söz. Dünyaya bir baxışdı. Bəlkə mənim dərdimə. Yayın qaynar ayıdı. Bir yekə qara milçək. Gah qulağıma girir, Gah cumur göz-qaşıma.
ANL
Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib. Noyabrın 15-də Mədəniyyət naziri Əbülfəs Qarayev Kürdəmir rayonunda vətəndaşlarla görüşüb. “Qafqazinfo”nun məlumatına görə, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev həmin gün Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) A...
ANL
Xalq təfəkkürü. Həyatda hər şey olduğu kimi görünmür. Odur ki, bir çox fikir mühəndisləri, söz sərrafları, yazıçılar, şairlər dünyanın pozulmuş mizanını sahmana salmaq üçün daim çalışır, bu yolda əbədi çaba göstərirlər. Hər kəs dünyanın sahmanına bir damcı mükəmməllik eleksiri əlavə etsə, israrlı və qətiyyətli iradəsi...
ANL
Var-dövləti dərrakəsindən artıq olanların axır-aqibəti faciədir. Vəzifə sadəliyin, səmimiyyətin qənimidir; ünsiyyət tellərini günbəgün çürüdür. Həbsxana zillətindən betər cəzalar var. Mən belə bir cəzanı çəkmişəm. Əl tutanda xeyli-xeyli yüngülləşirəm. Əlimdən tutanda arzumca olmayan minnət yüküm ağırlaşır və qəlbimi...
ANL
Hörmətli Əli müəllim! Azərbaycanda uzun ömür sürmək, yüz il, yüz on il yaşamaq, özəlliklə mayası dağlarda tutulmuş adamlar üçün, o qədər də qeyri-adi, təəccüblü iş deyil. Siz də, şükür, yüzə doğru inamla yüksəlirsiniz. Ancaq bu uzun ömürdə qocalıq bilməyən ilhamla, kökdən düşməyən həvəslə yazıb-yaratmaq qeyri- adi bir ...
ANL
Əli İldırımoğlu haqqında deyilənlər. Mən neçə illərdir ki, Əli İldırımoğIunun yaradıcılığını maraqla izləyirəm. Bu müəllifin yazılarında məni ən çox qane edən cəhət təsvir etdiyi hadisələrin, lövhələrin mərkəzində duran canlı həyatdır, səfərbərlik duyğusudur. Mirzə İbrahimov. Xalq yazıçısı. Əli İldırımoğlunun ə...
ANL
Vicdanlı yaddaş. Görkəmli Azərbaycan yazıçısı Əli İldırımoğlunun 92 yaşı tamam olur. Mən onu ürəkdən təbrik edirəm. Bir də ki, bütün əsl yazıçılar kimi Əli müəllim də bir ömürdə çox-çox ömürlər yaşayıb; yaratdığı qəhrəmanların, obrazların ömrünü, taleyini, problemlərini, ağrı-acılarını... Və maraqlıdı ki, Əli müəlli...
ANL
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bədii nəsr tariximizdə öz xüsusi yeri və rolu olan Əli İldırımoğlunun yaradıcılığı XX əsrin siyasi-mənəvi, ədəbi-ideoloji reallıqları fonunda özünəməxsus keyfiyyətləri ilə fərqlənən ədəbi-bədii hadisədir. Yaşadığı zamanın siyasi, ictimai, mədəni, ideoloji gerç...
ANL
"Ədəbiyyət günəşi" məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Əbədiyyət günəşi” adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. “Nəsimi ili” çərçivəsində dahi şairin 650 illiyi münasibətilə reallaşan müsabiqə “Kaspi” qəzetinin layihəsi əsası...
ANL
Liderləri qoynunda uyudan şəhər - Uzaqlara getmək, dənizlər, sərhədlər, ölkələr, inanclar aşmaq fürsəti yarandısa, heç düşünməyin. Getmək məntiqin sönüb, emosiyaların alovlandığı istəkdir - bu yolda məğlubiyyət də ola bilər, bəxtin gətirsə, uğur şansın da. Tək səbəb isə anlamsızlıqlarla yüklənmiş həyatın artıq çiyin...
ANL
Şeyx Səfiəddin haqqında dəyərli tədqiqat əsəri. Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, tarix üzrə elmlər doktoru Mehman Süleymanovun bu günlərdə Azərbaycan xalqının, eləcə də islam mədəniyyətinin parlaq tarixi şəxsiyyətlərindən biri olan, Səfəvi təriqətinin mürşidi, Səfəvi dövlət...
ANL
Telefonun zənginə yuxudan ayıldım. Səhər saat beşin yarısı idi. Nömrəyə baxdım. Başqa ölkədən gələn zəng idi. Amma Bakı nömrəsi deyildi. Diplomatiyanın belə bir yazılmamış etik normaları var. Zəng etmək etikadan kənar sayılır (İndi o baxır məsələnin nə yerdə olmasına, vacibliyinə və bir də zəng edənin kimliyinə, n...
ANL
Anılan, sevilən, yaşayan Cəfər Cabbarlı. "Cəfər Cabbarlının yaradıcılığı dramaturgiya ədəbiyyatımızın daha da inkişaf etdirilməsinə çox böyük təsir göstərmişdir. O həyatda təkcə yeni ideyalar, süjetlər, konfliktlər deyil, həm də təsvir vasitələri əxz edirdi. Cabbarlının timsalı dramaturgiyaya respublikanın görkəmli ya...
ANL
İlahi işığın nuru üzündə. Vasim Məmmədəliyevin əziz xatirəsinə. Bu elə, torpağa tale töhfəsi, Ata ocağının gur işığıydın. İrfanın, imanın, göylərin səsi, Kürsülər, məclislər yaraşığıydın. İlahi işığın nuru üzündə, Mərifət gül açmış hər bir sözündə, Səmavi sirr vardı gözəl səsində, Haqdan yaranmışdın, Haqq aşiqiydin. ...
ANL
Bakı Dövlət Universiteti: keşməkeşli və şərəfli yol. “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır”. Bu gün dünyada irili-xırdalı minlərlə xalq yaşayır və onların çox az hissəsinin öz müstəqil dövləti var. Azərbaycan xalqı qədim dövrlərdən dövlətçi...
ANL
Orxan Fikrətoğlunun "Gənc Ədiblər"lə görüşü yaddaqalan oldu. Noyabrın 16-da AYB-nin Natəvan klubunda IV Gənc Ədiblər Məktəbi müdavimlərinin Orxan Fikrətoğlu ilə görüşü oldu. Əsasən, "Zorxana"dan tanıdığımız köhnə azərbaycanlı Orxan Fikrətoğlunun ədəbi siması ilə tanış olmağa bu görüş yaxşıca imkan yaratdı. O, gə...
ANL
Sevda Sadıxbəyova: "Xoreoqrafiya Akademiyasının məzunları dünyanın ən mötəbər teatr və məktəblərində çalışırlar". Respublikanızın gənc ali təhsil müəssisələrindən olan Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasının beş ili tamam olur. Lakin bu müddət ərzində Akademiyanın əldə etdiyi nailiyyətləri, imza atdığı ...
ANL