text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"...Əllərinə mikrafon götürüb, bir-iki süjet hazırlayan kimi hesab edirlər ki, artıq mükəmməl televiziya jurnalistidirlər". Müasir mediamız getdikcə inkişaf edir, cilalanır, cəmiyyəti ifadə etməyə, demokratik dəyərləri yaymağa, o cümlədən, fikir plüralizmini dərinləşdirməyə çalışır. Əlbəttə, bu proseslər, həm də ... | ANL |
Azərbaycan tolerantlıq məkanıdır. Azərbaycan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələrinə malik unikal ölkələrdəndir. Dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan, beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradan ksenofobiya, islamofo... | ANL |
Bakı Dövlət Universiteti: keşməkeşli və şərəfli yol. “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır”. Bu gün dünyada irili-xırdalı minlərlə xalq yaşayır və onların çox az hissəsinin öz müstəqil dövləti var. Azərbaycan xalqı qədim dövrlərdən dövlətçil... | ANL |
Musiqili Teatrdan yeni layihə. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Kamil Həsənovun solo konserti olub. Teatrdan bildirilib ki, konsertdən əvvəl teatrın direktoru, Əməkdar incəsənət xadimi, Əliqismət Lalayev istedadlı musiqiçinin yaradıcıl... | ANL |
ADMİU-nun rektoru VIII Beynəlxalq Mədəniyyət Forumunda. 14-16 noyabrda Azərbaycan nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib. Noyabrın 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində VIII Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb. Rusiya Federas... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Özbəkistanın və Azərbaycanın görkəmli sənətkarı haqqında "İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı nəşr edilib. Kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Hə... | ANL |
Zəlimxan Yaqubun "Saz" poeması miniatür kitab kimi. Qarşıdan gələn yubileylə bağlı artıq indidən bəzi tədbirlər həyata keçirlir. Belə ki, bu günlərdə yaradıcılığında xalqımızın qədim tarixə malik olan mədəni sərvəti - aşıq sənəti mühüm yer tutan şairin "Saz" poeması miniatür kitab şəklində nəfis tərtibatla çap ol... | ANL |
Əjdər Olun yeni romanı çapdan çıxıb. "Qanun" nəşriyyatında çap olunan əsəri yazıçı "canlı roman" adlandırıb. Kitabın redaktorları Əsəd Cahangir, Mahir N.Qarayev, korrektoru Zahir Məmmədlidir. Mətn dizaynı Günay Seyidova, qapaq dizaynı Rafael Qasıma aiddir. Kitabın üz qabığındakı rəsm Xalq rəssamı Sakit Məmmədovundur.... | ANL |
Dərginin bu xüsusi sayı Azərbaycanın Xalq yazıçısı Anara həsr olunub. İlk yazı "Ədəbiyyat" qəzetinin baş redaktoru, ədəbiyyatşünas Azər Turana aiddir. Növbəti səhifələrdə oxucular Elçinin "İllərdir tanıdığım Anar", Rahid Uluselin "Azərbaycan mədəniyyətinin Anarı", Nizami Cəfərovun "Səksəndən doxsana gedərkən", Səlim... | ANL |
Ömür başdan-başa xatirələrdi, Yerdə nə qalacaq durub sanasan? İlləri böləndə xoş günlərimə, Nədən qalıq qalır elə həmişə? Günəş qələmidi, torpaq varağı, Ömür xatirəyə dönən gündəlik. Elə həzin-həzin yanır ocağı, Aylar urvalıqdı, günlər kündəlik. Günlər də Payızdan alıb rəngini, Ürəyimə təzə həyəcan çəkir. Aylar m... | ANL |
Bəxtiyar Aslanın "Üç əqrəb zamanı" kitabı haqqında düşüncələr. Zamanla "izm"lər bir-birini əvəz etdikcə bəzilərinin davamlı olduğu (realizm), digərlərinin isə müəyyən zaman kəsiyi çərçivəsində tamamlanaraq (klassisizm, sentementalizm, romantizm, postmodernizm) meyllər olaraq davam etməkdə olduğu görünür. Marağın ... | ANL |
Universitet yolumun ilk çırağı: professor Firidun Hüseynov. İnsan taleyinin qəribə anları olur. Bəzən bir anın, bir dəqiqənin hansısa hökmü bütöv bir ömrün, bütöv bir həyat yolunun dönüş nöqtəsi olur və bu nöqtə səni zamanın sınaqlarından çıxarıb, sonunda təmiz dünyaya qovuşdurur. Sovet dövrünün gözdən, könüldə... | ANL |
Mirzə Cəlil Məmmədquluzadə irsinə daha bir mənəvi abidə. Məlum olduğu kimi, yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə Azərbaycan ictimai fikri, mədəni inkişafı, ədəbi düşüncəsinin ən görkəmli nümayəndələrindən biridir. Onu XX əsrin əvvəlləri kimi ziddiyyətli, lakin olduqca əhəmiyyətli ictim... | ANL |
Bakıda "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilib. Noyabrın 20-də Şirvanşahlar Sarayında "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı və layihələrin təqdimatı mərasimi keçirilib. Təqdimatda çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının d... | ANL |
Unudulmaz illər. Həyatımın böyük bir hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. Müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağındakı unudulmaz tələbəlik illərim tez-tez kino lenti kimi gözlərimin önündən keçir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində BDU-nun 100 illiyinə həsr olunmuş tədbir ke... | ANL |
"Ruhumda heç tükənməyən bir səssizlik və dərin bir boşluq var. Danışa bilmirəm, eşidə bilmirəm, görə bilmirəm. Bu sözlər on doqquz aylıqkən görmə, eşitmə və nitq qabiliyyətini itirmiş amerikalı yazıçı Helen Kellerə aiddir. Helen Adams Keller 27 iyun 1880-ci ildə Amerikanın Alabama ştatının Taskambiya şəhərində hörmət... | ANL |
Bəşər sivilizasiyasının inkişafında multikulturalizmin rolu. Bəşəriyyətin sosial-mədəni inkişaf tarixinə nəzər saldıqda müxtəlif zamanlarda və ayrı-ayrı coğrafi məkanlarda fərqli sivilizasiyaların mövcudluğunun, tənəzzül etmələrinin və ya dominant mədəniyyətlər tərəfindən udulmasının şahidi oluruq. Müasir dövrdə cəmiy... | ANL |
Noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan nahiyəsinin Oxçu kəndində baş vermiş faciənin 100 ili tamam olub. Zəngəzur Cəmiyyətləri İctimai Birliyi bununla əlaqədar bəyanat yayıb. Bəyanatın mətnini oxuculara təqdim edirik. Qaniçən erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla ... | ANL |
Dilçilik elmimizə yeni töhfələr. Bugünlərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayevanın "XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi" və "XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi" adlı monoqrafiyal... | ANL |
O sözü geri qaytarın. Qoymayın ölsün, dirildin, Sözü ölümdən qurtarın! Söz bəşərin şirin dili, Sevirəm bu şirindili. Yazıb-pozub ölməyə də hazırsan, Gözlərinə qan sağılmış, bəri gəl! Daş acıyır bir kəsəyə yenəmi, Şam oturub gün ağlayır günəmi? Qalıb yoxu var eyləmək sənəmi? Şeir yazmaq deyil məndən asılı, Şair olmaq b... | ANL |
Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası. Məğlubedilməz Armadanın məğlubiyyətinə səbəb müəyyən dərəcədə ingilis gəmilərinin və gəmi komandalarının ondan üstün olması idi, digər səbəb isə ispanların Niderland gəmilərini limanlarda mühasirəyə alması, həmçinin, tufanın ispan qaleonlarını Şimal dənizinə ... | ANL |
DƏRS BİTDİ. Müəllimlik fəaliyyətinin başa çatdığını bildirəcək zəng. Dolandı baxışları bir-bir uşaqların üzündə. Birinci dəfə sinifə girdiyi zaman gördüyü uşaqlar. Adları dəyişmişdi təkcə. Susub baxırdı onlara, vərəqlənirdi gözləri önündə o illər. Neçə belə dəstələri yola salmışdı. O ilk illərdə dərs dediyi uşaqların ... | ANL |
İki hekayə. Nazimə ev verəcəkdilər təzə binada. Qəflətən öldü. Sitarə ərinin qırxından sonra onun işlədiyi idarəyə gəldi. Göz yaşları içərisində soruşdu ki, onların ev işi necə olacaq. Qəti söz deyən olmadı. Müdir də qəbul eləmədi onu. Evinə qayıtdı. Balasını bağrına basıb içində ağladı. Bir azdan qardaşı Səlim gəldi. ... | ANL |
Əhməd Cavadın əziz xatirəsinə. Qəhrəmanlar hekayələri danışıldıqca yaşayır. Bu hekayə vətəni üçün zəhmət səbətini çiyinlərinə götürən, şeirləriylə bir millətə ruh verən, türk millətinin seçilmiş siması Əhməd Cavad Axundzadənin hekayəsidir. Keçən həftə televiziya kanallarında dolaşarkən TRT Avaz-da bir proqram çı... | ANL |
Mirzə Fətəli Axundovun yüzillik yubileyinə. XX əsrin sonlarında ikinci dəfə müstəqillik qazandıqdan sonra sovetlər dövründə təsadüfi hallarda, həm də burjua ideologiyasına xidmət etdiyi iddia olunan bir sıra mətbuat orqanlarının fəaliyyətinə yeni baxış yarandı. Milli-mənəvi sərvətimiz olan bu mətbu nəşrlərdə zəma... | ANL |
Bakı Dövlət Universitetinin bir əsrlik inkişaf tarixinin son on ilində elm və tədris sahəsində aparılan islahatlar daha böyük hədəflərə istiqamətlənib. Azərbaycan ali təhsilinin Avropaya inteqrasiyası Bakı Dövlət Universitetinin çoxşaxəli fəaliyyətinə yeni məzmun gətirməklə, həm də yeni ənənələrin formalaşmasına... | ANL |
Bir sevginin etirafı: fəlsəfəsində nə dayanır... Mən iradəsiz deyiləm və yaddaşıma da arxayınam: keçmişə qaytarır məni, olmuşların həsrətinə aparır və kövrəldir. Kənd müəllimliyimdən Bakıya gəlib aspiranturaya girmişdim, elmə və publisistikaya atılmışdım. Şairlərlə, jurnalistlərlə, yazıçılarla, pedaqoqlarla yaxın ... | ANL |
İnsan övladının əsrlərdir müxtəlif yollarla cavabını axtardığı bir sual var: "Həyatın mənası nədir?" Onları aşağı-yuxarı təxmin etmək elə də çətin deyil: həzz almaqdır, hər şeyə rəğmən yaşamaqdır, sevməkdir, yaratmaqdır və sair. Avtomobil qəzasında ölməyi absurd, mənasız hesab edən, amma sonda cibində qatar bileti il... | ANL |
Aydın Tağıyevdən hekayə çələngi. Tanınmış yazıçı və publisist, Azərbaycan Yazıçılar Birliyi Şabran bölməsinin rəhbəri Aydın Tağıyevin yeni kitabı işıq üzü görüb. "İsrafilin suru" adlanan kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı hekayələri toplanıb. Nəşrin redaktoru Ay Bəniz Əliyardır. Məqalədə Pərvin yazı... | ANL |
Xalq yazıçısı Elçinin kitablarının təqdimatı olub. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin "Baş", "Qırx beş. Seçilmiş hekayələr", "Daha dərin qatlara. Seçilmiş məqalə və esselər" və "Mənə niyə gülürlər" kitablarının təqdimat mərasimi olub. Mərasimdə Mədəniyyət Naziri Əbülfəs Qarayev,... | ANL |
Musiqiyə dair bir kitab: "Piano dillərində rəqs edənlər". "- Uşaqkən xəyal etdiyinizi həyata keçirmiş oldunuz, elə deyilmi? İnsanlara sevdirmək. Məni sevsinlər istədim. Boz bütün sənətçilər uşaq kimi, bapbalaca pişik kimiyik. Bizim hamımızın dərdi budur. Başqa bir şeyin var olduğuna inanmıram". Murad Bayerin beş çağdaş... | ANL |
Qələmsiz yazılanlar. status-esselər. Hülusi Kılıc bu məsəli hələ Bakıda səfir kimi fəaliyyətə başlayanda çıxışında işlətmişdi. Bəyənmişdim. Tez-tez də xatırlayıram. İntellektual, kreativ fırıldaq!.. Səviyyəli şirkət müştərisinin yanlış addımını görəndə xəbərdarlıq etməlidir. Görməməzliyə vurmaq yanlışlığı dəstəkləməkdi... | ANL |
Multikulturalizmin Azərbaycan modeli. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Monoetnik cəmiyyətlər tarixən mədəni-mənəvi baxımdan kasıb və kasad təsir bağışlayıblar.... | ANL |
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanda Memarlıq təhsilinin 100 illiyinə həsr edilmiş kurs və buraxılış işlərindən ibarət sərgisinin açılışı mərasimi olub. Tədbirdə dövlət və özəl qurumlardan nümayəndələr, ölkəmizin nüfuzlu universitetlərinin rektorları, partnyor təşkilatların rəhbərl... | ANL |
Minlərlə insanı həyata qaytarmış cərrah. Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir. Bu gün - noyabrın 27-si Azərbaycan səhiyyəsinin görkəmli nümayəndələrin... | ANL |
Asfalta çəkilmiş rəsmlər. İnternetdə rast gəldiyim bir fotoşəkil məni dərindən sarsıtdı. Yüzlərlə istifadəçinin şərhlərindən, şəklə yazdıqları statuslardan məlum oldu ki, anasının atıb getdiyi körpəcə qız uşağının şəklidir bu. Sən demə, özünün uşaq təxəyyülündə canlandırdığı anasının obrazını təbaşirlə soyuq asfalt ü... | ANL |
Nə bilim, məsələn, dəniz sahilində gördüyüm qağayılardan, onlara baxıb havalanan ümidlərdən, bu dəniz gözəllərinə xırda çörək parçaları tullayan uşaqlardan, o boyda sahilboyu genişliyində nisbətən gözdən uzaq yer taparaq bir-birinə qısılıb oturan və kim bilir nə xəyallar quran sevgililərdən... Lap kənd-kəsəkdən aralı d... | ANL |
Bütün zamanlarda olduğu kimi, bu günün də ən önəmli tələblərindən, şərtlərindən biri insanın sual vermək bacarığına, arayıb-araşdırmaq, öyrənmək qabiliyyətinə yiyələnməsidir. Ta uşaqlıqdan hər kəsin cavabını tapmağa borclu olduğu çox vacib bir sual var: Vətənpərvərlik nədir? Bu sualın ardında hansı mətləblərin, anlam... | ANL |
Türk dünyasının mədəniyyət paytaxtından teatr təəssüratı. Beynəlxalq Türk mədəniyyəti Təşkilatı "Türksoy"un türk dünyasının mədəniyyət paytaxtı elan etdiyi Qırğıstanın Oş şəhərində keçirilən teatr festivalı əsl sənət bayramı kimi illər boyu yaddaşlarda qalmağa layiqdir. Ən azı, ona görə ki, qırğız səhnə sənətinin pa... | ANL |
Süveydaya məktublar. Üzümü çevirdim mən səndən gələn günəşə. Süveyda, arzularıma tab gətirə bilmirəm artıq; könlüm, beynim və damarlarım sənlə dolu, söylə səni tapa bilmənin və görə bilmənin yoxdurmu bir yolu? Qəlblərimiz arasındakı rabitədən xəbərsizsənmi? Söylə hansı şəhərdə, hansı məkanda, hansı adadasan? Sənin... | ANL |
Xalçaçılıq sənəti şifahi və yazılı ədəbiyyatda. Xalçaçılıq sənəti Azərbaycanın ən qədim və yaşadılan məşhur el sənətləri növlərindən biridir. Bu sənət növü Azərbaycanda çox qədim tarixə malikdir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu 5 min il bundan əvvəl... | ANL |
Özü kimi işıqlı... İllərdən bəri içində vurnuxan, tez-tez yaddaşımın, yazmaq təbimin qapısını döyüb "Məni yaz, məni azad et" deyə haray salan, nə sirri-xudadırsa, yazmaq istəsəm də, kağıza köçürməkdə çətinlik çəkdiyim bu yazının axır ki, azad olmaq məqamı yetişdi... Qəribədir, Rövşən müəllimin böyük sənətə gəli... | ANL |
Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi. BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universitetinin fəxri professoru, "Şöhrət" ordenli, tarix elmləri doktoru Abuzər Alı oğlu Xələfovun Azərbaycan milli kitab... | ANL |
Dramaturgiyamız və teatrımız haqqında dəyərli nəşr. Belə bir kitab teatrsevərlərin və ədəbi ictimaiyyətin ixtiyarına verilib. Teatr tənqidinin son illərdə müəyyən səbəblərdən passiv olduğu bir zamanda bu tipli kitabların nəşri əhəmiyyətlidir. Kitabın müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixardır. Sonralar... | ANL |
8 ay əvvəl başqırd xalqının qədim tarixini, zəngin mədəniyyətini, zərif ədəbiyyatını, nadir təbiətini araşdırarkən saatlarla başqırd musiqilərinə qulaq asır, zamanın sərt küləklərində diri və duru qalan başqırd xalqının (baş qurdların) ruhunu duymağa çalışırdım... ... 8 ay sonra Ufaya Başqırdıstan Respublikasının 100, ... | ANL |
Kamal Abdullanın "Sehrbazlar dərəsi" Buxarestdə təqdim edildi. Xalq yazıçısı Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı Buxarestdə keçirilən beynəlxalq kitab yarmarkasında təqdim olunub. Hər il keçirilən yarmarkada 400-dən çox rumın və xarici nəşriyyatlar, tipoqrafiyalar, mədəniyyət mərkəzləri və institutlar, ədəbi... | ANL |
"Qələmsiz yazılanlar"ın İstanbul təqdimatı. İstanbulda Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə (TƏV) "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-publisist Rəşad Məcidin Türkiyə türkcəsinə çevrilmiş "Qələmsiz yazılanlar" kitabının təqdimatı və imza günü keçirilib. "Report"un Türk... | ANL |
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu. Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda çağdaş ədəbiyyatşünaslığımızın dəyərli nümayəndəsi, tənqidçi və tərcüməçi professor Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna..." kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Yazıçılar Birliyinin ka... | ANL |
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi. Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə... | ANL |
Bakı Dövlət Universitetində Məzun Forumu. Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, dünyanın müxtəlif ölkələrində çalışan BDU məzunlar... | ANL |
Trampa qarşı etimadsızlıq mexanizmi. ABŞ prezidentinin çevriliş adlandırdığı impiçment prosedurunun görünməyən məqamları. Artıq bir müddətdir, ABŞ Prezidenti Donald Trampa qarşı etimadsızlıq mexanizmi işə düşüb. ABŞ Konqresinin Nümayəndələr Palatası Demokratlar Partiyasının başladığı təhqiqatı palatanın komissi... | ANL |
1977-ci ildə ailəsi Təbrizə köçüb, Qaradağ mahalının başqa uşaqları kimi ədəbiyyata marağı laylalarla, nağıllarla, dastanlarla oyanıb. On yeddi yaşında şeir yaradıcılığı ilə diqqət çəkən Səxavət İzzəti əsl ədəbiyyat adamı kimi tezliklə cəmiyyətdə tanınır. İyirmi iki yaşında "Nəğməli dastanlar" kitabını nəşr etdir... | ANL |
Vətən. Özünün fikrinə görə, rüzgarın acı-şirin xatirələri və yaxşı-pis təsiri onu şeir vadisinə gətirib, qələmi işsizliklərin və məhrumiyyətli illərin səmərəsidir. Pəyami Nur Universitetinin "Ədəbiyyat" və "Dadbərin" dərnəklərində fəal iştirak edib. 2005-ci ildə Zəngan şəhərinin Quzey Batı mətbuatı Festivalında ə... | ANL |
Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan tar. Bakı Musiqi Akademiyasında Cümhuriyyətin şahidi olan 100 yaşlı tarın təqdimatı keçirilib. Noyabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Respublikanın... | ANL |
İlkin Əhmədov: "Ən böyük arzum Qarabağda konsert verməkdir". Müsahibimiz Azərbaycan Dövlət Akademik Opera Və Balet Teatrının solisti, əməkdar artist İlkin Əhmədovdur. Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış xanəndə İlkin Əhmədovla, özünün təbirincə desək, onun 11 illik iş yerində - solisti olduğu Azə... | ANL |
Aynur Beşkonak: "ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin açılışını YÖK sədri Yekta Saraçın etməsi böyük şərəfdir". Bu günlərdə Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Araşdırmaları Mərkəzinin (TAM) açılışı olub. Yeni açılan mərkəzin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aynur Beşkonak TAM-ın fəaliyyəti ... | ANL |
"Uğur qazanmaq tənbəllikdən daha asandır". Müsahibimiz Biznes təlimçisi, yaddaş texnikaları üzrə mütəxəssis, Azərbaycanda ilk dəfə olaraq "Super yaddaş" layihəsinin rəhbəri Elnur Rəhimovdur. - Yaddaşın inkişafı üçün müəyyən vaxt tələb edən müxtəlif metodlar və texnikalar mövcuddur. Metodologiyamıza görə, texnikalar... | ANL |
Noyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin "Hidayət və teatr" kitabının təqdimatı olub. Kitab Əməkdar incəsənət xadimi, şair, dramaturq, publisist, ictimai-siyasi xadim Hidayətin dramaturgiya və teatr sahəsin... | ANL |
Bəstəkar Tofiq Bakıxanovla bağlı kitab sərgisi. Noyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş kitab sərgisi açılıb. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Milli Kitabxananın birgə t... | ANL |
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, publisist Nazim Əhmədlinin "Unutduğum göy üzü" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış ədəbiyyat, incəsənət xadimləri, oxucular və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad... | ANL |
Kitabda dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur. Qeyd edək ki, "Kaspi nəşrləri" seriyasın... | ANL |
AMEA-da "Dünyanı gəzən Molla Nəsrəddin"in təqdimatı. Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Molla Məsrəddin lətifələrinin nəzəri-metodoloji kontekstdə araşdırılmasına həsr olunmuş "Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmala... | ANL |
BDU 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verib. Bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və geniş nitq söyləyib. Dövlət başçısı öz nitqində BDU-nun tarixinə... | ANL |
"Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə noyabrın 27-də "Müasir çağırışlar: dini durum və vəzifələr" mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Zərdab ... | ANL |
Ulduzlar söz alsın baxışlarından, Hər sözün düzünə mən cavab verim. Aç, dağıt buluddan hörüklərini, Əsən küləklərə mən cavab verim. Sevginin yerinə özün cavab ver, Ayrılıq yerinə mən cavab verim. Bu qədər çəkdiyim zülümmüş demə, Mən nələr çəkmişəm zülümdən qabaq. Xəzan soldurubdur bağçanı, bağı, Dərdlərim açılıb gül... | ANL |
Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası. Elizabet öz rolu üçün müstəsna vergiyə, istedada malik idi. Taxt-taca çıxanda 25 yaşında olan bu qız dik dayanırdı, onun üzü solğun və qartala bənzər idi, qızılı kürən saçları Yorkçular sülaləsindən olduğunu göstərirdi. Yüksək dərəcədə həyəcanlanmaqla, o, həm... | ANL |
Nəzəriyyə kitablarında medianın əhəmiyyətindən danışılarkən onun üç funksiyası qeyd edilir: maarifləndirmək, bilgiləndirmək və əyləndirmək. Bizcə, hazırda müharibə şəraitində olduğumuz bir vaxtda KİV-in əsas vəzifələrindən biri də insanlarda hərbi-vətənpərvərlik ruhunu inkişaf etdirməkdir. Axı jurnalistika həm də ic... | ANL |
On ikinci qurban. Gecənin bir aləmində hamımız qutu boyda yerimizdən qalxıb tələb olunan sıralara düzüldük. Başımızın üstünü komandirə bənzər bir adam kəsdirib elə hey "Bir azdan məhv ediləcəksiz" dediyi ana qədər həmin günün, az qala, yarısından çoxunu ölüm haqqında düşünmüşdüm. Mən, hələ gəncdim, ətrafımdakılara baxa... | ANL |
Təbiətin rəssam şairi Öktemayın poetik rəngləri. Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri. Özbəkistanın tanınmış şairəsi Öktemayın şeirlərindəki sadəlik, səmimiyyət, aşiqanə fikirlər insanı özündə tutub saxlayır, onu düşündürür və gerçək yaşantılar anlarına aparıb çıxar... | ANL |
Antik dövrün filosoflarını düşündürən əsas məsələ arxenin, yəni başlanğıc maddənin nə olması idi. Bu suala ilk cavabı verən və fəlsəfə tarixinə ilk filosof kimi düşən Milet məktəbinin banisi Fales idi. Onun haqqında əlimizdə yüz faizlik dəqiqliyə malik bilgilər olmasa da, haqqında ondan sonra gələn filosofların əsərlər... | ANL |
Vətən sevgisilə yaşamaq və yaratmaq. Qanadı qırılmayınca qatarından ayrılmaz, karvanından qalmaz durnalar. Əsrlər boyudur pozulmaq bilmir bu qatarın düzümü! Min illərdir bizə də nəsib edilib füsünkar, ecazkar tarixin keşməkeşli zamanlarını yaşamış, çox nadir millətlərə nəsib olan el-oba yurd həsrətiylə qovrula-qovr... | ANL |
2010-cu ilin yayında atamla bu söhbəti edərkən "Elmlər Akademiyası" metrosundan çıxıb Bakı Dövlət Universiteti tərəfə-bir qohumumun ali məktəbə qəbul imtahanına gedirdik. Mən özüm də orta məktəbi yenicə bitirib, ali məktəbə hazırlaşırdım. Onda həmin qohumuma elə həsəd aparırdım ki, bu əzəmətdəki universitetə daxil olub... | ANL |
Ölməzliyə gedən elçi. Qaldı ölməz əsərləri. Bir məzarsız qərib yolçu, Ölməzliyə gedən Elçi. Şair Məhəmməd Hadiydi, Gəldi, getdi bu dünyadan. | ANL |
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda mərhum şair-rəssam Adil Mirseyidin "Son şeir, son vəsiyyət" adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda tanınmış ədəbiyyat, incəsənət xadimləri, Adil Mirseyidin qələm dostları, ... | ANL |
Musiqili Teatrda "Ey Vətən" adlı konsert keçirilib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Atilla Məmmədovun "Ey Vətən" adlı ilk solo konserti keçirilib. Konsertdən öncə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev teatrın kiç... | ANL |
Türkologiyaya dair yeni kitab nəşr olunub. Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun “Birinci Türkoloji Qurultayın Qazaxıstan təmsilçiləri” kitabı çapdan çıxıb. Kitabın ilk səhifəsində Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı yer alıb... | ANL |
Gecənin yuxusu. Tanınmış yazıçı Novruz Nəcəfoğlunun bu günlərdə yeni kitabı çıxıb. "Yuxuya gedib gecə" adlı kitaba müəllifin povestləri daxil edilib. Nəşrdə kitaba adı verilən əsərlə birgə "Ağ qayadan atılan güllə" kinopovesti də yer alıb. Seriyanın rəhbəri şair və tərcüməçi Səlim Babullaoğlu, nəşrin redaktoru Se... | ANL |
Şeirimizin Allahşükür Ağası. Əyalətdən gələn səslər. Ədəbiyyatsevər dostlarımla bir məsələ ətrafında mükalimələrimizə indiyədək son nöqtə qoyulmayıb. "Şair adlanmaq, sənət qapılarının üzünə açılmasını istəyən neçə şeir yazmalıdır" sualına yekdil cavab ala bilmədiyimizdən nə vaxtsa yenidən müzakirələrə qayıdırıq. On, ə... | ANL |
Feyzi Ersoyun "Bir kitaba tutuldum" romanı haqqında qeydlər. "Divanü lüğat-it-türk" həm XI əsrdə türk dilinin söz xəzinəsinin zənginliyini nümayiş etdirir, həm də o dövrdə insan və cəmiyyət həyatı, türklərin maddi və mənəvi mədəniyyəti ilə əlaqədar maraqlı qeydləri özündə cəmləyir. Bu baxımdan təxminən min il əvv... | ANL |
Noyabrın 28-də "Nizami" Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə dünya kinosunun dahi sənətkarı Çarli Çaplinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və incəsənət xadimlərinin, kino təmsilçilərinin və kinosevərlərin maraqla izlədiyi gecədə böyük aktyoru... | ANL |
Sözün Xəzər ümmanı. "Literaturnaya qazeta" Kamal Abdullanın "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabı haqqında resenziya dərc edib. Rusiyanın tanınmış alimi və ədəbiyyatşünası Konstantin Kedrovun bu ölkənin nüfuzlu "Literaturnaya qazeta" nəşrində Xalq yazıçısı Kamal Abdullanın "Kitabi-Dədə Qorqud" poetikası... | ANL |
"Qələmsiz yazılanlar". İSTANBULDA, TÜRK ƏDƏBİYYATI VƏQFİNDƏ KEÇİRİLƏN TƏQDİMAT MƏRASİMİNDƏN QEYDLƏR. Həmin gün Rəşad Məcidin yeni kitabının İstanbulda, Türk Ədəbiyyatı Vəqfində təqdimatı olacaq. Onun "Qələmsiz yazılanlar" kitabının Türkiyədəki oxucular, araşdırmaçılar tərəfindən necə qarşılanacağını səbirsizlikl... | ANL |
İnanmaq hissini özündə yaratmaq da, ətrafındakıların sənə olan etibarını qazanmaq da çətindir. Özünəinam anadangəlmə xüsusiyyət, bacarıq deyil. İnam ağlımızdakına sahib olmağa qərar verdiyimiz vaxt qəlbimizdə, ruhumuzda yaranan əzmkarlıqdır. Çətini həyatda nə istədiyimizi bilmək və qarşımıza çıxan hər çətinliyi səbrlə... | ANL |
“Piano dillərində rəqs edənlər”in söhbətləri bir kitabda. Türkiyəli yazıçı və jurnalist Murat Bayerin “Piano dillərində rəqs edənlər” kitabı “Ulduz” nəşriyyatında işıq üzü görüb. Kitab Türkiyənin dünya miqyasında məşhur pianoçu və bəstəkarlarının gündəlik həyatlarından sənət anlayışlarına qədər uzanan müsahibələrindən ... | ANL |
Sentyabrın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, publisist Əfqan Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir və yubilyarın yenicə işıq üzü görmüş "Şahlar şahı" romanının təqdimat mərasimi keçirilib. Mərasimdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat nümayəndələri, ustad jurnalistlə... | ANL |
Xalq Yazıçısı Kamal Abdulla Yaradıcılıq fakültəsinin tələbələrinə mühazirə oxuyub. Azərbaycan Dillər Universitetində (ADU) Yaradıcılıq fakültəsinin 1-ci kurs tələbələri ilə görüş keçirilib. Təhsil ocağının rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla fakültənin yaradılmasının məqsədindən danışıb və qeyd edib ki... | ANL |
Özbəkistanda Qənirə Paşayevanın kitabının təqdimatı olub. Özbəkistanın Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində bu ölkənin Yazıçılar İttifaqının Namanqan şöbəsi, "Kitob dunyasi" qəzeti və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın özbək dilin... | ANL |
Milli Kitabxanada yeni sərgi. Bu bayram hər il bütün dünyada ən yaxşı musiqiçi və incəsənət kollektivlərinin iştirak etdiyi möhtəşəm konsert proqramları ilə qeyd olunur. Sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycan və dünya musiqi tarixi, tanınmış musiqiçilər, musiqi festivalları haqqında kitabla... | ANL |
Kitab ətirli günlərdən qalanlar. Hər iki ildən bir Mədəniyyət Nazirliyinin dəstəyilə reallaşan Beynəlxalq Kitab Sərgi-Yarmarkası hər dəfə bir az da çox uğurlarla tarixə çevrilir. Fikrimcə, budəfəki VI sərgi-yarmarkanın əsas uğuru daha geniş insan kütləsini özünə cəlb etməsi oldu. Bakı İdman Sarayı çiçək açıb san... | ANL |
Səssiz-səmirsiz, anılmadan, xatırlanmadan... Amma belə keçməməliydi. Biz o ölümü işğala, sovet rejiminin milləti köləyə çevirmək üçün milli təfəkkür formalaşdıran aydınlarını repressiya maşınından keçirən, cismən susduran istilasına etiraz, üsyan kimi xatırlamalı və xatırlatmalıydıq. Axı Ümgülsüm Sadıqzadə 1937-ci il... | ANL |
Mən onun əsl adını bütöv yox, söhbətimiz əsnasında özünün latın qrafikası ilə yazıb, mənə göstərdiyi "Ümm-ül-Banu" kimi yazıram və vaxtı ilə artıq gənc azərbaycanlı qızı Ümm-ül-Banu yox, Azərbaycan mənşəli fransız yazıçısı Banin haqqında bir esse yazıb Moskvada, "Literaturnaya qazeta"da çap etdirmişdim - bu, Ba... | ANL |
Şəxsiyyət və səmimiyyət. Şair dostum Oqtay Rzanın əziz xatirəsinə. ... Qonşu məktəblərdə oxuyurduq, Oqtay məndən dörd yaş böyük idi. O vaxt Salyan rayon mərkəzi kitabxanası ilə uşaq kitabxanası bir binada yerləşirdi. Mən yaşıdlarımla kiçik qonşu otaqdan boylanıb mərkəzi kitabxananın oxu zalına baxanda orada bizdən ... | ANL |
Sevgi evi ürəklərdir. Şair dostum Əbülfət Mədətoğluna "Bir qadına" şeirlər kitabının doğurduğu təəssüratla bağlı açıq məktub. Kaş mən bu naməmi Qeyrət və heyrət qalası Qacardan yazaydım, Sənsə onu Azıx mağarası ilə üz-üzə, göz-gözə yerləşən məşhur bir ucalıqda - qoynunda pərvazlandığın sevimli Tuğunda oxuyaydın.... | ANL |
Bu gün yalnız Hindistanın deyil, dünya tarixinin siyasi liderlərindən hesab olunan Mahatma Qandinin anadan olduğu gündür. Azadlıq uğrunda mübarizə aparan və onu əldə edən bir dahinin, xalqın siyasi və mədəni təşəkkülünü formalaşdıran böyük fikir adamının. Onu Hindistan tarixində hamıdan çox iş görən lider, siyasi fikir... | ANL |
Tanınmış yazıçı-filosof Firuz Mustafanın "Seçilmiş əsərləri"nin 30 cildliyinin ilk siqnal nüsxələri çapdan çıxıb. Külliyatda müəllifin pyesləri, roman, povest və hekayələri, detetktiv, fəlsəfi əsərləri, şeirləri, publisistik məqalələri, tərcümələri, müsahibələri, haqqında yazılmış yazılar və digər materiallar yer al... | ANL |
Azərbaycanda Ali Pedaqoji İnstitut yaradılması ilə bağlı ilk əməli təşəbbüs və ideya Azərbaycan Xalq Cümhuriyyətinə məxsusdur. Əslində, bu işin təşəbbüskarlarından biri də elə xalq təhsilinin yaxşı mütəxəssislərindən olan, nüfuzlu ziyalı kimi tanınan H.Şahtaxtlı özü idi. Verilən tapşırıq əsasında o, belə bir layi... | ANL |
Azərbaycan ədəbiyyatı tarixinə konseptual baxışın mükəmməl nümunəsi. Azərbaycanın dövlət müstəqilliyi qazanmasından sonra bütün digər sahələrdə olduğu kimi, elm sahəsində də inkişaf və dirçəliş özünü göstərməyə başlamışdır. Xalqın təkidli tələbilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik q... | ANL |
Bizimyol.info “Novoe vremya” qəzetinin baş redaktoru Şakir Ağayevin apa-ya müsahibəsini təqdim edir. Gəlin keçmişə qayıdaq: rus dilində qəzet təsis etmək ideyası hardan yaranmışdı? Ortaq bir mövqe tutan, siyasi tapşırıqları yerinə yetirməyən, əsas məqsədi Azərbaycanın milli maraqları olan mətbuata çox böyük ehti... | ANL |
YUĞ-un uğurlu "Lənət"i. Sentyabr ayı həm də bütün teatrlarda yeni mövsümün başlaması ilə əlamətdardır. Teatr və konsert müəssisələrinin mövsümə başlaması isə mədəniyyətin, incəsənətin yenidən canlanması deməkdir. Bəzi teatrlar mövsümə köhnə, ənənəvi səhnə əsərləri ilə başladıqları halda, bəziləri yeni premyeralarla t... | ANL |
Ana quzuları. Bir neçə gün öncə oktyabr çağırışçılarını hərbi xidmətə yola salırdıq. Bir-birindən yaraşıqlı, oğul balaları. Hərəsi hər birimizin bir ciyər paramız idi. Anaları üçünsə "ana quzuları". Gözünün, ürəyinin yağını yedirdikləri, üzərində tir-tir əsdikləri, "ana quzuları". İçəridən qeydiyyatdan keçən çağırışçı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.