text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Tanıyaq və tanıdaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm... | ANL |
Bütün günəşlərimin ölüm çağında. Barışa bilmədim sənlə bir təhər, Halbuki ərköyün balandım sənin. Anlaya bilmədin. dərdimi mənim. Səslənəm üstündə haraylarımı. Qırmızı boyayla bir ulduz çəkib, Onunla sayrışam kim olduğumu. De görüm, çoxmuydu səndən istəyim? Sən qucaq açarkən hər gələninə, Bir qarış divarı çox gördün m... | ANL |
Şamdanlı royal və yaxud boz telefon. Qadınlar kişiləri kədərləndirməyin bir yolunu, bədbəxt eləməyin isə min yolunu bilirlər. Bilmirəm. Deyir, bir dəfə bütün heyvanlar yığışıb Allahın yanına şikayətə gedirlər. Allah bir qədər düşünüb deyir ki, narahat olmayın, mən insanlara bir bəla göndərərəm. Allah insanlara məh... | ANL |
Adəm Asnını uşaqlıq vaxtlarımdan tanımışam. Qonşu Qarabağlar kəndindən idi. Adını tez-tez eşidirdim. Eyni zamanda, qardaşı Aləm Kəngərlini. Ataları el arasında usta Qulu kimi məşhur idi. Bunları deməkdə məqsədim odur ki, Adəm Asnı poeziyaya təsadüfi gələn biri deyil. Bəlkə lap əvvəllər də mətbuatda nəşr olunurdu, tə... | ANL |
Aşıq ədəbiyyatımızın fədakar toplayıcısı və tədqiqatçısı. Ərtoğrol Cavid irsində Azərbaycan aşıq poeziyasının toplanması və tədqiqi işinin də xüsusi yeri var. Zəngin ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatı materiallarının, o cümlədən, şifahi xalq sənəti, aşıq yaradıcılığı irsinin toplanması sahəsində misilsi... | ANL |
Kövrək duyğuların poetik ifadəsi. "Keçmişdə Gəzinti"nin bəzi məqamları. Poeziya ədəbi estetika mənbəyidir. Bu estetika bir tərəfdən şairin iç dünyasından, onun öz ideallarını ifadəsindən, dolub boşalmasından xəbər verirsə, o biri tərəfdən oxucunun, bütövlükdə insanın kamilləşməsinə xidmət edir. Və yəqin ki, hər b... | ANL |
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalında qonaq olan Avrasiya ölkələrinin yazıçı-şairləri, dramaturqları və ədəbiyyat tənqidçiləri ilə görüşüb. Görüşdə Polşadan Polşa Yazıçılar Assosiyasının prezidenti Kşiştov Şatravs... | ANL |
Yaxud İsveçdə nəşr olunan əsər. Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının akademiki, Paris Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov özünü beynəlxalq mi... | ANL |
Vidadi Babanlının yaradıcılığı biri digərindən ayrılmaz olan ən azı üç mühüm xüsusiyyətinə görə böyük ədəbiyyatın tələbləri səviyyəsindədir ki, onlardan birincisi həyat həqiqətinə sədaqətdir. Əlbəttə, sədaqət müxtəlif cür ola bilər... Vidadi Babanlının həyat həqiqətinə sədaqəti, hər şeydən əvvəl, öz analitizmi, hadis... | ANL |
Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük. XX əsr Azərbaycan romantiklərinin qidalandıqları iki mənbədən biri Türkiyə idi; buradan gələn romantik mənbənin əsas qaynaqlarından biri isə türkçülük görüşləri idi. Sovet tənqidçi və ədəbiyyatşünaslarının romantikləri iki yerə; mütərəqqi və mürtəcelərə bölmə... | ANL |
UNEC Kitabxana İnformasiya Mərkəzi Beynəlxalq Kitab Sərgi-Yarmarkasında. XXI əsrdə günbəgün artmaqda olan informasiya axını içərisində zəruri mənbələrin axtarışı, seçilməsi, qiymətləndirilməsi vərdişlərinə yiyələnmədən həyat və fəaliyyətin istənilən sahəsində uğur əldə etmək qeyri-mümkündür. Bu vərdişlərin reallaşması... | ANL |
Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi. Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də öl... | ANL |
İnam öldürmək adam öldürməkdən pisdir, deyiblər. Hər ikisinin vəbalı ağırdı, birini bəndə görürsə, o birini Tanrı görür. Bəzən ölənə deyil, öldürənə təlaşlanırıq birinci halda (mən hər zaman cinayətin əleyhinəyəm), amma bəzən kimsə özünümüdafiənin qurbanı olur, adı da qalır cinayətkar! Hissə-hissə, tikə-tikə tükədir... | ANL |
Bu yaxınlarda "Xalq artisti" fəxri adı alan tanınmış bəstəkar Sərdar Fərəcovdan müsahibə almaq üçün direktoru olduğu Üzeyir Hacıbəylinin Ev Muzeyinə gedərkən həm qeyd dəftərimdə, həm də beynimdə bir çox suallar vardı. Ancaq etiraf edim ki, səmimi qarşılanma, bəstəkarın müsahibə deyil də, müzakirəyə üstünlük ver... | ANL |
Türkiyəli yazar Semih Diri: "İnsanlar gündəlik divar yazılarını, adi statusları da şeir zənn etməyə başlayıblar". Türkiyəli həmkarım Semih Diri ilə 2017-ci ildə İstanbulda Avrasiya Yazarlar Birliyinin keçirdiyi "Türk Gənc Yazarlar görüşü"ndə tanış olmuşdum. Şeirlərindəki orijinal fikirləri ilə diqqətimizi cəlb e... | ANL |
Bədii tərcümə sənətinin böyük ustası. Olduğumuz məclislərdə, işlədiyimiz yerdə kimlərinsə haqqında tez-tez eşidirik ki, "yaxşı müəllimdir", "yaxşı insandır", "müəllim ikinci valideyndir", "cəmiyyətimizdə müəllimin rolu danılmazdır"... Bu kimi yanaşma tərzi və qiymətləndirmələr məni daim düşündürüb, özüm-özümə bir çox... | ANL |
Mənim şirin balalarım, Can verirəm, bal alıram. Adınızı hər çəkəndə. Mən sizə hambal oluram. Sizdən giley-güzar olsa. Şişib Rüstəmzal olaram. Qocalığı sizə verib. Fikrət Qoca getdi demə. Kainatda ünvanım. Yaşıl Yer kürəmizdir, Hələ havası safdır, Hələ suyu təmizdir, Qonaq bizə əzizdir. Gələn qonağa yetər, Bizim də bəsi... | ANL |
Namaz, vəfasızcasına vəfat edən vəfalı həyat yoldaşını dəfn edəndən sonra bir il tənhalığın soyuq ağuşunda yaşadı. Qəsəbədə onun babı dul arvad qıtlığı olmasa da, evlənmədi, Qızdarbəyinin xatirəsini əziz tutdu. Qızdarbəyi ona üç qız qoyub getmişdi, ancaq üçü də ərdə idi. Bir il ərzində tənhalıqdan cana yığılsa d... | ANL |
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Marqaret İngiltərədə, cənuba tərəf yolda olanda Katerinadan məktub gəldi ki, onun yeni körpəsi, - bu qız uşağı olmaqla Mariya adlandı, - böyüyüb və möhkəmlənir. Meri isə oğlan uşağı doğmuşdu, o, təhlükədən kənar idi. Plantagenetlər öz adlarında olan alaq otu kimi çiçək... | ANL |
Akademik İsa Həbibbəyli missiyası: azərbaycançılıq, analitiklik və kreativlik. İsa Həbibbəyli müasir Azərbaycan elminin və mədəniyyətinin korifeylərindən biridir. Humanitar elm sahəsində şəriksiz nüfuza malikdir və fəaliyyətinin çoxplanlılığı ilə diqqəti cəlb edir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının vi... | ANL |
Azərbaycan media məkanında Flora Xəlilzadə imzası var və bu imza hər kəsə yaxşı tanışdır. Yaxşı tanışdır ona görə ki, Flora xanım bir yaradıcı şəxsiyyət kimi həm qəzet-jurnal sistemində, həm də televiziyada daim öz sözünü deməkdədir. Və həm də nəinki publisistikada, habelə bədii yaradıcılıqda tanınmış bir yazıçı-jurnal... | ANL |
Şahvələd Xəlilovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi və akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının birgə iclası keçirilib. Gündəlikdə yer alan əsas məsələ tanınmış coğrafiyaçı alim, AMEA-nın müxbir üzvü Şahvələd Xəl... | ANL |
"Türk ədəbiyyatı"nın yeni sayı akademik İsa Həbibbəyliyə həsr edilib. "Türk ədəbiyyatı" aylıq fikir və sənət dərgisinin bugünlərdə işıq üzü görən yeni sayı millət vəkili, AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 70 yaşına həsr olunub. Dərgidə müxtəlif öl... | ANL |
Türk dünyasının İsa Həbibbəylisi. Bizim akademik İsa Həbibbəyli ilə tanışlığımız əlamətdar bir vaxta, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Beynəlxalq Türk Akademiyasının yaradılması haqqında bağlı qərarın verildiyi tarixə təsadüf edir. 2009-cu ilin qızıl payızı - qədim türk yurdu, İsa müəllimin dünyaya göz açd... | ANL |
Dünya ədəbiyyatı mümkündürmü? Dünya ədəbiyyatı münasibətlərin, əlaqələrin internet, sosial şəbəkə vasitəsiylə sürətli şəkildə bütün coğrafiyalara yayıldığı bir dövrdə, əlbəttə, mümkündür. Xüsusilə, son illərdə artan "Digital Humanities" təcrübələri də bunu dəstəkləyir. Mətnlər rəqəmlərə, simvollara, vizual işarələrə ... | ANL |
"Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi" nəşr olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən "Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi" kitabı çap edilib. "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş kitabın elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın vitse... | ANL |
Azərbaycan Daşkənddəki beynəlxalq kitab sərgisində. Özbəkistan Prezidenti yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin (İKKA) təşəbbüsü ilə Daşkənddə "TASHKENT BOOK FEST" Birinci Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib. Sərgi-yarmarkada Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkə... | ANL |
AMEA-nın "Elm" nəşriyyatında yazıçı-jurnalist və fotoqraf Şirməmməd Nəzərlinin "Elmin cazibəsi" kitabı nəfis tərtibatla çapdan çıxıb. Kitab AMEA-nın Yer Elmləri Bölməsi alimlərinin nailiyyətləri ilə bağlı müsahibələrdən, elmi məqalələrdən, həmçinin, tarixboyu elmin məfhumlarda və əməli işdə mövcudluğu barədə ya... | ANL |
"Azərbaycan" jurnalının yeni sayında... Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı "Azərbaycan" jurnalının sentyabr sayı işıq üzü görüb. Bölməyə Adil Cəmil, Tərlan Əbilov, Süleyman Abdulla, Zahid Avşar Eloğlu, Kəmaləddin Qədim, Əyyub Paşa, İnqilab İsaq, Ramil Məmməd və Xaliq Rəhimlinin şeirlə... | ANL |
Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii orqanı "Qobustan" sənət toplusunun bu il üçün ikinci sayı oxucuların ixtiyarına verilib. Jurnal ənənəvi olaraq baş redaktor Vaqif Əlixanlının "Qırx sətir"i ilə başlayır. Yazını yazıçı, alim, mütəfəkkir Abbasqulu Ağa Bakıxanov haqqındakı məqalə davam etdirir. "Pərdə arxası"... | ANL |
Bu dəfə Təranə Turan Rəhimli "Ədəbiyyatın Ulduz yolunda addımlayanlar" adlı yazısı ilə jurnalın avqust sayını şərh edir. Cəlal Məmmədovun təqdimatında "Qısa fikirlər xəzinəsi"ndə "İman ətirli sətirlər"dir. "Yazı masası" rubrikasında Taleh Mansurun mərhum şair Oqtay Rzayla söhbəti dərc olunub. "Böyükdən uşağa" rubr... | ANL |
Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalının bağlanış mərasimi keçirilib. "Avrasiya Xalqları Assambleyası" beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının "LiFFt" Mədəni Layihələrinin İnkişaf... | ANL |
Mirzə Cəlilin həyat və fəaliyyətinin Ağcabədi səhifələri. Böyük mütəfəkkir yazıçımız Mirzə Cəlil Məmmədquluzadə - "Molla Nəsrəddin"in anadan olmasının 150 illiyi ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən geniş qeyd edilir. Yubliyar haqqında mətbuatda gedən yazılarda onun ədəbi-bədii yaradıcılığı v... | ANL |
Müharibə başlanan gün universitetdə rektor Cəbrayıl Ələsgərovun rəhbərliyi ilə keçirilən mitinqdən sonra rektor başda olmaqla 200 nəfər tələbə və müəllim könüllü olaraq cəbhəyə yola düşdülər. Rektor vəzifəsinə Şamil Əliyev təyin olundu. Gəncləri hərbi işə hazırlamaq məqsədilə I-II kurs tələbələrinin xüsusi proqra... | ANL |
"Güllələnmiş məzarlar" filmi təqdim olundu. Dünən Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən hazırlanan "Güllələnmiş məzarlar" sosial filminin təqdimat mərasimi keçirilib. Azərbaycan və ingilis dillərində hazır... | ANL |
Ziyalı sözünün dəyəri. Cavanşirlər, otuzikilər, avşarlar kimi, kəbirlilər də Azərbaycanın şanlı tarixi keçmişə malik elatlarındandır. Təsadüfi deyil ki, tarixçi Mirzə Adıgözəl bəy özünün məşhur "Qarabağnamə" əsərində kəbirlilərin Qarabağın ən qədim tayfalarından biri olduğunu qeyd edib. Bəzi mənbələrdə Kəbirli ta... | ANL |
Milli-mənəvi dəyərlərimiz çağdaş qloballaşma şəraitində. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyələri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Keçmişimiz və tariximiz bizlərə ibrət dərsi olduğu üçün həm də sabahımızın müəl... | ANL |
Şəxsiyyətin missiyası və miqyası. Vətənə, xalqa, onun zəngin mədəniyyətinə, xüsusən ədəbi düşüncəsinə səmimi bir sevgidən, çoxsaylı elmi araşdırmaların ərsəyə gəlməsinə səbəb olan nadir istedaddan və ağır zəhmətdən yoğrulmuş "İsa Həbibbəyli" imzası son əlli ildə milli elmi-ədəbi düşüncəmizin, son iyirmi ildə isə... | ANL |
Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə. Yaxın günlərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsində Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanmış "Azərbay... | ANL |
"Zəlimxan Yaqub ədəbi düşüncədə" toplusunun yeni cildi işıq üzü görüb. Bu günlərdə Xalq şairi Zəlimxan Yaqub haqqında növbəti kitab nəşr olunub. Xatırladaq ki, bu adda kitabın üç cildi hələ ölməz şairin sağlığında nəşr olunub. Yeni işıq görən və 22 çap vərəqi həcmində olan bu kitab dördüncü cilddir və əvvəlki cildlər... | ANL |
Köhnə dərdlərin təzə təqdimatı. Və ya yuxularınızı qarışdırmayın. "Yuxumda bir qəbir gördüm, qazılmamışdı. Vaqif Səmədoğlu. Cəfər Cabbarlı qələminin qüdrəti. İctimai-iqtisadi formasiyaların burulğanları, müvəqqəti eyforiyaların dalğası zaman-zaman klassik sərvətimizi haq-nahaq gözdən salmaq cəhdinə yönəldisə də, q... | ANL |
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq". Şimali Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hoca ilə müsahibə. Beynəlxalq Vizyon Universiteti Makedoniya Nazirlər Kabinetinin 23 iyun 2014-cü il tarixli qərarı ilə yaradılıb. Universitetdə bakalavr bölməsi üzrə Hüquq... | ANL |
Ömrünüz boyu sizə məsləhət verənlər çox olacaq. Amma unutmayın ki, hər bir adam öz yaşadıqlarından, gördüklərindən çıxış edir. Siz heç kimin təcrübəsini təkrarlaya bilməzsiniz. Sizə düşən bu təcrübələrdən düzgün nəticə çıxarmaqdır, ağılla faydalanmaqdır. Peşəkarlığına, səmimiliyinə inandığınız adamın məsləhətlərini din... | ANL |
Pərvinin yolu. İşim gərəyi publisistik mətnləri çox oxumalı oluram. Zəhrimarı nə uda bilirsən, nə qaytara. İlişib qalır xirtdəyində. Ağzına qoymağını gözləyir. Əriyib gedir, heç çeynəməyə də ehtiyac duymursan. Oxucusuna çox şey qazandırmır, amma itirdiyin nəsə də olmur. Oxuduqca armud dişləyirmiş kimi, ağzında qə... | ANL |
Professor Aida İmanquliyevanın yaradıcılığında multikultural inteqrasiya tendensiyası. Azərbaycanın görkəmli şərqşünas alimi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva ilə sağlığında görüşmək, elmindən bəhrələnmək mənə nəsib olmasa da, taleyimə onun "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabını 20... | ANL |
Tarix salnaməsində iz qoymuş novator alim. Tanınmış insanlar, görkəmli alimlər, qayğıkeş müəllim-ziyalılar haqqında fikir söyləmək, onları oxuculara və elmi ictimaiyyətə gərəyincə və yetərincə təqdim etmək olduqca çətin, son dərəcə məsuliyyətli bir işdir. Çünki bu çətinlik və məsuliyyət həmin alimin elm sahəsində sanb... | ANL |
Mənalı ömrün ibrətamiz hekayəti. Bu il aprel ayının ilk günlərində 72 yaşında haqq dünyasına qovuşan Arif Allahverdiyev dörd il bundan qabaq ömrünün bir parçasını qələmə aldığı kitabının əlyazmasını oxumaq üçün mənə vermişdi. Onu gənclik illərimdən tanıyırdım. Arif Allahverdiyev isə çox nüfuzlu bir təşkilata rəhbərli... | ANL |
Eskiz rəqsə tən gərək. "Bugün dünəndən başlayır" silsiləsindən. O zaman ana radiomuzun "İncəsənət və radio teatrı" şöbəsinin xəttiylə efirə getmişdi. "Sənətsevər" adlı o verilişi Azərbaycan rəqs sənətinə, onun problemlərinə həsr eləmişdim. Özümə həmsöhbət olaraq əlbəttə ki, ilk peşəkar qadın rəqqasələrimizdən olan Xa... | ANL |
Bu günlərdə "Qanun" nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə görkəmli Azərbaycan yazıçısı İsi Məlikzadənin "Qatarda" hekayələr kitabı çap olunub. Çağdaş nəsrin ustalarından sayılan unudulmaz yazıçımız İsi Məlikzadənin yaradıcılığına daha çox diqqət yetirilməsinin, onun əsərlərinin geniş ... | ANL |
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm... | ANL |
Hələ uşaq yaşlarından milli şeir və musiqiyə vurulub və Azərbaycan radiosunda gedən verilişlərə dərin maraqla qulaq asıb. Elə o zamanlardan da şairlik duyğusu Ədaləti xəyallar dünyasına aparıb və kiçik yaşlarından şeir yazmağa başlayıb. Günümüzədək üç şeir kitabı nəşr edilib. Quzey Azərbaycanda radio və televiz... | ANL |
Cavid irsinin qorunması və təbliği müqəddəs borc kimi. Tanrı bəşər övladını xəlq edən zaman bəzilərinin qismətinə rahat, rəvan, bəzilərinə isə əzablı yollar yazır. Taleyinə əzablı, ağrılı-acılı yollar düşənlərdən biri də dahi ədibimiz Hüseyn Cavid olub. Bütün yaşam boyu əzablarla, haqsızlıqlarla qarşılaşıb, lakin... | ANL |
"Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca lüğət"in təqdimatı keçirilib. Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubiley tədb... | ANL |
Vətəndən vətənə gedən yol. Mənzər Niyarlının nəsri məni saf dili, süjet xəttində baş verən hadisələrin adiliyi, oxucunu təəccübləndirmək və ya heyran etmək istəyindən uzaqlığı, nəhayət, təbiiliyi ilə cəlb edir. Lap ilk hekayələrindən başlayaraq bu günümüzədək sadaladığım xüsusiyyətlər Mənzər xanımın yaradıcılığının ap... | ANL |
Akademik müstəvidə. Azərbaycanın ədəbiyyat, elm cameəsi Onu yaxşı tanıyır, istedadı, zəhməti ilə elm yolunda uzun illərdir çalışır; ədəbiyyatşünaslığın müxtəlif problemlərinə, hadisələrinə, şəxsiyyətlərinə, nəzəri məsələlərinə həsr olunan yüzlərlə məqalələri, onlarla monoqrafiyaları, kitabları, tədqiqatları var. ... | ANL |
Əziz İsa müəllim. Bəzən uzaqdan tanıdığımız, sadəcə yazılarını oxuduğumuz, fəaliyyəti ilə az-çox tanış olduğumuz adam haqqında öyrəndiyimiz adidən adi bir xəbər doğmalaşmağımıza səbəb olur. Akademik İsa Həbibbəylini hələ tələbəlik illərimdən oxuyurdum, sonralar da Naxçıvan Dövlət Universitetinin rektoru kimi gör... | ANL |
Son zamanlar demək olar ki, hər gün qadına qarşı şiddət, qadın ölümləri ilə bağlı xəbərlərlə qarşılaşırıq və bu getdikcə adiləşməyə, onsuz da həyatı rutinləşmiş XXI əsrin insanı üçün bir-iki saatlıq kədərdən başqa heçnə ifadə etməməyə başlayır. Qadınlara qarşı bu münasibətin bir çox səbəbi var. Amma bunların içərisində... | ANL |
Ülvi ruhun sərhədsizliyi... Bu il Belqraddakı "CompuTech" nəşriyyatında gənc şair Fərid Hüseynin "Часови васпитань духа" ("Qəlbin tərbiyə dərsləri") adlı şeirlər kitabı serb dilində işıq üzü görüb. Kitab haqqında Serbiyanın tanınmış ədəbi tənqidçisi və tərcüməçisi Nina Simiçin məqaləsini təqdim edirik. Çağdaş Azərba... | ANL |
Tahir Aydınoğlu: "Jurnalistikaya olan böyük sevgim məni ömürlük bu sənətə bağladı". Taleyini həmişəlik jurnalistikaya bağlayan Tahir Aydınoğlu hələ orta məktəb illərindən öz yazıları ilə mətbuatda çıxış etməyə başlayıb: "Orta məktəbdə təhsil alan vaxtlardan "Azərbaycan pioneri" qəzetində müxtəlif mövzularda məqa... | ANL |
Şəhla Qəmbərova: "Kitabla ünsiyyət mənəvi-mədəni inkişafa təkan verir". Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası yeni nəsildə mütaliəyə davamlı maraq oyatmaq üçün ardıcıl layihələr həyata keçirir. Kitaba sevgi, mütaliəyə maraq hələ uşaq yaşlarından başlayır. Bəs internet əsrində, texnologiya dünyası... | ANL |
Möcüzə. Hava yavaş-yavaş qaralmağa başlayırdı. Gündüzün istisi hələ səngiməmişdi. Bakıda da ki, yay aylarında axşam külək əsmədi, onda vay halına onun sakinlərinin. Yenə təzə binalarda yaşayanlar eyvanlarına çıxa bilirlərsə, Abşeronda bağları olanlar talvarların altında otururlarsa, Sovet küçəsinin ətrafındakı da... | ANL |
Ədəbi aforizmlər dəyərləndirmə etalonu kimi. Folklorda fəlsəfi düşüncə sistemini təşkil edən atalar sözlərini yazıçı və şairlərin əsərlərində aforizmlər əvəz edir. Aforizmlər bədii yaradıcılıq faktı kimi atalar sözləri səviyyəsində olmasa da, bir çox hallarda atalar sözlərinə bərabər tutulur və onların da bəzilər... | ANL |
Musiqişünas-alim Babək Qurbanovun xatirəsi anılıb. Dünən Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, professor Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə, həmçinin, musiqişünas-alimin "Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri" adlı kit... | ANL |
Bakıda Türk Dünyası IV Sənədli Filmlər Festivalı. Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyənin Azərbaycandakı Mədəniyyət müşavirliyinin dəstəyi ilə Türk Dünyası IV Sənədli Filmlər Festivalının açılış mərasimi keçirilib. Açılışda müşavirliyin nümayəndələri, festival üçün Bakıya təşrif buy... | ANL |
Görkəmli şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin "Bəy Atlı şeirlər" kitabı (Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb. Şeirlərə dair rəsmlərin müəllifi - Antalya Akdeniz Universitetinin professoru Məzahir Avşardır. Xalq yazıçısı Afaq Məsudun kitabın əvvəlində verilmiş "Göz yaşıyla axan şair" essesini təqdim ... | ANL |
BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu: "Nə qədər yaşamaq deyil, necə yaşamaq vacibdir". Dahilərdən biri deyib ki, heç kim uğur pilləkanlarını əlləri cibində qalxmır. Yəni böyük nəticələr qazanan hər bir şəxs zəhmət çəkir, müxtəlif əziyyətlərə qatlaşır. Belələrindən biri BDU-nun Jurnalistika fa... | ANL |
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Marqaret Arçibaldla ictimaiyyət qarşısında görüşmək istəmirdi. Əri zinakarlıq edən oğru kimi yaşayırdı. Mən sənin torpaqlarını qoruyub saxladım və sənin icarəçilərinin və torpaq sahibi kimi sənin yaxşı adını himayə etdim". Mənim məhəbbətim, arvadım mənim. Mən getməkd... | ANL |
Bir ömrə sığmayan Mirzə Cəlil sevdalısı. Hər bir yaradıcı insanın fəaliyyəti onun yaşadığı zamanın müəyyən dövrlərində yaradıcılığının əhatə dairəsində olan qələm sahibləri tərəfindən yada salınır. Bəlkə də əlamətdar günlərdə geriyə dönüb arxaya baxmaq, keçmiş zamana xəyalən dönmək üçün bu, bir fürsətdir. Çünki ... | ANL |
Ədəbiyyat təəssübkeşi: İsa Həbibbəyli. Uzun illər yazılarımda, müsahibələrimdə dediyim bir fikir var: Dostlarımın bir hissəsini ölüm aldı, bir hissəsini həyat. Bəlkə də axır vaxtlarda bir neçə dostumu, mənə əziz olan insanları itirdiyim üçün belə bədbin fikirlərə qapılıram. Amma bununla belə illərin, zamanın bi... | ANL |
Ədəbiyyata sədaqətlə. mühitdə iki elmi ocaq öz rəsmi adı ilə yox, o ocağa rəhbərlik edən şəxslərin adı ilə məşhur idi: Mir Cəlal müəllimin kafedrası (o zamankı Dövlət Univesitetinində "Azərbaycan ədəbiyyatı kafedrası") və Məmməd Cəfər müəllimin şöbəsi (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbiyyat nəzəriyyəs... | ANL |
Elə bu səbəbdən də müharibədən sonrakı dövrdə universitetin elmi və tədris həyatında böyük canlanma yarandı, təşəbbüskarlıq artdı. O dövrdə müharibənin törətdiyi ağır fəsadları aradan qaldırmaq, elmi və pedaqoji kadr hazırlığının keyfiyyətini yüksəltmək, aspiranturaya istedadlı gəncləri cəlb etmək, elmi dərəcəl... | ANL |
Tuğrul Tanyol: "Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub". Gün soldu, ətəklərindən. qızıl parıltılarla damlarkən su, Bir at kişnərtisi, təzə gül qoxusu, Mən çatanda yox idi bütün qapılar. Mən itmiş zamanın altında qaldım, Silindi qapılar, mən çöldə qaldım. Bu soyuq, bu kimsəsiz qaranlıqda, Yalnızam, əllərimdə... | ANL |
Aida İmanquliyeva BDU-da anılıb. Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə II Fəxri xiyabanda gö... | ANL |
Məsumiyyət məzarlığı. Qadın məsləhətxanasında ginekoloqla görüşüb, müsahibə almalı idim. Vədələşdiyimiz vaxtdan tez çatdığımdan həkimin gəlməyini gözləməli oldum. Dəhlizdə gəzişir, ətrafı müşahidə edirdim. Balaca bir qız da mənimlə birlikdə ətrafa boylanırdı. Arada üzümə baxıb, qımışırdı. Amma uşağın gözlərində narahat... | ANL |
Lakin görünənlər budur ki, nə "yüksək" fəxri adlar, nə dildolaşdıran titullar, nə gözqamaşdıran mükafatlar, nə də cingiltili səslər çıxaran orden-medallar bəzədi onun ömür səhifələrini. Özü istəmədi bunu, istəməzdi də. Heç buna şərait də yaratmazdı. Əvəzində Türk Dünyasının boydan-boyacan bir fədai kimi gəzib-dol... | ANL |
Yazıçı kimi ölümsüz, şəxsiyyət kimi əvəzsiz. XALQ YAZIÇISI, GÖRKƏMLİ ƏDİB VƏ PEDAQOQ İSMAYIL ŞIXLI İLƏ BAĞLI XATİRƏLƏR YADDAŞIMA ÖMÜRLÜK HƏKK OLUNUB. Böyük ədibimiz, unudulmaz şəxsiyyət İsmayıl Şıxlı ilə tanışlığım abituriyent olduğum günlərdə gerçəkləşdi. Ötən əsrin ortalarında hər birimiz müxtəlif regionlardan ... | ANL |
Süveydaya məktublar. Qəsrimin adı hüzn, ünvanısa tənhalıq. Əl ayaq çəkilmiş küçələrdən. Beynimə hücum edən fikirlərin yaratdığı harmoniya məni xatirələr dənizinə atılmağa məcbur etsə də, peşmanlıqla dolu keçmişimdən qaçmağa çalışıram. Bədəlini daha əvvəl ödədiyim xatirələr məni rahat buraxmır. Bu aləmdə, tərəddüdl... | ANL |
"Azərbaycan ədəbiyyatının təbliği üçün daha çox çalışmalıyıq". "Zəif tərcümələr Türkiyədə Azərbaycan ədəbiyyatı haqqında yanlış rəy yaradır". Artıq uzun illərdir ki, İmdat Avşar adı Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında bir körpü mövqeyindədir. Əminliklə deyə bilərik ki, onu hər iki ölkədə eyni dərəc... | ANL |
AKADEMİK İSA HƏBİBBƏYLİ HAQQINDA YAZDIQLARIMA REZÜME. Akademik İsa Həbibbəylinin 70 yaşı Azərbaycan elmi-ədəbi cameəsində, bütöv və sanballı bir ömür yaşamış alim adına və şəxsiyyətinə layiq, böyük sayğı və sevgilərlə, əsl yubiley ovqatı, bayram sevincləri ilə qarşılanır, müşayiət olunur. Vətən və millət qarşısı... | ANL |
Uzun zamandan bəri tanıdığım, son illərdə isə davamlı şəkildə sıx ünsiyyətdə olduğum akademik İsa Həbibbəyli təbiət etibarilə təəssübkeşdir, təşəbbüskardır, novatordur. Hələ Naxçıvan Dövlət Universitetində rektor işlədiyi dövrdə Bakıdan tanınmış alimləri, ziyalıları dəvət edir, orada mühazirə oxumalarına, çıxış ... | ANL |
Doğulub boya-başa çatdığım Ulya-Noraşen kəndi (indiki Şərur rayonunun Oğlanqala kəndi) Arpaçayın sol sahilində, Qaratəpə adlanan kiçik dağın ətəyində yerləşir. Qaratəpənin zirvəsində duranda Arpaçayı ayaqlarının altında qalır. Arpaçayın axarı ilə kəndin aşağısından ağaran binaya - məktəbimizə həvəslə baxardım. Da... | ANL |
Oktyabrın 13-də Milli Kitabxanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyi münasibətilə "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10" adlı kitab sərgisi açılıb. Kitabxanadan bildiriblər ki, sərgidə türkdilli dövlətlərin ölkəmizlə siyasi, iqtisadi, mədəni əlaqələri, türkdilli ölkələrin tarix... | ANL |
Baki Kitab Mərkəzində jestlər vasitəsilə poeziya gecəsi keçirilib. Oktyabrın 12-də "Deaf Community MMC" və "Ümid var" xeyriyyə könüllüləri təşkilatı Bakı Kitab Mərkəzində jestlər vasitəsilə "Sevginin dili yoxdur" adlı poeziya gecəsi keçirib. Tədbir Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsinin iştirakı ilə baş ge... | ANL |
Xalq şairi Məmməd Araz anılıb. Bu münasibətlə həmin gün şeirsevərlər, şairin qələm yoldaşları, yaxınları Fəxri xiyabana gələrək görkəmli şairin məzarını ziyarət edib, qəbri üstünə gül-çiçək düzüblər. AZƏRTAC xəbər verir ki, anım mərasimində çıxış edən tədqiqatçı-şair Qardaşxan Əzizxanlı Məmməd Araz poeziyasının... | ANL |
Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" adlı yeni romanı işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, yazıçının bu əsərində paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosias... | ANL |
Tanınmış teatrşünas İlham Rəhimlinin 70 yaşı qeyd edilib. "Professor İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. Müxtəlif sənətkarlara həsr olunan, onların ömür və yaradıcılıq yolların... | ANL |
Azərbaycan romantiklərinin yaradıcılığında Turançılıq. Azərbaycan romantiklərinin yaradıcılığında türkün keçmişinə baxış Turançılıq ideyasının intişar tapmasına səbəb olur. Turançılıq elmi, siyasi və bədii düşüncədə, demək olar ki, eyni vaxta paralel olaraq gündəmə gətirilir. Xüsusilə, Avropada panislamizm, pan... | ANL |
Yazıçı kimi ölümsüz, şəxsiyyət kimi əvəzsiz. XALQ YAZIÇISI, GÖRKƏMLİ ƏDİB VƏ PEDAQOQ İSMAYIL ŞIXLI İLƏ BAĞLI XATİRƏLƏR YADDAŞIMA ÖMÜRLÜK HƏKK OLUNUB. İsmayıl müəllim auditoriyaya girən kimi dərhal da bir elan verdi: - Uşaqlar, - dedi, - yazıçıların Natəvan adına klubunda ədəbi yaradıcılıq məsələlərinə həsr olun... | ANL |
Tanıyaq və tanıdaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələm... | ANL |
Əslən Qaradağ mahalının Xoca şəhərindəndir. Təbriz Universitetində türk ədəbiyyatından dərs deyib. Bir müddət Bakıda yaşayıb. Sonradan ABŞ-a mühacirət edib. Müxtəlif qəzet, dərgi və internet portallarında yayımlanan şeirləri ona oxucular arasında böyük şöhrət qazandırıb. Gözlərim ovuclarına sıxılar bir gün. Çaxar... | ANL |
"Mətn mədəniyyəti" və ya məhsuldar ideyaların monolitliyi. Mətn - dil vahidlərinin semantikası baxımından çoxölçülü fikir məkanıdır. Mətn mənanın və müəyyən struktur qanunauyğunluqlarının vəhdətindən yaranır. Bu məkan semantik bitkiliyi müəyyən iyerarxik bütövlüyü nümayiş etdirir, resipiyent tərəfindən informativ... | ANL |
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Öncə AMEA-nın prezidenti akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təl... | ANL |
Dilimizin yorulmaz tədqiqatçısının yeni əsəri. Yazdığı dərsliklərdən uzun illər boyu bəhrələnsəm də, hər yeni nəşr olunmuş kitabını hədiyyə alaraq oxuyub faydalansam da, onun - Buludxan Xəlilovun heç bir kitabı barədə bu günə qədər bir yazım olmayıb. Baxmayaraq ki, dərslikləri ixtisas fakültələrinin əsas dərslikl... | ANL |
Mustafa Çəmənli yaradıcılığının mərhələləri. Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Mustafa Çəmənlinin yaradıcılığına ümumi bir nəzər yetirsək, görərik ki, onun əsərləri də özü kimi sadəliklə müdrikliyin təcəssümüdür. Həyat reallıqlarına sadəlik, səmimilik, müdriklikdən süzülüb gələn özünəməxsus y... | ANL |
Qırxqızın qırxbirincisi. Səma da, həyat yoldaşı Arif də ali məktəbi bitirib müəllim diplomu alanda qürrələnmiş, doğma kəndlərində uşaqlara dərs deməyə başlamışdılar. Laçının axar-baxarlı kəndlərinin bir-bir düşmən caynağına keçdiyi, hətta yarıqaranlıq sinif otaqlarının belə barıt qoxuduğu bir vaxtda doğma yurdu... | ANL |
Tüdorların uğurları və bədbəxtliklər seriyası. Ceymslə anasının görüşü çox mehriban idi. Ceyms anası qarşısında diz çökdü, anası isə onu öpdü. Marqaret oğluna dedi: "Mən Arçibaldla, Anqus qrafı ilə nikahımın ləğv edilməsini əldə etməyə çalışıram". Mən ürəyimdə onunla barışa bilmərəm. Qardaşım da mənə çox acıqlıd... | ANL |
Yazıçı kimi ölümsüz, şəxsiyyət kimi əvəzsiz. XALQ YAZIÇISI, GÖRKƏMLİ ƏDİB VƏ PEDAQOQ İSMAYIL ŞIXLI İLƏ BAĞLI XATİRƏLƏR YADDAŞIMA ÖMÜRLÜK HƏKK OLUNUB. İsmayıl Qəhrəmanoğlunun mühazirələrinə qulaq asdıqca, onun xoş avazla, aramla, astadan dediyi məftunedici fikir və epizodları eşitdikcə hələ ilk günlərdən, bir də... | ANL |
Qeyd edim ki, Həyat xanımın "Dialoq"undakı "kişi kimi" ifadəsi dilimizin və yaddaşımızın maddiləşdirdiyi sabit söz birləşməsidir, mətndə xırdalanmayan, əyilməyən, sınmayan insan mənası daşıyır. "Qadın poeziyası" deyərkən bizi maraqlandıran isə poeziyada gender problemi deyil, bu anlayışın fərqli estetik hadisə ... | ANL |
Süveydaya məktublar. Gülümsən, gülşənimsən; günəşimsən sən mənim. Üzündəki nurunla, aşiqi pərişan edən baxışınla tayın-bərabərin yox sənin. Hansı küncə qaçsam, qarşımda o gülümsəyən çöhrəni görürəm, rəngarəng qoxunu duyuram. Bülbülün sənə görə nədən ağlını itirməyi məlumdur, sevgili. Bir dəfə seyrinə çıxan könlü... | ANL |
Nəyə və niyə inanmalı. Portuqaliyalı şair, rəssam, yazar və filofos Fernando Pessoa "Narahatlığın kitabı"nda yazırdı: "Gənclərin çoxunun tanrı inancını itirdiyi və bunu zamanında atalarının tanrıya inandığı kimi, yəni səbəbini bilmədən etdiyi bir dövrdə yaşayıram". Pessoa bu cümləni ötən əsrin otuzuncu ilində yazmış... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.