text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Quyunun dibindəki şeytan. Uşaq vaxtı həyətimizdəki quyunun yanında saatlarla çömbəlib alatoran dərinliyə baxırdım. Bunu hər gün dərsdən gələn kimi həvəslə ritual kimi icra eləyirdim. Anam quyunun dibində şeytanın olduğunu, ora çox baxanda adamın sinəsindən yapışıb dartdığını deyirdi. Əlbəttə, anama da uşaq vaxtı belə ...
ANL
Yeni elmi nəslin böyük müəllimi. On il bundan əvvəl akademik İsa Həbbibəylinin 60 illik yubileyi ərəfəsində belə bir yazı yazmışdım: "Naxçıvanda İsa Həbibbəyli elmi məktəbi, yaxud ənənə davam edir". 10 il keçəndən sonra isə bu başlığın özlüyündə dəyişiklik tələb etdiyini müşahidə elədim. Təkcə mənim düşüncəmdə yo...
ANL
Şərəfli ömrün baharı. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda gözlərini dünyaya açan, ömrünü elm yolunda şam kimi əridərək görkəmli mütəfəkkirlərin həyat və yaradıcılığının ortaya çıxması, öyrənilməsi, təbliği istiqamətində dünyasəviyyəli tədqiqatlar aparan akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur. Hazırda...
ANL
Yüz il bundan əvvəlin eyni məkanında. Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri davam edir. Oktyabrın 16-da belə bir tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirildi. Bu tədbir bir çox istiqamətdən maraqlı oldu. Birincisi, bu tədbir Bakı Universitetinin 100 il bundan əvvəl yarandığı və ilk d...
ANL
Müdrikləşən Elçin Mirzəbəyli poeziyasından bir yarpaq. Müəllifin nəşrinədək adını bilmədiyim kitabı barədə qeydlərim. Azərbaycan ədəbiyyatının Elçin imzaları sarıdan bəxti gətirib, üzüağdır. Müasir nəsrimizin Elçin Əfəndiyev zirvəsini tanımayan yoxdur. Ədəbiyyatımızın ağsaqqallarındandır, Xalq yazıçısıdır. Sayını h...
ANL
Səbahət Şahin: "Kitablarım ədalət axtarışından yaranıb". Türkiyəli ədib Azərbaycana gəlişini "həyatda təsadüf yoxdur, zərurət var" fikrinin daha bir sübutu kimi qiymətləndirir. Səbahət Şahin Türkiyənin tanınmış qələm adamlarındandır. Roman əsrimizin bəlası olan xərçəng xəstəliyi qurbanlarına ithaf olunub. Yazıçı t...
ANL
"Kardeş kalemler"in yeni buraxılışında... Avrasiya Yazarlar Birliyinin (AYB) mətbu orqanı olan "Kardeş kalemler" dərgisinin sentyabr buraxılışı bir-birindən maraqlı yazılarla oxuculara təqdim edilib. Dərginin ilk nümunələri şeirlərdir. Belə ki, oxucular ilk səhifələrdə Makedoniyadan Rifat Emin, Tatarıstandan Zinnur Man...
ANL
"Türkologiya" jurnalının növbəti sayı çıxıb. Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov jurnalın yeni sayı haqqında məlumat verib. O bildirib ki, "Türkologiya" jurnalının bu sayına Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiyavə Macarıstan türkoloqla...
ANL
Qələmsiz yazılanlar. status-esseləri. İlham Əliyev Ermənistan rəhbərliyinə qarşı bir həftədə ikinci dəfə sərt mövqe sərgilədi. Bu dəfə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev Ermənistanın keçmiş rəhbərliyinin faşist cəlladı Nijdeyə 6 metrlik heykəl qoymasını pisləyərək Nijdenin kimli...
ANL
Ölkədə baş verən nisbi yumşalma, repressiya edilən on minlərlə ziyalıya bəraətin verilməsi, cəmiyyətdə demokratik normaların bərpası universitet həyatına müsbət təsir etdi. Ali təhsilin məzmununda ciddi dəyişiklik baş verdi, yeni tədris planları, proqramları və dərsliklər hazırlandı, yeni fakültələr və laborator...
ANL
Söz var, deyir, sağlam meyvə görünüşcə gözəl olmaz. Əslində, təbiətdə var olan, uca yaradanın bəxş elədiyi hər şeyin anadangəlməsi - əsli gözəldir. Həkimlər hər zaman mövsüm meyvələrdən dadmağı məsləhət görür. Əslində, bütün meyvələr faydalıdır, lazım olan qədər yeyəndə sağlamlıq üçün əvəzsizdir - lap sevgi kimi. Qədə...
ANL
Çünki insanın özünüdərki və eyni zamanda özünütəsdiqi daha erkən mərhələdə də baş verə bilər. Əlbəttə, bu, bizi əhatə edən mühitdən, doğulduğumuz zaman və şəraitdən asılı olaraq tezləşə və yaxud gecikə bilər, yaxud bir qədər ləngiyə bilər. İnsan dünyaya gəlişindən sonunadək müəmmalı, tapmacalı bir ömür yoluna mal...
ANL
Alim və müəllim ömrünün bəhrəsi. Alxan Bayramoğlu (Məmmədov) Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ) fılologiya fakültəsini fərqlənmə dip...
ANL
"Aktyor oynadığı rola uşaq evcik oyununa inandığı qədər inanmalıdır". Müsahibimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, Xalq artisti Qurban İsmayılovdur. - Qurban müəllim, son ilər Azərbaycanda teleserial sferasında müəyyən canlanma var, ayrı-ayrı televiziya kanallarında müxtəlif seriallar nümayi...
ANL
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir. Qəzet və jurnallarda mütəmadi olaraq publisistik yazıları dərc olunur. H.Əsgərovun milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı haq...
ANL
Şəxsiyyətin missiyası və çoxistiqamətli yaradıcılıq. Akademik İsa Həbibbəyli haqqında, onun həyatı, elmi və ictimai-siyasi fəaliyyəti barədə söz demək həm şərəfli və həm də ikiqat məsuliyyətlidir. Böyüklük missiyası, müdrikliyi və ağsaqqal xisləti ilə bir insan kimi İsa müəllim qəlbigeniş, həssas, nikbin, xoşovqat...
ANL
Son vaxtlar tələbələrlə tez-tez görüşmək qismət olur. Gənclərin düşüncə tərzini, özünüifadə qabiliyyətini müşahidə eləmək mənə çox şey öyrədir. Bir tərəfdən gəncliyi Sovet dönəmində keçən valideynlərimin, digər tərəfdən keçid dövrünün bütün ziddiyyətlərini yaşayan özümün və nəhayət, müstəqil Azərbaycanın bütün ...
ANL
Cavid ocağının istedadla nurlanmış övladı. Azərbaycan xalqı arasında geniş yayılmış "Ot kökü üstə bitər" məsəli dahilərin dahi övladı olanda işlənir. Təbii ki, Azərbaycanda belə hadisələr çox tez-tez təkrar olunduğu üçün bu deyim də yaranıb. Gənc ailənin ilk övlad nubarı kimi Ərtoğrol Cavid ilk gündən ata-ana qa...
ANL
Tədbiri Rusiya və Başqurdustan hökuməti və Mustay Kərim Fondu təşkil edib. Zəngin proqramı olan (Mustay Kərim adına məktəbin və xatirə lövhəsinin açılışı, ustadın ağacların əkilməsi, Mustay Kərim şeir şöləninin keçirilməsi və s.) tədbir Toratau sarayında təntənəli yubiley gecəsi ilə davam edib. Rusiya prezidenti...
ANL
Gəncədə Nəsimi təntənəsi. AYB-nin Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Nəsimi günü” adlı tədbir keçirilib. AYB-nin Gəncə bölməsinin sədri, şair-dramaturq, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova tədbirin əhəmiyyətindən danışıb. İmadəddi...
ANL
Milli Kitabxanada yeni sərgilər. Oktyabrın 22-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Alxan Məmmədovun (Alxan Bayramoğlu) anadan olmasının 65 illiyi münasibətilə “Alxan Bayramoğlu – 65” adlı kitab sərgisi açılıb. Sər...
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu 60 ildə. Ölkəmizdə müasir riyaziyyatın əsasları və bu sahədə sistemli elmi tədqiqatlar 1919-cu ildə müsəlman şərqində ilk dünyəvi ali məktəbin - Bakı Dövlət Universitetinin yaranması və 1920-ci ildə onun tərkibində Fizika-riyaziyyat fakültəsi...
ANL
“Azərsu” Badamdarın su təchizatını yaxşılaşdırır. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Modern.az xəbər verir ki, Səhmdar Cəmiyyətin Tədbirlər Plan...
ANL
Elşad Eyvazlı beynəlxalq təşkilatda sədr müavini seçildi. Bu gün Ankarada Qlobal Qəzetçilər Şurasının (Küresel Qazeteçiler Konseyinin) İdarə Heyətinin toplantısı keçirilib. Modern.az xəbər verir ki, iclasda azərbaycanlı jurnalist, Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytın rəhbəri Elşad Eyvazlı Şuranın...
ANL
Azərbaycanın orta məktəblərində “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur. Kompüter texnologiyalarının sürətli inkişafı və internet şəbəkəsinin əhatə dairəsinin genişlənməsi ünsiyyət, inkişaf, insan həyatının asanlaşdırılması və yaşam keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük ...
ANL
KOİCA AzTU ilə əməkdaşlıq edəcək. Oktyabrın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin direktoru Park Kumok, ekspertlər – Koreya STEPİ elm və texnologiya institutundan Dong Hyun, İnha Universitetinin professoru Park Chansoo, proqram koordinat...
ANL
Riyaziyyat və Mexanika İnstitutunun 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) 60 illik yubileyinə həsr olunan "Riyaziyyat və mexanikanın müasir problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib. İnformasiya ...
ANL
Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin və Türkiyənin Sivas Universitetinin birgə təşkilatçılığı ilə xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “Türk dünyasının mədəniyyət səfirləri: Nəsimi” b...
ANL
İslahatlar davam edir. PREZİDENT İLHAM ƏLİYEVİN SƏRƏNCAMLARI İLƏ RAMİZ MEHDİYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ, BİR NEÇƏ MÜHÜM DÖVLƏT QURUMU BİRLƏŞDİRİLDİ VƏ RƏHBƏRLİYİNƏ MİKAYIL CABBAROV GƏTİRİLDİ. Prezident İlham Əlliyev hakimiyyətdə islahatları davam etdirir. Oktyabrın 23-də dövlət başçısının sərəncamı ilə Ramiz ...
ANL
Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı əsas prioritetdir. Azərbaycan iqtisadiyyatının inkişafı dinamik xarakter alıb. Son günlər aparılan islahatlar, o cümlədən, kadr dəyişiklikləri də göstərir ki, iqtisadi sahədə daha böyük nəticələrə nail olmaq hədəflənib. Eyni zamanda, həm ...
ANL
Azərbaycan müasir icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm həftəsi” çərçivəsində növbəti tədbir UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində təşkil olunub. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyə...
ANL
Tanınmış jurnalistlərin yubileyləri qeyd olunub. Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində üç tanınmış jurnalistin - "Xalq qəzeti"nin əməkdaşları Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədovun 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbi...
ANL
Xalq yazıçısı Anar gənc yazarlarla görüşüb. Oktyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bir qrup gənc yazıçı və şairi qəbul edib. Görüşün əsas səbəbi Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan yeni antologiya haqqında fikir mübadiləsi aparmaq olub. Yeni çap ediləcək Antologiy...
ANL
Bakı Ali Neft Məktəbinin tələbələri "O olmasın, bu olsun" operettasını səhnələşdirdi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası nümayiş olunub. Tamaşada SOCAR-ın preziden...
ANL
İstanbulda Hüseyn Cavidin büstü qoyulub. Oktyabrın 24-də İstanbulun Böyükşəhər Bələdiyyəsinin nəzdində yerləşən Nilüfər Parkında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılışı olub. AZƏRTAC xəbər verir ki, büstün yerləşdirilməsi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, SOCAR-ın...
ANL
Altmış üç yaşında qəfil ölümün səni yaxından tanıyanları, təbii ki, məni də - qırx beş ilin dostunu da sarsıtdı. Özün öz ayağınla Qubaya getmisən, doğma Nügədi kəndinə. Elə bil əcəl aparıb səni, dəfn yerinə yaxın olasan, heç kimə artıq zəhmət verməyəsən. Həqiqi təvazökar insanların ölümü də təvazökar olur, heç kimi inc...
ANL
Bu dəfə SƏMİMİLİKdən yazacam, sizə də söz verirəm ki, səmimi olacam, həmişəki kimi. Amma oxuyandan sonra bunun cavabını sizdən eşitmək istərdim, görüm siz nə qədər səmimi oldunuz... Bəs görək nədir bu səmimilik?! Səmimilik, şəxsiyyətin özünü necə varsa elə, yəni əsl üzünü gizlətmədən qarşısındakı adama təqdim etməsidir...
ANL
Həmin il avqust ayının 21-də nəşriyyat şöbəsi yenidən təşkil edilərək Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr" yarandı. Ticarət bölməsi bu nəşriyyatın tərkibində olmuşdur. Bu şəhərlər sovet dövründə ümumittifaq əhəmiyyətli şəhər statusu daşıyırdı. Respublikanın digər ərazisindəki əhaliyə "Azərittifaq"ın "Kəndkita...
ANL
Suraxanıda Nəsiminin 650 illiyilə bağlı elmi sessiya keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azər...
ANL
Tbilisidə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunur. Tbilisidə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan Ağsaqqallar Şurası...
ANL
Murad Köhnəqalanın yubileyi qeyd olunub. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, yazıçı Murad Köhnəqalanın 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə AYB katibliyi, tanınmış ədəbiyyat, mədəniyyət nümayəndələri, şairin oxucuları və jurnalistlər iştirak ediblər. Tədbiri ...
ANL
“Şollerin arxivi” bədii filmi ABŞ-da bir gündə iki mükafat qazanıb. Azərbaycan kino tarixində ilk dəfə yerli istehsal olan “Şollerin arxivi” bədii filmi ABŞ-ın “The Green Mountain Christian” Film Festivalında bir gündə iki mükafata layiq görülüb. Festival ABŞ-da Baptist Fellovship kilsəsində keçirilib. Bu barədə “Şol...
ANL
"Mənim balaca Şahzadəm" Beynəlxalq Film Festivalında. "Azanfilm" animasiya studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My Little Prince”) qısametrajlı animasiya filmi Türkiyədə keçirilən UNIVERSAL KIDS Beynəlxalq film festivalında iştirak edir. Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə “Azanfilm” st...
ANL
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir. Qəzet və jurnallarda mütəmadi olaraq publisistik yazıları dərc olunur. H.Əsgərovun milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı ha...
ANL
Təhsil almaq üçün məktəbə getdiyində müəllimləri ona və sinif yoldaşlarına bütün dərsləri yalnız fars dilində keçib, fars dili və ədəbiyyatını öyrədiblər. Məktəbə getməzdən öncə isə türkcə yazıb-oxumağı atasından öyrənib mənimsəyib, bir çox şairlərin şeirlərini əzbərləyib. Şeir oxumağı və oxuduğu şeirləri əzbər...
ANL
Qarabağın qanlı tarixinə işıq tutan kitab. Yaradıcılığında Qarabağ mövzusuna geniş yer ayıran qələm dostum Vahid Məhərrəmovun yeni bir kitabı işıq üzü görüb. Böyük həcmli bu romanı vərəqləyib oxuduqca elə zənn edirsən ki, Azərbaycan xalqının öz müstəqilliyi və Qarabagın azadlığı uğrunda apardığı mübarizənin və hə...
ANL
İnsan təkəbbürü və ya Babil qülləsi. Əfsanələrə və dini mənbələrə görə, min illər öncə yer üzündə insanların hamısı bir dildə danışıb, bir-birlərini başa düşürlərmiş. Onlar tufandan xilas olan Nuhun övladlarından törəyənlər imiş. Daşqından xilas olduqdan sonra Dəclə və Fərat çaylarının qovuşmasının yaxınlığında yurd s...
ANL
Mənim anam. Azərbaycan qadınının sədaqətli, mətanətli olduğunu hələ məktəb vaxtlarından kitablardan öyrənirdik. İllər ötdükcə belə qəhrəmanlarımızı ətrafımızda, ailəmizdə görüb, onların həm gözəl ana, həm qayğıkeş həyat yoldaşı, həm də güclü bir qadın olduğunun şahidi oluruq. Çox gözəl deyiblər, qadınlar zəifdir...
ANL
1977-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra bir il "Şərq qapısı"qəzetində, 23 il Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri...
ANL
Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası. Meridən Stirlinq qəsrində yaşayan Marqaretə gələn məktubda deyilirdi: "... Anna krala təslim olmayacaqdır. Mən heç vaxt buna bənzər şirnikləndirmə görməmişəm. Bizim hamımız onun bəkarətini götür-qoy edirik. O, ətəyi aşağıdan kəsilmiş paltarını geyinəndə, onun ...
ANL
Ay tutulan gecənin səhəri. Bu səhərim Bəhruzun gül üzünə açıldı. Həmişəkindən tez oyanmışdı. Məni elə yataq otağımda salamlayıb halımı da xəbər aldı, sonra çəkilib getdi. Hərçənd ki, Bəhruz adətən səhər yuxudan qalxan kimi əl-üzünü yuyub dişlərini fırçalayandan sonra həyətə qaçır, quyruğunu başının altına qoyub ...
ANL
Süveydaya məktublar. Könlüm, zöhr vaxtı yağan yağmurların həsrətini çəkir, ağlamaq gəlir içimdən, amma ağlamıram. İnsanın psixologiyası düzgün olmayınca ehtirasların cazibədarlığı azalır və insan hər şeyi dumanlı görməyə başlayır. Artıq məcbur olmadıqca insanlarla danışmıram. Hal-əhval aldığım dostlarımdan belə, ...
ANL
Fuadın Cəbrayıl dastanı. Orta məktəb müəllimlərinin, tələbə dostlarının, cəbhə yoldaşlarının xatirələrindən məlum olur ki, Fuad yaddaşlarda istedadlı şagird, çalışqan tələbə və mübariz, vətənpərvər döyüşçü kimi qalıb. Cəmisi on doqquz il ömür sürmüş bu gəncin özünəməxsus mənəvi aləmindən (və şəxsiyyətindən!) gələ...
ANL
Hər nə qədər eyni cəmiyyətdə yaşasaq da, hər kəs öz düşüncəsinə və dünyagörüşünə uyğun problem yaşayır. Əlbəttə, ümumi problemlər də var, lakin onların həlli də ayrı-ayrı fərdlərdən deyil, aidiyyətli dövlət qurumlarından asılıdır. Məsələn, ölkədə işsizlik cəmiyyətin ümumi problemidir, bir şəxsin seçdiyi ixtisas...
ANL
Ulu öndər H.Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində köklü dəyişikliklər baş verdi. Digər sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də ciddi quruculuq işlərinə başlanıldı. Təhsil millətin mənəvi inkişafına və milli özünüdərkə istiqamətləndirildi. Elm və təhsil dövlət siyasətinin priori...
ANL
Nəsimi fəlsəfəsini anlamaq, onu bildiyin, qavradığın şəkildə şərh etmək insandan ilk öncə cəsarət tələb edir. Ona görə də başda dövlət qurumlarımız, mədəniyyət, ədəbiyyat müəssisələrimiz olmaqla, hər kəs il ərzində işlər görməyə tələsdi. Hələ ilin yekununa aylar qalsa da, görülən işləri ümumilikdə şərh etmək lazım gə...
ANL
Nəsiminin yubileyi İmişlidə geniş tədbirlə qeyd olunub. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyilə əlaqədar AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi ilə birlikdə bir sıra tədbirlər hazırlayıb. Nəsimi qəzəllərilə bağlı...
ANL
Yazıçı, jurnalist Vaqif İsaqoğlunun “Tovuzun saz-söz dünyası” adlı yeni kitabı işıq üzü görüb. Kitabda Tovuzun ustad aşıqlarından, eləcə də yeni nəsil aşıqlarından söhbət açılıb, yaradıcılıqlarından nümunələr təqdim olunub. Kitabın ön sözünün müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya...
ANL
Azərbaycanın Macarıstandakı səfirliyindən kitab hədiyyələri. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycanın Macarıstandaki Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyevin müəllifi və tərtibçisi olduğu, nəşr etdirdiyi Əhməd bəy Ağaoğluna həsr olunmuş "Türkiyəni duyğulandır...
ANL
Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrdə vətəndaşlarla görüşüb. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, oktyabrın 25-də Mədəniyyət naziri Əbülfəs Qarayev Ucar rayonunda Ucar və Zərdabdan olan vətəndaşlarla görüşüb....
ANL
Azərbaycan davamlı inkişafda olan bir ölkədir. Dövlət iqtisadiyyatının inkişaf etdirilməsi, bunun əsasında insanların həyat şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə kimi bütün taleyüklü sosial məsələlərin yüksək səviyyədə həlli üçün bütün imkanlardan tam dolğunluğu ilə istifadə edir və bunu görməmək, dəyərləndirmə...
ANL
"İtkin oğullar" silsiləsindən Milli Qəhrəman Riad Əhmədova bu şeiri yazıb verdim, küləklər ona aparsın. İtkin qəhrəmanların. Riad Fikrət oğlunun. Döyüşən alayı var. Onlar bizi hər zaman, İzləyirlər, baxırlar. Zülmət ayaq açanda. Şimşək olub çaxırlar. Kəndlərimiz yananda. Yağış olub yağırlar. İtkin qəhrəmanlarım;. Yaşa...
ANL
"Təhsilin bütün pillələri üzrə uğurlar əldə edilib". Dünya İqtisadi Forumu tərəfindən ötən həftə açıqlanan "Qlobal Rəqabətlilik İndeksi-2019" hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyib. Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə 7 pillə irəliləmişik və ölkəmiz 20-ci yerdədir. Təhs...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Poetika.izm" elmi jurnalının 2019-cu ildə birinci sayı nəşr olunub. "Poetika.izm" elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın baş ...
ANL
Budəfəki təqdimat dramaturgiya ilə bağlıdır. Artıq ənənəyə çevrilmiş bu təqdimatda yazıçı Anar "Şəhərin yay günləri" pyesinin personajlarını otuz il sonra bir yerə toplayıb. Budəfəki görüş qış gecəsində - yanvarı qana boyayan hadisələr ərəfəsində baş tutub. Əli Əmirlinin yeni pyesi də kövrək nostalji ovqatlıdır. ...
ANL
Uzun müddətdir, elə bil, depressiyadayam. Səbəb də üst-üstə gələn problemlərdir, qayğılardır, əsəbdir və daha nələrdir. Depressiya ən geniş yayılmış əsəb pozuntusudur. Hər beş nəfərdən biri ömründə, heç olmasa, bir dəfə depressiyaya düşür yəqin ki. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhval-ruhi...
ANL
Məni bağışla. Onsuz da bir əsrdi sənin ilə ayrıyıq. Yollarına sadağa, adına qurban mənəm, Sarıl mənə son dəfə, gəl qovuşaq birdənəm. Dünyanın o başından səslə məni. Mənə qoy vətən olsun, o müqəddəs qucağın. Ayağın dəyən yerlər ziyarətim, ocağım. Yağış yağar urəyimin küncünə, Yağar, yağar, dərd-sərimi təmizlər. Yağış ya...
ANL
Söz adamının torpaq sevgisi. MUSTAFA RASİMOĞLUNUN 55 YAŞINA. Kim nə deyir desin, yaşının üstə yaş gəldikcə insan ya özü haqqında danışmaq istəyir, ya da onun haqqında danışılanları eşitmək. Ağır bir zamanda azadlığımızın, istiqlaliyyətimizin, torpaqlarımızın qorunması uğrunda: Ölümə satdım canımı - deyir şair Mu...
ANL
Roman-xronologiya, yaxud milli yaddaşın tarixi xronotopu. (Vüqar Əhmədin "Qaradağlılar" roman-trilogiyasında vətənçilik, dövlətçilik və dinçilik). Tarix riyakarlıq sevmir. Riyakarlığın cansıxıcı iblisanə gərdişi onu daim izləmiş və sıxmışdır. Lakin işıqlı simaların, bəşəri düşüncə sahiblərinin timsalında tarix t...
ANL
Anar və Mirzə Cəlil; ruhun metafizik bağları. Sözlər insanlarsız da savaşa çıxa bilirlər; bütün zamanlarda ən çox bir-birinə qarşı çıxıb əlbəyaxa olma həddinə çatan "təsirlənmə" və "plagiatlıq" kimi. Amma yenə də burada əbədi sülh sazişindən söhbət gedə bilməz. Çünki ədəbiyyatda sülh olmur! Yaxın və çox uzaq zam...
ANL
Süveydaya məktublar. Hekayəmiz başdan yazılmışdı və biz istəməsək də, ayrılığın alovları bizi yandıracaqdı. Bəsirətsiz gözlər üçün viranə kimi görünən könlümdə gizlənmiş əslibaharsan (yaya yaxın açan və gözəl qoxulu gül - tərc.) Xoş söylənişlər sənə təsir etməsin, Süveydam. Güzərgahımız bəlli, bu seçilmiş yolda q...
ANL
Uşaq ədəbiyyatımızın maarifçi-realist mərhələsinin uğurlu tədqiqi. Azərbaycan uşaq ədəbiyyatının maarifçi-realist mərhələsi (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri). "Böyüklər üçün" ədəbiyyatda olduğu kimi, "kiçiklər üçün" ədəbiyyatda da müxtəlif sivil xalqlarda ədəbi məhsulların yaranma tarixi zaman baxımından f...
ANL
Bu il 70 yaşını qeyd edən Xalq artisti, professor, sevilən sənətkar İlham Namiq Kamala doğum günü təbrikləri səngimək bilmir. Bu günlərdə TÜRKSOY tərəfindən mükafatlandırılan sənətkarla görüşüb həm yubileyindən, gördüyü işlərdən, teatrdan, həm də incəsənətdə, mədəniyyətdə aparılan islahatlardan danışdıq. Ümumi m...
ANL
Var olmaq üçün düşünək: fəlsəfi məsləhətləşmə. İlk iki yazımızda cəmiyyətimizdə problem yaradan faktorlardan, onların mahiyyətindən və bu kontekstdə fəlsəfənin rolundan, daha doğrusu, əhəmiyyətindən danışdıq. Nəhayət, sıra mövzunu konkretləşməyə gəldi - təklifimizə! Təklifimiz isə fəlsəfi məsləhətləşmədir - XX əs...
ANL
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə görkəmli şair, əməkdar incəsənət xadimi, beynəlxalq Rəsul Rza mükafatçısı Məmməd Alimin anım günü keçirilib. Anım gününü AYB Gəncə bölməsinin sədri, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açar...
ANL
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsilə "Kitab Evi" İctimai Birliyinin "İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri" adlı layihəsi əsasında "İmadəddin Nəsimi - 40 qəzəl" adlı kitab nəşr olunub. Kitabın tərtibç...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2018-ci il üçün biblioqrafik göstəricisi nəşr olunub. Biblioqrafiyanın layihə rəhbəri və baş elmi məsləhətçisi Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir. Kitabın elmi redaktoru dosent Aygün Bağırlı, tər...
ANL
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən "Füzuli düşünür" kitabı nəşr edilib. Kitab akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidendinin 15 aprel 2019-cu il Sərəncamına uyğun olaraq işıq...
ANL
"Milli Musiqi xəzinəmizdən" ilk nəşrlər təqdim edilib. Oktyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Milli Musiqi xəzinəmizdən" adlı layihənin ilk nəşrləri - görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun və professor Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən ibarət not məcmuələrinin təqd...
ANL
İlham Qəhrəmanın İmza günü keçirilib. Oktyabrın 26-da "Mərhəmət" Kimsəsizlərə Kömək İctimai Birliyinin təşəbbüsü ilə tanınmış şair İlham Qəhrəmanın yeni çapdan çıxmış "Şairin vətəni sevgidir" kitabının imza günü keçirilib. Tədbirdə çıxış edən tənqidçi Əsəd Cahangir deyib ki, İlham Qəhrəman müasir Azərbaycan poez...
ANL
İsi Məlikzadənin "Qatarda" kitabı təqdim olundu. Ötən gün Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunmuş "İsi Məlikzadə. Qatarda" hekayələr kitabının təqdimat mərasimi keçirilib. Kitab Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə çağdaş ...
ANL
Vasim Məmmədəliyevin sonuncu yetirməsinin xatirələri. Bu günlərdə dünya şöhrətli şərqşünas, ensiklopedik biliyə və intellektə sahib, böyük ustadımız akademik Vasim Məmmədəliyev dünyasını dəyişdi. Onun vəfatı Azərbaycan xalqına böyük bir itki, elm dünyasına ağır bir zərbə oldu. Vasim Məmmədəliyev Azərbaycanda ərəbş...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Dəyişikliklərin tempindən şoka düşənlər çoxdur. Baş verənlərə radikal islahat da demək olar, inqilabi dəyişikliklər də, səssiz inqilab da. Prezident başqa xalqların qanla, dava-dalaşla, dərin qarşıdurmayla əldə etdiklərini öz əzmi, inamı, ağayana təmkini və möhkəm iradəsiylə, həm d...
ANL
Bakı Zirvəsi - Azərbaycanın zirvəsi. Millət Vəkilləri Qoşulmama Hərəkatının Bakı Zirvəsini Azərbaycanın daha bir uğuru və tarixi hadisə kimi dəyərləndirdilər. "Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadi...
ANL
Qoşulmama Hərəkatinin Baki Zirvə Görüşü AzərbaycanIn ciddi diplomatik qələbəsidir. Bir neçə gün əvvəl paytaxt Bakı daha bir dünyamiqyaslı və əhəmiyyətli tədbirə - Qoşulmama Hərəkatının (QH) XVIII sammitinə ev sahibliyi etdi. İkigünlük sammitdə quruma üzv bütün dövlətlər, həmçinin, müşahidəçi ölkələr və beynəlxalq...
ANL
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN DOSENTİ, RESPUBLİKANIN ƏMƏKDAR HƏKİMİ TARYEL EYVAZOVUN 70 YAŞI TAMAM OLUR. O vaxtdan bugünə qədər fasiləsiz olaraq dostluğumuz davam edir. Atası Əli Eyvazov Azərbaycanın ilk orden alan müəllimlərindəndi. Bununla əlaqədar olaraq Təhsil Nazirliyinin Muzeyində eksponat nümayiş etdir...
ANL
Hələ məktəb illərindən çox eşitmişdim səhərlər Cıdır düzündə at çapan oğlan barəsində... Ürəyi oğul dərdi ilə paralanmış anaya - Mənzər müəlliməyə hər dəfə baş çəkəndə Şuşadan və Rövşəndən söhbət salırdıq. Danışa-danışa bitmir bu acılı-şirinli xatirələr ...Bu söhbətlərdə onun həsrəti daha çox sezilir. Qarabağ ...
ANL
Vətənə xidmət amalı ilə yaşanan ömür. Mənim də ağlıma gəlməzdi ki, 40 ilə yaxın Slavyan Universitetində (keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda) işlədikdən sonra gəlib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müəllim işləyəcəm, xalqımızın çox dəy...
ANL
Əjdər Qiyaslının ömür və söz karvanı. Nurlu qocaların söhbətlərində, Min hikmət görməyə Qarabağa gəl. Ruzi var bağbanın alın tərində, Şirin bar dərməyə Qarabağa gəl. Ağdamdan Şuşaya çevir üzünü, Dinlə Natəvanın şirin sözünü. Vaqifin məskəni Cıdır düzünü. Dolanıb gəzməyə Qarabağa gəl. Ona görə də bu imza mənə uşaqlığım...
ANL
Dövlət idarəçiliyində tarix və müasirliyin vəhdəti - Ənvər Əhmədin yazısı. Son dövrlər, xüsusilə də Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra, həyatın bütün sahələrində olduğu kimi, elmi tədqiqat işlərinin də məqsəd və vəzifələri, tamamilə milli zəmində, yenidən araşdırılmağa başlamış və ö...
ANL
Mühacirət dramaturgiyamızda Abay Dağlı yaradıcılığının yeri və rolu. Son 30 ildə bu sahədə mühacirət ədəbiyyatı irsimizin tədqiqi yönündə ciddi uğurların əldə edildiyni vurğulamaqla yanaşı, deməliyik ki, bu sahənin öyrənilməsilə bağlı qarşıda mühüm vəzifələr də durur. Zənnimizcə, Abay Dağlının, həmçinin, Azərbayc...
ANL
"Azərbaycanda tanınıb-sevilməyimdən qürur duyuram". Türkiyəli Aktrisa Yildiz Kültür: "Film Və Seriallarda Daha Çox Ana Rollarina Çəkilməyim İşimi Xeyli Asanlaşdirir". Onun Bakıda olduğunu bilmirdim. Başqa bir müsahibəyə gedərkən xoş bir təsadüf nəticəsində qarşılaşdıq. Ona görə də bir növ hazırlıqsız olsam belə,...
ANL
Atraksionsevərlər üçün. Xanımlar və cənablar, hansımız sonunda qələbə, ya məğlubiyyət təhlükəsi gizlənməyən oyunlardan zövq alırıq? Təsəvvür edin, şahmat taxtası arxasında əyləşmisiz və rəqibsiz meydanda at, ya da fil oynadırsınız. Qalib gəlməyin mənası varmı? Yaxud qolf meydançasında dəlik yoxdursa, topu nə edəcəyik? ...
ANL
Növbəti essemin adını ağ vərəq üzərinə yazıb kənara çəkilirəm...Eləcə hardan başlayacağımı düşünə-düşünə gecəni yarıdan keçirirəm..Sonra da "ta yox,bu gecədən keçdi..get yat..”deyən daxili səsə tərəf dönürəm: -Düz deyirsən,özündən qaçmağın bir yolu da elə məhz yuxu deyilmi...!? Yatmaq və xoşuna gəlməyən,səni incidən nə...
ANL
Ədəbiyyatşünaslardan biri vaxtilə belə bir fikir səsləndirmişdi: "Əslində, dövlət məmuru, xüsusən də dövlət təmsilçisinin ədəbiyyatçı olması daha yaxşı haldır. Çünki ədəbiyyatçılar daha həssas olurlar, insanların psixologiyasını daha yaxşı dəyərləndirə bilirlər". Hələ ilk dəfə eşidəndə bu fikirlə razılaşmışdım....
ANL
Poeziyanın Hidayəti. Yaradıcılıq, ümumən ictimai fəaliyyət sferası, miqyası elə gəncliyindən nə qədər geniş olsa da (və get-gedə nə qədər genişlənsə də), Hidayət, birinci növbədə, şairdir. Və onun poetik istedadı, qüdrəti ən müxtəlif səviyyələrdə, müxtəlif münasibətlərlə (dəfələrlə!) etiraf olunmuşdur... Sevinclə kə...
ANL
1944-cü ildə Zəngəzurun Mığrı bölgəsinin Maralzəmi kəndində anadan olmuş Hidayət Orucov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra bir müddət kənddə müəllim işləyib. Yeniyetməlik çağlarından İrəvanda və Bakıda şeirləri mətbuatda çap olunan Hidayət ilk gənclik illərindən istedadlı ş...
ANL
Sərgidə müəllifin ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli mənəvi dəyərlərimiz, türk xalqlarının deportasiyası və soyqırımına həsr olunmuş Azərbaycan, rus və digər dillərdə nəşr olunan əsərləri, tərtib etdiyi, rəyçi olduğu, tərcümə etdiyi, redaktoru olduğu və haqqı...
ANL
O, tezliklə Annadan cana doydu, arvadı ona oğul varisi doğa bilməmişdi. Katerina Araqonlu rədd edilsə də, lakin boyun əyməməklə yaşasa da, Annadan bir az əvvəl ölmüşdü. O, təkcə öz sirdaşları olan arvadların taleyindən qaçmadı, həm də kralın xatırlanan bir hissi bağlılığı kimi yadda qaldı. Sonrakı üç il Ceynin yer...
ANL
Milli mədəniyyətimizin bilicisi və fədakar təəssübkeşi - Ərtoğrul Cavid. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim. Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Hüseyn Cavidin nakam övladı, parlaq istedad sahibi Ərtoğrol şeirə, sənətə, poeziyaya olan vurğunluğu hələ uşaq yaşlarından özünü büruzə ver...
ANL