text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə hazırda cəmiyyətdə ən çox müzakirə obyektinə çevrilən repetitorluq barədə mülahizələrimi diqqətinizə təqdim edirəm. Tədqiqatlar göstərir ki, tarixilik baxımından dünyada repetitorluq XVII əsrə, ilk dəfə olaraq yazılı imtaha...
ANL
Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən biridir. Vaxt adama, əbədiyyət Allaha bağlı anlayışdı. Ölüm Vaxtdan Əbədiyyətə keçid tunelidi. Ölüm Vaxtın qurtaran, Əbədiyyətin başlayan nöqtəsidi. Nöqtə toz boydadı. Yer kürəsi bir Toz dənəsindən yaranıb! Cəbrin, riyaziyyatın gücü çatmaz bir Toz dənəsinin Ye...
ANL
“Görkəmli adamların həyatı: Heydər Əliyev” kitabı türkmən dilində. HADİ RƏCƏBLİ: “TÜRK XALQLARININ BİRLƏŞMƏYƏ, ÇƏKİCİ BİR NÖQTƏYƏ VURMAĞA BU GÜN DAHA ÇOX EHTİYACI VAR”. Bu ilin mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Türkmənistanın paytaxtı Aşqabad şəhərində təxminən 5 saat...
ANL
Mayın 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair-publisist, tarixçi- alim Aydın Səlimzadənin həyat və yaradıcılığını əks etdirən “Hər ürəkdə bir Aydın” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan əməkdar incəsənət xadimi Baba Vəziroğlu dünyadan vaxtsız gedən Aydın Səlimzadə ilə...
ANL
Rəsul Rza ilə bağlı vebsaytın təqdimatı olub. Muzey Mərkəzində Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, XX əsr poeziyamızın ən parlaq simalarından biri olan xalq şairi Rəsul Rzanın əsərlərindən ibarət kitabların və şairə həsr olunmuş vebsaytın təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış ədəbiyyat və incəsənət xa...
ANL
İnqilab Nadirlinin 70 illiyi Mahnı Teatrında qeyd edilib. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şair- dramaturq İnqilab Nadirlinin 70 illik yubileyi qeyd olunub. Ədəbi-bədii gecədə bir sıra ziyalılar və elm xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən əməkdar elm xadimi Əli Nuriyev şairin həyat və yaradıcılığın...
ANL
Gənc vokalçı İsmayıl Yunusov daha bir konsertdə uğurla çıxış edib. Dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı bu gün hər addımda hiss olunur. Məhz bu diqqətin nəticəsidir ki, gənc istedadlar kiçik yaşlarından öz bacarıqlarını nümayiş etdirmək imkanı qazanırlar. Belə istedadlı gənclərimizdən biri də İsm...
ANL
Milli Qəhrəman Şahlar Şükürov doğum günündə yad edilib. ANIM MƏRASİMİNDƏ ŞAİR ZAKİR FƏXRİNİN QƏHRƏMANA HƏSR OLUNMUŞ “YAZA VƏ YOZA BİLMƏDİYİM YUXU” KİTABININ TƏQDİMATI KEÇİRİLİB. Ötən gün Atatürk Mərkəzində Milli Mədəniyyətin Müdafiəsi İctimai Birliyinin və Bakıdakı 47 saylı məktəbin təşkilatçılığı ilə Azərbaycanın Mill...
ANL
Dağ əzəmətli söz ustadı ilə unudulmaz görüşlər. Davud oğlu Süleymanı. Taxt üstündən salan dünya. Xəstə Qasım. Xatirə ədəbiyyatını çox sevirəm. Çünki oxucunu yaşamadığı illərə belə, aparıb çıxara bilir. Necə deyərlər, adamı az qala o illərdə olan hadisələrin iştirakçısına çevirir. Hələ yeniyetməlik illərindən yazıçılarl...
ANL
Həsrətin ağır yükü. On səkkiz ildir ki, bahar fəsli gözəllik fəslindən çox işğallar fəsli kimi qəlbimdə dərin və sağalmaz izlər buraxıb. Kəlbəcərin, Şuşanın, Laçının işğalı fəsli. Baharı cənnəti xatırladan Laçın, Şuşa, Kəlbəcər dağlarının insanları bu fəsildə nələr çəkirlər bir Allah bilir. Mayın on səkkizi – Laçının i...
ANL
Namuslu, qeyrətli, igid ataların , gözüyaşlı, kövrək anaların qəhrəman oğulları, Azərbaycan gəncləri. Sizlərə müraciət edirəm! Yəqin ki, məni yaddan çıxarmısan. Mən isə aradan on səkkiz il ötməsinə baxmayaraq səni unuda bilmirəm. Bu məktubu sənə Mayıs kəndindən yazıram. İndi kənddə ermənilərlə birlikdə, özü də sizin hə...
ANL
Heydər Əliyevin ədəbi siyasəti. Dünyanin böyük şəxsiyyətləri sırasında çox nadir adamın adını çəkmək olar ki, ümummilli liderimiz, dünya şöhrətli siyasətçi H.Əliyev qədər öz xalqının tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə bağlı olsun. Bizcə bunun iki əsas səbəbi var: birincisi budur ki, o, öz xalqını, onun y...
ANL
“Kitabxana içində kitabxana” təqdim olunub. M.Ə.Sabir adına kitabxana-klubda İslandiyanın paytaxtı Reykyavikdə yaşayıb-yaradan rəssam Anna Lindanın bu kitabxana üçün yaratdığı “Kitabxana içində kitabxana” layihəsinin təqdimat mərasimi keçirilib. Kitabxana-klubun direktoru Firəngiz Bünyaminqızının bildirdiyinə görə, lay...
ANL
Slavyan Yazısı və Mədəniyyəti Günü Bakıda qeyd olunub. Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) müqəddəs Kirill və Mefodi gününə həsr edilmiş “Slavyan maarifçilərinin irsi: ənənələr və müasirlik” mövzusunda “dəyirmi masa” keçirilib. RİMM-dən verilən məlumata görə, bu əlamətdar gün həm də Slavyan yazısı ...
ANL
Azərbaycanın görkəmli aktrisası Ofeliya Aslan (Əfqanlı) dünən günorta saatlarında vəfat edib. Bu barədə APA-ya aktrisanın oğlu Hacı Eldar Aslan məlumat verib. Son günlər isə vəziyyəti lap ağırlaşıb. Aktrisa ürək tutmasından vəfat edib. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili Kom...
ANL
Xalqımızın yetişdirdiyi böyük tarixi şəxsiyyətlərin hər biri milli-mənəvi dəyər və sərvətlərimizin zənginləşməsində, ədəbiyyat, mədəniyyət və elmimizin inkişafının müasir səviyyəyə çatmasında çox mühüm işlər görüb, böyük xidmətlər göstəriblər. Belə şəxsiyyətlərdən biri də şair, tənqidçi, ədəbiyyat tarixçisi və nəzəriyy...
ANL
(Əvvəli ötən saylarımızda). Nəcəf sakitcə alapaça madyanın hörüyünü açıb, sicimi səliqə ilə dəstələyib tərk xurcunun boş gözünə qoyanda, at onun boyun-boğazını qoxladı. Sonra geri çəkilib kırıldadı. Nəcəf onun yedəyindən tutub Andranikin yanına gətirdi. Andranik içkinin təsirindən əvvəlcə ata təpinib, ona bir-iki şalla...
ANL
İkinci məktub. Ona görə də sənə ikinci məktubumu yazıram. İlk öncə nəvələrinə kəndimizin çoğrafiyası və tarixi haqqında məlumat verməyi özümə borc bilirəm. Qoy onlar dədə – babalarının necə gözəl yerlərdə yaşadıqlarını bilsinlər və öyrənsinlər. Nə bilmək olar, bir də gördün yığışıb erməniləri buralardan qovdular və ata...
ANL
ŞAİR İLYAS TAPDIĞIN YETMİŞ BEŞİNCİ YAŞ GÜNÜNƏ. Qəzetlərin birində İlyas Tapdığın yetmiş beş illiyi ilə bağlı xəbəri oxuyanda istər-istəməz azı əlli il bundan əvvələ qayıtmalı və onunla ilk tanış olduğum günü xatırlamalı oldum. Bu günün gözü ilə baxanda onunla mənim aramda bir elə də yaş fərqi yoxdur. Amma əlli il bunda...
ANL
Rəsul Rzanın 100 illiyi Yazıçılar Birliyində qeyd olunub. Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl ədəbi ictimaiyyətin tanınmış nümayəndələri Fəxri Xiyabanda Rəsul Rzanın məzarını ziyarət edib, böyük şairi ehtiramla anıblar. AYB-dəki...
ANL
Milli Kitabxanada “Sevgi fəsli”nin təqdimatı keçirilib. Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında işıq üzü görən “Sevgi fəsli” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq, kitabın “Bakı islam mədəniyyəti...
ANL
Beynəlxalq Muzeylər Günü Azərbaycanda silsilə tədbirlərlə qeyd olunub. Ölkənin müxtəlif mədəniyyət ocaqlarında 18 May Beynəlxalq Muzeylər Gününə həsr olunan silsilə tədbirlər keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində (AMMDM...
ANL
Ustad tarzən Ramiz Quliyevlə Bakı Musiqi Akademiyasında görüş olub. Mayın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli tarzən, xalq artisti, professor, Ramiz Quliyevlə R.Babayev adına 25 saylı musiqi məktəbinin müəllim və tələbə kollektivinin görüşü keçirilib. Dahi bəstəkar Ü.Hacıbəylinin anadan olm...
ANL
Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir təşkil edilib. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd edilib. “Muzeylər sosial harmoniya vasitəsidir” devizi altında keçirilən tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunub və “Üzeyir düny...
ANL
Savaşlarda keçən və sönən ömür. 15 İL ƏVVƏL ÇEÇENİSTANDA HƏLAK OLMUŞ JURNALİST FƏRHAD KƏRİMOVUN ƏZİZ XATİRƏSİNƏ. Orda müharibənin yeni mərhələsi başlayıb” – Bu sözləri “Röyters”in və “Turan”ın əməkdaşı Fərhad Kərimov söhbət zamanı həmkarı Şahin Hacıyevə söyləmişdi. Çeçenistanda müharibə başlayandan o, dəfələrlə ezamiyy...
ANL
Əli Əmirlinin “Ağqoyunlular və Qaraqoyunlular” əsəri yeni təqdimatda. Mayın 15-də Şamaxı şəhər mədəniyyət evində tanınmış dramaturq Əli Əmirlinin “Ağqoyunlular və Qaraqoyunlular” əsərinin premyerası olub. Pyesi Qafqaz Universitetinin həvəskar aktyorları səhnələşdiriblər. Müəllifin bildirdiyinə görə, siyasət fonunda məh...
ANL
Dövlət Filarmoniyasında Rəsul Rzanın yubiley gecəsi olub. M.Maqomayev adına Dövlət Filarmoniyasında xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş poeziya gecəsi keçirilib. Gecədə çıxış edən baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev böyük ədibin 100 illik yubileyinin geniş şəkildə q...
ANL
Dünən Bakının yerləşən Şəhid Pənah Məmmədov adına 46 saylı Laçın rayon orta məktəbində mərhum şair, filoloq alim Ağa Laçınlının 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Müəllim və şagirdlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 46 saylı Laçın rayon orta məktəbinin direktor...
ANL
Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti” müzakirə edilib. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Şəkidə “Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib. Sözügedən nazirliyin mətbuat xidmətindən verilən məlumata gö...
ANL
Namiq Hacıheydərlinin yeni şeirlərinin ünvanı – “Söz sənindir”. “Vektor” Nəşrlər Evində şair Namiq Hacıheydərlinin “Söz sənindir” şeirlər kitabı işıq üzü görüb. Kitab “Vektor” Beynəlxalq Elm Mərkəzinin prezidenti, professor Elçin İsgəndərzadənin “Poeziyamızın əfəndilik səhifəsi” ön sözü ilə açılır. E. İsgəndərzadə yazı...
ANL
Tofiq Abdinin “Dövlət çevrilişi” kitab halında nəşr edilib. Dəyərli şair-publisistimiz Tofiq Abdinin “Dövlət çevrilişi” adlı yeni kitabı işıqüzü görüb. Kitabda müəllifin yaxın keçmişimizin hadisələri və avtobioqrafik səciyyəli məqamlarla zəngin publisistik povesti yer alıb. Kitaba daxil edilmiş əsər əvvəlcə “Azərbaycan...
ANL
Səhnə sənətimizdə Məleykə Əsədova imzası. BU İMZA AKTRİSANIN 20 İLDƏN ARTIQ MÜDDƏTDƏ KEÇDİYİ ÖZÜNƏMƏXSUS YARADICILIQ YOLUNDA QAZANDIĞI SƏNƏT UĞURLARI İLƏ SEÇİLİR. Mədəniyyətin bir çox aparıcı sektorları mövcuddur. Təbii ki, onlar da məhz incəsənətin inkişafında önəmli rol oynayırlar. Kino, rəssamlıq, musiqi, opera sahə...
ANL
(Əvvəli ötən saylarımızda). Nəcəf sürünü arxacdan çıxarıb, qabaqda gedən qoşabuynuz erkəcin yönünü düşdükləri yurda tərəf döndərdi. Nəcəf daxili bir təlaş keçirirdi. Düşünürdü ki, sabah-birisi gün dağbəyidən səs-soraq çıxmadığına görə onun ardınca gələnlər məni də sorğu-suala tuta bilərlər. Qırmızıpapaqlılar işə qarışs...
ANL
Rəsul Rza poeziyasına dair üç qeyd. Elə bir zaman gəlmişdir ki, ağılla “duymaq” cəhdləri ürəklə anlamaq cəhdlərini üstələyir. Səməd Vurğun, Rəsul Rza və fəlsəfi poeziya. Sovet dövründə milli fəlsəfi fikrə təhlükə mənbəyi kimi baxan ideologiya Azərbaycan ədəbi fikrində o qədər dərin kök atmışdı ki, ayrı-ayrı hallarda şa...
ANL
Verilməyən şans. Rasim Gərayoğluna. Bədənə dar gələn köynək, pencək kimi qatı qaranlıq adamı sıxırdı. Azad buralara yaxşı bələd olan Rabilin hənirinə onun arxasınca addımlayırdı. Aşağıda yeməkxananın qapısı açılanda pilləkənlər azacıq işıqlandı, o, sözünə davam elədi – Respublikaya işıq verən Mingəçevir... Burda atalar...
ANL
Xəbərim olmayıb bu səadətdən”. “...Türkiyənin yeddi yüz illik dövlətçilik təcrübəsi var. Son vaxtlara qədər yəni Türkiyənin tam ayağa durub öz sözünü deyənə qədər bütün xarici ölkələrdə çalışan ən bacarıqlı, ən sanballı diplomatları elə şairlər, yazıçılar olublar. Məgər sənin bunlardan xəbərin yoxdur. Axı məncə sən tür...
ANL
Şəstlə, səxavətlə xərclənən ömür. 1988-ci ilin payız mövsümü idi. “Sovetlər Birliyi”nin bir birliyi qalmasa da, hələ də “yuxarı”dan “ali göstərişlər” gəlir, “yuxarılı-aşağılı” təpkilər tətbiq olunur, qarmağının ilişgəni qırılmış balıqçı qırmaqdan çıxmağa cəhd edən və buna şansı da olan balığı hər vəchlə əlində saxlamağ...
ANL
Bir vicdan rəmzi də dünyadan getdi. Bu yaxınlarda eşitdim ki, tələbə dostumuz Bəxtiyar Məmmədzadə vəfat edib. Heç kəs görməsin deyə gecə İstanbulun sakit küçələrinin birində onu doyunca ağladım, öz-özümə ağı dedim, onun ruhuna Fatihə oxudum. Yenə də xırda damalı köynək geymiş, adəti üzrə köynəyi şalvarının üstünə salmı...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. (Əvvəli ötən şənbə saylarımızda). Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kəna...
ANL
Afaq Məsudun yaradıcılığından növbəti dissertasiya müdafiə olunub. Bir müddət öncə-qəzetimizin əvvəlki saylarının birində Moskva Dövlət Universitetinin Bakı filialının baş müəllimi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Fərqanə Zülfüqarovanın “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası...
ANL
“Rəngli arzular” adlı foto sərgisi açılıb. “Müasir İncəsənət Mərkəzi”nin sərgi salonunda “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi və Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası “Rəngli arzular” adlı foto sərgi keçirib. Tədbirdə çıxış edən “Birliyə Doğru” təşki...
ANL
Yazıçılar Birliyində Qəşəm Nəcəfzadənin şeirləri müzakirə edilib. Ötən gün Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Buyur, cənab tənqid” adlı tədbir keçirilib. Tədbirdə şair Qəşəm Nəcəfzadənin yeni şeirlərinin müzakirəsi olub. Giriş sözü ilə çıxış edən Q.Nəcəfzadə tədbirin mahiyyətindən danışıb: “Adından da göründü...
ANL
Heydər Əliyev Sarayında “40-cı qapı” filminin təqdimatı keçirilib. Təqdimat mərasimi tanınmış muğam ustası, xalq artisti Alim Qasımovun ifası ilə başlayıb. Sonra filmin yaradıcı qrupu ekran işi haqqında məlumat verib. Ssenari müəllifi və quruluşçu rejissor Elçin Musaoğlu filmdəki hadisələrin Azərbaycan xalqı üçün ağır ...
ANL
Nə qədər qəribə olsa da, Qoşqarın, tanınmış naşir – “Çinar-Çap” nəşriyyatının baş direktoru Qoşqar İsmayıl oğlu Qarayevin ölüm xəbərini çox gec eşitdim. Sonradan dedilər ki, Novruz günlərində dünyasını dəyişib və həmin günlər də qəzetlər çıxmadığından bu hüznlü xəbər geniş yayılmayıb. “Naşiri Qoşqar İsmayıloğlu” yazıla...
ANL
İstiqlal tariximizdə Gəncə: əzəli və şanlı adın bərpası uğrunda mücadiləyə bir baxış. XIX-XX yüzillikdə xalqımızın şüuraltı qatlarında yadellilərə tabe olmayıb sona qədər şərəfli mübarizə aparmaq, qürurlu, azad yaşamaq kimi assosiativ duyğular oyadan sözlərdən biri Gəncə olub. Bu, təsadüfdən, sözün şirinliyindən yox, o...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə uzun müddət kölgədə qalan, lakin müəllimlərin metodik hazırlığı və peşəkarlıq səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyət daşıyan metodik xidmət barədə mülahizələrimi diqqətinizə təqdim edirəm. Məlumdur ki, müəllimlərin d...
ANL
Sağ qalan ləpirlər. Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən. Məktəbə rayon səviyyəli kommunist Əli İbrahimovun adını daşıyan küçənin tinindən burulub dünya proletariatının banisi Leninin adı verilən küçənin sol tərəfiylə gedirdim. Milis idarəsindən sonra dalana oxşayan, səssiz-küysüz Mirbəşir Qasımo...
ANL
Abbasqulu kişi ilə Fatimə xala adları qədərincə qosqoca ömürlərini bada vermədilər. Vaqiflə Telmanı böyüdüb boya-başa çatdırdılar. Ən azı vətəndaş və insan tərbiyə etdiklərindən urvatlı ömür sürdülər. Telman səhnəni seçdi. Müxtəlif həyat tərzi yaşayan obrazlara çalar qatdı, sevilib-seçilən aktyor və humanist adam epite...
ANL
Vokalçı Fərid Əliyev daha bir uğura imza atıb. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100-cü mövsümünün ilk tamaşası olan “Arşın mal alan” operettasının qəhrəmanı Əsgər bəy – Fərid Əliyev may ayının 18-də Yekaterinburqda SSRİ xalq artisti V.A.Kuroçkina adına gənc opera və müzikl artistlərinin III beynəlxalq müsa...
ANL
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Qaraçöplü Aşıq Musanın 125 illiyinə həsr olunan yubiley gecəsi təşkil edilib. Tədbiri pedaqoji elmlər namizədi Fərhad Xubanlı açaraq, aşığın zəngin yaradıcılığından danışıb, onun həm sənətkar, həm də insan kimi dəyərindən bəhs edib. Aşıqlar Birliyinini sədri Zəlimxan Yaqub Qa...
ANL
Rəsul Rzanın 100 illiyi İstanbul Universitetində geniş mərasimlə qeyd olunub. Mayın 21-də Türkiyənin İstanbul Universitetində Azərbaycanın xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Tədbir DA platforması, Türkiyə Yazarlar Birliyinin İstanbul şöbəsi, İstanbul Universiteti Avrasiya İnstitut...
ANL
Uzaq yol gəlmiş adam kimiyəm. Elə bil təkcə ayaqlarımdan, qollarımdan, çiyinlərimdən deyil, ruhumdan da, ürəyimdən də nəsə asılıb. Varlığımda nəyinsə ağırlığını hiss edirəm. Amma hər nədisə ondan qurtulmaq, ondan xilas olmaq da istəmirəm heç. Çünki mənə doğma gəlir, çox məlhəm hiss edirəm onu... Hətta bir az əzizləmək ...
ANL
Xalq yazıçısı İlyas Əfəndiyev: həmişə bizimlə... Zaman bəzən elə şəxsiyyətlər yetişdirir ki, onlar yalnız öz ailəsinin deyil, bütün xalqın sevgisini qazanır, əməlləri, xeyirli işləri, faydalı fəaliyyəti ilə milləti irəli aparmağa qadir olurlar. Xalq yazıçısı, görkəmli dramaturq, dəyərli ziyalı İlyas Əfəndiyev də belə ş...
ANL
Türk rəssamının “Cənnət”i İçərişəhərdə. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçərişəhərdə Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda məşhur türk rəssamı Günseli Katonun əsərlərindən ibarət “Cənnət” adlı sərgi açılıb. “Art Group” və Azərbaycan-Türki...
ANL
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Kitab bayramı – 2010” adlı tədbirin açılış mərasimi keçiriləcək. Burada qonaqlar həm sərgilənən kitablarla tanış ola, həm də bəyəndikləri kitabları əldə edə biləcəklər. Tədb...
ANL
“İncəsənət tariximizin pillələri” yekunlaşıb. Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin sərgi qalereyasında təşkil etdiyi “İncəsənət tariximizin pillələri” mövzusunda sərgi başa çatıb. XX əsr Azərbaycan incəsənəti tarixinin diqqətəlayiq mərhələlərindən olan 1940-cı ilə qədərki dövrdə təsviri sənətimizdə baş ve...
ANL
Canəli Əkbərovun yaradıcılıq gecəsi olub. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında xalq artisti, görkəmli xanəndə Canəli Əkbərovun anadan olmasının 70 illik yubileyi və yaradıcılıq gecəsi keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tədbiri açan Sumqayıt şəhər icra hakimiyyətinin...
ANL
“Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti” müzakirə edilib. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Şəkidə “Şəkinin sənət dünyası və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib. Sözügedən nazirliyin mətbuat xidmətindən verilən məlumata g...
ANL
(Əvvəli ötən saylarımızda). Nəcəf Təzə Həsənliyə qayıdanda gecədən xeyli keçmişdi. Tək-tək evin pəncərəsindən işıq gəlirdi. Əmisi də çırağı keçirib arvad-uşağı ilə yatmışdı. Nəcəf qoyun arxacının bir kənarında düzəltdiyi “yumşaq” çarpayıda uzanıb bir təhər gecəni səhər elədi. Nəcəf əvvəlcə tövləyə girib alapaça madyanı...
ANL
Azərbaycan naminə yaşanan, repressiya tufanında qırılan ömür. Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yeri olan görkəmli ədəbiyyatşünas və publisist, dilçi və folklorşünas, ictimai xadim, repressiya qurbanı Vəli Məmmədhüseyn oğlu Xuluflu bu dünyada cəmi 43 illik bir ömür yaşayıb. Alimin əsərlərindən və həbsxana g...
ANL
Böyük xanəndə Yaqub Məmmədovun 80 illiyi qeyd olunub. Beynəlxalq Muğam Mərkəzində müğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunan mərasim keçirilib. Ustad xanəndənin ifasında lentə alınmış “Mənsuriyyə” ilə başlanan tədbiri xalq artisti Arif Qazıyev açıb: “Muğam sənətimizi...
ANL
Dünya cazının Azərbaycan cazibəsi. Azadlığın təkcə üsyan edən səsi olmur, onun həm də qəlbləri riqqətə gətirən musiqi səsi var. Döyüş təkcə qanlı-qadalı səngərlərdə deyil, həm də ürəklərdə, qəlblərdə, beyinlərdə aparılır. Deməli, ruh hardadırsa insan orda nəfəs alır, orda düşünə və düşündürə bilir. Saysız-hesabsız musi...
ANL
“FİKRƏT SADIQ KİMİ ŞAİRLƏRİN DƏYƏRİ ZAMAN KEÇDİKCƏ DAHA DA ARTIR”. Ötən gün Azərbaycan Yazıçılar Birliyində görkəmli şair Fikrət Sadıqın “Kəsə sözlər” kitabının təqdimatı keçirilib. AYB katibi nazirliyin dəstəyi ilə həyata keçirilən layihə nəticəsində indiyədək bir sıra tanınmış yazıçı və şairlərin əsərlərinin işıq üzü...
ANL
Fazil Güneyin “Qara qan” romanı oxucu müzakirəsində. Bugünlərdə Cəbrayıl rayonunun Sabunçu qəsəbəsində yerləşən 25 saylı orta məktəbində yazıçı-publisist Fazil Güneyin Qarabağ mövzusunda qələmə aldığı “Qara qan” romanının 2-ci hissəsinin oxucu müzakirəsi keçirilib. Konfransın təşkilatçısı Yazıçılar Birliyinin Ədəbiyyat...
ANL
Türk Ulusunun Ruhaniyyat Ocağı-İnam Atanın Mütləqə İnam Ocağı tərəfindən “Kutsal Öyrəti”nin (Müqəddəs Təlim, tərtib Mütləqə İnam Ocağının Odqoruyanı (Başçısı) Safruhundur) “Adiloğlu”, 2010) işıq üzü görməsi milli-bəşəri hadisədir. Kitabın annotasiyasında vurğulanır: “Bütün Türklərin ilk milli filosofu, Mütləqə İnam Ruh...
ANL
“Aşıq yaradıcılığının müasir problemləri” müzakirə olunub. ZƏLİMXAN YAQUB: “ÜRƏKAÇAN HALLARLA YANAŞI, CİDDİ PROBLEMLƏR DƏ VAR VƏ ONLAR MÜTLƏQ ARADAN QALDIRILMALIDIR”. Ötən gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Aşıq yaradıcılığının müasir problemləri” mövzusunda elmi konfr...
ANL
(Əvvəli ötən saylarımızda). Nəcəf tərəddüdlər burulğanında çabalayırdı. Bura gəldiyim yerdə dizim qırıleydı. Komandirimiz bu hayıfı yerdə qoymaz. Hərriyib-fırrayıb bir bəhanə ilə məni tələyə salmasa yaxşıdır. – Arsen Manukyan ifallı adamdır. Bizimlə bəd rəftar etməz. Onun birdən-birə halsızlaşması sənin ermənilər haqqı...
ANL
Xanhüseyn Kazımlı: “Ölməzləri xatırlatmaq müqəddəs borcumuzdur”. Məlum olduğu kimi, ötən həftə Azərbaycan Sosial Rifah Partiyası (ASRP) və Mətbuat Şurasının təşkilatçılığı ilə “Kaspian Plaza” Biznes Mərkəzində milli mətbuatımızın 135 ililyinə həsr olunmuş “Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində” adlı ik...
ANL
Bir çox kitabların- romanların, povestlərin, hekayələrin, esselərin, dörd yüzdən artıq məqalələrin, resenziyaların, publisist yazıların müəllifidir. Yüzdən artıq tamaşaya quruluş verib. Qırxa yaxın rolda çıxış edib. “Vicdan mühakiməsi” kitabı onun yenicə nəşrdən çıxan və bir çox povest və hekayələrin toplusudur. Neçənc...
ANL
Hekayələr. Yağış, milçək, mən... Dayanmadan yağan yağışın gecəyə geyindirdiyi don heç yaraşmırdı ona. Bu uzun libas yerlə süründükcə, daşlara, otlara toxunduqca gələn səs məni eyvana çıxmağa məcbur etdi... – Dəyiş paltarını! Görmürsən necə böyükdü əyninə? Yerlə sürünür, səsdən yata da bilmirəm. – Təbiətin mənə hədiyyəs...
ANL
Cəlil Məmmədquluzadə. İtsə heç kimlə özünü tutuşdurmazdı. Həmişə it olaraq qalardı. İtliyindən də məmnundu. Ona bir dəfə sümük atanı ömrü boyu unutmazdı. Quyruğunu bulayar, hürər, qulaqlarını şəkləyər, iz axtarar, yaxşı dost olardı. İnsanın həmin bu it kimi sadiq bir dostu vardı. Ancaq yatırdı. Ölü heç nə xatırlamırdı....
ANL
“Humay” Milli Mükafatçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rauf Əbdülhüseynoğlunun “Ulu xalq- Ulu sənət” adlı fərdi yaradıcılıq sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilib və 28 May Respublika gününə həsr olunub. Muzeyin direktoru, sənətşünaslıq namizədi, professor Röya Tağıy...
ANL
“Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı başlayıb. Heydər Əliyev Fondu, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalının açılışı olub. Bu barədə “Qız Qalası” i...
ANL
Xəbərim olmayıb bu səadətdən”. KİÇİK BİR HAŞİYƏ. Mənim təhsil aldığım bina ilə atamın dərs dediyi bina bir-birlərinə yaxın məsafədə idi. Hər iki bina keçmiş Kommunist, indiki İstiqlal küçəsində yerləşirdi. Bir dəfə bilmirəm nə işləsə bağlı atamın dərs dediyi filoloji fakültəyə getmişdim. Tənəffüs vaxtı idi. Atam dəhliz...
ANL
Ə.Topçubaşi – Zərdabişünas. Milli mətbuat və teatrımızın banisi Həsən bəy Zərdabini şəxsən tanıyanların, habelə tək-tük “Əkinçi” oxucularının hələ həyatda olmalarına baxmayaraq, mədəniyyət və ictimai fikir tariximizdə silinməz izlər qoymuş bu diqqətəlayiq şəxsiyyət və onun milləti qarşısındakı ən böyük fədakarlıqlarınd...
ANL
AZƏRBAYCANIN YOL GÖSTƏRƏNİ. XIX əsrin ikinci yarısı çar Rusiyası tarixinin ən qaranlıq dövrlərindən sayıla bilər. Bir sıra “böyük islahatların” (torpaq, zemstvo, məhkəmə, şəhər idarəçiliyi) həyata keçirilməsinə baxmayaraq, əslində qanunçuluğun və vətəndaş hüquqlarının inkişafına təminat verməli olan həmin islahatlar sa...
ANL
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b...
ANL
Adil İsgəndərov Dövlət Film Fondunda anılıb. Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, görkəmli rejissor və aktyor, professor Adil İsgəndərovun anadan olmasının 100 illik yubiley mərasimi keçirilib. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quli...
ANL
Rəsul Rzanın 100 illiyi Naxçıvanda “Poeziyanın klassiki” adlı mərasimlə qeyd edilib. Xalq şairi Rsul Rzanın 100 illiyilə bağlı AMEA Naxçıvan Bölməsinin böyük akt zalında elmi konfrans keçirilib.“Poeziyanın klassiki” adlı elmi konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq, Rəsu...
ANL
“İntellektual olmaq dəbdədir” – Bakıda X Bakı Kitab Bayramı bu deviz altında gerçəkləşib. Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 92, xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunan X Bakı Kitab Bayramı keçirilib. “İntellektual olmaq dəbdədir” şüarıyla baş tutan tədbir...
ANL
Poeziya vurğunlarına Vaqif Bəhmənli töhfəsi. Əgər şeiri oxumaq insana sözü öz anladığı dildə qəbul etmək imkanı verirsə, müəllifin səsində dinləmək şeirə əlavə rəng qatır və onun daha dərin çalarlarını üzə çıxarır. Şübhəsiz ki, şairin ruhunu, endiyi dərinliyi, qalxdığı yüksəkliyi, daxili aləmini təkcə sözü deyil, həm d...
ANL
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə təhsilin bir pilləsindən, səviyyəsindən digərinə keçid, bu sahədə olan problemlər və onların həlli yolları barədə mülahizələrimi diqqətinizə təqdim edirəm. Təhsilin keyfiyyətli, səmərəli və davamlı olması üçün bir çox şərtl...
ANL
Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən biridir. Mən Ağdamı yenidən tikəcəyimizə çox inanıram. Bitməyən müharibə yoxdu, bu dava da bitəcək. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək... Gecələr yağış damlalarının evimizin damı...
ANL
Serbiyada Rəsul Rzanın kitabı nəşr olunub. Xalq şairi Rəsul Rzanın “Rənglər” və “Rəngli yuxular” silsilələri Belqradda kitab şəklində dörd dildə nəşr edilib. Serb dilinə şeirləri Maja Teziç, rus dilinə Boris Slutski, David Samoylov, Yunna Morits, Leon Toom, Alla Axundova, Muza Pavlova, ingilis dilinə Aynur Hacıyeva, fr...
ANL
Mənsum İbrahimovun 50 illiyi bu gün Beynəlxalq Muğam Mərkəzində qeyd olunacaq. Bu gün – noyabrın 2-də, saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, Prezident mükafatçısı, “Şöhrət” ordenli, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbra...
ANL
Məşhur pianoçu Keiko Matsui Bakıda konsert verib. Dünyanın bir çox ölkələrində konsertlər verən Yaponiyanın məşhur pianoçusu Keiko Matsui Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutan konsertdə pərəstişkarlar...
ANL
Daun sindromlu uşaqlar üçün konsert keçirilib. Dövlət Gənc Tamaşaçılar Teatrında Daun Sindromlu Şəxslərin Assosiasiyasının (DSŞA) təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dəcəllər” ansamblının xeyriyyə konserti gerçəkləşdirilib. “Dəcəllər” teatrının üzvləri olan balaca aktyorlar professional s...
ANL
Bakıda xəttatlıq sərgisi. Noyabrın 5-də Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda Gülxan Bəydəmirin xəttatlıq nümunələri sənətsevərlərin ixtiyarına veriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən sərgi Bakıda açılacaq ikinci fərdi xəttatlıq sərgisidir. Gü...
ANL
“Muzeylər və mədəni irs” mövzulu beynəlxalq elmi konfrans və sərgi təşkil edilib. Ötən gün Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyi münasibətilə baş tutan “Muzeylər və mədəni irs” beynəlxalq elmi konfransın və sərginin açılışı gerçəkləşib. Əvvəlcə tədbir iştirakçıları muzeyin 90 illiyinə həsr olunmuş sərgi i...
ANL
Allah adamı. Açığı, biz tələbə dostumuz Qüdrətin yubileyi münasibətilə yazı hazırlamaq barədə qəti qərara gələndən sonra çox çətin işin altına girdiyimizi başa düşdük. Artıq illər bizi bir-birimizə elə isinişdirib ki, xarakterimizdəki, bəlkə də, kiməsə pis gələn cəhətləri normal, hətta “yaxşı” kimi qəbul edirik. Ona gö...
ANL
Neft gəlirləri xalqın rifahına xidmət edir. "Şəffaflıq və neft gəlirlərindən səmərəli şəkildə istifadə olunması imkan verdi ki, biz 28 milyardlıq maliyyə ehtiyatını yaradaq". Ümummilli Lider Heydər Əliyevin milli neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin enerji təhlükəsizliyi sahəsində güclü ...
ANL
Bəxtiyar qələmli Bəxtiyar. Günün, dövrün olaylarından, gerçəkliklərindən yazmaq, zəmanəmizin salnaməsinin yaradılmasında iştirak etmək öhdəliyi çiynimizdədir. Bütün peşə sahiblərinin portretini, xarakterik cəhətlərini təqdim edirik, özümüzə gələndə yaşımızın yuvarlaq rəqəmi, həyatımızda baş verən hansısa hadisə siqnal,...
ANL
“Cəhənnəm sakinləri”nin premyerası olub. Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin təqdimatında “Cəhənnəm sakinləri” tamaşasının premyerası gerçəkləşib. Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Fi...
ANL
Qusarda rəssamların yaradıcılıq emalatxanası təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qusarda istedadlı rəssamların yaradıcılıq emalatxanası açılıb. Nazirlikdən verilən məlumata görə, Darvin Vəlibəyov, Şamil Buksayev, Telman Babayev, Ələsgər Kazımov, Fərhad İsgəndərov, Arzu Əsgərov, Adil Yusifov, Anar H...
ANL
Cəfər Cabbarlının yaradıcılığına həsr olunan səyyar sərgi açılıb. Səbail rayonundakı 190 nömrəli orta məktəbdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, C.Cabbarlının ev-muzeyinin təşkilatçılığı ilə səyyar sərginin açılış mərasimi keçirilib. Adıçəkilən idarədən verilən məlumata görə, sərgidə böyük dramaturqun...
ANL
M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında gənc “Gənc Ədiblər Məktəbi”nin üzvü Nuranə Nurun “Yazıçı” nəşriyyatında çapdan çıxmış “Yanaqda yağış yeri” kitabının təqdimat mərasimi keçrilib. Tədbiri giriş sözü ilə “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri şair Qəşəm Nəcəfzadə açıb. Bakıda boya-başa çatıb və təhsi...
ANL
Bizi özümüzə bənzədən... YAZIÇI XEYRƏDDİN QOCANIN SATİRİK ƏSƏRLƏR TOPLUSU İŞIQ ÜZÜ GÖRÜB. Satira – roman, povest, hekayə, dram, şeir kimi müxtəlif növlərdə olub, ictimai həyatın mənfiliklərini qəzəblə ittiham edən, yaxud kəskin surətdə lağa qoyan əsərlər deməkdir. “Satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı ...
ANL
Vətənin qədri əzizdir Sonaya canı kimi, Sevir öz yurdunu qəlbindəki imanı kimi, Vətəni sevəcəkdir əhd ilə peymanı kimi –. Olmaram razı əgər cəhldə qalsa vətənim. Vətənim qalsa əgər cəhldə, yansın bədənim. Sona xanım Axundova-Qarayeva. Vaxtı qatara bənzədənlər səhv etməyiblər... Axar suya ikinci dəfə girilmədiyi kimi va...
ANL
Şəhər və rayon kitabxana sistemlərinin direktorları üçün təlimlər başa çatıb. Şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində qısa müddətli təl...
ANL
“Vəkil hekayəti”nin çəkilişləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan “Vəkil hekayəti” filminin çəkilişləri yekunlaşıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, filmdə müasir həyatda baş verən hadisələrdən, gənc və bacarıqlı vəkilin başına gələn əhvalatlardan danışılır....
ANL