text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Həyat dadı verən sətirlər. İmdat Avşarın hekayə və şeirləri haqqında təəssüratım. İmdat Avşardan ilk oxuduğum "Anamın saatları" hekayəsiydi. Və o gündən bu yana İlham kompyuterdə, telefonda hər texniki yeniliyi mənə öyrətməyə çalışır. Bilirəm niyə belə edir... Susuram və dediklərini cidd-cəhdlə öyrənməyə çalışıram. "... | ANL |
Naxçıvanda xalçaçılığın tarixi inkişaf yolu sistemli araşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncamı ilə nəzərd... | ANL |
Ən yeni tariximizi səngərlərdə yazan alim. Bir vaxt insanların - sadə camaatın qəzetlərdə dərc edilənlərə birmənalı inandığını çox görmüşəm: "Qəzetdə belə yazılıb!" İnsanlarda bu inamı hər sözünə görə məsuliyyət daşıyan, yazdıqlarının, dediklərinin dəyəri, çəkisi olanlar yaratmışdılar. Cavanlığımdan söz sənəti... | ANL |
Dənizlə qol-boyun poeziya. Həmişə düşünmüşəm, ulu Yaradan insanlığa və təbiətə iki bənzərsiz ilahi gözəllik bəxş edib: onun biri dənizdir... Siz heç səhər dan yeri ağarmağa başlayanda dənizdən Günəşin doğmasını, gizlin-gizlin boylanmasını görmüsünüzmü? Ayın və ulduzların günümüzün yarısını Günəşə verdiyi an təb... | ANL |
Azərbaycan dünya kosmik sənayesində mövqeyini möhkəmləndirir. Ekologiya və fövqəladə hallar məsələləri üzrə ekspert, Azərbaycanın ilk milli telekommunikasiya peyki olan "Azerspace-1"in buraxılışına hazırlıq üzrə İşçi qrupun üzvü, texnika elmləri doktoru, professor, Beynəlxalq Energetika Akademiyasının, Rusiya Tə... | ANL |
Nağı Nağıyev Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan hərtərəfli şəxsiyyətlərdən biridir. Bir çox sahələrdə uğurla fəaliyyət göstərən Nağı Nağıyevin Azərbaycan ədəbiyyatı tarixindəki ən böyük xidmətlərindən biri də ədəbi əlaqələrin yaranmasında göstərdiyi fəallıqdır. Onun müxtəlif xalqların ədəbiyyatlarınd... | ANL |
Əyalət qəzeti, necə yaşayırsan? Ömrünün böyük bir hissəsini qəzetçilik işinə həsr etmiş, bu peşənin fanatına çevrilmiş bir insan kimi mətbuatın, xüsusilə də region mətbuatının bugünkü qayğıları və problemləri məni həmişə düşündürür, narahat edir. Bu gün region mətbuatı, onun problemləri haqqında müxtəlif səviyyələr... | ANL |
O, GÜRCÜ ŞAHZADƏSİ MERİ ŞERVAŞİDZE OLA BİLƏRDİMİ? Dünyanın bir çox dillərinə çevrilmiş ünlü “Əli və Nino” romanının müəllifi Qurban Səid haqqında uzun illər tədqiqatlar apardım. Almaniyada yaşadığım və almanca bildiyim üçün Qurban Səidin yaşadığı yerləri, evləri, küçələri, dincəldiyi kafeləri, restoranları gördü... | ANL |
Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan. Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik. Abay Kunanbayev - qazax ədəbiyyatının görkəmli klassikidir. Abay - Qazax xalqının milli-mənəvi dəyərlərinin böyük tərənnümçüsüdür. Qazaxıstanın müstəqillik və milli birl... | ANL |
Müsahibimiz jurnalist, yazıçı Natiq Məmmədlidir. Onunla yaradıcılığı, müasir ədəbiyyatla bağlı düşüncələri, bu yaxınlarda qalib gəldiyi koronavirusla bağlı yazı müsabiqəsi, eləcə də yenicə çap olunmuş “Qəhrəmanım sənsən” kitabı və bu kimi digər mövzular haqqında geniş söhbət etdik: - Natiq müəllim, bu karantin g... | ANL |
“Lo” romanı yaxın tariximizin aydın bədii güzgüsüdür. Hörmətli Əjdər müəllim, salam! Bu məktubun yazılmasına səbəb, romanın məndə oyatdığı təəssüratdır. Azərbaycan ədəbiyyatında bir çox tarixi romanlarla tanışlığım var. "Lo"nun işıq üzü görməsi ədəbiyyatımızda tarixən romançılıq janrına yeni bir üslub və nəfəs g... | ANL |
Sadəcə, Şahin Musaoğlu. Bəzən mənə elə gəlir ki, onu bizim eradan əvvəl tanımışam. Hə, bizim eradan əvvəl Misir piramidaları ətrafında var gəl edən görmüşəm, Kolizeydə bir yerdə qladiator döyüşlərinə baxmışıq, nə bilim vikinqlərin gəmilərində, drakkarlarda Xəzərdən Şimal dənizinə qədər üzmüşük... Mən də elə bu həkimin ... | ANL |
Həsən bəy Zərdabinin heykəli harda olsun? SorğuAzərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təklifi müsbət qarşıladığını, bunun həm Zərdabinin, həm də heykəlin yaradılmasında zəhməti olanların xatirəsinə bir sayğı nümunəsi olacağını dedi: "Əziz dostumuz, dəyərli həmkarımız Əlirza müəllim Balayevin təklifi kifayət... | ANL |
Bir nəğməlik əbədiyyət. Yəqin hər bir azərbaycanlıdan milli kinomuzu soruşsaq, ən tez xatırlananlar və ən çox sevilənlər sırasında "Ögey ana" filmi ön cərgədə olacaq. Rejissor Həbib İsmayılovun 1958-ci ildə çəkdiyi film elə ilk nümayişindən tamaşaçıların marağını, sevgisini qazanır. Həbib İsmayılov, Anna Yanın ss... | ANL |
“CəlilMəmmədquluzadəyaradıcılığındaetnoqrafiyaməsələləri”. AzərbaycanMilliElmlərAkademiyasının(AMEA)NaxçıvanBölməsininTarix,EtnoqrafiyavəArxeologiyaİnstitutununelmiişçisi,tarixüzrəfəlsəfədoktoruAytəkinQəhrəmanovanın"CəlilMəmmədquluzadəyaradıcılığındaetnoqrafiyaməsələləri”adlımonoqrafiyasıişıqüzügörüb. NəşrdəAzərbaycanə... | ANL |
Ən çətin vəziyyətdə də Jurnalist kimi davranmaq... Biz-1990-ların uşaqları gözümüzü müharibə şəraitində olan bir ölkədə açmışıq. Elan olunmamış Qarabağ müharibəsinin ən qızğın zamanında doğulan məndən 2-3 il sonra atəşkəs elan olunmasına baxmayaraq, Ermənistanla sərhədlərimiz, cəbhə bölgələrimiz hər zaman qaynar zon... | ANL |
Azərbaycan fəlsəfi və ictimai fikir tarixinə aid yeni kitab. Bu günlərdə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı monoqrafiyasının ikinci hissəsi "Elm və təhsil" nəşriyyatında çap olunub. ... | ANL |
"Ədəbi-bədii dil və dilçilik araşdırmaları"nın birinci cildi nəşr olunub. AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın "Ədəbi-bədii dil və dilçilik araşdırmaları" kitabının I cildi nəşr edilib.... | ANL |
Kamal Abdullanın hekayələrini oxuyur və xatırlayıram... Mifoloji ənənə arxaik deyil, çağdaş günümüzə qədər insanı müşayiət edir. Çünki insan həmişə gözəgörünməz, amma əbədi olan, şüuraltı hiss edilən nəsnələrə toxunmaq, əslinə varmaq istəyir. Mifoloji təcrübə həm də ona görə xüsusilə dəyərlidir ki, bizdən əvvəl... | ANL |
Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə rəhbərliyə gəldiyi dövrdən, digər klassiklər kimi, Hüseyn Cavidin yaradıcılığına da dərin maraq göstərir, öz çıxışlarında onun da adını Azərbaycan ədəbiyyatı tarixində xüsusilə böyük xidmət göstərmiş sənətkarların sırasında fəxrlə çəkirdi.... | ANL |
Yunus Oğuzun romanları: tariximizin bədii salnaməsi. Yunus Oğuz siyasətçi, jurnalist, tarixçi, türkoloq-alim olmaqla yanaşı, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının sayılıb-seçilən tarixi roman ustalarından biri kimi imzası yetərincə tanınan və oxunan müəlliflərdəndir. "Nadir şah" romanında, sələflərindən fərq... | ANL |
Müəllim ucalığı, alim mötəbərliyi. Hər dəfə görkəmli alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin çoxcəhətli fəaliyyətini xarakterizə etmək istəyəndə, istər-istəməz diqqətimizi iki sahə cəlb edir - müəllimlik və alimlik. Bir-birini tamamlayan bu iki sahə əslində, onun geniş ... | ANL |
Milli mətbuatının dövlətçilik ənənələri. Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna diqqət və qayğısı, dövlətin uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV-in inkişafında yeni bir mərhələ oldu. Ulu öndərin mətbuat üzərində əvvəlcə hərbi senzuranı, sonra bütövlükdə senzuranı ləğv etmə... | ANL |
Milli Kitabxana “Azər Rzayev. Altı simfonik lövhələr” not məcmuəsini nəşr etdirib. Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Azər Rzayevin anadan olmasının 90 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanası “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” seriyasından “A... | ANL |
Müəllim ucalığı, alim mötəbərliyi. Hər dəfə görkəmli alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin çoxcəhətli fəaliyyətini xarakterizə etmək istəyəndə, istər-istəməz diqqətimizi iki sahə cəlb edir - müəllimlik və alimlik. Bir-birini tamamlayan bu iki sahə əslində, onun geniş... | ANL |
Yazı masası səngər olan jurnalist. Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim. Onda müharibə publisistikası yox idi. Bu, Rəşidin publisistikası ilə başladı, desək, səhv etmərəm. Bu məqalələr təzə-təzə yaranan müharibə publisistikasıydı və bu, az sonra daha doğmalıqla etiraf ediləcəkdi. Mən bu məqalələri... | ANL |
Klassik ədəbiyyatşünaslığımızın korifeyi. 85 ildən sonra Azərbaycan Respublikasının Əməkdar elm xadimi, "Şöhrət" ordenli kavaleri, filologiya elmləri doktoru, Gəncə Dövlət Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, klassik ədəbiyyatımızın ... | ANL |
"Retro tamaşalarla nəsillər arasında mənəvi körpü yaratmağa çalışırıq". Müsahibimiz Sumqayıt Dövlət Dram Teatrının direktoru, əməkdar artist Mübariz Həmidovdur. Bir az geriyə qayıdaq. Biz də yaradıcı kollektiv olaraq, sərəncama, əsasən böyük dramaturqun "Solğun çiçəklər" pyesini repertuara daxil etdik. Əsasən, tel... | ANL |
“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə. Koronavirus pandemiyasının bütün sahələrdə olduğu kimi, təhsil sistemində də müəyyən təsirləri müşahidə olundu. Martın əvvəlindən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonuna qədər dayandırıldı. Lakin təhsil mü... | ANL |
Bilirəm, yadınızdadır, adını eşidən kimi bənzərsiz və iştahaçan qoxusu da gəlib doldu burnunuza. Bəlkə, ətrafa da boylandınız ki, birdən bu qoxunun hardan gəldiyini, təndirin kimin həyətində qalandığını tapa bildiniz. Bir görəsiniz, sinəsinə döşlüklü, üz-gözünü alov yaxmasın deyə başını çit yaylıqla bağlayan, a... | ANL |
Mərhum şair Fərqanə Mehdiyevanın kitabı “ulduzlu nəşrlər"də. Azərbaycan Yazıçılar Birliyinin və "Ulduz" jurnalının ortaq layihəsi olan "#ulduzlu nəşrlər" seriyasından növbəti - doqquzuncu kitab işıq üzü görüb. Bu seriyada mərhum şairə Fərqanə Mehdiyevanın müxtəlif illərdə qələmə aldığı şeirləri yer alıb. Məlumat üçün... | ANL |
Milli mətbuatımızın banisi, görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabinin "Bakı salnaməsi. O dövrdə çar Rusiyasının ucqarı sayılan Azərbaycanda ilk qəzet olan, 1871-ci ildən başlayaraq həftədə bir dəfə rus dilində nəşr edilən "Bakinski listok"un naşiri və redaktoru H.Zərdabinin müəllim həmkarı, Bakı Realnı gimnazi... | ANL |
Ədəbiyyatdan əbədiyyətə. Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik. Azərbaycan-Özbəkistan: iki dövlət və bir can deməkdir. Özbəkistan-Azərbaycan: iki ölkə və bir cahan deməkdir. Azərbaycan-Özbəkistan: qardaş xalq və əsl dost məkan deməkdir. Özbəkistan - Azə... | ANL |
“Azərbaycanın ən böyük sərvəti vətənpərvər insanlarıdır. ŞƏHRİZAD SÜLEYMAN: “DAHİ ƏDİBLƏRİMİZDƏN BƏHS EDƏN. KONFRANSLAR ƏRƏB TƏLƏBƏLƏRİN HƏDSİZ MARAĞINA SƏBƏ OLUR”. Həmsöhbətimiz Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Universitetinin Beynəlxalq əlaqələr kafedrasının azərbaycanlı müəllimi, şərqşünas, tədqiqatçı,... | ANL |
Milli mətbuatın dövlətçilik ənənələri - II yazı. Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna diqqət və qayğısı, dövlətin uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV-in inkişafında yeni mərhələ oldu. Ulu öndərin qərarları ilə mətbuat üzərində əvvəlcə hərbi senzuranın, sonra bütövlükdə d... | ANL |
"İşıqlı əməlləri Aqşin Babayevi daima yaşadacaq". Bu ərəfədə ədibi bir daha yad etmək üçün oğlu Gündüz Babayevlə söhbətləşdik. Aqşin müəllimin vəfatı və yası karantin zamanına təsadüf etdi, mərasim də verə bilmədiniz. - Atam rəhmətə gedəndə ailə olaraq bir qərar qəbul etdik ki, nəinki dövlətin karantin qanunların... | ANL |
Leonid Kalaşnikov,: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Əlbəttə ki, Azərbaycan ərazisidir. Lakin heç kəs bu ərazilərin geri qaytarılması üçün heç nə etmir, məsələ budur. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı indiyə kimi bir sıra səhvlər edilib. Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli. Sputnik Azərbaycan AP... | ANL |
Şəxsiyyət meyarı və vətəndaş amalı ilə. Timuçin Əfəndiyev haqqında. Şəxsiyyəti, ləyaqəti, istedadı və sadəliyi ilə böyük hörmət və nüfuz qazanan, xalqına və vətəninə qəlbən bağlı olan, həyatının faydasını faydalı və mənalı əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, təhsilinə böyük töhfələr verən hər bi... | ANL |
Azərbaycan Jurnalistikasının tanınmış nümayəndələrindən biri, görkəmli ictimai xadim Aydın Quliyevin 60 yaşı tamam olur. Qələmin, sözün müqəddəsliyini həmişə uca tutan, istedadlı insanları yaman gözlərdən qoruyan, sadə, səmimi, xeyirxah, kövrək, aydan arı, sudan duru, ürəyi, qəlbi doğma Vətənlə döyünən Azərbaycan oğl... | ANL |
Sənsiz. İyirmi yeddi ildir sənsizliyə dözməyənlər dünyasını dəyişdi, Ağdamım mənim. İyirmi yeddi il fil qulağında yatdıq, qeyrətimiz çatmadı ki, səni düşmən pəncəsindən xilas edək, Ağdamım mənim! Qoynuna gəlmişdim. Nələr gördüyümü dildə demək çətindir, gözünlə görəsən gərək. Uzundərədən keçib Ətyeməzliyə çatdm. Hər tər... | ANL |
Aktyorların istedadının, peşəkarlığının ölçü vahidlərindən biri də oynadıqları mənfi obrazların səviyyəsidir. Bütün dünyada mənfi obrazı yaratmağın çətinliyi hər zaman etiraf olunub. Elə aktyorlar var ki, tamaşaçılar onlara mənfi rollarına görə nifrət edib, həyatda da o obrazın şəxsiyyətinə görə tənqid ediblər. ... | ANL |
Milli Kitabxananın Arxiv fondu mətbuatımızın ilk nümunələrinin orijinal nüsxələri ilə zənginləşmişdir. Bu günlərdə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın ötən ildən həyata keçirməyə başladığı birgə layihə çərçivəsində XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan milli mətbua... | ANL |
Qocaman jurnalist Teymur Əhmədovun 90 illik yubileyi münasibətilə onlayn tədbir keçirilib. İyulun 20-də Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin "XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun jurnalistlik fəaliyy... | ANL |
Milli irsin yaşadılmasında Azərbaycan Milli Xalça Muzeyinin uğurları. Koronavirus pandemiyası ilə əlaqədar iş ahənginin dəyişməsinə baxmayaraq Azərbaycan Milli Xalça Muzeyi (AMXM) 2020-ci ilin birinci yarısını da uğurla başa vurub. Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində muzey beynəlxalq əl... | ANL |
"Mətbuat çoxşaxəli olduğu üçün onun fəlsəfəsi də çoxşaxəlidir". Belə əlamətdar gündə doğulmaq bir jurnalistə, media təmsilçisinə nələr hiss etdirir? Əlbəttə, eyni gündə iki bayramı qeyd etmək ikiqat sevincdir. Həqiqətdə isə mənim ad günüm Milli Mətbuat gününün yanında bir damladır. 22 iyul sözə qiymət verən günümüzün ... | ANL |
"GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİMİZİN TANINMAYAN VARİSLƏRİNİ TAPIB ONLARA AZƏRBAYCANI SEVDİRMƏK MƏNİM ƏN BÖYÜK UĞURUMDUR". Jurnalist, araşdırmaçı Hafiz Əhmədov Tovuz rayonunun ucqar bir kəndində oturub Azərbaycanın və dünyanın tarixi şəxsiyyətlərinin varisləri ilə xüsusi müsahibələr hazırlayır, özünün "Hafiztimes.com" s... | ANL |
Bilmirəm niyə indi birdən yadıma düşdü. Yəqin lap qocalmışam, şair demiş, ölənlərim, dirilərim düzülür sırayla gözümün qabağında. Artıq Qarabağı almışdıq. İllərdi bütün tarix kitabları bunu yazır, alimlərin elmi əsərləri bundan bəhs edir, nə bilim, roman, poema, teatr, kino, opera, balet bu günləri, ordumuzun Xa... | ANL |
Səttar Bəhlulzadə: Kəpəzin göz yaşları. "Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir" deyirdi Səttar Bəhlulzadə. Vətən torpağı, yurd sevgisi onun İlham mənbəyi idi. Bu sevgini təc... | ANL |
Milli mətbuatın dövlətçilik ənənələri - III yazı. Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna diqqət və qayğısı, dövlətin uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV-in inkişafında yeni mərhələ oldu. Ulu öndərin qərarları ilə mətbuat üzərində əvvəlcə hərbi senzuranın, sonra bütövlükdə ... | ANL |
Tarixi rəngləyən rəssam - Tural Hüseyn ilə müsahibə. Rubrikamızın budəfəki qonağı "Rənglənmiş tarix" səhifəsinin admini, gənc rəssam Tural Hüseyndir. Sosial şəbəkələrdə şəxsi simasından daha çox ərsəyə gətirdiyi işlərilə tanınmağı bacaran istedadlardan biri də odur. Təxminən 3 ilə yaxındır, Azərbaycanın tarixinə və... | ANL |
Hüseyn Əhmədov fenomeni. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın işıqlı zəka sahiblərinin formalaşdırdığı maarifçilik hərəkatı keçən əsrin 20-ci illərində yeni pedaqoji mühitin yaranması ilə nəticələndi. Tədris və elmi-tədqiqat müəssisələri yarandı. Elmin digər sahələrində olduğu kimi, pedaqogika sah... | ANL |
ŞAHİN MUSAOĞLU: "HƏR BİR ORDUNUN ZƏFƏRİNİN ARXASINDA ONUN AYDINLARININ, ZİYALILARININ SÖZ QƏLƏBƏSİ, İDEOLOJİ MÜHARİBƏ QƏLƏBƏSİ DAYANIR". Budəfəki müsahibim ötən əsrin 90-cı illərində, vətənimizin başında qara buludlar dolaşan bir vaxtda vətənpərvərlik türküləri ilə insanları mərdliyə, şücaətə səsləyən Şahin Mus... | ANL |
Halallığın mənəvi meyarı. Azərbaycanın böyük romantik ədibi Abdulla Şaiq deyirdi: "Mən yazıçılığıma görə müəllimliyimə borcluyam". Onlar XIX əsrdən başlanan maarifçilik hərəkatının ənənələrini yeni tarixi şəraitdə davam etdirirdilər. Bu proses bu gün də davam edir və bu davamçılardan biri də müəllimliklə bərabər,... | ANL |
Sərgidə Azərbaycan milli mətbuatının inkişafına dair rəsmi sənədlər, Milli Kitabxananın arxiv fondunda mühafizə olunan mətbuat tariximizin misilsiz bir hissəsini təşkil edən dövri-mətbuat nümunələri, mətbuat və jurnalistikamızın inkişafı tarixini əks etdirən kitab və məqalələrin elektron resursları yer alır. Milli mət... | ANL |
"Azərbaycan ədəbiyyatına duyduğum sevginin kökündə millət sevgisi var". - Bəxtiyar bəy, sizi Azərbaycanda Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm işlər görmüş bir insan kimi tanıyırıq. Bu gün iki ölkə arasındakı bu münasibətləri necə dəyərləndirirsiniz? Türkiyə ilə Azərbaycan arasındakı kör... | ANL |
İstedad və şəxsiyyətin vəhdəti. Onu layiq olmadığı zirvəyə qaldırmaq mənəvi məsuliyyətsizliyin ən bariz nümunəsi deyilmi? Amma möhkəm təməl və sütunlar üzərində olan yüksəliş daha möhkəm və əbədi olur. Görkəmli şəxsiyyət meyarı boyla-buxunla, görkəmlə ölçülmür. İnsan bu ucalığa əməli, fəaliyyəti və cəmiyyətə ve... | ANL |
Mustafa bəy və onun kafedrası. 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti uzun sürən gərgin müzakirələrdən sonra Bakı Universitetinin təsis edilməsi haqqında qərar qəbul etdi. Azərbaycanın elm və təhsil sisteminin tarixində önəmli rola malik olan Bakı Universitetinin ilk rektoru, gö... | ANL |
“Bir alənin iztirablarla dolu taleyindən bəhs edən tarixi-publisistik əsər. Jurnalist-tədqiqatçı Vasif Quliyevin yeni kitabı Azərbaycanın Qarabağ bölgəsinin şan-şöhrətli Mehmandarovlar ailəsinin keşməkeşli, amma tariximiz və millətimiz üçün nümunəvi həyatının təsvirinə, təhlilinə və tərənnümünə həsr olunub. Bəli,... | ANL |
Tanıyaq və tanıdaq: Fərman Fərzi Mövlan. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya ... | ANL |
Şahbulaq qalası. "Pənah xan düşündü ki, mən təzəbinə bir adamam, Cavanşir və Otuziki elatı, Xəmsə məliklikləri mənə düşməndir. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdən kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyin... | ANL |
Milli mətbuatın dövlətçilik ənənələri - IV yazı. Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna diqqət və qayğısı, dövlətin uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV-in inkişafında yeni mərhələ oldu. Ulu öndərin qərarları ilə mətbuat üzərində əvvəlcə hərbi senzuranın, sonra bütövlükdə d... | ANL |
Tanınmış yazıçı Əjdər Olun bir müddət əvvəl nəşr edilmiş "Lo" romanı ədəbi mühitdə geniş əks-səda doğurub, müzakirələrə səbəb olub. Romanla bağlı tənqidçi Nərgiz Cabbarlı ilə professor Rüstəm Kamalın bu yaxınlarda "Ulduz" jurnalı üçün təşkil olunmuş söhbət-müzakirəsini təqdim edirik. Yəqin, siz də tez- tez şahid ... | ANL |
Nizami irsinin yorulmaz tədqiqatçısı. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biri olan professor Xəlil Yusiflinin elmi fəaliyyətinin böyük bir hissəsini nizamişünaslıq təşkil edir. Alim 1961-ci ildə "Nizaminin lirikası" mövzusunda namizədlik, 1987-ci ildə isə "Nizami Gəncəvi və Şərq... | ANL |
"Məktəblinin dostu" layihəsi - Azərbaycan təhsilinin uğurlu yeniliyi. Məqsəd tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır. Hazırda "Məktəblinin dostu" layihəsi 70 ümumtəhsil məktəbind... | ANL |
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi. Çoxşaxəli, yaradıcılığı ilə ədəbiyyatımıza töhfələr verən, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi kimi tanınan filologiya elmləri doktoru, professor Vaqif Sultanlının ədəbi tənqid və ədəbiyyatşünaslığa dair axtarışları ... | ANL |
Reyhan arvad on gün olardı ki, huşsuz vəziyyətdə idi. Daha dili də tutulmuşdu. Arabir gözünü açır, ətrafa nəzər yetirir, baxışlarını qapıya tuşlayır, yenidən təngnəfəs halda kirpiklərini bir-birinə sıxırdı. Arvad çox əziyyət çəkir. Qoy bir yolluq rahatlıq tapsın. Diriykən qulağı bir Quran səsi eşitsin. Aradan yarım ... | ANL |
Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Şuşaya poeziya bayramına gəlişindən 38 il ötür. Həmin tarixi hadisəni bəzi şuşalıların xatirələri, həmçinin, o dövrün mətbuatında dərc olunmuş materiallar əsasında oxucularımıza çatdırmağa çalışacağıq. Yığıncaqda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Kom... | ANL |
AZƏRTAC xəbər verir ki, döş nişanı ilə birlikdə sertifikatı və vəsiqəni, habelə nominant diplomunu Moskva şəhərində yerləşən Beynəlxalq Yazıçılar İttifaqının sədri Aleksandr Qriçenko və Elmi-Fantastik Ədəbiyyat və Kino xadimləri ittifaqının sədri, tərcüməçi Oleq Kolesnikov imzalayıblar. Qəbul olunmuş standartlara görə ... | ANL |
Yay aylarında koronavirusdan qorunaraq "Söz dünyası" kitabımın üçüncü cildi üzərində işləyirdim. İstedadlı şairimiz Ələkbər Salahzadənin Xocalı müsibətinə həsr olunmuş poeması haqqında çoxdan düşündüyüm yazını yazırdım. Elə bu vaxt erməni faşistlərinin Tovuz təxribatı haqqında xəbərlər gəldi. Müqəddəs şəhidlərimizə - q... | ANL |
Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanda vüsət alan Milli Azadlıq Hərəkatı az sonra ən müxtəlif fəaliyyət sahələrinə də təsir göstərdi. Çox keçmədi, ölkədə bir-birinin ardınca yeni, partiya-sovet təbliğatından uzaq müstəqil nəşrlər yaranmağa başladı. Bu gün ölkənin ən müxtəlif media orqanlarında bir vaxtla... | ANL |
Maddiyatı vətənindən üstün tutursansa, səndən vətənpərvər olmaz". Ölkəmizdə bir əsrə yaxındır bizimlə birlikdə olan uşaq mətbuat orqanları var. Yəqin hər birimiz lap uşaqlıqda bu jurnalın adını eşitmiş olarıq. Tanınmış jurnalist, "Günəş" uşaq jurnalının baş redaktoru Vasif Quliyevlə vətənpərvərlik mövuzsundakı ... | ANL |
İstedadın zamanı və məkanı olmur". "HARADA YAŞAYIR-YAŞASAN, İSTEDADI OLAN ADAMIN YARADICILIĞININ SƏDASI BİR GÜN HƏR TƏRƏFƏ YAYILIR". - Ən çox hansı məşhurun şəklini həvəslə işləmisiniz? - Çəkdiyim rəsm əsərlərinin hər biri mənə həyatım qədər dəyərlidir. Rəssamlıqda peşəkarlığın yüksək zirvəsinə ucalmaq istəyirsənsə, ... | ANL |
- Ramiz Məmmədzadənin şeirləri. İstanbul şəhərindəki 15 əsrlik Ayasofya məbədinin indən belə muzey deyil, məscid kimi fəaliyyət göstərməsinə dair Türkiyə Dövlət İşləri Məhkəməsinin qərarını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiq etdi. Sənə salam olsun, Ayasofya! Poladlaşmış daşlarına, Daşlaşmış... | ANL |
Bu gün yurdumuzun, millətimizin inkişaf səviyyəsi gələcək sahiblərinin aldığı tərbiyədən çox asılıdır. Deməli, böyüməkdə olan gənc nəslin təlim və tərbiyəsinə yönəlmiş pedaqogika elmi bütün zamanlarda olduğu kimi, öz aktuallığını, zəruriliyini saxlamaqdadır. Bu bir həqiqətdir ki, nəzəriyyəni əzbərləyib elmə "baş... | ANL |
Milli mətbuatın dövlətçilik ənənələri - V yazı. Ümummilli lider Heydər Əliyevin mətbuata müstəsna diqqət və qayğısı, dövlətin uğurlu media siyasəti 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV-in inkişafında yeni mərhələ oldu. Ulu öndərin qərarları ilə mətbuat üzərində əvvəlcə hərbi senzuranın, sonra bütövlükdə dö... | ANL |
Azərbaycan-Türkiyə: Əbədi birlik və qardaşlığın təntənəsi. Son vaxtlar Azərbaycanda baş vermiş siyasi-hərbi hadisələr ölkəmizə beynəlxalq birliyin, dünya dövlətlərinin geniş miqyasda dəstəyinin ifadə olunması, dövlətlərarası münasibətlərin bir daha aydınlaşdırılması baxımından da əhəmiyyətlidir. Dünya ictimaiyyətinin ö... | ANL |
Azərbaycanda dil siyasəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri. Dövlət dili real sosial-linqvistik hadisə kimi çoxdan mövcud olsa da, sosial-linqvistik anlayış kimi yenidir və tarixən daha çox yaşadığımız yüzilliklə bağlıdır. Dil siyasəti Azərbaycan ... | ANL |
Müşfiq. (Mikayıl Müşfiqin xatirəsinə). Vərəqi ana torpaq, Qələmi yaz yağışı. Dönməzdi vətən andı, Azadlıqdı muradı. Qəlbi eşqin adası, Dalğalardı sədası. Şimşəklərdi nidası, Buludlardı alqışı. Hələ heç bir mənanın, Sözün yetə bilməyən. Qatına yetən şeir. Göyərməyən daşın da, Üstündə mamır kimi, Göyərib bitən şeir. Yaza... | ANL |
Tanıyaq və tanıdaq. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələməd... | ANL |
Litva ictimai radiosunda erməni təxribatları və yalanları növbəti dəfə ifşa olunub. Litva ictimai radiosunun "Rytoi garsai" (Xəbərlər xəritəsi) buraxılışında litvalı jurnalist Karine Urbanaviçiutenin müəllifi olduğu reportaj iyulun 24-26-da bir neçə dəfə yayımlanıb. Ölkəmizin Litvadakı səfirliyindən AZƏRTAC-a verilən ... | ANL |
Toy və yas mərasimlərindəki. dəbdəbədən necə xilas olmalı? KARANTİN GÜNLƏRİNDƏ YAS MƏRASİMLƏRİ İLƏ BAĞLI TƏTBİQ EDİLƏN MƏHDUDİYYƏTLƏR MÖVZUNU YENİDƏN AKTUALLAŞDIRDI. Azərbaycanda toy və yas mərasimlərinin ildən-ilə daha da dəbdəbəli hal alması və bunun müqabilində yaranan israfçılıq zaman-zaman gündəmin əsas mövzuların... | ANL |
Hidayət və İrəvan. ədəbi-mədəni mühiti. Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik, ictimai və ədəbi-estetik fikrimizin inkişafında böyük rolu olan mahallarından biri də Zəngəzurdur.Qədim Zəngəzur mahalı Azərbaycan elm və mədəniyyəti tarixinə önəmli töhfələr verən alimlər, ədəbiyyat və incəsənət xadimləri, ict... | ANL |
Şanlı tarixin yüzüncü ili ekranda. Məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq olan bu üsyanlar XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriy... | ANL |
"Sosial şəbəkələr mənim üçün. FİRUZ MUSTAFA: “SOSİAL ŞƏBƏKƏLƏRİ İTİ BIÇAQLA MÜQAYİSƏ ETMƏK OLAR - BAXIR O BIÇAQ KİMİN ƏLİNDƏDİR”. Budəfəki həmsöhbətimiz Əməkdar incəsənət xadimi, filosof, nasir, dramaturq Firuz Mustafadır. Virtual məkanla bağlı yazdığı hekayələrilə izləyicilərin xüsusi marağına səbəb olan həmsöhbətimiz... | ANL |
Fərqanə Mehdiyevanın əziz xatirəsinə. ...Bacım o lənətəgəlmiş xəstəliyin ucbatından dünyasını dəyişəndə Fərqanənin hələ tükü duruydu: redaksiyaya girməyiylə aləmi qatırdı, gərək "Ulduz”da hamı biləydi ki, Fərqanə iş başındadı, içimizin ən qaradinməzi Dürdanə üç kərə "Fəqiş!” çığırandan sonra onu güclə sakitləşdirmək ol... | ANL |
Başına gələn işlərdən, Çox narahat görünürdü. Adamlar yeyin, yüyürək, Cavanlar çevik, şivərək. Qocalar oddan keçərək. Yenidən dünyaya gəldi. Havada quşlar dincəldi, Gülləyə tuşlar dincəldi... Nalələr, ahlar dincəldi. Torpaq şırım-şırım idi, Əsəblər lap tarım idi. Dünyaya etdiyi zülmü. Bir az çoxaldı mərhəmət, Bir az se... | ANL |
Ozan-aşıq irsimizi zənginləşdirən sənətkar. DƏYƏRLİ SƏNƏT NÜMUNƏLƏRİ YARATMIŞ AŞIQ ORUCUN ƏSƏRLƏRİNİN TƏBLİĞİNƏ EHTİYAC VAR. El-obanı hörmətə mindirən, onu başqalarına tanıdan həm də qiymətli, dəyərli və istedadlı övladlarıdır.Torpaq həm də ona görə müqəddəsdir ki, onun yetirdiyi əvəzsiz şəxsiyyətlər var. Alim, şair, r... | ANL |
Bədii nəsrimizdə seçilən imza. Nasir, ssenarist, rejissor və jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb və "Mənə bir məsləhət verin" adlı ilk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında işıq üzü görüb. O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında öz... | ANL |
Mən keçmiş Mərkəzi Komitə və Nazirlər Kabineti aparatlarında işlədiyim illərdə bir sıra hadisələrin iştirakçısı olmuşam. İlin-günün bu vaxtında belə bir qənaətə gəldim ki, həmin hadisələrin bir qismini qələmə alıb oxuculara çatdırım... Mərkəzi Komitə katibinin göstərişi. Mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komit... | ANL |
Azərbaycandan cahana bir. Davamlı olaraq Türkiyə mətbuatında müxtəlif ədəbi yazıları, məqalələri və şeirləri dərc edilir.Bir sıra ədəbi mükafatlara layiq görülüb. Hazırda Boğaziçi Universitetində Türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alır, türkologiya üzrə də çalışır. Qazaxıstan və Özbəkistanda ədəbi və elmi kon... | ANL |
Tarixçə. Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir. Bu ... | ANL |
Dünya ədəbiyyatı anlayışına. dərgisinin xüsusi sayına müqəddimə. Dünya ədəbiyyatı - yer kürəsində yaşayan bütün xalqların yaratdıqları seçilmiş ədəbiyyat deməkdir. Dünya ədəbiyyatı - planetdə yaranan ən mükəmməl bədii əsərlərin ümumiləşdirilmiş külliyatıdır. Bundan başqa, dünya ədəbiyyatı anlayışı həm də böyük ədəbiyya... | ANL |
İsmayıllı qalaları. Doğma Azərbaycanımızın hər yeri, hər guşəsi gözəldir, əlvandır, zəngindir, cazibədardır. Gözəlliklərin, zənginliklərin qoynunda dünyaya göz açdığımızdan, burada boya-başa çatdığımızdan və demək olar ki, hər gün, hər an onunla təmasda olduğumuzdan çox zaman bu diyarın dəyəri, qiyməti və təkrarsızlığı... | ANL |
Nəriman Nərimanov və. Azərbaycan dövlətçiliyi. Tarix həmişə şəxsiyyətlərə möhtacdır. Tarix şəxsiyyətləri, şəxsiyyətlər də tarixi yaradır. Hər bir millətin tarixi onun şəxsiyyətlərinin əməllərində boy atır, təkamül edir, şəxsiyyət doğulur, o da istedad kimi Allah vergisidir, ilahi qüdrətdən guc alır. Sonra isə tarix qaz... | ANL |
İlk oyuncaq ilk sevgi kimidir - unudulmur. Sizi bilmirəm, mənim yadımda o, ilk sirdaşım kimi qalıb.Uşaqlar ilk səmimi söhbətlərini oyuncaqları ilə edirlər. Hətta anaya belə deyə bilmədiklərini onunla bölüşürlər. Dediyim şübhəli gəldisə, ilk oyuncağınızı yada salın! Sovet dönəmində kəndlərdə qarışıq mallar mağazası olur... | ANL |
Türk xalqları ədəbiyyatşünaslığının layiqli təmsilçisi. Sovet dönəmində türk xalqlarının ədəbi-mədəni əlaqələri hakim ideologiyanın qəlibləri və sərhədləri çərçivəsində öyrənilsə də postsovet məkanında qarşılıqlı ədəbi ünsiyyətin intensivliyi və məhsuldarlığı təkzibolunmazdır. Türk-müsəlman xalqlarının tarixinin, dilin... | ANL |
Ruhun fəryadları və ya qırmızı auralı misralar. müqəddəs söz! qələmimə, kağızıma xoş gəlmisən! Şair olmaq üçün nə lazımdır görəsən? Söz sərrafımı olmalısan, natiqmi, filosofmu? Düzürsən qafiyələri, uyğun sözləri yan-yana, olur şeir. Amma bu şeir adlanan üç sətirlik, beş sətirlik bəndlərdə məna yükü varmı, dərindirmi sö... | ANL |
Ora çatdıqda qapılar açılacaq və biz xarüqələr yaradacağıq və həyatımız çox gözəl olacaq, deyə düşünürük. Valideyn, müəllim diktəsindən qurtulacaq, həyatımızın ən önəmli qərarlarını özümüz verə biləcəyik. Hətta ən sadələrinin də. Məsələn, çayımızı neçə qaşıq şəkərlə şirin edəcəyimizi, saçımızı necə kəsdirəcəyimizi, yem... | ANL |
Unudulmaz xatirələr. Bildiyimiz kimi, bu il görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə ölkə səviyyəsində keçiriləcəkdir. Böyük ədibin yubileyinin onu... | ANL |
deməyi bacaranlar çoxalıb”. O, ötən əsrdə yaratdığı rok qrupu ilə musiqi tarixinə öz adını yazmağı, gördüyü işlərlə tamaşaçıların yaddaşında dərin izlər buraxmağı bacaranlardandır. İfa etdiyi musiqilər, yazdığı şeirlərlə yanaşı, onun müxtəlif dövrlərdə televiziya kanallarında apardığı özünəməxsus verilişləri də olduqca... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.