text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Həqiqət naminə yazılan sətirlər. Kitab hər bir müəllifin həyata baxışının, düşüncə trayektoriyasının göstəricisi, mənəvi-ruhi ölçülərinin əyani həddidir. Yazıçı-publisist, şair, tədqiqatçı Əli Vəlioğlunun "Halal çörək" kitabının yeni nəşri işıq üzü görüb. Sadaladığımız səciyyəvi cəhətlər bu yeni kitabda da ehtiva olunu...
ANL
Tanıyaq və tanıdaq! Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədə...
ANL
Başımdan ürəyimə, haauzanar, yetməz. Uzanar, Ayağıma salama gələr. Başımın başıma qaxıncı olub. Sabah son çərşənbə bayramıdı, Sancısı o gündən qarnıma dolub: Acından bir qadın ağladı... Başımda arpa buğday saçlarım. Başımda quzey güney iqlimlərimin, Günəş-kölgə ayrılmazlığı. fəsillərimin qışlığı, payızlığı,yazlığı. Baş...
ANL
Bütün zənglər mütləq şəkildə nəyinsə dəyişdiyini eyhamlaşdırır. Bu, bir işarədir: kontekstindən asılı olaraq ya təhlükə, ya da xilas kimi mənalandırılır. Qapı zəngi kiminsə gəldiyini bildirir. Kilsə zəngi ibadət zəngidir, çağırışdır, haraydır: ideyanı aktuallaşdırır. Gəmi zəngi fəlakət zəngidir: dirənişə, qurtuluşa səs...
ANL
Anarın Azərbaycan dastanı. BU TORPAĞIN ƏSRLƏR BOYU ŞAHİDLİK ELƏDİYİ MÜBARİZƏLƏRİN ƏSAS HƏDƏFİ - "YAŞAMAQ HAQQI" BARƏDƏ. Pandemiyadan əvvəlki günlər idi, "525"in şənbə sayını oxuyanda Xalq yazıçısı Anarın "Yaşamaq haqqı" kitabı barədə bir səhifəlik tanıtım məqaləsinə rast gəldim.Kitab roman və ya povest kimi deyil, düny...
ANL
Əfəndi Elçinin əfəndiliyi. İnsan taleyində səbəb və nəticədən hansı daha əsasdır?.. Bunu dərindən çözmək də hünər istəyir. Biri digərinə bağlı olan bu dilemma, həyati keçidlər, təbii ki, eləcə zəruri, vacib yaşam elementi kimi bir-birini törədir və tamamlayır. Amma hansı daha önəmlidir? Bu da patetik olduğu qədər də, h...
ANL
Təsəvvüf ədəbiyyatının məşhur simalarından olan böyük mütəfəkkir və mütəsəvvüf Əlişir Nəvai "Lisanut-teyr" ("Quş dili") əsərini tam bir bəsirət gözü (ağıl - idrak gözü, təfəkkür gözü, qəlb gözü, ibrət gözü) ilə qələmə almışdır. Bu əsər, əslində, dünyanı dərk hadisəsidir. Nəfslə bağlı təsəvvüfi bir dastandır. Mənəvi eşq...
ANL
Yaşamaq istədiyimiz dünya budurmu?! BAŞIMIZA GƏLƏNLƏRİN İZAHI ÜÇÜN "KASSANDRA DAMĞASI" FORMULU. Çingiz Aytmatov imzasıyla tanışlığım, nəsildaşım olan bir çox azərbaycanlı kimi, orta məktəb dərsliyimizdəki "Manqurt" hekayəsi ilə başlayıb. Böyük qırğız yazıçısının "Gün var əsrə bərabər" romanından sadəcə kiçik bir hissə ...
ANL
Hüsniyyə Mürvətova: “Bəlkə də səsimlə. daha çox yadda qalacağam”. Bu gün Bakı Bələdiyyə Teatrının aktrisası, sevilən sənətçi, Əməkdar artist Hüsniyyə Mürvətovanın ad günüdür. Pandemiya və karantin zamanı olmasına baxmayaraq, zəhmətkeş aktrisanı bu dəfə də iş başında tapdıq. Yeni hazırlanan mono tamaşanın məşq prosesinə...
ANL
Qarabağ ədəbi-mədəni mühitinin. tarixi yeni baxış müstəvisində. Bu gün hər bir təəssübkeş Azərbaycan vətəndaşı, xüsusən ziyalılar doğma Qarabağın xalqımız üçün, dünənimiz, bugünümüz və gələcəyimiz baxımından necə böyük dəyər və əhəmiyyətə malik olduğunun fərqindədir. Odur ki, hər birimiz Qarabağın azad ediləcəyi günü d...
ANL
Hər şey Albert Eynşteynin nə zamansa qızına yazdığı bir məktubla tanışlığımdan başladı. Son dərəcə hərarətli hisslərdən yoğrulmuş beş-altı cümləlik o məktub məni nə dərəcədə cəlb elədisə, qürbətdə yaşayan qızım Leylanın ötən ilin oktyabrında anadan olmasının 40-cı ildönümünü təbrik üçün başqa sözlərə ehtiyac duymadım. ...
ANL
"Soyuq barmaqlıqlarda. Təxminən 10-12 il əvvəl ədəbiyyatımızda bir qadın pıçıltısı eşidilməyə başladı. Mətbəxdən gəlirdi bu pıçıltı. Amma hamı eşidə bilirdi. Əksər qadınlarımızın yaşantısı, içindəki səs idi bu: Neyləyək? Hər gün başımıza çırpılan çörək, Hər gün ayağımız altına düşən ürək. Sizi neyləyək? Hansınızı gözüm...
ANL
Söz təkcə danışıq, fikirlərin çatdırılması vasitəsi deyil, həm də haqq işığı, Tanrı sevgisidir. Yaşatma qüdrətinə malik olduğundan min-min illərdən bəri tarixlər sözlə yazılıb. Qobustan qayaüstü rəsmlərində ifadə edilənləri sonralar sözlə tarixləşdirmək mümkün oldu. Rəsmləri yaradan şəkillərin ifadə etdiyi fikirləri sö...
ANL
Əfsanə Rəvanın səhifəsi. GƏNC ŞAİRİN ŞEİRLƏRİ HAQQINDA QEYDLƏR. Son vaxtlar ən çox oxuduğum gənclərdir. Onların yeni səsi, nəfəsi, həyata və sözə baxışı məni çox təsirləndirir.Bəzən yaşlı şairlərdə tapmadığımı onlarda tapıram və bu da mənim yaradıcılığıma müsbət təsir göstərir. Bu hiss çox qəribədir. Bəzən düz başa düş...
ANL
Cəlil Məmmədquluzadə və Həmidə. xanım barədə təəssüratım. Mən neçə illər Mirzə Cəlil Məmmədquluzadənin uşaqlarına öz evlərində dərs vermişəm. Onun həyat yoldaşı Həmidə xanım ziyalı qadın idi, oğlanları və qızlarının təhsilinə böyük əhəmiyyət verərdi. O, evdə möhkəm qayda-qanun yaratmışdı. Uşaqlar dərsə aid göstərişləri...
ANL
Pedaqoq-maarifçi və şair Mirzə Xosrov Axundov 1889-cu ilin iyul ayının 13-də Şuşada ziyalı ailəsində anadan olub.Atası Mirzə Əli Aşiq öz dövrünün tanınmış şəxsiyyətlərindən idi. Onun Seyidli məhəlləsindəki məsciddə mədrəsəsi varmış. Müəllimlik etməklə yanaşı, şeirlər də yazıb. Xurşidbanu Natəvanın "Məclisi-üns", Mir Mö...
ANL
Bədii sözlə mücadilədə. Rus ədiblərindən birinin belə bir fikri var: "Şair ya var, ya yoxdur, yerdə qalanlar işığın ətrafında pərvanələrdir, oda toxunan kimi sıradan çıxırlar". Şairliyini elə ilk şeirlərindən sözlə amansız mücadilədə təsdiqləyən Kəramət (Şükürov) bu gün çağdaş poeziyamızın ünlü imzalarından biridir. Az...
ANL
Yusif Məhəmməd oğlu Mədətov - Yusif Nəğməkar! Bu ad ədəbi ictimaiyyətə də, poeziya həvəskarlarına da yaxşı tanışdır.Şairi tanıtdıran, sevdirən nədir? Şeirlərinə yazılan mahnılarmı? Özünün oxucularla, şeiri sevənlərlə mütəmadi ünsiyyətimi? Ya bəlkə bircə şeirimi ki, o şeir illərdən bəri dildə-ağızda gəzib-dolaşsın? Açığ...
ANL
İlk hekayələrini ötən əsrin 80-ci illərindən yazmağa başlayan yazıçı-jurnalist Dilarə Rüstəm (Quliyeva) yeni - 2-ci hekayələr kitabını "Otuz doqquz düyün" adlandırıb.İki hissədən ibarət kitabda müəllifin müxtəlif illərdə yazdığı 38 hekayə və 1 povesti yer alıb. Birinci hissədə hələ 20 il əvvəl işıq üzü görən "Mənim Şər...
ANL
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Romalılar Afinadakı Akropolun arxitektura abidələrini, şəhərsalma qaydalarının səmərəliliyini gördülər. Yunan elmi, fəlsəfəsi romalılar üçün məktəb, universitet hesab oluna bilərdi. Yunan qullar Romada müəllim, həkim işləyirdilər. Roma şairləri Homerdən, Hesiodda...
ANL
Vətəni ilə bütövləşib ucalan şair. Lakinbunların çoxu torpağa mədəsi ilə, cibi ilə, maddi maraqları ilə bağlıdır. Ancaq mən bir şeyə inanıram: inanıram ki, əsl sənətkarlar torpağa qanı ilə, ruhu ilə, yaradılış mayası ilə bağlanır və onların ruhu Vətən torpağının ətrafında əbədi pərvanəyə çevrilirlər. Görəsən, özülündə ...
ANL
Borçalıda Aşıq Kamandarın qırxıydı. Zəlimxan irəli durdu, açdı qara lenti. Barmaqları sazın yasa batmış telləri üstə gəzdi. Bundan az əvvəl qəbiristanda Kamandarın məzarı başında çıxış etmişdi... Sonralar mən bu məqamın təsiri altında "Sazın yasdan çıxması" adlı bir şeir yazıb çap etdirdim. Kim bilir, bəlkə də gələcəkd...
ANL
Tarixçə. Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir. Bu ...
ANL
İntihardan öncəki qadın. Ən gözəl cənnət qəhqəhə çəkən, kitab oxuyan və rəqs edən qadınların yetişdirdiyi insanların cəmiyyətidir. Məncə, bu fikrimdə yerdən göyə qədər haqlıyam. Tez-tez belə bir cəmiyyət xəyal edirəm: qadınlarının yad nəzərlər altında əzilmədiyi, şux davrandığı, küçələrdə ürəkdən qəhqəhə çəkə bildiyi, ...
ANL
"Azərbaycan cəmiyyətində həkimə ümumi inamsızlıq var" - Faiq Orucoğlu ilə müsahibə. TÜRKİYƏDƏ ÇALIŞAN TANINMIŞ OFTALMOLOQ FAİQ ORUCOĞLUNUN FİKRİNCƏ, YAXIN GƏLƏCƏKDƏ İNDİ MÜALİCƏSİ MÜMKÜN OLMAYAN GENETİK GÖZ XƏSTƏLİKLƏRİNƏ ÇARƏ TAPILACAQ. Türkiyədə yaşayan, tanınan azərbaycanlı göz həkimi Faiq Orucoğlu 27 ildir ki, öz i...
ANL
Qəbul imtahanında əla qiymət almaqdan böyük elmə. Professor Hüseyn Həşimlinin xatirəsinə. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin vəfat etməsi haqqında xəbəri qəfildən eşit...
ANL
Aygün Səmədzadənin yaşatdığı reallıq. Heç qollu-budaqlı ağaca baxdınızmı? Şahanə duruşlu yarpaqları arasından möcüzəvi bir gözəllik boylanan ağaca nəzər yetirdinizmi? Ona oxşamaq istədinizmi? Mən istəyirəm. Eyni bir ağaca yüz dəfə baxsam da, fərqli gözəlliklər görürəm. Ona səhnədə baxanda o şahanə duruşlu ağaclar düşür...
ANL
"Azərbaycanı dəyişən məhəbbət" haqqında düşüncələr - Resenziya. Milli məfkurə ilə, dövlətçiliklə bağlı olan hər ciddi əsər həm vətəndaşlıq heysiyyətinin ifadəsi, millətin, xalqın ümumi nuruna calanan yeni bir işıqdır. Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın "Azərba...
ANL
"Lo" romanı: gerçəkliyin uğurlu bədii inikası. Ədəbiyyatın əzəli və əbədi missiyası gerçəkliyi bədii şəkildə əks etdirmə bacarığıdır. Haqqında danışacağımız romanın orijinallığı və diqqətçəkiciliyi də onun gerçəkliyində, tarixi həqiqətləri bədii dillə ifadə etməsində, yaxın dünənimizin qaranlıq səhifələrini işıqlandırm...
ANL
Sadəlikdə gözəlliyin Vahid nümunəsi. Ulu ustadı Məhəmməd Füzulidə olduğu kimi, böyük qəzəlxanımız Əliağa Vahidin də iki qisim qəzəli var: "sadədil zəriflər" və "kamil müdəqqiqlər" üçün. Hər kəs öz payını aparır Vahiddən. Birinci tip qəzəllər sadə və anlaşıqlıdır, asan başa düşülür, onlarda ərəb-fars tərkibləri yoxdur, ...
ANL
Şirməmməd Hüseynovu yenidən oxumaq... - Cahangir Məmmədli müəllimini anır. BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor. Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Universitetinin birinci kursundakı tələbəlik çağımdan tanıyıram. ...
ANL
Professor Şirməmməd Hüseynovun əziz xatirəsinə. Əslində, yol uzaqdan başlayır... Mən əvvəlcə universitetdə Şirməmməd müəllimin tələbəsi olmuşam, auditoriyada mühazirələrini dinləmişəm, bir dekan kimi onun idarəçiliyini, mənəvi təmizliyini və sərtliyini görmüşəm. Sonra həmin universitetdə bir yerdə çalışmışıq, müəllim h...
ANL
Ədəbiyyatımızın romantizm mərhələsi: təşəkkülündən sonuna kimi - Azərbaycan ədəbiyyatının hazırkı durumu bir tərəfdən keçid dövrünün ictimai-sosial, mədəni şəraiti ilə, digər tərəfdən ədəbi proses və paralel olaraq, ədəbiyyatşünaslıq elminin daxili dəyişmələri ilə şərtlənir. Yeni ictimai-mədəni formasiyalarla xarakteri...
ANL
Ozan-aşıq sənətinin öyrənilməsi və təbliğinə mühüm töhfə. Son dövrdə Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin milli mədəniyyətin qorunması və təbliği yönündə yürütdüyü məqsədyönlü siyasət bu yöndə bir-birindən gərəkli addımların atılmasına yol açıb. Ozan-aşıq mədəniyyəti sahəsində görülən işlər də məhz bu əsasda həyat...
ANL
Türkologiyanın böyük fədaisi: professor Bəkir Çobanzadə. , Bakı Dövlət Universitetinin professoru, Azərbaycan elminə mühüm töhfələr vermiş krım-tatar əsilli Bəkir Çobanzadə qanlı 1937-ci il repressiyasının qurbanı olub. Onun həbsi və öldürülməsi ümumilikdə dünya türkologiyasına, xüsusən Azərbaycan filoloji elminə ciddi...
ANL
Yaddaşlara köçmüş sənətkara məktub - Elvin Nuri. BÖYÜK TÜRK DRAMATURQU TUNCƏR CÜCƏNOĞLUNUN RUHUNA SONSUZ EHTİRAMLA... Salam, böyük ustad, qüdrətli sənətkar və əziz dostum! Bu məktubumu Sizə rahat yazıram, bilirəm ki, harda olsanız da, kimsə - bəlkə, mələklər, bəlkə, ulduzlar mənim məktubumu gətirib mütləq sizə çatdırac...
ANL
Həyatda ən çox güvəndiyim şəxs müəllimdir. Çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür. Onun həyatını tanrınınmı deyək, taleyinmi deyək yazdığı olduqca maraqlı bir kitaba bənzətmək olar. Elə bir kitaba ki, hər sətrini həyəcansız oxumaq mümkün olmur. Dünyaya gəlməsinə cəmi 10 gün qalmı...
ANL
Dini ekstremizmə qarşı multikulturalizm. "Din" sözünün kökünün arami, ibrani, fars və ərəb dilində olması ilə bağlı indiyədək müxtəlif fikirlər irəli sürülüb. Ərəb dilində müqəddəsliyə olan sevgi və bağlılıq mənasındadır, bu da həmçinin "tanrı qarşısında borc" anlamındadır. Hər bir cəmiyyətin inkişafında, dünyagörüşü, ...
ANL
Xalq yazıçısı Elçinin pyesləri Türkiyədə nəşr olunub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə işbirliyi nəticəsində bu günə qəd...
ANL
Tanınmış publisist Vasif Quliyevin Şuşa ilə bağlı yeni kitabı çıxıb. Tədqiqatçı-jurnalist, publisist və naşir Vasif Quliyevin "İgidlərin sayı çoxdur bu yerdə..." kitabı işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, kitabda müəllif Şuşanın keçmişini arayır, elin ziyalılarını, cəsur oğul və qızlarını axtarıb tapır, onların keç...
ANL
Böyük xanəndənin 90 il sonra aşkarlanan sənət inciləri. Beynəlxalq Muğam Mərkəzi yarandığı ilk gündən Azərbaycan muğam sənətinin, milli musiqisinin araşdırılıb öyrənilməsi, tanıdılması və təbliğatı istiqamətində bir sıra faydalı işlər görməkdədir. Hazırda ölkədə və dünyada hökm sürən mövcud vəziyyətlə əlaqədar olaraq m...
ANL
Qəlblərdə, yaddaşlarda yaşamaq xoşbəxtliyi. Müasir Azərbaycan mədəniyyətində şair, nasir, jurnalist və dramaturq kimi özünəməxsus yer tutan, ədəbiyyatımıza çox dəyərli töhfələr verən Aqşin Babayev bugünlərdə dünyasını dəyişərək əbədiyyətə qovuşdu. O, yaradıcılığa tələbəlik illərindən başlamışdı. "60-cılar" adlanan yeni...
ANL
“Unudulmayanlar” layihəsinin növbəti mühazirəsində görkəmli xanəndə Ələsgər Abdullayevdən bəhs edilib. Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin növbəti mühazirəsində görkəmli xanəndə Ələsgər Abdullayevdən bəhs edilib. Mühazirəni musiqişünas, professor Nailə Rəhimbəyli təqdim edib. Azərbaycan musiqi tar...
ANL
Bakı nefti və Fransa - Rövşən Ağayevin araşdırması. XIX ƏSRİN SONU VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANIN NEFT SƏNAYESİNİN İNKİŞAFINDA FRANSANIN ROLU. Rövşən AĞAYEV. Bəlli olduğu kimi, XIX əsrin sonu - XX əsrin əvvəllərində neft sənayesi Azərbaycan iqtisadiyyatının çoxşaxəli strukturunda aparıcı rol oynayırdı. 1898-ci i...
ANL
XV əsr Azərbaycan tarixinin uğurlu bədii ifadəsi. XV yüzillik Azərbaycan tarixində yeni keyfiyyətləri ilə fərqlənən bir mərhələdir. Sözügedən yüzildə bütün Azərbaycanda Şirvanşah İbrahim və onun övladlarının, Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının hakimiyyəti altında siyasi-tarixi, sosial-mədəni və iqtisadi həyatda mü...
ANL
Qüdrətli fikir və söz bahadırı: yaddaşımdakı Süleyman Rəhimov. AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Xalq yazıçısı Süleyman Rəhimov ömrü erkən qırılan oğlu Şamonun "Ayrılıq" şeirlər kitabına geniş bir avtoqraf yazaraq mənə bağışlayır...
ANL
Peşəkar memar, qayğıkeş insan. Bu gün - iyunun 17-də memarlıq elmləri doktoru, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, professor, həyatını respublikamızda memarlıq elminin inkişafına həsr etmiş Afiq Talıbovun 80 yaşı tamam olur. 1958-ci ildə Bakı şəhərində orta məktəbi, 1964-cü ildə Moskva Memarlı...
ANL
Səssiz gəminin matəmi…. Ötən payız Türkiyədə bir tədbirə qatılmışdıq. Tədbirin sonunda zaldan bir neçə yazıçı ilə söhbət edə-edə birlikdə çıxdıq. Birdən qulağıma bir-birinə qarışmış dialoqların içərisində asta səslə işlədilən bir cümlə dəydi: “Gərək Nazimin anasından lap əvvəldən uzaq duraydı…” Bu, Zülfü Livanelinin sə...
ANL
Sənətin müasirliyi: Xalq artisti Kamran Quliyev. Naxçıvan teatrında tez bir zamanda inamlı, cəsarətli addımlar atan, öz nəfəsi, öz dəsti-xətti ilə seçilən sənətkarlardan biri də Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevdir. Onun tamaşaları məzmun əlvanlığı, mövzunun müxtəlifliyi baxımından tamamilə fərqlid...
ANL
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi. Poeziya Qulu Ağsəs dünyasının həyata baxışını, daxili həyəcanını, emosiyalarını əks etdirən rənglər palitrasıdırsa, qısa hekayələri və publisistikası oxucuda bilgin informasiya yaradan, onda ən saf insanı oyadan, ruhun iç sətirlərinə toxunan portretlər qalereyasıdır. Bu ...
ANL
Haqverdiyev haqqında xatirələrim - Sidqi Ruhullanın məqaləsi. Görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə ölkə səviyyəsində qeyd olunur. Yəqin ki, bu ...
ANL
Səhərin gözü açılmamış, Pənahın, gilələrinə qan sızmış gözləri açıldı. Dünən qəsəbənin ayağındakı "Xaşdan-xaşa" bufetində o ki var vurmuşdular. Son üç-dörd qədəhdən imtina etmək istəmişdisə də, mümkün olmamışdı. Yoldaşları yekdil qətiyyətlə demişdilər ki, içki adətləri qanun deyil e, pozasan, onu hətta yol qaydaları ki...
ANL
Adını layiqincə doğruldan alim - VƏ YA NİZAMİ CƏFƏROV MƏNİ NECƏ SEVİNDİRDİ... Sovet hökuməti süqut edirdi. Ölkədə çətinliklə milli dövlət qurulurdu. Hər yerdə ekstremal vəziyyət hökm sürürdü. Beyinlər qızmış, hisslər coşmuş, dillər açılmışdı. Təzə "millətpərəstlər" peyda olmuşdu. Belələri, ümumiyyətlə, yaxın keçmişlə b...
ANL
“525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcid Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün hökumətin həyata keçirdiyi tədbirlərlə bağlı öz fikirlərini sosial şəbəkədə bölüşüb. Həmin fikirləri oxuculara təqdim edirik: "Son günlər dünyanın dörd bir yanını...
ANL
UZMAN DR. AYDIN TALIŞİNSKİ: "MƏN MİLLƏTÇİ DEYİLƏM, MİLLƏTSEVƏR VƏ VƏTƏNPƏRVƏRƏM". "Milli ideya" anlayışına müxtəlif izahlar verilir, amma bütün hallarda bu anlayış xalqın var olması, diriliyi ilə bağlıdır. Yəni Milli ideya bu və ya digər xalqın yaşam missiyasını müəyyən edir; hətta bəzi cəmiyyətlərdə xalq anlayışı sırf...
ANL
Elmimizin inkişafina xidmət edən kitabxana. XX əsrin birinci yarısında AMEA-nın təsis edilməsi Azərbaycan xalqının elmi və ictimai fikir tarixində mühüm hadisə olmuş, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafında əhəmiyyətli rol oynayıb. Akademiyanın 75 illik yubileyinin qeyd olunması həm elmi mühitimiz, həm d...
ANL
İçərişəhər Avropanın 13 tarixi şəhərindən biri seçilib. Dünya İrs Şəhərləri Təşkilatının Cənubi Avropa və Aralıq dənizi ölkələri üzə Regional Katibliyi "Mobillik və Mədəni irs" mövzusunda növbəti kitabçasını yayımlayıb. Kitabçada hər kəs üçün əlçatanlıq və rahat hərəkət baxımından Avropanın ən yaxşı təcrübəyə malik 13 ...
ANL
Milli Kitabxana "Yurdumuza bahar gəlir" adlı virtual sərgi təqdim edir. Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb. Kitabxananın əməkdaşları fəaliyyət göstərdikləri üçün oxuculara virtual rejimdə xidməti...
ANL
Vaqif Mustafazadənin məzarı ziyarət olunub. Martın 16-da əfsanəvi musiqiçi, bəstəkar, pianoçu, caz muğamının banisi, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadənin 80 illiyi çərçivəsində unudulmaz sənətkarın məzarı ziyarət olunub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və sənətkarın ev-m...
ANL
Mədəniyyət müəssisələri üçün yeni fəaliyyət strategiyası müzakirə olunub. Ölkəmizdə koronavirus (COVID-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən məqsədyönlü tədbirlər görülməkdədir. Hazırda müxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyətində fasilələrin yaranmaması və la...
ANL
İSTEDADLI GƏNC MÜĞƏNNİ, "QAYA" QRUPUNUN SOLİSTİ NİGAR CƏLİLOVANIN ƏSAS MƏQSƏDİ MİLLİ MUSİQİMİZİ PROFESSİONAL SƏVİYYƏDƏ TƏMSİL ETMƏKDİR. Müsahibimiz Nigar Cəlilova nəsildaşları arasında özünün fərqli səs tembri, müxtəlif janrlara müraciəti ilə seçilir. Gənc yaşına baxmayaraq əldə etdiyi uğurlar və sənətdəki iddiaları on...
ANL
Qəhrəmanlar xalqa müharibələrin bəxşişidir. Onları tanımaq və gələcək nəsillərə tanıtmaq isə bizim vətəndaşlıq borcumuzdur. Bu vəzifəni layiqincə yerinə yetirən insanlardan biri də Namiq müəllim Əliyevdir. Onu tanıyandan sonra "qəlbi vətən eşqi ilə döyünən insan" ifadəsinin boş söz olmadığını anladım. Əgər sizin də yol...
ANL
Tarzən Əli Əsgər Məmmədov: “Sosial şəbəkələr bir az nankordur”, “BİR MÜDDƏT İSTİFADƏ ETMƏYƏN KİMİ AKTİVLİK AZALIR”. Rubrikamızın budəfəki qonağı Əli Əsgər Məmmədov əvvəlkilərdən həm sənətinə, həm də yaşına görə fərqlənir. Bülbül adına orta ixtisas məktəbində oxuyub. Bakı Musiqi Akademiyasına qəbul olunub. Bir neçə müsa...
ANL
El adamı, xeyirxah insan... Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Deməli, Tanrının bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalə...
ANL
Ədəbiyyat haqqında kim nə düşünür? Həqiqət, sadəcə, qavramdır. Biz onu reallıqda görəmmirik, əllə tutammırıq. Ona görə də həqiqət hamı üçün fərqli olur. Ədəbi əsərdən tam olaraq reallıq gözləmək mümkün deyil. Hadisələrin mahiyyəti real həyatda baş verənlərlə eyni ola bilər, amma ən azından, müəllif adları dəyişmək haqq...
ANL
Eston yazıçının "Küləklər şəhəri"ndəki Azərbaycan - Şahanə Müşfiqin yazısı. deyə sual etmişdim özümə. Baxmayaraq ki, kitabın qapağında yazıçının Azərbaycanla bağlı məlumatlılığı kifayət qədər açıq şəkildə qeyd olunmuşdu: "O, Estoniyada kənd məktəbində tarix müəllimi işləyərkən, gənclər arasında Azərbaycanla bağlı keçir...
ANL
Novruz ənənələri musiqidə. Musiqi bahariyyələri. Orta əsrlərin klassik poeziyasında baharı vəsf edən, Novruzun gəlişinə həsr olunan şeirlər yazılmışdır və tədqiqatçılar bu mövzuda şeirləri "bahariyyə" adlandırırlar. O da məlumdur ki, orta əsrlərdə Novruza həsr olunan şeirlərə, poemalara, fəlsəfi-etik əsərlərə bəzən müə...
ANL
Dəyərli şair və nasirimiz Azər Abdullanın bu günlərdə 80 yaşı tamam olur. Çağdaş ədəbiyyatımızda və publisistikamızda Azər Abdullanın özünəməxsus mövqeyi olduğu danılmazdır. O, uzun zamandan bəri öz əsərlərilə Azərbaycan şeir və nəsrinin inkişafına layiqincə xidmət etməkdədir. 80 illik yubileyi ərəfəsində hörmətli ədib...
ANL
Beynəlxalq yazıçılar günü üçün təbrik sözü. Bizim çətin zəmanədə bu, faciəvi peşədir! Əvvəllər vəziyyət daha yaxşı idi! İnternet, televiziyada bu qədər proqram, hər kəsin evində bir neçə kompüter yox idi. Hətta yerli müəllifin kitabı da böyük tirajlarla nəşr olunurdu və bütün ölkədə yayılırdı. Səni oxuyub-oxumama...
ANL
Ömrümüzdən qopanlar. İriliyindən-xırdalığından asılı olmayaraq əlindən çıxan hər yazısı həmişə ürək və beyin sevindirən İbrahim Nəbioğlunun çatdırdığı son xəbər sarsıtdı. Azərbaycan mətbuatının ən seçkin simalarından olan Hidayət Zeynalov Bakının dəli küləkli ilk mart günündə uçub getdi, əbədilik ayrıldı bizlərdən....
ANL
Xocalı qurbanları Ankara Beynəlxalq Kitab Sərgisində də anılıb. Xocalı qurbanları Ankara Beynəlxalq Kitab Sərgisində də anılıb<b style="color:red"></b>Bu günlərdə Türkiyə paytaxtında keçirilən 14-cü Beynəlxalq Ankara Kitab Sərgi-Yarmarkası çərçivəsində Xocalı soyqırımına dair konfrans təşkil olunub. Konfransda qarda...
ANL
Şair, dramaturq Cəfər Cabbarlının yaradıcılığından oxudum ilk dram əsərləri "Solğun çiçəklər" və "Vəfalı Səriyyə" olub. Xüsusən, "Solğun çiçəklər" faciəsindəki saf məhəbbətin, tərtəmiz duyğuların riyanın, məkrin, nəfsin, pul hərisliyinin qurbanına çevrilməsi o vaxta qədər dünyanı alabazək görən bir azyaşlının ...
ANL
Milli Kitabxanada növbəti treninqlər. Martın 2-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın Treninq Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa Mərkəzi kitabxanalarının əməkdaşları üçün Corel Draw, Photoshop, Pinnacle Studio, Movavi Video Suite proqramlar...
ANL
Milli Kitabxanada daha bir kitab sərgisi açılıb. Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə hər il martın 1-i Dünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu münasibətlə martın 1-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablardan, dövri mətbuat materiallard...
ANL
Professor Asif Hacılının yeni monoqrafiyası nəşr olunub. Azərbaycan Universitetinin professoru Asif Hacılının "Bayatı poetikası: struktur, semantika, praqmatika" adlı monoqrafiyası çap olunub. Monoqrafiyada folklorumuzun qədim janrlarından olan bayatıların poetik sistemi formal-məntiqi və struktur-semiotik meyarl...
ANL
"Qələmsiz yazılanlar"ın Sumqayıt təqdimatı. Fevralın dörd ildən bir təkrarlanan sonuncu günündə Sumqayıtda, Əli Kərim adına Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, Rəşad Məcidlə görüş keçirildi. Görüşdə müəllifin yeni çap olunmuş "Qələmsiz yazılanlar" kitabı sumqayıtlı o...
ANL
Əlisəfdər HÜSEYNOV. Şair kimi tanıdığım, şeirlərini maraq və zövqlə oxuduğum Əjdər Olun, əgər belə demək caizdirsə, nəsr texnologiyası ilə qələmə aldığı ilk yazısını nə vaxt oxuduğumu dəqiq xatırlamıram. Amma bir az təəccüb qarışıq sevinclə ona zəng vurmağım, hətta dediyim sözlər də yadımdadır: "Əjdər, mən səni...
ANL
Zehinlərin savaşı: mədəniyyətlərin toqquşması və informasiya müharibəsi. Bir gerçək dünya var... Bir böyük güclərin planlaşdırdığı dünya modeli var... Bir də dünyanı bəşəriyyətə təqdim edən, dünya haqqında beynəlxalq ictimai rəyi formalaşdıran informasiya şəbəkəsi var. - İnsanların gördüyü-bildiyi bunlardan hansıdır?...
ANL
Akademik İsa Həbibbəyli yaradıcılığı professor Yusif Seyidovun gözü ilə. Müqəddəs Nuh yurdu, Oğuz yurdu Naxçıvan torpağı görkəmli elm və dövlət xadimləri yetirib. Şərur rayonunda dünyaya göz açmış professor Y.Seyidov Azərbaycan dilçilik elmində qrammatika məktəbinin əsas yaradıcılarından biridir. Yusif Seyidov g...
ANL
Bir daha teatr təhsilimiz haqqında. Filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor. Milli teatr mədəniyyəti sahəsində nəsillərin bir-birini əvəz etməsi prosesi nə qədər ağrılı olsa da, labüddür. İstedadın tirajlanmadığını, yalnız ayrı-ayrı fərdlər kimi təzahür etdiyini bilsək də, b...
ANL
Naxçıvanda ilk Tarix-Etnoqrafiya Muzeyinin yaradıcısı kimdir? AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni...
ANL
Bəlkə dərdlərimiz eyni biçimdə, Bəlkə hisslərimiz eyni çəkidə. Axşam bəlli olur elə səhərdə, Qəribə şəhərin qərib adamı. Sən, ey ürəyimin zalım elçisi, Quru nəfəsini izləməkdəyəm. Mənəm məmləkətin tək dilənçisi, Sən adlı şəhəri gözləməkdəyəm. Adamlar halıma baxıb gülürlər. Sevənlər qaydasız-qansız ölürlər. Görüblər...
ANL
Mən Nurayın nəyi idim? Adsız yaşamaq kimi bir həyat təsəvvür edə bilirsinizmi? Heç kim sizə necə müraciət edəcəyini də qərarlaşdıra bilmir. Belə bir həyat yaşamaq mümkünsüzdür. Bəs, adını qoya bilmədiyimiz hisslər? Onların əlindən tutub nə qədər getmək olar? Bütün bu sualların cavabını axtarmışıq əslində, hər birimiz. ...
ANL
Zəngilanım, görüşümüzə az qalıb... Nəvəmi müalicə üçün Naxçıvan Muxtar Respublikasındakı "Duz dağı"na aparırdım. Uşağa görə təyyarə ilə uçmaq mümkün olmadığından, Naxçıvana İran İslam Respublikasının ərazisindən keçib getməliydik - Araz boyu. 26 illik ayrılıqdan sonra qoynunda dünyaya göz açdığım doğma yerlərə ...
ANL
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasından 100 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi respublikamızda "Qızıl Aypara" günü kimi qeyd edilir. Hazırda cəmiyyətinin şəhər və rayon bölmələri tərəfindən yerli təhsil şöbəsi...
ANL
Kamal Abdulla Avstriyanın ölkəmizdəki səfiri ilə görüşüb. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb. Səfiri universitetdə növbəti dəfə görməkdən məmnunluğunu bildirən rektor iki ö...
ANL
Səhnəmizin əbədiyaşar korifeyi. Azərbaycanda teatr sənətinin qurucularından olan aktyor Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində doğulub. İlk təhsilini mollaxanada alan gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqların məktəbə götürülməsinə şərait yaradan Həbib bə...
ANL
Məhəbbət dördbucağının fransız qarniri. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yenidən bərpa edilən və uğurla oynanılan məşhur "Fansızsayağı qarnir" əsəri mövsümün ən anşlaqla keçən tamaşalarından biri oldu. Əsərin müəllifi - adı "Dünya səhnələrinin gülən üzü" kimi tarixə yazılan, ədəbi uğurları ilə tanın...
ANL
“Zənginləşən xəzinəmiz”. Martın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, koronavirusun yayılma tə...
ANL
“İRS” jurnalının yeni sayı Vyetnam dilində çıxıb. Azərbaycanın bu ölkədəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu buraxılışda Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Truong Tan Sangın məqaləsi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəs...
ANL
Və mən hər zaman öz ürəyimi necə xilas edəcəyim haqqında düşünmüşəm. Bir də ki, unutma bunu, quşlar müharibəni tez unudurlar. "Müharibə qadın simalı deyil" kitabının son səhifəsində yazmışam ki, hələ heç kitab məni belə ağlatmamışdı. Onu müsabiqə üçün oxuyurdum və noyabr ayı idi. Müharibə isə mayda bitmişdi. Amma Svetl...
ANL
Dərginin redaktoru Səbuhi Şahmursoyun məlumatına görə, 34-cü sayda müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə və şeirlər, müsahibələr və digər sənət yazıları yer alıb. Dərginin bu sayı baş redaktor Şəmil Sadiqin “Teatrımızın dirilişi” yazısı ilə başlayır. Məqalə İlqar Fəhminin “Mənəm, mən...” mistik-psixol...
ANL
Cəsur zabit Eynəli Sultan və varisləri: axtarışlar, tapıntılar. AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. 12 il əvvəl Naxçıvan Dövlət Universitetinin tanınmış müəllimlərindən və yaxşı tədqiqatçı alimlərindən olan bir xanım mənə maraqlı...
ANL
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dil...
ANL
Azərbaycan aliminin monoqrafiyası Türkiyədə nəşr edilib. Azərbaycan aliminin monoqrafiyası Türkiyədə nəşr edilib<b style="color:red"></b>. Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nu...
ANL
Akademik Teymur Kərimliyə açıq məktub. Elminə, mədəniyyətinə, ziyalılığına böyük dəyər verdiyim Teymur müəllim! Allah hər bir insanı yaradarkən yalnız Onun özünə bəlli olan proqramlaşdırılmış genetik kod ilə yaradır və Özü məqbul saydığı ənamları həmin insana bəxş edir. Yaradan Sizin üçün genetik kodun ən mükəmməlini,...
ANL
Var ilə Yox arasında. (Xalq yazıçısı Kamal Abdullanın əsərlərində "Yox"un ontologiyasına qısa bir baxış). Yazar bunu "Sirlərin sərgüzəşti"ndəki Adı özündən uzun Gülü qah-qah xanımın ikiləşməsinin timsalında çarpıcı bir şəkildə gözlərimiz önünə sərir. Və bu paralellik insanın bəzən varoluşu üçün ehtiyac duyduğu müt...
ANL
Sadəcə Qadın. Məqsədim zərif cins adlandırılsa da, cəmiyyətin sütunlarından birinə çevrilən, çox işdə heç də kişilərdən geri qalmayan etibarlı və vəfalı qadınlar - ana, bacı, sevgili, dost, həyat yoldaşı olan mehriban xanımları tərənnüm etməkdir. Azərbaycan qadını dünya qadınları arasında həmişə xüsusi çəkiyə sah...
ANL
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Bakı neft yataqlarının taleyi dəfələrlə nəzərdə tutulan İstanbulu işğal etmək niyyətlərinin puç olmasına bənzəyir. Abşeron neft yataqlarını nə ingilislər bombalaya bildi, nə də Hitler tuta bildi. Həmlələrin ən qorxulu günlərində belə Bakı neftçiləri böyük...
ANL
“Səbəbi sənsən” kitabından yaz ovqatlı şeirlər. Hər adamın sığınmağa. Bu qaynaşan pis gözlərdən. Qadınların sevimlisidir). Qəfil gəlişinlə suç eləmisən. Sənsiz keçən ömrü puç eləmisən. Bir də gəlməyəcək sənintək Qadın. (Bu şeirə Xanım İsmayılqızı mahnı bəstələyib). Evindən itirər səni. Qaldırıb göyün qatına, M...
ANL