text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Faşizm üzərində qələbənın iştirakçısı. Son illər tez-tez görüşdüyüm dostlarımdan biri də ölkəmizin tanınmış hüquqşünası, dəyərli ziyalımız, professor Habil Qurbanovdur. Ağdamın hörmətli ziyalılarından biri, hər kəsin sayğı duyduğu, İkinci Dünya müharibəsində böyük ad-san qazanmış rəhmətlik Surxay müəllimin oğludur. Biz... | ANL |
Nizami Gəncəvi və Yunus Əmrə haqqında tamaşa göstərilib. Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində Bakıdakı Yunus Əmrə İnstitutunun təqdimatında "Nizamidən Yunusa: Birlik ilə baxmaq" adlı səhnə əsəri nümayiş edilib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə nümayiş edilən səhnə əsəri bu ilin ölkə... | ANL |
Mədəniyyət Nazirliyinin yeni layihəsi "Səhnədən səngərə". Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın minlərlə övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanlar sırasında səkkiz nəfər mədəniyyət işçisi var. Mədəniyyət Nazirl... | ANL |
"Efirdə azadlıqla anarxiyanı, səmimiyyətlə özbaşınalığı qarışdırmaq olmaz. Bu gün hər layihəsində tamaşaçısını düşünüb, səviyyəli formada onların qarşısına çıxmağı əsas meyar götürən və izləyicisinə hörmət edən azsaylı aparıcılar var. Müsahibimiz onlardan biri - "Mədəniyyət" kanalının direktor müavini, tanınmış ... | ANL |
Miniatür sənətimizin baharını gətirən qaranquş. Sözün hər mənasında gözəl olan bu nəşri hər kəs şəxsi kitabxanasında görmək istəyər. Görkəmli rəssam və sənətşünas Çingiz Fərzəliyevin hazırladığı, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin Türkiyədə yüksək poliqrafik səviyyədə buraxdığı, XIII əsr Azərbaycan r... | ANL |
Sayın oxucular, "525-ci qəzet"in bu sayından etibarən hər şənbə sizə müstəqillik dövrü hekayələrimizdən birinin feysbuk üzərindən aparılan müzakirəsini təqdim edəcəyik. Müzakirədə məqsəd pandemiya dövründə zəifləmiş yazıçı-oxucu münasibətlərini gücləndirməkdir. Təşəbbüsümüzü dəstəklədiyi üçün qəzetin baş redaktor... | ANL |
Qriboyedovun diplomat həmkarı Dadaş bəy kim idi? Dövrün populyar ədəbi orqanı sayılan "Ədəbiyyat və incəsənət" qəzetinə təqdim etdim. Bir müddət redaksiyanın qovluğunda qaldı. Sonda mövzunun bir az cəncəl xarakter daşıdığını nəzərə alıb A.Bakıxanov irsinin tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Ənvər Ə... | ANL |
Nizaminin sehrli sənət güzgüsü və ya “Sirlər xəzinəsi”nin xəzinədarı. Kainat sirlərlə doludur və insanlar zamanın ayrı-ayrı dönəmlərində bu sirləri araşdırmağa, öyrənməyə, ondan nəticə çıxarmağa çalışıblar. Dünyanın dərki bütün dövrlərdə həm fəlsəfənin, həm elmin digər sahələrinin, həm də ədəbiyyat və incəsənəti... | ANL |
Bu sözləri deyəndən sonra Ruhiyyə ilə sağollaşdı. Ruhiyyə yenə müəmmalar içində qalsa da, bu kişinin xarakterinə, prinsiplərinə, nikbinliyinə heyran qalmışdı. İndi də proqnoz barədə mən özümü onunla heç cür müqayisə edə bilmərəm. nepallı şerplər kimi, o, Himalayın ən yüksək zirvələrinə dırmaşmaq qaydalarını yaxşı... | ANL |
"Xarıbülbül" festivalı Fransa və İtaliya mediasında. "Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" beynəlxalq musiqi festivalı keçirilib və hər il belə festival keçiriləcək. Həmçinin, Şuşa ISESCO tərəfindən "İslam Mədəniyyətinin paytaxtı" elan edilib". AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransa Mil... | ANL |
Otuz illik həsrətimiz. Qırx dörd gündə çatdı başa, Azad edildi Qarabağ. Azad oldu gözəl Şuşa, Doğma vətənin qoynunda. Şuşa, sonsuzadək yaşa! Düşmənə ismarış etdik: Dinc yolla rədd olub getsin. Çağırdıq sülhə, barışa. Hikkəsindən, lovğalıqdan. Sözümüzü eşitmədi, İş qaldı hərbə, savaşa. Şəhid verdik, zəfər çaldıq, Sahib ... | ANL |
Azərbaycan xalçaları Xorvatiyada nümayiş etdirilib. Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Zaqreb şəhərinin mərkəzi Nikola Şubiç Zrinski meydanında "Azərbaycan xalçaları" adlı sərginin rəsmi açılışı olub. AZƏRTAC xəbər verir ki, sərgi... | ANL |
Şeirimizin Şuşası və ya Nizami Gəncəvi əsərlərinin tərcüməsinə dair qeydlər. Klassik ədəbiyyatın məziyyətləri, bildiyimiz kimi, çoxdur, bunlardan biri də hər dəfə oxuyanda yeni nə isə tapmaqdır. Bunu bildiyim üçün dahi Nizaminin əsərlərini bir də oxumaq qərararına gəldim. Doğrusu, məni daha çox bu həvəsə salan am... | ANL |
Bəşər təbiətin bir parçasıdı, hissənin tama, bütövə bu səviyyədə, bu duyğusallıqla bənzəyişində qəribəlik yoxdu. Onu da bilirəm ki, dərk edənə, buludun, şimşəyin, yağışın, küləyin dilini bilənə təbiət böyük məktəbdi: görürsən, duyursan, düşünürsən və daha mükəmməl öyrənmək həvəsiylə öyrənirsən. Öyrətdiklərinin ... | ANL |
“Əbdürrəhim bəy Haqverdiyev” biblioqrafiyası nəşr olundu. Mayın 17-də realist-demokratik ədəbiyyatımızın inkişafı tarixində mühüm xidmətləri olan, dramaturq, nasir və mədəniyyət xadimi kimi geniş şöhrət qazanan Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür. Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənən... | ANL |
Osloda Azərbaycan-Norveç əlaqələrinə aid sərgi təşkil edilib. Norveçin paytaxtı Oslonun, Aker Brygge bulvarında, Azərbaycanla Norveç əlaqələrinə və Ümummilli lider Heydər Əliyevlə dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal arasında dostluq münasibətlərinə həsr edilən "Tur Heyerdalın Azərbaycana aparan addım... | ANL |
"Yeddi gözəl"in şərhi ilə bağlı ikicildlik elmi monoqrafiya çıxıb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Siracəddin Hacının Nizami Gəncəvinin "Yeddi gözəl" məsnəvisinin şərhi ilə bağlı ikicildlik elmi monoqrafiyası çap olunub. | ANL |
İllər boyu onun yaradıcılığı tədqiq olunur, ünvanına gözəl sözlər deyilir, yaradıcı dostları xatirələr bölüşürlər, əsərləri müxtəlif dillərə tərcümə olunaraq dünyanın ən prestijli səhnələrini fəth edir. Mən ilk növbədə gözəl qəlbli istedadlı insana, nəslin ləyaqətli davamçısına, əvəzolunmaz ataya, ailə başçısın... | ANL |
Tahir Salahovla söhbət. Rəssamlar danışmağı adətən çox da xoşlamırlar. Duyğularını və düşüncələrini, sevgilərini, ağrılarını, sevinc və təlaşlarını boyalar, fırça vasitəsiylə ifadə edirlər. Jurnalist, musiqişünas, publisist Raya Abbasova azdanışan Tahir Salahovu, - bizim qeydsiz-şərtsiz böyük sənətkarımızı - "d... | ANL |
Turandot-Turan qızı-Türk qızı. Nizami Gəncəvinin Lesaja, Qotsiyə və Şillerə təsirini Avropa tədqiqatçıları da təsdiq edirlər. Almaniyanın Leypsiq şəhərində nəşr olunmuş "Fremdsprachige Schriftsteller" ("Əcnəbi yazıçılar") adlı ensiklopedik lüğətdə oxuyuruq: "Nizami İlyas ibn Yusif 1141-ci ildə Gəncədə (bu gün Azərbay... | ANL |
Bunlara baxmayaraq, İrəvanda xalqımızın bütün təbəqələrinin savadlanması, habelə bütün sosial-siyasi proseslərdən xəbərdar olması, nöqsanların vaxtında aradan qaldırılması işində ana dilimizdə çıxan "Qızıl şəfəq" qəzeti xüsusi rol oynamışdır. Ümumiyyətlə, İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitin... | ANL |
Cıdır düzündə zəfər təntənəsi. Azərbaycanın memarı, qurucusu, Ulu öndər Heydər Əliyevin layiqli, ləyaqətli varisi, ölkəmizi qısa müddətdə hərtərəfli, uğurlu inkişaf yoluna çıxaran, onun dünya dövlətləri sırasında ön mövqedə yerini möhkəmləndirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, qalib sərkər... | ANL |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. "Əfsun" elmi-ədəbi, bədii-publisistik jurnalında çalışır. "Bir fincan limonlu çay (povest və şeirlər)" kitabının müəllifidir. Şəhərin göz yaşları. Bu şəhərin göz yaşları. isladır Xəzər dənizini. qışqırmaq istəyir. küçələrin yuxusu - arzularını, xəyallar... | ANL |
AZAD ŞUŞAM. Ordumuzun gücündən. Qorxub qaçdı yağılar. Şuşanı azad etdi. Şir biləkli oğullar. Biz qalxırıq Şuşaya. Hamımız əsgər olub. Durarıq keşiyində. Üzeyirin yurdunda - Musiqi beşiyində. Şuşa sənət məbədi, Gözəlliyin taxtıdır. Şuşa Azərbaycanın. Səs-sənət paytaxtıdır. Milli Qəhrəmanımız general Polad Həşimovun par... | ANL |
"Dünyanın çox şəhərlərində olmuşam, amma Şuşa kimi gözəl şəhər görməmişəm". Cənab Prezident hər dəfə Şuşada olarkən müqəddəs şəhərimiz barədə dərin mənalı, sevgi dolu fikirlər səsləndirir. Mayın 12-də Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının açılışındakı çıxışına "Biz Şuşanın azadlığını Qəhrəman əsgərləri... | ANL |
Türk dilinin böyük şairi Yunus Əmrənin nüfuz və təsir sahəsi o qədər geniş və o qədər dərindir ki, onu Anadoluya sığdırmaq mümkün görünmür. Böyük ruhların ən aydın görünən xüsusiyyətləri yaşadıqları dövr və mühiti aşaraq dünyəvi bir dil yarada bilmələridir. Səkkiz əsr sonra belə Yunus Əmrə niyə yaddaşlardadır və... | ANL |
Azərbaycanın dahi mütəfəkkir şairi Nizami Gəncəvi dünya ədəbiyyatına, mədəniyyətinə misilsiz töhfələr bəxş etmiş qüdrətli söz ustasıdır. Dünya şeir-sənət xəzinəsini bənzərsiz əsərləri ilə zənginləşdirən dahi sənətkarın parlaq yaradıcılığı yeni bir ədəbi hadisənin əsasını qoyub. Elə bu səbəbdən də onun əbədiyaşar kəlam... | ANL |
Dilində min irmağın mini min dürlü axar, Ərmiş dediyin kimsə minində yuyunası. Qayalardan süd sağar, dağlardan bal süzərsən, Nə südün kəsiləsi, nə balın tükənəsi. Sözün insan oğlunun dilindən düşməyəsi, Sularca, rüzgarlarca, quşlarca oxunası. Könlündəki otağı qapısı açıq durar, Tütünün həp tütəsi, ocağın həp yanas... | ANL |
Azərbaycanda tolerantlığın daha bir ünvanı - Nic qəsəbəsi. Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu məkan olub. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Xalqımız bu gün də öz də... | ANL |
Ümumi dilçilik elmi üçün qiymətli dərslik. Bakı Dövlət Universiteti Filologiya fakültəsində bakalavr pilləsinin son kursunda tədris olunan Ümumi dilçilik fənni tələbələrdə dil haqqındakı elmin əsasları barədə mükəmməl təsəvvür yaratmağa xidmət edir. Ümumi dilçilik kaferdasının tədris etdiyi bu fənnin indiyə qədə... | ANL |
Azərbaycanlı jurnalist Fransa portalında "Xarıbülbül" festivalından yazıb. "TURQUİE NEWS": “ERMƏNİLƏR QARABAĞDA AZƏRBAYCANIN TARİXİ ABİDƏLƏRİNİ DAĞIDIBLAR”. Azərbaycanın yeganə fransızdilli mətbu orqanı "Le Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Ze... | ANL |
Kavalerli Məhəmməd bəy. Şuşaya qonaq-qara gələndə pəhləvan güləşdirmək, qoç, dəvə döyüşdürmək, atçapma yarışları, musiqili-ədəbi məclislər keçirmək şəhərin nüfuzlu ağsaqqallarından olan Cəfərqulu xan Cavanşirin şakəri idi. Bu vətənpərvər ziyalı həmin əyləncələri təşkil etməklə həm qonaqları əyləndirir, həm də x... | ANL |
Beynəlxalq Rəsul Rza Mükafatının təqdimatı keçirilib. Mayın 19-u Azərbaycanın görkəmli şairi Rəsul Rzanın anadan olduğu gündür. Ənənəvi olaraq hər il may ayında bir qrup ziyalıya Beynəlxalq Rəsul Rza Mükafatı təqdim edilir. Bu gün mükafatın təqdimatı keçirilib. 525.az-a verilən məlumata görə, öncə bir qrup ədəbiyyat v... | ANL |
Qiymətli tarixi salnamə. Azərbaycanın qocaman qələm sahibi, Əməkdar jurnalist Bəbir Hüseynov "Qarabağın tarixindən səhifələr" kitabını ərsəyə gətirməklə nəinki Qarabağ, bütün Azərbaycan tarixinə qiymətli töhfə verdi. Sovet dövründən sonra Azərbaycan tarixşünaslığının qarşısında çox çətin və vacib vəzifə dururdu: 70 ill... | ANL |
"Xarıbülbül" musiqi festivalı Moldova mediasında. Moldovanın nüfuzlu "Ava.md" xəbər portallarında Şuşanın Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalı barədə məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, moldovalı jurnalist Şokina Yekaterinanın müəllifi olduğu məqalədə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı... | ANL |
Məşhur bir yanlışa zəruri düzəliş. 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində keçmiş SSRİ məkanında, o cümlədən, Azərbaycanda milli özünüdərk və milli dirçəliş ruhunun qüvvətlənməsi ilə müşayiət olunan tarixi proseslər ictimai-siyasi, ədəbi-mədəni mühitdə mövcud olan bir çox yasaqları aradan qaldırdığı ... | ANL |
Rəsul Rzalı günlər. Xalq şairi Rəsul Rza kimi bir şəxsiyyətin rəhbərlik etdiyi kollektivin üzvü olmaq böyük şərəf idi və hamı həvəslə, cani-dildən işləyirdi. İlk mərhələdə ensiklopediyanın bünövrəsi sayılan Sözlük tərtib edilirdi. Hamı ensiklopediyadan danışır, oradakı işlərlə maraqlanırdı. Respublikanın ən gör... | ANL |
75 yaşlı Sabir Rüstəmxanlı müasir Azərbaycan əldəbiyyatının sayılıb-seçilən, sevilən və qiymətləndirilən nüfuzlu qələm sahibidir və bu vətəndaş nüfuzu onun gəncliyindən etibarən arta-arta gəlib, etibar qazanıb. Elə o vaxt da bu dostluqdakı bir-birinə bağlılıq və təəssübkeşlik mənə Aleksandr Dümanın məşhur üçlüyü... | ANL |
Ürəklə yazılmış "Qələmsiz yazılanlar". Filologiya elmləri doktoru. Bu dünyada ən uzun ömür sürən karvan zamandır. İnsaf isə yamandan da yamandır. Dünyada nəyimiz var əlimizdən alandır. Fürsətcil olub, hətta tamahını söz, ədəbiyyat adamlarının qələminə salandır. Hətta qələmsiz belə cild-cild kitablar yazılar... Rəşad M... | ANL |
Yeni dilçilər nəslinin formalaşmasında mühüm xidmətləri olan filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Fikrət Əlizadə bu sahəyə görkəmli alim, professor Əlövsət Abdullayevin istedadlı tələbələrindən biri kimi gəlib. O, böyük müəlliminin ənənəvi qrammatika (sintaksis) üzrə fundamental araşd... | ANL |
Təranə Vahid: "Ədəbiyyata yurd itkisindən keçib gəldim". Təranə Vahid çağdaş nəsrimizdə dəyər verilən və sevilən isimlərdəndir. Tanınmış yazıçı-publisistin nəsr yaradıcılığında Qarabağ mövzusu önəmli yerlərdən birini tutur. Təranə Vahid əsərlərində Qarabağ dərdlərindən, yurdundan didərgin düşən insanların ağrı-ac... | ANL |
Böyük vətənpərvərin tariximizdəki parlaq izləri. Azərbaycan tarixində xüsusi yer tutan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin bu il 130 yaşı tamam olur. Ölkəsinin müstəqil dövlət kimi tanıdılmasında mühüm xidmətləri olan bu böyük şəxsiyyətin yubileyinin layiqincə qeyd edilməsi vacib addımlardandır. Onun y... | ANL |
Şərqşünaslıq İnstitutunda Atatürklə bağlı elmi konfrans olub. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə, AMEA-nın əsas binasının kiçik akt zalında gerçəkləşən tədbiri giriş sözü ilə açan Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksə... | ANL |
Müasir Azərbaycan filoloji fikrinin tanınmış simalarından biri olan akademik Muxtar Kazımoğlu-İmanovun "Söz haqqında söz" kitabı alimin son illər qələmə aldığı elmi və elmi-publisistik məqalələrini, müxtəlif mətbuat orqanlarında dərc edilmiş müsahibələrini əhatə edir. Dövlətçilik düşüncəsi və folklor, müasir folk... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyevadır. Rəfiqə xanımla rus rəssamı Vasili Pukiryevin "Qeyri-bərabər nikah" əsəri haqqında danışmışıq. - "Qeyri-bərabər nikah" əsərinin Vasili Pukiryev yaradıcılığındakı rolu haqqında ... | ANL |
"Dədə Qorqud" dastanında ailə birliyinin sirri. Ailədaxili münasibətlər düzgün tənzimlənmədiyindən, böyüklər böyük, kiçiklər kiçik kimi davranmadığından məişət konfliktləri günü-gündən artmaqdadır. Buna bir ailənin içində "Habil və Qabil" davası, digərində ata-oğul konfliktləri, anaların övladlarına güvənərək evdə hə... | ANL |
XXI əsr, sözün əsl mənasında, insanı unutdurmağa cəhd edir. Sürətli inkişaf, texnologiyanın insan beyni səviyyəsinə qalxması, hətta bəzi məqamlarda üstələməsi, əksər sahələrdə kadrların çoxluğu və prosesin dinamik tempi bəzən imkan vermir ki, insanlar mütəmadiliyini, dayanaqlılığını qoruyub saxlasınlar. Ədəbiyyatda... | ANL |
Azad Laçın. Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu 1992-ci il 18 may tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Amma o kədərin içində həm də bir gün işğaldakı bütün torpaqlarımızın azadlığına qovuşacağı inamı var idi. Bu inamı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliy... | ANL |
Feysbuk üzərindən bu dəfə tanınmış yazıçı Eyvaz Zeynalovun "Əli metroda işləyir" hekayəsini müzakirə etmişik. Layihənin ideya müəllifi və moderatoru Əsəd Cahangir. Əlabbas Bağırov: Eyvazı Eyvaz edən əsərlərdən biri və birincisi! Xəyal Məmmədov: Həqiqətən hekayə janrı üzrə gözəl ədəbi mətnlərimizdən biridir. Mura... | ANL |
Maestro gözucu salona nəzər saldı: orkestrin demək olar ki, bütün üzvləri başlarını söykənəcəklərə "yapışdırıb" mürgüləyirdilər. Əslinə qalsa, onun özü də yorulmuşdu - Tbilisidə festivalda 3 gün ərzində etdikləri çıxışlardan, bu çıxışlardan əvvəlki gərgin məşqlərdən sonra elə burada - Bakıya şütüyən avtobusun s... | ANL |
Kordu dördəlli tutan faniliyin qulpundan, Çünki görmür əcələ Təxti-Süleyman tələsir! Təbrizi qan bürüyür, bağrı yanır Zəngəzurun, Qarabağ zəlzələdə, imdada Şirvan tələsir. Xalqıma tuşlanan ox Vaqifi dəlsin, ola ki, Şühəda türbəsinə Azərbaycan tələsir! Yaxşı qarğış. Vurğun vursun fəqirin qismətini yeyəni, Külli-təbi... | ANL |
Lirik ovqatdan sərt həqiqətə - Rübailin poeziya aləmi haqqında qeydlər. Rübail çağdaş Azərbaycan poeziyasında poetik tutumu ilə diqqəti çəkən görkəmli şairlərimizdən biridir. Ötən əsrin 60-cı illərində ədəbiyyata gələn şair elə ilk kitabından "Sübhə yaxın" şeirlər toplusundan oxucuların diqqətini cəlb etmişdir. ... | ANL |
Axşam isə bir bahalı restoranda toy məclisi keçirildi, bəylə gəlindən savayı, iştirakçıların sayı iyirmidən artıq idi. Hüseyn yeni qaynanasını və Ruhiyyənin məktəbli bacısını mehribanlıqla qarşıladı və onları Yusif müəllimin yanında oturtdu. Yusif müəllimin oğlu və qızı da onun gəlini və kürəkəni ilə birlikdə t... | ANL |
Azərbaycanlı gənc türkoloqun kitabı Türkiyədə nəşr olunub. Gənc türkoloq alim, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” kitabı Türkiyənin Akçağ nəşriyyatında işıq üzü görüb. 525.az... | ANL |
Həqiqət Rzayeva təkrarsızlığı. Görkəmli xanəndə və opera sənətşisi Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoyub. Ötən yüzilliyin birinci yarısında musiqimizin inkişafında, təbliğində böyük xidmətlər göstərmiş fədakar qadın müğənnilərimiz olub. Musiqisevərlər tərəfindən adları ehtiramla yad edilən Cahan Tal... | ANL |
Tahir Salahov son mənzilə yola salındı. SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov dəfn olunub. Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mər... | ANL |
Turandot-Turan qızı-Türk qızı. Nizami Gəncəvinin Lesaja, Qotsiyə və Şillerə təsirini Avropa tədqiqatçıları da təsdiq edirlər. Almaniyanın Leypsiq şəhərində nəşr olunmuş "Fremdsprachige Schriftsteller" ("Əcnəbi yazıçılar") adlı ensiklopedik lüğətdə oxuyuruq: "Nizami İlyas ibn Yusif 1141-ci ildə Gəncədə (bu gün Azərbayc... | ANL |
Xalq şairi Fikrət Qoca və Musa Yaqubun əziz xatirəsinə. Şeirlərini oxuyandan sonra bəzən ona zəng edirdim, təəssüratlarımı bölüşürdüm. Söhbət əsnasında səhhəti ilə maraqlanırdım. Təbii ki, səhhətində problemlər olmamış deyildi. Amma bir dəfə də olsun, səhhətindən şikayət etdiyini eşitmədim... Musa Yaqub isə neçə illər... | ANL |
Şuşa muzeyləri. Muzeylər tarixin, ötən əsrlərin müəyyən hadisələrini özündə yaşadan, eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Eyni zamanda, yerləşdiyi rayon, şəhər, qəsəbə və kəndlərin həyatı və təsərrüfatı, mədəniyyət və incəsənəti haqqında tam ... | ANL |
Şeirdə milli-estetik özəlliklər: Oljas Süleymenov poeziyazı. Yaradıcılığında daha çox milli-estetik normaların dürüst formalarını tətbiq edən, dünya miqyasında tanınan müasir qazax ədəbiyyatının görkəmli şəxsiyyətlərindən biri (eyni zamanda deyərdim ki, birincisi) bu günlərdə 85 yaşı qeyd edilən Oljas Süleymenovd... | ANL |
Emil Vaqif oğlu Qurbanov Vətənini canından əziz tutaraq İkinci Qarabağ müharibəsində tarix yazan igidlərdən oldu. Bu gün doğulub boya-başa çatdığı Lənkəranda adı çəkilən zaman hamı qürur hissi keçirir. Emil həyatı dərk edən gündən Vətənə bağlanır və bacardıqca yaxşı işlər görməyi özünə ali məqsəd seçir. Orta t... | ANL |
Əsl insan haqqında könül söhbəti. Elə bil dünənlərdi... Orta məktəbdə oxuyurdum. Mən də müəllimlərimizin öyrətdiklərini öyrənə-öyrənə ömrün sabahlarına uğur üstəydim. Hansı fənni çox sevirdim? Soruşan olsa, ayırd edə bilməzdim. Müəllimlərimdən eşitmişdim, atam da demişdi: "Sevdiyini kamil sev. Kamillik mənəvi zəng... | ANL |
Güneydən Qarabağ səslənişləri. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərin... | ANL |
Diqqət! Diqqət! Bakı-İstanbul reysinə minik başlanır... Qəfil elanı eşidib diksindim. Əlbəttə, bunu hər ikimiz istəyirdik. Amma bilmirdik ki, nəyi bəhanə edib barışaq. Sonra da əvvəl-axır o deyənlərlə razılaşıram. Sadəcə olaraq, özü bunu istəmir. Mənimlə atamın arasına girmək istəməyib. Məni görən kimi hər şeyi yad... | ANL |
Şərəfli xidmət yolu. Ömür yolunu şərəflə və alnıaçıq yaşayan insanlar daima böyük ehtiramla, hörmətlə yad edilirlər. Belələrinin cismani yoxluğu sanki duyulmur, onlar haqqında keçmiş zamanda danışmaq da çətindir. Azərbaycan təhlükəsizlik orqanlarında qüsursuz xidməti və peşəkarlığı sayəsində hər zaman seçilən zabitlərd... | ANL |
İngiltərədə universitet təhsilini bitirdikdən sonra böyük bir şirkətdə işə düzəlmişdim. İlk iş günü digər yeni əməkdaşlarla birlikdə London ofisimizdə “İşə başlama tədbiri”ndə iştirak edirdim. Bizə şirkətin bölmələri və fəaliyyətlərinə dair məlumatlar verildi. Sonra gələcək karyeramızda faydalı olacaq mövzular h... | ANL |
Millətimizin zəfəri ilə nəticələnən Vətən müharibəsi bir daha sübut etdi ki, böyüklü-kiçikli, bütün azərbaycanlıların ürəklərində gəzdirdikləri Vətən eşqi torpaqlarımızın bütövlüyünün və gələcək rəvan həyatımızın başlıca amilidir! Ölkəmizin şimallı-cənublu, şərqli-qərbli, hər bir diyarının, hər bir şəhidinin əlbəttə, ... | ANL |
Şəhidləri şücaəti sözdən uca! Şair-publisist Cabir Alpoğlu Albantürk (Cabir Səbrulla oğlu Ağaoğlu) 1961-ci ilin mayında Quba rayonunun qədim Alpan kəndində müəllim ailəsində anadan olub. C.A.Albantürk 2018-ci ilin yazından feysbuk məkanında "Quba Dərbənd Gülüstani-İrəm" adlı, ictimai-ədəbi-tarixi yönümlü profil səhifə... | ANL |
Şuşanın səmasında bərq vuran ulduzlar. AKADEMİK ZEMFİRA SƏFƏROVANIN "ŞUŞA - AZƏRBAYCAN MUSİQİSİNİN QALASIDIR" KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir". 30 ildən artıq idi ki, Azərbaycanın torpaqları düşmən tapdaqları altında qa... | ANL |
Elə insanlar ki, bu gün nəinki ədəbiyyat adamları, cəmiyyətin həmin proseslərdən xəbərdar olan bütün nümayəndələri o imzalarla fəxr edir. O insanların ömrü ədəbiyyat uğrunda şam kimi əriyib. Həmin şam yandıqca süzülən ərinti dayaq mərkəzini daha da möhkəmləndirib, sarsılmaz edib. Bu isimlərin hər üçü müxtəlif illərdə... | ANL |
Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində "Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi" adlı tədbir təşkil olunub. AZƏRTAC xəbər verir ki, "Nizami Gəncəvi ili" çərçivəsində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçı... | ANL |
“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin V kitabı işıq üzü görüb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin V kitabı nəşr edilib. İşin rəhbəri və elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır. Rəyçiləri filologiya elmləri dok... | ANL |
"Elm və təhsil" nəşriyyatı çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xalq şairi Zəlimxan Yaqubun "Qarabağ şikəstəsi" adlı yeni kitabını çap edib. Kitabı nəşrə hazırlayan və redaktor Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, üz qabığının rəssamı Azər Ziyadxandır. Xatı... | ANL |
Yazıçılar Birliyinin üzvü, "Hüseyn Arif" Ədəbi Birliyinin sədri Saqif Qaratorpağın "Bəlkə belə yaxşıdı" adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularla dördüncü belə görüşüdür. S.Qaratorpağın yaradıcılığı poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən hər zaman diqqətlə izlənilir. Yeni kitabının d... | ANL |
Bakı Dövlət Universitetinin 100 illik tarixinə dair fundamental əsər. Bakı Dövlət Universitetinin 100 illik tarixinə dair fundamental əsər. Bu günlərdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun "Bakı Dövlət Universiteti" kita... | ANL |
Şair sözlər içindən Sözü seçir. Tanrının yanına qaytarır". Psixologiyada "dalğın professor" ifadəsi var. Xarakterin introvert-mütəfəkkir tipinə uyğun gələn bu obraz, adətən, şablonları sevmir, ideyalardan, ənənələrdən asılı olmur. Bir az sadəlövh, hamıya tez inanan olsa da, öz ölçülərini, yanaşmalarını qətiyyətlə... | ANL |
İngiltərədə universitet təhsilini bitirdikdən sonra böyük bir şirkətdə işə düzəlmişdim. İlk iş günü digər yeni əməkdaşlarla birlikdə London ofisimizdə “İşə başlama tədbiri”ndə iştirak edirdim. Bizə şirkətin bölmələri və fəaliyyətlərinə dair məlumatlar verildi. Sonra gələcək karyeramızda faydalı olacaq mövzular haq... | ANL |
Uzun illərin doğmalığı. Müəllim-tələbə münasibətləri həm də ona görə müqəddəs anlayışdır ki, birinci öyrədir, ikinci öyrənir. Müəllim sözünün ucalığı onun öyrətmək səviyyəsilə, tələbə sözünün ucalığı öyrənmək səviyyəsilə ölçülür. Mən bu keyfiyyətləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindəki uzun i... | ANL |
Tahir Salahovun "Təmirçilər"i. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyevadır. Rəfiqə xanımla Azərbaycanın böyük rəssamı Tahir Salahovun "Təmirçilər" əsəri haqqında danışmışıq. - Əsərin yaranma tarixçəsi barədə nə deyə bilə... | ANL |
AzTV-dən yeni layihə. Azərbaycan radiosunun "Xəbərlər" redaksiyasının redaktoru. Azərbaycan Televiziyasında son günlər hər gün işğaldan azad edilmiş yurd yerlərimizə aid süjetlər gedir. Doğma kanalımızın əməkdaşları tez-tez səfərə çıxır, uzun illər həsrətində olduğumuz o torpaqlardan görüntülər yayırlar. Həmkarla... | ANL |
RUSİYA ELİTASI QARABAĞ MÜHARİBƏSİ HAQQINDA. Həsrətlə gözlədiyimiz gün, nəhayət, gəlib çatdı. Düşməni döyüş meydanında 44 günə məğlub edən Azərbaycan Ordusu Qarabağı işğaldan azad edib əyilmiş başlarımızı dikəltdi. Heç kəsə sirr deyil ki, Rusiya mediasında xeyli erməni çalışır. Bu da onlara Azərbaycana qarşı informasi... | ANL |
Əhsən Dadaşov günü. Bu deyilənlər eyni dərəcədə musiqinin ifaçılarına da aiddir - ifa zamanı onlar da musiqi ilə, bu musiqini yaradanlarla dialoqa girirlər və əsərin uğuru demək olar ki, sözün tam mənasında bu dialoqun baş tutub-tutmamasından asılıdır... Arif Babayevlə Əhsən Dadaşovun səslər, sözlər və bir-birlə... | ANL |
Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! Salam olsun, çox dəyərli oxucum! Bu kiçik yazımı dünyanı dərk eləməyə başladığım məkanı vəsf etməklə başlamaq istəyirəm ki, bu məsələnin söhbətimizə birbaşa dəxli var. Elə bir pəncərə ki, elm deyiləndə ağlıma gələn iki şəxsdən biri evimdən üzü günbatana baxanda sağ qonşu... | ANL |
"Gəncənin səsi"nin bir əsrlik yaşına töhfə. İkinci şəhərimizin rəsmi qəzetinin yubileyinə "100 ilin işəğında" adlı kitab buraxılıb. Ölkəmizin mətbuat tarixində, eləcə də öz inkişafını daim köklü ənənələr və müasirliyin vəhdəti ilə sürən Gəncənin ictimai həyatında öz izi olan "Gəncənin səsi" qəzetinin yaranmasından ... | ANL |
Azərbaycan şərqşünasının məqaləsi Rusiya elmi mətbuatında. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinini müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun Rusiyanın şərqşünaslıq sahəsində aparıcı nəşri olan və SCOPUS siyahasına daxil olan "Vostok-Oriens" ju... | ANL |
Qahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb. Misirin paytaxtındakı Opera Evində yerləşən Salah Tahir Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Xarı bülbül" adlı sərginin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyi və Qahirə Opera Evinin birgə təşkil etdikləri sərgi... | ANL |
Allah hamıya qismət eləsin. Ayrı-seçkilik deyildi, sadəcə olaraq, şair dostlarım bütün günü şeirləşəcəkdi. Təbii ki, bu da hər sözdən nəsə bir qulp yeri tapıb məzələnən ağdamlı dostlarım üçün ilboyu çayxanalarda yaxşı bir mövzu olacaqdı. Ağdamın yaradıcı gəncləri də həyətdəki mağara dəvət edilmişdilər. Həyətdək... | ANL |
Qafqaz Albaniyası ilə bağlı müəmma. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin nüfuzlu “Eurasia Review” nəşrində “Qafqaz Albaniyası ilə bağlı müəmma” başlıqlı məqaləsi dərc olunub. Müəllif yazır ki, müasir dövrdə Ermənistanla Azərbaycan arasında başlamış münaqişə Qafqaz Al... | ANL |
Onlayn formatda keçirilən Beynəlxalq elmi konfransda 9 ölkədən araşdırmaçı alimlər iştirak ediblər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi AMEA Tarix İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ... | ANL |
Nigar Axundova: "Azərbaycan-Rusiya mədəni əlaqələri üçün yeni imkanlar açılır". Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti cənab nazir Anar Kərimovun xüsusi tapşırığı ilə Rusiya Federasiyasına səfər edib. Mədəniyyətin müxtəlif sahələrini əhatə edən səfər çərçivəsində n... | ANL |
Nəsib bəy Yusifbəyli - Siyasi Azərbaycan ideyasının müəllifi. Fəaliyyəti Məhəmmədəmin Rəsulzadə tərəfindən məhz bu cür xarakterizə edilən bu görkəmli xadimimizin doğumunun 140 illiyinə ithaf olunur. Halbuki N.Yusifbəylinin və onun qeyri-mərkəziyyətçilik ideyalarının istər azərbaycanlıların milli siyasiləşməsində,... | ANL |
Cümhuriyyətin məziyyətləri "Yeni Qafqasya"da. Həmin yazılar mövzu baxımından zəngin və maraqlı, janr baxımından fərqli və rəngarəngdir. Bədii əsərlərdə, xüsusi ilə poeziya nümunələrində Cümhuriyyət dəyərləri, azadlıq və istiqlal nəşəsi, ruhu və sevdası, türk əsgərinin şücaəti vəsf və təbliğ edilir, eyni zamanda,... | ANL |
Xalq Cümhuriyyətinin dəyişilməz naziri - Xudadat bəy Məlikaslanov. Xudadat bəy Ağa oğlu Məlikaslanov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində fəaliyyət göstərmiş beş hökumətin hamısında naziri postunu tutan yeganə şəxs olub. Birinci hökumət kabinəsində Yollar, poçt və teleqraf, beşincidə Yollar... | ANL |
Modern nəsrimizin şəriksiz kraliçası! hekayəsinin feysbuk üzərindən aparılan müzakirəsini sizlərə təqdim edirəm. Layihənin ideya müəllifi və moderatoru Əsəd Cahangir. Almaz Bəyazid: Afaq Məsud çox sevdiyim yazıçı olub. Amma mən hekayədə yığcamlığı bəyənirəm və uzun hekayə o qədər maraqlı olmalıdır ki, hər cümlə s... | ANL |
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “28 May – Respublika Günü” adlı virtual sərgi hazırlanıb. Sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cumhuriyyet/index.html linkindən istifadə edə b... | ANL |
Gürcüstanda Rəşad Məcidin "Tbilisi yağışı" kitabı nəşr olunub. Gürcüstandakı "İverion" nəşriyyatı şair Rəşad Məcidin şeirlər toplusunu nəşr etdirib. "Tbilisi yağışı" adlanan bu kitabdakı mətnləri gürcü dilinə yazıçı və tərcüməçi İmir Məmmədli çevirib. Nəşriyyatın bu barədə yaydığı məlumatda qeyd olunur ki, ilk ... | ANL |
Xalq yazıçısı Anara. Orta əsrlərdə ortaq ədəbiyyatdan anadilli ədəbiyyata doğru proses genişlənmiş və dərinləşmişdir. Böyük lirika ustadı Yunus Əmrə ortaq ümumtürk ədəbiyyatında keçid proseslərinin reallıqlarını əks etdirən görkəmli sənətkardır. Bu mənada Yunus Əmrənin Türkiyə-Anadolu ədəbiyyatı tarixində olduğu ... | ANL |
Rəsulzadə "Qafqaz dağlıları" jurnalının səhifələrində. Bütünlükdə Qafqaz, eləcə də Azərbaycan siyasi mühacirət tarixini, mühacir irsini və vətəndən uzaqlarda fəaliyyət göstərmiş ayrı-ayrı görkəmli şəxsiyyətləri öyrənmək baxımından indiyə qədər tarixşünaslığımızda diqqətdən kənarda qalan qaynaqlardan biri "Qorüı ... | ANL |
Toy günündən sonrakı səhər yeməyi süfrəsi arxasında onlar ilk dəfə olaraq əvvəlki bir-birindən çəkinməklərini kənara ataraq söhbətə başladılar. Hüseyn təzə arvadına dedi: - Mən səninlə ailə qurmağıma çox şadam, həm də ona görə ki, bizdə keçmişi qüsurlu olan qızlarla, qadınlarla evlənmək qəbahət sayılır, biz isə ... | ANL |
Eyni zamanda, Mingəçevir şəhər "Üzeyir Hacıbəyov adına musiqi məktəbində" fortepiano və gitar üzrə təhsil alıb. Hal-hazırda Şəki Tibb kollecinin tələbəsidir. Şeirləri qəzet və jurnallarda, antologiyada çap edilib. Keçmişin şüşə qırıqları. Bütün tör-töküntü ümidlər. fincan, saçın ilişən daraq. Hıçqırıq dadıdır. v... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.