text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Adam qəribsəyər, cana yığılar, Yadlar arasında yanar, boğular, Üstünə daraşan quldur yağılar. Dözməyib, nadanla vuruşdun axır, Bu dərddən biryolluq sovuşdun axır, Şanlı bayrağıma qovuşdun axır, Bayrağa şəhidlər büküldü, Şuşa. Gül açacaq Zəngəzurun qucağı, İtəcəkdir Göyçəmizin sazağı, Sönəcəkdir orda hayın oca... | ANL |
Anam xəstələnmişdi. Neçə gündü Ağdam, doğulub boya-başa çatdığı, ömrünün çoxunu yaşadığı Qiyaslı kəndi dilindən düşmürdü. Hər gecə yuxusunda kəndimizi, bağ-bağatlı həyət-bacamızı gördüyünü söyləyirdi. Erməni adam deyil? Axı niyə dağıtmalıdı? Bayquş xarabalıq sevər. Yesin-içsin, yaşasın də bəy kefində. Dədəsi-bab... | ANL |
Ömür mənalı yaşananda... Fədakar ziyalı və şair Adil Misirlinin portret cizgiləri. Hər bir insan ömrü oxunmamış kitab kimidir. Onu yalnız vərəqlədikdən sonra yetərincə öyrənmək mümkündür. Səhifələri açdıqca hər kəs maraqlı bir tale yolunun müsahibinə çevrilir, yaşanmış illərin yaddaşına qoşulur. Haqqında söhbət... | ANL |
Anam haqqında dörd esse - Nyu-Yorkda tanış olduğum, xatirimdə son dərəcə işıqlı, həyatsevər insan kimi yaşayan, amma bu narahat, zalım dünyanı tez-tələsik tərk edib gedən Humay Quliyevanın bir yazısını ingiliscədən tərcümədə təqdim edirəm. Anam heç zaman gözəl olduğumu deməzdi mənə. Bircə dəfə dedi yalnız. Dəni... | ANL |
Adını həyat amalına çevirən İnsan. Dəyərli alim və işıqlı şəxsiyyət Ədalət Tahirzadənin 70 yaşına. Nə vaxtsa müqəddəs səmavi kitabların birində oxumuşdum ki, uşaqlarınıza gözəl adlar qoyun, ad sonralar insanın taleyində mühüm rol oynayır. Biz yaşadığımız həyat boyu bunun canlı şahidi olur, lakin sirrini açmayan ... | ANL |
O, Azərbaycan musiqisini dünyaya tanıdan önəmli simalardan biridir. Musiqiyə bütün ruhuyla bağlıdır. Dünya görüşü, ziyalı davranışı onu şəxsiyyət kimi gözümüzdə ucaldan əsas amildir. Yaradıcılığındakı fəlsəfəni duyub təsirinə düşməmək mümkün deyildir. Həm sənət həmkarı, həm də dinləyici kimi əsərlərini dinlədiyim... | ANL |
Uşaq dünyasından mənzərələr. MƏRDAN MÜƏLLİM VƏ ƏDƏBİYYAT DƏRSİ. Mərdan adlı müəllimimiz bizə ədəbiyyatdan dərs deyirdi. Onun həzin səsi, təbii, gözəl danışığı, maraqlı fikirləri, hadisələrə komik münasibəti bu gün də yadımdadır. Ayağından əməliyyat olunduğu üçün yeriyəndə axsayırdı. Amma onu bütün müəllimlərimdən... | ANL |
Pakistan ədəbiyyatının Azərbaycanda ilk əhatəli nəşri. “Dünya ədəbiyyatı” jurnalının yeni sayı bütövlükdə Pakistan ədəbiyyatına həsr edilib. Bu barədə məlumat verən baş redaktor Seyfəddin Hüseynli bildirib ki, jurnalın “Pakistan” sayı zəngin və çoxdilli Pakistan ədəbiyyatının Azərbaycanda ilk geniş və sistemli t... | ANL |
Dilçilik elmimizin ustad nümayəndəsi. Bəzi insanların adları ilə talelərinə baxdıqda bir anlıq bunun həqiqətən belə olduğunu düşünürsən. Belə unikal hallardan biri də Əbülfəz Rəcəbliyə aiddir. İlk baxışda çox sərt xarakterli bir insan təəssüratı bağışlayan Əbülfəz müəllimi yaxından tanıdıqca onun necə tələbkar, amma bi... | ANL |
Cümhuriyyətin xaricdə oxutduğu yüz nəfərdən biri. Yüz üç illiyi yaxınlaşan, cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün sahələrdə olduğu kimi, xalq təhsilinin inkişafı sahəsində də böyük işlər görülmüşdü. Ölkədə ali təhsilli kadrların hazırlanması üçün Azərbaycan Parlamenti 1919-cu ilin ... | ANL |
İşıq əlifbası ilə yazan nurlu adam. İşıq əlifbası öyrədirəm. deyirəm, Fikrət! Elə hamımıza doğma olan fakültəmizdə zəng vurulub, tənəffüsə çıxanda səni görən kimi "Salam, Fikrət!" söyləməyim düşdü yadıma. Hər tələbəni səsindən tanıyardın. Axı, səninlə söhbət etmək, yeni şeirlərini, poetik misralarını dinləmək is... | ANL |
Dəyərli ömürə dəyərli kitab. Söz dərk ediləndə daha qüdrətli olur. Zərdüştə görə xeyirli söz anlayışı var və bu anlayış xalqla bağlı olanda müqəddəsləşir. Zaman-zaman əqidələr də, amallar da belə bildirilib, dürüstlüyə çağırış sözlə ifadə edilib. Aqil kəlamları da sözlə bəşəriləşib. Ədəbiyyat ona görə mənəvi kami... | ANL |
Əfsanələşən şəhid ömrü. Bəzən gözucu dünyaya baxıb, ətrafı seyr edib olub bitənlərə nəzər yetrib dərin düşüncəyə qərq oluram. Ruhumuza sahib çıxacaq qədər sonsuz göy üzü, cismimizi qoynuna alacaq bir qarış torpaq nəyimizə yetmir?! Nə qədər ki, bu dünya bu qədər ananın bala dərdiylə, ahıyla qovrulur, heç kəs heç vaxt ra... | ANL |
"Yumşaq qüvvə" ilə terrora qarşı mübarizənin Azərbaycan modeli. Milli-mənəvi dəyərlərləri təbliğ etməklə terrora qarşı mübarizə aparmaq hazırda ən çox önəm verilən ictimai-siyasi taktikadır. Bu fikrə elmi dəstək də qətiləşmişdir. Müasir kulturologiyada "yumşaq qüvvə" diplomatiyasının idarəetmə mədəniyyətinin innovasi... | ANL |
Qarabağ savaşı və böyük qələbəmizin tarixi Azərbaycan mətbuatında. Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı 44 gün uğurla davam etdi. Bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, ordumuzun qü... | ANL |
Naxçıvan faunasının unikallığı: zənginlik və rəngarənglik. Naxçıvan Muxtar Respublikasının İranla (Araz çayı boyu), Ermənistan (Zəngəzur və Dərələyəz silsiləsi) və Türkiyə ilə həmsərhəd - unikal bir məkanda yerləşməsi, buranı təkrarolunmaz təbiət laboratoriyasına çevirib. Qədim sivilizasiyaların və mədəniyyətlərin yar... | ANL |
yaxud bəzi fraqmentlər üzərində düşüncələr. Təkcə sənətkarlar əsər yaratmır... Ən dəyərli əsərləri həyatın özü yaradır: yetirdiyi insanların taleyi ilə. Bu mənada ən mükəmməl xarakterlərin müəllifi həyatdır. Mənim üçün belə mükəmməl xarakterin daşıyıcılarından biri də müasirimiz professor Qulu Məhərrəmlidir. Gör... | ANL |
Gülnarə Xəlilovanın “Qarabağ” milli geyim kolleksiyası təqdim olundu. Oktyabrın 29-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı “Qarabağ” milli geyim kolleksiyasının təqdimatı keçirilib. Kulis.az xəbər verir ki, tədbirdə rəsmilər, Azərbaycanda akkreditə o... | ANL |
Kitab tamadası. - ...Deyirəm, Allahın işinə bax, ata öz oğluna Nasir adı qoya, oğul da məktəb vaxtından yazıçı olmağı qarşısına məqsəd qoya, böyüyüb öz gücünə filologiyaya qəbul olub, axırda möhtəşəm əsərlər yazan yazıçı ola, - yetmiş beş yaşa çatmış Nasir Əhmədin növbəti hekayələr kitabının təqdimatını dostu, ... | ANL |
Naxçıvanın təbii sərvəti: nadir bitki növləri. Naxçıvan Muxtar Respublikası özünəməxsus təbii şəraiti, oroqrafiyası, torpaq örtüyü və bitkilər aləmi ilə fərqlənən tipik dağlıq diyar olub, Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Muxtar respublikanın Zəngəzur Milli Parkı ərazisinə daxil olan Ordubad rayonu K... | ANL |
Təkrarsızlığı ilə seçilən Azərbaycan faunası. Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Kür-Araz ovalığında v... | ANL |
Karantindən sonrakı "Qızıl toy". Mədəni istirahətimizin əsas ünvanı olan teatrların açılışı əsasən teatrsevərlər üçün əsl bayrama çevrilib. Bu günlərdə teatrlara olan sonsuz marağın da əsas səbəblərindən biri məhz budur: iki illik fasilədə yetərincə darıxmaq. Ona görədir ki, tamaşaçılar axın-axın teatra üz tutur, bir ... | ANL |
Kür sahilində. "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Həmidə Sadıqovadır. Həmidə xanımla Vəcihə Səmədovanın "Kür sahilində" əsəri haqqında danışmışıq. - Əsərə keçmədən öncə rəssam Vəcihə Səmədova haqqında qısa məlumat verə bilərsinizmi? - Vəcihə Səmədova Azərbaycanın ilk peşəkar qadın rəngkarlar... | ANL |
Çiçəklərin söhbəti. İstinin soyuqla yarışdığı, yağış sularının çayın şırıltısına qovuşduğu günlərdən biri idi. Bir tərəfdən Çoban babanın çaldığı tütəklə təbiət yuxuya gedirdisə, quşların səs-səsə verərək oxuduğu mahnı onları yatmağa qoymur, şirin yuxudan oyadırdı. Təbiətdən gələn səslər ancaq insanların deyil,... | ANL |
Oqtay Rzanı anarkən... Oqtay Rza Salyan torpağına, ümumiyyətlə, Azərbaycana şöhrət gətirən şairlərdən olub. Fikirləşirəm ki, bu məhəbbət haradan idi? Dəfələrlə müxtəlif məclislərdə, poeziya yığıncaqlarında iştrak etmişdik. Arada zarafatla deyirdik ki, Oqtay müəllim əməkdar salyançıdır, həm də azərbaycançıdır. O, dəv... | ANL |
İndi layla çalır, məzarın sənə! Həyat pəncərədir, baxıb, gedirsən, Ölüm libasını taxıb, gedirsən. Qaranlıq məzara axıb, gedirsən. İndi layla çalır, məzarın sənə! Kəfən örtük olur, solan üzlərə. İndi layla çalır, məzarın sənə! Kəfənin üstündə qara göndərib, Səni məzarında dara göndərib, Allahım gör səni, hara göndərib?... | ANL |
Moda fəlsəfi baxış bucağı altında. Mövzunu belə bir sadə mülahizədən başlayım ki, insanın öz bədənini müəyyən bir örtüklə örtməsi onun cismani və sosial həyatının demək olar ki, ayrılmaz tərkib hissələrindən biridir. Bu örtüyün ixtira olunması insanın hər şeydən öncə cismani varlığının tələbləri ilə bağlı olmuşd... | ANL |
Nizaminin ədəbi-bədii irsi uzun əsrlərdən bəri dünyanın bir çox tədqiqatçılarının diqqətini özünə cəlb edib və onun əsərləri bir sıra elm sahələrinin mütəxəssisləri tərəfindən müxtəlif aspektlərdən araşdırılıb. Lakin soyuq ürəklə, sevgisiz, məhəbbətsiz bitib tükənməz xəzinəni, dərinliyi dürlə, gövhərlə dolu ümmanı xatı... | ANL |
Qısa tamaşalar - böyük mətləblər festivalı. Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbənin birinci ildönümünə sayılı günlər qala mədəniyyətimizdə və incəsənətimizdə bu mövzuya müraciət daha da artmaqda, aylardır hazırlanan işlərin təqdimatları baş tutmaqdadır. Şair və yazıçılar öz əsərlərində, kitablarında... | ANL |
Vətən müharibsəinin möhtəşəm zəfərlə başa çatmasının bir ilinin tamamına bir neçə gün qalır. Artıq dünya siyasətçiləri bu müharibədə Azərbaycanın şanlı qələbəsini tarixiləşdirən 44 günün hərbi sirlərini və bu döyüşlərin taktiki gedişlərini öyrənməyə ciddi cəhdlə çalışırlar. Bu döyüş taktikası müxtəlif ölkələrin hərb tə... | ANL |
Bu Zəfər həm də iki qardaş dövlətin gənclərinin birliyinin zəfəridir. Eyni ruhun bir əli Türkiyədə yaşayanların, digəri Azərbaycanda yaşayanların niyyətinin, istəyinin arzusunun əlidir. Bu əllər bəşərin yarandığı vaxtlardan bu günəcən belə birlik nümayiş etdirir. Türkiyənin istiqlal savaşında təkcə türklər döyüşmədi,... | ANL |
Mühacir şuşalının "Şirvanşahlar yurdu". Azərbaycanın mühacir alimi Cahangir Zeynaloğlunun 1931-ci ildə İstanbulda nəşr etdirdiyi "Şirvanşahlar yurdu" əsəri Azərbaycan türkcəsinə tərcümə olunub. "Elm və təhsil" nəşriyyatında çıxan kitabın tərtibçisi, giriş mətninin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla ... | ANL |
Alban çarlığının üç türk toponimi haqqında. "Ölkənin daxili və xarici siyasətinə yorulmadan rəhbərlik edən, işğaldan azad edilmiş ərazilərdə bərpa işinə çox böyük diqqət yetirən Prezident İlham Əliyev, eyni zamanda tarixə ekskurs edilməsini də zəruri sayır. Dövlətimizin başçısı toponimlərimizin əzəli mənşəyinin məl... | ANL |
UNEC-in daha bir önəmli addımı. Universitetdə "erməni dili" kursu təşkil olundu. Oktyabrın 22-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanılıb. Ermənistan İqtisadiyyatını Araşdırma Mərkəzi tərəfindən təşkil olunan təlimlərin (kursun) məqsədi tədqiqat... | ANL |
Sürəkli alqışlar sükutu pozdu... İki ilə yaxın fasilədən sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrı sevimli tamaşaçılarına yenidən qucaq açdı, sanki doğma ana övladlarını bağrına basdı. Akademik Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev teatrın peşəkar aktyorları ilə bi... | ANL |
Şəhidlər. Ağlayıram, sızlayıram, yanıram, Göz yaşımla şəhidimi anıram. Ağlayıram, sızlayıram, yanıram, Şəhidimi göz yaşımla anıram. Vətən igidlərin bir də sınadı, Düşmənin sinəsi yara-yaradı, Ən müqəddəs addır şəhidlik adı, Unutmarıq Mübarizi, Poladı... Ağlayıram, sızlayıram, yanıram, Şəhidimi göz yaşımla anıram... Gü... | ANL |
Nəğmələrin müqəddəsi, ulusu, Meyvələrin ən şirini, sulusu, Bulaqların ayna kimi durusu- Zəfər nəğməsi. Bu nəğmənin hər sədası "Cəngi"di, Al-qırmızı kəlmələrin rəngidi, Dar anında bir oyanış zəngidi- Zəfər nəğməsi. Yarıb keçər çəpərləri ,sədləri, Tam əridər buz bağlamış hədləri. Düzdə qoyar nankorları,bədləri- Zəfər... | ANL |
Od, alov yağdırdıq düşmən başına, Yağı öz məkrindən bəlkə daşına, Səslədi milləti ər savaşına, Tutdu işğalçıya layiqli divan, Ali Baş Komandan - şanlı qəhrəman. Göstərdi dünyaya sonsuz qüdrəti, Düşməni sarsıtdı sərt qətiyyəti, Nitqiylə hamını eylədi heyran, Ali Baş Komandan - şanlı qəhrəman. Verdi haqsızlara ustad cav... | ANL |
Eyruz Məmmədov haqqında yazı hazırlamaq üçün götürdüyüm qələm elə əlimdəcə qalıb, sanki vərəqə toxunmağa cəsarət etmir. Xatirələrimi çözələyirəm. Dostumun portretini yaratmaq üçün həyatının gözüm qarşısında ötən günlərində baş vermiş və ya mənə danışdığı qeyri-adi məqamları axtarıram. Yaddaşımın gözlərinə birdən-birə q... | ANL |
Qarabağ savaşı və böyük qələbəmizin tarixi Azərbaycan mətbuatında. Böyük qələbədə mətbuatın danılmaz rolunu dəyərləndirən professor Cahangir Məmmədli qeyd edir ki, "Mən həmin dövrdə qəzetlərin bu məsələyə necə yanaşmasını xüsusi diqqətlə nəzərdən keçirirdim. Bu qəzetlərin səhifələri 44 günlük savaş günlərində baş... | ANL |
Azərbaycanın palçıq vulkanları: həm maraqlı, həm faydalı. Azərbaycan ərazisi dünyanın palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik bölgəsidir. Bu təbiət abidələrinin sayına, çoxçeşidliliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar yer yoxdur. Ölkəmiz palçıq vulkanları vətəni sayılır. Azə... | ANL |
Böyük zəfərin təməl daşları. ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MÜDRİK SİYASƏTİ VƏ PREZİDENT, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN YENİLMƏZ QƏTİYYƏTİ PARLAQ QƏLƏBƏMİZİ TƏMİN ETDİ. Vətən torpaqlarının düşmənin otuz illik işğalından qurtarılmasının birinci ildönümü tamam olur. Bu bir il müstəqillik tariximizin ... | ANL |
Sandıq əhvalatı. Hər şey o zəhrimara qalmış köhnə sandıqdan başladı. Evin qapısını bağlayıb pilləkənlə yuxarı qalxırdım ki, elə pilləkənin başındaca iri bir sandıqla üz-üzə gəldim. Xeyli yer zəbt etmişdi deyə yanından ehtiyatla keçib getdim. Sakinlərdən çoxunu hələ də tanımıram, demək olar heç kəslə nə isti münas... | ANL |
Qubadlının yaranışından dağa söykənən Xəndək kəndi görünür. Dağ uçmaz, dağın kökü çox dərindədi. Dağ qollarını balınc eləyib uzanmış pələngə bənzəyir. Elə bil bir hovurluğuna nəfəs dərir, bir azdan duracaq, yan-yörəsinə göz gəzdirəcək, ovunun görünməyinə məəttəldi, görününcə üstünə atılacaq. Ovlanasılıların bir il əv... | ANL |
Deyirlər, torpaq qanla qarışanda Vətən olur. Söhbət torpağı qorumaq və onun uğrunda mübarizədən gedir; bura mənim evimdir, ocağımdır, mən ocağımın keşikçisiyəm. Bu mühafizəkarlıq bizim genimizdə, ruhumuzda var. 30 il düşmən tapdağı altında qalan Qarabağ neçə-neçə ərənlərin qanı bahasına, döyüşçülərin sarsılmaz əzmi n... | ANL |
Əbədi qələbəmizin ilk ildönümü. İllərdir ayrılığı ürəyimizə xal salan əzəli torpaqlarımız başqalarının əlində oyuncağa çevrilən alçaq düşmənlərin istilasından azad oldu. Bu qalibiyyət günəşini parlatmaq üçün şəhidlərimiz öz işıqlarını qurban verdilər. Min üçün milyon ağladı... Ölən insanların sadəcə keçmişi olur. Şəhid... | ANL |
Mən onu tanımırdım, üzünü də görməmişdim. İgidliyini eşidib, nağılını duyub sevdim onu. Bütün nağıllar, əfsanələr belə başlayır. Babalarımızın, nənələrimizin, böyüklərimizin bizə danışdıqları nağıllar, əfsanələr. Uşaq hafizəmizdə tutub, özümüzlə bərabər böyütdüyümüz qəhramanlarımızı, igidlərimizi unutmadıq. Yaradanın ... | ANL |
Qürur tariximizə şərəflə yazılan şəhid adı. Gəncənin məşhur tarixi göz xəstəxanasının qarşısında hər kəs iftixar hissi ilə bir dəqiqəlik ayaq saxlayır. Şəhid Hüseyn Quliyevin şəkildəki əzmli duruşu, nəinki onun qonşularına, ordan ötən hər kəsə 44 günlük Vətən müharibəmizin zəfərinin səbabkarlarını xatırladır. Elə Gülx... | ANL |
Dil paradoksları. DİLÇİ ALİMLƏRƏ, DİL VƏ ƏDƏBİYYAT MÜƏLLİMLƏRİNƏ ÜNVANLANMIŞ MONOLOQLAR. KEÇMİŞ İNDİKİ ZAMAN, YOXSA... İki il əvvəl "Kinonun fəlsəfəsi" kitabı üzərində işləyərkən feilin xəbər şəklinin zaman kateqoriyaları ilə bağlı çox maraqlı, amma həm də qəribə və paradoksal bilgilərə çıxdım. Belə ki, kinoda ... | ANL |
Azərbaycanın təbiət qoruqları: ekoloji mühitin keşiyində. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faizini təşkil edir. Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəng... | ANL |
Yevlax fədailəri bədii-publisistik esselərdə. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canını fəda etmiş hər bir əsgərimizin ünvanına yazılan "şəhid" kəlməsi müqəddəsliyin zirvə nöqtəsidir. İstər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarım... | ANL |
Nə vaxtdan bəri getməyə ürək eləmədiyimdən qəsdən təxirə saldığım Ağdam səfərimi, axır ki, gerçəkləşdirə bildim - otuz illik həsrətin, ağrının, itirilmiş gəncliyin, alt-üst olmuş xatirələrin səfərinə çıxdım. Gördüyüm mənzərədən sarsıldığımı demək, sözlə dopdolu olsa da, qəlbin əslində, susduğunu etiraf etmək kimidir. E... | ANL |
Şuşa - uşaqlığımın əziz xatirəsi, mənə "şah Qacarın tacını axtarmaq xəyalı qurduran" nağıl dünyam idi... Şuşa - özümü dərk edəndən yay aylarımın unudulmaz istirahəti, möcüzəli əyləncəsi, əsrarəngiz səyahəti, ən xoş günlərimizi şərəfləndirən ən özəl məkan idi... Şuşa - yeddi dolamasının hər birini uşaq sevinci ilə qal... | ANL |
Milli Kitabxanada Qarabağla bağlı iki kitab təqdim olunub. Bu gün Azərbaycan Milli Kitabxanasında “Qarabağ dastanı: Otuz ilin həsrəti – 44 günün zəfəri”, “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, Azərbayca... | ANL |
Milli parklarımız: təbiətin təkrarsız həyat palitrası. Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərindən biri də Milli parklardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Kiçik Qafqaz və Naxçıvan Muxtar Respublikası Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı ərazisində yerləşir.... | ANL |
Dul qadının tənhalığı. Ruhiyyəni şayiələr izləyir. Nərgiz əhvalatı. Televiziya kanalları ilə işlədiyi ilk ay uğurlu oldu, kinoproqram redaksiyaları onun tərcümələrini razılıqla qarşıladı və dublyaj üçün rejissora verdilər. Beləliklə, iki kanalda az sonra göstəriləcək İran filmlərinin bədii tərcüməsi ona məxsus ola... | ANL |
Azərbaycanın Xalq şairi Fikrət Qoca Qarabağımızın, işğal altındakı bütün torpaqlarımızın azad edilməsini illər boyu hərarətlə arzulamış, bu mövzuda neçə-neçə əsər yaratmışdı. Tale elə gətirdi ki, qələbəylə bitən 44 günlük Vətən müharibəmizi, torpaqlarımızın işğaldan qurtuluşunu görmək şairə qismət oldu və o, öm... | ANL |
"NİZAMİ GƏNCƏVİ İLİ"NİN AKTUALLAŞDIRDIĞI MƏSƏLƏLƏRDƏN BİRİ. Böyük ingilis ədibi Şelli deyirdi: "Şairlər dünyanın tanınmamış qanunvericiləridir". Yəni çağdaş dünyanın proqressiv qanunları, beynəlxalq normaları, bəşəri dəyərləri min illər bundan qabaq yaşamış adını bilmədiyimiz şairlərin diləkləri əsasında forma... | ANL |
Vətən müharibəsi şəhidi. Noyabrın 7-si Bakı Slavyan Universitetinin məzunu, Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin anım günüdür. Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Elnur kimi igid, cəsur, qəhrəm... | ANL |
Zəfərin ecazkar təcəssümü: "Qarabağın xalça xəritəsi". 8 noyabr - Zəfər Günü müstəqil dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrildi. Yaşadığımız böyük qalibiyyət, müasir hərb tarixinə yazılan möhtəşəm qələbə xalqımızın məğrur ruhunu özünə qaytardı. "Qarabağ Azərbaycandır!" şüarı ilə hər kəsin vətənin müdafiəsinə qa... | ANL |
Qadınların incə xətti. Ötən həftə ölkə azyaşlı qızın başına gələnlərlə sarsıldı. Hadisənin başdan ayağa dəhşət saçması qalsın bir yana, ondan daha betəri bəzi qadınların məsələylə bağlı mövqeyi oldu. Təsəvvür edin, on yaşından etibarən qırx iki yaşlı şəxs tərəfindən zorlanan uşaq başına gələnlərə görə qınanır. Nə böyük... | ANL |
2004-cü illin əvvəlləri idi, Vaşinqtonda Corctaun Universitetində çalışırdım. Bu universitet Amerika paytaxtında siyasi ideyalar istehsal edən mərkəzlərdən sayılır. Bir gün e-mail poçtuma mühüm bir konfransda iştirakım üçün rəsmi dəvət gəldi. Dəvətdə konfransın ABŞ Dövlət Departamentinin maliyyəsi ilə keçirildiyi, Zaqa... | ANL |
Şirməmməd Hüseynov - böyük istiqlalçı alim. Görkəmli alim, publisist, pedaqoq, professor Şirməmməd Hüseynov ömrünün 70 ilindən çoxunu milli mətbuatımızın araşdırılmasına sərf edib. Ustad tədqiqatçı milli mətbuatımızın hansı səhifəsinə nəzər salıbsa, orada obyektivlik, doğruluq, ədalət prinsiplərini bütün parametrl... | ANL |
Radio tarixindən bir epizod. Yubileylər ilini qeyd edən Azərbaycan radiosu və televiziyasının tarixi dramatik və qeyri-adi hadisələrlə zəngindir. Radiomuzun tarixində belə hadisələrdən biri də 80 il bundan əvvəl faşist Almaniyasının SSRİ-yə hücumu ilə başlanan İkinci Dünya müharibəsi haqqında xəbərin ekstremal şəraitd... | ANL |
Danılmaz faktdır ki, bu gün televizor evimizin sadəcə qiymətli, maraqlı əşyası deyil, həm də həyatımızın vacib atributlarından biridir. Günümüzün hansısa saatlarında mütləq televiziya verilişlərinə baxmalı oluruq. Ötən əsrin ortalarından başlayaraq dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları öz c... | ANL |
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? Macarıstana gəlib çıxmasının qəribə, bir qədər də romantik tarixçəsi vardı. Həqiqi hərbi xidmətini bu ölkədəki Sovet ordusu hissələrində keçmişdi. Təsadüfən bir macar qızı ilə tanış olmuşdu. Özünün dediyinə görə, ilk tanışlıqdan bir-birlərinə bağlanmışdılar. Nəyin... | ANL |
Amnistiya Aktı necə icra ediləcək? Milli Məclisin noyabrın 5-də keçirilən iclasında "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin qərar layihəsi müzakirə edilib. Qərar layihəsi deputatların müzakirəsindən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib. Azərbaycan Respublikas... | ANL |
Müdrik siyasətin möhtəşəm təntənəsinə çevrilən zəfər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çatmasından bir il ötür. Xalqımızın şərəf və qəhrəmanlıq səhifəsinə çevrilən bu müharibəni zəfərlə başa vurmaqla dövlətimiz ... | ANL |
Noyabrın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir və konsert proqramı təşkil edilib. Mərasimdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova Zəfər Günü ərəfəsində ali təhsil ocağında müxtəlif tədbirlər keçirildiyini bildirib. Bu bax... | ANL |
Osmanlı təsəvvüf şeirinin poetikası” nəşr olunub. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Afaq Əsədovanın elmi redaktorluğu ilə türkiyəli professor Mahmud Erol Kılıçın “Sufi və şeir. Osmanlı təsəvvüf şeirinin poetikası” monoqrafiyası işıq üzü görüb. Mahmud Erol Kı... | ANL |
“Ədəbiyyat İnstitutunun Qarabağnaməsi” mövzusunda tədbir keçirilib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş “Ədəbiyyat İnstitutunun Qarabağnaməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş dire... | ANL |
Zəfərə aparan yol: Fikirlər də döyüşürdü. Hadisələr sonra baş verir; öncə fikirlərdə bir təbəddülat baş qaldırır və müəyyən bir ab-hava, ovqat yaranır. II Qarabağ müharibəsinin ovqatı 27 sentyabrdan aylar öncə, Tovuz döyüşlərində oluşmağa başladı. Döyüşlər məhdud bir ərazidə, qısa zamanda baş verdi, amma xalqın s... | ANL |
Üfüqə doğru. Avtobus Dunay çayının yanından keçib Vyanaya yaxınlaşırdı. Avtobusdakı televizorda Qabzburqlar ailəsi barədə film göstərilirdi. Ancaq Əli artıq filmə baxmırdı. Bayaq avtobusda onnan paralel oturacaqda əyləşən qız Bratislava yaxınlığında rəfiqəsilə avtobusdan yerə endi. Əlinin ürəyini göyqurşağı bürü... | ANL |
Fədakarlıq və qəhrəmanlıq örnəyi. ŞƏHİD KİNOŞÜNAS FƏQAN MƏMMƏDOV SONSUZ VƏTƏN SEVGİSİ İLƏ NƏSİLLƏRƏ NÜMUNƏ OLDU. Bu gün sizə arzusu kinoşünas olmaq, Qarabağ haqqında silsilə filmlər çəkmək olan şəhid Fəqan Məmmədovdan danışacağam. A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, daha sonra Azərbay... | ANL |
"Nizami Gəncəvi ili"nin humanist çağırışları. Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunda çıxışının vətəndaş cəmiyyətinə təsiri barədə qeydlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumu öz i... | ANL |
Ana dilimizin tədrisinə mühüm töhfə. "ƏCNƏBİLƏR ÜÇÜN AZƏRBAYCAN DİLİ DƏRSLİYİ" BU SAHƏDƏ ATILAN UĞURLU ADDIMDIR. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölk... | ANL |
Azərbaycan bəstəkarlarının Zəfər bayramı töhfələri. Uzun illərdir ki, bu ifadə bizim dilimizdə səslənir, lakin ürəyimizdə müxtəlif hisslərlə, səs tonumuzda müxtəlif intonasiyalarla. Əslində, isbata ehtiyacı olmayan bu həqiqəti bir-birimizə və dünyaya bəyan etdikdə əminlik, kövrəklik, ümid, qürur, fəxarət hisslər... | ANL |
“Tarixi həqiqətlər” filmi təqdim olundu. Bu gün Nizami Kino Mərkəzində “Tarixi həqiqətlər” filminin təqdimat mərasimi keçirilib. “Tarixi həqiqətlər” filminin ideya müəllifi və rəhbəri müəllimə Xuraman Şabanidir. Filmin ssenari müəllif və quruluşçu rejissoru Bəhruz Vaqifoğlu, ikinci rejissoru Elmin Qiyaslı, qurulu... | ANL |
Moskvada “Xarıbülbül” sərgisi nümayiş olunub. Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Xarıbülbül” rəsm sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” rəsm sərgisi açılıb. "... | ANL |
Münhendə “Qarabağa qayıdış” gecəsi. Almaniyanın Münxen şəhərində “Qarabağa qayıdış” adlı gecə keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Tədbirdə azərbaycanlı qonaqlarla... | ANL |
“Azərbaycanın Zəfəri” festivalının qalibləri mükafatlandırılıb. Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Zəfər Gününə həsr olunmuş uşaq və gənclər arasında hərbi yaradıcılıq kollektivlərinin “Azərbaycanın Zəfəri” adl... | ANL |
Elmi kitabxananın direktoru beynəlxalq konfransda. 09 noyabr tarixində Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin (BETİM) Moldovanın təşkilatçılığı ilə növbəti 73-cü iclasa start verilib. Sözügedən videokonfrans 13 üzv ölkələrin tanınmış alim və mütəxəssislərinin iştirakı ilə baş tutub. Videokonfransda ölkəm... | ANL |
Zəfərimizi rəsmiləşdirən bəyannamə. Azərbaycanın 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlatdığı Vətən müharibəsi 44 gün sonra ölkəmizin şanlı zəfəri ilə başa çatdı. Bu, müasir dünya tarixinə ən qısa müddətdə böyük qələbə ilə başa çatan müharibə kimi daxil oldu. İkinci Qarabağ m... | ANL |
Piri Rəis xəritəsinin sirləri. Elmi ədəbiyyatda Piri Rəis Xəritəsi adlandırılan məşhur xəritə dünyanın 1513-cü ildə İstanbulda cızılmış yığcam modelidir. Bu xəritədə Avropa və Afkrikanın qərb hissəsi, Şimali və Cənubi Amerika və çoxlu xırda adalar təsvir edilib. 1517-ci ildə təcrübəli donanmaçı Piri Rəis hazırladığı xə... | ANL |
“Nizami Gəncəvinin poetik portreti” işıq üzü görüb. Kürdəmir Regional Mədəniyyət İdarəsindən Manera.az-a verilən məlumata görə, kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunub. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet və jurnalların səhifələrindən t... | ANL |
Xalq şairi Balaş Azəroğlu sərgi ilə anılıb. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Xalq şairi Balaş Azəroğlunun anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib. | ANL |
Nizami Gəncəvi yaradıcılığı Azərbaycan mühacirət irsində. 1920-ci illərdən başlayaraq mühacirətdə yaşamış Azərbaycan ziyalıları da Nizami irsi ilə bağlı ciddi araşdırmalar aparmışlar. 1934-cü ildə İstanbulda professor Ə.Cəfəroğlunun redaktorluğu ilə nəşr edilən "Azərbaycan Yurd Bilgisi" jurnalında azərbaycanlı müha... | ANL |
Yazının sərlövhəsi F.M.Dostoyevskinin "Karamazov qardaşları" romanından götürülüb. Nə üçün sən də hamı kimi çağdaş ədəbi-bədii proseslərdən ilhamlanıb, dəbdə olan mövzulara girişib müasir dövrün yazarı (Məşədi İbad demişkən, "obrozovolskisi" - Ə. imici qazanmağı arzulamırsan? İndi Zülümov demişkən, hamıya birdən... | ANL |
Fərəc Fərəcovun ədəbi yaradıcılıq dünyası. Azərbaycan ədəbi-bədii yaradıcılıq məkanında Fərəc Fərəcovun özünə məxsus yeri var. Akademik İsa Həbibbəylinin belə bir fikri mənim gəldiyim bu qənaəti dəqiq təsdiqləyir: "Bədii və publisistik yaradıcılıq fəaliyyəti Fərəc Fərəcovun taleyi və tərcümeyi-halıdır". Akademikin bu... | ANL |
Ləyaqətli və qürurlu qələm adamı. Jurnalist Nazim Ağamirovun vəfatından qırx gün ötür. Qismətinə düşən ömür payını şərəflə yaşamaq, insanların hörmətini, rəğbətini, sevgisini qazanmaq və dünyadan köçdükdən sonra ehtiramla anılmaq hər kəsə nəsib olmur. Həyatın qanunudur - insan doğulur, yaşayır və nəhayət, dünyadan... | ANL |
Baş kitabxanaçı və tanınmış kitabxanaşünas. Yeni tarixi epoxada xalqımızın milli-mənəvi təkamülündə və ölkəmizin irəliyə doğru tərəqqisində mühüm rolu olan kitabxana işinin təşkili, yenidən qurulması və inkişaf etdirilməsində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim... | ANL |
Sənətinin vurğunu olan alim. Professor Kərim Tahirov kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində dünyada tanınmış alimlərdən biridir. 1983-2000-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparatında Baş Kitabxana müfəttişliyinin böyük müfəttişi vəzifəsindən Kitabxana və Muzey işləri Baş idarəsin... | ANL |
Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” kitabının təqdimat mərasimi keçirilib. Bu gün yazıçı, APA-nın redaktoru Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” (azad olunmuş ərazilərdən ilk reportajlar toplusu) adlı yeni kitabının təqdimat mərasimi və imza günü keçirilib. APA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri Aqi... | ANL |
Şair-publisist Hidayətin poeziyası qırğız dilində təqdim olunub. Redaksiya araşdırmaları nəticəsində məlum olub ki, indi çap olunan kitab xeyli əvvəl qırğız dilinə tərcümə edilsə də, müəllif, Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov rəsmi dövlət vəzifəsi tutduğu... | ANL |
Əməkdar elm xadimi, professor Fəridə Vəlixanovanın yubileyinə gecikmiş sözlər. İnsanlar fərd olaraq doğulurlar, şəxs kimi yetişib formalaşırlar, özlərini realizə edib şəxsiyyət olurlar. Söhbət filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Fəridə ... | ANL |
Dul qadının tənhalığı. Ruhiyyə nisbətən cavan olsa da, yaşadığı şəhərin ildən ilə gözəlləşdiyinin, abadlaşdığının şahidi olmuşdu. Balacaboy merin ənənəsi yeni keyfiyyətdə və daha geniş ölçüdə davam etdirilmişdi. Bakı təkcə əvvəllər fəxrlə qeyd edildiyi kimi, Şərqlə Qərbin sintezi olmayıb, həm də Qız qalası, Şirva... | ANL |
Ağıl necə formalaşır? İG testlərinin yaradılması da bu əsrə təsadüf etdi. Intellekt psixologiyasının problemləri bu gün aktual səslənir. İG testləri intellekti ölçməyə hesablanıb. Hərçənd ki, bütün dövrlərdə ağlın ölçülməsinin özünəməxsus yolları olub. Bütün ölkələrdə insanların uğurlarının və faciələrinin səbəb... | ANL |
Bu, həm Azərbaycan poeziyasının, həm də yüksək poetik ustalıqla çatdırılan Azərbaycan hikmətinin ili deməkdir. Bu hikmətdə ən universal həqiqətlərlə yanaşı, həyatın sadə gerçəklikləri də ehtiva olunub. Burada çox zidd mətləblərin vəhdətini görmək mümkündür: güc və müdriklik, qadın və kişi, ən ülvi arzular və in... | ANL |
Səkkiz il əvvəl, yazın ilıq nəfəsi duyulanda Türkiyə səfirliyi bir qrup jurnalistin bu ölkəyə səfərini təşkil etmişdi. Proqram zəngin idi və Əskişəhər türkdilli ölkələrin mədəniyyət mərkəzi seçildiyindən orada silsilə tədbirlər düzənlənirdi. Ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra, kefimiz kök idi. Avt... | ANL |
"Zirək xorasanlı"nın bədii səyahəti. Hörmətli redaksiya! Leninqrad (indiki Peterburq) mühasirədə ola-ola Ermitajda yubiley kiçicik bir tədbirlə qeyd edilibmiş. Kitablarında "Gəncənin yanında" başlığı ilə dərc edilmiş bu şeirin ilk əlyazma nüsxəsinə "Şairin məqbərəsi" adı ilə onun gündəliyində də rast gəldim. İki... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.