text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Səngəri əyninə geyinən oğlan. Səngəri əyninə geyinən oğlan, Sənə gülümsəyən güllə mübarək! Şəhid məqamıyla görüşə gəldin, Ömrünə gül açan çillən mübarək! Alnından boylanan cümlədən soruş, - Hansı kəlməsinə sürtüm üzümü?! Bir misra diksinir mənim içimdə - Şəhidlər qeyrətin lalə mövsümü. Önündə əbədi diz üstə çökdün, ... | ANL |
Kərim Tahirovun 70 illiyi münasibətilə virtual sərgi hazırlanıb. Noyabrın 12-də Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor, kitabxanaşünas alim Kərim Tahirovun 70 yaşı tamam olub. Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, alimin yubileyi münasibətilə Azərbaycan Milli Kitabxan... | ANL |
Elçin Hüseynbəylinin yeni romanı nəşr edilib. Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin "Vida" romanı işıq üzü görüb. "Vida" romanı müəllifin məşhur "Gözünə gün düşür" hekayəsi əsasında yazılıb və "doğulduğun yerdə ölməli" ideyasına söykənir. Romanın süjeti psixoloji-dramati... | ANL |
"Sözün sehri" telemüsabiqəsi başa çatıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə elan olunan "Nizami ili" çərçivəsində Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsi, ARB, ARB Günəş və ELTV ilə birgə "Sözün sehri" devizi altında müştərək layihə hazırlayıb. 525.az xəbər verir ki, lay... | ANL |
Professor İsmayıl Məmmədlinin 75 illiyinə. Professor İsmayıl Məmmədli haqqında onun sevinc dolu günlərində yazmaq mənim üçün böyük şərəfdir, buna görə qürur hissi duyuram. Mən o zaman Bakı Dövlət Universitetində təhsil alırdım. Bu gözəl alim Universitetdə mənim magistr rəhbərim olub. O müddətdə İsmayıl müəllim mənə... | ANL |
Ədəbiyyat İnstitutunda Pakistan ədəbiyyatı mərkəzinin açılışı olub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan ədəbiyyatı mərkəzi fəaliyyətə başlayıb. Bu münasibətlə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Ədəbiyyat İnstitutunun qonağı olub. Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyə... | ANL |
Azərbaycan filmləri “Korkut Ata” beynəlxalq film festivalında. Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yan... | ANL |
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? Hələ onu demirəm ki, macar penitensiar xidməti ilə centlmen anlaşmamız da pozulurdu. Əvvəlki vaxtlarda göz yumulan, görməməzliyə vurulan detallara diqqət artırılırdı. Arada soyuqluq yaranırdı. Hər şeyi yenidən başlamaq lazım gəlirdi. Bir məsələ ilə bağlı müraciət ... | ANL |
Qələmsiz yazılanlar. status-esseləri. "Şuşaya girəndə vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim". "Babalarımızın miras buraxdığı Qala divarları bizim işimizə yaradı. Onlar sanki bu divarları ona görə tikmişdilər ki, vaxtı gələcək Azərbaycan əsgərinə bu qala divarları lazım olacaq". "Artıq Laçın karidorun... | ANL |
Yüksəliş"də fərqlənənlər: bilik, təcrübə və mentor amili bir arada. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunan "Yüksəliş" müsabiqəsi ölkədə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf m... | ANL |
Miqrant böhranı. Yayın əvvəllərində Belarus üzərindən Avropa Birliyi ərazisinə keçməyə çalışan qeyri-qanuni miqrant axınının kəskin artması bölgə ölkələrini hərəkətə gətirdi. İyulun əvvəlində Litva Belarusla sərhədə yaranmış vəziyyətə görə fövqəladə vəziyyət elan etdi. Avqustun sonunda isə Litva, Latviya və Polşa sərhə... | ANL |
Əməkdar artist Xumar Qədimovanın Rəşad Məcidin şeirinə yazdığı yeni mahnı ictimaiyyətə təqdim olundu. Şuşa təntənəsinə musiqi töhfəsi. Qarabağın işğaldan azad olunması yaradıcı insanlar üçün yeni ilham mənbəyi oldu. Qalibiyyət incəsənət adamlarına nikbin ruhda əsərlərin yaranmağı naminə böyük stimul verdi. Parlaq Zəf... | ANL |
sənədli romandan parça. ...Daşaltı kəndi düşmənin əlindən qoparıldı... Birləşmiş briqadaların komandiri, polkovnik Tehran Mənsimov yeni tapşırıq aldı: istiqamət Şuşayadır! Ağır döyüşlərin yorğunluğu içində sanki bir sevinc qığılcımı işıq saçdı: "Axır ki, Şuşaya hərəkət edirik. Daşaltıda şəhid olmuş yoldaşlarımı... | ANL |
Sönməz ədəbiyyat günəşi: Nizami Gəncəvi. Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanıb. Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Böyük Azə... | ANL |
Fərdilik və fərqlilik. Ustad şair Nəriman Həsənzadənin yaradıcılığına bir baxış. İnsana diləyim ancaq xeyirdi, Şər gəlməz əlimdən, istəsəm belə. Bu misraları böyük sənətkar Nəriman Həsənzadənin bütün yaradıcılığının epiqrafı adlandırmaq olar. Ustad ədibin bütün şeir və poemalarında bir axıcılıq, həzin lirizm var k... | ANL |
Deyirlər ki, qız övladına sahib olmaq dünyanın ən gözəl hissidir. Qızı olan ataların çoxsu bu fikri təsdiqləyər. Təəssüf ki, dünyanın bir çox cəmiyyətlərində də qız uşaqlarına qarşı münasibət birmənalı deyil. Bəzi ailələrdə qız övladının varlığı valideynlər üçün yük kimi qəbul olunur. Bu düşüncənin çox qədim kökləri, ... | ANL |
Göyçə mahalının Söz sehri. Əslində, bu məqalə İsmayıl Məmmədlinin yubileyinə həsr olunan şablon bir məqalə olmalıydı. Ancaq hər dəfə İsmayıl müəllimlə görüşəndə Göyçəni, oranın nur saçan insanlarını, sazını-sözünü xatırladığıma görə, məqaləm də özüm də hiss eləmədən Ulu Torpaq haqqında alındı. Məncə, insanlar müəyyə... | ANL |
Azərbaycanın Xalq yazıçısı, tanınmış roman ustası Əli Vəliyevin bu ilə təsadüf edən 120 illik yubileyi münasibətilə ustad ədib haqqında xatirələrin toplandığı “Böyük sözün işığında” kitabı işıq üzü görüb. 525.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin yazıçının yaradıcılığı, keçdiyi çətin və şərəfli ömür yolu... | ANL |
Günay Əfədiyeva Türkdilli Dövlətlərin İstanbul zirvəsində iştirak edib. İstanbulun Demokratiya və Azadlıqlar Adasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zi... | ANL |
Qobustan Qoruğunda "Yurdda bayram” təntənəsi. Noyabrın 15-də Mədəniyyət Nazirliyinin və Qobustan Milli Tarix- Bədii Qoruğunun təşkilatçılığı ilə "Yurdda bayram” adlı tərəkəmə festivalı təşkil edilib. Qobustan Milli Tarix- Bədii Qoruğunda keçirilən festivalın əsas məqsədi zəngin elat mədəni irsinin təbliği və iştirakçıl... | ANL |
“Moskva və Qars beynəlxalq müqavilələri” kitabı nəşr olunub. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Moskva və Qars beynəlxalq müqavilələri” adlı yeni kitabı nəşr olunub. Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, giriş, üç fəsil, nəticə, istifadə edilmiş mənbə və... | ANL |
Şanlı Qələbəyə həsr olunmuş Kulinariya Festivalı keçirilib. Vətən müharibəsində düşmən üzərində qazandığımız tarixi Qələbənin birinci ildönümü münasibətilə paytaxt Bakıda möhtəşəm kulinariya festivalı keçirilib. Şanlı Qələbəmizə həsr olunan tədbir “Azeri Home Chef”in təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyəti... | ANL |
Anar Kərimov:”Ermənistan həyasızcasına Şuşadan oğurlanmış xalçaların sərgisini keçirib”. Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların sərgisini keçirməsinə münasibət bildiribAnar Kərimov. "İlk növbədə azad edilmiş ərazilərdə talan edilmiş maddi-mədəni obyektlərin siyahısını tutumalı və nə qədər əşya, ek... | ANL |
Görkəmli memar Rasim Əliyev vəfat edib. Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli memarın Rasim Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, eləcə də sənətkarın həmkarları adından rəsmi nekroloq yayımlanıb. O, 1958-ci ildə Azər... | ANL |
“Az.shafaqna.com” xəbər verir ki, 3 gün davam edəcək tədbirdə 30-a yaxın ölkədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri, 500-ə yaxın xarici investor, iş adamı iştirak edir. IBF-in məqsədi Azərbaycanın investisiya potensialını xari... | ANL |
Azərbaycan və Rusiya politoloqları Şuşada. Noyabrın 13-də Şuşada Rusiyanın tanınmış ekspert, politoloq və elm adamlarının iştirakı ilə "10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Prezident Administrasiyasının təmsilçiləri və Milli Məclisin deputatları... | ANL |
"Alp-ərənlik tariximiz Qarabağda təkrarlandı". Sizinlə bu söhbətimdə elmi yaradıcılığınızdan, tərcümə fəaliyyətinizdən, daha konkret "Manas"dan danışmağınızı istərdim. Yeri gəlmişkən deyim ki, bu günlərdə Qırğızıstanın Azərbaycandakı səfiri cənab Kayrat Osmonəliyevin Beynəlxalq İssık-Göl Forumunun təsis etdiyi "... | ANL |
Pəncərələrdən düşən işıq. Bir neçə gündü, böyük rus yazıçısı L.N.Tolstoyun 1908-ci ildə qələmə aldığı "Gündəliklər, qeyd dəftərləri, məqalələr" kitabını oxuyuram və onun Yasnaya Polyanada axşam saatlarında, xüsusən saat 10.00 radələrində yataq otağına keçib işığı uzun müddətdən sonra söndürməyi və bu vaxt ərzin... | ANL |
İqtisadi əhəmiyyətinə görə "qara qızıl" adlandırılan neft kimi, artıq dünya bazarında əmtəəyə çevrilməkdə olan su da "mavi qızıl" adı ilə dəyər qazanıb. "Mavi qızıl"ın varlığı həyat mənbəyi, onun çatışmazlığı, qeyri-bərabər paylanması davamlılığın sonu, yoxluğu isə istisnasız hər canlı üçün ölümün digər adıdır. Bu... | ANL |
MƏRHUM ŞAİR-ƏDƏBİYYATŞÜNAS HƏSƏN RİYAZI İLDIRIM HAQQINDA BİR NEÇƏ SÖZ. Güney Azərbaycanın tanınmış ictimai və ədəbi şəxsiyyəti, görkəmli şair-ədəbiyyatşünası və jurnalisti doktor Həsən Riyazi (İldırım) koronavirusa yoluxma səbəbindən həyatla əbədilik vidalaşdı. Köçsəm bu dünyadan, ara sevgilim, Elin qucağında tapa... | ANL |
Özünə oxşayan şəkil. Nəzakət Məmmədliyə. Keçən əsrin 75-ci ilində, şahın vaxtında, İranın İsfahan şəhərində adını unutduğum bir İtaliya filminə baxmışdım. Mənim aləmimdə İtaliya dünya kinosunun zirvəsində qərar tutub. Filmin məzmununu danışmaq fikrim yoxdu. Ancaq fikrimi izah etmək və çatdırmaq üçün bəzi detalları açm... | ANL |
Bu gün görkəmli yazıçı-publisist Əli İldırımoğlunun doğum günüdür. Amansız əcəl bir ildir ki, onu sevdiklərindən, sevənlərindən, dost-tanışdan, sədaqətli oxucularından ayırıb. Lakin o, doğmalarının ürəklərində, xəyallarında, söz-söhbətlərində, bu gün də dünənki kimi oxunan kütləvi oxucu rəğbəti qazanmış roman və... | ANL |
Bu dünyadan köçmək son demək deyil... Yəhya Yusif oğlu Əliyev 1937-ci ildə Qazaxıstana deportasiya olunmuş Əliyevlər ailəsində dünyaya göz açıb. Əvvəlcə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, sonra isə Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Tarix mövzusunda 19 kitabın və türk dünyası... | ANL |
Rauf Talışinski ilə beş unudulmaz axşam. O, çətin ələ düşən peşəkarlardan idi. Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasında əvəzsiz rol oynamışdı. Gerçəkdən əvəzsiz: Rauf aramızdan getdi və tərk etdiyi yer boş qaldı. Bilirəm ki, səs-küysüz keçirəcəkdi. Biz Moskva Dövlət Universitetinin "Qeze" adlandı... | ANL |
Gəncliyin və gələcəyin qəzeti. "525-ci qəzet"in ərsəyə gəlməsi Azərbaycanın müstəqillik dövrünün ilk xoş sədalı hadisələrindən biri kimi tarixi önəm kəsb edir. Yaşca "525"dən kiçik olan fikir adamları bu barədə yalnız şifahi-yazılı xatirələrdən məlumat alıblar. Çünki gənclərə xas olan yenilik istəyi, fərqli yanaşma qəz... | ANL |
Daha bir İstanbul masalı: mənim yeni nağılım. Onu kimsəyə əmanət etməyə qıymamışdım. Bilirdim, çünki İstanbula özündən yaxşı baxan, özündən daha artıq sahib çıxan bir kimsə olmaz. Tarixin tozlu səhifələrindən bu günümüzə əsrlər qət edib gələn bu şəhərin başı nə qovğalar çəkib, nə zülmlər görüb. Hökmdarlar, padş... | ANL |
Mersində unudulmaz Zəfər bayramı. Yol qeydləri, səfər təəssüratları bir janr kimi artıq dəbdən düşüb. Bu adamlara az qala Məkkə, Mədinə ziyarətindən qayıdan zəvvarlar kimi baxırdıq. Geniş auditoriyalarda keçirilən görüşlərdə dedikləri hər sözə, anlatdıqları hər mətləbə necə qulaq kəsilirdik! Belə zamanlar vardı. Am... | ANL |
Milli dövlətçilik tariximizdə mühüm səhifə. Araz-Türk Cümhuriyyətinin tarixi Azərbaycan tarixşünaslığında ən çox maraq doğuran, lakin səthi öyrənilən mühüm elmi problemlərdən biridir. Amerika və İngiltərə başda olmaqla müharibədən qalib çıxmış dövlətlər dünyanın yeni xəritəsini cızırdılar. Şimaldakı mənzərə də t... | ANL |
Sakit Məmmədovun "Qarabağnamə"si. Bu il ölkəmizin tarixində Zəfər bayramının bir illiyinin tamam olduğu, 30 illik hicran, həsrətə son qoyulduğu, tarixi qələbə qazandığımız ilidir. Tarixi torpaqlarımıza qovuşduğumuz birinci il. Bu tarixi qələbəni xalqımızın və dövlətimizin birgə əzmkarlığı, vahid birliyi şəklində qaza... | ANL |
Bəşəri niyyətliləri bəşəriyyətə Tanrı töhfəsi bilmişəm. Təhsil alanda da, müxtəlif vəzifələrdə işləyəndə də. Yaxşı insanlarla kəlmələşəndə elə bilirdim dünya mənimdi; bildiklərim düşüncələrimdə nizama düzülürdü, bilmədiklərimi öyrənirdim. Nəyisə kiməsə aşılayanda ustadlarımı xatırlamışam: öyrət, səbrlə öyrət, öy... | ANL |
Ömrümün əlli ildən çoxunu ilk dərsə başlayan, təhsilimizin və elmimizin flaqmanı Bakı Dövlət Universitetində keçirmişəm. İkincisi, bir qarabağlı kimi ilk Zəfər Gününün sevincini yaşayıram. Bizi ancaq məktəb nadanlıqdan xilas edər" (Nəriman Nərimanov). Dahilər deyir ki, insanın ən böyük sərvəti onun maddi sərvəti deyi... | ANL |
Unudulmaz sənətkar. Ustad tarzən Bəhram Mansurovun anadan olmasının 110 illiyinə həsr edilir. Azərbaycanın Xalq artisti tarzən Bəhram Mansurov Azərbaycan musiqisinin inkişafında misilsiz rol oynamış böyük sənətkardır. O, özünün ecazkar tarı ilə Azərbaycan muğamlarını respublikamızdan çox-çox uzaqlarda tanıdıb və ... | ANL |
“Nizami Gəncəvi sözünün orbitində” təqdim olunub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın “Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib. Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr ... | ANL |
Yoxsulluğun uşaqların həyatına təsirləri. İnsanın həyatına təsir edən bir çox faktor onun hansı sosial statusa, hansı sinifə aid olmasına görə formalaşır. Bunlar insanın sosial-iqtisadi durumu, məşğuliyyəti, gəlir və təhsil səviyyəsidir. İnsanlar arasında sosial sinif fərqi bütün dövrlərdə mövcud olub və təəssüf... | ANL |
Ermənistanın təxribatı: məqsəd nə idi? İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmir. Məqsədi isə regionda sülh, sabitlik, əməkdaşlıq üçün yaranmış yeni imkanları əngəlləməkdir. Belə ki, qarşı tərəf dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı... | ANL |
Gəncədə möhtəşəm kitab sərgisi keçiriləcək. 26-28 noyabr tarixlərində Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə “I Gəncə Kitab Sərgisi” təşkil olunacaq. Sərgidə kitablara 50%-dək endirim tətbiq olunacaq, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir ge... | ANL |
Dahi Nizaminin əsərləri artıq rəqəmsal formatda! Ölkənin lider mobil operatoru Azercell Telekom mədəniyyət tariximizdə bu əhəmiyyətli hadisəni layiqincə qeyd etmək üçün növbəti layihəsini təqdim edir. Axar.az xəbər verir ki, həm yerli, həm də xarici oxucuları Şərqin ən böyük şairinin yaradıcılığı ilə tanış etmək üçün ... | ANL |
İncə duyğuların poeziyası. İncə duyğularla ədəbiyyata gələn gənc şairə Ülkər Nicatlının şeirləri, qəzet və jurnallardan, sosial şəbəkələrdən oxuculara yaxşı tanışdır. Ülkərin şeirləri Türkiyə və Cənubi Azərbaycanda çap olunub. Şeirlərindəki hisslər, poetik misralar içindən gələn kövrək duyğuların harmoniyasını özünəmə... | ANL |
Adətən valideynlərin uşaqlarla bağlı ən böyük şikayətləri onların davranışlarındakı intizamsızlıq, valideyni anlamaq istəməməkləri ilə əlaqəli olur. Çox vaxt bu hal valideynlər tərəfindən tərbiyəsizlik, özbaşınalıq, özlərinə qarşı hörmətsizlik kimi qəbul edilsə də, əslində, intizamsızlıq hər bir insanın alışqanl... | ANL |
"Qarabağ şikəstəsi" və rəqslərimiz. Məncə, bunlar kökündən yanlış ifadələrdir. Bu musiqi kompozisiyaları janrına görə şikəstə yox, zərb muğamlardır. "Qarabağ şikəstəsi" yalnız vokal şəkildə oxunan, yəni instrumental ifa variantı olmayan muğamlardandır. Amma iş ondadır ki, muğamın emosional çalarlarını tam şəkildə... | ANL |
O vaxt mən indiki Bakı Dövlət Unversitetinin Jurnalistika fakültəsində oxuyurdum. Yay tətilindən qayıdandan sonra kirayə qalmaq üçün ev axtarırdım. Bir eloğlum dadıma çatdı, məni öz dostu İsmayıl müəllimlə calaşdırdı. Əvvəllər İsmayıl müəllim haqqında ikicə şey bilirdim: o, Aşıq Vəlinin nəvəsi, Aşıq Orucun oğludur, hə... | ANL |
Gəncə torpağı şəhid övladını qoynuna aldı. KİÇİK ÇAVUŞ NATİQ ƏLİYEV BÖYÜK İZDİHAMLA DƏFN EDİLDİ. Millətimizin Böyük Zəfərini həzm edə bilməyən düşmənin davamlı xəyanətkar hərəkətlərinin son pik nöqtəsi kimi, dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun ... | ANL |
Hər bir insan dünyadan köçəndə özündən sonra həyatda müəyyən iz qoyur. Bəzən bu izlər dəniz suları sahil qumunu yuduğu kimi, qısa müddət ərzində itib-batır. Bəzən isə yaşanan İNSAN ömrü tarixin salnaməsinə əbədi həkk olunur, üstündən onilliklər, qərinələr ötsə də, xatirəsi qəlblərdə, xalqın yaddaşında yaşayır...... | ANL |
Noyabr nə rəngdədi? Kimsə bu sualın cavabını bilirsə, "əsrimizin Nyutonu"dur. "Özündən Amerika kəşf eləmə" sözünün arxasınca düşüb Vespuççini də xatırlayardım, amma "Kolumbun yumurtası" yolumu kəsir. Elə Nyuton bəsdi... Mənimçün noyabr həmişə rəngsiz idi keçən ilədək. Rəngsiz fona hər gün bir rəng yaxmaq kimi dəcəll... | ANL |
Ədliyyə Nazirliyi beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə mühüm tədbirlər həyata keçirir. 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı artıq ikinci ildir ki, ikiqat sevinc hissi və böyük ruh yüksəkliyi ilə qeyd olunur. Bu da təsadüfi deyildir, çünki ötən il rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Ba... | ANL |
Vətən müharibəsinin ildönümünün qeyd olunması və Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin 2010-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 11-ci ildönümü münasibətilə "Azərxalça" ASC özünün "Q... | ANL |
Akademik İsa Həbibbəylinin "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabı on dildə işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin on dildə "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabı nəşr olunub. 52... | ANL |
Özbəkistanda və Yunanıstanda Nizami Gəncəvi tədbirləri. Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) Səmərqənddəki filialı ilə birgə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib. 525.az xəbər verir ki, tədbirdə universite... | ANL |
Nizami irsinə dair yeni kitablar təqdim olunub. Noyabrın 18-də Azərbaycan Yazıçılar Birliyində Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə çap olunan “Nizami Gəncəvinin əsərlərinin el variantları” və “Nizami Gəncəvinin poetik portreti” adlı kitabların təqdimat mərasimi keçirilib. Tədbirdə Mədəniyyət Nazirli... | ANL |
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şairə-dramaturq, pedaqoq, tərcüməçi, publisist, Əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın anadan olmasının 85-ci ildönümü münasibətilə elmi konfrans keçirilib. 525.az xəbər verir ki, konfransın əvvəlində noyabrın 16-sı erməni... | ANL |
Kapitalizm tamamilə istismar üzərində qurulmuş və təbii mənbələrin tükənməsinə gətirib çıxardan bir sistemdir. Burada güclülər fürsət tapdıqca zəifləri məhv edir. Eynən Darvin fəlsəfəsində olduğu kimi, güclü olan həyatda qalır, zəif olan isə yox olur. Liberalizm isə davamlı və istiqrarlı istehlakı hədəfləyir və zəifi k... | ANL |
Qədirin Səsi açıldı. Sən aparan toydan olsun. Gözlərinə quzu kəsim... Torpaq aydınlığı verirəm Sənə, Torpağın aydın olsun! gördüm, susuzluqdan ölür adamlar, bir qurtum suyu da bölür adamlar. heç seçilmir mələyindən, baş açmıram kələyindən, bir qız çıxır ürəyimdən, gör, hara gedir, ilahi? gizli sənsən, əyan sənsən, bu ... | ANL |
Dul qadının tənhalığı. Bəlkə də, o, bir qədər sevgisinin şiddətini belə yüksək dövrələnmədə saxlamasaydı, aşağı salsaydı, indi mən onun itkisini daha az əzablarla keçirərdim. Onun mənə münasibəti sadəcə arvadına olan vurğunluq deyildi, o, davranışı ilə, bütün varlığı ilə mənə hallüsi-nasiyagen təsiri bağışlayırdı... | ANL |
Bir yazıçı üçün yazdığı romanı imzalatmağa gələn, əsərində yaratdığı güclü qadın obrazından heyranlıqla bəhs edən, ardınca, "Niyə ərə getmirsiniz?" deyə sual verən oxucu ilə qarşılaşmaq yəqin ki, ən böyük xəyal qırıqlıqlarından biridir. Belə durumlarda insan özünü daha çox sorğulamağa başlayır, tərəddüd içində qalır. D... | ANL |
Heyif, istəkləri yarıda qaldı... BAŞQIRD FOLKLOR ARAŞDIRICISI GÖLNAR YULDIBAYEVANI VAXTSIZ-VƏDƏSİZ İTİRDİK. Koronavirus qurbanları siyahısına gənc və gözəl başqırd folklorçusu Gölnar (Azərbaycanda bu ad Gülnar kimi deyilir və yazılır - Ə.Ş.) Vildan qızı Yuldıbayeva da düşdü. İllər öncə başqırd professorları Firdou... | ANL |
Bu günlərdə məni bir görüşə dəvət eləmişdilər - Rəşad Məcidin "Şuşa" şeirinə Xumar xanım Qədimovanın bəstələdiyi əsərin təqdimatına. Görüş deyirəm, çünki söz və musiqi ilə görüş gözləyirdi məni. Müəllifliyi İbrahim peyğəmbərə şamil edilən "Yaradılış Kitabı"nda (Yetsir Səfəri) deyildiyinə görə, yaradılış söz, rəqəm... | ANL |
Trolleybus əhvalatı. Təqdim olunan bu hekayə həmin faciənin qurbanlarından birinin - Azərbaycanın Milli Qəhrəmanı, fədakar teleoperator Fəxrəddin Şahbazovun xatirəsinə həsr edilib. Aybəniz MƏMMƏDƏLİYEVA. Azərbaycan Televiziyasının əməkdaşı, Həsən bəy Zərdabi Mükafatı laureatı. Ətrafına göz gəzdirdi, hər tərəfdə onu g... | ANL |
Hafiz Quliyev :"Cəbrayıla gedəndə keçirdiyim hissləri heç bir sənət ifadə edə bilməz". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoymuşdu. Həmin tarixi görüşdə Əməkdar incəsənət xadi... | ANL |
"Azərbaycanfilm" Polşadakı festivalda təmsil olunub. "Azərbaycanfilm"in texniki direktoru Rəşad Səməd Polşanın Torun şəhərində keçirilən 29-cu "EnegaCAMERIMAGE" Beynəlxalq Film Festivalı çərçivəsində kino avadanlıqları sərgisində iştirak edib. Həmçinin bu şirkətlərdən bir çoxu ilə əməkdaşlıq üçün məhsuldar danışıql... | ANL |
Ədəbiyyat İnstitutunda Rudolf İvanovla bağlı konfrans keçirilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli tarixçi alim, Rusiya Yazıçılar İttifaqının üzvü, professor Rudolf Nikolayeviç İvanovun 90 illiyinə həsr olunmuş elmi konfrans təşkil edilib. Konfransda Azərbaycan Respublikasının Ukraynada fövqəl... | ANL |
Daha bir İstanbul masalı: mənim yeni nağılım. Qorqud atanın işığında... 12 noyabr təkcə bizim İstanbul səfərimizin deyil, eləcə də, böyük Türk dünyasının tarixində ən önəmli günlərdən biri idi. Həmin günün axşamı Türk dünyası mədəniyyəti üçün mühüm tədbirlərdən biri - noyabrın 8-dən 12-dək İstanbulda baş tutan "Qorqu... | ANL |
Amma bu erkən və qəfil zəngdən narahat oluram, düzü. Səfərə icazəmiz həmin günədir. Gecəni qalarıq Mingəçevirdə, sabah da gedərik Ağdama. İşğaldan azad olunan şəhərə getmək üçün günlərdir səbirsizlənən Anarın, mənim bu kəmhövsələ əmim oğlunun hisslərini artıq onun inadına təslim olub yola çıxanda daha yaxşı başa düşməy... | ANL |
Ağdam - tarixin güzgüsündə. Qarabağın ağ incisi haqqında qaynaqlar nə deyir ... Ağdamın azadlığa qovuşmasından bir il keçir. Azərbaycanın müzəffər ordusunun rəşadəti nəticəsində torpaqlarımız azad olunandan sonra Ermənistan hökuməti 9 noyabr 2020-ci il Bəyənnaməsini - kapituliyasiya aktını imzalayaraq Ağdam rayon... | ANL |
Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu? Təsadüflər, həm də təbii ki, xoşbəxt təsadüflər bəzən uğurun yarısına çevrilir. Hazırlıq mərhələsi təxminən iki il sürən ekstradisiya məsələsində də belə uğurlu təsadüflərin rolu az olmadı. Azərbaycan və Macarıstan rəhbərlərinin yaxın zamanlarda harada, hansı şərait... | ANL |
Nizami irsinə dair kitab-albom və biblioqrafiya təqdim edildi. Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində TÜRSOY-un ingilis dilində çapdan çıxardığı “Nizamini oxuyaq” kitab-albomun və Mədəniyyət Nazirliyinin Mili Kitabxana ilə birlikdə yeni nəşr etdirdikləri “Nizami Gəncəvi. AZƏRTAC xəbər verir ki, dahi Azərbaycan... | ANL |
Qadına qarşı şiddət probleminin layihələr şəklində illərdən bəri dünya üzrə reallaşması Qərbdə də, Şərqdə də eyni anlamda, pədərşahlığın, yəni kişi hakimiyyətinin mahiyyətindən doğan bir problem olduğunu özündə ehtiva etsə də, bütün hallarda bu probem daha çox müsəlman ölkələri çərçivəsində qabardılır ki, belə y... | ANL |
Azərbaycanın elm-mədəniyyət tarixində fədakar qadınların rolu danılmazdır. Elmi-bədii yaradıcılıqla məşğul olub ailə dəyərlərinə sadiq qalmaq, bütün məsuliyyətin öhdəsindən gəlmək bir ziyalı qadın üçün, sözün əsl mənasında, xoşbəxtlikdir. Həmin qadınlardan biri də, şair, publisist, tərcüməçi, ədəbiyyatşünas, tənq... | ANL |
Bakı Dövlət Universiteti: milli qürur mənbəyimiz. "Universitet" sözü latın dilindəki "universitas" - çox sahələrin birləşdiyi yer anlamında olub fundamental və tətbiqi elmlər, humanitar sahələr üçün mütəxəssislər hazırlayan ali təhsil ocağıdır. Nəzəri baxışlara görə, universitet tarixən elmi tədqiqatlarla məşğu... | ANL |
Nizami Gəncəvi irsində elm anlayışı və elmi kəşflərə baxış. Azərbaycanın böyük şairi Nizami Gəncəvinin yaradıcılığında çox maraqlı elmi kəşflər vardır. Bu kəşflər haqqında geniş məlumatları M.Ə.Rəsulzadənin 1951-ci ildə Ankarada nəşr edilmiş "Azərbaycan şairi Nizami" kitabından əldə etmək mümkündür. M.Ə.Rəsulzadə ... | ANL |
Hörmətli redaksiya! Türkiyəyə 10 günlük səfərimdən qayıtdığım axşamın səhəri, yəni noyabrın 19-da mətbuatı, o cümlədən «Yeni Musavat»ı nəzərdən keçirəndə hər sözündən kin-küdurət, qərəz yağan qəzəbli bir yazı və qəribə də bir hadisə ilə rastlaşdım. O qərəzli yazının məğzi bundan ibarətdir ki, Xalq yazıçısı Anar Azərb... | ANL |
"Bütün yollar Şuşaya aparır" kitabı təqdim olundu. Noyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda "aybKitab" layihəsinin nəşri, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyilə çap olunan "Bütün yollar Şuşaya aparır" kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Yazıçılar... | ANL |
On səkkiz saatın ayrılığı. Mənimlə olsaydı, mən darıxmağı. Pillələri birnəfəsə qalxıb dördüncü mərtəbəyə çatdım. Əlimi qapının zənginə uzadıb bilmədim ki, nə edəm. Birdən evdə olmadı? Bayaq taksidən düşəndə küçədən pəncərələrinə baxmışdım. Yoxdursa, bəs onda gecənin bu vaxtında hardadır? Bəlkə xəstəxanadadır. H... | ANL |
Keçmiş Baş nazir Paşinyan seçki qabağı çalışırdı ki, çox ehtiyatlı olsun. Özü də yaxşı bilirdi ki, nümayişə çıxanların çoxu onun siyasi kursuna qiymət vermirlər. Paşinyana olan nifrət hissini Anna da hiss etmişdi. O, ərindən xəbərsiz cangüdənləri yanına çağırıb, onlara son dərəcə diqqətli olmalarını, gözlərini ... | ANL |
"Şeir haqqında yazmaq, şeir yazmaqdan çətindir". Filologiya elmləri doktoru, professor, tanınmış füzulişünas Gülşən Əliyeva-Kəngərli cəsarətlə belə bir işə girişib. Monoqrafiya XX əsr şeirinin ən çətin təmayülünə - fəlsəfi-intellektual şeir təmayülünə həsr olunmuş, çevik tənqidi üslübda yazılmış nəzəri kitabdır. G... | ANL |
İki söz xəzinəsi qovuşanda. Yaxud Nizami Gəncəvi yaradıcılığında folklor janrları. Nizami və folklor mövzusunda çoxsaylı məqalələr mövcuddur. Lakin Nizaminin yaradıcılığında yer alan folklor mənbələri, o cümlədən, onun yazılı ədəbiyyata gətirdiyi müxtəlif janrlı folklor nümunələri assiqnmentativ cəhətlərinə görə... | ANL |
Yazıçı Anarın "Təhminənin son sirri" adlı hekayəsini oxudum və xeyli mütəəssir oldum. Çoxdandır, belə maraqlı hekayə oxumurdum. Müəllif oxucusunu cümlələrə bağlamağı yaxşı bacarıb. Bu, bəlkə də, qırx ildən sonra yenidən Təhminə, Zaur obrazlarını yada salmaq, oxuculara nostalji yaşatmaqla bağlıdır. Ədib hekayənin əvvəl... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Həmidə Sadıqovadır. Həmidə xanımla Jan-Batist Simeon Şardenin "Bazardan qayıdan qadın" əsəri haqqında danışmışıq. - Həmidə xanım, əvvəlcə rəssamın həyatı haqqında qısa məlumat verə bilərsinizmi? Şardenin ilk müəllimi Pyer Jak Kaz olub, ancaq o, müəllimi... | ANL |
Vətən üçün yaşanan ömür. Dövlət xadimi, general Məhəmməd Əsədovun işıqlı xatirəsinə. Tanıdığın, xarakterinə bələd olduğun tarixi şəxsiyyətlərin yaşadığı illərin mahiyyətini dərk edəndə, onları düşüncələrinə köçürəndə bir daha əmin olursan ki, ən duru ömür Vətən üçün yaşanan ömürdür, dəyərli ömürün göyqurşağı Vətən sev... | ANL |
Cəmil Aleksandroviç: Həyatı, Azərbaycanla əlaqələri. Bu il Litvada qeyd edilən "Litva tatarları ili" təbii olaraq dost şimal ölkəsində yaşayan türk əsilli insanlarla daha yaxından maraqlanmağa, onların Azərbaycanla əlaqələrini araşdırmağa ciddi stimul verir. Amma öyrənilməyən ədəbi-tarixi simalar və hadisələr də... | ANL |
"Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə”. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans keçirilib. Tədbir AMEA Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Məhəmməd Füzuli a... | ANL |
2019-cu ildə Bakı Kitab Mərkəzi və Nyu-York şəhərindəki "My Way" Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin müştərək layihəsi olan "Yolum keçir Qarabağdan" adlı sərgi üçün kataloq hazırlanıb. Burada 8-20 yaş arası əslən Azərbaycandan olub vətəndən uzaqda yaşayan ABŞ vətəndaşlarının əl işləri yer alıb. Rəsmlər Azərb... | ANL |
İki yazıya sonu nəsihətlə bitən bir cavab. Onu gec də olsa oxudum və üçqat təəssüfləndim. Birincisi, yazı Azərbaycan xalqının azadlıq mübarizəsinin ən şərəfli səhifələrindən biri olan 17 Noyabr Milli Dirçəliş Günümüzü aşağılamaq, onu xalqın gözündən salmaq, onun mahiyyətini kökündən təhrif etmək (məsələn, Ramiz Meh... | ANL |
Tariximizdən soraq verən qiymətli sətirlər. General Həsən xan Qacarın I Ehsan Naxçivanskiyə məktubunda nədən söz açılıb? Naxçıvan və İrəvan xanlıqlarına aid sənədləri araşdırarkən general Həsən xan Qacarın adına tez-tez rast gəlinir. öz kitablarında general Həsən xanın qorxmazlığından, cəsurluğundan söhbət açıb.... | ANL |
Akademik İsa Həbibbəyli "Nizami Gəncəvi" medalı ilə təltif edilib. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli TÜRKSOY tərəfindən "Nizami Gəncəvi" medalı ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci ild... | ANL |
Adəm və Həvvanın ilk körpəsi dünyaya gələn gündən ailədə münaqişə yarandı. "Sən körpəni məndən çox istəyirsən. Onu çimdirir, əmizdirir, öpüb-oxşayırsan. Qucağına götürüb həyətə çıxırsan ki, təmiz hava alsın. Amma mən yada düşmürəm. Paxıllığım tutur o uşağa". Güvəndiyim dağlara qar yağıb. Dərindən bir ah çəkib sö... | ANL |
Tezliklə qapımızı döyəcəyinə söz vermişdi... UNUDULMAZ HƏMKARIM TƏRANƏ MƏMMƏDOVANIN ƏZİZ XATİRƏSİNƏ. Həmin günlərdə Daxili Qoşunların "Əsgər" qəzetinə işə düzəlirdim. Hər dəfə lazımi sənədləri redaksiyaya gətirəndə onunla rastlaşırdıq. İşə düzələndə öyrəndim ki, bu gülərüz hərbçi qadın Təranə Məmmədovadır, "Əsgər" ... | ANL |
Laçın günlərim Laçında keçir! Laçına gəldiyim ilk günü xatırlayıram... Xidmətimin ən həvəsli vaxtları, gənc əsgər dövrüm... İçimdə öz özümə deyirdim: Laçın əsgəriyəm! Gənc əsgər vaxtı Laçına gələcəyimi biləndə dodağaltı Məhəbbət Kazımovun "Laçınım" mahnısını zümzümə eləmişdim. "Ağlayan-çağlayan Həkəri həsrəti" deyib... | ANL |
"Azərbaycan kimi gözəl bir ölkədə doğulmaq biz yeniyetmələr üçün böyük şansdır". Bizim gələcək. Şəms və Tuncay bacı-qardaşdır. Hər ikisi hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təhsil alırlar. Onlar eyni zamanda şahmat və musiqi ilə də yaxından maraqlanırlar. Həm bu, həm də ənənəvi təhsildəki ... | ANL |
XIX əsrin 30-cu illərində Azərbaycan xalq maarifi və məktəb təhsili öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Həmin dövrdən başlayaraq dövlət tərəfindən yeni tipli məktəblər təşkil edildi. Bu məktəblərin yaranması ilə Azərbaycanda xalq maarifi şəbəkəsi xeyli genişləndi, yeni üsullu məktəblər təsis olundu. Şuşa ... | ANL |
Qarabağ itkisi nəsrimizdə. Ali Baş Komandanın və rəşadətli Azərbaycan ordusunun sayəsində Qarabağ yenidən ölkəmizin ayrılmaz bir hissəsinə çevrilib. Lakin yaxın keçmişin dərslərini unutmamaq, tariximizin qanlı səhifələrini yaddaşımıza yazmaq və bu gün qazanılan sevinclə, qürurla ildönümünü qeyd etdiyimiz Zəfərin önəmin... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.