text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Onu belə rahat və sərbəst görməmişdim heç vaxt, təsəvvür belə etməmişdim. Bir xanım kimi Tanrı ondan heç nəyi əsirgəməyib. İrqindən, mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, bu səsi hər kəs dinləyib, ifası gilə-gilə qəlblərə süzülüb. Ustad sənətkar atası ilə birlikdə fitri istedadını dünyanın nəhəng...
ANL
Nizami Gəncəvi dühasından yaranmış ədəbi-pedaqoji irs. Qabaqcıl təhsil işçisi. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirib və şeir sənətini görünməmiş yüksəkliklərə qaldırıb. Mütəfəkkir şairin məşhur "Xəm...
ANL
Sənədli rapsodiya. Sənədli kino ilə bədii kinonun yaranma tarixinə sərhəd çəkən bir sıra kino nəzəriyyəçilərinin, sənədli kinonun yaranma tarixinin xronikadan başlandığı iddiasına əsaslansaq, dəqiq olsun deyə, bu fikri, kinonun məhz özünün, başlanğıcdan xronikal olmasına şamil edə bilərik. Ona qalsa sənədli kinon...
ANL
Aprelin 28-də Ağsuda Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi, Aşıq Bilalın layiqli davamçısı Aşıq Şakir Hacıyevin anadan olmasının 100 illiyinə həsr edilən təntənəli yığıncaq keçirilib. Tədbirdə icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Milli Məclisin ...
ANL
İsmayıllıda azsaylı xalqların mədəniyyəti nümayiş etdirilib. Aprelin 29-da İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə etnik qrupların mədəniyyətinin təbliğinə həsr olunmuş “Azərbaycan doğma diyarımdır” adlı tədbir keçirilib. 525.az xəbər verir ki, azsaylı xalqların mədəniyyətin, incəsənətinin tanıd...
ANL
Əyyub Quliyev Kazanda Sevgi şərbətinə drijorluq edib. Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrının dəvətilə Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin rəhbərliyi ilə dahi italyan bəstəkarı Qaetano Donisettinin “Sevgi şərbəti” (L’elisir d...
ANL
"Dərbəndnamə"ni tam şəkildə ingilis dilinə tərcüməsi ilə çap etdirmək qərarına gələn Mirzə Kazım bəy dilemma qarşısında qalmışdı. Əlyazmasının həm türk-Azərbaycan, həm də fars dilində aralarında müəyyən fərqlər olan nüsxələri mövcud idi. Onların hansı üzərində dayanmaq, hansını seçmək daha məqsədəuyğun olardı? Uz...
ANL
Əli bəy Hüseynzadə irsinə dair kitab albomun təqdimatı keçirilib. Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu və Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında çap olunmuş “Əli bəy Hüseynzadənin Azərbaycan İstiqlal Muzeyində qorunan irsi” kitab-albomunun təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər ...
ANL
Latviyalı rəssamın “Qarabağ atları” silsiləsi Şuşada sərgilənir. Aprelin 28-də Şuşada latviyalı rəssam Dase Ştrausanın “Qarabağ atları” adlı rəsm sərgisinin açılışı olub. AZƏRTAC xəbər verir ki, sərgi Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Azərbaycanda səfərdə olan Latviya Respublikasının Ba...
ANL
Şəxsiyyət və ləyaqət. ), sayı o qədər də çox olmayan insanlardan biridir və Təhsin müəllim görkəmli ədəbiyyatşünas və pedaqoq olmaqla bərabər, gözəl də insandır. Buradakı "pedaqoq" sözü mənim üçün ağır yüklü və çoxmənalıdır: yüksək ixtisas və dünya görüşü, vətəndaşlıq, mədəniyyət, mülayimlik və eyni zamanda tələ...
ANL
Redaksiyadan: Müəlliflər bu maraqlı mövzu üzərində xeyli vaxtdır ki, birgə işləyirlər. Tədqiqatın bəzi hissələrini zaman-zaman oxucularımıza çatdıracağıq. "Dədə Qorqud" mətni öz filoloji və humanitar mahiyyətinə görə ədəbi məhsul olaraq müəyyən bir dövrə aid edilə bilməz. Bu mətnə bir hissəsi digərinin sərhədinə keçən...
ANL
Qarabağ silsiləsinin ətəklərində bahar. HADRUT QƏSƏBƏSİNƏ VƏ TUĞ KƏNDİNƏ SƏFƏRİN TƏƏSSÜRATI. Yaşıllaşan dağıntılar təbiətin insan zəkasından və əməlindən asılı olmayan məlhəmindən xəbər verirdi - yalnız divarları qalan bir evin içindən növbənöv bitkilər boy verib ətrafı sarmışdı. Sarı güllər və qanqalların sarılı-g...
ANL
Saxtalaşdırılan tarix, yenidən yazılan gerçəklər. İşğaldan azad edilən torpaqlarımıza sayca üçüncü səfərim idi. Ancaq eyni həyəcan və duyğular içindəydim. "525"çilərdən ibarət dörd nəfərlik komandamızla isiqamətimiz Xocavəndin Hadrut qəsəbəsi və Tuğ kəndinə idi. Burada Alban-Udi xristian icmasının üzvləri ilə bi...
ANL
"Kino Agentliyinə böyük ümidlər bağlayırıq". PROFESSOR RAFİQ QULİYEV: "BU TƏŞKİLATIN YARANMASI İLƏ AZƏRBAYCAN KİNOSUNDA CİDDİ DÖNÜŞ BAŞLANACAQ". Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" (ARKA) publik hüquqi şəxs yaradı...
ANL
Müharibənin coğrafiyası genişlənir? Rusiyanın Ukraynada apardığı müharibənin başqa ölkələrə də keçəcəyi, müharibənin daha geniş coğrafiyaya yayılacağı ilə bağlı ehtimallar artıb. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Bolqarıstan və Kanada öz vətəndaşlarını separatçı Dnestryanı bölgəni dərhal tərk etməyə, bu regiona...
ANL
"Dünya Azərbaycanlılarının Zəfər Qurultayı bizim birliyimizə böyük təkan oldu". Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Andreyeviç Krapivin: "Əminliklə deyə bilərəm, bir çox ölkələrin diasporları istəyir ki, bizim kimi olsunlar". Müsahibə təklifimlə razılaşacağına o qədər də inanmırdım. Ancaq Şuşadan yüksə...
ANL
Bəlkə tanışlığımızın "ömrünün cavan" olması və ya onun özünün, maşallah, gənc, gümrah görünüşü məndə belə bir qənaət yaratmışdı. Əslində heç vaxt onun yaşı haqda düşünməmişdim də. Amma bu həqiqətdir ki, Arif ilk tanışlıqda insanlarda səmimi hiss, xoş təəssürat, təbii maraq yaradan şəxsiyyətdir. Yaradıcılığını tanıma...
ANL
Son vaxtlar, görürsən, orda-burda gənc nəslin ümumi savadsızlığından, məlumatsızlığından gileylənirlər. Mənə elə gəlir ki, məsələnin bu cür qoyuluşu yanlışdır. Zənnimcə, məsələ prioritetlərin üst-üstə düşməməsində, dəyərlərin fərqindədir. Bu deyimə istinad edərək unutmamalıyıq ki, biz, yaşlı nəsil Sovet İttifaqından ...
ANL
MDU-da informasiya texnologiyaları sənayesinə transformasiya edən trendlərin tətbiqi güclənir. Bu gün informasiya texnologiyaları sferası bu qədər sürətlə inkişaf etməsəydi, əlbəttə ki, adaptasiya olduğumuz müasir rəqəmsal ekomühitimiz olmazdı. XX əsrin sonlarından bu günə qədər bu sektorda sözün əsl mənasında in...
ANL
Elm və təhsilin vəhdəti. Prezident İlham Əliyevin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm Azərbaycan Milli Elmlər Akademiyası, həm də yeni yaradılan nazirlik məşğul olacaq. İslahatlar elmi tədqiqatların aparılması, tədrisin k...
ANL
Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub. Avqustun 1-i Nizami rayonu İcra Hakimiyyəti və Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub. Tədbir Nizami rayonunda yerləşən Kimya-biologiya təmayüllü respublika liseyində baş tutub. Azərbaycan Re...
ANL
"Şeir vaxtı" rubrikasında Gülay Tahirli, Təvəkgül Boysunar, Adilə Nəzər, Rüfət Vahidov, Sabir Yusifoğlu, Qədiməli Əhməd, Elmar Vüqarlı və Güləmail Muradın poeziya nümunələrinə, eləcə də "Debüt"də gənc şair Azər Ərzinin şeirlərinə yer verilib. Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi "Qısa fikirlər x...
ANL
İkinci Milli Yaylaq Festivalı başa çatıb. Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə 29-31 iyulda keçirilən İkinci Milli Yaylaq Festivalı başa çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival iştirakçıları üç gün ərzind...
ANL
Niderland ekzotikası barədə xoş təəssüratlar. Əvvəli ötən çərşənbə sayımızda. Hollandiyanın təbiəti rəngarəng olmadığından, faunası və florası da elə zəngin deyildir. Faunaya insan fəaliyyəti olduqca mənfi təsir göstərmişdir. Bir sıra quşlar və sürünənlər yoxa çıxmışdır. Bu vaxt müxtəlif balıq növləri və donuz ci...
ANL
Məncə, yox... Kiminsə yanında ağlamağın zəiflik, acizlik olduğunu öyrətdi bizə böyüklərimiz illərlə... Göz yaşlarımıza kiminsə gülə biləcəyini isə özümüz kəşf etdik böyüdükcə... Amma yaş artdıqca, illər bir-birinin üstünə qalaqlandıca, anlayırsan ki, ağlamaq, əslində, bir az da könül rahatlığıdır. Ağlayar... Ləpələr ...
ANL
Mahiyyətcə inqilabi, məzmunca əhatəli, məqsədlərinə görə strateji Fərman. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı müasir dövrümüzün tələblərindən irəli gələn və Azərbaycan elminin inkişafına yönəlik bir...
ANL
Əgər bu vəziyyət dəyişməsə, ilin sonuna qədər Rusiya iki milyon vətəndaşını itirəcək. Ukraynaya qarşı müharibənin ilk aylarında rusiyalılar ölkələrini müvəqqəti tərk edirdilərsə, indi onların əksəriyyəti vətənlərindən birdəfəlik gedirlər. Ekspertlər bunun Qərblə qarşıdurmanın uzun illər (hətta onilliklər) davam edə bi...
ANL
Şuşa şəhəri VIII "Muğam" Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə ev sahibliyi edəcək. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII "Muğam" Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək. "Azərbaycan ...
ANL
Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə tədbir keçirilib. Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə kitabxananın fəal oxucuları v...
ANL
"Artım" layihə məkanında gənc rəssamların duet sərgisi davam edir. "Artım" layihə məkanında açılan iki gənc rəssamın "Daxili gurultu" adlı duet sərgisi ziyarətçilərini gözləyir. AZƏRTAC xəbər verir ki, sərgidə rəssamlar Leyla Qabulova və Murad Vəliyevin əsərləri nümayiş olunur. Rəssamlar öz əsərlərində eqo, ictimai qı...
ANL
Milli Yaylaq Festivalında görülən işin çəkisi haqsız fikirlərdən qat-qat ağırdır". Güllü Yoloğlu: "Birliyə ehtiyacı olan türk dünyasını birləşdirmək cəhdi milli yaylaq festivalının əsas özəlliyidir". Bildiyiniz kimi, 29-31 iyul tarixlərində Xan yaylağında keçirilmiş II Milli Yaylaq Festivalı barədə son günlər sos...
ANL
İşəgötürənlərin tələbi ilə peşə məktəblərində yeni ixtisaslar yaradılıb. Peşə təhsili almaq istəyən şəxslər avqustun 1-dən "portal.edu.az" platformasında qeydiyyatdan keçməklə "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil ...
ANL
Şuşanın hüzurunda... Səhər saat yeddinin yarısında Heydər Əliyev Sarayının qarşısına çatanda ətrafda xeyli insanın olduğunu görürəm - həmkarlarımız, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları. Səfərimiz Şuşayadır. Diaspor Gənclərinin III Yay Düşərgə...
ANL
Tanrı haqqında düşüncələrim. Nədənsə çoxlarına elə gəlir ki, Ulu Tanrı yalnız və yalnız nə vaxtsa yaratdığı Yer kürəsində yaşayan bəndələrinin problemlərini nizama salmaqla məşğuldur və onun başqa heç bir qayğısı ola bilməz. Biz Yer kürəsinə dünya da deyirik və elə düşünürük ki, Tanrının fəaliyyətinin, nəzarətini...
ANL
Sertifikatlaşdırma: təhsilverənlərin peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətində atılan addım. Xəbər verdiyimiz kimi, avqust ayının 1-dən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayıb. Təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imta...
ANL
Yaddaqalan Yaylaq Festivalı. Bir neçə il bundan öncə xaricdə çıxan bir jurnal üçün yazdığım məqaləni belə adlandırmışdım: "Azərbaycan - festivallar ölkəsidir". Zaman keçdikcə bu fikrin doğruluğuna heç bir şübhəm qalmır. Çünki həqiqətən də ildən-ilə ölkədə keçirilən festivalların sayı da artır, istiqaməti də. Bu baxımd...
ANL
Günay Əfəndiyeva Azərbaycanın Braziliyadakı səfiri ilə görüşüb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovla görüşüb. 525.az xəbər verir ki, görüşdə Günay Əfəndiyeva ...
ANL
Bakılı yəhudi rəssamın əsərləri əsasında toxunmuş xalçalar Moskvada sərgilənib. Avqustun 4-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) "Azərbaycan" pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə "Rami Meir. Qeyd olunub ki, sərgidə rəssamın əl işləri ilə yanaşı, "Rami Meir Art" və "Azərxalça" ASC...
ANL
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və...
ANL
Şəbi-zülmati-zülfündə fəğanü ahü zarım var, Vüsali-sübhi-ruyin feyzinə çox intizarım var. Nigara, məhcəbina, qəddi-sərvin iştiyaqında, Edən hər ləhzə cari çeşmə çeşmi-əşkbarım var. Sənə birəhmlik bunca nədəndir, bilməzəm, zalım, Gətirməzsən xəyala kim, mənim bir dilfikarım var. Hüzurunda, əzizim, zərrəcən hərçən...
ANL
Dul qadının tənhalığı. Direktor baxışlarını Ruhiyyəyə dikib dedi: - Mən sizinlə razıyam, ancaq məlumatlı olmaq da lazımdır, çünki bəzən ciddi məsələlərə də toxunulur. Məsələn, son vaxtlar bir neçə sayt sizin ərinizin başına gələnləri yazmaqla bərabər, sizi də hallandırır. Sizə hörmət bəslədiyimə görə, bu yazılar...
ANL
Dramaturq kimi fəaliyyətdə olduğum otuz ildə rejissor sarıdan korluq çəkməsəm də, həmişə içimdə sənətini yüksək qiymətləndirdiyim Azər Paşa Nemətovla işləmək istəyi olub, amma bu istəyin reallaşması üçün elə bir təşəbbüs göstərməmişdim. Xəbər tutanda ki, bir neçə il səhnə həyatını gözləyən "Bütün deyilənlərə rəğ...
ANL
Qələmsiz yazılanlar. status-esseləri. Torpaq insan nəfəsi dəydikcə canlanar. Zəngilana ilk köçün ayağı sayalı olsun!.. Sosial şəbəkələrdə paylaşılan statuslarda yazıçı və şairlərin bir-birinə kin-küdurət püskürməsi üzücü mənzərədir. Media savadlılığı: hər bir fərdin məsuliyyəti. Toplumun, cəmiyyətin bir üzvü kimi hər ...
ANL
Şagird yerdəyişməsi: səmərəlilik, keyfiyyətlilik və hesabatlılıq. İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələri Heydər Əliyev adına lisey, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli Təhsil Kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, İlyas Əfəndiyev adına Elitar gimnaziya, İ.Hacıy...
ANL
Rusiya təhlükəli hadisə ərəfəsində. ABŞ Senatının Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı hərəkətlərinə görə Rusiyanı terrorizmi maliyyələşdirən dövlət kimi tanımağa çağıran qətnaməsi tövsiyə xarakteri daşıdığı üçün diplomatik müharibəyə səbəb olmadı. Üstəlik, dövlət katibi Entoni Blinkenin ...
ANL
Əgər əsərə bir neçə kəlmə ilə qiymət vermək zərurəti yaransaydı, əsla tərəddüd etmədən onu məzmun və mahiyyət baxımından yazıya başlıq seçdiyim şəkildə - "XX əsrin portreti" adlandırardım. Həm də retuşsuz, gerçək portreti... Birnəfəsə oxuduğum kitab haqda yazmaya bilməzdim. Aspirantlıq illərində EA Rəyasət Heyətin...
ANL
Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı oxucuların asudə vaxtını səmərəli təşkil etmək, onlarda mütaliəyə marağı artırmaq və Azərbaycanın ictimai-siyasi, mədəni həyatında silinməz izlər qoyan g...
ANL
Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, işğaldan azad olunan ərazilərdə Dövlət Xidməti tərəfindən müvafiq qaydada monitorinqlər və mü...
ANL
Elm və təhsilimizə açılan yeni üfüqlər. Ümummilli mənalı və çoxdan gözlənilən bir işin ən çətin hesab edilən ilk addımı atılıb - dövlət başçısının iradəsi ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi yaradılıb. İşin ən çətin hissəsi artıq arxada qalsa da, bu nazirliyin əsl arzuladığımız bir quruma çevrilməsi üçün gə...
ANL
Səfirliyimizə hücum edənlər kimlərdir? Azərbaycanın antiterror əməliyyatına başlamasından bir gün sonra və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Qarabağ, eləcə də regionda baş verən prosesləri müzakirə masasına yatıracaq görüşündən bir gün əvvəl gündəmimiz yeni bir olayla s...
ANL
Ədəbiyyat yolçuluğu: başlanğıcdan bugünəcən. Xaqanidən oxuduqlarımdan. 1973-cü ilin sonlarında yaradıcılıq yollarında ilk kövrək addımlarını atan gənc yazarlara dəstək olmaq, yeni istedadları üzə çıxarmaq məqsədi ilə o illərdə AYB-ə sədrlik edən Xalq yazıçısı, böyük sənətkar Mirzə İbrahimovun təşəbbüsü ilə bir ...
ANL
Bu il Azərbaycan satirik ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illik yubileyi qeyd edilir. Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ə...
ANL
Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi başa çatıb. Diasporla İş üzrə Dövlət Komitəsinin irimiqyaslı layihələrindən biri olan “Şuşa-270” Diaspor Gənclərinin III Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Elşad Əliyev, Şuşa Şəhər...
ANL
Xalq yazıçısı Anar qurultayla bağlı açıqlama verib. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təşkilatın qurultayına hazırlıq məsələlərindən danışıb. AYB sədri APA-ya bildirib ki, qurultaya hazırlıq prosesi yekunlaşıb. Gələn həftə Şabranda yerləşən Yaradıcılıq Evinə gedib oradakı vəziyyətlə tanış olaca...
ANL
Lyosanın yeni kitabı Azərbaycan dilində. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosanın "İmkansızın cazibəsi" kitabı çap olunub. "Qanun" nəşriyyatında çapdan çıxan kitabı Azərbaycan dilinə Qismət Rüstəmov tərcümə edib. Ədəbiyyat olmasaydı, dünya necə bir yer olardı? Ədəbiyyat insanlara həyatla bağlı nəs...
ANL
"İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb. Əhməd Cavadın 130 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb. Əhməd Cavad poeziyasının güclü ideyası azadlıq və istiqlalla bağlı olub. Azərbaycan və a...
ANL
Azərbaycanlı violin ifaçısı İsveçrədə opera festivalında orkestrin konsertmeysteri seçilib. İlk dəfə olaraq azərbaycanlı violin ifaçısı, Prezident təqaüdçüsü, İsveçrə Konfederasiyasında master-solist pilləsində təhsil alan, beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli İsveçrə konfederasiyasının Martini şəhərin...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla Xalq rəssamı Səttar Bəhlulzadənin "Xəzər gözəli" əsəri haqqında danışmışıq. XX əsr Azərbaycan təsviri sənətinin böyük rəssamlarından biri də Səttar Bəhlulzadədir. Onun yaradıcılıq üslubu impressionizm olub. Rəssamın özünəməxsu...
ANL
Niderland ekzotikası barədə xoş təəssüratlar. Əvvəli ötən çərşənbə sayımızda. Hollandiya heyvandarlığı ilə SSRİ-dəki bu istehsal sahəsini müqayisə etdikdə, bizim aşağı səviyyəli təsərrüfatçılığımız hollandlardan çox geri qaldığımızı göstərirdi. SSRİ-də heyvandarlığın intensiv inkişafına nə qədər cəhd edilsə də, b...
ANL
Ədəbiyyat yolçuluğu: başlanğıcdan bugünəcən. İLK KİTABIMIN SONSUZ SEVİNCİ. Əyalətdə, paytaxtdan kənarda yaşayan, cavan bir qələm sahibi kimi mərkəzdə çap olunmağıma dəstək olan, redaksiyaların qapısını bir növ yağır etməyimə, sırtıq bir müəllif olmağıma qıymayan, o illərdə çalışdıqları ədəbi orqanlarda - "Ədəbiyyat...
ANL
Qərb Türkiyə-Rusiya yaxınlaşmasından narahatdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-də Rusiyaya səfər etməsi və Soçidə rusiyalı həmkarı Vladimir Putinlə 4 saatdan artıq danışıqlar aparması Qərb mediasının gündəm mövzularından birinə çevrildi. Qərb mediasında Soçi görüşü ilə bağlı yer alan xəbər və t...
ANL
Mədəniyyət nazirinin müavini Alim Qasımovla görüşüb. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Alim Qasımovun 65 illik yubileyi münasibətilə onunla görüş keçirib. Bu barədə APA-ya Mədəniyyət nazirliyindən məlumat verilib. Bildirilib ki, Elnur Əliyev Alim Qasımova mədəniyyət naziri Anar Kərimovun təbrik teleqra...
ANL
AZƏRTAC xəbər verir ki, tamaşaya yalnız COVİD-19 pasportu və ya immun sertifikatı olan şəxslər buraxılacaq. Süjetə görə gözəl və zəngin bir şahzadə ilə evlənməyi arzulayan kraliça, Ağbənizi sarayından çıxarır və "gücünü" əlinə alır. Ancaq qız qaranlıq meşədə həlak olmur, əksinə, quldurlarla dostlaşır. Uşaqlarla birlik...
ANL
Bakıda Abay Günü münasibətilə xatirə tədbirləri keçirilib. Avqustun 10-da Bakıda Abay Kunanbayev küçəsində böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin anadan olmasının 177 illiyi münasibətilə tədbir keçirilib. 525.az xəbər verir ki, xatirə tədbirdə yaradıcı ziyalılar, abayşünas alimlər və yazıçılar iştirak edib...
ANL
"Azərbaycanfilm" kinostudiyasından "Mehmandarovlar" filmi barədə məlumat verilib. Bu münasibətlə davamlı tədbirlər planı hazırlanır. "Azərbaycanfilm"in indiyə qədər istehsal etdiyi filmlərin bərpası, təbliği və yeni filmlərin istehsalı nəzərdə tutulur. Bugünlərdə kinostudiyanın yeni loqosu və saytı geniş ictimaiyyət...
ANL
Peşəkar jurnalist, təcrübəli diplomat, vətənpərvər ziyalı. Tanınmış jurnalist və diplomat Bağır Seyidzadənin anadan olmasından 110 il keçir. 1918-ci ildə İrəvanda millətlərarası münasibət kəskinləşdiyi üçün Mirqasım ailəsini Tiflisə köçürüb. B.Seyidzadənin qızı Dilarə xanımın xatirələrindən: "Onlar 1918-ci ildə İrəvan...
ANL
Kino mövzusunda üç etüd. SOLTAN BƏY VƏ VƏLİNİN CANFƏŞANLIĞI, AĞAKİŞİ KAZIMOVUN SUALI VƏ OQTAY MİRQASIMOVUN "HAKİMLİYİ". 2006-cı ildə namizədlik dissertasiyamın müdafiəsi vaxtı maraqlı bir olay yaşandı. Elmi Şuranın üzvlərinin suallarına cavab verdiyim gərgin məqamlar idi. Tanınmış teatr rejissoru, Xalq artisti, ...
ANL
Aşıq poeziyasında Kərbəla mövzusu. Başlanğıcda təriqətlə, təkkəylə bağlı olan, aşiqlikdən aşıqlığa keçən və XVI yüzildə ayrıca bir zümrə ədəbiyyatına çevrilən aşıq şeirində Kərbəla hadisəsinə, İmam Hüseynin zülmə, zalimə qarşı üsyanına xüsusi diqqət verilmişdir. İstər Türkiyədə, istərsə də Azərbaycanda aşıq şe...
ANL
İnternetdə bir araşdırma əsnasında Türkiyə kinosunun bilinən ən təsirli eşq filmlərindən biri "Selvi boylum, al yazmalım" filmi ilə bağlı tamaşaçı fikirlərinə rast gəldim. Bir xanım izləyici yazmışdı: "Əsl sevən Cəmşid idi. Yadıma son zamanlar etdiyim müşahidələr düşdü. O qədər qadından eşitmişəm ki, zamanında onunçün ...
ANL
Xalq şairi Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə ithaf olunur. 2000-ci ilin payız günlərinin birində axşamüstü Bakının Yasamal rayonunun Zərdabi küçəsində, keçmişdə Zərgərlik zavodu kimi tanınan binanın qarşı tərəfində "QAZ-31" markalı minik avtomobili dayandı. Sürücünün yanında oturmuş ixtiyar sinnində ola...
ANL
Teatr naminə... Bəlli həqiqətdir ki, bütün dövrlərdə tamaşaya görə ən böyük məsuliyyət rejissorun üzərinə düşüb. Teatrın yaradıcılıq yolunu müəyyənləşdirən rejissor tamaşa üçün seçilən pyesdən tutmuş zaldakı tamaşaçının reaksiyasına qədər keçilən bütün mərhələlərə görə cavabdehlik daşıyır. O, teatrın lideridir, ...
ANL
Dul qadının tənhalığı. Ruhiyyə səhvinə görə Hüseyndən üzr istəyir. Ruhiyyə Həsənin arxasınca qapını bağlayıb, Hüseynin divardan asılmış və rəssam tərəfindən cavan vaxtı çəkilmiş portretinin qabağında bir müddət səssiz dayandı və sonra mərhum ərinə müraciətlə dedi: - Bağışla məni, Hüseyn, böyük səhvimə görə, sən...
ANL
Aşıq poeziyasında Kərbəla mövzusu. Sovet rejiminin ilk illərinə qədər həm Orta Asiyada, həm Azərbaycanda, həm də Türkiyədə rövzəxanlar, dərvişlər, məddahlar kənbəkənd, qəsəbəbəqəsəbə, şəhərbəşəhər gəzərək Hz.Əlidən, Hz.Həsəndən və xüsusən də Hz.Hüseyndən əhvalatlar söyləyərək əhalini dini mövzularda məlumatlandırırd...
ANL
Qeyri-səlis məntiq və "Kitabi-Dədə Qorqud"da demokratik düşüncə tərzi axtarışları. Redaksiyadan: Müəlliflərin "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" silsiləsindən olan əvvəlki yazıları. Bizim "Dədə Qorqud" mətninə qeyri-səlis məntiq rakursundan baxmamızın bir önəmli tərəfi də var. Əslində, əsas məsələ ana a...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Peşəkarlıq və kübarlıq. Bu günlərdə mənə zəng edib BBC News (Azərbaycanca) xidmətinin əməkdaşı olduğunu deyən jurnalist Fərid Həsənov keçmiş Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırandan sonra sosial media hesablarında yazdıqları statusa görə Baş Prokurorluğun bir...
ANL
Qəhrəman ömür yoldaşımın onsuz doğum gününə... 16 Avqust Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçısı Şəhid Amil Rasim oğlu Hüseynovun 36-cı doğum günüdür. Cənnətdəki 2-ci mövludun mübarək, əzizim! Birinci sinifə Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbində gedib. Məktəbdə oxuduğu müddətdə ...
ANL
Azərbaycanın ilk hərbi naziri: Xosrov bəy Sultanov. Rusiya və İran arasında aparılmış müharibələrin sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının tarixində faciələrə və Azərbaycan torpaqlarının parçalanmasına səbəb olmuşdur. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İ...
ANL
Çox illər qabaq oxumuşdum: "Ağdamın girişində quldurlar Qədirin yolunu kəsdilər, üst-başını axtardılar, heç nə tapa bilmədilər. Axırda ağzını açıb baxdılar, gördülər, yazığın səsindən başqa heç nəyi yoxdur". Ola bilsin, tam yazıldığı kimi xatırlamıram, ancaq məzmunu beləydi. Canlı klassikaya, sənət əntiqinə, yaş...
ANL
Azərbaycanın ilk hərbi naziri: Xosrov bəy Sultanov. Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində ciddi-cəhdlə öz fəaliyyətlərini davam etdirməsinə baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks t...
ANL
Dünyanı valeh edən azərbaycanlı... SEVƏN, SEVİLƏN, ÜMİD VERƏN, İŞIQ SAÇAN VƏ DÜŞÜNDÜRƏN SƏNƏTKAR... Artıq bir neçə ildir ki, 17 avqust tarixini şəxsi keyfiyyətləri, geniş yaradıcılıq fəaliyyəti ilə adını tarixə həkk etdirmiş SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Müslüm Maqomayevin doğum günü kimi qeyd ed...
ANL
Günəşə həsrət qalan dost. Əjdər Ol Azərbaycan ədəbiyyatına, demək olar ki, bütün ədəbi janrlarda önəmli əsərlər bəxş edən, qələmini sınadığı hər sahədə kamil sənətkar olduğunu isbatlayan yazarlardan biridir. Mən onu uzun illər əvvəl nəsr əsərləri ilə tanımışam: “Səhra komandirinin meymunu”, “Tütün limanı” və “Po...
ANL
Hiss edirsən ki, Nehrəm işıqlı yoldadır, nəbzi normal döyünür, adamlarda gələcəyə inam artıb, iş üslubu dəyişib. Savadsızlıqdan əsər-əlamət qalmayıb. Üz-gözlərdə sevinc, ürəklərdə xoş əhval-ruhiyyə var. Nehrəmdə, Naxçıvan şəhərinin özündə, eləcə də Bakıda adınızı daşıyan ev-muzeylərində olarkən bir daha hiss etd...
ANL
Şərəfli ömür yolu. Azərbaycan hüquq elminin görkəmli nümayəndələrindən biri olan, hüquqşünas alim, Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının dosenti, ehtiyatda olan polis polkovniki, Qarabağ müharibəsi veteranı, yüksək mənəvi və əxlaqi keyfiyyətləri ilə örnək olan Ağa Kərim Mirzəyev 40 ilə yaxın Azərbaycan Res...
ANL
Gəlin rəqs edək. Təxminən bir il əvvəl unudulmuş, yaxud unudulmaqda olan qədim xalq rəqs havalarının, diringə və rənglərin taleyi ilə maraqlanmağa, onları üzə çıxarıb tar və udda ifa etməyə başladım. Məqsədim musiqi ictimaiyyətinin diqqətini bu vacib məsələyə yönəltmək, unutqanlıq sindromundan əziyyət çəkən rəqs...
ANL
Vandalizmin daha bir nümunəsi: ermənilər Laçın meşələrini yandırır. İşğal zamanı Laçının Zabux və Sus kəndlərində qanunsuz məskunlaşdırılmış ermənilər avqustun 25-nə qədər Laçın şəhərini və ətraf kəndlərini boşaltmalıdırlar. Köç prosesi artıq başlanıb. Bu əsnada ermənilərin yaşadıqları evləri yandırmaları diqqət ç...
ANL
Aydan İsgəndərzadə: "Cəmiyyətdə davranışlara daha çox fikir verilir, AMMA O DAVRANIŞLARIN ARXASINDAKI DUYĞULARI SORĞULAMAQ KİMSƏNİN AĞLINA GƏLMİR". Müsahibimiz "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq Akademiyasının uzman psixiatrı, uşaq və yeniyetmə psixiatrı Aydan İ...
ANL
Bu günlərdə tanınmış İraq-Türkman yazıçısı və folklorşünası Mövlud Taha Qayaçının ad günü Kərkükdə qeyd edildi. O, uzun müddət Kərkük Televiziyasında yüksək vəzifələr tutmuş, sonralar Yazarlar Birliyinin başqanı seçilmişdir. İki dəfə tərəfimizdən ölkəmizə dəvət olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür...
ANL
Bayat əşirətinin Quraq kəndində belə hadisələr tez-tez olur. Dayı Mehdi qızı Bağdagülü İsmayıl Kəviyənin oğlu Həsənquluya verəcək, Kəviyənin qızı İncini isə oğlu Murtuzaya alacaqdı. Bu təhər qohumluq onun ağlına batmırdı. Həyatda azmı olur cürbəcür hadisələr? Kəviyə tez-tez toydan söz salır, Dayı Mehdini narahat e...
ANL
Niderland ekzotikası barədə xoş təəssüratlar. Əvvəli ötən çərşənbə sayımızda. Turist dəstəmizə respublikamızın yaradıcı ziyalıları, elm xadimləri və əmək adamları, partiya işçiləri daxil idi. Görkəmli heykəltaraş, mərhum Tokay Məmmədov, yazıçı Rüstəm İbrahimbəyov, tanınmış cərrah, mərhum Böyükkişi Ağayev - maraq...
ANL
Milli Kitabxanada "Mirvarid Dilbazi" adlı sərgi istifadəçilərə təqdim olunub. Bu il XX əsr Azərbaycan lirikasının ən görkəmli simalarından olan Mirvarid Dilbazinin anadan olmasının 110 illik yubileyi tamam olur. Mirvarid Paşa qızı Dilbazi yaradıcılığa hələ təhsil illərində başlamış, qadın azadlığı mövzusunda yazdığı...
ANL
Varxiyanlı Aşıq Cahangir Dalğının həyat və yaradıcılığına bir nəzər. Zaqatalanın Bəhmədli kəndi söz xiridarlarının diyarı kimi tanınıb. "Yurdum Varxiyandır, sən də gəl tanı" deyən Aşıq Cahangir Dalğın bunu şeirlərində boşuna vurğulamamışdır. Saza-sözə böyük dəyər verilmişdir. Burada öz soy-kökünə, milli-mənəvi ...
ANL
“Ədibin evi”ndə oxucularla görüşümüzü təqdirəlayiq hesab edirəm”. Aqşin Yenisey: “Oxucuları istiqamətləndirmək üçün meydan intellektuallara verilməlidir”. Daha çox sənayeləşmiş mövzularda qarşımıza çıxan “dəstək olmaq” ifadəsi, əslində, həyatımızda mühüm rol oynayır. Hər bir insanın digərinə dəstək olmağa mənəvi bor...
ANL
Professor Tofiq Məliklinin dünyaya açılan pəncərəsi. Bu dünya bir pəncərədir, hər gələn baxar gedər... Milyardlar baxıb gedib, heç izi, tozu da qalmayıb... Bir çoxları yazdıqları əsərlərlə, etdikləri qəhrəmanlıqlarla yaşayır, tikdikləri qalalara, körpülərə, kəhrizlərə, çəkdikləri yollara adlarını verib gediblər. ...
ANL
Bu il Azərbaycana nə qədər turist gəlib? Ölkəmizə turistlər ən çox Rusiya, Türkiyə, Səudiyyə ərəbistani və İrandan gəlib. Müsahibimiz Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin Statistika və araşdırmalar sektorunun müdiri Nicat Abbaslıdır. - Nicat bəy, ölkəyə gələn və xaricə səfər edən turistl...
ANL
Azərbaycançılıq ideyasının təbliği: görülən işlər, əldə olunan nəticələr. Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan ...
ANL
Qələmsiz yazılanlar. status-esselər. "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq". Cənab Prezidentin bu sözlərindən sonra Qaçqınkom ...
ANL
Uğursuz Lvov görüşü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra belə məlumatlar yayılmağa başladı ki, Moskva Ankaradan Kiyevlə danışıqlarda vasitəçi olmasını xahiş edib. Avqustun 18-də Lvov şəhərində keçirilən görüşdən sonra mətbuata açıqlanan məlumatlardan məlu...
ANL
Tarixin yaşıdı Basqal. Hər dəfə Azərbaycanımızın hansısa rayonuna, hansısa kəndinə gedəndə elə gözəl yerlər, zəngin tarix, insanı heyrətə salan mədəniyyət nümunələri kəşf edirik ki, vətənimizin möhtəşəmliyi, əzəmətli tarixiylə qürurlanmamaq olmur. Hər daşında tarix, hər küncündə mədəniyyət uyuyan bu qədim diyara son i...
ANL
Gənclərin xaricdə ali təhsili. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. Müsabiqə üzrə digər nəticələrin növbəti həft...
ANL
Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi münasibətilə Qazaxdakı Ədəbiyyat muzeyində təntənəli yubiley mərasimi keçirilib. Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin, Qazax rayon İcra Hakimiyyətinin, "Qazax Xeyriyyə" İctimai Birliyinin və "Mirvarid Dilbazi Poeziya məclisi" İctimai Birliyinin birg...
ANL