text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Nizami irsinin tədqiqi və beynəlxalq miqyasda təbliği ilə bağlı Gəncədə görüşlər. "Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsinin müasir elmin və beynəlxalq münasibətlərin tələbləri baxımından daha geniş və çoxşaxəli öyrənilməsi istər bu sahədə çalışan tədqiqatçılarımızın, istər də ictimaiyyətimizi... | ANL |
Tarix və mədəniyyət beşiyi İsmayıllı. Qəhrəmanlıq tariximizin uyuduğu məkan... Torpağa qan səpdin, torpaq oyandı, Qanın çiçəklədi, bu necə qandı? Yazdın ki, Qarabağ Azərbaycandı! Şair Narıngül Nadirin bu kövrək misraları İsmayıllı rayon Şəhidlər xiyabanında uyuyan qəhrəman oğullarımızı ziyarət zamanı düşdü yadıma. Get... | ANL |
İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? EKSPERT: "ABİTURİYENTLƏR İXTİSAS SEÇİMİ EDƏRKƏN YIĞDIQLARI BALI VƏ OXUMAQ İSTƏDİKLƏRİ İXTİSASI ƏSAS GÖTÜRMƏLİDİRLƏR". Məlum olduğu kimi, avqustun 17-dən etibarən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər ... | ANL |
Dostlarının gündəmindən düşməyən şəxsiyyət. İLQAR MUSAOĞLUNUN DOĞUM GÜNÜNƏ. Peyğəmbər yaşını başa vuran jurnalist dostumuz İlqar Musaoğlu əslində, çoxdan ağsaqqal imici qazanıb. Hətta içi mən qarışıq, onun bir-iki bayram kiçik olduğu əksər dostları, tanışları elə bilirlər ki, İlqar müəllim daha böyükdür. Ağır yerişi, ... | ANL |
Bir şair uyuyur dağlar qoynunda. Tənqidçi Əsəd Cahangir Xalq şairi Musa Yaqubun dəfnindən sonra sosial şəbəkədə belə bir fikir paylaşmışdı: "Deyənlər var ki, Xalq şairi Musa Yaqubu gərək Fəxri xiyabanda basdıraydılar. Musa Yaqub harada dəfn edilsə, ora sözün, şeirin Fəxri xiyabanıdır. Nizaminin Gəncədə, Füzulinin Kərb... | ANL |
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov: "Elmin inkişafının əsas aparıcı qüvvəsi alimlərdir". Elmi inkişafın və ya elmi məhsulun son məqsədi dayanıqlı sosial və iqtisadi inkişafa xidmət etməlidir. Elmin prioritet sahələrini, problemləri və ehtiyacları məhz sosial-iqtisadi inkişaf müəyyənləşdirir. Lakin eyni zam... | ANL |
Qobustan Qoruğundakı elmi-tədqiqat işlərilə bağlı tədbir keçirilib. Qobustan Milli Tarix-Bədii Qoruğunda "Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan" layihəsinin yekununa dair mətbuat konfransı keçirilib. Qobustan Milli Tarix-Bədii Qoruğunda xarici tərəfdaşlarla müştərək elmi-tədqiq... | ANL |
Gəlin rəqs edək. Maestro Niyazini biz ilk növbədə böyük dirijor kimi tanıyırıq. Doğrudan da, o, fitri istedada malik, musiqiyə məkan xarakteri verməyə qüdrəti çatan dahi dirijor idi və çox təəssüf ki, onun dünya dirijorluq sənətinə gətirdiyi yeniliklərin əhəmiyyəti hələ lazımınca araşdırılmayıb. Lakin Niyazinin bə... | ANL |
Mənim yaddaşımın Şuşası. Şuşa bir sehrdir, Şuşa bir cazibədir. Bu bənzərsiz gözəlliyin, bu rəngarəng təbiətin müəllifi isə Allahdır. O isə Şuşanı, məhz azərbaycanlıların taleyinə yazıb. Beləcə, hər birimizin ürəyində əzizləyib qoruduğu bir Şuşa var, hər kəsin bir Şuşa sevgisi var. Bu sevgini də Allah özü salıb ürəyi... | ANL |
"Müəllim sertifikasiyadan keçib biliyinin və peşəsinin müasir tələblərinə uyğunluğunu göstərməlidir". Məlum olduğu kimi, avqust ayının 1-dən etibarən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayıb. Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələri... | ANL |
Milli Kitabxanada “Qəzənfər Paşayev” adlı virtual sərgi açılıb. Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Qəzənfər Paşayevin 85 illik yubileyi münasibətilə M.F Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Qəzənfər Paşayev” adlı virtual sərgi açılıb. Kitabxanadan 525.az-a bildirilib ki, sərgidə Qəz... | ANL |
Mədəniyyət naziri Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşüb. Mədəniyyət naziri Anar Kərimov avqustun 25-də Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb. 525.az xəbər verir ki, Anar Kərimov Azərbaycanla Dünya Bankı arasında əlaqələrin yüksək templə inkişaf etdiyini və bütün istiqam... | ANL |
Əli Əmirlidən ustad dərsləri. Əli Əmirlidən ustad dərsləri. Dramaturqu hər yerindən duran tənqid edir, öyrədir, məsləhət verir, az qala sıxışdırır, hamı özünü teatrın, dramaturgiyanın bilicisi, ustası hesab edir. Ömründə 5 pyes oxumamış, 15 tamaşa görməmiş jurnalist də, pyesə ssenari deyən filoloq da, bədii yar... | ANL |
Niderland ekzotikası barədə xoş təəssüratlar. Əvvəli ötən şənbə sayımızda. Evlərin bir xüsusiyyəti yuxarı mərtəbələrə çıxan pilləkənlərin çox dik olmasıdır, bu yaşayış sahəsinin genişlənməsinə şərait yaradır. Bizim Hökumət Evi isə saray əzəməti ilə tikildiyindən, pilləkənlər binanın interyerinin xeyli hissəsini ... | ANL |
Görkəmli rəssam, universal alim Tisian Veçellio yaradıcılığı ilə İtaliya intibahı dövründə öz möhürünü qoyub. Tisianın portret, mənzərə fonları, mifoloji əsərlərində rəngin tətbiqi təkcə İtaliya intibahı rəssamlarının deyil, Qərb rəssamlarının, gələcək nəsillərin yaradıcılığına böyük təsir göstərib. Tisianın yaradıcı... | ANL |
Bu qəzeti ilk nömrəsindən sevdiyimi desəm, mübaliğəyə yol vermiş olaram. Açığını desəm, onun ilk sayını nəinki oxuduğumu, hətta görüb-görmədiyimi düz-əməlli xatırlamıram. Ancaq bir nəsnəni - qəzetimi, kitabımı, hətta insanı sevmək üçün mənə qısa vaxt kifayət etmədiyi kimi, əslində, uzun bir zaman da lazım gəlməyib. X... | ANL |
Adlar şərti işarələrdir. Ya da indi dünya dəyişib - Avropadan, Amerikadan gəlib keçmiş Sovet İttifaqı məkanı ölkələrindən övladlığa uşaq götürürlər. Gedib olub amerikalı, avropalı, təzə valideyn də ona yaşadığı, böyüdüyü yerin dəbinə uyğun olaraq Corc deyib, ya Robert çağırıb. Belə baxanda sanki elə adlar, kimə ve... | ANL |
Azərbaycan dünyası və Kərkük sevdası. Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında görkəmli yeri olan Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin çoxillik və çoxcəhətli fəaliyyətini səciyyələndirən əsas prinsiplər yüksək dövlətçilik və vətəndaşlıq mövqeyi ilə universal ... | ANL |
500 səhifədən ibarət bu irihəcmli kitaba müəllifin müxtəlif illərdə və fərqli janrlarda yazdığı 130 addan artıq komparativistik araşdırma işi daxil edilib. Bununla yanaşı, bu araşdırmaların məzmunu və ideyası ilə bağlı 355 vahiddən ibarət fotoşəkillər, arxiv materiallarının surətləri, köhnə rəsm və görüntülərin repro... | ANL |
Zamana boyun əyməyən köklü ənənələr: Azərbaycanda tolerantlıq mühitinin keçmişinə və indisinə bir baxış. Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan zəbt etdiyi ərazilərdə xalqımızın min illər ərzində qurub yaratdığı tarixi-mədəni abidələri yerlə-yeksan edib, Azərbaycan xalqının tarixində b... | ANL |
Orxan Həsəni. Bir gün küçələrdəki yad üzlər bizə dünyanın qəribliyini yenidən xatırladacaq. Gəzdiyimiz küçələrdə heç kim olmaq, salam verdiyimiz adamların soyuqluğu, göz-gözə gəldiklərimizin baxışlarındakı boşluq hər şeyi lap əvvələ - heç kim olduğumuz günlərə qaytaracaq. Siqaret tüstüsü meyxoşluğumuza yox, keçib gedə... | ANL |
Mehdiqulu xan Cavanşir. Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından bəhs edən trilogiyadan üçüncü əsərini - "Mehdiqulu xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romandan bir parçanı oxuculara təqdim edirik. Mehdiqulu ağa İbrahimxəlil xan Cavanşirin kəbinli a... | ANL |
21 Azər Hərəkatı Güney Azərbaycan ədəbiyyatında. Hələ 21 Azər Hərəkatına hazırlıq getdiyi, hərəkatın baş verdiyi və məğlubiyyətinə qədərki mühüm Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazıldığı dövrdə Güneydə ədəbiyyatın inkişafında böyük canlanma yaranmışdı, görünməmiş sürətlə tərəqqi etməyə başlamışdı.... | ANL |
Tariximizi erməni yalanlarından qoruyan alim. 90 İLLİYİ TAMAM OLAN PROFESSOR VOROŞİL QUKASYANI DƏRİN EHTİRAMLA ANIRIQ. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsinə daxil olan tələbə 1955-ci ildə təhsilini başa vuraraq Qəbələdə çıxan "Bolşevik mübarizi" rayon qəzeti... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və... | ANL |
“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan. "Məclisi-üns"ün ilk yaradıcılarından biridir. Məclis ilk dəfə onun evində təşkil edilərək fəaliyyətə başlayıb. Əsas məşğuliyyəti sahibkarlıq olan Hacı Abbas şeirə də ciddi maraq göstərib, fars və Azərbaycan dillərində klassik üslubda şeirlər yazıb. Aşağıdakı... | ANL |
Gər biləydim bu qədər hicr cəfasın çəkirəm, Mən ədəm içrə bəsi sabiq idim ünqayə. Gər vəfa görsə idi əhli-zamandan Məcnun, Mürqü vəhşilər ilə düşməz idi səhrayə. Görməmiş qeyri-cəfavü sitəmü qürbətü qəm, Bilməzəm kim, neçün Abbas gəlib dünyayə. Gül deyil mətlubimiz gülşəndə çün tutduq vətən, Bəlkə gül rüxsarımız yadilə... | ANL |
Arizin görmək ilə tərki-dilü can etdim, Bağrımı ləblərinin şövqü ilə qan etdim. Tərki-can eyləyibən hüsnünə mayil oldum, Qəmü dərdini könül şəhrinə mehman etdim. Küfri-zülfün buraxıb dil, yüzünə mayil olub, Şükrlillah kim, onu tazə müsəlman etdim. Vəsli-ruxsarını bu xəstə könül istər ikən, Növki-müjganını dil dərdinə ... | ANL |
Mehdiqulu xan Cavanşir. Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından bəhs edən trilogiyadan üçüncü əsərini - "Mehdiqulu xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romandan bir parçanı oxuculara təqdim edirik. Qafqazdakı rus qoşunlarının baş komandanı İvan Vas... | ANL |
Vətənin, milli istiqlalın və sözün fədaisi. Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel 2022-ci ildə Sərəncam imzalayıb və Əhməd Cavadın 130 i... | ANL |
Dövlət idarəçiliyində qadınların mövqeyi: dünyaya Azərbaycan nümunəsi. Azərbaycanda son illər nazir müavini olan qadınların sayı 3-dən 8-ə yüksəlib. 2 qadın icra hakimiyyəti başçısı və 72 qadın icra hakimiyyəti başçısının müavinidir. Hakim səlahiyyətlərini icra edən qadınları sayı 93, prokuror qadınların sayı isə 9-du... | ANL |
Qəni Camalzadə haqqında dost sözüm. Qəni Camalzadə haqqında müxtəlif dərgilərdə bir neçə dəfə yazsam da, onun yaradıcılığı ilə bağlı kitab hazırlandığını eşidəndə, qərara aldım ki, məqamdı, ürəyimdən keçənlərin hamısını olmasa da, bir qismini yenə də ona çatdırım. "Ədəbiyyat və incəsənət" qəzetində, "Kirpi" jurnalında... | ANL |
Aşağıda gördüyünüz foto mənim şəxsi arxivimin ən yaşlı fotosudur. Dədəm anadan olandan az sonra nənəm babamdan ayrılıb ata evində yeganə övladını - dədəmi tək böyütmüşdü. Eşitdiyimə görə, boşanmanın səbəbi babamın nənəm tərəfindən xəyanət kimi qiymətləndirilən hansısa əməli olub. Nənəm babamdan elə küsmüşdü ki,... | ANL |
"Azərbaycan qadınının cəmiyyət həyatının hər sahəsində rolu güclənib". Tariximizə bir çox parlaq səhifələr yazan Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu var. Qadın adını hər bir azərbaycanlı həmişə uca tutub, Ana məfhumunu Vətənin təcəssümü sayıb. Azərbayc... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. Aleksandrın hərbi nailiyyətləri. Həm qədim, həm də müasir tarixçilər ümumən razılaşırlar ki, Aleksandr çox istedadlı bir hərbi lider idi. Onun uğurları müxtəlif qaydada təsvir edilir. Bir hissəsi üçün Aleksandr yüksək taktiki qabiliyyətlər nümayiş etdirmişdi. Saysız-hesabsız d... | ANL |
Mehdiqulu xan Cavanşir. Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından bəhs edən trilogiyadan üçüncü əsərini - "Mehdiqulu xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romandan bir parçanı oxuculara təqdim edirik. Vəziyyətin yenidən gərginləşə biləcəyini görən Qaf... | ANL |
İlk dəfə bu adın mahiyyətini "Nar bağı" filmində anlamışdım. Yadımdadır, hər səhnəyə qayıdıb təkrar-təkrar baxırdım. Özümü mühakimə də edirdim ki, axı niyə indiyə qədər bu aktyorun sadəcə adını bilmişəm, sənətini yox. Onunla bağlı təsəvvürlərim "Girov" filmində daha da aydınlaşdı, tamaşalarında isə tamamlandı. Sənə... | ANL |
Bulaqlar bulandı, sən təmiz qaldın. Görkəmli yazıçı, dövrünün tanınmış jurnalisti, siyasi və ictimai xadim, ləyaqətli insan, yaşadığı keşməkeşli zəmanənin hər anında insanlara, xüsusilə gənclərə əl tutub, yol göstərməsi ilə yadda qalan Cəmil Əlibəyova da tanrı dünyanın nehrə kimi çalxalandığı bir zamanda enişli-y... | ANL |
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, böyük vətənpərvər olan Xalq şairi Rəsul Rzanın yaradıcılığında və bioqrafiyasında Güney Azərbaycan mövzusunun da məxsusi yeri var. Həmin yazını oxuculara təqdim edirik. Biz səndən ayrılanda Yanıq dağın üstündə ildırımlar çaxırdı. Badam ağacları ağ paltarlarını yaşıl a... | ANL |
Nargindən Boraltana. Türkiyədə çəkilən "Vatanım sensin" serialının bir bölümündə obrazlardan biri özünü Vecihi Hürkuş kimi təqdim edərək təyyarəçi olduğunu, Birinci Dünya müharibəsində rus təyyarəsi vurduğunu və əsir düşərək Nargin adasına gətirildiyini, Xəzəri üzərək İrana, oradan da Vətəninə döndüyünü söyləyi... | ANL |
Sözlərdən dərin fikirlərin cövhərini çəkmək cəhdində... Müasir media mühitində fikrin daha qısa və lakonik, eyni zamanda aydın ifadə olunması ötən ilin yayında ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkil etdiyi seminarlarda, əsasən də fasilələr zamanı ən çox müzakirə etdiyimiz məsələlərdən biri idi... | ANL |
Tamaşa etdiyi bir cizgi filmində səslənən musiqi bütün qəlbinə hakim kəsildiyinə görə o, violino alətinə çox kiçik yaşlarından maraq göstərməyə başlayır. Günlərin bir günü uşaq bağçasında oxuduğu dövrdə radio verilişinə qonaq dəvət edilən bir neçə istedadlı həmyaşıdı arasında o da var idi. Bütün uşaqlar kimi, on... | ANL |
Cərrah-oftalmoloq, tibb üzrə elmlər doktoru Tural Qəlbinurla hardasa 15 il olar ki, şəxsən tanışıq. Buna qədər isə onu qiyabi tanıyır, fəaliyyətini izləyir, nailiyyətlərini təqdir edir, xaricdə uğurlu əməliyyatlar keçirdiyini eşidəndə sevinirdim. Bu günlərdə onunla yaxından ünsiyyətdə olmaq, çalışdığı xəstəxanada insan... | ANL |
Çörək ətri. Yerdən də, göydən də, barmaqlarımın ucundan, başımın üstündə dalğalanan üç rəngdən də çörək ətri gəlirdi. Kəlbəcər bizi duz-çörəklə qarşılamışdı. Bir əlimdə yupyumru Kəlbəcər çörəyi, o biri əlimdə baldırğan çayının tüstülədiyi karton stəkan rayon mərkəzi sayılan Bayraq meydanında bu qədim rayonla üzbəüz d... | ANL |
Təbii möcüzələrlə zəngin Bəsitçay Qoruğu. İŞĞAL DÖVRÜNDƏ ERMƏNİ BARBARLIĞININ BU QORUĞA DA AĞIR ZƏRBƏLƏRİ DƏYİB. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi və sanitariya-mühafizə zonası təsdiqləyib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Sənədə əsasən, Bə... | ANL |
21 Azər Hərəkatı Güney Azərbaycan ədəbiyyatında. Həmin əsərlərin bir qismində qələbənin, istiqlalın doğurduğu fərəh hissləri, sevinc duyğuları ümumbəşəri hisslərlə birləşir, onların ruhunda beynəlmiləlçilik özünü göstərir. "Milli Hökumətin qurulması" şeirində şair Hüseyn Səhhaf dün-yanın bütün millətlərinə sülh... | ANL |
İctimaiyyətlə əlaqələr strategiyasında psixologiya faktoru. Bizi nəyisə etməyə sövq, nəyisə etməməyə məcbur etmək onların işinin bir parçasıdır. Hər hansı bir şəxsin, şirkətin, ictimai hərəkatın, partiyanın, təşkilatın cəmiyyətdə müsbət imicinin formalaşma prosesinə fokslanan kompleks tədbirlər və kommunikasiya stra... | ANL |
Mən Şuşadan gəlirəm. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən söz açacam. Yazımın bu qədər gecikməyinin bir səbəbi tapa bilmədiyim vaxt idisə, bir səbəbi də fikrimdə başqa planlarımın da olması idi. Seçim arasında qalmışdım. Oradan çəkib gətirdiyim materiallardan istifadə edərək videoreportaj hazırl... | ANL |
"İranda kimliyimizi təhqir edirlər, ana dilimizi əlimizdən alırlar". Azərbaycan Mətbuat Şurasında (MŞ) Güney Milli Azadlıq Cəbhəsinin xarici əlaqələr üzrə rəhbəri, "GünazTV”nin rəhbəri Əhməd Obalı ilə görüş keçirilib. Görüşdə MŞ İdarə Heyətinin üzvləri, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlə... | ANL |
Görünən işıqdır, yoxsa qaranlıq? Mənzili qısadır uzun əllərin, Binası tez uçur səhv təməllərin. Nədənsə həmişə pis əməllərin. Gözlərin yaşları daşır, oxunmur. Gözünün yaşı qalmadı... Şam kimi titrəmə əcəl yelindən, Yarıldı bağrının başı qalmadı. Bu qədər qəmlənib-kədərlənmə də, Saçınla dərdlərə hörməyim səni. Bir qəd... | ANL |
Tənha palıd. Sən anadan elə tənha doğuldun, Uzanmadı ehtiyaca əllərin. Nə kimsənin qapısından qovuldun, Nə də qaçdın qabağından sellərin. Palıd olub quzeydəcə boy atdın, Küləklərin qamçısına dözərək. Ürəyində hey paxıllıq oyatdın. Buludlar da dolandılar başına, Ələdilər leysanları üstünə. Bilsən də ki, sənə yaman ağır... | ANL |
Təmizkar Lalə. Tozsoranı işlətdi, Balaca, dəcəl Lalə. Anası gəlib gördü. Lalə oyun çıxarıb. Tozsoran udub xırda. Əşyaları aparıb. Ağacları qoruyaq. Emin əlində mismar, Ağacları cızırdı. Ağlına gələn sözü. Fikirləşdi, atası. Göstərdi əl işini. Yayda isə istidən. Yanaraq quruyacaq. Qış ağappaq donuyla, Qonaq gəldi ellərə... | ANL |
Florensiya şəhəri və Mediçi sülaləsi. Şəhər təkcə öz rəssamlıq əsərlərinin möhtəşəmliyi ilə seçilmirdi, həm də Renessans adamlarının mədəni zəkasına da güclü təsir göstərmişdi. Bir mürəkkəb idraka malik olan insan kimi, həm də geniş incəsənət maraqlarının sahibi olan bir adam kimi, Lorentso əvvəlcədən rəssamlıq ... | ANL |
Bir rəsmin dedikləri rubrikasının budəfəki qonağı sənətşünas Elariz Nəhmədlidir. Onunla Xalq rəssamı Eldar Mikayılzadənin "Kəhkəşan" xalçası haqqında danışmışıq. Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirən rəssam həmin dövrdən etibarən yaradıcılığı ilə seçilib. R... | ANL |
Küçə rəssamları. Bu yaxınlarda Ukraynada məşhur küçə rəssamı Banksyinin əsəri divardan oğurlananda qraffiti, yəni küçə rəssamları yenidən gündəmə gəldi. İngiltərə vətəndaşı olduğu deyilən və əsl kimliyi məlum olmayan küçə rəssamı Banskinin divarları bəzəyən aktivist şəkli İngiltərədə poçt markası kimi hazırlanıb. Alman... | ANL |
Bu günlərdə doğma Azərbaycanın qədim güşəsi Gəncədən əvəzolunmaz bir sovqat aldım. Uzun müddət gözlədiyim bu sovqatı əslində otuz ildən əvvəl müəlliflə birlikdə hazırlamağı planlaşdırırdıq. Sözdən işə keçmək məsafəmiz (bu irad xüsusən özümə aiddir) o qədər uzundur ki, nəhayətində sovqatı dostum təkbaşına hazırla... | ANL |
Tarixi yaddaş və milli təfəkkür: Sabir Rüstəmxanlı yaradıcılığı. Hələ tələbəlik illərindən, yəni 1960-cı illərin sonlarından "Ədəbiyyat və incəsənət" qəzetində, sonra "Yazıçı" nəşriyyatında çalışmağa başlayan, özünəməxsus xarakterik şeirləri ilə böyük ədəbiyyata gələn Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ... | ANL |
Cavid və Qərb fəlsəfəsi. Zamanın fövqündə. Hər bir sənətkar kimi, Cavid də ilk növbədə öz dövrünü tərənnüm edirdi. Lakin o, dövrünə sığmadığına görə, onun sərhədlərini genişləndirir, öz dövrünü tarixin örnəkləri və bütün bəşəriyyətin fikir xəzinəsi ilə zənginləşdirirdi. Dünya müharibəsi fonunda bütün böyük xalql... | ANL |
Ad günü ərəfəsində. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti,bəstəkar Sərdar Fərəcovun bu gün 65 yaşım tamam olur. S.Fərəcovun illərdən bəri hər ad günü ərəfəsində özünə şeir həsr etmək kimi maraqlı bir adəti var. Növbəti doğum günü - yubiley yaşı münasibətilə hörmətli bəstəkarımıza təbriklərimizi, xo... | ANL |
Təbrizli Təbriz, xoş gördük səni! Mən həmişə arzulayırdım ki, Təbrizə gedim. Babam Şəhriyarın qəbrini ziyarət edim. Oğlumla birgə güneyli şair-həkim dostum, Tehranda nəşr olunan "Mişov" jurnalının təsisçisi və başqanı Aqşin Ağkəmərlinin fədakarlığı sayəsində biz getdik, Təbrizi, Xalxalı, Ərdəbili gördük, ziyarət etdi... | ANL |
Azərbaycanda hava keyfiyyətinə dair monitorinq şəbəkəsi modernləşdirilir. Atmosfer havasının çirklənməsinin monitorinqi Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Atmosfer havasının çirklənmə... | ANL |
Güney Azərbaycan mətbəxi: dad və zənginliklə millilik bir arada. Türklərin Oğuz qolundan olan Güney Azərbaycan türkləri bu gün də öz adət-ənənələrini və milli mədəniyyətini, o cümlədən, zəngin, dadlı mətbəxini qoruyub yaşadır. İranda Azərbaycan türklərinin ən sıx yaşadığı Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zənca... | ANL |
BÖYÜK MÜƏLLİMİN XATİRƏSİNƏ KİÇİK İTHAF VƏ YAŞANMIŞLIQLARIN DUYĞUSAL RƏSMİ... Onu hüquq dili ilə xarakterizə etsək, belə deyərik: "İmperativ görkəmi, dispozitiv ürəyi var". Ədalət və mərhəmət onun ruhunu pərvazlandıran qoşa qanad olub daim. Bu da şəxsi ləyaqətini, özünə və sənətinə sədaqətini şərtləndirib. Hüququn n... | ANL |
Ürəklərdən keçən əbədiyyətin yolu. Böyük dünyanın yolu sinif otaqlarından keçir, müəllim, ustad tövsiyələrinin işığıyla nurlanır. Bu işıq bütün şagirdlərə eyni səviyyədə paylansa da, istedadı olanlar bu işıqdan daha çox bəhrələnirlər. Belə şagirdlərlə doğmalar da qürurlanır, əhatəsindəkilər də. O da tay-tuşları ... | ANL |
Elmiliklə bədiiliyin vəhdəti. Bu kitab texnika elmləri doktoru, professor Elçin İsgəndərzadənin şeirlərindən ibarət 332 səhifəlik müfəssəl bir kitabdır. Yadıma Xalq şairi Süleyman Rüstəmin Bəxtiyar Vahabzadə haqqında yazdığı: Qatlayıb dizinin altına qoyar, Alim Bəxtiyarı şair Bəxtiyar. Elm dünyasında ciddi elmi axtarı... | ANL |
Güney Azərbaycan mətbəxi: dad və zənginliklə millilik bir arada. Böyük şairimiz Şəhriyar bəzən milli yemək növünün özünün deyil, bişirildiyi qabın adını çəkir və "ərsini təndirlərin guvduşlarında oynayır", - deyərək piti adlı qədim tarixə malik yeməyin də xalqımızın milli xörəklərindən, həm də doğulduğu, uzun i... | ANL |
Aqrometeoroloji müşahidələr: kənd təsərrüfatı üçün mühüm faktor. Aqrometeoroloji müşahidə məlumatları və proqnozlar kənd təsərrüfatı bitkilərinin səpin (əkin), gübrələmə, dərmanlama, biçinin və yığımın aparılması, məhsulun daşınması və digər kənd təsərrüfatı işlərinin vaxtının təyin edilməsi baxımından xüsusi önəm d... | ANL |
(Parisin, Eyfel qülləsinin həsrətini çəkənlərə). Köhnə iş yerlərimdən birində mənimlə eyni otaqda geyimi, zahiri davranışı, danışıq tərzi ilə aristokrat xanım rolunu oynamağa uğursuz cəhdlər edən cavan bir qadın əyləşirdi. Az qala hər səhər iş gününə mənsub olduğu millətin "ifşasına" yönəli şikayətlərlə, onu ağ... | ANL |
Mənə söz verməyin. ŞUŞA İLİNDƏN SON XATİRƏLƏRİM. Hər zaman səssiz-səssiz dinlədim, dindirməsələr dinmədim... Demək istədiyim odur ki, susmağı yaxşı bacarıram. Səfərə çıxana qədər qorxu hissi keçirirdim; bu saat məni geri qaytarıb deyəcəklər ki, sənin adın siyahıda yoxdur. Əvvəlcə Qərib Mehdi ilə görüşdüm, artıq ... | ANL |
Zəfər paradı böyük qələbəmizin rəmzidir. Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazananaraq, 44 günlük Vətən müharibəsində Zəfər tariximizi çoxəsrlik salnaməmizə əbədi olaraq həkk etdi. Azərbaycanın Zəfəri həm güclü daxil... | ANL |
Hidrometeoroloji təhlükəsizliyin təmin edilməsi dövrün zəruri tələbinə çevrilib. Son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində ölkənin su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması və qarın aşağı sərhəddinin yüksəkliyə doğru qalx... | ANL |
Antik dünyanın parlaq şəxsiyyətləri. Təhqir olunmuş bir oğlan Filippin haqsızlığını görüb, onu öldürdü. Beləliklə, Aleksandr 20 yaşında çarlığı əldə etdi, lakin o, ölkəsinin qonşuları tərəfindən daim təhlükədə idi. Aleksandra məsləhət görülürdü ki, zorakılığa əl atmasın, qəddarlıq tədbirlərinə yol verməsin. Alek... | ANL |
Tanınmış ədəbiyyatşünas, ssenarist, teleaparıcı, populyar "İstoriçeskie puteşestviə İvana Tolstoqo" silsilə verilişlərinin müəllifi İvan Nikitiç Tolstoyun 2012-ci ildə çəkdiyi və "Mosfilm"in Qızıl fondunda mühafizə edilən İvan Buninlə Baninin münasibətlərinə həsr olunmuş sənədli filmi bu cümlələrlə başlayır: "Bu... | ANL |
Milli xalçaçılıq sənətimizin təbliğinə böyük töhfə. Azərbaycan və ingilis dillərində nəşr olunmuş bu bədii albom üçün sözügedən əsər yenidən işlənsə də, onun məzmunu və başlıca struktur xüsusiyyətləri qorunub. L.Kərimov bu əsərdə ilk dəfə olaraq xalçaları xovsuz və xovlu kimi iki hissəyə bölür, onların dörd əsas inki... | ANL |
Sənin olmazlarınla yaşamaq çox çətindir, - yazmaq istəyirəm. Sənin qaydalarınla yaşamağın gözəlliyini bir azca bilərək;. saçlarım elə-belə ağarmadı, üzüm ağarmalıydı halbuki... Ürəyimi yeyib qurtardım. İndi bu gecə Səndən yeni ürək istəyirəm, geniş yol kimi: istəklərin tıxacından azad. İndi Səndən yeni göz istəyirəm: m... | ANL |
Müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri və fərqli üslubi imkanlar qazanaraq daha da yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə sıx səsləşməsində şair Səlim Babullaoğlunun mühüm rolu inkaredilməz, sevindirici bir gerçəklikdir. Eyni zamanda,... | ANL |
Həsən Mirzəyev və Azərbaycan dilçiliyi: sanballı imza, dəyərli elmi irs. Azərbaycan dilçilik elmində özünəməxsus üslübi xəttə sahib dilçiliyimizin inkişafında önəmli xidmətləri olan, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dilçilik məktəbinin yaradıcılarından biri də professor Həsən Mirzəyevdir. Prof... | ANL |
Milli Kitabxanada elmi konfrans keçirilib. Dekabrın 9-da Azərbaycan Milli Kitabxanasında Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AZƏRTAC xəbər ver... | ANL |
"Bu gün Azərbaycanda tədqiqatçılara açıq olmayan arxiv yoxdur". Müsahibimiz Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovdur. - Əsgər müəllim, söhbətimizə elə yolun başından - Milli Arxiv İdarəsinin yaradılmasından başlayaq. - Milli Arxiv İdarəsinin yaradılmasının tarixi, əslində, Azərbayca... | ANL |
Cəbrayıloğlu Etibar. Apostrofun ahıl, Cəbrayıloğlunun sütül vaxtlarıydı. Biz o illərdə tanış olduq. Gündüz çörəkpulu qazanıb, gecə mağazadakı basabasda çörək ala bilmədiyimiz illər... Eynəkli adamlara tez qanım qaynayır, asan dil tapdıq haqq üçünə o üzdən, amma ad-familiyasının - özü kimi - uzunluğu ürəyimi üzdü. Xo... | ANL |
İnsana və insanlığa sevgi ilə... Cəmiyyətin fərqləndirdiyi, rəğbət bəslədiyi insanlar üçün yubileylər zamanın yolüstü dayanacaqlarıdır: bir an ayaq saxlayır, geri boylanıb gəldiyin yola nəzər salır, özünə, ətrafına, mənsub olduğun topluma hesabat verirsən. Yubileyin başqa bir əlamətdar cəhəti də var: səni əhatə ... | ANL |
Azərbaycana rəhbərlik etdiyi dövrü xatırlamasam da, eşitdiklərim və sonralar bildiklərim onun çox vətənpərvər, mənən zəngin, ziyalı, savadlı və demokratik ruhlu bir insan olduğundan soraq verirdi. Bir müddət izləyici mövqeyində qaldım, daha sonra əlaqə yaratmağa çalışsam də, alınmadı. Maraqlanıb araşdırandan və ... | ANL |
Heydər Əliyev dərsləri. Əməkdar jurnalist Faiq Sadıqov 45 ilə yaxın mətbuat və televiziya sahəsində çalışıb. Birinci Qarabağ müharibəsində 4 il ən qaynar döyüş nöqtələrindən obyektiv və operativ məlumat verən azsaylı cəbhə müxbilərindən biri olub. Onun "Qarabağdan xəbər var..." kitabı da Birinci Qarabağ müharibəsi ill... | ANL |
Xaricdə təhsil, Azərbaycanda iş. İLQAR ORUCOV: "XARİCDƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRİN ÖLKƏMİZDƏ İŞLƏ TƏMİN OLUNMASINDA CİDDİ PROBLEM YAŞANMIR". Azərbaycanda xaricdə təhsil həm dövlət xətti, həm müxtəlif fondların, beynəlxalq təşkilatların dəstəyi, həm də valideynlərin şəxsi vəsaitləri hesabına həyata keçirilir. Bu gün... | ANL |
Xalçaçılıq sənəti əsrlər boyu xalqımızın məişətinin və milli mədəniyyətinin ayrılmaz hissəsi olub. Müxtəlif ornamentlərlə və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar sanki bizi bu gündən alıb keçmişə aparır. O çağlarda xalçaya özgə sevgi var idi. O xalçaların hər naxışında, hər ilməsində bir ürəyin hekayəti dill... | ANL |
Keyfiyyətli təhsil formulu: əlverişli tədris mühiti, qarşılıqlı etimad və inam. Təhsil daim inkişaf edən, yeniləşən, islahatlara açıq bir sahədir. Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir. Bu dəyişiklikləri nəzərə almadan təhsilin müasir dövrün tələblərinə cava... | ANL |
Yüz yaşlı "Azərbaycan" jurnalının əlli ili gözüm önündə keçib. Düz əlli il qabaq üç hekayəm və şəklim kiçik ön sözlə ölkənin ən nüfuzlu jurnalının səhifələrində göründü. Həyatımda bu, fantastik hadisə idi. Adlarını və şəkillərini ədəbiyyat dərsliklərində gördüyüm Məmməd Səid Ordubadi, Səməd Vurğun, Rəsul Rza, Süle... | ANL |
Sözlə qazanılmış unudulmazlıq: Sahib Əsgərli. Hay-küydən, reklamdan uzaq olan, yaşam naminə vaxt tapdıqca təsərrüfatda çalışan əkinçi ömürlü şairimiz əlli yaşına təxminən bir ay qalanda şeirlərini yadigarmı, xatirəmi, sovqatmı olaraq bu dünyada qoyub "özünə gün ağlamağa" getdi. Bəlkə də bilmədi ki, onun qoyub getdi... | ANL |
Yaratmaq, yaşatmaq, xeyirxahlıq. Onun bütün varlığı yaratmaq, yaşatmaq və xeyirxahlıq simləri ilə tarıma çəkilmiş qədim və müasir qopuz kimidir. Qanında iki nəhəng elmi istiqamətin birləşməsi var. Bu iki istiqamətdən biri atası, görkəmli alim və elm təşkilatçısı Arif Paşayevdən gəlir. Bu, fizikanın səbr və təmkin... | ANL |
İnkişaf və innovasiya layihələri: təhsildə yüksəlişə mühüm təkan. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun əsas işi ümumi təhsil müəssisələrində aparılan təhlil nəticələrinə əsasən ehtiyaclara uyğun inkişafyönümlü və innovativ yanaşmaları əks etdirən layihələrin hazırlanmasıdır. Eyni za... | ANL |
Florensiya şəhəri və Mediçi sülaləsi. Kilsədən təcrid olunacağından qorxduğuna görə papa 1498-ci ilin mayında Savonarolanı dar ağacından asdırtdı, onun cəsədi iki keşişlə birlikdə yandırıldı və onların külü Arno çayına səpələndi. Öz sərt qərarını verməmişdən əvvəl VI Aleksandr emissarlarını göndərdi ki, keşişləri... | ANL |
Mustafa müəllim arxiv və muzeylərdə səbir və dəqiqliklə axtarışlar aparmış, xan qızı haqqında bilgi verə biləcək hər sənədi vərəqləməyə, onunla bağlı xatirəsi olanlarla ünsiyyətə çalışmış, Xurşidbanunun işıqlı portretini təqdim etməyə nail olmuşdur. Müəllif albom-kitabda ətraflı giriş-təqdimatdan sonra şairənin ... | ANL |
Çukurovadan Turana gedən yollar. Səfərlər insanı - ruhunda səyahət istəyi olan insanı həmişə cəlb edib. Dünyanı gəzib görmək istəyi adamı rahat qoymur. Ulu babalarımın İrəvandan başlayan ticarət səfərləri Hindistanda, Çində bitib. Bəlkə də, onların uzun əsrlər boyu etdiyi səyahətlərdən qanda yaranmış genetik kodl... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla Xalq rəssamı Böyükağa Mirzəzadənin "Opera teatrında fasilə" əsəri haqqında danışmışıq. Azərbaycan təsviri sənətinin təşəkkülündə, inkişafında misilsiz rol oynayan, sənətinin ustası olan görkəmli rəssam Böyükağa Mirzəzadə gördüklə... | ANL |
"Akademik Nərgiz Paşayeva" adlı virtual sərgi açılıb. Dekabrın 12-si Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının akademiki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin h... | ANL |
Son vaxtlar İranda cərəyan edən hadisələr - bir yandan molla rejiminin ölkəmizə qarşı təxribatları, təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləməsi, o biri tərəfdən bütün ölkəni bürüyən etiraz dalğası, Arazın o tayında yaşayan soydaşlarımızın öz hüquqları uğrunda mübarizəsi 75-76 il bundan əvvəl baş vermiş had... | ANL |
son süngüyə, son qundağa qədər. Vuruşdular: hər şey qırmızı geydi. daşdan torpağa qədər. üst dodağa qalxa bilməyən. səsə qədər. artıq olan, süngüləri narın daraq dişi kimi. sıx olan düşmənlə. Can verənlər inləmədi. Susuzlar yandım demədi. Öpdü qurumuş dodaqları. qan hopmuş torpağı. qan rəngli bayrağı. Nə düşmən onlarda... | ANL |
Hamilə qadınların bu dövrdə nə qədər həssas olduqlarını hamımız bilirik. Bətnində yeni bir can daşıma həyəcanı, hormonal dəyişmələr, psixoloji sıxıntılar, doğuş stressi və sair kimi təsirlər hamilə qadının bütün dünyasını dəyişir, duyğularını alt-üst edir. Onların gün ərzindəki duyğu dəyişmələri normal insandan dəf... | ANL |
Bakının mərkəzindəki sirli aləm. XVI ƏSRƏ AİD NADİR NÜSXƏLƏRİN QORUNDUĞU PREZİDENT KİTABXANASI. Mütaliəni çox sevirəm. Gözlərimi açandan evimizdə kitab görmüşəm. Cild-cild kitablar indi də evimizin şah guşəsini bəzəyir. Böyüdükcə kitablara olan marağım da artırdı. Və bu maraq məni Bakı Dövlət Universitetinin Kitabxana... | ANL |
Emin Sabitoğlunun 85 illik yubileyi Humanitar Kollecdə qeyd edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecdə bəstəkar, XX əsr Azərbaycan musiqisi tarixində iz qoyan Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş "Keçdiyin bütün yollar..." adlı konsert keçirilib.... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.