text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. Ona Ralfla yaxınlıqdan hamilə olduğu məlum olduqda, Lyukun yanına getdi ki, son dəfə onunla yatsın ki, uşağın ərindən olmadığına şübhə yaranmasın. Uşaq hər şeydə Ralfa oxşayırdı. Romada isə vəziyyət ürəkaçan deyildi. İl Duçenin qara köynəkliləri küçələrdə ağalıq edir... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Könül Vəliyevadır. Könül xanımla rəssam Asim Rəsuloğlunun "Anka quşu" əsərindən danışmışıq. Uşaqlıqdan təsviri incəsənətə böyük maraq göstərməsi onu Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə aparır. O, burada dövrünün tanınmış rəssamları G.Brijyat... | ANL |
Ağrıların ən betəridir bu! Çünki onunla tanışlıq lap erkən uşaqlıq vaxtlarından başlayır. Heç gözümüzü açmağa imkan vermir ki... Bir də görürsən körpəcə uşağın süd dişində kariyes var. Qapqara gözlərindən dumduru sular axıda-axıda aparırsan ağ xalatlı "mələyin" hüzuruna. Nə olsun mələkdi, axı şıltaq balanı onunla qo... | ANL |
Elçin ədəbi irsi. XX əsr Azərbaycan nəsrinin, dramaturgiyasının, bədii-estetik fikrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Elçin Əfəndiyev parlaq poetik fəaliyyəti ilə seçilən, müasiri olduğu dövrün ədəbi-bədii axtarışlarında yaxından və fasiləsiz iştirak edən novator sənətkarlarımızdan biridir. Ədibin yaradıcıl... | ANL |
Ulu öndərin arzularını reallaşdıran lider. Heydər Əliyevin zəngin və mənalı həyat yolu haqda başqa mənbələrdən də oxuduqlarım, eşitdiklərim, televiziya ekranlarından gördüklərim daim məni düşündürür, daxilimdə bir sual yaradır: "Görəsən, Ulu öndərin xalqımız qarşısında ən böyük xidməti hansıdır?" Bu suala ən az... | ANL |
“Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika konfransı keçirilib. Mayın 15-də AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib. 525.az ... | ANL |
AMEA-da “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimatı olub. Mayın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimat mərasimi keçiri... | ANL |
Şəhadət zirvəsində növbəti yaş günü. Doğma Azərbaycan torpağını Vətən edənlərdəndir şəhid leytenant Vüsal Muradov. Əslən Ağdamın Qasımbəyli kəndindən idi Vüsal Muradov. IV sinif kursantı idi. Anası Kəmalə xanım deyir ki, hərb sənətini seçməkdə əsas səbəblərdən biri də elə işğal altındakı torpaqdan olmaqları id... | ANL |
Xalq yazıçısı Elçinin əsərlərinin ekran təcəssümü. Təbii ki, yüksək sənətkarlıqla yazılan, milli ədəbiyyat tariximizi zənginləşdirən əsərlərdən söhbət gedir. 16 yaşından ədəbi fəaliyyətə başlayan, indiyədək 65 ilə yaxın yaradıcılıq yolu keçən görkəmli ədibimiz, çağdaş ədəbiyyatımızın parlaq nümayəndəsi, nasir, d... | ANL |
Ağdərədə erməni separatizmi necə baş qaldırdı? AVTOMATIN DARAĞINI KÜRƏYİNƏ BOŞALTDILAR. 1980-ci ilin mart ayında Azərbaycan SSRİ-nin Mardakert rayon partiya komitəsinin II katibi seçildim. Keçmiş Mardakertin - Ağdərənin erməni mənşəli əhalisi ürəklərindəki pis niyyətləri gizli saxlasalar da, mənə əsasən hörmətlə ... | ANL |
İbrətamiz və bənzərsiz kitab. Mən o xoşbəxt insanlardanam ki, Azərbaycan tarixində epoxa olan, ağır vaxtlarda xalqın taleyinə cavabdehlik missiyasını şərəflə yerinə yetirən, onun xilaskarına çevrilən Heydər Əliyevin səmərəli fəaliyyətini izləmək, xalq qarşısında gördüyü misilsiz işlərin şahidi olmaq mənə də qism... | ANL |
Bir günün içində Azərbaycan. Hər insanın ömründə min aya bərabər tutula bilən bütöv bir ömür uzunluqlu sanıla biləcək günlər olur. Onun min aya bərabər günlərinin hərəsi bir kitablıq hekayətdir və o hekayətlərin hər biri də yalnız şəxsən onun özünün deyil, elə Azərbaycanın da ömürnaməsinin az bilinən, söylənməsə,... | ANL |
Heydər Əliyev irsi - tolerantlığın ünvanı Azərbaycan. Qədim və zəngin mədəniyyətə, eyni zamanda dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı tarix boyu bir sıra görkəmli şəxsiyyətlər yetişdirmişdir. Tarixi şəxsiyyətlər tarix səhnəsində göstərdiyi xidmətləri ilə, elm və mədəniyyətin inkişafına töhfələri il... | ANL |
Naxçıvanda birinci kitab sərgisi. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər davam edir. Zəngin ənənələrə malik Naxçıvan diyarı bu dəfə yeni bir mədəni tədbirə ev sahibliyi etdi. Bir çox dahilərin göz açdığı bu ulu diyarda ... | ANL |
Şərəfli alim ömrü. Azərbaycanda kimya elminin inkişafında xüsusi xidmətləri olmuş Yusif Məmmədəliyev, Rüstəm İsmayılov, Vahab Əliyev, Musa Rüstəmov, Sultan Mehdiyev, Əli Quliyev, Məcid Mərdanov, Bahadır Zeynalov və digər alimlərimiz kimi bu il 90 illik yubileyi qeyd edilən kimya elmləri doktoru, akademik Sahib Müsey... | ANL |
Elçinin əsərlərinin ekran təcəssümü. Xalq yazıçısı Elçin bəzi əsərlərində keçmişə, xatirəyə, ümumən yaddaşa qayıdışdan mənəvi-əxlaqi təmizlənmə üsulu kimi istifadə edir. Qəhrəmanın dərin psixoloji aləminə nüfuz etmək onun həm nəsrinə, həm də kino yaradıcılığına aid olan ən əlamətdar xüsusiyyətlərdən biridir. "Aman ov... | ANL |
Baxış bucağı və mövqe. Gördüyünüz bu fotonu dostlarımdan birinin səhifəsində gördüm və dərhal razılığını alıb öz planşetimə köçürdüm. Çünki bu fotoda gördüyünü əbədiləşdirən subyektin baxış bucağı və onun bu baxış bucağından bizə göstərdiyi mənzərə elliliklə bizim hamımızın ətraf aləmə baxdığımız baxış bucağında... | ANL |
Seyran Səxavətin Qarabağ səfəri. Seyran Səxavətlə doğma Qarabağımızı səfərə getmişik. Kürdəmir Regional Mədəniyyət İdarəsi ustadın Beyləqan rayonunun ziyalıları və yaradıcı adamları ilə görüşünu planlaşdırıb. Füzuli rayonunun Arayatılı kəndində, vaxtilə şan-şöhrəti bütün Sovetlər Birliyinə yayılmış, iki dəfə Sosiali... | ANL |
Türkiyədə seçkilər. Mayın 14-də Türkiyədə keçirilən parlament və prezident seçkiləri təkcə Türkiyə və Azərbaycanda deyil, bütün dünyada, xüsusilə də Avropada böyük müzakirələrə səbəb oldu. Avropa mediası Türkiyənin sosial xüsusiyyətlərini, demokratiyanın tarixini və inkişafını anlamadığı üçün çox yanlış və qərəzli nəti... | ANL |
Xatirələrdə əbədi yaşayan dahi şəxsiyyət. ULU ÖNDƏR HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSU, RƏHBƏRİ VƏ LİDERİ KİMİ. Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyev haqqında danışmaq çox çətindir. Hətta xatirələrdə belə bu böyük siyasət adamını, dövlət xadimini, lideri və yüksək mənəvi ke... | ANL |
Naxçıvanda ilk kitab ziyafəti. Gözəl bir gün idi. Kitab adamlar və rəngarəng, müxtəlif mövzulu kitablar doğma Naxçıvanımıza qonaq gəlmişdi. Şəhər yuxudan oyanıb, canlanmışdı elə bil. Əlli iki ildir burda yaşayıram, belə kitab qələbəliynin, kitab sərgisinin ilk dəfədir şahidi və iştirakçısı olurdum. Kitabxanamda iyirmi... | ANL |
Güvənin qatili mənfəət... Keçmiş zamanlarda zalımlığı ilə məşhur olan bir kral edam cəzası verdiyi iki məhkumdan birinin həyatını özünü əyləndirəcək yolla bağışlamaq istəyir. Dar ağaclarını qurduraraq məhkumların ikisinə də çiyninə çıxa biləcəkləri və güvənəcəkləri bir adam çağırmağa icazə verir. Ölkənin məşhur alimini... | ANL |
Aktyorlar xoşbəxt kral və kraliçanın portretlərini nümayiş etdirdilər. Lakin səhifədə oynanılan roldakı kral xəstə idi, arvadının ikinci əri barədə maraqlandı. Kraliçanı oynayan aktrisa iddia edir ki, o, heç vaxt yenidən ərə getməyəcəkdir. Səhnədəki yatan kralı zəhərləmək üçün yeni aktyor otağa daxil olur. Hamle... | ANL |
Körpə uşaqlartək verib baş-başa. Bakı danışanda Təbriz ağlayır, Arazda qırılan hər iz ağlayır. MƏNİ VAXT ƏYMƏZDİ. Gəncliyim bu halda görəydi məni. Görəydi obamdan püskürən qanın. Buzlu ürəklərdə sönən çağını. Düzəngah mehrinə aldanmağını. Eləcə bir yerdə dəyər-dəyməzə. Yoldaşlar yorğanı çəkdi başına. Mən qanl... | ANL |
RƏŞİD BEHBUDOV ADINA DÖVLƏT MAHNI TEATRININ 55 İLLİYİ TAMAM OLUR. Yazımın sərlövhəsindəki ifadəni vaxtilə böyük müğənni Rəşid Behbudovdan aldığım bir müsahibə zamanı ilk dəfə onun dilindən eşitmişəm. ...1981-ci ilin mayında dünya şöhrətli müğənni Rəşid Behbudov rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi ilə birlikdə ... | ANL |
Qızmar günəş altında kitab. Uzun müddətdir, Naxçıvanda kitab sərgisi keçirmək arzusunda idim. Çünki "Azərbaycan Nəşriyyatlar Assosiasiyası" İctimai Birliyi (ANAİB) yaranandan, sərgilərə, tərdbirlərə başlayandan ellilərim, "Niyə Naxçıvana da gəlmirsiniz?" - sualını verirdilər. Səbəbini açıb-ağarda bilmirdim. Çünki ke... | ANL |
Ötən əsrin altmışıncı illərində, hələ tələbə ikən, sabahın filoloqu kimi, Aşıq Ələsgərin yaradıcılığını öyrənməyə başlayanda, aşığın "Dağlar" qoşmasındakı bir beyt məni xeyli düşündürmüşdü. Nədir "xaçpərəstlə düşən bund inqilabı"? Bu ifadənin alt qatında nələr yatır? Bu, Qərbi Azərbaycanda - aşığın ana yurdu G... | ANL |
Cənnətin meqapolisə. Ancaq məsələ burasındadır ki, hara getsən, beyninə gənə kimi yapışan düşüncələr də səninlə gəlir. Fikir vermişəm, bircə muzeylər beyini uyuşduran düşüncələrdən xilas edəcək iqtidardadır. Mükəmməl bir terapiyadır. Hələ əgər içərisində yüzlərlə əsəri, qatbaqat mərtəbələri varsa, bu, şüuraltının bayr... | ANL |
Vəfa Bağırzadə: "Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim". Müsahibimiz az yaşına rəğmən, musiqi sahəsində önəmli uğurlara imza atan gənc bəstəkar, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Vəfa Bağırzadədir. Vəfa xanımla söhbətimizə keçməzdən öncə haqqınd... | ANL |
Zamana ədəbi səyahətin illəri və töhfələri. Çox da səliqəli və sistemli olmayan arxivimdə köhnə bir qovluq var. İçərisində qəzet kəsikləri - 80-ci illərdə dövrü mətbuatda çap olunmuş məqalə və resenziyalarım saxlanır. Bilmək istəsəniz, həmin rəqəmlər qırx illik dostum, görkəmli publisist, ictimai xadim, Azərbaycan... | ANL |
Televiziya ilə bağlı yazılarımda tənqid diskursunun daha çox yer almasını günün reallığı diktə eləyir. Elə bir vəziyyət yaranıb ki, televiziyadakı mövcud vəziyyətə hər yerdə - yazılı və elektron mediadan başqa, sosial şəbəkələrdə, həmçinin, millət vəkillərinin, ayrı-ayrı ziyalıların çıxışlarında da toxunulur. Pr... | ANL |
Rəsul Rza mükafatları təqdim edilib. Əvvəlcə bir qrup qələm adamı Xalq şairinin Fəxri xiyabandakı məzarını ziyarət edib. Sonra Azərbaycan Yazıçılar Birliyində mükafatlandırılma mərasimi təşkil edilib. Millət vəkili, Rəsul Rza Fondunun sədri Rafael Hüseynov Rəsul Rzanın həyat və yaradıcılığından söz açıb, Xalq şairi i... | ANL |
Tarixin uzağı da maraqlıdır, yaxını da. Bəzən elə düşüncə yaranır ki, hadisələrdən nə qədər çox aralanmışıqsa, o tarixçələr haqda bilgilərimiz də bir o qədər azdır. Odur ki, yaxın tariximizi dürüst bilməyimizə həmişə ehtiyac var. Çünki o tarixin içərisində həm də yaxın sabahımızın xəritəsi gizlənir. Balaca bir ot... | ANL |
"Laçın" sərhəd-buraxılış məntəqəsi sülh və təhlükəsizliyə xidmət edir. Qırx dörd günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Tarix... | ANL |
Şair ruhunun üç görsənişi. Çoxillik ənənəmizə sadiq qalıb ad günü ərəfəsində sevimli şairimiz Vaqif Bəhmənlinin yeni, ilhamlı və nurlu şeirlər silsiləsini səmimi bir istəklə oxuculara təqdim edir, ona cansağlığı, bir-birindən uğurlu illər arzulayırıq. Birinci görsəniş: Haqq! Gözünü zilləyib Göyə çox baxma! Tanr... | ANL |
Müəllimlərin sertifikatlaşdırılması: dövrün tələbləri ilə səsləşən vacib addım. Məlum olduğu kimi, 2022-ci ildən etibarən, ölkənin dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümum... | ANL |
Vətən ətirli poema. Tanınmış jurnalist Səyyad Ağbabalının çapdan çıxan növbəti kitabı -"Ağbaba" poeması Qərbi Azərbaycan Cəmiyyətində keçirilən tədbirlə oxuculura təqdim olundu. Kitabın ön səhifələrində Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycan haqqında müxtəlif vaxtlarda söylədiyi fikirlər, habelə Prezident İlham Ə... | ANL |
Təhsilimizin cari və strateji inkişaf konsepsiyasının cizgiləri. Bu qeydləri təhsilin bütün pillə və səviyyələrində kifayət qədər təcrübəyə malik olmuş təhsil təşkilatçısı, elmi-pedaqoji və pedaqoji fəaliyyətlə məşğul olan müəllim kimi aparmışıq. İndi təhsil idarəçiliyindən kənarda olsaq da, bir pedaqoq və vətəndaş k... | ANL |
Mayın 20-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda publisist, yazıçı Vahid Qazinin yenicə nəşr olunmuş "Ruhlar şəhəri: yurd yazıları" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid kitab haqqında məlumat verərək bild... | ANL |
Elçinin 80 illik yubileyi Milli Dram Teatrında qeyd edilib. 525.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək, Xalq y... | ANL |
Ölümsüzlük zirvəsində. Vətən üçün canını fəda edəcək qədər böyük ürəyə sahib igidlərimizdən biri idi Səxavət Məmmədov. Onun torpaq həsrəti, yurd sevgisi ailəsindən, sevdiklərindən, canından, qanından da üstün idi ki, cavan ömrünün yeddi ilini Vətənə xidmətlə keçirib, Vətənə xidmətlə də bitirdi. Bu gün qəhrəman şəh... | ANL |
Şahmat və həyat müqayisələr müstəvisində. "Şahmatın əsası onun nə olduğunu düşünməkdir" - deyirdi şahmat ustası David Bronstein. Məşhur ingilis dramaturqu Uilyam Şekspir isə düşünürdü ki, "bütün dünya bir oyun səhnəsidir, yalnız oyunçu olan qadınlar və kişilərin səhnəyə daxil olub çıxdığı və ömrü boyunca bir çox rol... | ANL |
Din və məhəbbət - faciələrə aparan ziddiyyət. (Əvvəli ötən çərşənbə sayımızda). Dini qaydalar, cəmiyyəti nizamlama prinsipləri sərt xarakter daşımaqla sosiumun idarə olunmasında, heç şübhəsiz, müsbət rol oynadı. Lakin həm də bu idarəçiliyin mənfi tərəfləri, sərt, bəzən amansız qaydalarının tətbiqi özünü büruzə vermə... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Könül Vəliyevadır. Onunla tanınmış rəssam Fikrət İbrahimlinin "İçərişəhər" əsərindən danışmışıq. Azərbaycan rəssamlıq sənəti tarixində Neftçala rəssamlarının xüsusi yeri olduğunu əminliklə deyə bilərik. Burada yetişən əksər rəssamlar respublikada çox məşhu... | ANL |
Həyatını çörəkli bir peşəylə - dərziliklə bağlayan Usta Kərim Şuşa qalasından Qarabulaq kəndinə kefiköklükdən köçüb-gəlməmişdi. Qarabağda qırğın salan arxalı köpəklərin - murdar xislətli erməni tayfasının törətdiyi vəhşiliklər bir çoxları kimi onu da doğma şəhərindən didərgin salmışdı. Bu gənc dərzi, necə deyə... | ANL |
"Dörd mərhələ üzrə keçirilən bu proses namizədlər arasında sağlam rəqabət mühiti yaradır". Müəllimlərin İşə qəbulu üzrə Müsabiqədə (MİQ) orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərb... | ANL |
Şair həssaslığı, pedaqoq ustalığı, ziyalı nəcibliyi. Uğurlu və gərəkli yaradıcılıq fəaliyyəti üçün, məncə, qələm sahibinin, söz adamının paytaxtda - Bakıda, yaxud əyalətdə yaşamasının heç bir əhəmiyyəti yoxdur. Fərq etməz, həyat göstərir ki, mərkəzdən uzaqlarda da, lap elə ucqar dağ kəndində də yaşayıb gözəl şeirlər y... | ANL |
Mənim Alma-Materimin ağ günləri. Ədəbiyyat müəllimlərim məni filologiya sahəsinə yönəltmək istəyirdilər. O vaxtlar dövrü mətbuatda şeirlərim və publisistik yazılarım çıxırdı. Fizika və riyaziyyat müəllimlərim isə məni təbiət elmləri sahəsində görmək istəyirdilər. Ruhuna həmişə borclu olduğum fizika müəllimim Kamal Qara... | ANL |
Çoxdan idi ki, məzmunca maraqlı, üslub və ifadə tərzi etibarı ilə orijinal bir kitab oxumaq fürsəti əlimə keçmirdi. Nəhayət elə bir fürsət mənə nəsib oldu. Bu yaxınlarda məşhur oftalmoloq-cərrah Paşa Qəlbinur, özünün yenicə işıq üzü görmüş "Qara su" romanını mənə verdi. Kitabı birnəfəsə oxudum. Yaşadığımız çətin, dəyə... | ANL |
Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu elmi müəssisənin və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə "İki əsrin görkəmli sənətkarı" mövzusund... | ANL |
Uzaqdakı yaxın adam. Düzünü desəm, bilmirəm, Vellinqtonda Dəniz Muzeyi var, ya yoxdur. Ancaq mən nədənsə həmişə Yeni Zelandiyaya getmək, sualtı dünyanın o xəyali Muzeydəki eksponatlarına baxmaq istəmişəm. Niyəsini soruşsanız, bilmirəm. Biz də dəniz sahilində yaşayan ölkəyik, ancaq bizim də Dəniz Muzeyimiz yoxdur. Ç... | ANL |
Arif Abdullazadənin poetik fikir dünyası. Azərbaycan ədəbiyyatı tarixində ötən əsr 60-cı illər ədəbi nəslinin xüsusi çəkisi olub. Həmin dövrdə ədəbiyyata gələn gənc şair və yazıçılar istər mövzu və məzmun diapazonu, istərsə də ideya istiqaməti baxımından özlərindən əvvəlki ədəbi nəsildən fərqləniblər. O illər ədəbiyya... | ANL |
Sabirin vətənə və dünyaya baxdığı ucalıq. Bu onun sənət, poeziya aləmində qalxdığı gələcək yüksəkliyin hələ uşaqlığında maddi rəmzi, coğrafi işarəsiydi. Biz ildə bir-iki dəfə onu ziyarət edəndə bu yüksəkliyə qalxırıq, bu yüksəklik bizə nəsib olur. O, əbədi belə bir yüksəkliyin sakinidi, zirvədi. Ancaq ondan ayrılanda S... | ANL |
Nəcib duyğular şairi. Təkcə bircə faktı qabartmaq yerinə düşər ki, ixtisasca həkim şair həm Sovet dönəmində Əfqanıstan müharibəsinin, həm də Azərbaycanın müstəqillik mübarizəsində Birinci Qarabağ Savaşının iştirakçısıdır. Sözsüz, bu mücadilələr istedadlı şair ömründə dərin izlər buraxmış, yaradıcılığının formal... | ANL |
Hekayənin qəhrəmanı Katerina meqapolisdən uzaq bir kənddə yaşayır. O, məşhur bir rəssamın qızıdır. Atasının sağlığında Peterburqda, Parijdə, qalıb, bir çox mədəni tədbirlərin iştirakçısı olub, hətta Hüqonun dəfn mərasimində iştirak edib. Amma bəla burasındadır ki, ucqar kənddə bu duyğusal xatirələri bölüşəcək adam yo... | ANL |
adlı məqaləsində Bakı axundu Əbuturabın "Bizə hansı elmlər lazımdır?" yazısına cavab verən Ömər Faiq əslində həmin dövrün təhsil, tədris proqramları, İslam dini ideologiyası, şəriət qanunları və dünyəvi elmlər məsələsini polemika mövzusuna çevirirdi. Onu da qeyd edək ki, Axund Abuturabın həmin məqaləsinə zamanın... | ANL |
Azərbaycanda peşə təhsili: mövcud nəticələrə və perspektivə baxış. Müasir dövrdə peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən əsas amillərdən biri olması danılmazdır. Keyfiyyətli peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir və onun mütəxəssis kimi formalaşmasına t... | ANL |
Türk dilləri probleminin öyrənilməsində yeni səhifə. Azərbaycan keçmiş sovet məkanında türkologiyanın inkişaf etdiyi mühüm elmi mərkəzlərdən biri olub. Bu ənənə dövlətimiz ikinci müstəqilliyini qazandıqdan sonra daha uğurla davam etdirildi. İndi ölkəmizdə tək Azərbaycan dilçiliyinin deyil, türkologiya elminin də q... | ANL |
Nağıllamaq istəyirəm bu gün... Bir az içəridən çıxmaq lazımdır hərdən, içərinin həmişə daha içəriyə açılan bir qapısı olduğunu bilənlər yazıq olur yoxsa. Yadınıza düşənin "Nisbilik nəzəriyyəsi" olduğunu bilirəm. Gördüyünə peşman elədi insanlar onu. Çıxdığımız, anbaan uzaqlaşdığımız, yad hiss etdiyimiz hər yerdə/... | ANL |
Sənsiz bu bayramda gülə bilmərəm. Sənsiz bu bayramda gülə bilmərəm, Başıma göylərin daşı ələnər. Xatirən o qədər, silə bilmərəm, Ömrümə bəzəkdir həmin sənələr. Sən mənim həm anam, bir dünyam oldun, Özümü səninlə adam sanardım. Gedəli yuxumda sən röyam oldun, Mən səni ağzımda bir tam sanardım. Bağlı qapıları yuxummu açd... | ANL |
Yol gəlirəm yuxuda, Oyaq olur sözlərim. Baxıram ki arxada. Yanır ayaq izlərim. Təqvim səhifələrini. Təamıma qatıram. Xəyal səfərlərini. Duman çəni izləyir. Can, buluddan boylanan. Günəşini gözləyir. Yanlışı, doğrusuyla, Günlər beləcə keçər. Bir ümid qoxusuyla. Örtər üstümü gecə. Duymayaydım o danışan gözləri, Beş gün ö... | ANL |
Allah hər zaman sevindirsin səni. sevindirsin səni. Səndən ötrü axıtdığım. hər damlası qədər. Arzuların çiçək açsın. Səninlə bağlı. qəlbimdə qalan. arzularım qədər. Mənim qədər sevəsən, demirəm. Seviləsən, məni sevməyini. umduğum qədər. Doyasan sevgidən. mən sənə yarıac qaldığım qədər. Şirin olsun ömrün. Mən səni acıla... | ANL |
Müəllim adı, müəllim missiyası: şərəf və məsuliyyət daimi vəhdətdə. İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim gənc nəslin mənəvi aləminin və təfəkkürünün memarı, cəmiyyətin sabahını etibar etdiyi şəxsdir. Bu baxmdan, müəllimlik, sözün əsl mənasında, çox şər... | ANL |
Baxış bucağı və mövqe. Azərbaycan kinoçuları nədənsə ifadə vasitəsi, dil elementi kimi baxış bucağının zəngin çeşidlərindən az istifadə edirlər. Bu, şübhəsiz ki, ya rejissor istedadının doza, ya da kinodramaturgiyanın dil kasadlığından irəli gəlir. Orijinal baxış bucaqları ilə müşayiət olunan kadrların, epizodl... | ANL |
Pənah gətirənlərin pasibanı. Ancaq dəyişən zəmanə bu qarşılıqlı istəyi əsla soyuda bilmədi. Vaxtın gücü buna çatdı ki, asta-asta yaşa dolan nəsilləri apardı. Onunla və Onlarla da nə qədər xatirələr getdi. Elə xatirələr ki, həmin yaddaşlarsız tarixin onsuz da bugünəcən örtülü, qaranlıq olan çox səhifələri heç vəch... | ANL |
"Ümummilli lider Heydər Əliyev və Gəncə" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə "Heydər Əliyev və Gəncə" monoqrafiyası da təqdim edilib. Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının işığında ... | ANL |
Heydər Əliyev irsi: müstəqil Azərbaycanda elm və təhsilin tərəqqisinin mənbəyi. Ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti və nəzəri irsində elm və təhsil məsələləri hər zaman xüsusi yer tutub. Ulu öndər Heydər Əliyev milli inkişaf konsepsiyasına uyğun olaraq daim təhsilin səviyyəsinin yüksəldilməsi, təhsil ... | ANL |
Kassio məruzə edir ki, türklər donanmalarını Kiprə çıxarmışlar, bu isə müharibə deməkdir və hersoq Otellonu yanına çağırır. Lakin Brabantio Otellonu Dezdemonanı sehrdən istifadə edərək ovsunladığına görə ittiham edir. Hersoq Otellonu salamlayır və əlbəttə ki, Brabantionu da tanıyır, o, öz qızının məsələsinə görə ... | ANL |
Salvador Dalinin Bakı səfəri. Heydər Əliyev Mərkəzində Salvador Dalinin "Surrealizm Mənəm" adlı sərgisi açılıb. Bu, arzuladığım bir hədiyyənin gözləmədiyim anda qucağıma düşməsi kimi möhtəşəm bir hadisədir. Dali "dəliləri" bunun nə demək olduğunu çox yaxşı anlayır. Əslində sərgi ötən ayın sonu təmtəraqlı şəkildə açılı... | ANL |
Çayın cazibəsi: Lənkərandan Azərbaycana və bütün dünyaya... Lənkəranda ilk çay plantasiyaları 1932-ci ildə İstisu qəsəbəsində salınıb. Müstəqilliyin ilk illərində bu sahədə işlər xeyli zəiflədi və böhranlı həddə çatdı. Çayçılığın inkişafı yönündə əsaslı dönüş isə Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 2-3... | ANL |
Yazıçı tənqidinin özəllikləri. 25 il bundan əvvəl müdafiə etdiyi doktorluq dissertasiyasında müəllif səviyyəsiz yubiley yazıları ilə bağlı indinin özündə də aktuallığını saxlayan iradlarını bildirərək, "pis mənada "yubiley tənqidi"nin cəhətlərindən müasir yazıçılarımıza həsr olunmuş məqalələrdəki qeyri-səmimiliyi... | ANL |
Əsərin ilk səhifələrində düşərgəyə yol alan ata ilə qızını görürük. Yox, qətiyyən gözünüzün qarşısına qızının əlindən tutub onun nazı ilə oynayan bir ata gəlməsin. Bu ata getdikləri yolun ortasındaca bircə kəlmə "təbiət" sözünə görə qızına bir şillə ilişdirir. Kitab sözləri ilə danışır mənim üçün! Belə bir ağır... | ANL |
"Cəmiyyət teatra münasibəti ilə xarakterizə olunur". Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva bu il yubileyini qeyd edir. Bu əlamətdar ərəfədə sənətkarla görüşüb həyat və yaradıcılıq yolu ilə bağlı həmsöhbət olduq. - Təbrikiniz və diqqətiniz üçün təşəkkür edirəm. Öncə ona görə ki... | ANL |
Praqmatik dilçilik aspektindən "Dədə Qorqud" və qeyri-səlis məntiq. Bu əsər bir çox problemlərin qovşağını təşkil edir. Bu kitab Şərqlə Qərbin, dilçilik və təbiət elmlərinin, praqmatika və mifologiyanın kəsişmə nöqtəsidir. Elmin və dilçiliyin yeganə məqsədi ümumbəşəri qanunları ortaya qoymaqdır, bu baxımdan qeyri... | ANL |
Müsahibimiz kastinq direktoru, Azərbaycanda fəaliyyətə başlayan ilk aktyor agentliyinin - "Azerbaijan Actors Agency"in rəhbəri Səbuhi Məmmədovdur. - Səbuhi bəy, son illər kinomuza daxil olan anlayışlardan biri kastinqdir. Öncə kastinq anlayışına aydınlıq gətirək. Kastinq nə deməkdir və kastinq direktorunun funksiy... | ANL |
Hər cəhətdən misli olmayan. Onların heç biri sadə insan deyildi. Onların hər birinin taleyinə istənilən xalqın tarixindəki ən ali sərvət olan istiqlal, müstəqil dövlət quruculuğu yolunda can qoymaq yazılmışdı. Onların hər biri ömür yolunun necə davam etməsindən asılı olmayaraq xoşbəxt idi. Çünki onlar orada - Gün... | ANL |
Qələm və zəhmət birliyi. keçdikcə xatirələr uzaqlaşmaq əvəzinə daha da yaxınlaşır və mən Elmira haqqında bu kiçik təbrik yazısını yazmaq istəyəndə, onunla ilk görüşümü xatırladım. 1970-ci illərin ortaları idi, mən artıq Yazıçılar İttifaqının katibi işləyirdim və bir gün İttifaqda rəhmətlik İshaq İbrahimovla söhbə... | ANL |
Vərəsəliyi qəbul edib borca düşənlər. Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib. Qərara əsasən, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul... | ANL |
Dənizin qırağında sakitcə oturub səssizliklə danışırdım. Əlimdə yenicə bitirdiyim, kumirim Vladimir Nabukovun kitabı vardı. Bu, dilemma idi, eyni zamanda fəlsəfə tarixinin ən aktual problematikası! Aristotel, Ptolomey, Tit Lukretsi Kardan müasir dövrün filosofları Eko və Soljenitsına qədər düşünülən və cavabsız qalan ... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəbnəm Əzizdir. Onunla rəssam Nərminə Uluxanovanın "Qarabağ atı" əsərindən danışmışıq. Xarici Dillər Universitetində təhsil alan rəssam, ailəsi ilə birlikdə köçdüyü Londonda incəsənətin müxtəlif sahələrinə olan marağın arxasınca gedir və Tətbiqi sənətin Ba... | ANL |
Möminə Xatun məqbərəsi araşdırmalar işığında. Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri Möminə Xatun məqbərəsidir. Görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən və hicri tarixi ilə 582-ci ilin məhərrəm ayında (miladi 1186-cı il, aprel) tamamlanan bu məqbərə dünyanın monumen... | ANL |
Şekspirin "Kral Lir" faciəsi insan ləyaqəti mahiyyətinin dərindən yoxlanılmasına həsr edilmişdir. "Kral Lir" Şekspirin daha çox insan təbiətinin qorxusuz təhqiqatını inadkarlıqla təqdim edir. Bizim dövrümüzdə isə pyes həmin eradakı Avropa incəsənətinin ən böyük əsərlərindən biri kimi tanınır. "Kral Lir" dünyanın ... | ANL |
Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu. Ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımınd... | ANL |
O gün mütləq gələcək. Səhərimiz açılır və yurdun dörd bucağındakı minlərlə məktəbdə yüz minlərlə uşaq yeni günü sevimli Millət Şərqisi ilə başlayır, səs-səsə verib ürəklə Dua Nəğməni - himnimizi oxuyur. Əlbəttə ki, böyüklərə nisbətən qat-qat məsum, hələ günahlara az batmış, Allaha daha yaxın uşaqların Vətən boyu ... | ANL |
Bu səfərin ideyası 2 ay əvvəl "Neft daşları" qəzetinin 55 illik yubileyi münasibətilə baş redaktor Xeyrulla müəllimlə Mətbuat Şurasında keçirilən görüşdə yaranmışdı, uyğun hava şəraitini gözləmək məqsədilə bir az yubandı (Xeyrulla müəllimi sadəcə tanımaq, onunla ünsiyyət elə Neft Daşlarına qiyabi ekskursiyadır, ... | ANL |
Bu dünyanın qara daşı Azərbaycanın xoşbəxtlik adasında göyərərmiş. Bəlkə də yemişdi. Böyük şair Rəsul Rza "Çinar ömrü" haqqında yazdığı əsərində bu dahi insanın məktəbə gedərkən özü ilə canavar balası apardığını qeyd edir. Yoxsa ki, Xəzər dənizinin "Qara daşlar" adlanan ərazisində neft olduğunu deyib, Bağırova kim hə... | ANL |
Vətən sevgisiylə çırpınan ürək. Cənab Prezidentin iki gün ərzində Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir. Kadrlarda gözə dəyə... | ANL |
Ərdoğanın qələbəsi... Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan növbəti dəfə xalqın dəstəyini alaraq inamlı qələbə qazandı. Əslində mayın 14-də keçirilmiş seçkilərin birinci turunda əsas rəqibi Kamal Kılıçdaroğlu üzərində qələbə qazanan Ərdoğanın ikinci turda da liderl... | ANL |
"Heydər Əliyev və Nizami Gəncəvi irsi" mövzusunda dəyirmi masa. Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi və Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət İdarəsi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər... | ANL |
Xalq ruhunun və milli yaddaşın tərcümanı. Sənətşünaslıq üzrə elmlər doktoru, professor. Klassiklər də uca dağlara bənzəyir. Uca dağlar uzaqdan daha əzəmətli görünür. XX əsr Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi olan Xalq yazıçısı İlyas Əfəndiyev də uca dağlar kimidir. Tarix bizi ondan uzaqlaşdırdıqca biz İl... | ANL |
Görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı. Möhsün NAĞISOYLU. AMEA-nın həqiqi üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru. Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrindən biri anadilli klassik poeziyamızın mahir bilicisi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Aka... | ANL |
Fənn kurikulumunda essenin növlərinə mütəxəssis baxışı. "AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ İBTİDAİ SİNİFLƏRDƏN BAŞLAYARAQ ESSENİN DÖRD NÖVÜ ÖYRƏDİLİR". Fənn kurikulumunda essenin növlərinə mütəxəssis baxışı. "Azərbaycan dili fənninin yazı məzmun xətləri üzrə standartlarında tədricən essenin növlərinə fərqli yanaşmalar... | ANL |
Əfsanə RƏHİMLİ. Nəfəsindən canlandı torpaq, Sən bir dünyasan, ünvanın Qarabağ! Məsum uşaqlarda qalmadı dözüm, Yaş axıdır hər ana gözü! Hərdən gecələr röyama gəlib. Laylalar desin yenə də mənə, Ancaq sirrimizi anama demə. Sirrin böyükdür, Qərənfilim, Hər ləçəyin yaralıdır, gülüm. İndi diqqətlə dinlə məni, Yadda saxla b... | ANL |
ŞƏHİD. Aslan Aşiq. Eşqin etdirdi nümayiş qoca dünyaya şəhid, Çox şücaətlə qədəm qoydu bu məcraya şəhid. Göz açandan o, şəhadət ümidiylə yaşadı, Meylini salmadı bir başqa təmənnaya şəhid. Ülvi amala görə cəbhədə məğrur döyüşüb, Bu məqam ilə yetib ərşi-müəllaya şəhid. Vətən uğrunda edib canı fəda, qan tökdü, Məsk... | ANL |
Yazıçı Anarın vətənində... XALQ YAZIÇISI ANARLA GƏNCLƏRİN GÖRÜŞÜNDƏN QEYDLƏR. Günlərin birində gözəl bəstəkarımız Vaqif Gərayzadə köks ötürüb dedi: "Ömrün gənclik çağında zaman ilbəil dəyişir, bir az yaşa dolandan sonra aybaay dəyişir, ahıllaşandan sonra günbəgün, sanki hər yeni gün yeni səhifə açılır, hər baş... | ANL |
Məşhur ingilis rejissoru Gen Bolun "Üç badam" saytının əməkdaşı Ofelya Hamletqızıyla müsahibəsi. Ofelya Hamletqızı: Hörmətli mister Gen Bol, bizə müsahibə verməyə razılaşdığınız üçün Sizə saytımız adından təşəkkür edirəm. Mən saytın əməkdaşı Ofelya Hamlet qızıyam. İngiliscəniz də mükəmməldir. O.H: Babam Şekspirin fa... | ANL |
Dəniz sahilində doğulmuşdu. Dənizə baxa-baxa böyümüşdü. Dəniz gözlərinə, ürəyinə, varlığına hopmuşdu. Bu, böyük Nazim Hikmətdir. Bu isə böyük Nazim haqqında şair qardaşı Süleyman Rüstəmin misraları: Dalğaya bənzəyirdi yel vuranda saçların, Dənizdən söz düşəndə çatılardı qaşların. Göy dənizdən almışdı gözlərin ö... | ANL |
Hərb tariximizdə Heydər Əliyev fenomeni. Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin yaradılması ilə müstəqil Azərbaycan Respublilkasının məhz Naxçıvanda ilk mütəşəkkil hərbi hissələrinin təməli qoyuldu. Bu məqamda Ali Məclisin tarixi əhəmiyyətli bir qərarını da yada salmaq yerinə düşər. Həmin qərar Ali Məclisin Səd... | ANL |
Günay Əfəndiyeva İsveçrədə Türkiyənin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrənin Bern şəhərində Türkiyə Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Krallığındakı Səfirliyi və Sürix şəhərindəki Baş Konsulluğu tər... | ANL |
Hərb tariximizdə Heydər Əliyev fenomeni. 1996-cı ildə ilk dəfə Prezident və Ali Baş Komandan kimi Naxçıvana gələn Heydər Əliyev ötən müddətdə baş verən müsbət dəyişikliklərdən, xüsusən də hərbi quruculuq sahəsində görülən işlərdən məmnun qalmışdı. Sonralar, 1999-cu və 2002-ci (iki dəfə) illərdə Naxçıvanda olan ümumm... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.