text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Nə vaxtsa sosial şəbəkələrdə bir pritçaya (maraqlı əhvalat da demək olar) rast gəldim. Təsirliydi, uzun müddət yadımdan çıxmadı və mənə elə gəldi ki, onun altında başqa bir sirr gizlənib. Ona görə də hekayəyə çevirmək fikirnə düşdüm. Səbəbi yadımdan çıxıb. Hekayəyə keçid üçün bir vasitədir. Oturacaqda əyləşib or... | ANL |
Güney Azərbaycan folklorunda xalq həyatı və milli kimlik nişanələri. Folklor xəzinəmizi zənginləşdirən janrlar sırasında nağıllar, dastanlar, əfsanə və rəvayətlər, bayatı, layla, oxşama, dərin hikmətə söykənən atalar sözləri önəmli yer tutur. Bu inci xəzinəsi daha çox kollektiv yaradıcılıq nümunələri əsasında fo... | ANL |
Ədəbiyyat üzrə Nobel mükafatçıları necə seçilir? M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Oxuculara təqdim etdiyimiz bu yazıda müəllifin Nobel mükafatı ilə bağlı düşüncələri, mükafatın bir çox hallarda layiq olmayan şəxslərə verilməsi barədə fikirləri əksini tapıb. İsveç kralı XVI Karl Qustava açıq məktub. Bu... | ANL |
İlham Nəzərov: "Xaricə qastrol səfərləri yaradıcı insana əlavə stimul verir". Müsahibimiz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı, Əməkdar artist İlham Nəzərovdur. Onunla söhbətimizə bu günlərdə gerçəkləşmiş Moskva səfəri barədə sualla... | ANL |
Ağdamda şair Nazim Muğanlının 70 illik yubileyi qeyd edilib. Oktyabrın 31-də Ağdam Muğam Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazim Muğanlının (Bağırov) 70 illik yubileyi qeyd edilib. Azərbaycan Respublikasının əməkdar artisti, bədii qiraət ustası Azad Şüküro... | ANL |
Millət saatının hökmü: Qızılqazlar mütləq qayıdacaq. Sərkərdələr sərkərdəsi Çingiz xanın sözüdür ki, Vətənin sərhədi üst kirpiklə alt kirpiyin arasındadır. Azacıq mürgü döydünmü, yüngülvari sayıqlığı itirdinmi, təhlükə ayaq tutub yeriyəcək. Ekosidlə Genosidin, təbiətə tutulan divanla insanlığa qarşı törədilən s... | ANL |
Zədələnmiş və əzilmiş pul əskinaslarının aqibəti. Uzun müddət istifadə olunduğu üçün köhnəlmiş, azacıq cırılıb zədələnmiş əskinaslar tez-tez problemə səbəb olur, xüsusən də alış-veriş münasibətləri zamanı onların qarşı tərəfdən qəbul edilməməsi ilə qarşılaşırıq. Zədələnmiş, əzilmiş, üstü yazılmış pulları nə mağ... | ANL |
Zəfər Günü – Azərbaycanın qüdrətinin rəmzi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin üç illiyi yaxınlaşır. Qələbənin şərəfinə 8 noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. Müzəffər ordumuz 44 gündə şərəfli tari... | ANL |
Natəvan irsinin tədqiq və təbliğinə layiqli töhfə. Kitabda Natəvan irsini tədqiq edən sənətkarlar haqqında da məlumat verilib. Mustafa müəllimin onları şükranlıqla xatırlaması və kitaba daxil etməsi onun alicənab, qədirbilən bir şəxs olduğunu bildirir. Onun Natəvan irsinin fundamental tədqiqatçıları Bəylər Məmməd... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Frants İosif Macarıstan kralına həmin ölkənin sərhədləri daxilindəki idarəçiliyi verdi və Avstriya imperatorunun (yəni özünün) oradakı idarəçiliyə müdaxilə etməsinin qarşısı əvvəlcədən alındı. Macarıstan öz növbəsində 1871-ci ildən konstitusiyanın hər bir də... | ANL |
Adiləşmiş gözəlliklərin qeyri-adiliyini göstərmək. VERİLƏN NEMƏTLƏRİ ADİLƏŞMƏYƏ QOYMAMAQ. Müsahibimiz nano-art üslubunda işləyən vizual rəssam Nərgiz Əsgərovadır. Bu sahəni seçmək üçün əsas stimulunuz nə idi? - İstəyirəm, əvvəlcə nano-art haqqında qısa məlumat verim. Nano-art rəssamlar tərəfindən müxtəlif materiallar... | ANL |
"Bizdə sənətçiyə fəxri ad alandan sonra dəyər verirlər". Kamran M.Yunis adı məmləkətin teatr və kino həvəskarlarına yəqin ki, yaxşı tanışdır. Uzun illərdən bəri bu sənətdə olan, öz peşəkar fəaliyyəti ilə Azərbaycan teatrının və kinosunun tərəqqisi üçün bacardığını əsirgəməyən aktyorlarımızdandır Kamran M.Yunis. Ustad r... | ANL |
AD GÜNÜNÜ QEYD ETMƏYİ XOŞLAMAYAN YAZIÇI İLƏ YUBİLEY SÖHBƏTİ. Bu günlərdə internetdə gəzişib dəyəri yazıçımız, dramaturq Əli Əmirli ilə bir neçə ay öncə etdiyimiz müsahibəni axtararkən qarşıma həmkarım Cavid Zeynallının "Yeddinin yanında sıfır" yazısı çıxdı. Belə bir yazını nə vaxtsa oxuduğumu xatırlayıb, yaddaş... | ANL |
Uzaqdan-uzağa yaxın bilmişdisə, bu dərgidə şeirlərinin dərc olunmasını arzulamışdısa, bu, təsadüf deyildi. O çağlar Azərbaycan ədəbi-mədəni düşüncəsinin əsas ifadə mərkəzlərindən birinə çevrilmiş "Maarif və mədəniyyət"ə sadəcə bir jurnal kimi baxmaq düz olmazdı. Bu dərgi varlığıyla artıq bir mühitə dönmüşdü, ətr... | ANL |
DOĞUM GÜNÜNDƏ MAHİRƏ NAĞIQIZININ POETİK DÜNYASINA SƏYAHƏT. “Musiqinin dili olmur” deyirlər. Amma bu musiqidə hər şey vardı... Gülyanaq Məmmədova oxuyurdu, oxumurdu, yaşayırdı ifası ilə, sözləri ilə... Gözümün qarşısından uşaqlığımdan bu günə yaşadığım günlər, aylar, illər gəldi keçdi. Sözlər məni elə maraqlandırdı, d... | ANL |
Əhməd Bican ERCİLASUN. Əsərin ikinci nəşrini əvvəllər oxumuş və bəzi qeydlər aparmışdım. Yeni nəşrdə Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun direktoru, tanınmış vəkil Burak Ekenin də bir ön sözü var. Dil və Sistem Fondu 27 oktyabr 2023-cü il tarixində İstanbulda Silkar Plazada ümumilikdə Dədə Qorqud haqqında və xü... | ANL |
Firidun bəy Köçərli Kamal Talıbzadənin nəzəri – estetik görüşlərində. Filologiya üzrə fəlsəfə doktoru, dosent. Milli ədəbiyyat tarixinin tədqiqində, təbliğində müstəsna xidmətləri olan ədəbiyyatşünas alim, pedaqoq Firidun bəy Köçərlinin zəngin ədəbi-nəzəri irsi, çoxcəhətli fəaliyyəti həmişə diqqət mərkəzində olub, y... | ANL |
Ağacəfər HƏSƏNLİ. Azər Turan barədə, ilk görüşümüz haqda mütləq yazacaqdım, sadəcə, məqam gözləyirdim. Heç nə artırıb-əskiltmədən. Onda dekan müavininin (adını xatırlamıram) Mədəniyyət və İncəsənət Universitetinin II kursunda oxuyan Azər İmamverdi oğlundan odlu-odlu danışmasını, tapılanacan susmamasını, qısa dəri gö... | ANL |
Ədəbi körpü: Vani- Müşevani arasındaki çinarlar. Vani - Qalaktion Tabidzenin doğulduğu Çkvişi kəndinin inzibati-ərazi vahidi olaraq daxil edildiyi rayon mərkəzinin adıdır bu. Mənim doğulduğum kənd isə Muşevani (Aran Dəlləri) adlanır və Bolnisi rayonuna aiddir. Vani-Muşevani arasında olan məsafəyə gəlincə, 320 kilometr... | ANL |
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru. Mingəçevirin adı gələndə gözümüz, könlümüz işıqlanır, ruhumuz sevinir. Mingəçeviri bütün Azərbaycan tikib, 70 il əvvəl ölkəmizin hər yerindən gənclər komsomol çağırışı ilə nur şəhərinin tikintisinə axışırdılar. Onların çoxu elə bu şəhərdə ailə qurub ev... | ANL |
Ona salam vermək şərəfi. Rafael Hüseynov. Akademik , Milli Məclisin deputatı. Ona salam vermək şərəfi. Bir yaz günü idi və əfsanə doğulurdu. Baharın ilk günlərində, təbiətin oyanan çağında, ətrafın sanki elə möcüzələrlə aşıb-daşdığı anlarda insanın sağında-solunda baş verənlərin çoxuna heyranlıqla dərhal möcüzə adı qoy... | ANL |
İntiqam QASIMZADƏ. "Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi. Oktyabr ayının 30-da günəşli bir gündə acı bir xəbər məni büsbütün sarsıtdı, sinəmi göynətdi: Moskvada yaşayan dostum, keçmiş bakılı Saveli (Sava) Kolmanovski zəng vurub dedi ki, Amerika Birləşmiş Ştatlarının uzaq Los-Anjeles şəhər... | ANL |
Dünyaya açilan fərqli pəncərə: görüntü və söz. Bütün məsələ bununla başlayır. Maddi və mənəvi cəhətdən yaradılışlara yanaşma müxtəlifliyi insanları cürbəcür ruhda formalaşdırır. İncəsənət Allahın dediyinin qulağına pıçıltısından doğur. Ətrafa, dərk olunan və dərk olunmayan bütün anlayışlara müxtəlif tip yanaşmalar var... | ANL |
Ədalət Muradov: "UNEC Qarabağda filialının yaradılması. istiqamətində zəruri tədbirləri həyata keçirməyə hazırdır". Xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Qarabağda UNEC-in filialının yaradılmasını təklif edir. Rektor bildirib ki, Ali Baş Komandan İlham Əliy... | ANL |
AZƏR BADAMOV: "PREZİDENTİN RƏHBƏRLİYİ İLƏ AZƏRBAYCAN BU TARİXDƏ İLK DƏFƏ TORPAQLARINI İŞĞALDAN AZAD EDƏRƏK XALQIMIZA YENİ NÜFUZ QAZANDIRDI". Bir neçə gündən sonra Azərbaycan xalqı və dövləti İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərin üçüncü ildönümünü qeyd edəcək. Zəfər Günü Azərbaycanın dövlət m... | ANL |
Xatirələrdə yaşayan ömür. Əməlisalehlər, dürüstlər, insanlığı ömür ülgüsü bilənlər,.. Allaha həmişə yaxın olub. Təbiətin ecazkarlığı uşaqlığından insanın xarakterinə də hopur-küləyin həlimliyi də, çayların coşqunluğu da, bulaqların, çeşmələrin kövrəkliyi də, şimşəklərin qəzəbi də,.. Bəzisi ayrılıqda, bəziləri də bi... | ANL |
Azad edilmiş ərazilərdə ekosistemin bərpası: uzunmüddətli və mürəkkəb poses. Müxtəlif miqyaslı topoxəritələr və "Elektron su xəritəsi" hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki, işğaldan ... | ANL |
Çaparaq notlar. Böyük rus şairi dünyasını dəyişdi. Mən bu günlərdə Bella Axmadulina və Yevgeni Yevtuşenko haqda, onların sevgisi barədə məqalə üzərində işləyirdim. Amma zamanın öz qanunları olur. Mənim Yevtuşenko ilə ünsiyyətim olmasa da, dəfələrlə onun Moskvada və Bakıda keçirilən şeir görüşlərində, təntənəli poetik ... | ANL |
Vətənə yol əsgərdən keçir. Bu yazının başlığını oxuyanda, ola bilər, kimsə bunun bir bədii ifadə vasitəsi mübaliğə olduğunu fikirləşsin. Bir yazı hazırlayanda və öz fikirlərimi ifadə edəndə mütləq reallığa və faktlara əsaslanmağa çalışıram. İndi baxaq, "Vətənə yol əsgərdən keçir" ifadəsində hansı faktlara əsaslanırıq... | ANL |
Oxunmamış səhər qəzetləri. Amma Pərvərdigar ona həm də hər kəsdə olan iki gözdən qat-qat çox görmək qabiliyyəti də bəxş etmişdi. Və bu, elə müstəsna bir qabiliyyət idi ki, çoxları kimi, yaşa dolandan sonra onun da gözlərinin işığı azalsa, rahat oxuyub-yazmaqçün eynəyə ehtiyacı yaransa da, əvvəlkindən də dərin, əvvəl... | ANL |
V Türk dünyası yazarlar qurultayının açiliş mərasimi keçirilib. Ankara Milli Kitabxanasında 5-ci Türk dünyası yazarlar qurultayının açılış mərasimi keçirilib. “İLESAM”ın rəhbəri, yazıçı-şair Mehmet Nuri Parmaksız qonaqları salamlayaraq məmnunluq ifadə edib. Türk dünyası yazarlar qurultayının tarixindən bəhs edən M.... | ANL |
Yeni nəslin tərbiyəsi: ailənin və məktəbin təsiri vəhdətdə. Müasir dövrdə - dünyanın hər gün yeniləndiyi, ciddi dəyişiklik və irəliləyişlərin baş verdiyi bir vaxtda Azərbaycan təhsilinin də qarşısında böyük vəzifələr durur. Bunlar məktəbəqədər təhsilin daha da genişləndirilməsi, ümumi təhsildə keyfiyyət amillərinin yük... | ANL |
(Əvvəli ötən çərşənbə sayımızda). Fars ədəbiyyatının gözəl inciləri - Firdovsinin "Şahnamə"si, Sədinin "Gülüstan"ı və "Bustan"ı, Hafizin qəzəlləri və şeirləri, Ömər Xəyyamın dünyanın faniliyini təsdiq edən rübailəri kimi məftun etməmişdir? Zəngin Çin ədəbiyyatından mən "Qızıl vazada gavalı çiçəyi" adlı orta əsr r... | ANL |
Artıq bu əfsanəvi insanın, bu əvəzsiz bəstəkarın adı zamanın məhvərindən çıxaraq əbədiyyətə qovuşub. Ulu təbiət özü əsrarəngiz musiqi səltənətinin xəzinə açarını məhz Üzeyir bəyin əllərinə etibar etmişdi. Bu əsərlərdə biz onu tipik insan obrazlarını yüksək səviyyədə ustalıqla yaratdığının şahidi oluruq. Müəllif bu əsər... | ANL |
Sularda itən, ürəyimizdə əbədi qalan şəkliniz. O, Türkiyəni dünənin və bugünün türkiyəlilərinin hamısından çox sevirdi. Çünki onun yurda məhəbbətində dərin həsrət, ümidsiz əlçatmazlığın ağrısı da vardı. Yaşamağına yaşayarsan, üzdə lazım gələndə şənlənə də, hətta hansısa dəqiqələrdə qayğısız kimi də görünə bilərsən. ... | ANL |
Torpaq insan kimi ağlayandan, dağlar təpələrtək, yurdundan didərgin düşənlər içlərinə sıxılandan, zaman bizdən, biz zamandan küsəndən, “Biz sənə qayıdacağıq, Qarabağ!” hayqıraraq, bu günün gələcəyinə inanırdım. Dünyanın belə qalmayacağına, həsrətə qovuşacağımıza, haqqın, ədalətin yerini tapacağına, 30 illik ağrını... | ANL |
Bu gün Azərbaycan xalqı, bütün dünyada yaşayan həmvətənlərimiz qürurla Vətən müharibəsindəki möhtəşəm qələbəmizin üçüncü ildönümünü - Zəfər Gününü qeyd edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 gün ərzində yazdığı bu qəhrəmanlıq səlnaməsi tariximizin şərəf səhifəsidir. Sentyabrın 27-də... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərmin İmanovadır. Onunla tanınmış rəssam İsaak Brodskinin "26 Bakı komissarının güllələnməsi" əsərindən danışmışıq. İsaak Brodski XX əsrdə sovet tarixi janrının əsasını qoymuş rus realistik istiqamətin ən parlaq nümayəndələrindən biridir. Lenin ordeni il... | ANL |
Mədəniyyət və İncəsənət Universitetində Zəfər günü tədbiri. Noyabrın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə universitet rəhbərliyi və əməkdaşları II Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şə... | ANL |
Ankarada Xalq yazıçısı Anarla görüş olub. Noyabrın 6-da Ankara Sosial Elmlər Universitetinin Sezai Karakoç zalında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib. Görüşdə bir sıra görkəmli şəxsiyyətlərlə yanaşı, universitetin tələbələri də iştirak edibl... | ANL |
Astanada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun hesabatı dinlənilib. Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 10-cu iclası olub. Toplantıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri i... | ANL |
Çaparaq notlar. Bir vaxtlar televiziyada (indiki AzTV-də) fantastik əsərlər müəllifi Namiq Abdullayev və realist əsərlər müəllifi Əbülfət Misiroğlu eyni redaksiyada işləyirdi. Bir dəfə xasiyyətcə müxtəlif olan bu maraqlı qələm əhli sübh tezdən harasa getməli olurlar. İndiki Hüseyn Cavid (o vaxtki N.Nərimanov) prospekti... | ANL |
Müvəffəqiyyətin formulu. 1930-cu il avqust ayının 8-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin müvafiq qərarı ilə qəza sisteminin ləğv edilməsi ilə yaradılmış Ağdam rayonu varlığının bütün dövrlərində Azərbaycanın böyük elmi və iqtisadi potensiala malik bir rayonu kimi insanlarının elmi və ziyalılığı, fədakarlığı... | ANL |
Böyük Qayıdış yolunda mühüm addımlar atılır. Vətən Müharibəsi nəticəsində azad edilmiş ərazilərimizin savaşdan dərhal sonra bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən, elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması bir daha onu göstərir ki,... | ANL |
Ki, məsələn, nə deməkdir övladlıq və necə duyğudur məsuliyyət? Ancaq bir qədər əvvələ qayıtsaq, adım Mir Çingizdir. Hər nə qədər şəxsiyyət vəsiqəmdə Mirçingiz yazılsa da, fərz edin, heç yazılmayıb. Jurnalist ailəsində göz açmışam. Aid olduğum hər iki nəsil kitabxanalara sahib insanlardır. Atamın anası da, anamın atası ... | ANL |
Sənət və tolerantlıq. İstanbulda fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfi müharibələrin və iqtisadi böhranların yaşandığı dünyada müxtəlif ədəbi-sənət əsərlərilə insanlara fərqli baxış bucağından baxmağa kömək etməklə mühüm xidmət göstərir. Vəqf prezidenti Serhat Kabaklı və "Türk ədəbiyyatı" jurnalının baş redak... | ANL |
Sosial şəbəkədə yazılanlar. Fərhad Mehdiyev, professor: - Nədənsə unudulub, amma yazıram. Azərbaycan Dəmir Yollarının rayonlara səfərləri bərpa edilməlidir. Bütün keçmiş MDB məkanında onlardan istifadə olunur, olunur da. Məsələn, mən gedib Gədəbəyi, Zaqatalanı görmək istəyirəm, amma gedə bilmirəm. Çünki ora uzaq olduğ... | ANL |
Qələbəyə aparan yol. Azərbaycan müasir dövlətçilik tarixinin qürurverici mərhələsini yaşayır. Dövlətçiliyimizlə bağlı olan əlamətdar günləri indi daha qürurla, ürəkdolusu ilə qarşılayırıq. Ötən il Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, əra... | ANL |
Azərbaycan- Özbəkistan strateji tərəfdaşlığı. “Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram”. Bu sözl... | ANL |
Noyabrın 9-da İstanbul şəhərində "Beynəlxalq Türk Müəllifləri" Birliyinin (BEYTÜM) və Pendik özəl bölgə xəstəxanasının təşkilatçılığı ilə Azərbaycanın Zəfər Gününə həsr olunmuş "Şuşa gecəsi" adlı tədbir keçirilib. Tədbirdə Türkiyənin yerli qələm adamları ilə yanaşı, Azərbaycandan gələn yazıçı və şairlər də iştira... | ANL |
Adil Kərimlinin Rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir. Nazirlikdən 525.az-a bildirilib ki, səfər çərçivəsində noyabrın 13-də nazir Adil Kərimli ilə Türkiyə Respublik... | ANL |
Taksi Fəxri xiyabanın qarşısında dayandı. Qabaqda oturmuş Fuad, arxada əyləşmiş Rumiyyə maşından düşdülər. Şövqü Şəfizadənin boya-boy heykəli onlara zəhmlə, bir az da məzəmmətlə baxırdı sanki. Ağ mərmər başdaşının üstündə mərhumun arvadı, heykəltaraş Solmaz tərəfindən yaradılmış qabartma-portret vardı. Fuad Salahlıdan... | ANL |
(Əvvəli ötən çərşənbə sayımızda). Uzun müddət dostluq etdiyim mərhum yazıçının böyük oğlu atasının izi ilə gedərək, öz içindən kənar yaradıcılıqla da məşğul olub, yeni bir janra imza atmışdır. Mərhum yaxınlara ünvanlanmış bu janrda onun ardıcılları da meydana gəlmişdir. O, həm də əsl mütaliə həvəskarı olmaqla yanaşı, a... | ANL |
Böyük Qayıdış: viranədən abadlığa. QARABAĞDA VƏ ŞƏRQİ ZƏNGƏZURDA APARILAN NƏHƏNG QURUCULUQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR. İşğaldan azad olunan ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası, yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii... | ANL |
Onu biz nə dərəcədə tanıyırıq? Adı Günəş olan böyük Azərbaycan övladını. Adını bilmək hələ tanımaq deyil. Haqqında rəvayət, nağılvari biliklərə sahib olmaq hələ bələdlik sayılmaz. Amma gərək belə olmaya. Bu gün bütün dünyada müsəlman aləmindən çıxaraq Məhəmməd peyğəmbərdən sonra ən çox məşhur olan ikinci böyük ad Cəlal... | ANL |
Çünki mən elə bu Mir Şahinin Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsinin birinci kurs tələbəsi adını aldığı vaxtdan 60 yaşlı müdrik bir adam kimi tanıdım. İlk yazısını mənə verdi və mənim rəyimi gözlədi... Mən o yazını elə o birinci kurs tələbəsinin yanındaca oxudum. O birinci kurs tələbəsi o yazıda cidd... | ANL |
Norveçli mahir ekspressionist rəssam Edvard Munk 1863-cü ildə yoxsul kəndli ailəsində doğulub. Munk doğulduğu gündən 5 il sonra vərəm xəstəliyindən əziyyət çəkən anasını itirib. Daha sonralar ona aqressiya, dinin ifratı, qarabasma hekayələri aşılayan atasının təsiri altında böyümüş rəssamın sağlamlığında ciddi probl... | ANL |
Mərhələli şəkildə Laçının bütün kəndləri düşməndən təmizləndi. Bundan sonra bu ərazilərin əsl sakinlərinin 30 illik həsrətdən sonra bölgəyə köçürülməsi üçün tikinti quruculuq işlərinə başlanıldı. Aparılan quruculuq işlərindən sonra yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi p... | ANL |
Heydər Əliyev sözün güçünə və müdrikliyinə inanırdı. Xalq yazıçısı Elmira Axundovanın keçmiş xarici işlər naziri, səfir Vilayət Quliyevlə müsahibəsi. Xalq yazıçısı Elmira Axundova Ümummilli lider Heydər Əliyev haqqında onlarla kitabın müəllifidir. Çoxcildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" sənədli epopeyası... | ANL |
Heydər Əliyev obrazı Azərbaycan dramaturgiyasında. Olur ki, xalqın taleyində, ölkənin müqəddəratında möhtəşəm rolu olan, tarixi yazan yox, tarixi yaradan, hamının böyük insan, uzaqgörən siyasətçi, rəhbər kimi qəbul etdiyi dahi şəxsiyyətin bədii obrazını yaratmaq istəyi yaranır dramaturqda. Əlbəttə, istəmək çətin de... | ANL |
UNUDULMAZ QƏNBƏR ŞƏMŞİROĞLU HƏR ZAMAN BÖYÜK EHTİRAMLA XATIRLANACAQ. Elə insanlar var ki, bu dünyadan köçsələr də, xatirəsi daim əziz tutulur, sonsuz hörmətlə yada salınır. Belə şəxsiyyətlərdən biri də Qənbər Şəmşir oğlu Qurbanovdur. Onun adı Azərbaycan xalqının yetişdirdiyi ən layiqli övladlardan, millətinə, vətənin... | ANL |
Vətən və millət dastanı. BİR DAHA XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLININ "ÖMÜR KİTABI" HAQQINDA. Millət vəkili, Xalq şairi, Şöhrət ordenli, vətənpərvər ziyalı, "gözümü açandan ata ocağımızın qırağında, süfrəmizin yuxarı başında babaların, yurdun böyük oğullarının ruhunu görürəm" deyən, o ruhların tövsiyəsi ilə ömrünün, h... | ANL |
Qərbi Azərbaycandakı qədim yer adlarına dair mühüm tədqiqat. Qərbi Azərbaycan məsələsi milli siyasətimizin ən mühüm hədəflərindən birini təşkil edir. Yeni dövrün reallıqları bu ümummilli mənafedə dövlətimizin qarşıya qoyduğu yeni məqsədlərin həyata keçməsində hər bir azərbaycanlının öhdəsinə yeni-yeni vəzifələr qoyu... | ANL |
Mənim musiqi dünyam. Bəzən qələmim yoxuşa dirənir, sətirlər cığırı şaxələnir, dolaşığa düşür. Çaşıram, çətin döngələrlə, sərt yamaclarla üzləşirəm. Həmin məqamda Üzeyirin, Fikrətin, Niyazinin, Motsartın, Bramsın, Bethovenin... musiqiləri dadıma yetir, harayıma çatır. Qəlbimə təpər, qoluma qüvvət, dizlərimə taqə... | ANL |
Beynəlxalq Kitab Sərgisində Fərqlənənlər mükafatlandırılıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə noyabrın 15-də, sərginin sonuncu günündə Bakı Ekspo Mərkəzinin “Zəfər” təqdimat zonasında mükafatlandırma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, 5 gün da... | ANL |
BAŞ ROLLARIN İFAÇISI AKTRİSA HEMA MALİNİ HAQQINDA NƏ BİLİRİK? Hema Malini Hindistanda ən çox gəlir gətirən "Zita və Gita" filmində əkiz bacılar rolunu oynadıqdan sonra məşhurlaşmış məşhur hind kino aktrisası və prodüseridir. Film 50 il əvvəl ekranlara buraxılsa da, bu günə kimi hind klassiklərini sevənlər tərəfində... | ANL |
Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu. Elnarə QARAGÖZOVA. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru. Ümummilli lider Heydər Əliyev Azərbaycan ədəbiyyatına, ədəbiyyat xadimlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşıb. Akademik İsa Həbibbəy... | ANL |
Rövşən YERFİ. "Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 8" ünvanında şəhərimizin arxitekturasının ən gözəl incilərindən biri sayıla biləcək möhtəşəm bina yerləşir. Bu bina yüz qırx ildən bri xalqın "Tağıyev teatrı" adlandırdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrıdır. Bu sualın cavabı XIX əsr Bakısının tarixində, pa... | ANL |
Neçə vaxtdır çağdaş ədəbiyyatımızda və jurnalistikamızda özünəməxsus dəst-xətti, təkrarolunmaz yazı üslubu, manerası, ifadə tərzi, müraciət etdiyi mövzuları "ətə-qana" gətirmək üçün işlətdiyi "priyomlar", hər cümləsində diqqəti cəlb edən dərin məna çalarları ilə oxucuların qəlbinə yol tapmağı bacaran, fitri istedada ... | ANL |
"Haçansa bir şair köçər bu eldən, BİR ŞAİR ADISA YADİGAR QALAR" DEYƏN SƏYAVUŞ SƏRXANLININ HAQLI OLDUĞUNU ZAMAN SÜBUTA YETİRDİ. ...1974-cü ilin soyuq yanvar ayının ilk günləri idi. Biləcəridə, dəmiryolçuların mədəniyyət sarayında mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsində çalışan bir dostumuz növbəti bir t... | ANL |
Unutmaq olmur. Günlərdir içimdəkiləri kağıza köçürmək istədim, amma heç cürə alınmadı. Hər dəfə qələmin mürəkkəbi yox, göz yaşları danışdı. Bu günlərdə təmkinli olmağı həyat bizə öyrədir. Doğrusu, gələn ayaqlarım idi, düşüncəm və əqlim isə hansısa bilmədiyim bir səmtdə azmışdı. Açdınmı qapını?! Düyün-dərnəklə qarş... | ANL |
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq - İlham Rəhimli yazır. Ölkə başçısı, cənab Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalınd... | ANL |
Tarix səhifəsindəki işıqlı sima: Lalabəyim Naxçıvanskaya. AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. 7 iyun 1846-cı ildə Lalabəyimin qardaşı həmin idarəyə göndərdiyi xahişnamədə yazır: "Bacım Lalabəyimin qəyyumluğa verilməsinin dayandırılma... | ANL |
O kitab Azərbaycanın ən əziz kitablarındandır. Vaxtilə həmin kitab bütün Azərbaycan boyu əl-əl gəzib. Yalnız Quzey Azərbaycanda deyil, Güney Azərbaycanda da. Bu kitab millətin arzu və ümidlərinin kitabıdır. Günəş üfüqlərdən xeyli qalxdığı zaman Tehrandan gələn boz bir maşın Qəzvinin tozlu-kəsəkli küçələrindən ke... | ANL |
Zəngilan Günündə doğulan oğul. Lətif ŞÜKÜROĞLU. Tarix üzrə fəlsəfə doktoru. Elşad oktyabrın 20-də, indiki təqvimimizin Zəngilan şəhəri günündə anadan olmuşdu. Hərəsi bir ailənin ümidi, pənahı olan oğulların öldüsü, qaldısı bilinmədi. Sinəsi dağlı ata-analar, gözüyaşlı bacılar, ömür-gün yoldaşları, dərdli qardaşla... | ANL |
Qələmsiz yazılanlar. status-esseləri. Rəşad MƏCİD. Xankəndidən Daşkəndə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gedib. Tanrı Sizin gücünüzü və enerjinizi qorusun, cənab Prezident! Telefonu söndürə... | ANL |
Erməni vandalizminin canlı nümunəsi - Ağdam. Pərvanə SULTANOVA. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naz... | ANL |
Düşmənə bağışlanmış İrəvan. Tarixi-sənədli romandan parça. ...Avetisov xarici işlər naziri Ohancanyanı qaşqabaqlı, öfkəsi səsində, baxışında açıqca duyulan sərtliklə qarşıladı. Baş nazir kürəyini kresloya söykəyib bir müddət səssiz qaldı,eynəyini sildi, gözünə taxıb açıqlı halda dedi: - Azərbaycan İrəvana səfir... | ANL |
Bu, sonralar, doğma xalqının musiqisi tarixinə qiymətli səhifələr yazan Üzeyir Hacıbəyli idi. Üzeyir hələ çox kiçik yaşlarından özünün musiqiyə sonsuz həvəsilə diqqəti cəlb etmişdi. Bir az sonra ailəsilə birlikdə Şuşaya köçən Üzeyir, burada onun bədii təəssüratını daha da qüvvətləndirən canlı musiqi həyatı gö... | ANL |
Zabil Pərviz segahı. Qəşəm NƏCƏFZADƏ. Şair, AYB Uşaq Ədəbiyyatı şöbəsinin müdiri. Zabil Pərviz mənim üçün, inanıram ki, başqaları üçün də belədir, göy üzündən Muğan düzünə zühur eləmiş bir Zabil segahıdır. Mənə elə gəlir ki, bu Zabil segah heç vaxt yerini dəyişmir və heç vaxt da dəyişməyəcək, səsi hər yerə gedəcək, a... | ANL |
ŞƏHİD RAMİN RZAYEVİN HƏYAT VƏ DÖYÜŞ YOLU HAQQINDA QEYDLƏR. "Aşkarlıq" qəzetinin baş redaktoru. ...Əsli ana yaylığının ucunu gözlərinə tərəf apardı. Doluxsunmuş gözlərini məzarın üstünə düzülmüş güllərdən ayırmadı. Yaş damlaları yanaqlarından süzülərək təzə-tər qərənfillər üzərində qəribə naxış saldı. Keçən ad gününd... | ANL |
Heydər Əliyev və multikulturalizm siyasəti. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, Filologiya elmlər namizədi. Ölkəmizin ən güclü dövrünü yaşadığı, adını qalib dövlət kimi tarixə yazdırmasının üçüncü ildönümünü misilsiz bir məmnunluq hissi ilə yaşayırıq. Bu qələbə Müzəffər Ali Baş Komandan İlha... | ANL |
Sağ ol, Azərbaycan əsgəri! Tarixi Zəfərimizin 3 illiyinə. Qorqud Dədə, alğışınla doğulmuşduq, Hər birimiz məhəbbətin əsgəriyik. Doğu-Batı bir-birini günüləyir, Görk olası heysiyyətin əsgəriyik. Göy üzündən ulduz dərər həvəsimiz, Qarabağı isindirər nəfəsimiz. Dağa-daşa qardaş olar gur səsimiz, Ovxarlanmış qətiyyətin əs... | ANL |
“Azad oldun, Qarabağ” silsiləsindən. bizdən ötrü, ayaq izlərimizdən ötrü. daş küçələrin, dağların, dərələrin, meşələrin, yaylaqların. darıxırdı, əl izlərimizdən ötrü. otların, çiçəklərin, xarıbülbülün... Topxana meşəsindən. Cıdır düzünə çəkilən. asma körpüdən. asa bilmədilər ümidlərimizi... Yenə bizim oldun, yenə ayaq... | ANL |
Düşmənə bağışlanmış İrəvan. Tarixi-sənədli romandan parça. Yeni səfirə İrəvanın köhnə məhəllələrinin birində, bu məhəllənin özünə oxşayan kiçik mənzil verdilər. Ev çiy kərpicdən tikilmişdi, yaşı çox olduğundan divarların suvağı qum kimi ovulub tökülürdü. Qapısı bağlı qaldığından otaqlardan rütubət iyi gəlirdi. D... | ANL |
ƏMƏKDAR RƏSSAM ELŞƏN HACIZADƏNİN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru. Aydındır ki, hər bir rəssamın sevimli mövzusu, bədii həllini axtardığı yaradıcılıq məsələlərivardır. Bu mənada, tanınmış fırça ustası Əməkdar rəssam Elşən Hacızadənin yarım əsri əhatə ... | ANL |
Ağ rəngin işığı"nda gedilən müqəddəs yol. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, vətən sevgisinin və bu müqəddəs anlayışlar uğrunda hətta şəhadətə qovuşmaq arzusunun nə qədə... | ANL |
Füzuli İSMAYILOV, Tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist. Hər bir xalqın tarixində onun ruhunu ifadə edən, onun getdiyi yolu əks etdirən bir bünövrə var. Bizim xalqımız üçün bu bünövrə Azərbaycan dilidir. Milli varlığımızın nişanəsi olan dilimiz, heç şübhəsiz, hər birimiz üçün müqəddəsdir. Lakin bu yolda əsl fəd... | ANL |
Siyasi memuarın dəyərli nümunəsi. Filologiya elmləri doktoru, professor. Azərbaycan siyasi memuar janrının ilk və ən görkəmli nümayəndələri fikrimcə, ədəbi-fəlsəfi düşüncə tariximizdə mühüm rolu və yeri olan, ictimai, siyasi və dövlət xadimləri kimi tanınan, demokratik dünyagörüşlü, Qarabağ kökənli Ağaoğlular ail... | ANL |
AMEA Naxçıvan Bölməsi, tarix üzrə fəlsəfə doktoru. Son günlər sosial mediada bir bina haqqında müxtəlif fikirlər səsləndiyindən oxucuların, hətta Bakıdan da olan telefon zənglərini, müraciətlərini nəzərə alaraq XIX əsrdə tikilən və günümüzədək əzəmətlə dayanan bir bina haqqında yazmağı qərara aldım. Binaların, orta əs... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Qərbin məqsədi Qərbi Berlini iqtisadi və siyasi cəhətdən AFR-ə bağlamaq idi. Ona görə də 1948-49-cu illərdə Qərbi Berlinin bu meylinin qarşısını almaq üçün sovet işğal qüvvələri zonasında yerləşən həmin şəhərin qərb hissəsinin ərzaqla təchizatında çətinliklər yara... | ANL |
Yaddaş altda Məmməd Araz yaşayır. Şəhərə təbiətin içindən gələn, bərəkətli, münbit torpaq suyu özünə çəkdiyi kimi təbiəti öz varlığına hopduran, sonra da öz içindəki təbiətdən halal söz əkən, bənzərsiz şeir becərən Məmməd Arazı oxuyanda dünya da, təbiət də şeirin dilində danışır. Gözünü açandan tanıdığın ağır d... | ANL |
Müsahibimiz Türkiyənin tanınmış aktyoru, Azərbaycan tamaşaçısının daha çox "Yedi numara" serialından tanıdığı Volkan Girgindir. - Volkan bəy, Azərbaycana ilk gəlişinizdir. Bakı ilə bağlı ilkin təəssüratınız necədir? - Hirslənmədiniz? İlkin təəssürata gəldikdə isə, Bakı baxımlı bir şəhərdir. Xüsusilə də Bakının memar... | ANL |
Vilayət QULİYEV. Cengiz Dağçı XX yüzilliyin böyük Krım-tatar yazıçısı və Krım təəssübkeşidir desəm, yəqin ki, yanılmaram. Yarım əsrdən çox sürən yaradıcılığı boyunca roman, hekayə və xatirələrində Krımdan, Krım türkünün dərdindən, ağrısından, gələcəklə bağlı ümid və arzularından danışdı. Məmləkətinin əzablı tarix... | ANL |
ÖLÜMÜ ÖLDÜRƏN ÖLMƏZ. Allahın balaca bir ömür verib ezam etdiyi bu dünyada onlar narahat yaşadılar. Taleləri, əzizlərinin ömürləri şikəst oldu, güllələni güllələndi, asılanı asıldı, sürgün olunanı sürgün edildi, zindana atılanı zindana atıldı, birtəhər qaçıb qurtaran, Sovet İttifaqında, Şimali Azərbaycanda sığına... | ANL |
Bakıdan çıxanda qəlbimdə alovlanan otuz iki illik həsrətin sona yetəcəyi yerə - Laçına yola düşməyimin sevinc hissindən ürəyim köksümə sığmırdı. Yol boyu sükan arxasında ötən illərin xatirələri, uşaqlıq günlərim, atam, anam, kəndimiz, Laçın şəhərindaki orta məktəb illərim kino lenti kimi gözümün önündən süzülüb... | ANL |
Böyük insan haqqında xatirələr” kitabının təqdimatı olub. 24 noyabr tarixində Azərbaycan Milli Kitabxanasında görkəmli ictimai-siyasi xadim, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vilayət Quliyevin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev. Böyük insan haqqında xatirələr” və Azərbaycan Respublikas... | ANL |
Müsahibimiz "HoçazFilm" kinostudiyasının rəhbəri, rejissor Amil Amaldır. - Amil, postmüharibə dövründə Qarabağda ilk kinostudiyanın - "HoçazFilm"in açılışını hadisə saymaq olar. Xırdalanda köhnə kinoteatr binası var. Arxa tərəfində məcburi köçkünlər məskunlaşıb. Film festival keçirmək üçün şəhər rəhbərliyi ilə g... | ANL |
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim. Ömrün uşaqlığı çətin xatırlanır. Xatırlananları ilk baxışdan xırda görünən hadisələr bilirik. Bəs ömrün yeniyetməliyi? Yeniyetməliyin yaddaşa hopan anları, o illərin olmuşları ömrün başlanğıcıdırmı? Bu başlanğıc təkcə anlardan yaddaşlara düşən hadisələr deyil,... | ANL |
ŞƏHİD VÜSALIN ADINI DAŞIYACAQ ÖVLADLAR ARZUSU İLƏ. 44 günlük ədalətli Vətən müharibəmiz nəticəsində qazanılan şanlı Zəfərin hər bir fərdin, cəmiyyətin, ölkənin həyatını necə nikbin, qürurlu, şükran notlara köklədiyi göz önündədir. Qəhrəman ordumuzun rəşadəti sayəsində əldə olunan mütləq Qələbənin bizi, dünyadakı... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.