text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qələbən mübarək, şəhidim! Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Gənc ömrünü doğma vətəninə calayan, haqqın dərgahına ucalan hər bir şəhid bizə doğmadır. Müqəddəs vətəndə uyuyan hər bir şəhidimizin öz ünvanı, öz taleyi, öz həyat hekayəsi var. Bu ucalığa yüksələnlər...
ANL
Güney Azərbaycan folklorunda xalq həyatı və milli kimlik nişanələri. Güney mahalında şifahi xalq ədəbiyyatının bir qolu da öcəşmələr və sataşmalardır. İki nəfər arasında deyilən qafiyəli söz və cümlələrdən oluşan öcəşmə və sataşmalar Güney Azərbaycan şifahi xalq ədəbiyyatının lap çox boyalı janrlarındandır. Belə ...
ANL
UNEC-in inkişaf yolu: strateji məqsədlər, vacib hədəflər. Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır. Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biri olan UNEC-in ölkənin yegan...
ANL
TANINMIŞ JURNALİST ETİBAR ƏHƏDOVUN 75 YAŞINA. Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti-red.) jurnalistika fakültəsini bitirməyimlə bu gün də fəxarət duyuram. Amma təcrübə məktəbini Lənkəranda şair-dramaturq, publisist Şəkər Aslanın "akademiya"sında keçməyimlə daha çox fəxr edirəm. Ciddi, t...
ANL
İLHAM ƏLİYEV MÖCÜZƏSİ. Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, "İMZA" İB-nin Türkiyə təmsilçisi. Əslində bu başlıq hər hansı bir pafoslu ifadə və ya mübaliğə deyil, sadəcə həqiqətdir. Niyə 2003-cü ildən, yəni Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən bəri atdığı a...
ANL
UNEC-in inkişaf yolu: strateji məqsədlər, vacib hədəflər. Qloballaşma dövründə ali təhsil sahəsində müşahidə olunan yeniliklərə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) çox çevik transformasiya edə bilib. UNEC-də həm tədris, həm də idarəetmədə bütün proses tamamilə rəqəmsallaşdırılıb. E-universitet layihəsi əs...
ANL
LƏNKƏRANDA İLK QIZLAR MƏKTƏBİNİN MÜDİRİ. Öz dövrünün ziyalı, maarifpərvər qadınlarından olan Məryəm xanım Bayraməlibəyova Lənkəranda qızlar məktəbinin və xeyriyyə cəmiyyətinin əsasını qoymaqla Azərbaycanda savadsızlığın aradan qaldırılmasında böyük səylə çalışıb, sonda o da bolşevik hakimiyyətinin amansız repre...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Mətanət Teymurdur. Onunla fransız rəssam Çarles Lenoirin "Meşədəki Nimf" əsərindən danışmışıq. Klassik fransız rəssam Çarles Lenoir La Roşell yaxınlığındakı kiçik bir şəhərdə - Şatelaylonda dünyaya göz açıb. Anası dərzi, atası isə gömrükçü olub. Təhsilin...
ANL
"Tariximizin təbliği muzeylərdən başlamalıdır". AYTƏN FƏTTULAYEVA: "İŞĞALDAN AZAD OLUNMUŞ RAYONLARDA ZƏFƏR MUZEYLƏRİNİN YARADILMASI NƏZƏRDƏ TUTULUR". Yeni nəslin vətənpərvər ruhda yetişdirilməsində, yaşadığın şəhərin tarixinin, adət-ənənələrinin öyrənilməsində böyük rol oynayan mədəniyyət ocaqlarından biri də mu...
ANL
YAZIÇI SƏDAQƏT KƏRİMOVA 41-ci KİTABINI ÇAPA HAZIRLAYIR. Azərbaycan ta qədimdən müxtəlif xalqların və mədəniyyətlərin doğma vətəni olub. Multikultural dəyərlərin qorunub saxlanılması və təbliği baxımından Azərbaycan təcrübəsi dünyada nadir örnəklərdəndir. Ölkəmizdə ortaq mədəniyyət nümunələrinin ərsəyə gəlməsi, müxtəl...
ANL
BÜLBÜLÜN ÖZÜ İLƏ APARMAQ İSTƏMƏDİKLƏRİ. Haçansa tarixin dərinlərində təşəkkül tapdığı, ayaq üstə durduğu, irəliləməyə başladığı gün. Amma millətin var olduğu müddətcə həmişə yeni-yeni dan qızartılarına da ehtiyac duyulur. O qızaran dan yerlərini millətlərə, xalqlara böyük övladlar gətirir. Bülbül bu millətə dan ş...
ANL
Arif Məlikov yaradıcılığının konsert-sərgidə daha bir təzahürü. Bütün yaradıcılığı ilə əfsanəyə çevrilmiş, Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 90 illik yubileyi münasibəti ilə təşkil olunan silsilə tədbirlər ölkənin mədəni həyatında unudulmaz anlar yaşadır. Növbəti tədbir 24 noyabr 2023-cü il tarixində Ü...
ANL
Təhsil tariximiz üçün yeni qızıl səhifə: Xankəndidə Qarabağ Universiteti. İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİ PREZİDENT İLHAM ƏLİYEVİN QARABAĞ UNİVERSİTETİNİN YARADILMASI İLƏ BAĞLI SƏRƏNCAMINI YÜKSƏK QİYMƏTLƏNDİRİR. Pərvanə SULTANOVA. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Xankəndidə Qarabağ Universiteti yaradıl...
ANL
Vətən sevgisi həyat və sənət eşqini üstələyən şəhid. Hərbi xidmətini başa vurmasına cəmi 3 gün qalmışdı... Bir illik xidməti dövründə məsuliyyətli, vətənpərvər, cəsur əsgər kimi özünü tanıdan, bütün komandirlərinin sevimlisinə çevrilən Samiri ailəsi böyük həsrət və vüqarla gözləyirdi. İki bacının tək qardaşı, ailə...
ANL
Natəvan irsinin tədqiq və təbliğinə layiqli töhfə. XIX əsr Qarabağ ədəbi mühitinin yetirməsi olan Xurşidbanu Natəvanın irsi hələ XX əsrin əvvəllərində tədqiqatçıların diqqətini çəkib, əsərləri günümüzə qədər dəfələrlə nəşr edilib. Bu ənənəni uğurla davam etdirən istedadlı yazıçı-publisist Mustafa Çəmənlinin təşəbbüsü...
ANL
Nəsillərə örnək ömür- Humra Rəsulova. Lənkəranın ilk qadın prokurorunun həyat və fəaliyyət yolunda bir nəzər. Onillər boyu Lənkəranda və yaxın məntəqələrdə "Qara Humra", yaxud "Kişi Humra" adı ilə tanınan və 16 yaşından bölgənin ilk qadın traktorçularından biri kimi şan-şöhrət tapmış, sonralar II Dünya müharibəsi...
ANL
Zəfər Günü- Haqqın, ədalətin qələbəsi. Bu günlər Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbənin üçüncü ildönümünü - Zəfər Gününü qeyd edir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları nəticəsində to...
ANL
Akselerativ mədəniyyətin proqressoru. Epiqraf: "Ayıq intellektualların öz milləti qarşısında həqiqət öhdəliyi var...". Bəlkə də müəyyən mənada, ya da tam olaraq şəxsiyyət elə mədəniyyət deməkdir. Hər şəxsə də şəxsiyyət demirik axı. Əgər bu yazının qəhrəmanı olan professorun şəxsiyyətini iki kəlmə ilə ifadə etmək istəsə...
ANL
Yaşanmış duyğuların məhrəm, qutsal qatını, hiss və düşüncələrin sirli-sehirli kainatını, fikrin dərinliyini, saflığını, möcüzatını, bir ləçəyin, bir çiçəyin oylanma-boylanma toy-büsatını, müdrikliyin, poetikliyin könülləri titrədən, kükrədən fütuhatını söz sənətinin əbədi sərvətinə, qüdrətinə, ləyaqətinə çevirə...
ANL
Nəsillərə örnək ömür- Humra Rəsulova. Lənkəranın ilk qadın prokurorunun həyat və fəaliyyət yolunda bir nəzər. Onillər boyu Lənkəranda və yaxın məntəqələrdə "Qara Humra", yaxud "Kişi Humra" adı ilə tanınan və 16 yaşından bölgənin ilk qadın traktorçularından biri kimi şan-şöhrət tapmış, sonralar II Dünya müharibəsi...
ANL
“Qarabağın çörək muzeyi” filminin təqdimatı olub. Noyabrın 1-də Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının qərargahında “Qarabağın Çörək Muzeyi” filminin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, Ağdam “Çörək Muzeyi”nin dünənindən, bu günündən bəhs edən film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması...
ANL
Heydər Əliyev sözün gücünə və müdrikliyinə inanırdı. Xalq yazıçısı Elmira Axundova Ümummilli lider Heydər Əliyev haqqında onlarla kitabın müəllifidir. Çoxcildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" sənədli epopeyası üzərində işlərkən Azərbaycanda, keçmiş Sovet İttifaqında və dünyanın müxtəlif ölkələrində dövlət adam...
ANL
Bölgələrdən istedadlı uşaqları rəqs sənətinə cəlb edə bilmirik". BAKI XOREOQRAFİYA AKADEMİYASININ REKTOR ƏVƏZİ, ƏMƏKDAR ARTİST NAİLƏ MƏMMƏDZADƏ: "XOREOQRAFİYA SƏNƏTİNƏ GƏLƏN OĞLANLARIN SAYI ÇOX AZDIR". Xoreoqrafiya mürəkkəb və maraqlı olduğu qədər həm də xüsusi incəlik tələb edən zərif sənət növlərindəndir. Ölkəmiz...
ANL
Kinoman baytar, tələbə təqaüdü ilə film çəkən rejissor. Bu ilin mədəniyyət xronikası öncəki illərdəkindən fərqlənir. Təbii ki, hər hansı radikal dəyişikliyi, yaxud da gözqamaşdıran inkişafı nəzərdə tutmuruq, ancaq qığılcımların da haqqını verməliyik. Mədəniyyət Nazirliyinin ilboyu təşkil etdiyi müxtəlif forum və tədb...
ANL
SON MÖCÜZƏDƏN SONRAKI MÖCÜZƏLƏR. İlk görüşlərindən birində Şəms Təbrizi Cəlaləddin Rumidən soruşmuşdu ki, "elmləri öyrənməkdə nə fayda güdürsən?" Şəms Təbrizi düşüncəli-düşüncəli qayıtmışdı ki, "elm insanı məluma doğru aparır". Taleyin gərdişi Şəms Təbrizi ilə Cəlaləddin Rumini qovuşdurmuşdu. Şəms gəlmişdi ki, Cəlal...
ANL
Arif Əliyev: "Jurnalist ictimai marağa xidməti həmişə üstün tutan romantik şəxsdir". BU GÜN İSƏ CƏMİYYƏTDƏ ROMANTİKAYA YER ÇOX AZ AYRILIR - YAŞAMAQ UĞRUNDA MÜBARİZƏ, QAZANMAQ, AİLƏNİ DOLANDIRMAQ EHTİYACI HƏR ŞEYİ ÜSTƏLƏYİB". Bəzən nəzərdə tutub, arzusunda olduğumuz müsahiblərlə söhbətlərimiz istədiyimiz kimi anında...
ANL
Violonçelin sadiq cəngavəri. Sabir Əliyevin işıqlı xatirəsini anarkən. Musiqi tariximizdə elə simalar var ki, onların adları çəkilərkən fəxarət hissi yaşayırıq. Onların fəaliyyəti ehtiram, minnətdarlıq və heyranlıq hissi doğurur. Azərbaycanda violonçel məktəbinin yaradıcısı, qüdrətli ifaçı, usanmaz pedaqoq və təhsi...
ANL
Bu təhsil ocağı xankəndililər üçün ən əziz, ən doğma bir ocaqdır desək, yanılmarıq. Müəllim və şagirdlərinin, valideynlərinin çeşid-çeşid erməni cinayətlərinə məruz qaldığı bu məktəb tək ona görə əziz deyildir ki, uşaqlıq və gənclik illərimiz burada keçib. Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbi böyük ehtiram və s...
ANL
Azercell IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış etdi. Lider mobil operator mütaliə mədəniyyətinin inkişafına dəstək olmaq məqsədilə sərgidə rəqəmsal kitabxanası ilə çıxış edib. Globalinfo.az bildirir ki, Azercell Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlx...
ANL
"Tədqiqatlarım Azərbaycan elminə müəyyən töhfələr verə bilər". XARİCDƏ DOKTORANTURA TƏHSİLİ ALAN AYTƏN PİRVERDİYEVANIN FİKRİNCƏ, ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİMİZDƏ TƏDRİS VƏSAİTLƏRİNİN YENİLƏNMƏSİNƏ EHTİYAC VAR. Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə ...
ANL
Dünya mədəniyyətinin yorulmaz tədqiqatçısı. Mən tanınmış ziyalı, publisist, ictimai xadim Telman Orucovun daimi oxucusuyam, neçə illərdir onun yazılarını müntəzəm izləyicisiyəm. Sevinirəm ki, "525-ci qəzet" belə bir məhsuldar müəlliflə əməkdaşlığını itirmir və zəngin dünyagörüşlü, lakonik üslublu, çevik təxəyyül...
ANL
Etnomusiqişünaslıqda Fəttah Xalıqzadə dəst-xətti. Musiqi sahəsində ciddi tədqiqat işləri aparan, etnomusiqişünaslıq ilə bağlı ardıcıl, səmərəli fəaliyyət göstərən Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə zəngin və dəyərli elmi irsə ...
ANL
Dünən yenə dəmlədiyim çaya qızılgül tumurcuqları qatmışdım. Onda özümü qınadım ki, qızılgüllərə xəyanət edirəm. İllər əvvəl şeirimdə demişdim: "Səni xatirəylə ağlatmışdılar?! Ay şehi qurusun qızılgüllərin!". Sədnik Paşa Pirsultanlının "Pirsultan soyları, Pirsultan köyləri" adlı kitabında Yunus İmrənin ustadına dər...
ANL
Söz yaradıcılığının inkişafı: dilin zənginləşmə mənbəyi. YENİ DÖVRÜN TƏLƏBLƏRİ SÖZ YARADICILIĞI PROSESİNDƏ DAHA FƏAL İŞTİRAKIMIZI ZƏRURƏTƏ ÇEVİRİB. İnsan həyatının bütün dövrlərində cəmiyyətin inkişafı dialekt prosesinə də özünəməxsus təsir göstərib. Bu mənada insanlar arasında ünsiyyət imkanlarını genişləndirmək,...
ANL
Xalq ruhunun və milli yaddaşın tərcümanı. Sənətşünaslıq üzrə elmlər doktoru, professor. Klassiklər də uca dağlara bənzəyir. Uca dağlar uzaqdan daha əzəmətli görünür. XX əsr Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi olan Xalq yazıçısı İlyas Əfəndiyev də uca dağlar kimidir. Tarix bizi ondan uzaqlaşdırdıqca biz İl...
ANL
Görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı. Möhsün NAĞISOYLU. AMEA-nın həqiqi üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru. Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrindən biri anadilli klassik poeziyamızın mahir bilicisi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Aka...
ANL
Fənn kurikulumunda essenin növlərinə mütəxəssis baxışı. "AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ İBTİDAİ SİNİFLƏRDƏN BAŞLAYARAQ ESSENİN DÖRD NÖVÜ ÖYRƏDİLİR". Fənn kurikulumunda essenin növlərinə mütəxəssis baxışı. "Azərbaycan dili fənninin yazı məzmun xətləri üzrə standartlarında tədricən essenin növlərinə fərqli yanaşmalar...
ANL
Əfsanə RƏHİMLİ. Nəfəsindən canlandı torpaq, Sən bir dünyasan, ünvanın Qarabağ! Məsum uşaqlarda qalmadı dözüm, Yaş axıdır hər ana gözü! Hərdən gecələr röyama gəlib. Laylalar desin yenə də mənə, Ancaq sirrimizi anama demə. Sirrin böyükdür, Qərənfilim, Hər ləçəyin yaralıdır, gülüm. İndi diqqətlə dinlə məni, Yadda saxla b...
ANL
ŞƏHİD. Aslan Aşiq. Eşqin etdirdi nümayiş qoca dünyaya şəhid, Çox şücaətlə qədəm qoydu bu məcraya şəhid. Göz açandan o, şəhadət ümidiylə yaşadı, Meylini salmadı bir başqa təmənnaya şəhid. Ülvi amala görə cəbhədə məğrur döyüşüb, Bu məqam ilə yetib ərşi-müəllaya şəhid. Vətən uğrunda edib canı fəda, qan tökdü, Məsk...
ANL
Elektron dərslik sistemi: təhsildə irəliyə doğru vacib addım. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagird...
ANL
Sonradan nisbətən seçmə qaydasında mütaliə başlansa da, zamanın təsiri məndən də yan keçmirdi və kütləvi zövqə uyğun olaraq mən də bəzən az da olsa o mərhələləri keçmək məcburiyyətində qalırdım.-+. İndi mütaliəyə başlayanlara az-çox bu sahədə təcrübəsi və formalaşmış zövqü olan adam kimi nəyi oxumaq məsləhət gör...
ANL
ÇİYNİMİZ ÜSTÜNDƏKİ BAYRAĞIMIZ. Bu eşq ürəyinə haradan düşmüşdü? Nəsillərində nə rəssam vardı, nə heykəltaraş, nə də sənətlə məşğul olan bir insan. Amma balaca Fuad gecə-gündüz rəsm çəkməkdən doymurdu. Qələm-kağız əlindən düşmürdü. Ədəbiyyat dərsi imiş, müəllimə inşa yazdırırmış. Birdən nəsə Fuaddan şübhələnir, ...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Türkan Hacırəhimovadır. Onunla məşhur rəssam Kamil Pisarronun "İki gənc kəndçi qadın" əsəri haqqında danışmışıq. Fransız boyakarı, impressionizmin yaradıcılarından biri Kamil Pissarro 10 iyul 1830-cu ildə Karib dənizindəki Virgin adaları qrupuna daxil ...
ANL
"Teatr sənətinin inkişafı həm də milli mədəniyyətin inkişafı deməkdir". FAİQ QARDAŞOV: "QUSAR DÖVLƏT LƏZGİ DRAM TEATRI ŞİMAL BÖLGƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN İLK PEŞƏKAR TEATRDIR". Teatr salonları əvvəllərdə olduğu kimi tamaşaçılarla dolub-daşmasa da, son illər bu sahədə müəyyən canlanma yarandığı, teatrın inkişaf...
ANL
Vətəndən pay olmaz. Bu yolda canını fəda edən şəhidlərimizin xatirəsi isə daima bizim üçün ən uca məqam olaraq qalacaq. Şəhidlər isə Allahın ən sevimli bəndələridir. Elə ona görədir ki, bir millət zamanın müxtəlif dövründə Vətən uğrunda şəhid olanlar bizim qürur mənbəyimizdir. İki gün əvvəl Heydər Əliyev adına Hə...
ANL
Vətənə qüsursuz xidmət. Böyüdükcə içindəki ağrı-acı da böyüyüb. Tariximizə azacıq baxanda yurdumuzun başına gələnlər hər birimizi sarsıdır, məncə. Zülfi Ağayevi də sarsıdıb. Orta təhsilini və həqiqi hərbi xidmətini başa vurduqdan sonra imtahanları uğurla verərək Müdafiə Nazirliyinin Gizir hazırlığı kursuna qəbul ...
ANL
Tankçı qəhrəman. Alaşa kənd məktəbində doqquzillik təhsil alıb. Onbirillik təhsilini Birinci Qarabağ döyüşlərinin şəhidi Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbində başa vurub. Vüsal Nəhmətov ailənin yeganə oğlu, üç bacının tək qardaşı idi. Anası Ruhiyyə xanım sadə kənd qadınıdı. "Balam üçün darıxıram"...
ANL
Göylər şairi. Vaqif Bayatlı Odər haqqında essevari qeydlər. Fasilə zamanı həyətə düşəndə bizim əməkdaşlarla "Ulduz"un əməkdaşları görüşüb şirin-şirin söhbət edərdilər. Mən onlara nisbətən yeniyetmə yaşındaydım və kənardan ədəbiyyat söhbətlərinə maraqla qulaq asırdım. Bir gün özünəməxsus görkəmiylə, danışığıyla,...
ANL
Qənirə Paşayeva vəfat etdi və mən onu şəxsən tanıyan, onun simasında əsl Azərbaycan qızının bütün gözəl keyfiyyətlərini özündə əks etdirən bir millət vəkilinin, bir xeyirxah, cəsur, mərd insanın itkisinə dözə bilmirəm. Son iki görüşümüzü xatırladım: gözəl şairimiz Əli Kərimin yaradıcılığına bəslədiyi sevgi ilə ...
ANL
MƏNİM QARABAĞ ŞİKƏSTƏM. Top səbəti havada saxlayan dəmir dairəyə dəyir, çəmbərin üstündə fırlanır, dəfələrlə orada dövr edir. Hamı nəfəsini içinə çəkib topun "qərarını" gözləyir. Basketbol oyununun ən dramatik anlarından biri budur və bunun həyəcanını oynayanlar daha yaxşı hiss edərlər. Uşaqlıqdan gəncliyə yenicə ...
ANL
Gəncə terroru. Ermənistan 44 günlük Vətən müharibəsində mülki yaşayış məntəqələrini, dinc insanları hədəfə almaqla, qadağan olunmuş silahlardan istifadə etməklə ağır müharibə cinayətləri törədib. İşğalçı tərəf 44 günlük Vətən müharibəsinin ilk günlərindən başlayaraq cəbhədə üzləşdiyi uğursuzluğun əvəzini döyüş m...
ANL
Görən nə söylər istəyim sənə. Nədən baxışıma çiyin çəkirsən. Şübhələr oyadır de nəyim sənə? Sözümü danışır dili lal olmuş, Bəxtimə cavabı ay sual olmuş, Bu mənəm dünyası halbahal olmuş. Çarə diləmirmi diləyim sənə? Könül oyaq olar səsə düşəndə, Hicranın ayağı tərsə düşəndə, Yubanar qismət də bəhsə düşəndə. Gözümü gözün...
ANL
Güney Azərbaycanda ana dili məsələsinə bir baxış. YAXUD ŞAİR HADİ QARAÇAYIN DİL VƏ ƏLİFBA MÜCADİLƏSİ. Hadi Qaraçay hər an özgürlük, bağımsızlıq eşqi ilə yaşayır, yurdunun bu qutsallığa yetişəcəyi günün gələcəyinə inanır, bu yolda qələmi ilə mübarizəsini davam etdirir. Əqidəsinə sadiq qalan şair gənc yazarların a...
ANL
Gəncədə ədəbiyyat materiki. Coğrafiyada - materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Ədəbiyyatda - materik duyğular məkanıdır: ədəbi məkanı! Məmməd İsmayılın timsalında Tovuz da ola bilər, Çanaqqala da! İnqilab İsaqa gəlincə, hazırda yaşadığı Üçtəpə kəndi də,...
ANL
Mediada dil xətaları və ya gələcəyimizə vurulan zərbələr. Elə düşünməyin ki, məqsədim Sabirə nəzirə yazmaq, yaxud onu yamsılamaqdır. Amma neyləyim ki, müasir, gündəlik mətbuat səhifələrində, efirdə, ekranda rastlaşdıqlarım və məni düşündürən, narahat edən məsələlər barədə yazmağa, fikirlərimi kiminləsə bölüşməyə ...
ANL
Mənə görə ədəbiyyat, yazıçının özündən belə yorulanda sığına biləcəyi bir məkandır. Sənətin, ədəbiyyatın mahiyyətində işıq var və bu işığın ədəbiyyatı anlamaq üçün insanın öz daxilində də olması şərtdir. Ətrafımızdakı insanlar müxtəlifdir - işıqlısı da var, içində qaranlıq gəzdirəni də. Sənət bax o işıqlı adaml...
ANL
Ötən məqalələrimdən birində etiraf eləmişdim: Doğma adam haqqında yazmaq çətindir. Düzü, səbəbini bilmirəm. Hərdən düşünürəm ki, bəlkə, bu, həmin adamı yaxşı tanımağınla bağlıdır, yəni həmin adam açılmış kitab kimidir, onu dəfələrlə oxumusan və təkrar qayıtmaq istəmirsən. Çünki istənilən insanın, obyektin qaranlıq, s...
ANL
Hər duyğunu şeirə gətirmək, onu şeirləşdirmək mümkün deyil. Şeirə vaqiflər, şeiriyyət fədailəri hər titrəyişi də şeir bilir, hər kükrəyişi də, yağışın yağmasını da, şimşəyin çaxmasını da, buludların axmasını da. Bunları ifadə edən fikir könüllərin sığalına dönür. Onu da bilirik ki, şeirlə ifadə edilən fikir duyğ...
ANL
Göylər şairi. Vaqif Bayatlı Odər haqqında essevari qeydlər. Fasilə zamanı həyətə düşəndə bizim əməkdaşlarla "Ulduz"un əməkdaşları görüşüb şirin-şirin söhbət edərdilər. Mən onlara nisbətən yeniyetmə yaşındaydım və kənardan ədəbiyyat söhbətlərinə maraqla qulaq asırdım. Bir gün özünəməxsus görkəmiylə, danışığıyla,...
ANL
Qənirə Paşayeva vəfat etdi və mən onu şəxsən tanıyan, onun simasında əsl Azərbaycan qızının bütün gözəl keyfiyyətlərini özündə əks etdirən bir millət vəkilinin, bir xeyirxah, cəsur, mərd insanın itkisinə dözə bilmirəm. Son iki görüşümüzü xatırladım: gözəl şairimiz Əli Kərimin yaradıcılığına bəslədiyi sevgi ilə ...
ANL
MƏNİM QARABAĞ ŞİKƏSTƏM. Top səbəti havada saxlayan dəmir dairəyə dəyir, çəmbərin üstündə fırlanır, dəfələrlə orada dövr edir. Hamı nəfəsini içinə çəkib topun "qərarını" gözləyir. Basketbol oyununun ən dramatik anlarından biri budur və bunun həyəcanını oynayanlar daha yaxşı hiss edərlər. Uşaqlıqdan gəncliyə yenicə ...
ANL
Gəncə terroru. Ermənistan 44 günlük Vətən müharibəsində mülki yaşayış məntəqələrini, dinc insanları hədəfə almaqla, qadağan olunmuş silahlardan istifadə etməklə ağır müharibə cinayətləri törədib. İşğalçı tərəf 44 günlük Vətən müharibəsinin ilk günlərindən başlayaraq cəbhədə üzləşdiyi uğursuzluğun əvəzini döyüş m...
ANL
Görən nə söylər istəyim sənə. Nədən baxışıma çiyin çəkirsən. Şübhələr oyadır de nəyim sənə? Sözümü danışır dili lal olmuş, Bəxtimə cavabı ay sual olmuş, Bu mənəm dünyası halbahal olmuş. Çarə diləmirmi diləyim sənə? Könül oyaq olar səsə düşəndə, Hicranın ayağı tərsə düşəndə, Yubanar qismət də bəhsə düşəndə. Gözümü gözün...
ANL
Güney Azərbaycanda ana dili məsələsinə bir baxış. YAXUD ŞAİR HADİ QARAÇAYIN DİL VƏ ƏLİFBA MÜCADİLƏSİ. Hadi Qaraçay hər an özgürlük, bağımsızlıq eşqi ilə yaşayır, yurdunun bu qutsallığa yetişəcəyi günün gələcəyinə inanır, bu yolda qələmi ilə mübarizəsini davam etdirir. Əqidəsinə sadiq qalan şair gənc yazarların a...
ANL
Gəncədə ədəbiyyat materiki. Coğrafiyada - materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Ədəbiyyatda - materik duyğular məkanıdır: ədəbi məkanı! Məmməd İsmayılın timsalında Tovuz da ola bilər, Çanaqqala da! İnqilab İsaqa gəlincə, hazırda yaşadığı Üçtəpə kəndi də,...
ANL
Mediada dil xətaları və ya gələcəyimizə vurulan zərbələr. Elə düşünməyin ki, məqsədim Sabirə nəzirə yazmaq, yaxud onu yamsılamaqdır. Amma neyləyim ki, müasir, gündəlik mətbuat səhifələrində, efirdə, ekranda rastlaşdıqlarım və məni düşündürən, narahat edən məsələlər barədə yazmağa, fikirlərimi kiminləsə bölüşməyə ...
ANL
Mənə görə ədəbiyyat, yazıçının özündən belə yorulanda sığına biləcəyi bir məkandır. Sənətin, ədəbiyyatın mahiyyətində işıq var və bu işığın ədəbiyyatı anlamaq üçün insanın öz daxilində də olması şərtdir. Ətrafımızdakı insanlar müxtəlifdir - işıqlısı da var, içində qaranlıq gəzdirəni də. Sənət bax o işıqlı adaml...
ANL
Ötən məqalələrimdən birində etiraf eləmişdim: Doğma adam haqqında yazmaq çətindir. Düzü, səbəbini bilmirəm. Hərdən düşünürəm ki, bəlkə, bu, həmin adamı yaxşı tanımağınla bağlıdır, yəni həmin adam açılmış kitab kimidir, onu dəfələrlə oxumusan və təkrar qayıtmaq istəmirsən. Çünki istənilən insanın, obyektin qaranlıq, s...
ANL
Ədəbiyyat fənninin tədrisi: müasir çağırışlar, yeni tələblər. Ədəbiyyat həm də bədii fikri ustalıqla ifadəetmə sənətidir. Dilə düzgün yazılı və ya şifahi forma verməyi bacaran insan ictimai həyatda da özünü doğru ifadə edir. Ünsiyyət forması olan ədəbiyyat bir dərs olmaqdan savayı, şagirdlər tərəfindən həm də həya...
ANL
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Serbiya təhlükəsi Habsburq maraqlarına qarşı yeganə material deyildi. "Yeni adamlar" Belvederdə mərhum kronprints Frants Ferdinandın ətrafında toplaşmışdı. Bu vaxt onların rəyinin əksinə, anneksiya yolu ilə, əvvəllər türklərə məxsus olan ərazi artıq rəsmi ola...
ANL
Nəimidən Nəsimiyə: iki edam haqqında versiyalar. Azərbaycanda üç böyük imperatorluğu qorxuya salan, orta əsr İslam düşüncəsini kökündən dəyişən, mədəniyyətlərə ciddi şəkildə təsir edən, bir çox azərbaycanlı şairin, fikir adamının müridliyini etdiyi hürufilik haqqında kütləvi fikir əsasən "Nəsimi" filmindən sonra...
ANL
Dahi şair-dramaturq Hüseyn Cavidin Naxçıvanda, şəhərin qədim Əlixan məhəlləsində yerləşən Ev-Muzeyinin yaradıcısı və 40 ilə yaxın direktoru olmuş Bəhruz Axundovla onun yeni çap edilmiş "Nuri-həqq daima yanar, sönməz!.." adlı kitabının nəşrindən sonrakı görüşümüzdə söhbətləşdik. Kitabı dönə-dönə oxusam da, yenə də ...
ANL
Xamis Muradov: "Yaşadığım ömürdən narazı deyiləm". Müsahibimiz görkəmli kinorejissor və ssenarist, Xalq artisti, Prezident təqaüdçüsü Xamis Muradovdur. Qəzetimiz adından təbrik edir, sizə uzun ömür, cansağlığı diləyirik. - Təbrikinizə görə təşəkkür edirəm. Sualınız isə çox çətindir. Amma ümumiyyətlə, sualınıza cav...
ANL
Onun daha cavan həmkarlarına, tələbələrinə tövsiyələrindəndir və adətən də başqalarına öyüd kimi söylədiklərinə ən ciddi tapşırıq kimi ən əvvəl özü əməl edərmiş. Fuad Əbdürrəhmanov deyərmiş ki, kimin surətini yaradırsan-yarat, amma gərək ən əvvəl onu böyük görə biləsən, yaratdığının böyüklüyünə qəlbən inanmış o...
ANL
"Bu gün Bakıda eyvana çıxanda dəniz əvəzinə qonşunun mənzilini görürük". MEMAR AYSEL HÜSEYNOVA: "TƏƏSSÜF Kİ, BAKI ŞƏHƏRİ BU GÜN BİR ÇOX BİZNESMENLƏR ÜÇÜN EKSPERİMENT ZONASIDIR". Bu gün dünyada memarlıq yalnız hər hansı bir şəhərin simasının nümayişi yox, həm də bir ölkənin inkişafını şərtləndirən olduqca vacib a...
ANL
"Hər şey insanın tərbiyəsindən asılıdır". Müəllimim deyir ki, insan bir ömür boyu öyrəndiyi üçün həmişə müəllimi olur. Öyrədən də öyrənir, bəlkə elə öyrətdiyi adamdan da öyrənir. Əhatəsində öyrənməli insanların olması böyük şansdır. Mən o şanslı insanlardanam. Həmişə yaxşı müəllimlərim və öyrəndiyim mühitim olub...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Yuxu kimi gerçəklər. Azərbaycan öz tarixinin ən sevincli, ən qürurlu günlərini yaşayır. Hamısına da gözlərimizin önündə nankorluqdan azğınlığa qədər iyrənc bir yol keçən ermənilər səbəb olub. 2020-ci ilin bu günlərində başlanan Vətən müharibəmiz, onun nəticəsi olan parlaq Zəfəri...
ANL
Doğma yurdla söhbət. İnsan yaşa dolanda bu hisslər, düşüncələr onu bir qədər də kövrəldir, doğma yurda bir az da yaxınlaşdırır, hətta oralara dartıb aparır. Mən də bu duyğu və düşüncələrlə çoxdan həsrətini çəkdiyim Ağdamı bir daha yadıma saldım, xəyal qanadlarında o gözəl yerlərə yollandım. Beləcə, hisslər, düşü...
ANL
Elin yaddaşındakı əhvalatlar. Mina ananın cəsarəti. Bir payız günü həyətyanı sahədə işləyərkən vəhşi bir heyvanın üstünə hücum etməsindən qorxmur, iki əli ilə onun boğazından yapışıb var gücü ilə, canavarın gözləri hədəqədən çıxanadək sıxır. Mina sonradan nənə biləndə ki, canavarla vuruşub, yenə halını pozmadan d...
ANL
Azərbaycanda ekoloji problemlərin həlli: dövlət siyasətində prioritet vəzifələr. Abşeron yarımadasında yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, uçotunun aparılması və dəqiqləşdirilməsi məqsədilə inventarizasiya işləri aparılıb və ayrı-ayrı yaşıllıq massivlərinin xəritələri hazırlanıb. Ekologiya ...
ANL
Dünya binnət olannan nə sirrinnən baş açılasıdı, nə sorağınnan xəbər tutulası. Pir olmuş, yeri cənnətdik Xəstə Qasım Tikmədaşlı onçun dedi ki, Gəl görüm, nəyə talibsən, Dərsini kimnən alıbsan, Səksən yolla boşalıbsan, Doxsan yolla dolan dünya. Səksən yolla boşalıb, doxsan yolla dolan dünyadan. Talibi kimdi, dərsini...
ANL
Sözə xəyanət etməyən adam. TAHİR AYDINOĞLU, YAŞIN MÜBARƏK, QARDAŞIM! Cümlələrə boyun əyib yalvarmırsan. Hadisələri gəzmirsən. Növbə gözləyirlər. Minnətini götürürlər... İlk dəfə onu birinci kursda tanıdım. Müəllimlərimizin tapşırdığı ixtisas kitablarını yuxarı kursda oxuyanlardan soruşurduq, onlardan məsləhət al...
ANL
"LOQOS" PSİXOLOJİ VƏ NİTQ MƏRKƏZİNİN RƏHBƏRİ TƏRANƏ PAŞAYEVA FƏALİYYƏTDƏ BU MÜHÜM PRİNSİPİ ƏSAS TUTDUQLARINI DEYİR. 10 oktyabr dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün münasibətilə "LOQOS" Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva il...
ANL
Azərbaycan və Gürcüstan əməkdaşlıq sahələrini genişləndirməkdə qərarlıdır. Azərbaycan hər zaman bütün qonşu ölkələrlə münasibətlərinin inkişafında, əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olub. Avropa ilə Asiyanı birləşdirən ölkəmizin son illərdə artan iqtisadi, tranzit, nəqliyyat-logistika sahəsindəki im...
ANL
Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıması ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Şuşa Günləri” layihəsi növbəti dəfə 3-6 oktyabr 2023-cü il tarixlərində Qazaxıstanın Astana və Türküstan şəhərlərində gerçəkləşib. T...
ANL
Azərbaycan faunası: qorunmasına ciddi ehtiyac olan misilsiz sərvət. Azərbaycan ərazisinin təbii şəraiti müxtəlif olduğundan onun heyvanlar aləmi də çox rəngarəngdir. Heyvan növlərinin ölkə ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar çox məhdud, digərləri isə geniş ərazilərdə yayılıb. Məsələn, sərçəkimilər də...
ANL
(Əvvəli ötən çərşənbə sayımızda). Dövlət quruculuğu, dövlət hüququ ilə maraqlananlar Platonun bu məsələyə həsr olunmuş əsərini, həmçinin Siseronun "Dövlət haqqında" və "Qanun haqqında" traktatlarını oxusa, pis olmazdı. Ailə və dövlətin inkişafı mərhələlərini öyrənmək üçün F.Engelsin "Ailənin, dövlətin və xüsusi mül...
ANL
Zaman axıb keçib, nə qədər insanlar gəlib-gedib. Paytaxtın küçələrində addımlayan insanlar, baş verən hadisələr qalıb dünənlərdə. Çox şeylər dəyişib. Ancaq küçə həmin küçədir, meydan həmin meydandır. Sadəcə indi adlar başqadır. Bir zamanlar - XX əsrin başlanğıcında bu İstiqlaliyyət küçəsi Nikolayevski imiş. Keçən günə ...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Pərvanə Əkbərovadır. Onunla XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Tisian Veçellionun "Zəkanın rəmzləri" əsərindən danışacağıq. Doğum tarixi dəqiq bəlli deyil. O, İntibah dövrü Venesiya məktəbinin inkişafına əvəzsiz t...
ANL
Xeyirxahlığın sönməz işığı. Haqq dünyasına qovuşan elə insanlar var ki, onlar ana torpağın qoynuna çəkilsələr də, xatirələri qəlblərdə, ürəklərdə yaşamaqda davam edir. Sağlığında işıqlı əməlləri ilə abidələşənlər mənəvi ömürləri ilə əbədiyaşarlıq qazanırlar. İnsanlara səngiməz sevgisi ilə fərqlənən, tutduğu yüksək vəzi...
ANL
Professor Aida İmanquliyeva haqqında sərgi və məlumat bazası hazırlanıb. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 84 illiyi ilə əlaqədar alimin həyat və elmi fəaliyyətindən bəhs edən virtual kitab sərgisini və...
ANL
"Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər" təqdim olunub. AKADEMİK ZEMFİRA SƏFƏROVANIN YENİ KİTABININ ELMİ VƏ İCTİMAİ ƏHƏMİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB. Oktyabrın 9-da AMEA-nın Əsas binasında görkəmli musiqişünas-alim, "Şöhrət" ordenli, Əməkdar elm və incəsənət xadimi, akademik Zemfira Səfərovanın yüksək pol...
ANL
Şişqayaya bayraq sancıb Hadruta yol açan qəhrəman. İGİD BAŞ LEYTENANT SƏİD RƏŞİDZADƏNİN ŞƏHADƏT ZİRVƏSİNƏ YÜKSƏLİŞİNDƏN 3 İL KEÇİR. Bir neçə gün öncə jurnalist həmkarım "nə zamansa şəhidlərimiz haqqında bədii əsər yazmaq fikrin varmı?" - deyə soruşanda, "bədii əsərdə istər-istəməz müəllif təxəyyülü özünü göstərir, n...
ANL
Əməkdaşlığın davamlı inkişafı. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, bir çox məsələlərdə geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxarıb. Ölkələrarası ...
ANL
Uğurlu gələcəyin təməli: gəncliyi həyata düzgün hazırlamaq. Gənclik fiziki nöqteyi-nəzərdən yeniyetməliyin sona çatması, özünə xas olan yüksək fərdi keyfiyyətlərin və dünyagörüşünün formalaşması, müxtəlif seçimlər aparmaq və yetkinlik həyatına başlamaq çağıdır. Belə qəbul olunub ki, gənclik daim yeniliyə can atmaq, ix...
ANL
"Elçin İsgəndərzadə Şuşada anadan olub və qarabağlıdır. Şeirlərində də o, şuşalıdır. Amma Şuşa, Qarabağ onun şeirlərində yaşayır, Xanın, Qədirin, Arifin səsiylə, İsa bulağının zümzüməsiylə, Şuşa qayalarının sərtliyilə. Həmkarım, dostum Nizami Cəfərov doğru buyurur: "Elçin bugünkü poeziyamızın Qarabağ şikəstəsidir"....
ANL
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubiley tədbiri keçirilib. Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində “Könüllülər” Kitabxana İctimai Birliyi və Cabir Novruz Mədəniyyət Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin inkişafında, ictimai fikir tarixində, elmi-pedaqoji sahədə özünəməxsus yeri olan tan...
ANL
Zəfərimiz mübarək. Torpaq insan kimi ağlayandan, dağlar təpələrtək, yurdundan didərgin düşənlər içlərinə sıxılandan, zaman bizdən, biz zamandan küsəndən, öz-özümə "Biz sənə qayıdacağıq, Qarabağ!" hayqıraraq bu günün gələcəyinə inanırdım. Dünyanın belə qalmayacağına, həsrətə qovuşacağımıza, haqqın, ədalətin yerini ...
ANL
Hüseyn Cavidin Arifi və İblisi freydizm müstəvisində. XX əsrdə yaranan freydizm elmi ədəbiyyatda metapsixoloji nəzəriyyə kimi öyrənilsə də, eyni zamanda, ədəbiyyatda bədii yaradıcılıq hadisəsidir. Bədii ədəbiyyatda freydizm obrazların ziddiyyətli davranışlarında, onların fərdi istəkləri və idealları arasında qaldıqları...
ANL
Sehrli işığın izi ilə. Müəllif bu kitabının əvvəlində Jorj Simenondan misal gətirir və bizə elə gəlir ki, bunu nahaq yerə xatırlamır. Dilarə xanım haqlı olaraq onun bu fikri ilə razılaşmır. "Yaşlı insanlara yazmağa həyat təcrübəsi, illərin gətirdiyi müdriklik kömək edir", - deyir. Mən də müəllifin sözlərinə şərikəm. ...
ANL