text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Vətən səmasında Bayrağa çevrilən qəhrəman. Üç il əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən, hər günü bir qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təqvimə qara rənglə yazılan işğal günlərini qırmızı rəngli azad olunma tarixləri ilə əvəzlədi. Rəşadətli ordumuz canı, qanı bahasına addım-addım ərazil... | ANL |
Cəsur döyüşçü. 2001-ci il martın 13-də Bakının Binə qəsəbəsində dünyaya gələn Murad Əliyev beşuşaqlı ailənin üçüncü övladı idi. Binə qəsəbəsindəki 136 saylı tam orta məktəbdə doqquzillik təhsil aldıqdan sonra 101 saylı peşə-ixtisas məktəbində tam orta təhsilini başa vuraraq sürücülük ixtisasına da yiyələnmişdi. Zəh... | ANL |
44 gün Vətən müharibəsinin zəfərlə başa çatması uğrunda canını fəda edən qəhrəman oğullardan biri də içində azadlığa qovuşduran igidlərdən bir də Qalib Əbdüləhəd oğlu Əkbərzadədir. O, Lənkəran rayonunda yerləşən "Zirvə" idman klubunda ağır atletika ilə məşğul olub. Q.Əkbərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında... | ANL |
YAXUD ŞAİR HADİ QARAÇAYIN DİL VƏ ƏLİFBA MÜCADİLƏSİ. Güney Azərbaycan şairlərinin bir çoxunun şeirlərində sevgiyə, eşqə münasibət və dəyər bir ayrıcalıq qazanır. Onların bireydən, yəni fərddən - qızdan, qadından, yaxud oğlandan başlanan sevgiləri əsərin sonuna doğru böyüyərək Vətənləşir, Uluyurd kontekstində bütünlə... | ANL |
Heç zaman unudulmayacaq Elnur Əşrəfoğlu. Sözü ömür bilənlər, sözə ömür verənlər haqqında söz demək çətindir. Qəlbindən keçənləri sözlə ifadə etmək çətinliyi var, sözün xarakter açma qadirliyi var, sözün işığa dönmə qüdrəti var. İşıqlı ömürlər haqqında söz deyəndə də eyni duyğuları yaşayırsan. Cəmiyyətin yaşadığı ağrıl... | ANL |
Azad edilmiş torpaqlarımıza Böyük Qayıdış milli prioritetə çevrilib. Qarabağa Böyük Qayıdış proqramı çərçivəsində ilk növbədə əhalinin məskunlaşdırılması və məşğulluğunun təmin edilməsi əsas proitet məsələlərdəndir. Qısa müddət ərzində işğaldan azad olunan ərazilərdə bu qədər böyük işlərin görülməsi və artıq Zəngilan... | ANL |
Əslində bu termin və elm sahəsi çox uzaqda qalan universitet illərindən mənə tanışdır. Çünki bir fənn kimi bizlərə tədris olunub və ondan imtahan da vermişik. Amma düzü, bu sahəsin bugünkü qədər aktual, ehtiyac duyulacaq vacib olacağını heç birimiz düşünməmişdik. Əslində etiraf etmək lazımdır ki, zamanın hər dövrün... | ANL |
Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş "Milli təfəkkür və tarixi yaddaş şairi Məmməd Araz" konfransı keçirilib. Konfransı girş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açara... | ANL |
Polietilen torbalar ciddi ekoloji təhlükə mənbəyi kimi. BU TƏHLÜKƏDƏN SIĞORTALANMAQ ÜÇÜN AZƏRBAYCANDA DA ZƏRURİ ADDIMLAR ATILIR. Nazirlər Kabinetinin 2021-ci ilin fevralında də verilmiş müvafiq qərarına əsasən, bir müddətdir ki, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron ol... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Yaxınlaşan bədbəxtliklə, həm də Almaniyanın ağalığı ilə üz-üzə gələn Avstriyanın yeni imperatoru Karl (Frants İosif 1916-cı ildə öldükdən sonra o, taxt-taca çıxmış və ağır mirasa sahib olmuşdu) və Almaniya rəhbərliyi 1918-ci ildə britaniyalılarla və fransızlarl... | ANL |
Müharibənin yaratdığı fəlsəfə: Emil Sioranın bədbinliyi. İnsan və yaradılış haqqındakı bütün hekayələrin sonu ölümlə bitir. Ölüm qorxusunu aşmaq üçün insanlar dini yaratdı, faniliyin bədbin cazibəsinə alternativ olaraq axirəti düşündülər. Sonsuzluq və onun verdiyi müdhiş güc, ölümsüzlük axtarışları bizə səbəbini bilmə... | ANL |
Uzun növbələrdə dayanırsansa, içi-çölü dolu olan sərgi salonlarına keçməyə çalışırsansa, önü aşıb-daşan sənət əsərlərini görmək üçün can atırsansa, ətrafdan yayılan qəhvə qoxusu burnuna gəlirsə, dörd tərəfdən müxtəlif markaların adı fışqırırsa, uzaqdan gələn Cazın səsini eşidirsənsə, hər təbəqədən və hər yaş qrupund... | ANL |
Əziz Qənirə xanım Paşayevanın unudulmaz xatirəsinə. Biz onunla Tibb Universitetinə eyni ildə daxil olmuş, təhsilimizi eyni ildə başa vurmuşduq. Fakültələrimiz ayrı idi, mən müalicə, o isə pediatriya ixtisasını seçmişdik. O dövrün tələbələri şagirdlərdən seçilməzdi. Hamı sadə geyinərdi, kasıbı-varlısı ayrılmazdı. Sank... | ANL |
Ustad Şakir Yaqubovu xatırlayarkən. Milli mətbuatımızın fədakarlarından olan, çoxsaylı peşəkar jurnalistin özünə ustad saydığı Şakir Yaqubovun vəfatından artıq bir il ötür. Uzun müddət xəstəliklə mübarizə aparsa da, tam sağalıb ayağa qalxmasına ümid az olsa da, Şakir müəllimdə həyat eşqi güclü idi. Bekarçılığı özünə y... | ANL |
ONUN GEDİŞİYLƏ MƏHRUM OLDUQLARIMIZ. O küçədən, o evin yanından təqribən hər gün keçirəm. Hər keçəndə də istər-istəməz xəyalımda kədərli bir səhnə canlanır. 1937-ci ilin o müdhiş oktyabr gecəsində Salman Mümtazın əlindən azadlığını və ömrünü almağa gələnlər evdəki gözlərinə dəyən bütün kitabları, əlyazmaları, məktubl... | ANL |
Bayıl bir gün qabaqdan qatı ağ dumana bürünmüşdü. Bu xoşbəxt ev nədən qorxur? Gözə gələcək, Bütün günü duz çevirir başına duman. Anamın bayram plovundan sonra dostların iştirakı ilə qardaşım və mənim şairlə şirin söhbətimiz başladı. - Məmməd müəllim, "Azərbaycan - dünyam mənim" şeirinin yaranması barədə danışardınız. ... | ANL |
Ovqatımın rəngi payız. Yenə payızdır. Göylər buludlaşıb, qayalar xınalanıb, dərələr tutqunlaşıb, qızılı rəngin meydanı genişlənib. Payızın orta ayı - oktyabr kövrəlmiş qəlbimin xatirələrini tərpədir. Üz tutub harasa qaçmaq istəyirəm. Doğmalarımın nəfəsini duymaq, onlarla görüşmək, dərdləşmək istəyirəm. Ömür təvqimimdə ... | ANL |
Başdan-ayağa kino. Bu həftənin ən yaddaqalan mədəniyyət hadisələrindən biri, hətta deyərdim, birincisi III "Korkut Ata" Türk Dünyası Film Festivalı oldu. Dörd gün davam edən festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçıl... | ANL |
"Müasir uşaqlarda mütaliəyə sevgi yaratmaq üçün yaxşı əsərlər yazmaq lazımdır". REYHAN YUSİFQIZI-ŞIXLİNSKAYA: "UŞAQLARA TƏQDİM ETDİYİMİZ ƏDƏBİYYAT NÜMUNƏLƏRİNƏ DAHA MƏSULİYYƏTLƏ YANAŞMALIYIQ". Bu gün Azərbaycanda müasir uşaq ədəbiyyatının inkişaf etdirilməsi ən mühüm məsələlərdəndir. İnformasiya texnologiyalarının i... | ANL |
ACİZ VƏ BİÇARƏ İNSANLARIN AĞRI-ACILARINDAN EFİRDƏ ŞOU DÜZƏLTMƏKLƏ "YAXŞIYA DOĞRU". Aparıcı yaxınlaşıb mikrofonu ona uzadır: - Sən ikinci atandan razısanmı? Qız sualdan karıxır, başını yana çevirib baxışlarıyla anasından kömək istəyir. Qız cavab vermək istəmir, susur. Yenə aparıcının amiranə səsi eşidilir: - Danış gör... | ANL |
Xalq artisti Yasin Qarayev haqqında kitabın təqdimatı keçirilib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Yasin Qarayevin 75 illiyinə həsr edilmiş "Alın yazısına inam" adlı kitabın təqdimat mərasimi olub. Teatrdan bildirilib ki, professor İlham Rəhimlinin yazdığı kitabda ömrünün 50 ilini teatr v... | ANL |
Naxçıvanın memarlıq abidələri Bəhruz Kəngərli tablolarında. Naxçıvan torpağı uzunömürlülüyü, memarlıq həllinin möhtəşəmliyi ilə seçilən tarixi abidələr məkanıdır. Azərbaycanın istedadlı fırça ustaları isə öz növbəsində Əcəmi yaradıcılığının bilavasitə təsiri ilə bu abidələri öz tablolarında əbədiləşdiriblər. Naxçıvan ... | ANL |
Qayıda bilməyən günə təəssüf. Mənim ürəyimdən uçub, göylərə qanad açan o gözəl, əlçatmaz, əvəzolunmaz günlərimin xatirəsini dinləmək istərdinizmi? 1991-ci ilin may ayı idi. Bakı Mədəni Maarif Texnikumunda Azərbaycanın əvəzsiz şairi Məmməd Arazla tələbələrin görüşü keçiriləcəkdi. Şeirlərini kitablardan oxuduğumuz, üzü... | ANL |
Görəsən, nə üçün bir çox hallarda ədib və oxucu çevrəsi qüdrətli sənətkarlar və dəyərli sənət inciləri barədə ümumi sözlər, ümumi təriflərlə danışmağa üstünlük verir? Yoxsa, böyük-böyük ürəklərin qanında çiçəkləyən sevinc və sevgi gürşadlarına qəlbimizin balaca və dar qapılarını açmaq istəmirik? Yoxsa, o böyük sevinc v... | ANL |
ÖLÜLƏRİ XOŞBƏXT ETMƏK. (tarixin gecə klubundan musiqili görüntülər). Tamaşanın adı "Manqurt": ideyanın şəcərəsi qırğız yazarı Çingiz Aytmatovdan gəlir; Pantomim Teatrının repertuarına rejissor Ceyhun Dadaşovun niyyətilə gətirilib, Rus Dram Teatrının səhnəsində oktyabr ayının 3-cü günü oynanılıb. Amma mən gördüm, gördü... | ANL |
Ətirli güllər vadisi. Nəhayət, 1959-cu ildən Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə Füzuli şəhəri adlandırıldı. Qarabağ mahalının ən önəmli mədəni-iqtisadi, sənaye və aqrar mərkəzlərindən olan Füzuli rayonu Qədim Cavanşırlər elinin Bayat oğuz türklərinin yurd yeri kimi özünəməxsus tarixi ənənələrə malikdir... | ANL |
Gerçəkləşən arzular. Sonrakı üç il isə 23 saatlıq lokal antiterror tədbirlərinin hazırlığı imiş. Yekun olaraq, otuz il işğal altında qalmış torpaqlarımız İlham Əliyevin prezidentliyi dövründə son qarışına qədər azad olundu. Bu, minillik Azərbaycan tarixinin ən möhtəşəm və ən şərəfli hadisələrindəndir. Prezidentin də... | ANL |
Böyük Zəfərin zirvəsi - Bayrağımız Xankəndidə ucaldıldı. Məhz bu tarixdə hər bir azərbaycanlının 30 ildən artıq həsrətlə gözlədiyi, sonadək baş verəcəyinə inandığı o möhtəşəm hadisə gerçəkləşdi - Azərbaycanın suverenliyi rəsmən bərpa olundu. Prezident, Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı qədim və ta... | ANL |
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, "İstiqlal" ordenli Xalq şairi Məmməd Arazın 90 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirin moderatoru olan BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu çıxışında ... | ANL |
Sənətə və Fikrət Əmirov imzasına ehtiram nümunəsi. PROFESSOR ADİLƏ YUSİFOVA: "TƏHSİLDƏ DƏ, YARADICILIQDA DA QAZANILMIŞ UĞURLARLA ARXAYINLAŞMAQ OLMAZ". Böyük bəstəkarımız Fikrət Əmirovun adını daşıyan 6 nömrəli 11 illik incəsənət məktəbinin direktoru professor Adilə Yusifova ilə bu nüfuzlu təhsil ocağının keçdiyi yol... | ANL |
Sonra isə intibah dövrünün ədəbiyyatı gəlir. Dantenin "İlahi komediya"sı, Şeksprin pyesləri, Rablenin, Servantesin nəsr əsərləri, trubadurların fiziki hissiyyatı tərənnüm edən poeziyası, Fransua Viyonun şeirləri ədəbiyyat həvəskarlarının nəzərini həmişə cəlb edir. əsasən XVII əsrin əvvəllərində yazıb-yaradan Uil... | ANL |
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Pərvanə Əkbərovadır. Onunla məşhur fransız rəssam Pol Sezanın "Kart oyunçuları" əsərindən danışmışıq. O, Qərb rəssamlığında abstraksiyanın banisi kimi xatırlanır. Sezan daha çox natürmort, peyzaj və portret ustası kimi tanınır. 1870-ci illərdən plener... | ANL |
"N saylı qəhrəmanlıq": Vətən müharibəsi akademizm kontekstində. Sadıq Qarayev ədəbiyyatımızda "Sahilsiz təzadlar", "Sahibsiz kölgələr" romanlarının, esse, hekayə və elmi-bədii düşüncələr toplusu olan "Sarvansız zamanlar" kitabının müəllifi kimi tanınır. Onun yaradıcılığı alim kimliyi ilə yazıçı kimliyinin birləş... | ANL |
Azərbaycan kitabxana-informasiya sistemi zamanın fövqündə. Ölkəmizin mədəni inkişafında kitab və kitabxana işinin mühüm rolu var. Kitabxanalar xalqın bilik mənbəyi kimi bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Xalqın milli ruhda inkişaf etməsi, soy-kökə bağlılılıq, adət-ənənələrə sahiblik məsələlərinin ö... | ANL |
Və bu dəfə də birbaşa cavab verməyərək XIII yüzilin əslən Suriyadan olan, zamanında Xacə Nəsirəddin Tusinin Marağa elm mərkəzinə dəvət etdiklərindən biri, elə ömrü də 1286-cı ildə altmış yaşında orada tamamlanan, elə həmin Azərbaycan şəhərində də torpağa tapşırılan təbib, astronom, filosof, yazıçı, dilçi Əbül Fə... | ANL |
Səni tanımaq, ürək sözlərini dinləmək mənə bir insan kimi hüzur verərdi. Duyğularını öyrənmək nə böyük xoşbəxtlik olardı. Bəlkə bizim deyə bilməyəcəklərimizi sənin dilindən eşidəcəkdik. Vətəni sevməyin yanğısını öyrənərdik, bu hissin, bu amalın əslini bizə sən tərif edəcəkdin. Yaraşıqlı oğlan, dənizlər, okeanlar... | ANL |
Həmin ilin 1 oktyabr tarixində Ümummilli lider xalqa müraciətində qeyd etmişdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, p... | ANL |
Ədəbiyyat tariximizdə parlaq və unudulmaz imza. Sabirin, Səhhətin, Şaiqin balacalar üçün yazdığı məşhur şeirlərdən sonra uşaqlıq yaddaşımıza həkk olunmuş "Şaxta babanın nəğməsi" şeiri şair Əhməd Cəmil yaradıcılığı ilə ilk tanışlıq idi. Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü ildə oktyabr ayının 20-də İrəvan quberni... | ANL |
Yeddi igiddən biri. Zəngilanın timsalında Azərbaycanın müharibə tarixi ilə qoşa yaşadılacaq... Ömür yolu deyirik. Bu ifadə təkcə ömür kəlməsiylə ifadə ediləndə daha səmimi olur, həm də düşüncələri tərpədir də. Yolun yolu səslənişində bir anlaşılmazlıq da var. Cavan yaşından yaşadığı illəri ömürləşdirənlər haqqın... | ANL |
Xatirələrimdəki Mehdixan Vəkilov. İllər keçir, fəqət yaddaşlarda qalır. Bu düşüncələrlə yadıma fəal ictimai xadim, tarixçi, professor Mehdixan Yusifoğlu Vəkilov düşdü. O zaman idi ki, ötən əsrin 50-ci illərin ortalarında Mehdixan müəllim Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin edilmişdi. Səməd Vurğunun ye... | ANL |
Dostum, Xalq şairi Ramiz Rövşənə ədəbi məktub. Hər şey eşqdən yaranır. Eşq ehtirasın anasıdır, poeziyada ehtirasın ifadəsinə pafos deyilir. Bütün bunlarsız isə həqiqi şeir yaradılmır. Şeir sadəcə qafiyəli söz deyil, söz ilə musiqi arasında xüsusi bir zərif növdür. Tarixən bədii ədəbiyyatda məzmun və forma məsələlə... | ANL |
Şahmat dünyasında kompüter və süni intellekt erası. Tarix boyu şahmat oynaya bilən texnoloji avadanlıq icad etmək bir çox alim və mütəxəssisi düşündürüb. Bu mexaniki avadanlığın təsvirini çarxlı kabinə üzərində cökə ağacından hazırlanmış şahmat lövhəsinin qarşısında nəhəng bir türk cəngavərinin taxta fiquru ki... | ANL |
NAXÇIVAN DÖVLƏT MİLLİ DRAM TEATRININ AKTYORU SƏMƏD CANBAXŞIYEV: “MƏNİM ÜÇÜN SƏHNƏNİN BÖYÜYÜ, KİÇİYİ YOXDUR”. Teatr - bənzərsiz və sehrli məkan, dünyanın kiçik bir guşəsində var olan əsrarəngiz planetdir. İlk baxışdan həmin o əsrarəngiz planetin sakini olmaq, obraz canlandırmaq, başqa birisinə çevrilmək bəzilər... | ANL |
Xalq şairi Ramiz Rövşən gənclərlə görüşüb. Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış ədəbiyyat nümayəndələrinin gənclərlə silsilə görüşlərinə başlanılıb. Silsilə görüşlərin ilki oktyabrın 17-də Xalq şairi Ramiz Rövşə... | ANL |
Vətən müharibəsindən sonra Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində bütün səyləri puça çıxardı. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silah... | ANL |
Böyük uğurların baş memarı. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Dövlətimizn başçısı üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəran... | ANL |
AKADEMİK RAFAEL HÜSEYNOVUN "İKİNCİ OLMAYACAQ" ADLI KİTABI ÇAPDAN ÇIXIB. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun "İkinci olmayacaq" adlı kitabı "Elm və Təhsil" nəşriyyatında çapdan çıxıb. Müəllifin Ulu öndər Heydər Əliyevin gerçəkləşən arzusuna - Qarabağ s... | ANL |
"15 oktyabr Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biridir". Azərbaycan dövləti son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, mühüm nailiyyətlərə imza atıb. Ölkəmizin əldə etdiyi uğurlar, aparılan siyasət onu regionun lider dövlətinə, beynəlxalq müstəvidə güclü, nüfuzlu... | ANL |
18 oktyabr – Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü adlı virtual sərgi. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbayc... | ANL |
Xaricdə təhsil alan gənclər - Azərbaycanın güclü kadr və intellekt potensialı. BÖYÜK BRİTANİYANIN ESSEX UNİVERSİTETİNİN DOKTORANTI AYGÜN AZADOVA: "AZƏRBAYCANA NOBEL MÜKAFATI QAZANDIRMAQ ƏSAS HƏDƏFİMDİR". Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun... | ANL |
Şagirdlərin elektron yerdəyişməsi: təhsildə daha bir müsbət yenilik. Oktyabrın 23-dən etibarən II-XI sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdl... | ANL |
Asta-asta həzin qüssə bürüyər, Yaxınları, uzaqları payızda. Ağ buludlar səslənər təbil kimi, Yerdə otlar səksənər təbim kimi. Ayrılığa köklənər qəlbim kimi, Bu dağların bulaqları payızda. Qəlbin qəm dağıdar, telin küləklər, Sevilmək ümidi sönməz ürəkdə. Bir gözəlin bəxtini səsləməkdən, Çat-çat olar dodaqları ... | ANL |
Adına gəbə deyib, Asdı gözümüzün qabağına dünyanı. Dünyamız gəbə qaldı, Biz anlayana qədər naxışlarda. Ata sözünü öz dilində. çatdırdı bizə Anam. yüz ildən sonra çatacaq. Anamın hər ilməsində, Hər naxışında, Hər palazında, Hər gəbəsində. Ata sözünü cejimlərə toxuyub, Xurcunlara doldurdu Anam. Övladlara sovqat olsun dey... | ANL |
Müharibədən yazanda heyrətə gəlirəm. İlk hücuma keçən tank batalyonundakı igidlər necə olublar? Bu mexanikləşdirilmiş batalyonun komandiri, kapitan Şahnur Hüseynov döyüşə getməyə bilərdi. Onun haqqında müharibə ilində yazmışdım. Rəhbərlik etdiyi 3 bölüklə Ohanyan səddini yaran qəhrəmanımızdan yazanda bölüklərdən... | ANL |
JURNALIN NƏŞRİ MÜNASİBƏTİLƏ 56 İL ƏVVƏL BƏSTƏLƏNMİŞ MAHNI İNDİ ÖZ İFA ÖMRÜNÜ YAŞAMAĞA BAŞLAYIB. Jurnalın baş redaktoru, şair Qulu Ağsəsin sözlərinə görə, təsadüfən tapılan və "Ulduz" junalının ilk nömrəsinə həsr olunmuş bu mahnının musiqisi görkəmli bəstəkar Ağabacı Rzayevaya, sözləri mərhum şair Hikmət Ziyaya... | ANL |
Arif Məlikov fenomeni haqqında dəyərli nəşr. Arif Məlikov şəxsiyyəti mənə çox zaman məğrurluq ifadəsini xatırladır. Doğrusu, böyük heyranlıqla izlədiyim "Axırıncı aşırım" filminin musiqisinin məhz ona məxsus olduğunu oxuduqda qəribə hisslər keçirmişdim. Bu gözəl musiqi necə böyük dramatizmə malikdir, necə sonsuz... | ANL |
Ədəbiyyat tariximizdə parlaq və unudulmaz imza. Amma bu tərcümə yarımçıq da qala bilərdi. Əhməd Cəmil şeirlərinin birində yazırdı: Vaxtında gəlmişik bu dünyaya biz. Bu dünya yenidən qurulmalıydı. Həqiqətənmi o, həyata vaxtında gəlmişdi? Görüləsi işlər çox idi, ancaq tərcüməçinin səhhəti yaxşı deyildi. Yalnız ik... | ANL |
Şəhər Günün mübarək, əziz Zəngilanım. Həmin günlərdə Azərbaycan Ordusu Füzuli, Cəbrayıl rayonlarının ərazilərini işğaldan azad edə-edə Zəngilana doğru irəliləyirdi. Qanlı döyüşlərin nəticəsində şəhər və kəndlərimiz ard-arda düşməndən təmizlənir, bütün xalq səbirsizliklə növbəti yaşayış məskənlərimizin azadlığına ... | ANL |
Mənəviyyat ucalığı. AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ QSC-nin FƏALİYYƏTİ BARƏDƏ DÜŞÜNCƏLƏR. Azərbaycanda televiziya məkanı genişlənib və ilk baxışda buna müsbət yanaşılır. Ancaq təəssüflər olsun ki, özəl televiziya kanallarında mənəvi-əxlaqi dəyərlərə ciddi zərbə vuran verilişlər çoxluq təşkil edir. ... | ANL |
Günay Əfəndiyeva ilə bağlı dost yazısı. 2000-ci illərin lap başlanğıcında Xalq yazıçısı Elçin Əfəndiyevlə ikinci görüşümüz zamanı övladları haqda qürurla danışırdı; bu, onun övladları ilə qiyabı tanışlığın ilk anı idi; sonra bir neçə dəfə Çingiz Əlioğlu danışıb böyük ədib, dramaturq İlyas Əfəndiyev və onun nəvələri ba... | ANL |
Aytəki nənənin xatirələri və duaları. Qarabağsız illərdə neçə-neçə vətən sevdalısı yurd həsrəti ilə dünyadan köçdü, fəqət Allahdan ömür payı alıb o əziz yurdun vüsalına yetişənlər də az olmadı. Ötən günlərin birində Azərbaycan Televiziyasının hazırladığı reportaj bu baxımdan həm qürur hissi, həm də kövrək duyğ... | ANL |
Bu gün Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin üçüncü ildönümüdür. Həmin gün eyni zamanda Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəl... | ANL |
Mənəvi sərvətə çevrilmiş mahnılar: onları təhrifdən qoruyaq! Vaxtilə televiziya verilişlərinin birində aparıcı böyük müğənni, ustad sənətkar Rəşid Behbudovdan soruşdu ki, bir mahnının üzərində neçə gün işləyirsiniz? Ürəyimə yatan mahnı olmasa, qətiyyən oxumaram. Oxumaq istədiyim mahnını isə, loru dildə desəm, t... | ANL |
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Lakin alman hökuməti heç vaxt ona müdaxilə etməmək barədə vəd vermədi. Avstriyanın özünün göstərdiyi güzəştlər isə Avstriyanın müstəqilliyinin sonunun başlanğıcı nişanəsi idi. Avstriya alman dövləti kimi hərəkət etməyi, antinasist təbliğatını kəsməyi, təqrib... | ANL |
Böyük ustad Nasir Mənzuriyə. İri bir qutudakı quşları satan yaşlı bir kişi idi. Quşlar da qağayı kimi tərtəmiz idilər, bilinirdi ki, əsl quşbaz satır bunları. Alayı vaxt bu boynugüllü beş quşun qiymətinə dəyərdi. Abi pulunu verib quşları qutuyla götürüb gəldi bağa. Üç gün sonra aldığı beş quşun ikisini Zirədən g... | ANL |
Könüllərə xitab edən gözəllik. Yalın, amma dərin məna daşıyan bu söz tarixi yerləri ziyarət edərkən daha da çox yada düşür. Fikirləşirsən ki, bu saraylarda, qəsrlərdə bir vaxtlar gör kimlər yaşayıb, kimlər gəzib-dolanıb, kimlər yazıb-yaradıb, ölüm fərmanları imzalanıb, edamlar edilib, doğumlar olub, şənliklər qur... | ANL |
İnsanlığın və elmi yaradıcılığın Vasif Babazadə fenomeni. Ömrünün təzəcə qeyd etdiyimiz 85 ilinin, nə az-nə çox, düz 65 ilini Bakı Dövlət Universitetinə həsr etmiş akademik Vasif Babazadə bu müqəddəs ali məkanda hamının hörmətlə, məhəbbətlə qarşıladığı tanınmış bir şəxsiyyətdir. Fenomenal bir şəxsiyyət olan Vasif... | ANL |
Dərinliyinə varanda nələr, nələr gizlənir arxasında. Deyirlər Tanrı hamını eyni yaradıb. Həmişə razılaşmışam bu fikirlə. Lakin Tanrı bizləri bərabər yaratdığı kimi, hərəyə fərqli ömür, fərqli tale bəxş edib. Kim necə bacarıbsa... Amma Tanrının xəlq etdiyi insan övladının içindən seçilmişlər adlı bir yolun yolçu... | ANL |
Müsahibimiz Əməkdar artist Nəcibə Hüseynovadır. - Nəcibə xanım, səhnədə görünməyi kadr arxasından eşidilməyə dəyişmisiniz. Səhnədə gözünüz qalmayıb ki? Bundan sonra ancaq dublyajda işləyəcəyəm. Mən özüm keçmişdə teatrda işləyib kinolara çəkilsəm də, sonradan bu işə bağlandım. Yəni vəziyyət belə gətirdi və mən q... | ANL |
Yenicə başlayıb yağışlar. Axşamlar sahildə gəzərkən əllərini cibində saxlayırsan ki, soyuq kəsməsin. Səhərlər günəş özünü nə qədər aydın göstərsə də, uzunqol köynəyin üstünə gödəkcə keçirirsən. Asfaltın ortası ilə yeriyən itlər indi özlərinə beş-altı aylıq "kirayə evlər tutub". Həyət evlərinin kandarında canların... | ANL |
HƏYAT QƏDƏR TƏBİİ. Bu kəlmə onun adından sonra, soyadından əvvəl işlənir - Süleyman Sani Axundov. Amma ondan sonra gələnlər bu suala cavab verməyə çalışıblar və hərə səbəbi öz bildiyi kimi yozub. Bəziləri deyiblər ki, Süleyman Axundovun vaxtilə işlədiyi məktəbdə Süleyman Əbdürrəhmanov adında bir başqa müəllim də ... | ANL |
Müasir qloballaşma şəraitində, sərhədlərin getdikcə bir-birinə yaxınlaşan və dünyanın həmişəkindən daha çox bir-birinə bağlı olduğu bir dövrdə mədəni irsin və mədəniyyətlərarası ünsiyyətin qlobal mənzərəmizin formalaşmasında nə qədər mühüm rol oynadığı hamımıza məlumdur. Bugünkü reallıqda bu missiyanı uğurla hə... | ANL |
"BU SƏNƏTDƏ BÜTÜN ARZULARININ ÜSTÜNDƏN XƏTT ÇƏKİB ÖZ FƏALİYYƏTİNİ DAVAM ETDİRƏN İNSANLAR VAR". İstedad özü özlüyündə istedad kimi qalır, lakin onun bir məktəbi olmalıdır ki, özünü inkişaf elətdirə bilsin. İstedadı olub, təhsili olmayan birinin o peşəyə yiyələnməsi uzun illər aparacaq. Pedaqoq hər bir tələbəni ... | ANL |
Həmin dövrdə YB-nin nə qədər üzvü olduğunu dəqiq deyə bilmərəm. Amma böyük salon ağzına qədər dolu idi. Qurultaya tək qələm adamları arasında deyil, bütünlükdə cəmiyyətdə böyük maraq vardı. Yazıçıların məclisinə marağı artıran amillər sırasında onun müstəqillik dövrünün ilk qurultayı olması və Prezident Heydər Əl... | ANL |
Qələmsiz yazılanlar. status-esselər. Əsgəran qalası üzərində belə qürurla dayanmaq, belə şəstlə gəzmək başqa kimə müyəssər olub ki?! Yuxuları beləcə gerçəyə çevirməyi başqa kim bacarıb?! Bu, həm də qalibiyyət sevincindən doğan göz yaşlarıydı. Əsgəran qalası üzərindəki məğrur duruş isə dünyaya, erməni faşizminə... | ANL |
Oktyabrın 18-də rejissoru və ssenari müəllifi Karan Sinqh olan "Oğul" filmi geniş ictimaiyyətə təqdim edildi, film izləyicilər tərəfindən olduqca maraqla qarşılandı. Film böyük zəhmət, detallı araşdırma, çətinliklər bahasına ərsəyə gəlib. Enriko Sarsinin nəql etdiyi hekayələrdən yola çıxan rejissor üç il Azərbay... | ANL |
Tarixi həqiqətlər. Bu gün hər birimiz ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə görə qürurlanır, bu Vətənin övladı olmağımızla fəxr edirik. Hərbi əməliyyatlar “Dəmir yumruq” adlı hərbi döyüş taktikasının yüksək peşakarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Bununla da Müstəqil Azərb... | ANL |
Tələbələr üçün Prezident təqaüdü: inkişaf üçün mühüm stimul. Bu günlərdə Prezident İlham Əliyev 2023-2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü verilməsi barədə Sərəncam imzalayıb. Dövlət İmtaha... | ANL |
Çaparaq notlar. Bir filmin qəribə taleyi. Əsər bir çox dillərə tərcümə edilib. Əvvəla, onu deyim ki, həmin hekayəni məşhur rus dramaturqu və yazıçısı Edvard Radzinski ssenariləşdirmişdir. Orasını da qeyd edim ki, Radzinski nədənsə (zənnimcə, yazıçının razılığı olmadan) filmdəki versiyada adları dəyişərək "rusla... | ANL |
kitabından dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisi Müslüm Maqomayevlə bağlı xatirəsindən bir parçanı oxuculara təqdim edirik. Rayon filarmoniyasında işləyəndə tez-tez raykom işçiləri üçün böyük qapalı konsertlər vermək imkanımız olurdu. Belə tədbirlər, bir qayda olaraq, Sütunlar salonunda keç... | ANL |
Müstəmləkəçiliyə qarşı Azərbaycan cəbhəsi. Ölkəmizdə keçirilən tədbirlər, o cümlədən, onların sayının çoxluğu heyrət doğurur. Düzdür, bəzən tədbir xatirinə tədbirlərə rast gəlinir. Sosial şəbəkələrin sayəsində adi, sıradan yığıncaqlar da bəzən elə reklam edilir ki, sanki fövqəladə nə isə baş verib. Qaynar Azərbay... | ANL |
Bütövlük günü. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Ağdərə və Xocalı şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımızı ucaltmışdır. Ardınca da cənab Prezident Xankəndidən Azərbaycan xalqına müraciət edərək anal... | ANL |
Hüqonun geniş oxucu kütləsi tərəfindən sevilən digər bir əsəri "Paris Notr-Dam kilsəsi" bir tərəfdən bu möhtəşəm memarlıq abidəsinə ikinci həyat vermişsə, axı onun qüllələri müəllifin soyadının baş hərfinə bənzəyir, digər tərəfdən füsunkar Esmeraldanın, zahirən eybəcər, daxilən onu əhatə edənlərin hamısından göz... | ANL |
Süleyman Saninin Qarabağa dönüşü. Çünki bir-birlərinin qədir-qiymətini bilirdilər, çünki bir-birləri ilə əl-ələ, ruh-ruha, çiyin-çiyinə idilər - həyatda olanlar və həyatda olmayanlar. Həyatda olanlar həyatdan getmişləri də sıralarında təsəvvür edirdilər, lazım gələndə onların müdafiəsində idilər, qoymurdular ki,... | ANL |
Fədakarlıq və sədaqətin Mişkinaz Cavid örnəyi. AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Böyük şairimiz və dramaturqumuz Hüseyn Cavidin 100 illiyi qeyd olunan vaxtlarda Mişkinaz xanımın Naxçıvan şəhərində yaşayan yaxın qohumu milyonçu Mirzə ... | ANL |
Güney Azərbaycan folklorunda xalq həyatı və milli kimlik nişanələri. V əsrdə qələmə aldığı "Tarix" əsərində Azərbaycanın qədim dövləti Midiyanın süqutu və İran dövləti tərəfindən işğalının səbəblərini özündə yansıdan əfsanələri - xalq təfəkkürünün məhsulları olan "Astiaq", "Tomris" kimi folklor örnəklərini cazib... | ANL |
Azərbaycanda elm və təhsilə ayrılan vəsait ilbəil artır. "DAVAMLI ARTIM ÖLKƏDƏ BU SAHƏNİN PRİORİTET OLDUĞUNU GÖSTƏRİR". 2024-cü ildə dövlət büdcəsindən təhsil sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin məbləği açıqlanıb. Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, son illər təhsil sahəsinə ayrılan vəsaitlər... | ANL |
Bir rolda sənət möhtəşəmliyi. AKTYOR SABİR MƏMMƏDOVUN "DANTENİN YUBİLEYİ"NDƏ OYNADIĞI KƏBİRLİNSKİ ROLU HAQQINDA İSTİ-İSTİ DÜŞÜNCƏLƏR. 2023-cü ilin iyun ayında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəni Milli Dram Teatrına bədii rəhbər təyin etdilər. "Dantenin yubileyi"nin yaradıcı heyəti və rol bölgüsü bar... | ANL |
"Topxanadakı sükut"la deyilənlər. Təranə Turan Rəhimli bədii düşüncəsinin özünəməxsusluğu, yaradıcılıq aləminin zənginliyi, yüksək erudisiyası, fəhmi ilə ədəbi prosesdə fərqlənən qələm sahiblərindəndir. Həm poeziya, nəsr, publisistika və tərcüməçilik sahəsində uğurları, həm də ədəbiyyatşünaslıq üzrə araşdırmaları, t... | ANL |
Yaman sənsizliyə öyrətdin məni, Dağlar qarsız qalıb, təpə dumansız. Tutub əllərindən acı həsrətin. Mən odu sovrulmuş ocağam indi, Bir dəli sevgini döndərdin külə. Özünə yolunda qıyan qəlbimi. Sən daşa döndərdin günün birində. Getmək istəyirəm bu daş dünyadan. Gözümdə əbədi gözlərin qalsın. Mənə bu dünyada yaşatdığın... | ANL |
AYB Şabran bölməsinin rəhbəri. Bir oğlun gəlir qoynuna. Torpaq üstdə gəzib dolaşıb, Bəlkə tapmayıb axtardığını. Gözləri dolana-dolana. Gəlir sənin qucağına. Aldın oğlunu qoynuna, Daha sevin, torpaq ana, Dünyaya gələn övladını. beləcə basmazdı bağrına. əllərində bayraq tutmuş. Gərək deyil sidr-kafər, nə mürdəşir, Qanım ... | ANL |
İsrafil ağa Qazaxda məscidin qarşısına gələndə görür ki, Gəncə quberniyasından göndərilmiş bir çar rəisi camaatın üstünə ağzına gələn təhqiramiz sözləri, söyüşləri yağdırır. Ağanın şapalağı açılan kimi rəis dığırlanıb öz atından bu el igidinin atının dırnaqları altına düşür... Alacaq payını haqqı saymayan, Bu ... | ANL |
Müstəqillik dövrünün 10 ili: Azərbaycana xaricdən baxış. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabı Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və universitet əməkdaşlarının zəhm... | ANL |
"Azərbaycan Prezidenti öz adını dünyanın hərb tarixinə birdəfəlik həkk etdi". Pərvanə SULTANOVA. Son 20 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində kompleks addımlar atılıb. Hər şeydən öncə beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu və yeri əhəm... | ANL |
Tanınmış jurnalist Adil İrşadoğlunun 70 yaşına. Şəfəq NASİR. Filologiya üzrə fəlsəfə doktoru. Həyatda bir-birinə bənzəməyən yollar çoxdur. İlk insan ləpirindən başlamış, təkəmseyrək otlarla örtülən cığırlar, enişli-yoxuşlu, daşlı-kəsəkli dolanbaclar, sonsuzluğa uzanan yollar. Əsas olan da budur ki, açdığın yolda ... | ANL |
Çaparaq notlar. Qriboyedovla Abbas Mirzənin söz "döyüşü". Türkmənçay müqaviləsinin imzalanması ərəfəsində şahzadə Abbas Mirzə ilə rus diplomatı A.Qriboyedov arasında sərt danışıqlar olub... Rusiya-İran müharibələrinin başa çatması ərəfəsində diplomatik danışıqlar başlanır. Həmin danışıqlardan fraqmentlər: Qriboy... | ANL |
Hərb tariximizdə Heydər Əliyev fenomeni. Heydər Əliyev adına Hərbi Liseyin tarix müəllimi. Qədim anadilli yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud"da da əks olunduğu kimi, ta VII əsrdən üzü bəri yadelli istilaçıların işğalçı müharibələrinə qarşı qəhrəmancasına vuruşan igid oğullarımızın şöhrəti hər bir dövrdə dü... | ANL |
Gözəllikdən teatr estetikasına: teatrın fəlsəfəsi Adil Əsədovun təqdimatında. İsa HƏBİBBƏYLİ. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik, Uzun illər ərzində gözəlliyin fəlsəfəsini və estetikasını dərindən araşdırmış görkəmli filosof Adil Əsədov özünün teatr mövzusuna gəlişin... | ANL |
Siyavuş Kərimi: “Musiqi Forumunda dediyim fikirlər təhrif olunub”. Oktyabrın 29-da Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin Azərbaycan musiqisi və ölkəmizdəki səsyazma studiyaları ilə bağlı səsləndirdiyi fikirlər bəzi mətbuat orqanla... | ANL |
STEAM təhsil metodu ifrat ixtisaslaşmaya və təcridə qarşı. AZƏRBAYCANDA BU METODUN GENİŞ TƏTBİQİ ÜÇÜN FAYDALI ADDIMLAR ATILIR. Bakının ümumi təhsil müəssisələrinin şagirdləri Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcəklər. Festivala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.