text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Hitler ağalığı dövrü. 13 martda beləliklə, Avstriyanın mövcudluğu başa çatdı. Martda Hitler göstəriş verdi ki, yenidən Ostmark adlanan bu ölkə yeddi nasist əyalətinə bölünməklə, Alman Reyxinə bütünlüklə inteqrasiya olunsun. "Avstriya" tarixi, beləliklə, rəsm...
ANL
Yazıçı ömrünün xoşbəxt günü. Gözlərim önündə bu romandakı bir situasiyanın təkanından doğan təbii və duyğusal bir mənzərə canlanır. İlahinin hansısa bir diktəsi ilə balaca Əli ata-anasından ayrılıb Ağdamda dayısı evində yaşamağa etiraz etmədiyi kimi, anası da bütün Qarabağda bir aktyor kimi tanınan və sevilən qa...
ANL
Müqtədir sənətkar Uilyam Folknerin məşhur "Hay-küy və hiddət" romanının dilimizə tərcüməsini bitirdim. Əsər gəlib əlinizə çatmamış aşağıdakı yazını oxusanız, yaxşı olar. Əvvəlcə orijinaldan tərcümə barədə. Əziz dostlar, bilmirəm hansı səbəbdən, amma bizdə "orijinaldan tərcümə" bir növ fetişləşib. Dastan açmaq istəm...
ANL
Elə kitablar var ki, yaranırlar, sonra əsrlərcə yaşayırlar, hər yeni zamanla müasir ola bilirlər. Elə kitablar da var ki, yaranır, müəyyən siyasətlərin, inzibati yönəltmələrin sayəsində əl-əl gəzir, sanki hamı tərəfindən oxunur. Amma qısa bir müddət keçir, tarix süni şöhrət havasını dağıdır, dünənəcən ətrafında ...
ANL
Bu yaxınlarda "Libraff" kitab evində Dilarə Adilgilin "366 gün və ya uzun ilin inancı" adlı kitabının keçirilən təqdimatında söz deyənlər nəsrin janr məsələsinə gəldikdə bir qərar verə bilmirdilər. Maraqlı "Ön söz"ün müəllifi, səriştəli mütəxəssis kimi tanıdığım professor Bədirxan Əhmədov bədii xronika, publisist...
ANL
Qara damın suvağı və nənəmin qabyuyan maşını. YAŞLI QADINLAR TELEVİZORDA KİŞİ GÖRƏNDƏ YAŞMAQLANIRDILAR. Sizin yadınıza gəlməz. Siz deyəndə, iyirmi birinci əsrin uşaqların nəzərdə tuturam. Lap əvvəllər hər evdə televizor yox idi. Televizor olan ev xüsusi diqqətdə olardı. Kəndimizə ilk televizoru İsmayıl babam xaricdən,...
ANL
Erkən nikah və onun ağır fəsadları: müasir cəmiyyətdə aktual problem. Azərbaycanda erkən nikah dedikdə yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olması nəzərdə tutulur. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşən son yaş həddidir. Beynəlxalq standartlara g...
ANL
"Diplom bilikli və bacarıqlı olmağın tam göstəricisi deyil". Artıq yay fəsli son akkordlarını vurmaq üzrədir. Bu o deməkdir ki, yeni tədris ilinin başlanğıcına sayılı günlər qalıb. Yəni çox keçmədən ölkənin bütün təhsil ocaqlarında yenidən həyat canlanacaq. Təhsil haqqında çoxumuz yazırıq, hamımız bu mövzu ətrafında d...
ANL
Sərbəst şeir poeziyada yenilikdirmi? O, şeir tarixində yeni mərhələmi deməkdir? Bəzilərinin fikrincə sərbəst şeir, qafiyəli şeirdən daha əvvəl yaranıb. Qafiyə sonrakı hadisədir, mətn yadda qalsın deyə şeirə əlavə olunub. Amma bir şey var ki, altmışıncı illərdə sərbəst şeirin ədəbiyyatda geniş vüsat alması çoxlarının əl...
ANL
Gürcüstan paytaxtı ilə bağlı adamların ehtiyacları müxtəlifdir: Tiflisə avtomobil hissələri dalınca gedənlər də var, elə-belə Rustaveli prospektini görməyə gedənlər də. Mən Tiflisə əsasən "ədəbiyyat gətirmək" üçün varıb gedən azsaylı qardaşlardanam: bir-iki nəşriyyata, Maçabeli-13 ünvanında yerləşən Gürcüstan Yazıçı...
ANL
Qərbi Azərbaycanın böyük oğlu - Bala Əfəndiyev. "Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana verilmişdir. Mən inanıram ki, bizim bölgədə hər şey Azərb...
ANL
Xaricdə təhsil: hansı məqamlara diqqət yetirməli? İnformasiya texnologiyaları sürətlə inkişaf etdikcə, yeni ixtisaslar üzə çıxdıqca xaricdə təhsil almaq istəyən gənclərin sayı da artır. Təhsil üçün xaricə üz tutanlar daha çox öz akademik fəaliyyətlərini genişləndirmək, indiki zamanda daha çox ehtiyac duyulan ixtisasl...
ANL
Azərbaycan-Özbəkistan münasibətləri: tarixi bağlılıq daha da möhkəmlənir. Azərbaycan və özbək xalqları arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan Azərbayc...
ANL
"Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti". BAKIDA BU MÖVZUDA BEYNƏLXALQ ELMİ KONFRANS TƏŞKİL EDİLİB. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu "STMEGI" və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birg...
ANL
Sərsəng su anbarı texniki və ekoloji problemlər içində. Qarabağ iqtisadi rayonunda yerləşən və 47 ildir ki, istismar edilən Sərsəng su anbarı qəzalı vəziyyətə düşüb. Son on ildə anbara heç bir texniki baxış keçirilməyib, hidrotexniki qurğular yenilənməyib, bəndlər bərkidilməyib. 30 il erməni işğalında olan Sərsəng su...
ANL
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Mariya Luizanın sədaqətsizliyi Napoleonu çox kədərləndirirdi. Varşavada yaxınlıq etdiyi madam Valevskaya (Mariya Valevskaya) ondan bastard oğul doğmuşdu və onu da götürüb sürgündə yaşayan Napoleona qonaq gəldi. Sonralar Vyanada babası I Frantsın Şönbrunn sarayında...
ANL
Səni verənə şükür! DOSTUM FƏXRİ UĞURLUNUN DOĞUM GÜNÜNƏ. Sevdiyin adam haqqında yazmaq çox çətindi. Necə yazasan ki, sən tanıdığın adamı bir başqası da o cür tanıya bilsin; onu hansı sehrli sözlərlə təqdim etməlisən ki, yad adam üçün də doğmalaşsın? İndi otuz ilin yaratdığı təəssüratı bir səhifədə necə verəsən? Fəxri ...
ANL
Sədaqət: eşqin və gücün simvolu kimi. Şəmsin ölümündən, kiçik oğlunun "xəyanətindən", monqolların amansız yürüşündən sonra Mövlana ibadətgahının aşpazı Yusifdən soruşmuşdu: - Bilsən ki, bütün həyatın boyu məndən öyrəndiklərin yalandı, yenə mənə sadiq qalacaqsan? Sədaqət, Şərq fəlsəfəsinə və irfanına görə, eşqin mütləq ...
ANL
"Ədəbiyyatda heç kim heç kimin yerini tutmur". Əvvəllər bunu bizdən yaşlılar deyərdilər, indi mən də elə hiss edirəm. Bədən ruhun alətidir. Bədən getdikcə kəsərdən düşür. Məsələn, artıq pilləkəni əvvəlki kimi sürətlə qalxa bilmirsən. Bircə yol yolun yiyəsi olmadım". Hekayə qəhrəmanlarınızdan birinin sözləridir. Qoşulu...
ANL
Adi günləri tarixə döndərmək qüdrəti. O, dünya siyasətinin nəhəngləri ilə oturub-durub. Dünyanın ən böyük dövlətlərinin adı tarixə həkk olunan liderləri onun haqqında ən yüksək tərifləri dilə gətirib - özü həyatda olanda və ömür yolu bitəndən sonra. Onun sevənləri həmişə çox olub, ancaq həyatının bütün mərhələlər...
ANL
Azərbaycan yazıçılarının növbəti, X qurultayının 1997-ci il oktyabrın 30-na təyin edildiyi artıq bir neçə ay əvvəldən bəlli idi. Onu da bilirdik ki, dövlət başçısı, yazıçıların böyük dostu Heydər Əliyev işlərinin həddindən çox olmasına baxmayaraq, qısa müstəqillik dövrü tarixində ilk dəfə keçirilən bu qurultayda Azərb...
ANL
Müstəqilliyimiz əbədi və sarsılmazdır. Avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənədin qəbulunun 32 ili tamam oldu. Tarixə nəzər salsaq görərik ki, hələ buna qədər - 1990-cı ilin iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və məhz ...
ANL
XXI yüzilliyin ikinci onilliyində yaşayan bəşər tarixi hər şey görüb - ağrı-acı, təbii fəlakətlər, müharibələr, qan-qada, aclıq, susuzluq... İnsanlar elə dönəmlərdə yaşayıb ki, çörəyin qırıntısına, suyun bir damlasına həsrət qalıb. Yadımdadır, İkinci Dünya müharibəsinin acısını yaşayan anam danışardı: "Atam evə un gə...
ANL
Mistik ovqat və aydın həqiqətlər. Deyirlər, söz adamları, qələm əhli bizə əsərləri qədər yaxındır. Yazarın kitabları, gələcəyə əmanət etdiyi əsərləri onun el-obaya bağlılığı, xalqına, millətinə sədaqəti, narahat dünyası, yuxusuz gecələridir. Çağdaş poeziyamızın tanınmış simalarından biri, şair-publisist, tərcüməçi,...
ANL
Sən həyata gülümsə... ...Mən onun kədərli görkəmində, zəif düşmüş vücudunda, soluxmuş çöhrəsində, işığı azalmış gözlərində, "qan ağlayan" baxışlarında, ixtiyarsız hərəkətlərində, qırıq-qırıq, fasilələrlə, amma tam aydın ifadə etdiyi fikirlərində, susaraq söylədiklərində... insan əzabının "zirvə"sini gördüm! Hərdən...
ANL
Ziyalılıq kütləvi ola bilməz. Təxminən 40 il bundan əvvəl demişəm və yazmışam: sənin "Kredo"n XIX əsr rus ictimai-ədəbi fikri tarixində böyük rol oynamış Nekrasovun "Sovremennik"i kimi millətin ədəbiyyat qəzeti nüfuzunu qazandı. Bu barədə hələ çox yazılacaq. Demək istəyirəm ki, ədəbi dostluğumuzun 30 ili həsrət müstə...
ANL
Elçin dramaturgiyası: müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı kontekstində. Müstəqillik dövründə Azərbaycan ədəbiyyatında dramaturgiya da uğurla inkişaf edib. Bu inkişafda rol oynayan sənətkarlar əvvəlki ənənələrin davam və inkişaf etdirilməsinə də vəsilə olublar. Xüsusilə Azərbaycan milli dramaturgiyasının nəhəng ...
ANL
Ümummilli liderə həsr olunmuş dəyərli nəşr. Bu il biz Azərbaycan xalqının tarixinə silinməz izlər həkk edən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük qürur və coşqu ilə qeyd edirik. Ən sadə vətəndaşından, ən nüfuzlu şəxsinə qədər hər bir azərbaycanlının onun haqqında deməyə sözü var. İlin ə...
ANL
Azərbaycan Dili və Ədəbiyyatı Forumu: maraqlı tədbirlər, faydalı müzakirələr. Sentyabrın 1-də ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu işə başlayıb. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə,...
ANL
Elçin dramaturgiyası: müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı kontekstində. Xalq yazıçısı Elçinin dramaturgiyasını və onun dram sənətkarlığını səciyyələndirən tədqiqatçı İftixar Piriyev yazır: "Elçin yaradıcılığına xas olan cəhətlər - dərin psixologizm, parlaq tipajlar qalereyasının özünəməxsusluğu, obrazların daxil...
ANL
Mən son vaxtlar kənd prozası üslubunda yazılmış əsərlərin tanınmış müəllifi olan yazıçı dostumla tez-tez məktublaşırdım. Bizim epistolyar janrımız adətən ədəbiyyata həsr olunurdu, çünki dostum bu məsələdə özünü at üstündə olan Orta Əsrlər Avropasının cəngavəri kimi hiss edirdi. Son məktubunda o, sözün qeyri-adi gücü,...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Əli Hüseyndir. Onunla məşhur rəssam Piter Paul Rubensin "İki Satir" əsəri haqqında danışmışıq. Rubens öz əsərlərində barokko dövrünün canlılığını və həssaslığını əks etdirən flamand rəssamıdır. Rubensin yaradıcılığı Breygel realizmi ilə Venesiya məktəbinin...
ANL
Bəlkə də çətinliklər olmasa, xoş günlərin qədri bilinməz. Oxşar məqamları mən də yaşamışam, on dörd-on beş yaşımda revmatizmdən yataq xəstəsi olmuşam və bir il altı ay yeriyə bilməmişəm. Ölmüşəm, qəbrim qazılıb, ayılmışam və qırx il İlaxır çərşənbədə öz qəbrimin üstündə şam yandırmışam. Xəstəlikdən ayılandan sonra üç ...
ANL
O vaxt - 1970-ci illərin əvvəllərində, SSRİ-nin dünyanın iki ən batılmaz fövqəlgücündən biri olduğu çağlarda kiminsə ürəyindən keçsə də, hər halda məntiqlə düşünən adam idisə, ağlına sığışmazdı ki, bu boyda dövlət param-parça ola bilər, Sovet İttifaqına daxil cümhuriyyətlər azadlığa çıxıb müstəqil dövlətlər kimi yaşa...
ANL
Ölkənin aparıcı mətbu orqanlarından olan "Xalq qəzeti" bir neçə aydır oxucuların görüşünə öz yeni siması, maraqlı yazıları və fərqli tərtibatı ilə gəlir. Bildiyimə görə, istər paytaxtda, istərsə də regionlarda qəzetin hər yeni nömrəsi oxucular tərəfindən maraqla qarşılanır. Əlbəttə ki, bu, son vaxtlar kollektivin ə...
ANL
Xoşbəxtliyin ötəsindəki xoşbəxt. Uzun illər öncə Almaniyada siyasi analitika ilə bağlı təlimdəydik. Misirli kurs yoldaşım məndən qəribə bir xahiş elədi. Mənə bir yaxşılıq elə: sən jurnalistsən. Ona mənim adımdan rusca bir məktub yaz, öz adımdan məni çoxlu təriflə. Məktubu qıza verəcəm". Sifətimin ifadəsindən narahat o...
ANL
Vətən sevdalısı. İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda şəhid olub adını tarixə yazan minlərlə igidlərdən biri də Zaur Nizami oğlu İsmayılzadədir. 29 iyul 1995-ci ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olan bu Vətən sevdalısı həyatı dərk edən gündən ana yurdu Azərbaycanın hər qarışına ürəkdən ba...
ANL
Azərbaycan Ordusunun əsgəri Nahid Vahid oğlu Məmmədov 27 sentyabr 2020-ci ildə işğal altında olan ərazilərin azad edilməsi uğrunda savaşa könüllü gedib. İndisə Xəzər rayonu Binə qəsəbəsində Şəhidlər xiyabanında uyuyur. Anası Səadət xanımın danışarkən hələ də "uşağım" dediyi Nahid birdən-birə azad olunmuş torpaqlarda...
ANL
Naxçıvanda məhkəmə orqanlarının tarixi: XIII-XV əsrlərin mənzərəsi. XIII-XV əsrlərdə Naxçıvanda məhkəmə orqanlarının strukturu və fəaliyyəti barədə təfərrüatlı məlumatlar olmadığından, hələ ki bu haqda geniş şəkildə söhbət açmaq mümkün deyil. Lakin əldə edilən müəyyən fakt və məlumatlar mövzu barədə bəzi mülahizələr y...
ANL
Vəfa Xanoğlanın yetmiş yaşı tamam olur; bu, onun üçün bəlkə də adi bir təqvimdir, çünki bu cür hadisələrə adi bir gözlə baxır, ancaq bu rəqəmin arxasında dayanan hadisələr, çıxarılan mənalar, dərslər və nəticələr şəxsən mənim üçün və həmkarları üçün çoxdur. Çünki bu adam adi bir ömür yaşamayıb; alim ömrü yaşayıb, elmlə...
ANL
"Çingiz Abdullayevə hücumu pisləyirəm". ELXAN SÜLEYMANOV: "TANINMIŞ YAZIÇIMIZA BELƏ HAQSIZ VƏ ƏDALƏTSİZ MÜNASİBƏT ZİYALILIĞA YARAŞMIR". Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkədə ona qarşı olan hücumlardan boğaza yığıldığını, bu səbəbdən də hətta Azərb...
ANL
Üç günlük ədəbiyyat, yoxsa böyük başlanğıc? Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 3 gün davam edən "Azərbaycan dili və ədəbiyyatı" forumu öz işinə yekun vurdu. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən bu forum bir növ Ulu öndərin ide...
ANL
Qoltuq ağacları iz saxlamır yollarda. açılar qolların, duyğuların ruhundan küsər, bəlkə yaşayarsan birtəhər. ürəyini buz kəsər. Yerimi bilməzsən. soraqlayıb gələsən, təngə gətirərsən küçələri, ayaqların üzünə durar, yorğun dabanların baxmaz sözünə... Öz-özünə danışarsan, buludlar enər kipriklərinə, əllərinə hönkürərsən...
ANL
YOLU ÜRƏYİMİN ÜSTDƏ GEDİRƏM. Odur ən güclüsü dayaqlarımın, Yolu ürəyimin üstdə gedirəm. Xəbəri varmıdır ayaqlarımın. yolu ürəyimin üstdə gedirəm? Göylərə şöhrətin başı tez dəyir, Yanağa gözlərin yaşı tez dəyir. Tikanı tez batır, daşı tez dəyir, Yolu ürəyimin üstdə gedirəm. Qorxub eləməsin qarışqa, deyin. yolu ürəyimin...
ANL
Muğam dünyasının bələdçisi. Keçmiş adamların ləyaqəti haqqında bizim istinad edəcəyimiz mənbə tarixdir. Bu günlərdə "MİMTA YAYIMLARI" Xalq artisti, Əməkdar müəllim Seyid Şuşinski haqqında "Şərq musiqisinin incisi" xatirələr kitabımı çap edibdir. Bəri başdan Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunun rəhbərliyinə, ...
ANL
Dövlət Tarix Arxivinin ən qədim sənədləri - Quba xanlarının fərmanları. Əvvəlcə arxiv sözünün anlamına nəzər salaq. Arxiv - sənədlərin yenidən istifadə edilmək məqsədi ilə qəbulunu, komplekləşdirilməsini, mühafizəsini və uçotunu həyata keçirən təşkilat və ya onun struktur bölməsidir. O, həm də vacib mədəniyyət amili, ...
ANL
Biz xalqımızın yetişdirdiyi və fəxr etməli olduğumuz soydaşlarımıza yetərincə qiymət verməyi bacarırıqmı? Bu bacarıqlarımızı başqa xalqlarla müqayisədə verərək fərqi görmək istəyirəm. Ancaq indi hansı italiyalıdan xəbər alsan, onun bütün tərcümeyi-halını əzbər deyər və mütləq qeyd edər ki, Paqanini dünyanın ən dahi şəx...
ANL
AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI FORUMU HAQQINDA DÜŞÜNCƏLƏR. Bir neçə müddət əvvəl ölkədə keçirilən kino, teatr forumlarını izlədikdə "ədəbiyyatla bağlı belə bir dövlət səviyyəli tədbirin nə üçün keçirilmədiyi" sualı bir ədəbiyyat adamı kimi məni də narahat etmişdi. Bu səbəbdən də 1-3 sentyabrda Ümummilli lider Heydər ...
ANL
O bizim ağaclarıydı, o bizim küləkləriydi, o bizim yağışlarıydı... Duruşundan tanıyırdım, qoxusundan tanıyırdım, yağmasından tanıyırdım. Ağac da boynubüküydü. külək də qırıq-qırığıydı. Duyğularım aşıb-daşır, arzularım sellənir, yağan yağış ağacların çökəyində göllənir, ürəyimdə tutya kimi neçə şeir dillənir - Ş...
ANL
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Edmund Börk özünün "Fransadakı inqilaba zidd olanlar" əsərində əvvəlcədən göstərirdi ki, fransız inqilabçıları keçmişin Kartezian (nəzəri mənbəyi filosof Rene Dekartın ideyalarına məxsus olan və XVII-XVIII əsrlərdə mövcud olmuş fəlsəfədəki və təbiətşünaslıqd...
ANL
Mir Cəlal nəsrində təbiətə baxış: misilsiz lövhələr, təkrarsız təsvirlər. Mir Cəlal geniş yaradıcılıq diapozonuna malik görkəmli ədibdir. Zamanın ruhunu, nəbzini istedadla tutmuş, əsərlərində, müxtəlif situasiyalarda yüksək bədii amalına sadiq qalmışdı. Tanışlığa gəldikdə isə bizim nəsil orta məktəbdə oxuyarkən y...
ANL
"Sosial şəbəkələrdə bayağı musiqilərin təbliğatı gedir". Müsahibimiz Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Hərbi Orkestrinin solisti, musiqi təlimatçısı, bir sıra vətənpərvərlik mövzulu mahnıların söz və musiqisinin müəllifi Anar İlhamlıdır. 20 ildir peşəkar musiqi sənəti ilə məşğul olan, 14 ildir Hərbi Or...
ANL
Sadiq bir məktuba sözardı. Dünyanın bir çox mədəniyyət saytlarında Ədəbiyyat üzrə Nobel mükafatının bu il hansı kriteriyalara əsaslanacağı müzakirə olunur. Görünən odur ki, siyasi tərəflər, üslublar və yeni dünyanın məngənəsində forma dəyişən mövzular bu böyük mükafata həmişə təsir etdiyi kimi, bu il də təsir edəcək...
ANL
Söz vaxtına çəkər. Aterk faciəsi ilə bağlı araşdırma edirəm. İlikləri donduran dəhşətli faktlarla üz-üzəyəm. Deməli, Kəlbəcərin, o vaxtkı dillə desək, Aterk, indiki dillə desək, Həsənriz kəndində mühasirəyə düşmüş onlarla əsgər və zabitimiz yandırılaraq qətlə yetirilib. Amma mühasirədən sağ-salamat çıxanlar belə ...
ANL
Milli pediatrlar məktəbinin banisi. Azərbaycan tibb elmi tarixində neçə-neçə qadın həkimlər milli səhiyyəmizin inkişafı üçün yol açmış, ilklərə imza atmışlar. Bu imzalar arasında öncə vətəndaşlıq borcunu yorulmadan həyata keçirən, ömrünün böyük bir hissəsini tibb elminin öyrənilməsinə, gələcəyimiz olan uşaqların şəf...
ANL
Dəyərlərimizə sahib çıxaq. XALQ YAZIÇISI ÇİNGİZ ABDULLAYEVİN ƏLEYHİNƏ YERSİZ İTTİHAMLAR BÜTÖVLÜKDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ QARŞI YÖNƏLDİLMİŞ İTTİHAMLARDIR. Bu yaxınlarda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatç...
ANL
Həyat riyaziyyat deyilmiş, ədəbiyyatmış. Gənclik illəri doxsanlara təsadüf edənlərə bu ad tanışdır. Təəssüf ki, Nailə Əliyevanın yaradıcılıq fəaliyyəti doxsanlardan bu yana keçmədi. Anidən qeybə çəkilən müğənninin harada olması indi də bir çox dinləyicisini maraqlandırır. Bu suala cavab tapmaq üçün bir müddətdir, müğən...
ANL
"Mən teatrda insan bədənindən heykəl yapıram". Dəfələrlə bu mövzuya müraciət etmişəm və çox güman ki, edəcəyəm də, çünki teatrı çox sevirəm. Düzü, indiyə qədər teatrla bağlı sosial şəbəkələrdə araşdırma aparmamışam. Bu dəfə istədim ki, bir qədər fərqli yanaşma edim, çünki günümüzün müsahibi də elə fərqli bir teatrın r...
ANL
O gün o sözləri Heydər Əliyev balaca bir otaqda Azərbaycanın 5 seçmə övladına, 5 qələm sahibinə söyləsə də, əslində bu, bütün millətə deyilən sözlər idi. Çünki bir neçə saat sonra həmin görüşdən evlərinə qayıtmış Bəxtiyar Vahabzadə də, Anar da, Qabil də, Hüseyn Abbaszadə də, Fikrət Qoca da xalqla bərabər ekranlardan hə...
ANL
YELENA EYVAZLI-SİDORENKO: "MƏNİ JURNALİSTİKADAN AYIRAN TƏK BİR SƏBƏB OLUB - GÖRDÜYÜM İŞİN MÜQABİLİNDƏ ALDIĞIM MƏVACİBİN ÇOX AŞAĞI OLMASI". Hər dövrün öz trendləri olur. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, insanlar arasında qarşılıqlı ünsiyyət zamanı daha çox rasionallığa, öz fikirlərini tərəf müqa...
ANL
O gün o sözləri Heydər Əliyev balaca bir otaqda Azərbaycanın 5 seçmə övladına, 5 qələm sahibinə söyləsə də, əslində bu, bütün millətə deyilən sözlər idi. Çünki bir neçə saat sonra həmin görüşdən evlərinə qayıtmış Bəxtiyar Vahabzadə də, Anar da, Qabil də, Hüseyn Abbaszadə də, Fikrət Qoca da xalqla bərabər ekranlardan hə...
ANL
Göyləri çiynində saxlayır Şuşa!.. Göz açıb gördüyü, yurd bilib sevdiyi kəndin-şəhərin, Vətən deyib bağır basdığı dağların, yaylaqların-oylaqların, çeşmələrin-bulaqların ayrılıq sıxıntılarından ürəyi burxulanların, qəlbinə xal düşənlərin intizarını, intizardan da ötə həsrətini sözlə ifadə etmək mümkünmü? Torpaqdan ...
ANL
"AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI" FORUMUNDAN TƏƏSSÜRATLAR. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan dili və ədəbiyyatı" forumu ölkənin mədəni həyatında mühüm hadisəyə çevrildi. Üç gün içində milli sərvə...
ANL
Arif Məlikov - əbədiyyətə qovuşan əfsanə. Yavər NEYMƏTLİ. Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun musiqi aləminə gəlişi tar ifaçılığından başlamışdı. Bəstəkar olmağıma görə də ilk olaraq onlara borcluyam......
ANL
Ümumilikdə 2.4 milyon insanı əhatə edən təhsil sistemində hər il ciddi dəyişikliklər gedir. Ağalı kənd uşaq bağçasında 1 qrup fəaliyyət göstərəcək. Məktəb infrastrukturunun yaradılması prosesindən söz açan nazir bütün ölkə ərazisində qəzalı məktəblərin sayının son illərdə 30 faizə qədər azaldığını deyib. Bu rəqəm...
ANL
Mədəniyyət naziri Adil Kərimli Çində moldovalı həmkarı ilə görüşüb. Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. Ssəfər çərçivəsində mədəniyyət naziri sentyabrın 6-da Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan ilə görüşüb. Görüşdə i...
ANL
Məktəbi bitirib gedir o uşaqlar, amma ağrıları bizdə qalır. Məktəb indi cəmiyyətin ən danlaqlı yeridir. Hərdən düşünürəm ki, görəsən, niyə çoxdan başlamadım bu körpələrin rəsmini çəkməyə? Axı, onlar həmişə gözümün önündə olublar... İnsan xislətindəki qəribəliklərdən biri də budur: gözünün önündəkinə baxmaz, görmək is...
ANL
"Çıraqqala-Şabran" qoruğu "İrsimizi tanıyaq və qoruyaq" layihəsində. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən "İrsimizi tanıyaq və qoruyaq" layihəsinin növbəti təqdimatı "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əhatə etdiyi abidələrə həsr olun...
ANL
Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərinə həsr olunan ədəbi müsabiqənin nəticəsi açıqlanıb. İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfərə həsr olunan irihəcmli əsərlərin yaradılması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş ədəbi müsabiqənin qalibi müəyyənləşib. Bildirilib ki, müsabiqəyə ...
ANL
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən Azərbaycanın tanınmış yazıçısı Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə “Əbədiyaşar şəxsiyyət Mir Cəlal Paşayev – 115” adlı daycest oxuculara virtual şəkildə təqdim edilib. Daycestdə görkəmli ədib haqqında qısa xülasə, ...
ANL
Bu, qədim rəvayətdir. Musa peyğəmbər ümmətini ardınca salaraq düzənlərdən, dərələrdən, dağlardan, səhralardan keçirdi. Yol gedirdi ki, xalqını düşüncədəki əsarətdən qurtarsın, onları azadlığa qovuşdursun, bu gedişatda hamısını bərkitsin, yetişdirsin, içəridən böyütsün. Bu hekayət əslində hər millət üçün tale güzgüs...
ANL
Deyirlər, əvəzolunmaz insan yoxdur... Bəlkə də, hardasa doğrudur, lakin mən bununla razı deyiləm. Elə insanlar var ki, dünyaya yalnız bir dəfə gəlir və onlardan ikincisini heç vaxt tapa bilməzsən. Onlar yaşayır, yaradır, varlığı, parlaq işığı ilə ətrafdakıları işıqlandırır, özlərindən sonra əvəzolunmaz yaradıcılıqları...
ANL
"Arnolfini cütlüyünün portreti". "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ülviyyə Məmmədovadır. Onunla məşhur rəssam Yan Van Eykin "Arnolfini cütlüyünün portreti" əsəri haqqında danışmışıq. Yan van Eyk Niderland intibah dövrünün görkəmli novator rəssamı, portret ustası, dini mövzuda işlənmiş 100-...
ANL
Əsrləri geridə qoymuş qədim sənət. RZA MƏMMƏDOV: "TEXNOLOGİYALAR İNKİŞAF ETDİKCƏ, DULUSÇULUQ SƏNƏTİNƏ MARAQ ARTIR". Daş dövründən üzü bəri bir-birini əvəz etmiş qədim sənət növlərindən biri də dulusçuluqdur. Mütəxəssislər qeyd edirlər ki, bu sənətin ilk dəfə meydana gəlməsində qadınların xüsusi əməyi olub. Orta əsrlə...
ANL
(Əvvəli ötən çərşənbə sayımızda). Sonradan SSRİ xalqlarının yazıçılarının tərcümə olunmuş əsərləri ilə tanışlıq başlandı. Daha sonra isə rus dili vasitəsilə rus ədəbiyyatı ilə daha yaxından tanışlıq və dünya ədəbiyyatı incilərindən faydalanmaq anları başladı. İlk dəfə məktəb illərində rus dilində oxuduğum kitab italyan...
ANL
Təlim-tərbiyədə şəxsi nümunə: inkişaf üçün mühüm təkan. Yaş etibarilə bizim nəsilin doğulub-böyüdüyü zaman və ictimai mühit elə olub ki, mən də hələ ilk gənclik çağlarımdan təlim-tərbiyədə şəxsi nümunə amilinin roluna yüksək əhəmiyyət vermişəm. Öz kiçik dünyamın gözü ilə həmişə onu böyük məktəb hesab etmişəm. Yaşa do...
ANL
Kəlbəcərə gedən yol. Bu azadlıq kəlməsi dərdlərimə əlacdı, Arzularım qəlbimdə çiçək açdı, gül açdı, Murovun zirvəsindən Dəlidağa yol açdı, Hünər, qeyrət yoludur Kəlbəcərə gedən yol! Yollar bağlı olanda gəlib keçə bilmədim, Kəlbəcərin suyundan gedib içə bilmədim, Xəyalımda yollandım, özüm köçə bilmədim, Bir az həsrət y...
ANL
Telli Mədət və Xankəndidə torpaq satan dəli qadın. Kəndə hay düşdü ki, Mədət qonşu kənddən Jasmen adlı erməni qızını qaçırıb... Aylı bir yay gecəsi idi. Hər gecə olduğu kimi, ətrafı yoxlamaq məqsədilə erməni kəndi ilə bizim kəndimiz arasındakı Xatınarxı çayının ətrafında gəzişirdim. Ay işığı hər tərəfi süd kimi işı...
ANL
Kənddə balaca boy bir kişi var idi, adı Qrişa idi. Kənd camaatı, ələlxüsus da kişilər onun haqqında danışanda, "Balaca Qrişa" deyirdilər. Nə həmin kənddə, nə əd ətraf kəndlərdə Qrişa adında başqa adam yox idi. Başqa bir Qrişa da olsa idi, Qrişaları bir-birindən fərqləndirmək üçün buna "Balaca Qrişa" dediklərinə bəraət...
ANL
Nürnberqdən sovet televiziyasının rəhbərliyinə. Misir Mərdanov. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor. Bəzən xalqımızın ləyaqətli övladlarına lazımınca dəyər verməyi bacarmırıq - bunu etiraf edək. Hansısa layiq olmayan bir insan cəmiyyətə böyük bir alimdən...
ANL
Mehriban Vəliyeva: "Müasir dünyanın təhsillə bağlı tələbləri çox fərqlidir". "AZƏRBAYCAN TƏHSİLİNDƏKİ DƏYİŞİKLİKLƏR DÜNYA TƏHSİLİNİN TRENDLƏRİ İLƏ AYAQLAŞMAQ BAXIMINDAN DAHA ÇEVİK VƏ SƏMƏRƏLİ OLMALIDIR". Azərbaycan təhsili tarixində öz ənənələri ilə seçilən paytaxtın ümumi təhsil müəssisələrində yeni dərs ilinə ...
ANL
İttifaq MİRZƏBƏYLİ. Görkəmli yazıçımız İlyas Əfəndiyev haqqında qələmə aldığı tədqiqat materiallarının bir neçəsini mənim də çalışdığım "Xalq qəzeti" redaksiyasına təqdim etmiş və həmin yazıların ilk oxucusu mən olmuşdum. Onun qələmə aldığı yazıların özünəməxsusluğu odur ki, həmin sətirlərin əksəriyyətində Qarabağ ab-...
ANL
Seyfəddin Dağlının "Gəcil qapısı" romanı təqdim edilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında tanınmış yazıçı Seyfəddin Dağlının "Gəcil qapısı" romanının təqdimat mərasimi keçirilib. "C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin "Maarifçiliyin inkişafı məqs...
ANL
Sanki məhərrəmlik, oruc ayıdır. İştahı diş altda, dibsiz quyudur - Çoxdan tanıyıram mən bu taleyi. Sümük tulladılar, cumdu köpəklər, Harda yağlısı var, qapdı zirəklər... Qırmızı cizgini aşdı tək-təklər - Çoxdan tanıyıram mən bu taleyi! Onu Seyid Əzim, Sabir yaşadı, Müşfiq Nargin, Cavid Sibir yaşadı, Adını gözləyən məza...
ANL
Sanki bəd qaynana fağır gəlinə. Hayqırır səslənir, doymur ürəyi. Göy üzü büsbütün bürünüb toza, Günəşin al rəngi bələnib boza, Həyatı döndərib içi boş qoza, Həm atır, həm tutur xəlbir-ələyi, Yamanca bərk əsir Bakı küləyi. Dəniz çalxalanır, aşır səddini, Köklü ağacların bükür qəddini. Cığal adam kimi keçir həddini, Di...
ANL
Günahlara bələndim, Mən burdayam, İlahi! Bəxtimə dərd ələndi, Mən burdayam, İlahi! Sevəndən dərdi-qəmi, Taleyim batmış gəmi, Unutmamısan məni? Səni sordum. Rüzgarlara məktub yazıb, Küləklərdən sordum səni. Gözü yaşlı, sevgi dolu, Ürəklərdən sordum səni. Həsrətindən ölə bilsəm, Məni eşqə. Bağrımın başı yaradı, Bəxtimə d...
ANL
Təhsildə innovasiyalar üçün qrant müsabiqələri: yaradıcı ideyalar gerçəkləşir. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə, bir neçə ildir ki, ölkədə "Təhsildə inkişaf və innovasiyalar" üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca mə...
ANL
Qarabağ folkloru: qədimlik və özünəməxsusluq. Folklor koloritinin dadını-duzunu artıran şivə-dialekt özəllikləri Qarabağ folkloruna özünəməxsus cəhətlər qazandırır. Qarabağ bölgəsinin əksər yaşayı məntəqələrində danışıq dili, demək olar ki, eynidir. Bununla belə, şivə-dialekt fərqliliyi, seçilən dil-üslub xüsusiyyə...
ANL
Şahanə MÜŞFİQ. Tanınmış ədəbiyyatşünas, yazar, ictimai xadim Vilayət Quliyevin bu günlərdə işıq üzü görmüş "Heydər Əliyev və Azərbaycan klassik ədəbi irsi" kitabı Ümummilli liderin 100 illik yubileyinə və "Heydər Əliyev Ili"nə ən sanballı töhfələrdən biridir. Uzun illərin yorulmaz araşdırmalarının, tədqiqatlarının bəhr...
ANL
Müqəddəslik zirvəsi. 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatması uğrunda canını fəda edən qəhrəman oğullardan biri də Pərvin Təbriz oğlu Salmanzadədir. Üzüağ əsgəri xidmətdən kəndinə dönən Pərvin özünü əmək meydanında sınayır. Pərvin xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlir, işğal altında olan Vətən t...
ANL
Kamalə ABİYEVA. Ərgünəş uğrunda ağır döyüşlər gedirdi. Düşmən minamyotları susmurdu. Pulemyotu təkbaşına ən uca nöqtəyə qaldırdı. Dəqiq, sərrast zərbələri, məğrur duruşunda qələbəyə inam vardı həmişəki kimi. Bu döyüşdə yeddi şəhid verdik, Ərgünəş azad olundu. İkisi də Tovuz hadisələrindən sonra könüllü yazılmışdılar. K...
ANL
Ziyalı ömrünün işıq payı. Müzahim İSMAYILZADƏ. Həyatda rastlaşdığım, tez-tez ünsiyyət qurduğum, ürəyimdə yer alan, xətrini dünyalar qədər istədiyim ziyalılar, xeyirxah adamlar çox olub. Belə işıqlı adamlardan, İşıq adamlardan biri də görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur...
ANL
Ekoloji fəlakətə yol açan meşə yanğınları. HƏR İL MİNLƏRLƏ HEKTAR MEŞƏNİ KÜLƏ DÖNDƏRƏN YANĞINLAR AZƏRBAYCAN TƏBİƏTİNƏ BÖYÜK ZİYAN VURUR. Bu meşələr cənubdan ta Dağıstan sərhədinə kimi uzanır. Meşə yanğınları hər il təbiətin neçə hektarlarla misilsiz sərvətini məhv edir. Bu da su qıtlığı, havanın keyfiyyətinin ...
ANL
Azad edilmiş ərazilərimizdə ekosistemin bərpası üçün mühüm tədbirlər görülür. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların mühüm tərkib hissəsidir. Ekoloji taraz...
ANL
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Frants İosif Macarıstan kralına həmin ölkənin sərhədləri daxilindəki idarəçiliyi verdi və Avstriya imperatorunun (yəni özünün) oradakı idarəçiliyə müdaxilə etməsinin qarşısı əvvəlcədən alındı. Macarıstan öz növbəsində 1871-ci ildən konstitusiyanın hər bir dəyişikl...
ANL
Uzaqdan səslər. 1975-ci ilin oktyabrında Azərbaycanda sovet ədəbiyyatı ongünlüyü tədbirləri keçirilirdi; burada Sovet İttifaqından olan müxtəlif millətlərin və xalqların şair və yazıçıları, incəsənət xadimləri iştirak edir, ənənəvi olaraq müxtəlif şəhər və rayonlarda oxucularla görüşlər keçirirdilər. Bu tədbirlərdə at...
ANL
İnsanın sarvan olduğu əməllər karvanının yola çıxdığı ucsuz-bucaqsız səhrada əsl hikmət yolçu olmaq deyil, yolda olmaq anlayışı, onun dərkidir. Bu anlayışla, insanın tamam başqa bir dünyaya oyanması ilə məna axtarışının ağrısı sona çatır. Əməllərini özünə, axirətinə deyil, yola olan sadiqliyinə həsr edəndə içdiyin su...
ANL
Azərbaycan tamaşaçıları televiziyada onun səsinə heyran kəsilmişdilər. On beş il televiziyada diktor kimi çalışdı, beş il də İncəsənət Universitetində nitq mədəniyyəti kafedrasında müəllim kimi fəaliyyət göstərdi. Və bu povest çoxları üçün gözlənilməz hadisəyə çevrildi. O əsərdə bir qadının ömür yolu, həyatının dramat...
ANL
Yas mərasimlərində ehsan süfrəsi. Şərur rayonunun Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Yəqin ki, bu xəbərdən bir çoxlarınız halisiniz. Kənd sakinlərinin bu qərarı böyük marağa səbəb olmaqla yanaşı, həm də cəmiyyətin böyük hissəsinin təqdirini qazandı. Məsələ...
ANL
"Üfüqdən kənara baxmaqdan qorxmayın, həmişə bildiklərinizi yazın". LEYLİ SALAYEVA: "BƏZƏN KİTABLAR ƏTRAFDA BAŞ VERƏN DƏHŞƏTLİ VƏ ANLAŞILMAZ ŞEYLƏRDƏN YEGANƏ SIĞINACAQ YERİ OLUR". Azərbaycan Dillər Universitetində bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarəolunması istiqamətində İstehsalın və əməli...
ANL