text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İndiyə kimi yadımdadır, məktəbdən yay tətilinə buraxılan kimi bağa köçərdik. Bazar günləri günorta saat ikidə Azərbaycan radiosu ilə muğam saatı olardı o vaxtlarda (indi bilmirəm). Atam həmin saatı səbirsizliklə gözləsə də, həmişə özlüyümdə deyinərdim ki, yenə də başlandı. O bir saat ərzində atamı hərdən izləyərdim d...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Prezident İlham Əliyevin müraciətində Qarabağdakı sadə ermənilərə ünvanlanan fikirlər humanistliyi və mərhəmətliliyi ilə seçilir. "Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər" - deyən Müzəffər Ali Baş Komandanın fikirləri s...
ANL
Azərbaycan teleməkanında ictimai-siyasi proqramlar. Qarabağda Silahlı Qüvvələrimiz tərəfindən aparılan antiterror tədbirləri, buna qədər baş verən hadisələr, qonşularımızla, digər dövlətlərlə iqtisadi-siyasi münasibətlər, dünyada gedən geosiyasi proseslərin regiona təsiri və digər ictimai-siyasi movzular siyasi teleju...
ANL
Həmin gün bir nəfərin yubileyi də yox, sadəcə növbəti doğum günü qeyd edilirdisə də, əslində bu, böyük bir sənət bayramına çevrilmişdi. Səbəbsiz deyildi - masa arxasındakıların hamısı ulduzlardı. Böyük müğənni İosif Kobzonun ad günü idi və məclisdəki çox şöhrətli qonaqların arasında onun köhnə dostu Müslüm Maqomayev də...
ANL
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının son illərdəki fəaliyyəti Azərbaycan elminin müasir tələblərə cavab verəcək bir səviyyəyə yüksəltmək kimi mütərəqqi ideallara xidmət etsə də, bəzi dairələrdə və ya elmətrafı kluarlarda yerli-yersiz söz-söhbətin meydana çıxması ilə müşayiət olun...
ANL
Akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı elmi konfransın tezisləri çap olunub. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş "Dəyişən...
ANL
Poliqrafiyada və həyatda özünə ustad saydığı Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərovun devizilə işləyib: "İşi görmək istəyən vasitə axtarır, görmək istəməyən bəhanə...". Orta məktəbdə əla qiymətlərlə oxuyub. Rəhbərlik etdiyi mətbəə ordu mətbəələri arasında birinci olur. Hərbi Dairənin "Leninskaya znamya" ...
ANL
Kitab ruhları təmizləyir, saflaşdırır, lakin əlbəttə, bu, ruhun özünün vəziyyətindən də çox asılıdır. Təmiz olanlar üçün hər şey təmizdir. Pozulmuş mədəyə yaxşı yemək də pis qida kimi təsir edir. Qüsurlu ağıl ən yaxşı kitabdan da bəd əməllər üçün istifadə edə bilər. Yararlı olmayan ərzaqdan yaxşı yemək hazırlam...
ANL
Talış dağlarının faunası rəvayətlər və tarixi qeydlər işığında. "Aşkarlıq" qəzetinin baş redaktoru. XX əsrin əvvəllərində dünyada yüz mindən bir qədər çox pələngin olduğu qeyd edilir. Mütəxəssislər nəsli kəsilməkdə olan müasir pələng növlərinin hazırda yer üzündə cəmi dörd min qaldığını hesablayırlar. Azərbayca...
ANL
Bəxtiyar Vahabzadənin ev-muzeyində bir gün... Şəkinin gözəlliyi, mehribanlığı, qonaqpərvərliyinə çoxumuz bələdik. Bu haqda indiyə qədər dəfələrlə müsbət sözlər deyilib, yazılıb. Mən də ən sevdiyim şəhərlərdən biri olan Şəkinin bir gözəl, qonaqların marağına səbəb olan bir yerindən danışmaq istəyirəm. Bu, böyuk şairi...
ANL
Sərinlik səpən ünvanın isti xatirələri. Dərnəgül səmtindəki bir mətbəəyə yolu axtarırdım, orada kitabım çıxacaqdı, soraqlaşa-soraqlaşa gedirdim və bir payız günü idi. Oralar elə düzənlik kimi boşluq idi, sağda-solda saralan tikanlıqlar, gendəki tək-tük ağacın yarpaqları tökülmüş yalın budaqları elə bil ki, bütü...
ANL
III Kalbalı xanın ömrünün son illəri və ölümü. 1918-1920-ci illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının erməni daşnaklarının işğalçı hücumlarından qəhrəmanlıqla müdafiəçisi III Kalbalı xan ömrünün son 11 ilini mühacirətdə keçirmişdi. Bu cəsur zabitin hünəri haqqında Azərbaycan müstəqilliyini ...
ANL
Mustafa Aşurovun uğur formulu: tarzənlikdən dirijorluğa. Müsahibimiz - gənc musiqiçi Mustafa Aşurov istedadlı tarzən və dirijor kimi musiqi ictimaiyyətinə və sənətsevərlərə yaxşı tanışdır. Musiqi sahəsində mühüm uğurlara imza atmış M.Aşurovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident təqaüdünə la...
ANL
Dostumuz, əzizimiz Qənirə xanım Paşayevaya sayğılar və dualarla... Dünya, doğrudan da, Viktor Hüqonun dediyi kimi, həssas qəlblər üçün cəhənnəmdirsə, bunun əksi də doğrudur demək. Həssas qəlblər də dünya üçün cənnətdir. Milyonlarla insan içində birini sevməyə nə var ki! Bu milyonların hər birini ayrılıqda, ya da hamı...
ANL
Bu günlərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində 18 sentyabr Milli Musiqi Gününə həsr olunmuş tədbirlər çərçivəsində "Arif Məlikov: tarix və müasirlik" kitabının təqdimatı keçirilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-stud...
ANL
Naxçıvanşünaslığa layiqli töhfə: "Culfa rayonunun tarixi". Bu yaxınlarda akademik İsmayıl Hacıyevin müəllifi olduğu "Culfa rayonunun tarixi" adlı elmi əsəri işıq üzü görüb. Kitab 3 fəsildən ibarətdir. I fəsil Culfa rayonunun yaranması, inkişaf tarixi və abidələri haqqındadır. Culfanın çox qədim tarixi var. III minill...
ANL
(Əvvəli ötən çərşənbə sayımızda). İnsan yaranandan qəbrədək dünyanı dərk etməyə çalışır və ona görə də öyrənməyə, bilik almağa can atır. Kitablar da dünyanı dərk etməyin mənbələrindən biridir. Böyük "ölülərlə" ünsiyyətdə olmaqla biz öz biliklərimizi artırırıq. Belə bir həqiqət də bizə məlumdur ki, ən yaxşı kitablar ə...
ANL
Kitab içində kitab. O, həyatının ilk uzaq səfərinə çörək ardınca yola çıxmışdı. Əslində heç çörək yeyəcək halı da yox idi, altı aylıq südəmər körpə idi, anasının qucağındaydı. Valideynləri Təbrizdən Aşqabada üz tutmuşdular. Ora gedirdilər ki, güzəran qursunlar, dolanışıqlarını təmin eləsinlər. Və bu uşağın adını Qulam...
ANL
Qənirə xanım. Almaniyaya bir görüş üçün gəlmişdi. Getdiyi yerdə həyəcan yaratdığı kimi, orada da, xüsusən də qadınlar arasında səs-küy və həyəcan yaradırdı. O, əsasən mühafizəkar xanımların iştirak etdiyi salonda həyəcanlı çıxış edirdi. O, türklərin igidliyindən, tarix boyu qazandıqları qələbələrdən danışdı. Sonra bütü...
ANL
Qənirə xanım Paşayevaya. Aslanın erkəyi, dişisi olmaz, deyib dədələrimiz. Özümü bilən gündən ailəmdə eşitdiyim bu kəlam ən çətin anlarımda, həyatın imtahanlı məqamlarında təsəllim, ümidim olub. Nə qədər doğrulda bilmişəm mənə olan etibarı, bilmirəm, amma ömrüm boyu rastıma çıxan oğul qeyrətli, əsl kişi xislətli qadınla...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Türkan Hacırəhimovadır. Onunla fransız rəssam Jan-Fransua Millenin "Angelus" əsəri haqqında danışmışıq. Barbizon məktəbinin yaradıcılarından olan fransız rəssam Jan Fransua Mille 1814-ci il oktyabrın 4-də La-Manş körfəzinin sahilində yerləşən balaca Qrüşi ...
ANL
Qazax Dövlət Dram Teatrının yubileyi Bakıda qeyd olunub. Azərbaycan Teatr Xadimləri İttifaqında Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının "Qonaq teatr" layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrının 85 illiyi münasibətilə "İnan mənə" tamaşası təqdim olunub. Tamaşadan əvvəl İttifaq sədrinin vəzifə səl...
ANL
Vətən savaşı şəhidlərinə sonsuz ehtiramla... 2020-ci ilə qədər rəngləri ilə könül oxşayan, sərinliyi ilə yaydan çıxmış isti qəlblərə sərinlik bəxş edən, yağışı ilə susuz qalmış torpağın könlünü oxşayan qızıl payızın ilk ayı, üç aylıq yay tətilindən sonra yeni tədris ilinin başlanğıc ayı idi sentyabr. Sentyabr qapının k...
ANL
İldən-ilə də səsimiz daha ümidsiz, daha inamsız çıxırdı. Biz Azərbaycanı - sərhədlərimizi, xəritəmizi, 10 milyonun və bütünlükdə dünya azərbaycanlılarının varlığını işğala qədər və sonrakı dövrlərə bölüb, bu acı reallıqla onillikləri ötürdük. Müharibə haqqında olan ədəbiyyatı oxuya-oxuya böyüdük. Paradoks da olsa, "m...
ANL
Bu gün Vətən müharibəsinin başlanmasından üç il ötür. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğ...
ANL
Vətən müharibəsi və şanlı Qələbə. Erməni millətçilərinin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, ...
ANL
Milli düşüncəmizin inkişafına təkan vermiş təhsil və elm ocağı. XX əsrdə milli düşüncəmizin oyanışı və inkişafında, müstəqillik uğrunda mübarizəmizdə bu il 75 illiyi qeyd edilən Azərbaycan Dillər Universitetinin də özünməxsus rolu var. ADU-nun azadlıq, müstəqillik uğrunda mübarizədəki rolundan danışarkən ilk növbədə ...
ANL
Unudulmaz mahnıların yaddan çıxmaq təhlükəsi. Ötən əsrin 50-ci illərində, müharibədən sonra dahi Üzeyir bəyin yetirmələri - gənc bəstəkarlar yaradıcılıq meydanında öz yerlərini tutdular. Qara Qarayev, Cövdət Hacıyev, Səid Rüstəmov, Rauf Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Ağabacı Rzayeva, Şəfiqə Axundov...
ANL
GÜNÜMÜZÜN UŞAQ ŞEİRLƏRİNİ YARADANLAR SIRASINDA RÜSTƏM MUĞANLI DA VAR. Uşaq ədəbiyyatı nümunələri yazmaq digər oxucu qrupları üçün yazmaqdan daha artıq məsuliyyət, daha çox ciddiyyət tələb edir. Yetkin insanlar nə qədər təsirli bədii əsərdən heyrətlənsələr, həyəcanlansalar da, eyni zamanda fərqində olurlar ki, bu, ən...
ANL
Ulu Xan Atadan Qorqud Dədəyə... "Kitabi-Dədəm Qorqud əla lisani-taifei-Oğuzan" (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı) dastanı Azərbaycan xalqının ən qədim yazılı abidələrindən biri sayılır. Bir çox alimlər tərəfindən dastanın yaşı islam dininin yayılmağa başladığı zamanlara tarixləndirilsə də, dastan ancaq ...
ANL
Şahmat daşları: qədim tarix və maraqlı simvolika. Şahmat təkcə intellektin, strategiyanın yaşanıldığı bir dünya, yaxud rəqabət aparılan vasitə deyil, həm də qədim dövrdən bəri var olmuş mədəniyyətlərin tarixi köklərinin əksidir. Qeyd edək ki, şahmat tarixində Müqəddəs Genadionun fiqurları kimi də tanınan Mozarab şah...
ANL
Yaddaqalan regional təhsil konfransı. Bu günlərdə Ağdam Muğan Mərkəzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri işçilərinin iştirakı ilə keçirilən sentyabr konfransında yeni tədris ilində qarşıya qoyulan vəzifələr müzakirə edildi, ötən il ərzində görülmüş işlər geniş təhlil olunaraq yeni ...
ANL
Sərhəd dirəkləri. Keşiyində durub doğma yurdumun, Sərhəd dirəkləri əsgərdi sanki. Düşmənin bağrını yaran ordumun. Haqq üçün qurduğu çəpərdi sanki. Sərhədi qoruyan igid oğuldu, Silaha sarıldı, silaha doldu. Bu yol qələbəyə aparan yoldu, Tarix yazan uğur, zəfərdi sanki. Sərhəddən başlayır Vətən torpağı, Sərhəd qorunursa...
ANL
Hüseynbəyli Bilal Şaiq oğlu. Hüseynbəyli Bilal Şaiq oğlu 2008-ci il avqustun 11-də Cəlilabad rayonunun Alar kəndində anadan olub, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı ixtisası üzrə təhsil alır. Şeirləri iki...
ANL
Cığırın üfüqə döndüyü yerdə. Xəyalsan, izinə düşmüşəm sənin, Üstümdə fələyin ahı, qarğışı. Süzürsən içində dumanın, çənin, zəhərli qılınctək kəsir baxışın. Cığırın üfüqə döndüyü yerdə. ovcuna yığırsan yağan yağışı... Sənə fərqi yoxmu yığdığın nədi? Bəlkə bir fəqirin qəlb yaxan bəxti, bəlkə bir aşiqin nakam göz yaşı? ...
ANL
Şəhid ömürlərə elegiya. Tarixlərin yaddaşına. Gəlmişik ki, görmüşük ki, qətiyyətin, cəsarətin, Azıxın, Gəmiqayanın, Qobustanın. əsgərləşmiş nuru bu gün. boy göstərsin yad daşına! Azərbaycan əsgərinin. Qüdrətinin qarşısında. dizin-dizin sürünənlər, ermənilik kəfəninə bürünənlər, bir niyyətin yedəyində. dağda-daşda görü...
ANL
Güney Azərbaycanda ana dili məsələsinə bir baxış. YAXUD ŞAİR HADİ QARAÇAYIN DİL VƏ ƏLİFBA MÜCADİLƏSİ. Çağdaş Güney Azərbaycan poeziyasını yaradanlardan, türk dünyasında tanınıb-sevilən, ədəbiyyatımızın güclü şairlərindən biri olan Hadi Qaraçay 1966-cı ildə Güney Azərbaycanda, Suyarı (rəsmən Siyəhrud) kəndində doğ...
ANL
Sağlığında klassikləşən fenomen sənətkar. Onun oxumağından və səsinin şirinliyindən heç vaxt doymadım. Məlahətli, şirin və gur səsi hər vaxt kaman kimi qəlbimi titrətdi. İllər öncə yazdığım "Yoxluğunun və səsinin xiffətini çəkdiyim sənətkar" adlı məqaləmdə göstərdiyim kimi: "Onun səsi sirri-xudadır". Sanki qeybdən ...
ANL
Ədəbi qaynaqlara aid yeni və dəyərli araşdırma. Ədəbiyyatımızın qədim tarixi, zəngin qaynaqları, çoxəsrlik maraqlı ədəbi ənənələri vardır. Bu prizmadan məsələyə yanaşdıqda az öyrənilmiş Şərq islam təsəvvüf ədəbiyyatı və onun qaynaqları diqqəti çəkir. Təsəvvüf ədəbiyyatının banilərindən, Şərq ədəbiyyatının dahilə...
ANL
Bektaşi təkkələrində Hürufilik və ya Fəzlullah Nəiminin Anadoluya təsiri. Anadolunun din ocağı adlandırılan Konyada, demək olar ki, hər küçədə orta əsr ortodoks İslamın və onun kölgəsində yaranan bir çox təriqətlərin izlərinə rast gəlmək olur. Zaman keçdikcə bu təriqətlərin bəziləri xüsusi radikallıq göstərdiyinə ...
ANL
Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət. Bir cəhəti də qeyd etmək lazımdır ki, Stalinin kultunun yaradılması üçün müvafiq üsul da tapılmışdı, əvvəlcə Leninin kultu meydana gəlmişdi. Bu, əslində canlı rəhbərin xidmətlərinin şişirdilməsinə yol açmışdı. Şəxsiyyətə pərəstiş maşını işə düşdükdən sonra isə onu...
ANL
Müsahibimiz Xalq artisti, virtuoz balaban ifaçısı Əlixan Səmədovdur. Ümumilikdə isə, nə vaxt Bakıya gəlsəm, çalışıram Sumqayıta gedəm. Mən Sumqayıtda doğulmuşam, ata-anamın məzarı ordadır. Gedib valideynlərimin məzarını ziyarət edirəm. Ondan sonra da getmişkən qardaş-bacıdan kiminlə vaxtım olursa, görüşəm. Bakıda...
ANL
Faiq Sücəddinov: "Mahnı bəstələmək üçün əhval lazım deyil. Bəlkə də, oxucularımız arasında mədəniyyət və incəsənət sahəsində çalışanlarla daha tez-tez görüşməyimizi irad tutanlar var. Öz növbəmizdə biz mütəmadi müxtəlif peşə sahiblərilə sizləri görüşdürməyə çalışırıq və bundan razı qaldığınızı da bilməmiş deyil...
ANL
Hər gecə ulduzları sayan şair. Gözəl şairimiz Vaqif Bayatlı Odər mənə "Bəy atlı şeirlər" adlı yeni kitabını göndərmişdir. Təzə, köhnə şeirləri oxuduqca çox illər bundan öncə o vaxt Vaqif Cəbrayılzadə imzasıyla yazan şairin bir şeiri yadıma düşdü. Daha doğrusu, şeirindən bir bənd o uzaq illərdən bəri xatirimdəydi: Yağı...
ANL
Nurlar aləmində gəzən oğlanın yer üzündəki bir neçə əhvalatı. Bu xatirəni bir dəfə danışmışdım. İndi qısa yada salım. Küçədə mərhum şairimiz, o zamanlar istedadlı gənc bir şair kimi tanınmaqda olan Cavanşir Eloğluna rast gəl-dim. Arada bir yeni şeirlərini mənə də oxuyurdu. Hal-əhval tutduq, yeni nə yazdığını soru...
ANL
Amma hər dilin özünün içərisində də neçə-neçə dillər var. Hər xalqın dilinin içərisindəki milli çöhrə göstəricisi olan bu cür dillər arasında ən vaciblərindən biri də naxış dilidir. Naxış bəzən elə gizlincləri, elə dərin mətləbləri, elə sözləifadəedilməz incəlikləri çatdırmağa qadir olur ki, onları heç bir səs və ahə...
ANL
Son illərdə sizin adınızla tez-tez keçirdim kompüterin arxasına: yazdığınız kitabları redaktə etmək, göndərdiyiniz mətnlərə baxmaq, sizə elektron məktub göndərmək, müəllifi olduğunuz kitablar haqqında məqalə, ya da keçirdiyiniz saysız-hesabsız tədbirlər haqqında qəzetə xəbər yazmaq üçün... Amma heç vaxt, heç vax...
ANL
Onuncu və sonuncu... YAXUD "AZƏRBAYCANDA AZƏRBAYCAN ƏDƏBİYYATI GÜNLƏRİ". (Əvvəli qəzetimizin 2 sentyabr tarixli sayında). Sonra Xalq şairi Sabir Rüstəmxanlı söz aldı. Sirus Təbrizli kimi onun çıxışında da giley-güzar motivləri yox deyildi və ilk baxışdan bəlkə də Heydər Əliyevin natiqlərdən təkidlə tələb etdiyi "ə...
ANL
Yeni tarixi mərhələ: Reallıqlar və çağırışlar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qalib ordumuzun Qarabağda apardığı lokal antiterror tədbirlərinin qısa müddətdə, cəmi 23 saat ərzində başa çatdırılması müstəqil dövlətimizin suverenliyinin tam olaraq təmi...
ANL
O gecə bərk yağış yağırmış. Əlləri uşaqlıqdan qabarla bərkimiş, yumruğu zəhmətdən dəmirləşmiş atanın 26 yaşında ikinci dəfə qızı doğulmuşdu. Sevinci sonsuz idi - ikinci qızı da onun göy gözündən, sarışın bənizindən zərrə qədər də özünə götürməsə də... Qızlarının dünyaya gəlişi, sanki onun soyuq həyatına hənirti g...
ANL
Ədəbi düşüncədə bəşəri. mahiyyət və qlobal miqyas. deyən Nitsşe ağlını itirdi, dəli oldu və öldü. XX yüzil Nitsşenin ölümü ilə başladı. Mətni bilən, ahəngi duyan oxucu Azər Turanın intonasiyasını elə ilk notlardan tanıyır. Onun ədəbi ağrılardan doğulan yazılarının əksəriyyəti kimi, bu məqalə də, kitab da əsrin estetik...
ANL
Nəcib Fazil və ötəkilər. Bu cildə Abaydan Çingiz Aytmatova, Abdulla Tükaydan Nəcib Fazil Qısakürəyə qədər türk dünyasının, Türkiyənin məşhur yazıçıları haqqında otuza qədər yazım daxildir. Onların bir qismi əvvəllərdə yazılıb, bir qismi özəlliklə bu cild üçün qələmə alınıb. Yeni yazılardan birini oxuculara təqdim edirə...
ANL
Peşəkar aktyor və ssenarist təhsili olmayan Kənan Yusifov tibb üzrə təhsil alıb. Türkiyədə ssenari kurslarına qatılıb, aktyor və ssenarist kimi daha çox praktikada yetişib; KVN-də fəaliyyət göstərib, seriallarda, komediyalarda oynayıb. Seriallarda, kütləviliyə hesablanmış filmlərdə kasıb-zəngin münasibəti üzərin...
ANL
MİN BAYRAQ ARASINDA BİRİ. Yaxşı görə bilirdi. Aydın görə bilirdi. Zahirən sanki gözü olan hər kəs görür. Ancaq görməyin görməkdən təfavütü də var axı. Adam var, yanından keçirsən, səni sezmir, elə yığnaq var, yolun düşür, içəriyə girincə məclis səni tutur, sanki nəzərlərin dumanlanır, yan-yörədəki neçə nəfəri onlar ...
ANL
Bu günlərdə Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümünü rejissor Saida Haqverdiyevanın quruluşunda hazırlanmış "Melisa" (əsərin səhnələşdirilməsi də rejissora aiddir) adlı yeni tamaşa ilə açdı. Daha çox film-tamaşa estetikasında qurulmuş "Melisa" Sevinc Nuruqızının eyniadlı nağıl-povestinin motivlərinə əsaslanır. B...
ANL
Nizami Gəncəvi irsinin. yorulmaz tədqiqatçısı. Professor Xəlil Yusifli 1998-ci ildə Bakı Dövlət Universitetində (BDU) nəşr edilən "Dil və ədəbiyyat" jurnalının 2-ci nömrəsində "Şeyx Nizaminin oğlu Məhəmmədin şairliyi və bir beyti" məqaləsində yazırdı: "Hələ otuz il bundan öncə, Bakıda işlədiyim vaxtlarda Tehran Un...
ANL
Görən gənclik qaldı harda? Ürək dərdlərdən su içdi. Taleyimi çətin seçdi. Demə, gəldi getdi ömrün yarısı, Yoluma sədd çəkdi həsrət barısı, Əzizdir torpağın gənci, qarısı, Uğrunda can qoyub ölənlərdənəm. Bağlarda bülbültək ötənlərim var, Dağlarda, daşlarda itənlərim var, Torpaqda şəhidtək bitənlərim var, Vətəni qor...
ANL
Yaxşının sədası qeyibdən gələr, Ömür-gün qismətin biçin yeridi. Hər təzə gördüyün bir aldanışdı. Hər şeyin təzəsi tapılar, dostum, Vətənin təzəsi tapılmaz ancaq. Görünməz tünlükdə kasıbın boyu, Ümiddən o yana yolu yox onun. Sağ əlin sol ələ ehtiyacı var, Bu qoca dünyadan muğayət olun. Uçardı göylərdə arzun, xəyalın, İ...
ANL
Sahib çıxar dostuna, yoldaşına, Dolanar gələndə qonaq başına. Haram qatmaz çörəyinə, aşına, Halallıqla yaşamaqdır kişilik. Çətin gündə heç əzdirən olmaya, Ləyaqətin saxlamaqdır kişilik. Ağsaqqal hörmətin uca saxlaya, Düşmən sinəsini çarpaz dağlaya. Rüşvət ilə baş qaldırıb öyünməz, Başqa insanlara heç tənə etməz. Beləs...
ANL
Təbriz duyğuları. Günah saysalar da, əfv etsələr də, Təbrizdi Məkkəmiz, Kəbə evimiz. Özümüzü harda dəfn etsələr də, Təbrizdə dəfn olur ürəklərimiz. Amma ürəyimiz hökmən dəfn olur. Mələklər qaldırır çiyinlərinə, Mələklər əliylə qəbrə qoyulur. Qılnca dönəndə düşmən ayağı, Təbrizin qisməti kef yox, nəf olar. Pas atmış tüf...
ANL
Güney Azərbaycanda vahid ədəbi dil məsələsi. Qloballaşma və Qərbə - Avropaya inteqrasiya dövründə Çağdaş Güney Azərbaycan ədəbiyyatı öz mövcudluğunu əzmlə qoruyub saxlayır. Bu anlayışı formalaşdıran gücün - Güney yazarlarının yaratdığı böyük ədəbi-bədii irs, son dönəmlərdə isə dinamik inkişafı ilə diqqət çəkən mo...
ANL
Böyük Qayıdış üçün vacib şərt: azad edilmiş ərazilərdə ekoloji problemlərin həlli. "İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış" prioriteti çərçivəsində hədəflərə çatmaq üçün hazırlanaraq ötən ilin noyabrında təsdiq olunan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Döv...
ANL
AZƏRBAYCAN ƏDƏBİ SALNAMƏSİNİN BANİSİ - QULAM MƏMMƏDLİ. Onu tanıyanlar yorulmaq bilmədən öz üzərində çalışan, ömrünü araşdırmalara həsr edən, milli salnaməçilik sahəsinin inkişafına misilsiz töhfələr vermiş əsl vətənpərvər ziyalı, ensiklopedik bilik sahibi kimi xatırlayırlar. Heç bir ali təhsili olmadan mətbuat v...
ANL
Mənim fikrimcə, aktyorlar 3 cür olur - yaradacaqları obrazları öz ardınca aparanlar; təklif olunan obrazların ardınca gedənlər; səhnədə (ekranda) sadəcə butaforiya rolunda çıxış edənlər. Birincilər təklif olunan obrazların ruhunu öz vücudlarına proyeksiya edir, necə deyərlər, bədənlərini həmin ruhların qabına, qab...
ANL
Ünvansız məktublar. "Ünvansız məktublar" traktatının müəllifi, əsərlərindən öyrəndiyim böyük filosof və ideoloq G.V.Plexanovun xatirəsinə. Yaşadığı cəmiyyətdə, taleyinə düşmüş zamanda müəyyən ictimai-tarixi çəkisi olan hər şəxsiyyət yaşa dolduqca özü və zəmanəsi haqqında görüb-götürdüyü həqiqətləri yazmaq, gələcək ...
ANL
"Şərq araşdırmaları"nın növbəti sayı. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Şərq araşdırmaları" elmi-nəzəri jurnalının 5-ci sayı işıq üzü görüb. Jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya, siyasi elmlər və fəlsəfə sahələrinə aid 25 elmi məqalə dərc olunub. Jurnalın "Ədəbiyyat" böl...
ANL
Firuz Mustafanın "Neytral zona" pyesi Türkiyədə səhnəyə qoyulur. Trabzon Sanat Tiyatrosu Tst-də Azərbycan yazıçısı, filosof, Əməkdar incəsənət xadimi Firuz Mustafanın "Neytral zona" adlı pyesini ("Tarafsız bölge" adı ilə) tamaşaya hazırlayır. Artıq tamaşanın ilkin məşqlərinə başlanılıb. Əsəri tanınmış rejissor Necati ...
ANL
"Azərbaycan ədəbiyyatşünaslığı"nın yeni sayı çıxıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan ədəbiyyatşünaslığı" elmi jurnalının növbəti (2022 №2) sayı nəşr olunub. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi el...
ANL
Böyük Qayıdış istiqamətində uğurlu addımlar atılır. Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istif...
ANL
Antik dünyanın parlaq şəxsiyyətləri. Sezarın belə davranışı heç kəsdə şübhə doğurmurdu. Sullanın vətənin düşməni elan etdiyi Marinin arvadı olan xalasının dəfnində ilk dəfə Sezar Forumda çıxış etdi. O, təkcə böyük Roma sərkərdəsinin fəaliyyətinə yüksək qiymət verməyə cəsarət etmədi, həm də tabutun arxasınca Mari...
ANL
Güney Azərbaycanda vahid ədəbi dil məsələsi. "Yaşmaq" dərgisinin baş yazarı, şair və naşir Səid Muğanlı bu gün ədəbiyyatın inkişafının həm Güneydə, həm də Quzeydə qabarıq, bəzi hallarda isə bütün çılpaqlığı ilə özünü göstərən estetik toqquşmalardan daha çox asılı olduğunu söyləyir. S.Muğanlının həmin müsahibədə...
ANL
Hər şey bir kitabın axtarışı ilə başladı. Babamla bağlı məlumatların olduğu həmin kitabın izi ilə Nəriman Nərimanovun Mənzil-Muzeyinə üz tutdum. Ona görə ki, zamanında babam və N.Nərimanov yaxın silahdaş oublar. Xırdalıqlara varmaq istəmirəm. Amma onu da deməliyəm ki, muzeylərə getməyi həmişə xoşlamışam. İlk olara...
ANL
Təyyarə uçuş üçün 5 saat sonra hərəkət edəndə hiss etmişdim başlayan macəranı. Günorta eniş edəcəyim hava limanına axşamın qaranlığında çatmışdım. Ona görə də, hansı yoldan keçdiyimi, sağda, solda nələrin olduğunu dəqiq görə bilməmişdim. Sağa boylanıb uzaqdan par-par parıldayan yeri görəndə hiss etdim ki, gecəsi...
ANL
Bir həbsin doğurduğu yanğılar. Qurucularından biri olduğu "Molla Nəsrəddin" jurnalının səhifələrində tək Rusiyanın imperiya ağalığı və milli zülm siyasətinə deyil, Şərq istibdadına qarşı da barışmaz mübarizə aparan Ömər Faiq Nemanzadəni 1907-ci ildə çar polisi həbs etmişdi. Həyatının çətin anlarında dostu və məs...
ANL
Sənətkar dostum üçün doğum günü yazısı. VƏ YAXUD XALQ ARTİSTİ İLHAM NAMİQ KAMALIN BİTİB-TÜKƏNMƏYƏN SƏNƏT QAYĞILARI. Məqalə ilə bağlı İlhama zəng edib, fikrimi ona bildirdim. Vədələşdiyimiz kimi görüşdük və mən, dostumun gətirtdiyi çaya, təklif etdiyi növbənöv konfetlərə qonaq olaraq, söhbətimizə körpü saldım: - ...
ANL
Kimdir döyən qapımı?! Amma nədirsə, ilin sonu yaxınlaşdıqca izahsız bir şeir ovqatı yaranır. Yenisi yaranmasa da, nə zamansa yazılmış müxtəlif misralar beynimi qurcalayır. Əynindəki zövqlü geyimi də, üzündəki mehriban ifadə və gözlərindən daşan işıq da indiki kimi yadımdadı. Nəslimizdə uzun illər balaca uşaq olm...
ANL
HƏMİŞƏ VƏTƏNDƏ. Və mənim də bu ilə və yuvarlaq ildönümünə töhfəm onun haqqındakı təzə kitabım olacaq. Allah şahidi Heydər Əliyevin yetirməsi və məsləkdaşı, görkəmli dövlət adamı Həsən Həsənov. O da mənim xahişimi Heydər Əliyevə ayrıca çatdırmışdı və Ulu öndər demişdi ki, verim arxivi, işləsin. Məni isə yalnız arxiv ...
ANL
Kinomuzun müşkülləri. Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 22-də Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin olundu və mədəniyyət naziri vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edildi. Bildiyim qədərilə bu təyinatdan sonra yeni rəhbərlik tərəfindən nazirliyin müvafiq strukturlarına sənət a...
ANL
Güney Azərbaycanda vahid ədəbi dil məsələsi. Şairliyində işıq saçan istedadı ədəbi-tənqidi yazılarında da boy verən Əziz Səlami uzun illər Almaniyada yaşayıb alman dilində danışsa da, ana dilini bircə anlıq da olsa unutmayıb, yazılarını, şeir və öykülərini də məhz anasının laylay dilində, doğma türkcədə qələmə ...
ANL
Tariximizin qaranlıq məqamlarına işıq salan ədib. MƏMMƏD SƏİD ORDUBADİNİN "QANLI SƏNƏLƏR" ƏSƏRİ MİLLİ FACİƏLƏRİMİZİN MAHİYYƏTİNİ ANLATMAQ BAXIMINDAN CİDDİ ÖNƏM DAŞIYIR. Müstəqillik dövründə erməni-azərbaycanlı münasibətləri, soyqırım və milli ideologiya mövzusunda yazılmış əsərlər, aparılan müqayisələr ideoloj...
ANL
Əvvəlcə onu deyim ki, bu yazını duyğularımı ovuda-ovuda yazmışam. Ona görə ki, Şopenhauerə həsr etdiyim poemadan sonra keçirdiyim hisslərin ağrısını təkrar olaraq Senail Özkanın "Schopenhauer Paradokslar üzerinde raks" ("Şopenhauer: Paradokslar üzərində rəqs") kitabının Ön sözünü oxuyarkən yaşadım, hətta ürək d...
ANL
Ünvansız məktublar. "Ünvansız məktublar" traktatının müəllifi, əsərlərindən öyrəndiyim böyük filosof və ideoloq G.V.Plexanovun xatirəsinə. İnsan Tanrının şah əsəridir. İnsanın İlahi vergisi olan istedad vasitəsi ilə Sənət yaranıb. Tanrının əsəri olan Təbiət rəngarəng çalarlardan, predmetlərdən, ahəngdar səslərdən ...
ANL
Amerika Birləşmiş Ştatları hər zaman diqqət mərkəzindədir. Ancaq məsələ burasındadır ki, bu dağ görünmür, okeanın o tayındadır və kəşf üçün bələdçi tələb olunur. Düzdür, bu gün o uzaqları yaxın edən faktlar, hallar çoxdur - uşaqlarımız orada tələbədir, kiminsə doğmaları orada yaşayır, kimsə tətilini orada keçirm...
ANL
Şuşa... İllərdir həsrətində olduğum şəhər. Uşaqlıq xatirələrimin saxlandığı şəhər. Adı belə çəkilərkən göz yaşlarıma hakim olamadığım şəhər. Gözəl şəhərim işğal altında olduğu illər ərzində bəzən elə anlar olurdu ki, bir daha Şuşanı görməcəyim qorxusu məni bürüyürdü, sonra ümid gəlirdi, o dumanı dağıdırdı. Ulu öndər H...
ANL
Florensiya şəhəri və Mediçi sülaləsi. Ərinin bir qəşəng əmisi oğlu var idi. İzabellanın nəcib keyfiyyətləri onu vəcdə gətirirdi və o, qıza vurulmuşdu. Bu, onu İzabellanın məşuqu etdi və qızın məhkum edilməsinə səbəb oldu. Namus motivi adətinə müvafiq olaraq qız öz qardaşı və əri tərəfindən sanksiyaya məruz qald...
ANL
Tariximizin qaranlıq məqamlarına işıq salan ədib. MƏMMƏD SƏİD ORDUBADİNİN "QANLI SƏNƏLƏR" ƏSƏRİ MİLLİ FACİƏLƏRİMİZİN MAHİYYƏTİNİ ANLATMAQ BAXIMINDAN CİDDİ ÖNƏM DAŞIYIR. Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsəri vasitəsilə biz erməni millətçilərinin öz məkrli hərəkət xəttini ardıcıl davam etdirdiyinin, fürsə...
ANL
"Persefonanın qaçırılması". Bu müddət ərzində Yan Rubens (atası) protestantlığa meyl etməyə başladığı üçün katolik cəmiyyəti tərəfindən qəbul edilmir və Yan Rubens ailəsi ilə İspaniyaya köçməli olur. Yanın vəfatından sonra isə həyat yoldaşı Mariya uşaqları ilə birlikdə Antverpenə qayıdır. 1591-ci ildən başlayaraq Ru...
ANL
Keçirdiyimiz görüşlərdə Amerikanın öz tarixində, siyasətində buraxdığı səhvlər, törətdiyi faciələr rahatlıqla etiraf edilirdi. Hindulara tutulmuş duvandan, İraqdakı müharibəyə qədər. Kimsə kiminsə günahını nə gizlətməyə, nə də bəhanə gətirib ona haqq qazandırmağa çalışırdı. İstənilən problemi səsləndirməkdən çəki...
ANL
Dövlətçilik rəmzləri arasında gerbin özünəməxsus yeri var: o, mənsub olduğu dövlətin, xalqın maddi-mənəvi dəyərlərini, xarakterik cəhətlərini, məram və məqsədlərini ifadə edir. Gerbin təsvirindən istifadə qaydaları müvafiq qanunla tənzimlənir, ona qarşı hər hansı hörmətsizlik məsuliyyətə səbəb olur və səbəbkar c...
ANL
Tədris xarici dillərdə aparılan məktəblərdə bilinqval təlimə keçid zamanın tələbidir. Tədris xarici dillərdə aparılan məktəblərdə bilinqval təlimə keçid zamanın tələbidir. Dünyanın qabaqcıl ölkələrində bilinqval və polilinqval təlim modellərinin aktuallığı və geniş tətbiqi, eləcə də hazırki dil situasiyasında ölkə...
ANL
Təsəvvür eləyin, evlənmək əleyhinə yazdığım axırıncı yazıya görə bəzi xanımların mənə qarşı davranışları o qədər dəyişildi ki, o zərif ürəklərindəki gizli hiss-duyğuları bu dəfə açıq-aşkar görə bildim. Həmin xanımlardan biriylə, yazıdan iki gün sonra səhər-səhər işə gələrkən qarşılaşdım. Həmişəki kimi salamlaşd...
ANL
Önəmli olan insanın bir dərdinin-davasının olmasıdır". Mənim olmayan bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da... Söhbət bu barədə deyil. Yox, elə bu barədədir, ədəbiyyata verilən böyük dəyər barədə! Qısası, nə qədər ki, bəşəriyyəti insan övladı idarə edir, ədəbiyyat da olacaq. Zamanının klassikası sayılan, adı ...
ANL
Zibil qabı. Mədət kişini də əslində elə daha çox həyat yoldaşı Nuridə başdan çıxarmışdı. O da gündəlik zibilləri yığmaq üçün bəs etmirdi. Abdulla adi fəhlə olsa da, dilli-dilavər, fəal idi. Gündəlik onun-bunun qapısında iş görməklə ailəsini dolandırır, gününü keçirirdi. Təzə məhəlləyə keçəndən sonra onun tez-tez ...
ANL
Əlizadə Nuri: "Şair ədəbiyyata və əbədiyyətə iddialı olmalıdır". Müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Əlizadə Nuridir. Bu günlərdə 60 illik yubileyini qeyd edən şairlə həyat, ədəbiyyat, söz, sənət, şəxsi yaradıcılığı və başqa bu kimi mövzularda həmsöhbət olduq. 60 ilin necə ke...
ANL
DÜNYASINI ERKƏN DƏYİŞMİŞ ŞAİR İLQAR QULUSOYUN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏR. Ədəbiyyat tariximizdə istər poeziya, istər nəsr, istərsə də dramaturgiya sahəsində yazıb-yaradan elə qələm sahibləri var ki, onların yaradıcılığı ya dərindən araşdırılmayıb, ya da sağlığında, yaxud vəfatından sonra lazımca təbliğ olu...
ANL
Millətin dərdini və dərmanını bilən ziyalı - Ömər Faiq Nemanzadə. XX əsrin əvvəlində Azərbaycanda milli şüurun oyanması və inkişafı, formalaşma prosesi, təbii ki, dünyada, xüsusən də Rusiyada və Qafqazda baş verən ictimai-siyasi, sosial hərəkat və inqilablarla bağlı idi. Azərbaycanda da liberalizm, sosial-demokra...
ANL
Xoş və nikbin auralı müsahibə. Prezident İlham Əliyevin yerli televiziya kanallarına növbəti müsahibəsi 2023-cü ilin başlanğıcında hamımızı həm nikbin və ümidli, həm də işgüzar ovqata kökləmək baxımından əlamətdar oldu. Ölkə başçısının bu müsahibəsi eyni zamanda dövlətimiz və xalqımız üçün yaxın gələcəyə yönəli...
ANL
Nəsrimizdəki silinməz imza. Salam Qədirzadənin ən gözəl əsərlərindən olan "46 bənövşə" Azərbaycan ədəbiyyatında "ən yaxşı sevgi romanı" onluğuna daxil edilib. Roman təsirli lirizmi ilə seçilir. Bu əsərə mövzudan, süjetdən dolayı oxucunun emosional bağlılığı bir qədər artıqdır. Dəryaya dəlicəsinə aşiqdir, nağıllar...
ANL
İşdən təqaüdə gedənlərin bütün buraxılış vərəqələrinə viza qoyurdum, indi özüm öz xoşumla vida imzasını təsdiq etməliyəm. Çilov adamı - qara adamÇilov adamı çox hadisələrin şahidi olub, xüsusən neft sahəsində baş verən hadisələrin birinci iştirakçısıdır və Adam adanın ən yaxşı tərəfindən neft gəlirlərinin artdı...
ANL
Nədənsə bizə elə gəlir ki, bütün ömrümüz boyu bir zaman ölçüsündə, düzənində yaşayırıq. Əslində isə belə deyil. Deməli, biz də Yerin sakinləri kimi, Yerlə birlikdə həmin zamanın içindəyik. Lakin bu zaman okeanında 1-in yüz trilyonda birə nisbətində o qədər kiçikik ki, onun varlığını və təsirini hiss etmirik. İkinc...
ANL