text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Xatirə köçü. Uzaq-yaxın, rahat-nahamar, geniş-ensiz, fərq etməz, üzərində insan ayağının izi, həyat nişanəsi olan istənilən yol, mənim üçün dünyanın ən əsrarəngiz mənzərəsidir. Uca bir dağ yamacına şərid kimi dolanıb gedən yollara baxdıqca baxaram, meşənin lal sükutunun içindən keçən yollarda saatlarla dolaşsam, ...
ANL
Ömər Faiq Nemanzadə Nağı Şeyxzamanlının xatirələrində. "525-ci qəzet"in səhifələrində dərc olunan yazılarını səbirsizliklə gözlədiyim və maraqla oxuduğum hörmətli alim və diplomat Vilayət Quliyevin və professor Solmaz Rüstəmova-Tohidinin Ömər Faiq Nemanzadənin 150 illiyinə həsr etdikləri məqalələrindən çox təsirləndi...
ANL
Antik dünyanın parlaq şəxsiyyətləri. Sezar cəsarətli hərəkət etdi, ordusunu iki yerə bölüb iki legionu düşmənin arxasına göndərdi, onlar germanların ərzaq təchizatı yolunu kəsdilər. Sezarın əsas qüvvələri gəlib çıxanda isə germanlar darmadağın edildilər. Arovistin qoşunlarının çoxu qaçdıqları və çaydan keçdiklər...
ANL
Əvvəlcə onu qeyd edim ki, "Uzun sözün qısası" rubrikasının niyyəti bədii əsərlərin qısa süjetini təqdim etmək, bununla da oxucuları məşhur romanların, heç olmasa, qısa məzmunu ilə tanış etmək, bu əsərlərə maraq oyatmaqdır. Bu dəfə Xalq yazıçısı Yusif Səmədoğlunun "Qətl günü" romanından danışmışam. Əsər o dövrdə ədəbi ...
ANL
Elmirin də, mənim də sevincimiz yerə-göyə sığmırdı. İkimiz də Təhsil Nazirliyinin təşkil etdiyi xüsusi imtahandan uğurla keçmişdik. Yüksək bal toplayıb, universitetə qəbul olunmuşduq. Özü də məktəbdə hələ tədris ili bitmədən. Fərz edirdik ki, həyatımızdakı ən vacib nailiyyəti qazanmışıq. Bir şagird ki, gecəsini-g...
ANL
Necə sevməli, necə ayrılmalı? Dünyanın ən gözəl və ən çox oxunan sevgi romanlarından biri, şübhəsiz ki, Orhan Pamukun "Məsumiyyət muzeyi"dir. Sevgi romanı olmaqla bərabər, bu mətn həm də səksəninci illərin İstanbuluna aydın bir güzgü tuta bilib. O dövrdə qlamur ailələr hansı yeməkləri yeyirdi, hansı siqareti çəkirdi, ...
ANL
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASININ REKTORU SİYAVUŞ KƏRİMİ: "BU GÜN CƏMİYYƏTİN MUSİQİ ZÖVQÜNÜ TELEVİZİYA VƏ SOSİAL ŞƏBƏKƏLƏR FORMALAŞDIRIR". Dəqiq yadımdadır, 1994-cü ilin mart ayının əvvəli idi. Dövlət televiziyasında çalışdığım redaksiyada növbəti verilişimin hazırlığına başlamışdım. Kimlərlə görüşüb söhbət...
ANL
Ənvər Rza ilə Kəlbəcərə gedən yolda atüstü görüş... İTV-nin "Ozan məclisi" proqramının aparıcısı, saz-söz sənətimizin mahir bilicisi və təbliğatçısı Qorxmaz Tofiqoğlu ilə unudulmaz Xalq şairimiz Osman Sarıvəlli haqqında hazırlayacağımız verilişi müzakirə edərkən Ənvər Rzanın da adını və şeirini xatırladıq: Kəndi...
ANL
Qıvrıla-qıvrıla gedilən hər yol, beqonvillərin, rəngli çiçəklərin, sarmaşıqların, qızılgüllərin qucaqladığı bir kəndə, bir qəsəbəyə aparıb çıxardır insanı. Sahilə enməzdən nələrlə qarşılaşacağını az-çox təxmin edirsən. Ayağını torpağa basanda isə adalardan keçib, dənizlərdən ötüb gəlməyinə görə peşman olmursan. ...
ANL
Güllələnmiş cümhuriyyət nazirinin oğlu - Rəşid Rəfibəyli. Sovet hakimiyyəti illərində ən ağır sürgünlərə, mühacirət və ölümlərə məhkum edilsələr də, Ulu Tanrı onlara şöhrət pilləsinin zirvəsindən düşməyə imkan vermədi. Təqib və məruz qaldıqları repressiyalardan qaçmaq üçün SSRİ məkanında 20-yə yaxın, Türkiyədə is...
ANL
TEATRIMIZIN BUGÜNKÜ PROBLEMLƏRİNİ DƏ. İctimai Televiziyanın (İTV) efirində 2019-cu ildən yayımlanan, həftənin dörd günü efirdə olan "Sabaha saxlamayaq" verilişi Azərbaycan teleməkanında azsaylı peşəkar müzakirə platformalarından biridir. Zövqsüz şouların, məişət söz-söhbətlərinin, manipulyativ sosial verilişlərin ço...
ANL
Heydər Əliyevi HEYDƏR ƏLİYEV edən. İnsan fotolarda həmişə gələcəyə baxır, fotolara baxanlarsa həmişə keçmişi seyr edir. Onda qalmış köhnə illərin şəkilləri ola. Arxada qalmış illərin fotolarında daim o sual da var ki, bu uşaq, bu yeniyetmə, bu gənc yaşa dolub kim olacaq, hansı yollardan keçəcək, gözlərini kamer...
ANL
Xatirələrdə əbədiləşən loğman. Orta məktəbdə oxuyanda müəllimimizdən soruşmuşdum ömür nədir. Müəllimimiz təbəssümlə demişdi ki, bu məhfumu hərə öz ürəyincə, duyumunca, dünyagörüşüncə yozur. Onu da dərk eləmişdim ki, ömür məfhumunun fəlsəfəsini dərk edənlər üçün bu gün sabahlara görə yaşanılır; sabahlara görə yaş...
ANL
Görkəmli türk hərb xadimi Xəlil Kut paşanın "İttihad və Tərəqqidən Cümhuriyyətə: bitməyən savaş" adlı xatirələrindən ibarət olan, Taylan Sorqunun hazırladığı kitab bu yaxınlarda Azərbaycan dilində nəşr edilib. Əsəri tanınmış türkoloq, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, A...
ANL
Oqtay Rzanın "Səkkizliklər"i haqqında düşündüklərim. Mərhum şair Oqtay Rza öz poetik üslubuna sadiq söz ustasıdır və on il-lərdir, oxucusu onun yaradıcılığını maraqla qəbul edir. Oqtay Rza şeirində iki xətt aparıcı olub: rübailəri və səkkizlikləri. Birinci silsilə haqqında, vaxtilə çap etdirdiyim Oqtay Rzanın ya...
ANL
"STEAM Azərbaycan" layihəsi: təhsildə müasir dünya reallıqlarına doğru. Xəbər verildiyi kimi, bu günlərdə Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışı olub. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak ediblər. Açılış zamanı dövlət başçısına və birin...
ANL
“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının təqdimatı keçirilib. Xalq yazıçısı, akademik Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində nəşr ...
ANL
Florensiya şəhəri və Mediçi sülaləsi. Katerina, həmçinin, fiziki təcrübələrdə də xüsusən fəal idi. O, fransız qadınlarına bir tərəfdə oturulan yəhərdə at çapmağı, ovçuluq sənəti təcrübəsinə yiyələnməyi öyrədirdi, bu məşğuliyyətlərdə isə özü yüksək dərəcədə bacarıqlı idi. Onun xoşa gəlməyən, acı ləqəblərindən bir...
ANL
"Tələbə və doktorantların təqaüdlərinin artırılması rifaha və tərəqqiyə xidmət edir". Yeni sosial islahat mərhələsi çərçivəsində Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Fərman və Sərəncamla tələbə və doktorantların təqaüdləri də artırıldı. Həmçinin, dövlət başçısının yeni Sərəncamı ilə dövlət büdcəsinin...
ANL
Şöhrətli sərkərdə, əfsanəvi qəhrəman. GENERAL HƏZİ ASLANOVUN ŞANLI ÖMÜR YOLUNDAN SƏHİFƏLƏR. LƏNKƏRANDA BİR EV VAR... Bir ev var Lənkəranda... Xəzərin sahilində, şəhərin mərkəzində yerləşən bu ev təkcə lənkəranlılar üçün yox, bütün Azərbaycan üçün, Odlar yurdunun qonaqları üçün müqəddəs bir ocağa çevrilib. Burada...
ANL
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Güləbətin Əhmədovadır. Güləbətin xanımla məşhur italyan rəssamı Karavvaconun "Meduza" əsərindən danışmışıq. XVI əsrin sonu - XVII əsrin əvvəllərində məşhurlaşan italyan rəssamı Mikelancelo Karavvaco 29 sentyabr 1571-ci ildə Karavacco şəhərində anadan olub....
ANL
Abbas Zamanov 1979-cu ildə nəşr etdirdiyi "Əməl dostları" kitabında Ömər Faiq haqqında yazırdı: "Ömər Faiqin bəxti elə gətirmişdir ki, onun mətbuatımızın tarixindəki yüksək xidmətləri uzun müddət layiqincə qiymətləndirilməmiş, indiyədək əsərləri toplanıb nəşr edilməmişdir. Yalnız son zamanlarda onun haqqında az-ç...
ANL
Elmin inkişafına dövlət dəstəyinin əməli ifadəsi. Müstəqillik dövründə Azərbaycanda cəmiyyət həyatının bütün sahələri ilə birlikdə ümumiyyətlə elmin inkişaf etdirilməsi, o cümlədən, Milli Elmlər Akademiyasının fəaliyyətinin tənzimlənməsi, elmi işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində dövlət səvi...
ANL
20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli liderin rolu. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyan...
ANL
Müsahibimiz gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü Şəfa Vəlidir. Ustad dediyim Əkbər Qoşalı DGTYB nəşrlərində "-yeva"ya lüzum görməyəndən sonra yazılarımın sonunda qısaca "Şəfa Vəli" yazmağı seçdim. - Ədəbiyyat adamının qazancı nədir? - Əvvəlcə, ədəbiyyatın özünün ins...
ANL
Təhsil İnstitutunun fəaliyyəti: yeniləşmə və inkişaf yolunda ardıcıl addımlar. Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ötən il ərzində çoxsaylı layihələr, tədqiqatlar həyata keçirib, təlimlər, tədbirlər və görüşlər təşkil edib. Məktəb Ailə İcma Birliyi (MAİB) ilə bağlı modelin hazırlanması, STEAM yan...
ANL
Sözləri qəribə tələffüz edən nərmənazik qız bu gün havanın günəşli, arabir yağışlı olacağını deyib axırda da əlavə etdi ki, hava necə olur olsun, çalışın əhvalınızı yüksək tutasınız. Hava proqnozundan başqa heç nəyə baxmayan Kazım televizoru söndürüb mətbəxə keçdi. Mobil telefonu zəng çaldı. Dostu Ramazan idi. Be...
ANL
Yeni əsrdə köhnə kədər. İnsanlar istəsələr də, istəməsələr də, dövlətin müstəqilliyi, milli azadlıq bir qayda olaraq, suverenlik naminə tökülən al qan üstündə ucalır. Müasir Azərbaycan üçün iyirmi yanvar milli azadlığın torpağa qan kimi hopduğu gündür. Qədim bir əsatirə görə, azadlıq sarayı tikmək qərarına gələn in...
ANL
1988-ci ildən etibarən sovet dövrünün ideoloji təbliğat tələbi özünü tamamilə fərqli istiqamətdə - azadlıq çağırışı, millilik, türkçülük, azərbaycançılıq, milli kökünə qayıdış istiqamətində göstərməyə başladı. Milliözünüdərk hissi, milli məfkurə uğrunda mübarizə və milli münaqişələrin publisistikaya gətirilməsi günün ...
ANL
Şöhrətli sərkərdə, əfsanəvi qəhrəman. GENERAL HƏZİ ASLANOVUN ŞANLI ÖMÜR YOLUNDAN SƏHİFƏLƏR. Stalinqradın faşistlərdən azad edilməsində general Həzi Aslanovun tankçıları böyük hünər göstərmişlər. Bir az əvvəl ətrafa çökmüş sükutu tank motorlarının yeknəsək gurultusu pozdu. İrəlidə Aslanovun tankı gedirdi. O, döng...
ANL
Ünvansız məktublar. "Ünvansız məktublar" traktatının müəllifi, əsərlərindən öyrəndiyim böyük filosof və ideoloq G.V.Plexanovun xatirəsinə. Xəyal şəxsiyyətin gizli, yalnız ona məlum və agah olan enerji mənbəyidir. Xəyal həm yaşanılmışların - xatirələrin, həm də həyata keçməmiş arzuların anasıdır. Bu izlər qocalan...
ANL
Elə sənət əsərləri var ki, zaman-zaman dəfələrlə bir daha xatırlayırsan: ədəbi-bədii əsərdirsə, yenidən oxuyursan, filmdirsə, bir də izləyirsən, rəsm əsəridirsə, təkrar-təkrar baxmaqdan yorulmursan. Söhbət daha çox sənət əsərinə marağı olan kəslərin kitablar arasında kitab kimi saxladığı bədii faktdan gedir. Mən ...
ANL
Semantik sayrışmalar və mifolinqvistik konsepsiya. Bu yazı akademik Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar və "Mifoloinqvistika" adlı əsərlərinə dair mülahizələri ehtiva edir. Bu iki monoqrafiya bir-birini sistemli şəkildə tamamlayır. "Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar" adlı əsərind...
ANL
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 20 Yanvar faciəsində yüzlərlə günahsız insanın canından keçdiyini vurğulayaraq, həmin faciənin səbəbkarı Sovet ordusu olsa ...
ANL
"Müasir texnologiyalara uyğun inkişaf edən ali təhsil tamamilə fərqli olacaq". Azərbaycanda ali təhsildə ən uğurlu və mütərəqqi islahatlardan biri məhz adambaşına maliyyələşməyə keçidin tətbiq edilməsidir. Bu o deməkdir ki, yüksək bal toplayan və dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan tələbələrin təhsil ...
ANL
Antik dünyanın parlaq şəxsiyyətləri. Döyüşçülər iki hörmətli siyasi xadimin qanunsuzluğun qurbanları olduğunu gördükdə hiddətləndilər, qorxuya düşdülər ki, onlara pensiya və mükafat verilməyəcəkdir. Sezar da əsgərlərin narazılığını qızışdırırdı. Sərhədi keçmək vətəndaş müharibəsinin başlanması olardı. sözlərini ...
ANL
Xoşbəxtlikdən usananda... Kiçik bir müqəddimə. O vaxtlar hələ gənc idi, amma qazandığı uğurlar, yaşadığı ömür qarşıda onu gözləyən, yaşanacaq yeni anların daha böyük şirinliyindən soraq verirdi və Gündüz Abbasov hər gün bu ümidin əlindən tutub qırımından bəxtəvərlik, xoşbəxtlik yağa-yağa kinostudiyaya yollanırdı...
ANL
Son vaxtlar teatr məkanımızda yaranan tamaşalar haqqında o qədər qarışıq fikirlər səslənir ki, nəyin yaxşı, nəyin pis olması barədə fikir söyləmək belə çətinləşir. İndi hətta yaxşı olmayan hansısa bir işi, hansısa "zərurətdən" irəli gələrək dağ başına qaldırırlar. Haqqında saatlarla danışıla biləcək, maraq doğu...
ANL
Nə yeyib-içdiyimizi bilirikmi? QİDA MƏHSULLARI ALARKƏN ONUN KEYFİYYƏTİNİ NECƏ MÜƏYYƏN ETMƏLİ? Alqı-satqı zamanı, məhsul seçərkən potensial alıcıların tələblərinin nəzərə alınması rəqabətin ən aktual məsələlərindəndir. Təsadüfi deyil ki, bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində keyfiyyətin idarə olunması tə...
ANL
XALQ ARTİSTİ FİRƏNGİZ MÜTƏLLİMOVA: "ŞUŞAMI MƏNƏ QAYTARAN, CANLARINI FƏDA EDƏN OĞULLARA, ONLARI BÖYÜDƏN ANALARA BİR ÖMÜR BORCLUYAM". Hər dəfə teatrdan söz düşəndə Stanislavskinin kəlama çevrilən məşhur deyimini xatırlayıram: "Teatr asılqandan başlayır". Və hər dəfə teatra gedəndə tamaşadan əvvəl asılqanın ətraf...
ANL
İlklər müəllifi. İlklər unudulmur. Zaman birincilərə həmişə borcludur. Buna görədir ki, ilk imzalar tarixin hər dövründə aktualdır. Bu aktuallıqdan çıxış edərək öz sahəsinin ilki olmaqla adını tarixə yazdıran Xalq rəssamı Bədurə Əfqanlını sizə daha yaxından tanıtmaq istəyirik. Bu məsələdə bizə sənətşünas Həqiqət ...
ANL
Məktəblərdə psixoloq qıtlığı. Təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm və əhəmiyyətli rolu var. Mütəxəssislərin fikrincə, uşaqların müəyyən psixoloji çətinliklərinin öhdəsindən gəlmələri üçün öz sənətinin peşəkarı olan psixoloqlarla daha tez-tez təmas qurulması vacibdir. Rəsmi məlumata görə, haz...
ANL
Xatirə yağışı. Adı Yer kürəsidi, mən şər kürəsi deyərdim. Min illərdi yanır bəşər. müharibələr, inqilablar alovunda, Min illərdi yeni tarix yazılır. Bu misralar gənc yaşlarımda yazdığım şeirdəndi, o yaşlarımda ki, güldən - çiçəkdən, sevgiylə döyünən ürəkdən yazmalıydım. Bəs niyə yazmadım? Çünki insan yaşadıqlarını yazı...
ANL
Milli ruhumuzun 20 Yanvar zirvəsində qərar tutan şəhid. demək üçün sipər etdi canını tankların, güllələrin önünə. O zirvə ki, bir qərinə keçməsinə baxmayaraq, bu gün də danışılır, sabah da danışılacaq, hələ neçə 33 illər adları bu vətən torpağının qəhrəmanları kimi qürurla anılacaq. Həmin şəhidlərimizdən biri də şəh...
ANL
Mənəm-mənəmliyə mübtəlalıq. TELEMƏKANDA ŞOU VƏ ŞOUMEN PROBLEMİ. Bu gün Azərbaycan teleməkanı öz gündəlik fəaliyyətini müğənnilərin iştirak etdikləri əyləncəli musiqili verilişlər və sıravi vətəndaşların ailə, məişət problemlərini ekrana daşıyan sosial yönümlü proqramlar olmaqla əsasən iki xətt üzərində qurub. Mah...
ANL
Zəmanə sanki onların hərəkətlərinə də bir yeyinlik bağışlamışdı. O nəslin bir çox elm, maarif, mədəniyyət adamlarıyla yaxınlığım, çox söhbətlərim olub. Üzdən yanaşsan, doğru iraddır. Ancaq o çağın həyatın tez yetişdirdiyi, erkən kişiləşdirdiyi və həm də sanki daha qabil, daha istedadlı cavanlarının hər birini biz...
ANL
Sən demə, bütün dahi şairlər eyni şairlərmiş. Adlarından başqa! Şairlər eyni şeyi yazırlarmış. "Şeirə söykənib baxmaq istəyirəm dünya dediyimiz şeyə" deyəndə Əli Kərim kimi başını Sözün yamacına qoyubmuş. "Hər itkim bir şeirə dönür" söylərkən Şəhriyar olub "Hər şeirim ən yaxın əzizlərimi itirməyimin hesabına yara...
ANL
M.Ə.Sabirin nəvəsinin 20 Yanvardan sonrakı Vilnüs müsahibəsi. Xalqımıza qarşı əvvəlcədən düşünülüb həyata keçirilmiş 1990-cı il 20 Yanvar qırğını ərəfəsində və bundan bir zaman sonra da Azərbaycan informasiya blokadasında idi. Hələ yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika t...
ANL
M.Ə.Sabirin nəvəsinin 20 Yanvardan sonrakı Vilnüs müsahibəsi. Xalqımıza qarşı əvvəlcədən düşünülüb həyata keçirilmiş 1990-cı il 20 Yanvar qırğını ərəfəsində və bundan bir zaman sonra da Azərbaycan informasiya blokadasında idi. Hələ yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika t...
ANL
Müxəmməd Haqverdinin şeirləri və təbəssümləri. Riyaziyyat müəllimidir, şeir dəftərlərini gətirir, mən də oxuyuram, hər dəftəri verəndə arxasınca belə deyir, hələ evdə bir şeir dəftərim də var, onu gətirmək yadımdan çıxıb, yəni bunu deməklə ikinci dəfə də yanıma gəlməyə yer qoyur. İstəyirəm hər gün gəlsin, təpədən- ...
ANL
Şəhid Mirmöhsümün dəyişməyən yaşı. Azərbaycanımızın son 200 illik tarixinə möhtəşəm qələbəylə həkk olan Vətən müharibəmizin ən gənc şəhidlərindən biridir Mirmöhsüm Əhmədov. 18 il idi dünyaya gəlişi, amma dünyanı tanımağa gənc ömrü yetməmiş gülləylə tanış oldu sinəsi, torpaqla bütünləşdi vücudu. Onsuz keçəcək saysız-he...
ANL
Vətənin dəli sevdalısı. DÖYÜŞÇÜ-HƏKİM ƏKBƏR MƏMMƏDOVUN HƏYAT YOLU. Baxırsan, biri fərqlidir. Kimsəyə bənzəmir. Həm də sanki uzun zamandır, tanıdığındır. Hiss edirsən ki, bu adamın hardasa səninlə ortaq cəhətləri var. Bəlkə də, əvvəlki həyatda eyni rüşeymdən törəyən əkiz bacı-qardaş olub. Yoxsa hardan tanıyardın il...
ANL
Məmməd Cəfər Cəfərovun bədii irsinin təbliğinə töhfə. Akademik Məmməd Cəfər Cəfərovun "Bədii əsərləri" çapdan çıxıb. Kitabın tərtibçisi və ön sözün müəllifi akademik İsa Həbibbəyli, redaktoru professor Tahirə Məmməddir. Annotasiyada qeyd edilir ki, "kitabda ilk dəfə görkəmli elm xadimi, akademik Məmməd Cəfər Cəfər...
ANL
Mənim arxivimdəki bir çox məktublar arasında Hüseyn Kürdoğlunun indiyə qədər çap olunmamış bir şeiri də var və o şeiri oxuculara təqdim etməzdən əvvəl, Hüseyn haqqında bir neçə söz demək istəyirəm. Mənəvi saflıq isə, bildiyimiz kimi, poeziyanın əsas tərəf-müqabili, həm də süzgəcidir. Ədəbiyyat və Dil İnstitunda əd...
ANL
Yerin Göyə göndərdiyinə bax! Göyün Yerə göndərdyinə bax! Yerlə Göy arasında Yerlə Göy qədər fərq var! Həkimlər bayram süfrəsindən sonra idman eləməyi məsləhət görür. İngilis Çörçill deyib ki, "mən bu yaşa çatdığıma görə idmana borcluyam, çünki ömrümdə onunla məşğul olmamışam". Bizim Oqtay Rza deyirdi ki, "tay-tuşlarım ...
ANL
Florensiya şəhəri və Mediçi sülaləsi. Mariyanın Fransa kralı IV Henri Burbona ərə getməsi, onun qarşılıqlı razılıq əsasında Fransa kralı II Henrinin və kraliça Katerina de Mediçinin qızı, toyu günü huqenotların qırğını təşkil edilmiş Marqaret Valuanı boşamasından sonra baş tutdu. Beləliklə, Mediçi nəslindən olan ...
ANL
Vətənin dəli sevdalısı. DÖYÜŞÇÜ-HƏKİM ƏKBƏR MƏMMƏDOVUN HƏYAT YOLU. 2020-ci il Tovuz hadisələri başlayanda Müdafiə Nazirliyinə müraciət edib cəbhəyə getmək istədiyimi bildirdim. Bilirsinizmi, döyüşü bir dəfə görən adam məqamı gələndə yenə ora can atır. Bunun nə demək olduğunu yalnız döyüş görənlər, bir də canında...
ANL
XVI əsrin sonu - XVII əsrin əvvəllərində məşhurlaşan italyan rəssam Mikelancelo Merisi adı ilə tanınan Karavaccio 29 sentyabr 1571-ci ildə Cremona yeparxiyasının kiçik Karavaccio şəhərində anadan olub. Karavaccio rəsm çəkməyi Simone Peterzano və Titian kimi rəssamlardan öyrənib. O, əsərlərində realistik üslubdan ...
ANL
Bəzən elə məqam yetişir ki, illərlə tanıdığın, hörmət etdiyin, işığına uçunduğun bir insan haqqında ürək sözlərini başqalarına çatdırmağa ehtiyac duyursan. Bu qış günlərinin birində xəbər tutdum ki, yanvarın 25-də görkəmli Azərbaycan ziyalısı, el ağsaqqalı, xeyirxah insan, dostluğunu özümə fəxr bildiyim Aydın Hey...
ANL
Qələmsiz yazılanlar. status-esselər. Jurnalist adını ironiya mənbəyinə, istehza hədəfinə çevirənlərə qarşı ilk növbədə peşəkar jurnalistlər mübarizə aparmalıdırlar. Nankorluq və naşükürlük gec-tez cəzalandırılır. Sevgiyə can verən, onu körükləyən yeknəsəklikdən qaçmaq həyatı yeniləmək və dəyişdirmək arzusudur. İ...
ANL
"Şəhid zabitin xanımı olmaq çox böyük şərəf və məsuliyyətdir". Tariximizə qızıl hərflərlə yazılan, Böyük Zəfərlə bitən Vətən müharibəsində ömrünü bu yurd üçün fəda edən qəhrəmanlar Qarabağın azadlığını, vətənin firavanlığını, Azərbaycanımızın ərazi bütövlüyünü təkcə canlarından deyil, həm də canları qədər sevdikləri a...
ANL
Urmiya gölünün quruması: ekoloji terrordan törəyən böyük fəlakət. Urmiya gölü Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhədə yaxın ərazidə yerləşən qapalı, duzlu göldür. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yerdədir. Hədsiz duzlu olması səbəbindən qışın ən sərt vaxtlarında belə gö...
ANL
Güney Azərbaycanın tarixi abidələri: Təbrizdəki daş yaddaşımız. Dünyanın ən uzunömürlü paytaxt şəhərlərindən biri kimi tarixə düşən Təbriz Şərqi Azərbaycan vilayətinin inzibati mərkəzidir. Sahəsinə görə Tehran və Məşhəddən sonra üçüncü ən böyük şəhərdir. Tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzl...
ANL
1976-cı ildə Səməd Vurğunun təntənəli 70 illiyi qeyd ediləndə şair haqqında danışılan xatirələrdən biri də onun nənəsi ilə birgə Qazax seminariyasına gedib oxumaq arzusunu Firidun bəyə bildirməsi idi. Həmin xatirəni mətbuatdan oxuduğum vaxtdan bəri onun adı xalqın görkəmli ziyalılarından, məşhur müəllimlərindən biri ...
ANL
Unudulmaz Gülağa müəllimin xatirəsinə. Payız yenicə girmişdi. Adətən ilin bu vədələrində köhlən at misallı şahə qalxan dalğaları Lənkəran ovalığının sahillərini döyəcləyən, başı göy dənizdən Kömürgöy zirvəsinə dirənən Talış dağlarının ətəklərində binə bağlayan Dırıq, Ponəim elinin kənd-kəsəyi boz dumana bürünür,...
ANL
Aləmi sellər, zülmlər, təcavüzlər götürən bir vaxtda mərhəmət?! Amma ilk olaraq bu oyunda əsrlərlə aldadılan məzlum müsəlmana üzünü tutur. Müəllif nəyə ağladığını, niyə ağladığını anlamayacaq qədər cahil və məzlum oxucusuna əvvəlcə ritorik suallar verir, istehzalı cavablarla məsələnin mahiyyətini də özü anladır....
ANL
"Əsas elmi istiqamətimiz Qərbi Azərbaycan tarixinin bütün problemlərinin öyrənilməsidir". CƏBİ BƏHRAMOV: "AMEA-nın TARİX İNSTİTUTUNUN YENİ YARADILMIŞ QƏRBİ AZƏRBAYCAN TARİXİ ŞÖBƏSİNDƏ KOMPLEKS ŞƏKİLDƏ TƏDQİQATLAR APARILMASI NƏZƏRDƏ TUTULUR". Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı sə...
ANL
Şəhid anasının duyğuları: həm ağrılı, həm qürurverici. Azərbaycan qəhrəmanlıq tarixinin ən şanlı səhifəsinin yaradıcıları, 200 illik tariximizin ən böyük qələbəsinin memarı oldu Vətən müharibəmizin şəhidləri. Həmin qəhrəman igidlərimizdən biri də az yaşında böyük bir ada sahib olan, yaşından artıq müddəti olan işğall...
ANL
Güney Azərbaycanın və Təbrizin tarixi abidələri. Bəzz qalası Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri xırda feodal Cavidanın, onun ölümündən sonra isə Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası k...
ANL
Ermənilərin ekoloji terroruna məruz qalmış Topxana meşəsi. Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşədə yaşı bilinməyən palıd, qarağac, fıstıq ağacları, zəngin heyvanat aləmi, gözəl çəmənləri, şirin bulaqları vardı. Bir sö...
ANL
Vətən və istiqlal mücahidi. Onun həyatı, ictimai-siyasi fəaliyyəti, fəlsəfi-dini görüşləri, şəxsiyyət tamlığı və nüfuzu sonrakı nəsillər üçün möhtəşəm tərbiyə məktəbi oldu. Anası Əminə Şərifə xanım buxaralı tacir Mehmet Əfəndinin qızı idi. Əvvəl Toqatda şirvanlı Dərviş Əfəndi ilə nigaha girmiş, o, dünyasını dəyişə...
ANL
Alaçıqlar bəzəyi olan keçələr... MODELYER-DİZAYNER NAİLƏ KƏRİMOVANIN SƏNƏT DÜNYASI. "Keçə sənəti: Zamanın və məkanın vəhdəti" modelyer-dizayner Nailə Kərimovanın fərdi sərgisi. Çox zövqlə işlənmiş bu nəfis tərtibatlı dəvətnaməni ədəbiyyat xəzinəmizdə - N.Gəncəvi adına Ədəbiyyat Muzeyində çalışan tələbə yoldaşım ...
ANL
Bu fikirləri UNEC rektoru, professor Ədalət Muradov universitetdə ötən ilin yekunlarına dair keçirilən tədbirdə deyib. Hesabat tədbirində UNEC nəzdində İctimai Nəzarət Şurasının üzvləri - millət vəkilləri Etibar Əliyev, Hikmət Məmmədov, Arzu Nağıyev, professor Şahlar Əsgərov, "Modern" Media Qrupunun baş direktoru, ...
ANL
"Uğur qazanmaq üçün inadkarlıq və özünə güvənmək lazımdır". İNTERYER-DİZAYNER LEYLA NAİB CABBARLI: "İSTEDADLI GƏNCLƏRİMİZ ÇOXDUR, SADƏCƏ ÖZÜNÜ DÜZGÜN ŞƏKİLDƏ TƏQDİM EDƏ BİLMƏYƏNLƏR VAR". sənəti rəssamlıqla bağlı sahədir. Burada müasir düşüncə və yeniliklərə açıq olmaq, estetik zövq mütləq şərtlərdəndir. Yaxşı diz...
ANL
Alternativ enerji mənbələri: tələbat da artır, istehsal da. Yer kürəsində iki cür enerji mənbələri mövcuddur: bərpa olunan və bərpa olunmayan. Bərpa olunan enerji mənbələri fasiləsiz fəaliyyət göstərən günəş, külək enerjisi, hidroenerji və başqalarıdır. Bunlara nisbətən bərpa olunmayan mənbələr qazıntı - yanacaq növl...
ANL
Güney Azərbaycanın və Təbrizin tarixi abidələri. Görkəmli tarixçi alim Seyidağa Onullahi Təbriz şəhərinin ilklərə imza atan tarixi abidələrlə zəngin qədim şəhər olduğuna diqqəti yönəldərək burada birinci çap evinin, birinci asfalt döşənən xiyabanın, birinci telefon, birinci yeni məktəbin və... başqa xidmət sahələrini...
ANL
Sənət daim etinasızlıqla üz-üzə dayanıb. Bu etinasızlıq onun həm güzgüsü, həm də keçə bilmədiyi sədd olub. Bəzən güzgüdə gördüklərinin üstünə hücum çəkib, bəzən də o ağır səddə çırpılıb parça-parça olub. Güzgüdəkilərsə, təəssüf ki, dəyişmir. Yazılıb, çəkilib sonra da pozulan nə qədər sənət əsəri min illərin etinasızlığ...
ANL
Hörmətli Əkbər Qoşalı qardaşım, siz şərəfli 50 yaşınıza ədəbi yaradıcılığınızın və ictimai fəaliyyətinizin halal nüfuz qazandığı bir vaxtda qədəm qoyursunuz. Bir növ "Seçilmiş əsərlər" təsiri bağışlayan "Ürək daşı" adlı kitabınızdakı şeirləri məmnuniyyətlə oxudum, bizim sonuncu Yazıçılar Qurultayında müasir poeziyamız...
ANL
Detektiv də ədəbiyyatdır. Bu da insanın təbiət etibarilə macəraçılığa meyilli olmasından irəli gəlir. Bizdə belə bir fikir hökm sürür ki, detektiv detallar əsərə yalnız cəlbedicilik, oxunaqlılıq qatmaq üçün əlavə olunsa, məqbuldur, əks halda, ondan ədəbiyyat faktı kimi bəhs oluna bilməz. Dünya ədəbiyyatında isə bu sərh...
ANL
YUSTİNİANDAN DEN BRAUNUN "CƏHƏNNƏM"İNƏ UZANAN YOL. Bəzən mənə elə gəlir ki, Qədim Yunanıstan, yunan mədəniyyəti, mifologiyası, filosofları olmasaydılar, yer üzü alayarımçıq görünərdi. Dərin, mənalı, düşündürən, düşünməyə sövq edən, araşdırmağa yönəldən, göz oxşayan, heyran qoyan mədəniyyətlərin cəmində Qədim Yunan...
ANL
Böyük mənada ədəbiyyat və sənət hər zaman xalqlara, insanlığa, bəşəriyyətə qarşı məsuliyyətlə yanaşır, coğrafiyanın, torpağın, mədəniyyətlərin qarşılaşdığı problemlərə reaksiyasız qalmır. Ədəbiyyatçılar müharibənin, qanlı savaşların insanlığı məhv etdiyini bilir, bütün bunlar qarşısında mənəvi iztirab duyurlar....
ANL
"Heykəltaraş əlinin altındakı palçıqla dil tapmayıbsa, ən yaxşısı o palçığı incitməməkdir". Hər ikisinin çöhrəsində eyni bənzərlik var - məsumluq. Yaranışdan hamımız bərabər doğulsaq da, zaman sanki bir ələk kimi hamını öz xırda gözlü süzgəcindən keçirir. Sona o xırda gözlərdən keçməyənlər qalır və məhz onlar Ta...
ANL
Şəhid yadigarları - şahid eksponatlar. Müsahibimiz Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi, Gənc muzeyşünaslar və muzeysevərlər klubunun rəhbəri Sahibə Ələkbərovadır. - Sahibə xanım, artıq neçə ildir ki, Gənc muzeyşünaslar və muzeysevərlər klubunun rəhbərisiniz. Onlar...
ANL
Paytaxta böyük ümidlərlə, ali təhsil almaq, yüksəliş arzuları ilə gəlmiş gənc yenidən geri qayıtmışdı. Doğrudur, işsiz qalmayacaqdı, ən azı əlində Pedaqoji texnikumun attestatı vardı, aşağısı, ibtidai siniflərdə dərs deməyə başlaya bilərdi. Tarixdə izi qalan böyük şəxsiyyətlərin ömür yolunu seyr edəndə buna da ş...
ANL
Yükdaşımaların beynəlxalq hüquqi aspektləri: qlobal iqtisadi dövriyyədə zəruri faktor. Beynəlxalq iqtisadi dövriyyənin mühüm tərkib hissəsi olan malların göndərilməsi anlayışı dövlətlərin iqtisadi münasibətlərində mühüm yer tutur. Qloballaşma prosesində hər bir dövlətin milli iqtisadi sisteminin beynəlxalq təsərrüfa...
ANL
Bu kiçik dünyanı mən yaratmışam, Tanrıdan iznim var bax bu seçimdə. Yol getmə hər səni mədh eləyənlə, Örtüb nöqsanını pərdələyənlə. Dost bilib aldanma, ziyan görərsən, Dostluq et eybini üzə deyənlə. Üzün xəzəl örtər tənha qalanda, Küsüb için-için ağlar bulaqlar. İlin yaz fəslidir, gəl gedək kəndə, Gülsün bənövşələr, d...
ANL
Sən hardan biləsən bu taydan baxıb. yanan işıqlara ağlamaq nədir?! Sən hardan biləsən məndən bir parça. Sən hardan biləsən sərhəd xətləri. mənim ürəyimin nəyindən keçir?! Sən hardan biləsən qarğıdıqlarım. mənim ürəyimin suyundan içir?! Sən hardan biləsən nə çəkir Anam, sən hardan biləsən nə axır Araz? O taydan başlanan...
ANL
Onun atla gəzməyi, Uzun sürmədi ancaq... Yəhərin tapqırını, Yaxşı bağlamamışdı. Çərkəz baba. Çeşmədə itirmişdi. Çərkəz babanı evə. İşığına yığışarıq, Həmişə də payız çağı... Yaxasını düzüm-düzüm, Bəzəyər alqırmızı nar. Yuyub ağ köynəyimi, Anam asdı kəndirdən. Turqut mindi gəmiyə, Dənizdə gəzsin deyə. Ələsgər ƏLİOĞLU.
ANL
Təəssüf və təsəlli. Əzizini itirənlər bir ürək tutumunca təəssüflənir, onun sağlığında xalq üçün, millət üçün, el-oba üçün gördüyü xeyirli işlər təsəllisi olur. Qınayanım olmasa, buna bəşərilik naminə ömür fəlsəfəsi də deyərdim. Bu fəlsəfədə Zərdüştlüyün də əlamətləri var və açılacaq səhərlər ruhun xeyir-duası k...
ANL
Səni o dünyaya hansı musiqiylə "yapışdıracaqlar?" Amma bilmirəm hansı musiqiylə. Çünki o, təhsilsiz alim idi... Musiqi alimi... Bethovendən tutmuş, Çaykovskiyə, Üzeyir Hacıbəyova, Fikrət Əmirova qədər böyük bəstəkarların əsərlərini, muğamlarımızı sevər, sevməklə qalmaz, hətta əzbərdən ağzında ifa da edərmiş. Bun...
ANL
Sanki dünya bir kukladır, ya da maneken, qoyublar ortaya istədikləri kimi geyindirib keçindirirlər onu... Ya bir xörək düşünün, dəqiq resepti məlum olmayan, o zaman kimin əlində nə ərzaq varsa, gətirib atır qazana, nəticə özünəməxsus... Dahi şəxsiyyətlər, yazıçı və şairlər hüsnünü vəsf etdilər zaman-zaman, özləri getd...
ANL
Sənədli filmlər rejissoru. Rejissor olmaq Muradın ən böyük arzusu idi. O, hələ yeddi-səkkizinci siniflərdə oxuyarkən, atası Murad üçün "Sony" markalı kiçik bir videokamera almışdı. Kamerası ilə məhəllə uşaqlarını bir yerə yığıb, oynadıqları "dava-dava"nı lentə alırdı. Bu, onun rejissor kimi balaca kameranın kiçik mon...
ANL
Gənclərin xaricdə təhsili: yeni dövrün prioritet ixtisaslarına üstünlük verilir. "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura ...
ANL
Güney Azərbaycan ədəbiyyatına böyük məhəbbət nümunəsi. XALQ YAZIÇISI ƏZİZƏ CƏFƏRZADƏ CƏFAKEŞ İNQİLABÇI ŞAİR MƏRZİYYƏ ƏHMƏDİ ÜSKÜLÜNÜN LAYİQİNCƏ TANIDILMASINDA MÜHÜM ROL OYNAYIB. Azərbaycanın Xalq yazıçısı, professor Əzizə Cəfərzadə gərgin ədəbi və elmi yaradıcılığı ilə bərabər, xalqımızın sənətkar qadınlarının da...
ANL
Məhəmməd Əmin Rəsulzadənin nəzərindəki Füzuli irsi. Müsəlman Şərqində ilk Cümhuriyyətin əsas qurucularından olan, ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr verən, bu yaxınlarda 140 illiyini qeyd etdiyimiz böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Əsası M.F.Axundov t...
ANL
Məhəmməd Əmin bəy. ("Dirilən adamın düşüncələri" kitabından). Ankaranın sakit guşələrinin birində öndərimiz Məhəmməd Əmin Rəsulzadə uyuyur. Hər dəfə məzarını ziyarət edərkən, onun bəlkə indi də torpağın altından "Azərbaycan" deyə inildəyən sümüklərinin vətənə köçürülmədiyinə min dəfə şükür edirdim. Öndərin ruhunu mə...
ANL
Azərbaycanın "yaşıl enerji" hədəfləri: dünya ekologiyası üçün yeni fürsətlər. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezident sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Sərəncamda qeyd ...
ANL
Dil məsələsinə Rəsulzadə münasibəti. Azərbaycanın görkəmli dövlət adamı və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ərəfəsindəyik. Möhtərəm Prezidentimiz İlham Əliyev bu dahi şəxsiyyətin tariximizdəki rolunu belə qiymətləndirir: "M.Ə.Rəsulzadə xalq...
ANL
Bu il görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “Məhəmməd Əmin Rəsulzadə-140” adlı virtual və eyniadlı ənənəvi sərgi hazır...
ANL
PROFESSOR QULU MƏHƏRRƏMLİNİN KİTABI RƏSULZADƏ İRSİNİN ÖYRƏNİLMƏSİNDƏ VƏ TƏBLİĞİNDƏ YENİ SƏHİFƏDİR. Şərqdə Azərbaycan adlı demokratik dövlətin yaradılması M.F.Axundovdan başlanan, böyük pleyada maarifçi-demokrat ziyalılar nəslinin inamla davam etdirdikləri alovlu mübarizənin təntənəsi, məntiqi nəticəsi idi. Bu aydın...
ANL