text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İstedadlı yazıçı və tərcüməçinin yaradıcılığını diqqətlə izləyənlər onun qələmindən çıxan "Uğursuz nikah", "Məni qınamayın", "Qanlı fevral gecəsi", "Ölümlə üz-üzə", "Həqiqət işığında", "Ölüm doğmalığı" və başqa əsərləri maraqla qarşılayıblar. Camal bu illər ərzində dünya şöhrətli yazıçıların yaradıcılığından etdiyi bəd... | ANL |
Biz Tofiq Abdinlə birlikdə işlədik, özü də "Ulduz" dərgisində. "Adlerdə bir körpü var" əsərinin bütöv, redaktəsiz variantını mənə təqdim elədi. Oxudum, baxdım ki, "Ulduz"un o vaxtkı rəhbərliyi əsəri xeyli qayçılayıbmış, amma heç Tofiq müəllim də onlardan geri qalmayıb - həqiqəti budamaqda, sözü açıq deməməkdə, obrazlar... | ANL |
Abadlıq görmək istəyən - Ağcabədiyə gəlsin. Hər dəfə yolum Qarabağa, onun aran hissəsinin bir parçası olan Ağcabədiyə düşəndə, ürəyimdə qəribə bir hisslər yaşanır. Özümü bir növ dostların, doğmaların arasında hiss edirəm. Hansısa hisslər mənə qaçqın düşdüyüm Dağlıq Qarabağın ağrı-acısını, nisgilini bir anlıq da olsun u... | ANL |
Nizami Mirzə ixtisasca tarixçidir. Azərbaycan Dövlət Pedaqoji Universitetin tarix fakültəsinin məzunudur. Bədii yaradıcılığa isə 70-ci illərdən başlayıb. Dövri mətbuatda jurnalist və publisist kimi maraqlı və rəngarəng əsərləri - oçerk, məqalə və publisistik yazıları ilə çıxış edib. Qısa vaxtda bədii yazıları ilə oxucu... | ANL |
Gəlin, indi baxın Qobustana! Hesabat dövründə Qobustan "Aqroservis" filialı üçün Təklə kəndində müasir tələblərə cavab verən inzibati və anbar binaları tikilmişdir. 2013-cü ildə rayonda fiziki şəxslər tərəfindən lizinq qaydasında kənd təsərrüfatı texnikası alınmasına maraq əhəmiyyətli dərəcədə artmışdır. Sosial yardıma... | ANL |
Saz səsi qədər müqəddəs. Məmləkətimizin, millətimizin başının urvatı olan istedadlı insanlardan biri də heç şübhəsiz ki, Məmməd Dəmirçioğludur. Şükür olsun o bir olan ulu Tanrımıza ki, mənə onunla tanış olub, dostlaşmaq, onunla ünsiyyətdə olmaq, sevinmək qisməti verib. Qismətə bax ki, sonradan öyrənəcəm ki, biz həm də ... | ANL |
Azərbaycanın qərb qapısı - Qazax. Bakıdan Böyük Kəsiyə gedən sərnişin qatarı həmişə olduğu kimi yenə də gecikirdi. Yay olduğundan Hacıqabul dəmiryolu vağzalında xeyli qələbəlikdir. Yarımqaranlıq stansiyada ərzaq məhsulları, müxtəlif sular, şirniyyatlar kifayət qədər bahadır. Ancaq bu isti yay günündə qatara susuz minmə... | ANL |
Azərbaycanın qərb qapısı - Qazax. Rayonun mədəniyyət və istirahət parkı isə qazaxlıların və müsafirlərin istirahət və görüş yeridir. Parkın qərbində Vaqif və Vidadinin qoşa heykəli əks tərəfdə qərarlaşmış Səməd Vurğunun heykəlinə bir tarixilik əlavə edir. Bu ara məsafəsində isə Qazaxda doğulmuş tarixi şəxslərin büstlər... | ANL |
İstedadlı şair-publisist Ağacəfər Həsənlinin "Apostrof" nəşriyyatında çapdan çıxmış yeni kitabı "Mənalı ömrün salnaməsi" adlanır. Bu, müəllifin memuar ədəbiyyatı seriyasından qələmə aldığı dördüncü toplusudur. Kitab dağlar diyarı Lerikin Rvarud kəndində boya-başa çatmış tanınmış iqtisaqdçı, xeyriyyəçi ziyalı, eldə-obad... | ANL |
Görünür həm oxucu tələbkarlığı, həm redaksiya kollektivinin daha operativ işləməsi, həmçinin bu nəşrlər üçün vəsaitin vaxtında ayrılması öz müsbət sözünü deyir. Bəri başdan diqqətinizə çatdırım ki, jurnalın bu sayında kifayət qədər maraqlı ədəbi-bədii nümunələr toplanmışdı. Yəni xalq şairi Vaqif Səmədoğlunun 75 və əmək... | ANL |
Vahid Məhərrəmovun kitabı barəsində düşüncələrim. Redaksiyaya qayıdanda iş yoldaşlarım xəbər verdi ki, sizi bir hərbçi axtarırdı. Bir xeyli gözlədi və gedəndə bu kitabı sizə çatdırmağı rica etdi. Bu, Vahid Məhərrəmov idi... Öncədən xatırladım ki, Vahid Məhərrəmov "Azərbaycan ordusu" qəzetində çalışır. Hərbiçi juranlist... | ANL |
İsmayıllı yeni inkişaf dövrünü yaşayır. "Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir. Rayon inkişafdadır, böyük dəyişikliklər vardır. Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır". Ümummilli liderimiz Heydər Əliyev tərə... | ANL |
İsmayıllı yeni inkişaf dövrünü yaşayır. İsmayıllıda insanların mədəni-mənəvi həyatı ilə bağlı olan layihələrə diqqətlə yanaşılır. Bu baxımdan 1975-ci ildə tikilmiş mədəniyyət sarayının klassik və modern üslubların sintezi formasında əsaslı təmir edilməsi, yenidən qurulması bu baxımdan daha xarakterikdir. Heydər Əliyev ... | ANL |
ŞAİR MƏMMƏD İSMAYILA AÇIQ MƏKTUB. Hörmətli Məmməd müəllim, Keçən əsrin 50-ci illərinin əvvəllərində Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alan və universiteti fərqlənmə diplomu ilə bitirən dayım oğlu Zakir Xasiyev və onunla bir qrupda oxuyan, sonralar şair kimi yetişən kəndçimiz Rasim Kərimli Yazıç... | ANL |
Dar axşamçağı atamla anam bir-birinə qoşulub, evdən çıxdılar. Ortancıl bacım qımışdı: -Arxayın ol, bazarı yığıb gətirəcəklər evimizə! - Qardaşım hirsləndi. -Sinifdə uşaqlar hər gün alça yeyir. - Nənəm bacımı qucağına çəkib, başını sığalladı. Atamala anam bir də küçədən əl-ayaq yığışandan sonra qayıdıb gəldilər. - Nənəm... | ANL |
Qəzəldir səfabəxşi-əhli-nəzər, Qəzəldir güli-busitani-hünər. Qəzali-qəzəl seydi asan deyil, Qəzəl münkiri əhli-ürfan deyil. Qəzəl bildirir şairin qüdrətin, Qəzəl artırır nazimin şöhrətin. Könül, gərçi əşara çox rəsm var, Qəzəl rəsmin et cümlədən ixtiyar. Ki, hər məhfilin ziynətidir qəzəl, Xirədməndlər sənətidir qəzəl. ... | ANL |
Bu, müəyyən qədər tərəddüdlərlə başladığım işin - yazının üçüncü hissəsidir. Münasibət bildirənlər, xoş sözlərlə ruhlandıranlar, hətta səhvlərə diqqət yönəldənlər, ərkyana məsləhət verənlər varsa, deməli oxuyanlar da az deyil, normaldır. Özü də məhz arzulanan təbəqələrdən. Elə bilirdim ki, yayın bu cırhacırında qəzet o... | ANL |
Regionlarda turizm infrastrukturunun inkişafına diqqət artır. Azərbaycan turizmin inkişafına prioritet məsələ kimi baxır. Bütün sahələrdə böyük uğurlar əldə edən ölkəmizin dünyada tanınması əsas işlərdən biri sayılır. Bunu cəlb etdiyimiz əcnəbi turistlərin vasitəsilə də həyata keçirə bilərik. Üstəlik, turizm bütün düny... | ANL |
Qazanılmış uğurlar və perspektivlər. Respublikanın hər yerində olduğu kimi İmişli rayonunda da son illər təsərrüfatın müxtəlif sahələrində bir çox uğurlar əldə edilmişdir. Məşğuliyyətlərinin əsas hissələrindən olan maldarlıqda bir çox uğurlara imza atan rayon sakinləri ötən il mal-qaranın baş sayını 90813 başa çatdırmı... | ANL |
Açığını deyim elə nəşrlər var ki, onların yolunu şəxsən mən səbirsizliklə gözləyirəm. Burada söhbət o nəşrin, o ədəbi nümunənin yaradıcı kollektivindən, onu araya-ərsəyə gətirən insanlara özəl simpatiyamdan getmir. Çünki bu münasibəti hər an telefonla da, üz-üzə gələndə də, bir sözlə, istənilən zamanda və məkanda bildi... | ANL |
Dünya yaranandan şəriətin qanunları rəhimsiz və sərtliyi ilə seçilib. Atama, anama deyirəm indi, Məni bu dünyaya gətirməklə siz, Niyə həyatımı məhv elədiniz? Bu sözlər bir xalq mahnısındandır. Görəsən öz ağrısını, acısını şeirə köçürmüş bu naməlum qadın taleyin hansı zərbəsinə, acısına məruz qalıb? Qanadsız quş olub qa... | ANL |
Açığını deyim elə nəşrlər var ki, onların yolunu şəxsən mən səbirsizliklə gözləyirəm. Burada söhbət o nəşrin, o ədəbi nümunənin yaradıcı kollektivindən, onu araya-ərsəyə gətirən insanlara özəl simpatiyamdan getmir. Çünki bu münasibəti hər an telefonla da, üz-üzə gələndə də, bir sözlə, istənilən zamanda və məkanda bildi... | ANL |
Qazanılmış uğurlar və perspektivlər. Respublikanın hər yerində olduğu kimi İmişli rayonunda da son illər təsərrüfatın müxtəlif sahələrində bir çox uğurlar əldə edilmişdir. Məşğuliyyətlərinin əsas hissələrindən olan maldarlıqda bir çox uğurlara imza atan rayon sakinləri ötən il mal-qaranın baş sayını 90813 başa çatdırmı... | ANL |
İndi də izah edə bilmirəm niyə belə oldu? Amma izah edə bilməsəm də, əslində belə olması mənim üçün çox uzaq illərin yaddaş qapısına əl uzatmağa kömək etdi, təkan verdi. İndi tez-tez işlənən dəstək sözünü burda özüm vurğulamıram. Çünki o yaddaşa doğru mən hər gün yol gedirəm. Sadəcə, bu yolda canında-qanında yurd nisgi... | ANL |
Adətən "Oğuz eli" qəzetinin xüsusi buraxılışlarını gözdən keçirəndə Azərbaycan ədəbi ictimaiyyətinin dəyərli və müqtədir sənət adamları ilə onların ömür yolu, yaradıcılıq uğurları və bir də şirin xatirələri ilə yenidən baş-başa qalıram. Təbii ki, bu xoş məqamları oxucuya, o cümlədən də mənə hörmətli qələm dostumuz, dəy... | ANL |
Marağımı nəzərə alıb mənimlə həmsöhbət olan rayon təhsil şöbəsinin əməkdaşları bildirir ki, təhsil ilində ötən ilkindən daha artıq məzunumuz ali və orta ixtisas məktəblərinə qəbul ediləcək. Onlar yüksək ballar toplamaqla rayonumuzun təhsil sahəsindəki uğurlarını bir daha nümayiş etdirəcəklər. Onu da bildirdilər ki, bu ... | ANL |
Onda doğulduğum kəndin aid olduğu rayonun adı Hadrud idi... Onda biz cavan söz həvəskarları Çingiz Əlioğluna, Nüsrət Kəsəmənliyə, Sabir Rüstəmxanlıya, Ramiz Rövşənə böyük bir maraqla, hətta bir az da həsədlə baxırdıq... Onda söz yaman urvatlı idi... Hə, onda mən tələbə idim və Çingiz Əlioğluyla tanışlaşıb doğmalaşmışdı... | ANL |
Demək olar ki, hər gün, ya bəlkə də iki gündən bir "Alman kəhrizi"nin qarşısından keçib (bu həmin o kəhrizdir ki, həm tarixi abidə kimi qorunur, həm də istifadə olunur - bunu mənə o gün Aqil Abbas anlatmışdı və indiyədək diqqət edib tanımadığıma görə təəccüblənmişdi), elə geniş görünməsə də daim dəstə-dəstə adamların ü... | ANL |
Adil Cəmilin fikrincə, elə yazı var şeir bələyində, eləsi də var ki, nəsr bələyində doğulur. "Heca vəznindən imtinamız ədəbiyyata yaxşı heç nə vəd eləmir". Adil Cəmil "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini vəzifəsinə yeni təyin olunsa da ədəbiyyat aləmində özünü çoxdan sübut edib. Şair, tərcüməçi, tədqiqatçı-alim, ... | ANL |
Təəssüf dolu şair məhəbbəti. Ədəbiyyatda ilk alddımlarını otuz il əvvəl atsa da, oxucuları ilə ilk görüşünə (kitab baxımından) otuz il gec gəlməli olan Kamal Alışoğlunun bütün yaradıcılığı, ilk növbədə poeziyası səmimi, tə-bii və həyatın özü qədər mürəkkəb ziddiyyətli, qəribə və təsirlidir. Bütün yaradıcılığı boyu, yad... | ANL |
Bir vaxtlar təhsil aldığım BDU-nun jurnalistika fakültəsində oxuyurdu. Səmimi, istiqanlı, hamıya qaynayıb-qarışan tələbə yoldaşımız idi. Şeir yazdığından, mətbuatda hərdən şeirləri dərc edildiyindən hamı ona "şair" deyirdi. Şeirləri xoşumuza gəlirdi. Sadə yazırdı, amma o şeirlərin obrazlı təfəkkürün məhsulu olduğunu ha... | ANL |
bu torpaq zor torpaqdı! Allahın iti, allahın pişiyi. bu torpağın üstündə. qarnına arpa istəyəndə. Bu torpağın üstündə. Bu torpağın üstündə. zor torpaqdı! O nədir yazmısan, Zori Balayan, Kür-Araz deyirsən-kəkələyirsən. Xırda budaqların üstə oturub, Böyük budaqları silkələyirsən. Böyük budaqların böyük qolu var, O qolun ... | ANL |
Liftdən çıxıb həyətə düşəndə üz-gözünə ətirli yaz havası dəydi. İçində sevinc dolu bir səs çırpındı: "Oxqayyy! Doğrudan da, bizim bu həyət cənnətməkandır. Havası, gülü-çiçəyi, yaşıllığı ələ düşməz. Bir yandan Dədəgünəşin, o biri yandan da Şahdağın havası burada, bu ucalıqda nəfəs-nəfəsə verəndə bir aləm olur, əsl yayla... | ANL |
Ünvanı dəyişməklə yaşayan Xocalı. Azərbaycanın ürək yarası, sağalmaz və əlacı hələ ki, mümkün olmayan kədər ünvanı yer üzünün qətliam şəhərlərindən biri insanlığın qanla boğulduğu bir torpaq. Bütün bunlar yurdun Xocalı adlı genasid ünvanı. Tarix faktları ilə həmişə istənilən məqamı, istənilən nöqtəni yenidən diktə etmə... | ANL |
"YURD YERİ" SEVDALI ALİM AYSƏBA ƏLİZADƏYƏ. İnsanı şərəfləndirən, cəmiyyətdə və ətrafında olanlara sevdirən bu sözlər, bu ifadələr belə sizdən söhbət açmaqda mənə yetərsiz göründü, çünki siz sözün ən böyük mənasında şəxsiyyətsiniz. Şəxsiyyətlər barəsində isə söz demək məsuliyyət tələb edir. Doğrusunu deyim ki, qələmlə t... | ANL |
Sona Vəliyevanın yeddi il bundan öncə çap olunmuş "Çəhrayı rəngli dünyam" barəsində bugünün sözü. Bir tərəfdən havanın bürkülü keçməsi, necə deyərlər, adamın özünü özündən bezdirməsi... ikinci bir tərəfdən həyat qayğıları... üçüncüsü də gündəlik qəzetdə işləmək... lap üstəlik də yaşın bu çağında güzəran üçün bəzən zorə... | ANL |
Uğurlar möhkəm təməl üzərində qurulur. Ölkə başçısı Nazirlər Kabinetinin iclasında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhəmiyyətindən danışarkən bildirmişdir: "Bu il üçüncü regional inkişaf proqramı qəbul edildi. Üçüncü regional inkişaf proqramının ic... | ANL |
Güldən soruşan tapılmır, Soruşurlar xardan məni. Əkilməmiş ağacda nar, Asın həmin nardan məni. Yazını fələklər yazır, Məzarı mələklər qazır, Kətilim, kəndirim hazır, Eləməyin dardan məni. Çənim gəldi burum-burum, Yolum daşdan hörüm-hörüm, Mən çəkəni çəksin görüm, Kim elədi yardan məni. Yaşamaq gor əzabıdı, Ölüm, qurtar... | ANL |
2013-cü il Azərbaycan poeziyası tarixində Kolumbun Amerikanı kəşf etməsi, ya da yeni bir Füzulinin şeiriyyət aləminə gəlişi kimi xatırlanmayacaq. Heç bir möcüzə ilə qarşılaşmadıq, poeziyanın böyük hadisə sayıla biləcək elə bir məqamı yetişmədi ki, biz bu xüsusda sevincimizi bildirək. Hətta əvvəlki illərdən fərqli olara... | ANL |
... İstanbulda dəniz sahilində durub bütün bunları düşündükcə bir az rahatlanıram. Nə olub olub, kim cəfasını, kim səfasını çəkib, nələr nələrə qarışıb, Allah özü bilən məsləhətdir. Mənim Azərbaycan adlı doğma, müstəqil və əbədi Vətənim var. Və elə Azərbaycanım qədər bağlandığım doğma Türkiyəm və İstanbulum var. Qoynun... | ANL |
Romandan səhifələr. Qaş-qabağını yaman tökmüşdü, üz-gözünü yaman porsutmuşdu göylər. Elə bil zəhrimar yağırdı ha-vadan... Bərk soyuqlamışdı, sümükləri sızıldayırdı. Ona görə də bayıra-bacaya çıxmırdı. Özünü ev dustağı eləmişdi. Tərs kimi qapını açıb əhvalını soruşan, bircə kəlmə "necəsən?" Bu da səbəbsiz deyildi. Dostl... | ANL |
Uğurlar möhkəm təməl üzərində qurulur. Yollar bitib tükənməzdir, ömürlər kimi. Azərbaycan Respublikası Prezidentinin 07 sentyabr 2013-cü il tarixli 3123 saylı Sərəncamı ilə inşasına başlanılan və 10 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil ... | ANL |
Yüz-yüz mənbələrdən görünən tarix. Biz hər dəfə Şamaxıdan söhbət açarkən bu qədim diyarın müstəqillik dövründəki, xüsusilə son illərdəki sosial-iqtisadi və mədəni yüksəlişindən yazarkən, mütləq uzaq keçmişləri də yada salmalı oluruq. Səbəbsiz deyil bu tarixi ekskurslar. Çünki çoxəsrlik və mürəkkəb tarixi keçmişi olan Ş... | ANL |
"Mətbuatımızın hazırkı durumu bizi o qədər də razı salmır". Mətbuat Şurasının sədri Əflatun Amaşov Yap.org saytına müsahibə verib. Adalet.az həmin müsahibəni təqdim edir. Şanlı tarixi keçmişimizin yaşantılarını canlandıran Azərbaycan milli mətbuatı iyulun 22-də növbəti ildönümünü - 139 yaşını qeyd edəcək 139 yaşın üstü... | ANL |
Müdriklik zirvəsinə çağıran kitab. Yaradıcılıq çox vaxt zəruri ictimai məğzlərlə xarakterizə olunur. İstedadlı şair Tahir Rzanın "Rübailər" kitabının əsas ədəbi-ictimai qayəsi də bu ənənədə birləşir. Bu yaxınlarda Musa Ələkbərlinin redaktorluğu ilə "Şur" mətbəəsində işıq üzü görmüş kitab ictimai müstəvidən həyati gözəl... | ANL |
2014-cü ilin birinci yarısı rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Cari ilin altı ayında rayonda 78 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Həmçinin altı ayda əsas kapitala yönəldilən investisiyaların həcmi 28 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 26,6 milyo... | ANL |
AĞRILI VƏ QÜRURLU YADDAŞ. Nə yaxşı, Qarabağla - o müqəddəs torpaqla bağlı cənnətimiz - yaddaşımız var. Əgər bu gün övladlarımızın əlindən tutub Ağdama apara bilmiriksə, onun min bir gözəlliklərini göstərib öyünə bilmiriksə, o yaddaşa qalır əlacımız, o yaddaş gəlir karımıza. Hələlik, bəli, hələlik gözəl və vüqarlı şəhər... | ANL |
(əvvəli ötən saylarımızda). 2012-ci ilin mart ayında rayonun Muğanlı və Saqiyan kəndlərində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş kənd sakinləri üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 63 yeni ev tikilərək istifadəyə verilmişdir. Qəzalı vəziyyətə düşmüş digər kənd sakinləri üçün evlərin tikinti... | ANL |
Tarixdə Azərbaycan xalqının qürür duyacağı böyük fatehləri olub. Müsahibimiz "Azərbaycan Nadir Əfşar dövləti" kitabının müəllifi Cahangir Hüseynovdur. Azərbaycanın şərəfli tarixi haqqında daha bir kitab işıq üzü gördü. Bu tarix ona görə şərəfli hesab edilir ki, bəhs edilən dövr dünya fatehi, Səfəvilərdən sonra Azərbayc... | ANL |
şeiri müharibənin doğurduğu bəlalardan söz açır və onun daha bir neçə şeiri elə bu ruhdadır. Eminin müharibə ilə bağlı şeirlərində nə çağırış var, nə də döyüş marşlarını xatırladan misralar... Bu şeirlərdə kəsilmiş ayaqlar, itirilmiş qollar, şəhid məzarları, "mərmilərə atılan ana fəryadları", "torpaqdan dən yerinə barı... | ANL |
Nəsrəddin kişi yaxşı bilirdi ki, eşşək ata tay ola bilməz. Onun kimi idman və savaş meydanı aça bilməz. Heç duruşları, gözəllikləri də müqayisəyə gəlməz. At bütün hərəkətlərində ona tamaşa edənləri heyran etmək istedadına malikdir. Bədbəxt eşşəyin isə içini çəkə-çəkə anqırmaqdan başqa əlindən nə gəlir?! Ağnamağı da lap... | ANL |
Öz məqsədinə çatmaq üçün mətbuat azad olmalıdır. Mətbuat azadlığı onun öz işində - yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam azad olmasından ibarətdir". Vaxtilə Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" ilk mətbu nəşr kimi bütün islam aləmini qaranlıqlardan çıxarmaq yolunda nə qədər faydalı iş görmüşdü... | ANL |
"Öz xalqımın gələcəyi ilə bağlı bütün gözəl arzularımı qardaş özbək xalqına da ünvanlayıram". -Ədəbiyyatın milləti olmaz, eyni zamanda yazar və şairlərin də. Bu kontekstdən yanaşsaq, deyə bilərik ki, Azərbaycanın məşhur şairi R. Rövşəni də özbək oxucu öz sairi deyə bilir. Elə isə bu dəyərli şəxsiyyətin kitabla həyatda ... | ANL |
Romandan səhifələr. ...Pəncərə qarşısında donub qalmışdı. Göylər sinəsini yaman açmışdı. - deyə xəyalı dünyanın bu ağappaq sevincinə, ehtişamına qoşuldu. Baxışlarını bu mənzərədən çəkə bilmirdi. Gözləri yağan qarda, fikri-xəyalı uzaqlarda idi. O, İstanbula sığışa bilmirdi. Hərdən ürəyi hövl eləyirdi. Gecə-gündüz qəfəsə... | ANL |
MÜASİRLƏŞMƏNİN GÖYÇAY NÜMUNƏSİ. Ölkəmizin dinamik uğurlu inkişafı. İyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlə... | ANL |
- Sən qənaət üsuluna keçməlisən! Gündə bir qədər istehlak zənbilindən kənara qoymalısan. Biz bu artıqları toplayar, pula çevirib məqsədimizə çata bilərik. Bu sözləri eşidən Eşatonun qulaqları palma yarpağı kimi yana düşdü, beyni dumanlandı, qara gözlərindən şıppır-şıppır axan iri damlalar yanaqlarını islatdı. Aqibətimi... | ANL |
DÜNƏNKİ YEVLAX KEÇMİŞDƏ QALDI. Yevlax şəhəri bu gün təkcə rayon mərkəzi kimi yox, həm də respublikanın iri şəhərlərindən biri kimi öz həyatının uğurlu səhifələrini yazır. Təbii ki, söylənilən bu fikirlərin arxasında konkret rəqəmlər, faktlar, yəni görülmüş işlər dayanır. Bu mənada əgər rayonda olarkən əldə etdiyimiz bi... | ANL |
İSGƏNDƏR ÖYÜNÜN SƏMƏDİ. İnsan Mənzərələri. Zəmanəmizin mənzərəsi göz qabağındadı. Çoxumuz zamanımıza oxşayaraq sürətimizi artırır, siyasi yalanların bəhrələrindən ruhlanıb addımbaşı yalanlar söyləyir, qonşunun olana göz dikir, zəngin binalara, maşınlara baxıb varlanmaq eşqiylə alışıb yanırıq. Benzinin və onunla paralel... | ANL |
Zəkalar kəhkəşanında əbədi parlayan Müdrik Xalq yazıçısı İLYAS ƏFƏNDİYEVİN əziz və unudulmaz xatirəsinə. Sən elə dağ idin zirvəsi qarlı, Əyilən deyildin tufana, qara. Vüqarın bənzərdi uca çinara, Min cürə nemətli barlı bağ idin. Zülmətə qərq olub düşsən də dara, Kəhkəşan qoynunda çilçıraq idin. Can qoyub yazdığın hər b... | ANL |
DÜNƏNKİ YEVLAX KEÇMİŞDƏ QALDI. (Əvvəli ötən saylarımızda). Ölkə həyatının uğurlu inkişaf etdiyi illər ərzində regionların da özünəməxsusluğu nəzərə alınmaqla yeni sferaya daxil olması təbii bir haldı. Yəni qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq həyata keçirilən bütün məsələlər öncədən hər bir region üzrə araşdırı... | ANL |
"Aşıq Ələsgər Azərbaycan poeziyasının üfüqündə əzəmətli görünən qarlı-buludlu zirvələrdən biridir. Zamanın ən tutqun havalarında belə parıltısını itirməyən, yol azanlara bələdçilik edən, yar itirmiş didərgin aşiqlərə qoynunda yer verən bu ucalıq timsalının "mütləq hündürlüyünü" təyin eləmək çətindir. İllər ötdükcə el ə... | ANL |
Əvəzolunmaz Hökümə Qurbanova. O, Azərbaycan teatr səhnəsinin hər zaman ən öndə gedən aktrisalarından biri olub. Yaratdığı bir-birindən fərqli faciəvi qadın obrazları ilə nəinki tamaşaçıları, onunla birgə işləyən rejissorları, tərəf-müqabillərini sözün əsl mənasında sehrləməyi bacarıb. Hər zaman tükənməz ehtiraslı, qayn... | ANL |
O ÜRƏKLƏRƏ TOXUNMAQ OLMAZ... Bəzən düşmənlərimiz elə fikirləşirlər ki, nə istəsə onu edə bilərlər. Amma onlar onu düşünmürlər ki, atdıqları addım, təxribatlar və gülləyə, topa tutduqları mövqelər heç də elə-belə oğlanların əlində deyil. Bir anın, bir dəqiqənin içində qarşı tərəfdən mövqelərimizə güllə yağdıran yağı düş... | ANL |
BU GÜNÜMÜZÜN QƏDİM BƏRDƏSİ. Bu gün qədim Bərdədə həmişə olduğu kimi insanlar daha çox torpaqla nəfəs alırlar. Yəni aqrar rayon olan Bərdə öz münbit və bərəkətli torpağı ilə həmişə təkcə sakinlərini deyil, bütövlükdə Azərbaycanı şərəfləndirmişdi. Bu torpaqda yetişdirilən kənd təsərrüfatı məhsullarının sorağı sovet dönəm... | ANL |
Amma prezidentin fərdi təqaüdü ilə bağlı xatirələrim də var. Həm atam, həm də digərləriylə bağlı. Yazmağa qərar verdim. Etika xatirinə yox, sadəcə yazıda gedən insanların bu gün sağ qalan övladlarının acığına gəlməsin deyə ad çəkməyəcəyəm. Bir də ki, məqsədim ad çəkmək yox, prezident təqaüdünün duzunu, bərəkətini vermə... | ANL |
DAĞ ÇİÇƏYİ. Onu ancaq ruh sahibləri dərə bilər. Yazıya birbaşa, necə deyərlər, girişsiz-filansız başlayıram. Çünki barəsində yazdığım kitabın ruhu mənə çoxdan bəllidi. Daha doğrusu, bu kitabın müəllifini imzasına görə tanıdığım günlərdən indiki çağa qədər bir kövrək notun, bir həzin pıçıltının əhatə dairəsində olmuşam.... | ANL |
Həmsöhbətim Tariyel Hidayət oğlu Məmmədov idi. Onunla "Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsinin dəhlizində qarşılaşdıq. Hiss olunurdu ki, nəşriyyata bələdçiliyi yoxdu. Ona görə də otaqların qapısı üzərinə yazılmış qəzet adlarını oxuya-oxuya sağa-sola baxırdı. Təbii ki, mən də özümü təqdim edib onu redaksiyamıza dəvə... | ANL |
Ölkə prezidentinin regionların inkişafına dair məlum proqramı çərçivəsində özünün yeni inkişaf yolunu uğurla davam etdirən Samux rayonu təkcə kənardan gözlə görünən yenilikləri ilə deyil, həm də iqtisadi uğurları ilə diqqəti çəkir. Belə ki, rayonun sosial-iqtisadi inkişafının bütün sahələri indi bir dönüş nöqtəsindən u... | ANL |
Qayıtdı həsrətin göyərən üzü. Dağılan dağılır, uçan uçulur, Gedən mənnən, gələn özümnən gəlir. Əl çatmır əlinə əlim bağlıdır, Söz yetmir ününə dilim bağlıdır. Üzümə açılan yolum bağlıdır, Hələ ki, xəbərin izimnən gəlir. Öyünən zirəvdi düzdə düz olub, Boylanan baxışdı gözdə göz olub. Ocağımın odu közdə köz olub, Odum ya... | ANL |
I. Mənim ünvanım: Nəhayətsizlik. Görünən, görünməyən. Eşidilən, eşidilməyən, Qalaktika. Günəş sistemi. Böyük ölkə. Azərbaycan. Üçbucaq masa. Şeirlər. Əlli ildən çoxdur şeir yazır. Vaqif böyük Azərbaycan şairi Səməd Vurğunun oğludur. Səməd Vurğun isə Azərbaycan deməkdir. Və Vaqif həm də Azərbaycanın oğludur. Mən Yusifli... | ANL |
Bir az keçmişə qayıtmaq istəyirəm. Rəqəm sizi qorxutmasın, barmağını qatlayırsan, gəlib gedir. Düzü, köhnə kişilər elə demirlər. Onların hesabı tamam fərqlidi. Çünki o kişilərin layiqli papaqları olur və onlar da papaqlarını daha da layiqli etmək üçün söz düşəndə deyiblər: - İl nədi ki? Papağını fırladın, gəlib keçib g... | ANL |
Onunlamüsahibəm heç də asan olmadı. Çox işi olduğundan vədələşmək mümkün olmurdu. Söhbət millət vəkili, özünün də dediyi kimi yazıçı Aqil Abbasdan gedir. Adalet.az onun Moderator.az-a verdiyi müsahibəni oxuculara təqdim edirik. Millət vəkili ya yazıçı? -Millət vəkili şərəfli bir addır. Amma mən özümü yazıçı kimi tanıyı... | ANL |
Bu ustad aşıqların adını andıqca hər bir azərbaycanlı türkünün yaddaşında Göyçə obrazı canlanır. Azərbaycanın ən qədim məskənlərindən biri - torpağı bərəkətli, əkinçilik, bağçılıq, maldarlıq, xalçaçılıq gur olan yer. Orda Ələsgərin ruhu əzab çəkir. Amma mənəvi Göyçə, saz-söz dünyası ilə tanınan Göyçə həmişə bizim olub.... | ANL |
Çıxar xaçı sinəndən, Mən bir bismillah deyim. Əllərim bekar qalıb, Saçlarını bəri ver, Dodaqlarım sıyrılıb, Sinən üstdən dəri ver. Gözlərində. Özümdən nə için belə narazı, kökləyib sazı, qışı başa vurub başı aşağı. bir dəli, mənasız yanlış ümidlə. Könül nədən gülə bilər? Belə gecədə. bir gözəl qadının. yalanına aldanıb... | ANL |
TUTİYƏ. Ta qədimdən təbiətin anlaşılmaz qüvvəsi qarşısında aciz qalan insan inanclara tapınıb, tanrılardan, ocaqlardan, pirlərdən, bütlərdən kömək umub, falçıdan, cadügərdən yardım diləyib. Ağıl və düşüncəsinə görə bütün yaradılmışlardan fərqli olan insan həm də ruhun və cismin birləşməsindən əmələ gələn varlıqdıar. Və... | ANL |
Rejissor Gümrah Ömər ədəbiyyatla teatrın mübarizəsinə təbii baxır. Gümrah Ömər Vaqif İbrahimoğlunun ən istedadlı yetirmələrindəndi. Gənc rejissor ilk tamaşalarına da ustadının yaratdığı "YUĞ" teatrında quruluş verib. Bu teatrda onun M. Süleymanlının "Satqın" hekayəsi əsasında hazırladığı "Sonuc", A. Çexovun "Qağayı" py... | ANL |
CAVAN VƏ AHIL: QÜVVƏ VƏ MÜDRİKLİYİN VƏHDƏTİ. Dostum, həmkarım Əlövsət Bəşirliyə. İnsan ömrünün bütün yaşlarının özünə məxsus yükü var. Bu, tale tərəfindən hədiyyə olunmuş xoşbəxtlik yüküdür. Onun bütün dövrlərini mahiyyətindən doğan təbiiliyi, gözəlliyi, sevinci, sevgi və ehtirası tam dolğunluğu ilə duymaq, reallaşdırı... | ANL |
Şairlərin günü olmur. Şairlərinki saniyələrdi. Sizi bilmirəm, mən rahat yaşayan bir şair belə tanımadım. Rahatlığı olmayan adama deyiləcək təsəlli də tapmaq olmur. Bəli, dəyərli dostumuz, istedadlı şairimiz, mədəni cəmiyyətin qurulmasında böyük işlər görən insanımız Xəyal Rza 4 ildir ki, şairlərə gün bağışlayır. Şair m... | ANL |
Bu gün Samuxda tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Təkcə rayon mərkəzində salınan Heydər Əliyev parkında görülən işləri kənardan müşahidə etmək imkan verir ki, görülən işlərin həcmini və onun son nəticəsini təsəvvür etmək mümkün olsun. Təkcə Samux rayon mərkəzinin özündə aparılan quruculuq işləri, abadlıq... | ANL |
Gəncləşən, gözəlləşən Gəncə. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri respublikamızın bütün bölgələri kimi, Gəncə şəhərində də yaxından hiss olunmaqdadır. Bu gün şəhərdə hansı ünvana baş çəksən dinamik inkişafın şahidi olarsan. Gəncə şəhərinin ictimai-siyasi həyatında ən əlam... | ANL |
GÖYDƏN ALMA DÜŞƏN DEYİL. (Özümə söylədiklərim). Durub göylərə baxanım, Göydən alma düşən deyil. Buludlarının tağı yox, Dən bitirən torpağı yox. Göylərdə alma bağı yox, Göydən alma düşən deyil. Ələk tut - ələyə düşməz, Fitnəyə-kələyə düşməz, Qurduğun tələyə düşməz. Göydən alma düşən deyil. İstəyirsən dür üzünə. Götür da... | ANL |
Özümü qanandan dilimin mübarək sözləri sırasında yer almış sözlərdən biri də Borçalıdı. Görünür elə bu səbəbdəndir ki, hər dəfə Borçalı sözü dilimə qonanda məni qəribə hisslər çulğayır. Ürəyim atlanır, qəlbim qübar eləyir, ulu sazımızın Borçalı kökünə köklənirəm. Yeddi arxa dönənimi xatırlamaq üçün bu bircə kəlməni dil... | ANL |
Arvadımla aramızdakı ilk münaqişənin nə zaman, nədən başlandığını soruşsalar dəqiq, dürüst bir cavab verə bilmirəm. Hansı ailədə danışıq olmur? Sən bayırda yubandın, o uşağı vaxtında ləyənə oturtmadı. Sən onun qohum-əqrəbasına guya layiqincə hörmət göstərmədin... İnanıram ki, belə gileylər bütün evlərdə olur və olduğu ... | ANL |
Təzədən doğulur şair ölən gün. May ayının 19-da, bazar ertəsi səhər tezdən internet vasitəsiylə baş verən yeniliklərlə tanış olmaq istəyəndə saytların birində şair Böyükkişi Təmkinin (Mirzəzadə) ölüm xəbəri diqqətimi çəkdi. Mərhumun övladı, Milli Məclisin deputatı Aydın Mirzəzadəyə istinadən verilən bu acı xəbər iyirmi... | ANL |
Günorta başlayan dənəvər yağış kəsmək bilmirdi. Traktoru sahədə qoyub kəndə qayıdırdım. Ağır damcılar xəndək kənarlarındakı dəvədabanıların enli yarpaqlarını dəlib keçir, kəndəlaşların qaralan taclarını diksindirib titrədirdi. Evimizə çatana kimi "suya düşən cücəyə" dönmüşdüm. Talvar altında beli qırmızı çernilli toğlu... | ANL |
Əli Aslanoğlunun doğum gününə. Əvvəlcədən deyim ki, onun barəsində o qədər də geniş bilgiyə malik deyildim. Ona görə də öncə onu tanıyanlarla əlaqə saxladım və həmsöhbət olduğum hər kəs barəsində söz açdığım yubilyar barəsində ürəklə, necə deyərlər, həvəslə danışdılar. Hər biri də xüsusi olaraq vurğuladı ki, Əli Aslano... | ANL |
Yarəbbim, rəhm elə yaratdıgına, Ləyaqəti yoxsa var vermə ona. Dövləti çox olsa şərəfsizlərin, Əl açar, baş əyər aqil nadana. Yaxşını yamandan seçməsə bəşər, Dünyanın başına oyun açar şər. Nadanlar, zalımlar törəyib artar, Qananlar qanmazla dəyişik düşər. Haqqın dərgahında haqq qazananlar, Allahın yanında hörmətli olar.... | ANL |
Abadlığın ünvanı. Bu günün Ağcabədisi. Hər dəfə yolum Qarabağa, onun aran hissəsinin bir parçası olan Ağcabədiyə düşəndə, ürəyimdə qəribə bir hisslər yaşanır. Özümü bir növ dostların, doğmaların arasında hiss edirəm. Hansısa hisslər mənə qaçqın düşdüyüm Dağlıq Qarabağın ağrı-acısını, nisgilini bir anlıq da olsun unutdu... | ANL |
BİR ŞEİR BULAĞI. Onun ədəbiyyata gəlişi 1950-ci ilə təsadüf edir, "Azərbaycan gəncləri" qəzetində Hüseyn Kürdoğlunun "Gözəldir" rədifli ilk qoşması çap olunur. Amma on iki yaşında "Sovet Kürdüstanı" qəzetində də ilk şeiri işıq üzü görmüşdü. Deməli, Hüseyn Kürdoğlunun yetmiş illik ömrünün əlli səkkiz ili şairlik tərcüme... | ANL |
Abadlığın ünvanı. Bu günün Ağcabədisi. Təhsil, səhiyyə. Yaxud işıq və sağlamlıq. Müdriklərin söylədikləri kəlamların içərisində ən önəmli məqam insanla, torpaqla bağlı olan deyimlərdi. Yəni bu deyimlərin həm kökündə, həm də onun qol-budağında insan amili dayanır. Bax bu mənada sağlam bədəndə sağlam ruhun vacibliyi danı... | ANL |
(əvvəli ötən saylarımızda). Fikir-xəyal içində evimizə nə vaxt çatdığımı bilmədim. Darvazadan içəri girib ora-bura göz gəzdirdim. Çəmənim həyətdə yox idi. Bəlkə qonşuya keçib? Bəlkə təcili xəstə yanına aparıblar? Pilləkənlərlə ikinci mərtəbəyə qalxıb aynabəndin qapısını ehtiyatla açdım. Çəmənim böyük, yaş əskiylə qonaq... | ANL |
"Mən bir neçə Tanrı mükafatı laureatıyam". Başqa heç bir müsahibin nazına, kaprizinə bu qədər dözə bilmərəm, amma Vaqif Bayatlı Odər nə qədər istəyirsə, o qədər də dözürəm, hətta zövqlə. Bu nə sirri-xudadır bilmirəm. Bildiyim odur ki, onunla hər görüş, hər söhbət məni yeni, tanımadığım bir aləmə aparır. - Tərcümeyi-hal... | ANL |
ONLAR BU TORPAĞI SEVİRLƏR... Vətəni, torpağı sevməyən insan yoxdur. Bu sevgi hələ bağçadan başlanır, məktəbdə inkişaf edir və sonra da insanların tutduğu mövqe ilə əlaqədar olaraq zaman-zaman özünü büruzə verir. Əlbəttə, vətən sevgisi öncə məktəbdə formalaşır. Füzuli rayonunda da şagirdlərin vətənə məhəbbət ruhunda böy... | ANL |
(əvvəli ötən saylarımızda). - Hə... Məmmədyar qardaş, qoyunlar itəndə, inək, buzov çöldən-suvaldan gəlməyəndə, toyuqlar qonşu hinində kürt oturanda hirslənməyim, neyləyim? Bir də gördün ərimin bir işi, bir hərəkəti mən istəyən kimi olmadı, nədənsə xoşuma gəlmədi. Elə oturub-durub hey ürəyimi yeyirəm ki, o gərək bu işi ... | ANL |
BİR GÜNÜN XOŞ OVQATI. Neft Kimya Prosesləri İnstitutunun akt zalından qeydlər. Ölkə həyatının əlamətdar günlərindən olan 15 gün öncəsi AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda möhtəşəm bir tədbir təşkil olunmuşdu. Həmin tədbirin təşəbbüsçüsü AMEA-nın müxbir üzvü, eləcə də AMEA-nın Neft Kimya Prosesləri İnstitutnun d... | ANL |
Bir tərəfdən bolşevizmin şüurlara hakim kəsilməsi, digər tərəfdən milli istiqlal hərəkatı... Rüsvayçılığa məhkum olunmuş Bakı Kommunasıgsonra Azərbaycan Demokratik Respublikası. Ermənilərin kütləvi qırğın törətmələri... Nəhayət, qəsbkar Qızıl Ordunun Bakıya daxil olması. Amma belə çətin və mürəkkəb şəraitdə də yazıçıla... | ANL |
BU SÖZLƏRİ ANCAQ O SÖYLƏYƏ BİLƏRDİ... Rəşad Məcidin "Dəlicəsinə"adlı yeni kitabı ilə bağlı oxucu qeydləri. Səhifələrində hər yazımı görəndə xoşbəxt olduğum və qürur duyduğum "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin "Dəlicəsinə" adlı kitabının sorağını eşidən andan onu oxumaq həvəsinə düşdüm... Kitab oxuya-oxuya qəl... | ANL |
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu başa çatıb. İyunun 25-dən 29-dək Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına (BBTFF) film qəbulu artıq yekunlaşıb. Festivalın təşkilat komitəsi seçim apararaq, göndərilən filmlər arasından müsabiqə proqramını müəyyən edəcək. Müsabiqə ü... | ANL |
Məhəbbət dastanının ictimai baxışından qeydlər. Xalq yazıçısı İlyas Əfəndiyevin yazdığı pyeslərin uğurlu səhnə taleyi olub. Görkəmli qələm sahibinin yaradıcılıq məhsulu olan bu əsərlər teatrlarımızda dəfələrlə tamaşaya qoyulub. İllər keçsə də, zaman dəyişsə də tamaşaçıların İlyas Əfəndiyev qəhrəmanlarına marağı azalmır... | ANL |
Publisist kimi, Məmməd Arazın qızı kimi, Aqil Abbasın həyat yoldaşı kimi, qadın kimi... Amma qarşımızdakı İradə Tuncay idisə, onda yenə eşitməli nələrsə olmalı idi... Elə danışmağa da uşaqlığından başladıq. Yasamalda, "Sevil” kinoteatrının yaxınlığındakı ikiotaqlı "Xruşşovka” evdə keçən uşaqlığından: "Uşaqlığımda ağrıl... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.