text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bu bir unudulmaz gecə idi. Keiko Matsui Bakını heyran qoyub. Dünyanın bir çox ölkələrində konsertlər verən Yaponiyanın məşhur pianoçusu Keiko Matsui oktyabrın 28-də Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində baş tut... | ANL |
Bədii fotoya həvəs qalır. Gənclər öz əsərlərini sərgiyə çıxardılar. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İİ kurs tələbələrinin foto işlərindən ibarət sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov bi... | ANL |
Gülxan Bəydəmir xəttat ustalar yetişdirir və əl işlərini sərgiləməyə hazırlaşır. Bakıda Gülxan Bəydəmirin xəttatlıq sərgisi keçiriləcək. Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery" sərgi salonunda nəzərdə tutulan sərgidə G.Bəydəmirin xəttatlıq örnəkləri sənətsevərlərin ixtiyarına veriləcək. İncəsənət Mərkəzinin direktoru ... | ANL |
"İndiki gənclər musiqi sənətinə nə verəcəklər?". "Bu gün Azərbaycan mədəniyyətinə baxanda ürəyim ağrıyır. Biz Şövkət Ələkbərovanın, Rəşid Behbudovun adlarını çəkəndə cavanlar əsəbiləşirlər. Dünən gənc olan Aygün Kazımova, Faiq Ağayev bu gün ortayaşlı musiqiçilər sırasındadır. Bəs onlar sabah bizə nə verəcəklər? Azərbay... | ANL |
"Qadın kimi oxuyan kişi müğənnilər yetişirlər". Mənsum İbrahimov estrada səhnəsindəki xaosdan danışır. Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov muğam sənətinin etibarlı əllərdə olduğunu söyləyir. O, muğamın inkişafda olduğunu vurğulayaraq min illər yaşı olan bu sənətin yaddan çıxdığı bar... | ANL |
Gəncə Dram Teatrı Türkiyəyə yollanır. Bu, onun ilk xarici qastrol səfəridir. Ölkənin ikinci böyük şəhəri və iri mədəniyyət mərkəzi olan Gəncədə mövcud Dram Teatrının 115 il tarixi varsa da, hələ bir dəfə də olsun xaricə qastrol səfərinə çıxmayıb. Amma bu ilin oktyabrında Türkiyəyə dəvət alıblar. Direktor mövsümün yeni ... | ANL |
Babək Qurbanov: "Türklərdə milli musiqi alətlərinə dərin sayğı var". Mənəvi dəyərlərə bağlılıq millətin ayaqda qalmasında önəmlidir. Son iki ildə Qaziantep Universitetində işləyir. Onun çalışdığı bu universitetlər çox böyük elm kompleksləridir və Babək müəllim Bakıda özünü "universitet" adlandıran bir təhsil ocağının k... | ANL |
"Xəzər"in yeni rektoru mediaya təqdim olundu. Hamlet İsaxanlı isə bu ali məktəbin inkişaf strategiyası ilə məşğul olacaq. Ölkənin ali təhsil sferasında presedent baş verib. İlk dəfədir ki, Azərbaycanın bir ali məktəbinə əcnəbi rektor gətirilmişdir ki, bu hal bizim deformasiyaya uğramış ali təhsil gerçəkliyində qeyri-ad... | ANL |
Köhnə qəzet və jurnalların elektron versiyası hazırlanır. Mirzə Fətəli Axundov adına Milli Kitabxana özünün arxivində yığılan köhnə qəzet və jurnalların elektron versiyasını hazırlayır. Bu barədə məlumatı Milli Kitabxananın direktoru Kərim Tahirov verib. O qeyd edib ki, görülən işlər sayəsində bir sıra köhnə qəzet və j... | ANL |
"Leyli və Məcnun" operasının ilk nümayişi qeyd olunur. Eyniadlı tamaşa yanvarın 9-da oynanılacaq. Yanvarın 12-də dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk dəfə nümayiş etdirildiyi gündür. Bununla əlaqədar olaraq yanvarın 9-da Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının tamaşası təqdim... | ANL |
"Telekanallarda hərəkət müşahidə edilir". Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin telekanallarla bağlı dərc etdiyi məqalədən sonra bu sahədə müsbət dəyişiklik müşahidə edilib-edilmədiyi barədə MM mədəniyyət məsələləri üzrə komitəsinin sədri, millət vəkili Nizami Cəfərovun fikrini soruşduq. Telekanallarda... | ANL |
Oturub səssizcə izlədiyimiz film, bizi sınırsız ehtimallar üzərində düşünməyə sövq edərkən, eyni zamanda anladılan hekayələrlə dünyagörüşümüzün biçimlənməsinə təsir edər. Yaxşı rejissor - çəkdiyi filmlə seyrçinin içində xəyallar oyandırıb, onları olayların içinə qatan, düşündürərkən, rahatlıq gətirən insandır. Hər film... | ANL |
"Kitabi Dədə Qorqud" xalq eposu və "Koroğlu" dastanı macar dilinə tərcümə olunub. Bu barədə Milli Elmlər Akademiyasının Folklor İnstitutundan məlumat verilib. Bu kitablar Folklor İnstitutu ilə Budapeştdə yerləşən Avropa Folklor İnstitutunun elmi əməkdaşlığı nəticəsində və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəy... | ANL |
Kamil Nəcəfzadənin yubileyinə - sərgi. Yanvarın 12-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində xalq rəssamı Kamil Nəcəfzadənin 80 illik yubileyinə həsr edilən sərginin açılış mərasimi olacaq. Bu barədə Azərbaycan Rəssamlar İttifaqından məlumat verilib. Sərgidə sənətkarın kinofilmlərə verdiyi tərtibatlar... | ANL |
Qızıl fond deyilən bir günə yaranmır. Buna gərək ömürlər sərf olunsun. Muğam sənətindən, qəzəl dünyasından söz açmaq çətindir. Lakin onu sevmək, anlamaq, qoruyub gələcək nəsillərə çatdırmaq ondan daha çətindir. Bunu yalnız bütün həyatını bu sahəyə həsr edən sənət fədailəri bacarar. Həmsöhbətim məhz həmin sənət fədailər... | ANL |
Naxçıvan Kukla Teatrında Litva xalq nağılı. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Litva xalq nağılı əsasında yeni tamaşa səhnələşdirir. Teatrdan verilən xəbərə görə, kollektiv şair Zaur Vedilinin Litva nağılı əsasında səhnələşdirdiyi "İlanlar kraliçası küknar" tamaşasının yekun məşqlərini aparır. Tamaşanın qurul... | ANL |
Knut Hamsunun əsəri səhnəmizdə. Gənc Tamaşaçılar Teatrında premyera olacaq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış Norveç yazıçısı, Nobel mükafatı laureatı Knut Hamsunun "Viktoriya" əsəri əsasında hazırlanan tamaşanın təqdimat mərasimi keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, "Məhəbb... | ANL |
Xocalıda soyqırım törədənlər aşkarda gəzirlər. Çünki onları "nasist ovçusu" Simon Vizental kimi biri izləmir. Xocalı soyqırımının 18 ili yaxınlaşır. Müdhiş fevral gecəsi qadına, uşağa, qocaya baxmadan yüzlərlə azərbaycanlını insan övladının ağlına gəlməz işgəncələrlə qətlə yetirənlər, keçmiş sovet ordusunun Xankəndində... | ANL |
"Qlobal istiləşmə" soyuqlaşma ilə əvəzlənir. Onun fəsadları etnik münaqişələr və müharibələrdən daha qorxuludur. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) proqnozları özünü doğrultmağa başlayır. Havalar gah çox istiləşir, gah da çox soyuqlaşır. Əslində yayda çox isti, qışda isə havaların soyuq keçməsi normaldır. Fəqət... | ANL |
Bir də azadlığın misilsiz nemət olduğunun dərk edildiyi gündür. Xalqımız o gün həyatını qurban vermiş övladlarını yad etməklə bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 20 il öncə milli taleyimizdə qorxunc günlər yaşandı. Bu xalq sovet hər... | ANL |
Pianoçunun yubileyi San-Fransiskoda qeyd edildi. San-Fransisko Konservatoriyasının salonunda məşhur pianoçu, Azərbaycanın xalq artisti Çingiz Sadıqovun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Yubiley mərasimi Azərbaycanın ABŞ səfirliyinin təşəbbüsü ilə gerçəkləşib. Mərasimdə Azərbaycanın baş konsulu çıxış ed... | ANL |
Sənan Eynullayevin Ankarada sərgisi açılıb. Ankaradakı "Nurol" Sənət Qalereyasında azərbaycanlı rəssam Sənan Eynullayevin fərdi sərgisi açılıb. Sərgidə sənətkarın son dövrlərdə yağlı boya ilə işlədiyi tablolar nümayiş etdirilir. Bu, rəssamın Türkiyədə ilk yaradıcılıq sərgisi hesab olunmur. Ötən il onun İstanbulun Polis... | ANL |
Həzi Aslanovun ev muzeyi təmir edilir. Lənkəranda general Həzi Aslanovun ev muzeyi 40 ildir fəaliyyət göstərir. Əfsanəvi qəhrəmanın 100 illiyi ərəfəsində ev muzeyinin əsaslı təmirinə başlanıb. Artıq üçüncü aydır ki, təmir-bərpa işləri davam edir. Ev muzeyinin direktoru Tamara Fətullayevanın dediyinə görə, yubileyə iki ... | ANL |
Hacı İsmayılov "Mosfilm"də çəkilir. Film Azərbaycandan bəhs edir. Rusiyanın uzunömürlü kinostudiyası olan "Mosfilm"də Azərbaycan haqqında film istehsal olunacaq. Bu barədə danışan Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Hacı İsmayılov bildirib ki, sözügedən film azərbaycanlı rejissor Murad İbrahimbəyov tərə... | ANL |
Mədəniyyət evlərində işlər necə gedir? Birinə baş çəkdik. Paytaxtda hər rayonun öz mədəniyyət evi var, amma maraqlıdır, onların fəaliyyəti necə gedir? Eşitmişdim İ.Əbilov adına Mədəniyyət Evi öz funksiyasını fəallıqla yerinə yetirir. Bu Mədəniyyət Evində 43 ildir bədii rəhbər olaraq çalışan Mirəhməd Əsgərov İncəsənət İ... | ANL |
İkinci Dünya müharibəsi bəşər tarixində ən qanlı savaş sayılır. 50 milyondan çox insan həyatına son qoyan bu savaş faşizmə qarşı çarpışan qəhrəmanlarını da yetişdirdi. Onlardan biri Azərbaycan övladı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovdur. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb.... | ANL |
Təzədən doğulur şair ölən gün. İlk şeirləri Böyük Vətən müharibəsindən əvvəl Tiflisdə çıxan "Yeni qüvvə" jurnalında, "Sovet Gürcüstanı" qəzetində dərc olunmuşdu. Gənclər arasında keçirilən poeziya müsabiqələrində qalib olardı. Tanrı sevimli bəndələrinə şairlik istedadı verəndə vətəndaşlıq pasportunu tələb etmir. Moskva... | ANL |
Onun sənətinə və şəxsiyyətinə sevgilər və sayğılarla. Dünya şöhrətli mədəniyyət xadimi, RF-də fövqəladə və səlahiyyətli səfirimiz Polad Bülbüloğlunun 65 yaşı tamam olur. Milli mədəniyyətimizin parlaq bir dövrü bu yaradıcı insanın adı ilə bağlıdır. Gözəl mahnıları, musiqi əsərləri ilə insanların bütöv bir nəslinin qəlbi... | ANL |
Şahnaz Haşımova ansamblın etibarlı əllərdə olduğunu bildirib. Ötən gün Dövlət Muğam Teatrında "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının fəaliyyətinin 40 illiyi qeyd olunub. Ansamblın rəhbəri Şahnaz Haşımova tədbiri açaraq əvvəlcə kollektiv haqqında danışıb. Ansamblda sadiq insanların çalışdığını deyən xalq artisti onla... | ANL |
Martda Vaqif Mustafazadənin yubileyidir. 2010-cu ilin martında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi qeyd olunacaq. Xatırladaq ki, ölkə başçısının müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi Bəstəkarlar İttifaqının t... | ANL |
Məmməd Əmin Rəsulzadə: "Əsərlər və məktublar toplusu". Öndərin Moskvada belə bir adda rusca kitabı nəşr olunub. Azərbaycan dövlətçiliyinin banisi, görkəmli siyasi xadim, bütün şüurlu həyatını Azərbaycan davasına həsr etmiş olan Məmməd Əmin Rəsulzadənin Rusiya tarixçilik auditoriyasına təqdim olunması işində daha bir ad... | ANL |
Sabir Azəri həyata vida etdi. Yazıçı Sabir Azəri (Sabir Əli oğlu Tatlıyev) srağagün həyata vida etmişdir. Gözəl nasir və tərcüməçi kimi tanıdığımız Sabir Azəri bu dünyada 72 illik bir ömür yaşadı. Ürək bu yaşında vəfasızlıq elədi. Halbuki onun reallaşmamış yaradıcılıq planları vardı. Sabir Azəri Qazaxın Dağ Kəsəmən mək... | ANL |
70 min insan qaçqın şəraitində yaşamağa məhkum edilib. Kəlbəcər rayonunun işğalından 18 il ötür. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali ata-baba torpağından... | ANL |
Müdafiə və təhlükəsizlik sektorunda nə baş verib? "SNT" əlavəsi çərçivəsində ənənəvi olaraq ötən dövrdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verənləri diqqətinizə çatdırırıq. ANAMA baş direktoru Nazim İsmayılov Cenevrədə Mina Əməliyyatları üzrə Milli Direktorlar və BMT Məsləhətçilərinin 14-cü görüşünə q... | ANL |
Akif Aşırlı yeni faktlar təqdim edir. Məhsuldar çalışan tarixçilərimizdən Akif Aşırlının təqdim etdiyi "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabında soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr əksini tapır. Akif Aşırlı bildirir ki, gözdən keçirilən dönəmin mətbuatında 31 mart soyqı... | ANL |
Azərbaycanlılar soyqırım gününü qeyd etdilər. Bakıda 1918-ci il martın 31-də "Daşnaksütyun" partiyasının rəhbərliyi altındakı silahlı birləşmələrin Bakı kommunasının bolşevik rəhbərliyinin dəstəyi ilə türk məhəllələrində silahsız dinc əhaliyə tutduqları qanlı divanın ildönümü qeyd olundu. Bu hüzn tarixi dünyanın bir ço... | ANL |
İsrafil İsrafilov primitiv əsərlə teatra üz tutanları qınadı. "Akademik Milli Dram Teatrında elə aktrisa var 6 il ərzində bir kitab belə oxumayıb. Bu aktrisa 6 ildir bu teatrda çalışır, ancaq fəaliyyəti dövründə bir əsər belə oxumadığını dedi. Eləsi də var ki, ona oxuması üçün pyeslər vermişəm, amma həmin pyesləri başq... | ANL |
Musiqi teatrlarının tamaşalarına baxış. MDB teatrşünasları Sankt-Peterburqa toplaşır. Aprelin 1-dən 7-dək Sankt-Peterburqda "Arlekin" Beynəlxalq festivalı çərçivəsində MDB dövlətləri musiqi teatrlarının tamaşalarına baxış keçiriləcək. Festivalda iştirak məqsədi ilə Rusiya Teatr Xadimləri İttifaqı və Musiqili Teatrların... | ANL |
Sanki general rütbəsi qazanıb. Vokalistin "Koroğlu" ilə bağlı başqa niyyətləri də var. Mobil Babayevin yetirməsi olan, bir çox opera tamaşalarında uğurlu ifası ilə çıxışlar edən vokalist Ramil Qasımov ötən həftə sonu yeni debütü ilə yadda qalıb. Uğurlu keçən tamaşanın ardınca Ramil mətbuat mənsublarına bildirib ki, vax... | ANL |
Seulda "Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası" (SEBA), "Türkiyə-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası" və Koreyanın "Art Bent" şirkətinin təşkilatçılığı ilə "2011-ci il Beynəlxalq Harmoniya Sərgisi" adlı rəsm sərgisinin açılış mərasimi keçirilib. Azərbaycanın Koreya səfirliyindən verilən bilgiyə gö... | ANL |
Azərbaycanlı musiqiçi birinci oldu. Gənc və istedadlı skripka ifaçısı Ceyla Seyidova Belçikanın Namur şəhərində "Bravo" musiqiçilərin IV Beynəlxalq müsabiqəsində I yeri qazanıb. Bu barədə musiqiçinin anası Samirə Seyidova bildirib. Qızının müsabiqədə çıxışının dünyaca tanınmış musiqiçilər tərəfindən yüksək qiymətləndir... | ANL |
Yurgen Elsner Azərbaycan musiqisindən danışdı. "Azərbaycan musiqisinin dünyada bənzəri yoxdur. Bu diyar qədim dövrlərdən Yaxın və Orta Şərq ölkələrini birləşdirən regiona daxildir. Bu region ölkələri arasında daimi əlaqələr onların mədəniyyətində bir çox müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəni... | ANL |
Emin Ağalarovun yeni albomu satışa çıxıb. Əksər mahnıların müəllifi sənətçi özüdür. Gələn həftədən Böyük Britaniyada gənc bəstəkar və müğənni Emin Ağalarovun "Wonder" adlı albomunun satışı başlayacaq. Artıq London metrostansiyalarının girişləri, ictimai nəqliyyatın hərəkətinin gur olduğu yerlərdə gənc bəstəkar və müğən... | ANL |
Akif İslamzadə eşidilməyən mahnılarını üzə çıxarmaq istəyir. Səsindəki problem səbəbindən yalnız lent yazılarında dinlənən xalq artisti Akif İslamzadə gənc həmkarlarının perspektivindən danışarkən bu gün istedadlı gənclər çox olduğunu deyir. Amma oxumaq istəyən istedadsızlar müxtəlif yollarla onları üstələməyə çalışır.... | ANL |
İlin I rübündə təhlükəsizlik və müdafiə sektorunda itkilər. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində monitorinqinin nəticələrinə əsasən, 2011-ci ildə ölkənin təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım hiss olunur. İlin birinci rübündə ... | ANL |
Teatr və kinomuzda tanınmış isimlərdən olan xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrının səhnəsində Hacı Murad rolunun məşqlərinə gələn ayın əvvəllərində başlayır. Bu barədə aktyor özü danışaraq bildirib ki, hazırda "Hacı Murad" əsəri Azərbaycan dilinə tərcümə olunur: "Bundan öncə əsər bir dəfə tərcümə olund... | ANL |
Ağa Əli İbrahimovun fərdi sərgisi. Əlli ilin ilk yaradıcılıq təqdimatı. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Sərgi Qalereyasında Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağa Əli İbrahimovun fərdi yaradıcılıq sərgisinin açılışı olub. Sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin mü... | ANL |
Tara əzəlki münasibəti qaytarmaq... Zamiq Əliyev bunun çətinliklərindən söz açır. Son illər musiqi ocaqlarında bir canlanma müşahidə olunur. Tələbələrin hansı sahəyə meyil göstərməsi uzaqdan qaranlıq görsənir. Tar və kamana əzəlki məhəbbət də qayıdır. İncəsənət Universitetinin dosenti, tarzən Zamiq Əliyevlə söhbətimizd... | ANL |
Fotoqraf Rüstəm İsmayılovun sərgisi açılıb. Abşeron Rəsm Qalereyasında fotoqraf Rüstəm İsmayılovun sərgisi açılıb. Bu mədəniyyət tədbirinin təşəbbüsçüləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Abşeron Rəsm Qalereyası olub. Fotoqraf seyrçilərin mühakiməsinə ən fərqli mövzularda 60 foto-əsərini təqdim edir. Bədii fo... | ANL |
Tahir İmanov auditoriya ilə söhbət etmək istəyir. Kollektiv artıq iki günlük proqramı uğurla başa vurub. - Yeri gəlmişkən, "Planeta Parni iz Baku" KVN teatrının yubileyi Elçin Həmidovun xatirəsinə həsr edilir. - Mənim üçün hər şeydən əvvəl peşəkar bir insan idi. Həyata, dostluğa, varlı və kasıb, nazir və ya süpürgəçi o... | ANL |
Fidan Hacıyevanın Karmen səadəti. "Hər dəfə Karmeni oynayanda özümü dünyanın ən xoşbəxt insanı sayıram. Hər dəfə Karmen kimi səhnəyə çıxmaq mənim üçün ən möhtəşəm bayramdır. Budəfəki çıxışıma da ciddi hazırlaşıram və tamaşaçılara unudulmaz gecə vəd edirəm". Bu sözləri Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera... | ANL |
Prezident İlham Əliyevin imzladığı fərmana uyğun olaraq, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan v... | ANL |
Azərbaycan-ABŞ hərbi əməkdaşlığı dayanır? ABŞ-ın Azərbaycan səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson aprelin 20-də jurnalistlərə dedi ki, təlimlərin niyə baş tutmadığı ilə bağlı sualı Azərbaycan Müdafiə Nazirliyinə ünvanlasınlar. Xatırladaq ki, 2010-cu ildə də bu təlimlər Bakının birtə... | ANL |
Aktyorun yenidən səhnəyə qayıdış duyğuları Şəms. Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın kino və teatrında izlər qoymuş, sevə-sevə izlədiyimiz rolların yaradıcısı, xalq artisti Yaşar Nuri İstanbulda ikinci və uzun sürən müalicə kursundan sonra evə döndü. Bütün teatr sənətkarı ayaq üstə qarşıladı. O d... | ANL |
Aygün Bayramova sənətə baxışlarını açıqladı. Xalq artisti Aygün Bayramova muğamda sintezin əleyhinə deyil. Amma elə məqamlar olur ki, irad bildirir, qəbul etmədiyi məqamlar var. Bir neçə həftə əvvəl Heydər Əliyev Sarayında Cənubi Amerikadan olan musiqiçilərlə muğam ifaçılarının ifa sintezini isə bəyənib: - Bizim o musi... | ANL |
Səkkizincisi, vilayətdə abidələrin qoyulması sahəsində həyata keçirilən tədbirlərə də aydınlıq gətirilirdi. Erməni xadimlərinə də abidələr qoyulduğuna dair faktlar sadalandıqdan sonra göstərilirdi ki, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Şuşada indi Azərbaycan ədəbiyyatının klassiki Vaqifə abidə qoyulur. Vaqif... | ANL |
Aynur Sofiyeva: "Azyaşlı qızlar hüquqlarını qoruya bilmir". Ailə Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı müxtəlif təkliflər səslənir. Amma bu təkliflərə münasibət heç də birmənalı deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məcəlləyə dəyişiklik barədə təklifləri var. Bu barədə "Ayna"ya komitənin... | ANL |
Nikah müqaviləsi icbari ola bilər. Bu məsələnin müzakirəsində fikirlər haçalanır. Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulsa da, bu, məcburi deyil. Yəni qanunvericiliyə əsasən, müqavilənin bağlanması könüllülük prinsipinə əsaslanır. Tərəflərin iradə azadlığı qorunur. Xeyli vaxtdır Azərbaycanda nikah müqaviləsin... | ANL |
Sədaqət Qəhrəmanova: "Gənclər nikaha girərkən eyni hüquqlara malik olmalıdırlar". Ailə cəmiyyətin təməlidir. Cinslər arasında bərabərsizlik birbaşa ailədə verilən tərbiyədən əmələ gəlir. Valideynlər qız və oğlan arasında fərq qoyur və uşağın cinsindən asılı olaraq onlar üçün fərqli məqsədlər müəyyənləşdirirlər. Oğlanla... | ANL |
Ermənistan KP MK-nın birinci katibi bu deyilənləri, eləcə də xaricdəki mütərəqqi erməni təşkilatları və onların mətbu orqanlarının fəaliyyətini aktivləşdirmək, xaricdəki erməni cəmiyyətlərində daşnak təbliğatına qarşı durmaq məqsədi ilə "Lraber", "Kanç", "Aşxar" qəzetlərinin hər birinə 20 min, "Sevan" qəzetinə isə 10 m... | ANL |
Ədəbi yaddaşda qalmağı bacardı. Bizim gəncliyin populyar yazıçılarından olmuş, əsərləri indinin özündə də çox oxunan yazıçı Ələviyyə Babayevanın avqustun 12-də 90 yaşı tamam olur. Ələviyyə xanımı ad günü münasibəti ilə biz təbrik edir, ona cansağlığı arzulayırıq. Ədəbi mühitdə onu erudisiyalı, bir neçə dili kamil bilən... | ANL |
Bir az əvvəl səhhətində problem yaranan və bu səbəbdən xəstəxanada yatan xalq artisti, Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev yenidən iş başındadır. Qurumun isə problemləri bitənə bənzəmir. Çünki maddiyyat öndə gəlir. Aktyor söhbətinə elə bu mövzuya toxunmaqla başladı: - Nə müddətdir maddi problemlə... | ANL |
"Modelə intellekt gərəkdir". Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın modellər üçün xüsusi meyarları var. Modellərdə boy məhdudiyyəti qoymur. Qeyri-peşəkarlarla isə ümumiyyətlə işləmir: "Gənclər elə düşünürlər ki, model olmaq çox asan işdir. Düşünürlər ki, ona təhsil, intellekt lazım deyil. Modelə intell... | ANL |
Əlixan Səmədovun balabanı Türkiyəni fəth etdi. Türkiyədə yaşayan balaban ifaçısı Əlixan Səmədov xarici ölkələrdə balabana olan maraqdan danışır: "Rəqslərdə, bilirsiniz ki, ən çox klarnetdən istifadə olunur. Balaban isə yalnız konsertin açılış və bağlanışında səslənir. Balaban səslənəndə görürdüm ki, salona bir səssizli... | ANL |
İstintaq materiallarından aydın olur ki, hücum edənlər artıq əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçmişdilər. Öldürülən ermənilər erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. Onların siyahıları əvvəlcədən hazırlanmışdı. Hadisələrdə şəhərin yerli əhalisindən olmayanlardan ibarət olan cinayətkar elementlər iştira... | ANL |
"Ordunun Aynası" əlavəsi çərçivəsində diqqətdə saxladığımız əsas məsələlərdən biri Azərbaycanın xarici hərbi əməkdaşlıq vəziyyətinin araşdırılmasıdır. Bu sayımızda iyul xronologiyasını diqqətinizə çatdırırıq. Qeyd edək ki, sənədin hazırlanmasında APA, MilAz, "Turan" və "Trend" informasiya agentliklərinin xəbərlərindən ... | ANL |
Nikah müqaviləsi icbari ola bilər. Bu məsələnin müzakirəsində fikirlər haçalanır. Əvvəli ötən sayımızda). Xeyli vaxtdır Azərbaycanda nikah müqaviləsinin zəruriliyi qabardılır. Müqavilənin məcburi bağlanmasının tərəfdarı olan millət vəkilləri hesab edir ki, müqavilə məcburi olmadığına görə məcəllənin bu müddəası işlək d... | ANL |
"Azərbaycan-NATO əlaqələrinin bugünkü səviyyəsi bizi qane edə bilməz". Avroatlantik Şuranın təşkilat komitəsi sədrinin fikrincə, hakimiyyət ciddi ictimai və xarici basqı olmadan islahatlara getməyəcək. İyul ayında Azərbaycanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri Avroatlantik Şuranın təşkilat komi... | ANL |
Mixail Qorbaçov Karen Dəmirçyanın "rezini uzatmaqla məşğul olduğunu", Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsindən başqa heç bir siyasi qərar istəmədiyini vurğuladı. Ermənilərin Moskvadan Yerevana komissiya çağırıb Qarabağ probleminin həllini istədiklərini qeyd etdi. M.Qorbaçov məsələnin belə həlli... | ANL |
Rənglərin sehrli dünyasına həsr edilən ömür. Professional rəssam, bu gün 80 yaşını qeyd edən Oqtay Yusif oğlu Şıxəliyev bu sənətə bağlanandan bəri həm monumental boyakarlıq, həm dekorativ-tətbiqi sənət, eləcə də dəzgah boyakarlığı sahələrində bir-birindən maraqlı əsərlər qalereyası yaradıb. Meksika, Almaniya, Kanada və... | ANL |
Gözəlləşən ölkədən əlvan panoramlar. Bakıda Qazaxıstana həsr olunmuş fotosərgi açıldı. Türk dünyasının ərazicə böyük, sürətlə inkişaf edən ölkəsi - Qazaxıstana həsr olunmuş "Barış və quruculuğun 20 ili" adlı fotosərginin açılışı oldu. Bu geniş spektrli fotosərgi Qazaxıstanın Azərbaycan səfirliyi tərəfindən "1969 Qalere... | ANL |
Kişilər məktəbdən uzaq düşüb. Bu da oğlanların davranışında, ünsiyyətində problemlər yaranmasına, onların bər-bəzəyə meyil etməsinə yol açır. Azərbaycan Gender İnformasiya Mərkəzinin araşdırmasına əsasən, fəaliyyət sahəsi və iqtisadiyyatın sektorlarından asılı olaraq qadınların və kişilərin məşğulluq strukturunda müəyy... | ANL |
Hərbi sənayenin inkişaf yolunun. görünən və görünməyən tərəfləri. Dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaranmasından 6 il ötür. Yarandığı gündən MSN diqqətdə olan əsas dövlət strukturlarından hesab edilir. Bunu müdafiə sənayesinə ayrılan xərclərin ilbəil artmasından görmək mümkündür. Konkret olaraq, əgər 2006-c... | ANL |
Nikahdan əvvəl tibbi müayinə çox vacibdir. MM sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, gələn il təxminən 54 min ölü gözlənilir: "Ümumilikdə gələn il Azərbaycanda təxminən 140 min artım olacağı proqnozlaşdırılır. Biz istəyirik ki, həyata keçirdiyimiz sosial layihələrlə bu tendensiyaya təkan verək. Artı... | ANL |
Tariximizin doğru-düzgün salnaməsini yazmış ədib. və dilimizin fədakar qoruyucusu. Professor Yaşar Qarayev deyirdi ki, Mirzə Cəlildən sonra Arazı keçən, o taya ana dili aparan, Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu. O taya ana dilini aparmaqla yanaşı, Təbrizdə ana dilində nəşr olunan "Vətən yo... | ANL |
Qafqaz amazonları dünya elminə açıqlanır. Nuridə Atəşinin eyniadlı kitabı Almaniyada 4 dildə nəşr edildi. Tədqiqatçı yazar Nuridə Atəşinin "Qafqaz amazonları" Miflər arxasındakı gerçək tarix" kitabı Azərbaycan, rus, alman və ingilis dillərində Almaniyanın Berlin şəhərində nəşr edilmişdir. Kitab Azərbaycanın görkəmli ta... | ANL |
Ənvər Sadıqov deyir ki, həyatını proqnozlaşdırsaydı, əsgərliyə getməzdi. "Mən musiqi ilə formalaşmışam. Valideynlərim deyirdilər uşaqlıqda musiqiyə çox kəskin reaksiya verirdim, ritmi yaxşı tuturdum, baxmayaraq ki, indiyədək rəqs edə bilmirəm. Böyük bacılarım musiqi məktəbinə gedirdilər, onlar məşğul olanda mən harada ... | ANL |
Mədəniyyət və Turizm Nazirliyi xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunmuş sərgi keçirir. Nazirliyin mətbuat xidmətindən bildirilir ki, sərginin açılışı dekabrın 9-da Azərbaycan Milli İncəsənət Muzeyində olacaq. Bundan əlavə, rəssamın doğum günündə məzarı ziyarət olunacaq, Azərbaycan Milli İncəsənət Muze... | ANL |
Moskvada Tahir Salahovun əsərlərindən ibarət "Min bir gecə" adlı sərginin açılışı olub (APA). "Aydan" qalereyasında keçirilən sərgini Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olan Tahir Salahova qalereyanın direktoru, Rusiya Rəssamlıq Akademiyasının üzvü, rəssam Aydan Salah... | ANL |
İctimai səhiyyə sistemi. Yaxud insanlara vaxtında sağlamlıqlarının qayğısına qalmağı necə öyrətməli? "İctimai səhiyyə" termini Azərbaycan üçün yeni təzahür olsa da, inkişaf etmiş ölkələrdə tibb işçiləri çalışmaq üçün başqa şərtlərin mövcudluğunu təsəvvür belə etmirlər. İctimai səhiyyə sosial faktorların əhalinin sağlam... | ANL |
Azərbaycanda çox gözəl ədəbi nəsil yetişir... İsveçdə yaşayan həmyerlimiz, rejissor Rahim Sadıqbəyli bu fikirdədir. Rahim Sadıqbəyli - 2004-cü ildən ailəsi ilə birlikdə İsveçdə yaşayan Azərbaycan vətəndaşı... 60-cı illərin ortalarında Lənkəranda qulluqçu ailəsində dünyaya gəlib. Lənkəran şəhər 1 nömrəli orta məktəbi bi... | ANL |
Bu rəsmlərdə bahara vurğunluq diqqəti cəlb edib. Parisdə gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb. Fransa paytaxtının Vivyen İncəsənət Qalereyasında azərbaycanlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi təşkil edilib. Vivyen İncəsənət Qalereyasının direktoru Pyer Qimbard gənc rəssamı, onun ailəsini və ... | ANL |
Əbülfəz Fərəcoğlu İstanbulda növbəti fərdi sərgisini açıb. İstanbulda yaşayıb-yaradan Azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlu İstanbulda növbəti fərdi sərgisini açıb. İstanbulun Ləvənt məhəlləsindəki Vakıfbank şöbəsinin Sənət Qalereyasında açılan sərgiyə Türkiyənin sənət dairələri, media və sənətsevərlər ciddi maraq göst... | ANL |
"Fərqləndiyimi göstərmək istəyirəm". Aygün Bəylər ikinci peşəyə yiyələnir. Əməkdar artist Aygün Bəylərin sənətdə strategiyası onu son illər kamera önündən, mətbuat səhifələrindən kifayət qədər uzaq tutub. Əvvəlki qədər efirlərə çıxmır, müsahibə vermir. Amma o, bunları geniş ictimaiyyətlə bölüşmür. Son illər özünə qapan... | ANL |
Qonşu ölkələrdən də aşıqlar gəlmişdi. Bu il milli aşıq sənətinin çox şöhrətli ismi olan göycəli Aşıq Ələsgərin dünyaya gəlişinin 190 ili tamam olur və bu münasibətlə böyük aşığın xatirəsi bütün il ərzində ən müxtəlif məclislərdə anılmışdır. Dekabrın 14-də Heydər Əliyev Sarayında bu sıradan böyük ustadın 190 illik yubil... | ANL |
Cənubi Qafqaz Rusiya, Türkiyə və Antanta arasında. Antanta ölkələrinin bolşevizmi beşiyində boğmaq və türk mülklərinə yiyələnmək üçün apardıqları müharibə bolşevik Rusiyası və kamalçı Türkiyəni yaxınlaşdıraraq az sonra müttəfiqə çevirdi. Bu müttəfiqlik Cənubi Qafqazda geosiyasi dəyişikliyə gətirdi. Azərbaycan işğal edi... | ANL |
Firuz Mustafadan mədəniyyət yönümlü iki kitab. Yazıçı-filosof Firuz Mustafanın iki yeni kitabı nəşr edilib. "Qloballaşma və mədəniyyət" kitabında müəllif adı başlığa çıxarılan fenomenlər (qloballaşma və mədəniyyət) arasındakı qarşılıqlı mürəkkəb əlaqənın bir sıra nüanslarını sosioloji və fəlsəfi aspektdə araşdırır. Təd... | ANL |
Cənubi Qafqaz Rusiya, Türkiyə. Bolşevik Rusiyası Ermənistanda daşnak hakimiyyətinin devrilməsində maraqlı olsa da, türklərin qələbələrindən narahat idi. Bununla bağlı olaraq noyabrın 16-da Stalin Vladiqafqazdan Leninə göndərdiyi teleqramda yazırdı ki, təhlükə Bakını üç tərəfdən təhdid edə bilər. Birinci təhlükə cənubda... | ANL |
Gündəmdə yenilikləri ilə qalmağa çalışan xalq artisti Aygün Kazımova daha bir yenilik üzərində düşünür. Yeni təqvimdə də planları genişdir. Bu günlərdə başladığı işləri gələn il tamaşaçılarla bölüşəcək: - Yanvarın 26-da doğum günümdür. Həyatımla maraqlanan, məni sevən insanların qarşısına, hər zaman olduğu kimi, bu dəf... | ANL |
Türklərin qədim rəqsinə həsr olunmuş yeni musiqi albomu. Bu yaxınlarda ABŞ-da "TÜRK DÜNYASI SINIRSIZ" layihəsi çərçivəsində qədim türk rəqsinə həsr olunmuş "YOLA,YOLA" musiqi albomu çıxıb. Bu layihə özlüyündə Türkdilli dövlətlərin bütövlüyü və birliyi ideyasını daşıyır. SD diskə toplanmış materiallar əsasında Tenqriliy... | ANL |
İçərişəhərdə "Arxeoloji park". və Əzim Əzimzadənin büstü açılıb. İçərişəhər ərazisində "Arxeoloji park" və məşhur rəssam Əzim Əzimzadənin büstünün açılış mərasimi keçirilib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, "Arxeoloji park" insanların İçərişəhərdə vaxtlarını xoş v... | ANL |
"Nizami" kinoteatrına Kino Mərkəzi statusu verilib. "Nizami" kinoteatrına Kino Mərkəzi statusu verilib. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov deyib ki, dekabrın 27-də açılış mərasimi keçiriləcək və bu məkan qonaqları "Nizami" Kino Mərkəzi kimi qarşılayacaq. Mərkəzin açılış... | ANL |
İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb. Onun son illərdə çəkdiyi yağlı boya tabloları nümayiş etdirilir. İstanbulun Vakıfbank qalereyasının sərgi salonunda azərbaycanlı rəssam Ədalət Qaranın fərdi sərgisi açılıb. Qəzetimizə daxil olan xəbərə görə, bir neçə gün davam edəcək bu sərgidə rəssamın son illərdə yarat... | ANL |
Rusiya-Türkiyə müqaviləsi imzalandıqdan sonra Ankaraya gedərkən yolüsütü Bakıda qalan Yusuf Kamal Azərbaycan xalq xarici işlər komissarı M.Hüseynova ayrıca olaraq Azərbaycan-Türkiyə müqaviləsini bağlamağı təklif etdi. Lakin M.Hüseynov ona etiraz edərək bildirdi ki, biz onsuz da qardaşıq, onu kağıza köçürmək artıq şeydi... | ANL |
"NATO və Avropa Birliyinə üzvlük milli maraqlarımıza tam uyğundur". Politoloq Azər Qasımlı: "Azərbaycana indiki durumunda neytrallıq deyil, davamlı və dayanıqlı müttəfiqlik gərəkdir". "Ordunun Aynası" əlavəsinin budəfəki müsahibi REAL Hərəkatı İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Azər Qasımlıdır. - ... | ANL |
"Mexanika məkandır"ın ecazkarlığı heyrətləndirməyə bilmir. Paytaxtın Müasir İncəsənət Muzeyində tanınmış rəssam Altay Sadıqzadənin rəsm və heykəltəraşlıq əsərlərindən ibarət "22 HX" sərgisi açıldı və bu maraqlı sərgi fevralın 6-dək davam edəcək. Altay Sadıqzadə kifayət qədər tanınan rəssamdır, qrafika və səhnə dekorasi... | ANL |
Hər yerdə kollegiya iclası... Mədəniyyət və turizm naziri də problemlərdən danışıb. Nazirliklərin hamısında olduğu kimi, dünən Mədəniyyət və Turizm Nazirliyində də kollegiya iclası keçirilib. Nazirlikdən bildirildiyi kimi, nazir Əbülfəs Qarayev bildirib ki, prezident İlham Əliyev tərəfindən bu ilin "Turizm ili" elan ol... | ANL |
Müdafiə və təhlükəsizlik sektorunda nə baş verib? Erməni mənbələri Ermənistan ordusunun 2 əsgərinin (Miqran Arakelyan və Vaan Marqaryan) dekabrın 29-da Dağlıq Qarabağ ərazisində minaya düşməsi barədə məlumat yayıb. Ağır yaralanmış əsgərlər amputasiyaya məruz qalıb. Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Çiləb... | ANL |
Teatr rejissoru Mehriban Ələkbərzadə uzun fasilədən sonra yenidən Akademik Milli Dram Teatrında tamaşa hazırlayacaq. Qadın müəlliflə qadın rejissor birgə işləyəcək. Afaq Məsudla Mehriban Ələkbərzadənin əməkdaşlığı 1996-cı ildə Azərbaycan televiziyasında hazırlanan və rejissorun həm də ssenari müəllifi kimi çıxış etdiyi... | ANL |
"İçimdəki məcnunluğu ətrafdakılar görməyiblər". Mənsum İbrahimovun həyatda bir Leylisi var. "Hər dəfə obrazı həqiqətən yaşamağa çalışıram. Füzulinin, Üzeyir bəyin yaratdığı obrazda bir fəlsəfə var. Bu halı yaşamaq lazımdır. Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov onu da deyir ki, Məcnun olmaq ço... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.