text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Teatr rejissoru Mehriban Ələkbərzadə uzun fasilədən sonra yenidən Akademik Milli Dram Teatrında tamaşa hazırlayacaq. Qadın müəlliflə qadın rejissor birgə işləyəcək. Afaq Məsudla Mehriban Ələkbərzadənin əməkdaşlığı 1996-cı ildə Azərbaycan televiziyasında hazırlanan və rejissorun həm də ssenari müəllifi kimi çıxış etdiyi... | ANL |
Gəncədə Nizami muzeyi, Qubada tarix muzeyi uçub. Ölkənin 41 şəhər və rayon muzeyinin yeni müasir standartlara cavab verən bədii tərtibata ehtiyacı var. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu il ərzində gördüyü işlər haqqında hesabatında vurğulanır. AYNA nazirliyin rəsmi saytına istinadən hesabatda açıqlana... | ANL |
"Azərbaycan gözəllik yox, mahnı yarışmasına gedir". "Eurovision-2001" milli seçim turunun vaxtının uzadılması namizədləri intizarda qoyub. Beşliyə düşən namizədlər bu mərhələyə qədər gəlib çatmalarını uğur hesab etsələr də, hər biri bu beynəlxalq müsabiqədə ölkəni təmsil etmək iddiasındadır. Münsiflərin qərarı açıqlanm... | ANL |
Yarışanlar münsiflərə inanır. Bu həftə Akademik Milli Dram Teatrında "Eurovision-2011" milli final konsertində təmsilçilik uğrunda yarışan beş ifaçının hər biri 4 mahnı təqdim edəcək. İlhamə Qasımova finalda bir neçə gözəl geyimlə səhnəyə çıxacağını deyib. Namizəd vurğulayıb ki, onun səhnə geyimində qeyri-adilik olmaya... | ANL |
Esmiralda Tağızadə: "İstedadsız uşaq olmur". Hər insan rəsm çəkə bilər. Esmiralda Tağızadənin rəsm əsərləri ilə qeyri-hökumət təşkilatı "Damla"nın keçirdiyi fərdi sərgisində tanış olmuşdum. Bu işlərin cazibəsi güclü idi. Hər mövzunu, hər istiqamətdə və hər materialda işləyə bildiyi hiss olunurdu. Onun pozanla çəkdiyi r... | ANL |
İran xəttatlıq sərgisi. Vəcihə Səmədova adına Sərgi Salonunda İran xəttatlıq-illüminasiya miniatür sərgisi açılıb. Sərginin açılışında Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və İranın Azərbaycan səfiri Məmmədbağır Bəhrami də iştirak ediblər. Fərhad Xəlilov iki ölkə arasında mədəni əlaqələrin, o cümlədən rəssamlar a... | ANL |
Mixail Lobuxin "Yeddi gözəl" baletində. Məşhur aktyor tamaşada Bəhram şahı oynayır. Fevralın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin "Yeddi gözəl" baletinin tamaşası təqdim olundu. Tamaşada Bəhram şah rolunu Böyük Teatrın aparıcı solisti - balet artistləri beynəlxalq müsabiqələrinin lau... | ANL |
"Tamaşaçı həmişə haqlıdır". Aktyor Şövqü Hüseynov bu qənaətdədir ki, çalışdığı mədəniyyət ocağında oynadığı tamaşalarda onun ruhuna yaxın olanı Hüseyn Cavidin əsərləridir. Sözügedən ədib onun üçün müqəddəs şəxsdir: "O ilahi şeiriyyət, ilahi dialoqlarla yaşamaq, onları özününküləşdirmək üçün hər hansı bir personaj mənim... | ANL |
İsrafilov Tbilisiyə və Milana yollanır. Gündəmdə gürcülər və italyanlarla əməkdaşlıq məsələsi var. Akademik Milli Dram Teatrı beynəlxalq əlaqələrini, dünya teatrları ilə əməkdaşlığını gücləndirmək fikrindədir. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, direktor İsrafil İsrafilov K.Marcanişvili adına Dövlət Akadem... | ANL |
Təhlükəsizlik və müdafiə sektorunda nələr baş verib? Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in hazırkı sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalislə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Azərbaycan Dövlət Dəniz Administrasiyasından verilən məlumata görə, bu ilin ortalarına qədər Xəzər... | ANL |
Firəngiz Əlizadə Motsart müsabiqəsində münsif idi. Bəstəkarın əsərini isə müsabiqə iştirakçısı səsləndirib. Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin bu günlərdə Avstriyanın Zalsburq şəhərində təşkil olunan X Beynəlxalq Motsart müsabiqəsində beynəlxalq münsiflər heyətinin üzvü kimi işti... | ANL |
"Tülkü həccə gedir" miniatür kitab şəklində. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə martın 9-da Abdulla Şaiq anılacaq. Gənc Tamaşaçılar Teatrında yazıçı və maarifçi Abdulla Şaiqin 130 illik yubileyi münasibəti ilə təntənəli tədbir planlaşdırılır. Nazirlikdən verilən bilgiyə görə, məqsəd Abdulla Şaiq... | ANL |
Məşhur rəssamların əsərləri sığortalanıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən satın alınmış rəsm əsərləri sığorta şirkətlərindən biri tərəfindən pulsuz sığortalanıb. Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, mədəni irsimizin qorunub saxlanara... | ANL |
Rəna Əfəndinin fotosərgisi. Fotoqraf Rəna Əfəndinin "4 baxış bucağı" adlı sərgisinin açılışı 22 fevral axşam saatlarında Fransanın Bakı Mədəniyyət Mərkəzində idi. Tanınmış fotoqraf Rəna Əfəndinin bu, Bakıda sayca üçüncü sərgisidir, başqa ölkələrdə isə bir sıra sərgilərdə iştirak edib. İndiki sərginin təşəbbüsçüsü Frans... | ANL |
"Ən yaxşı fotoşəkil" müsabiqəsi. Azərbaycan hökumətinin təşəbbüsü ilə aprelin 7-9-da Bakıda Ümumdünya Mədəniyyətlərarası dialoq forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda "Ən yaxşı fotoşəkil" müsabiqəsi elan olunub. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, miqyasının genişliyinə, iştirakçıların... | ANL |
Paytaxtda böyük Ukrayna şairəsi Lesya Ukrainkanın 140 illiyi münasibətilə anım mərasimi keçirilib. Mərasim Qaradağ rayonunda şairənin adını daşıyan parkda, onun büstü önündə keçirilib. Bakıda Ukrayna həftəsonu məktəbinin şagirdləri şairənin şeirlərini öz ana dillərində, azərbaycanlı məktəblilər isə azərbaycanca söyləmi... | ANL |
"Böyük Dördlük" azərbaycanca təqdim olundu. Polyak ədəbiyyatından başqa örnəklər bunun arxasınca gələcək. Polyak və Azərbaycan ədəbiyyatları arasında daha bir körpü salındı. "Qəfil görüş: çağdaş polyak poeziyası antologiyası" təqdim edildi. Mərasim Yazıçılar Birliyinin Natəvan klubunda düzənlənmişdi. Çingiz Abdullayev,... | ANL |
Gözde Kılıç: "Xocalı soyqırımını törədənlərin cəzalandırılmasına nail olmaq məcburiyyətindəyik". Onların dövlət səviyyəsində qarşılanması vicdanımızı yaralayır. Gözde Kılıç Yaşın Ankarada fəaliyyət göstərən 21-ci əsr Türkiyə İnstitunda Balkanlar və Kipr Araşdırmaları Mərkəzinin rəhbəridir. Hazırda soyqırım cinayətləri ... | ANL |
Xocalıda əsir götürülmüş 21 uşaq hələ də girov... Esmira Orucova: "Bəzilərinin bədən orqanları çıxarılaraq satılıb". "Xocalı faciəsi zamanı Ermənistan hərbi birləşmələri tərəfindən girov götürülən azərbaycanlı uşaqlar hələ də azad edilməyib". Bu barədə "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmi... | ANL |
Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə kiçik və zəif müdafiə olunan Xocalı şəhərinin üstünə yerimiş, bu şəhəri işğal edərək etnik azərbaycanlılara qarşı qətliam həyata keçirmişlər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş v... | ANL |
Müstəqil ölkə ilə boy atan KİV... Müstəqil mətbuat istiqlal ideyasının daşıyıcısı olub. Əlbəttə, çağdaş milli mətbuatın ictimai-siyasi həyatda öz yerini tutmasını və proseslərə təsir imkanlarını inkar etmək düzgün olmazdı. Azərbaycan KİV-i MDB ölkələri içində özünəməxsus şəkildə oturuşmuş bir sahə olmaqla, önəmli bir m... | ANL |
Diaspor siyasətində boşluq. Elm adamları nə üçün diaspor işinə yaxın buraxılmır? Milli səfərbərliyə doğru gedilən yolun hələ də sonu görünmür. Çağdaş dünyamızda bütün toplumlar varolma, mövcudluq prinsipləri əsasən mədəni, dini, sosial və digər yönlərdə səfərbər olunmaqdadır. Bəzən buna diaspor, etnik-milli bütünlük, y... | ANL |
Erkən nikahın fəsadı. Uşaqdan uşaq dünyaya gəlir... Ailə zorakılığı insanların sosial vəziyyətindən, dini etiqadından, cinsi meyillərdən, etnik mənsubiyyətdən asılı olmayaraq baş verir. Lakin ailə zorakılığı baş verdiyi halda belə, cəmiyyət ailədə baş verən bu hadisələrə qarışmamağa üstünlük verir. Azərbaycanda bunu dı... | ANL |
Gender büdcəsi ayrıca qadınlar üçün büdcə deyil. Bu təşəbbüs bərabər imkanlardan istifadənin səviyyəsini müəyyənləşdirməyə və qadınların dövlət resurslarına çıxışını artırmağa imkan verir. Gender təşəbbüslərinə skeptik yanaşan insanlar hətta ekspertlər arasında da mövcuddur. Gender büdcəsi təşəbbüslərinin əslində ifrat... | ANL |
Emin Ağalarov: "Eurovision" üçün özümü yaxşı namizəd saymıram". Azərbaycanlı iş adamı və ifaçı Emin Ağalarov bir neçə gün əvvəl Nardaranda "Sea breeze beach" otelində yerli mətbuatla görüşüb. KİV mənsublarını şəxsən qarşılayıb və sualları cavablandırıb. - Yaşıl Teatrda xeyriyyə konserti verdiniz. Təəssüratlarınızı bilm... | ANL |
Qadınlardan qadınlara dəstək. "Qadın Dünyası" kredit ittifaqının devizi bu ifadə olsa da, kişilərə də kredit veriləcək. Dünya təcrübəsi göstərir ki, ən yaxşı kredit müştəriləri məhz qadınlardır. Qadınlar kreditlərin təyinatı üzrə və onun qaytarılmasına daha ciddi yanaşır və qadın müştərilər arasında gecikdirmə olmur. "... | ANL |
Uşaq ailə mühitində yaşamalıdır. Dövlət uşaq müəssisələrinin səmərəsi çox azdır. Ölkəmizdə boşanmaların sayı son 5 il ərzində artıb. Valideynlərin boşanması uşaqlar üçün əsas təhdiddir və uzunmüddətli perspektivdə uşağın rifahına pis təsir edir. Uşaqların öz valideynləərindən ayrılmasının yolverilməzliyi, prinsipcə, mi... | ANL |
Millət vəkili Musa Quliyev: "Nəticə ilə deyil, səbəblə mübarizə aparmalıyıq". Nikah yaşının qaldırılmasının erkən nikahların qarşısını alacağına inam azdır. Böyüməkdə olan nəslin tərbiyəsində qadının rolu daha böyükdür. Bu gün müasir ailələr doğumun azalması, ailələrin stabil olmaması, boşanmaların artması, doğumdan im... | ANL |
Azərbaycan hərbçiləri ikitərəfli və çoxtərəfli münasibətlər çərçivəsində 100-dən artıq tədbirdə iştirak ediblər. "Ordunun Aynası" bu ilin ilk sayında Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının NATO ilə və alyansa daxil olan ölkələrlə ikitərəfli və çoxtərəfli münasibət səviyyəsində müxtəlif tədbirlərdə iştirakı ... | ANL |
"NATO-nun Bakıda əlaqə ofisi yaradılmalıdır". ATMİA prezidentinin fikrincə, ictimai rəydə alyansın nüfuzunun qaldırılması üçün bir sıra addımlar atılmalıdır. Bu addımdan sonra cəmiyyətdə bir sual yarandı: NATO ilə də əməkdaşlığın perspektivləri necə olacaq? Əvvəlkitək sıx münasibətlər, intensiv səfərlər müşahidə olunac... | ANL |
Mərhum diktor, Azərbaycan radiosunun qızıl fondunda 300-dən çox müxtəlif səpkili verilişlərdə məxmər, cingiltili səsi qorunub saxlanan xalq artisti, Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru Yusif Mehdi oğlu Muxtarovun 70 yaşı tamam olur. Ömrünün 30 ilini radio diktorluğuna sərf edən Muxtarov üç ali məktəb bitirib ... | ANL |
Bütün bu mülahizələri nəzərə alaraq M.Bağırov və Q.Arutunov Stalindən aşağıdakı məsələlərə sanksiya verilməsini xahiş edirdilər: 1. Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in əhalisi az olan pambıqçılıq rayonlarına köçürülməsi və boşalan torpaqların və mənzillərin xarici ölkələrdən Ermənistan SSR... | ANL |
Aktrisa Xanım Qafarova: "Sənətdə iz qoymağa çalışıram". Həyatını səhnəsiz təsəvvür etmir. Musiqili Komediya Teatrının aktrisası, əməkdar artist Xanım Qafarovanın sözlərinə görə, sənətdə yer tutmaq çox çətindir. Sənətə zəhməti ilə gəldiyini söyləyir. Aktrisa "bəzilərinə irəliləmək üçün dayaq dururlar, bəzilərinə əksinə,... | ANL |
Müdafiə və təhlükəsizlik sektorunda nə baş verib? May ayı hadisələr baxımından zəngin oldu. SNT layihəsi çərçivəsində Azərbaycanın və ümumilikdə regionun təhlükəsizlik və müdafiə sektorunda baş verən hadisələrin icmalını hazırlamaqda davam edirik. Bu dəfə də ənənəmizə sadiq qalaraq mayın ikinci yarısında baş verən hadi... | ANL |
Diyarbəkir - Oğuz yurdu, Ağqoyunlu yurdu. Kənan Ziya Taş: "Tarixçilərin əməkdaşlığına böyük ehtiyac duyulur". Professor doktor Kənan Ziya Taş Türkiyənin Diyarbəkir Dəclə Universiteti tarix fakültəsinin məzunu, sonralar bu universitetdə tarix bölümünün başqanı olub. Bu anda Balıkəsir Universitetində yeni tarix professor... | ANL |
O, Azərbaycanda mikrocərrahiyyənin təməlini qoydu. Görkəmli oftalmoloq alim Nazim Əfəndiyevi anarkən. Ölkəmizin məşhur göz həkimi, uzun illər Oftalmologiya İnstitutu - bakılıların "göz institutu" kimi tanıdıqları elmi-tədqiqat mərkəzi və xəstəxanasının direktoru işləmiş professor Nazim Əfəndiyev (1926, 7 iyun - 1998, 5... | ANL |
Şıxlinskilər saytı fəaliyyətə başlayır. Saytda geniş materiallar yerləşdirilib. Bilinən tarixi təxminən XIV-XV əsrlərə dayanan Şıxlinskilər soyu öz dəyərli şəxsiyyətləri ilə ölkə tarixində silinməz izlər qoymuşdur. Soyun ən müxtəlif peşə sahələri üzrə dəyərli şəxsiyyətləri (hərbçi, ədib, alim, məmur, iş adamı və s.) tə... | ANL |
Əlibəyli kənd kilsəsi istifadəyə verilib. Təmirdən sonrakı açılış törənində Gürcüstan səfiri də iştirak edirdi. Qax rayonunun Əlibəyli kəndində gürcü kilsəsi təmir edilərək yerli dini icmanın istifadəsinə verilmişdir. Bu kilsə rəsmi arxiv sənədlərində Kürmük kilsəsi adlansa da, Əlibəyli kəndinin gürcü sakinləri buranı ... | ANL |
Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Təşkilata üzv olub. YUNESKO nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİSTEJ-nin İcraiyyə Komitəsi Fransada keçirilmiş qurultayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını böyük səs çoxluğu ilə ASSİTEJ üzvlüyünə qəbul etmişlər. Eyni zamanda, Gənc Tamaşaçılar Teatrı bu nüfuzl... | ANL |
İki Azərbaycan rəssamının İsveçdə sərgisi açılır. Müseyib Əmirov və Eldar Babazadə yeni əsərlərini təqdim edirlər. İyunun 5-dən iyulun 10-dək İsveçin Uttersberq şəhər "Astli qalereyası"nda Azərbaycan rəssamlarının sərgisi keçirilir. Sərgi Azərbaycanın İsveç səfirliyinin təşəbbüsü ilə təşkil olunub. Sərgidə rəssamlarımı... | ANL |
"Təbəssüm" "Günəşli şabalıd" festivalında. Ukraynada "Günəşli şabalıd" II Beynəlxalq Xeyriyyə Festivalına Azərbaycan rəqsi də qatılıb. Musiqili Komediya Teatrından verilən xəbərə görə, "Paytaxt günləri" çərçivəsində "Vitaminlər" rəqs qrupunun təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizi teatrda fəaliyyət göstərən "... | ANL |
Yubiley "Buta Palace"da təntənəli mərasimlə yekunlaşıb. Bu münasibətlə ölkədə yüksək səviyyədə törənlər vardı. Törənlərdə dünya və Avropanın ali futbol qurumlarının təmsilçiləri, müxtəlif ölkə federasiyalarının rəsmiləri və fəxri qonaqlar iştirak edirdilər. Bir sıra ölkələrin futbol tarixi oyunun həmin ölkəyə gəldiyi v... | ANL |
"Yaşlı nəsil sənət adamlarında sovet eqoizmi var". Kamran Şahmərdan deyir ki, iş az olanda bu "özəllik"lərini aşkar hiss etdirirlər. Uzun illərdir Finlandiyanın İmatra şəhərində yaşayan və orada yaratdığı "Ağ və Qara" teatrına rəhbərlik edən azərbaycanlı rejissor Kamran Şahmərdanın yerli teatr mühiti ilə sıx bağları va... | ANL |
Son tamaşa Elçin Həmidovun xatirəsinə oynanılacaq. Həmin gün aktyorun xatirəsinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Hərənin öz ulduzu" tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, mərhum aktyor bu tamaşada uzun illər Nəzir obrazını ifa edib. Teatr kollektivi aktyor... | ANL |
Döyüşdülər, öldülər, yenə döyüşəcəklər. Ermənilərin bizim torpaqlardan qopartmaq istədikləri təkcə Qarabağ deyildi. İllərlə hazırlaşdıqları elansız müharibəni bütün sərhədlərimiz boyunca aparırdılar. Məmləkətimizin qərb ucunda yerləşən qədim Oğuz yurdu Qazax da bu fitnə-fəsadlardan yan keçmədi. Ötən yüzilin əvvəlində x... | ANL |
Artıq bir neçə ildir"Azərbaycan Respublikasının xarici siyasəti" adlı çoxcildlik yazılır. Dövlət müstəqilliyimizin bərpasının 20 illiyinin bayram edildiyi bir zamanda həmin cildin bəzi hissələrini oxucuların mühakiməsinə verirəm. XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində SSRİ-nin daxili və beynəlxalq v... | ANL |
Azərbaycanda hərbi təhsil problemləri. Silahlı Qüvvələrin NATO standartlarına keçidi peşəkar zabit ehtiyaclarını ortaya çıxarır. Bu gün Silahlı Qüvvələri kadrlarla təmin edən Hərbi Akademiya, Ali Hərbi Məktəb, Naxçıvan Ali Hərbi Məktəbi, Təlim və Tədris Mərkəzi, Ali Hərbi Dənizçilik Məktəbi, Ali Hərbi Təyyarəçilik Məkt... | ANL |
Avropaya bənzəmək lazımdırmı? Müasir Azərbaycan ailəsinə baxış. Müsahibimiz, Dialoq Avrasiya platformasının Azərbaycan təmsilçisi Mustafa Saatçı ilə söhbətimiz müasir ailə anlayışını, eyni zamanda onun qorunub saxlanan ənənələrini və müasirimizin gələcəklə bağlı gözləntilərini əhatə edir. - Bu yaxınlarda "Adət-ənənələr... | ANL |
Bir heykəltəraşın başına açılan oyun. Yaxud Nizami Gəncəvinin kədərli epopeyası. Biz bu heykəlin bədii dəyəri barədə bir söz deyə bilmərik. Bu - sənətşünasların işidir. Amma bu heykəlin müəllifinə - heykəltəraşa və dünya şöhrətli şairə hörmətsizliyi görürük. Belə bir hala dünyanın hansısa ölkəsində rast gəlmək ağlasığm... | ANL |
Ağaəli İbrahimov: Həmişə istəmişəm həqiqəti duyum". Rəssam ilk sərgisindən danışdı. Rəssamlar İttifaqının katibi, xalq rəssamı, əməkdar incəsənət xadimi Ağaəli İbrahimovun adı ictimaiyyətə və mətbuata yad deyil. Amma rəssamın uzun illər boyunca bir sərgisi keçirilib... Çox az sayda sərgilərə qatılıb. 1986-cı ilə kimi s... | ANL |
Reykyavik görüşündən sonra Sov.İKP MK Siyasi Bürosunun 13 noyabr iclasında Əfqanıstanda qarşıda həyata keçiriləcək tədbirlər müzakirə edildi. M.Qorbaçov Siyasi Büro üzvlərinə M.Nəcibullanın milli barışıq, siyasi və ölkə rəhbərliyi ilə kəndlilər arasında birlik istəklərini çatdırdı. M.Qorbaçov sovet hərbçilərinin Əfqanı... | ANL |
Müalicə turizmi: bahalı avadanlıqla iş bitmir. Kompleks xidmətlər göstərilməlidir ki, turistləri maraqlandırsın. Dövlət müəssisələrinin özəlləşdirilmə prosesi davam edirsə, dövlət tabeliyindəki kurort-sanatoriyaların da nə vaxtsa özəlləşdiriləcəyi istisna deyil. Hələlik buna cəhd göstərilmir, halbuki sanatoriyaların öz... | ANL |
Müdafiə və Təhlükəsizlik sektorunda nə baş verib? Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimovun rəhbərlik etdiyi heyət MDB iştirakçı ölkələrinin Miqrasiya orqanları rəhbərləri Şurasının Rusiya Federasiyasında keçirilən 9-cu iclasında iştirak edib. BMT b... | ANL |
Direktivlərdə Almaniya məsələsinə dair SSRİ-nin siyasəti əksini tapmışdı. Danışıqlarda Almaniyanın mərhələli birləşməsi ideyası vurğulanmalı və Avropa təhlükəsizliyi prosesi ilə əlaqələndirilməli idi. Bu birləşmə ADR-in anşlüsü deyil, beynəlxalq hüququn iki subyektinin birləşməsi olmalı idi. SSRİ ADR-in müstəqil dövlət... | ANL |
Kamança ifaçısı Elman Bədəlov anılır. O həm də riyaziyyat müəllimi olub. Hər il iyunda - mərhum sənətkar, əməkdar artist Elman Bədəlovun həm doğum, həm də dünyasını dəyişdiyi ayda onun xatirəsi ailə üzvləri və onu tanıyanlar, unudulmaz ifalarını yüksək qiymətləndirənlər tərəfindən anılır. Kamança ifaçısı məhz bu günkü ... | ANL |
Milanda gənc rəssamların sərgisi açılıb. Azərbaycandan üç rəssam təmsil olunur. Milanda türkdilli dövlətlərin gənc rəssamlarının bədii sərgisi açılıb. Sərgi TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təşəbbüsü və İtaliyanın Milan şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının dəstəyi ilə təşk... | ANL |
Sərxan Sərxan: "Səhnə mədəniyyəti yoxdur". Özünü Bakıda "görə bilmədiyinin" səbəbləri çox düşündürücüdür. Moskvada yaşayan azərbaycanlı gitaraçı, Rusiyanın və Azərbaycanın əməkdar artisti Sərxan Sərxan arabir Bakıya gəlir. Ondan bir sənət xəbəri eşitmək mümkün olmur. Budəfəki gəlişi də hər hansı layihə ilə bağlı deyil,... | ANL |
Yerli musiqiçilər "Altiplano" ilə bir səhnədə. Azərbaycan müxtəlif festival və layihələrlə dünya musiqi mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilməkdədir. Belə layihələrdən biri də martın 11-də Heydər Əliyev Sarayında keçiriləcək "Salam-Hola" layihəsidir. Konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mill... | ANL |
"Teleskop"un məşqləri başlandı. Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin "Teleskop" tragikomediyası əsasında yeni tamaşanın məşqlərinə başlanıb. Teatrın mətbuat katibi Elçin Cəfərovun bildirdiyinə görə, quruluşçu rejissor Finlandiyada yaşayan azərbaycanlı Kamran Şahmərdandır. Tamaşaya tərtibat vermək üçün mə... | ANL |
Serialı hazırlayan "Yan-As Creative Grur"un mətbuat katibi Rəşad İsmayılovun bildirdiyinə görə, ailə-məişət mövzusunda, treyler-melodram janrında olan 13 seriyalı televiziya filmi Mahir Cananovun "Ailə Bağları" romanı əsasında çəkilib. Serialın əsas rol ifaçıları seçilib və sınaq çəkilişləri baş tutub: "Bu layihəni haz... | ANL |
Filmin mayda təhvil veriləcəyi nəzərdə tutulub. Rejissor Cavid Təvəkkül "Döngələr" adlı çoxseriyalı filmin istehsalını başa çatdırmaq üzrədir. Onun AYNAya bildirdiyinə görə, yarıdetektiv və yarımelodram janrında olan filmdə 1988-89-cu illərin hadisələri cərəyan edir. Filmin ssenari müəllifi əməkdar artist Rəşid Səməndə... | ANL |
İşə götürən orqanlar Əmək Məcəlləsinin maddələrinə əməl etmirlər. Əmək mübahisələrinin əsasında işçinin və işəgötürənin mənafeləri arasındakı obyektiv ziddiyyət dayanır. Bu ziddiyyət onların sosial-iqtisadi vəziyyətinin müxtəlifliyi ilə şərtlənir və əmək fəaliyyəti prosesində yaranan fikir ayrılıqlarında təzahür edir. ... | ANL |
Orduda itkilər. Bu il yanvarın 27-də Hərbi Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd etmişdi ki, 2009-cu ilə nisbətən ötən il SQ-də və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər... | ANL |
Müdafiə və Təhlükəsizlik sektorunda nə baş verib? "SNT" əlavəsi çərçivəsində ənənəvi olaraq ötən dövrdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən hadisələri diqqətinizə çatdırırıq. ATƏT-in fəaliyyətdə olan sədri, Litva xarici işlər naziri Audronyus Ajubalis BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib... | ANL |
İsmayıl Şıxlının xatirə lövhəsi açılır. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi və Yazıçılar Birliyinin rəhbərliyi ilə yanaşı, tanınmış ədəbiyyat və sənət adamları, ziyalılar, KİV nümayəndələri və yazıçının qohumları iştirak edəcək. İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatının parlaq simalarından biridir. Yazıçının məşhur "D... | ANL |
Şamil Süleymanov: "Kinoda ölmək istəyirəm". Aktyor "bəlkə bu səhnələrin biri gerçək oldu" deyir. Azərbaycan kinosundan danışmağa, müsahibə verməyə haqqı çatanlardan biri də əməkdar artist Şamil Süleymanovdur. Gənc yaşlarından əksər milli kinolarda çəkilən aktyor bu gün dəyişən ənənələrdən söz açır. Söhbətimizin ilki ki... | ANL |
"Miras" beynəlxalq kinofestivala çıxarılır. Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi martın 12-19-da Moskvada XVIII Beynəlxalq "Svyataya Anna" kinofestivalının əsas müsabiqə bölməsində iştirak edəcək. Fariz Əhmədovun bildirdiyinə görə, Rusiya Kinematoqrafçılar İttifaqında təşkil edilən kinofestivalda 15 nominasiy... | ANL |
Musiqili Komediya Teatrının rus bölməsində Mark Kamolletinin "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir" tamaşası hazırlanacaq. Teatrın mətbuat xidmətindən verilən bilgiyə görə, əsəri əməkdar incəsənət xadimi Əsgər Əsgərov səhnəyə qoyur. Əsgər Əsgərov Mədəniyyət və Turizm Nazirliyinin apardığı islahatlar ... | ANL |
Şəki Dram Teatrı səfərə çıxır. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı martın 12-17-dək Buxarestə beynəlxalq festivala dəvət olunub. Şəki teatrı festivalda rumın dramaturqu Mixail Sebastianın "Adsız Ulduz" və Molyerin "Xəsis" tamaşaları ilə təmsil olunur. Arayış üçün: "Adsız Ulduz"un rejissoru Əbülfəs Salahov, "Xəsi... | ANL |
Berlində Ana Dili Günü toplantısı. Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü çərçivəsində "Uşaqların və gənclərin sevimli yazıçısı" adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilir ki, toplantı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,... | ANL |
Nadir Qafarzadə: "Özümü şou-biznesdəkilərə nümunə göstərirəm". Daima qalmaqallarla gündəmdə qalmağı bacaran müğənni Nadir Qafarzadə artıq sülh bayrağı qaldırır. Onun qəbir evinə qədər küsülü qalacağını dediyi xalq artisti Faiq Ağayevlə münasibətləri, demək olar, düzəlib. Müğənni Faiq Ağayev bıçaqlanan ərəfədə sülh bayr... | ANL |
Ramil Qasımov: "Hər səhər yuxudan Koroğlu kimi oyanıram". Və özünü Bakıda deyil, Çənlibeldə hiss edir. Martın 27-də Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq. Həmin gün Koroğlu obrazında beynəlxalq müsabiqələr laureatı, Musiqili Komediya Teatrının solisti Ramil Qasımov çıx... | ANL |
Muzeylər - təhsilin fəal məkanları. Mədəniyyət işçiləri bu mövzunu Qubada müzakirə ediblər. Qubada "Qubanın sənət inciləri" adlı sərgi, "Quba xalça məktəbinin ənənələri və onun digər sənət sahələrinə təsiri" mövzusunda tədbir keçirilib. Tədbirdə Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin sədri, Lətif Kərim... | ANL |
Buxta üzərində dünyanın ən uzun asma körpüsü. Paytaxtda şəhərsalmanın yeni modelləri tətbiq ediləcək. Gələn il Bakının yeni Baş Planı hazır olacaq. Beləliklə, 2030-cu ilə kimi paytaxtın Baş Planına əsasən, şəhərsalmanın ən yeni modelləri tətbiq olunacaq, infrastruktur tam yeniləşəcək. Bu, bütünlüklə Bakının və ətraf qə... | ANL |
Müdafiə və Təhlükəsizlik sektorunda nələr baş verib? Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, yaxın vaxtlarda komitəsinin mütəxəssisləri RF-in müvafiq orqanlarının mütəxəssisləri ilə birlikdə təsdiq olunmuş dövlət sərhəd xəttinin demarkasiyası (dövlət sərhəd nişanlarının basdırılması) ... | ANL |
Onun fəaliyyəti teatr tarixinin inkişafı ilə qırılmaz surətdə bağlı olmuş, bu mühitdə şöhrətlənmişdir. Gənclik illərində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyindən yoldaşlarının təklifi ilə Sidqi təxəllüsünü qəbul etmişdir. S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində şəxsi fondunda (Fo... | ANL |
KHVTİC sədri, general-mayor Novruzəli Orucov bildirib ki, Aviasiya Mərkəzi ərazisində Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və Dövlət Sərhəd Xidməti birgə aerodrom inşa edəcək. Hazırda yaxınlıqdakı hərbi bazada baş vermiş partlayış nəticəsində mərkəzin ərazisinə dağılmış mina və döyüş sursatla... | ANL |
Tarixin bir vərəqi və onun iki səhifəsi. Nəriman Nərimanov və Mir Cəfər Bağırov. İlk addımı Ermənistan KP MK katibi Q.A.Aritunov atdı. O, 1945-ci ilin noyabrında Stalinə məktub göndərərək Qarabağın Ermənistan SSR-ə verilməsini ondan xahiş edir. Bunu belə əsaslandırırdı ki, guya Qarabağın coğrafi şəraiti Ermənistanın co... | ANL |
Onun gəlişini Fransa Səfirliyi təşkil edib. Fransız pianoçu Stefan Eskoms Azərbaycanda Fransız İnstitutunun dəvətilə 11 və 12 mayda Bakıda master-klas keçirmiş və yerli musiqiçilərlə görüşmüşdür. Onun Jazz Center-də master-klası cazda improvizasiya və bəstə arasında əlaqələr barədə olmuşdur. O, azərbaycanlı musiqiçilər... | ANL |
Fransız art-striti İçərişəhərdə. Bu düşündürücü divarüstü kompozisiyalar... Fransız art-stritinin iki görkəmli təmsilçisi - fransız rəssamlar Antonio Qallaqo və Patrik Pinon Bakıya gəliblər. Onlar Bakıda, Kiçik Qala Fondunun binasında bir sıra əsərlərini nümayiş etdirmişlər, vernisaj isə mayın 12-də oldu. Mayın 7-dən e... | ANL |
Kürmük məbədində Müqəddəs Georgi Günü. Xristianlar və müsəlmanlar bayram ovqatını birgə yaşadılar. Son zamanlar gürcü və erməni mətbuatında Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasına yönəlmiş təxribat xarakterli məqalələrin yer aldığı müşahidə olunur. Belə ki, həmin məqalələrdə tolerantlığı ilə hətta keçmiş sove... | ANL |
Təhlükəsizlik və müdafiə sektorunda nə baş verib? Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində - Ağdam və Xocavənd rayonlarının işğal altında olan ərazilərində, Ağdamın işğal altında olan Şahbulaq dağı və Uzundərə ərazisində artilleriya və zirehli texnikadan istifadə etməklə hərbi təlimlər keçir... | ANL |
"Bizim qələbəmiz göz qamaşdırır". İsmayıl Ömərov maliyyə məsələsinin üstünə getməməyi tövsiyə etdi. "Azərbaycan builki "Eurovision" müsabiqəsinə ötən ildəkindən az vəsait xərcləyib". Bu sözləri mətbuata İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov deyib. Onun sözlərinə görə, bu barədə i... | ANL |
Sabah artıq bu gündən başlayır. İlham Namiq Kamal məktəblərdə dram dərnəkləri ənənəsinə qayıtmağı təklif edir. Mədəniyyət və İncəsənət Universitetinin "Estrada sənəti" kafedrasının müdiri, professor, xalq artisti İlham Namiq Kamal teatr dərnəklərinin yenidən bərpa olunması təklifini irəli sürüb. Professor bildirib ki, ... | ANL |
İçərişəhərdə ilk numizmatik ekspozisiya açıldı. Pul - hər bir ölkənin dövlətçilik tarixinin əyani sübutudur. Bu baxımdan ölkəmizin tarixi keçmişi çox zəngindir və əldə edilmiş numizmatik örnəklər 2500 ilə dayanır. İçərişəhərdə yerləşən Çin Məscidində 10 may - Heydər Əliyevin doğum gününə və 18 may - Beynəlxalq Muzeylər... | ANL |
"Gözəlçələr" Giresunu heyrətə gətirib. Gəncə teatrının "Giresun Aksu" festivalında iştirakı uğurlu olub. Gəncə Dövlət Dram Teatrının Giresun şəhər bələdiyyəsinin (Türkiyə) dəvəti üzrə 17-ci Uluslararası "Giresun Aksu" teatr festivalında iştirakı teatrın həyatında ilk xarici səfər idi və çox uğurlu alındı, - deyə teatrı... | ANL |
Lyublin Rəqs Teatrı Bakıda çıxış etdi. Bu teatr öz mənşəyini müstəqil tələbə hərəkatından götürür. Lyublin Rəqs Teatrı öz məşhur "nano" tamaşalarını paytaxt sənətsevərlərinə nümayiş etdiriblər. Polyak rəqqaslar Azərbaycan Milli Dram Teatrının səhnəsində öz məharətlərini göstərdilər və alqışlar qazandılar. Giriş pulsuz ... | ANL |
Aktyor teatrda baş verənlərdən danışdı. Bir müddət əvvəl səhhətində problem yaranan aktyor, xalq artisti İlham Əsgərov artıq ictimaiyyət arasında görünür. Aktyorla söhbətimizdə özünü yaxşı hiss etdiyini və narahatlığının olmadığını bildirdi: - Şükür, indi yaxşıyam. Çox insanlar mənimlə maraqlandılar, narahat oldular. İ... | ANL |
"Miras" LODZ kinoteatrında nümayiş etdirilib. Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi mayın 26-da Rusiyanın İvanovo şəhərində keçirilən Andrey Tarkovski adına Zerkalo Beynəlxalq kinofestivalı çərçivəsində LODZ kinoteatrında nümayiş olunub. Fariz Əhmədovun dediyinə görə, film kinofestivalın "Leqkoye dıxaniye" - b... | ANL |
Xaricdə iki fotosərgi xəbəri. Belqrad şəhər meriyasının binasında bu ad altında Azərbaycana həsr olunmuş fotosərgi keçirilmişdir. Sərgi dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmişdir və gənc serb fotoqraf Konstantin Novakoviçin Azərbaycanda çəkdiyi fotorəsmlər nümayiş etdirilmişdir. Sərgiyə ictima... | ANL |
Məlahət Abbasova Türkiyə və Azərbaycan teatr mühitini müqayisə edir. Uzun illərdir Türkiyədə yaşayan, yaradıcılığının əsas qolunu qardaş ölkə üçün, bir hissəsini isə Azərbaycana ayıran İstanbul Bələdiyyə Teatrının aktrisası və rejissoru Məlahət Abbasova Bakıya gəlib. Son illər onun sıx gəlişinin səbəbi yaradıcı işlərlə... | ANL |
Elçin İmanov: "Mahnı janrının üstündə qırğın gedir". Şənbə, Bəstəkar Elçin İmanov müəllif konsertinə hazırlaşır. Musiqili gecə yanvarın 4-də keçiriləcək. Fəqət konsertin afişasında və anonslarda heç bir ifaçının adı hallanmayacaq. Uzun illərdir musiqiçi kimi çalışan və mahnılar bəstələyən Elçin İmanovun qapısı sənətçil... | ANL |
Büdcə planlaşdırmasına gender yanaşması yoxdur. Ekspert Azər Mehtiyev: "Qanunvericiliyə büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı müddəalar əlavə etmək olar". Əvvəli ötən sayımızda). İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, Milli Büdcə Qrupu İH üzvü Azər Mehtiyev Azərbaycanda gender siyasətini ... | ANL |
Günay Kılıc: "Qadını güclü olmayan cəmiyyət çökməyə məhkumdur". Türkiyə səfiri Hulusi Kılıcın xanımı qeyd edir ki, qadın hər yerdə söz sahibidir. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən "Qadın jurnalistlər klubu"nun qonağı bu dəfə Türkiyə səfiri Hulusi Kılıcın xanımı Günay Kılıc idi... | ANL |
Professor Cəmil Həsənlinin monoqrafiyası ABŞ-da nəşr edilib. Kitab ingilisdilli saytlarda yerləşdirilib. Tarixçi professor Cəmil Həsənlinin əsərlərinə dünyanın elm çevrələrində böyük tələbat duyulur. Onlar ayrı-ayrı dünya dillərinə tərcümə edilərək nüfuzlu nəşriyyatlarda işıq üzünə çıxarılır. Son olaraq "Stalin və soyu... | ANL |
Nizami Cəfərov: "Türkiyə türkcəsi ortaq dil kimi istifadə olunmalıdır". Təklif var ki, əlifbalar da ortaq məxrəcə gətirilsin. Ortaq türk dili ideyası gündəmdən düşmür. Müzakirələr, mülahizələr davam etdirilir. Nəhayət, konkret fikir üzərinə gəlinir. Dünya türklərinin ortaq ünsiyyət vasitəsi müəyyənləşir. 1990-cı ildən ... | ANL |
"Hər tamaşadan sonra məndə mənəvi təmizlənmə gedir". Mənsum İbrahimov deyir ki, milli operada Məcnundan yuxarı səviyyədə obraz yoxdur. Mənsum İbrahimovun adı qarşısında artıq professor tituluna da rast gələcəyik. Fəxri titulları gözləmədiyi halda aldığını bildirən sənət adamı ilə söhbətimiz çalışdığı Milli Konservatori... | ANL |
Avropa təcrübəsində internatlar azalıb. Uşaq ailəyə verilir və sonra işlə təmin olunur. İnsan öz həyatının ən qayğısız anlarını uşaqlıqda yaşayır. Problemlərdən uzaq, saf, təmiz... O çağları çoxlarımız həmişə nostalji duyğularla xatırlayırıq. Lakin elə uşaqlar var ki, həyatlarının həmin dönəmi ömrü boyu onlara əzab ver... | ANL |
Ölkədə çoxuşaqlılığın təbliği məqsədəuyğun sayılmır. Çünki ölkədə demoqrafik problem yoxdur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da demoqrafiya məsələləri son illərin ən çox müzakirə edilən mövzularından biridir. Çünki Azərbaycan ailələrində uşaqların sayı azalır. Bu, müxtəlif səbəblərlə izah edilir. Sosi... | ANL |
Azərbaycanın xarici hərbi siyasəti. Bu ilin avqust-oktyabrında baş verənlərin xronologiyası. "Ordunun Aynası" bu sayında həmin aylarda Azərbaycanın xarici hərbi siyasətinə dair faktları diqqətinizə təqdim edir. Bakıda Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi a... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.