text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Türkiyə Cümhuriyyətinin hərbi doktrinal baxışları. Türkiyənin Azərbaycan və Gürcüstanla hərbi təhlükəsizlik. münasibətlərinin inkişafı bütövlükdə Cənubi Qafqazda sülh və sabitliyə yönəlib. "Hərbi Analitik Tədqiqatlar Mərkəzi" İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə "Region ölkələrinin hərb...
ANL
Akademik Ədilə Namazova: "İncəsənətin insan əxlaqının formalaşmasında rolu danılmazdır". Telekanalların bu yöndə proqramlar yayımlaması tövsiyə edilir. "Cəmiyyətdə əxlaq məsələsi hamıya eyni dərəcədə aiddir. Cəmiyyətdə qadınların adını bəlkə ona görə daha çox əxlaqla bağlayırlar ki, o, anadır. Qadın ailədə ab-hava yara...
ANL
Gövhər Həsənzadə hisslərini notlara köçürüb. Bəstəkar 4 sənətkarla çalışmağın dəyərindən danışdı. Bəstəkar Gövhər Həsənzadə bir neçə yeni mahnı üzərində çalışır. Əməkdar incəsənət xadiminin söylədiyinə görə, bu yaxınlarda dinləyicilər məşhur sənətçilərin ifasında onun yeni kompozisiyalarını dinləyəcək. Onlardan birində...
ANL
Aktyor kədər içindədir. "Uzun müddətdir fəaliyyətində problemlər yaranan Azərbaycan Kinematoqrafçılar İttifaqı iflic vəziyyətindədir". Bu sözləri ittifaqın birinci katibi, xalq artisti Rasim Balayev deyib. O bildirib ki, ittifaqın fəaliyyətində heç bir yenilik yoxdur və hər şey olduğu kimi davam edir: "Heç bir iş yoxdu...
ANL
Məlahət Abbasova İstanbulda Prodüser Mərkəzi açır. "Təmirdən sonra teatrdakı oturacaqların rəngini heç bəyənmirdim". İstanbulda yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova yeni prodüser şirkəti açmaq fikrindədir. Bu barədə danışarkən deyib ki, artıq şəxsi şirkətini açmaq zamanı yetişib: "Açığı, hər an şəxsi şirkətimi...
ANL
Gündüz Abbasovun şəxsi arxiv fondu yaradılıb. Azərbaycan Film Fondunda tanınmış aktyor Gündüz Abbasovun şəxsi arxiv fondu yaradılıb. Film Fondunun mətbuat xidmətinin rəsmisi Rəşad Qasımovun məlumatına görə, aktyorun fonduna 40-a yaxın fotomaterial daxil olub. Bu sənədlərin bəziləri şəxsi arxivlərdən götürülüb. Bəziləri...
ANL
Akademik Topçubaşov haqqında sənədli film çəkilib. Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində xalq artisti, reijssor Yalçın Əfəndiyevin "Yaddaş" sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkdiyi "Mustafa Topçubaşov. Əsrin fonunda portret" sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin ...
ANL
Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birlikdə "Sehrli xalat" filmini bərpa edib. Bu barədə Film Fondun mətbuat katibi Rəşad Qasımov məlumat verərək bildirib ki, bərpa işləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Bəstəkarı Arif Məlikov, quruluşçu operatoru Teyyub Axundovdur. Əsas roll...
ANL
"İncəsənət tariximizin pillələri". Bakıda bu adda sərgi açılıb. Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "İncəsənət tariximizin pillələri" adlı sərginin açılışı olub. APA-nın məlumatına görə, sərginin təşkilində məqsəd Azərbaycan xalqının 1940-1980-ci illərdə yaşadığı tarixi dövrün özəllikl...
ANL
Görkəmli xanəndə, xalq artisti Xan Şuşinskinin 110 illiyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində yubiley toplantısı keçirilib. Mərasimə elm və sənət adamları, parlamentin deputatları, muğamsevərlər toplaşmışdılar. Foyedə bu şöhrətli muğam ifaçısının sənət yolunu əks etdirən fotosərgi açılmışdı. Yubiley mərasimi Opera...
ANL
Məhkəmələrin ailələrin qorunub saxlanmasında rolu aşağıdır. Ailə və Cinayət məcəllələrinə, məhkəmə qərarlarının icrası haqqında qanuna əlavə və dəyişiklik paketi hazırlanıb. İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi "Təmiz Dünya" İctimai Birliyi və Qadın Krizis Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Qadın hüquqlarının ...
ANL
Qızların nikah yaşı qaldırıldı. Qanun nə qədər təkmilləşsə də, tək qanun yolu ilə erkən nikah probleminin həlli mümkünsüz sayılır. Qızların nikah yaşı qaldırıldı. MM Ailə və Cinayət məcəllələrinə dəyişiklik etdi. Qızların nikah yaşının həddi bir il artırılaraq 18 yaşa çatdırılıb. Bu dəyişiklikdən sonra Azərbaycanda qız...
ANL
Uşaqların övladlığa verilməsi ilə bağlı yeni qaydalar hazırlanır. Beynəlxalq təcrübədə övladlığa verilmə prosesi sadədir. Azərbaycan ailəsi üçün övlad hər şeydən əzizdir. Tanrıdan gələn bu gözəl varlıqdan imtina edərək onu uşaq evlərinə verənlərlə yanaşı, ömrü boyu uşaq həsrəti ilə yaşayanlar da olur. Övladı olmadığı ü...
ANL
Aynur Camalqızı xatırladır ki, qadın böyük qüvvədir. Ölkə əhalisinin strukturunda qadınlar kişilərə nisbətdə çoxdur. Amma əfsuslar olsun ki, zərif cins ictimai-siyasi həyatda kişilərlə müqayisədə fəal deyildir. Doğrudur, cəmiyyətin sosial-iqtisadi problemlərinin müzakirəsində fəallıq göstərən, onların həllində konkret ...
ANL
Uşağı müstəqil həyata necə hazırlamalı? Psixoloq məsləhət verir. Elmira MİRZƏYEVA, Praktik Psixoloqlar. Assosiasiyasının prezidenti. Deyirlər, hər yaxşı adamın arxasında onun anası durur. Lakin hamının yeganə bir istəyi var: onu öz ailəsində anlasınlar, sevsinlər. Xoşbəxt ailə ittifaqı və uşağın ailədə düzgün tərbiyəsi...
ANL
Aygün Səmədzadə: “Müğənniləri tərifləməkdən qorxuram". Çünki bəzən nəticəsi yaxşı olmur. Bəstəkar Aygün Səmədzadənin Milli.Az xəbər portalına müsahibəsində diqqəti çəkən məqamlar az deyil. Bu fikirdədir ki, Tanrı insanı xəlq edəndə ona möcüzə yaratmaq qüdrəti də verib. Bəzən insan öz möcüzəsi - yaratdıqları ilə Tanrı d...
ANL
"Efirdə deyiləsi mümkün olanlar barədə danışırıq". Dilarə Əliyevagilin "öz senzurası var". Bu gün teleməkanda maraqla izlənən şou proqramlardan biri "Burada və indi", onu maraqlı edən əsas aparıcı isim - Dilarə Əliyevadır. Veriliş nə qədər baxımlı olsa da, onun adı ətrafında danışanlar da olur. İlk yayımlanan ərəfədə v...
ANL
Humay Qədimova: "Məqsədim tarı dünyaya tanıtmaqdır". Və hesab edir ki, sənəti ailəyə qurban vermək olar. Gənc və istedadlı sənətçilər sırasında adı çəkilənlərdən biri "Humay" Qızlar Ansamblının rəhbəri, tarzən Humay Qədimovadır. Asəf Zeynallı adına Musiqi Kolleci, ardınca Azərbaycan Milli Konservatoriyasını bitirən və ...
ANL
Jalə Əliyeva: "Qadını kişi ilə bərabərləşdirməyə çalışsaq da, qadınla kişi bərabər deyil!". Qadının özünü təsdiq etməyinə əngəl yoxdur, lakin o, buna hazırdırmı? İlbəil bələdiyyə və parlament seçkilərində seçilən qadınların sayı artır. Son bələdiyyə seçkilərində qadınlar daha böyük uğurlara imza atdılar. Parlament seçk...
ANL
Uşaqlar böyüklər kimi cəzalandırılmamalıdır. Cəmiyyət 8 il cəza çəkən uşağı bir vətəndaş olaraq itirir. Yuvenal Məhkəmələr bəzi ölkələrdə Ailə Məhkəməsi də adlandırılır. Çünki bu məhkəmələrdə təkcə cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş uşaqların işlərinə baxılmır. Təhlükəsizliyi risk altında olan, zorakılığa m...
ANL
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı ilə müsahibə. Qarabağ ətrafında Ermənistan-Azərbaycın münaqişəsinin həllinə dair siyasət çərçivəsində, təbii ki, əsas səylərdən biri də zəbt olunmuş Azərbaycan ərazilərində hökm sürən sosial-iqtisadi xaosun aradan qaldırılmasıdır. Bu yöndə əsas faktorlardan biri kimi onu da qey...
ANL
"Ultionis"in çəkilişləri yekunlaşır. Son kadrlarda jurnalistlər də çəkiləcək. "Ultionis" psixoloji trillerinin çəkilişi yekunlaşır. Bu barədə filmin quruluşçu rejissoru və ssenari müəllifi Nicat Qafuroğlu xəbər verib. Quruluşçu rejissor bildirib ki, sentyabrın 27-də xalq artisti Həmidə Ömərovanın iştirakı ilə "Ultionis...
ANL
Gələcək bu gün dünyaya göz açanların sağlamlığından asılıdır. Ana və uşaqların mühafizəsi üçün ölkədə 7 perinatal mərkəz açılıb. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da ana və uşaq ölümü hallarından əksəriyyət məlumatlıdır. Lakin ölkəmizdə ana və uşaqların mühafizəsi naminə xüsusi perinatal mərkəzlərin ...
ANL
Boşanma proseduru sadədir. Lakin mürəkkəbləşdirilsə, ailələri qorumaq imkanı artar. Dövlət Statistika Komitəsinin məlumatı da boşanmaların artdığını təsdiqləyir. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev mətbuata bildirib ki, ölkəmizdə boşanmaların say artımına təsir edən amillərdən biri də boşanma prosesinin s...
ANL
Hicran Hüseynova: "Ölkə həyatında elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın". Neft sənayesi, nanotexnologiyalar, hərbi sahələrdə böyük uğur qazanan qadınlar var. Qadınların həm siyasətdə, həm ictimai həyatda rolu artır. "Hər bir kişinin arxasında güclü bir qadın dayanır" fikri artıq çağdaş zəmanənin tələb...
ANL
Boşanma ən çox uşaqlara təsir edər. Çünki onların baxışında ailə son dərəcə mühüm bir müəssisədir. Boşanma ailə üçün mühüm bir qərardır. Bir çox ana-ata uşaqlarını düşünərək bu qərarı təxirə salar və ya boşanmanı heç düşünməz. Uşaqların həm bioloji, həm də psixoloji inkişaf mərhələlərinin sağlam olması üçün onların yax...
ANL
Psixoloqların rolu artdıqca... insanların ünsiyyət, ailə problemləri də öz həllini tapır. Psixoloq Elnur Rüstəmovun fikrincə, Azərbaycanda ailə psixologiyası və kliniki psixologiyanın böyük gələcəyi var. Tezliklə Rabitə və İnformasiya Nazirliyi şəhər telefonları ilə danışığın hər dəqiqəsini pullu edəcək. Maraqlıdır, gö...
ANL
Qadın amili hər zaman üstünlük təşkil edib. Qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakının artmaqda olduğu vurğulanır. "Azərbaycan dövləti ailə institutunun möhkəmləndirilməsi, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün gücünü səfərbər e...
ANL
Doktor Zehtabinin şeirlər kitabı Bakıda çapdan çıxdı. Ötən həftə 88 yaşı tamam olan doktor Məhəmmədtağı Zehtabinin "Başqa dilim, elim vardır mənim" adlı şeirlər kitabı çapdan çıxdı. Kitabın redaktoru, nəşrə hazırlayanı, ön sözün və şərhlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir. Elmi redaktoru f...
ANL
"Mədəniyyət haqqında" qanuna baxılır. Parlamentin payız sessiyasının qanunvericilik işləri planına "Mədəniyyət haqqında" qanun layihəsi də daxildir. Bu barədə danışan MM Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, sessiya dövründə "Mədəniyyət haqqında" qanuna ciddi dəyişiklik olunacaq: - Hətta ola bilsin, ...
ANL
Aynur Camalqızı: "Milli-mənəvi dəyərlərə hörməti qadınlı-kişili hər kəsdən gözləmək lazımdır". İnsanların ədəbiyyata, musiqiyə münasibəti dəyişdikcə problemlərlə daha az üzləşəcəyik. Cəmiyyətdə mənəvi aşınmalardan danışılanda daha çox keçmiş illərlə müqayisə aparılır. Şübhəsiz, bizim günlərdə dəyişən çox şey var. Lakin...
ANL
Yasin Qarayev işdən uzaqlaşdırılan həmkarlarının gedişi ilə razılaşa bilmir. Ondan öyrənilmə vaxtı gəlib çatır. Universiteti təzəcə bitirmiş bir gənc 65 yaşlı böyük təcrübəyə malik olan həkimi əvəz edə bilərmi? Müəyyən müddət həmin təcrübəli həkim ona təcrübə keçməlidir. Müdrikləşir, potensialı cavanınkından daha çox o...
ANL
Bakıda Almaniyada yaşayan azərbaycanlı rəssamın fərdi sərgisi keçirilir. Muzey Mərkəzində Marqarita Kərimova-Sokolovanın akvarellə çəkilmiş miniatürlərdən ibarət "100 an" adlı fərdi sərgisinin açılışı olub. Rəssamlar İttifaqının katibi Səlhab Məmmədov açılışda çıxış edərkən deyib: "Kölndə yaşayan azərbaycanlı rəssam əs...
ANL
Rafiq Babayevin anım gecəsi keçirildi. Bu misilsiz sənətçi terrorun qurbanı olub. Oktyabrın 27-də axşam Muğam Mərkəzində xalq artisti, görkəmli pianoçu və bəstəkar Rafiq Babayevin 75 illiyinə həsr olunmuş anım gecəsi keçirildi. Zal bəstəkarın yaxınları, dostları, pərəstişkarları, festival iştirakçıları ilə dolu olub. B...
ANL
Büdcə planlaşdırmasına gender yanaşması yoxdur. Ekspert Azər Mehtiyev: "Qanunvericiliyə büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı müddəalar əlavə etmək olar". Gələn ilin dövlət büdcəsində artımın ən azı 30 faiz olacağı gözlənilir. Lakin araşdırmalar göstərir ki, büdcədən qadın və kişilərin faydalanmasında ikin...
ANL
Qədim alətlər, at çapmaq, Kərkük mahnıları... Nuriyyə Hüseynova üçün hər işin öz texnologiyası var. Bu yaxınlarda filarmoniyada konsert proqramı ilə çıxış edən Qədim Xalq Çalğı Alətləri Ansamblının solisti, əməkdar artist Nuriyyə Hüseynova bu layihəyə 3 il öncədən hazırlaşdığını deyir. Çalışdığı Bülbül adına orta ixtis...
ANL
"Oynadığım bütün obrazları taxtadan yonmuşam". Ayşad Məmmədov: "Bütün sevgilərin önündə teatra olan sevgim durur". Onu tanıtmağa o qədər də ehtiyac yoxdur. Bircə rolunun adını çəkmək kifayətdir - "Bəxt üzüyü" filmində "alkoqolik Hüseyn". Məhz bu rol Ayşad Məmmədovu sevdirdi. Hüseyn rolu sanki onun sənətdə "vizit kartı"...
ANL
Bu zaman Ermənistan daha bir kobud müdaxiləyə əl atdı. Ermənistan KP MK Sov.İKP MK-ya müraciət edərək Sumqayıt hadisəsi ilə əlaqədar olaraq həbs edilmiş şəxslərin məhkəməsinin Azərbaycandan alınaraq SSRİ Ali Məhkəməsinin icraatına verilməsini xahiş etdi. Həmin şəxslər iyunun 17-də məsələ barədə mülahizələrini yazdılar....
ANL
Uşaqlara yaxşını pisdən seçməyi valideyn öyrətməlidir. Bu işi tək televizorun öhdəsinə buraxmaq doğru deyil. Bu gün informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi zəmanədə yaşayırıq və uşaqları bu prosesdən kənarda saxlamaq asan məsələ deyil. Amma uşaqlar dünyada ən qiymətli varlıqlardır. Buna görə...
ANL
Bu hadisələrlə paralel olaraq Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması davam edirdi. Kütləvi qovulma ölüm və zorakılıq halları ilə müşayiət olunurdu. Onların əksəriyyəti uşaqlar, qadınlar və yaşlı adamlar idi. Kütləvi zorakılıq və talanlar dövründə erməni hərbiləşdirilmiş qruplaşmaları xüsusi qəddarlığı il...
ANL
Alim Qasımov: Cavanlara qulaq asıram". Eləsi var ki, xanəndənin əhvalını korlayır. Dünyanın dörd bir yanını qarış-qarış gəzən xalq artisti Alim Qasımov artıq uzaq səfərlərə adi baxdığını deyir. Sadəliyi və mükəmməl ifası ilə tamaşaçısının qəlbində taxt-tac quran sənətkarı artıq bütün dünya dinləyir. Onun kimi dinlədiyi...
ANL
"Yaradıcılıq illərim filmlərin kasad vaxtına təsadüf etdi". Nicat Kazımov istedadının görünməyən tərəfindən danışdı. Gənc Tamaşaçılar Teatrında 21 ildir çalışan aktyor Nicat Kazımovu son illər rejissor kimi də təqdim edirik. Sənətçi rejissorluğa başlamasını təsadüfi sayır. Söhbətinə yaradıcılıq yolunun ilk pilləsindən ...
ANL
Azərbaycan tərəfinin təkidləri Sov.İKP MK-nın milli siyasət şöbəsində öyrənildi və bəyənildi. Sov.İKP MK-ya şöbənin təqdim etdiyi arayışda Azərbaycan prezidentinin nəticələri əsaslı hesab edilirdi. Göstərilirdi ki, münaqişənin qarşısı alınmasa, o, Ermənistan ilə Azərbaycan arasında geniş miqyaslı toqquşmaya, Azərbaycan...
ANL
"NATO ilə təhlükəsizlik sahəsində əməkdaşlıq strateji həddə qaldırılmalıdır". Niyaz Yaqublu: "Hər hansı balans siyasətinin aparılması effektiv deyil". Hazırda BDU-da müəllim, Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda elmi işçi, Odlar Yurdu Universitetində müəllim olaraq çalışır. "İnkişafa Baxış" Araşdır...
ANL
Hüquqi təhlil. Portuqaliyanın paytaxtı Lissabonda 2010-cu ilin noyabrında keçirilmiş NATO üzv-dövlətlərinin Zirvə Toplantısında alyans üçün yeni Strateji Konsepsiya təsdiq edildi. NATO-nun Strateji Konsepsiyası təşkilatın müvafiq dövr ərzində fəaliyyətini istiqamətləndirən əsas sənəd hesab olunur. Hüquqi qüvvə baxımınd...
ANL
Uşaqların səhvlərinə qarşı səbirli olmaq lazımdır. Axı insan səhvlər üzərində öyrənir. Uşaqlarda liderlik keyfiyyətinin inkişafına erkən yaşlardan başlamaq tövsiyə olunur. Çünki bu keyfiyyətlərin bir çoxunun təməli körpəlik yaşlarında qoyulur. BDU psixologiya kafedrasının dosenti Lalə Cabbarova hesab edir ki, lider üçü...
ANL
Sağlam ailə qurmaq istəyirsənsə... Nikah öncəsi tibbi müayinədən keçmək məcburi olacaq. Belə bir düşüncə var ki, gələcək nəslin sağlamlığının qayğısına qalmaq üçün lazımi üsullardan istifadə qəbahət deyil. Doğrudur, Orta Asiya ölkələrində nikahdan öncə tibbi müayinə kimi məsələ aktual olmasa da, gənclərin sağlamlığı ba...
ANL
Yaqub Zurufçu: "Bəxtim gətirdi ki, sənətimi sevən auditoriya qazana bildim". Bu şöhrətli ifaçı Bakıda özünü xoşbəxt sayır. "Sənətçi harada yaşamağından asılı olmayaraq, əvvəlcə özünə məxsus bir səviyyə tutmalıdır. Sonra böyük konsertlər, planlar, səfərlər barədə danışmaq olar. Mənim bəxtim gətirdi ki, Azərbaycanda ifam...
ANL
Elza Seyidcahan: "Kütləni öz səviyyəmə qaldıracam". Bu fikirdədir ki, əsl istedad sonradan əli çıraqla axtarılır. Musiqi təhsili alıb, özünü peşəkar kimi təqdim edənlər isə azdır. Söhbət mahnı ifaçılarından deyil, bəstəkarlardan gedir. Amma bəstəkarlardan söhbət düşəndə peşəkarlarla qeyri-peşəkarlar bir tərəzinin gözün...
ANL
"Cavad xan" Varşavada nümayiş olundu. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, "Ulus Film" prodüser mərkəzinin təşkilatçılığı ilə "Cavad xan" filmi Polşanın paytaxtı Varşavada "Kino Kultura" kinoteatrında nümayiş olunub. "Ulus Film" prodüser mərkəzinin rəhbəri Gəray Əlibəyovun qəzetmizə bildirdiyinə görə, Azə...
ANL
Müasir incəsənət sərgisi açılır. Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində Avstriyanın "In Between" adlı müasir incəsənət sərgisi açılır. Bu barədə Avstriyanın Bakı səfirliyindən məlumat verilib. Sərgi Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin...
ANL
Döşlə əmizdirmənin 50 faiz olması təkcə səhiyyənin problemi deyil. Baş pediatr bunu həm də sosial problem hesab edir. Lakin əfsuslar olsun ki, ölkədə körpələrin ana südü ilə qidalanma səviyyəsi qənaətbəxş deyil. Bu fikrin arxasında aparılan tədqiqatlar dayanır. Yeri gəlmişkən, ana və uşaqların sağlamlığının keşiyində d...
ANL
Ramiz Zöhrabov: "Avropa elektron musiqidən qaçır". Azərbaycansa öz milliliyindən ayrılıb, Avropanın səhvini təkrarlayır. Vaxtilə Üzeyir Hacıbəyovun "Azərbaycan musiqisini inkişaf etdirmək üçün musiqiyə yeni beyinlər gətirmək lazımdır" kəlamından sonra meydana Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov kimi dahilə...
ANL
"Mədəniyyətimizi rüsvay etməyə heç kimin haqqı yoxdur". Brilyant Dadaşova savadsız müğənnilərə fonoqramla evdə oxumağı tövsiyə etdi. Öz yeni albomunun hazırlıqları ilə məşğul olan xalq artisti Brilyant Dadaşova sonuncu albomu üzərində iki il iş getdiyini söylədi. Bunun böyük və zəhmət tələb edən iş olduğunu deyir. Albo...
ANL
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün coğrafiya fənni kurikulumu (VI-XI siniflər). Coğrafiya fənni kurikulumu və onun xarakterik cəhətləri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli, 168 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsin...
ANL
Böyük riyaziyyatçının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Böyük riyaziyyatçı, milli riyaziyyat məktəbinin yaradıcısı, akademik Zahid Xəlilov anıldı. Onun 100 illik yubileyi münasibətilə Milli Elmlər Akademiyasında beynəlxalq konfrans keçirildi. AMEA prezidenti Mahmud Kərimov öz çıxışında onu "ziyal...
ANL
Loğman Kərimov: "Rejissorun xarakteri onun hazırladığı tamaşadan bəlli olur". Gənc Tamaşaçılar Teatrının Azərbaycan və rus bölmələrində 100-dən çox aktyor çalışır. Teatrın baş rejissoru Loğman Kərimov etiraf edir ki, bu qədər aktyorla işləmək çətindir. Onun sözlərinə görə, baş rejissor həm də inzibatçıdır: "Yəqin mənim...
ANL
Baba Vəziroğlu planlarından danışdı. Nostalgiya ovqatı onu özünə çəkir. Bu həftə əməkdar incəsənət xadimi Baba Vəziroğlunun doğum günü idi. Əlamətdar günü ailəsi və yaxınları ilə qeyd edən şair qəzetimizə qarşıdakı planlarından söz açdı. Tezliklə onun "Səndən nigaranam" adlı şeirlər toplusu işıq üzü görəcək. Hazırda "Ş...
ANL
Coyadların növbəti seçim sistemi tövsiyə edildi. Azərbaycanlıların dünya xalqları arasında etnik identifikasiyasının göstəricisi olan soyadlar məsələsi 1920-ci ildən bu yana bir problemə çevrilib və ölkənin müstəqilliyə qovuşmasından 20 il keçsə də, bu məsələ hüquqi həllini tapmır ki, tapmır. Nə isə, bu günlərdə AMEA R...
ANL
Fərhad Bədəlbəyli "Eurovision"da Nurlan Növrəslini görür. "Azərbaycanın "Eurovision-2011" yarışmasında təmsilçisi kimi hələlik ancaq Nurlan Növrəslini, daha doğrusu, Növrəslilər ailəsini görürəm. Çünki onların musiqisində bir çox janrlar, eyni zamanda da milli rənglər, caz var. Onların bu yarışmada uğur qazanacağına in...
ANL
İlin ən yaxşı akrobatika gimnastı. Müstəqilliyimizə nail olduqdan sonra respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsinə də dövlətimiz tərəfindən diqqət böyükdür. İdmançılarımız ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edərək bayrağımızı ucaldır, Vətənimizə medallar qazandırırlar. Belə idmançılarımız...
ANL
Yanvarın 11-də Azərbaycan Dillər Universitetində Dünya Hind Dili Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou iştirak etdi. Səfir ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla İnformasiya Resurs Kompleksində (İRK) regionşünaslıq və bey...
ANL
Şagirdlər seçdikləri peşələrə həvəslə yiyələnirlər. 2 nömrəli Bakı Peşə Liseyinin uğurları əvvəlki illərlə müqayisədə xeyli artıb. Liseyin maddi bazası ildən-ilə möhkəmlənib və inkişaf etdirilib. Liseydə zəngin fənn kabinetləri və laboratoriyalar fəaliyyət göstərir. Onlar təmirçi, çilingər-qaynaqçı, xarrat-dülgər, park...
ANL
Ali təhsilin İKT əsaslı innovativ inkişafı. 1.Ali təhsilin informatlaşmasi pedaqoji innovasiyalarin nüvəsidir. İnformasiya cəmiyyətində biliklər iqtisadiyyatı ilə təhsil sistemi arasında sıx əlaqə var. Biliklər iqtisadiyyatına gedən yol təhsildən keçir. Biliklər iqtisadiyyatının formalaşmasında xüsusən ali təhsilin müh...
ANL
Rənglər dünyasının sultanı. Səttar Bəhlulzadə çox böyük, dəyərli və qiymətli əsərlər yaratmışdır.Səttar Bəhlulzadə Azərbaycan deməkdir. Onun əsərləri Azərbaycanı təsvir edir, göstərir, əks etdirir. Bu, rəssamın öz torpağına, öz Vətəninə və xalqına nə qədər bağlı olduğunu göstərir. O, elə bir böyük sənətkardır ki, istən...
ANL
"Dialoq Avrasiya" Platforması çərçivəsində ailə problemləri. Ötən ilin sonlarında "Dialoq Avrasiya" Platforması çərçivəsində Türkiyə Respublikasının Antalya şəhərində "Ailə dini, ənənələri və müasirliyi öz ətrafında birləşdirən dəyər kimi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə Ailə...
ANL
Ötən il "Microsoft-Azərbaycan" üçün uğurlarla yadda qaldı. Microsoft korporasiyası ötən ili müvəffəqiyyətlə başa vurub. Şirkətdən verilən xəbərə görə, 2010-cu ildə Microsoft ölkəmizdə yeni Windows 7 əməliyyat sistemini və azərbaycandilli versiyasını təqdim etdi. Windows 7-nin lokallaşdırılması nəticəsində Microsoft məh...
ANL
SSRİ üçünsə sonun başlanğıcı. Azərbaycanlıların ədalət tələbi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrin...
ANL
"Maddiyyat baxımından uduzdum". Cavanşir Quliyev Quzey Kiprdə mənəvi dincliyə qovuşub. Uzun illərdir fəaliyyətini Quzey Kipr Türk Cümhuriyyətində davam etdirən Cavanşir Quliyev hər il qış tətilində Bakıya gəlir. Hər gəlişində maraqlı fikirləri və müsahibələri ilə yaddaşı təzələyən bəstəkarla bu dəfə də söbhətimiz oldu....
ANL
I Bakı Beynəlxalq Moda Festivalı başlayır. Qeyri-adi bacarığı, özünəməxsus istedadı olan gənc xanım modelyerlərin I Bakı Beynəlxalq Moda Festivalına start verilir. Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən festival qadın geyimləri modası nümayişini əhatə edir. Festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, ...
ANL
"İstanbulda royadayam". Azərbaycanlı avanqardist rəssam Əbülfəz Fərəcoğlu Bosfor üzərindəki bu gözəl şəhərdə sanki bir roya içərisindədir. Yaşamaq istədiyi, xəyal etdiyi həyatı burada tapıb. Heyranı olduğu və bizim də heyran olduğumuz bu şəhəri tablolara köçürür. İstanbulun Levent səmtindəki Alta Sənət Qalereyasında on...
ANL
"İslahatlar dərinləşmədikcə NATO ilə əməkdaşlıq genişlənməyəcək". Türk TV kanallarının şərhçisinin fikrincə, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının çərçivəsi genişləndirilməlidir. "Sülh naminə tərəfdaşlıq" əlavəsinin müsahibi beynəlxalq münasibətlər üzrə jurnalist, Türk TV kanallarının şərhçisi Mayis Əliz...
ANL
Və qadınlar üçün ilk mətbu orqan. Onun yazıları əsasən qadınların seçki hüququ, cinslərin hüquq bərabərliyinə həsr olunurdu. Rusiya türklərinin ictimai həyatında isə ilk qadın dərgisi 1906-cı ilin yanvarında Baxçasarayda (Krım) nəşrə başlamışdı. Bu ərəfədə Osmanlıda qadınlar üçün iki nəşr - həftəlik illüstrasiyalı - "Q...
ANL
Səhnəyə Məcnun gəldi, Məcnun getdi. Opera solisti Baba Mahmudoğlunun 70 yaşı onsuz qeyd olundu. Milli operamızın unudulmaz solisti, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev) sağ olsaydı, 70 illiyini özü qeyd edərdi. Onun doğmaları, həmkarları, sənətini sevənlər Muğam Mərkəzində bu əlamətdar günü onsuz qeyd etdilər. Mühən...
ANL
"Bizə qədər qadın xanəndələr dəflə oxumurdu". Mələkxanım Əyyubova düşünür ki, istedadların gələcəyi nəzarətdə olmalıdır. Muğam sənətində öz dəst-xətti ilə seçilən xalq artisti Mələkxanım Əyyubova bu il sənət ömrünün 30-cu ilini geridə qoyacaq. Muğam sənətində onun öz yeri var. Mədəniyyət və İncəsənət Universitetində on...
ANL
Mamuka Tsetsxladzenin Bakıda ilk fərdi sərgisi. Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetsxladzenin bu gün Bakıda "Səhərlər" adlı fərdi sərgisi açılır. Sərgi Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Muzeyinin təşəbbüsü ilə təşkil edilir. Nazirliyin mətbuat xidmətindən verilən bilgiyə görə, sə...
ANL
Xəstələnmiş torpaqlara düzgün diaqnoz qoyurdu. Görkəmli torpaqşünas alimi xatırlayarkən. Torpaq da insan kimidir. Onun da sağlamı və xəstəsi olur. Sağlam torpaqlar bəzən "xəstələnir". Torpağın da həkimi olur, ona diaqnoz qoyur və müalicə yolunu göstərir. Professor Muxtar Abduyev ömrünü torpaqlarımızın dərd-sərini anlam...
ANL
Təhsil menecmentinin dəyişməsi köklü islahat tələb edir. Bu gün islahat adı ilə "pərakəndə tədbirlər" həyata keçirilir. Telekanallardan birində "12 illik orta təhsilə keçid və repetitorluq" müzakirəyə çıxarılmışdı. Ekspert qismində dəvət aldığım bu verilişə qatılmağıma peşman oldum. İki saatlıq verilişin qəhrəmanı TN ş...
ANL
Azərbaycanın NATO-dan gözləntiləri var. "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda konfransdan qeydlər. Dünən Bakıda "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda konfrans keçirildi. Bu toplantı NATO-nun ölkəmizdə koord...
ANL
Alyans və tərəfdaşlar arasında cərəyan edən proseslər. Müttəfiq və tərəfdaş ölkələr mayda Çikaqoda keçiriləcək alyansın növbəti sammitinə hazırlaşırlar. Bu dövrdə alyansın Brüsseldəki mənzil-qərargahında və eyni zamanda, ayrı-ayrı ölkələrdə, o cümlədən tərəfdaş ölkələrdə əhəmiyyətli tədbirlər davam edir. "Ordunun Aynas...
ANL
Çağırış və səfərbərlik sistemində islahatlar: problemlər və perspektivlər. ATMİA prezidenti yeni yaradılmış qurumun fəaliyyətinə qiymət verir. Bu il fevralın 11-də prezident İlham Əliyevin imzası ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun qüvvəyə mindi. Bu qanunun qüvvəyə minməsi ilə "Hərbi xidmətə çağırışın əsa...
ANL
Kərpic memarlığının öz gözəlliyi var. Ağsuda bu məsələ alimlərin diqqət mərkəzində idi. Kərpicin öz gözəlliyi var, daş plastikasının öz gözəlliyi. Azərbaycanda tarixən daş memarlığı ilə yanaşı, kərpic memarlığı da inkişaf etmişdi və bunun bir çox gözəl örnəkləri günümüzədək gəlib çatıb. Ağsu şəhərində 18 aprel - Beynəl...
ANL
Elmira Şabanova: "İtirdiyim illərə görə peşmanlıq çəkmirdim". İndi analıq qayğısını səhnədə oynayır. Ana obrazı ilə müxtəlif filmlərdə özünəməxsus obrazlar yaradan xalq artisti Elmira Şabanova yaddaşlarda elə o cür də qalıb. Valideynlərinin ən ərköyünü olan aktrisa deyir ki, balaca Elmiranın yerini heç kim verə bilməz,...
ANL
"Müasir caz ifaçıları çox həssasdırlar". Şahin Növrəsli bu sənətə xələl gətirilməsini istəmir. Müsahibimiz piano ifaçısı, bir müddət əvvəl Bakıya Beynəlxalq Caz Festivalının qran-prisi ilə qayıdan Şahin Növrəslidir. 29 yaşında adını Azərbaycan caz tarixinə yazdırıb. Bəstələdiyi caz kompozisiyaları, royaldakı ifası ilə ...
ANL
Əbülfəs Qarayev: "İşğal olunan ərazilərdəki abidələrin vəziyyətinə nəzarət edə bilmirik". Bu gün işğal altındakı Azərbaycan torpaqlarında qalmış abidələr məhv edilir, mənimsənilir, tarixi tikililərdə heyvan bəslənir. Bakıda isə erməni kilsəsi qorunur, Ermənistan katolikosu Azərbaycana səfəri zamanı kilsəyə baş çəkdi. B...
ANL
Azərbaycan - Dağıstan münasibətləri yeni mərhələdə. Bu iki diyarı bir-birindən ayırmaq mümkün olmayacaq. Azərbaycan və Dağıstan sovet ilhaqına qədər heç zaman mənən və cismən bir-birindən ayrı olmamışdır. Bölgədə fərqli etnosların yaşamasına baxmayaraq, hamını ortaq kulturoloji, etnokonfessional, sosial dəyərlər deyil,...
ANL
Əsgər təmizlik işlərindən uzaqlaşdırılır. Silahlı Qüvvələrdə bu mühüm islahat gündəmdədir. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun mətbuata açıqlamasında səsləndirdiyi bir məlumat əsas müzakirə mövzularından biridir. Deputat bildirib ki, Azərbaycanda hərbi xidmət keçənlərin təsərrüfat işlə...
ANL
Qürbətdə uyuyan Yusif Vəzir. Onun məzarı tapılıb vətənə gətirilsəydi. Mən bu yazımda söhbətə birbaşa repressiyaya məruz qalmış Yusif Vəzir Çəmənzəminlinin məzarı ilə bağlı əldə olunan faktlardan başlamaq istəyirdim. Amma istər-istəməz ortaya çıxan bəzi suallar söhbəti bir az başqa nöqtədən başlamağa vadar etdi. Məzarla...
ANL
Arxeoloji qazıntılar mövsümü başlanır. İsmayıllı və Ağsudan iki xəbər. Arxeoloji qazıntılar mövsümündən ilk xəbərlər gəlir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən İsmayıllı rayonunun Çərmədil kəndində aparılan arxeoloji qazıntılar müsbət nəticə verib. Arxeoloji ekspedisiyanın rəhbəri tar...
ANL
Rəssam Timur Taştekin: "Bütün əsərlərimdə bölgəmi əks etdirməyə çalışmışam". İstanbulda çıldırlı rəssamın sərgisi açılıb. İstanbul Bəyoğlu bələdiyyəsinin sənət qalereyasında azərbaycanlı rəssam Timur Taştekinin yağlı boya rəsmlərindən ibarət sərgisi açılıb. Sərgidə Belçikada yaşayan türk rəssam Sevim Ünalın da yağlı bo...
ANL
Olimpiya lisenziyalarının sayı 50-yə çatdı. Bu rekord rəqəm medalların sayında da əksini tapacaqmı? Ölkəmizin olimpiya yığma komandası London Yay Olimpiya Oyunlarında iştirak hüququ verən lisenziyaların sayını bu həftə 50-yə çatdırdı. Beləliklə də, idmançılarımız say baxımından minimum vəzifənin öhdəsindən gəldilər. Çü...
ANL
Şahin Növrəsli ilə caz söhbəti. Vaqif Mustafazadə ilə müqayisəni isə özünə fəxr bilir. Şahin Növrəslini dünya cazının yeni ulduzlarından biri adlandırırlar... Belə deyirlər ki, qısa müddət ərzində caz musiqisinin məğzini və onun çoxobrazlı imkanlarını o qədər dərindən mənimsəmiş ki, özünün Amerika və Avropada festivall...
ANL
Kino işçiləri öz bayramlarını qeyd edir. Rüstəm İbrahimbəyov birinci Respublikadan tarixi film çəkməyə hazırlaşır. Bu münasibətlə Kinematoqrafçılar İttifaqında tədbir keçirildi, Rüstəm İbrahimbəyov kino işçilərini təbrik etdi. Kinorejissorlar Fikrət Əliyev, Asif Rüstəmov və xalq artisti Fəxrəddin Manafov təltif olundul...
ANL
Rəssamlarımız dünyaya çıxırlar. Kiyevdə Rasim Seydimovun, Klaypedada Dadaş Məmmədovun əsərləri sərgiləndi. Çox xoşdur ki, rəssamlarımız dünyaya çıxır, öz əsərlərini xarici auditoriyalara təqdim edirlər. Tanınmış rəssam Rasim Seydimovun əsərləri Kiyev İncəsənətin İnkişafı Fondunun qalereyasında sərgilənirdi. Bizim Ukray...
ANL
Arxeoloqlar Şamaxıda böyük bir bina aşkar ediblər. Ehtimala görə, bu, Şirvanşahlar sarayının alt hissəsidir. Arxeoloqlar hər addımda qədim tarixin izlərini yaşadan Şamaxıda torpaq altından böyük bir bina aşkar ediblər. Ehtimala görə, bu böyük bina Şirvanşahlar sarayının alt hissəsidir. MEA Arxeologiya və Etnoqrafiya İn...
ANL
Qəbələ festivalının London təəssüratları. Simfonik incilər səsləndi, fərqli dirijor təfsirləri öz yaradıcı həllini tapdı. Qədim tarixin izlərini yaşadan ecazkar Qəbələ torpağında klassik musiqi festivalının yay fəslində, isti iyulun sonunda keçirilməsi musiqi həyatımızda artıq bir ənənəyə çevrilmişdir. Bu festival həm ...
ANL
Torontoda soydaşlarımız razı qalıb. Elə Nuriyyə Hüseynova da məmnundur. Kanadanın Toronto şəhərində yaşayan və əksəri Güneydən olan soydaşlarımız bu konsertdən razı qalıblar. Onların öz ata yurdlarında bu kimi mədəni tədbirlər yasaqdır, yaxud böyük problemlə üzləşir. İndi köçüb yaşadıqları Kanadada isə bu, onların öz a...
ANL
Nəzakət Teymurova festivaldan qayıtdı. İfalarının uğur qazandığı söylənir. Xalq artisti Nəzakət Teymurovanın Londonu heyrətləndirməyi bacardığı söylənir. Axı azərbaycanlı xanəndə Londonda keçirilən ənənəvi WOMAD ("Dünya ölkələrinin musiqisi və rəqsləri") Festivalında ölkəmizi xalq musiqi örnəklərimizlə təmsil edib. Bun...
ANL
Dünya kataloqlarında və Bakının görməli yerləri siyahısında yer alan bu muzey İbrahim Məmmədov küçəsində şəxsi mənzildə yerləşir. Azərbaycanda ilk şəxsi muzey kimi təşkil edilmişdir. Təməlini SSRİ-nin fəxri neftçisi Sadıq Kərim bəy oğlu Qarayev hələ 1932-ci ildən qoymağa başlamışdır. O vaxt Qarayev SSRİ-nin ABŞ-da neft...
ANL
IV Qəbələ Klassik Musiqi Festivalı: son təəssürat və qənaətlər. Bu sənət bayramı parlaq konsertləri ilə yadda qaldı. Qəbələ Klassik Musiqi Festivalının gedişatı təzadlı prinsip üzrə qurulan proqramları ilə maraqlı olur: burada kamera konsertləri simfonik musiqi axşamları ilə, opera çıxışları muğam və ya estrada konsert...
ANL