text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Romana başlamaq da ağır yük. İçində başlayıbsa bəs? Önünü kəsə biləcəksənmi? Gələcəksə gələcək. Şer bəzən böyük bir romanın ağırlığını daşıyır. Sən də minnacık bir kadın sevəcək deyilsən, minnacık bir erkək də gözəllik etalonlarına uyğun deyil. Proloqu, obrazlar qalereyası, qəhrəmanları, süjet xətti, kulminasiya, qalxm... | ANL |
Çingiz Əlioğlunun “Çərçivə” kitabı təqdim olunub. Ötən gün Əl Oyunları İdman Sarayında İkinci Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-tərcüməçi Çingiz Əlioğlunun “Çərçivə” kitabının təqdimat mərasimi gerçəkləşib. Tədbirə aparıcılıq edən yazıçı-publisist, kita... | ANL |
“BMT-yə istiqamətlənməyimiz sülh prosesinə əlavə təkan vermək niyyəti güdür”. SƏFİR NASİR ƏBDÜLKƏRİM ƏBDÜRRƏHMANLI: “ÜMİD EDİRİK Kİ AMERİKA BİZİM BMT-yə ETDİYİMİZ BU MÜRACİƏTƏ QARŞI ÇIXMAYACAQ”. Nasir Əbdülkərim Əbdürrəhmanlı Fələstinin Azərbaycana təyin olunmuş ilk fövqəladə və səlahiyyətli səfiridir. 1988-ci ildən Fə... | ANL |
“Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib. Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-prakti... | ANL |
Əbülfəs Qarayevlə İranın mədəniyyət və irşad nazirinin görüşü olub. Azərbaycanda keçirilən İran mədəniyyəti həftəsi çərçivəsində Bakıda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və irşad naziri Seyyid Məhəmməd Hüseyni mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. APA-nın xəbərinə görə, görüşdə Ə. Qara... | ANL |
Söz ürəkdən gələndə... Xuraman İsmayılova yeni çapdan çıxmış “Ürəyimdən keçənlər” kitabını mənə xeyli müddət idi ki, bağışlamışdı. Amma işlərim çox olduğundan onu oxumağa və müəyyən qeydlər aparmağa vaxt tapa bilmirdim. Ara-sıra kitabı əlimə alıb vərəqləyir, povest və hekayələrin, mənsur şeirlərin adlarına baxırdım. Ye... | ANL |
Hamlet Xanızadənin 70 illiyi qeyd edilib. Akademik Milli Dram Teatrında milli teatr sənətinin görkəmli simalarından olan əməkdar artist, Dövlət Mükafatı laureatı Hamlet Xanızadənin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən xalq artisti Rafiq Əzimov d... | ANL |
Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatının 15 illiyilə bağlı anım mərasimi keçirilib. Ötən gün Fəxri Xiyabanda Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi olub. Əvvəlcə mərasimdə iştirak edən ziyalılar ədibin məzarüstü abidəsini ziyarət edərək, qəbri üzərinə gü... | ANL |
“Laçından Azərbaycanın nə qədər görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıbdır. Bu baxımdan Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”. Ümummilli ilder Heydər Əliyevin bu müdrik kəlamı Azərbaycanın dağlar gözəli olan Laçını və laçınlıları daha yüksək səviyyədə... | ANL |
“Milli maraqlar ətrafında birləşərək, dövlətçiliyimizin möhkəmlənməsi üçün bir hədəfə yönəlməliyik”. NİYAZİ HACIYEV: “ESTONİYADA AZƏRBAYCAN DİASPORU İKİ ÖLKƏ ARASINDA KÖRPÜ ROLUNU OYNAYIR”. Qarşıdan Azərbaycanın dövlət müstəqilliyini elan etməsinin 20-ci ildönümü gəlir. Ötən illər digər sahələrdə olduğu kimi diaspor qu... | ANL |
Serbiya səfiri: “Erməni qoşunları Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir”. “AZƏRBAYCAN VƏ SERBİYA ÖZ MÜSTƏQİLLİYİNƏ DƏYƏR VERƏN DÖVLƏTLƏRDİR”. Serbiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçin APA-ya müsahibəsi. – Cənab səfir, Serbiyanın Azərbaycandakı səfirliyi bir müddət əvvəl fə... | ANL |
Akademik Bəkir Nəbiyevin fikir dünyasında elmlə poeziyanın vəhdəti. Görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyevin “Elmlə şeir qovuşanda” adlı kitabı işıq üzü görüb. Kitabda akademikin son illərdə qələmə aldığı məqalələr, rəy və məruzələr toplanıb. Nəşrə ön söz əvəzi olaraq, Vilayət Quliyevin Bəkir Nəbiyevin 75... | ANL |
Şair ruhlu alim Xanəli Kərimli haqqında bildiklərim və düşündüklərim. Hər şagird, hər tələbə müəllim ömrünün silinməz bir səhifəsidir. İllər keçdikcə, zaman dəyişdikcə o səhifələr şirin bir xatirə kimi sənin keçmişinə çevrilir və sən zamanın axarında “itirdiyin”, yaddan çıxardığın ömrün qayğılı, bəzən də qayğısız anlar... | ANL |
“Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatın təqdimatı keçirilib. Dünən Demokratik İslahatlar Partiyasının (DİP) təsis etdiyi “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatın təqdimat mərasimi keçirilib. DİP-in qərargahında keçirilən tədbir... | ANL |
136 illik mətbuatımızın dilinin keçmişinə və bugününə bir baxış. Ədəbiyyatımızın qədim tarixə və dünyanı heyrətləndirən poeziya nümunələrinə baxmayaraq, milli mətbuatımızın cəmi 136 yaşı var. Bu, bəşəriyyət üçün qısa zaman sayılsa da milli oyanışımızın, demək olar ki, başlanması və intibahı cəhətdən qızıl dövrü kimi qə... | ANL |
“Mətbuatla daha sıx əməkdaşlıq qurmağa çalışırıq”. “QARABAĞ” FUTBOL KLUBUNUN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ NURLAN İBRAHİMOV:“BAŞA DÜŞÜRÜK Kİ, FUTBOLUN İNKİŞAFINDA MƏTBUATIN DA ROLU ÖNƏMLİDİR”. Jurnalistlərin dəqiq informasiya üçün müraciət etdikləri ünvan təbii ki, müxtəlif qurumlarının mətbuat xidmətləridir. Onların işi ... | ANL |
Qars müqaviləsi və Naxçıvanın taleyi. Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsindən 90 il keçir. Vaxtilə bu müqavilə ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olundu. Bu müqavilənin əsas müddəaları Moskva müqaviləsinin m... | ANL |
Gənc yazar Feyziyyənin kitabı işıq üzü görüb. Gənc yazar Feyziyyənin bugünlərdə kitabı çapdan çıxıb. Ədəbiyyat jurnalları, qəzetləri və portallarında xeyli vaxtdır çap edilsə də, “Mesaj” onun ilk kitabıdır. Feyziyyənin kitabı yeni start verilən “Oxu zalı”nın seçimi” seriyasının ilk nəşridir. Bu kitabı müəllif “Üşüyənlə... | ANL |
İran kinosunun “Ağlayan söyüd” və “Səkkizinci asiman”ı Bakıda göstərilib. Muzey Mərkəzində Azərbaycanda İran mədəniyyəti günləri çərçivəsində “Ağlayan söyüd” və “Səkkizinci asiman” filmləri nümayiş etdirilib. Nümayişdən əvvəl azərbaycanlı kinoşünas Cəmil Quliyev və iranlı rejissor Həsən Nəcəfi İran və Azərbaycan kinosu... | ANL |
“Maestro özü və zaman haqqında” nümayiş etdirilib. Səməd Vurğun adına Rus Dram Teatrında “Maestro. Özü və zaman haqqında” sənədli filminin təqdimat mərasimi gerçəkləşib. Film tanınmış bəstəkar, xalq artisti Xəyyam Mirzəzadənin yaradıcılığına həsr edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimi giriş sözü i... | ANL |
Osman Gündüz: “Azərbaycanda ənənəvi KİV yeni media tipinə, internet sisteminə çoxdan inteqrasiya olunub”. İnformasiya texnologiyalarının inkişafı bütün dünyada müxtəlif sahələrə təsirsiz ötüşmədi. Bu təsir özünü media sahəsində də göstərməkdədir. Belə ki, texnologiyaların inkişafı yeni media, internet mediasının yaranm... | ANL |
Həqiqətən “daşları yığmaq vaxtıdı”. Son 20 ildə bu qədər maraqla oxuduğum ikinci bir kitabın adını deməkdə çətinlik çəkərəm. Yazıçı Əli İldırımoğlunun əsərləri həmişə maraqla oxunub. Adını çəkdiyimiz romanlarda qoyulan məsələlər, yazıçının hədəf seçdiyi problemlər bir-birinə oxşar olsalar da, tamamilə fərqli dünyaları ... | ANL |
“İranda talış məsələsinin gündəmə gətirilməsində məqsəd azəri türklərinin ayağa qalxmasına alternativ yaratmaqdır”. Müsahibimiz “AssA-İradə” xəbər agentliyinin və “Azernews” qəzetinin rəhbəri, şərqşünas, fəlsəfə doktoru Fazil Güneydir. – Mətbuatın yaydığı xəbərə görə, özünü “talışların lideri, hüquq müdafiəçisi” adland... | ANL |
“Müəllimlərin mükafatlandırılması Azərbaycan təhsilinə verilən yüksək qiymətdir”. MİSİR MƏRDANOV: “SON İLLƏR AZƏRBAYCANDA DÖVLƏTLƏ BİRLİKDƏ İCTİMAİYYƏTİN DƏ TƏHSİLƏ MÜNASİBƏTİ MÜSBƏTƏ DOĞRU XEYLİ DƏYİŞİB”. Dünən Təhsil Nazirliyində Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, H... | ANL |
Bakıda “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” adlı beynəlxalq konfrans keçirilib. Dünən Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun təşəbbüsü ilə gənc alim və tələbələr üçün “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” adlı IV beynəlxalq konfrans təşkil edilib. İnstitutun Gənc Ali... | ANL |
Elm fədaisi, yorulmaz müəllim, qeyrətli vətəndaş. Azərbaycan ədəbiyyatşünaslıq elminin XX əsrin ikinci yarısında yetişmiş görkəmli simalarından AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun anadan olduğu gündən 100 il keçir. O, özünün Məmməd Arif Dadaşzadə, Feyzulla Qasımzadə, Mir Cəlal, Cəfər Xəndan, Əli Sultanlı, M... | ANL |
“Ortaq hədəfimiz mədəni fəaliyyətlə yanaşı Qarabağ problemi, “erməni soyqırımı” iddialarının yox edilməsi olmalıdır”. MÜTƏALİB ULUTANRIVERDİ: “DƏRNƏKLƏRİMİZ BUNUNLA BAĞLI BİRGƏ ÇALIŞMALIDIR”. Müsahibimiz Azərbaycan Türkləri Mədəniyyət-Sənət və Həmrəylik Dərnəyinin sədri Mütəalib Ulutanrıverdidir. Həmrəylik Dərnəyi bu i... | ANL |
Kamilə Əliyeva: “Milli Məclisdə istəyə deyil, proseduraya önəm verilir”. – Kamilə xanım, sizcə cəmiyyət üçün Azərbaycanda aparılan islahatların hansı sahəsi daha vacibdir? Ancaq mənim nöqteyi nəzərimcə ən vacib sosial-iqtisadi islahatların aparılmasıdır. Çünki bu, birbaşa insanların yaşam məsələsi ilə bağlıdır. Milli M... | ANL |
Hesabat janrına “Azərbaycan” qəzetinin materialları əsasında bir baxış. Jurnalistikada hadisələrin təsviri forma və məzmununa görə dəyişir. Tədbirlər, yığıncaqlar, mitinqlər, konfrans, görüşlər, yarışlar xəbər kimi verilməkdən əlavə, bəzən daha geniş və ətraflı şərhə ehtiyac duyur. Bu zaman hesabat janrından istifadə e... | ANL |
“Məqsədimiz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaqdır”. ERİK RUBİN: “CƏNUB DƏHLİZİ” LAYİHƏSİNİ REALLIĞA ÇEVİRMƏK ÜÇÜNAZƏRBAYCAN VƏ TÜRKİYƏ QAZ NƏQLİNƏ DAİR SAZİŞİ BAŞA ÇATDIRMALIDIR”. ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavinin köməkçisi Erik Rubinin APA-ya müsahibəsi. – Cənab Rubin, h... | ANL |
Yaddaşımdakı “Ruhlar şəhəri”. Gözüm görəni dərk edəndən evimizin divarında çoxlu güllə yerləri, divarların dibində isə torpağa batmış gilizlər görmüşəm. Yollarda gündəlik həyatlarını yaşayası insanlar əvəzinə, əlisilahlı əsgərlər görmüşəm. Yaddaşım bu cür xatirələrlə doludur. Sadəcə onlardan ən dirisi Ağdamı son dəfə t... | ANL |
Xoşbəxt cütlük. Paşa dayıya və Valya xalaya həsr olunur. Siz xoşbəxt ər-arvad görmüsünüzmü? Şəxsən mən görmüşəm, amma bu xoşbəxtliyin altında böyük bədbəxtçilik gizlənmişdi... Onlar qəribə ar-arvad idilər, bəlkə qəribədən də qəribə. Cavanlar bu cütlüyü dyad Paş, yəni Paşa dayı və tyotya Valya kimi çağırırdılar. Heç kim... | ANL |
Erkəklər. Biz yola çıxanda mən onu yazmaq fikrində deyildim. O mənə obraz olaraq maraqlı gəlmirdi. Sadəcə, bir yolçuluğa çıxmışdıq və amac da tam başqaydı. Bu qadında qəribə nəsə vardı. Qəribə də deməzdim. Onda insanı özünə bağlayan, yanında saxlayan hansısa bir güc vardı. Mənim nə onunla sevgili olmaq, nə hansısa form... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. ƏsərləriÜçüncü cild. (Əvvəli ötən şənbə saylarımızda). Prometyin cəzası quşlara yem olmaqdır. Yalnız zavallı Şücaüddövlənin günahı nə idi k... | ANL |
Vətəndaş alimin qeyrəti və cəsarəti. Anadan olmasının bu il 100-cü ildönümü tamam olan görkəmli ədəbiyyatşünas və mətnşünas alim, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Abbas Zamanov mənim uşaqlıq xatirələrimin əsas qəhrəmanlarından biridir. Valideynlərimlə Abbas müəllimgilin evinə ... | ANL |
Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ ... | ANL |
Böyük bir örnək. İnsanın kimliyi onun nəyə can atmağında, nəyi sevməyində, nəyə nifrət etməyindədir. İnsanın zövqü, şövqü, sevinci, kədər, əzab və qəmi bu mənada hər şeydən çox maraq doğurur və onun yaşamaq qüdrətini ifadə edir. Bu mənada böyük Azərbaycan müəllimi, yazıçı, şair, dramaturq və ictimai xadimi Abdulla Şaiq... | ANL |
İlyas Əfəndiyevin virtual muzeyinin təqdimatı olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin virtual muzeyinin təqdimatı mərasimi gerçəkləşib. İ.Əfəndiyevin həyat və yaradıcılığının əks olunduğu virtual muzey Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə “Musiqi dünya... | ANL |
“Azərbaycan”ın növbəti sayı işıq üzü görüb. “Azərbaycan” ədəbi-bədii jurnalının növbəti sayı çap olunub. Görkəmli nasir, dramaturq Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunan jurnalın bu sayında filologiya elmləri namizədi, dosent Rüstəm Kamalın “M.İbrahimovun inancı və Təbriz ilğımı”, Mənzər Niyarlının “Sevimli... | ANL |
Macar alimi Messaroş və I Türkoloji qurultay. Ümummilli əhəmiyyət kəsb edən tarixi hadisələrin üstündən qərinələr, əsrlər keçsə də, o unudulmur, bayatlaşmır, aktuallığını qoruyub saxlayır, ibrətamiz örnəyə çevrilir. Türk xalqlarının tarixində və taleyində unudulmaz izlər buraxan, 1926-cı ilin fevralın 26-dan martın 6-d... | ANL |
(Əvvəli ötən şənbə saylarımızda). Haşiyə. Bu torpağın çəhrayı çalarları çoxdu. Bir yandan qürub çağı, bir yandan da dağların-daşların rəngi qarışır bir-birinə, təsviri mümkünsüz mənzərə yaradır. İndi Culfa sərhədindən Naxçıvana uzanan bu gözəl, hamar, səliqəli yolda pəncərədən yaylıqsız başıma vuran sərin havanın təsir... | ANL |
“Mənim ən böyük mükafatım bütün ömrümü ədəbiyyatımızın araşdırılmasına sərf etməyimdir”. Pərvinin həmsöhbəti akademik Bəkir Nəbiyevdir. Pərvin: Bəkir müəllim, sizin kimliyinizi, məncə, geniş oxucu kütlələrinə təqdim etməyə ehtiyac yoxdu. Sizcə bütün ömrünü ədəbiyyatımızın araşdırılmasına sərf etmiş Bəkir Nəbiyevin zəhm... | ANL |
Avropanın ən mükəmməl “Hilton”mehmanxanası Bakıda açılır. Bu yaxınlarda “Turizm ili” çərçivəsində əlamətdar hadisələrdən biri baş tutacaq. Belə ki, üç il öncə təqribən eyni vaxtda Bakı şəhərində bir neçə mehmanxananın tikintisinə başlanılmışdı. Onlardan biri də “İSR Kapital İnvestment” şirkətinin “Hilton Baku Hotel” la... | ANL |
“Azərbaycanda orta sahibkarlığın inkişafı ilə mediaya gələn reklamların həcmi adekvat deyil”. VÜSALƏ MAHİRQIZI: “ARAŞDIRMA JURNALİSTİKASINI FƏALLAŞDIRMAQLA QƏZETLƏR ÖZÜNÜ HƏLƏ BİR MÜDDƏT DƏ QORUYUB SAXLAYA BİLƏR”. APA İnformasiya Agentliyinin baş direktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüsalə Mahirqız... | ANL |
Emin Həsənli: “Azərbaycanda orduya ictimai nəzarət anlayışı artıq formalaşıb”. “BİZİM DÖVLƏTİMİZ TARİX ÜÇÜN QISA SAYILAN BİR ZAMANDA ÇOX GÜCLÜ ORDU YARADA BİLİB”. Bəs, Milli Ordu necə qurulub, hansı çətinliklər üzə çıxıb, bu gün ordumuzun durumu necədir? Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliy... | ANL |
Gənc yazar Feyziyyənin “Mesaj” kitabının təqdimat mərasimi olub. Oktyabrın 9-da Bakının mərkəzindəki “Əli və Nino” kitab evinin qarşısında gənc yazar Feyziyyənin “Mesaj” adlı şeirlər və esselər kitabının təqdimat mərasimi keçirilib. Bu, “Oxu zalının seçimi” seriyasında çap edilən ilk kitabdır. Xalq şairi Vaqif Səmədoğl... | ANL |
“Şərq qapısı” – Sovet dövrünün müstəqilləşən mətbuat orqanı kimi. Mətbuat hər ölkənin tarixinin bir parçası, Həsən bəy Zərdabinin təbirincə desək hər bir vilayətin güzgüsüdür. Zaman nə qədər sürətlə ötsə də, tarixi geri vərəqləməyin ən asan, eləcə də dəyişməyən yolu onu mətbuat səhifələrində izləməkdir. Kommunist-total... | ANL |
Azərbaycan mediasında reklam kasadlığı. Reklam kütləvi informasiya vasitələrinin iqtisadi gücünə təsir edən ən vacib amildir. Lakin bu gün Azərbaycanda, istər qəzetdə, istər televiziyada və digər media vasitələrində bu sahədə müxtəlif problemlər var. Mətbuatda reklam bazarının çox zəif olması mətbuatın maliyyə gəlirlər... | ANL |
Sözün poetik rəngi. Şair rənglərin rəngidir. Bu rəng çalarları söz-söz, misra-misra, sətr-sətr, məna-məna insan qəlbini qeyri-adi duyğularla doldurur. Əsl şairlər iç dünyalarının rənglərini yaratdıqları təravətli, poetik misralarda görürlər, hiss edirlər. Bəzən təəccüblənirlər. Bu mənə şeirin qanına, iliyinə haradan ho... | ANL |
Seymur Orucov: “YAP Gənclər Birliyi Azərbaycanın ən böyük gənclər təşkilatıdır”. Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucovdur. – YAP bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan v... | ANL |
“Mədəniyyət haqqında” qanun layihəsində hansı məsələlər öz əksini tapacaq? Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovdur. – Nizami müəllim, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına “Mədəniyyət haqqında” qanun layihəsi də daxil edilib. Bu haqda nə deyərdiniz? – Bu sessi... | ANL |
“Mən danışıqlar masasının tərk ediləcəyi barədə bir işarə görmürəm”. ALMANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ: “ENERJİ TƏMİNATIMIZIN DİVERSİFİKASİYASINDA ƏSAS LAYİHƏ KİMİ “CƏNUB DƏHLİZİ” LAYİHƏSİNİ DƏSTƏKLƏYİRİK”. Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellenin APA-ya müsahibəsi. – Cənab səfir, Almaniya Birliyi Günü oktya... | ANL |
Abbas Zamanov Mədəniyyət və İncəsənət Universitetində yad edildi. Bu günlər ölkə başçısı İlham Əliyevin sənəncamı ilə anadan olmasının 100 illiyi qeyd edilən əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abbas Zamanov onu tanıyanların xatirəsində mərd, mübariz, sözü üzə deyən insan, görkəmli mətnşünas, ədəbiyyatş... | ANL |
Sevginin fəlsəfəsi: tarixən və bugün. Əsrlər boyu sənətkarlar məhəbbəti tərənnüm edib, psixoloqlar və sosioloqlar onun səbəblərini və inkişaf meyllərini araşdırıblar. Məhəbbət qədər insan beynini və düşüncəsini məşğul edən ikinci bir həyat möcüzəsi göstərmək çətindir. Amma polemika bitməyib, tədqiqatlar qapanmayıb. Sən... | ANL |
İnternet jurnalistikası: mediada “təzə əsrin ibtidası”. İnternet ənənəvi jurnalistikanı və çap mediasındakı təsəvvürləri mətbuatın özündən də xəbərsiz dəyişdi. Qəzetçilikdəki bir çox atributlar – mürəkkəblə yazılmış əlyazmalar, soyuq redaksiyalarda boynuna şərf, çiyninə palto, başına papaq keçirib yazını qələmlə qarala... | ANL |
Kütləvi informasiya vasitələrində siyasi mədəniyyət anlayışına müasir baxış. Azərbaycan mətbuatı zaman-zaman xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, siyasi mədəniyyətinin tərəqqisinə, milli şüurun formalaşmasına müsbət töhfələr verib. Təsadüfi deyil ki, XX əsrin sonlarında müstəqilliyimiz bərpa edildikdən sonra... | ANL |
AYAZ MÜTƏLLİBOV: “PREZİDENTƏ MÜRACİƏTİMƏ ÇOX QISA MÜDDƏTDƏ CAVAB VERİLDİ”. Rusiya paytaxtı Moskvada yaşayan Azərbaycanın keçmiş prezidenti, Sosial Demokrat Partiyasının həmsədriAyaz Mütəllibov “Media forum” saytına müsahibə verib. Müsahibəni təqdim edirik. Bildirmişdiniz ki, Azərbaycana gəlmək üçün prezident İlham Əliy... | ANL |
Parlament tarixində ən “musiqili” sənəd. RAFAEL HÜSEYNOVUN İFASINDA QANUN YARADICILIĞINA MUĞAM TÖHFƏSİ. İstənilən problemin qoyuluşu və açılışı, istənilən sualın cavabı və şərhi təfəkkürün miqyası, biliyin gücü və əhatə genişliyi ilə bağlıdır. Birinə sadə və bəsit görünən məsələ mahiyyətin dərinlərinə enməyi bacaran di... | ANL |
Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə kitab sərgisi keçirilib. Bakının Səbail rayonunda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə kitab sərgisi keçirilib. APA-nın xəbərinə görə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Səbail rayon İcra Hakimiyyəti və rayon Mərkəzləşdirilmiş Kitabx... | ANL |
İnformasiya cəmiyyətinin inkişafında əyalət mətbuatı zərurəti. Dünyada insan hüquqları, söz azadlığı və plüralizmin inkişafı ideyası bəşəriyyətin ən böyük nailiyyətlərindəndir. Bu fakt qarşılıqlı münasibətlərin universal dəyəri kimi tarixi təcrübədən, sınaqdan çıxaraq müasir cəmiyyətin və onun təhlükəsizliyinin təmin o... | ANL |
Media orqanlarının ordudakı proseslərə münasibəti: inamsızlıqdan etimad mühitinə doğru. Ordu cəmiyyətin yığcam bir modelidir. Media isə cəmiyyətin güzgüsü adlandırılır. Ordu toplumun müxtəlif xüsusiyyətlərini özündə daşıdığı kimi, media da bütün bunları əks etdirir, cəmiyyətin özünü tanımasında və dəyərləndirməsində mü... | ANL |
Azərbaycan mətbuatında terminlər necə işlədilir? Rəvayət edirlər ki, bir çoban təsadüfən alimlərin məclisinə düşür. Alimlər planetlər, onların xüsusiyyətləri haqqında elmi müzakirələr aparırlar. Müzakirə bitdikdən sonra çoban alimlərdən soruşur ki, yaxşı, siz ulduzların, planetlərin xüsusiyyətlərini öyrənə bilərsiniz, ... | ANL |
“Mətbuatda oxuculara tarixlə bağlı biliklər verilməsi sahəsində çoxlu boşluqlar var”. PROFESSOR MUSA QASIMLI: “NÜFUZLU QƏZETLƏRİMİZ TARİXİMİZLƏ BAĞLI DOĞRU TARİXİ BİLİK VERƏN MƏQALƏLƏRİN DAVAMLI DƏRCİNƏ BAŞLASA, FAYDALI OLAR”. Mətbu orqanlarda dərc edilən məqalələr heç də günlük xarakter daşımır. Çünki qəzetlərimiz həm... | ANL |
ƏBÜLFƏT MƏDƏTOĞLUNUN POETİK DÜNYASINA QISA BİR SƏYAHƏT. Dərd ortaqlığına güc yetməyən çağımızın kədər yox, məhz dərd şairi kimi adını ədəbiyyat tariximizin səhifələrinə yazan dəyərli qələm sahibi Əbülfət Mədətoğludu... Ona bu dəyəri ilk öncə verənlərdən biri Qarabağ və bütöv Azərbaycan yanğılı böyük şairimiz Bəxtiyar V... | ANL |
Vergilər Nazirliyində “Müstəqil Azərbaycanın vergi sistemi” adlı geniş tədbir keçirilib. Dünən Vergilər Nazirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycanın vergi sistemi” adlı geniş tədbir keçirilib. Tədbirdən əvvəl Vergilər Nazirliyinin foyesin... | ANL |
Asəf Hacıyev: “Avrasiya İttifaqının yaradılması təşəbbüsü daha çox iqtisadi məqsəd daşıyır”. Müsahibimiz Azərbaycan-Rusiya parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili, Asəf Hacıyevdir. – Rusiya Federasiyasının (RF) baş naziri Vladimir Putinin Avrasiya İttifaqının yaradılması ilə bağlı yeni təşəbbüsü Rusiya, ... | ANL |
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic bildirib ki, 2003 cü ildə Qafqaz Universiteti tərəfindən başladılmış olan AICT “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfranslar silsiləsinin növbətisi bu... | ANL |
Ramil Qasımov “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı solo-proqramla çıxış edib. İstedadlı vokalçı Ramil Qasımov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə Zərdab şəhərində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı solo- konsert verib. Konsertlə bağlı təəssüratlarını ... | ANL |
Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb. Mədəniyyət və turizm naziri Əbulfəs Qarayev Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev və TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüş keçirib. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət pro... | ANL |
“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bu günlərdə çapdan çıxan 23-cü nömrəsi qədim Naxçıvanın tarixində və taleyində çox böyük xidmətləri olan görkəmli şəxsiyyətlərdən biri, maarifçi-publisist, siyasi xadim, diplomat Behbud ağa Şahtaxtinskinin 130 illiyinə həsr edilib. Behbud ağa Şahtaxtin... | ANL |
Behbud ağa Şahtaxtinski haqqında bəzi qeydlər və yeni məlumatlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 21 fevral tarixli sərəncamı dövlətimizin tariximizdə xüsusi yeri və böyük xidmətlər... | ANL |
“İsa Həbibbəyli məktəbi”ndə öyrəndiklərim. Universitetdə təhsil aldığım illərdə ədəbiyyat tarixi fənnini bizə tədris edən, nurani və ilk baxışda bir az zəhmli görünən müəllimin sonradan mənim və eləcə də universitet məzunu olan onlarla gəncin həyatında böyük rol oynayacağı ağlıma belə gəlməzdi. Apardığı gərgin elmi axt... | ANL |
Rəssam Arif Mərdan doğulduğu torpağın miflərini, rəvayətlərini qəlbinə yığa-yığa böyümüşdü. Bir yanında milyon illərin mamontlarını mumiyalayıb saxlayan Qır gölünün, o biri tərəfdən gecə-gündüz alov püskürən Yanar dağın, Suraxanı atəşgahının hərləməsində boya-başa çatmışdı. Neftdən mayası tutulmuş bu torpağın enerjisin... | ANL |
İsmət Yılmaz: “Türkiyə Dağlıq Qarabağ münaqişəsində bütün imkanları ilə Azərbaycanın yanındadır”. “AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN GÜCLÜ OLMASI REGİONAL SÜLHÜN ƏN BÖYÜK TƏMİNATI OLACAQ”. Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın APA-ya müsahibəsi. – Hörmətli nazir, Türkiyə-Azərbaycan hərbi münasibətlərinin mövcud ... | ANL |
Əli Məsimli: “Milli Məclisin komitələrinin işinin sürətləndirilməsinə böyük ehtiyac var”. Müsahibimiz millət vəkili Əli Məsimlidir. – Əli müəllim, deputat Vahid Əhmədovla birgə hazırladığınız “Təhsil kreditləri haqqında” qanun layihəsi nəhayət, parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil edilib. ... | ANL |
Fədakar soydaşımızın Azərbaycan təəssübkeşliyi. Ukraynada soydaşlarımız demək olar, ölkənin hər vilayətində – şəhərlərdə, qəsəbələrdə, kəndlərdə yaşayır, yerli xalqın nümayəndələri ilə qaynayıb qarışırlar. Xerson da istisnalıq təşkil etmir. Burda çoxlu sayda həmvətənimiz var. Onlardan ən adlı-sanlısı Nurəddin Yusifovdu... | ANL |
Yazıçı Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanı 50 ildən artıq hakimiyyətdə olan I Şah Təhmasib Səfəvinin keçdiyi ağır, ziddiyyətli, ictimai-siyasi hadisələrlə zəngin olan həyatından, onun Osmanlı–Səfəvi müharibələrdəki tutduğu tarixi mövqeyindən, ömrünün son günlərində hakimiyyət uğrunda gedən saraydaxili mübari... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. “Arşın mal alan” operettası ictimai azarımızı operetta zəminində gü... | ANL |
Ədəbiyyat tarixinin sənət adamları, yaradıcılıq mühiti, poetika sistemi ilə bağlı öyrənilməmiş problemləri və çoxlu sirləri vardır. Bu sirlərin hələ də tam açılmamasıdır ki, hər hansı bir sənətkarın yaradıcılıq laboratoriyası bütün ədəbiyyatşünas və tənqidçilər üçün həmişə xam bir sahə olaraq qalır. Sənətkar şəxsiyyəti... | ANL |
Mübarizə – yolundan dönməməkdir... Heç vaxt müəllim olmaq arzusunda olmamışdım. Hər peşənin özü aşiqi var. Mən bu peşənin aşiqi olmamışam. Müəllimlərimi çox sevmişəm, elə orta məktəbdə oxuyanda da, tələbə olanda da. Pedaqoji Universitetə daxil olanda əvvəl sevindim, sonra yuxudan ayıldım elə bil. Axı mən müəllim olmaq ... | ANL |
Xorla söyüş xorla tərifdən yeydirmi? Gənclərlə ədəbiyyat söhbətlərinin birində kimsə Knut Hamsunun “Aclıq romanı”nı tüfeyli vaxtında, yolda –izdə, çəkməçi yanında köməkçi işlədiyi vaxtlarda yazdığını söylədi. Gənclərin bir neçəsinin diqqətini roman yox, daha çox yazıçının rastlaşdığı vəziyyətlər maraqlandırdı. Onun faş... | ANL |
Misir Mərdanov: “Müstəqilliyin 20 ili ərzində Azərbaycanda təhsilin inkişafı naminə çox böyük işlər görülüb”. “Azərbaycan ictimaiyyəti ölkənin dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük qürur hissi ilə qeyd edir. Lakin Azərbaycan bu illər ərzində çox böyük tarixi yol keçibdir. Əsası müstəqil Azərbaycan dövləti... | ANL |
Yazıçı Günel Anarqızı Almaniya və Yunanıstanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. “AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TƏBLİĞİ, AVROPA VƏ DÜNYA MƏDƏNİYYƏTİNƏ İNTEQRASİYASI ÜÇÜN BELƏ TƏDBİRLƏRDƏ FƏAL İŞTİRAK ETMƏK VACİBDİR”. Bugünlərdə Almaniyadakı Azərbaycan diasporunun təşkilatçılığı ilə “Qadınlar ənənə və emansipas... | ANL |
Görkəmli alim Tofiq Həsənovun 90 illiyi qeyd olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda cümə günü görkəmli alim, paleontoloq-stratiqraf, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, Rusiya Paleontologiya Cəmiyyətin... | ANL |
“Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq səhnə musiqisi” monoqrafiyası çapdan çıxıb. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Bayramovanın “Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq səhnə musiqisi” monoqrafiyası i... | ANL |
Rəssamlar İttifaqında dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan sərgi açılıb. Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan sərgi gerçəkləşib. Sərgidə Azərbaycan rəssamlarının müstəqilliyimizin bərpasının iyirm... | ANL |
Bakıda caz festivalına start verildi. Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə “Bakı Beynəlxalq Caz Festivalı – 2011”in açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, təntənəli açılışla bağlı sarayın foyesində festivalda... | ANL |
Şamaxının millət vəkili Elxan Süleymanov:“Mən seçicilərim qarşısında öhdəlik götürmüşəm”. Ötən həftənin şənbə günü Şamaxının millət vəkili Elxan Süleymanov müstəqilliyimizin 20 illiyi ilə əlaqədar adıçəkilən rayonda 18 oktyabrda dünyaya gəlmiş şəxslərlə və digər seçiciləri ilə görüş keçirib. Görüşdə müstəqillik günü il... | ANL |
Axşamdan xeyli ötmüşdü. Uşaqların bütün gün vurnuxduğu dolanbac, tozlu-torpaqlı kənd yollarından əl-ayaq çəkilmiş, ətrafa sakitlik çökmüşdü. Güldəstə həyət-bacanı süpürmüş, toyuq-cücəni hinə salmış, qapalağını bərkitmişdi. Qonşusu Tamaşa xalanın kürt düşmüş çil toyuğunu tülkü aparandan sonra gözü yamanca qorxmuşdu. Toy... | ANL |
Müstəqillik illərinin uğurları. İllər sürətlə bir-birini əvəzləyir. Lakin bu illər boş-boşuna ötüb keçmir, əməllərlə, nailiyyətlərlə xatirələrdə qalır. Bu il Azərbaycanımızın müstəqilliyinin 20 ili tamam olur. Bu möhtəşəm yubiley respublikamızın ictimai-siyasi və mədəni həyatında böyük əks-səda doğurmuşdur. Azərbaycand... | ANL |
Azadlığın dəyəri. Emosiyalardan uzaqlaşıb faktlara nəzər salsaq, görərik ki, keçmiş SSRİ-də suverenlik və dövlət müstəqilliyi məsələləri əhəmiyyətli dərəcədə “aşağıların” deyil, “yuxarıların” təşəbbüsü olub. Paradkoksal səslənsə də, Sovetlər Birliyinin süqutunun hərəkətverici qüvvəsi sovet dövlətlərindəki mərkəzdənqaçm... | ANL |
Vətəndaşları ilə öyünən Azərbaycan, adın mübarək! O kəs xoşbəxtdir ki, müstəqil məmləkət deyilən bir diyarda Vətənin hər daşını sevə-sevə, hər qarışını gəzə-gəzə yaşayır. Və o kəs qürurlana bilər ki, Vətənin hər daşını sevə-sevə məmləkətinin vətəndaşına çevrilir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstə... | ANL |
Yaşar Nurinin 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Yaşar Nurinin 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. APA-nın məlumatına görə, teatrın foyesində yubilyarın həyat və yaradıcılığından bə... | ANL |
Həsən Əblucun xatirəsinə həsr olunan bədii qiraət müsabiqəsi başlayıb. Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) bədii qiraət ustası, tanınmış aktyor-rejissor Həsən Əblucun xatirəsinə həsr olunmuş “Hər şeydən yüksəkdir sözün məqamı” adlı bədii qiraət müsabiqəsinə start verilib. Teatr Xadimləri İttifaqının sədri, xa... | ANL |
Eynəli bəy Sultanov haqqında kitab çap olunub. XIX əsrin sonları XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Eynəli bəy Sultanovun anadan olmasının 145 illik yubileyi ilə əlaqədar olaraq hazırlanmış “Eynəli bəy Sult... | ANL |
Xalq şairi Səməd Vurğunun 105 illik yubileyi münasibətilə anım mərasimi gerçəkləşəcək. “Zirvədəki şəxsiyyətlər: Səməd Vurğun – 105” adlı tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Səməd Vurğunun ev – muzeyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisi tərəfindən birgə həyata keçirəcək.... | ANL |
Azərbaycan mətbuatının zəngin ənənələrini yaşadan və inkişaf etdirən, insanları maarif işığı ilə nurlandıran, Naxçıvan Muxtar Respublikasının (NMR) salnaməsini öz səhifələrində tarixə çevirən “Şərq qapısı” qəzeti tarixdə böyük xidmətləri ilə seçilməkdədir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yerlərdə mətbu... | ANL |
Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının Prezidenti, tanınmış psixoloq – pedaqoq Elmira xanım Mirzəyevanın yubileyinə beş-on kəlmə ürək sözü. Dahi Hötenin belə bir müdrik kəlamı var: “Dostluq əntiq əşya kimidir, zaman ötdükcə qiyməti artır.” Bu kəlam mənalı ömründə saysız-hesabsız dost qazanan Azərbaycan Praktik... | ANL |
“Azərbaycan reallıqlarının çatdırılmasında, mədəniyyətinin təbliğində bundan sonra da əlimizdən gələni edəcəyik”. Samir Musayev: “TƏLƏBƏLƏRIMIZ KÖNÜLLÜ SURƏTDƏ BİR ARAYA GƏLDİKLƏRİ ÜÇÜN BU SAHƏDƏ FƏALİYYƏTİMİZ UĞURLUDUR VƏ NƏTİCƏLƏR DƏ BİZİ, DOSTLARIMIZI SEVİNDİRİR”. Son günlər Litvada Azərbaycan diasporu aktiv fəaliyy... | ANL |
Günəş qədər yaxın. Onunla keçən yay Parisdə tanış olduq. Allahın qurduğu planlar bizi eyni otelə gətirib çıxarmışdı. Tomas Şotlandiyadan idi. Parisə dostları ilə gəlmişdi. Ona ilk baxışda vuruldum. Amma bunu günlərlə bildirmədim. Qorxurdum ki, məni ələ salıb dolayar. Mənim kimi çirkin bir qızın nə həddinə onu sevmək?! ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.