text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Cənubi Koreya səfərindən təəssüratlar. İstanbuldan ləngərlə buludları dələn aerobus bizi - məni və səfər yoldaşım, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti coğraf Oqtay Alxasovu 10 saatdan sonra Cənubi Koreyaya çatdırdı. Uzun yoldan sonra Seulun İnçon aeroportunun çıxışında qarabəniz, ucaboy, məhrəm baxışlı o...
ANL
"Atam əmək fəaliyyətinə müəllim kimi başlayıb". Xalq şairi Vaqif Səmədoğlu ilə söhbət. "Demə Səməd Vurğun gəldi-gedərdi"... Yazımızı Azərbaycan xalqının dahi və unudulmaz şairi Səməd Vurgunun özünün misrası ilə başlamağımız heç də təsadüfi deyil. Ona görə ki, o, sözün həqiqi mənasında gəldi-gedər yox, xalqının sevimli,...
ANL
Müsahibimiz xalq artisti, professor Arif Babayevdir. Xalq musiqimizi qorumaq, yaşatmaq, onu təbliğ etmək hamımızın vətəndaşlıq borcudur. Milli muğamlarımıza, təsniflərimizə, xalq mahnılarımıza üz tutan, onu tamaşaçılara tanıdan, gələcək nəsillərə ötürən incəsənət xadimlərimiz, mədəniyyətimizin, musiqimizin inkişafı yol...
ANL
Görkəmli kitabşünas alim Abuzər. Noyabrın 25-də Şuşa Humanitar Kollecində Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi və əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, profes...
ANL
Argentina Respublikasının təhsil sistemi. Argentina Respublikası. Paytaxtı: Buenos-Ayres. Cənubi Amerikada yerləşən Argentina 23 əyalətdən və muxtar statusa malik Buenos-Ayres şəhərindən ibarətdir. Şəhər və əyalətlərin öz konstitusiyası olsa da, ölkədə federal idarəetmə sistemi tətbiq edilir. Argentinada I-IX siniflərd...
ANL
Bakılı Nobel mükafatı laureatı. Lev Landau - Sovet fizika elminə əbədi şöhrət gətirmiş alim. XX əsr Sovet fizika elmi tarixində, dünya elmində öz yeri olan məşhur fizika alimləri çox olub. Landau Sovet fizikləri arasında əfsanəvi fiqur hesab olunur. O, elmi istedadı, maraq dairəsinin genişliyi, dərin zəkası, gözəl və a...
ANL
Tofiq İsmayıl oğlu Hacıyev. Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspir...
ANL
"Gəncə Dövlət Universiteti - AMİ Zaqatala filialı: Əməkdaşlığın 5 ili" elmi-metodik konfransı. Gəncə Dövlət Universiteti ilə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı arasında elmi-metodik əməkdaşlıq əlaqələri ildən-ilə genişlənməkdədir.Universitetin qabaqcıl alimləri vaxtaşırı filialda olur, təcrübə mübadilə...
ANL
Yuxarı sinif şagirdlərinin kütləvi şəkildə. repetitor xidmətinə meyilliliyi normal hal deyil. Artıq on üç ildir ki, Azərbaycan təhsilində köklü islahatlar və yeniliklər həyata keçirilir. Bu proses öz ahəngi, dinamikası və məntiqi axarı ilə dönməz xarakter almışdır. Əminliklə deyə bilərik ki, artıq geriyə yol yoxdur, Av...
ANL
Tələbələrimiz beynəlxalq müsabiqədə. "Qran-pri" mükafatına layiq görüldülər. Bu günlərdə Qazaxıstanın Almatı şəhərində beynəlxalq tələbə tamaşaları festivalı keçirildi. Festivala dəvət almış ADMİU-nun tələbələri bu beynəlxalq tədbirə məsuliyyətlə hazırlaşmağa başladılar. Çünki festivalın məsuliyyətini hələ tələbələrimi...
ANL
Fənn kurikulumlarının tətbiqinə dair seminar. Bununla bağlı Şirvan Şəhər Təhsil Şöbəsinin metodkabineti bir sıra işlər həyata keçirmişdir. Belə ki, bütün ibtidai sinif müəllimlərinin xüsusi hazırlıq kurslarından keçməsi təmin olunmuş və onlar müvafiq sertifikatlar almışlar. Lakin bu, işin hamısı deyil.Təbii ki, birhəft...
ANL
elmi-mədəni forumu keçirilib. Noyabrın 17-19-da Rusiyanın Sankt-Peterburq şəhərindəki Tavriya sarayında "Sankt-Peterburqda fəlsəfə günləri" adlı 10-cu elmi-mədəni forum keçirilmişdir. Həmin forumda dünyanın məşhur filosofları ilə yanaşı həmyerlimiz - Astara Pedaqoji Kollecinin direktoru, respublikanın əməkdar müəllimi,...
ANL
Naxçıvan rəssamlıq məktəbinə daha bir töhfə. Bu günlərdə Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Naxçıvan Dövlət Universitetinin müəllimi, gənc və istedadlı rəssam Həbibə Allahverdiyevanın fərdi sərgisi keçirilib. Giriş sözü ilə çıxış edən Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Resp...
ANL
Ümumi orta və tam orta təhsil səviyyələri. üzrə yoxlama və buraxılış imtahanlarının. aparılması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Son illər respublikanın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və burax...
ANL
Təhsil Nazirliyinin kollegiya iclasında. Ümumi təhsilin bir sıra problemləri ilə. bağlı məsələlər müzakirə olunub. Dekabrın 3-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib. İclasda ümumi təhsilin bir sıra problemləri ilə bağlı məsələlər müzakirə olunub. Kollegiya üzvlərinin, Təhsil Nazirliyinin struktur-böl...
ANL
Təhsil naziri Azərbaycan Milli Valideyn-Müəllim. Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Dekabrın 7-də təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) İdarə Heyətinin üzvləri ilə görüşüb. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Azərbaycan Milli Val...
ANL
"Tomson Reyters" Agentliyinin məlumat bazasından. Dekabrın 6-da təhsil naziri Misir Mərdanov "Tomson Reyters" Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Devid Horki, satış üzrə meneceri Mətin Tunç ilə görüşüb. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra "Tomson Reyters" Agentliyinin f...
ANL
KNAUF Resurs Mərkəzinin açılışı oldu. Dekabrın 5-də 4 nömrəli Bakı Peşə Liseyində KNAUF Resurs Mərkəzinin açılışı oldu. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov,Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, Alman-...
ANL
Təhsil alanlara vətən və dil sevgisinin aşılanmasında. Heydər Əliyev irsindən istifadə. Azərbaycan Respublikasının dövlət müstəqilliyi qazanmasında, onun elminin, mədəniyyətinin yüksəlməsində, dilimizin hərtərəfli inkişafında və zənginləşməsində qüdrətli dövlət başçısı, uzaqgörən siyasətçi, müdrik insan Heydər Əliyevin...
ANL
"Ankara məktəbi" məktəb-liseyində. Dekabrın 2-də Bakıdakı "Ankara məktəbi" məktəb-liseyində fizika fənnindən keçirilən fizika aylığına yekun vuruldu. Liseyin fizika müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Samirə Məşədibəyovanın təşkilatçılığı ilə keçən tədbirdə tədris ocağının müəllim-şagird kollektivi iştira...
ANL
Bakı Dövlət Universiteti dünyanın. aparıcı Tokyo Boeki Ltd. şirkəti. ilə memorandum imzaladı. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tokyo Boeki Ltd. şirkətinin prezidenti Kadzuei Uçida ilə görüşüb. Rektor Abel Məhərrəmov elmi avadanlığın təmini və elmi konsaltinq sahəsində lider şirkət olan Toky...
ANL
Naxçıvan Dövlət Universitetində elmi konfrans. Naxçıvan Dövlət Universitetində xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqın böyük dayağı" adlı elmi konfrans keçirildi. Tədbiri giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açaraq görkəmli yazıçı, tanınmış ictimai-siyasi xadim Mirzə...
ANL
Avstriya Respublikasının təhsil sistemi. Avstriya Respublikası. Paytaxtı: Vyana. Avropa İttifaqının üzvü olan Avstriya 9 əyalətdən ibarət federal dövlətdir. Ölkə əhalisinin 88 faizi alman dilində danışır. Odur ki, təhsil sahəsində də alman dili aparıcı mövqeyə sahibdir. Ölkənin cənub və şərq əyalətlərində yaşayan etnik...
ANL
Zamanı qabaqlayan alim. Elm yanğısı onun qəlbinin ehtirası idi. Rusiyada 300 illiyi böyük təntənə ilə qeyd olunan dünya səviyyəli birinci rus alim-təbiətşünası, ensiklopediyaçı, kimyaçı, fizik Mixail Vasilyeviç Lomonosov vaxtilə fiziki-kimyaya indiki dövrün tərifinə çox oxşayan anlayış verib və fiziki-kimyəvi tədqiqatl...
ANL
Azərbaycan Respublikası Təhsil Nazirliyi. Kollegiyasının qərarı ilə təşəkkür elan edilib. ümumi və tam orta təhsil səviyyələrində keçirilmiş yoxlama və. buraxılış imtahanlarında fərqlənən imtahan rəhbərləri və nəzarətçilər). Abbaslı Elsevər Bakı Sənaye Pedaqoji Texnikumunun müəllimi. Abbasov Arzu Bakı Neft-Energetika K...
ANL
Təhsildə bioetikanın yeri və rolu. Son illər respublikamızın sosial-iqtisadi və mədəni-ictimai həyatında, demokratik və hüquqi dövlət quruculuğunda, ümumən milli cəmiyyətimizin sosial tərəqqisində əldə edilmiş bir sıra nailiyyətlər son dərəcə təqdirəlayiqdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4...
ANL
Azərbaycan Texniki Universitetinin. tələbələri ABŞ-ın Berkli Kaliforniya. Universitetində təhsil ala biləcəklər. Son illər Azərbaycan dövlətinin və ölkə başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində olan sahələrdən biri də təhsilin səviyyəsinin artırılması, kadrların peşə hazırlığının optimal yüksəldilməsidir. Bu...
ANL
Əkbər Əsgər oğlu Ənnağıyev. Valideynləri muzdlu fəhlə işləyib. Əmək fəaliyyətinə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Naxçıvan Vilayət Komitəsində kuryer kimi başlayıb. 1932-ci ildə Zaqafqaziya Fabrik-Zavod Şagirdliyi Məktəbinə rəis müavini vəzifəsinə təyin edilib. İstehsalatda çalışa-çalışa fəhlə fakültəsin...
ANL
Azərbaycan Müəllimlər İnstitutunda görüş. Azərbaycan Müəllimlər İnstitutu bu gün respublikamızın öndə gedən ali təhsil ocaqlarından biridir. Burada son illər institutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlının gərgin səyi nəticəsində ciddi yenidənqurma işləri görülmüş, təhsil sahəsində xeyli uğurlar əldə e...
ANL
Musa İsgəndər oğlu Ağayev. Atası Ağayev İsgəndər Məlik oğlu əslən Xəlfəli kəndindən olub. Öz torpağı olmadığına görə çobanlıq edib. Anası Ağayeva Natəvan evdar qadın olub. Onların ölümündən sonra 3 yaşlı Musanı qardaşı tərbiyə edib. İlk təhsilini Bərdədə alıb. 1930-cu ildə təhsilini davam etdirmək məqsədilə Bakıya gəli...
ANL
Braziliya Federativ Respublikasının təhsil sistemi. Braziliya Federativ Respublikası. Paytaxtı: Braziliya. Dövlət dili: Portuqal dili. Cənubi Amerikanın şərqində yerləşən Braziliya dünyanın ən böyük ölkələrindən biridir. XX əsr Braziliyada həyatın digər sahələrində olduğu kimi, təhsil sektorunda da ciddi dəyişiklik döv...
ANL
Təhsil Nazirliyinin kollegiya iclasında xaricdə təhsillə bağlı Dövlət. Proqramının icrası istiqamətində görülmüş işlər müzakirə olundu. Dekabrın 14-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirildi. Kollegiya üzvləri ilə yanaşı, müxtəlif dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin, Təhsil Nazirliyinin...
ANL
"Peşə seçiminə dəstək sistemi" layihəsinin təqdimatı oldu. Dekabrın 15-də Təhsil Nazirliyində "Peşə seçiminə dəstək sistemi" layihəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri və layihəni təqdim edən Türk...
ANL
Respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Dekabrın 9-da Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin Respublika müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhs...
ANL
Unudulmaz müəllimim Nəsir İmanquliyev haqqında yazının hazırlanması mənə tapşırılanda 1978-1983-cü illərə təsadüf edən tələbəlik illərimi sanki yenidən yaşadım. O illər ömrümə qızıl naxışlarla işlənən illərdi... Nəsir müəllim jurnalda lazımi qeydləri aparıb növbəti mühazirəsinə başlayır. Onun geyimi və xarici görkəmi k...
ANL
Bakı Slavyan Universitetində "Bir günlük xəlifə". Bakı Slavyan Universiteti 13 iyul 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə yaradılmışdır. Yaradılan ildən BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin təşəbbüsü və təşkilatçılığı ilə bir çox maraqlı layihələr həyata keçirilmişd...
ANL
Dostum, həmkarım, 90-cı illərin əvvəllərindən 10 il müddətində Təhsil Nazirliyində bir yerdə işlədiyim, adının mənasını çox erkən yaşlarından ziyalılığı, çalışdığı vəzifələrdə qüsursuz fəaliyyəti ilə doğruldan, yaxşı müəllim və nümunəvi məmur kimi təhsil ictimaiyyəti arasında, Təhsil Nazirliyində özünə hörmət və nüfuz ...
ANL
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə təşəkkür elan edilib. (2010-2011-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərində ümumi və tam orta təhsil səviyyələrində keçirilmiş yoxlama və buraxılış imtahanlarında fəaliyyətləri ilə fərqlənən imtahan rəhbərləri). Baxışov Hüseynağa Quba Peşə Li...
ANL
Naxçıvanın turizminə həsr olunan ilk kitab. Ölkəmizdə turizmin inkişaf etdirilməsi, onun iqtisadi-sosial və mədəni həyatdakı rolunun öyrənilməsi müasir dövr reallıqları baxımından mühüm əhəmiyyət kəsb edir. Turizmin ayrı-ayrı regionların iqtisadi inkişafındakı rolu bir çox inkişaf etmiş ölkələrin təcrübəsində öz təsdiq...
ANL
Ulu öndərin xatirəsinə ehtiram. Dekabrın 12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə institutun professor-müəllim heyəti, müdavimlər və tələbələr iştirak edirdilər. Öncə iştirakçılar ulu öndər He...
ANL
Yeni Zelandiyanın təhsil sistemi. Paytaxtı: Vellinqton şəhəri. Pul vahidi: Yeni Zelandiya dolları. Yeni Zelandiya Sakit okeanın cənub-qərbində yerləşən çoxsaylı adalardan ibarət ölkədir. Təhsil sistemi müasir tələblər səviyyəsində inkişaf edən ölkədə olduqca keyfiyyətli və etibarlı bir təhsil mühiti yaradılıb. Məktəbəq...
ANL
Bir peşə liseyi kontekstində real inkişaf tendensiyaları. "Mən, 18 nömrəli Bakı Peşə Liseyinin tələbə adını qazanmış yeniyetmə gənc kimi üzərimə düşən bütün məsuliyyəti dərk edərək AND İÇİRƏM: Azərbaycan Respublikasının vətəndaşı olmaqla ölkənin ən ali qanunu - Konstitusiyasına əsaslanaraq, öz hüquq və vəzifələrimi dər...
ANL
Təhsil naziri valideyn-müəllim. assosiasiyalarının üzvləri ilə görüşüb. Dekabrın 17-də təhsil naziri Misir Mərdanov valideyn, müəllim və ictimaiyyət nümayəndələri ilə görüşüb. "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Təhsil Nazirliyində keçirilən görüşdə Bakı, İsmay...
ANL
Təhsil Nazirliyində görüş. Dekabrın 19-da təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak ilə görüşüb. Görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu da iştirak edib. Qonaqların Azərbaycana gəlişindən mə...
ANL
Elektron tədris resurslarının. qiymətləndirilməsi şurasının yaradılması. Əmrində dəyişikliklərin edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Elektron tədris resurslarının qiymətləndirilməsi şurası əmrində edilən dəyişikliklərin nəzərə alınması məqsədi ilə. ƏMR EDİRƏM: Nazirliyin 1421 nömrəli, 21 dek...
ANL
Xalq yazıçısı Mirzə İbrahimovun yubileyi qeyd olundu. Dekabrın 19-da Azərbaycan Dillər Universitetində Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş elmi-...
ANL
Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı. 21-22 dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Müəllimlər İnstitutunda doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı keçirildi. Konfransın dekabrın 21-də keçirilən açılış mərasimində təhsil naziri M...
ANL
Əlavə təhsil günün tələbidir. Əsası 1929-cu ildə qoyulmuş Azərbaycan Müəllimlər İnstitutu ölkənin təhsil sistemində xüsusi yer tutur. Pedaqoji kadrların təkmilləşdirilməsi, ixtisasının artırılması və yenidənhazırlanması sahəsində özünəməxsus ənənələrə, zəngin təcrübəyə malik olan bu institutun müxtəlif adlar altında, m...
ANL
Təhsilimizin yeni inkişaf dövrü. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkə miqyasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində islahatlar mərhələ-mərhələ həyata keçirilir. Son illərdə iqtisadiyya...
ANL
Tanınmış riyaziyyatçı alim və. şair Hamlet İsaxanlı ilə görüş. Dekabrın 13-də Bakıdakı 264 nömrəli tam orta məktəbdə Azərbaycanın çağdaş riyaziyyat məktəbinin tanınmış nümayəndəsi, fizika-riyaziyyat elmləri doktoru, professor, ölkəmizdə ilk ingilisdilli Xəzər Universitetinin təsisçisi, istedadlı şair Hamlet İsaxanlı il...
ANL
Altı yaşlı Mələyin fərdi rəsm sərgisi. Dekabrın 15-də Abşeron rəsm qalereyasında 6 yaşlı Mələk Şəfiyevanın "Mənim rəngli dünyam" adlı fərdi rəsm sərgisi keçirildi. Tədbiri giriş sözü ilə Nizami rayon Uşaq- Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti açaraq qeyd etdi ki, mərkəzin başlıca vəzifəsi dərin və hərtərə...
ANL
"Məktəblinin frazeoloji lüğəti". Bu yaxınlarda işıq üzü görmüş izahlı frazeoloji lüğətlərdən biri F.H.Hüseynov və B.B.Əhmədovun tərtib etdikləri "Məktəblinin frazeoloji lüğəti" kitabı Azərbaycan dili materialları əsasında məktəblilər üçün nəzərdə tutulmuş ilk vəsaitdir. Əvvəla onu bildirək ki, bu lüğət müəlliflərin uzu...
ANL
Bir peşə liseyi kontekstində real inkişaf tendensiyaları. Bəzi hallarda ilk peşə-ixtisas təhsili müəssisələrində genişprofilli kadr hazırlığına ikili münasibət səsləndirildiyinin şahidi oluruq. Bizim liseydə 6 istiqamət üzrə - inşaat, kompüter texnikası, mühasibatlıq, avtomobil təmiri, ictimai iaşə və ticarət sahələri ...
ANL
Mədəniyyətimiz tarixilik və müasirlik kontekstində. Bu yaxınlarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin "Mədəniyyətimizdə tarixilik və müasirlik" adlı kitabı işıq üzü görüb. Kitabda milli teatrımızın, kinomuzun, m...
ANL
Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub. NDU-nun Heydər Əliyev Universitetinin 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş 152-ci məşğələsi keçirilib. Tədbirdən öncə çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi ə...
ANL
Belçika Krallığının təhsil sistemi. Paytaxtı: Brüssel şəhəri. Dövlət dili: Holland, fransız və alman dilləri. Şimal-qərbi Avropada yerləşən və federal dövlət quruluşuna malik Belçika Krallığında əsasən üç dildə-holland, fransız və alman dillərində təhsil verilir. İnzibati baxımdan 3 regiona bölünən ölkədə təhsilin idar...
ANL
Təhsilimizdə aparılan qiymətləndirmələr barədə. ABŞ-ın Montana Universitetində "Kurikulum hazırlığı" kursu üzrə təhsil alan kurikulum mütəxəssisi və kifayət qədər pedaqoji staja malik Azərbaycan dili və ədəbiyyat, fizika müəllimləri kimi ölkəmizin təhsil sistemində aparılan qiymətləndirmələr barədə öz mülahizələrimizi ...
ANL
700 bal toplamış tələbələr ilk imtahanlara necə hazırlaşırlar? Artıq ali və orta ixtisas təhsili müəssisələrində tədris ilinin ən məsul dövrü yaxınlaşır. Qış imtahan sessiyasının həyəcan dolu anlarını yaşayan tələbələr bu günlərdə imtahan verəcəkləri fənlərə daha ciddi hazırlaşırlar. Təbii ki, dərslərə daim hazırlıqlı ...
ANL
"Şöhrət" ordenli muğam ustası Mənsum İbrahimov Azərbaycan Müəllimlər İnstitutunun qonağı oldu. Dekabrın 22-də Azərbaycan Müəllimlər İnstitutunda "Şöhrət" ordenli muğam ustası Mənsum İbrahimovla görüş keçirildi. Tədbir Mənsum İbrahimovun həyat və yaradıcılığını əks etdirən filmin nümayişi ilə başlandı. AMİ-nin rektoru, ...
ANL
Ümumtəhsil məktəblərində "Şahmat" fənninin tədrisi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2009-cu il tarixli, 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" ölkəmiz...
ANL
Kollegiya qərarının icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın yerinə yetirilməsinin yekunları haqqında" məlumat və nazirliyin kollegiyasının müvafiq qərarı nəzərə alınsı...
ANL
Tələbələrin XXII Respublika elmi konfransı və konfrans çərçivəsində keçirilən "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı müsabiqənin yekunları barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ali məktəb tələbələrinin XXII Respublika elmi konfransı və konfrans çərçivəsində "Müstəqilliyimiz əbədidir, daim...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci tədris ilinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək m...
ANL
ADNA-nın əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50 illik yubileyinə həsr olunan tədbir keçirildi. Dekabrın 27-də Azərbaycan Dövlət Neft Akademiyasının əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50 illik yubileyinə həsr olunan tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra al...
ANL
Bakı Musiqi Akademiyasının 90 illik yubileyi qeyd edildi. Dekabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Tədbirdə nazirlər, dövlət adamları, millət vəkilləri, rektorlar, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimlə...
ANL
Təhsil Nazirliyində mükafatlandırılma mərasimi. Dekabrın 29-da Təhsil Nazirliyində ötən ilin yekunlarına əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançılar, məşqçi-müəllimlər arasında keçirilən respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü...
ANL
Yeni il təbrikləri. Başa çatmaqda olan 2011-ci il ölkəmizin və xalqımızın həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Əsası Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış müdrik daxili və xarici siyasət, nəhəng quruculuq işləri onun siyasi varisi, müasi...
ANL
"Gənc Proqramçılar Məktəbi" yenidən fəaliyyətə başladı. Ölkəmizdə informatika və İKT-nin elmi-nəzəri əsaslarının, müxtəlif problemlərinin, onların həlli yollarının araşdırılması, inkişaf perspektivləri və meyillərinin müəyyən edilməsi, o cümlədən informatika elminin inkişafında dəyərli töhfələrini verən AMEA İnformasiy...
ANL
Azərbaycanda dövlət büdcəsinin dinamik artımı fonunda təhsil sferasına ayrılan xərclər və ali təhsildə aparılan maliyyə islahatının mövcud vəziyyəti. İqtisadi vəziyyət, təhsilə dövlət qayğısı. Qeyd etməliyik ki, 2011-ci hesabat ili dünya iqtisadiyyatında qlobal maliyyə böhranının mənfi nəticələrinin aradan qaldırılması...
ANL
Nəsirəddin Tusi adına gimnaziyanın 20 illik yubileyi qeyd edilib. Bu günlərdə Bakıdakı Muzey Mərkəzində N.Tusi adına gimnaziyanın 20 illik yubileyi keçirilib. Tədbirdə gimnaziyanın müəllim-şagird kollektivi, Təhsil Nazirliyinin, Almaniyanın, Rusiyanın, Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, valid...
ANL
"Təhsilin əsasları" fənni üzrə təlim kursunu bitirmiş mütəxəssislərə sertifikatlar təqdim olundu. Fevralın 11-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində "Təhsilin əsasları" fənni üzrə təlim kursu keçmiş mütəxəssislərə sertifikatlar təqdim edildi. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov işti...
ANL
Təhsil Nazirliyinin Kollegiyasında ötən ilin yekunları və bu il qarşıda duran vəzifələr müzakirə olunub. Xəbər verdiyimiz kimi, yanvarın 27-də Təhsil Nazirliyində geniş kollegiya iclası keçirilib. Kollegiya üzvləri ilə yanaşı, Prezident Administrasiyasından, Nazirlər Kabinetindən, digər dövlət qurumlarından, YAP-dan nü...
ANL
Təhsildə İKT-nin tətbiqinə həsr olunmuş baxış-sərgi keçirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbayc...
ANL
Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə Azərbaycan bəstəkarlarının əsərlərinin və xalq mahnılarının, rəqslərinin öyrənilməsi istiqamətində aparılan işləri daha da y...
ANL
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ulu öndər Heydər Əliyevin adı bəşər tarixində müstəsna xidmətlər göstərmiş sayılıb-seçilən ən məşhur və nüfuzlu şəxsiyyə...
ANL
SSRİ-nin həbsxana və düşərgələr şəhəri. Maqadana minlərlə azərbaycanlı sürgün olunub. Bu yerlərə sürgün edilənlər 1-2 ildən çox yaşaya bilməyiblər. Gedəcəyim növbəti keçmiş düşərgə isə Maqadandan 500 kilometr aralı olan Seymcan qəsəbəsi yaxınlığındakı Lazo və Kanyon-1 adlanan həbs düşərgələrinin xarabalıqları olacaqdı....
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Ali məktəbi bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərində yerləşən hərbi hissəyə göndərilib. Azərbaycan Hərbi Hava Qüvvələri yarananda xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında təyyarəçi-operator vəzifəsində davam etdirib. Ruslan 1992-ci ildən başlayaraq erməni hərbi birləşm...
ANL
Urbana-Şampeyn İllinoys Universiteti. Yerləşir: ABŞ, İllinoys ştatı, Urbana və Şampeyn şəhərləri. Urbana-Şampeyn İllinoys Universiteti (University of Illinois at Urbana-Champaign (UIUC)) ABŞ-ın İllinoys ştatının iki qardaşlaşmış şəhərində - Urbana və Şampeyndə yerləşir. Bu təhsil müəssisəsi İllinoys Ştatı Universitetin...
ANL
Azərbaycan ilə Gürcüstanın təhsil sahəsində əməkdaşlığı genişlənir. Fevralın 1-də təhsil naziri Misir Mərdanov Gürcüstan Prezidentinin anası, Beynəlxalq Qara dəniz Universitetinin prorektoru, professor Giuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları səmimi salamlayan təhsil naziri Azərbaycan...
ANL
Təhsil Nazirliyində mətbuat konfransı. Yanvarın 28-də Təhsil Nazirliyində 2-ci Respublika muğam müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransı giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı ...
ANL
Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru. Adəti idi, hər gunorta bir stəkan çay içib, ağır, ləngərli yerişlə institutdan çıxıb Xəzər sahilinə yollanardı. Hər dəfə də yolunun sağındakı qaramtıl-qəhvəyi divarlı binanın yanından ötəndə ürəyindən elə bil daş asılardı. Yadına Müşfiq düşərdi, Hacı Kərim Sanılını xatırlardı,...
ANL
İxtisasartırma, təkmilləşdirmə, dayaq məntəqələri: mexanizm və problemlər. Azərbaycan Respublikasında həyata keçirilməkdə olan islahatlar tədrisin təşkili, müasir təlim metodlarının tətbiqi, yeni plan və proqramların, alternativ təlim metodlarının prosesdə istifadəsi, pedaqoji kadrların ixtisasının artırılması və tətbi...
ANL
"Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər" mövzusunda ümumrespublika konfransı. Azərbaycan Universitetində 2 fevral - Azərbaycan Gəncləri gününə həsr olunmuş "Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: reallıqlar, perspektivlər" mövzusunda gənc tədqiqatçıların ümumrespublika elmi-praktik konfr...
ANL
AMEA-nın Xarici dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Səidə İbrahimova ilə söhbət. - Səidə xanım, hər bir insanın həyatında aqibətin tələbi olur. Şübhəsiz ki, dilçilik sahəsinə bağlanmağınız da təsadüfi deyil, bir aqibət işidir. - Mənim həyatımda bu sahəyə həmişə böyük bir sevgi olub. Lap əv...
ANL
İsmayılova Bahar İsmayıl qızı - Azərbaycan Respublikasının qabaqcil təhsil işçisi, ali kateqoriyalı müəllim, respublika üzrə "Ən yaxşı müəllim" və digər müsabiqələrin ilk qaliblərindən biri, Zaqatala humanitar fənlər gimnaziyasının, Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının riyaziyyat-informatika müəllimidir....
ANL
Yazıçı Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir. Qobustan rayonu M.Sahibov adına Ərəbqədim kənd orta məktəbində görkəmli alim, pedaqoq, yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Rüsxət Bəzirov...
ANL
Yanvarın 26-da Qafqaz Universitetində "Elektrik və Elektronika Mühəndisləri İnstitutu (İEEE) üzvü olmağın fayda və imkanları" mövzusunda seminar keçirildi. Seminar iştirakçıları öncə Qafqaz Universitetinin fəaliyyətindən, burada təhsil almağın üstünlüyündən, yaradılmış şəraitdən, təhsil ocağının iş dünyası ilə əlaqələr...
ANL
Sintaktik təhlil ən yaxşı vasitədir. Müasir təhsilin əsas məqsədi təlim-tərbiyə prosesinin səmərəliliyini maksimum artırmaq, müstəqil düşünən, tədris fənlərini dərindən mənimsəyən və aldığı bilikləri tətbiq etməyi bacaran, geniş dünyagörüşə malik şəxsiyyətlər yetirməkdən ibarətdir. Bu isə təhsil sistemində böyük dəyişi...
ANL
"Pedaqoji oçerklər: sələflərim və müasirlərim". Azərbaycanda ibtidai təhsil pedaqogikası və metodikası sahəsində korifeylik qazanmış professor Yəhya Kərimovun hələ neçə il əvvəl gənc alim Fərrux Rüstəmov barədə söylədiyi fikir öz təsdiqini tapıb. Doğrudan da, F.Rüstəmov bu gün pedaqoji elmimizin tədqiqi, təbliği, eləcə...
ANL
Sumqayıtda gənc rəssamların sərgisi keçirildi. Yanvarın 28-də Sumqayıtda yerləşən Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində rəsm sərgisi keçirildi. Mərkəzin rəssamlıq dərnəyinin üzvləri Gülnar Məmmədova və Əfsanə Piriyevanın rəsm əsərlərindən ibarət olan sərgidə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, təh...
ANL
Musiqi ilə rənglərin harmoniyası. Azərbaycanda musiqi ifaçılığının digər növləri kimi klarnet sənəti də böyük bir tarixi yol keçib. Bu sənətin Şəmsi İmanov, Vəli Qədimov kimi peşəkarları olub ki, zaman keçdikcə onların ardıcılları yetişib. Sevindirici haldır ki, bu məktəbi təmsil edən gənc ifaçılar sələflərinin yolunu ...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Rəhimov Koroğlu İsmayıl oğlu. Birinci sinfə Yaqublu kənd orta məktəbində gedən Koroğlu sonra ailələri ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalılar kəndinə köçüb. Orta təhsilini Həbil kənd orta məktəbində başa çatdıraraq, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitut...
ANL
Mübarizləri olan vətən basılmaz. Fevralın 8-də Bakıdakı 95 nömrəli orta məktəbdə xalqımızın vətənpərvər, qeyrətli oğullarından biri olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahir Süleymanov açaraq Mübariz İbrahimovun torp...
ANL
Belə dərslikləri təqdir edirik. Təhsil islahatının mühüm istiqamətlərindən biri də yeni nəsil dərsliklərin tərtib olunması və nəşr edilməsidir. Bu sahədə görülən işlər təqdirəlayiqdir. Son illər çap olunan onlarca dərslik və dərs vəsaitləri öz məzmunu, tərtibatı, yeni texnologiyalarla səsləşməsi baxımından pedaqoji ict...
ANL
SSRİ-nin həbsxana və düşərgələr şəhəri. Maqadana minlərlə azərbaycanlı sürgün olunub. Mənim RF DİN-in Maqadan vilayəti üzrə arxivinə verdiyim Zaqafqaziyadan sürgün edilmiş soydaşlarımızın taleyi barədə sorğulara aldığım cavablarda "güllələnmişdir" sözünə çox az rast gəldim. Buna baxmayaraq, insanlar bu yerlərdə gözəl k...
ANL
O müəllim xoşbəxtdir ki.. O müəllim xoşbəxtdir ki, öz şagirdlərinin qəlbində xoş duyğularla xatırlanır. Öz biliyini, ürəyinin hərarətini, gözünün nurunu böyük xeyirxahlıq və qayğıkeşliklə dərs dediyi şagirdlərinin qəlbinə hopdura bilir. Şagirdlərinin uğuru ilə uşaq kimi sevinir, bu şərəfli yolda saç ağardır. Bax, beləc...
ANL
Yerləşir: Belçika Krallığı, Flandriya vilayəti, Löven şəhəri. Löven Katolik Universiteti (Catholic University of Leuven) Belçikanın Flandriya siyasi-coğrafi regionunda, Löven şəhərində yerləşir. Universitet ölkənin ən böyük və qədim ali məktəbidir. Kortreyk şəhərində də ali məktəbin kampusu mövcuddur. Böyük Britaniyanı...
ANL
Almaniyada təhsil sistemi. Almaniya Federativ Respublikası. Paytaxtı: Berlin şəhəri. Burada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərk...
ANL
Dərketmə problemi. Görmək təkcə tamaşa eləmək deyil, gördüyünü həm də dərk eləmək lazımdır. Müəllimin müqəddəs vəzifəsi şagirdlərə dərketmə bacarığını aşılamaqdır. Uzun illər pedaqoji sahədə çalışan və kifayət qədər təcrübəsi olan müəllimlər indiyə kimi saysız-hesabsız tədris formalarından və metodlarından istifadə edi...
ANL
Kurikulumların tətbiqi ilə bağlı "dəyirmi masa". Fevralın 4-də Bakı şəhərindəki 283 nömrəli orta məktəbdə "Kurikulumların tətbiqi və şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirməsi" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzinin əməkdaşları, ibtidai sinif müəllimləri i...
ANL