text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Tədbiri kompleksin müdiri, respublikanın əməkdar müəllimi Sara Xanlarova giriş sözü ilə açaraq bildirdi ki, artıq neçə illərdir məktəbin kollektivi tərəfindən böyük həvəslə qeyd olunan məzun günü təhsil kompleksində aparılmış yenidənqurma işlərindən sonra ilk dəfədir ki, keçirilir. Müasir şəkildə yenidən qurulmuş kompl...
ANL
Strateji planlaşdırma mexanizmi və onun tətbiqi. İdarəetmə sahəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə təsir göstərən amilləri öyrənmək və onları düzgün planlaşdıraraq inkişafa gedən yolun - strategiyanın dəqiq müəyyənləşdirilməsini təmin etmək aktual problem kimi qarşıya qoyulur. Ümumiyyətlə, təhsildə keyfiyyət d...
ANL
2009-2010-cu tədris ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında xarici dil fənni üzrə nəticələr barədə. Ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında xarici dil fənni üzrə test tapşırıqları tərtib edilərkən tam kurs, yəni keçilmiş bütün mö...
ANL
"Səmərəli məktəb layihəsi"nin təqdimatı oldu. Fevralın 5-də Təhsil Nazirliyində "Səmərəli məktəb layihəsi"nin təqdimat mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavinləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, layihənin həyata keçirildiyi məktəblərin nümayəndələri iştirak edirdilər. ...
ANL
"Elektron təlimləndirən sistemlər" layihəsinə həsr olunmuş tədbir. Fevralın 5-də Təhsil Nazirliyində xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün "Elektron təlimləndirən sistemlər" layihəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçiləri, layi...
ANL
Qərarın elan olunması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarını elan edirəm: "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edil...
ANL
Təhsil Nazirliyində görüş. Fevralın 9-da təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya üzrə meneceri Herbert Strobel, layihə üzrə məsləhətçi Rudiger Heininq və layihə üzrə köməkçi M...
ANL
Layihənin yekun konfransı. Fevralın 8-də "Hyatt" otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" (AzVET) layihəsinin yekun konfransı keçirildi. Qeyd edək ki, AzVET layihəsinin reallaşdırılmasında qarşıya qoy...
ANL
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş atletika yarışı. Fevralın 10-da Respublika Olimpiya Mərkəzində, Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin, Uşaq-Gənclər Futbol Məktəbinin Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş atletik...
ANL
Bioetika müasir elm sahəsidir. Mütəxəssislər onu insanın təbabət və biologiyadakı fəaliyyətinin mənəvi tərəfləri haqqında elm adlandırırlar. 2 il həmin universitetin məhkəmə təbabəti kafedrasında kliniki ordinaturada, 3 il isə aspiranturada təhsil alaraq elmi tədqiqat işləri aparıb. 1997-ci ildə məhkəmə təbabəti üzrə n...
ANL
Orta əsrlər ədəbiyyatının tədqiqatçısı, elm təşkilatçısı. Kamil mətnşünas, ədəbi əlaqələri öyrənən alim, folklorşünas. Atası Məmmədtağı Ərəszadə dövrünün tanınmış din xadimi, tərcüməçi və publisist idi. Həmid Araslı atasını çox tez itirmiş, atalığının himayəsində böyümüşdür. 1921-ci ildə Gəncədə (Yelizavetpolda) açılmı...
ANL
"Universitetimizin beynəlxalq əlaqələrini daha da genişləndirmək fikrindəyik". Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayevdir. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. Eyni zamanda Azərbaycan Dillər Unive...
ANL
"Səhnəyə həmişə yaşıma görə çətin olan əsərlərlə çıxmışam". Hələ kiçik yaşlarından musiqiyə olan istedadı ilə yaşıdlarından fərqlənər, Ü.Hacıbəyovun romans və ariyalarına qulaq asar, bu əsərləri pianoda səsləndirməyə çalışardı. Musiqiyə olan marağı və istəyi ilə valideynləri onu 7 yaşında ikən Bakı şəhəri Leopold və Ms...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Rzayev Canpolad Yaqub oğlu. Rayonun Əhmədavar kəndindəki orta məktəbin səkkizinci sinfini bitirib. O, bir müddət kolxozda işləyib. 1988-ci ildə ordu sıralarına çağırılıb, hərbi xidmətini raket qoşunları hissəsində keçirib. Xidmətini başa çatdırdıqdan sonra hərbi hissədə qalıb təhsilini ...
ANL
Səhnə xadimləri ilə görüş. Bakıdakı 5 nömrəli orta məktəbdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir qrup səhnə ustası ilə görüş keçirilib. "Maskasız, qrimsiz görüşlər" silsiləsindən olan tədbirdə xalq artistləri İlham Əsgərov, Firəngiz Mütəllimova, aktrisa Vəfa Rzayeva ilə yanaşı, teatrın direktor müavini, ...
ANL
Tanınmış tənqidçi, ədəbiyyatşünas alim Əhəd Hüseynovun vəfatından sonra onun "Tənqid və ədəbi proses" kitabı işıq üzü görüb. Alimin qızı - ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının əməkdaşı Zərnurə Əhədqızı tərəfindən tərtib olunan kitab "Nurlan" nəşriyyatı tərəfindən çap olunub. Kitabda Azərbaycan əd...
ANL
Məktəblilərin vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verilir. 2010-2011-ci dərs ilində Bakıdakı 17 nömrəli orta məktəbdə şagirdlərə möhkəm və əsaslı bilik vermək, proqram materiallarını şüurlu surətdə və dərindən mənimsətməklə yanaşı, onların vətənpərvərlik, estetik, fiziki, əxlaqi tərbiyəsinə və hərtərəfli inkişafına...
ANL
"Öyrədənləri öyrədən" təlim kursu keçirilib. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq Şirvan şəhərində "Öyrədənləri öyrədən" təlim kursu keçirilmişdir. Kursa 26 nəfərlik rəhbər heyət cəlb olunmuşdur. Təlim kursuna Təhsil Problemləri İnstitutunun şöbə müdiri, pedaqoji elmlər namizədi İlham Cavadov və institutun b...
ANL
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı. Bu günlərdə A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 23-cü ili münasibəti ilə anım mərasimi keçirilib. Azərbaycanın Dövlət himni səsləndi. Qəhrəmanın həyat və döyüş yoluna həsr olunmu...
ANL
Şəhidin xatirəsinə ehtiram. Fevralın 12-də Bakıdakı Ş.Əfəndizadə adına 13 nömrəli orta məktəbdə bu təhsil ocağının məzunu, şəhid Məhəmməd Sabir oğlu Əhmədovun anım günü münasibəti ilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Dövlət himninin səslənməsi ilə başla...
ANL
Kimyanın tədrisində inteqrasiya və ondan istifadənin səmərəli yolları. Bugünkü təhsil təcrübəsi göstərir ki, təlim prosesində müxtəlif inteqrasiya metodlarından istifadə etmədən hər hansı bir fənnin, o cümlədən kimyanın tədrisində uğur əldə etmək çətindir. Təlim prosesində motivasiyanın yaradılması, sinifdə fəallığın a...
ANL
Yerləşir: Böyük Britaniya, İngiltərə, Birminhem şəhəri. il - universitet statusu almışdır. Birminhem Universiteti (University of Birmingham) İngiltərənin Birminhem şəhərində Vest-Midlends vilayətində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ild...
ANL
Amerika Birləşmiş Ştatlarında təhsil sistemi. Amerika Birləşmiş Ştatları. Paytaxtı: Vaşinqton şəhəri. Dövlət dili: İngilis dili. Amerika Birləşmiş Ştatları (ABŞ) geniş perspektivlər və hədsiz imkanlar ölkəsidir. ABŞ elmi-tədqiqatların, qabaqcıl texnologiyaların tətbiqi və sənayenin inkişafı sahəsində böyük uğurlar qaza...
ANL
Altmış illik mənalı ömür. Zaman-zaman qədim oğuz yurdu olan indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar gizli və açıq deportasiyaya məruz qalmış, tarixən yaşadıqları ərazidən, dədə-baba torpaqlarından qovulmuşlar. Deportasiya prosesi dəyişmiş formalarda fasilələrlə, demək olar ki, sovet hakimiyyəti illərində d...
ANL
Strateji planlaşdırma mexanizmi və onun tətbiqi. (Əvvəli qəzetimizin ötən nömrəsində). Strateji və fəaliyyət planlarının qarşılıqlı əlaqəsi, onların təhsil sistemində əhəmiyyəti və hazırlanma prosedurları. Strateji planlaşdırma təşkilatın məqsədləri və potensial imkanlarını nəzərə almaqla həlledici qərarların qəbul edi...
ANL
Tərcümə fənnini tədris edən müəllimlər üçün seminar. Fevralın 1-dən 5-nə kimi Azərbaycan Dillər Universitetində TEMPUS proqramı çərçivəsində "Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar" mövzusunda treninq keçirildi. Bu tədbirə universitetin tərcümə fakültəsinin müəllimləri ilə yanaşı, Gəncə Dövlət U...
ANL
Ali məktəb tələbələrinin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının keçirilməsi barədə. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı. Azərbaycan xalqının ümummilli lideri...
ANL
Ümumtəhsil məktəblərinin müəllimləri arasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş şahmat yarışının keçirilməsi haqqında. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı. Azərbaycanda şahmat geniş y...
ANL
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə. Olimpiadaların yekun turunun iştirakçıları 17 mart 2011-ci il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər: - Azərbaycan dili və ədəbiyyat...
ANL
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. İlk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnıla...
ANL
Xocalı soyqırımının on doqquzuncu ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Xocalı soyqırımının on doqquzuncu ildönümünün təhsil müəssisələrində qeyd olunması məqsədilə. Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliy...
ANL
"Təhsilin əsasları" fənni üzrə təlim kursunu bitirmiş mütəxəssislərə sertifikatlar təqdim olundu. Fevralın 11-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində "Təhsilin əsasları" fənni üzrə təlim kursu keçmiş mütəxəssislərə sertifikatlar təqdim edildi. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov işti...
ANL
Təhsil Nazirliyinin kollegiyasında korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə edilib. İclasda nazir müavinləri, nazirliyin müvafiq struktur bölmələri və şöbələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bir...
ANL
Azərbaycan ali təhsilində idarəetmə. Nyu-Yorkdakı Pratt Strateji Planlaşdırma və İnstitutsional Tədqiqatlar İnstitutunun icraçı direktoru Vladimir Brillerin mülahizələri. Hazırda Dünya Bankı Azərbaycanda ali təhsilin təkmilləşdirilməsi istiqamətlərinin işlənib hazırlanması məqsədilə Yaponiya hökuməti tərəfindən maliyyə...
ANL
İntellektual potensialın inkişaf etdirilməsi və onun qorunub-saxlanması hər bir dövlətin öz qarşısında qoyduğu əsas məqsəddir. Mövcud olduğu 90 il ərzində Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmiş Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyi də məhz bu məqsədlə, BDU-nun rekt...
ANL
İstedadlı alim, görkəmli pedaqoq, xalq sənətinə bağlı yazıçı. Əbdüləzəl Dəmirçizadənin başlıca idealı Azərbaycan dilinin məna gözəlliklərini qorumaq və zənginləşdirmək idi. "...Mən professor Bəkir Çobanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir, Abdulla Şaiq kimi görkəmli şəxslərin tələbəsi olmuşam, ədəbiyyat, incəs...
ANL
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə nəticələr barədə. Bütün ölkələrdə tədris olunan fənlər sırasında ana dilinin öyrədilməsi birinci sırada durur. Bu, ilk növbədə, xalqın dilinə, mədəniyyətinə, milliliyin qorunmasına yönəldilmiş ...
ANL
Dünya Bankı ilə əməkdaşlıq uğurla davam etdirilir. Fevralın 22-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb. Qonaqları səmimi salamlayan nazir Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrin uğurla davam etdiyini bildirib. Birgə görülən işlər...
ANL
Güllələnmiş arzular. "Anamı qətlə yetirən ermənilərin o murdar sifətləri indi də gözlərim önündədir". - Ceyhun, istərdik ki, oxucularımıza özün barədə kiçik bir bilgi verəsən. Orta təhsilimi Bakı Avropa Liseyində almışam. Əvvəlcə Xəzər Universitetinin tibbi biologiya fakültəsinə qəbul olunmuşam. Sonra isə Azərbaycan Be...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Səlimov Araz Bahadur oğlu. Orta məktəbi də orada bitirərək sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb. Araz 1980-ci ildə Çelyabinsk vilayətində hərbi xidmətini başa çatdırıb ordudan tərxis olunaraq Xocalıya qayıdıb. 1988-ci ildə doğma Azərbaycanın başı üzərini qara buludlar alıb q...
ANL
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi. Yerləşir: Böyük Britaniya, İngiltərə, London şəhəri. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (London School of Economics and Political Science, qısaca LSE) Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir və sosial elmlər üzrə ixtisaslaşmış dövlət tədqiqat univers...
ANL
Bu gün universitet anlayışının əsas zəmini kimi istifadə olunan "universe" termini kainat, aləm, dünya qarşılığını ifadə edərək əsrlər boyu cəmiyyətin, sosiumun magistral inkişaf xətlərini, sivilizasiyaların intibah çevrəsini müəyyənləşdirmişdir. Dünyada modern universitet anlayışı yeni biliklərin, innovativ düşüncənin...
ANL
Niderlandda təhsil sistemi. Paytaxtı: Amsterdam şəhəri. Ölkənin rəsmi adı Niderlanddır. Belə ki, ölkə ərazisinin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. 12 əyaləti olan ölkənin yalnız iki qərb əyalətinin (Şimali və Cənubi Hollandiya) adı Hollandiyadır. Bu əyalətlər tarixən ölkənin ən inkişaf etmiş əraziləri...
ANL
XX əsrdə xalqımızın başına gələn bəlaları, müsibətləri, məşəqqətləri, faciələri saymaqla qurtaran deyil. Azərbaycan xalqına qarşı elan olunmamış amansız və ədalətsiz müharibədən 22 il keçməsinə baxmayaraq, hələ də müharibə şəraitində, səksəkədə yaşayırıq. Erməni quldurlarına havadarlıq edən rus zabitləri dünyanın cılız...
ANL
Türkiyədəki Mustafa Kamal Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib. Türkiyədəki Mustafa Kamal Universitetində "Erməni problemi və Xocalı soyqırımı" mövzusunda konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə universitetin professor-müəllim heyəti və tələbələri Xocalı soyqırımı qurbanlarının ...
ANL
İndoneziyada da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb. Azərbaycanın İndoneziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin Kharisma Bangsa Qlobal Təhsil Mərkəzində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın Xarici İşlər Nazirliyindən, ...
ANL
"Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2011-ci il tarixli, 22 nömrəli qərarının elan olunması və icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2011-ci il tarixli, 22 n...
ANL
Dünya Bankı ilə əməkdaşlıq uğurla davam etdirilir. Fevralın 22-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb. Qonaqları səmimi salamlayan nazir Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrin uğurla davam etdiyini bildirib. Birgə görülən işlər...
ANL
Təhsil Nazirliyində görüş. Fevralın 23-də təhsil naziri Misir Mərdanov Estoniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aivo Oravla görüşüb. Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq Estoniya ilə əlaqələrin hələ keçmiş Sovetlər Birliyi dönəmində mövcudluğunu və bu əlaqələrdə təhsil...
ANL
Təhsil Nazirliyində müşavirə. Fevralın 24-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov cari ilin yanvarında nazirliyin bütün struktur bölmələrinin 2010-cu ildə gördüyü işlərə dair hesabatlarının dinlənildiyini və bu tədbirlərin qarşıda duran vəzifələrin yerinə y...
ANL
II Respublika muğam müsabiqəsinə yekun vuruldu. Fevralın 20-dən 24-dək Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında II Respublika muğam müsabiqəsi keçirilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əli...
ANL
Tibbi kadrların hazırlanması məsələləri müzakirə edildi. Naxçıvan Dövlət Universitetində tibb təhsili üzrə mütəxəssis hazırlığının vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilmişdir. NDU-nun rektoru, akademik İsa Həbibbəyli yığıncaqda çıxış edərək ümummilli lider Heydər Əliyevin və Naxçıvan MR Ali Məcl...
ANL
Polşa səfiri tələbələrlə görüşüb. Fevralın 19-da Azərbaycan Dillər Universitetinın İnformasiya Resurs Kompleksində (İRK) "Mədəniyyətlərarası dialoq" proqramı çərçivəsində Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labendanın tələbələrlə görüşü keçirildi. Gorüşdə universitetin professor-...
ANL
Ötən il Naxçıvan Dövlət Universiteti üçün uğurlarla zəngin olub. Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli məruzə edərək Naxçıvan Muxta...
ANL
ADU-nun Mətbuat xidməti iki yaşını qeyd etdi. Təltif olunanlar arasında qəzetimizin və əməkdaşımızın adları da var. Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin 2 illiyi ilə bağlı tədbir keçirildi. Tədbirdə əvvəlcə mətbuat xidmətinin fəaliyyətini özündə ...
ANL
Direktoru: Aygün Əhmədli, elmlər namizədi, əməkdar müəllim. Liseyin yaranmasının ideya müəllifi tanınmış riyaziyyatçı Rafil İmanov olmuşdur. Liseyin yaradılmasında məqsəd Bakı şəhərində yaşayan istedadlı şagirdləri aşkar edib, onları layiqli vətəndaş kimi formalaşdırmaq idi. Yarandığı müddətdən bu günə qədər fəaliyyət ...
ANL
Fevralın 18-də Bakıdakı 276 nömrəli məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Şagird şəxsiyyətinin formalaşmasında, layiqli vətəndaş kimi yetişməsində məktəbdənkənar və sinifdənxaric tərbiyə işlərinin rolu" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbirdə Bakı məktəblərinin direkt...
ANL
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011...
ANL
Alimin yubileyi qeyd edildi. Fevralın 22-də Azərbaycan Dillər Universitetinin böyük Akt zalında universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusovun 60 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Əvvəlcə yubilyarın həyat və fəaliyyətini əks etdirən videoslayd nümayiş etdirildi. Azərbaycan Respubli...
ANL
BSU-nun Məktəb-Lisey Kompleksində təcrübəçi tələbələr üçün nümunəvi dərslər günü. Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksində ənənəvi olaraq pedaqoji təcrübədə olan tələbələr üçün "açıq dərs"lər təşkil edildi. Dərslərin keçirilməsində məqsəd təcrübədə olan tələbələrə müasir tədris metodları və texnologiyalarını...
ANL
21 fevral - Beynəlxalq Ana Dili Günü Bakıdakı 264 nömrəli orta məktəbdə böyük sufi şairi, ilahi eşqin alovlu tərənnümçüsü, övliya Yunis Əmrənin həyat və yaradıcılığına həsr olunmuş tədbirlə qeyd olundu. Ana dili günündə böyük türk şairinin yada salınması təsadüfi deyildi. Çünki məhz bu müqtədir söz ustasının türk şeiri...
ANL
Bu qan yerdə qalmayacaq. Çağdaş tariximizə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktı kimi düşmüş Xocalı faciəsinin 19-cu ildönümü Bakıdakı İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə silsilə tədbirlər və anım mərasimi ilə qeyd olundu. Təhsil Nazirliyinin "Xocalı soyqırımının on doqquzunc...
ANL
Fevralın 24-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Xocalı soyqırımı - tarix unudulmur" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu....
ANL
"Amerikada keçirilən festivalda qalib olduq". Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilmiş IV Beynəlxalq Uşaq Festivalına Bakı şəhəri Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gənc rəssamları da qoşulmuşlar. Mərkəzin direktoru Lalə Qətinin sözlərinə görə, Beynəlxalq Uşaq İncəsənət Fondun...
ANL
Axtarışlarda keçən ömür sahibi. Tahir Musa oğlu Pənahov 10 iyun 1936-cı ildə Qərbi Azərbaycanın Dağ Borçalısının Soyuqbulaq kəndində anadan olmuşdur. 1955-ci ildə Gürcüstanın Bolnisi rayonunun adlı-sanlı Faxralı kənd orta məktəbini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbayc...
ANL
Qərbi Avstraliya Universiteti. Yerləşir: Avstraliya, Qərbi Avstraliya ştatı, Pert şəhəri. Qərbi Avstraliya Universiteti (University of Western Australia) Avstraliyanın Qərbi Avstraliya ştatının ən böyük şəhəri olan Pertdə yerləşir və ştatın qədim ali məktəbidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - ...
ANL
Hindistan Federativ Respublikasının təhsil sistemi. Hindistan Federativ Respublikası. nəfər. Paytaxtı: Dehli şəhəri. Hindistan Federativ Respublikası Cənubi Asiyada, Hindistan yarımadasında yerləşir. Ötən əsrin ortalarında müstəqilliyinə qovuşan Hindistan 28 ştatdan, 7 muxtar ərazidən ibarətdir. Hindistan qədim və zəng...
ANL
"Ümid qapısı, mərhəmət ünvanı" adlı kitabın təqdimat mərasimi keçirildi. kitabının təqdimatı keçirildi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya həsr edilən "Ümid qapısı, mərhəmət ünvanı" kitabının təqdimat mə...
ANL
BDU ilə Xarkov Milli Universiteti arasında memorandum imzalanıb. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov V.N.Karazin adına Xarkov Milli Universitetinin birinci prorektoru, professor Vladimir Aleksandrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Universitet haqqında qonaqlara ətraflı məluma...
ANL
Bakı Dövlət Universitetində möhtəşəm "Məzun günü". Universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib. Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor dövlət başçısının bu sahələrin inkişa...
ANL
Bakıda ilk dəfə orta məktəb məzunlarına həsr olunmuş möhtəşəm tədbir keçirildi. İyunun 30-da paytaxtımızdakı "Buta" sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq "Məzun - 2011" tədbiri keçirildi. Tədbirdə B...
ANL
İanə fondunun gəlirləri: 3 milyard ABŞ dolları. Dartmut Kolleci (Dartmouth College) ABŞ-da Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşir və ştatın ən böyük özəl universitetlərindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya ...
ANL
Güzəranın ağırlığına görə ibtidai təhsildən sonra dəmirçi yanında şagird kimi sənət öyrənməyə başlayıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hacıqabul və Şamxor (indiki Şəmkir) qəza inqilab komitələrinin sədri (1920-1933), Azərbaycan diviziyasında şobə rəisi və partiya komissiyasının katibi, Stalin rayon Pa...
ANL
Azərbaycan məktəbliləri IX Beynəlxalq Türk Dili. Olimpiadasında 21 medalla birinci oldular. Xəbər verdiyimiz kimi, bu ilin iyununda Türkiyədə IX ənənəvi Beynəlxalq Türk Dili Olimpiadası keçirilib. Həmin gün Ankarada olimpiadanın yekun tədbiri - bağlanış mərasimi olub. Hər il olduğu kimi, bu il də Azərbaycan məktəblilər...
ANL
AMİ-də "Yaşlıların təhsili metodikasının əsas prinsipləri və tətbiqi" mövzusunda təlim keçirilib. Bu günlərdə Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun (DVV İnternational) dəstəyi və Azərbaycan Yaşlıların Təhsili Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Müəllimlər İnstitutunda "Yaşl...
ANL
Gümüş medalla təltif olunmuş məzunlar. Əhmədli Orxan Pənah oğlu. Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu. Əlirzayeva Hafizə Ramiz qızı. Bakı Avropa Liseyinin məzunu. Məmmədova Gülay Rauf qızı. Bakı Avropa Liseyinin məzunu. Kərimli Xumar Məhəmməd qızı. Ağcabədi şəhəri 3 nömrəli tam orta məktə...
ANL
Qızıl medalla təltif olunmuş məzunlar. Məmmədli Mətanət Zakir qızı. Akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbinin məzunu. Məmmədova Şəlalə Vüqar qızı. Abdulla Hüseyn Müseyib oğlu. İsmayılov Rüfət Ənvər oğlu. Quliyeva Zərifə Elşad qızı. Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu. Rzayeva Sara Əbülfət qı...
ANL
Azərbaycan məktəbliləri IX Beynəlxalq Türk Dili Olimpiadasında 21 medalla birinci oldular. Xəbər verdiyimiz kimi, bu ilin iyununda Türkiyədə IX ənənəvi Beynəlxalq Türk Dili Olimpiadası keçirilib. Həmin gün Ankarada olimpiadanın yekun tədbiri - bağlanış mərasimi olub. Hər il olduğu kimi, bu il də Azərbaycan məktəbliləri...
ANL
Xüsusi lisey sinifləri üçün tədris planlarının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) tədris planının vaxtında yerlərə çatdırılmasını təmin etsinlər. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə ...
ANL
Tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrinin müəyyənləşdirilməsi və həmin müəssisələr üçün tədris planlarının təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 19.19-cu bəndinə və "Ümumtəhsil məktəbinin Nümunə...
ANL
Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planlarının təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli, 923 nömrəli əmrilə təsdiq edilmiş fənn kurikulumlarının və tədris planl...
ANL
Ümumi təhsil məktəbləri məzunlarının tam orta təhsil səviyyəsi üzrə qızıl medalla təltif edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2010/11-ci dərs ilində respublikanın ümumi təhsil məktəblərində tam orta təhsil səviyyəsi üzrə keçirilmiş yoxlama və buraxılış imtahanlarında bütün fənlərdən "əla" qiy...
ANL
Ümumi təhsil məktəbləri məzunlarının tam orta təhsil səviyyəsi üzrə gümüş medalla təltif edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2010/11-ci dərs ilində respublikanın ümumi təhsil məktəblərində tam orta təhsil səviyyəsi üzrə keçirilmiş yoxlama və buraxılış imtahanlarında ana dili və riyaziyyat fə...
ANL
Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün tədris planlarının təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vax...
ANL
Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi keçirildi. Təhsil naziri Misir Mərdanov Cəmiyyətin prezidenti seçildi. İyulun 1-dən 3-dək Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Konqresi keçirildi. Konqres iyulun 1-də Novxanıdakı "Aqua Park" istirahət mərkəzində öz işinə başladı. Tədbir iştirakçıl...
ANL
Türk Dünyası Riyaziyyat Cəmiyyəti və onun konqresləri. Türkdilli və digər ölkələrin riyaziyyatçı alimlərinin beynəlxalq birliyi olan Türk Dünyası Riyaziyyat Cəmiyyəti (Turkic World Mathematical Socıety) 1999-cu ildə Türkiyənin Elazığ şəhərində təsis olunub. Cəmiyyətin əsas məqsədi türkdilli alimlərin bütün dünya üzrə i...
ANL
Təhsil Nazirliyində xarici ölkələrə səfərlərlə bağlı təqdimatlar dinlənildi. İyulun 14-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun və təhsil işçilərindən ibarət nümayəndə heyətlərinin son vaxtlar bir sıra xarici ölkələrə etdikləri səfərlərin nəticələrinə həsr olunmuş yığıncaq keçiri...
ANL
Hər hansı elm onun yaradıcıları ilə tanınır və inkişaf edir. Müasir dövrdə Azərbaycanda pedaqogika elminin yaradıcılarından və onu inkişaf etdirənlərdən biri professor Hüseyn Mustafa oğlu Əhmədovdur. Bu yazıda onun şərəfli həyat yolundan söz açmağa çalışacağam. Hüseyn Mustafa oğlu Əhmədov 1926-cı ilin iyul ayında Qərbi...
ANL
İxtisasartırma kurslarında "açıq dərs"lər. İyun ayında Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu orta ümumtəhsil məktəbləri müəllimlərinin kurslarını təşkil etmişdir. Kimya müəllimlərinin 190 nömrəli məktəbdə təşkil olunan kursunda 70 nəfərdən artıq müəllim iştirak etmişdir. 98 saatlıq kursu...
ANL
Corciya Texnologiya İnstitutu (Georgia Institute of Technology) ABŞ-da Corciya ştatının Atlanta şəhərində yerləşir və texnologiya sahəsinin inkişafına görə ölkənin ən güclü ali məktəblərindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığ...
ANL
Mahmud Səfər oğlu Ağayev. Atası ilə İrana gedib, bir müddət orada yaşayıb. 1912-ci ildə Azərbaycana qayıtdıqdan sonra dərzi sənətinə yiyələnib. Fəal ictimai işlərə qoşulub, 1917-ci ildə bolşevik partiyasının üzvlüyünə qəbul olunub. Dövrünün mötəbər ali məktəblərində təhsil almış Mahmud Ağayev Azərbaycana qayıtdıqdan so...
ANL
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün çağırışaqədərki hazırlıq fənni kurikulumu (X-XI siniflər). GİRİŞ. "Çağırışaqədərki hazırlıq" fənni kurikulumu və onun xarakterik cəhətləri. "Çağırışaqədərki hazırlıq" fənninin kurikulumu ümumı təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdir...
ANL
İstedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması tədbirləri haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın ümumi təhsil sistemində mütərəqqi dünya təcrübəsinə əsaslanan islahatlara başlanması və ötən illərdə uğurla davam et...
ANL
"Məhəmmədhüseyn Şəhriyarın sənət dünyası" mövzusunda beynəlxalq elmi konfrans. Naxçıvan Dövlət Universitetində İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun mədəniyyət mərkəzi ilə birlikdə böyük Azərbaycan - İran şairi Seyid Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş lMəhəmmədhüseyn Şəhriyarın sənət dünyası» möv...
ANL
Azərbaycan milli jurnalistika məktəblərinin hər birində «Əkinçi»nin maarifçilik ənənələri bu və ya başqa şəkildə özünü göstərməkdədir. Uşaq pedaqoji jurnalistikamız isə sahə jurnalistikası olmaqla, birbaşa milli pedaqoji və metodiki məsələlərin, uşaq və yeniyetmələrin təlim-tərbiyəsi ilə bağlı sosial-mədəni problemləri...
ANL
Dərslik - əhəmiyyətli təhsil vasitəsi. Mükəmməl hazırlanmış dərslik həm müəllimlərə, həm də şagirdlərə böyük faydalı olması ilə bərabər tədris-təlim prosesinə bələdçilik edir. Dərslik hər vaxt əhəmiyyətli bir təhsil vasitəsi olmaqla yüksək qiymətləndirilmişdir. Sivilizasiyalı bir cəmiyyətin meydana gəlməsində, müasir, ...
ANL
Zəhmətkeş alimin şərəfli həyat yolu. Dünyanın inkişaf etməkdə olan ölkələrindən biri kimi Azərbaycanın bütün nailiyyətlərinin əldə olunmasında onun təhsil sistemi önəmli rol oynayır. Ən qabaqcıl innovasiyalara istinad etməklə müasir cəmiyyətimiz üçün lazım olan bir təhsil sisteminin qurulması istiqamətində işlər aparıl...
ANL
Dərslik - əhəmiyyətli təhsil vasitəsi. Mükəmməl hazırlanmış dərslik həm müəllimlərə, həm də şagirdlərə böyük faydalı olması ilə bərabər tədris-təlim prosesinə bələdçilik edir. Dərslik hər vaxt əhəmiyyətli bir təhsil vasitəsi olmaqla yüksək qiymətləndirilmişdir. Sivilizasiyalı bir cəmiyyətin meydana gəlməsində, müasir, ...
ANL
Vətənpərvərlik hissi aşılamaq başlıca məqsədimizdir. Xalqımızın dahi oğlu, böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev təhsilin, müəllimlərin ən mühüm vəzifələrindən birini böyüməkdə olan nəslin vətənpərvər ruhda yetişdirilməsində görürdü. Böyük öndər hələ müstəqil Azərbaycanımızda hakimiyyətə gəldiyi ilk il...
ANL
Məmməd İsmayıl oğlu Cuvarlinski. Məmməd İsmayıl oğlu Cuvarlinski 1902-ci ildə Qaryagin qəzasının (indiki Füzuli rayonunun) Cuvarlı kəndində anadan olub. 1911-ci ildə ikisinifli kənd məktəbinə daxil olan Məmməd maddi çətinliklərlə bağlı təhsilini yarımçıq qoyaraq atası kimi fərdi təsərrüfat sahələrində çalışıb, ailəsinə...
ANL