text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"XIX-XX əsrlərdə Bakı şəhər əhalisinin ailə və ailə məişəti". Müdriklər gələcəyi görmək üçün tarixi bilməyi vacib sayıblar. Tarix bir təcrübə örnəyi hesab olunub. Bu mənada ulu öndər Heydər Əliyev tariximizin doğru, dürüst öyrənilməsinə, yenidən yazılıb nəşr olunmasına, gəncliyə öyrədilməsinə həmişə böyük diqqət yetirm...
ANL
Beynəlxalq müsabiqələrin qalibi. Beynəlxalq müsabiqələr qalibi, gənc skripkaçı, qeyri-adi istedad sahibi Mayılov Kənan Eldəniz oğlu 1995-ci ildə Bakıda anadan olub. Bakıdakı 81 nömrəli orta məktəbin X sinfində təhsil alır. Musiqi duyumu ilə fərqlənən Kənan 8 yaşında olarkən R.Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəb...
ANL
Qanunun elan edilməsi və icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-İVQD nömrəli Qanununu elan edirəm: "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edil...
ANL
Respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrinin 2011-ci il üçün şagird qəbulu və buraxılış planları barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasında bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə b...
ANL
Yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri. Yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə bağlı Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax, Samux, Şəki, Zaqatala rayonlarının ümumtəhsil məktəblərində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin ra...
ANL
Ölkənin ümumtəhsil məktəblərində "Son zəng" çalındı. Mayın 31-də ölkəmizin bütün ümumtəhsil məktəblərində tədris ilinin başa çatdığını bildirən "Son zəng" çalındı. Tədris ocaqlarında məzunların həyatında əlamətdar hadisəyə çevrilən "Son zəng" tədbirləri keçirildi. Builki məzunların təxminən dörddə bir hissəsini Bakı mə...
ANL
Dadaş Xoca oğlu Bünyadzadə. Gorkəmli dovlət xadimi Dadaş Xoca oğlu Bünyadzadə 1888-ci ilin aprel ayında Bakının Fatmayı kəndində anadan olub. Elə həmin ildən bolşevik partiyasının üzvü olub. İrandan qayıdan kimi Tiflisdə həbs edilib. Üç ay sonra həbsdən azad olunaraq Bakıya gəlib. Azərbaycanda sovet hakimiyyəti quruldu...
ANL
Təhsil Nazirliyində görüş. İyunun 2-də təhsil naziri Misir Mərdanov Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko ilə görüşüb. Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq Azərbaycanla Ukrayna arasında səmərəli əlaqələrin mövcudluğunu və təhsil sahəsinin bu əlaqə...
ANL
Magistrantların XI Respublika konfransı. On bir illik salnaməsi bir sıra uğurla seçilən Sumqayıt Dövlət Universitetində may ayının 25-də Azərbaycan üzrə magistrantların XI elmi konfransı keçirilmişdir. Tədbir iştirakçıları konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin ali məktəbin foyesində qoyulmuş büstü önünə əkl...
ANL
Tələbələrin XVI Respublika fənn olimpiadası. Mayın 27-də Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tələbələrin XVI Respublika fənn olimpiadasının açılış mərasimi oldu. Tədbiri təhsil naziri M...
ANL
Qüdrətli ədəbiyyatşünas, folklor tədqiqatçısı. Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikri tarixində məşhur "Azərbaycan alimi, tənqidçi və pedaqoqu" kimi dəyərləndirilən Firudin bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir. Firudin bəyin əsli Cavanşir mahalının ...
ANL
"Öyrədənlərin öyrədəni" əlavə təhsilin perspektividir. Müstəqil Azərbaycan Respublikasının təhsil sistemi milli mənəvi dəyərlərə əsaslanaraq, uzun illər toplanmış səmərəli təlim-tərbiyə ənənələrini nəzərə alaraq dünyanın təhsil sisteminə inteqrasiya olunur. Təhsilin inkişafı ilə bağlı ümummilli lider Heydər Əliyev demi...
ANL
Təhsil Nazirliyinin məsul əməkdaşları orta məktəbi hansı qiymətlərlə bitiriblər. Təranə HACIYEVA, Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri. Bakıdakı 7 nömrəli məktəbdə oxuyub. Orta məktəbi "əla" qiymətlərlə başa vurub. Təhsil aldığı illərdə məktəb rəhbərliyinin dəfələrlə xüsusi təltiflərinə lay...
ANL
İanə fondunun gəlirləri: 2 milyard ABŞ dolları. Vaşinqton Universiteti (University of Washington) ABŞ-da Vaşinqton ştatının Sietl şəhərində yerləşir və ştatın ən böyük dövlət universitetidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya u...
ANL
İsveç Krallığı. Paytaxtı: Stokholm şəhəri. Şimali Avropada Skandinaviya yarımadasında yerləşən İsveç Krallığı qərbdən Norveç, şimal-şərqdən Finlandiya və cənub-qərbdən Danimarka ilə həmsərhəddir. Hamı üçün təhsil İsveç təhsil sisteminin əsas şüarıdır. Ölkədə hamı pulsuz, yüksək keyfiyyətli təhsil imkanlarından istifadə...
ANL
Yerləşir: Avstraliya, Cənubi Avstraliya ştatı, Adelaida şəhəri. Adelaida Universiteti (University of Adelaide) Avstraliyanın Cənubi Avstraliya ştatının ən böyük şəhəri olan Adelaidada yerləşir və ölkənin üçüncü ən qədim ali məktəbidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankin...
ANL
İsveçrə Konfederasiyasının təhsil sistemi. İsveçrə Konfederasiyası. Paytaxtı: Bern şəhəri. Pul vahidi: İsveçrə frankı. Qərbi Avropada yerləşən İsveçrə Konfederasiyası 26 dairədən (kanton) ibarətdir. Hər bir dairə maliyyə müstəqilliyinə və muxtariyyətə malikdir. Ölkə şimaldan Almaniya, qərbdən Fransa, cənubdan İtaliya, ...
ANL
Mustafa Zəkəriyyə oğlu Quliyev. Sonra Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. 1918-ci ildə Kiyevdə bolşevik partiyası sıralarına qoşulub, çox keçmədən RK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri seçilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi...
ANL
Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün fənn proqramlarının (kurikulumların) təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış maliyyələşdirmə Sazişi çərçivəsində təsdiq olunan Təhsil Sektorunun İkinci İnkişaf...
ANL
Ümumtəhsil məktəblərində informatika fənninin tədrisi. Ötən 25 illik tarixdə qazanılmış təcrübə, perspektivlər. Respublikamızın ümumtəhsil məktəblərində informatika fənninin tədrisinə başlanmasından 25 ildən artıq vaxt keçir. Bu gün 25 il əvvələ nəzər salanda fənnin tədrisində qarşıya çıxan problemlər, ildən-ilə qazanı...
ANL
Məktəblilər Milli Qəhrəman Mübariz İbrahimovu yad edirlər. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndində vaxtilə böyüyüb boya-başa çatdığı ev və təhsil aldığı şəhid Malik Piriyev adına tam orta məktəb ziyarətgaha çevrilib. Bu gün də bura- Milli Qəhrəmanı yad etməyə gələnlərin ard...
ANL
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə barədə. Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 n...
ANL
Təhsil Nazirliyində görüş. İyunun 7-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının İdxal və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri Janq-su Junun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Öncə qonaqları səmimi salamlayan nazir onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib. A...
ANL
Təhsil naziri YUNESKO-nun baş direktor müavinini qəbul edib. İyunun 3-də təhsil naziri Misir Mərdanov YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin Bakıda keçirilmiş XVIII sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş YUNESKO-nun baş direktor müavini, Sosial və Humanitar Sektorun rəhbəri xanım Pilar Alvares-Laso ilə...
ANL
Sərgidə nümayiş olunan sənət nümunələri maraqla qarşılanıb. Naxçıvan Dövlət Universitetində "Təsviri incəsənət müəllimliyi" ixtisası üzrə IV kurs tələbəsi Əzizə Dünyamalıyevanın dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərgisi keçirilmişdir. Sərginin açılışında çıxış edən rektor, akademik İsa Həbibbəyli Azərbaycanda...
ANL
Ömrün ən xoş növrağı, tələbəlik illəri... İnsan həyatında xatirəsi, işığı bir ömrə bərabər elə unudulmaz illər, günlər olur ki, həyatının sonuna qədər bu şirin xatirələrin işığına sığınmaq, istisinə qızınmaq sənə bəs edir, yenidən bir ömür yaşamaq qədər zövq verir. Xatirəsinə daldıqca ömrünü təravətləndirir, rövnəqlənd...
ANL
Orxan Türkiyədə tələbələr arasında keçirilən videosüjet müsabiqəsinin qalibi oldu. Son illər gənclərimizin xoş sorağını xüsusilə respublikamızın hüdudlarından çox-çox uzaqlardan eşidəndə təbii ki, bir azərbaycanlı olaraq sevinir, qürur hissi keçiririk. Dünyanın inkişaf etmiş ölkələrinin ən nüfuzlu ali məktəblərində təh...
ANL
"Zəngilanın idman həyatı". Yazıçı-jurnalist Akif Kərimlinin bu yaxınlarda çapdan çıxmış "Zəngilanın idman həyatı" (I hissə) kitabı əsl vətənpərvərlik hissi, vətəndaşlıq borcu, vətəndaşlıq məsuliyyətini dərindən dərketmə əsasında meydana gəlib. Müəllifin gərgin əməyinin, yuxusuz gecələrinin, inadlı axtarışlarının sayəsi...
ANL
Yerləşir: Böyük Britaniya, İngiltərə, Şeffild şəhəri. Şeffild Universiteti (University of Sheffield) İngiltərənin Cənubi Yorkşir əyalətindəki Şeffild şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" j...
ANL
Ümumtəhsil məktəblərində informatika fənninin tədrisi. Ötən 25 illik tarixdə qazanılmış təcrübə, perspektivlər. 1990-cı illərdən başlayaraq orta ümumtəhsil məktəblərində çoxvariantlı proqramlardan istifadəyə üstünlük verilirdi. 1991-ci ildə o zamankı SSRİ Dövlət Xalq Təhsili Komitəsi tərəfindən "İnformatika və HT-nin ə...
ANL
İsrail Respublikasının təhsil sistemi. İsrail Respublikası. İsrail Qərbi Asiyada, Aralıq dənizinin şərq sahillərində yerləşən parlamentli respublikadır. Ərazisinin kiçik olmasına baxmayaraq, yüksək iqtisadi inkişafa nail olub, müasir texnologiyaya əsaslanan sənaye istehsalı ilə tanınıb. Olduqca fərqli coğrafi xüsusiyyə...
ANL
Dörd yaşı olanda atası vəfat edib, çətinliklərlə böyüyüb. Əvvəlcə kənd məktəbində təhsilə başlayan, sonra Bakı şəhər birinci realnı məktəbində oxuyan sakit təbiətli, mütaliəyə meyilli Ruhulla Axundov 1916-cı ildən mətbəədə korrektor və tərcüməçi işləyib. Marksizm-leninizm klassiklərinin əsərlərinin, Kommunist Partiyası...
ANL
Bu gün Bakıda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. İyunun 17-də Bakı şəhəri məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən aldığımız məlumata görə, 2010-2011-ci tədris ilinin yekununda Bakı şəh...
ANL
Təhsil Nazirliyində müşavirə keçirilib. İyunun 14-də Təhsil Nazirliyində birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 2010-2011-ci tədris ilinin uğurla başa çatdığını bildirib. Birbaşa nazi...
ANL
Təhsil Nazirliyində "Bioetika və insan hüquqları: yeni etik çağırışlar" mövzusunda təqdimat oldu. İyunun 10-da Təhsil Nazirliyində "Bioetika və insan hüquqları: yeni etik çağırışlar" mövzusunda təqdimat oldu. Bu münasibətlə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, AMEA-nın İnsan Hüq...
ANL
"Azərbaycan müəllimi" qəzetinin yeni elektron versiyası - virtual qəzet oxucuların istifadəsinə verilib. Ölkəmizdə ilk dəfə olaraq Təhsil Nazirliyinin orqanı olan "Azərbaycan müəllimi" qəzetinin yeni elektron versiyası - virtual qəzet oxucuların istifadəsinə verilib. Artıq istifadəçilər www.muallim.edu.az saytına daxil...
ANL
Yaddaşlardan silinməyəcək dahinin ömür yolu stendlərdə. Azərbaycan Müəllimlər İnstitutunda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Azərbaycan xalqının siyasi fikir və dövlətçilik tarixinə nadir düha sahibi kimi daxil olan ulu öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarının qəlbində yaşayan bir şəxsiyyətdir. O, bü...
ANL
"İngilis dilinin intensiv tədrisi" layihəsi: görülmüş işlər, qarşıda duran vəzifələr. İyunun 16-da Təhsil Nazirliyində "İngilis dilinin intensiv tədrisi" layihəsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrə dair tədbir keçirildi. Yığıncaqda Təhsil Nazirliyinin məsul işçiləri, müvafiq şöbə...
ANL
Almaniyada keçirilən simpozium uğurla başa çatdı. Mətbuatda xəbər verildiyi kimi, Almaniyanın Mayns şəhərində Bakı Slavyan Universiteti Almaniyanın nüfuzlu elm mərkəzi olan Mayns Universitetinin Şərqşünaslıq İnstitutu və Germanistika bölümü, həmçinin Volkenştayn Cəmiyyəti ilə birgə "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar ...
ANL
"Boyum balaca olduğuna görə məni meydana buraxmaq istəmirdilər". Müsahibimiz "Regional Futbol Federasiyaları" İctimai Birliyinin prezidenti, "Şöhrət" ordenli İsgəndər Cavadovdur. Gələn ayın əvvəllərindən dünyanın ən populyar idman növü olan futbolun ölkəmizdə yüzillik tarixi ilə bağlı yubiley tədbirləri keçiriləcək. Bi...
ANL
Yerləşir: Niderland Krallığı, Delft şəhəri. Delft Texnologiya Universiteti (Delft University of Technology) Niderland Krallığının Delft şəhərində yerləşir. Bu ali məktəb Hollandiyanın ən böyük və qədim dövlət universitetlərindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rank...
ANL
Maqsud Məmməd oğlu Məmmədov. Maqsud Məmməd oğlu Məmmədov 1897-ci ilin dekabrında İrəvan şəhərində anadan olub. İrəvan kişi gimnaziyasını bitirib. Azərbaycan Politexnik İnstitutunda, Yakov Sverdlov adına Kommunist İnstitutunda təhsil alıb. 1936-cı ildə Moskvada Qırmızı Professura İnstitutunun üçüncü kursunda oxuyarkən B...
ANL
Mənim müəllimlərim. Mənim uşaqlığım rəngarəng hadisələrlə zəngindir. Bunların bəzilərini oxuculara çatdırmaq fikrinə düşməyim mənim yetişməyimdə əvəzsiz rolu olan müəllimlərimlə onları tanış etmək niyyətimlə bağlıdır. Mənimlə orta və ali məktəblərdə təhsil alan yoldaşlarım etiraf edərlər ki, mən bütün fənlərə eyni müna...
ANL
Koreya Respublikasının təhsil sistemi. Koreya Respublikası. Paytaxtı: Seul şəhəri. Şərqi-Asiyada, Koreya yarımadasının cənub hissəsində yerləşən Koreya Respublikası (Cənubi Koreya) qərbdən Çin Xalq Respublikası, şərqdən Yaponiya, şimaldan Şimali Koreya, cənubdan Şərqi-Çin dənizi və Tayvan ilə həmsərhəddir. Koreya dünya...
ANL
Kiçik elmdən böyük elmə aparan yol. Intel ISEF (Intel International Science and Engineering Fair) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi - ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. Bu, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədir. Müsabiqə...
ANL
Tədbirlər Planının təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 may 2011-ci il tarixli 81 nömrəli Qərarı ilə təsdiq olunmuş "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram"ın icrasını təmin etmək məqsədilə. ...
ANL
BDU ilə Almaniyanın Vürzburq Universiteti arasında əməkdaşlıq sazişi imzalandı. Bakı Dövlət Universiteti ilə Almaniyanın Julius Maksimilian Vürzburq Universiteti arasında "Avropa hüququ üzrə magistr" proqramının yaradılmasına dair əməkdaşlıq sazişi imzalanıb. Sazişi Almaniya tərəfindən Vürzburq Universitetinin Beynəlxa...
ANL
Sumqayıt Dövlət Universitetində "Məzun günü". Tədbirdə SDU-nun rektoru, professor Nadir Qəhrəmanov çıxış edərək məzunları təbrik etdi, onlara gələcək müstəqil həyatlarında müvəffəqiyyətlər dilədi. Rektor N.Qəhrəmanov bildirdi ki, "Məzun günü" ilə universitetin yaranma tarixi üst-üstə düşür. Düz on bir il bundan əvvəl ü...
ANL
Türkiyədə IX Beynəlxalq Türk Dili Olimpiadası keçirilir. Bu günlərdə qardaş Türkiyədə "Gəlin, tanış olaq" devizi ilə IX Beynəlxalq Türk Dili Olimpiadası keçirilir. Olimpiadanın məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlı...
ANL
Təbiətşünaslıq dərslərində inteqrasiya. Məktəblərdə təbiətin, onun sərvətlərinin öyrənilməsi ibtidai siniflərdən başlanır. Təbiətşünaslıq fənnini tədris edərkən mən ancaq qanun və anlayışları şagirdlərə öyrətməklə kifayətlənmirəm, onların diqqətini fənlər arasında olan əlaqəyə, ekoloji məsələlərə cəlb etməyə çalışıram....
ANL
"Həmkara dəstək" proqramı çərçivəsində təlimlər keçirilir. Azərbaycanda "Həmkara dəstək" proqramı çərçivəsində müəllimlər üçün 1-5 mart tarixlərində beynəlxalq ekspert Les Foltos tərəfindən təlimlər keçirilir. "Mədəd" təşkilatının icraçı direktoru Elbrus Zərbaliyevdən aldığımız məlumata görə, Les Foltos "Həmkara dəstək...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Seyidov Mirəsgər Mirabdulla oğlu. İşğalçı erməni qoşunlarının Naxçıvana hücumu zamanı o da könüllü olaraq özünümüdafiə batalyonunun tərkibində vuruşub. Yağı düşmənə qarşı aparılan uğurlu döyüş əməliyyatlarında, komandirləri tərəfindən verilən mühüm döyüş tapşırıqlarının bir bacarıqlı əs...
ANL
"Hərəkət tərkibinin avtomatik əyləcləri". Bu günlərdə gələcək dəmiryolçular üçün yeni dərs vəsaiti - "Hərəkət tərkibinin avtomatik əyləcləri" işıq üzü görüb. Kitabın müəllifləri Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Səyavuş Bağırov və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin...
ANL
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün həyat bilgisi fənni kurikulumu (V-IX siniflər). Siniflər üzrə məzmun standartları. V sinfin sonunda şagird: varlıq və hadisələrin sadə təsnifatını verir;. canlıların həyatında ekoloji mühitin rolunu əsaslandırır;. cəmiyyətin sosial tərkibini, dövlət anlayışını onun ...
ANL
Yeni kurikulumlar: gələcək üçün təhsil. Bakıdakı 151 nömrəli orta məktəbdə "Yeni fənn kurikulumlarının tətbiqi, gələcək üçün təhsil" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin rəhbərliyi və bir qrup əməkdaşı, məktəb direktorları, müəllimlər və digər qon...
ANL
Peşə təhsilində kurikulumlar. Cəmiyyətin inkişafı ayrı-ayrı sahələrdə peşə təhsili sisteminin inkişafı probleminin təxirəsalınmaz həllini tələb edir. Aparılan təhsil islahatları da peşə təhsilinin məzmununun, metodlarının və təşkili formalarının dəyişməsini təklif edir. Tədris prosesinə müasir texnologiyaların daxil ed...
ANL
Riyaziyyat dərslikləri müəllim və şagirdləri qane edirmi? Daim müzakirə mövzusuna çevrilir. Bir fənn müəllimi kimi bu suala aydınlıq gətirmək məqsədi ilə bəzi araşdırmalar aparmaq qərarına gəldim. Ona görə ki, IX sinif buraxılış sinfidir. Bu sinif üçün hazırlanmış dərsliyin məsuliyyəti daha böyükdür. Dərslikdə yeni möv...
ANL
Azərbaycan və Türkiyənin təcrübə mübadiləsi. Azərbaycan xalqı yüksək elmə, biliyə, savada malik olan xalqdır. Bunlar hamısı uzun illər - keçmişdən indiyə qədər Azərbaycanda yaranmış təhsil sisteminin fəaliyyətinin əməli nəticələri, Azərbaycan müəllimlərinin, alimlərinin gərgin fəaliyyətinin nəticəsidir. Heydər ƏLİYEV. ...
ANL
Yerləşir: İsveç Krallığı, Skaniya əyaləti, Lund şəhəri. Lund Universiteti (Lund University) İsveç Krallığının Skaniya əyalətində, Lund şəhərində yerləşir və Şimali Avropanın ən nüfuzlu ali təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 200...
ANL
Muğam bizim hamımıza ilham verən və eyni zamanda hər birimizin ruhunu oxşayan ecazkar aləmdir. Bu aləmin zənginliyi bizim hamımızın zənginliyi deməkdir. Mehriban ƏLİYEVA, Heydər Əliyev Fondunun prezidenti. Azərbaycan xalqının ən qədim muğamlarından biri də "Rast" muğamıdır. "Rast"ın etimoloji məna çalarları barədə fiki...
ANL
Martın 3-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə ənənəvi əl işləri sərgisi keçirildi. Sərgidə xanımların biçmə-tikmə, toxuma, rəsm, karikatura nümunələri, dizayner Xanım Məmmədovanın hazırladığı Azərbaycanın müxtəlif regionların...
ANL
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib. Orta ixtisas təhsili müəssisələrində aparılmış monitorinqin nəticələri müzakirə olunub. Fevralın 28-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirildi. Kollegiya üzvlərinin, Təhsil Nazirliyinin struktur-bölmə rəhbərlərinin və orta ixtisas təhsili müəssisələ...
ANL
"Azərbaycanın təhsil nazirləri". Azərbaycan xalqının həqiqi tarixi hələ yazılmayıbdır. Gərək bizim xalqın əsl tarixi yazılsın. Heydər ƏLİYEV. Təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri hesab edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahədə aparılan islahatları ...
ANL
Universitetlər arasında ilk virtual dərs. Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında ilk virtual dərs keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək universitetdə müasir informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqindən, dünyanın ...
ANL
Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanası, qonaq evi və Tələbə sosial xidmət mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında misli görünməmiş inkişaf, geniş vüsət alan tikinti-quruculuq işləri buradakı yeganə dövlət ali təhsil ocağı Naxçıvan Dövlət Universitetində də öz parlaq təzahürünü tapmışdır....
ANL
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, fevralın 26-da alman dili fakültəsinin müəllimlərinin təkmilləşmə seminarlarına start verilib. Seminarları Almaniyanın Heydelberq Universitetinin professoru Robert Şmitt-Brandt aparır. Semi...
ANL
Lənkəran Dövlət Universitetində konfrans keçirilib. Lənkəran Dövlət Universitetində "Cənub bölgəsinin inkişafında əmək və təbii ehtiyatlardan səmərəli istifadə" mövzusunda konfrans keçirilib. Rayon ictimaiyyəti nümayəndələri, yerli sahibkar və iş adamlarının iştirak etdikləri tədbiri universitetin rektoru, əməkdar elm ...
ANL
Aylıq seminarın növbəti məşğələsi. Fevralın 25-də Qafqaz Universitetində tələbələrin dünyagörüşünün genişləndirilməsi, dünyada və ölkədə baş verən ictimai, siyasi, mədəni hadisələrlə onların dərindən tanışlığı məqsədi ilə təşkil olunan aylıq seminarın növbəti məşğələsi keçirilib. Tanınmış ictimai xadimlərin, dövlət və ...
ANL
Dünya şöhrətli alimin 90 illik yubileyi qeyd olundu. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində dünya şöhrətli alim, tətbiqi riyaziyyat və informatikanın inkişafına güclü təkan vermiş, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq, imkanlar və təqribi mühakimələr kimi nəzəriyyəl...
ANL
Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş. Artıq bir neçə ildir ki, Azərbaycan Müəllimlər İnstitutunda görkəmli elm adamları, incəsənət xadimləri ilə görüşlərin keçirilməsi ənənə halını alıb. Bu günlərdə respublikanın xalq artisti Nurəddin Mehdixanlının öz sənət dostları - respublikanın xalq artisti Ramiz Novruz və əm...
ANL
Azərbaycan Müəllimlər İnstitutunda ATU-nun əməkdaşları təlim kursu keçirlər. Martın 1-də Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti üçün "Təhsilin əsasları" fənni bazasında hazırlanan biraylıq təlim kursunun açılışı oldu. Məlumat üçün bildirək ki, Azərbaycan Müəllimlər İ...
ANL
"Ümumdünya Mülki Müdafiə günü" qeyd edildi. 1 mart "Ümumdünya Mülki Müdafiə günü" Azərbaycan Müəllimlər İnstitutunda da qeyd edildi. Tədbiri giriş sözü ilə institutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı açaraq hər il martın 1-də "Ümumdünya Mülki Müdafiə günü"nün geniş şəkildə qeyd edilməsindən, bu günün ...
ANL
Beynəlxalq təcrübədə məktəb fəaliyyətinin dəyərləndirilməsi. Qiymətləndirmə təhsildə proqnozlaşdırmanın mühüm tərkib hissəsi olub sistemli məlumat toplama və məlumatların təhlili vasitəsi ilə təlim prosesinin dəyərləndirilməsinə və bu sahədə perspektivlərin müəyyənləşdirilməsinə imkan verən, təhsilin keyfiyyətini idarə...
ANL
Martın 3-də Bakının Xətai rayonunda yerləşən Ə.Əliyev adına 204 nömrəli orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini yad etmək məqsədilə anım mərasimi keçirildi. adlı tədbirdə məktəbin yuxarı sinif şagirdləri Azərbaycanın Dövlət himnini ifa etdilər. Qəhrəmanın həyat və döyüş yolundan bəhs e...
ANL
Məktəblilər Mübariz İbrahimovun vətənpərvərliyindən örnək götürürlər. Martın 1-də Bakıdakı 298 nömrəli orta məktəbdə Azərbaycanın vətənpərvər oğlu, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş tədbir keçirildi. "Mübariz İbrahimov - milli fəxrimiz" adlı tədbir şagirdlərin ifasında Dövlət himninin oxunması ilə başladı....
ANL
Finlandiyanın təhsil sistemi. Finlandiya Respublikası. Paytaxtı: Helsinki şəhəri. Şimali Avropada, Skandinaviya yarımadasında yerləşən Finlandiya Respublikasının iqtisadiyyatı kifayət qədər inkişaf edib. Adambaşına düşən illik gəlir 44 min ABŞ dollarından çoxdur. Finlandiyada təhsil sistemi tam şəkildə dövlət tərəfində...
ANL
Məktəblərdə idman həftəsinə start verilib. "British Council", Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Londonda keçiriləcək 2012-ci il Olimpiya və Paralimpiya oyunlarına 500 gün qalır" kampaniyası çərçivəsində məktəblərdə idman həftəsi - idman festivallarının keçiriləcəyin...
ANL
"Cəsurlar" hərbi-idman və turizm oyunları. Ordubad Rayon Gənclər və İdman İdarəsi, təhsil şöbəsi və hərbi komissarlığının təşkilatçılığı ilə rayondakı "N" saylı sərhəd zastavasının idman bazasında "Cəsurlar" hərbi-idman və turizm oyunlarının rayon birinciliyi keçirilmişdir. Yarışda Gilançay kənd orta məktəbinin komanda...
ANL
"Microband" teatr qrupunun maraqlı musiqi proqramı. Martın 9-da Azərbaycan Dillər Universitetində İtaliyanın "Microband" teatr qrupu musiqi proqramı ilə çıxış etdi. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələrlə yanaşı, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi də iştirak ed...
ANL
Müasir informasiya texnologiyalarını öyrənənlərə yeni töhfə. NDU-nun Elmi Kitabxanasında universitetin Rabitə və informasiya texnologiyaları kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Cavanşir Zeynalovun "İnformatika və informasiya texnologiyaları" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş söz...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Şahbazov Fəxrəddin İbrahim oğlu. Ordu sıralarından tərxis olunduqdan sonra yarımçıq qalan təhsilini başa çatdıraraq, Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlayıb. Operator kimi tez-tez jurnalistlərlə birlikdə sərhəd bölgələrinə gedən Fəxrəddin oradan ən önəmli, ən vacib və...
ANL
Nəinki şəhərlərdə, həm də uzaq kəndlərdə elə insanlar vardır ki, onlar sadə xalq müəllimi olub, dünyəvi elmləri tədris etməklə yanaşı, həm də böyük rus xalqının dilini və mütərəqqi rus mədəniyyətini təbliğ etmişlər. Belə carçıların sırasında əmək qəhrəmanı Vahid Musabəyovun xüsusi yeri var. Musabəyovun xidmətlərindən b...
ANL
Bazar sistemi və iqtisadi tərbiyənin formalaşması məsələləri. Hər bir iqtisadi sistem və bütünlükdə cəmiyyət öz üzvlərinin yeni biliklər əldə edilməsini, o cümlədən bu sistemə uyğun iqtisadi təfəkkürün formalaşmasını ön plana çəkir. Belə demək mümkündür ki, əslində bazar sistemi daha çox iqtisadi vasitə və alətlərlə id...
ANL
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu. Yerləşir: Koreya Respublikası, Dəjeon şəhəri, Yuseonq rayonu. Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu (Korea Advanced Institute of Science and Technology - KAIST) Cənubi Koreyanın Dəjeon şəhərinin Yuseonq rayonundakı Daedeok elmi şəhərciyində yerləşir. Hazı...
ANL
Fransanın təhsil sistemi. Fransa Respublikası. Paytaxtı: Paris şəhəri. Dövlət dili: Fransız dili. Dövlət, eləcə də özəl təhsil müəssisələri mövcud olan Fransada məktəblilərin təxminən 20 faizi özəl orta təhsil müəssisələrində oxuyur. Həm dövlət, həm də özəl təhsil müəssisələri üçün bütün məktəb proqramlarını dövlət təs...
ANL
"Mən Vətənin daşıyam" mövzusunda ədəbi-bədii gecə. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə bərabər bəstəkar Tahir Əkbər, şair Ənvər Əhməd, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və digər qonaqlar iştirak edirdilər. Tədbir məktəbdə fəaliyyət göstərən "Kimlik" şagird studiyasının və onun rə...
ANL
"Məktəb-ailə münasibətlərinin aktual problemləri". Zərdabda "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri baxımından "Məktəb-ailə münasibətlərinin aktual problemləri" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə məktəb direktorları, onların təşkilati işlər üzrə müavinləri, gənc müəllimlər, şagirdlər, uşa...
ANL
Xalq şairi məktəbin qonağı olub. Martın 5-də Xırdalan şəhər 2 nömrəli orta məktəbdə çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qüdrətli söz ustası, xalq şairi Zəlimxan Yaqubla görüş keçirildi. Görüşdə tanınmış şairlər, əməkdar incəsənət xadimi Kəmalə Ağayeva və Alqayıt, Abşeron Rayon İcra Hakimiyyətinin məsul...
ANL
Nəriman Həsənzadənin 80 yaşı qeyd edildi. Azərbaycan Dillər Universitetinin akt zalında xalq şairi, dramaturq Nəriman Həsənzadənin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Millət vəkillərinin, tanınmış ictimai xadimlərin, ədəbiyyat nümayəndələrinin, professor-müəllim və tələbə heyətinin iştirak etdiyi mərasimi ...
ANL
Təlim-tədris prosesinin yeni mərhələləri. Müasir tədris sistemində informasiya texnologiyaları o qədər geniş tətbiq olunur ki, artıq onların zəruri olması şübhə doğurmur. Hazırda demək olar ki, hətta kənd məktəblərində də dərslərin kompüter və multimedia proyektorun köməyi ilə keçirilməsi adi hala dönüb. Lakin vaxt keç...
ANL
Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi. Müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir. Heydər ƏLİYEV. Ölkəmizin iyirminci əsrdə ikinci dəfə müstəqillik qazanması və respublikamızda bazar iqtisadiyyatı münasibətlərinin qurulması yeni idarəetmə formalarının tətbiqini günün ən v...
ANL
Fənn kurikulumlarının tətbiqi mövzusunda elmi-praktik konfrans. Martın 4-də Bakıdakı N.Həmzəyev adına 238 nömrəli orta məktəbdə "Zamanın tələbi-fənn kurikulumlarının tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda Kurikulum Mərkəzinin rəhbərliyi və bir qrup əməkdaşı, məktəb direktorları, müəllimlər, bey...
ANL
Tibb fakültəsinin tələbələri üçün növbəti mühazirə. Naxçıvan Dövlət Universitetində elmin, təhsilin inkişafı, tədrisin yüksək səviyyədə təşkili məqsədilə kənar mütəxəssislərin buraya cəlb olunması, respublikanın, dünyanın tanınmış elm xadimlərinin, pedaqoqlarının universitetdə mühazirələrinin təşkili artıq ənənə halını...
ANL
Astara Pedaqoji Kollecində valideynlər yığıncağı. Martın 5-də Astara Pedaqoji Kollecində valideynlər yığıncağı keçirildi. Bu, orta ixtisas məktəbləri arasında ilk təşəbbüsdür ki, müxtəlif şəhər və rayonlardan olan valideynlər kollecdə bir araya gəlir, mövcud vəziyyəti müzakirə edir və qarşıya çıxan problemləri birgə hə...
ANL
YUNESKO alimlərimizin elmi işini yüksək qiymətləndirib. Bu texnologiyalar maddəyə müxtəlif təsir metodları, yanaşmaları, atom və molekullar ilə əlaqəli olan bütün texniki prosesləri özündə cəmləşdirir. Nanotexnologiyanın tətbiq sahələri (ekologiya, tibb, kosmos, kibernetika, sənaye - xüsusilə neft sənayesi) həddən artı...
ANL
NDU-da jurnalist tələbələrlə görüş. Naxçıvan Dövlət Universitetində ali məktəbin tədris və tərbiyə işləri üzrə prorektorlarının, tarix-filologiya fakültəsinin dekanının, Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri və müəllimlərinin iştirakı ilə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin Naxçıvan Muxtar...
ANL
Azərbaycan Dillər Universitetində türkiyəli professor Hikmet Özdemirin "1915-ci ildən erməni fəaliyyətləri" mövzusunda mühazirəsi dinlənilib. Tələbə və müəllim heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev qonağı təqdim edib. Sonra çıxış edən professor Hikmet...
ANL
BDU ilə British Council arasında Anlaşma Memorandumu imzalanıb. BDU-nun rektoru, akademik Abel Məhərrəmov British Council-in rəhbəri Paul Klementonla görüşüb. Görüşün əsas məqsədi BDU ilə British Council arasında Anlaşma Memorandumunun imzalanması olub. Ötən ilin dekabr ayında tərəflər arasında keçirilən görüşdən sonra...
ANL
Təhsil Şurası İdarə Heyətinin iclası keçirilib. Martın 9-da Bakıdakı 177 nömrəli orta məktəbdə Azərbaycan Təhsil Şurası İdarə Heyətinin iclası keçirilib. İclası şuranın sədri, professor Əjdər Ağayev açaraq heyət üzvlərini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, İdarə Heyətinin növbəti iclasına ev sahi...
ANL
Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Martın 10-da Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib. "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər" mövzusunda məsələnin müzakirə olunduğu iclasda Azərbaycan Respublikasının maliyyə naziri Sami...
ANL