text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Fotomüsabiqənin qalibləri mükafatlandırıldı. Martın 4-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Ətraf mühiti qoruyaq" mövzusunda məktəblilər arasında təşkil olunan respublika fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbiri təhsil naziri... | ANL |
İsmayıllıda Peşə Tədris Mərkəzinin açılışı olub. 2008-ci ildə Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən "Peşə Təhsili və Təlimi Sahəsində İslahatlar Strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində Azərbaycan dövlətinin vəsaiti hesabına İsmayıllı rayonunda müasir tip... | ANL |
Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrinin direktorlarına. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.8-ci maddəsinə görə, üm... | ANL |
Çexiyanın Azərbaycandakı səfiri BSU-da olub. Bakı Slavyan Universitetində Çexiyanın Azərbaycandakı səfiri Radek Matula ilə görüş keçirilmişdir. Çexiyaşünas tələbələrin təşəbbüsü ilə təşkil olunan tədbirdə Azərbaycan və Çexiyanın əlaqələrindən bəhs edən qısametrajlı film nümayiş olunmuşdur. Filmdə Çexiyanın Azərbaycanda... | ANL |
Yüksək peşəkarlıq uğurlara meydan açır. Son illər ölkəmizdə idmanın bütün növlərinə maraq və diqqət artmışdır. Dövlət tərəfindən göstərilən qayğı nəticəsində respublikamızda idmanın inkişafı üçün geniş maddi-texniki bazalar yaradılmış, olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. Görülən işlərin məntiqi nəticə... | ANL |
Azərbaycanın Milli Qəhrəmanları. Tağızadə Eldar Abdulla oğlu. Sonra Bakı Dövlət Universitetinə daxil olub. 1985-ci ildə universitetin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Eldar Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda çalışarkən Səbail rayon DİŞ-in cinayət axtarışı bölməsi ilə əməkdaşlıq e... | ANL |
Yerləşir: Böyük Britaniya, İngiltərə, York şəhəri. York Universiteti (University of York) İngiltərənin York şəhərində yerləşir və ölkənin müasir elmi-tədqiqat mərkəzlərindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universite... | ANL |
Təhsil Nazirliyinin kollegiya iclasında. Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət müzakirə olunub. Xəbər verdiyimiz kimi, martın 10-da Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib. "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticə... | ANL |
Bakıda iki uşaq bağçasının açılışı olub. Martın 16-da Bakının Nəsimi rayonundakı 76 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimi oldu. Təhsil naziri Misir Mərdanov Novruz bayramı ərəfəsində açılış münasibətilə bağçanın pedaqoji kollektivini təbrik etdi. Respublikada görülən bütün bu işləri... | ANL |
Bakı Slavyan Universitetində təqdimat mərasimi. Martın 11-də Bakı Slavyan Universitetinin filologiya fakültəsində BSU-nun "Elmi əsərləri"nin Osvald fon Volkenşteyn Cəmiyyəti (Almaniya) ilə birgə hazırladığı xüsusi buraxılışının təqdimat mərasimi keçirildi. Nəzərə çatdıraq ki, bu nəşr universitetin sözügedən cəmiyyətlə ... | ANL |
Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi. (Əvvəli qəzetimizin ötən sayında). Məktəb üç kollektivin - müəllim, şagird və valideyn kollektivlərinin vəhdətindən ibarətdir. Bu kollektivlər ümumi məqsəd uğrunda səylərini birləşdirərək yüksək nəticələr əldə etdikdə inamla yaradıcı vahid kollektivin formalaşdığını təsbit... | ANL |
Lənkəran Dövlət Universitetində beynəlxalq olimpiada keçirildi. Lənkəran Dövlət Universitetində informasiya texnologiyalarına dair beynəlxalq olimpiada keçirildi. Olimpiadadan əvvəl keçirilən plenar iclasda universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov tədbirin ... | ANL |
Monitorinq, qiymətləndirmə və təhsilin keyfiyyəti. Dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Təhsilin keyfiyyəti nədir? Təhsilin keyfiyyətini necə idarə etmək o... | ANL |
Bir qrup təhsil işçisi Türkiyədə səfərdə olub. Dərsliklərin qiymətləndirilməsi ilə bağlı qardaş ölkənin təcrübəsi öyrənilib. Elm və texnikanın sürətlə inkişaf etdiyi, tələbatın dəyişdiyi informasiya əsri, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əsaslı dəyişikliklərin aparılmasını tələb edir. Bu məqsədlə təhsil ... | ANL |
Alman Akademik Mübadilə Xidmətinin proqram rəhbəri ADU-da olub. Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə proqram rəhbəri Manja Hussner Azərbaycan Dillər Universitetinin alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanova ilə görüşüb. Görüşdə bir sıra maraq doğuran məsələlər, o c... | ANL |
Rusiyanın təhsil sistemi. Paytaxtı: Moskva şəhəri. Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunan ən böyük dövlətdir. Keçmiş SSRİ-nin varisi olan Rusiya Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir. Son 10 ildə təhsil sisteminin yenidən qurulması üçün ölkədə ciddi təhsil islahatları aparılıb. Rus... | ANL |
Azərbaycanda distant təhsil olsun, yoxsa olmasın? Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edə... | ANL |
23 ildir xalqımızın övladlarının bir qismi məlum səbəbdən Novruz bayramını öz dədə-baba yurdlarında qarşılamır. Bayram tonqalını yandırmır, ocaq qalayıb, qazan asmır, qapı pustuya getmir, sübhdən durub su üstünə qaçmır. Ulularımızın doğma elində qərib-qərib dolaşan ruhları Bayram axşamı bacamıza gəlir, "yenə qayıtmayıb... | ANL |
Mən elə baxaram, od tutar canın, Alışar pərdəsi pəncərənizin. Mən sənin yadına düşmürəm, neynək, Qəmin ağuşunda ümid bəslərəm. Oturub pəncərə önündəcə tək, O gözəl, o göyçək yazı gözlərəm. Yaz gələr, yenə də qaynayar qanım, Bizim pəncərəyə dikilər gözün. Mən elə baxaram, od tutar canın, Çatlayar şüşəsi pəncərənizin. Mə... | ANL |
Azərbaycan məktəblərində fizikanın tədrisi tarixinə dair maraqlı və faydalı tədqiqat əsəri. Elmi-tədqiqat institutlarında əsas iş istiqamətlərindən biri gənc tədqiqatçılara elmi məsləhət verməkdir. Həmin müəssisələrdə müxtəlif səviyyəli ixtisas sahibləri tədqiqat aparır. Sevindirici haldır ki, onlardan bəziləri dünyagö... | ANL |
"Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin inkişafı" mövzusunda respublika elmi-praktik konfransının keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 fevral 2011-ci il tarixli, 247 nömrəli əmrilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müs... | ANL |
Təlim kurslarının təşkili barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) "Pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi" 2-ci komponentinin İcra Planına uyğun olaraq, 2011-2012-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I sini... | ANL |
Yerləşir: ABŞ, Kaliforniya ştatı, San-Diyeqo şəhəri. San-Diyeqo Kaliforniya Universiteti (University of California, San Diego) ABŞ-da Kaliforniya ştatının San-Diyeqo şəhərində, La-Colla şəhərətrafı kurort ərazisində yerləşir. San-Diyeqo Kaliforniya Universiteti Kaliforniya Universitetinin 10 filialından biridir və ştat... | ANL |
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təhsil sistemi. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı. Paytaxtı: London şəhəri. Dövlət dili: İngilis dili. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (Birləşmiş Krallıq) yüksək inkişafa malik sənaye ölkəsidir. Əhalinin həyat səviyyəs... | ANL |
Elmi məktəb yaratmış böyük alim, görkəmli təhsil işçisi. Professor Abuzər Xələfovun anadan olmasının 80 illiyi qarşısında. Azərbaycanda milli kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq təhsilinin təşkilatçılarından və müstəqil kitabxanaçılıq-informasiya fakültəsinin yaradıcılarından biri, görkəmli elm, təhsil... | ANL |
Fənn olimpiadalarının qalibləri mükafatlandırıldı. Mayın 5-də Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilmiş fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi oldu. Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavinləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, millət vəkilləri, ali... | ANL |
Şair, jurnalist Ramazan Səməroğlu ikinci dəfə oxucularının görüşünə "Nə qədər səhərlər sənsiz açacaq" kitabı ilə gəlib. Şair "Nə qədər səhərlər sənsiz açacaq",- deyəndə meydana nə qədər suallar çıxır… Anasızmı?, işğal olunmuş Vətən torpaqlarısızmı?, əziz dostlarsızmı?, istəkli sevgilisizmi?.. açılacaq o səhərlər sualla... | ANL |
"Yaradan nurundan payı olanlar" kitabının təqdimatı olub. Respublikanın şəhər və kənd məktəblərində çalışan 6 nəfər yaradıcı müəllim haqqında elmi-pedaqoji üslubda yazılmış oçerklərdən ibarət kitabın təqdimat mərasimini tədris ocağının direktoru Z.Abdullayeva açaraq müəllifi tədbir iştirakçılarına təqdim etmişdir. Məkt... | ANL |
"Şahmat dünyası" multimedia sisteminin təqdimatı keçirildi. Aprelin 29-da Təhsil Nazirliyində "Şahmat dünyası" multimedia sisteminin təqdimat mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, gəncl... | ANL |
Yaradıcılıq müsabiqəsinin yekunlarına həsr olunmuş konfrans. Mayın 4-də Akademik Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir" adlı konfrans keçirildi. Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil... | ANL |
Qlobal problemlərə qarşı effektli mübarizə yolları. Təhsil Nazirliyinin əməkdaşları Qazaxıstanda QİÇS-lə bağlı keçirilmiş konfransda iştirak ediblər. Dünyada elə qlobal problemlər var ki, o, millətindən, cinsindən və irqindən asılı olmayaraq insanları birgə mübarizəyə səsləyir. Belə problemlərdən biri XX əsrdə yaranmış... | ANL |
Təhsil Nazirliyində görüş. Mayın 3-də təhsil naziri Misir Mərdanov Türkiyənin Hacəttəpə Universitetinin rektoru Uğur Erdenerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Hacəttəpə Universitetinin prorektoru Sevil Gürgan, həmin ali məktəbin iqtisadiyyat fakültəsinin dekanı Ahmed Burcen, Azərbaycanın Türkiyəd... | ANL |
"Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda II Beynəlxalq elmi konfrans öz işinə başlayıb. Mayın 4-də Bakı Slavyan Universiteti və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə BSU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövz... | ANL |
"Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin yaradılması" haqqında müqavilə imzalandı. Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyinin işçi qrupu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti tərəfindən hazırlanmış "Azərbaycan Texniki Universitetinin Elektron T... | ANL |
"Ətraf mühiti qoruyaq" rəsm müsabiqəsinə yekun vuruldu. Aprelin 30-da T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Ətraf mühiti qoruyaq" movzusunda məktəblilərin respublika rəsm müsabiqəsinin yekun tədbiri keçirildi. Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini El... | ANL |
"Yeni təlim metodları, onların tətbiqi imkanları və nəticələri" mövzusunda konfrans. Bakı şəhəri İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə "Yeni təlim metodları, onların tətbiqi imkanları və nəticələri" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransa paytaxtın Xəzər və Sabunçu rayonlarından məktəb direktorları... | ANL |
Ostin Texas Universiteti (University of Texas at Austin) ABŞ-da Texas ştatının Ostin şəhərində yerləşir. Universitet ştatın böyük elmi-tədqiqat mərkəzlərindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytin... | ANL |
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Məlum olduğu kimi, təhsilin keyfiyyəti pedaqoji kadrların peşəkarlıq səviyyəsi ilə birbaşa bağlıdır. Bu baxımdan onların düzgün seçilib yerləşdirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir. Son ill... | ANL |
Tələbələrın XXII Respublika elmi konfransı və konfrans çərçivəsində müsabiqənin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 9.21 bəndini rəhbər tutaraq ali təhsil sistemində yüksək ixtisaslı mütəxəssis hazırlığı keyfiyyətinin yüks... | ANL |
Rəşid xan Zavid oğlu Qaplanov. Rəşid xan Zavid oğlu Qaplanov 1883-cü ildə Dağıstanın Xasavyurd qəzasının Ağsay kəndində anadan olub. Milliyyətcə Şimali Qafqazda yaşayan qumuq türklərindən olan Rəşid xan Qaplanov Vladiqafqazda realnı məktəbdə oxuyub, Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini bitirib. O, bu mü... | ANL |
Məktəbəqədər təhsilin konseptual problemləri. Qlobal dünyanın təhsil paradiqması. "Məktəbəqədər tərbiyə" anlayışının "məktəbəqədər təhsil" anlayışı ilə əvəz olunması ilkin yanaşmada bu dəyişikliyin səbəbi barədə sual doğurur. Heç şübhəsiz, bu mütərəqqi yanaşma tərzi barədə təhsil sahəsində çalışan hər bir kəsin subyekt... | ANL |
"İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət". Mayın 6-da "Gülüstan" sarayında ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Ra... | ANL |
Təhsil Nazirliyində görüş. Mayın 10-da təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerlə görüşüb. Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində görməsindən məmnunluq duyduğunu ifadə edib. Azərbayc... | ANL |
Respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə reqlament. Respublikanın ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə, kompüter proqramı tətbiq olunmaqla həyata keçirilir. Müsabiqədə pedaqoji profilli bütün ali və ... | ANL |
"Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişafı". Mayın 10-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişafı" mövzusunda respublika e... | ANL |
Yerləşir: ABŞ, Şimali Karolina ştatı, Çapel-Hill şəhəri. Çapel-Hill Şimali Karolina Universiteti (University of North Carolina at Chapel Hill) ABŞ-da Şimali Karolina ştatının ən tanınmış şəhəri olan Çapel-Hilldə yerləşir və ştatın ən böyük dövlət universitetidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - ... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2010-2011-ci dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzrə çıxarmaq, onların yaradıcılıq potensiallarını inkişaf etdirmək sahəsində məqsədyönlü işlər görülmüşdür. Görkəmli alim-pedaqoqlar... | ANL |
Həmid bəy Xəlil oğlu Şahtaxtinski. Dövrünün tanınmış siyasi və ictimai xadimi Həmid bəy Xəlil oğlu Şahtaxtinski 1880-ci il martın 12-də Azərbaycanın Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən olan Həmid bəy Şahtaxtinskinin adı XX əsr Azərbaycan dövlətçiliyi ... | ANL |
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün musiqi fənni kurikulumu (V-IX siniflər). Ümumi orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri. Musiqi aləmi. Şagird: - Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında təqdimatlar edir;. - dinl... | ANL |
Dəyərli dərs vəsaiti. "Mən bütün ömrümü, həyatımı şeirə, sənətə, ədəbiyyata, onun tədqiqinə və təbliğinə həsr etmişəm. Hərdən mənə elə gəlir ki, ədəbiyyat mənim Leylimdi, mən isə onun Məcnunu" - bu sözlər görkəmli Azərbaycan şairi, tanınmış ədəbiyyatşünas, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, filologiy... | ANL |
Beynəlxalq statuslu "Dünya" məktəbi. Tərkibində ali, orta ixtisas, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri olan təhsil kompleksləri dünyada çoxdan mövcuddur və özünü artıq doğruldub. Son illər ölkəmizdə həyata keçirilən təhsil islahatları, təhsilimizin beynəlxalq təhsil məkanına inteqrasiyası yönündə atılan addı... | ANL |
"Azəri inciləri"nin festivalda növbəti uğurları. Bakının Nizami rayonundakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Azəri inciləri" rəqs kollektivi Türkiyədə keçirilən 23 Nisan Beynəlxalq Uşaq Festivalında dəfələrlə iştirak edib. Bu il də mərkəz Türkiyənin Fəthiyə şəhərində keçiriləcək IV Beynəlxalq Uşaq Festivalında işti... | ANL |
Norveç Krallığının təhsil sistemi. Paytaxtı: Oslo şəhəri. Norveç Krallığında milli və irqi mənsubiyyətindən, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər təhsil almaq hüququ var. Ölkədə təhsil siyasətinin ana xəttini "hamı üçün təhsil" şüarı təşkil edir. Norveçdə müasir təhsil sisteminin əsası 250 ... | ANL |
Nəinki paytaxtımızın, həm də ölkəmizin ən nümunəvi ümumtəhsil müəssisələrindən biri olan Bakı Avropa Liseyinin 20 yaşı tamam olur. Bu münasibətlə mayın 15-də Heydər Əliyev adına Respublika sarayında yubiley mərasimi keçirildi. Yubileydə möhtəşəm bir tədbir hazırlanmışdı. Onun bədii hissəsində ancaq liseyin şagirdləri ç... | ANL |
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün təsviri incəsənət fənni kurikulumu (V-IX siniflər). Ümumi orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri. Cəmiyyə və təsviri incəsənət. Şagird: * təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətini şərh edir;. * Azərbaycanın, dünya incəsənətinin görkəml... | ANL |
Könüllərdə izi qalan müqəddəs peşə sahıbi. Bir müəllim haqqında söhbət açmaq istəyirəm. Biliyini, bacarığını, ürəyinin hərarətini, gözünün nurunu böyük xeyirxahlıqla, mehribanlıq və qayğıkeşliklə dərs dediyi şagirdlərinin qəlbinə hopturmağı bacaran bir müəllim haqqında. Varı-dövləti övladları qədər sevdiyi şagirdləri, ... | ANL |
Tələbə rəssamın fərdi rəsm sərgisi. Naxçıvan Dövlət Universitetində incəsənət fakültəsinin təsviri incəsənət ixtisası üzrə IV kurs tələbəsi Pərviz Yəhyayevin fərdi rəsm sərgisi açılıb. 10 gün davam edəcək sərgidə tələbə rəssamın təsviri sənətin müxtəlif janrlarında çəkdiyi əsərlər nümayiş olunacaq. Sərginin açılışında ... | ANL |
Peşəyə vurğunluq və istedad birləşəndə. 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Samirə Abbasovanın "açıq dərs"i dinlənildi. Hazırda informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə bütün sahələrdə İKT-nin tətbiqi prosesi gedir. Dünyanın bir çox aparıcı ölkələrində olduğu kimi, Azərbaycanda... | ANL |
Təhsilimiz onlarla fəxr edə bilər. Azərbaycan kimya elminin uğurlu gələcəyinə etibarlı zəmin yaradan gənclər. Azərbaycan xalqı bütün tarixi boyu istənilən elm sahəsində dünyaya çox böyük şəxsiyyətlər bəxş edib. Kimya elmi də bu sahədə istisna deyil. Son 120 ildə Azərbaycanın dünya şöhrətli kimya elmi məktəbi yaranıb və... | ANL |
23 nömrəli məktəbin "Kiçik Akademiya"sının açılışı oldu. Açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, onun müavini Məhəmməd Bayramov, Milli Valideyn-Müəllim Assosiasiya... | ANL |
"Bakıda Avstriya ədəbiyyatı günləri". Azərbaycan Dillər Universitetində "Bakıda Avstriya ədəbiyyatı günləri" adlı ikigünlük tədbir öz işinə başlayıb. ADU və Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində universitetin rektoru, professor, millət vəkili Səməd Seyidov, Avs... | ANL |
Uşaq-Gənclər Futbol Məktəbinin açılış mərasimi. Mayın 19-da "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin açılış mərasimi keçirildi. Mərasimdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın və Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövn... | ANL |
Təhsil naziri ümumtəhsil müəssisələrinin direktorları ilə müşavirə keçirdi. Mayın 19-da Bakıdakı 276 nömrəli tam orta məktəbdə ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı paytaxtın ümumtəhsil müəssisələrinin direktorları ilə müşavirə keçirildi. Müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhli... | ANL |
Məktəbəqədər təhsil müəssisələrindəki mövcud vəziyyət müzakirə edildi. Mayın 17-də Bakıdakı 276 nömrəli tam orta məktəbdə məktəbəqədər təhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı müşavirə keçirildi. Müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsin... | ANL |
Vətənə layiqli vətəndaş kimi tərbiyə olunuruq. Hərdən fikirləşəndə ki, artıq məktəbi bitirirəm və bir daha şagird kimi məktəbə qədəm qoya bilməyəcəm, bu məni kədərləndirir. Çünki uşaqlığımızı, gəncliyimizi həsr etdiyimiz bu doğma ocaq bizə çox şey öyrətmiş, gələcəkdə necə addımlamağı, vətənə, dövlətə sadiq bir vətəndaş... | ANL |
Akademik Abel Məhərrəmov "Avrasiyanın fəxri" medalı ilə təltif edilib. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikasının Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Elmi Şurasının 27 aprel 2011-ci il tarixli qərarı ilə Avrasiya məkanında təhsil və mədəniyyətin inkişafına ver... | ANL |
Ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Respublikanın ümumtəhsil məktəblərində ənənəvi "Son zəng" tədbirinin mütəşəkkil və səmərəli keçirilməsini təmin etmək məqsədilə. Ümumtəhsil məktəblərində təşkil olunan "Son zəng" tədbirində valideyn komit... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə. Təhsil Nazirliyində "Qaynar xətt" ... | ANL |
Yerləşir: Böyük Britaniya Krallığı, Şotlandiya, Qlazqo şəhəri. Qlazqo Universiteti (University of Glasgow) Şotlandiyanın Qlazqo şəhərində yerləşir və Böyük Britaniyanın dörd ən qədim təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu i... | ANL |
Nurməhəmməd bəy Ədilxan oğlu Şahsuvarov. Nurməhəmməd bəy Ədilxan oğlu Şahsuvarov 1883-cü ildə Zəngəzur qəzasının (indiki Laçın rayonunun) Minkənd kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində başa vurmuş Nurməhəmməd bəy Şahsuvarov 1899-1903-cü illərdə Qori Müəllimlər Seminariyasında oxuyub. Bir müddət Gəncədə... | ANL |
Təhsil Nazirliyində görüş. Mayın 26-da təhsil naziri Misir Mərdanov ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə regional direktoru Əsəd Alamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində... | ANL |
Xaçmazda təhsil naziri Misir Mərdanovun iştirakı ilə zona elmi-praktik konfransı keçirildi. Mayın 21-də Xaçmaz rayonunda akademik Zərifə Əliyevanın adını daşıyan 8 nömrəli məktəb-liseydə təhsil naziri Misir Mərdanovun iştirakı ilə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-prakti... | ANL |
Norveç Krallığı ilə təhsil sahəsində əməkdaşlıq inkişaf edir. Mayın 25-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq və Oslo Universitetinin professoru Vibeke Roggenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil naziri Misir Mərdanov qonaqlar... | ANL |
Təlim kurslarının təşkilinə dair müqavilələr imzalanıb. Mayın 26-da Təhsil Nazirliyində 2011-2012-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində işləyən ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirildi. Azərbaycan ... | ANL |
Pilot layihəsi çərçivəsində keçirilən təlimlər başa çatdı. Mayın 25-də Bakının Suraxanı rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat-məktəbdə "Hər kəs üçün icma təşəbbüsü: Azərbaycan" pilot layihəsi çərçivəsində "Sosial iş" və "Təhsilə dəstək" mövzularında keçirilən on bir həftəlik təli... | ANL |
Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyaları açıldı. Qafqaz Universiteti ilə BP-Azərbaycan şirkəti arasında 2009-cu ildə imzalanmış memoranduma əsasən həyata keçirilən birgə layihə çərçivəsində şirkətin maliyyə dəstəyi ilə universitetdə yeni kimya mühəndisliyi laboratoriyaları yaradılıb. Mayın 24-də labor... | ANL |
Mayın 20-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda " Nizami Gəncəvi - 870" adlı Respublika elmi-praktik konfransı keçirilib. Konfransı institutun rektoru, professor Asəf Zamanov açaraq, dəvət olunmuş qonaqları və tədbir iştirakçılarını salamlayıb. Ölkəmizdə, həmçinin respublikamızdan k... | ANL |
Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Xalid Musayevi "Canlı işıqfor" kimi tanıyırlar. Xalid artıq 14 ildir ki, xırda ticarətlə məşğul olduğu dükanının yaxınlığında yerləşən 114 nömrəli məktəbə gedən şagirdlərə avtomobil yolunu keçməkdə kömək edir. Xalid Musayev uşaqları avtomobildən qorumaq və onların təhlükəsizl... | ANL |
Könüllərdə yeri olan şair. Ötən əsrdə cəmi 31 il ömür yaşamış Mikayıl Müşfiq ədəbiyyat tariximizdə lirik və epik poemalar, mənzum nağıl və oçerklər, çoxsaylı lirik-fəlsəfi şeirlər, müxtəlif dillərdən uğurlu tərcümələr müəllifi kimi özünə əbədi yer qazanıb. M.Müşfiq Bakıda anadan olmuş, uşaq ikən valideynlərini itirmiş,... | ANL |
Azərbaycan Xalq Cümhuriyyəti və maarif ziyası. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Bu da Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəklənməsinə ... | ANL |
Kim kimi genosidə məruz qoyub? Bir əsrə yaxındır ki, ermənilər bütün dünyaya car çəkərək türklər tərəfindən genosidə məruz qaldıqlarını, 1915-ci ildə türklərin Anadoluda onlara qarşı kütləvi soyqırımı törətdiklərini sübut etməyə çalışır, bunun üçün mövcud tarixi faktları utanıb qızarmadan saxtalaşdırmaqdan belə çəkinmi... | ANL |
Müəllimləri onlar haqqında belə dedilər. Azərbaycanı bu yarışmada təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 25 ölkənin iştirakı ilə keçən müsabiqənin final mərhələsində tarixi qələbə qazanıb. Təmsilçilərimizin ifa etdiyi "Runnung scared" mahnısı 43 ölkə tamaşaçılarının səsverməsi nəticəsində 221 xal toplayıb. Elda... | ANL |
Fəal təlimi son illər ölkəmizdə böyük vüsətlə həyata keçirilən islahatların ən uğurlu nəticələrindən biri saymaq olar. Sevindirici haldır ki, hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin əksəriyyəti öz fəaliyyətində fəal təlimə geniş yer verir, dərslərini müasir dərsə verilən tələblər əsasında qurmaq üçün yara... | ANL |
Günəş düzü-dünyanı nuruna qərq edib qüruba endiyi kimi insanlar da yaşayaraq keçdikləri ömür yolunda əməlləri ilə özlərinə məxsus iz qoyurlar bu dünyada. Ömrünü, gününü qətrə-qətrə şam kimi əridərək xalqının maariflənməsinə, vətəninin tərəqqisinə sərf edənlər ictimaiyyət tərəfindən hörmət və ehtiramla qəbul edilir və s... | ANL |
Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanovun rəhbərlik etdiyi layihə əsasında hazırlanmış "Azərbaycanın təhsil nazirləri" kitabı çapdan çıxıb. Kitabda Azərbaycan Demokratik Respublikası dövründən bu günədək ölkəmizin təhsil sisteminə rəhbərlik etmiş şəxslər haqqında məlumatla... | ANL |
Acı xatirələr. Mən müharibənin nə demək olduğunu hiss edirəm, onun dəhşətlərini, qırılıb tələf olan insanları gözlərimlə görmüşəm. O illər mənim qəlbimdə, bədənimdə izlər qoyub gedib. Elə izlər ki, əbədilik yaddan çıxmaz, unudulmaz. Yer qızmar kürə kimi yanırdı. Yerlərin alovu göylərin sifətini qarsırdı. Sözün əsl məna... | ANL |
Kurikulum Mərkəzi: qısa tarixi xülasə. 1999-cu ildən başlayan təhsil islahatları Azərbaycanda pedaqoji, psixoloji elmlərin, məktəbin inkişafına əlverişli şərait yaratdı. Ehtiyac və tələbatlara uyğun olaraq təhsil sisteminin təkmilləşdirilməsi, təşkilati-struktur bazanın möhkəmləndirilməsi istiqamətində dövlət səviyyəsi... | ANL |
Münhen Lüdviq-Maksimilian Universiteti. Yerləşir: Almaniya Federativ Respublikası, Münhen şəhəri. Münhen Lüdviq-Maksimilian Universiteti (Ludwig-Maximilians-Universitat (LMU) München) Almaniyanın Münhen şəhərində yerləşir. 500 ildən artıq tarixə malik bu universitet tələbələrinin sayına görə ölkənin ən böyük ikinci ali... | ANL |
Avstraliyanın təhsil sistemi. Avstraliya İttifaqı. Paytaxtı: Kanberra şəhəri. Dövlət dili: ingilis dili. Pul vahidi: Avstraliya dolları. Konstitusiyalı monarxiya olan Avstraliya İttifaqı 6 ştatdan ibarət federativ dövlətdir. Təhsil və elmi-tədqiqat sahəsinə xüsusi diqqət ayıran Avstraliyada mövcud olan məktəblərin tari... | ANL |
Dünyada ən uca bayraq. Bu gün ölkəmizdə çox əlamətdar və tarixi bir gündür. Bu gün Bakıda Dövlət Bayrağı Meydanı açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Dövlət Bayrağı Meydanının açılışı, həqiqətən, tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsid... | ANL |
Məktəblilərin altıncı spartakiadasına yekun vurulub. Bu günlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdləri arasında VI spartakiada keçirildi. Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru, boks idman növü ... | ANL |
Müəllim hazırlığı sahəsində problemlər müzakirə olundu. Oktyabrın 28-29-da Azərbaycan Müəllimlər İnstitutunda "Müəllim hazırlığının müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın oktyabrın 28-də keçirilən plenar iclasında Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazirliyin... | ANL |
Təhsil Nazirliyində görüş. Oktyabrın 28-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen, "British Council" təşkilatının Azərbaycan üzrə direktoru Pol Klementson və bu təşkilatın proqramlar üzrə meneceri Gülşən Hüseynova ilə görüşüb. Misir Mərdanov qonaqları ... | ANL |
Dövlət bayrağımız milli qürurumuzdur. Noyabrın 1-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Dövlət Bayrağı Gününə həsr edilmiş "Dövlət bayrağımız - milli qürurumuz" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə institutun rektoru, fizika-riyaziyyat elmləri doktoru... | ANL |
Həyatını kosmosa həsr etmiş azərbaycanlı general. Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, general-leytenant Kərim Kərimov bütün həyatını sovet kosmonavtikasına, kosmosa və raket texnikasına həsr etmişdi. Sovet kosmik elmini azərbaycanlı general Kərim Kərimovsuz təsəvvür etmək çox çətindir. 50 il ərzində... | ANL |
Təhsil sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir. Noyabrın 3-də təhsil naziri Misir Mərdanov Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil naziri qonaqları səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin in... | ANL |
BDU-da II Beynəlxalq Türkiyə-Azərbaycan hüquq simpoziumu keçirilib. Oktyabrın 28-də Bakı Dövlət Universitetində Qafqaz Universiteti, BDU və Türkiyənin Özyegin Universitetinin birgə təşkilatçılığı ilə "İnformasiya-kommunikasiya texnologiyaları və şəxsiyyət hüquqları" mövzusunda II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-prak... | ANL |
Ümumi təhsilin inkişaf perspektivlərinə həsr olunmuş konfrans keçirilib. Noyabrın 3-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan Respublikası Təhsil Şurası və BPKİYİ-nin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında ümumi təhsilin inkişaf perspektivləri" mövzusunda elmi-... | ANL |
Professor Əjdər Ağayevin "Seçilmiş pedaqoji əsərlər"inin təqdimatı olub. Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində çağdaş pedaqoji elmimizin görkəmli nümayəndəsi, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Əjdər Ağayevin yenicə çapdan çıxmış ikicildlik "Seçilmiş pe... | ANL |
Azərbaycanlı alimin yeni uğuru. Harvard Universitetinin Dövlət İdarəçiliyi fakültəsinin Xəzər Araşdırmalar Mərkəzinin qərarı ilə Azərbaycan Dillər Universitetinin 1 nömrəli ingilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayevin adı mərkəzin "Ən çox inkişaf edən məzun" adlı universitet lövhəsində yazılıb. Məluma... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.