text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Hüseyn Cavid yaradıcılığını əks etdirən sərgi. Bu günlərdə Binəqədi rayon mərkəzi kitabxanasında görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 129-cu ildönümünə həsr olunmuş sərgi keçirilib. Sərgidə dramaturqun dərin fəlsəfi məzmun kəsb edən çoxlu sayda əsərləri nümayiş olunub. Əsərlərinin mövzu və janr xüsusiyyət...
ANL
Ədəbiyyat fənni kurikulumu təlimə innovativ yanaşma nümunəsidir. Son illər təhsil sahəsində aparılan məqsədyönlü, planauyğun və davamlı islahatlar ümumi təhsilin məzmununu da əhatə etmiş, onun yeniləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Nəticədə ümumi təhsilin məzmununa müasir yanaşmanın, dövrün məktəbin,...
ANL
Ədəbiyyatdan ev inşalarının təşkili haqqında. Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Heydər ƏLİYEV. Son 20 ildə respublikamızın ictimai-siyasi həyatında, o cümlədən təhsil sistemində də böyük inqilabi dəyişikliklər baş vermişdir. Müs...
ANL
İnşa müsabiqəsinin qalibləri mükafatlandırıldı. Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində filologiya fakültəsinin tələbələri arasında keçirilən xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsinin nəticələri ilə bağlı tədbir keçirildi. ADU-nun filologiya fakültəsinin dekanı Fikrə...
ANL
İdmana olan sevgisi uşaqlıq illərindən yaranıb. Dediyinə görə, daha çox Van Damm, Brüs Linin və digər kino ulduzlarının filmlərinə baxdıqdan sonra idmanı daha çox sevməyə başlayıb. Sevinc Azərbaycan dili, ədəbiyyat və tarix fənlərini daha çox sevir. O deyir ki, "Hər bir kəs öz xalqının tarixini və ədəbi irsini dərindən...
ANL
"Mən kamançaya borclu qalmamışam". Qüdrətli kaman ifaçısı Habil Əliyevlə söhbət. Deyirlər ki, musiqi insanla birgə doğulub birgə yaşayır. Fərq yalnız ondadır ki, insan qocalır, yaşa dolur, amma musiqi heç vaxt qocalmır. Bəlkə də elə buna görədir ki, musiqinin ömrünü insan nəslinin ömrünə bənzədib deyirlər ki, Yer üzəri...
ANL
Xalq yazıçısı ilə görüş. Oktyabrın 28-də Azərbaycan Dillər Universitetində xalq yazıçısı Mövlud Süleymanlı ilə görüş keçirildi. ADU-nun filologiya fakültəsinin və Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən fakültənin dekanı, professor Fikrət Cahangirov ADU-da belə tədbirlərin keç...
ANL
Yerləşir: Böyük Britaniya, İngiltərə, Lids şəhəri. Lids Universiteti (University of Leeds) İngiltərənin Qərbi Yorkşir vilayətinin Lids şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. Universitet tələbə sayının çoxluğuna görə ölkənin ikinci ən böyük ali məktəbidir. Böyük Britaniyanın "Ti...
ANL
Pedaqoji jurnalistikanın fədailərindən biri. Mənə belə gəlir ki, cəmiyyətdə fəal mövqe tutmuş, əməlləri ilə hörmət və ehtiram qazanmış insanlar haqqında söz demək o qədər də asan məsələ deyil. Çünki barəsində söz açacağın insanın bütün həyat yoluna, problemlərinə, uğurlarına gərək bələd olasan. Bu bələdliyi isə kiminsə...
ANL
Elmira Mikayıl qızı Qafarova. Bakı şəhərindəki 23 nömrəli orta məktəbdə təhsil alıb.1958-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada oxuyub. 1961-ci ildə Elmira Qafarova dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi al...
ANL
ABŞ-da filialını açmaq istəyən universitet. "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Qafqaz Universiteti. Dünyanın onlarca ölkəsində yaratdığı tədris müəssisələri vasitəsi ilə təhsil xidmətləri göstərən qardaş Türkiyənin "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycana gəlişinin 20 ili tamam olur. Bu illər ərzində şirkət ö...
ANL
TEMPUS proqramı çərçivəsində beynəlxalq simpozium keçirilib. Naxçıvan Dövlət Universitetində Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində "İnnovasiyaların tətbiqi: inkişaf və müasirləşmə" mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Simpoziumdan öncə Leyzpig Tətbiqi Elmlər Universitetinin rəhbərlik etdiyi, Portuqal...
ANL
Bakıda IV Beynəlxalq Təhsil Sərgisi açılıb. Noyabrın 5-də "Kaspi" Təhsil Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda IV Beynəlxalq Təhsil Sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyevanın, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə təhsil nazirinin müavini Qul...
ANL
Noyabrın 9-da "Təhsil" Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş açıq şahmat turnirinin açılış mərasimi keçirildi. Mərasimi giriş sözü ilə "Təhsil" Respublika İd...
ANL
BDU-nun rektoru Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib. Rektor Abel Məhərrəmov Azərbaycanla Ukrayna arasında qardaşlıq, dostluq əlaqələrinin mövcudluğundan danış...
ANL
AMEA-da "Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda seminar keçirilib. Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Azərbaycan Müəllimlər İnstitutunun təşəbbüsü ilə "Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda seminar keçirilmiş...
ANL
Gövhər Həsənzadə hisslərini notlara köçürüb. Bəstəkar 4 sənətkarla çalışmağın dəyərindən danışdı. Bəstəkar Gövhər Həsənzadə bir neçə yeni mahnı üzərində çalışır. Əməkdar incəsənət xadiminin söylədiyinə görə, bu yaxınlarda dinləyicilər məşhur sənətçilərin ifasında onun yeni kompozisiyalarını dinləyəcək. Onlardan birində...
ANL
Kamran Nəbi oğlu Rəhimov. Kamran Nəbi oğlu Rəhimov 1928-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Qeyri-adi qabiliyyəti, elmə, biliyə marağı sayəsində Naxçıvan ikiillik Müəllimlər İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsinə qəbul edilib. 1945-ci ildə institutu fərqlənm...
ANL
Rays Universiteti (Rice University) ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən özəl elmi-tədqiqat müəssisəsidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Rays Universiteti 100 ən yaxşı ali m...
ANL
Şahmat turnirinin qalibləri mükafatlandırıldı. Noyabrın 14-də "Təhsil" Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş açıq şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasi...
ANL
İşçi qrupunun yaradılması barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. YUNESKO-nun Moskva bürosunun müraciəti əsasında 2004-2011-ci illər ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən QİÇS epidemiyasının profilaktikası istiqamətində təhsil sahəsində görülmüş işlərin və əldə olunmuş irəliləyişlər...
ANL
Təhsil Nazirliyində görüş. Noyabrın 11-də təhsil nazirinin müavini Qulu Novruzov Belarus Respublikası Təhsil Nazirliyinin Texniki Peşə Təhsili İdarəsinin müdiri Eduard Qançar və Belarus Respublikası Peşə Təhsili İnstitutunun rektoru Arkadi Şklyarla görüşüb. Təhsil nazirinin müavini Qulu Novruzov öncə qonaqları səmimi s...
ANL
Sofiya Universitetinin rektoru Azərbaycan. Dövlət İqtisad Universitetində olub. Noyabrın 15-də Bolqarıstan Prezidentinin təhsil, elm və iqtisadi inkişaf məsələləri üzrə müşaviri, Sofiya Milli və Dünya Təsərrüfatı Universitetinin rektoru Borislav Borisov Azərbaycan Dövlət İqtisad Universitetində olmuşdur. AzərTAc xəbər ...
ANL
Qafqaz universitetlərinin. ilk beynəlxalq simpoziumu. Naxçıvan Dövlət Universitetində Qafqaz Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq Gənclik Simpoziumu keçirilmişdir. Simpozium iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki heykəlini və muzeyini, Türkiyə Cümhuriyyətinin qurucusu M...
ANL
Milli pedaqogikanın. metodoloji əsaslarına dair. Dövlət müstəqilliyinin bərpasının milli pedaqogikanın formalaşması üçün ilkin metodoloji şərt olması. Azərbaycanda dövlət müstəqilliyinin bərpası ilə tamam yeni dövr başlamışdır. Həyatımızın bütün sahələrində, o cümlədən təhsil sahəsində geniş miqyasda islahatlara keçilm...
ANL
"Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin. keyfiyyətini yüksəltmək yolları" mövzusunda. Noyabrın 14-də Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzu...
ANL
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı. Respublika Komitəsinin X məclisi keçirildi. Noyabrın 16-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin X məclisi keçirildi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının konfrans zalında keçirilən yığıncaqda respublikanın müxtəlif bölgələrinin...
ANL
Yuri Qaqarinin müəmmalı ölümü... Bildiklərimiz və bilmədiklərimiz. Bu gün dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Təyyarəçi Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu şifrənin hazırlanması gen...
ANL
Sözlə əməksevərliyin ülfəti. Ömür var ki, həyatın bütün dönüm-döngələri ağrı-acısız yaşanır. Bu sətirlər taledən şikayət kimi qəbul olunmasın. Əslində elə jurnalist, qəzet əməkdaşının işi çətin, çörəyi halal (söhbət saf niyyətli və xoşməramlılardan gedir), həyat yolu mənəvi dəyərə malik bir salnamədir, özünəxas, seçilə...
ANL
Danimarka Krallığının təhsil sistemi. Paytaxtı: Kopenhagen şəhəri. Dövlət dili: Danimarka dili. Danimarkada təhsilin ilkin təşəkkül tarixi IX əsrə təsadüf edir. XII-XIII əsrlərdə kilsənin nəzdində qrammatika məktəbləri yaradılıb. I Kral Kristian Roma Papasının icazəsi ilə 1479-cu ildə Kopenhagen Universitetini inşa etd...
ANL
Təhsilin davamlı inkişafı ixtisasartırmadan keçir. Ümummilli liderimiz Heydər Əliyev uzaqgörənliklə demişdir: "Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır". İndi Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya olunduqca müasir gənclərimizə nəyi daha çox öyrətməyin...
ANL
Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə. Azərbaycanın ...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur). Ali təhsil müəssisələrinin rəhbərlərinə Tədbirlər planının icrasının təmin ediməsi və görülmüş işlər haqqında məlumatın 25 de...
ANL
Keçir ömür karvanı... Ömür karvanı aram-aram ötüb keçir və bir gün nəfəsimizi dərib geriyə boylanarkən, necə yaşadığımızın fərqinə varırıq. Ömrü mənalı illərəmi verdik, yoxsa hədər əsən yellərəmi? Elm öyrənmək ən savab əməllərdəndir. Bir saat elm öyrənmək dinimizdə qırx il ibadətə bərabər buyrulub. Ömrünün 53 ilini öyr...
ANL
Müəllim Məhəmməd Cövdət İnancalp. Giriş yerinə. 1904-cü ildə Rusiya Yaponiya ilə apardığı savaşda böyük bir yenilgiyə uğradı və 1905-ci ildə ölkədə meydana gələn inqilab nəticəsində monarxiya topluma bəzi hüquqlar verilməsinə məcbur olaraq konstitusiya idarəsinə keçdi. Dövlətin təbəəsi olan qeyri-rus millətlərə də bu ç...
ANL
İnformatika fənni üzrə təhsil standartlarının tətbiqi təhsilin idarəedilməsi sisteminin təkmilləşdirilməsində əsas tələblərdən biridir. İnformasiya cəmiyyətinin təşəkkülü dövründə informatika və informasiya texnologiyaları sahəsində qabaqcıl biliklərin əldə edilməsində orta ümumtəhsil məktəbləri müstəsna rol oynayır. Ş...
ANL
Təhsil Nazirliyində görüş. Noyabrın 24-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçükün başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ilə görüşüb. Misir Mərdanov qonaqları səmimi salamlayaraq onl...
ANL
Azərbaycan Texniki Universitetinin 60 illik yubileyi qeyd olundu. Noyabrın 23-də Akademik Milli Dram Teatrında Azərbaycan Texniki Universitetinin 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, millət vəkilləri, ali məktəblərin rektorları, ...
ANL
Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələr son illər daha da inkişaf edir. Noyabrın 24-də təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ali təhsil və elmi tədqiqatlar nazirinin müavini Mustafa Əl Advan ilə görüşüb. Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov öncə Az...
ANL
Yerləşir: Almaniya, Berlin şəhəri. Azad Berlin Universiteti (almanca Freie Universität Berlin) Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşir. Bu ali məktəb Almaniyanın və Kontinental Avropanın ən nüfuzlu tədqiqat universitetlərindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS Worl...
ANL
Məmməd Həmid oğlu Ələkbərov. məktəbində oxuyub, lakin təhsilini başa vura bilməyib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəllim hazırlığı kursunu bitirərək Astraxanbazardakı (indiki Cəlilabad) I dərəcəli məktəbə müəllim göndərilib. Ali təhsilli mütəxəssis kimi Məmməd Ələkbərov Balaxanıda, Borçalının Başkeç...
ANL
Azərbaycan təhsili müstəqillik illərində. Azərbaycan ictimaiyyəti ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük qürur hissi ilə qeyd edir. Lakin Azərbaycan bu illər ərzində çox böyük tarixi yol keçibdir. Əsası müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq, ...
ANL
Əzablı yollardan keçən həyat hekayəti. Atam Əjdər, anam Zəhra gün çıxmamışdan tarlaya gedər, əkin-biçinlə məşğul olub qaranlıq düşəndə evə dönərdilər. Atam bəzən məni də, böyük qardaşımı da zəmiyə aparardı. Ağır işləri özü görərdi. Biz də gücümüz çatandan ona kömək edərdik. 1911-ci ildə Səttarxan inqilabı yatırıldıqdan...
ANL
Üçqat Avropa çempionu. Sərxan Rauf oğlu Əhmədov idmanın cüdo növü üzrə 60 kq çəki dərəcəsində üçqat Avropa çempionu və dünya çempionatının üçüncüsüdür. Sərxan Nizami rayonunda yerləşən 277 nömrəli orta məktəbin məzunudur. Yaşıdlarından həmişə qeyri-adi istedadı və bacarığı ilə fərqlənən Sərxan cüdo ilə 10 yaşından məşğ...
ANL
Ümumtəhsil məktəbləri üçün kimya fənni kurikulumu (VII-XI siniflər) haqqında. Təhsil islahatının hazırkı mərhələsində ümumtəhsil məktəblərində təbiət fənlərindən olan kimyanın müasir tələblər səviyyəsində tədrisi mühüm vəzifələrdən biri kimi qarşıda durur. Bu baxımdan ənənəvi fənn proqramlarından köklü şəkildə fərqlənə...
ANL
İlk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığı məzmununun müəyyənləşdirilməsində yeni prinsiplər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 iyul 2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-...
ANL
Dərslərdə interaktivliyin təşkili. Azərbaycan dünya birliyi ölkələri ilə ictimai həyatın bütün sahələrində səmərəli əməkdaşlıq edən bir ölkədir. Buna görə də başqa fəaliyyətlərlə yanaşı, bir neçə dildə ünsiyyət qurmağı, əlaqə yaratmağı bacarmaq, şəxsiyyət formalaşdırmaq müasir məktəbin mühüm vəzifələrindən biridir. Haz...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il...
ANL
İnşa yazı müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında" 1 iyun 2010-cu il tarixli, 941 nömrəli Sərəncamının icrası ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər...
ANL
Beynəlxalq Müəllim Gününə həsr olunmuş mərasim keçirilib. Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim Gününə həsr olunmuş mərasim keçirilib. Mərasimdən öncə rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təltif olunmuş müəllimlər Fəxri xiyabana gələrək üm...
ANL
Təhsil Nazirliyində görüş. Sentyabrın 30-da təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk və proqram koordinatoru Fidan Ağacanova ilə görüşüb. Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamladıqdan sonra Azərbaycanla Koreya arasında...
ANL
Naxçıvan Dövlət Universitetində pedaqoji təcrübəyə həsr olunmuş konfrans. Naxçıvan Dövlət Universitetində yeni tədris ilində keçiriləcək pedaqoji təcrübənin başlanğıc konfransı oldu. Tədbiri giriş sözü ilə açan ali məktəbin rektoru, akademik İsa Həbibbəyli tələbə və müəllimləri bu əhəmiyyətli hadisə münasibətilə təbrik...
ANL
Lütvizadə adına fəxri adlı təqaüd. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni tədris ilindən etibarən böyük alim Lütvizadə adına fəxri adlı təqaüd təsis olunmuşdur. Xatırladaq ki, Kaliforniya Universitetinin professoru Lütvizadə XX əsr Azərbaycan elminin, intellektinin dünyaya bəxş etdiyi ən nəhəng ...
ANL
Corciya Dövlət Universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində olub. Azərbaycan Universiteti ilə ABŞ-ın Corciya Dövlət Universiteti (CDU) arasında əlaqələr genişlənir. Universitetin prezidenti Dr. Mark Beyker, Biznes Məktəbinin dekanı Dr. Fenvik Hass və Keçid İqtisadiyyatlarında Biznesin İnkişafı Mərkəzinin...
ANL
Dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı Bakı Dövlət Universitetində elmi-praktiki konfrans keçirilib. Oktyabrın 5-də Bakı Dövlət Universitetində (BDU) müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmiş elmi-praktik konfransın plenar iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransı giriş söz...
ANL
Azərbaycan Müəllimlər İnstitutunda "dəyirmi masa". Oktyabrın 6-da Azərbaycan Müəllimlər İnstitutunda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birlikdə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş "Müstəqillik illərində Azərbaycanda elm və təhsilin inkişafı" mövzusunda "dəyirmi masa" keç...
ANL
Pıçıltı nəğməli bulaqlar saflığı ilə, məcrasında sakit axan çaylar keçdiyi yollarında cansız, quru səhralara həyat bəxş edib gözoxşayan yaşıllıqlar, güllü-çiçəkli, bağlı-bağatlı ormanlar yaratdığı üçün sevildiyi kimi dünyaya göz açan insanlar da yaşayaraq arxada qoyduğu ömür payında əməllərinə və qazandığı nailiyyətlər...
ANL
Yüksək mükafat bayram sevincimi daha da artırdı. Digər peşə-ixtisas sahibləri kimi təhsil sahəsində çalışanlar da hər il öz peşə bayramlarını - 5 Oktyabr Beynəlxalq Müəllimlər Gününü təntənə ilə qeyd edirlər. Təhsilin, müəllimin cəmiyyətin inkişafındakı böyük rolunu yüksək qiymətləndirən, təhsilə, təhsil işçilərinə dai...
ANL
Əməyimə verilən yüksək qiymət. Azərbaycan müəllimləri öz peşə bayramlarını 1993-cü ildən qeyd edirlər. Bu bayram bir müəllim kimi mənə də əzizdir və mən də minlərlə həmkarım kimi hər il onun gəlişi ilə sevinirəm. Lakin builki bayramı yəqin ki, ömrüm boyu ən xoş gün kimi xatırlayacağam. Çünki bu il peşə bayramımız ərəfə...
ANL
Bu şərəfli ad gələcək fəaliyyətim üçün böyük stimuldur. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirib arzuların,xəyalların qanadında Bakı şəhərinə gəlmişəm. Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, 1971-ci ildə oranı bitirmişəm. Kollektivin mənə göstərdiyi etimadı doğrultmaq üçün bu illərdə əlimdən ...
ANL
Stokholmda İsveç Nobel Komitəsi 2011-ci il üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bu barədə Nobel Komitəsi məlumat yayıb. Fiziologiya və təbabət sahəsində Nobel mükafatına professorlar Bryüs Boytler (Amerika), Ralf Ştaynman (Kanada) və Jül Xofman (Lüksemburq) layiq görülüblər. Karolina Tibb İnstitutunda...
ANL
2011-ci ilin ədəbiyyat, sülh və iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Ədəbiyyat üzrə qalib. 2011-ci ilin ədəbiyyat sahəsində Nobel mükafatına İsveç şairi Tomas Transtroemer layiq görülüb. İsveç Kral Akademiyası Nobel mükafatına məhz Tomas Transtroemerin layiq görülməsini onun reallığa yeni b...
ANL
Şagirdlərin əl işlərinə dair sərgi keçirildi. Oktyabrın 11-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" qalereyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş sərgi keçirildi. Bakıdakı 201 nömrəli orta məktəbin şagirdlərinin əl işlərinə aid tədbiri giriş söz...
ANL
Yerləşir: Tayvan, Taybey şəhəri. Tayvan Milli Universiteti (National Taiwan University) Tayvanın Taybey şəhərində, Daan rayonunda yerləşir və Asiyanın ən nüfuzlu universitetlərindən biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya un...
ANL
Ali məktəb tələbələri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında" Təhsil Nazirliyinin 10 fevral 2011-ci il tarixli 247 nömrəli əmri ilə ...
ANL
Təşkilat Komitəsinin yığıncağında müsabiqələrin nəticələri haqqında təqdimat dinlənilib. Oktyabrın 8-də Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış Təşkilat Komitəsinin növbəti yığıncağı oldu. Yığıncaqda son 4 il ərz...
ANL
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən 2008-ci ildən başlayaraq təhsil tariximizdə ilk dəfə ölkəmizdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri k...
ANL
Təhsilin bəzi aktual problemləri ilə bağlı yerinə yetiriləcək tədqiqat mövzuları müzakirə olunub. Oktyabrın 11-də Təhsil Nazirliyində nazirliyin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda 2011-2012-ci tədris ilində yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirildi. Təhsil Nazirli...
ANL
Ölkəmizdəki fəaliyyətinin 20 illiyini qeyd etməyə hazırlaşan Türkiyənin "Çağ" Öyrətim şirkəti tabeliyindəki təhsil müəssisələrinin beynəlxalq və respublika fənn olimpiadalarında, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş məzunları üçün hər il "Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəbli...
ANL
Təhsil Nazirliyində görüş. Oktyabrın 12-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha və KAİST Universitetinin Planlaşdırma və idarəetmə departamentinin direktoru Konq Pak ilə görüşüb. Qonaqları səmimi salamlayan Misir Mərdanov Azərbaycanla Koreyanın son il...
ANL
YUNESKO Baş direktorunun müavini Təhsil Nazirliyində olub. Oktyabrın 11-də təhsil naziri Misir Mərdanov YUNESKO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Yanis Karklinş və bu təşkilatın Moskva nümayəndəliyinin rəhbəri Dendev Badarçla görüşüb. Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov bil...
ANL
Oktyabrın 12-də Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılması üzrə Qrant Sazişinin imzalanması mərasimi keçirildi. Təhsil Nazirliyində keçirilən mərasimi nazir Misir Mərdanov a...
ANL
"Şərq Tərəfdaşlığı" ölkələrində müəllimlərin hazırlanması və ixtisasın artırılması" mövzusunda beynəlxalq seminar. Oktyabrın 13-də "Hyatt Regency" otelində Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə "Şərq Tərəfdaşlığı" ölkələrində müəllimlərin hazırlanması və ixtisasın artırılması" mövzusunda be...
ANL
Yaponiya hökumətinin proqramı çərçivəsində peşə təhsili ilə bağlı ilk layihə həyata keçiriləcək. Oktyabrın 13-də Təhsil Nazirliyində Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində "Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin ya...
ANL
Bakıda beynəlxalq konfrans keçirilir. Oktyabrın 12-də Bakıda "İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AİCT)" mövzusunda 5-ci Beynəlxalq konfrans öz işinə başlamışdır. Üç gün davam edəcək beynəlxalq konfrans Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqa...
ANL
VI Respublika spartakiadasının açılışı olub. Oktyabrın 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman meydançasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin VI Respublika spartakiad...
ANL
Naxçıvan Özəl Universiteti Beynəlxalq Sokrat mükafatına layiq görülüb. Dekabrın 12-də Böyük Britaniyanın Oksford şəhərində keçiriləcək Oksford Liderlər Sammiti çərçivəsində "İnternational Socrates Award Ceremony" mükafatının təqdimat mərasimi keçiriləcək. Təqdim ediləcək "İnternational Socrates Award Ceremony" mükafatı...
ANL
Tacikistanlı təhsil işçiləri ölkəmizin qiymətləndirmə sahəsindəki təcrübəsini öyrənirlər. Oktyabrın 7-də Təhsil Nazirliyində Tacikistan Respublikası Prezident Aparatının Təhsil və elm şöbəsinin müdiri Əbdülhəmid Nazimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Qonaqları səmimi salamlayan təhsil nazirinin...
ANL
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda elmi-praktik konfrans. Oktyabrın 12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Azərbaycanda elm və təhsil müstəqillik illərində" mövzusu...
ANL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbiri açıq elan edən universitetin rektoru, professor T.Əfəndiyev böyük şəxsiyyət, istedadlı alim A.Zamanovun insani keyfiyyətləri, elmi fə...
ANL
Çin Xalq Respublikasının təhsil sistemi. Çin Xalq Respublikası. nəfər. Paytaxtı: Pekin şəhəri. Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi hökumətin nəzarəti altındadır. 1949-cu ildən etibarən Çin Kommunist Partiyası təhsilin idarə olunmasında mühüm rol oynayır. Çin Kommunist Pa...
ANL
Dünyanın ən tanınmış universitetlərinin reytinq cədvəli. Qeyd edək ki, artıq son illərin reytinq cədvəlində I yerdə dayanan Harvard Universiteti bu il liderlik şansını itirib. Qədim tarixə malik olan bu ali məktəb builki reytinq cədvəlində II yerdə qərarlaşıb. Harvard Universiteti hətta bu yerdə də Kaliforniya ştatının...
ANL
Təhsil islahatları zamanın tələbidir. Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır. Heydər ƏLİYEV. Azərbaycanın ümumi təhsil sistemində islahatlar artıq ...
ANL
"Müstəqilliyimiz əbədidir" mövzusunda inşa yazı və bədii qiraət müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Şurasının 2 sentyabr 2011-ci il tarixli qərarına əsasən idarənin tabeliyində olan ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında müstəqilliyimiz...
ANL
Təhsil Nazirliyində görüş. Oktyabrın 17-də təhsil naziri Misir Mərdanov Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının (CONISET) prezidenti Marta Rovira ilə görüşüb. Təhsil naziri qonağı səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin inkişafında təhsil sahəsindəki əlaqələrin xüsusi rol oynadığını bildirib. ...
ANL
Ali məktəb tələbələrinin XVI Respublika fənn. olimpiadasının qalibləri mükafatlandırıldı. Oktyabrın 15-də Təhsil Nazirliyində ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mərasimi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov giriş sözü ilə açar...
ANL
"Sabahın alimləri" müsabiqəsinin keçirilməsi haqqında. |Azərbaycan Respublikası təhsil nazirinin əmri. Yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin ...
ANL
"Kənd təsərrüfatı sahəsində ilkin peşə. təhsilinin inkişafı" mövzusunda konfrans. Oktyabrın 14-də Bakıdakı Hilton otelində "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, təhsil nazir...
ANL
"İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr". mövzusunda V beynəlxalq elmi-praktik konfrans. Oktyabrın 14-15-də Bakıda Azərbaycan Respublikası Təhsil Nazirliyi, YUNİSEF, Azərbaycan Müəllimlər İnstitutu və Avropa Gözdən Əlil Şəxslərin Təhsili və Reabilitasiyası üzrə Beynəlxalq Şuranın (ICEVI) təşkilatçılığı ilə...
ANL
Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Oktyabrın 17-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Müəllimlər İnstitutu, Qərb Universiteti və Xəzər Universitetinin akkreditasiyasının nəticələri müzakirə olunub. İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdan...
ANL
ATGTİ-nin yeni layihələrinin. təqdimat mərasimi keçirilib. Oktyabrın 19-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında iki yeni layihənin təqdimat mərasimi keçirilmişdir. Təqdim olunan layihələrdən biri "İnformasiya Texnologiyaları Evi" adlanır ki, bu da ATGTİ, Gənclər və İdman Nazirliyi və ...
ANL
Mehdi Məmməd oğlu Mehdizadə. Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü ildə Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olub. Cəbrayıldakı pedaqoji kursu bitirdikdən sonra doğma kəndində çalışıb. 1923-cü ildə Mehdi Mehdizadənin müdir olduğu birinci dərəcəli məktəbdə Azərbaycan Xalq Maarifi Komissarlığı tərəfindən yoxlama apa...
ANL
Yerləşir: Böyük Britaniya, İngiltərə, Sauthempton şəhəri. Sauthempton Universiteti (University of Southampton) İngiltərənin Sauthempton şəhərində yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009...
ANL
"Çiçəklənən Azərbaycan" rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı. Oktyabrın 19-da T.İsmayılov adına "Uşaq dünyası" Rəsm Qalereyasında Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş "Çiçəklənən Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagi...
ANL
"Müstəqilliyimiz əbədidir" müsabiqəsinin yekun konfransı. Oktyabrın 15-də "Hyatt Regency" otelində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir" adlı müsabiqənin yekunlarına həsr edilən konfrans keçirilib. Konfransda müstəqil dövlətimizin keçdiyi 20 illik tarixi yola nəzər salaraq çıx...
ANL
Qobustan rəsmlərinin yorulmaz tədqiqatçısı. Azərbaycanın ilk arxeoloq-etnoqraf alimlərindən biri, əməkdar elm xadimi, Qırmızı Əmək Bayrağı ordenli İshaq Məmmədrza oğlu Cəfərzadə Gəncədə anadan olmuşdur. İshaq 6 yaşında mədrəsədə oxumağa başlamış, ərəb və fars dillərini öyrənmişdir. Altıillik şəhər məktəbində o, rus dil...
ANL
Təqdimatlar üzərində qurulmuş dərs. Dünyanın qabaqcıl ölkələrində olduğu kimi, hazırda respublikamızda da bütün sahələrdə İKT-nin tətbiqi prosesi gedir. İKT-nin tətbiqi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir. İKT-dən istifadə etməklə yanaşı, interaktiv...
ANL
Biologiyadan fənn kurikulumu layihəsinə münasibətim. Bu gün böyüməkdə olan gənc nəsil iyirmi il əvvəlki şagirdlərdən istər dünyagörüşünə, istərsə də maraq dairəsinə görə kəskin fərqlənir. Artıq 20 ildir ki, Azərbaycan Respublikası özünün müstəqilliyini elan edib və bu müstəqilliyi qoruyub saxlaya bilib. Bu illər ərzind...
ANL
İbtidai siniflərdə uşaq hüquqları haqqında ilkin təsəvvürlərin aşılanması. İnsan hüquqlarının öyrədilməsi ibtidai sinif şagirdlərinin şəxsiyyətinə və ləyaqətinə hörmət olunmasına, istək və arzularına diqqət göstərilməsinə, onlarda öz qüvvələrinə, təbii imkanlarına, bilik və bacarıqlarına, gələcəkdə cəmiyyət üçün yararl...
ANL
NDU-nun tələbələri SİFE dünya çempionatından kubokla qayıdıblar. Muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı sayəsində əldə edilən uğurların miqyası getdikcə artmaqdadır. Artıq 4 ildir ki, Naxçıvan Dövlət Universitetinin tələbələri Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində (SİFE) beynəlxalq tələbə proqramı ...
ANL