text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi açılıb. Yanvarın 19-da T.İsmayılov adına Uşaq - Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş rəsm sərgisinin açılış mərasimi keçirildi. Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkila... | ANL |
Yanvarın 19-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "20 Yanvar - tariximizin şanlı və qanlı səhifəsi" mövzusunda elmi-praktik konfrans keçirildi. 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş mərasimdə öncə respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarında... | ANL |
Şahidlər o gecənin dəhşətlərini belə xatırlayırlar. Bakı qan dənizində üzdü, qocaya, qadına, uşağa, hətta gözləri görməyənə də aman vermədilər. Təcili tibbi yardım maşınındakı, hətta öz mənzillərində yaralananlara yardım edən həkimləri belə güllələdilər. Küçələrə, dalanlara, həyətlərə, mənzillərə girib, sıravi vətəndaş... | ANL |
20 Yanvar faciəsi tələbə rəssamların gözü ilə. Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş incəsənət fakültəsinin tələbələrinin rəsmlərindən ibarət sərgi keçirildi. Tədbirdə çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli sərginin müstəqil dövlətçiliyin inkişafına... | ANL |
İnşa yazı müsabiqəsi qaliblərinin təltif edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Respublikanın bütün rayon və şəhərlərindən seçilərək nazirliyə təqdim olunmuş 115 inşa komissiya vasitəsilə yoxlanılmış və qaliblər müəyyənləşdirilmişdir. Görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yub... | ANL |
Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ziya Musa oğlu Bünyadovun 90 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur). Ali təhsil müəssisələrinin rektorlarına Tədbirlər planının icrasının təmin edilməsi və görülmüş işlər haqqında məlum... | ANL |
"Uşaqlar və müharibə" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından iyirmi il keçir. Öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı so... | ANL |
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərə... | ANL |
Azadlıq mücahidləri "Tərəqqi" liseyində ədəbi-bədii kompozisiya və "dəyirmi masa" tədbiri ilə anıldı. Xalqımızın azadlıq mübarizəsi tarixinə qanla yazılmış qəhrəmanlıq səhifəsi kimi düşmüş 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ölkəmizin bütün idarə və müəssisələrində, təhsil ocaqlarında olduğu kimi paytaxtdakı İ.... | ANL |
Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının yekunları barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 aprel 2011-ci il tarixli, 552 nömrəli əmrinə əsasən 21-22 dekabr tarixlərində Azərbaycan Müəllimlər İnstitutunun bazasında Təhsil Nazirl... | ANL |
Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Xocalı soyqırımının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması məqsədilə. Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əl... | ANL |
Bütün dövrlərin ən böyük alimi. Dmitri Mendeleyev həyatını elmə və müəllimliyə həsr edib. Müasir kimya elmini böyük Rusiya kimyaçısı Dmitri Mendeleyevsiz təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, kimyəvi elementlərin dövri sistemini yaratmış Mendeleyev XIX əsrin ən görkəmli elm adamı elan olunub. Elə həmin gün on... | ANL |
Həmin ildən əmək fəaliyyətinə başlayan Abdulla Qarayev, eyni zamanda ali təhsil almaq arzusunu reallaşdırıb. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) pedaqoji fakültəsinin təbiət bölməsini bitirib. Universitetdə təhsilini başa vurduqdan sonra qeyri-adi istedada malik və əməksevər... | ANL |
İspaniya Krallığının təhsil sistemi. İspaniya Krallığında yüksək keyfiyyətli və dayanıqlı təhsil sistemi mövcuddur. Ölkə təhsili dövlət tərəfindən və özəl fondlar hesabına maliyyələşdirilir. Şagirdlərin demək olar ki, 70 faizi dövlət məktəblərində təhsil alır. Tələbələrin 96,5 faizi dövlət universitetlərində oxuyur. Mə... | ANL |
Qafqaz Universitetində müxtəlifyönlü fəaliyyətlərin tələbələr tərəfindən dəyərləndirilməsi tədqiqatı aparılıb. Müasir şəraitdə tələbələrin istəkləri artmaqda və təhsil aldıqları qurumlardan gözləntiləri çoxalmaqdadır. Bir çox tələbələr üçün həyatda qazanacaqları mövqedə ən önəmli vasitə və imkan alacaqları təhsil nətic... | ANL |
Kimya dərslərində informasiya – kommunikasiya texnologiyalarının tətbiqi. Təhsil islahatının tələblərinə uyğun olaraq hazırda tədris prosesində interaktiv təlim metodlarından geniş istifadə olunur. Fənlərin yüksək səviyyədə tədrisi müəllimlərin bilik və bacarıqlarından çox asılıdır. Əlbəttə, şəxsiyyətyönümlü yeni məktə... | ANL |
Təhsil Nazirliyində görüş. Yanvarın 26-da təhsil naziri Misir Mərdanov Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşüb. Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil s... | ANL |
Sessiyanın qarşıya qoyduğu məsələlər prioritet vəzifələrdir. Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasının yekunlarına və Naxçıvan Dövlət Universitetinin qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, ... | ANL |
Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin 90 illik yubileyi qeyd olundu. Martın 30-da Dövlət Dəmir Yolu Liseyində bu təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş mərasim keçirildi. Yubiley mərasimindən öncə qonaqlar liseyin fənn kabinetləri ilə yaxından tanış olub, təhsil müəssisəsinin foyesində təşkil olunmuş sərgiyə... | ANL |
Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi portalının təqdimatı. Aprelin 1-də Təhsil Nazirliyində Peşə Seçiminə Dəstək Sistemi (PSDS) portalının (www.psds.edu.az) təqdimat mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavini Qulu Novruzov, Təhsil Nazirliyi Aparatının məsul işçiləri, nazirliyin... | ANL |
Təhsil naziri Ankara Universitetinin rektoru ilə görüşüb. Aprelin 2-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Ankara Universitetinin rektoru Erkan İbiş ilə görüşüb. Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla Türkiyə arasında təşəkkül tapmış qarşılıqlı dostluq və qardaş... | ANL |
Ətraf Mühitin Mühafizəsi Vll Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş. Aprelin 3-də Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi Vll Beynəlxalq Layihə Olimpiadasının (İNEPO - Avrasiya) bir qrup iştirakçısı ilə görüş keçirildi. Tədbirdə nazirliyin məsul işçiləri, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin rəhb... | ANL |
Azərbaycan təhsilinin uğurları. Tələbələr arasında keçirilmiş beynəlxalq riyaziyyat olimpiadasının qızıl medalçısı. "Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa riyaziyyat üzrə beynəlxalq olimpiadada iştirak edəcəyəm və qızıl medal alacağam. Çünki uşaqlıqdan ədəbiyyatı sevirdim. Orta məktəbin yuxarı siniflərində oxuyanda, d... | ANL |
BDU-da "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda konfrans. Aprelin 3-də Bakı Dövlət Universitetində "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda konfrans keçirilib. Rektor, akademik Abel Məhərrəmov çıxış edərək ulu öndər Heydər Əliyevin hər zaman gənclərə önəm verməsindən, onların bütün... | ANL |
Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans. Martın 28-də Naxçıvan Müəllimlər İnstitutunda 31 mart - azərbaycanlıların soyqırımı günü ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir. Konfransı institutun rektoru, professor Oruc Həsənli giriş sözü ilə açaraq qeyd etmişdir ki, tarix zaman-zaman xalqımızı ağır... | ANL |
"Öyrənməyin və öyrətməyin müasir aspektləri". Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Kollecində "Öyrənməyin və öyrətməyin müasir aspektləri" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları Zinyət Abdullayeva, Ənvər İma... | ANL |
Sinqapurun nümayəndə heyəti Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda olub. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının 2012-ci ilin noyabrında Sinqapur Respublikasına səfəri ölkələrimiz arasında daha səmərəli əməkdaşlığın qurulması üçün mühüm zəmin yaratmışdı... | ANL |
Yeni qiymətləndirmə təhsildə inkişaf deməkdir. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir hissəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Heydər ƏLİYEV. Məlumdur ki, respublikamızda son zamanlar bütün sahələrdə olduğu kimi, təhsil sistemində də məqsədyönlü islahatlar gedir və mil... | ANL |
Zamanın tələblərinə cavab verən "Azərbaycan dili" dərsliyi. Dərslikdə verilmiş mətnlər elmi-metodik tələblərə layiqincə cavab verir. Məzmunca rəngarən olan həmin materiallar Azərbaycan dilinin bütün bölmələrinin şüurlu və dolğun şəkildə mənimsənilməsini təmin edir. Bu materiallar tələbələrin orta məktəbdə öyrəndikləri ... | ANL |
2013-cü ilin respublika fənn olimpiadalarının qalibləri. Azərbaycan dili və ədəbiyyat fənni üzrə. Rəhimli Fidan Mehman qızı - Nazirlik nəzdindəki Heydər Əliyev adına liseyin IX sinif şagirdi. Cəfərov Qismət Qalib oğlu - Ağstafa rayonu Zəlimxan kənd tam orta məktəbinin X sinif şagirdi. Abbasova Nərmin Bəxtiyar qızı - BD... | ANL |
Dünya universitetlərinin reytinqi. QS dünya universitetləri reytinqinin metodologiyası. QS dünya universitetləri reytinqi (QS World University Rankings) Böyük Britaniyanın konsaltinq şirkəti "Quacquarelli Symonds" (QS) tərəfindən tərtib edilir. 2004-cü ildən etibarən nəşr edilən reytinq hazırda 700-dən artıq dünya univ... | ANL |
Azərbaycan təhsilinin uğurları. Beynəlxalq riyaziyyat olimpiadalarının 1 gümüş, 3 bürünc mükafatçısı. Altı il Şəmkir rayonunun Morul kənd orta məktəbində təhsil alıb. Hazırda Mingəçevir Özəl Türk Liseyinin 11-ci sinif şagirdidir. Gəlin, İzmirin həyat tarixçəsini öz dilindən dinləyək: - Altıncı sinfin axırında imtahan v... | ANL |
Alim ömrü, vətəndaş mövqeyi. Qarşımda 1945-ci ildə Londonda nəşr olunmuş "Məhəmməd peyğəmbərin kəlamları" adlı kitabdan Azərbaycan dilinə tərcümələr var. Diqqətlə və eyni dərəcədə heyrətlə oxuyuram. Bir-birindən maraqlı, ibrətli fikirlər məni alimin, elmin, xalqın, millətin inkişafındakı rolunu yenidən qiymətləndirməyə... | ANL |
İkiqat paralimpiya çempionu İlham Zəkiyevlə görüş. Aprelin 10-da Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldıran paralimpiya çempionu İlham Zəkiyevlə görüş keçirildi. İnstitutun tədris işləri üzrə prorektoru, dosent Razim Məmmədov tədbiri giriş sözü ilə açaraq ümummilli lider Heydə... | ANL |
"Eurovision- 2013" mahnı müsabiqəsində ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi təmsil edəcək. İstedadlı gəncin bu uğuru universitetin 90 illiyinə ən böyük hədiyyəsidir. İlk musiqi təhsilini Bakıdakı Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin fortepiano şöbəsində alıb. O, uşaq y... | ANL |
Kembric Universitetinin Bələdçi kitabında Naxçıvan Dövlət Universiteti səhifələri. Son vaxtlarda göstərilən dövlət qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin ölkədə və beynəlxalq aləmdə nüfuzunun artması Böyük Britaniyanın dünyada məşhur olan Kembric Universitetinin də diqqətini cəlb etmişdir. Beynəlxalq miqyasd... | ANL |
Qədim və müasir Hindistan tələbələrin gözü ilə. Martın 20-dən 26-dək Azərbaycanın gənclərdən ibarət nümayəndə heyəti Hindistan Respublikasına səfər edib. Respublika Gənclər və İdman Nazirliyinin tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynovun rəhbərlik etdiyi 20 nəfərdən ibarət nümayəndə heyətin... | ANL |
Büdcədən maliyyələşdirilən təşkilatlarda, eləcə də ali təhsil müəssisələrində maliyyə və mühasibat hesabatlarının avtomatlaşdırılması məsələləri. Mühasibat uçotunun avtomatlaşdırılması müəssisənin daha səmərəli idarə edilməsinin ən vacib amilidir. Müasir dövrdə qlobal iqtisadi münasibətlər şəraitində fəaliyyət göstərən... | ANL |
Bakı Dövlət Universitetində geniş elmi tədqiqatlar aparılır. Aprelin 9-da Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, BDU-nun Elmi Şurası üzvlərinin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və ali təhsil müəssisələri nümayəndələrinin, tanınmış alimlərin və mütəxəssi... | ANL |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş şagirdlər arasında inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. Aprelin 6-da akademik Zərifə Əliyeva adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ümumi təhsil məktəbləri və ilk peşə-ixtisas... | ANL |
VII Beynəlxalq Layihə Olimpiadasında Azərbaycan məktəbliləri iyirmi altı medal qazandılar. Aprelin 6-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının (İnepo-Euroasia) qaliblərinin mükafatlandırılması... | ANL |
Ali məktəblərdə kadr hazırlığının bəzi məsələləri. Məqalədə ali məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi və təlim prosesində tələbələrdə idrak qabiliyyətlərinin, xüsusən də təfəkkür müstəqilliyinin inkişaf etdirilməsinin yol və vasitələri araşdırılır. Təhsilin elmi əsaslar üzərində qurulması və təlimin optimallaşd... | ANL |
Pedaqoji mətbuatın Azərbaycan ali təhsil sisteminin inkişaf tarixində və onun aktual problemlərinin həllində tutduğu mövqe. Azərbaycan Respublikası müstəqil dövlət kimi bərpa olmasının artıq 3-cü onilliyinə qədəm qoyur. Bu zaman kəsiyində Azərbaycan dövləti özünü təsdiq etmiş, çoxsaylı problemləri dəf edərək dünya dövl... | ANL |
"Mədəniyyət və incəsənətimizin məbədgahı". Maraqlı, məzmunlu kitab bir mənəvi yoldur, yerindən tərpənmədən səni çox-çox uzaqlara apara bilir. Açıb qiraətə başlayanda sanki ilk qədəmlərini atırsan. İrəlilədikcə gördüklərin-duyduqların tədricən diqqətini özünə çəkir. Hiss eləmədən analitik düşüncələrini yeyinləşdirirsən.... | ANL |
18 nömrəli peşə liseyində "Elektrik alətlərindən istifadə" mövzusunda təlim keçirilib. Bakıdakı 18 nömrəli peşə liseyinin Resurs Mərkəzində "Elektrik alətlərindən istifadə" təlimi adlı tədbir keçirilib. Tədbiri Almaniyanın BOSCH şirkətinin Rusiyadakı təlimçisi Vadim Petroviç Dorofeyev açaraq öncə şirkət haqqında qısa m... | ANL |
Böyük Britaniyada İngilis Dili Müəllimlərinin Beynəlxalq Assosiasiyasının növbəti konfransı. Britaniya Şurasının dəstəyi ilə keçirilən konfransda bu təşkilatın ingilis dili və imtahanlar şöbəsinin direktoru Mark Robson, Avropa regionu üzrə ingilis dili proqramlarının direktoru Eylid Hamilton, marketinq və ictimaiyyətlə... | ANL |
Peşə Seçiminə Dəstək Sistemi fəaliyyətdədir. İnsanın həyatının ən mürəkkəb və ən önəmli mərhələlərindən biri peşə və sənət seçimidir. Bu mərhələnin nəinki fərdin gələcək həyatına, həmçinin ölkənin inkişafına böyük təsiri var. Hazırda şagirdin hər hansı peşə və sənət haqqında məlumatsızlığı peşə seçimində ciddi probleml... | ANL |
Ümumi təhsildə islahatlar: gələcəyin məktəbinə doğru. Dünyanın müstəqil ölkələrindən birinə çevrilməsi Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrində misli görünməmiş səviyyədə inkişafın sürətlənməsinə şərait yaratdı. Cəmiyyətin ehtiyac və tələbatları zəruri şərtlər kimi fəaliyyətlərin əsasına gətirildi. Bütün sahəl... | ANL |
Azərbaycanlı alim beynəlxalq konfransdan qayıdıb. Bu yaxınlarda Ukraynanın paytaxtı Kiyev şəhərində M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində beynəlxalq elmi-təcrübi konfrans keçirilmişdir. Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim, dosent Əlihəsən Həmzəyev və kollecin müəllimi Az... | ANL |
Respublika baxış-müsabiqəsinə yekun vuruldu. Aprelin 17-də Bakıdakı Heydər Əliyev adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş uşaq və yeniyetmələrin texniki yaradıcılıq işlərinə Respublika baxış-müsabiqəsi keçirildi. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və... | ANL |
"Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti" mövzusunda sərgi. Aprelin 18-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti" mövzusunda sərgi keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mə... | ANL |
Təhsil naziri Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb. Aprelin 16-da təhsil naziri Misir Mərdanov Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan nazir Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin inkişafından söhbət açıb. Qazi Universitetinin dekan... | ANL |
Çexiya parlamentinin üzvləri BSU-da tələbə və müəllimlərlə görüşüblər. Bakı Slavyan Universitetində tələbə və müəllimlərin Çexiya Respublikası parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşü olub. BSU-nun rektoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal A... | ANL |
Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində böyük xidmətləri olan Firidun bəy Köçərlinin 150 illik yub... | ANL |
Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin Tədbirlər Planı ... | ANL |
Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsinə... | ANL |
"Tomson Röyters" Agentliyi ilə əməkdaşlığın inkişafı üçün son illər xeyli işlər görülüb. Aprelin 15-də təhsil naziri Misir Mərdanov "Tomson Röyters" Agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə meneceri Devid Horki, Afrika və MDB ölkələri üzrə baş meneceri Nader Kırqız və agentliyin Türkiyə təmsilçisi Mətin Tunç ... | ANL |
BDU ilə Slovakiyanın Sladkoviçovo Ali Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb. Aprelin 16-da Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Slovakiya Parlamentinin Elm və Təhsil Komitəsinin sədri, Sladkoviçovo Ali Məktəbinin rektoru, professor Moymir Mamoykanı, Sladkoviçovo Ali Məktəbinin elm və x... | ANL |
Dünyanın 50 gənc universitetinin reytinqi. Təhsilin, xüsusilə də ali təhsilin qloballaşdığı bir dövrdə universitetlərin fəaliyyət müddəti (yaşı) onların əldə etdikləri uğurda o qədər də əhəmiyyətli faktor hesab olunmur. Yaranma tarixi baxımından nisbətən gənc Asiya universitetlərinin beynəlxalq reytinqlərdə yüksək pill... | ANL |
Ötən ilin oktyabrında Nobel Mükafatları Komitəsinin qərarı Amerika tibb professoru Brayan Kobilka üçün gözlənilməz oldu. Təbabət sahəsində professor olan Kobilka heç inanmazdı ki, ötən əsrin 60-cı illərindən başlayaraq 20 il ərzində məşğul olduğu və parlaq elmi nəticələr qazandığı tədqiqat işi dünya elmi ictimaiyyəti ü... | ANL |
Azərbaycan təhsilinin uğurları. Beynəlxalq Mendeleyev Olimpiadasının bürünc medalçısı. Son illər respublikamızda neft-kimya sənayesi sürətlə inkişaf edir. Qloballaşan müasir dünyada bu sahəyə böyük ehtiyac olduğundan neft-kimya sənayesi üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi də prioritet məsələlərdəndir. Bu yön... | ANL |
Xalqımızın qürur və qeyrət simvolu. Həmin gün - biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki zənaməmizin ən böyük şəxsiyyəti, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, bütün xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz 90 il öncə - mayın 10-da anadan olmuşdur. O böyü... | ANL |
"Ekoloji problemlər və ekoloji təhsil" mövzusunda Respublika elmi konfransı. Aprelin 23-24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Qərb Universiteti ilə birlikdə "Ekoloji problemlər və ekoloji təhsil" mövzusunda Respublika elmi konfransı keçirmişdir. Tədbiri giriş sözü ilə ADPU-nun rektoru, professor Yusif Məmmədov ... | ANL |
Tərcümeyi-hal. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri almışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli Sə... | ANL |
Təhsil naziri Türkiyə nümayəndə heyəti ilə görüşmüşdür. Aprelin 22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqları Təhsil Nazirliyində gör... | ANL |
Azərbaycanın peşə təhsili sahəsini təmsil edən nümayəndə heyəti Sloveniya və Almaniya Federativ Respublikasında təlim səfərində olmuşdur. 14-21 aprel 2013-cü il tarixlərində Azərbaycanın peşə təhsili sahəsini təmsil edən nümayəndə heyəti Sloveniya və Almaniya Federativ Respublikasında təlim səfərində olmuşdur. Qeyd edə... | ANL |
Şagirdlərimiz 45-ci Beynəlxalq Kimya Olimpiadasında 1 gümüş və 1 bürünc medal qazanmışlar. Moskva Dövlət Universitetində təşkil olunan bu beynəlxalq bilik yarışmasında dünyanın 75 ölkəsindən komandalar iştirak etmişlər. Gürcüstan, Lixtenşteyn, Oman və Çernoqoriya isə olimpiadaya öz müşahidəçilərini göndərmişdir. İyulun... | ANL |
Gəncədə regional müşavirə. İyulun 29-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov vətəndaşların yerlərdə qəbulu məsələləri ilə bağlı Gəncədə olmuşdur. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüş keçirilmişdir. Görüşdə təhsil müəssisələrinin təmiri və maddi-texniki ba... | ANL |
Naxçıvan Dövlət Universitetində sessiyanın qarşıya qoyduğu vəzifələr müzakirə olunmuşdur. Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının yekunları və NDU qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağda universitetin rektoru,... | ANL |
Təhsil Nazirliyində görüş. Avqustun 3-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə... | ANL |
"Dilimiz - milli qürurumuz" mövzusunda elmi-praktik konfrans. Avqustun 1-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilmiş "Dilimiz - milli qürurumuz" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. BPKİYİ və Binəqədi Rayon İcra Hakimi... | ANL |
Rusiyalı gənclərdən ibarət nümayəndə heyəti Bakı Slavyan Universitetində olmuşdur. Bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyanın dövlət qulluqçuları, Uşaq və Gənclər Təşkilatlarının Milli Şurası idarə heyəti, Gənclər... | ANL |
Biliklərə əsaslanan tərəqqi. Son illər respublikamızda həyat sürətlə dəyişir, insanların rifahı yaxşılaşır, yeni iqtisadi və sosial layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Yeni yaranan sənaye, aqrar və xidmət müəssisələri, tikilən göydələnlər, nəhəng körpülər, ra... | ANL |
2013-2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə bu il iyulun 28-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanmışdır. Müsabiqə şərtlərinə əsasən ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda... | ANL |
Şəxsiyyət ömrü yaşamış pedaqoq. Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin mühüm və aparıcı daşıyıcılarından biri olmuş, müqtədir pedaqoq və məhsuldar tədqiqatçı, pedaqoji elmlər doktoru, professor Aben Kərimovun pedaqogika tarixi elmi sahəsində müstəsna xidmətləri olmuşdur. Onun məktəb, maarif və pedaqoji fikir t... | ANL |
Dünya şöhrətli azərbaycanlı alim İspaniyada İKT üzrə ali mükafata layiq görülmüşdür. Lütfi-Zadənin elmi kəşfi inqilabi tərəqqi adlandırılmışdır. Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Berkli Universitetinin professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi-Zadə elm sahəsinə verdiyi töhfələrə görə İspani... | ANL |
Son illər dövlət səviyyəsində və Heydər Əliyev Fondunun xətti ilə muğam sənətimizin dünyada təbliği sahəsində görülən işlər, beynəlxalq səviyyəli simpozium və konfransların, kitab sərgilərinin, festivalların və müsabiqələrin keçirilməsi, bir neçə tarixi sənət nümunəsinin YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil ed... | ANL |
Təhsil Nazirliyində görüş. Avqustun 3-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə... | ANL |
Naxçıvan Özəl Universitetinin müəllimləri Doğu Ağdəniz Universitetində ixtisasartırma kurslarında iştirak etmişlər. Xəbər verdiyimiz kimi, ötən il Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev və universitetin bir qrup əməkdaşı Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Ağdəniz Universitetində olmuşlar. Hə... | ANL |
Təhsil işçilərinin sentyabr konfranslarında. Dünyanın təhsil potensialı onun inkişafının əsasını təşkil edir. Əldə olunmuş bütün nailiyyətlər təhsil sahəsindəki irəliləyişlərin nəticəsi kimi meydana çıxmaqla özünü göstərir. Parlaq gələcək bu günün təhsil sütunları üzərində qurulur. Elmin, təhsilin nailiyyətlərinə əsasl... | ANL |
"Kreativ gənclik-kreativ gələcək" mövzusunda gənclər forumu. Bu günlərdə Masallı rayonunda "Kreativ gənclik-kreativ gələcək" mövzusunda gənclər forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbayca... | ANL |
"Azərbaycan uşaqların gözü ilə". Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilmiş sərgidə rayonun istirahət düşərgələrində dincələn uşaqların əl işlərindən ibarət yaradıcılıq nümunələri nümayiş olunmuşdur. "Azərbaycan uşaqların gözü ilə" adı ilə keçirilən sərgidə təqdim olunan rəsmlərdə xalqımızın müstəqill... | ANL |
Amerikalı nobelçi alim öz kəşfi ilə yüz minlərlə insanın həyatını xilas etmişdir. XX əsrdə elmin müxtəlif sahələri üzrə diqqətəlayiq kəşflərə imza atılmışdır. Fiziologiya və tibb sahəsində əldə olunmuş nailiyyətlərdən danışanda dünyada ilk dəfə insanlar üzərində sümük iliyinin köçürülməsi əməliyyatlarını həyata keçirmi... | ANL |
İtaliyada alman dili müəllimlərinin. XV ümumdünya qurultayı keçirilmişdir. Ümumdünya Alman dili Müəllimləri Birliyinin təşəbbüsü ilə bu günlərdə İtaliya Respublikasının Botsen şəhərində alman dili müəllimlərinin XV qurultayı keçirilmişdir. Azərbaycan müəllimlərini qurultayda bir qrup qabaqcıl ali və orta məktəb müəllim... | ANL |
İnteraktivlik əsas amildir. Kurikulumların həyata keçirilməsində səmərəli nəticələrə nail olmaq üçün müəllim bütün imkanlardan maksimum istifadə etməlidir. Şagirdlərdə fənlərə marağın yaradılmasında müəllimin novatorluğu da əsas amillərdən biridir. Müəllim dərsi elə qurmağa çalışmalıdır ki, şagirdlər təlim prosesində f... | ANL |
Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq gənclər onlar. üçün yaradılmış bu imkanı yüksək qiymətləndirirlər. Artıq yeddinci ildir ki, əsas məqsədi azərbaycanlı tələbələrin ölkəmizin davamlı inkişafına töhfə verəcək yüksək ixtisaslı milli kadrlar kimi yetişdirilməsindən ibarət olan "2007-2015-ci illərdə Azərbaycan gənc... | ANL |
Şəki 1 nömrəli Peşə Məktəbinin açılışı olmuşdur. Avqustun 27-də Şəki 1 nömrəli Peşə Məktəbinin açılış mərasimi keçirilmişdir. Təhsil Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Yaponiya hökumətinin birgə maliyyə dəstəyi ilə "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Proqramı" çərçivəsində təhsil müəssisəsində əsaslı təmir... | ANL |
Əlil uşaqların əl işlərindən ibarət sərgi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Respublika Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə əlil və kimsəsiz uşaqların əl işlərindən ibarət satış-sərgi nümayiş olunub. "SOS" Uşaq kəndinin, "Ümid yeri" uşaq sığınacağının və Bakıdakı uşaq evlərinin sakinlərinin əl işlərində... | ANL |
Əl işlərinə həsr olunmuş müsabiqə. Respublika Texniki Yaradıcılıq Mərkəzində məşğul olan dərnək üzvlərinin əl işlərinə həsr olunmuş respublika baxış müsabiqəsi keçirilib. Müsabiqədə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi Təranə Aslanova, texniki yaradıcılıq mərkəzl... | ANL |
Muğam müsabiqəsinin 12 yaşlı mükafatçısı. “Mirpaşanın səsi işğal olunmuş Ağdamın harayı, fəryadıdır”. Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına I nömrəli Uşaq Musiqi Məktəbinin V sinfini bitirib. İlk muğam müəllimi Barat Fərhadov olub. Hazırda xalq artisti Mənsum İbrahimovun şagirdidir. 2012-ci ildə adı Azərbaycanın gənc i... | ANL |
tamaşaları şagirdlərin ifasında. Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasında teatr şöbəsinin şagirdlərinin iştirakı ilə Süleyman Sani Axundovun "Qaraca qız" və Ələsgər Qurbanovun "Keçəlin kələyi" nağıllarının tamaşaları göstərilib. Tamaşa başlamamışdan əvvəl gimnaziyanın şagirdləri Rəvan Hüse... | ANL |
ADPU-da Uşaq İnkişaf Mərkəzi açılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqogika və psixologiya fakültəsinin tərkibində Polşa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılan Uşaq İnkişaf Mərkəzinin açılışı olub. Açılış mərasimində ADPU-nun rəhbərliyi, Polşa Respublikasının Azərbaycandakı föv... | ANL |
Məktəb-lisey kompleksində alman. dilinin tədrisi genişləndirilir. BSU-nun nəzdindəki məktəb-lisey kompleksində alman dili mərkəzi fəaliyyət göstərir. Mərkəzin məqsədi burada tədris olunan alman dilinin azərbaycanlı məktəblilərə dərindən mənimsədilməsinə nail olmaqdan, alman dili tədris olunan sinifləri lazımi dərslik v... | ANL |
Vətənpərvər gənclik güclü. dövlətin əsas dayağıdır. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik. Heydər ƏLİYEV. Memarı və qurucusu ümummilli lider Heydər Əliyev olan müasir Azə... | ANL |
oyunu üzrə VI Çağırış Kubokunun final mərhələsi keçirilib. İntellektual oyun Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilati dəstəyi və "Nə? Klublarının Beynəlxalq Assosiasiyasının lisenziyası ilə Azərbaycan Müəllimlər İnstitutu (AMİ), "İrəl... | ANL |
Vaxtımın çox hissəsini oxumaqla keçirirəm. Xaricdə təhsil alan tələbələrimiz. Ali məktəblərə qəbul imtahanında 15 ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olunub. 2013-cü ildə KHU-nu müvəffəqiyyətlə bitird... | ANL |
Necə yaşayırsan, müəllim? Tərtərin Cəmilli kəndində bir ailənin iki müəllimi ilə söhbət. Müəllim ömrü! Bu iki söz nə qədər sadə səslənsə də dərin məna daşıyır, minlərlə yeniyetmə və gəncin taleyinə işıq saçır. Bütün zamanlarda bu ada, bu peşəyə dərin hörmət və ehtiram göstərilib, dünyanın ən dahi şəxsiyyətləri belə əld... | ANL |
V-VIII siniflərdə musiqi tədrisinin metodikası. Məlum olduğu kimi, V-VIII sinif şagirdləri özünəməxsus psixo-fizioloji xüsusiyyətlərə malikdirlər. Məsələn, V sinif çətin sinif hesab olunur. Onların səs əzələləri tədricən düzəlir. Nəfəs dərinləşir, səslənmə dolğunlaşır. VI sinif şagirdləri böyüklərin onlara qarşı münasi... | ANL |
valideynlər yığıncağı. Astara Pedaqoji Kollecində tədris ilinin birinci yarısında valideynlər yığıncağının keçirilməsi artıq ənənə halını alıb. Budəfəki valideynlər yığıncağı iki mərhələdə keçirilib. Bunun da səbəbi odur ki, bu dərs ilində əvvəlki illərə nisbətən daha çox tələbə qəbul olunub. Valideynlər yığıncağında 4... | ANL |
Keyfiyyətli müəllim kadrları. hazırlığında yeni mərhələ. Təhsil strategiyası - hədəflər. Azərbaycanda memarı ulu öndər Heydər Əliyev olan təhsil islahatları 1998-ci ildən yüksələn xətlə inkişaf etməkdədir. İqtisadi, siyasi, mədəni, elm və təhsil sahəsində gerçəkləşən layihələr cəmiyyətin yenidən qurulması və davamlı in... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.