text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Uşaqların tərbiyəsində nələrə. diqqət etmək zəruridir? Uşaq şəxsiyyətinin inkişafında təlim-tərbiyə həlledici rola malikdir. Çünki təlim-tərbiyə prosesində uşağın inkişafı müəyyən məqsədə müvafiq olaraq plan, proqram əsasında təşkil olunur və ona rəhbərlik edilir. Bunun sayəsində də uşaqda istənilən keyfiyyət sürətlə i...
ANL
Jurnalist olmaq istəyənlər mütləq. qabiliyyət imtahanından keçməlidir. Mütəxəssislər bunun zəruri olduğunu bildirirlər. Qabiliyyət imtahanları ilə bağlı hesab edirəm ki, bu, çox düzgün təklifdir və bunu biz nəzərə almalıyıq. Çünki jurnalistika xüsusi bir peşədir. Burada sadəcə olaraq gələcək jurnalistlərin peşəkarlığı,...
ANL
"Prezidentlə görüşmək hər adama nəsib olmur". Bakı Dövlət Universitetinin professoru, Prezident təqaüdçüsü, əməkdar müəllim. Şirməmməd Hüseynovla söhbət. * 65 ildir dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı, qəlb...
ANL
Təhsil naziri Xəzər-Avropa İnteqrasiya. İşgüzar Klubunun üzvləri ilə görüşüb. Dekabrın 4-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşüb. Təhsil naziri Mikayıl Cabbarov ilk öncə görüş iştirakçılarını salamlayıb, bu tədbirə dəvət olunmaqdan məmnu...
ANL
İmtahan sessiyasının təşkili və keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ali və orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsind...
ANL
Azərbaycan Respublikası Nazirlər Kabinetinin. qərarının icrasının təmin edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kuriku...
ANL
Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin. yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi. üzrə işçi qrupunun yaradılması haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağl...
ANL
Qafqaz Universitetində mexanika mühəndisliyi. laboratoriyalar kompleksi istifadəyə verilib. Dekabrın 9-da Qafqaz Universitetinin mexanika mühəndisliyi laboratoriyalar kompleksi istifadəyə verilmişdir. Laboratoriyalar kompleksi bp şirkəti və Qafqaz Universitetinin birgə layihəsi çərçivəsində bu şirkətin dəstəyi ilə yara...
ANL
Təhsil Nazirliyi tərəfindən ümumtəhsil. məktəblərində həyata keçiriləcək. islahatların əsas prioritetləri müəyyənləşdirilib. Əsas prioritetlər. Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsi və bu məqsədlə geniş ictimaiyyəti...
ANL
Azərbaycanın və Çinin idarəçilik akademiyaları. arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərovun başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. AzərTAc xəbər verir ki, dekabrın 9-...
ANL
İlk peşə-ixtisas təhsilinin inkişaf. perspektivlərinə həsr olunmuş brifinq. Dekabrın 9-da 18 nömrəli Bakı Peşə Liseyində Azərbaycanda ilk peşə-ixtisas təhsilinin inkişaf perspektivlərinə həsr olunmuş brifinq keçirilib. Brifinqdə Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, nazirliyin Texniki ...
ANL
Azərbaycan Diplomatik Akademiyasında. müsabiqənin final mərhələsi keçirilib. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsini təşkil etmişdir. Azərbaycan Biznes Keys Müsabiqəsi ölkəmizin qabaqcıl universitetlərini təmsil ...
ANL
Əbədiyaşar liderə böyük ehtiramla. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10 ili tamam oldu. Dekabrın 12-də Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələri iştirak edib. Tədbiri giriş sözü ...
ANL
Sumqayıt Dövlət Universitetində anım mərasimi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10 ili tamam oldu. Dekabrın 11-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Öncə təhsil ocağının professor-müəllim hey...
ANL
Təhsil müəssisələrində ümummilli liderin xatirəsi anıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10 ili tamam oldu. Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi. LDU-nun Mətbuat və informasiya xidmətindən aldığımız məlumatda bild...
ANL
Bakı Pedaqoji Kadrların İxtisasartırma və. Yenidənhazırlanma İnstitutunda Heydər. Əliyevin xatirəsinə həsr olunmuş tədbir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10 ili tamam oldu. Dekabrın 10-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan xalqının ümummil...
ANL
Uşaqlar məktəbə gedənədək. nələri bilməlidirlər? Bu sual demək olar ki, valideynlərin əksəriyyətini düşündürür. Hətta, "Övladım 100-ə qədər sayır, bütün hərfləri tanıyır, çoxlu şeir və nağıllar öyrənsə də məktəbdə dərslərini qavramaqda çətinlik çəkir" deyən valideynlərin necə böyük təlaş və həyəcan keçirdiklərinin də d...
ANL
Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Leyla Əsgərovanın "Uşaq Hüquqları Konvensiyası nə deməkdir" mövzusuna həsr olunan "açıq dərs"ində ilk diqqətimizi cəlb edən plakatdakı sözlər oldu: "Uşaqlar bizim gələcəyimiz və sabahımızdır, gəlin uşaqları qoruyaq, uşaq zorakılığına "yo...
ANL
Dekabrın 10-da Azərbaycan Dillər Universitetində Çin dili və mədəniyyəti mərkəzinin və İnformasiya Resurs Kompleksinin Folklor mərkəzinin təşkilatçılığı ilə "Çin adət-ənənəsi: tarix və müasirlik" mövzusunda tədbir keçirilib. Mərkəzin direktoru, dosent Rafiq Abbasov Çinin milli adət-ənənələri, mərasimləri, bayramları ha...
ANL
Dekabrın 10-da İsveçin paytaxtı Stokholmda Nobel mükafatlarının sayca 112-ci təqdimat mərasimi keçirilib. Bütün dünyanın diqqət mərkəzində olan mərasim, ənənəyə uyğun olaraq, Alfred Nobelin vəfatının ildönümü gününə təsadüf edib. Ötən illərdən fərqli olaraq bu dəfə İsveç taxt-tacının varisi Viktoriya və ölkə, eləcə də ...
ANL
Son zamanlar Azərbaycan təhsil məkanında təhsilin yeni formasının - distant təhsilin tətbiqi imkanının mətbuatın gündəmindən düşməyən mövzulardan birinə çevrilməsinə yəqin ki, hər biriniz diqqət yetirmisiniz. Lakin universitetə qəbula hazırlaşan abituriyentdən tutmuş ali təhsil müəssisəsində çalışan hər kəsi bir sual d...
ANL
"Heydər Əliyev təkrarsız şəxsiyyət idi". Əməkdar müəllim, Prezident təqaüdçüsü, professor İmamverdi Əbilovla söhbət. İmamverdi Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. Əvvəlcə pedaqoji məktəbi, sonra isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan müəllimlərin...
ANL
vəsaiti kimi istifadə olunan azərbaycanlı alim. Xaricdə işləyən müəllim həmvətənlərimiz. Elimxan Nadir oğlu Mahmudov 1965-ci ildə Gürcüstan Respublikasının Qarayazı (indiki Qardabani) rayonunun Kosalı kənd orta məktəbini qızıl medalla bitirib. Elə həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsi...
ANL
Azərbaycan təhsilinin uğurları. Prezident təqaüdçüləri. İlahə SÜLEYMANLI, Azərbaycan Respublikasının Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyasının tələbəsi. Bu il ali məktəblərə qəbul imtahanında III qrup üzrə 677 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzib...
ANL
Harvard Universitetində Azərbaycanın. sürətli inkişafı misal gətiriləndə. xoş hisslər yaşayıram. Xaricdə təhsil alan tələbələrimiz. Elə həmin il yüksək balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub. Akademiyanı bitirdikdən sonra 2005-ci ildə ABS-ın Florida statındakı S...
ANL
Kimya dərslərində şagirdlərin yaradıcılıq. qabiliyyətlərinin inkişaf etdirilməsi. Müasir məktəbdə kimya fənni üzrə kurikulumun tətbiqi təlimin fəal interaktiv metodlarının sistemli şəkildə tətbiq olunmasını, şagirdlərdə yaradıcılıq qabiliyyətlərinin, müstəqillik, fəallığın inkişaf etdirilməsini, onlara təşəbbüskarlığın...
ANL
Vilnüsdə beynəlxalq konfrans keçirilib. Məlum olduğu kimi, bu yaxınlarda Litvanın paytaxtı Vilnüs şəhərində "Avropa proqramlarının köməyi ilə məktəblərin inkişaf etdirilməsi" adı altında məktəb rəhbərləri və lider müəllimlər üçün konfrans keçirilib. Konfransda ölkəmizi mən təmsil etdim. Konfrans Avropa Komissiyası və A...
ANL
Beynəlxalq təcrübə: məktəbəqədər təhsildə. müəllim hazırlığı və ixtisasartırma. "Uçitelskaya qazeta"dan. Bir sıra Qərb ölkələrində məktəbəqədər təhsilə (childhood education and care - ECEC) xüsusi diqqət vardır. Çünki uşaqların ən erkən vaxtlardan inkişafı onların gələcək uğurlu təhsil fəaliyyətinin və özünü həyatda re...
ANL
Bakı Slavyan Universitetində ənənəvi "Bir. Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin təşəbbüsü və təşkilatçılığı ilə bu ali təhsil ocağında yarandığı gündən bir çox maraqlı layihələr həyata keçirilir. Bu layihələrdən biri də universitetdə təhsil alan, müxtəlif ixtisaslar ü...
ANL
Mobil telefondan istifadə. Mütəxəssislər uşaqların mobil telefondan hansı yaşdan istifadəsini məsləhət görür? Biz bu yazıda mobil telefonun mütərəqqi cəhətlərindən deyil, fəsadlarından söhbət açacağıq. Bu gün artıq sübut edilib ki, mobil telefonların yaydığı elektromaqnit dalğaları insan sağlamlığı üçün çox təhlükəlidi...
ANL
Uşaq oyuncaqları. alanlara məsləhət. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və. İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nələri tövsiyə edir. Uşaq oyuncaqları uşağın zehni, estetik, fiziki tərbiyəsində və inkişafında mühüm rol oynayır. Oyuncaqlar uşağa ətraf mühiti dərk etməkdə, məqsədyönl...
ANL
Azərbaycan təhsilinin uğurları. Prezident təqaüdçüləri. Aytəkin BƏDƏLOVA, Azərbaycan Respublikasının Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyasının tələbəsi. Orta məktəbdə oxuduğu illərdə müxtəlif sertifikat və diplomlarla təltif olunub. Bu il III qrup üzrə keçirilən qəbul imtahanında 675 bal toplayaraq Azərbayca...
ANL
"Məktəb, şagirdlər həyatımın bir parçasıdır". Hər dəfə rayonumuza yolum düşəndə gedişimin məqsədindən asılı olmayaraq, doğma müəllimlərimlə, Ağsuda yaşayan ziyalılarla görüşməyi özümə borc bilirəm. Mənə dərs deyən, deməyən bütün müəllimlərə, pedaqoqlara olan ehtiramım kiçik ikən qələm tutmağı, yazıb-oxumağı öyrəndiyim ...
ANL
"Qəhrəmanlar unudulmur". Dekabrın 18-də Bakıdakı 19 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" mövzusunda ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, qonaqlar iştirak edirdilər. Öncə Azərbaycan Respublikasının Dövlət him...
ANL
"Həyatının təhlükəsizliyi sənin öz əlindədir". Bu günlərdə Ağcabədi rayonunun Hacıbədəlli kənd orta məktəbində Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi tərəfindən "Həyatının təhlükəsizliyi sənin öz əlindədir" adlı maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi şagirdlərin fərdi təhlükəsizlik sah...
ANL
Təhsil strategiyasında məzmun. islahatları: əsas strateji hədəflər. Təhsil strategiyası - hədəflər. Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Heydər ƏLİYEV, ümummilli lider. Müstəqil Azərbaycanın son illərdə fenomenal inkişaf tempinə görə regionda və dünyada siyasi nüfuzu və ...
ANL
Beynəlxalq Təhsil Mərkəzinin. ənənəvi mükafatlandırma mərasimi. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) dekabrın 14-də Qafqaz Universitetində 2012-2013-cü dərs ilinin yekunları ilə əlaqədar təhsildə fərqlənən şagird və tələbələrin mükafatlandırılmasına həsr olunmuş "Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan mək...
ANL
Layihə çərçivəsində Bakının beş məktəbində. şagirdlərə hüquq dərsləri keçilir. Təhsil və Ədliyyə nazirliklərinin dəstəyi ilə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin "Hüquq və mən" adlı layihəsi çərçivəsində Bakının 5 məktəbində şagirdlərə hüquq dərsləri keçilir. İctimai Birlikdən AzərTAc-a bildirmişlə...
ANL
Elektron lövhə və planşetlərlə. təmin olunmuş sinfin açılışı olub. Dekabrın 13-də 132-134 nömrəli təhsil kompleksində Təhsil Nazirliyi və "Samsung Electronics" şirkətinin dəstəyi ilə "Samsung Smart School" proqramı çərçivəsində elektron lövhə və planşetlərlə təmin olunmuş sinfin açılış mərasimi keçirilib. Açılış mərasi...
ANL
Təhsil Problemləri İnstitutunda. elmi şuranın iclası keçirilib. Dekabrın 17-də Təhsil Problemləri İnstitutu elmi şurasının iclası olmuşdur. İnstitutun direktoru Qulu Novruzov Azərbaycan Respublikası təhsil nazirinin institutun elmi şurasının tərkibindəki dəyişikliklər barədə əmri ilə elmi şura üzvlərini tanış etmiş və ...
ANL
Azərbaycan Dillər. Universitetində elmi konfrans. Dekabrın 19-da Azərbaycan Dillər Universitetində doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində təhsil nazirinin ...
ANL
Uşaq və gənclərin əl işlərinin respublika. müsabiqəsi qalibləri mükafatlandırıldı. Dekabrın 16-da T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq təsviri və tətbiqi sənət mərkəzində uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, Azərbayc...
ANL
"Dərslik portalı"nın təqdimat mərasimi keçirilib. Dekabrın 16-da "Kempinski Badamdar" otelində Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə layihəsi olan "Dərslik portalı"nın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, TQDK-nı...
ANL
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət. Universitetinin 90 illik yubileyi qeyd olundu. Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Yubiley mərasimində Azərbaycan Respublikası Baş...
ANL
Yaponiyanın milli bayramı şərəfinə. Dekabrın 13-də Yaponiyanın Azərbaycandakı səfirliyi İmperator Akihitonun anadan olmasının 80-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Tsuquo Takahaşi bildirmişdir k...
ANL
Xüsusi hallar barədə məlumatların verilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Təhsil Nazirliyinin sisteminə daxil olan qurumlarla işin təşkilinin yaxşılaşdırılması, fövqəladə, cinayət və təhsil müəssisələrinin normal iş ahənginin pozulması ilə nəticələnən hadisələr haqqında məlumatların verilməsi...
ANL
AZƏRBAYCAN MÜƏLLİMLƏRİNİN. Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib. İlk öncə qurultay iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliy...
ANL
Azərbaycan Respublikasının təhsil naziri. Mikayıl Cabbarovun məruzəsi. Hörmətli qurultay iştirakçıları! Əziz qonaqlar! Xanımlar və cənablar! Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından, ölkəmizin bütün təhsil işçiləri adından sizi ürəkdən salamlayır, hörmət və ehtiramımı bildirir, ən xoş arzularımı yetirirəm. B...
ANL
Azərbaycan Milli Elmlər Akademiyasının. prezidenti Akif Əlizadənin çıxışı. Hörmətli qurultay iştirakçıları! Çox hörmətli müəllimlər! Mən sizin hamınızı səmimiyyətlə, ürəyimin ən dərin guşələrindən gələn bir səslə salamlayır, qurultayın işinə uğurlar arzulayıram. Mənim çıxışımın mövzusu respublikamızda elmlə təhsilin və...
ANL
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının. sədri Səttar Mehbalıyevin çıxışı. Hörmətli sədarət! Əziz qurultay iştirakçıları! Xanımlar və cənablar! İlk növbədə, hər birinizi Azərbaycan müəllimlərinin XIV qurultayında salamlayır, Azərbaycanın bütün təhsil işçilərini bu münasibətlə təbrik edir, hər birinizə xoşbə...
ANL
Naxçıvan Muxtar Respublikasının. təhsil naziri Piri Nağıyevin çıxışı. Hörmətli qurultay nümayəndələri! Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan təhsilinin böyük hamisi, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan təhsilini himayə etməsi, təhsilin g...
ANL
Milli Məclisin deputatı. Bəxtiyar Əliyevin çıxışı. Hörmətli qurultay iştirakçıları, əziz müəllimlər! Sizin hər birinizi bu gözəl gün münasibəti ilə təbrik edir, qurultayın işinə və gələcək fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram. Memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanda b...
ANL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının. sədri Məleykə Abbaszadənin çıxışı. Hörmətli qurultay iştirakçıları, dəyərli qonaqlar, əziz müəllimlər! Sizi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının kollektivi adından və şəxsən öz adımdan salamlayıram. Bu gün sizin qarşınızda çıxış etməkdən, sizin fikirlərinizi dinləməkdən böy...
ANL
Bakı Ali Neft Məktəbinin prorektoru, professor Ramiz Hümbətovun çıxışı. Hörmətli qurultay iştirakçıları! Ölkəmizin təhsil işçiləri və müəllimlər ordusunun nüfuzlu qurultayında Bakı Ali Neft Məktəbinin kollektivi adından sizləri salamlamaqdan və fikirlərimi bölüşməkdən şərəf duyuram. Təhsil sistemi ölkəmizin aparıcı qüv...
ANL
Bakı şəhəri akademik Zərifə. Məhəbbət Vəliyevanın çıxışı. Hörmətli sədarət! Hörmətli qurultay iştirakçıları! Hər birinizi Azərbaycan müəllimlərinin XIV qurultayı münasibəti ilə təbrik edirəm və sizə uğurlar arzulayıram. Bu gün Azərbaycan təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır. Bu inkişaf təhsilin bütün mərhələlə...
ANL
Azərbaycan Diplomatik Akademiyasının. prorektoru Fariz İsmayılzadənin çıxışı. Hörmətli sədarət! Əziz müəllimlər! Xanımlar və cənablar! Mən bu gün sizin qarşınızda çıxış etməkdən böyük şərəf duyuram. Cənab nazir, təşəkkür edirəm ki, mənə belə möhtəşəm auditoriya qarşısında çıxış etmək, təhsil sahəsində nailiyyətlər və ç...
ANL
İsmayıllı Peşə Tədris Mərkəzinin. direktoru Zaur Muradovun çıxışı. Hörmətli sədarət! Hörmətli qurultay iştirakçıları! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda göstərild...
ANL
Bakı şəhəri "Zəngi" liseyinin tarix. müəllimi Taleh Şahbazovun çıxışı. Hörmətli qurultay iştirakçıları! Bu mötəbər tədbirdə iştirakımdan böyük fəxr duyaraq gənc müəllimlər adından sizi salamlayır, çətin və şərəfli işinizdə uğurlar arzu edirəm. Sirr deyil ki, insanın şəxsiyyət və vətəndaş kimi formalaşmasında, onun təhs...
ANL
Bakı şəhəri 43 nömrəli məktəb-lisey kompleksinin. direktor müavini Kəmalə Bədəlovanın çıxışı. Hörmətli qurultay iştiraçkıları! Azərbaycan müəllimlərinin XIV qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar bir hadisədir. Hazırda bütün təhsil işçilərinin diqqəti bu qurultaya yönəlmişdir, çünki bu qurultayda möhtər...
ANL
Şuşa RTŞ metodkabinetinin müdiri. Rəsmiyyə Məmmədovanın çıxışı. Hörmətli qurultay nümayəndələri! Hörmətli qonaqlar! Müstəqil Azərbaycan dövlətinin qurucusu, dunya azərbaycanlılarının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan bu möhtəşəm Mərkəzdə keçirilən Azərbaycan müəllimlərinin XIV qurultayında ...
ANL
şirkətinin Azərbaycan üzrə idarəedici. tərəfdaşı İlqar Vəliyevin çıxışı. Hörmətli sədarət! Hörmətli qurultay iştirakçıları! İlk öncə sizin qarşınızda çıxış etməyə imkan verdikləriinə görə tədbirin təşkilatçılarına təşəkkürümü bildirmək istəyirəm. Mən biznes aləminin təmsilçisiyəm və ilk baxışdan təhsil sahəsi ilə birba...
ANL
Azərbaycan müəllimlərinin. XIV qurultayının qətnaməsi. Qurultayın qətnaməsini Təhsil Nazirliyi. Dərslik və nəşriyyat şöbəsinin müdir. müavini Əsgər Quliyev oxudu. Azərbaycan müəllimlərinin XIV qurultayı müasir təhsil salnaməsinə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda göstərilən istiq...
ANL
Görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, AMEA-nın müxbir üzvü, professor Arif Məlikovun 80 yaşı bu ilin sentyabrında tamam olub. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan tanınmış bəstəkarı ölkənin ali mük...
ANL
İlk növbədə təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi diqqətdə saxlanılmışdır. Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat sahəsində son illər aparılan işlər 2013-cü ildə də davam etd...
ANL
sahəsində hansı yeniliklər baş verdi? Martın 15-dən peykin idarə edilməsi bütünlüklə yerli mütəxəssislərə verilib. Əsas məqsəd yerli radio və televiziya kanallarının yayımını peyk vasitəsilə təmin etməkdir. Bununla bağlı bütün texnoloji işlər də başa çatdırılıb. "Apple" şirkəti yeni nəsil "iPhone" smartfonlarını təqdim...
ANL
Son illər ölkəmizdə hər təqvim ilinin Prezident sərəncamına əsasən cəmiyyətin həyatında mühüm rol oynayan bir fəaliyyət sahəsi ilə adlandırılması artıq yaxşı bir ənənə halını alıb. Təbii ki, bu, cəmiyyətin diqqətini həmin sahənin inkişafı zərurətinə cəlb etməklə yanaşı, bu sahədə inkişafyönümlü addımların atılmasını, l...
ANL
"Elektron məktəb" müsabiqəsinin qalibi olub. Prezident İlham Əliyevin 2013-cü ili Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etməsi ölkəmizin bu sahədə doğrudan da son illər çox böyük uğurlar əldə etməsinin daha bir göstəricisidir. Yenilikçi və çalışqan təhsil işçilərinin səyləri nə...
ANL
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi. Qaydalarının təsdiq edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Dərslik, dərs vəsaiti və digər tədris vasitələrinə nəşr hüququnun verilməsi ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi, onların müasir standartlara, fənn kurikulumuna (fənn proqramın...
ANL
Təhsil naziri beynəlxalq fənn. olimpiadalarının qalibləri ilə görüşüb. Dekabrın 25-də təhsil naziri Mikayıl Cabbarov kimya, riyaziyyat və rus dili üzrə 2013-cü ildə keçirilmiş beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb. Təhsil naziri beynəlxalq fənn olimpiadalarının qaliblərini əldə etdikləri uğurlara görə ...
ANL
Təhsil naziri Gəncə şəhərində yeni. məktəblərin açılışında iştirak edib. Dekabrın 26-da təhsil naziri Mikayıl Cabbarov Gəncə şəhərində yeni inşa edilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələrinin açılış mərasimlərində iştirak edib. Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbdə əsaslı təmir və ye...
ANL
Bakı Slavyan Universitetində. beynəlxalq elmi konfrans keçirilib. 20-21 dekabr tarixlərində Bakı Slavyan Universitetində "Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: mif, ədəbiyyat və tarix arasında" mövzusunda V Beynəlxalq elmi konfrans keçirildi. BSU və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasi...
ANL
Yeni il təbrikləri. Əhliman ƏMİRASLANOV, Azərbaycan Tibb Universitetinin rektoru, akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı. 2013-cü il həm Azərbaycan Respublikasının doqquz milyonluq vətəndaşı üçün, həm də dünyanın bütün guşələrində yaşayan dünya azərbaycanlıları üçün arzuolunan bərəkətli illərd...
ANL
Leyla ABDULLAYEVA, Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbin. direktoru, Milli Məclisin deputatı. Möhtərəm cənab Prezident İlham Əliyevin 3-cü dəfə dövlət başçısı seçilməsi xalqın ona olan inam və etimadının bariz nümunəsidir. 2013-cü il prezident seçkiləri bir daha İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti o...
ANL
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə. Slovakiya Respublikasında təhsil alma imkanı. Slovakiya Respublikası bu ölkənin tələbə, doktorant, ali məktəb müəllimləri və elmi işçilərin mübadiləsinə dəstək üzrə milli təqaüd proqramına yeni qəbul elan edib. Anket və əlavə məlumatı www.scholarship.sk internet səhifəsindən ...
ANL
tələbəni dərsə buraxmırlar". Böyük Britaniyanın Nyukasl Universitetində. təhsil alan azərbaycanlı tələbə ilə müsahibə. 2012-ci ildə orta təhsilini başa vurduqdan sonra bir il ərzində Böyük Britaniyanın Nyukasl Universitetində hazırlıq kurslarına (Foundation Year) qatılıb. Birillik hazırlıq kursunu başa vurduqdan sonra ...
ANL
Tələbələrim Azərbaycanı gəzmək və. tanımaq üçün maraq göstərirlər. Xaricdə işləyən müəllim həmvətənlərimiz. 1975-ci ildə Ağsu rayonunun Dilman kəndində müəllim ailəsində anadan olmuşam. 1992-ci ilin yayında Azərbaycanda ilk dəfə keçirilən test imtahanlarında iştirak edərək Türkiyənin ali məktəblərində oxumaq arzumu ger...
ANL
Uşaqlıq dövrünün davranış problemləri. Psixoloq məsləhəti. Hüseyn XƏLİLOV, Qafqaz Universitetinin psixoloqu. Həyatın erkən yaşlarında yaşanan hisslərdən biri də hirsdir. Hansı səbəblərdən ortaya çıxdığı əvvəlcədən bilinmir. Bunun səbəbi fərdi fərqliliklər olduğu qədər uşaqların qarşılaşdığı fərqli hadisələr də ola bilə...
ANL
Eynək alarkən nələrə diqqət etməli? İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti. və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti. tövsiyə edir: "Keyfiyyətsiz eynəklər sağlamlığınız üçün təhlükəlidir". Hazırda ölkənin əksər ticarət obyektlərində, eləcə də səyyar şəkildə eynəklər satılmaqdadır. İnsan...
ANL
Kompüter və televizorun. uşaqlar üçün faydası və zərəri. Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində günün tələblərinə uyğun olaraq kompüter və televizor həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adını çəkdiyimiz cihazlardan istifadə nə qədər zəruri olsa da, hamımıza məlumdur ki, sağlamlıq hər ...
ANL
Uşaqları qış xəstəliklərindən necə qoruyaq? Bağça və məktəb yaşlı uşaqları qış xəstəliklərindən qorumaq üçün maarifləndirmə işləri aparılmalı, düzgün qidalanmaya fikir verilməli, peyvənd vurulmalı və bir sıra tədbirlər görülməlidir. Qış xəstəliklərindən qorunmaq üçün düzgün qidalanmaq vacibdir. Səhv qidalanma uşaqlarda...
ANL
SOS Uşaq Kəndinin sakinləri bir ailədə. Həmin ildə Bakıda Xətai rayon filialı inşa edilərək istifadəyə verilib. SOS Uşaq Kəndinin pedaqoqu Almaz Məmmədova bildirdi ki, internatdan fərqli olaraq burada uşaqların bacı-qardaşları, xidməti anası və xalası var. Bir uşağımız Rasim İbrahimov "Əlincə" futbol klubunun üzvüdür. ...
ANL
Bakıdakı 2 nömrəli uşaq evinin sakinləri ilə söhbət. Bu günlər hər yerdə ən çox gözümüzə dəyən bəzənmiş yolkalardır, bir də sevinən, şənlənən uşaqlar. Uşaqları şənlənə bilən ölkədə yaşamaq özü də bir xoşbəxtlikdir. Bu ərəfədə qohum-qonşudakı uşaqların ovqatı məlumdur: üz-gözlərindən sevinc yağır. Onlar hamısı Yeni il ş...
ANL
Azərbaycan təhsilinin uğurları. Prezident təqaüdçüləri. Raya MƏMMƏDOVA, Azərbaycan Respublikasının Prezidenti yanında. Dövlət İdarəçilik Akademiyasının tələbəsi. Orta məktəbdə oxuduğu müddətdə məktəbin ictimai işlərində fəal iştirak edib, çoxsaylı viktorina və olimpiadalarda uğurlar qazanıb. Bu il ali məktəblərə keçiri...
ANL
Nəğməkar şairlə görüş. Yanvarın 26-da Bakıdakı Osman Mirzəyev adına 190 nömrəli tam orta məktəbdə əməkdar incəsənət xadimi, nəğməkar şair Baba Vəziroğlu ilə görüş keçirilib. Tədbirə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı, metodmərkəzin metodisti Ahu Məmmədova, "Azərbay...
ANL
Sumqayıtda gənc müəllimlərlə görüş keçirildi. Sumqayıt ŞTŞ-nin müdiri Mahal Əliyev Sumqayıt şəhər Gənc Müəllimlər Şurasının ən fəal üzvləri və gənc müəllimlərlə görüşdü. "Dəyirmi masa" ətrafında keçən görüşdə M.Əliyev bildirdi ki, bu gün hər bir gənc müəllimin əsas vəzifəsi Azərbaycan dövləti qarşısında öz məsuliyyətin...
ANL
Son illər Azərbaycan gənclərinin müxtəlif idman növləri üzrə keçirilən dünya çempionatı, Avropa kuboku, beynəlxalq turnir və olimpiya yarışlarında qələbələr qazanmaları ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyini bir daha göstərir. Azərbaycanda hər bir idman sahəsində olduğu kimi, kikboksinq növü üzrə də güclü ...
ANL
Dalğa mexanikası nəzəriyyəsinin banisi. Ervin Rudolf Yozef Aleksandr Şredinger - avstriyalı dahi fizik-nəzəriyyəci, 1933-cü il fizika üzrə Nobel mükafatı laureatı, Vyana, Ştutqart, Breslau, Berlin, Oksford, Qrats, Gent universitetlərinin professoru, Dublin Ali Tədqiqatlar İnstitutunun təsisçisi və direktoru, kvant mexa...
ANL
Ənənələri və uğurları ilə tanınan məktəb. Bakının Qaradag rayonunun Qızıldaş qəsəbəsində yerləşən 180 nömrəli tam orta məktəb öz ənənələri və uğurları ilə tanınan təhsil ocaqlarından biridir. 180 nömrəli tam orta məktəb şəhid müəllim Azər Namazovun adını daşıyır. Məktəbin əsas vəzifəsi istedadlı şagirdlərin təbii imkan...
ANL
Bir müəllimin ustad dərsi. Son illər təhsilimizdə böyük vüsətlə həyata keçirilən islahatlar təlimin məzmunu ilə yanaşı, təşkilat formalarına, metod və üsullarına da bir sıra yeniliklər gətirmiş, yeni təlim texnologiyalarının və innovasiyaların tədrisdə geniş tətbiqinə, vaxtilə mövcud olmuş, sonralar müəyyən səbəblərdən...
ANL
Şagirdlərin dünyagörüşünün formalaşmasında müasir təlim metodlarının rolu. Biologiyanın tədrisi prosesində dünyagörüşü formalaşdırmaq üçün elmin əsaslarını öyrətmək kifayət deyildir. Elə etmək lazımdır ki, şagidlərin aldıqları biliklər onların əqidəsinə çevrilsin. Dünyagörüşü şəxsiyyətin təbiətə, ictimai həyata, insan ...
ANL
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili məqsədil...
ANL
ADU-da "Xaricdə təhsilin gənclərin həyatında rolu" layihəsi çərçivəsində görüş keçirildi. Yanvarın 29-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen ilə görüşdü. Qonağı salamlayan rektor onu ...
ANL
NDU yeni TEMPUS layihəsinə qoşulub. Müasir dövrdə turizmin imkanlarından maksimum istifadə etmək və bu sahənin dayanıqlığını təmin edə bilmək üçün aparılan tədbirlər arasında bu sahə üzrə kadr təminatı mühüm yer tutur. Turizm sahəsində bakalavr və magistr hazırlığı üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində Avropa univers...
ANL
Beynəlxalq əlaqələr daha da genişlənir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də özünü göstərir. Təhsil naziri, professor...
ANL
"Sabahın alimləri" II Respublika müsabiqəsinə hazırlıq mərhələsi davam edir. Bu ilin may ayında ABŞ-ın Arizona ştatında keçiriləcək İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə seçim turu olan "Sabahın alimləri" II Respublika müsabiqəsi 8-9 fevral tarixlərində Bakı şəhərində təşkil olunacaqdır. Müsabiqənin təşk...
ANL
Tələbələr və yaradıcı gənclər əsgərlərin qonağı oldular. Gənclər və İdman Nazirliyi tərəfindən orduda xidmət edən gənclərin asudə vaxtının təşkili, onların mənəvi-psixoloji və fiziki hazırlığının yüksəldilməsi məqsədi ilə hərbi hissələrdə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və yaradıcı gənclərinin iş...
ANL
"Müasir gənclik və İKT sahəsində innovasiyalar" mövzusu müzakirə olunub. Yanvarın 31-də Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərin Problemləri üzrə Elmi-Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Müasir gənclik və İKT sahəsində innovasiyalar" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xə...
ANL
Orta məktəb müəllimi ona elmlə məşğul olmağı məsləhət görməmişdi. Lakin o, inadkarlığı və gərgin əməyi nəticəsində sevdiyi məşğuliyyətdən və maraq göstərdiyi fəndən uzaqlaşmadı. Elm, bilik yollarında üzləşdiyi çətinliklər, bəzən də ümidsizliyə qapıldığı anlar onu ruhdan sala bilmədi. Və beləcə, britaniyalı Con Gerdon o...
ANL
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 yanvar 2013-cü il tarixdə "Azərbaycan xalqının ümummilli ...
ANL
ADU-nun rektoru Türkiyənin ölkəmizdəki səfiri ilə görüşdü. Yanvarın 29-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul etdi. Qonağı salamlayan rektor Səməd Seyidov onu universitetdə görməkdən mə...
ANL