text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
"İstirahət günlərində də. şagirdlərlə məşğul oluram". Azərbaycanın tanınmış kimya müəllimi, 60 yaşlı Heybət Qədirov redaksiyamızın qonağı olub. Azərbaycanın təhsil sferasında müxtəlif elm sahələrinin inkişafı yolunda böyük insanların ilk qədəmlərini götürdüyü nadir ünvanlar var. Bu ünvanlar gözünün nurunu, ürəyinin odu...
ANL
İlin ən yaxşı təhsil qəzeti. Azərbaycan Respublikası Təhsil Şurası İdarə Heyətinin qərarına əsasən, "Azərbaycan müəllimi" qəzeti "İlin ən yaxşı təhsil qəzeti" seçilib və diplomla təltif olunub. Qafqaz Universitetində keçirilən görüşdə mükafat qəzetin kollektivinə təqdim edilib. Tədbirdə Qafqaz Universitetinin rəhbərliy...
ANL
"İnklüziv təhsil: nəzəriyyə. və praktikanın vəhdəti". Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili demokratik cəmiyyətin vacib tələblərindən biridir. Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, onların cəmiyyətə inteqrasiyasını təmin...
ANL
"Qanlı yanvar" xatirələri. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı Yanvarında Azərbayca...
ANL
Təhsil müəssisələrində. şəhidlərin xatirəsi yad edilib. Tədbirdə AMİ-nin rəhbərliyi, əlavə təhsil qurumlarının nümayəndələri, institutda ixtisasartırma təhsilində olan dinləyicilər iştirak ediblər. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İnstitutun rektoru, Milli Məclisin deputatı,...
ANL
"Hər bir uğurum Azərbaycan. Həmyerlimiz Sakin Cabarov Almaniyanın Bayroyt Universitetinin Bavariya. Eksperimental Geokimya və Geofizika İnstitutunda tədqiqatlarını davam etdirir. Bu rubrika altında xarici ölkələrin təhsil müəssisələrində müəllim, tədqiqatçı kimi çalışan həmvətənlərimiz haqqında yazıların dərcini davam ...
ANL
Təhsil Problemləri. İnstitutunda təqdimat. Yanvarın 14-də Təhsil Problemləri İnstitutunda Oracle Akademiyası nümayəndəsinin Oracle və Java proqramlaşdırmaya dair təqdimatı keçirilmişdir. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov görüş iştirakçılarını salamlayaraq respublikamızda XXI əsrin başlanğıc...
ANL
Kanadada müəllimləri tələbə özü seçir. Kanadanın Vaterloo Universitetinin tələbəsi Tamilla Umudova ilə söhbət. Eyni zamanda Rafiq Babayev adına 25 nömrəli musiqi məktəbində fortepiano təhsili alıb. 2013-cü ildə yeni yaradılmış İnformasiya Texnologiyaları Universitetinin kompüter elmləri fakültəsinə daxil olub. 2014-cü ...
ANL
ADNA-nın professoru Şəfiq Pənahi ilə söhbət. Bu dəfə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 yaşlı professoru ilə sizləri tanış etmək istəyirəm. Professorla qiyabi olaraq akademiyanın, onun 90 illik yubileyi ilə bağlı keçirdiyi tədbir barəsində oxuyanda tanış oluram. Professorun yaşı və əmək fəaliyyətini əks et...
ANL
Azərbaycan Dövlət Neft Akademiyasının qocaman müəllimi, professor Şəfiq Pənahinin 90 illik yubileyi və fəaliyyətinin 64-cü ildönümü təntənəli şəkildə qeyd edildi. Səttarxan hərəkatının ən görkəmli rəhbərlərindən olan babası Hacı Ələkbər, İranda görkəmli yazıçı kimi şöhrət tapmış atası Abbas Makulu öz xalqının azadlıq v...
ANL
Riyaziyyatın tədrisinin və müəllim. hazırlığının modernləşdirilməsi. Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sahələr, eləcə də təhsil qarşısında mühüm vəzifələr qoyulmuşdur. Təhsil sisteminin dəyişilməsi və yeniləşməsi məsələsi irəli sürülmüş, təhsilin ABŞ, Avropanın qabaqcıl ölkələrinin təhsil məkanına inteqrasiya...
ANL
Uşaqlar sosial şəbəkələrdən neçə. yaşından sonra istifadə edə bilərlər? Mütəxəssislər həyəcan təbili çalır. Hətta bəzilərimiz günümüzün çox hissəsini sosial şəbəkələrə həsr edirik. Bu şəbəkələr bəzi işlərimizi asanlaşdırsa da, təhlükəsizlik baxımından bir çox çətinliklərə də yol açır. Xüsusilədə yetkinlik yaşına çatmay...
ANL
Şagirdlərin mobil telefonlardan. istifadə etməsi lazımdırmı? Pedaqoqlar bu haqda nə düşünürlər? Müasir dövrümüzdə texnologiyalar sürətlə inkişaf edir. Bu proses orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin də diqqətindən kənarda qalmır. Onlar tez-tez dəyişən texnoloji yeniliklərə xüsusi maraq göstərir, onlarda...
ANL
Riyaziyyat fənni üzrə. qiymətləndirməni necə aparıram. Qiymətləndirmə təlim prosesinin ən vacib, çətin və həssas yanaşılması lazım olan məsələlərindəndir. İnteraktiv təlimdə qiymətləndirmə ənənəvi təlimdəkindən fərqli olaraq yalnız yaddaşdakı biliyi deyil, eyni zamanda öyrənənin əldə etdiyi bacarıq, vərdiş və dəyərləri...
ANL
Şagird şəxsiyyətinin formalaşmasında. şəxsi nümunənin rolu. Müasir dövrdə təlimin başlıca rolu bəşəri dəyərlərə əsaslanan, məntiqi, tənqidi və yaradıcı təfəkkürə malik şəxsiyyətlər yetişdirməkdən ibarətdir. Elə şəxsiyyətlər ki, onlar yüksək əxlaqi keyfiyyətlərə malik vətənpərvər olsunlar. Vətənpərvərlik ən yaxşı ənənəl...
ANL
Təhsilin modernləşməsi, elektron təhsil. Təhsil sisteminin başlıca vəzifələrindən biri ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" öl...
ANL
"Məktəblilərin informatika. olimpiadaları". Bütün bilik yarışlarında olduğu kimi, olimpiadalarda da uğurlu iştirak və qalib yerlər tutmaq üçün onlara yaxşı hazırlaşmaq lazım gəlir. Belə hazırlıq üçünsə mütləq müvafiq materiallar, elmi-metodik ədəbiyyat olmalıdır. Ölkəmizdə məktəblilərin respublika olimpiadaları keçiril...
ANL
Sumqayıt şəhərində fəaliyyət göstərən Laçın 5 nömrəli tam orta məktəbinin yerləşdiyi bina 2006-cı ildə yüksək keyfiyyətlə təmir edilmişdir. Müəllimlər kurikulum və ixtisasartırma kurslarından keçərək, yeni proqram materialını şagirdlərə dərindən aşılayırlar. Müəllimin məqsədi şagirdlərə həyatı sevdirmək və həyata inam ...
ANL
Kitab oxumaq şagirdlərin. əqlini və nitqini inkişaf etdirir. Şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəli sistemin yaradılması məqsədilə təhsil naziri Mikayıl Cabbarovun verdiyi məlum əmr məhz şagirdlərdə mütaliə mədəniyyətinin formalaşması üçün müqayisəolunmaz bir zərurətdən irəli gəlmişdir. Əmr digər t...
ANL
Müəllimlər Prezidentin sərəncamını. yüksək qiymətləndirirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb. ...
ANL
"Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri". Respublika müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gəncləri üzə çıxarmaq və onların potensial imkanlarının inkişaf etdirilməsinə lazımi şərait yaratmaq məqsədi ilə "Azərbaycan Re...
ANL
Gəncə Dövlət Universiteti. Qəzetimizin yeni layihəsi olan "Mənim universitetim"in. budəfəki hədəfi Gəncə Dövlət Universitetidir. Gəncə Dövlət Universiteti Azərbaycan Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabadda (indiki Gəncədə) N.K.Krupskaya adına ikiillik Müəllimlər İnstitutu kimi fəa...
ANL
Pianoçu-bəstəkar beynəlxalq. müsabiqələr laureatıdır. Əli Məmmədov parlaq istedad sahibidir. 2007-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə əməkdar müəllim Ədilə Rəhimovanın sinfində təhsil alır. Ötən bu müddət ərzində Əli mötəbər müsabiqələrdə iştirak edib, diplom və xatirə hədiyyəl...
ANL
Bir neçə sahədə uğur. qazanan qran-pri mükafatçısı. Soltan Səmədli Bakıdakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdidir. Hazırda gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbində tar ixtisası üzrə təhsil alır. Yeniyetmə tarzən musiqi və incəsənət mək...
ANL
müsabiqəsinin üçüncüsü. Hələ uşaqlıq çağlarından ustad xanəndələrin muğam ifalarını maraqla dinləyən Gülnarın bu sənətə həvəsi artmağa başlayıb. Canımıza, qanımıza hopan xalq mahnılarını, muğamlarını o, sanki ana laylası sanar və milli musiqimizin melodiyaları altında yuxuya gedərdi. Balaca qızcığaz böyüdükcə onun arzu...
ANL
Doqquz yaşlı rəssamın sənət dünyası. Rəşidə Hacıyeva Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin IV sinfində təhsil alır. Sinifdə ən yaxşı oxuyan şagirdlərdən biridir. Hələ kiçik yaşlarından onda şəkil çəkməyə həvəs yaranıb. Gördüklərini təxəyyülünün süzgəcindən keçirərək bir-birindən maraqlı rəsmlər yaradıb. Bir an b...
ANL
ekoloji layihənin qalibidir. Cavid Ələsgərov Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Gənc səyahətçilər" dərnəyində artıq 6 ildir ki, məşğul olur. 14 yaşı olmasına baxmayaraq bir çox şəhər, respublika üzrə təşkil olunan yarış, müsabiqə və yürüşlərdə iştirak edib. "Gənc səyahətçilər" dərnəyinin üzvl...
ANL
Parlaq gələcəyə aparan. Səidə İslam qızı Babışova Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinfində oxuyur. Muğam sənəti üzrə xalq artisti Ağaxan Abdullayevdən dərs alır. Bir çox respublika müsabiqələrinin laureatıdır. 2012-ci ildə Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "Hünər" vətənpərvərlik festivalında ist...
ANL
Haqq Rüstəmov Bakıdakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində oxuyur. O, təhsil ocağında keçirilən tədbirlərdə fəal iştirak edir. Qeyri- istedad sahibi olan Haqqın uşaqlıq çağlarından idmanın şahmat növünə böyük marağı olub. İstər ölkə, istərsə də Avropa yarışlarında vət...
ANL
Arzusu Bakı Musiqi. Aysel Əlizadə gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbində xanəndəlik ixtisası üzrə təhsil alır. 2007-ci ildə Türkiyədə keçirilən uşaq mahnı müsabiqəsinin laureatı olan Ayselin uğurları bir-birinin ardınca təkrarlanıb. O, həmin il əlillərin IV Ümumrespublika festivalının qalibi o...
ANL
olmaq istəyirəm". Abşeron rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, güləş. üzrə Avropa çempionu Türkan Nəsirova redaksiyamızın qonağıdır. Amma qadınlar kişilərə adi olduğu düşünülən işləri, bəzən kişilərin özlərindən yaxşı bacarır. Bu dəfə sizi bu fikirləri təsdiq edəcək bir xanımla tanış etmək istəyirəm. Redaksiy...
ANL
"Azərbaycan məktəbi" jurnalının. Bakı şəhəri 220 nömrəli məktəb-liseydə Təhsil Nazirliyinin təsisçisi olduğu "Azərbaycan məktəbi" jurnalının 90 illik yubileyinə həsr olunmuş görüş keçirilib. Görüşdə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru Nəcəf Nəcəfov, b...
ANL
Azərbaycan məktəbliləri beynəlxalq. olimpiadada 3 medal qazanıblar. "İstək" liseyinin şagirdləri bu uğura imza atıblar. Azərbaycanı müxtəlif beynəlxalq bilik yarışlarında təmsil edən məktəblilərimizin hər dəfə medallarla Vətənə dönmələri sevindirici haldır. Azərbaycan təhsilinin yetirmələrinin sədası bu dəfə Qazaxıstan...
ANL
Məktəb direktorları Prezidentin. sərəncamından razılıq edirlər. Müəllimə qayğının. Azərbaycanın iqtisadi və sosial həyatı son illər durmadan inkişaf edir. Ölkə Prezidentinin dəstəyi və səyləri nəticəsində respublikanın hər yerində geniş abadlıq və quruculuq işləri aparılır. Son illər ölkəmizin sürətli tərəqqisinə, apar...
ANL
"Əsas məqsədimiz beynəlxalq. olimpiadalarda medal qazanmaqdır". İnformatika üzrə Olimpiada Mərkəzinin əməkdaşı Valid İbrahimov danışır. Onlardan biri də fizika-riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan İnformatika üzrə Olimpiada Mərkəzidir. Təxminən 5 ay əvvəl yaranmış mərkəzin fəaliyyəti ilə tanış...
ANL
"Universitetə imtahansız qəbul. tələbəsi Həsən Həsənzadə ilə söhbət. Lənkəran Özəl Türk Liseyini qızıl medalla bitirib. Liseydə oxuduğu illərdə bir çox beynəlxalq, regional və ölkədaxili olimpiada və yarışlarda iştirak edərək müxtəlif nailiyyətlər əldə edib. TQDK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanında iştirak e...
ANL
Qardaş ölkənin ali təhsil. sistemi ilə tanışlıq təəssüratlarım. Türkiyə təcrübəsindən faydalanmaq nə kimi səmərə verər. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda ali təhsil müəssisələrinin t...
ANL
Sinif rəhbərləri öz. vəzifələrini bilirmi? Paytaxt məktəblərində araşdırmalarımız nə göstərdi? Araşdırmalarımızdan məlum oldu ki, sinif rəhbərlərinin əksəriyyəti işlərinin öhdəsindən gəlsələr də, lakin əsasnamədən bir o qədər də məlumatlı deyillər. Belə ki, onlarla söhbətimizdə əsasnamədə yer alan bəzi müddəalar haqqın...
ANL
General-leytenantın keçdiyi yol gənc nəsil üçün örnəkdir. Ağstafa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əli Əliyevdən aldığımız məktubda bildirilir ki, Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə məşhur Azərbaycan sərkərdəsi, artilleriya general-leytenantı Əliağa Şıxlinskinin anadan olmasının 150...
ANL
Astrofizika üzrə ilk elmlər doktoru. Dünyaya göz açan hər bir insanın öz tale yolu vardır. Bunun üçün insanın ağlı, zəkası, düşüncəsi, həyatın tələblərini və gedişatını dərindən dərk edib qarşıya qoyduğu məqsəd və amalına nail olmaq uğrunda bütün əqli, fiziki qabiliyyətini səbr, dözüm və təmkinlə sərf etməsi həlledici ...
ANL
Avropa çempionatının. Son illər Azərbaycan gənclərinin müxtəlif idman növləri üzrə keçirilən dünya çempionatı, Avropa kuboku, beynəlxalq turnir və olimpiya yarışlarında qələbələr qazanmaları ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyini bir daha göstərir. Ölkəmizdə idmanın digər sahələrində olduğu kimi, qaydasız ...
ANL
Şahmat üzrə Azərbaycan çempionu. Bakının "Central" Park hotelində şahmat üzrə qadınlar arasında keçirilən Azərbaycan çempionatı beynəlxalq dərəsəli qrossmeyster Zeynəb Məmmədyarovanın inamlı qələbəsi ilə başa çatıb. Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, respublikamızın ən güclü 20 qadın şahmatçısının qələb...
ANL
Terrorçuluq – XXI əsrin müharibəsi. Dünya demokratik qüvvələri, terrorçulara qarşı birləşin! Terrorizmin məqsədi demokratik və mütərəqqi sosial dəyişikliklərin təşkilatların, müəssisələrin və şəxslərin mülkiyyətlərinə yönələn, irqi, faşizm, ideologiyası, anarxist, hərbi-bürokratik xislətlə müşayət edilən, dövlət...
ANL
ruhunda tərbiyyə olunur. Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyyə edilməsi istiqamətində işlər davam etdirilməkdədir. Olduqca müsbət haldır ki, bu işdə əsas aparıcı qüvvəni dövlət qurumları öz üzərlərinə götürüblər. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəali...
ANL
Kitab mağazalarında ən. Son illər Təhsil Nazirliyi şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşması ilə bağlı bir sıra tədbirlər görür, mütəmadi olaraq bu istiqamətdə maarifləndirmə işləri aparır. Redaksiyamız da görülən işləri daim diqqət mərkəzində saxlayır, məsələ ilə bağlı...
ANL
Azərbaycanın Milli Qəhrəmanları. Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu. 1952-ci il aprelin 27-də Şəki rayonunun Oxut kəndində - Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü olmuş Əhmədiyyə Cəbrayılovun ailəsində dünyaya gəlib. Həmin vaxt Cəmilli kəndinin müdafiəsinin təşkili onun dəstəsinə tapşırılıb. 1990-cı il dekabrın...
ANL
Görüşüb söhbət etdi. Səyahət etmək üçün. Bitkilər aləminə. Oğlanı dəvət etdi. Sərçə ilə evinə. Yamyaşıl çəmənlikdə. Əlvan güllər açılmış. Günəşin şüaları. Üzlərinə saçılmış. Mənim rəfiqələrim. Bir-birindən gözəldir. Məskənimiz bu yerlər, Gördüyünüz çəməndir. Bəzəyirik çəməni, Güc alırıq günəşdən. Müxtəlif rəng dondayıq...
ANL
Qarabağ torpağında gördüyüm el-obalar, Uşaqlığım ötüşən illər yadıma düşdü. Natəvan tək analar, Üzeyir tək babalar, Şuşadakı çiçəklər, güllər yadıma düşdü. “Yeddiqat”dan Şuşaya kəmər kimi dolaşan, Zirvələri göylərlə, buludlarla yarışan, Nisgilli ürəyimdə qələmimlə öpüşən, Xəzərdən İrəvana ellər yadıma düşdü. Məcrasına ...
ANL
Bərəkət tökülür hər qarışından, Bağçası da gözəl, bağı da gözəl. Babalar torpağa qızıldı, demiş, Halal zəhmətiylə çörəyin yemiş, Yetişdirib qarpız, balqabaq, yemiş, Bostanı da gözəl, tağı da gözəl. Çoxdur ataların söznün hikməti, “Zəhmət çəksən, eşitməzsən töhməti!”. Düzülər süfrəyə halal neməti, Qaymağı da gözəl, yağı...
ANL
Goranboy Rayon Təhsil Şöbəsinin müdir müavini Ağababa İbrahimovun təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərində “Ən yaxşı hekayə” müsabiqəsi keçirilib. Müsabiqədə müəllim və şagirdlər iştirak edib. Münsiflər heyəti tərəfindən I, II, III yerlərin qalibləri seçilib. Qaliblər fəxri fərmanla mükafatlandırılıb. A.İbrahimov...
ANL
Beynəlxalq təcrübədə dərslik hazırlığı. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra uğurla həyata keçirilməkdə olan təhsil islahatları, innovativ yeniləşmə və dünyanın qabaqcıl ölkələrinin təhsil məkanına inteqrasiya prosesi təhsilin bütün pillələrində məzmun islahatlarının genişləndirilməsi zərurətini qarşıya qoyur...
ANL
Heydər Əliyev adına liseyin Azərbaycan dili və. ədəbiyyat müəllimi Fəridə Əliyevanın təəssüratları. Ondan bioqrafiyamızda, xatirəmizdə çox şey qaldı. Biri mənim üçün xüsusilə önəmlidir. Bu ili də Fikrət müəllimlə, əsl təhsil fədaisi olan bir insan və pedaqoqla bir yerdə başa vurduq. Bu müddət mənə haqq verir ki, Fikrət...
ANL
“Repetitor yanına getmədən. istəyimə nail oldum”. Hazırda “ADA” Universitetinin kompüter elmləri fakültəsində təhsil alır. Bunun üçün savad önəmlidir, yoxsa bacarıq? - Ümumiyyətlə, hər bir qələbə əzmkarlığın, inadkarlığın, gərgin əməyin və bir də onu əlavə edərdim ki, prinsipiallığın bəhrəsidir. Gündəlik tapşırıqları y...
ANL
Yaşanan ömürdən isə izlər, unudulmaz xatirələr qalır. Fərhad müəllimdən də xoş izlər, unudulmaz xatirələr qaldı... Haqqında söhbət açacağımız şərəfli bir ömür yolu keçmiş Fərhad Möhsün oğlu Cəfərov 1948-ci il fevralın 2-də Yardımlı rayonunun Vərgədüz kəndində müəllim ailəsində anadan olmuşdur. Ali təhsilini 1970-75-ci ...
ANL
qabiliyyəti təsdiq olunan alimlərdir. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil. Cənab Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi, əsas məqsəd bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Hazırda ABŞ, Yaponi...
ANL
Ekspertlər ötən ildə təhsil sahəsində. görülən işləri necə qiymətləndirirlər? Əjdər AĞAYEV, Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor. İllər yalnız zamanla deyil, bu zamanda görülmüş işlərlə, əldə edilmiş nailiyyətlərlə dəyərləndirilir. 2015-ci ilin nailiyyətləri sırasında Bakıda keçirilən I...
ANL
qərəzli olaraq verilmədi”. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə müsahibə. - Sevda xanım, Siz məşhur alim Yusuf Məmmədəliyevin qızısınız. - Etimologiyasına görə “Yusuf” sözü gözəl insan mənasındadır. Dilimizdə də bu ismin etimoloji mənası saxlanılmış, lakin illərlə bir sıra fonetik dəyişikliyə ...
ANL
Təhsil Nazirliyi 2015-ci ildə təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlərin qısa xülasəsini ictimaiyyətə təq...
ANL
“Əsas məqsəd tələbələr arasında. futbolun kütləviliyini təmin etməkdir”. Lətif Novruzovun sözlərinə görə, FİFA referiləri də tələbə komandalarının oyunlarını idarə edəcəklər. Xəbər verdiyimiz kimi, fevralın 22-də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol üzrə VII Respublika çempionatına sta...
ANL
Erməni vandalizmi tarix dərslərində. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər... Heydər ƏLİYEV, ümummilli lider. Azərbaycanlıların kütləvi surətdə qırğını, re...
ANL
Peşə təhsili sistemi. strateji hədəflərə doğru. Əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması çeviklik və inteqrasiya prinsiplərini əsas götürür. “Növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətl...
ANL
Tədris prosesini necə. keyfiyyətli təşkil etməli? Təlimə Dəstək Mərkəzi məktəblərdə müasir yanaşmaları tətbiq edir. Son illər təhsil sahəsində istər forma, istərsə də məzmun baxımından aparılan dəyişikliklərin, tətbiq olunan yeniliklərin hər birimiz şahidiyik. Özünün bir sıra uğurlu nəticələri ilə ictimaiyyət tərəfində...
ANL
xaricdə təhsil almaqdır”. Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının dəhlizinə çatanda məni ilk qarşılayan da elə ətrafı bürüyən musiqi sədaları oldu. Pianonun dillərindən qopan melodiyalar, klassik bəstəkarların bənzərsiz bəstələri adamı mahnı qanadlarında sanki zirvələrə qanadlan...
ANL
Azərbaycanlı müəllimlər Londonda. Təlimlərdə iştirak edən müəllimlərin səfər təəssüratları. Bu günlərdə Təhsil Nazirliyi və “British Council”un birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində respubl...
ANL
Asiya qitəsinin ən yaxşı. universitetlərinin reytinqi. Böyük Britaniyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış nüfuzlu konsaltinq şirkəti olan "Times Higher Education" (THE) Asiya qitəsinin ən yaxşı universitetlərinin növbəti reytinqini (Asia University Rankings 2017) dərc edib. Tədqiqatçılar tərəfindən siyahının ...
ANL
Kanadanın Vaterloo Universitetinin tələbəsi Leyli Məmmədzadə ilə söhbət. 2014-cü ildə liseyi bitirdikdən sonra 3 ali məktəbdən - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Kanadanın Toronto və Vaterloo universitetlərindən qəbul təklifi alıb. O, təhsil alacağı ali məktəb kimi Vaterloo Universitetini seçib. Hazırda “...
ANL
İnternet əsaslı dərslər. Mədəni inkişafın təməlində tələb durur. Tələb olmasa heç bir iş görülməz və ya inkişaf olmazdı. İnternet texnologiyaları vasitəsilə təhsil də bu sırada özünə yer edə bilmişdir. Günümüzdə kompüter və internetə nə qədər ehtiyac var? İnkişaf etməkdə olan ölkələrin yeni informasiya əldə etməsində i...
ANL
Təhsilalanın fəaliyyətinin. qiymətləndirilməsində indikatordan istifadə. “Azərbaycan müəllimi” qəzetinin 4 fevral 2017-ci il tarixli 4-cü nömrəsində təhsilalanın alt məzmun standartları üzrə fəaliyyətinin izlənilməsi və nail olduğu bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün müvafiq rubrik nümunələri verilmişdir. Təhs...
ANL
Məktəb-liseydə tarix- diyarşünaslıq muzeyi yaradılıb. Vətənimizin ən qədim yaşayış məskənlərindən biri olan İsmayıllının hər guşəsi bir tarixdir. Rayonumuzun ərazisində rəsmi şəkildə qeydə alınmış 151 tarixi abidə var. Onlardan 30-dan çoxu mühüm əhəmiyyət kəsb edən qədim tarixi abidələrdir. Açıq səma altında muzey kimi...
ANL
14 yaşından idmanın kinq-boksinq və muay tay döyüş növləri ilə məşğul olmaq üçün “İnam” peşəkar idman klubunda məşqlərə başlayıb. Dəfələrlə Azərbaycan, Bakı çempionatlarının və beynəlxalq turnirlərin qalibi olub. Yeniyetmə idmançımız Əli Əliyev ilə söhbətimizə uşaqlıq illərindən başladıq. - Uşaqlıqdan məşhur Amerika ak...
ANL
Azərbaycanlı alimin əsəri. Kanadada nəşr olunub. Volter və Hüqonun yaradıcılığının Şərq qaynaqlarına dair yeni araşdırma. Bu günlərdə filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun “Volter və Hüqonun Şərq baxışı” əsəri Kanadanın Viktoriya şəhərinin “First choice books” nəşriyyatında çapdan çıxıb. Kitabın ingili...
ANL
“Müəllim hər zaman cəmiyyətin diqqət. mərkəzində dayandığını unutmamalıdır”. “Yetirmələrimi görəndə qürur hissi keçirirəm”. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bu sual həm də məni illər öncəyə qaytardı. Mən uşaq olarkən qonşuluğumuzda kirayədə yaşayan bir müəllim vardı. M...
ANL
“Parisdə beynəlxalq musiqi. Azərbaycan! sözləri məni daha da ruhlandırdı”. Cümə günü saat 15 radələrində redaksiyanın telefonu zəng çaldı. Dəstəyi qaldırdım. Özünü təqdim edən şəxs Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova idi. O, rəhbərlik etdiyi təhsil o...
ANL
yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası. Prezidentinin Sərəncamının icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2017-ci il tarixli 2597 nömrəli Sərə...
ANL
“Parisdə beynəlxalq musiqi. Azərbaycan! sözləri məni daha da ruhlandırdı”. Cümə günü saat 15 radələrində redaksiyanın telefonu zəng çaldı. Dəstəyi qaldırdım. Özünü təqdim edən şəxs Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova idi. O, rəhbərlik etdiyi təhsil o...
ANL
yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası. Prezidentinin Sərəncamının icrası barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2017-ci il tarixli 2597 nömrəli Sərə...
ANL
Tələbənin fərdi yaradıcılıq sərgisi açılıb. Aprelin 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sərgi salonunda Memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan 3-cü kurs tələbəsi Xuraman İbadullayevanın fərdi yaradıcılıq sərgisi açılıb. Universitetdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sərgini giriş sö...
ANL
Tələbənin fərdi yaradıcılıq sərgisi açılıb. Aprelin 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sərgi salonunda Memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan 3-cü kurs tələbəsi Xuraman İbadullayevanın fərdi yaradıcılıq sərgisi açılıb. Universitetdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sərgini giriş sö...
ANL
Biologiyadan dərs nümunəsi. Mövzu: Buğumayaqlılar tipi.Xərçəngkimilər sinfi. Məqsəd: Xərçəngkimilər, Hörümçəkkimilər, Cücülər sinfini buğumayaqlılar tipinin nümayəndəsi olmasını bilir. Xərçəngkimilərin xarici və daxili quruluşunu təsvir edir. Xərçəngkimilərin müxtəlifliyini tanıyır. Təlim nəticəsi: Buğumayaqlıların müx...
ANL
“Qazandığım hər bir qələbə. Məşədiəlifağa Haqverdiyev, dünya çempionu: “Bütün. rəqiblərimi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdım”. Son illər ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir ki, idmançılarımız iştirak etdikləri bir sıra beynəlxalq yarışlardan vətənə medallarla qayıdırlar. Res...
ANL
Azərbaycan tarının atası. Sadıqcanın irsinə işıq salındı. Azərbaycan Milli Konservatoriyasında hər il musiqi mədəniyyəti xadimlərinin yubileylərini qeyd etmək artıq ənənəyə çevrilmişdir. Bununla bağlı elmi-praktik konfransların keçirilməsi həm sənət korifeylərimizi bir daha xatırladaraq onların yaradıcılıqlarına işıq s...
ANL
dərsi fəallaşdırır. Təlim prosesində şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmələri üçün passiv, aktiv (fəal) və interaktiv metodlardan istifadə olunur. İnteraktiv təlimlə aktiv təlimin bəzi ümumi cəhətləri olmasına baxmayaraq onlar bir-birindən fərqlənir. Belə ki, interaktiv təlimdə yalnız müəllimlə şagirdlər ...
ANL
Tariximizin qan yaddaşı. şagirdlərin gözü ilə. Əldə etdiyimiz tarixi uğurlarımızı qoruyub saxlamaq və daha da artırmaq üçün məktəbin - müəllimin ümdə vəzifəsi şagirdlərin milli - vətənpərvər ruhda yetişməsini təmin etməkdir. Onlara təlqin edilməlidir ki, erməni cəlladları ilə üzbəüz mübarizə şəraitindəyik və bu, bir an...
ANL
“Təhsildə ümumbəşəri dəyərlər. dünyamızı xilas edəcək”. Tailand Kral ailəsinin üzvü, tanınmış pedaqoq, professor Art Onq Djumsai: “Yalnız cəmiyyət həyatını dəyişə bilmək gücündə olanlar müəllim ola bilər”. Məlum olduğu kimi, Bakıda Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), ADPU nəzdində Dövlət Pedaqoji Kolleci və...
ANL
Təhsilin sağlamı... Məktəblərdəki sağlam təhsil sinifləri sağlam gələcək formalaşdırır. Ölkədə görmə, qamət problemli, habelə fiziki inkişafdan qalan xeyli şagird var. Fiziki inkişafdan qalanlar arasında oğlanlar xüsusilə çoxluq təşkil edir. Həmin arzuolunmaz statistika belədir: Görmə problemləri. Qamət problemləri. Fi...
ANL
Uğurlu tədqiqat işi. Bu günlərdə Naxçıvan Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin “XIX əsr və XX əsrin əvvəllərində İrəvanda və Naxçıvanda məscid məktəbləri və mədrəsələr” adlı kitabını oxudum. Araşdırılan problemin günümüzdə vacibliyi...
ANL
On iki yaşlı Mədinənin rənglər dünyası. Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkili üçün hər cür şərait yaradılıb. Mərkəzin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, xüsusi istedada və bacarığa, yüksək intellektə və mədəniyyə...
ANL
Ali təhsil müəssisələri. strateji seçim qarşısında. Milli təhsil sistemimizdə biliyə, innovasiyaya əsaslanan universitetlər yer almalıdır. Bizim üçün dəyişməyən bir ənənə var: hər ailə çalışır ki, övladının diplomu olsun. Ancaq bu bir həqiqətdir ki, diplomlu olmaq heç də təhsilli, ixtisaslı kadr olmaq demək deyil. Hələ...
ANL
Sosioloqlar müəllim peşəsini “insan - insan” interaksiyasında olan peşələr qrupuna daxil edir. Qızılın xassələrini bilməyən şəxsdən yaxşı zərgər olmadığı kimi insanın (bizim halda - uşağın) xüsusiyyətlərini bilməyən insandan da yaxşı müəllim alınmayacaq. Lakin bu gün uşaq psixologiyasını bilmək uğurlu müəllim olmaq üçü...
ANL
Xalqımızın daş yaddaşı: memarlıq abidələri. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində memarlıq abidələrimizə həsr olunmuş fotosərgi ilə tanış olublar. Qeyd...
ANL
Zaqafqaziya Müəllimlər Seminariyasının. azərbaycanlı məzunlarının pedaqoji. fəaliyyətlərinə işıq salındı. Aprelin 18-də Bakı şəhərində, Nəriman Nərimanovun ev-muzeyində “Pedaqoji irs və müasir yanaşmalar” mövzusunda tədbir keçirilib. Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının azərbaycanlı məzunların...
ANL
Şagirdlərimiz Avropa Qızlar Riyaziyyat. Olimpiadasından xüsusi mükafatla qayıdıblar. Aprelin 6-dan 12-dək İsveçrənin Sürix şəhərində keçirilən 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO-European Girls Mathematical Olympiad) azərbaycanlı şagirdlər də iştirak ediblər. Mötəbər bilik yarışında ikinci dəfədir ki, iş...
ANL
münasibəti ilə elmi seminar. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Azərbaycan dili və pedaqogika kafedrasının və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin təşkilatçılığı ilə “Molla Pənah Vaqif yaradıcılığının elmi nəzəri dərki” mövzusunda elmi seminar keçirilib. Elmi s...
ANL
Pərvanə ALCANOVA, Beynəlxalq musiqi yarışmasının iştirakçısı: “Həyat mənim üçün yenidən başlayır”. Sputnik Azərbaycan İnformasiya Agentliyi və Radiosu 2016-cı ilin noyabrından 2017-ci ilin yanvar ayına kimi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda “Sən supersən!” müsabiqəsində iştirak edəcək uşaqların seçimini e...
ANL
Coğrafi biliklər turizmə. Aprelin 27-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə “Gənclərin turizm bacarığının formalaşmasında coğrafi biliklərin rolu” mövzusunda “dəyirmi masa” keçirib. Gənc nəsildə səyahət, g...
ANL
Tələbələr ingilis dilində tamaşa göstəriblər. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili müəllimi Rada Gözəlovanın təşəbbüsü ilə P.Traversin “Meri Poppins”, M.Tvenin “Tom Soyerin macəraları əsərləri səhnələşdirilib. Tamaşanın nümayişində kollecin rəhbərliyi, müəllim, tələbə kollektivi iştirak ...
ANL
Görkəmli oftalmoloq alimin. xatirəsinə musiqi çələngi. Onu Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin tələbələri ərməğan edib. Bəzən deyirlər ki, bizim həyatdan gedən müqtədir ifaçılarımızı, tar, kaman, qarmon, qaboy ustalarımızı əvəz edən, onlar kimi sənətinin zirvəsinə ucalanlar daha çətin ola. Habillər, əhsə...
ANL
Filoloq-şair ilə görüş. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Təhsil Mərkəzində dilçi, filoloq-şair Firuzə Məmmədli ilə görüş keçirilib. Tədbiri Təhsil Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həsən Bayramov açaraq şairə xanımın geniş fəlsəfi dünyagörüşə, milli və bəşəri özünüdərkə, kamil sən...
ANL
Azərbaycanlı tələbələr qızıl medal qazandı. Kiyev şəhərində “Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatının final mərhələsi keçirilib. Çempionatda 300-dən artıq iştirakçı 10 fərqli nominasiyalarda innovativ layihələrini təqdim edərək 20000 ABŞ dolları həcmində hədiyyə fondu uğrunda mübarizə aparıb. Müsabiqədə ilk d...
ANL
Ümumi təhsilin yol xəritəsi. Artıq XXI əsrin ikinci onilliyini yaşayırıq. Müstəqil respublikamızda əldə olunan nailiyyətlərin fəaliyyətləri tənzimləyən, onun daha uğurla davam etdirilməsinə təminat verən strateji dövlət sənədlərinin meydana gəlməsi ilə şərtləndiyinin şahidi oluruq. Bu sənədlərdə Azərbaycanın bütün sahə...
ANL