text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
YUNESKO-nun “Qlobal məqsədlər” dərsləri. Birləşmiş Millətlər Təşkilatı 25 sentyabr 2015-ci il tarixində Dayanıqlı İnkişafın Qlobal Məqsədlərini qəbul edib. Bununla bağlı "Dünyanın ən böyük dərsi" (World's Largest Lesson) ideyası irəli sürülüb. Bu ideya ondan ibarət idi ki, həmin il sentyabrın 27-dən başlayaraq həftə ər...
ANL
“İsveçdə doktorantın iş günü. əsasən klinikalarda keçir”. İsveç Krallığı Karolinsk İnstitutunun doktorantı Pərviz Məmmədzadə Azərbaycanda elmi tədqiqatın inkişafına töhfə vermək istəyir. Orta məktəb təhsilini rayondakı 3 nömrəli tam orta məktəbdə alıb. Tibb təhsilinin sonrakı 4 ilini (2007-2011) universitetlərarası müq...
ANL
Finlandiya təhsil modeli: mif, yaxud reallıq? Orta təhsilin əsas məqsədi uşaqları həyata hazırlamaqdır. Otuz il əvvəl Finlandiyanın təhsil sistemindən nəinki kimsə söz açırdı, bu mövzu heç diqqət mərkəzinə belə layiq deyildi. Bu gün isə dünyada ən effektiv təhsil sistemlərindən biri sayılır. İndi onu nəinki öyrənir və ...
ANL
Hədəf müəllim olmaqdırsa... “Peşəkar ol” layihəsinin iştirakçıları dövrün tələblərinə cavab verən mütəxəssislər olmaq istəyirlər. Ali məktəblərdə pedaqoji təhsil alan sonuncu kurs tələbələri və magistrlər üçün “Peşəkar ol” proqramı uğurla davam edir. Layihənin əsas məqsədi pedaqoji ali təhsil alan tələbələrdə divergent...
ANL
Məktəblinin dərsliyi və müəllifi... Əvvəlcə oğlumla dərs oxuduq. Sonra keçdik çantasını səliqəyə salmağa. - qiymətləndirmə kitabı. Az fərqlə ingilis dili, coğrafiya, riyaziyyat, informatika, rus dili və tarix dərsliklərinə görə də xeyli dərs vəsaiti topladıq çantaya. Ağırlığı əllə götürəndə belə hiss olunan çantanı mar...
ANL
Yeni məzmunun yeni qiymətləndirməsi. IX sinif şagirdlərinin buraxılış imtahanlarının yeni qaydası tətbiqi bilik və bacarıqları ölçür. Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 2008-ci ildən yeni təhsil proqramlarının tətbiqinə başlanılıb. Hazırda bu proses məntiqi yekununa çatıb. Yeni tədris proqramları ilə dərs...
ANL
Azməsrəfli, asan daşınan və. istənilən relyefdə quraşdırılan. Qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Ölkə üzrə qəzalı məktəblərin modul tipli məktəblərlə əvəzlənməsi davam etdirilir. Ötən ilin sentyabrında regionların sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə Prezident İlham Əliyevin 2017-2018-ci ...
ANL
Həyəcan, özünü sınamaq. və məqsədə çatmaq üçün. Müəllimlərin işə qəbulu imtahanlarına dair iddialar və reallıqlar. Azərbaycan Texniki Universitetinin idman zalı. Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanların keçirildiyi 3...
ANL
“ASAN peşə” layihəsi məqsədinə nail olub. Amil Əlili: “İqtisadiyyatın yeni inkişaf mərhələsinə qədəm qoyması peşə təhsilinə marağı artırır”. Ötən il ilk dəfə keçirilməsinə baxmayaraq, böyük uğurlarla yadda qalan layihə barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin...
ANL
Paytaxtda məktəbəhazırlıq. qruplarına qeydiyyat elektronlaşdı. Qəsəbələrdə daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün 5 yaşı tamam olan uşaqların elektron qeydiyyatına start veri...
ANL
Sülhə məhəbbət, müharibəyə nifrət. Gənclər vətənpərvərlik ruhda tərbiyə olunurlar. Gənc nəslin vətənsevərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin vətənpərvərliyə dair əməli və nəzəri görüşləri əyani nümunədir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər H...
ANL
Valideyn-məktəb-müəllim üçlüyü. Düzgün peşə seçimində bu amilin rolu. İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli ...
ANL
Müasir məktəb modeli yeni. idarəetmə üsuluna əsaslanır. Klassik idarəetmə anlayışı dəyişməlidir. Yeni məktəb modeli formalaşır. Bu məktəb modeli bizdən informasiyalaşmanın getdikcə artdığı cəmiyyətin sifarişinə uyğun hərtərəfli şəxsiyyət yetişdirməyi tələb edir. Həmin şəxsiyyət gələcəyi bütün incəlikləri ilə qavraya bi...
ANL
“Şah Qacarın uşaqlığını oynamışam”. Beynəlxalq müsabiqələr qalibi Canəli Canəliyev. görkəmli sənətkarlarla səhnəni bölüşməyindən qürurlanır. Həyatda yüksək yaradıcılıq qabiliyyəti tələb edən elə peşə, elə sənət növləri var ki, onun mahir daşıyıcısı olmaq üçün tək oxumaq, bu sahələrlə bağlı nəzəri biliklərə dərindən yiy...
ANL
“Müəllim hazırlığı ölkənin milli təhlükəsizlik məsələsidir”. Azərbaycanda ali təhsil müəssisələrinin standartları dəyişir. İdarəetmədən başlayaraq maliyyələşdirilməyə qədər hər məsələdə universitetlər yeni çağırışlara uyğunlaşmağa səy göstərir. Bəs bu dəyişikliklərə ənənələrə sahib ali təhsil ocaqlarımız necə cavab ver...
ANL
Müasir məktəb modeli yeni. idarəetmə üsuluna əsaslanır. Klassik idarəetmə anlayışı dəyişməlidir. Yeni məktəb modeli formalaşır. Bu məktəb modeli bizdən informasiyalaşmanın getdikcə artdığı cəmiyyətin sifarişinə uyğun hərtərəfli şəxsiyyət yetişdirməyi tələb edir. Həmin şəxsiyyət gələcəyi bütün incəlikləri ilə qavraya bi...
ANL
Şagirdlərimizə təhlükəsiz. yaşamağı öyrədək. ABŞ-ın ən yaxşı müəllimi Maykl Soskil uşaqlara məktəbdə qadjetdən istifadəni qadağan etməmənin 5 səbəbini izah edir. ABŞ-da keçirilən “2017-ci ilin müəllimi” müsabiqəsinin qalibi, Pensilvaniya ştatından olan Maykl Soskil öz açıqlamaları ilə ölkənin pedaqoji mühitində qızğın ...
ANL
Mehri Vəlizadə, beynəlxalq müsabiqələr qalibi: “Çıxışımız Prezidentimizin xoşuna gəldiyi üçün çox sevinirdik”. Qəzetimizin ötən saylarında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyasının uşaq və yeniyetmələrinin beynəlxalq festivallarda qazandıqları nailiyyətlərdən bəhs etmişdik. ...
ANL
(Məhərrəm QASIMLI), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı. Koroğlular yadigarı, A simləri şimşək sazım. Ər oğullar vəfadarı, Əyilməyən bilək sazım. Umud verib umudlanan, Eldən ayrı buludlanan, Dədələşən, qorqudlanan, Ruhumuza dirək sazım. Qəriblərdən xəbər gəlsə, Axşam ötüb səhər gəlsə... Durnalardan nəmə...
ANL
Bəhruz BABAŞOV, ADPU-nun Cəlilabad filialının ibtidai sinif. müəllimliyi ixtisası üzrə III kurs tələbəsi. Sənə hörmətim var hədsiz-hüdudsuz, Hər zaman arxasan mənə, müəllim. Keçdiyin uğurlu, şərəfli yollar. Fikrində canlanır yenə, müəllim. Bizi gələcəyə səslədin hər an, Yaraşır təriflər sənə, müəllim. Sən böyük varlıqs...
ANL
tam orta məktəbin X sinif şagirdi. Sona yetir məktəb illəri. Çırpınır qəlbimdə ürəyim mənim, Bir yanda sevincim, bir yanda qəmim. Ayağım titrəyir dönməyir geri, Axı, sona yetir məktəb illəri. Ayırır dostları, üzür hər kəsi, Kövrəldir hamını son zəngin səsi. Deməyə heç kimə, gəlməyir dilim. Ayrılıb getsəm də nə qədər uz...
ANL
Emin PİRİ, Xızı rayonu Türkoba kənd ümumi orta məktəbinin. tarix müəllimi, Prezident təqaüdçüsü. Şəhid oğlunun dedikləri. Darıxır anamın cehizlik ütüsü. Atamın biçənək ətirli. Atamdan qalanlar. sandıq vətəndaşı illərdir qırışmır. Anamın əlləri qırışıb ancaq, ütümüz də qocalıb. Atamın pal-paltarı. cəzasını çəkir. sandıq...
ANL
Məsumə MUSA, Bakı Dövlət Universitetinin jurnalistika. Vətənimi sevirəm. Vətənimi sevirəm, Mən də vətənpərvərəm. O qədər gözəldir ki, Cənnətə bənzədirəm. Torpağı and yerimdir, Sonsuzadək gəzərəm. Qərib olub ölərəm. Tarixin yaddaşında, Dədə Qorqud yaşında, Qobustanın daşında. İzlərini gəzirəm. Namərd düşmən başını. Müba...
ANL
Mələksə MURQUZOVA, Göygöl rayonu 3 nömrəli tam orta. məktəbin tədris işləri üzrə direktor müavini. Qanadlı quş olub göyə uçaydım, Günəştək nurlanıb işıq saçaydım. Sərhəddi yox edib yollar açaydım, İstərəm, sülh olsun bütün dünyada. Sevincdən ağlasın ağlayan ana, Sülh sevinc gətirsin bütün cahana. Torpaq boyanmasın tökü...
ANL
Pedaqogika elminin ləyaqətli nümayəndəsi. Təhsilalanların estetik tərbiyəsinin təşkili üzrə məktəb yaratmış alim. Azərbaycanın müasir pedaqogika elminin nümayəndələrini üç mühüm dövr ilə səciyyələndirən professor, əməkdar elm xadimi Fərrux Rüstəmov akademik M.M.Mehdizadəni, professorlar Ə.Y.Seyidovu, M.Ə.Muradxanovu - ...
ANL
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan bayrağı. Yayılırkən ellərə. Azadlığın sorağı, Bülənd olsun göylərə. Azərbaycan bayrağı. Səslənsin üfüqlərə. Nəğməmin xoş ahəngi, Nur saçsın şəfəqlərə. Bayrağımın hər rəngi. Göy rəngim ulu Türkün. Danılmaz haqq səsidir, Al r...
ANL
Təhsil, tədqiqat, innovativ yanaşma. Universitetlərin gələcəyi bütövlükdə cəmiyyətdəki dəyişiklikləri proqnozlaşdırmaq bacarığına bağlıdır. Təhsil Nazirliyi və “Azərbaycan müəllimi” qəzetinin təşkilatçılığı ilə ADA Universitetində ali təhsil müəssisələrinin gələcəyi müzakirə olunub. Universitet rəhbərləri, millət vəkil...
ANL
Dərsdə ritmik musiqidən faydalanmaq olar. Mnemonik texnika səmərəli metod kimi qəbul edilib. Qəzetimizdə dərc olunan “Metodika, yoxsa...” sərlövhəli məqalə təhsil ictimaiyyəti tərəfindən böyük marağa səbəb olub. Xatırladaq ki, yazıda qeyri-standart metodlarla dərs keçilməsinə toxunulur, bunun nə dərəcədə effekt verdiyi...
ANL
Pedaqogika elminin ləyaqətli nümayəndəsi. Təhsilalanların estetik tərbiyəsinin təşkili üzrə məktəb yaratmış alim. Azərbaycanın müasir pedaqogika elminin nümayəndələrini üç mühüm dövr ilə səciyyələndirən professor, əməkdar elm xadimi Fərrux Rüstəmov akademik M.M.Mehdizadəni, professorlar Ə.Y.Seyidovu, M.Ə.Muradxanovu - ...
ANL
Ədəbiyyatdan dərs nümunəsi. Hüseyn Cavid yaradıcılığı tədrisdə. Hər bir müəllim ilk növbədə tədris etdiyi fənnə, öyrədəcəyi mövzuya sevgi ilə yanaşmalıdır. Bu baxımdan, qeyd edim ki, bir müəllim kimi Azərbaycan ədəbiyyatını, görkəmli sənətkarlarımızı, qüdrətli qələm sahiblərimizi sevə-sevə tanıtdırmış, onların həyatı, ...
ANL
“Müsbət tendensiyaları inkişaf. etdirmək cəmiyyətin işidir”. Cəfər Cəfərov: “Görüləcək işlərimiz həyata keçirdiklərimizdən qat-qat çoxdur”. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovla söhbətimizin davamında müasir universitet olmaq üçün rəhbərlik etdiyi təhsil müəssisəsinin qarşısında duran tələb...
ANL
“Öyrənmək uğurun əsas yoludur”. Edinburq Universitetinin müəllimi Nərmin Məmmədova: “Tələbələrimdən nəyisə öyrənməyə çəkinmirəm”. Elə həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə proqramı əsasında biznesin idarəedilməsi ixtisasına qəbul olunub. Tələbəlik illər...
ANL
“İstiqlal” ordenli yubilyar. Prezident İlham Əliyev xalq artisti Fərhad. Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə xalq artisti, görkəmli pianoçu Fərh...
ANL
“Peşə təhsili müəssisələri üzrə əsas. fəaliyyət göstəriciləri”nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Stra...
ANL
və sosial inkişaf tələbələrin gözü ilə”. ADPU-da “Beynəlxalq davamlı turizm ili”nin yekun konfransı keçirilib. Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində BMT-nin Dünya Turizm Təşkilatı Baş Assambleyasının 2017-ci ilin “Beynəlxalq davamlı turizm ili” elan etməsinin yekunlarına dair “Turizmin sinergetikası...
ANL
Məktəbəqədər və ümumi təhsil. - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nə...
ANL
Yaxud Finlandiya təhsilinin problemləri barədə. Tarixdə yüzlərlə nümunə var ki, bir və ya bir qrup ölkədə uğurla sınaqdan çıxarılmış siyasi-hüquqi, sosial-iqtisadi islahatlar digər dövlətlərdə yaxşı halda uğursuzluğa düçar olub, pis halda isə böhran və hətta xaosla nəticələnib. Hazırda Çin dünyanın ən iri və güclü iqti...
ANL
Şərq ədəbiyyatında ideal ana obrazı. Hüseyn Cavidin əsərlərindəqadınların mənəvi təkamülü. Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər yazan, sənət, fikir və amalını geniş oxucu kütləsinə sevdirməyi bacaran sənətkardır. Məzlum və z...
ANL
“Səhnəyə qalib olmaq iddiası ilə çıxırdım”. Prezident təqaüdçüsü Zərrin Əliyeva: “Anama zəng edib bir dünya sevinc bəxş etdim”. Musiqi alətləri bir-birindən təkcə xarici görünüşlərinə görə deyil, eyni zamanda səslərinin ahənginə görə, məna çalarlarına görə də əhəmiyyətli dərəcədə fərqlənirlər. Dünya musiqi arenasında d...
ANL
Universitetlərdə “Məzun günləri”. Hər il yaz imtahan sessiyası başa çatdıqdan sonra universitetlərdə ali təhsil müəssisələrinin növbəti buraxılışlarına həsr olunmuş ənənəvi “Məzun günü” tədbirləri keçirilir. “Universitetə hər kəs qəbul oluna bilər, lakin onu bitirmək heç də hamıya müyəssər olmur” deyimini nəzərə alsaq,...
ANL
AMEA-nın ilk magistr məzunları. Elm və təhsilin inteqrasiyası öz nəticələrini verir. Ötən həftə ölkənin elm və təhsil həyatında daha bir ilkə imza atılıb: AMEA özünün ilk magistr məzunlarını yola salıb. Bu münasibətlə iyulun 7-də AMEA-da düzənlənən “Məzun günü” mərasimində təhsil naziri Mikayıl Cabbarov onları haqlı ol...
ANL
3-cü nəsil universitetləri: Biz hardayıq? İnkişafın müasir anatomiyası hər bir cəmiyyətin tərəqqisi, rifah halı, rəqabətlilik immuniteti, eləcə də həmin sosiumun biliklər iqtisadiyyatına verə bildiyi töhfə, yeni texnologiyalara sahiblənmə əmsalı ilə bağlıdır. Zamanın çağırışı budur ki, müasir dövrdə keyfiyyətli insan g...
ANL
Yer belləyən və meyvə dərən qızın hekayəti... Sevda Eminova: “O illərdə bizimlə bu cür davranılmasaydı, indiki olmayacaqdıq”. Hərdən əlinə bel alıb yer belləyər, hərdən satmaq üçün ağacdan meyvə dərər, hərdən ev işi görər. Dərsini oxuyar, bacı-qardaşının əziyyətini yaşına uyğun olmayan sevgi və səbirlə çəkər. Həyətləri...
ANL
Əsl fərq ovuc dolusu. Zadi Smit Əlif Şəfəqi niyə müdafiə etdi? O, təkcə roman yazmaqla missiyasını bitmiş hesab etmir. İnsan haqları, siyasi təzyiqlər, ədalətsiz qərarlar onun cəsarətli addımlar atmasına səbəb ola bilər. Məhz bu xüsusiyyətinə görə, Amerika prezidenti Donald Trampın yeddi müsəlman ölkəsi vətəndaşları və...
ANL
“Vaterloo Universitetində qazandığımız biliklərin. tətbiqi üçün geniş təcrübə imkanları yaradılır”. Mustafa Hacıyev: “Səbir və təmkin olanda insan çalışmaqdan usanmır”. Liseyi qızıl medalla bitirib. Ali məktəblərə qəbul imtahanında 695 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Bir il Bakı Ali Neft Məktəbinin Pr...
ANL
Patrik Modiano və “Kimliyi bəlli olmayan qadınlar” romanı. Nobel Komitəsi 2014-cü ildə ədəbiyyat camiəsində adı çox da məşhur olmayan bu müəllifə mükafat verməklə təəccüb doğurdu. “Ən ağılasığmaz insan talelərini təsvir edən və işğal altındakı həyatı göstərən təxəyyül və ifadə sənətinə” görə Nobel mükafatı qazanan fran...
ANL
Tətildə məktəb. “Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi”ndə bir gün. Dekabr ayından fəaliyyət göstərən layihə çərçivəsində 18 ümumtəhsil müəssisəsində yay məktəbləri təşkil olunub. İki mərhələdə təşkili nəzərdə tutulan yay məktəblərində 3-28 iyul tarixlərini əhatə edən birinci mərhələdə 5-6-cı siniflər ü...
ANL
Kamera qarşısında müəllimlərdir. Təhsil Nazirliyinin sifarişi ilə Təhsil TV-nin çəkdiyi “El bilir ki, sən müəllimsən” adlı sosial çarx sosial şəbəkələrdə böyük rezonans yaradıb. Maraq doğurmaqla yanaşı, həm də geniş müzakirələrə səbəb olan 54 saniyəlik həmin sosial çarxın çəkilməsi üçün hətta xaricdən çəkiliş qrupu gət...
ANL
təhsil texnologiyası kimi. Bu texnologiyadan istifadə dərsləri cəlbedici və maraqlı edir. Müasir dövrdə Azərbaycan təhsil sisteminin yenidən qurulması, müasirləşdirilməsi və bu prosesdə yeni texnoloji innovasiyalardan istifadə olunması vacib məsələlərdən biridir. Təhsil sisteminin inkişaf tendensiyası innovativ və inte...
ANL
dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhs...
ANL
Akkreditasiya və Nostrifikasiya İdarəsinin. Əsasnaməsinə əlavələrin edilməsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması, xarici ölkələrin müvafiq qurumlarından daxil olan sorğuların cavablandırılması işinin səmərəli təşkili, p...
ANL
Onlar yüksək etimadı gələcək uğurları üçün stimul hesab edirlər. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər. Gənc istedadlar...
ANL
“Orta məktəb illəri insan. üçün böyük qənimətdir”. Vüsalə Mahirqızı: “Müəllim nə qədər ciddi yük altına girdiyinin fərqində olmalıdır”. Bilmirsən prosesi ləngidən nədir? Cəmiyyətin mentalitet dediyi qaydalar toplusu, yoxsa özümüzün daha az səy göstərməyimiz. Amma ortada olan nəticə bundan ibarətdir ki, ölkənin ictimai-...
ANL
Azərbaycan Respublikasının Nazirlər. qərarının icra olunması haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ...
ANL
Biliyin bütləşdirildiyi ölkə. Yaponiyada təhsil insanın sosial və maddi statusunun yüksəlməsi yoludur. XII əsrədək Yaponiyada təhsil Çin və Koreyanın nəzarəti və təzyiqi altında olub. İmperator Odzinanın dövründə ölkədə Koreyanın Pekçe dövlətindən olan iki alim - Atika və Vani təhsil işləri ilə məşğul olublar. 552-ci i...
ANL
“Həyəcan məsuliyyətin nəticəsidir”. Leyla Zeynalova: “Mənə göstərilən etimadı doğruldacağam”. Leyla ilə öncə telefonla əlaqə yaratdım. Ertəsi gün təhsil aldığı məktəbə yollandım. Gülərüz, mehriban bir qız məni dəhlizdə gözləyirdi. Baxışlarından sevinc yağırdı. Sinif otaqlarının birinə keçdik və söhbətimizə davam etdik....
ANL
Uşaq ədəbiyyatımıza yeni töhfə. Azərbaycan uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan qələm sahiblərindən biri də tanınmış şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur. Bütün həyatını yeni tipli uşaq ədəbiyyatının yaranmasına, tədqiqinə, təbliğinə həsr edən Rafiq müəllimin y...
ANL
dramını səhnələşdiriblər. Adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustadına yüksək məhəbbətin təzahürü olaraq ölkəmizdə müxtəlif silsilə tədbirlər...
ANL
Tələbə və şagirdlərin bədii. yaradıcılıq festivalı keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin Respublika bədii yaradıcılıq festivalının yekun konserti keçirilib. Tədbirdə çıxış edən təhsil naziri...
ANL
“Musiqisi Səid Rüstəmovundur”. Musiqi Kolleci böyük sənətkarın 110 illiyini ifaçılıq müsabiqəsi ilə qeyd etdi. Bu ifadənin ilk dəfə konferansyelərin dilindən eşidildiyi, konsert proqramlarında göründüyü vaxtdan, təxminən, 90 il ötür. Üç qərinəyə yaxındr ki, bu təqdimatla ifa olunan bir-birindən gözəl, zərif lirik mahnı...
ANL
III Beynəlxalq Həmzə Nigari Türk. Dünyası Mədəni İrsi Simpoziumu. Bir çox tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının tarixinə daha bir əlamətdar simpoziumun keçirilməsi yazıldı. 17-18 may 2017-ci ildə ADPU və onun Şamaxı filialı, Türkiyə Cümhuriyyəti Amasiya Univer...
ANL
“Gələcəkdə çoxlu sayda istedadlı. rəqqas yetişdirmək arzusundayam”. Xoş bənizindən təbəssüm yağan və bir az da utancaq olan Səbinə Xəlilli ilə Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dəhlizində görüşürük. Uşaqlar rəqs dərnəyinin müəllimi Samirə Musaimin ətrafına toplaşıb nə isə müzakirə edirlər. Rə...
ANL
arasında Avropa çempionu. Aydın Süleymanlı: “Məqsədim dünya çempionu olmaqdır”. Məlumdur ki, şahmat oyunu dərin təfəkkür, riyazi-fəlsəfi təhlil tələb etməsi qələbəyə istiqamətlənmiş düzgün strateji qərarların vaxtında qəbulu baxımından digər idman növlərindən fərqlənir. Bütün oyunlar içərisində şahmatın icadını, meydan...
ANL
“Səhnənin məsuliyyəti məni sıxırdı”. Banu Tağıyeva, beynəlxalq müsabiqələr laureatı: “Azərbaycanı layiqincə təmsil etmək arzuları ilə yaşayıram”. 11 yaşlı müsahibim qeyri-istedad sahibi Banu Tağıyevadır. O, Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının VI sinfində təhsil alır. Dərslərini yaxşı ...
ANL
müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli...
ANL
Bəxtiyar Vahabzadə: “Şeir mənim sənət qayəmdir”. Poeziya düşüncənin gözəlliyidir. Gözəl düşüncə, gözəl fikir bu gözəlliyi duya bilən, onu görə bilən böyük bir istedad sahibinə məxsusdur. Müqəddəs şeir sənətinin sahibi - şairlər Allahın sevdiyi bəndələrdir. Şairin fikirləri, düşüncələri sözün qüdrətini duymağa, bütövlük...
ANL
Yeni dərs ili qarşısında. İrəliləyişlər və perspektivlər. Azərbaycanın müstəqilliyi onun inkişaf etməsinə, daha geniş miqyasda tanınmasına imkan yaratdı. İstər iqtisadiyyat, mədəniyyət və istərsə də digər sahələrdə baş verən dəyişikliklər onun dünya ölkələri sırasında böyük bir panaramının yaranmasına səbəb oldu. Zaman...
ANL
keyfiyyət ili” elan edilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji...
ANL
layihəsinin davam etdirilməsi barədə. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ölkənin 50 ümumi təhsil müəssisəsində həyata keçirilən “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi, həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təh...
ANL
Azərbaycan Respublikası təhsil nazirinin əmri. 2017-2018-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər hazırlamaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq. Konfransların keçirilmə tarixləri və ...
ANL
“İfa etdiyim dəsgahlar. Almaxanım Əhmədli, VI Muğam Müsabiqəsinin qalibi: “Ən çətin imtahanlarım hələ qarşıdadır”. Musiqi dünyasında özünün zəngin fəlsəfəsi, məna çalarları ilə seçilən muğam və onun korifey daşıyıcıları barədə çoxlu kitablar, monoqrafiyaları şeir və poemalar yazılıb. Qədim Şərq mədəniyyətinin ən inci, ...
ANL
ilinin ilk dərs məşğələsi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycanın Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində Ermənistan tərəfindən törədilən təxribatların qarşısının alınmasında və işğal altında olan torpaqlarımızın azad edilməsində göstərdiyi müstəsna rəşadət və igidlik, xüsusilə də ordu...
ANL
dərs ilinə aid tədris planının təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) tədris planının həmin siniflərin fəaliyyət göstərdiyi təhsil müəssisələrinə vaxtında çatdırılmasını təmin etsin. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələri ilə birlikdə “Azə...
ANL
Xarici dillər təmayüllü lisey və gimnaziyaların. planlarının təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının xaricidillər təmayüllü lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “AzərbaycanRespublikası Təhsil NazirliyihaqqındaƏsa...
ANL
Lisey, məktəb-lisey və gimnaziyaların təmayül. tədris planlarının təsdiqi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. Azərbaycan Respublikasının lisey, məktəb-lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsas...
ANL
“Təhsilimi xaricdə davam etdirmək arzusundayam”. Beynəlxalq müsabiqələr qalibi Nuranə Əliyeva gələcəkdə istedadlı tələbələr yetişdirmək istəyir. Nuranə Əliyeva ilə Bakının Elmlər Akademiyası metro stansiyası yaxınlığındakı Hüseyn Cavid bağında görüşdük. Anasının dediyi kimi, çox utancaq qız olduğunu mən də hiss etdim. ...
ANL
Ədəbiyyatdan dərs nümunəsi. M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının təhlili. Ümummilli lider Heydər Əliyev təhsil işçiləri ilə çoxsaylı görüşlərindəki çıxışlarında gənclərin milli-mənəvi və vətənpərvərlik tərbiyəsini təhsilin qarşısında duran əsas vəzifələrdən biri kimi göstərir, mü...
ANL
Tələbə və dekanlar Naxçıvan Dövlət Tarix Muzeyində olublar. “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin tibbi profilaktika ixtisası üzrə II, pedaqoji fakültənin fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, bədən tərbiyəsi və idman, texnologiya müəllimliyi ixtisası üzrə II kurs və xarici t...
ANL
Milli Musiqi Gününə həsr olunmuş konsert. Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində 18 sentyabr-Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib. Mətbuat şöbəsindən verilən məlumata görə, fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova tədbirdə çıxış edərək Milli Musiqi Gününün tari...
ANL
İmişlidə dahi Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib. Sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günü münasibətilə Mədəniyyət evində tədbir keçirilib. Tədbirdə rayon Mədəniyyət evinin əməkdaşları, Uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak edib...
ANL
“Arşın mal alan” məktəblilərin ifasında. Lerik rayonunun Hamarat kənd tam orta məktəbində Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib. Məktəbin direktoru Güloğlan Hadıyev dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən söz açıb. Tədbirdə çıxış edənlərdən H...
ANL
Bayrağımızı yüksəyə qaldırmaqdan böyük nailiyyət ola bilməzdi”. Beynəlxalq müsabiqələr qalibi Aylin Nəcəfli gələcəkdə də böyük uğurlar qazanacağına əmindir. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası”nın balaca istedadları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles...
ANL
Yazıçılıqla uğur əldə etməyin fəndlərini bilən hüquqşünas. Mohsin Hamid və “Könülsüz radikal” romanı. Təsəvvür edin, gözünüzü açandan fərqli ölkələrdə, fərqli mədəniyyətlərin qucağında boya-başa çatırsınız. Təxəyyülünüz rəngarəng olur. Bir çox ölkəni hətta qoxusundan tanıyırsınız. Pakistanlı Mohsin Hamid məhz belə yazı...
ANL
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında. Azərbaycan Respublikası təhsil nazirinin əmri. “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017-ci il tarixli 3059 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında...
ANL
Molla Pənah Vaqifin özü və tarixin sözü. ADPU-da respublika elmi-praktik konfransı. Sentyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif təsviri realizmin banisi kimi” respublika elmi-praktik konfransı keçiri...
ANL
Kolumbiyalı yazıçı ADU tələbələrinə mühazirə oxuyub. Sentyabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla kolumbiyalı alim, yazıçı Konrado Zuaqo və Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Qalindo ilə görüşüb. Kamal Abdulla...
ANL
Beynəlxalq müsabiqələr qalibi Murad İbrahimov uğurları çoxaldıqca məsuliyyətinin artdığını etiraf edir. Paytaxtdakı Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin xanəndə ixtisası üzrə Ayşən Eminlinin sinfində təhsil alaraq muğamlarımızın sirlərinə dərindən yiyələnib. Bütün janrlarda mahnılar ifa edib. Dər...
ANL
NDU-da kitab təqdimatı keçirilib. Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” və “Bəstəkar Nəriman Məmmədov” adlı kitablarının təqdimat mərasimi olub. NDU-nun Elmi kitabxanasında təşkil olunan tədbiri giriş s...
ANL
Tanınmışı tanıtmaq ehtiyacı. Əməkdar müəllim, şair-publisist Əyyub Şırlanlının 70 yaşı tamam olur. Adətən, tanıtım-təqdimatı ilk yazısı, fərqi yoxdur, o elmi, publisistik, pedaqoji -metodik məqalə olsun, ya da şeir, hekayə, mətbuatda dərc olunan müəllif haqqında yazırlar. Yazırlar ki, oxucular elmə, publisistikaya, poe...
ANL
Qərib durna. Qərib durna, söylə hardan gəlirsən, Şuşanın üstündən uçub keçdinmi?! Diz üstə əyilib ovuclarımla, İçdiyim bulaqdan sən də içdinmi?! De görüm bu bahar bizim bağçada, Nəğməkar bülbüllər yuva qururmu?! Tarixlər şahidi qoca çinarlar, Palıdlar, cökələr hələ dururmu?! Qumru bulaqların, şəlalələrin, Yayda dodağın...
ANL
Burda yoxdu zərrə qorxu, bura döyüş cəbhəsidir. Qisas günü gəlib artıq, düşmənin son nəfəsidir. Erməninin səsi yalan, sənin səsin haqq səsidir. Ölkəmizin ordusu var, düşmənlərə göz dağı, Bircə əmr yetər bizə, geri alaq Qarabağı! Ucaldaq biz İrəvanda bu Üçrəngli bayrağı. Sən igidlər məskənisən ta qədimdən, əzəldən. Tanr...
ANL
Zaval yoxdu doğru sözə, Yaşa,ömrün çatsın yüzə. Gözlərini süzə-süzə, Ocaq altda közdü Payız. Tanrı vermiş, hər nemətin, Qiyməti yox bu hikmətin, Gözəlliyi, təbiəti, Görmək üçün gözdü Payız. Mərziyyə EYYUBOVA, Laçın rayonu Etibar Əliyev adına. Fərəcan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi.
ANL
Qərib yolçuların yolları üstə, Gecələr nur yayan ay olaydım kaş. Şirin avaz olub bircə körpənin, Həzin laylasına pay olaydım kaş. Dünyada arzusun söyləyir hərə, Ömrüm axmayaydı xeyirsiz yerə. Susuz səhralara, təşnə çöllərə. Səhrada bir bulaq olaydım sərin, Bir hikmət olaydım, göylərdən dərin. Titrəyən qəlblərin, donan ...
ANL
Əllərin əlimə sığındı, gülüm. Çırpındı bir anlıq soyuq əllərin, Sanki can bağımdan can istəyirdi. İsinib canlanıb yaşamaq üçün, Mənim əllərimdən an istəyirdi. Əllərin əlimə sığınan zaman, Mən tuta bilmədim onu ürəklə. Çünki hiss elədim soyuqluğunu. Əlimə gəlmişdi başqa ürəklə. Axı sevgi olsa, məhəbbət olsa, Əllərin bu ...
ANL
Dünyanın 77 ölkəsindən 10 min ali məktəbin yer aldığı dünya reytinqində Böyük Britaniyanın iki universiteti ön sıraları tutub. Oksford Universiteti reytinqin lideri, ötənilki sıralamada 4-cü olan Kembric Universiteti isə bu dəfə 2-ci olub. Reytinqin ilk 10-luğu aşağıdakı universitetlərdən ibarətdir: 1.Oksford Universit...
ANL
Təhsildə dəyərlər ilindən. keyfiyyət ilinə doğru. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təh...
ANL
“Musiqi məbədindən elm məbədinə”. adlı birgə layihə çərçivəsində. musiqili lektoriya təşkil olunub. Yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında bu qurumun Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi məbədindən elm məbədinə” adlı birgə layihəsi çərçivəsində musiqili lektoriya tə...
ANL
Müasir hərb tarixinin zəfər səhifəsi. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların həyat yolu gənc nəsil üçün örnəkdir. Aprelin 4-də Təhsil Nazirliyinin qarşısında böyük izdiham var idi. Havanın küləkli, soyuq olmasına baxmayaraq, yüzlərlə insan böyük həvəslə aksiyaya hazırlaşırdı. Bir tərəfdə hərbi geyimdə ola...
ANL
Təhsil və Vergilər nazirliklərindən təhsilalanlara dəstək. Tələbələr Vergilər Nazirliyinin aparatında və strukturlarında təcrübə keçə biləcəklər. Bu imkan Təhsil və Vergilər nazirlikləri arasında aprelin 3-də imzalanan əməkdaşlıq memorandumu əsasında yaradılıb. İndiyə qədər iki nazirlik birgə müxtəlif maraqlı layihələr...
ANL
“Uşaqlar böyüklər üçün. ən yaxşı müəllimlərdir”. Akademik Şalva Amonaşvili: “Məktəb milli ruhun inkişafına xidmət edən vasitə olmalıdır”. Məlum olduğu kimi, martın 23-25 tarixlərində Bakıda “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda 3 günlük Pedaqoji oxular keçirilib. Ölkəmizin təhsil həyatında böyük maraqla qarş...
ANL