text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Məktəbdə yaradıcı və sağlam. mühit kollektivi ruhlandırır. Ümumi təhsil müəssisələrində münasibətlər qarşılıqlı inam üzərində qurulmalıdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssi...
ANL
adamı kimi təsəvvür edə bilmərəm”. Məhəmməd Musayev: “Müsyö Jordan obrazı xarakterimi tamamilə dəyişdi”. Məhəmməd kənardan dalğın, fikirli, bir az da özünəqapanıq insan təəssüratı yaradır. Heç aktyor ərköyünlüyü, çılğınlığı hiss olunmur onda. Sanki özü üçün hər küncündə rahatlıq tapdığı bir dünya yaradıb, içində var-gə...
ANL
Həyat prinsipi: MÜƏLLİM OLACAĞAM! Nailə Cəlilova: “İşinizlə məşğul ola-ola zamanınızı səbrlə gözləyin”. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Deyir Şərq dilləri, xüsusən də ərəb dili üzrə mütəxəssis olmaq uşaqlıq arzusu olub. Bu üzdən ali məktəbə məhz arzuladığı fakültəyə qəbul olanda sevincinin...
ANL
Dünyanın beynəlmiləl universitetləri. Ali təhsildə beynəlxalq komponentlər güclənir. Müasir dünyanın yeni reallıqları ali təhsil sistemindən yan ötmür. Ali təhsildə beynəlxalq komponentlərin getdikcə daha üstünlük təşkil etməsi qabarıq müşahidə olunan hallardan biridir. Əcnəbi tələbələr daha beynəlmiləl təhsil mühiti i...
ANL
Onun yaranmasında məktəbdən çox, valideynlər rol oynayır. Orta məktəbi bitirənlərin cəmi 15 faizə qədəri yetkin həyata sağlam fərdlər kimi daxil olur. Məktəblilərdə ən çox rast gəlinən problemlərdən biri qamətlə bağlıdır. Araşdırmalara görə, ibtidai siniflərdə 51, orta siniflərdə 52, yuxarı siniflərdə 41 faiz təşkil ed...
ANL
Görkəmli ədibin pedaqoji ideyalarının. Poetik təfəkkürə, yüksək əxlaqi keyfiyyətə və həssas mənəvi aləmə malik olan Azərbaycan xalqının çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər toplanmışdır. Bu mənəvi-əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süzgəcindən keçi...
ANL
Azərbaycan Dövlət İqtisad Universitetinin əbədi tələbəsi Baxış Hüseynov. Lent.az-da “Əbədi tələbələr” layihəsinə davam edirik. Bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin əbədi tələbəsi Baxış Hüseynovun doğmalarının, dostlarının yaddaşındakı xatirələri bir araya toplamışıq... Amma öncə öz yaddaşıma həkk olunan bi...
ANL
Pedaqoji mətbuatın cəfakeşi. “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının baş redaktoru Məhəmməd Baharlı uzun müddət ayrı-ayrı mətbuat orqanlarında müxbirlikdən baş redaktorluğadək ən müxtəlif vəzifələrdə işləmiş, qələmini jurnalistikanın bütün janrlarında, publisistikada, elmi-pedaqoji və bədii yaradıcılıqda eyn...
ANL
Cəmiyyətin əsası və. Ailə intizamlı məktəb kimi cəmiyyətə görk olmalıdır. Ailə cəmiyyətin ən mühüm institutlarından biridir. Ailən yoxdursa, deməli heç nəyin də yoxdur. Ailə kiçik dövlət, mən deyərdim ki, elə dövlətin özüdür. Əbəs yerə “Hakimiyyətin yeganə mənbəyi xalqdır” ifadəsi işlədilmir. Ailə cəmiyyətin əsas özəyi...
ANL
Birlikdə təhsil almaq əlçatandır. İnklüziv təhsil uşaqların cəmiyyətə daha uğurla inteqrasiyasına gətirib çıxaracaq. “...Mənim övladımın sağlamlıq imkanları məhduddur. Normal uşaqlar kimi hərəkət etməkdə, danışmaqda çətinlik çəkir, bir sözlə, özünü müstəqil idarə edə bilmir. Ancaq mən də istəyirəm ki, övladım adi həmya...
ANL
bacarığa malik cərrah olmaqdır”. Emin Qayıbov: “Əldə etdiyim uğurlarıma görə müəllimlərimə borcluyam”. Qloballaşan dünyamızda təhsilin ölkənin inkişafındakı mühüm rolu danılmaz faktdır. Ölkəmizdə cəmiyyət həyatının bütün sahələrinin hərtərəfli inkişafını təmin edən peşəkar, yüksək rəqabətqabiliyyətli, hazırlıqlı mütəxə...
ANL
Fərəh Əliyeva: “Ən dəqiq rəyi peşəkarlardan alıb işimizə davam edirik”. “Rektor danışır” layihəsinin qonağı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevadır. - Universitetiniz haqda mənfili-müsbətli çox söhbət var idi. Mü...
ANL
təhsil müəssisəsi ola bilərik”. Fərəh Əliyeva: “Tələbələrlə rektordan çox valideyn kimi davranıram”. “Rektor danışır” layihəsinin qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevadır. - Azərbaycanda xeyli ali tə...
ANL
V Moskva Beynəlxalq Təhsil Salonu. çərçivəsində forum öz işinə başlayıb. Tədbir təhsil sahəsindəki son nailiyyətlərlə tanış olmaq üçün əlverişli şərait yaradır. Aprelin 18-də Moskvada V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forum öz işinə başlayıb. Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi və YUNESKO-nun Tə...
ANL
Bakıda müasir peşə təhsil kompleksi. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Koreya modeli tətbiq ediləcək. Koreya Respublikasının mütəxəssislərinin iştirakı ilə Bakıda müasir standartlara uyğun təhsil müəssisəsi – Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi yaradılacaq. Yeni mərkəz ...
ANL
mövzusunda “dəyirmi masa”. Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” mövzusunda dəyirmi masa təşkil olunub. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın dövlətçilik tarixi haqqın...
ANL
“Təhsil haqqının yüksəkliyi təhsilin. daha keyfiyyətli olmasına dəlalət etmir”. Əfqan Abdullayev: “Tələbə götürdüyü semestrin, fənnin pulunu ödəməlidir”. Universitetlərdə təhsil haqqı yüksəkdir. Xüsusən müasir dövrün tələbinə uyğun ixtisasların təhsil haqqına yaxın durmaq olmur. Üstəlik, ali məktəbə daxil olan tələbədə...
ANL
Fərahim Hüseynzadə: “Renmin Universitetində birinci olan tələbəni, mənim timsalımda isə Azərbaycanı tanıdılar”. Bu günlərdə Çin Xalq Respubikasından (ÇXR) aldığımız xoş xəbər növbəti dəfə təhsil ictimaiyyətimizi sevindirdi. Azərbaycan təhsilinin daha bir yetirməsi Asiyanın inkişaf etmiş təhsil sistemi ilə seçilən Çində...
ANL
Şagirdlərin tədqiqatçılıq. qabiliyyətinin inkişaf etdirilməsi. Müstəqil yaradıcı gənclər tərbiyə etmək məktəb qarşısında duran mühüm vəzifələrdəndir. Şagirdlərin hərtərəfli, sərbəst və yaradıcı inkişafı şəxsiyyətyönümlü təlimdə əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Müəllim şagirdlərə müəyyən biliklər verməsi ilə bərabə...
ANL
Beş dəqiqəlik tənəffüs: yetərlidirmi? Tədrisin keyfiyyətinə birbaşa təsir edən mənfi amillər var ki, bunlardan biri də zehni yorğunluqdur. İstər müəllim, istərsə də şagird əgər zehni cəhətdən tam olaraq dərsə hazır deyilsə, burada keyfiyyətli dərsdən söhbət gedə bilməz. Bəs məktəblərimizdə zehni yorğunluğa səbəb ol...
ANL
İnklüziv təhsilin Skandinaviya modeli. Sosial rifah yüksəldikcə, problemə diqqət də artır. Dünyanın müxtəlif ölkələrində mövcud olan müasir təhsil sistemləri təhsil və onun strukturunun variativliyi, konkret problemlərin çeşidli həlli yolları baxımından fərqlənirlər. Bir də ümumi tendensiyalar var ki, onlara yanaşma ad...
ANL
“Müəllimlərə qarşı təzyiqlərə. Təhqir olunmuş amerikalı müəllimin harayı. Amerikalı müəllim Culiya Marburqer (Yuta ştatı, Riçmond şəhəri) məktəb rəhbərliyi, şagirdləri və onların valideynləri barədə yazdığı şikayət məzmunlu statusunun 400 mindən çox istifadəçi tərəfindən paylaşılmasından sonra bütün Facebook-da məşhur...
ANL
“Vətənpərvər gənclər tərbiyə etmək. biz müəllimlərin əsas vəzifəsidir”. ADPU-nin riyaziyyat fakültəsini bitirib. Hazırda İmişli rayon Xoşçobanlı kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. Əməyi yüksək qiymətləndirilərək dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub, “Əməkdar müəllim” fəxri adına l...
ANL
Nəticələr gələn həftə elan olunacaq. Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər dünəndən başlayaraq müsahibələrə cəlb edilib. Müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilir. Müsahibənin t...
ANL
İnklüziv təhsilin Qərb təcrübəsi. Nailiyyətlər qədər problemlər də var. Fiziki məhdudiyyətləri olan şəxslərin təhsil imkanlarının genişləndirilməsi üçün normativ aktların işlənilməsi və tətbiqinə ötən əsrin 70-ci illərindən başlanılıb. ABŞ-ın və Avropa ölkələrinin müasir təhsil siyasətlərində problemə bir neçə yanaşma...
ANL
mərhələsindən keçmişik”. Könül kənardan sakit, sanki heç bir böyük iddiası olmayan, üzüyola insan təsəvvürü yaradır. Elə söhbətimizin sonunda bu müşahidələrimdə yanılmadığımı gördüm və xeyli təəccübləndim. ADMİU SABAH qrupu Aktyor sənəti 4-cü kurs tələbələri ilə tanışlığımız davam edir. Budəfəki müsahibimiz Kön...
ANL
AzTU Yıldız Texniki Universiteti. ilə əməkdaşlığa başladı. Azərbaycanlı alimlərin kosmik sənaye və metallurgiya sahəsindəki araşdırmaları türkiyəli həmkarlarını maraqlandırır. Türkiyənin “Top universitetlər” siyahısında ilk beşliyə düşən Yıldız Texniki Universiteti ilə Azərbaycan Texniki Universiteti kadr hazırl...
ANL
Azərbaycan Respublikasının Əməkdar müəllimi. Asif Cahangirova açıq məktub. Çox hörmətli Asif Baxış oğlu Cahangirov! Bu möhtəşəm yüksəklikdən Sizin uğurla davam edən bənzərsiz və təkrarsız həyat yolunuz görünür. Bu həyat yolunda nəzərə çarpan və diqqəti cəlb edən hadisələrin ardıcıllığı sadəcə tarixcə deyil, ila...
ANL
“Türk qılıncı parlayanda tarixə istiqlal yazır”. Zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını ülviyyata sövq eliyor!... Yalnız zikrini eşidən insanların qanadlanıb uçacaqları, balalara pərvaz edəcəkləri gəliyor!... Azadlıq! Azadlıq! Azadlıq! Elə bir amal ki, yolunda ölmək belə ölümsüzlük yara...
ANL
Milli varlığımızın əsas rəmzi. Ana dilimizin qorunması hər birimizin vətəndaşlıq borcudur. Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu yüksəliş millətin ...
ANL
Milli hökumət təhsili milliləşdirdi. Azərbaycanda yaşayan digər xalqların da təhsil almaq hüququ dəstəklənirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının milli dövlətçilik və özünüdərkinin inkişafı tarixində misilsiz bir hadisədir. Onun mövcudluğu millətin bütün sosial qatlarında sevinclə du...
ANL
Dünyanın gənc universitetləri. mövqelərini gücləndirir. Mühəndislik və texnologiyalar əsas trendlər kimi çıxış edir. Müasir dünyanın trendləri ali məktəblər arasında rəqabəti gündən-günə gücləndirməkdədir. Bu rəqabətlilik şəraitində dünyanın yaşı 50-dən az olan ali məktəbləri də öz mövqelərini gücləndirərək ən nü...
ANL
Cümhuriyyət dövründə xaricdə təhsil. Azərbaycandan xarici ölkələrin ali məktəblərinə 100-dən artıq tələbə göndərilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında müstəsna rola malik bir hadisədir. 28 may 1918-ci ildə Azərbaycanda Şərq dünyasında ilk demokratik ...
ANL
Psixoloqlar valideynlərə övladlarına fikir sərbəstliyi verməyi, onları dinləməyi tövsiyə edir. Məktəbdə ailədən qaynaqlanan problemlər kifayət qədər çoxdur. Şiddət, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həll...
ANL
Görkəmli alim, böyük vətəndaş. Azərbaycanın pedaqogika elmi və təhsil ictimaiyyəti bu payız 3 böyük alimini itirdi. Təxminən, bir ay öncə Şəmistan Mikayılov dünyasını dəyişdi. Haradasa on gün əvvəl Əjdər Ağayev əbədiyyətə qovuşdu. Dünən-dekabrın 6-da isə Nurəddin Kazımovun vəfat etməsi xəbəri yayıldı. Hər üç alim p...
ANL
Təhsilin inkişafı üçün yaradılan təməl. Təhsilə ayrılan vəsait digər sahələrdən üstün idi. Yaşıl boya islamlığın sarsılmayan imanı, Ürəklərə dolmalı! Şu al boya azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı. Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU. Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, Səhərlərə uçm...
ANL
Bircə bu keyfiyyəti bəs edir ki, müəllim peşəsinin nə qədər müqəddəs olduğunun fərqini anlayasan. Təəssüf... Anlamayanların çoxluğunu deyirəm, ona təəssüf. Söyləmək çətindir anlamayanların niyə bu qədər çoxalmasının səbəbini. Bəlkə cəmiyyət, bəlkə kriminal olayların qabardılması, bəlkə dünyada baş verən müharibə...
ANL
Təhsil sisteminə innovasiyalar gətirəcək mühüm qərar. Xaricdə təhsil alan gənclər yeni Dövlət Proqramı haqqında. Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə D...
ANL
Kəmiyyətdən keyfiyyətə. Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsi başlayır. Qloballaşma dövrünün mühüm trendlərindən biri elmi biliklərin təhsil sistemində rolunun artması, innovasiya əsaslı təlim texnologiyalarının ali təhsil müəssisələrində tətbiqinin genişlənməsi və universi...
ANL
SABAH tələbələrinin ifasında. Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tamaşa Rus Dram Teatrında nümayiş olunub. Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Hərə bir qəhrəman...
ANL
"İnklüziv təhsildə müəllim səriştəsi". Dekabrın 1-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə dekabrın 1-də "İnklüziv təhsildə müəllim səriştəsi" mövzusunda elmi-praktik konfrans keçirilib. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, konfransın məqsədi “2018-2024-cü illərdə...
ANL
Biologiyanın tədrisində. STEM üsullarından istifadə. Bu zaman təhsilalanlarda yeni bacarıqlar formalaşır. Məlumdur ki, biz texnoloji proseslərin sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Eyni zamanda dünyamızda ciddi dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər daha çox rabitə, nəqliyyat və texnologiya ilə ...
ANL
İlon Mask: “Abstrakt riyazi məsələlər və tənliklərin həllinin uşaqlar üçün heç bir xeyri yoxdur”. Əksəriyyət onu elektrik enerjisi ilə işləyən “Tesla” avtomobilləri ilə tanıyır. Sonra o, kosmosa avtomobil göndərmək iddiası ilə gündəmi “işğal etdi”. Hərçənd bu vaxtadək 4 müxtəlif istiqamətli milyardlıq şirkətin ə...
ANL
sahiblərinə təqdim olundu. Stokholm və Osloda təntənəli mərasimlər keçirilib. Dekabrın 10-da İsveçin və Norveçin paytaxtları Stokholm və Osloda 2018-ci ilin Nobel mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib. Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Stokholmda keçirilən tədbirdə fizika, kimya, fiziolog...
ANL
İstiqlalın maarifçilik təməli. Cümhuriyyət dövrünün mütərəqqi elm, təhsil ənənələri. “...Tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xara...
ANL
soyqırımı tarix dərslərində. Şagirdlərimizdə xalqımızın başına gətirilən faciələr haqqında aydın təsəvvür formalaşdırmalıyıq. Hər il martın 31-də azərbaycanlıların soyqırımı gününü hüznlə qeyd edirik. Xalqımıza qarşı törədilmiş soyqırımlarının dəhşətli mənzərəsi hələ də xatirələrdə yaşayır. Quba soyqırımından ...
ANL
Günəşli kənd bir nömrəli orta məktəbi bitirib. Orta məktəb illərində daha çox coğrafiya, tarix və ingilis dillərinə maraq göstərib. Kiçik yaşlarından ən böyük arzusu Azərbaycana layiq idmançı kimi xarici ölkələrdə bayrağımızı yüksəkliklərdə dalğalandırmaq olub. Bu səbəbdən tarix, coğrafiya və ingilis dili dərs...
ANL
Hər şey beynəlxalq olimpiadalar üçün. Və yaxud istedadlı uşaqlarla məşğul olmağın məsuliyyəti. Bu həftə ölkə məktəblilərinin uğur dolu sorağı gəldi: biri Gürcüstandan, digəri uzaq Afrikadan, Botsvanadan. Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadası keçirilib v...
ANL
Proqressiv universitetin ünvanı. Elşən Bağırzadə: “UNEC elmi-tədqiqat işlərinin ciddi stimullaşdırma mexanizmlərini yaradıb”. Elmi və intellektual potensialın inkişafını təmin edən ən strateji məkan universitetlərdir. Məhz universitetlərdə aparılan elmi-tədqiqat işlərinin nəticələri, əldə olunan müsbət dinamika g...
ANL
Musiqi kolleci daha bir tanınmış məzununu tələbələri ilə görüşdürdü. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində dekabrın 17-də ənənəvi “Məzunlarla görüş” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub. Bu dəfə tanınmış xanəndə və şair, kollecin məzunu, Azərbaycan Milli Konservatoriyasının b...
ANL
Nəsillərin varisliyi: uğurlar davam edir. Bakı Musiqi Akademiyasının 3 tələbəsi beynəlxalq festivalın qalibi olub. Vaxtilə zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayev Azərbaycan musiqisinin dünya mədəniyyəti xəzinəsinə qovuşması prosesindən danışaraq deyirdi ki, “Başqalarının əsrlərlə keçdiyi yolu biz onilliklər ərzin...
ANL
Sevimli müəllimimi xatırlayarkən. Onun sözlərinin sehri vardı. Müəllimlərimiz haqqında danışanda keçmişimizi yada salır, uşaqlığımızın, gəncliyimizin bənzərsiz anlarını xatırlayır, qayğısız illərinə qayıdırıq. Bu illərin axınında, ilk növbədə, diqqətimizi çəkən valideynlərimizlə yanaşı, müəllimlərimiz olur. Bel...
ANL
Təhsildə xeyriyyəçilik. Özəl sektor dövlətə yardım etməlidir. Dekabrın əvvəlində Estoniyanın “Taxify” və “TransferWise” şirkətlərinin sahibləri “Heateo Haridusfond” təhsil fondunu təsis etdiklərini bildirdilər. Fondun əsas məqsədi təhsil sahəsində innovativ layihələrə başlanğıc kapitalı ilə bağlı yardım etmək olac...
ANL
Orta məktəblərdə vurğunun. tədrisi metodikasına dair. Şagirdlər vurğu haqqında ilkin biliklərə ibtidai sinifdən yiyələnməlidir. Azərbaycan dilçiliyində, daha konkret desək, dilçiliyin fonetika bölümündə mühüm mövzulardan biri də vurğudur. Sözlərin düzgün orfoepik səslənməsini məhz vurğu tənzimləyir. Bu vurğu növlə...
ANL
Astenik uşaq kimdir? Astenik problemlər sinir sisteminin və orqanizmin spesifik xüsusiyyətləri ilə sıx bağlıdır. Bu, uşaqların tez yorulması, onların şəxsiyyət olaraq bir neçə keyfiyyətinin formalaşmasında problemlər yaranmasına səbəb olur. Asteniklər, yəni tez yorulan uşaqlar, başqalarına nisbətən daha tez küsür, inc...
ANL
Gənc nəslin çağırışaqədərki. Bu, uşaqların fiziki inkişafı ilə yanaşı, həm də psixoloji inkişafını sürətləndirən praktiki fəaliyyət növüdür. “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. Heydər ƏLİYEV, ümummilli lider. Dünya təcrübəsinə müraciət ...
ANL
Elmin məhsuldar simaları. Gənc alimlərimizin uğur hekayəti. Elmin hüdudu üfüqə bənzər. Üfüqə yaxınlaşmaq isə bu yolda gecəsini-gündüzünə qatan, daim irəliləyən zəhmət adamından, alimdən, tədqiqatçıdan böyük əmək, səbir, fədakarlıq, inam tələb edir. Yalnız iradəli və bu yolun sevdalısı olanlar üfüqə yaxınlaşa bilə...
ANL
Gənclərə dövlət dəstəyinin növbəti nümunəsi. İnsan kapitalının yetişdirilməsində mühüm faktor olan intellektual potensialın gücləndirilməsi istiqamətində dövlətin sosial siyasətinin ən mühüm hədəflərindən biri istedadlı tələbələrimizə göstərilən yüksək diqqət və qayğıdır. Bu baxımdan, ölkə başçısı İlham Əliyevin...
ANL
Fidan Hüseynova: “Dünya şöhrətli müğənni Laura Fabianla səhnəni bölüşdüm”. Yəqin nə vaxtsa bir şairin, nasirin nəzm əsərlərinin, povest və romanlarının baş qəhrəmanı kimi də təqdim oluna bilər bu “qəhrəmanım”. İstedad da qəhrəmanlıq kimi daxili qüvvənin təzahürü nəticəsində özünü büruzə verir. O, sanki vulkan mə...
ANL
Şair şagirdlərin qonağı oldu. Bakıdakı 236 nömrəli tam orta məktəbdə III “B” sinfinin müəllimi Nüşabə Ağamirzəyevanın və məktəb kitabxanası işçilərinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, şair Zahid Xəlillə görüş keçirildi. Görüşdə məktəbin direktoru, Əməkdar müəllim Xanlar...
ANL
“Azərbaycan müəllimi”nin versiyasında. Bu ilin sonunda da dönüb geriyə baxır və il ərzində yaşadığımız çoxsaylı yeniliklərin olduğunu görürük. Tətbiq edilən həmin yeniliklərin təsiri ilə ölkə təhsil sisteminin inkişafı davamlı xarakter alır. Üstəlik, bu inkişaf beynəlxalq hesabatlarda öz əksini tapır. “Azərbaycan...
ANL
Cümhuriyyətimizlə həmyaş əfsanəvi qəhrəman. Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı adını daşıdığı məktəbdə tədbir keçirilib. “Mehdi Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaəti ilə böyük şöhrə...
ANL
Məktəbdə Mikayıl Müşfiqin. Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə görkəmli şair Mikayıl Müşfiqin abidəsinin və xatirə lövhəsinin açılış mərasimi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil nazirinin müavini, idarənin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva,...
ANL
“Azərbaycan müəllimi”nin versiyasında. Bu ilin sonunda da dönüb geriyə baxır və il ərzində yaşadığımız çoxsaylı yeniliklərin olduğunu görürük. Tətbiq edilən həmin yeniliklərin təsiri ilə ölkə təhsil sisteminin inkişafı davamlı xarakter alır. Üstəlik, bu inkişaf beynəlxalq hesabatlarda öz əksini tapır. “Azərbaycan...
ANL
Nazim Qasımov: “İnsan iddialarının ardınca gedəndə mütləq yaxşı nəticələr əldə edir”. Bu gün sizə onlardan növbətisini tədqim edirik. Bakı şəhəri 70 nömrəli məktəb-liseyin direktoru Nazim Qasımovu. Həm də aid olduğu sistemə töhfədir. Qaraçəmənlidən başlayan həyat... 1949-cu ilin yanvarında Qərbi Azərbaycanın Zəngə...
ANL
Tarix səhnəsinə çıxdığı gündən dövrümüzə qədər onlarca dövlət qurmuş və önəmli hadisələrdə öndə olmuş türk millətinin zəngin bir tarixi keçmişə sahib olmasından daha dəyərli bir fakt yoxdur. Türkcənin hər bir tarixi görümünü hər yönüylə incələməyə çalışmaq, istər tarixi, istər dil faktları, istərsə də maddi və ...
ANL
“Pink accessories”da satış məsləhətçisi və kassir köməkçisi işləyib. “ƏSA” Teatrına müraciətindən sonra onu aktrisa olaraq teatra işləməyə qəbul edib və bu sənətin dərinliyini öyrədiblər. III qrup anadangəlmə fiziki məhdudiyyətlidir. - “ƏSA” Teatrı ilə ilk dəfə çalışmağa başladığım zaman bu, mənim üçün sadəcə bir zövq ...
ANL
“Kitabxana günü”ndə məktəblilərin mütaliə maraqları artıb. Balakən rayonu Hənifə kənd tam orta məktəbində “Kitabxana günü” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd şagirdlər arasında mütaliəyə marağın artırılması və oxu vərdişləri...
ANL
“Şanlı bayrağımızı lap yüksəklərə qaldırmışdım”. Rahim Qədimzadə: “Münsiflər ifalarımı bəyənərək gələcəyin peşəkar vokalistlərindən biri olacaqsan söylədi”. Günün ikinci yarısı idi. Bir gün öncə redaksiyamıza həmsöhbət olmaq üçün dəvət etdiyim 11 yaşlı müsahibim Rahim Qədimzadə müəyyən etdiyimiz vaxtda iş otağımın qapı...
ANL
Onuncuların sürprizi xalq şairini kövrəltdi. “İmzalı görüş” layihəsinin budəfəki qonağı Nəriman Həsənzadə oldu. Bu dünya nərdivandı- Qalxanda mehribandı, Enəndə nə yamandı... Görüşdük pillələrdə, Yolun yarısında biz... Hər birimizə yaxşı tanış olan bu məşhur misraların müəllifi və digər neçə-neçə şeir və poemaları ilə ...
ANL
Balaca aktyorlar peşəkarlarla bir səhnəni paylaşıblar. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi filialında “Çiçəyim” uşaq teatrının balaca üzvlərinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyorları ilə görüşü keçirilib. Tədbirin özəlliyi isə bu dəfə mərkəzin uşa...
ANL
Beynəlxalq müsabiqələrin yeniyetmə qalibləri. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri mükafatlandırılıb. Hər zaman respublika və beynəlxalq səviyyəli tədbirlərdə və layihələrdə fəal iştirak edərək yüksək nailiyyətlər qazanan 3 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin yetirmələri üçün başa vurduğumuz 2017-...
ANL
"Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı kimi" mövzusu tədrisdə. AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün keçilən növbəti interaktiv açıq dərsdə əsrlərdən bəri yaşadılan və yüksək dövlət qayğısı...
ANL
“Ən peşəkar teatr səhnələrində özümü görə bilirəm”. Sevgin Rzayeva: "Sabah qrupu bizə aktyor həyatı yaşatdı". Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu Aktyor sənəti ixtisası 4-cü kurs tələbələri ilə tanışlığa başlayırıq. İlk müsahibimiz Sevgin Rzayevadır. Adı kimi maraqlı, mehriban xarakter...
ANL
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” ADMİU-nun tələbələrinin ifasında. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Muğam Mərkəzi ilə “Gənc nəsil dəvət edir” layihəsi çərçivəsində Əməkdar artist, professor Gülşad Baxşıyevanın rəhbərliyi ilə IV kurs tələbələrinin ifasında Mirzə Fətəli Axundov “Sərgü...
ANL
“Fəaliyyətimi yüksək dəyərləndirdiyinə görə Prezidentimizə təşəkkür edirəm. 2005-ci ildə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyi bitirib və elə həmin ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika kompüter texnikası” fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr pilləsinə qəbul olub, Tələbə Gənc...
ANL
2011-2012-ci illərdə ABŞ Dövlət Departamentinin mübadilə proqramı olan “Gənc Liderlərin Mübadilə Proqramı” (FLEX) çərçivəsində Amerikada təhsil alarkən könüllülük təşkilatlarına qoşulub. Azərbaycana qayıtdıqdan sonra “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində beynəlxalq əlaqələr koordinatoru kimi bir il könüllü kimi f...
ANL
“Hər zaman Azərbaycanın adını dünyaya tanıdacağam”. VI sinfə kimi Quba şəhər A.Məmmədov adına 2 nömrəli təbiət-təmayüllü məktəbdə təhsil alıb, daha sonra 2015-ci ildə “İstək” liseylərinə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək 100% təqaüdlə liseydə təhsil almaq hüququ qazanıb. Hazırda Gənclik “İstək” li...
ANL
“Bizim gənclər sözün həqiqi mənasında çox xoşbəxtdir”. 1998-ci ilin sentyabrında Kərimbəyli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. Elə həmin il qəbul imtahanlarında 660 bal toplayaraq NDU-nun “Fizika-riyaziyyat” fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub. Universitetin il...
ANL
“Mükafat məni ölkəmizi dünya səhnələrində layiqincə təmsil etməyə ruhlandırır”. 9 yaşından L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi Məktəbinə professor M.Ağamalızadənin sinfinə qəbul olunaraq fleyta ifaçılığı ilə məşğul olmağa başlayıb. 2012-ci ildə islam dövlətləri musiqiçilərinin I Beynəlxalq müsabiqəsində “Qra...
ANL
Məktəbdə sosial şəbəkələr. Dəftər-qələm dövrü tarixə çevrilir. Sosial şəbəkələrdən tədris prosesində yararlanmaq olarmı? Müəllimlər bu barədə nə düşünür? Bəs, valideynlər? Sirr deyil ki, sosial şəbəkələrdən ən çox istifadə edən məhz gənc nəsildir. Ona görə də şagird və tələbələrin bu suala cavabının müsbət olacağına şü...
ANL
Məktəb direktoru kollektivi dəyərləndirməyi bacarmalıdır. Təhsil müəssisəsinin rəhbəri idarəetməni pedaqoji heyətlə birlikdə həyata keçirməlidir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil ...
ANL
İlk dəfə parta arxasına Bakı Dövlət Universitetində əyləşdi... Gülməmməd Məmmədov: “Oxumaq istəyirdim, həyatımı yalnız bu şəkildə dəyişə biləcəyimi dərk edirdim”. Bu gün kifayət qədər gəncimiz xarici ölkələrdə yüksək təhsil almaları, elmi nailiyyətləri ilə tanınır, əldə etdikləri uğurları sayəsində adlarından söz etdir...
ANL
“Müəllimlərimin qarşısında mənəvi borcum var”. Az sayda adamlar var ki, Azərbaycanı dünyada həm də onlara görə tanıyırlar. Yaxşı ki, az da olsa varımızdır belə insanlar. Azərbaycan voleybolu deyəndə ağla və göz önünə gələn ilk simadır həmsöhbətim. Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti, Əməkdar mə...
ANL
Maarifçilik ənənələrinin davamçıları. Gənclər Günü gənc müəllimlərlə. İçərişəhər. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yenə qonaqları var. Çoxu biri-birini tanısa da, ayrı-ayrı yerlərdən gəliblər. Bu günü birgə keçirməkdən ötrü vertolyotla gələn, dağları aşan, qarlı-buzlu yolları, atəş altında qalan kəndləri bi...
ANL
Zərərli dahi. Sosial şəbəkələr məktəblilərin sosial davranışına necə təsir göstərir? İnternet insan fəaliyyətinin bütün sferalarını “işğal edib”. Həyatımızı bu resurs olmadan təsəvvür etməyimiz çox çətindir. Xəbərləri internetdən alırıq, bank və kommunal xərclərimizi internet vasitəsilə ödəyirik, təyyarə biletlərimizi ...
ANL
Dərsliklərə fəal vətəndaş yanaşması. Və yaxud Təhsil Nazirliyi ilə məktublaşan şagird. Şəki şəhərindəki 8 nömrəli beynəlmiləl tam orta məktəbin 10-cu sinif şagirdidir. Əsl riyaziyyat həvəskarıdır. Riyaziyyat üzrə olimpiada iştirakçısıdır. Fevralın 4-də keçiriləcək respublika fənn olimpiadasına qatılacaq riyaziyyatçılar...
ANL
İnklüziv təhsil beynəlxalq konfransın gündəliyində. Hədəf sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təmin etməkdir. Hədəf sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək, onların təhsili üçün maneəsiz mühit yaratmaq, nəticədə ha...
ANL
Ümumi təhsil müəssisələrinin qiymətləndirilməsində beynəlxalq təcrübənin öyrənilməsi. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı fəaliyyət planında nəzərdə tutulmuş təhsilin keyfiyyət təminatı üzrə yeni sistemin yaradılması istiqamətində inkişafyönümlü proqram ...
ANL
“UNEC-in Gənc Alimlər Şurası mühüm intellektual platformalardan birinə çevrilməlidir”. Elşən Bağırzadə: “İqtisad elmi üzrə dünya mirasının ölkəmizə transfer edilməsi ön sırada dayanmalıdır”. Dünyada iqtisadi böhranın yaşandığı bir vaxtda bütün nəzərlər gənc beyinlərə dikilib. Belə bir dönəmdə ən çox gözləntilər də məhz...
ANL
Sağlam mühit uğur qazanmağımıza təkan verir. Məktəbdə işin valideynlərlə birlikdə təşkili təhsildə nailiyyətləri artırır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qə...
ANL
İnklüziv təhsil və kitabxanalar. İnklüziv inkişafı şərtləndirən amillərdən biri kimi kitabxanaçılıq işinin təkmilləşdirilməsi prioritetlər sırasında olmalıdır. Çağdaş mərhələdə inklüziv təhsil xüsusi önəm təşkil edir. Müxtəlif mənbələrdə inklüziv təhsil belə xarakterizə olunur: “İnklüziv təhsil ümumi təhsilin hamı üçün...
ANL
Məktəbdə yaradıcı və sağlam mənəvi-psixoloji mühit. Pedaqoji kollektivdə işgüzar şərait və yaradıcılıq əhvali-ruhiyyəsi yaratmaq başlıca şərtdir. Çoxillik təcrübəmdən bu qənaətə gəlmişəm ki, hazırkı şəraitdə orta ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin yüksək səviyyədə təşkilində, dərsin müasir tələblərə cavab ve...
ANL
İstedadların Rəqabətə Davamlılığının Qlobal İndeksi. Davosda keçirilmiş Dünya İqtisadi Forumu təhsil sahəsində də dünya ölkələri üçün mühüm əhəmiyyət daşıyan hədəflərin müəyyən olunması baxımından maraq doğurur. Hər il olduğu kimi, bu il də Forum dünyanın gələcək siyasi, iqtisadi mənzərəsinə dair aktual sessiyaları ilə...
ANL
İbtidai siniflərdə riyyaziyyatın tədrisi metodikası sahəsində ilk və son elmlər doktoru. Bir əsrlik ənənəsi olan Azərbaycan Dövlət Pedaqoji Universiteti burada pedaqoji və elmi pedaqoji fəaliyyət göstərən ziyalılarımızın zəkası, nuru, işığı ilə müqəddəs məbədə, “alma mater”ə çevrilib. Ömrünü millətin təhsili, maarifi v...
ANL
“Mən mütləq cəbhədə olmalıyam, Vətənimi qorumalıyam”. Azərbaycan Dövlət İqtisad Universitetinin əbədi tələbəsi Məhəmməd Umudov. Günlərdir arasında itib-batdığım arxiv sənədlərinin sahibləri hamısı gənc idi, lakin Məhəmməd onların ən az ömür yaşayanı idi... Belə demək mümkünsə, dünyadan yaşamağa başlayarkən köçmüşdü... ...
ANL
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri. Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin a...
ANL
“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi iştirakçılarının təqdimatının qiymətləndirilməsi meyarları. Təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi. Təqdimatın maraqlı forma əsasında qurulması. Ulu öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğ...
ANL
“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi iştirakçılarının təqdimatlarının qiymətləndirilməsini aparan işçi qrupunun tərkibi. İşçi qrupunun sədri. Firudin Qurbanov – Təhsil nazirinin müavini. İşçi qrupunun həmsədri. Mirzə Cəfərzadə – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika. Komitəsinin sədr...
ANL
Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri. Xocalı soyqırımının iyirmi altıncı ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhb...
ANL