text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Qəbələ İkinci Beynəlxalq musiqi festivalının uğurlu yekunları Rusiya mətbuatında geniş şərh olunmaqdadır. Azərbaycanda ilin ən böyük mədəniyyət hadisəsi sayılan Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş İkinci Qəbələ Beynəlxalq musiqi festivalı başa çatsa da, belə görünür ki, tədbirin yaratdığı xoş təəssüratlar uzu...
ANL
Yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil. Yüksək dövlət qayğısı ilə əhatə olunmuş qaçqın və məcburi köçkünlər tezliklə doğma torpaqlarına qayıdacaqlarına əmindirlər. Dağlıq Qarabağ probleminin hələ də davam etməsi müasir dünyamızda ədalət adlanan prinsipə beynəlxalq birliyin nə qədər ədalətsiz yanaşmasının göstəri...
ANL
Aleksandr Düma Azərbaycanda. Bu qəribə kaha Bakıdan 5 kilometr aralıda bir qayanın döşündə yerləşir. Yönü Etna vulkanının xarabazarlığa çevirdiyi Siciliya çökəkliyinə çox oxşayan bir dərəyə baxır. Təkcə Etna ətrafa yayılan lavaları ilə bu qəmgin, ürəksıxıcı mənzərəni andıra bilər: boz və çılpaq torpaq, durğun su gölməç...
ANL
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Avqustun 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü. Avqustun 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin ...
ANL
Geniş tərkibdə görüş. Avqustun 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: - Hörmətli cənab Prezid...
ANL
Sənədlərin imzalanma mərasimi. Avqustun 16-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım...
ANL
Ali qonağın şərəfinə. Avqustun 16-da "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə rəsmi ziyafət təşkil edilmişdir. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər. AzərTAc.
ANL
Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma. Avqustun 16-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezid...
ANL
Abdullah Gül: "Dondurulmuş münaqişələr birdən-birə böyük problemə çevrilə bilər". Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana səfərə yola düşməzdən əvvəl İstanbulun Atatürk hava limanında mətbuat konfransı keçirmişdir. Abdullah Gül demişdir ki, Cənubi Qafqazda sülh və sabitlik Türkiyə üçün çox mühümdür və bunun önəmini...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı. Avqustun 16-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: - ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı. Avqustun 16-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur. Türkiyə Prezidenti Abdullah GÜL bəyanatla çıxış edərək dedi: -...
ANL
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da Fəxri xiyabana gəlmişdir. Türkiyə dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andı, ulu öndərin məzarı önünə əklil qoydu. Ali qonaq görkəmli o...
ANL
Şəhidlərin xatirəsinə ehtiram. Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Abdullah Gül "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orke...
ANL
Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət. Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdi. Türkiyə Prezidenti abidənin önünə əklil qoydu. Ali qonaq Xatirə kitabına ürək sözlərini yazdı. ...
ANL
Türkiyə Prezidenti Abdullah Gül Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür. Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da onun üçün ayrılmış iqamətgahda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür. Prezid...
ANL
Türkiyə Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərini əsirgəməyəcəkdir. Türkiyə Respublikasının Prezidenti Abdullah Gül avqustun 16-da Milli Məclisə gəlmişdir. Ali qonağı parlamentin binası önündə Milli Məclisin Sədri Oqtay Əsədov, sədrin müavinləri və di...
ANL
İraq Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir və erməni təcavüzünü pisləyir. Avqustun 16-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirm...
ANL
İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Susilo Bambanq Yudhoyonoya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan-İndoneziya münas...
ANL
Azərbaycan və Litvanın mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Avqustun 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Litvanın mədəniyyət naziri Arunas Qelunasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Əbülfəs Qarayev qonaqları salamlayaraq bildirmişdir ki, L...
ANL
Litvanın Milli Dirçəliş Partiyasının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. Litva Respublikasının Milli Dirçəliş Partiyasının sədri Arunas Valinskasın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir m...
ANL
Litva Azərbaycanla əlaqələrinin genişləndirilməsində maraqlıdır. Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin Xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri avqustun 16-da...
ANL
Ankarada "Xocalını unutmayaq" adlı sərgi açılmışdır. Ankaradakı Abdi İpəkçi parkında "Xocalını unutmayaq" adlı sərgi açılmışdır. Sərginin təşkilatçısı İğdırdakı Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyidir (ASİMD). Türkiyənin dövlət məmurları, paytaxt sakinləri və qonaqlar, siyasətçilər, Azərbaycan səfirliyinin əmə...
ANL
Qurani-Kərimin yeni nəşrinin təqdimatı keçirilmişdir. Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin yeni nəşrinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Qurani-Kərimin yeni nəşrinin ölkəmizin kitab mədəniyyəti tarixində əlamətdar hadisə olduğunu vurğul...
ANL
Ekoloji siyasət uğurla həyata keçirilir. Azərbaycanda ekoloji sağlamlığın təmin olunması daim diqqət mərkəzində olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyev hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik edərkən ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən ...
ANL
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri. Xəbər verdiyimiz kimi, avqustun 16-da "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə rəsmi ziyafət təşkil edilmişdir. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər. Azə...
ANL
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri. Türkiyə Prezidenti Abdullah Gülün nitqi. - Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev! Dəyərli qonaqlar! Bu gün Azərbaycanda olmaqdan və bu rəsmi səfəri etməkdən böyük məmnunluq duyuram. Gəldiyimiz andan bəri mənə və heyətimə göstərilən yüksək dost...
ANL
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür. Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 17-də onun üçün ayrılmış iqamətgahda Baş nazir Artur Rasizadəni qəbul etmişdir. Türkiyə Prezidenti Abdullah Gül qardaş ölkələrimiz arasında əlaqələrin ən yüksə...
ANL
Türkiyə Prezidenti "Azər-Türk Bank"ın Bakıda yeni baş inzibati binasının açılışında iştirak etmişdir. Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 17-də "Azər-Türk Bank"ın Bakıda yeni baş inzibati binasının açılışında iştirak etmişdir. "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin ...
ANL
Təzəpir məscid kompleksi ilə tanışlıq. Avqustun 17-də Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid kompleksində olmuşdur. Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşıladı. Prezident Abdullah Gül Təzəpir məscid kompleksi ilə tanış oldu. Məl...
ANL
Zaqatala Beynəlxalq hava limanında qarşılanma. Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfəri çərçivəsində avqustun 17-də respublikamızın şimal-qərb bölgəsində olmuşdur. Türkiyə dövlətinin başçısının Azərbaycanın bu bölgəsinə səfəri Zaqataladan başlamışdır. Zaqatala Beynəlxalq hava limanında Prezident Abdulla...
ANL
Qaxda Yunus Əmrə və Hacı Tapdığın məzarlarını ziyarət. Avqustun 17-də Türkiyə Prezidenti Abdullah Gül Zaqataladan Şəkiyə gələrkən yolüstü Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət etmişdir. Prezident Abdullah Gül hər iki məzarın üzərinə gül...
ANL
Qədim və müasir Şəki ilə tanışlıq. Avqustun 17-də Şəkiyə gələn Türkiyə Prezidenti Abdullah Gül şəhər icra hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu, ulu öndərin xatirəsini ehtiramla yad etdi. Sonra ali qonaq Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə...
ANL
Səfər başa çatdı. Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana ikigünlük rəsmi səfəri avqustun 17-də başa çatmışdır. Zaqatala Beynəlxalq hava limanında ali qonağı respublikamızın şimal-qərb bölgəsinə səfərdə müşayiət edən Baş nazirin müavini Abid Şərifov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəx...
ANL
Litva Azərbaycanla əlaqələrini genişləndirmək istəyir. Avqustun 17-də Milli Məclisin Sədri Oqtay Əsədov Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin Xarici əlaqlər komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılığı ilə ölkəmizdə səfərdə olan nüma...
ANL
Sərhədlərimizin milli qüvvələr tərəfindən qorunması dövlətimizin müstəqilliyini göstərən əsas amillərdəndir. "Azərbaycan sərhədləri lazımi səviyyədə qorunur və bundan sonra da görüləcək işlər imkan verəcək ki, sərhədlərimiz ən etibarlı şəkildə qorunsun". Şərqin və türk dünyasının ilk demokratik dövləti - Azərbaycan Xal...
ANL
Azərbaycanın böyük sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunmuşdur. Avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günündə maestronun xatirəsi anılmışdır. Dövlət rəsmiləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiy...
ANL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsində qalib gəlmiş 20 şagirdin Fransa, Almaniya, Niderland və Belçika krallıqlarına səfərləri...
ANL
Rusiyanın Baş naziri meşə yanğınlarının söndürülməsində göstərdikləri fədakarlığa görə azərbaycanlı aviatorlara təşəkkür etmişdir. Rusiyanın Baş naziri Vladimir Putin ölkəsində baş verən meşə yanğınlarının söndürülməsində iştirak etmiş yerli və xarici aviasiya dəstələrinin üzvlərinə göstərdikləri fədakarlığa görə təşək...
ANL
Sərhəd bölgəsi gündən-günə böyüyür və gözəlləşir. Geostrateji mövqeyi nəzərə alınaraq yeni rayonun yaradılmasında başlıca məqsəd sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və inkişaf etdirməkdən ibarət idi. Bununla belə, o dövrdə respublikamıza başçılıq edən səriştəsiz rəhbərlərin Naxçıvana laq...
ANL
Mübarizin mübariz ruhu daim yaşayacaq. Yurdun, el-obanın üzünü ağ, başını uca edən onun oğullarıdır. Belələri göstərdikləri igidliyə, qəhrəmanlığa görə, bir evdən çıxsalar da, sonradan bir xalqın, millətin oğlu, fəxri olurlar. Çox yox, 2 ay bundan əvvəl Biləsuvarın Əliabad kəndi adi yaşayış məntəqələrimizdən biri idi. ...
ANL
Hərbi tibbi kadrların hazırlanması çətin və şərəfli vəzifədir. Dağlıq Qarabağ və onun ətrafında gedən müharibənin ilk günlərindən hərbi həkim kadrlarının kəskin çatışmazlığı probleminin praktiki həlli zərurətindən hərbi tibbi təhsil sisteminin yaradılması ordu quruculuğunun vacib atributlarından birinə çevrildi. Aydınd...
ANL
Tarixə bir baxış. Şair-jurnalist Məmməd Əfşanın yeni kitabı "Haqqın divanı" adlanır. Əsərdə böyük türk xaqanı, orta əsrlər dünyasının yenilməz cahangiri Əmir Teymurun yaratdığı böyük bir imperiyanı ədalətlə idarə etməsindən, oğlu Miranşahın bəd əməllərə qurşanmasından, nəticədə, onun və tərəfdarlarının hökmdar tərəfind...
ANL
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daha da güclənir. Azərbaycanla Türkiyə arasında mövcud çoxşaxəli əlaqələr bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. İki xalqın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması rəsmi Ankara ilə Bakının əlaqələrinə təsir göstə...
ANL
Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həmid Kərzaiyə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm. Xalqlarımız arasındakı dostluq və əməkdaşlıq əlaqələri bu gün öz ənənələr...
ANL
Sərhəd Xidmətinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. AzərTAc xəbər verir ki, Sərhəd Qoşunlarının yaradılmasının 91-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti avqustun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Hey...
ANL
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Avqustun 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Komissiyanın 2010-cu il 3 avqust tarixli iclasının protokolu təsdiqlənmişdir. Sonra aşa...
ANL
Azərbaycanın iqtisadi inkişaf modeli beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Ölkəmizin qarşıdakı dövr ərzində də yüksəliş tempini qoruyub saxlayacağı proqnozlaşdırılır. Dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycanda sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər beynəlxalq m...
ANL
Macarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Pal Şmittə. Hörmətli cənab Prezident! Macarıstanın milli bayramı - Müqəddəs İştvan günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Macarıstan münasibətlərinin inkişafı, dostluq əlaqələr...
ANL
B.Ə.Nəbiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qə...
ANL
B.Ə.Nəbiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinə görə Bəkir Əhməd oğlu Nəbiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin. İlh...
ANL
BMT-NİN BAŞ KATİBİNƏ VƏ BMT-NİN BAŞ MƏCLİSİNƏ ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI HƏRBİ TƏCAVÜZÜ İLƏ BAĞLI MƏKTUB ÜNVANLANMIŞDIR. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi BMT-nin baş katibinə və BMT-nin Baş Məclisinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı məktub ünvanlamışdır. Məktubda erməni hərbçilərinin...
ANL
Sahibkarlığa qayğı siyasəti səmərəli nəticələr verir. Son illərdə Azərbaycanda müşahidə olunan yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də sahibkarlığa göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Özəl sektorun inkişafı ü...
ANL
Mustafa Kabakçı: "Türkiyə-Azərbaycan əlaqələrinin sağlam zəmində inkişaf etdiyini bir daha gördük". Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri zamanı nümayəndə heyətinin tərkibində olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı bildirmişdir ki, bu mühüm səfər zamanı biz iki ö...
ANL
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Rusiyada yanğınsöndürmə əməliyyatlarında iştirak edən heyəti Bakıya qayıtmışdır. Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki helikopteri Rusiyada meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün avqustun 4-d...
ANL
Əsl həkim idi. ...Rayondan Bakıya Topçubaşovu deyib gələn xəstə qadının böyük təbibi görcək ürəyində ümid qığılcımı yanır. Həkim bunu dərhal duyur və mehribanlıqla soruşur: "Haranız ağrıyır? Şikayətiniz nədəndir?" Xəstə həyəcanla cavab verir: "Sən ki Topçubaşovsan, hər şeyi özün bilirsən. Daha məndən niyə soruşursan?" ...
ANL
Azərbaycanda cərrahiyyənin inkişaf tarixi. Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi Bakı Universitetinin və onun tibb fakültəsinin yaradılması (1920) ilə əlaqədardır. Universitetin təşkilində böyük əməyi olan professor V.İ.Razumovski Rusiyanın görkəmli klinisist cərrahı idi. Təhsil ocağına ilk tələbə qəbul...
ANL
Məhkumlara göstərilən tibb xidmətinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu ilin iyulunda Avstriyanın Vyana şəhərində "Vərəm İnsanın İmmun çatışmazlığı Virusuna (İİV) qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi" mövzusunda I Avropa regional müşavirəsi və Beynəlxalq Qazanılmış İmmun Çatışmazlığı Sindrom...
ANL
Strateji müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələsi. Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri uğurlu nəticələrlə yadda qaldı. Səfərin yekunları iki dost və qardaş dövlətin əsrlərin sınağından çıxan, analoqu olmayan strateji müttəfiqlik münasibətlərinin yüksək dinamizmlə inkişaf etdiyini, mühüm ...
ANL
Nüfuzlu alman qəzeti Azərbaycan qazını Nabukko kəməri üçün açar adlandırmışdır. Almaniyanın gündəlik tirajı 365 min olan nüfuzlu "Algemaine Zeitung" qəzeti "Nabukko layihəsində tranzit sazişlərinin imzalanması mərhələsi" başlıqlı məqaləsində bildirir ki, Avropa İttifaqı üçün mühüm olan bu boru kəmərinin çəkilməsinin aç...
ANL
İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir. İslam İnkişaf Bankı (İİB) ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir. Bu sözləri AzərTAc-a müsahibəsində deyən İİB-nin icraçı direktoru Səlim Cəmil Karataş bildirmişdir ki, qurum yaxın illərdə Azərbaycanda bir sıra layihələr həyata ke...
ANL
Azərbaycan modern inkişaf yolunda inamla irəliləyir. Ötən əsrin sonlarında kifayət qədər mürəkkəb sayılan bir şəraitdə yenidən dövlət müstəqilliyini qazanan Azərbaycan bir çox ölkələrin onilliklər boyu qət etdiyi inkişaf mərhələsini daha qısa zaman kəsiyində dəf etmiş, sosial-iqtisadi tərəqqi sahəsində uğurlarla zəngin...
ANL
Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş gənclərlə görüş keçirilmişdir. Avqustun 20-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçiri...
ANL
Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin VIII Beynəlxalq Forumu başlamışdır. Avqustun 20-də Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu öz işinə başlamışdır. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Bab...
ANL
26 avqust Kanadada Beynəlxalq Azərbaycan muğamı günü elan olunmuşdur. 26 avqust Beynəlxalq Azərbaycan muğamı günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunmuşdur. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfi...
ANL
Məhv edilmiş maddi və mənəvi sərvətlər. Onlar həm də sivilizasiyalı bəşəriyyətin misilsiz mədəniyyət nümunələri idi. ...Bu gün qaçqın və məcburi köçkünlərimizin sınıq könüllərində gələcəyə ümid yaranması işğal altında qalan torpaqlarımızın qaytarılması istiqamətində dövlətimizin başçısının apardığı siyasətdən, qətiyyət...
ANL
Ədəbiyyatşünaslığa sanballı töhfə verən alim. Çox qədim tarixə və zəngin ənənələrə malik olan Azərbaycan elminin əksər sahələri kimi, humanitar sahə, xüsusi halda, ədəbiyyatşünaslıq da XX əsrdə çağdaş Avropa elminə doğru nəhəng bir addım atmış və nailiyyət qazanaraq milli zəmində öz sözünü deməyə nail olmuşdur. XI yüzi...
ANL
Dövlət başçısına minnətdarlıq. Möhtərəm cənab Prezident! Siz 80 illiyim münasibətilə iki sərəncam imzalamısınız. Mənə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünü təyin etmiş və məni "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif etmisiniz. Xahiş edirəm, ədəbiyyatşünaslıq elmimiz qarşısında m...
ANL
Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın Fransadakı xüsusi müxbiri, filologiya elmləri namizədi, tanınmış jurnalist Əsgər Əliyevin müəllifi olduğu kitabda Fransanın tarixi, coğrafiyası, mədəniyyəti barədə geniş məlumat verilmişdir. Xarici dillərin tədris olunduğu universitetlərin tələbələri, o cümlədən geniş o...
ANL
Xan Şuşinskinin səs möcüzəsi. İnsan dünyaya göz açandan musiqi ilə dostlaşır. Musiqi onu bütün həyatı boyu müşayiət edir. Ana laylasını eşidəndə oxumaq istəyi baş qaldırır. Körpə uşaq anasının laylası altında rahatlıq tapır və yuxuya gedir. Bəzən də elə olur ki, anasının laylasını özünün körpə zümzüməsi ilə müşayiət ed...
ANL
Jurnalist ünsiyyəti. Jurnalistin peşə fəaliyyəti ünsiyyətlə - informasiya mənbələri ilə qarşılıqlı münasibətlərin qurulması ilə bağlıdır. Ünsiyyət isə psixoloji proses olub, "iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmi...
ANL
İstedadlar yetişdirən mərkəz. İsmayıllı şəhərinin mərkəzində möhtəşəm bir ünvan var - Heydər Əliyev Mərkəzinin binası. Hər dəfə onun qarşısından keçəndə binanın əzəmətinə, milli arxitektura üslubuna heyranlıqla baxmaya bilmirsən. Gecələr müasir işıqlandırma sistemi bu binanı daha da gözəlləşdirir. İsmayıllı şəhərindəki...
ANL
Azərbaycan dünyada iri infrastruktur layihələri həyata keçirən ölkə kimi tanınır. Azərbaycan ötən il iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə qarşıya qoyulan əsas məqsəd milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun d...
ANL
M.Ə.Vəliyevə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının dövlət orqanlarının xüsusi rabitə sisteminin inkişafı və təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmətlərinə görə general-mayor Mürsəl Əli oğlu Vəl...
ANL
V.S.Rzayevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Müfəttiş-təşkilat idarəsinin rəisi Vüsal Sabir oğlu Rzayevə general-mayor ali hərbi rütbəsi verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Pre...
ANL
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşə bayr...
ANL
Türkiyə yenə tərəddüdlərə əsas verəcəkmi. Azərbaycan Türkiyə ilə münasibətlərində hər hansı tərəddüdlü, qeyri-şəffaf məqamların ortaya çıxmasını qətiyyən arzulamır və bütün zamanlarda müttəfiqlik münasibətlərinə səmimi sadiqlik nümayiş etdirib. Ötən ilin fevralından rəsmi Ankaranın Ermənistanla sərhədləri açacağı ilə b...
ANL
Nazirlər Kabineti ilk peşə ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiqolunma qaydalarını təsdiq etmişdir. Nazirlər Kabineti ilk peşə ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiqolunma qaydalarını təsdiq etmişdir. Bu...
ANL
ATƏT də martın 21-ni rəsmən Beynəlxalq Novruz Günü kimi təsdiq etmişdir. BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq qurum - ATƏT martın 21-ni öz təqvimində Beynəlxalq Novruz Günü kimi təsdiq etmişdir. Xatırladaq ki, fevralın 24-də BMT Baş Məclisi "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul etmişdir. Qətnamədə deyili...
ANL
Parlament seçkilərinin qanunvericilik əsasları. Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını xalqın iradəsi təşkil edir. Xalqın iradəsi isə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən azad seçkilərdə öz təzahürünü tapır. Azərbaycan dövləti öz vətəndaşlarının ir...
ANL
Torpağımızın hər qarışı bir tarixdir. Təkcə Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik diyarlarından biri olan Füzuli rayonunun ərazisindəki Azıx mağarası ilk insan məskəni kimi bəşəri sivilizasiyanı heyran qoymaqdadır. Bu uludan-ulu Azərbaycan torpağı minilliklər boyu müxtəlif məşəqqətlərin şahidi olub. Ötən ə...
ANL
Azərbaycan iqtisadi inkişaf sürətinə görə yenə də liderliyini qoruyub saxlayır. Azərbaycanda yeni dövrün gerçəklikləri nəzərə alınmaqla həyata keçirilən uğurlu iqtisadi strategiya respublikamızı analoqu olmayan inkişaf mərhələsinə gətirib çıxarmışdır. Son 7 ildə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam ...
ANL
Ukrayna Prezidenti zati-aliləri cənab Viktor Yanukoviçə. Hörmətli Viktor Fyodoroviç! Milli bayram - Müstəqillik Günü münasibətilə Sizi və dost Ukrayna xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq və tərəfdaşlıq münasi...
ANL
Vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat mexanizmi. 2002-ci il avqustun 24-də Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin mütərəqqi mahiyyəti ötən dövrdə tam təsdiqini tapmışdır. Hər bir dövlətdə ali hüquqi sənəd kimi yüksək təsir qüvvəsinə malik olan Konstitusiya ictimai münasibətləri sivil şə...
ANL
Türkiyə-Ermənistan sərhədinin müvəqqəti də olsa açılması Azərbaycanın və Türkiyənin milli maraqlarına ziddir. Türkiyə-Ermənistan sərhədlərinin açıla biləcəyi haqqında yenidən yayılan məlumatlar həm Azərbaycanda, həm də Türkiyədə narahatlıqla qarşılanır. Bu dəfə söhbətin sərhədlərin NATO hərbi təlimləri çərçivəsində müv...
ANL
Milli maraqlara söykənən xoşməramlı missiya. Heydər Əliyev Fondu 6 illik fəaliyyəti ilə cəmiyyətin yüksək inam və etimadını qazanmışdır. XX əsrin sonlarından etibarən geniş vüsət alan qloballaşma prosesləri yeni dünya nizamının formalaşması ilə nəticələnir: son onilliklərdə dövlətlər arasında sərhədlər sürətlə aradan q...
ANL
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda şəkərli diabetli uşaqlar üçün növbəti psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə artıq ikinci ildir ki, Azərbaycanda şəkərli diabetli uşaqlar üçün analoqu olmayan psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunur. Fondd...
ANL
Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır. Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası il...
ANL
Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Bu münasibətlə Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar. Görkə...
ANL
Mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafına dair məsələlər müzakirə olunmuşdur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Li Ci-Han ilə görüşmüşdür. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələr...
ANL
"The Washington Times" qəzetində Azərbaycan haqqında məqalə dərc edilmişdir. Güclü, davamlı tərəfdaşlıq münasibətləri uzunmüddətli strateji maraqlar və qarşılıqlı anlaşma əsasında qurulur. AzərTAc xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanovun "The Washington Times" qəzetində dərc ...
ANL
Neft gəlirləri qeyri-neft sektorunun inkişafına təkan verir. Ölkə Prezidenti İlham Əliyev hökumətin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı nitqində neft-qaz sektorunda işlərin plan üzrə getdiyini qeyd etmişdir. Dövlət başçısı karbohidrogenlərin hasilatı ilə bağlı b...
ANL
A.Ə.Səmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qə...
ANL
Türkiyə yenidən ciddi sınaq qarşısındadır. Qardaş ölkənin işğalçı Ermənistanla sərhədləri müvəqqəti olsa belə, aça biləcəyinə dair məlumatlar Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən pislənir. Türkiyə və Ermənistan arasında 1993-cü ildən bağlı olan sərhədlərin NATO təlimləri ilə əlaqədar müvəqqəti olaraq açıla bil...
ANL
İnsan hüquq və azadlıqlarının etibarlı hamisi. Bəşəri səviyyədə praqmatizm və fərdiçilik meyilləri özünü nə qədər qabarıq göstərsə də, humanizmə, insanpərvərliyə əsaslanan yüksək dəyərlər mənəvi təsir gücünu qoruyub saxlayır. Ədalətlilik, dürüstlük, xeyirxahlıq, humanizm müasir qloballaşma dövründə də insanlığın ən ali...
ANL
Azərbaycan həqiqətlərinin carçısı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdəndir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın...
ANL
Milli-mənəvi yüksəlişə xidmət edən missiya. Bu gün dünyada elə xalq tapmaq çətindir ki, hansısa taleyüklü və mürəkkəb mərhələdə onun taleyində müstəsna rol oynamış, sabit və davamlı dövlətçilik ənənələri formalaşdırmış şəxsiyyətləri olmasın. Belə seçilmiş liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, on...
ANL
ATƏT-in Bakı ofisinin keçirdiyi konfransda medianın parlament seçkilərini sərbəst işıqlandırması məsələsi müzakirə olunmuşdur. Avqustun 24-də ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə medianın Azərbaycanda keçiriləcək parlament seçkilərini sərbəst şəkildə işıqlandırması məsələsi ilə bağlı konfrans keçirilmişdir. Konfransda P...
ANL
Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. Avqustun 24-də Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ...
ANL
Yurda yaxın yeni yurd. "Azərbaycan xalqı heç vaxt öz tarixi Vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar. Azərbaycan xalqı öz tarixi ərazisin...
ANL