text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Mübariz İbrahimovun meyitinin qaytarılması üçün bütün zəruri addımları atacaqdır. Avqustun 24-də Rusiyanın paytaxtında Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə arasında ikitərəfli görüş olmuşdur. ... | ANL |
Mağaralar - memarlığın ilkin nümunələri. Bəşər sivilizasiyasının ilkinliyini bu gün də sinəsində qoruyub saxlayan çoxlu sayda tarixi abidələr, maddi əsaslar var ki, onlardan biri də mağaralardır. Azərbaycanın zəngin fauna və florası imkan verib ki, vətənimiz ilk insan məskənlərindən biri olsun. Bunun da əsas səbəblərin... | ANL |
Artıq dördüncü dəfədir ki, Kanadanın Niaqara-on-de-Leyke şəhərində keçirilən ənənəvi beynəlxalq kamera musiqisi festivalına dəvət alırıq. Festivalın münsiflər heyətinin qərarı ilə hər il avqustun 26-sı "Azərbaycan günü" kimi qeyd olunur. Həmin gün Niaqara şəlaləsi tək çağlayan Azərbaycan muğamları, simfonik əsərləri, n... | ANL |
Serafimo təxəllüslü əfsanəvi qəhrəman. Ömrünü xalq yolunda şam kimi əridənlər heç vaxt unudulmur, həmişə ehtiramla xatırlanıb yad edilir. Adları əbədiləşdirilir, əməlləri gənc nəsillərə nümunə göstərilir. Bu baxımdan Qazax rayonunda belə insanların şərəfinə yaradılan mütəfəkkirlər bağı diqqətəlayiqdir. Şəhərə xüsüsi gö... | ANL |
Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Cari ilin noyabrında keçiriləcək parlament seçkilərinin azad, şəffaf və ədalətli şəraitdə baş tutması üçün ölkə hakimiyyəti tərəfindən bütün zəruri addımlar atılır. Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyən Azərbaycanda demokratik dəyərlərin daha möhkəm ö... | ANL |
ATƏT-in Parlament Assambleyasının Azərbaycanda keçiriləcək seçkiləri müşahidə edəcək missiyasına rəhbər təyin olunmuşdur. ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqini aparacaq ATƏT-in Parlament Assambleyasının missiyasına... | ANL |
Türkiyə prinsipiallıq və qətiyyətlilik nümayiş etdirməlidir. Qardaş ölkənin işğalçı Ermənistanla sərhədlərini müvəqqəti olsa belə açması, Türkiyə və Azərbaycanın maraqlarına tamamilə ziddir. NATO-nun Ermənistanda sentyabrın 11-dən 17-dək keçirilməsi nəzərdə tutulan təlimləri ilə əlaqədar Türkiyə-Ermənistan sərhədlərini... | ANL |
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində elm və təhsilə qayğı xüsusi yer tutur. Yeni dünya nizamı dünya siyasətinin transmilliləşməsi, qloballaşmanın qarşısıalınmaz prosesə çevrilməsi ilə səciyyələnsə də, hər bir xalqın milli özünəməxsusluğunun qorunub saxlanması zərurətindən irəli gələn, "lokalizasiya" adlanan ə... | ANL |
Xeyirxah ənənələrin davamçısı. Hər bir xalqın yüksək mənəvi-əxlaqi dəyərlərini pak və sağlam niyyətlərlə qoruyaraq onun tarixi kimliyini, milli özünəməxsusluğunu, genetik yaddaşını gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomen şəxsiyyətlərin üzərinə düşür. Azərbaycanda bu ağır və taleyüklü missiyanı ulu öndər He... | ANL |
Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. Avqustun 25-də Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar... | ANL |
Ali Məhkəmənin sədri dairə seçki komissiyalarının sədrləri üçün keçirilən kursda çıxış etmişdir. Avqustun 25-də Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar dairə... | ANL |
TÜRK PA-nın internet saytının təqdimatı oldu. Dünən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) internet saytının (www.turk-ra.org) təqdimatı oldu. Bu münasibətlə Milli Məclisdə keçirilən tədbirdə çıxış edən TÜRK PA-nın baş katibi Ramil Həsənov öncə təşkilatın yaranma tarixi və fəaliyyəti barədə məlumat ver... | ANL |
Azərbaycan müstəqil və uğurlu xarici siyasət yürüdən ölkə kimi tanınır. Müasir dövrdə hər bir müstəqil dövlətin nüfuzu və qüdrəti həm də onun xarici siyasət sahəsində qazandığı nailiyyətlərlə ölçülür. Dövlətçiliyin, müstəqilliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması... | ANL |
Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən zati-aliləri cənab Mihay Gimpuya. Hörmətli cənab Gimpu! Moldova Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq v... | ANL |
İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram". Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzetinin birgə hazırladıqları kitab belə adlanır: "İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram". Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd ed... | ANL |
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması barədə yayılan informasiyalar məcburi köçkünlərdə böyük narahatlıq yaradıb. Türkiyə rəsmiləri dəfələrlə müxtəlif formada bildiriblər ki, hər hansı təkid, təzyiq və ya dolayısı ilə tələb Ermənistanla sərhədlərin açılmasına təsir edə bilməz. Nə qədər ki, Ermənistan təc... | ANL |
Dövlət əhalinin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Ulu öndər Heydər Əliyevin insanların həyat şəraitinin yaxışılaşdırılması istiqamətində əsasını qoyduğu sosial siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əhalinin həyat səviyyəsinin, rifah halının ildən-ilə y... | ANL |
Yeni qələbələrin ünvanı- QƏBƏLƏ. Avqustun ortalarında ölkəmizin füsunkar təbiəti ilə seçilən guşələrindən biri, bəlkə də birincisi sayılan, möhtəşəm layihələr diyarı kimi xarakterizə edilən Qəbələdə istirahət mövsümü ilə heç cür "yola getməyən" bir nigarançılıq, narahatlıq yaşandı. Dağlara moruq yığmağa gedən dəcəl uşa... | ANL |
Azərbaycan Ordusu döyüş qüdrətini artırır. Silahlı Qüvvələrimiz istənilən an ölkəmizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır. Azərbaycan Ordusu! İndi bu ad çəkiləndə hər bir azərbaycanlı qəlbən qürur duyur, ölkəsini xarici və digər təhlükələrdən layiqincə müdafiə edəcək ordunun olmasından böyük sevinc hissi keçi... | ANL |
Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə Türkiyə bu ölkə ilə sərhədini açmamalıdır. Əli ƏHMƏDOV: "İnanıram ki, Türkiyə Azərbaycana qardaş sadiqliyini bir daha nümayiş etdirəcəkdir". NATO-nun Ermənistanda sentyabr ayına planlaşdırdığı humanitar xarakterli təlim çərçivəsində bu ölkə ilə Türkiyə arasında sərhədin ... | ANL |
Sergey Lavrov: "Rusiya Azərbaycanı Cənubi Qafqazda və Xəzər regionunda özünün mühüm strateji tərəfdaşı hesab edir". Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri ərəfəsində RF xarici işlər naziri Sergey Lavrov Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc), Azərbaycan Televiziyasının, ... | ANL |
Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Hu Szintaoya. Hörmətli cənab Sədr! Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və x... | ANL |
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) fəaliyyətə başlamasının beş ili tamam oldu. Bu münasibətlə avqustun 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli mərasim keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış i... | ANL |
İxtisaslaşdırılmış kurslarda iştirak edən dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim edilmişdir. Avqustun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır. MSK-nın mətbuat xidmətindən AzərTAc-a... | ANL |
Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır. Avqustun 27-də Mərkəzi Seçki Komissiyasında (MSK) Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaq... | ANL |
YAP qadınlar şurasının toplantısı keçirilmişdir. Avqustun 27-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının qərargahında partiyanın qadınlar şurasının şəhər və rayon təşkilatları rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir. Tədbirdə YAP qadın təşkilatının ölkənin ictimai-siyasi həyatındakı rolundan,... | ANL |
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanmış, dövlətimizin başçısının qanunvericilik t... | ANL |
Azərbaycanın Ukraynada yeni təyin edilmiş səfiri etimadnaməsini bu ölkənin Prezidenti Viktor Yanukoviçə təqdim etmişdir. Avqustun 27-də Azərbaycan Respublikasının Ukraynada yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli Kiyevdəki Mariya sarayında etimadnaməsini bu ölkənin Prezidenti Viktor Yanukovi... | ANL |
Tibb təhsili sisteminin inkişafında Heydər Əliyev mərhələsi. Azərbaycan Tibb Universiteti özünün 80 illik yubileyi ərəfəsindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" 28 aprel 2010-cu il tarixli sərəncamında qeyd olunduğu kimi, "Ötən illər ərzi... | ANL |
Gəncliyimin və arzularımın diyarı. İndi elə bilirəm ki, o illərin üstündən əsrlər adlayıb. Naxçıvanın köhnə, darısqal məhəllələrindən birində quş yuvasını xatırladan kiçik otaqlarda kirayədə qalırdıq. Hərəmizin bir dəmir çarpayısı, əyləşəndə ayaqları titrəyən bir köhnə stulu vardı. Köhnə soyuducumuz heç vaxt dolu olmaz... | ANL |
Tərtərin hüsnünə yeni naxışlar vurulur. Tərtər rayonu özəl xüsusiyyətləri ilə də seçilir. Mənbəyini Kəlbəcər dağlarından götürən Tərtər çayının keçdiyi bu ərazi təmiz havası, saf suyu və bir də gözoxşayan yaşıl görkəmi ilə fərqlənir. Buradan baxanda əzəmətli Murov dağı o dərəcədə yaxın görünür ki, elə bilirsən sanki be... | ANL |
Kiçik kənd məktəbinin böyük uğuru. Şərur rayonunda öz müsbət ənənələri ilə öyünən təhsil ocaqlarından söhbət düşəndə Muğanlı kənd orta məktəbinin adı birincilər sırasında çəkilir, işi başqalarına nümunə göstərilir. Son beş ildə məktəbi bitirmiş 54 məzundan 33-ü ali, 6-sı isə orta ixtisas məktəblərinə qəbul olunub.Cari ... | ANL |
Bədən tərbiyəsinin və idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məlum olduğu kimi, sovet dövründə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirak edib bacarıqlarını nümayış etdirmək imkanları son dərəcə məhdud idi. Milli müstəqilliyin ilk illərində də vəziyyət ürəkaçan deyildi. Ümummil... | ANL |
Azərbaycan ictimaiyyəti Türkiyə rəsmilərinin verdikləri vədə əməl edəcəklərinə inanır. Eyni dili danışan, dinə etiqad edən, bir soykökündən yaranan Azərbaycan və Türkiyə xalqları bu vaxta qədər zamanın sınağından uğurla çıxa bilib. Bu iki qardaş ölkənin arasında nifaq toxumu səpmək istəyənlər daim uğursuzluğa düçar olu... | ANL |
Pakistanın nüfuzlu "Əl-Qamar" qəzetində Dağlıq Qarabağ haqqında məqalə dərc edilmişdir. AzərTAc xəbər verir ki, Pakistanın nüfuzlu "Əl-Qamar" qəzetində məşhur Pakistan jurnalisti Raci Əmir Bhattinin "Dağlıq Qarabağ münaqişəsi" sərlövhəli məqaləsi dərc edilmişdir. Müəllif Dağlıq Qarabağın tarixindən və ermənilərin həmin... | ANL |
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon (şəhər) təşkilatları sədrlərinin toplantısı keçirilmişdir. Avqustun 28-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında partiyanın Gənclər Birliyinin rayon (şəhər) təşkilatları sədrlərinin toplantısı keçirilmişdir. YAP sədrinin müavini-icra kati... | ANL |
Deputatlığa namizədin irəli sürülməsi və qeydə alınması qaydaları. Dünya iqtisadi məkanına inteqrasiya, sosial tərəqqi, hüquqi və demokratik dövlət quruculuğunun möhkəmlənməsi nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Azərbaycanın siyasi mövqeyinin güclənməsi ona beynəlxalq diqqətin və marağın artmasın... | ANL |
Bu yerlərin abidələri minilliklərin yadigarı idi. Qubadlının işğalından 17 il keçir... Bir zamanlar duyğularımıza sığal çəkən yurd yerləri bu gün hicrana, ayrılığa, dərdi-möhnətə düçar olmuşdur. Belə yurdlarımızdan biri də Cəbrayılla Füzulinin ardınca erməni vandalizminin qurbanına çevrilmiş Qubadlıdır. O Qubadlı ki bi... | ANL |
Ürəyimdə pıçıldadıqlarım. İyindən, istisindən, Texnikanın səsindən, hisindən, tüstüsündən. Götürüb bəlalı başımı, bir də can yoldaşımı. Qaçdım Qəbələyə. başqa cavab tapmadım. Lap uşaqlıq yaşımdan. Düruca, Qəmərvan yaylağı. Zirvələrin ağ duvağı, Qəbələnin keçmişindən. axıb gələn buz bulağı. izi qalmış zirvə qarı. Qəbələ... | ANL |
Ötən əsrin 40-cı illərində Odessanın Puşkin küçəsindəki filarmoniyanın böyük salonunda Odessa yəhudilərinə yaxşı tanış olan bir maqın konsertinə şəhərin az qala, yarısı tökülüşüb gəlmişdi. Konsertin ortasında pərdə bağlandı və mülki paltar geymiş şəxslər çıxışçını özləri ilə aeroport rayonuna apardılar. Həmin çıxışçı P... | ANL |
Malayziyanın Ali Başçısı əlahəzrət Tuanku Mizan Zeynal Abidin ibni əl-Mərhum Sultan Mahmud əl-Müktəfi Billah Şaha. Əlahəzrət! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Malayzi... | ANL |
Qırğızıstan Respublikasının keçid dövrü Prezidenti zati-aliləri xanım Roza Otunbayevaya. Hörmətli xanım Prezident! Qırğızıstanın milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan təbrik edirəm. Əminəm ki, Azərbaycan-Qırğızıstan münasibətləri öz tarixi ənənələ... | ANL |
Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Sinqapur şəhərində keçirilən Yeniyetmələrin I Olimpiya Oyunlarında ən yü... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin ayırdığı qida məhsulları, dərman preparatları və məişətdə istifadə edilən digər zəruri mallarla yüklənmiş təyyarə Pakistana yola salınmışdır. Xəbər verildiyi kimi, Pakistan İslam Respublikasında təbii fəlakətdən zərər çəkmiş insanlara yard... | ANL |
Parlament seçkiləri ədalətli, şəffaf və demokratik şəraitdə keçiriləcək. Xalq Heydər Əliyev kursuna və Prezident İlham Əliyevin uğurlu siyasətinə etimadını Yeni Azərbaycan Partiyasına səs verməklə bir daha nümayiş etdirəcək. - Son illərdə dünya üzrə inkişaf dinamikasına görə ən yaxşı göstəricilərə malik olan ölkəmizdə ... | ANL |
Türkiyədə Zəfər Bayramı qeyd olunur. Türkiyədə Zəfər Bayramı və Silahlı Qüvvələr Günü geniş şəkildə qeyd olunur. İlk bayram mərasimi paytaxt Ankarada olmuşdur. Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, ordu generalı İşık Koşaner və digər generallar Türkiyə Respublikasının banisi Mustafa kamal Atatürkün mavzoleyinə əkl... | ANL |
Azərbaycanın Türkiyədə yeni təyin olunmuş səfiri etimadnaməsini Prezident Abdullah Gülə təqdim etmişdir. Avqustun 30-da Azərbaycan Respublikasının Türkiyə Respublikasında yeni təyin olunmuş səfiri Faiq Bağırov Çankaya köşkündə etimadnaməsini Türkiyə Prezidenti Abdullah Gülə təqdim etmişdir. Sonra Türkiyə Prezidenti Azə... | ANL |
Türkiyənin hərbi məktəblərinin azərbaycanlı məzunlarına diplomlar təqdim olunmuşdur. Türkiyənin hərbi məktəblərindən məzun olmuş azərbaycanlı gənclərə diplomlar təqdim olunmuşdur. İlk buraxılış mərasimi Gülhanə Hərbi Tibb Akademiyasında keçirilmişdir. Buradan məzun olan iki azərbaycanlı hərbi həkimə diplomları Azərbayc... | ANL |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuzda regional görüş keçirmişdir. Avqustun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Tovuzda "XXI əsrdə zorakılıq əleyhinə - əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda regional görüş keçirmişdir. Tədbirdə Gədəbəy, Şə... | ANL |
Böyük Britaniyanın Azərbaycandakı səfiri Qubadakı kütləvi məzarlığı ziyarət etmişdir. Avqustun 30-da Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun Qubaya səfər etmişdir. Diplomat Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov ilə görüşmüşdür. Görüşdə qonağa rayonun sosial-iqtisadi, mədəni, eləcə də turizm... | ANL |
Məcburi köçkünlərin ümid ünvanı. Qubadlılar torpaqların azad olacağı günü səbirsizliklə gözləyirlər. "...Bizim qarşımızda duran vəzifə, ali məqsədimiz işğal olunmuş torpaqları azad etməkdir". Heydər ƏLİYEV. 17 il əvvəl qubadlılar məşəqqətli bir tarix yaşamalı oldular. Ata-baba yurd yerlərini məcbur olub tərk edən insan... | ANL |
Heydər Əliyev və Naxçıvanın xilası. AMEA Naxçıvan bölməsində "Heydər Əliyev və Naxçıvanın xilası" mövzusunda tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, bölmənin sədri, Milli Məclisin deputatı akademik İsmayıl Hacıyev məruzə etmişdir. Bildirmişdir ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş qanl... | ANL |
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Astanada keçirilən Beynəlxalq məhkəmə konfransında iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyik etdiyi nümayəndə heyəti avqustun 25-dən 28-dək Qazaxıstanda səfərdə olmuşdur. Konstitusiya Məhkə... | ANL |
Azərbaycanla Meksika arasında gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi mövzusu müzakirə edilmişdir. Meksikada Dünya Gənclər Konfransı başa çatmışdır. Məqsəd Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün hazırkı mərhələdə gənclər sahəsinin aparıcı prioritetlərini müəyyənləşdirmək, ölkələr arasında əlaqələri gücl... | ANL |
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində işlərin gedişi qənaətbəxşdir. Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev avqustun 30-da Gürcüstana səfər etmişlər. Səfər ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki büstünün ziyarət olunması ilə başlanmı... | ANL |
Şamaxı qədim simasını saxlamaqla müasirləşir. Sürətli sosial-iqtisadi inkişaf tempini qoruyub saxlayan Azərbaycan bu sferada bütün əsas istiqamətlər üzrə qəbul edilən konkret dövlət proqramları və onlardan irəli gələn vəzifələrin icrasını təmin etmək üçün lazımi maliyyə mənbələrinin, o cümlədən texniki imkanların vaxtı... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığının ölkəmizdəki səfiri Jan Lukas İnayat van Hoornu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jan Lukas İnayat ... | ANL |
Azərbaycan ilə Niderland arasında miqrasiya sahəsində əməkdaşlıq genişlənir. AzərTAc xəbər verir ki, avqustun 9-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov ölkəmizdə səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin b... | ANL |
Niderland Krallığı Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək niyyətindədir. Niderland Krallığı Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək niyyətindədir. AzərTAc xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballin demişdir. Ernst Xirş Ballin bildirmişdir ki, Az... | ANL |
Niderland və Azərbaycan arasında hüquqi əməkdaşlıq genişlənir. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, avqustun 9-da ... | ANL |
T.F.Nərimanbəyovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Toğrul Fərman oğlu Nərimanbəyov "Şərəf" ordeni ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na əlavə edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Prezidenti. | ANL |
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. «... | ANL |
Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanına əlavə edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Mərkəzi Bankı — kommunal, rabitə və digər k... | ANL |
Azərbaycanın Küveytdə yeni təyin olunmuş səfiri etimadnaməsini bu dövlətin əmirinə təqdim etmişdir. Azərbaycanın Küveytdə yeni təyin olunmuş səfiri Tural Rzayev avqustun 9-da etimadnaməsini bu dövlətin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təqdim etmişdir. Səfirlikdən bildirmişlər ki, Bəyan sarayında keçirilmiş ... | ANL |
Dünya musiqisinin Qəbələ ünvanı. Şəxsiyyətin böyüklüyü həmişə onun xalqına göstərdiyi xidmətlə ölçülür. Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti sərhədləri aşaraq dünya miqyasına çıxmışdır. Bu səbəbdən də ölkəmizin birinci x... | ANL |
Sibir mənəvi məhbəs idi. Tale elə gətirib ki, mən gözlərimi dünyaya Sibirdə - Rusiya Federasiyasının Tomsk vilayətinin Baxçar rayonunda açmışam. Bu, ana babam Sədi bəyin varlı olması, sovet quruluşunu qəbul etməməsi ilə bağlı olub. Babamın özü böyük qardaşı Əmiraslan bəylə keçən əsrin 30-cu illərində Türkiyəyə keçib. B... | ANL |
Keçilən yola baxanda... Yazıçı-jurnalist Məzahir Süleymanzadə bu dəfə oxucularla görüşə "Jurnalist ömrünün naxışları" ilə gəlib. Sevindirici haldır ki, yeni kitabın nəşr olunması ilə müəllifin Mətbuat Şurasının Ali media mükafatına layiq görülməsi eyni vaxtda təsadüf edib. "Jurnalist ömrünün naxışları"nda M.Süleymanzad... | ANL |
Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılmışdır. - Əziz sərhədçilər, mən sizi Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sizə Vətən uğrunda xidmətinizdə uğurlar diləyirəm! Akademiyanın yaradılması böyük nailiyyətdir, böyük hadisədir. Üç il bundan əvvəl akademiyanın yaradılma... | ANL |
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir. Avqustun 10-da Azərbaycan sərhədçilərinin peşə bayramı ərəfəsində Bakıda Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olmuşdur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak ... | ANL |
Azərbaycanla Niderland arasında əlaqələr inkişaf edir. Avqustun 10-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları səmimiyyətlə salamlayan Oqtay Əsədov bu cür səfərlərin ölkələrimiz arasında əla... | ANL |
Mətbuat Şurası idarə heyətinin iclası. Avqustun 10-da Mətbuat Şurası (MŞ) idarə heyətinin iclası keçirilmişdir. Əvvəlcə MŞ-nin 2010-cu ilin birinci yarısında gördüyü işlərə dair hesabatı ilə bağlı müzakirələr aparılmışdır. Şuranın sədri Ə.Amaşov ötən ilin müvafiq dövrü ilə müqayisədə MŞ-yə daxil olan müraciətlərin sayı... | ANL |
Azərbaycanın Daxili İşlər Nazirliyi və Niderlandın Ədliyyə Nazirliyi arasında cinayət işləri üzrə qeyri-əməliyyat əməkdaşlığına dair anlaşma Memorandumu imzalanmışdır. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 10-da Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin başçılıq etdiyi... | ANL |
Müqəddəs elm və təhsil məbədi. Ölkə başçısı cənab İlham Əliyevin 2010-cu ilin 28 aprel tarixli sərəncamına əsasən 80 illik yubileyini dövlət səviyyəsində qeyd etməyə hazırlaşan Azərbaycan Tibb Universiteti yarandığı vaxtdan indiyə qədər həm respublikamız, həm də bir sıra xarici ölkələr üçün 65 mindən çox yüksək ixtisas... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunun etimadnaməsini qəbul etmişdir. Səfir İ... | ANL |
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bu sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasın... | ANL |
ABŞ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Avqustun 11-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklohoma ştatının Milli Qvardiya Komandanının adyutantı, general Mayls Dirinqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xi... | ANL |
Mərkəzi Seçki Komissiyasında görüş. Avqustun 11-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə ATƏT... | ANL |
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan). Azərbaycan Respublikası Prezidentinin2010-cu il 11 avqust tarixli Sərəncamı ilə təsdiq edilmişdir. GİRİŞ. Azərbaycan Respublikasında aparılan uğurlu xarici və daxili siyasət, ... | ANL |
Dənizin ətraf mühitinin mühafizəsi prioritet vəzifələrdəndir. "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilmiş gö... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri. Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksi istifadəyə verilmişdir. Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yer... | ANL |
Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmuş 34 kilometrlik hissəsinin açılışı olmuşdur. Prezident İlham Əliyev avqustun 12-də Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında iştirak e... | ANL |
Samur-Həzrə yolu əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışında iştirak etmişdir. Qusar rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi. Məlumat ve... | ANL |
Qusar rayon ictimaiyyətinin nümayəndələri ilə görüş. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi: - Mən sizi ürəkdən təbrik edirəm. Bildiyiniz kimi, mən bir i... | ANL |
Prezident İlham Əliyev Yuxarı Zeyxur sərhəd zastavasında olmuş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş kənd məktəbinə baxmışdır. Avqustun 12-də Prezident İlham Əliyev yeni inşa olunan Yuxarı Zeyxur sərhəd zastavasında olmuşdur. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev dövlət başçısına rapo... | ANL |
"Samur" gömrük buraxılış məntəqəsi istifadəyə verilmişdir. Avqustun 12-də Prezident İlham Əliyev "Samur" gömrük buraxılış məntəqəsinin açılışında iştirak etmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlət başçısına məruzə etdi. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müasir standartlar səviyyə... | ANL |
Prezident İlham Əliyev Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ki, Şahdağ qış-yay ... | ANL |
Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Hu Szintaoya. Hörmətli cənab Sədr! Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çin xalqına şəxsən öz adımd... | ANL |
YAP nümayəndə heyəti Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşmüşdür. Avqustun 12-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti Biləsuvar rayonuna səfər edərək Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun... | ANL |
ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurası ilə birgə "dəyirmi masa" keçirmişdir. Avqustun 12-də ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurası ilə birgə "dəyirmi masa" keçirmişdir. ATƏT-in Bakı ofisinin Mətbuat Şurası ilə birgə layihəsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan jurnalistlərinin peşə davranışı qayd... | ANL |
Əxlaqımızın göstəricisi. Ümummilli lider Heydər Əliyev 13 avqust 2001-ci ildə milli-mənəvi dəyərlərin qorunması və sosial ədalət haqqında bəyanat vermişdir. Ötən əsrin sonlarında ölkəmizdə baş verən qeyri-müəyyənlik tarixə dönsə də, hələ üzərinə arxivin tozu tökülməyib. Çünki o vaxtdan başlayan mübarizə bu gün də davam... | ANL |
Dəyərli sənət beşiyi. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi ədəbi tariximizin üç min il əvvəlki ədəbiyyatını gələcəklə qovuşduran dünyadır. Azərbaycan ədəbiyyatından söz düşəndə göz önündə, istər-istəməz, kökü tarixin minillik qatlarına uzanan, əzəmətli bir sənət nümunəsi canlanır. Bu həmin nümunədir ki, onu müxtəl... | ANL |
Azərbaycanın bölgələri sürətlə inkişaf edir. Prezident İlham Əliyevin respublikanın rayonlarına səfəri zamanı bunun bir daha şahidi olduq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının son yeddi ildə Prezident İlham Əliyev tərəfindən uğurla dava... | ANL |
"Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində. Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Azərbaycan Respublikası "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin 1999-cu il 2 iyul tarixl... | ANL |
"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında Müqavilə" üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1050-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Müstə... | ANL |
2010-cu il iyunun 26-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Makedoniya Respublikası Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı... | ANL |
2010-cu il iyunun 15-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərakeş Krallığının Sosial İnkişaf, Ailə və Həmrəylik Nazirliyi arasında ailə, qadınların inkişafı və uşaqların müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandum” təsdiq edilməsi bar... | ANL |
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanına əlavələr edilməsi haqqında... | ANL |
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları"na əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasın... | ANL |
Qurani-Kərimin yeni nəfis nəşri. Müqəddəs Qurani-Kərimin dünya dillərinə tərcüməsi ilə bərabər, kitabın müxtəlif ölçülərdə, tərtibatda və mükəmməl poliqrafik icrada nəşri də daim diqqət mərkəzində olmuşdur. Dünyanın qabaqcıl ölkələri, nüfuzlu nəşriyyatlar Quranın yüksək peşəkarlıq, orijinal tərtibat və klassikliyin müa... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.