text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan ABŞ-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanda səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin əməkdaşı Marik Strinq avqustun 13-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri ilə görüşdü. Qonağı salamlayan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siy...
ANL
Anemiya və talassemiya üzrə "dəyirmi masa" keçirilmişdir. Avqustun 13-də Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondu və UNİCEF-in birgə təşkilatçılığı ilə anemiya və talassemiya üzrə "dəyirmi masa" keçirilmişdir. Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev bildirmişdir ki, son 6 il ərzində fond tərəfindən səhiyy...
ANL
İlk redaktoru Məmmədkazım Ələkbərli olub. Sonra bir neçə dəfə qəzetin adı dəyişildi. Qocaman kollektiv həyatın hər dönəmində xalqa, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli olub. Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin ideyalarını, onun şanlı yolunun layiqli davamçısı İlham Əliyevin misilsiz fəaliyyətini təbliğ və ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev məşhur fransız aktyoru Jerar Depardyeni qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də məşhur fransız aktyoru Jerar Depardyeni qəbul etmişdir. Jerar Depardye ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin mə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev. ATƏT-in sammitində iştirak etmək üçün. Qazaxıstana səfərə yola düşmüşdür. Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya səfərə yola düşmüşdür. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aer...
ANL
Azərbaycan Respublikası. Bu günlərdə "Wikileaks" internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya "bəzi gizli məqamlarını" əks etdirən materiallar yayılmışdır. Həmin materiallarda Azərbaycan Respublikası Prezidentinin ABŞ-ın rəsmi nümayəndələri ilə keçirdiyi g...
ANL
Rumıniyanın Prezidenti zati-aliləri. cənab Trayan Beseskuya. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Birlik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-Rumıniya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi ilə görüşü. Noyabrın 30-da Prezident İlham Əliyev Astanada ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviç ilə görüşmüşdür. Görüşdə Azərbaycanda fikir azadlığı, jurnalistlərin fəaliyyəti və məsuliyyəti ətrafında fikir mübadilə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Astanada ATƏT-in VII sammitində iştirak edir. Dekabrın 1-də Qazaxıstanın paytaxtı Astanada ATƏT-in VII sammiti işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edir. Sammitdə ümumilikdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, nüma...
ANL
Prezident İlham Əliyevin çıxışı. Xanımlar və cənablar! İlk öncə bu zirvə görüşünün əla təşkili, göstərilmiş səmimi qonaqpərvərlik və il ərzində ATƏT-ə sədrlik etdiyinə görə Prezident Nursultan Nazarbayev və bütün qazaxıstanlı dostlarımıza minnətdarlığımı bildirmək istəyirəm. Mən diqqətinizi regionumuzdakı təhlükəsizlik...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü. Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ed...
ANL
Azərbaycan Prezidenti İlham ƏIiyevin və Yunanıstanın Baş naziri George Papandreunun görüşü. Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstanın Baş naziri George Papandreunun görüşü olmuşdur. Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Niderlandın Baş naziri Mark Ruttenin görüşü. Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Niderlandın Baş naziri Mark Ruttenin görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edildi, bu istiqamətdə müəy...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Avstraliyanın xarici işlər naziri Kevin Raddın görüşü. Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Avstraliyanın xarici işlər naziri Kevin Raddın görüşü olmuşdur. Kevin Radd ölkəsinin Azərbaycan ilə həm ikitərəfli, həm də təhlükəsizlik, ekologiya və qlobal məsə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü. Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa söykənən əlaqələrin müxtəlif sahələrdə uğurl...
ANL
Azərbaycan Prezidenti İlham ƏIiyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü. Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü olmuşdur. İkitərəfli münasibətlərin geniş müzakirə olunduğu görüşdə qeyd edildi ki, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imka...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Avstriya Prezidenti Haynts Fişerin görüşü. Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Avstriya Prezidenti Haynts Fişerin görüşü olmuşdur. Avstriya Prezidenti qeyd etdi ki, ölkəsi Azərbaycan ilə siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafın...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü. Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniya Baş nazirinin müavini Nik Kleqin görüşü. Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniya Baş nazirinin müavini Nik Kleqin görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü. Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Belarusun siyasi, iqtisadi və digər sahələrdə əlaqələrinin inkişafından, ölkələrimiz ...
ANL
Nümayəndə heyətlərinin başçılarının şərəfinə qəbul. Dekabrın 1-də Astanada Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən ATƏT-in VII sammitində iştirak edən nümayəndə heyətlərinin başçılarının şərəfinə qəbul təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir. AzərTAc.
ANL
Nazirlər Kabinetində görüş. Dekabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Dünya Poçt İttifaqı Beynəlxalq bürosunun baş direktoru Eduard Dayan ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, Baş nazir Artur Rasizadə Eduard Dayanın son dəfə Azərbaycanda 2005-ci ildə olduğunu xatırlatm...
ANL
SPECA ölkələrinin ticarətə yardım təşəbbüsü üzrə 10 illik yol xəritəsi hazırlanmışdır. Dekabrın 1-də Bakıda SPECA ölkələrinin Ticarətə yardım təşəbbüsü üzrə Nazirlər konfransı öz işinə başlamışdır. Ölkə rəsmilərinin və beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycanın iqtisadi in...
ANL
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət Şeyx Xəlifə bin Zaid Al Nəhyana. Əlahəzrət! Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb ...
ANL
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma. Əlahəzrət! Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əl...
ANL
Laos Xalq Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Çoummali Sayasoneyə. Hörmətli cənab Prezident! Milli bayramınız - Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə Sizə və xalqınıza təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Laos münasibətləri xalqlarımızın mənafelərinə uyğ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başa çatmışdır. ATƏT-in VII sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri dekabrın 2-də başa çatmışdır. Astananın Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezid...
ANL
Xəzərin hüquqi statusu ilə bağlı məsələdə irəliləyiş var. Sürətlə qloballaşmaqda olan müasir dünyada həlli getdikcə daha böyük aktuallıq kəsb edən məsələlərdən biri də enerji təhlükəsizliyinin təmin olunmasıdır. Çünki buna nail olunmadan dünya iqtisadiyyatının davamlı inkişafına, eləcə də beynəlxalq təhlükəsizliyin möh...
ANL
İordaniyada Azərbaycan Mədəniyyəti günlərinin təntənəli açılışı olmuşdur. İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyəti günlərinin rəsmi açılışı olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov AzərTAc-a bildirmişdir ki, Əmman şəhərində keçirilən təntənəli mərasimdə hər iki ölkənin m...
ANL
İordaniyada Azərbaycan Mədəniyyəti günləri çərçivəsində bir sıra görüşlər keçirilmişdir. İordaniyada keçirilən Azərbaycan Mədəniyyəti günlərində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra görüşlər keçirmişdir. Ölkəmizin İordaniyadakı səfirliyindən Az...
ANL
Bakıda "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri metodoloji məsələləri" mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə dekabrın 1-də "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəz...
ANL
Maliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir. Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanununun təsdiqi, eyni zamanda bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə nazirlik qarşısında duran vəzifələr ...
ANL
Türkiyənin mətbuat nümayəndələri Mətbuat Şurasında olmuşlar. Türkiyənin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murad Karakayanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın. Şuranın sədri Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrdən söhbət açmış, qurumun fəaliyyəti barədə məlumat vermi...
ANL
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi çərçivəsində məşhur Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyə...
ANL
ATƏT-in Astana (Qazaxıstan) sammitində ATƏT-in həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin Birgə Bəyanatı. ATƏT-in Astanada (Qazaxıstan) keçirilən sammiti ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçıları ...
ANL
"Mətbuatda təcrübə mübadiləsi" mövzusunda seminar keçirilmişdir. Dekabrın 2-də Türkiyənin Azərbaycandakı səfirliyində "Mətbuatda təcrübə mübadiləsi" mövzusunda seminar keçirilmişdir. Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin, bu ölkənin Bakıdakı səfirliyinin və Azərbaycan Mətbuat Şur...
ANL
SPECA ölkələrinin ticarətə yardım təşəbbüsü üzrə 10 illik yol xəritəsi hazırlanmışdır. Dekabrın 1-də Bakıda SPECA ölkələrinin Ticarətə yardım təşəbbüsü üzrə Nazirlər konfransı öz işinə başlamışdır. Ölkə rəsmilərinin və beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycanın iqtisadi in...
ANL
Bakıda "Azərbaycan və Şərq tərəfdaşlığı: regional çətinliklərin və yeni imkanların müəyyənləşdirilməsi" mövzusunda beynəlxalq konfrans. Dekabrın 2-də Bakıda III Cənubi Qafqaz Təhlükəsizlik Forumu çərçivəsində "Azərbaycan və Şərq tərəfdaşlığı: regional çətinliklərin və yeni imkanların müəyyənləşdirilməsi" mövzusunda bey...
ANL
Rumıniyanın milli bayramı şərəfinə. Dekabrın 1-də Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Birlik günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Səfir Nikolaye Ureke ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Azərbaycan-Rumıniya münasibətlərinə toxunan diplomat ölkələrimiz arası...
ANL
Daşkəsən dağ başında parlaq ulduza bənzəyir. "Bizim indi güclü iqtisadi potensialımız var. İqtisadiyyatımız dünyada ən yüksək sürətlə inkişaf edir". Möhtərəm Prezident cənab İlham Əliyevin respublikamızın bölgələrinin sürətlə inkişaf edib yeniləşməsinə göstərdiyi tükənməz qayğı və diqqət Daşkəsəndə də öz müsbət bəhrəsi...
ANL
Düşmənə göz dağıdır Füzuli. Bu günlərdə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Prezident İlham Əliyev cəbhə bölgələrində gedən uğurlu işlərlə tanışlığından məmnun olduğunu bildirərək söylədi: "Müharibədən əziyyət çəkmiş bölgələrdə gözəl binaların, müəssisələrin yaradılması, əlbəttə ki, xüsusi məna ...
ANL
Bir-birindən mühüm obyektlər inşa edilir. Ağstafa ölkəmizin ən gənc rayonlarındandır. İyirmi yaşı bu yaxınlarda tamam olub. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin qayğısı və köməyi sayəsində rayonda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahələri də sürətlə inkişaf edir. Regionların...
ANL
Növbəti erməni saxtakarlığına sərt, tutarlı və fundamental cavab. Oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda diaspordan olan jurnalistlər qarşısında verdiyi bəyanatlar, xüsusən də erməni tarixi ilə bağlı uydurmaları hələ uzun müddət dünya elm ictimaiyyəti tərəfindən tənqidə məruz qalacaq, yalan və s...
ANL
Azərbaycanın dünyada strateji əhəmiyyəti yüksəlir. Amerikalı ekspertlər ABŞ-ın ölkəmizlə münasibətlərin inkişafına xüsusi diqqət yetirməsini vacib bilirlər. Geosiyasi əhəmiyyətinə görə dünyanın siyasi xəritəsində xüsusi əhəmiyyətə malik region kimi dəyərləndirilən Cənubi Qafqazın siyasi, iqtisadi mənzərəsinin müəyyən o...
ANL
Azərbaycanda bütün sosial layihələr uğurla gerçəkləşdirilir. Ölkə başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi strategiya resrublikamızı bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır. İqtisadi islahatlar kursunu dövrün tələblərinə uyğun daha da zənginləşdirən dövlət başçısı İlham Əliyev verdiyi bütün ...
ANL
Sosial sığorta-pensiya sahəsindəki nailiyyətlər vətəndaşların etibarlı sosial müdafiəsindən xəbər verir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Respublikamızda aparılan sosial-i...
ANL
"Əsrin müqaviləsi"ndən başlanan yol uğurla davam edir. Azərbaycan və Türkiyə jurnalistləri ölkəmizdə həyata keçirilən iri neft-qaz və ixrac layihələrinin builki uğurları ilə birlikdə tanış oldular. Bu barədə onlara bp şirkətinin regional prezidenti Rəşid Cavanşir məlumat verdi. Tədbirdə ayrı-ayrı layihələr üzrə menecer...
ANL
Görkəmli alim, neftçi geoloq. XX əsrin görkəmli alimlərinin fəaliyyətlərinin bir neçə onillik ərzində geologiya elminin və xüsusən neft geologiyasının inkişafına yönəldilməsində ölkəmizdə neftçi geoloq məktəbinin banisi akademik, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı lau...
ANL
Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində. ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin nümayəndələri Lənkəran Dövlət Universitetində olmuşlar. Tələbələrlə keçirilən görüşü universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi Asəf İsgəndərov açaraq qonaqlara ali məktəbin tə...
ANL
Dövrün tələblərinə cavab verən yeni dərslik. Bəşəriyyət XXI əsrin başlanğıcında bir çox kəskin və mürəkkəb problemlərlə qarşılaşmışdır. Qlobal problemlər arasında ekoloji problemlər daha təhlükəlidir. Biosfer resurslarından və planetimizin təbii sərvətlərindən səmərəli istifadə olunması və qorunması bu gün müharibə, sü...
ANL
Mətbuat Şurasının iş prinsipi medianın tənzimlənməsi sahəsində ən optimal seçimdir. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov: "Tənzimlənmə geniş anlayışdır. Media müstəvisində bu, müxtəlif mövqeli, vəzifəli, yaşlı insanlarla kütləvi informasiya. vasitələri arasındakı narazılıqların, problemlərin səmimi, anlaşı...
ANL
Xırdalanda istehlakçı hüquqlarının qorunması ilə bağlı konfrans keçirilib. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Xırdalan şəhərində "İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri" mövzusunda keçirilən konfra...
ANL
BDU-da rusiyalı alimlə elmi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Biofizika kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, professor Andrey Rubin Bakı Dövlət Universitetində (BDU) olmuşdur. BDU-nun mətbuat xidmətindən...
ANL
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aşağıdakı əməkdaşları təltif ed...
ANL
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aşağıdakı əməkdaşları...
ANL
S.H.Babayevaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Təhsil sahəsində xidmətlərinə görə Şuşa şəhəri 1 nömrəli orta məktəbin müəllimi Sevil Həsən qızı Babayevaya "Əməkdar müəllim" fəxri adı verilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Təhsil sahəsində xidmətlərinə görə Şuşa şəhəri 1 nömrəli orta məktəbin aşağıdakı müəllimləri "Tərəqqi" medalı ilə təltif edilsinlər: Əbdüləzimova Gülşən Qafar qızı. Kərimova Baha...
ANL
U.M.Qasımova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qə...
ANL
Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə. Sizi - məktəbinizin müəllim kollektivini, şagirdləri və məzunlarını Azərbaycanda ilk dünyəvi təhsil ocaqlarından olan Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Məktəbiniz milli təhsil sisteminin inkişafına və maari...
ANL
Dağıstan Respublikasının Prezidenti cənab Maqomedsalam Maqomedova. Hörmətli Maqomedsalam Maqomedaliyeviç! Qardaşınız Hacımurad Maqomedovun həlak olması xəbərindən dərindən sarsılmışam. Bu ağır, əvəzsiz itki ilə bağlı dərdinizi bölüşürəm. Sizinlə birlikdə kədərlənirəm. Sizə, bütün doğmalarınıza və yaxınlarınıza dərin hü...
ANL
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunu Prezident İlham Əliyev ATƏT-in VII sammitində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycanın beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb ed...
ANL
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyeva Leninqradın müdafiəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçülərin xatirə lövhəsinin açılış mərasimində iştirak etmişdir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyeva Leninqradın müdafiəsi zamanı həlak olmuş azərbaycanlı döyüşç...
ANL
Xaricdə təhsil alan azərbaycanlı gənclərə dövlət daim qayğı göstərir. Xaricdə təhsil alan azərbaycanlı gənclərə dövlət daim qayğı göstərir. Bu fikir Fransada təhsil alan azərbaycanlı gənclərlə ölkəmizin nümayəndə heyətinin görüşündə səsləndirilmişdir. Azərbaycan Prezidentinin xaricdə təhsil alan gənclərə diqqət və qayğ...
ANL
Dördüncü çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclası keçirilmişdir. Dekabrın 7-də dördüncü çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, komitənin sədri Səməd Seyidov depu...
ANL
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, səfir İlqar Muxtarov Uruqvayda işgüzar səfərdə olmuşdur. İ.Muxtarov səfər çərçivəsində Uruqvay Xarici İşlər Nazirliyinin b...
ANL
Azərbaycanın özü qədər əbədi. Bol günəşli, məlahətli bir may günü idi. İstanbulda qatıldığım tədbirdə Rumıniyanın keçmiş Prezidenti İon İlieskunu gözüm aldı. Dərhal yaxınlaşıb Azərbaycandan olduğumu və müsahibə üçün bir neçə dəqiqəlik müsaidəsini rica etdiyimi bildirdikdə, səlis ruscası ilə - Məgər Heydər Əliyevin yerl...
ANL
Heydər Əliyevin xatirəsi anıldı. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirə günü ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində bir həftə ərzində silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Heydər Əliyev həftəsinin ilk tədbiri kimi universitetin professor-müəllim heyəti...
ANL
Xəzərdən doğan günəş. Türkiyə mətbuatı ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafını yüksək qiymətləndirir. Nümayiş etdirdiyi tərəqqi dinamikasına görə dünya dövlətləri arasında liderlər sırasında yer alan və bu sahədə mövqeyini daim gücləndirməkdə olan Azərbaycanda informasiya-kommunikasiya texnolo...
ANL
"Oblastnaya qazeta": Leyla Əliyeva xoşməramlı səfirdir. Sverdlovsk vilayətinin mərkəzi mətbu orqanı olan "Oblastnaya qazeta"da dərc edilmiş məqalə belə adlanır. Məqalədə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın bu il dekabrın 2-3-də Yekaterinburqa səfərindən bəhs edilir. Məqalənin əvvəli...
ANL
Azərbaycan nümayəndə heyəti Londonda görüşlərini davam etdirmişdir. Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Fransaya səfərini başa çatdırıb Böyük Britaniyaya gəlmişdir. Nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, gənclər və...
ANL
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Gürcüstan Həmkarlar İttifaqları Birliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Dekabrın 7-də Bakıda keçirilən "Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsi: əldə olunan nailiyyətlər və inkişaf perspektivləri" mövzusunda seminar çərçivəsində Azərbaycan H...
ANL
Dünyanın böyük maraqla öyrəndiyi model. Akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu “İnkişafın Azərbaycan modeli” kitabı ölkəmizin tərəqqi və iqtisadi yüksəliş tarixinin mükəmməl salnaməsidir. "Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qar...
ANL
Xalqın etimadının parlaq ifadəsi. Müstəqil Azərbaycanın demokratik əsaslarla seçilmiş IV çağırış Milli Məclisinin fəaliyyətə başlaması ölkəmizin parlament tarixində yeni mərhələnin başlanğıcına çevrildi. Prezident İlham Əliyev dördüncü çağırış Milli Məclisin ilk iclasında çıxış edərək bildirmişdir: "Parlament seçkiləri...
ANL
Azərbaycanda ilk qəza məktəbi. Üzeyir Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbinin 180 illik yubileyi qeyd edilmişdir. Dekabrın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda ilk qəza məktəbinin - Üzeyir bəy Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi ilə bağlı keçirilən tədbirin ...
ANL
Gorusdan Moskvayadək uzanan YALAN. Son zamanlar Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın həm Gorusda, daha sonra isə bu günlərdə Moskvada erməni diasporunun nümayəndələri qarşısında sərsəm sayıqlamalarını erməni ictimai rəyinə ünvanlanmış, öz xalqının diqqətini daxili problemlərdən yayındırmağa hesablanmı...
ANL
Əhalinin sosial müdafiəsini gücləndirən pensiya islahatları uğurla reallaşdırılır. Sürətli sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyən Azərbaycanda pensiyaçıların sosial müdafiəsi daim xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi...
ANL
Rabitəçilər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər. Dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollektivi dekabrın 6-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lider...
ANL
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd edilmişdir. Dekabrın 6-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr edilmiş mərasim keçirilmişdir. Nazirliyin, eləcə də RİTN-in birlik və müəssisələrinin əməkd...
ANL
Gənclik eşqiylə yaradan sənətkar. Mədəniyyət və İncəsənət Universitetinin professoru, xalq artisti, qocaman teatr rejissoru Ağakişi Kazımov özünəməxsus yaradıcılıq yolu keçib. Sənət fəaliyyətinə aktyorluqdan başlayan Ağakişi Kazımov Sankt-Peterburqda ali rejissor təhsili alıb, bir müddət Kazan və Sumqayıt teatrlarında ...
ANL
Azərbaycanın dəniz nəqliyyatı sahəsindəki uğurları beynəlxalq miqyasda tanınır. 2010-cu il noyabrın 20-dən dekabrın 2-dək London şəhərində Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 88-ci sessiyasının iclası keçirilmişdir. 168 üzv dövlətin və müxtəlif beynəlxalq təşkilatların iştirak etdiyi sessiyad...
ANL
İnsan inkişafına xidmət edən sosialyönümlü siyasət. Azərbaycan insan inkişafı indeksinin ortaillik tempinə görə son 10 ildə postsovet məkanında aparıcı dövlət olmuşdur. Bu istiqamətdə, hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da dövrdə qoymuşdur. Müasir dövrdə sosial ədalət meyarını rəhbər tuta...
ANL
Neftçala ildən-ilə daha da abadlaşır. Rayon sosial-iqtisadi sahədə ili yüksək nailiyyətlərlə yola salır. İlin başa çatmasına az qalır. Yola saldığımız bu il hava şəraiti baxımından əhali üçün heç də asan olmadı. Aprel, may, iyun aylarında təbiət insanları sınağa çəkdi. İpə-sapa yatmayan Kür və Araz çayları coşub-daşara...
ANL
Musa Əbdürrəhman oğlu Musayev. Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış bioloq alimi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, baytarlıq elmləri doktoru, professor, əməkdar elm xadimi Musa Əbdürrəhman oğlu Musayev 2010-cu il dekabrın 4-də ömrün...
ANL
Gədəbəydə ozan-aşıq mərkəzi yaradılır. Yaşıl örpəyə bürünmüş Heydər Əliyev parkının ən səfalı guşəsində tikinti işləri gedir. Burada Prezident İlham Əliyevin tapşırığı ilə aşıq musiqi məktəbi üçün yaraşıqlı bina ucaldılır. Xatırlatmaq yerinə düşər ki, təməlqoyma mərasimində dövlət başçısı iştirak etmişdi. Sifarişçi "Re...
ANL
Berlində ermənilər tərəfindən keçirilən kitab təqdimatında həmyerlimiz Azərbaycanın ədalətli mövqeyini layiqincə müdafiə etmiş və rəqiblərini fakt qarşısında qoymuşdur. Berlindəki Avropa Akademiyasında Almaniyanın "Nomos" nəşriyyatında çapdan çıxmış "Dağlıq Qarabağ üçün həll variantları" ("Lösungsansatze für Berg-Karab...
ANL
Milli Kitabxanada Sabit Rəhmanın 100 illik yubileyi qeyd olunacaqdır. Dekabrın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli yazıçı-dramaturq Sabit Rəhmanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin...
ANL
Azərbaycanda ixtisaslaşdırılmış inzibati məhkəmələrin yaradılması günün zəruri tələblərindən irəli gəlir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə məhkəmə hüquq islahatlarının tərkib hissəsi kimi ölkəmizdə ixtisaslaşdırılmış inzibati məhkəmələri...
ANL
Heydər Əliyev Fondu Orta Ural ilə əməkdaşlığa başlayır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov ilə qubernator Aleksandr Mişarinin görüşündə humanitar əlaqələr mövzusu üstünlük təşkil etmişdir. Aleksandr Mişarin ...
ANL
Yüksək texnologiyalar və ali təhsil. Yeni minillikdə ölkə iqtisadiyyatının inkişaf bazasını yüksək texnologiyalar təşkil edəcəkdir. Bu texnologiyalar biliyə əsaslanan iqtisadiyyatın yaranması istiqamətində irəliyə doğru atılmış mühüm addımdır. Belə bir inkişaf elmi-texniki fəaliyyətin nəticələrinə, investisiyalara, inf...
ANL
Heydər Əliyev Fondu Yekaterinburqla sıx əməkdaşlıq edəcəkdir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Yekaterinburqdakı 1 nömrəli vilayət kliniki xəstəxanasının (VKUX) uşaq onkohematoloji mərkəzində olmuş və müasir xüsusi tibbi avadanlıqla təchiz edilmiş "Sobol" markalı tə...
ANL
Azərbaycanın müasir inkişaf strategiyası. Keçid dövrünü başa vurub modernləşmə prosesinin yeni keyfiyyət mərhələsinə transformasiya edən müstəqil Azərbaycanın bütövlükdə regionda ən qüdrətli dövlətlərdən birinə çevrilməsi elmi zəmin üzərində irəli sürülmüş milli iqtisadi inkişaf modelinə əsaslanır. Uğurla gerçəkləşdiri...
ANL
Özbəkistan Baş nazirinin müavini Bakı iplik fabriki ilə tanış olmuşdur. Özbəkistanın Milli Sərgisində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan bu ölkənin Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Eliyor Qəniyev dekabrın 4-də "MKT İstehsalat-Kommersiya" MMC-nin Bakı iplik...
ANL
Heç kəsin razı qalmadığı zirvə görüşü. ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi diqqət mərkəzində oldu. Dünyanın siyasi gündəmində ən çox diqqət cəlb edən məsələlərdən biri dekabrın 1-2-də Qazaxıstanın paytaxtı Astanada keçirilən ATƏT-in VII sammiti oldu. ATƏT-ə üzv və tərəfdaş ölkələrin axı...
ANL
Sosial-iqtisadi inkişaf insan amilinin yüksəlişinə xidmət edir. Azərbaycanda elmi əsaslarla həyata keçirilən sosialyönümlü iqtisadi siyasət bu sahədə yeni keyfiyyət göstəricilərinin əldə olunması, regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, fayd...
ANL
Xarici ticarət dövriyyəsinin 17,4 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,1 milyard dollarını ölkəmizə gətirilmiş məhsullar təşkil edib. Ölkəmizin əsas ticarət partnyorları İtaliya, Fransa, İsrail, ABŞ, Rusiya, Ukrayna, İndoneziya, Türkiyə və bir sıra başqa dövlətlərdir.
ANL
Türkiyədə keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisində Azərbaycan da təmsil olunmuşdur. "NTSR Fuarçılıq" şirkətinin təşkilatçılığı ilə Antalya şəhərində keçirilən Avrasiya və Türkiyənin ən böyük kənd təsərrüfatı sərgisi olan "10-cu Beynəlxalq bağçılıq, gülçülük və kənd təsərrüfatı texnologiyaları (Growtech Eurasia ...
ANL
Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə. Hörmətli Dmitri Anatolyeviç! 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi hüququnun əldə edilməsi münasibətilə Sizi və bütün Rusiya xalqını ürəkdən təbrik edirəm. Şadam ki, Rusiya yenidən dünya və idman ictimaiyyətinin cazibə mərkəzinə ç...
ANL
Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi İsraildə meşə yanğınları ilə əlaqədar bu ölkəyə iki helikopter göndərmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) İsraildə meşə yanğınları ilə əlaqədar bu ölkəyə iki helikopter göndərmişdir. FHN-in avi...
ANL
Qətər Dövlətinin Əmiri əlahəzrət şeyx Həməd bin Xəlifə Al Taniyə. Əlahəzrət! 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətər Dövlətində keçirilməsi barədə FİFA İcraiyyə Komitəsinin qərarı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qərar ölkənizin hərtərəfli inkişafına, beynəlxalq və regional məsələlərin həllində fə...
ANL
Tailandın Kralı Əlahəzrət Bhumibol Adulyadejə. Əlahəzrət! Tailandın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğ...
ANL