text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İordaniyanın Kralı əlahəzrət II Abdullaha. Əlahəzrət! Əziz qardaşım! Babanızın vəfatı barədə xəbər məni son dərəcə kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.
ANL
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul etmişdir. Dekabrın 3-də Azərbaycan Respublikasının Nazirlər Kabineti "2011-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul etmişdir. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. Bu qərar imzala...
ANL
Jurnalistlərin böyük dostu. Müsəlman Şərqində yaranan ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi 1918-ci ilin 15 sentyabrında fəaliyyətə başlamış "Azərbaycan" qəzeti o dövrün mətbu orqanları arasında daha çox dövlətçilik maraqlarının və demokratik ideyalarının tərənnümçüsü olması i...
ANL
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib. Dünən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib. Sessiya iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mə...
ANL
Moskvada "Tahir Salahovun Şərqi musiqi interyerində" adlı sərgisi açılmışdır. Moskvadakı M.İ.Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin iştir...
ANL
Azərbaycanın Baş naziri Bakıda keçirilən Özbəkistanın ilk milli sərgisi ilə tanış olmuşdur. Dekabrın 3-də Azərbaycanın Baş naziri Artur Rasizadə Bakı Sərgi Mərkəzində Özbəkistanın ilk milli sərgisi ilə tanış olmuşdur. AzərTAc xəbər verir ki, Özbəkistan Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiyalar və ...
ANL
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir. "Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir. Bu fikir Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenicə çapdan çıxm...
ANL
Yenidənqurma işləri davam edir. Ötən əsrin ortalarında istismara verilmiş "Mingəçevir SES silsiləsi"nin ikinci pilləsini "Varvara" SES təşkil edir. Silsilənin uzunmüddətli istismarı onun vaxtaşırı yenilənməsi zərurətini yaradır. Ölkəmiz müstəqillik qazandıqdan sonra "Mingəçevir" SES-in hidroaqreqatından 4-ü tamamilə ye...
ANL
Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində olmuşdur. Səfər çərçivəsində L.Əliyeva Rusiyanın Ural ...
ANL
Bakıda "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri" mövzusunda beynəlxalq elmi konfrans başa çatmışdır. Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın...
ANL
AMEA İqtisadiyyat İnstitutunda hesabat yığıncağı keçirilmişdir. Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda bu elm ocağının beşillik (2006-2010) və son birillik fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İnstitutun direktoru, professor İsa Alıyev hesabat məruzəs...
ANL
Bakıda Özbəkistanın ilk milli sərgisi açılmışdır. Dekabrın 3-də Bakı Sərgi Mərkəzində Özbəkistan Respublikasının ilk milli sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, açılış mərasimində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov çıxış edərək xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrindən danışaraq ...
ANL
Ağsuda sosial-iqtisadi layihələr uğurla icra edilir. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı çıxışlarının birində xüsusi vurğulamışdır ki, regionlarda işlər müsbət istiqamətdə gedir, bütün şəhərlərimiz abadlaşır, gözəlləşir, müasirl...
ANL
İnsan əməyinin nəticələri göz oxşayır. Regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında Qəbələ rayonu, o cümlədən Qəbələ şəhəri ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilir. Şəhərdə daxili imkanlar hesabına görülən abadlıq-quruculuq işləri də geniş vüsət alıb. Təbiətən gözəl olan...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvaya gəlmişdir. Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya gəlmişdir. MDB-nin üzvü olan ölkələrin ...
ANL
İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Mişelin Kalmi-Reyə. Hörmətli xanım Prezident! İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-İsveçrə münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, dostluq əlaqələrimiz, çoxşaxəli ...
ANL
"İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimi keçirilmişdir. Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində "İnkişafın Azərbaycan modeli" kitabının təqdimatı keçirilmişdir. Dövlət və hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, müxtəlif siyasi partiyaların təmsilçilərinin, elm xadimləri və ictimaiyyət nü...
ANL
Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə irəliləyir. Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Ölkəmiz bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Dünyada şöhrət tapmış dövlət xadimləri, siya...
ANL
Füzulidə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Füzuli rayonunda hörmət və ehtiramla yad edilmişdir. Milli Məclis Sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov, ictimaiyyətin nümayəndələri...
ANL
Ulu öndərin zəngin irsi milli sərvətimizdir. Yasamal rayonundakı Heydər Əliyev Məktəb-Muzeyi. gənclərin azərbaycançılıq ruhunda tərbiyəsində misilsiz xidmət göstərir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi və dövlətçilik irsinin, həyatı və çoxşaxəli fəaliyyətinin şagird və tələbələr tərə...
ANL
Moskvada MDB üzvü olan dövlətlərin nümayəndələrinin uzlaşdırıcı müşavirəsi keçirilmişdir. MDB İcraiyyə Komitəsinin Moskva bölməsində MDB üzvü olan dövlətlərin Birliyin Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının növbəti iclaslarının müzakirəsinə çıxarılan sənədlərin layihələrinə baxılması üzrə nümayə...
ANL
Moskvada MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası olmuşdur. Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası olmuşdur. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak etmişdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçən iclasda 18-dək sənədin layih...
ANL
Türkiyə parlamentində ulu öndər Heydər Əliyevin xatirəsi yad edilmişdir. Türkiyə Böyük Millət Məclisinin dekabrın 9-da keçirilmiş geniş iclasında Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin xatirəsi yad edilmişdir. İclasda söz alan Türkiyə parlamentinin İğdırdan olan millət vək...
ANL
Meksikada ulu öndər Heydər Əliyev haqqında ilk ispandilli internet saytı fəaliyyətə başlamışdır. Azərbaycanın Meksikadakı səfirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin yad olunması ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində internet səhifəsini (www.heydar-aliyev.mx) ...
ANL
Azərbaycan Televiziyası ulu öndərin titanik fəaliyyətinin təbliğində həmişə önəmli rol oynamışdır. Böyük azərbaycanlı Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən dövrü Azərbaycan Televiziyası və Radiosu ilə sıx bağlı olub. Ölkədə yalnız Azərbaycan teleradiosu Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütün dövrlə...
ANL
Görkəmli yazıçı və pedaqoq Mir Cəlalın Bişkekdə qırğız dilində çap olunmuş üçcildlik "Seçilmiş əsərləri" Qırğızıstan Milli Kitabxanasına verilmişdir. Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev Bişkekdə fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən görkəmli yazıçı və pedaqoq Mir Cəlalın ...
ANL
Görkəmli iqtisadçı alim, yaradıcı pedaqoq. Azərbaycan iqtisad elminin inkişafında əvəzsiz xidmətlər göstərmiş görkəmli alimlərdən biri AMEA-nın müxbir üzvü, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu ...
ANL
Azərbaycan nağılları uşaq illüstrasiyalarında. Uşaq və yeniyetmələrdə Azərbaycan xalq nağıllarına marağı artırmaq, onların bu ədəbi-bədii nümunələrə münasibətlərini öyrənmək və yaradıcı potensiallarını üzə çıxarmaq, gənc rəssamların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədi daşıyan "İnkişaf və Düny...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir. Dekabrın 10-da Rusiyanın paytaxtı Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iclasda iştirak edə...
ANL
Burkina-Fasonun Prezidenti zati-aliləri cənab Blez Kompaoreyə. Hörmətli cənab Prezident! Burkina-Fasonun milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında yaranmış münasibətlər daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Sizə möh...
ANL
Ulu öndər Heydər Əliyevin ruhu hər zaman Azərbaycan üzərində dolaşacaq, xatirəsi hər bir azərbaycanlının ürəyində yaşayacaqdır. Dekabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü münasibətilə Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində tədbir keçirmişdir. Tədbirdə dövl...
ANL
Onkouroloqların Bakıda keçiriləcək Beynəlxalq simpoziumunun iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar. Onkouroloqların Bakıda keçiriləcək Beynəlxalq simpoziumunun iştirakçıları dekabrın 10-da Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondu...
ANL
Milli Aviasiya Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir. Dekabrın 10-da Milli Aviasiya Akademiyasında (MAA) ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Əvvəlcə mərasim iştirakçıları akademiyanın tədris binasının foyes...
ANL
Elmi əsaslara söykənən davamlı inkişaf strategiyasının müəllifi. Azərbaycanın özü qədər əbədi. Tarixən dövlətlərin gücü və qüdrəti, ilk növbədə, onların inkişaf səviyyəsi ilə müəyyənləşmişdir. Dinamik inkişaf yolunda olan dövlətlər məqsədlərinə doğru inamla irəliləmiş, dünya miqyasında söz sahibinə çevrilmişlər. İnkişa...
ANL
İnam məktəbi. Azərbaycanın özü qədər əbədi. Tarixi və mədəni hadisələrin məsafə uzaqlığında Azərbaycanın taleyində ümummilli lider Heydər Əliyevin xidmətləri daha aydın, daha parlaq görünməkdədir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, mənəviyyatının qüdrətli himayədarı olan ümummilli liderin xalqa bu yöndən xidmət ...
ANL
Nəsillərin birindən digərinə əmanət qalan nə varsa, zaman keçdikcə tarixi əhəmiyyət daşıyır. Belə yadigarlar təkcə təbiətin bəxş etdiyi sərvətlər deyil. Tarixi abidələr, milli memarlıq nümunələrindən olan karvansaralar da bu sıraya daxildir. İki məfhumu - karvan və sarayı özündə birləşdirən bu ifadə günümüzdə qonaq evi...
ANL
Orta məktəblərdə musiqi fənninin tədrisi qaneedici deyil. Dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus fikirdir: "...Balalarımıza təkcə xalq musiqimizi deyil, eyni zamanda dünya klassik musiqi nümunələrini dinləməyi öyrətmək lazımdır". Təbii ki, kütləvi musiqi tərbiyəsinin əsası orta məktəblərdə qoyulur. Təqdirəlayiq haldır...
ANL
Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından ye...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev məşhur fransız aktyoru Jerar Depardyeni qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də məşhur fransız aktyoru Jerar Depardyeni qəbul etmişdir. Jerar Depardye ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin mə...
ANL
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Fövqəladə halların qarşısının alınmasında və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa, xidməti vəzifələrini...
ANL
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin a...
ANL
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşına "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsində, ...
ANL
Ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və bir sıra digər birinci instansiya məhkəmələrinin sədrlərinin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Aşağıdakı şə...
ANL
"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təs...
ANL
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, Ağdam, Lənkəran, Qazax və Sumqa...
ANL
Nazirlər Kabineti son vaxtlar bir sıra mühüm qərarlar qəbul etmişdir. Ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, sosial sferanın və infrastrukturun təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlarının icrasını təmin et...
ANL
Azərbaycan və Litva ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir. Dekabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Seyminin Xarici işlər komitəsinin sədri Emanuelis Zingerisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Milli Məclisin Sədri dedi ki, Azərbaycan və...
ANL
Həştərxanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılmışdır. Dekabrın 12-də Həştərxandakı parkda ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi önündə dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasimdə Həştərxan hökumətinin rəhbərliyi, vilay...
ANL
Ötən 5 ildə Milli Məclisin Sosial siyasət komitəsinin fəaliyyəti məhsuldar olmuşdur. Dekabrın 13-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin ötən beş il ərzindəki fəaliyyəti barədə qısa məlumat verdi. Milli Məclis ...
ANL
Azərbaycan-Litva əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dekabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Litva Seyminin nümayəndə heyəti ilə görüşmüşdür. Əli Hüseynov bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropaya fəal surətdə inteqrasi...
ANL
Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Festival çərçivəsində ilk konsert Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ithaf olunmuşdur. Dekabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç festivalının...
ANL
Azərbaycan özünəməxsus inkişaf yolu sayəsində dünyanın yeni iqtisadi fenomeninə çevrilir. Akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimində bu barədə ətraflı söhbət getdi. Qlobal böhranın mənfi təsirlərindən səmərəli şəkildə sığortalanaraq sosial-iqtisadi moder...
ANL
Pekində Azərbaycan xam neftinin Çinə nəqli üzrə anlaşma memorandumu imzalanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qurumun prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına (ÇXR) və Sinqapura səfər etmişdi...
ANL
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitu...
ANL
Sinqapurda "Bakı gəmiqayırma zavodu MMC" birgə müəssisəsinin təsis müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qurumun prezidenti Rövnəq Abdullayevin Sinqapura səfəri çərçivəsində bu ölkənin Keppel Offshore and Marine (KOM) şirkəti, ARDNŞ...
ANL
Dünya şöhrətli fransız aktyoru Jerar Depardye Azərbaycanda Aleksandr Düma haqqında çəkiləcək filmdə baş rolda oynamaq niyyətindədir. Bakıda keçirilən IV Beynəlxalq Rostropoviç festivalında iştirak etmək üçün Azərbaycana gəlmiş məşhur fransız aktyoru Jerar Depardye dekabrın 13-də Mədəniyyət və Turizm Nazirliyində olmuşd...
ANL
Düşmən qarşısında etibarlı sipərdir Sədərək. Bu il sərhəd rayonunda böyük həcmdə tikinti-quruculuq işləri aparılıb. Sədərək əhalisinin sayı baxımından ölkəmizin ən kiçik rayonudur. Sədərək və Qarağac kəndlərində 12 min nəfərə yaxın əhali yaşayır. Sədərək 3 xarici dövlətlə həmsərhəddir. Ermənistanla 24 kilometrlik sərhə...
ANL
Ən böyük azərbaycanlı. Azərbaycanın özü qədər əbədi. Dünyanın ən böyük azərbaycanlısı bu müraciətində həm də uğurlu fəaliyyətinin, daha doğrusu, Azərbaycanın qazandığı zəfərlərin formulunu belə açıqlayırdı: "Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbər...
ANL
Astana sammiti:hüquqi müstəvidə irəliləyiş, praktik müstəvidə durğunluq. Nəhayət, Ermənistan prezidenti Serj Sərkisyan prezidentlər Medvedyev, Obama və Sarkozinin 2009-cu ilin iyulun 10-da Akvildə və 2010-cu il iyunun 29-da Muskokda imzaladıqları bəyanatların əsasında münaqişənin həllinə razı olduğunu öz imzası ilə təs...
ANL
Antiazərbaycançı şəbəkə xalqımıza və dövlətimizə qarşı erməni lobbisi ilə yanaşı sapı özümüzdən olan siyasi buqələmunların xidmətindən də yararlanır. Müasir beynəlxalq hüquq məkanında Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlər müstəqil subyekt olaraq fəal siyasət yürütməsi, milli maraqlar çərçivəsində çevik fəaliy...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Alain Quidettini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alain Quidettini ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Jolt Çutoranın etimadnaməsini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranın etimadnaməsini qəbul etmişdir. Səf...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorferin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Avstriyanın OMV Şirkəti İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorferin başçılıq etdiyi nüma...
ANL
Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda. siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da...
ANL
Nazirlər Kabineti daha iki qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti daha iki qərar qəbul etmişdir. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərb...
ANL
AZƏRBAYCANIN BAŞ ZİYARƏTGAHI. Ölkəmiz üçün kifayət qədər mürəkkəb sayılan taleyüklü bir dönəmdə xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən, müasir Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi tarixdə silinməz iz qoymuşdur. Məhz ümummilli ...
ANL
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva məşhur moda ustası Pyer Kardenin yaradıcılıq muzeyində olmuşdur. YUNESKO-nun 65 illiyi ilə bağlı keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Parisə səfərə gələn Azərbaycanın birinci xanımı...
ANL
Bakıda Beynəlxalq onkourologiya simpoziumu keçirilmişdir. Dekabrın 11-də Bakıda Beynəlxalq onkourologiya simpoziumu keçirilmişdir. AzərTAc xəbər verir ki, simpoziumda Azərbaycan, Türkiyə, Rusiya, Belarus və Almaniyadan mütəxəssislər də iştirak etmişlər. Tədbirdə görkəmli alim, akademik Mirməmməd Cavadzadənin xatirəsi b...
ANL
Azərbaycan regionun ən çox inkişaf etmiş ölkəsidir. Dekabrın 14-də Milli Məclisdə "Lissabon müqaviləsi: ümumi xarici siyasət və Avropa İttifaqının təhlükəsizlik siyasəti - qərarların qəbulu mexanizmi və inkişaf meyilləri" mövzusunda "dəyirmi masa" keçirildi. Tədbir Azərbaycan Respublikası Milli Məclisi ilə Litva Seymin...
ANL
Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbayca...
ANL
Naxçıvan intibah yolundadır. Tarixi təcrübə sübut edir ki, xalqların təşəkkül tapmasında, istiqlal mücadiləsində və dövlət quruculuğu prosesində hər hansı bölgə dinamik mərkəz rolunu oynayır və həmin regionun taleyi böyük ölçüdə millətin taleyi ilə xarakterizə olunur. Bu baxımdan Naxçıvan bölgəsinin Azərbaycanın həm qə...
ANL
Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinə fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: "Əməkdar Dövlət Qulluqçusu". Axundov Fikrət Xosr...
ANL
Azərbaycan özünəməxsus inkişaf yolu sayəsində dünyanın yeni iqtisadi fenomeninə çevrilir. Akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabının təqdimat mərasimində bu barədə ətraflı söhbət getdi. Müstəqil respublikamız son illərdə bütün sahələrdə dinamik inkişaf yolu keçmiş, ictimai h...
ANL
Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: "Tərəqqi" medalı ilə. Hümbətova Pakizə Ərşad qızı. İbadov Adəm Bəhlul oğlu. Məmmədov Us...
ANL
Tarixi saxtalaşdırmaq istəyənlərə tutarlı elmi cavab. Ən böyük hakim olan zaman insanlara həm də müəyyən müddətdən sonra keçilən yolun gerçəkliklərini obyektiv dəyərləndirmək - səhvlərdən öyrənib ibrət götürmək, uğurlu nəticələrdən bəhrələnmək imkanı verir. İyirminci ilinə adlayan çağdaş müstəqillik tariximizə bu həqiq...
ANL
S.B.İxiilovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə Semyon Borisoviç İxiilov "Azərbaycan Respublikası Prezidentinin...
ANL
Məşhur fransız aktyoru Jerar Depardye Heydər Əliyev Fondunda olmuşdur. Məşhur fransız aktyoru Jerar Depardye dekabrın 14-də Heydər Əliyev Fondunu ziyarət etmişdir. Aktyora ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri haqqında məlumat verilmişdir. Bildirilmişdir ...
ANL
Türkiyə, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri ilə ikitərəfli münasibətlər müzakirə olunmuşdur. Xəbər verdiyimiz kimi, xarici işlər naziri E.Məmmədyarov Aşqabad şəhərində keçirilən və Türkmənistanın bitərəfliyinin 15 illiyinə həsr olunmuş "Türkmənistanın daimi bitərəfliyi - sülh, inkişaf və təhlükəsizlik ...
ANL
Pakistanın nüfuzlu "Daily İttehad" qəzetində ulu öndər Heydər Əliyevdən bəhs edən məqalə dərc olunmuşdur. Pakistanda urdu və ingilis dillərində nəşr edilən nüfuzlu "Daily İttehad" qəzetinin 13 dekabr tarixli nömrəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar ulu öndərin həya...
ANL
Levent Albayrak: Azərbaycanda tibb sahəsinin inkişafına çox böyük diqqət yetirilir. Azərbaycanda tibb sahəsinin inkişafına çox böyük diqqət yetirilir, səhiyyənin maddi-texniki bazası sürətlə möhkəmləndirilir. Bu sözləri dekabrın 11-də Bakıda keçirilmiş Beynəlxalq onkourologiya simpoziumunun iştirakçısı, türkiyəli profe...
ANL
Zümrüd hüsnün vurğunu. Həmkarları onu "təbiət alimlərinin qibləgahı" adlandırırdılar. Hər bir münasibətdə özünəməxsus ölçünü-biçini gözləyən, uşaqla uşaq, ahılla ahıl dilində danışmağı bacaran akademik Həsən Əliyev şəxsi keyfiyyətlərində bir çox yüksək məziyyətləri birləşdirə bilmişdi. Adilikdə adil, sadəlikdə böyük, s...
ANL
Demokratik inkişaf yolunun banisi. Hər bir xalqın, millətin ictimai şüurunda hakimiyyət anlayışı geniş kütlənin ürəkdən inandığı lider fenomenində real təcəssümünü tapır. Məhz buna görə də xalq özünün taleyüklü problemlərinin həllini həmişə güclü, qətiyyətli və ağıllı rəhbərin əzmkar fəaliyyəti, onun şəxsi və bənzərsiz...
ANL
Məcburi köçkünlərin müqəddəs saydıqları məkan. Ağdam rayonundakı Heydər Əliyev muzeyinin qapıları bu müqəddəs məkanı ziyarətə gələnlərin üzünə həmişə açıqdır. Ulu öndərin həyatının, fəaliyyətinin ən maraqlı məqamlarını özündə əks etdirən eksponatlarla zəngin olan muzeyə gələnlər çoxdur. Yaraşığı ilə göz oxşayan muzey b...
ANL
Elm dühası. Akademik Şəfaət Mehdiyevin adı hər bir azərbaycanlı ziyalısı üçün əzizdir. Ensiklopedik biliyə və geniş erudisiyaya malik olan alim görkəmli neftçi-geoloq olmaqla yanaşı, eyni zamanda jurnalist, yazıçı və ictimai-siyasi xadim idi. Ümummilli lider Heydər Əliyev xatirələrində Şəfaət Mehdiyevi istedadlı alim o...
ANL
Xeyirxahlıq missiyası. Heydər Əliyev Fondu ulu öndərin ölməz ideyalarını fəaliyyətində daim rəhbər tutur. Cəmiyyətdə mühüm siyasi prosesləri istiqamətləndirən, hadisələrin fövqündə dayanmaqla tarixi inkişafın gedişini əvvəlcədən müəyyənləşdirən böyük siyasi liderlər ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyə...
ANL
MONEYVAL-ın növbəti 34-cü plenar iclasında Azərbaycanla bağlı xüsusi bəyanat səslənmişdir. Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsinin (MONEYVAL) növbəti 34-cü plenar iclası keçirilmişdir. Qiymətli...
ANL
Ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsində xaricdə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin rolu böyükdür. Xəbər verildiyi kimi, dekabrın 9-10-da Qazaxıstanın Aktau şəhərində Qazaxıstan-Manqistau-Azərbaycan regional biznes-forumu keçirilmişdir. Biznes-forumun tədbirləri çərçivəsində təşkil edilmiş sərgidə ölkəm...
ANL
Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində növbəti konsert olmuşdur. Dekabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IV Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində "Moskva solistləri" Kamera Ansamblının konserti olmuşdur. Filarmoniyanın foyesində həmyerlimiz, dü...
ANL
Qətiyyətli rəhbər. Ulu öndər Heydər Əliyev idarəçilik bacarığına, hadisələri düzgün qiymətləndirmək və proqnozlaşdırmaq dəst-xəttinə, ensiklopedik zəkaya, ilahi yaddaşa malik fenomenal bir şəxsiyyətdir. Onun fövqəlbəşər bir siyasətçi olduğu hamıya bəllidir. Heydər Əliyev imperiyanın bütün ölkə boyu meydan suladığı dövr...
ANL
Türkiyə Cümhuriyyətinin mərhum Başbakanı Bülent Ecevit demişdir: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür". Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, dünya ölkələri ilə münasibətlərin ink...
ANL
Davamlı inkişafın təminatçısı. İntibah yolunda olan hər bir xalq gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün ilk növbədə konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Bu dəyərləndirmə fonunda həm də uzaq hədəflərə hesablanmış əməli siyasət yeridən, milli ink...
ANL
Milli dövlətçiliyimizin ideya mərkəzi. Bakının Nərimanov rayonu ərazisində son illərin müasir və göz oxşayan tikinti-quruculuq işləri sırasında öz möhtəşəmliyi ilə diqqət çəkən bir ünvan da var. Bu, ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dəri...
ANL
Mütərəqqi idarəetmə sisteminin müəllifi. Əsl həqiqət müqayisədə üzə çıxır. İllər bir-birini əvəzlədikcə yeni həyat gerçəklikləri keçilmiş yolun hər bir mərhələsinə parlaq işıq salır. Bu günün uğurları yaxın keçmişə dolğun və obyektiv qiymət vermək imkanı yaradır. Bu həqiqət işığında qəlbi daim vətən eşqilə döyünən böyü...
ANL
Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda anma mərasimi keçirilmişdir. Mərasimdə İran rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulluğunun kollektivi, şəhər ictim...
ANL
Misirin və ərəb dünyasının nüfuzlu qəzetlərində ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc olunmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin ərəb dünyasının nüfuzlu "Əl-Əhram-İnternational" və Misirin gündəlik "...
ANL
Azərbaycan Diplomatik Akademiyasında "Azərbaycan müstəqillikdən sonra" kitabının təqdimat mərasimi olmuşdur. Azərbaycan Diplomatik Akademiyasında (ADA) ABŞ-ın tanınmış Con Hopkins Universitetinin professoru, Orta Asiya və Qafqaz üzrə ekspert Svante Kornelin "Azərbaycan müstəqillikdən sonra" kitabının təqdimat mərasimi ...
ANL
Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ulu öndərin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir. Dekabrın 11-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ümummilli liderin vəfatının 7-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Əvvəlcə Azərbaycanın tə...
ANL
Ulu öndərin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün bəhrəsini verir. Sovet dövründə Azərbaycan idmançılarının beynəlxalq arenalarda daha fəal fərqlənmələrinə imkan yox idi. Buna baxmayaraq ölkəmizdə bütöv bir idman ənənəsi formalaşmışdı. İstər fərdi, istərsə də kollektiv idman növlərində fərqlənən idmançılarımız d...
ANL
İqtisadi inkişafın yüksəliş mərhələsi. Azərbaycanda son yeddi ildə həyata keçirilən böyük. infrastruktur layihələri ölkəmizin iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanda quruculuq prosesi sürətləndikcə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə sosial-iqtisadi inkişaf prioritetləri də mahiyy...
ANL
Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə. Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, zəngin ənənələrə malik Azərbaycan-Qazaxıstan dostluğu, qa...
ANL