text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bəhreynin Kralı əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə. Əlahəzrət! Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və ə...
ANL
Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Ağsu şəhərinə dağlardan su kəməri çəkilmişdir. Dövlət başçısı İlham Əliyevin "Ağsu rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2009-cu il 23 noyabr tarixli sərəncamına əsasən, Prezidentin Ehtiyat Fondundan...
ANL
Ağdamda Qarabağ müharibəsi əlilləri üçün fərdi evlər istifadəyə verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) vəsaiti ilə Ağdam rayonunun Çəmənli kəndində və Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri üçün tikilmiş üç fərdi ev istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə Ağdam R...
ANL
Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı mərasim keçirilmişdir. Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyeva tədbirdə iştirak etmişdir. Dekabrın 14-də Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı yubiley mərasimi keçirilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunu...
ANL
YAP Qadınlar Şurasının təşəbbüsü ilə Milli Məclisə seçilmiş qadın deputatlarla görüş keçirilmişdir. Dekabrın 15-də Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşəbbüsü ilə Milli Məclisə seçilmiş qadın deputatlarla görüş keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider, müasir müstəqil Azərb...
ANL
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Polad Bülbüloğluna Dövlət Sülh və Tərəqqi mükafatını təqdim etmişdir. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun sədri Polad Bülbüloğluna Qazaxıstanın birinci Pr...
ANL
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahında "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyasının onlayn fəaliyyəti təqdim edilmişdir. Dekabrın 15-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahında Dialoq ...
ANL
Məşhur fransız aktyoru Jerar Depardye Qəbələdə olmuşdur. Azərbaycanda səfərdə olan məşhur fransız aktyoru Jerar Depardye dekabrın 15-də Qəbələ rayonuna gəlmişdir. Qonaq rayondakı "Beltman" piano fabrikində olmuş, burada istehsal prosesi ilə yaxından maraqlanmışdır. Jerar Depardyeyə məlumat verilmişdir ki, ölkəmizdə sən...
ANL
Azərbaycanın neftayırma sənayesində əsaslı dönüş yaradan hadisə. Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl Bakı Neft Emalı Zavodunda ən müasir qurğu istismara verilmişdir. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu yarım əsrdən çoxdur fəaliyyət göstərir. Bu illərdə zavodun kollektivinin əldə etdiyi bütün uğurlard...
ANL
"Bakı Tikiş Evi" ASC yeni yüksəliş dövrünü yaşayır. Bu müəssisə 1937-ci ildən Volodarski adına tikiş fabriki kimi fəaliyyətə başlayıb. Burada hazırlanan kişi və qadın kostyumları, gödəkcələr, xəzdərili kürklər keçmiş Sovetlər İttifaqının müxtəlif şəhərlərində, bir sıra xarici ölkələrdə görkəminə, keyfiyyətinə görə yaxş...
ANL
Meşələr əmanətdir. İlk dəfə ədəbiyyatda "təbiət abidələri" termini məşhur alman təbiətşünası və səyyahı Aleksandr fon Humbolt tərəfindən işlənmişdir. Azərbaycanda akademiklər Həsən Əliyev, Validə Tutayuk, Budaq Budaqov təbiət abidələrinə min bir naxış vurublar. Bu "təbiət memarları" Azərbaycan təbiətinin, xüsusilə meşə...
ANL
Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi Rəşid Behbudov illərdir aramızda olmasa da, səsi həmişə bizimlədir. O, sadəcə müğənni, musiqiçi deyildi, millətini, yurdunu ürəkdən sevən böyük vətəndaş, ictimai xadim idi. İstedadı sayəsində şöhrət çox erkən onun ünvanını tapmışdı. Bu hələ heç bir müğənniyə nəsib olan...
ANL
Məşhur italyan bəstəkarı Cakomo Puççininin "Toska" operası dünyanın ən populyar on operası sırasına daxil edilmişdir. Bu yaxınlarda həmin tamaşa Azərbaycan Milli Opera və Balet Teatrında yenidən göstərilmişdir. Bəri başdan qeyd edək ki, operaya baxanlar həmin gün xoş ovqat yaşadılar. Onlara bu ovqatı xalq artistləri Az...
ANL
Uğurlu xarici investisiya siyasəti Azərbaycanı daha qüdrətli ölkəyə çevirir. Dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer alan Azərbaycan həyata keçirilən uğurlu siyasətin məntiqi nəticələrindən biri kimi sosial-iqtisadi tərəqqi sahəsində özünəməxsus mütərəqqi bir modelin əsasını yaradaraq günü-gündən qüdrət...
ANL
Prezidentin Mətbuat Xidmətinin məlumatı. Dekabrın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Telefon danışığı zamanı xanım Klinton "Wikileaks" saytı vasitəsilə Azərbaycan haqqında yayılan məlumatlarla bağlı dərin təəssüf...
ANL
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nı təsdiq etmişdir. Dekabrın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahıs...
ANL
Azərbaycanın Aktaudakı baş konsulluğunun himayəsi və "Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyası"nın (ABİA) maliyyə dəstəyi ilə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində nəfis şəkildə çap olunmuş...
ANL
Azərbaycanın müdafiə sənayesinin qüdrəti ildən-ilə artır. 17 dekabr Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günüdür. Azərbaycanda hərbi sənayenin yaranma tarixi sovet dönəmindən başlasa da, inkişafı tarixi respublikamızın öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı illərə təsadüf edir. Elə bir dövrə ki,...
ANL
Dünya azərbaycanlıları vahid amal ətrafında səfərbər olurlar. Londonda DAK-ın XI Qurultayı keçirilmişdir. Bu gün sürətlə inkişaf edən, mövcud olduğu regionun lideri statusunu daşıyan Azərbaycan beynəlxalq hüququn müstəqil, fəal subyekti kimi dünya miqyasında mövqeyi daim güclənən, nüfuzu yüksələn dövlətlər sırasında ye...
ANL
Vətəndaş mənafeyinə xidmət edən məhkəmə-hüquq islahatları. Müstəqil Azərbaycanın son illərdə demokratikləşmə, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq və ədliyyə islahatlarının respublikanın sosial-iqtisadi ...
ANL
Ordular üzbəsurət durmuşdular. Süvarilərin altındakı köhlən atlar fınxırıb dırnaqları ilə yeri eşir, yəhər-yüyəndən azad olub irəli şığımaq istəyirdilər. Bir az da keçəcəkdi və bir-birini tanımayan, heç vaxt üz-üzə belə gəlməmiş, sözləri çəpləşməmiş insanlar cəng meydanında sel kimi toqquşub bir-birini al-qana qəltan e...
ANL
qəhrəmanlıq balladasının təqdimatı olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətlər göstərmiş Milli Qəhrəman gizir Mübariz İbrahimovun, hərbi borcunu həyati təhlükə altında yerinə yetirərək igidlik göstərmiş baş leytenant Fərid Əhmədovun Vətən torpağına qovuşduqları vaxtdan 40 gün...
ANL
Bir vaxtlar dəmiryolçular qəsəbəsi kimi tanınan Hacıqabul indi abad şəhərə çevrilir. Ələt-Qazax magistral şose yolunun 52-ci kilometrliyindəki kiçik yüksəklikdən bir şəhər görünür. Bu, Hacıqabul rayonunun mərkəzidir. Qeyd edək ki, Hacıqabul Azərbaycanın inzibati coğrafiyasına daxil edilən yeni rayonlardandır. Qədim kar...
ANL
Paytaxtın yol infrastrukturu təzələnir. Başa vurmaqda olduğumuz 2010-cu ildə də Bakıda nəqliyyatın hərəkətində tıxacların aradan qaldırılması və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə müasir tələblərə cavab verən yeni yollar, yol qovşaqları, yeraltı keçidlər, körpülər istifadəyə verilib, bəzi küçə və prospe...
ANL
Davranış gözəlliyi şəhərin gözəlliyini tamamlamalıdır. Bakı dünyanın ən gözəl, müasir və yaraşıqlı şəhərlərindən birinə çevrilib. Bunu artıq biz bakılılar yox, şəhərimizə gələn minlərlə qonaq deyir. Onların arasında dünyanın tanınmış sənət adamları, ictimai-siyasi xadimləri və dövlət başçıları kifayət qədərdir. 30-40 i...
ANL
Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad etməyə hər an qadirdir. Azərbaycanın iqtisadi imkanları artdıqca hərbi potensialı da güclənir. Məhz sürətli iqtisadi inkişafın nəticəsidir ki, büdcədən ayrılan hərbi xərclər təxminən 20 dəfə artıb. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın müdafiə məqsədilə ayır...
ANL
Qətər Dövlətinin Əmiri əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taniyə. Əlahəzrət! Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Qətər dövlətlərarası münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkiş...
ANL
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir. Dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının növbəti iclası olmuşdur. Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda DNF-in 2011-ci il ...
ANL
İslam Konfransı Təşkilatı Gənclər Forumunun idarə heyəti "İl Foglio"nun böhtan xarakterli yazısı ilə bağlı bəyanatla çıxış etmişdir. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKT ilə affilə edilmiş beynəlxalq təşkilat) İstanbuldakı iqamətgahından AzərTAc-a daxil olmuş məlumatda bildirili...
ANL
"İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində konfrans-seminar işinə başlayıb. Tədbir Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə reallaşdırılıb. Dekabrın 17-də İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təş...
ANL
Konstitusiya Məhkəməsində Gənclər Təşkilatları Milli Şurasının üzvü olan qurumların nümayəndələri ilə görüş keçirilmişdir. Dekabrın 17-də Konstitusiya Məhkəməsində Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) üzvü olan qurumların nümayəndələri ilə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, Konstitusiya Məh...
ANL
Türk Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı ADU-da olmuşdur. Dekabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Türk Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı ilə universitetin tələbə-müəllim heyətinin görüşü keçirilmişdir. Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ADU-...
ANL
TürkPA ilə TÜRKSOY-un birgə əməkdaşlığı türkdilli ölkələrin ortaq fəaliyyətinə təkan verəcəkdir. Azərbaycanda səfərdə olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov dekabrın 17-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovla görüşmüşdür. AzərTAc xəbər verir ki, R.Həsənov qonağa TürkPA-nı...
ANL
Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç festivalı davam edir. Bakıda IV Beynəlxalq Mstislav Rostropoviç festivalı dekabrın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında növbəti konsert proqramı ilə davam etdirilmişdir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Mstislav Rostropoviç F...
ANL
Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrant Günü ilə əlaqədar tədbir keçirilmişdir. Dövlət Miqrasiya Xidmətində (DMX) 18 dekabr - Beynəlxalq Miqrant Günü ilə əlaqədar tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, DMX-nin rəisi Arzu Rəhimov tədbirdə çıxış etmişdir. Rəis demişdir ki, 1990-cı il dekabrın 18-də Birləşmi...
ANL
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili rusiyalı həmkarına müraciət etmişdir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova rusiyalı həmkarı Vladimir Lukinə müraciət edərək, Moskvada baş vermiş iğtişaşlarla bağlı narahatlığını bildirmiş, bu ölkədə yaşayan soydaşlarımızın...
ANL
Bir kəndin övladları. Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. Müxtəlif dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rolu olan bu kəndin - Tuğun tanınmış ziyalılarından, onun qürur və iftixar hissi doğuran tarixindən söhbət açacağıq. Azərbaycan Milli İstiqlal hərəkatı tarixində ictimai siyasi xadi...
ANL
"Kitabxanaşünaslıq və informasiya" jurnalı: elmi fikrin yeni nailiyyətidir. Bütün sahələrdə olduğu kimi, kitabxanaşünaslıq üzrə də elmi fikrin aprobasiyasında bir çox müxtəlif vasitələrlə yanaşı, dövri və ardı davam edən nəşrlərin xüsusi rolu vardır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu sahə üzrə dövri və ardı da...
ANL
Xalq artisti Rafiq Babayevin 75 illik yubileyinə həsr olunmuş layihələr hazırlanır. Yubileylə bağlı sənətkarın ailəsi bir sıra layihələr hazırlayır. Rafiq Babayevin qızı, musiqişünas Fərizə Babayeva AzərTAc-a bildirmişdir ki, yubiley ili çərçivəsində Rafiq Babayevin kompozisiyalarından ibarət yeni albom buraxılacaqdır....
ANL
Bakıda "Türkdilli xalqların musiqi alətləri" mövzusunda Beynəlxalq simpozium başa çatmışdır. Dekabrın 17-də Bakıda "Türkdilli xalqların musiqi alətləri" mövzusunda Beynəlxalq simpozium başa çatmışdır. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) və Azərbaycan Musiqi Mədəniyyəti...
ANL
Ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün görülən tədbirlər real nəticələr verir. Bu gün Azərbaycanda avtomobildən tutmuş kompüterəcən istehsal olunur. Neft və qaz təbii sərvət kimi həmin ehtiyatlara malik hər hansı ölkənin sosial-iqtisadi inkişafına səbəb yox, təkan olmalıdır. Bu, proqressiv iqtisadçılar...
ANL
Bəhreynin Kralı əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə. Əlahəzrət! Qardaşınız Şeyx Raşid bin İsa Al Xəlifənin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! İlham ƏLİYEV, Azərbaycan Respublika...
ANL
Uğurlu xarici siyasət modeli. Son yeddi ildə ölkə rəhbərliyi tərəfindən aparılan xarici siyasət Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü təmin etmişdir. "Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı İlham Əliyev ölkəmizin mürəkkəb g...
ANL
M.Lomonosov adına MDU-nun Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir. M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Müasir riyazi təhsilin problemləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Toplantıda M.Lomonosov adına Moskva Dövlət Universitetinin...
ANL
Rəsmi Qahirə Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi maraq göstərir. Misir Ərəb Respublikasının (MƏR) neft naziri Samih Fehminin dəvəti ilə sənaye və energetika naziri Natiq Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti dekabrın 14-dən 17-dək İsgəndəriyyə və Qahirə şəhərlərində səfərdə olmuş...
ANL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidə xeyriyyə aksiyası keçirilmişdir. AzərTAc xəbər verir ki, Fondun təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstan İş Adamları Birliyinin təşkilatçılığı ilə 1 nömrəli uşaq evində keçi...
ANL
Heydər Əliyev adına Bakı neft emalı zavodunda katalitik-riforminq qurğusunun işə salınmasının 30 illiyi qeyd olunmuşdur. Dekabrın 18-də Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) yüksək oktanlı benzin komponenti istehsal edən katalitik-riforminq qurğusunun işə salınmasının 30 illiyi ilə əlaqədar tədbir keçiri...
ANL
Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının iclası keçirilmişdir. Moskvanın "Bakı" kinokonsert kompleksində Ümumrusiya Azərbaycanlıları Konqresinin Mərkəzi Şurasının ilin yekunlarına həsr olunmuş illik iclası keçirilmişdir. ÜAK-ın prezidenti, akademik Məmməd Əliyev Azərbaycan diasporunun nümayənd...
ANL
Bakıda aseptika və dezinfeksiya problemlərinə dair beynəlxalq seminar keçirilmişdir. Dekabrın 18-də Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda aseptika və dezinfeksiya problemlərinə dair beynəlxalq seminar keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyədən və İtaliyadan mütəx...
ANL
Azərbaycan Turizm İnstitutunda "Alternativ turizmin inkişafı" mövzusunda konfrans keçirilmişdir. Azərbaycan Turizm İnstitutunda (ATİ) "Alternativ turizmin inkişafı" mövzusunda konfrans keçirilmişdir. ATİ-dən AzərTAc-a bildirmişlər ki, konfransı giriş sözü ilə açan rektor, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ...
ANL
Azərbaycan Milli Məclisinin komitə sədri Belarus medalı ilə təltif edilmişdir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət daimi komitəsinin sədri, akademik Ziyad Səmədzadəni Fransisk Skorina medalı ilə təltif etmişdir. Belarus Prezidentinin mətbuat x...
ANL
Ürəklərdə yaşayan Kazım Qarabəkir paşa. "...Türk ordusunun, xüsusən də Kazım Qarabəkir paşanın adı Naxçıvanda çox böyük hörmət-ehtiramla yad edilir. Mənim əziz müəllimim Lətif Hüseynov da mənə demişdi: Heydər, əzizim, çalış düşmənlərin qarşısını al, Naxçıvana təcavüzə imkan vermə. Əgər 1918-ci ildə türk ordusu, general...
ANL
Şairin sənət idealı. Xalq şairi Nəriman Həsənzadə illərdir ki, oxucuların çox sevdiyi və müntəzəm oxuduğu, ədəbi tənqidin yüksək dəyərləndirdiyi, həmkarlarının ehtiram göstərdiyi söz ustadlarından biridir. Şöhrətin sevinci, yaşın kədəri. Tərs kimi ikisi bir vaxta düşür, - deyən Nəriman Həsənzadə bir şair kimi elə maraq...
ANL
Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatına daha böyük töhfələr verir. Beynəlxalq Enerji Agentliyinin hesabatında ölkəmizin enerji ehtiyatlarından səmərəli istifadə etdiyi vurğulanır. Yeni yüzillikdə qloballaşmaqda olan müasir dünya qarşısında həlli kifayət qədər vacib əhəmiyyət daşıyan məsələlərdən biri də e...
ANL
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilmişdir. Brüsseldə Avropa İttifaqı (Aİ)-Azərbaycan Əməkdaşlıq Şurasının 11-ci iclası keçirilmişdir. Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycanı nazir müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsi...
ANL
Yaponiyanın milli bayramı şərəfinə. Dekabrın 8-də Yaponiyanın Azərbaycandakı səfirliyi Yaponiya imperatoru Akihitonun anadan olmasının 77-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Səfir Şusuke Vatanabe bildirmişdir ki, ölkə konstitusiyasına görə Yaponiya imperatoru yapon xalqının birlik rəmzidir və onun doğ...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən İsraildə meşə yanğınlarının söndürülməsində iştirak edən yanğınsöndürənlərimiz mükafatlandırılmışlar. Xəbər verdiyimiz kimi, bu yaxınlarda İsraildə insan tələfatı ilə nəticələnən irimiqyaslı meşə yanğınları baş vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşı...
ANL
Qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısı davam edir. Çadır düşərgələrinin ardınca fin qəsəbələrinin ləğvi istiqamətində addımlar atılır. Sosial-iqtisadi sahədə qazandığı nailiyyətlərlə, əsasını qoyduğu uğurlu inkişaf modeli ilə səciyyələnən Azərbaycanda əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlməkdədir. ...
ANL
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyətinə. Sizi - Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyətini və bütün işçilərini bu mədəniyyət ocağının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayı...
ANL
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının...
ANL
Heydər Əliyev partiyasında İlham Əliyev missiyası uğurla davam edir. "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər". Heydər Əl...
ANL
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı keçirilir. Azərbaycan Diplomatik Akademiyasında (ADA) xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı keçirilir. ADA-dan AzərTAc-a bildirmişlər ki, seminarda xarici universitetlərdə sosial elmlərin müxtə...
ANL
Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstana gəlmişdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-də Gürcüstana gəlmişdir. Allahşükür Paşazadə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisidəki büstü önünə gül-çiçək dəs...
ANL
Pakistanda dərc olunan "The Diplomatic İnsight" jurnalında Azərbaycan haqqında geniş məlumat verilmişdir. Pakistan İslam Respublikasında ingilis və ərəb dillərində dərc olunan nüfuzlu "The Diplomatic İnsight" jurnalının 2010-cu ilin dekabr ayındakı xüsusi buraxılışında Azərbaycanla bağlı geniş məqalə dərc olunmuşdur. A...
ANL
"Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması" layihəsi həyata keçirilir. AzərTAc xəbər verir ki, "Söz azadlığı müdafiə fondun"da işğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin direktorları ilə görüş keçirilmişdir. Fondun s...
ANL
Sosial-iqtisadi uğurlarla zəngin mərhələ. Son 7 ildə həyata keçirilən çoxşaxəli islahatların əsas qayəsində insan və şəxsiyyət amili dayanır. Yekunlaşmaq üzrə olan 2010-cu ildə əksər dünya ölkələrində qlobal böhranın təsirləri özünü qabarıq göstərsə də, respublikamızın daxili potensiala əsaslanmaqla həyata keçirdiyi in...
ANL
İnsan hüquq və azadlıqlarının etibarlı təminatına yönəlmiş məhkəmə-hüquq islahatları. Dövrün tələbi ilə səsləşən mütərəqqi hüquq islahatlarının aparılması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin olunması, qanunun aliliyi prinsipinin bütün səviyyələrdə qorunması vətəndaş cəmiyyəti quruculu...
ANL
Azərbaycanın məhkəmə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur. Hüquqi və demokratik cəmiyyət quruculuğunun başlıca şərtlərindən biri də yeni dövrün tələblərinə cavab verən hüquq islahatlarının reallaşması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin edilməsi, qanunun aliliyinin bütün səviy...
ANL
Çaylararası sivilizasiyalar qovuşanda. Naxçıvan Dövlət Universitetində "Sivilizasiyaların dialoqu: Nil çayından Araz vadisinədək" mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzi və Qahirə Univesiteti ilə birgə gerçəkləşdirilən simpozium universitet televiziyas...
ANL
Ulu öndərin dəyərləndirdiyi muzey. Tarixin səhifələrinə işıq salmaqla bələdçilik edən, qiymətli sənədlərin toplandığı və qorunduğu məbədlərin - muzeylərin rolu əvəzsizdir. Bu müəssisələr tarixin öyrənilib-öyrədilməsi, mədəni sərvətlərimizin toplanıb qorunması və təbliği ilə bağlı çox vacib işlər görür. Ümummilli lider ...
ANL
Onlar milli memarlıq nümunələridir. Hər bir dövrün özünəməxsus milli memarlıq xüsusiyyətlərini qoruyub saxlayan maddi mədəniyyət nümunələrindən olan sarayların digər yaşayış və ya inzibati binalarla oxşarlığı ilə yanaşı, fərqli cəhətləri də az deyil. Adlarına və daşıdıqları funksiyalara əsasən nağıllarda və əfsanələrdə...
ANL
Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalına yekun vurulmuşdur. Bakıda keçirilən IV Beynəlxalq Mstislav Rostropoviç festivalına dekabrın 19-da Heydər Əliyev Sarayında növbəti konsert proqramı ilə yekun vurulmuşdur. Sarayın foyesində M.Rostropoviçin həyat və yaradıcılığından bəhs edən sərgi açılmışdır...
ANL
Birinci Qəbələ Beynəlxalq rəsm sərgisi açılmışdır. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Birinci Qəbələ Beynəlxalq rəsm sərgisi açılmışdır. AzərTAc xəbər verir ki, Qəbələ şəhərindəki "Riverside" hotelində keçiril...
ANL
Azərbaycanın davamlı yüksəlişinə xidmət edən mükəmməl siyasət. Ölkəmizin insan inkişafı indeksi sahəsində qazandığı uğurların miqyası daha da genişlənir. Yeni yüzillikdə tərəqqi tempi daha da yüksələn müasir dünyada istənilən dövlətin inkişafını xarakterizə edən əsas göstəricilərdən biri də insanların həyat səviyyəsi i...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə telefonla zəng etmişdir. Prezident İlham Əliyev Gürcüstan Prezidentini doğum günü münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulamışdır. Mixe...
ANL
Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya. Hörmətli Aleksandr Qriqoryeviç! Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Belarusu əsrlər boyu sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, dövlə...
ANL
Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə təsdiq edildi. Milli Məclisin dekabrın 21-də keçirilən növbəti plenar iclası parlament rəhbərliyinin və deputatların Avropa Parlamentinin (AP) Ermənistan üzrə məruzəçisi, Polşadan olan deputat Tomaş Porebanın Dağlıq Qarabağa qanun...
ANL
Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında. Azərbaycan Respublikası Milli Məclisinin Qərarı. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü...
ANL
Ankarada Türkdilli Ölkələrin Media Forumu keçirilir. Dekabrın 21-də Türkiyə Baş nazirinin müavini Bülənd Arınçın himayəsi, Türkiyə Mətbuat, Yayın və İnformasiya Baş İdarəsi və Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ankaradakı "Rixos" otelində Türkdilli Ölkələrin Media Forumu işə başl...
ANL
Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı Ermənistanda getdikcə güclənməkdə olan dövlət faşizmi barədə həyəcan təbilidir. Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət heyətində AMEA-nın Tarix İnstitutunun təşəbbüsü ilə akademik Ramiz Mehdiyevin təzə çapdan çıxmış "Gorus...
ANL
"Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının növbəti nömrəsi çapdan çıxmışdır. AzərTAc xəbər verir ki, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının 2010-cu ildə növbəti nömrəsi çapdan çıxmışdır. Jurnalın bu nömrəsi AFSEA-nın prezidenti, akademik Ramiz ...
ANL
Danışıqlar prosesi Azərbaycanın milli maraqları çərçivəsində gedir. Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi, qlobal enerji-kommunikasiya layihələrini ciddi şəkildə təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və xalqın mənafeyinə uyğun həlli 2010-cu ildə də rəsmi ...
ANL
Bunu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) rəhbərliyi fondun İdarə Heyətinin iclasının yekunlarına dair Kiyevdə keçirilmiş mətbuat konfransında bildirmişdir. MDB və Baltikyanı ölkələr jurnalistlərinin Mətbuat Klubunun rəhbəri Roman Ağayev AzərTAc-a bildirmişdir ki, mətbuat konfransında DHƏF-in təşəbbü...
ANL
Bakı Dövlət Universitetində akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilir. Dekabrın 21-də Bakı Dövlət Universitetində (BDU) geologiya-mineralogiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə ...
ANL
Məhəmməd məscidində aparılmış muzey-konservasiya işlərinin yekunlarına həsr olunmuş seminar keçiriləcəkdir. Dekabrın 24-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidində aparılmış muzey-konservasiya işlərinin başa çatmasına həsr olunmu...
ANL
Amerikada Azərbaycan muğamı səslənir. Kaliforniyada Azərbaycan muğam ustalarının konserti böyük uğurla keçir. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və "Azərbaycan İnternəşnl" jurnalının birgə təşkil etdikləri konsertlər San-Diyeqoda və Los-Ancelesdə hərarətlə qarşılanmışdır. Azərbaycan Milli Konservatoriyasını...
ANL
Sözü ilə ucalan şəxsiyyət. Bir neçə onilliyə bərabər zaman kəsiyinin bu tayından boylananda vaxtilə dərs aldığımız - bizə universitet auditoriyalarında jurnalistikanın nəzəriyyəsini və məziyyətlərini öyrədən müəllimlərimizin böyüklüyünü və möhtəşəmliyini daha aydın görürük. Doğrusu, o zamanlar canlı korifeylərlə üz-üzə...
ANL
Görkəmli alim, istedadlı elm və təhsil təşkilatçısı. Xalqın mənəvi, intellektual potensialının formalaşmasında elm adamları aparıcı rola malikdirlər. Çünki onlar ilk növbədə öz ölkəsinin inkişafına çalışır, elmi kəşflər, ixtiralar edir, peşəkar kadrlar hazırlayır, ən əsası isə, ziyalı-vətəndaş vəzifəsini məsuliyyətlə y...
ANL
Milli kinonun yaradıcıları. Ssenarist, rejissor, yazıçı, əməkdar incəsənət xadimi, xalq artisti Həsən Seyidbəyli. Uzun illər Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri olmuş bu unudulmaz şəxsiyyət haqqında düşünəndə onun genişşaxəli yaradıcılıq yolu göz önündə canlanır. Kinorejissor kimi də, yazıçı kimi də çox uğ...
ANL
Azərbaycanın “İSR” Şirkətlər qrupu Bodrumun ən böyük turizim təsislərindən birini almışdır. 2010-12-20Yeni məhsul və layihələrAzərbaycanın özəl sektorunun ən iri qrumlarından biri olan “İSR” şirkətlər qrupu turizm sektoruna sərmayə yatırmaqda davam edir. Bakıda 3 hotelə malik olan şirkətlər qrupu Türkiyədə 2 hotel əldə...
ANL
İstanbulun Atatürk Beynəlxalq hava limanında qarşılanma. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak etmək üçün dekabrın 22-də Türkiyə Respublikasına səfərə gəlmişdir. İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzi...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü. Dekabrın 22-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur. Görüşdə ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü. Dekabrın 22-də İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin h...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü. Dekabrın 22-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur. Ölkələrimiz arasında strateji tərəfdaşlığa söykənən dostluq münasibətlərinin uğurla inkişaf etdiyin...
ANL
Dövlət və hökumət başçılarının şərəfinə. İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak etmək üçün Türkiyədə səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə dekabrın 22-də İstanbulun "Dolmabaxça" sarayında Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından qəbul təşkil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ...
ANL
Yaponiyanın İmperatoru əlahəzrət Akihitoya. Əlahəzrət! Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan-Yaponiya münasibətləri dinamik inkişaf yolundadır. Əminəm ki, ölkələrimizi ...
ANL
İstanbulda İƏT ölkələri xarici işlər nazirlərinin toplantısı keçirilmişdir. İstanbuldakı "Çırağan" sarayında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının XI Sammiti ərəfəsində xarici işlər nazirlərinin 19-cu toplantısı keçirilmişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov toplantı...
ANL
Azərbaycan torpaqlarının işğalı İƏT regionunda inkişaf, sabitlik və tərəqqinin bərqərar olmasına böyük maneələr törədir. Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 22-də nazir Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən Xarici İşlər N...
ANL
AMEA-da görkəmli alim, akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində geologiya-mineralogiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Şəfaət Mehdiyevin 100 illiyin...
ANL
Türkdilli Ölkələrin Media Forumu başa çatmışdır. Türkiyə Mətbuat, Yayın və İnformasiya Baş İdarəsi və Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ankarada Türkdilli Ölkələrin Media Forumu dekabrın 22-də öz işini davam etdirmişdir. Forumun "Türk dünyasında media" mövzusunda iclasında çıxış...
ANL