text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: "Şöhrət" ordeni ilə. Bəkirov Seyfəddin Seyfi oğlu. Məlikqasımov Vaqif Zirəddin oğlu. Nəsirov ... | ANL |
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin: Bədəlov Bədəl Şamil oğlu. Hüseynov İnayət Məhəm... | ANL |
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıra... | ANL |
Azərbaycanla Avropa ölkələri arasında enerji sahəsində yeni iş birliyinin təməli qoyuldu. AGRİ təbii qazın nəqlinin şaxələndirilməsi axımından prioritet layihələrdən biridir. Qloballaşan çağdaş dünyamızda bütün ölkələrin milli təhlükəsizliyinin ayrılmaz və əsas tərkib hissələrindən biri enerji təhlükəsizliyinin təmin o... | ANL |
Əhalinin sosial müdafiəsi daha da gücləndirilir. Azərbaycan xalqının mənafeyinə uyğun sosial-iqtisadi siyasətin yürüdülməsi, çevik idarəçilik mexanizminin formalaşdırılması, mövcud imkanlardan ölkə vətəndaşlarının rifahı naminə maksimum istifadə müasir tariximizin son 7 illik dövrünü səciyyələndirən xarakterik xüsusiyy... | ANL |
Sabitlik, tərəqqi və davamlı yüksəlişin uğurlu təməli. 16 il əvvəl "Əsrin müqaviləsi"nin imzalanması ilə əsası qoyulan yeni neft strategiyası Azərbaycanın davamlı inkişafına ciddi təminat yaratmışdır. İctimai həyatın bütün sahələrində yüksək tərəqqi və intibaha imza atan, qarşıya qoyduğu strateji hədəflərə doğru inamla... | ANL |
Böyük şəxsiyyətlər, həqiqi elm fədailəri yaşadıqları mühitin hüdudlarına sığmırlar. Onlara insanlığın zirvəsi, bitib-tükənməyən örnək məktəbi desək, yanılmarıq. Çünki belə şəxsiyyətlər həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Bu ... | ANL |
Azərbaycan-Rusiya əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya ilə münasibətlər zəminində əldə edilmiş nəticələr son dərəcə əhəmiyyətlidir. Diplomatik münasibətlərin uğurla qurulmasında xalqların mədəni-tarixi b... | ANL |
"Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı bənd BMT Baş Məclisinin 65-ci sessiyasının gündəliyinə salınmışdır. Bu həftə BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası öz işinə başlamışdır. Birləşmiş Millətlər Təşkilatının üzvü olan Azərbaycanın bu sessiyadan gözlədik... | ANL |
"Kaspi" Təhsil Mərkəzi fəaliyyətini genişləndirir. Sentyabrın 18-də "Kaspi" Təhsil Mərkəzinin yaradılmasının üçilliyinə, onun nəzdindəki abituriyent şöbəsinin isə ikiillik hesabatına həsr olunmuş tədbir keçirilmişdir. Ənənəvi olaraq hər il keçirilən hesabat tədbirinin məqsədi isə tədris ili ərzində görülən işlər, qarşı... | ANL |
"Üzeyir Hacıbəyli-125" Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi olmuşdur. Sentyabrın 18-də Heydər Əliyev Sarayında "Üzeyir Hacıbəyli-125" Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Sarayın foyesində dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən fotoşəkillər, materialla... | ANL |
Məntiq şikəstliyi. Şikəstlik deyən kimi cismani şikəstliyi düşünürük. Çox vaxt belə şikəstlikdə insanın özünün günahı olmur, olsa da, az olur. İmkanı olan hər kəs belə şikəstliyin müalicəsi üçün çalışır, onu düzəltmək istəyir. Bu, məntiq şikəstliyidir, düşüncə tərzinin şikəstliyidir. Bu şikəstlik o saat nəzərə çarpmır.... | ANL |
Qəhrəman kəşfiyyatçının dastanı. Xocavəndin Muğanlı kəndinin yağı tapdağına çevrilməməsində Mövsüm Hüseynovun oğulları böyük igidlik göstərmişdi. Ailənin böyük oğlu Eyvazın sayəsində kənd camaatı düşmənin qarşısını almaqdan ötrü əvvəlcədən yaxşı təşkilatlanmışdı. Elə bu addım kənddə yenə Eyvazın rəhbərliyi altında könü... | ANL |
Müdrikliyin və mənəviyyatın zirvəsində. Tarix boyu hər bir millətin bəşəri miqyasda tanınmasında, məşhurlaşmasında və mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanı... | ANL |
Macarıstan mətbuatı Bakıda keçirilmiş AGRİ sammitini geniş işıqlandırmışdır. Macarıstan kütləvi informasiya vasitələri sentyabrın 13-14-də Bakıda keçirilmiş AGRİ sammitinə böyük maraq göstərmişlər. Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətinin KİV-lə apardığı işin nəticəsi olaraq AGRİ sammiti ölkə mətbuat... | ANL |
Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə dərin ehtiram. Bakıda Milli Musiqi Günü təntənə ilə qeyd edilmişdir. Sentyabrın 18-də Bakı Musiqi Akademiyasının qarşısında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə və Milli Musiqi... | ANL |
Dahilərə güllə atmazlar və ya Üzeyir bəyin görmədiyi Qarabağ. Nə vaxtsa doğulub boya-başa çatdığı torpaqlarda indi yağılar at oynadır, müqəddəs şəhərini, evini murdar ayaqlar tapdalayıb xaraba qoyur, heykəlini, bir də xatirəsini güllələyirlər. Ümumiyyətlə, dahilərə, bir də peyğəmbərlərə güllə atmazlar! Hansı dövrdə yaş... | ANL |
TürkPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər. Azərbaycanda səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri sentyabrın 20-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin ... | ANL |
Şəhidlər xiyabanını ziyarət. Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri sentyabrın 20-də Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl... | ANL |
TürkPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri Heydər Əliyev Fondunda. Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv dövlətlərin parlament aparatlarının rəhbərləri sentyabrın 20-də Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildiri... | ANL |
TürkPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri İçərişəhərdə olmuşlar. Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbərinin müavini Berik Arın sentyabrın 20-də İçərişəhərlə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, Azərbaycan tari... | ANL |
"Neftçilər günü" münasibətilə Dənizkənarı Milli Parkda sərgi təşkil olunmuşdur. Sentyabrın 20-də Dənizkənarı Milli Parkda "Neftçilər günü" münasibətilə sərgi təşkil olunmuşdur. Baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) pre... | ANL |
"İki sahil" qəzetinin Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılışı. "İki sahil" qəzetinin Neftçilər Gününə həsr olunmuş 148 səhifəlik xüsusi buraxılışı işıq üzü görmüşdür. Xüsusi buraxılış Azərbaycan neft sənayesinin 1994-cü ildən bəri keçdiyi şanlı yolu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliq... | ANL |
"Azərbaycanın neft tarixi" sənədli filmlər toplusunun təqdimatı olmuşdur. Sentyabrın 20-də Bakı Biznes Mərkəzində "Azərbaycanın neft tarixi" sənədli filmlər toplusunun təqdimatı olmuşdur. Azərbaycanın neft tarixinin 1898-2010-cu illərini əhatə edən topluda ölkəmizdə neft sənayesinin inkişafı faktlarla əks olunmuşdur. A... | ANL |
Görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsi anılmışdır. Sentyabrın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət etmiş, xatirəsini e... | ANL |
Azərbaycan yoxsulluq problemini uğurla həll edir. Ötən ilin yekunları ölkəmizdə yoxsulluq səviyyəsinin inkişaf etmiş əksər Qərb ölkələrindən aşağı olduğunu göstərdi. Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qarşımıza bu məqsəd qoyulubdur. Biz... | ANL |
Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Sosial təminat müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 1. Dövlət büdcəsindən maliyyələşd... | ANL |
Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf müh... | ANL |
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov Moskvada Rusiya dövlət hakimiyyətinin nümayəndələri ilə görüşlər keçirmişdir. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Prezidenti Administrasiyasının dəvəti ilə Moskvada səfərdədir. Sentyabrın... | ANL |
Haqqın və ədalətin keşiyində. Haqq-ədalətə, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən insanlığı səciyyələndirən, onu dünyanın ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb. Yaşadığı zaman və məkandan asılı olmayaraq vicdanının səsi ilə hərəkət edən, daxilindəki həqiqət işığına boylanan, bütün ... | ANL |
Bakıda "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası" adlı beynəlxalq konfrans keçirilmişdir. Sentyabrın 21-də Bakı Dövlət Universitetində (BDU) TürkPA-ya üzv ölkələrin parlament aparatları rəhbərlərinin iştirakı ilə "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası" adlı bey... | ANL |
Aşiqliyin ağrı dastanı. Nağıllaşan, dastanlaşan ömründə ağ günlərinin sayı barmaqla hesaba alınan, nakam taleli, saz-söz sənətkarlarından biri də XIX əsrin təxminən 30-cu illərində Kəlbəcər rayonunun Löh kəndində (sonralar bu kənd Azərbaycan ədəbiyyatı tarixinə Bəhmən Vətənoğlu kimi söz sərrafı da yetirəcəkmiş) yoxsul ... | ANL |
Musiqi hər kəsin daxilindən gəlir. Musiqi təkcə insanın psixikasına deyil, onun orqanizminə də, mənəvi aləminə də təsir göstərir. İnsan xoşuna gələn hər bir musiqini ürəyi ilə dinləyir. Konsert salonunda muğam, yaxud Üzeyir Hacıbəylinin ölməz əsərlərini dinləyən hər bir adamın ürəyi mənəvi rahatlıq tapır və olduqca xoş... | ANL |
Sentyabrın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə "Üzeyir Hacıbəyli - 125" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, Azərbaycanın görkəmli bəstəkarı Ü... | ANL |
Sualtı abidələrimiz qorunmalıdır. Füzuli şəhəri yaxınlığında Alt paleolit dövrünə aid Azıx mağarasından qədim insanın alt çənə sümüyünün aşkar edilməsi dünyada üçüncü tapıntı hesab edilir. Bu nadir tapıntı nəticəsində Azərbaycan qədim insanların formalaşdığı əraziyə daxil olmuşdur. Sevindirici haldır ki, arxeoloqlarımı... | ANL |
"Sahə" filmi beynəlxalq miqyasda populyarlıq qazanır. "Nərimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" ("The Precinct") bədii tammetrajlı filmi bir neçə beynəlxalq festivalda uğurla iştirak etmişdir. Kinostudiyanın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məşhur fotoqrafın öz uşaqlıq dövrünə mistik səyahətind... | ANL |
Əməkhaqlarının, pensiyaların, sosial ödəmələrin dinamik artımı düzgün iqtisadi siyasətin nəticəsidir. Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir. Ölkə... | ANL |
İki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah Bin Əbdüləziz Al Səuda. Əlahəzrət! Əziz qardaşım! Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm... | ANL |
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş əlahəzrət Sultan Bin Əbdüləziz Al Səuda. Əlahəzrət! Əziz qardaşım! Milli bayramınız - Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümid... | ANL |
Nazirlər Kabinetinin iclasında 2011-ci il və sonrakı üç il üçün dövlət, icmal büdcələrinin layihələri, iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmişdir. Sentyabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir. Nazirlər Kabinetinin mətbua... | ANL |
Mərkəzi Seçki Komissiyasında görüş. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 22-də ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Adam Sterlinq ilə görüşmüşdür. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ABŞ-ın Azərbaycanın dostu və strateji müttəfiqi olduğunu xatırladan Məzahir Pənaho... | ANL |
Türkiyə-Azərbaycan əlaqələrinin strateji səciyyəsi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla bu günlərdə İstanbulda keçirilən görüşündə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın yeni format və məzmunu müəyyənləşdirilmişdir. Son günlər hər iki ölkənin mətbuatında geniş ... | ANL |
Azərbaycanın səfiri Finlandiya parlamentarilərinə ölkəmizin həqiqətləri barədə danışmışdır. Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri Rafael İbrahimov sentyabrın 22-də Finlandiyanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri xanım Sinikka Hurskainen, Finlandiya Parlamentinin Xari... | ANL |
Mübarizlər yolu. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Milli Qəhrəman Mübariz İbrahimovun fədakarlığını şərəflə davam etdirmək əzmindədir. M.A.İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının müstəqilliy... | ANL |
Bakıda Avropa Şurası idmana məsul nazirlərin 18-ci qeyri-formal konfransı keçirilmişdir. Sentyabrın 22-də Bakıda Avropa Şurası idmana məsul nazirlərin 18-ci qeyri formal konfransı keçirilmişdir. Konfransın işində Avropa Şurasının idman sahəsinin baş direktorluğunun direktoru Qabriela Battaini-Draqoni, Avropa Olimpiya K... | ANL |
Avropa Şurasına üzv ölkələrin idman nazirləri Bakı konfransından razı qalmışlar. İdman yarışlarının nəticələrinə müdaxilə hallarının qarşısının alınması, dopinqə qarşı mübarizənin sərtləşdirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakı üçün viza sisteminin sadələşdirilməsi, totalizator oyunlarına pul qoyuluşları,... | ANL |
Bakıda 16-cı Azərbaycan Beynəlxalq səhiyyə sərgisi açılmışdır. Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Ticarət və Sənaye Palatası və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təşkil edilmiş sərginin açılışında çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağay... | ANL |
1931-ci ildə bolşeviklər Şəmkirin Morul kənd sakini Hadı bəy Bədirbəylini "kulak" adıyla həbs edib Şəmkir milisinin təcridxanasında bir neçə gün saxladıqdan sonra yatab edirlər Gəncə həbsxanasına. Orada NKVD müstəntiqi işləyən, əslən şuşalı Kazımbəy Kazımbəyov atası ilə dostluq edən Hadı bəyi tanıyır. Paqon yoldaşların... | ANL |
Sonu görünən yolda ağ kəlağayılı qadın. Onu uşaqdan-böyüyə Qobu qəsəbəsində hamı yaxşı tanıyırdı. Xeyli vaxtdır dünyasını dəyişib, amma evinə baş çəkənlər, məzarı üstə gedib ruhuna dua oxuyanlar azalmayıb. Sona xanım Salmanova ömrü boyu çalışdığı Qobu qəsəbəsində, eləcə də Abşeronda özündən sonra xoş xatirələr, bir də ... | ANL |
Görkəmli ədəbiyyatşünas alim Bəkir Nəbiyevin 80 illik yubileyi qeyd edilmişdir. Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında görkəmli ədəbiyyatşünas alim, akademik, Dövlət mükafatları laureatı, əməkdar elm xadimi Bəkir Nəbiyevin anadan olmasının 80 illiyinə həsr edilmiş təd... | ANL |
Qəlbi günəş dolu insan. Yazıma bu sərlövhəni elə-belə seçməmişəm. Həmkarlarının, dostlarının hörmət və ehtiramını qazanan Akif Aslan oğlu Quliyev jurnalistikamızda öz yeri olan işıqlı qələm sahiblərindən biridir. Atası Aslan Quliyev kimya elmləri namizədi, Azərbaycanın əməkdar müəllimi idi. Akif Quliyev 1961-ci ildə Az... | ANL |
Belçikanın Ham şəhər bayramında Azərbaycan mədəniyyəti tanıdılmışdır. Azərbaycanın Belçika Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, hər il qeyd olunan Belçikanın Ham şəhər bayramında ilk dəfə Azərbaycan mədəniyyəti tanıdılmışdır. Bayramda ölkəmizi Azərbaycan-Belçika Dostluq Cəmiyyəti təmsil etmişdir. Cəmi... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda keçirilən BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gəlmişdir. AzərTAc. | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşü. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ilə görüşmüşdür. Görüşdə Azərb... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış etmişdir. Sentyabrın 23-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası çərçivəsində ümumi müzakirələr başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Məcl... | ANL |
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda iranlı həmkarı ilə görüşmüşdür. Azərbaycanın xarici işər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində iranlı həmkarı Mənuçehr Mottəki ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə İran arasında münas... | ANL |
Azərbaycan dünyanın ən nüfuzlu dövlətləri sırasında yer alır. Ölkəmizin həyata keçirdiyi xarici siyasət beynəlxalq miqyasda geniş təqdir olunur. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həyata keçirdiyi uğurlu xarici siyasətinə görə də nümunəvi dövlət olaraq qəbul ... | ANL |
Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlmişdir. Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi sentyabrın 23-də Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər r... | ANL |
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Bakıya gəlmişdir. AzərTAc xəbər verir ki, İtaliya Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 23-də Bakıya gəlmişdir. İtaliyalı qonaqlar səfər çərçivəsində Milli M... | ANL |
Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilmişdir. Sentyabrın 23-də Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilmişdir. İclasda Özbəkistan və Azərbaycan Baş nazirlərinin birinci... | ANL |
Azərbaycan Diplomatik Akademiyasında əfqanıstanlı diplomatlar üçün treninq keçirilmişdir. Sentyabrın 23-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) əfqanıstanlı diplomatlar üçün "Qanunvericilik və idarəçilik" mövzusunda treninq keçirilmişdir. Xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ... | ANL |
Dövlət İdarəçilik Akademiyasında fransalı alimin məruzəsi dinlənilmişdir. Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) keçmiş fransız diplomatı və tanınmış alim Filip Moro Defarjın "Millətlərin öz müqəddəratını müəyyən etməsi" mövzusunda məruzəsi dinlənilmişdir. ... | ANL |
Azərbaycan Asiya İnkişaf Bankı ilə uğurla əməkdaşlıq edir. Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu qrupun Direktorlar Şurasının üzvləri ölkəmizdə səfərdədirlər. Asiya İnkişaf Bankında Azərbaycanın daxil olduğu qrupun Direktorlar Şurasının üzvləri sentyabrın 23-də əvvəlcə Fəxri xiyabana gələrək müasir Azə... | ANL |
İranda Azərbaycan Mədəniyyəti Günləri başlayır. Sentyabrın 25-dən 30-dək İran İslam Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcəkdir. Mədəniyyət günləri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti qonşu ölkədə səfərdə olacaqdır. Mədəniyyət və Turizm Nazi... | ANL |
Bakıda "Stomatologiyanın aktual problemləri" adlı Beynəlxalq Stomatoloji konfrans keçirilmişdir. Sentyabrın 23-də Bakı Expo Mərkəzində keçirilən 5-ci yubiley Azərbaycan Beynəlxalq Stomatologiya sərgisi çərçivəsində "Stomatologiyanın aktual problemləri" adlı 16-cı Beynəlxalq Stomatoloji konfrans keçirilmişdir. Konfransd... | ANL |
Qədim Gəncə bayram edir. Xəbər verildiyi kimi, sentyabrın 22-də Gəncədə ənənəvi şəhər gününün açılışı olmuşdur. Gəncə ənənəvi şəhər bayramına elliklə hazırlaşmışdı. Bu məqsədlə neçə vaxtdır iməciliklər keçirilir, abadlıq-quruculuq işləri aparılır, hər yanda səliqə-sahman yaradılır, elm, təhsil, səhiyyə və mədəniyyət oc... | ANL |
Qaçqınların və köçkünlərin problemləri 1917-1920-ci illərdə də prioritet məsələ idi. XX yüzillikdə azərbaycanlılar erməni millətçilərinin antiinsani fəaliyyəti nəticəsində bir neçə dəfə soyqırımına məruz qalmış, ata-baba torpaqlarından qovulmuşlar. O dövrdə yüz minlərlə azərbaycanlı əzəli torpaqlarımız olan İrəvandan, ... | ANL |
Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Azərbaycan və Avstriya musiqiçiləri birgə konsert vermişlər. Sentyabrın 22-də Vyananın mərkəzində yerləşən Pallaviçini sarayında Azərbaycan və Avstriya musiqiçiləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş birgə konsert proqramı ... | ANL |
Vətənə qanadlanan şöhrət. Böyük məhəbbət və həvəslə skripkanı zərif varlığına sıxaraq ürəyindən qidalanan əllərinin təması ilə elə səsləndirir ki, o cazibənin əhatəsindən uzun müddət çıxa bilmirsən. Vətəndən qanadlanan arzuları onu haralaradək aparmadı?! Səsi, sorağı ABŞ-dan, Almaniyadan, İngiltərədən, Fransadan, Polşa... | ANL |
Zamanın sərt dönəmlərindən keçib günümüzə qədər yol gələrək sözün həqiqi mənasında tariximizə iz salan maddi mədəniyyət nümunələri arasında qalaların öz yeri var. Qalaların folklor nümunələrində öz əksini tapması heç də təsadüfi deyil. Yadellilərin hücumlarının qarşısının alınmasında onların əvəzsiz rolu barədə əfsanəy... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. Xəbər verdiyimiz kimi, sentyabrın 23-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası çərçivəsində ümumi müzakirələrin rəsmi ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri. Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Barak Obamanın görüşü. Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə ABŞ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri başa çatmışdır. Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başa çatmışdır. AzərTAc. | ANL |
Mərakeş Krallığı Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radinin başçılığı ilə nümayəndə heyəti sentyabrın 24-də Milli Məclisə gəldi. Parlamentin binası önündə qonaqları Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəs... | ANL |
İtaliya Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcək. Sentyabrın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Nümayəndə heyətini Azərbaycan... | ANL |
Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. AzərTAc xəbər verir ki, Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Abdelvahed Radi sentyabrın 24-də Fəxri xiyabana gələrək xalqımız... | ANL |
Mərakeşli qonaqlar İçərişəhərlə tanışlıqdan məmnun qalmışlar. Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Abdelvahed Radinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də İçərişəhərlə tanış olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İd... | ANL |
Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi Təzəpir məscid kompleksində olmuşdur. Azərbaycanda səfərdə olan Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi sentyabrın 24-də Təzəpir məscid kompleksində olmuşdur. Mərakeşli qonaq Təzəpir məscidi ilə tanış olmuşdur.... | ANL |
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. AzərTAc xəbər verir ki, Azərbaycanda səfərdə olan İtaliya Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldinin başçılıq etdiyi nümayən... | ANL |
Azərbaycan-İtaliya münasibətləri sürətlə inkişaf edir. Sentyabrın 24-də İtaliya Respublikası Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisində olmuşdur. Nümayəndə heyəti ilə görüşən Milli Məclisin A... | ANL |
Baş nazirin birinci müavini Yaqub Eyyubov yaxın günlərdə Daşkənddə açılacaq Azərbaycan Mədəniyyət Mərkəzində olmuşdur. Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın iclasında iştirak edən Baş nazirin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov yaxın günlərdə Daşkənddə aç... | ANL |
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirmişdir. Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın xarici işlər və Avropaya inteqrasiya naziri Qordan Yandrokoviç ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,... | ANL |
Vyanada BAEA-nın Baş Konfransının 54-cü sessiyası keçirilmişdir. Sentyabrın 20-dən 24-dək Vyana Beynəlxalq Mərkəzində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransının 54-cü sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun rəhbərlik etdiyi nümay... | ANL |
Daxili İşlər Nazirliyində kollegiya iclası. Sentyabrın 24-də Daxili İşlər Nazirliyində "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı görülən işlər"in və "Soyğunçuluq və quldurluq cinayətlərinin istintaqı və açılması"nın vəziyyətinə həsr ... | ANL |
Konstitusiya Məhkəməsində Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti ilə görüş olmuşdur. Sentyabrın 24-də Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Konstitusiya Məhkəməsinin sədr... | ANL |
Heydər Əliyev Fondu şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti layihəyə start verib. Heydər Əliyev Fondunun dəstəyi ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti layihəyə start verilmişdir. Heydər Əliyev Fondunun və "Sanofi-aventis" şirkətinin birgə layihəsi çərçivəsində... | ANL |
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerikdə qanvermə aksiyası keçirilmişdir. Sentyabrın 24-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə qanvermə aksiyası keçirilmişdir. AzərTAc xəbər verir ki, rayonda ilk dəfə keçirilən humanitar tədbirin birinci günü Bahadur Eyvazov adına Hematologiya və... | ANL |
İkinci Beynəlxalq Muğam festivalı ərəfəsində. Gələn ilin Novruz bayramına təsadüf etməsi nəzərdə tutulan daha bir möhtəşəm beynəlxalq musiqi festivalının keçirilməsi nəzərdə tutulur. Bu barədə mətbuata açıqlama verən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin sözlərinə görə, başçılıq etdiyi mədəniy... | ANL |
Respublika Uşaq Kitabxanası yeni binada. T.Köçərli adına Respublika Uşaq Kitabxanasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inşa olunan yeni binasının açılış mərasimində çıxış edən nazir Ə.Qarayev son illər bu sahədə görülmüş işlərin əhəmiyyətindən söz açmış, dövlətin, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə ... | ANL |
Azərbaycan rəssamlarının sentyabr ayının 25-dək Muzey Mərkəzində Mədəniyyət Nazirliyi ilə Rəssamlar İttifaqının birgə layihəsi əsasında keçirilən "Azərbaycan rəssamlarının avtoportretləri" adlı sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun çıxışı sərgi iştirakçılarının marağına səb... | ANL |
Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar keçirilən tədbirlərin sırası və coğrafi ərazisi genişlənməkdədir ki, bu da ölməz sənət əsərlərinin müəllifinə dövlət qayğısının və xalq məhəbbətinin ifadəsidir. Yubiley günlərində tanınmış musiqişünas alim, Milli Elmlər Akademiyasının müxbir... | ANL |
Üzeyir Hacıbəylinin "Ləzgi rəqsi" partiturasının təqdimatı olmuşdur. Sentyabrın 24-də Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq musiqi festivalı çərçivəsində bəstəkarın "Ləzgi rəqsi"nin ilk nəşrinin təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Musiq... | ANL |
Vaşinqtonda dahi Üzeyir Hacıbəylinin 125 illik yubileyi qeyd edilmişdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Bakıda və Vyanada keçirilən bayram tədbirlərinə Vaşinqton da qoşulmuşdur. Sentyabrın 23-də ABŞ paytaxtında "Qarabağ" Fondu tərəfindən bəstəkarın yubileyi münasibətilə Az... | ANL |
O, bu operada ifaçıların improvizasiyası üçün yer qoymamışdı. Məqsədi azərbaycanlı dinləyicilərdə ənənəvi opera formalarına maraq oyatmaq idi. Lakin son dərəcə kəskin dönüş edilməsi, xalqın yaxşı başa düşdüyü və ona yaxın olan musiqi improvizasiyası üsullarından bütünlüklə imtina edilməsi, eyni zamanda bəstəkarın və il... | ANL |
Almatıdakı Türkdilli Xalqların Ümumdünya Assambleyası "Türk dili və mədəniyyəti günü"nün təsis olunmasını təklif etmişdir. Almatıdakı Türkdilli Xalqların Ümumdünya Assambleyasının (TXÜA) rəhbəri Ermentay Sultanmurat mətbuat konfransında "Türk dili və mədəniyyəti günü"nün təsis edilməsini təklif etmişdir. O demişdir: "T... | ANL |
Prezident İlham Əliyev ABŞ-a işgüzar səfərini başa çatdıraraq Bakıya qayıtmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına işgüzar səfərini başa çatdıraraq sentyabrın 25-də Bakıya qayıtmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, P... | ANL |
Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevlə ABŞ Prezidenti Barak Obama arasında Nyu-Yorkda keçirilmiş görüş qarşılıqlı əlaqələrin inkişafına yeni töhfələr verir. Coğrafi ölçüləri baxımından Cənubi Qafqaz elə böyük ərazi sayılmasa da, dünyanın s... | ANL |
Amerika Azərbaycanlıları Şəbəkəsi ABŞ senatoruna məktub göndərmişdir. ABŞ-ın Kolorado ştatından olan senator Maykl Bennet Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) üzvlərindən birinə məktub göndərmişdir. USAN-nın idarə heyəti həmin məktuba cavab yazmışdır. Cavab məktubunda M.Bennetin fikirləri ilə bağlı narahatlıq if... | ANL |
Milli Məclisə seçkilərlə əlaqədar Ali Məhkəmədə Venesiya Komissiyası ilə birlikdə beynəlxalq konfrans keçirilmişdir. Milli Məclisə seçkilərlə əlaqədar sentyabrın 25-də Ali Məhkəmədə Venesiya Komissiyası ilə birlikdə beynəlxalq konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev Venes... | ANL |
Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları vətənə və dövlətə sədaqət andı içmişlər. Sentyabrın 25-də Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilmişdir. Akademiyanın həyətindəki geniş meydançada kursantlar və onların valideynləri, qonaqlar toplaşmışdılar. Akademiyanın rəisi, general-... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.