text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Şəxsiyyət anlayışı barədə. (Xeyirə kahin xidməti, şərə qarşı isə məğlubedilməz qladiator cəsarəti göstərən R.A.-ya). Şəxsiyyətlər daim ehtiram bəslənən, bəzən hətta sevilən insanlar olmuşlar. Özlərinə məxsus olan keyfiyyətlərə görə şəxsiyyətlər onları əhatə edənlərdən ciddi s...
ANL
“Bəzi insanlar Anarın kim olduğunu anlamırlar. Pərvinin həmsöhbəti Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğludur. Pərvin: Nəsib müəllim, mərhum Xalq şairi Məmməd Araz sizin haqqınızda yazırdı ki, “Nəsib dünyanı həm olduğu kimi, həm də istədiyi kimi görmək istəyir...” Uzun illər ...
ANL
Cəmiyyətdə müəllimin rolu və mövqeyi: reallıq nələr vəd edir? İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər. Müqəddəs “Qurani-Kərim” biliyə yiyələnməyin ilk yolunu ox...
ANL
Uşaq dünyası - bugündən başlayan gələcək. Oyuncaq istəmək yaşında olan oğlum Aminin dediklərindən. “İnsanın uşaqlıq zamanı formalaşan bünövrəsi gənc bir ağacın gövdəsində qazılmış hərflərə bənzəyir, onunla birlikdə böyüyərək ayrılmaz bir hissəsini təşkil edir.”. Viktor HüqoFinlandiyada uşaqlara münasibətlə bağlı məsələ...
ANL
Hər yerə payızın gerçək üzü hakimdi. Soyuq, səssiz və cansıxıcı... İstanbulu sadəcə gözlərimlə oxşaya bildim.Vaxt az idi. İlk təyyarəylə Bakıya getməliydim. Biz nədənsə yadlar kimi Azərbaycan Türklərinin Bakı dedikləri şəhərə Bakü deyirik. Halbuki mən belə Bakı adıyla bağlı o qədər bayatı və hekayə bilirdim ki. Bayatıl...
ANL
"Reklam mətnləri hər gün insanları təhqir edir" -Səlim Babullaoğlu. “Bir kanalda özünü doğrultmayan verilişin başqa kanalda peyda olması peşəkar əxlaqa ziddir”. Səlim Babullaoğlu ilə bu dəfə ədəbiyyat haqqında yox, ədəbiyyatın və kitabın televiziyada təbliği, televiziyada dilin istifadəsi, reklam və bu kimi başqa probl...
ANL
Ayaz Mütəllibov: “Mən müxalifətin fantaziyalarına çoxdan alışmışam”. "Prezident seçkilərinə qatılmaq barədə fikirləşmirəm”. Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun APA-ya müsahibəsi. Yeni mənzildə darıxmırsınız ki? - Hal-hazırda mənim keçmiş xatirələrim üzərində gördüyüm işlərdən başqa məşğuliyyətim yoxdur. Bunla...
ANL
Mustafa İsenin Türkologiyaya dəyərli töhfəsi. Türk xalqlarının Orta çağlarda yaranan ədəbiyyatı istər növ və janr, istərsə də poetik struktur və estetik düşüncə tərzi baxımından əski ənənələrə söykənsə də, İslam sivilizasiya məkanında formalaşan yeni ədəbi-mədəni prosesin təsiri ilə fərqli inkişaf mərhələsinə daxil olm...
ANL
Qərb və Şərq ədəbiyyatının iki böyük yolu. Dünya ölkələrində yaşamış yaradıcı insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi–kulturoloji iz qoyub getmişlər. Keçmişdə düzəlmiş əşyalar ,maddi mənbələr yazılı qaynaqlar, çəkilmiş şəkillər əsas kimi bu günə qədər də o dövrkü tarixi kulturoloji aspektdən öyrənməyə im...
ANL
Mətbuatın mənzərəsi və jurnalistika hazırlığı mühiti: ümumi nəzəri rakursdan baxış. Bakı Dövlət Universitetinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının dosenti, filologiya elmləri namizədi Akif Rüstəmovla söhbət. – Akif müəllim, Azərbaycan mətbuatının nəzəri problemləri, müstəqillik dövrü jurnalistikası...
ANL
Vüqar Əhmədov: “Azərbaycan əcnəbi tələbələr üçün kifayət qədər perspektivli ölkədir”. “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin rəhbəri Vüqar Əhmədovun Gün.Az-a müsahibəsi: - Siz həm Azərbaycan, həm də əcnəbi gənclərlə daim təmasda olursunuz. Sizcə xaricdən Azərbaycana təhsil almaq üçün gələn gənclər hansı səbəb...
ANL
Reallıq, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Gün.Az-ın verdiyi məlumata görə, SAM-ın şöbə müdiri Tahirə Allahyarova tədbiri açaraq bildirib ki, dövlət və dil həmişə bir-biri ilə bağlı olub, onlar ayrıca mövcudluğu mümkün olmayan anlayışlardır. Onun sözlərinə görə, bu baxımdan dövlət dili, dil siyasəti məs...
ANL
Tanınmış pedaqoq Surxay Qurbanovun 100 illik yubileyi qeyd edilmişdir. Oktyabrın 16-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Əməkdar Müəllim, İkinci Dünya müharibəsinin iştirakçısı, tanınmış pedaqoq və hüquqşünas Surxay Qurbanovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir....
ANL
Çanaqqalanı Çənlibelə, qələmini Misri qılınca çevirən şairYazar. USTAD MƏMMƏD İSMAYILIN DOĞUM GÜNÜNƏ. Bu qədər geniş, anlaşılmaz, dəli-dolu dünyada zərurət yaranarsa, Yaradanın məsləhəti olarsa, iki əlçatmaz, ünyetməz qütbdə yaşayan insanlar belə rastlaşar, tanış olar. Lakin qismət deyilsə, hətta eyni küçədə qonşu olan...
ANL
Hikmətin səmimiyyəti. “ƏBU TURXANIN HİKMƏT DÜNYASI” HAQQINDA DÜŞÜNCƏLƏR. Televiziyada “Pavarotti və dostlar” konsertinə baxırdım. Sanki mən bu konsertin – sonsuz gözəlliyin insan vasitəsilə təzahürünün, Luçanonun bu möhtəşəm ifası yanında bu xoş səmimiyyətinin canlı şahidi olmuşdum. Xatırladım: “Əbu Turxanın hikmət dün...
ANL
Nədənsə onun “İşıq” kitabını vərəqləyəndə məktəb illəri yadıma düşdü. Bir də görürdün ki, ədəbiyyat müəllimimiz – ədəbiyyatı, şeiri bizə sevdirən vətənsevər insan Nəsrulla müəllim bizdən üç-dörd sinif yuxarı oxuyan, hələ uşaqlıqdan İlahinin verdiyi istedadla qəlbinin pıçıltılarını misra-misra düzən Hafiz Hacxalılı ədəb...
ANL
Azərbaycan korrupsiyaya qarşı qlobal mübarizədə fəal iştirak edir. ADİL ƏBİLOV: “KONFRANSDA AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNƏ XÜSUSİ MÜNASİBƏT GÖSTƏRİLİB”. Mətbuatda xəbər verildiyi kimi, oktyabrın 4-7-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) 6-cı İllik Ko...
ANL
Eposumuz, bədii düşüncəmiz və etnopoetikamız. Türk xalqlarının şifahi düşüncəsində mühüm bir hissəni dastanlar təşkil edir. Onun öyrənilməsi, tədqiqi istiqamətdə günümüzə qədər xeyli işlər görülüb və indi də görülməkdədir. On doqquzuncu yüzillikdən bu yana xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqi sahəsində lazım...
ANL
“Mənim sənətim öz-özlüyündə böyük mükafatdı”. Pərvinin həmsöhbəti latviyalı şair, tərcüməçi, türkoloq, Latviya Elmlər Akademiyasının fəxri akademiki Uldis Berzinşdi. Pərvin: Azərbaycana xoş gəlmisiniz, Uldis. Söhbətimizə başlamazdan əvvəl soruşmaq istəyirəm ki, hansı dildə danışmağa üstünlük verirsiniz? Uldis Berzinş: ...
ANL
"Yerli serialların heç birini bəyənmirəm". Bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə tamaşaçılara təqdim olunub. Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Hafiz Quliyevin quruluş verdiyi tamaşada bu dəfə Soltan bəy obrazı Xalq...
ANL
Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə, nə qədər gizlətməyə çalışsan da arada nəsə sivişib əlindən qaçacaq və sən sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən. Deyək ki, bir dostunun ad gününə yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostu...
ANL
Oralarda kimlər var: Orxan Aras. Müsahibədə yazarın üslubuna toxunulmayıb,sadəcə bəzi sözlər bizim türkcəyə uyğunlaşdırılıb. Bu fikirdə bir yanlışım olursa, məni bağışlasınlar: məncə dünya ədəbiyyatının çox böyük bir bölümünü QÜRBƏT VƏ YA BİZİMCƏ MÜHACİR ƏDƏBİYYAT deyə bir ab-hava, bir moral,bir ovqat yaşamaqdadır və h...
ANL
Britaniya generalının Bakı gündəlikləri. (Əvvəli ötən şənbə saylarımızda). Məğlubiyyət və qaçış. General Denstervil və Sentrokaspi hökuməti Azərbaycan-türk hərbi birləşmələrinin həlledici zərbəni nə zaman endirəcəyini dəqiq bilirdilər. Sentyabrın 12-də Qafqaz İslam ordusundan qaçan ərəb əsilli fərari komandanlığın plan...
ANL
Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından bəhs edən “Fəryad və vicdan” essesini oxuculara təqdim edirik. (Əvvəli ötən şənbə saylarımızda). Ümumiyyətlə, insan yaranışdan ömrü boyu müxtəlif əzablarla üzləşir. Və insan yaşadıqca da dərdə, kədərə vərdiş edir. Bu azmış kimi, insanlar ö...
ANL
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Şəxsiyyət anlayışı barədə. (Xeyirə kahin xidməti, şərə qarşı isə məğlubedilməz qladiator cəsarəti göstərən R.A.-ya). Karlik təbiətlilər belə mühitdə asanlıqla monstrlara çevrilirlər. Onlar əslində insanlıq aləmindəki xərçənglərə bənzəyirlər, irəli getmək əvəzinə, ardıcıl olar...
ANL
Azərbaycanda təhsil və pedaqoji fikir: qədim tarix, zəngin ənənələr. İctimai-siyasi və sosial-iqtisadi quruluşlarından asılı olmayaraq, bilik bütün cəmiyyətlərdə zəruri ehtiyac, inkişafın mənbəyi kimi qəbul edilmişdir. Biliklər aləminə gedən yol isə həyati təcrübədən başlanır. Yer üzündə hələ ilk insan nəsli yarandığı ...
ANL
Millət vəkili: "Ramil Səfərov məsələsi nədən hələ də gündəmdədir?". Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın 525.az-a müsahibəsi. - Məlum olduğu kimi, bu günlərdə “Avronest” Parlament Assembleyası (PA) çərcivəsində Avropa Xalqları Partiyasın...
ANL
Xalq Əmanəti Səttar Bəhlulzadə. Bakının bir Olimpi var - düzdür, Yunan əsatirlərinə aid olmasa da, demək olar ki, paytaxtın əksər yaradıcı adamları bura toplaşır. Çünki prospektin bir tərəfində rəssamların emalatxanası, onunla üz- üzə isə İncəsənət Akademiyası yerləşir. Olimp, klassiklər və müasirləri bir vərəqin iki s...
ANL
Akademik Vasim Məmmədəliyevə yubiley məktubu. Əziz dostum, böyük qardaşım! Hər şeydən öncə Sizi – görkəmli şərqşünas alimi, akademiki, dilçi və ilahiyyatçını anadan olmanızın şərəfli 70 illiyi mocibincə kiçik qardaş məhəbbəti ilə təbrik edir, bağrıma basıram. Sizin adınız zəmanəmizin şərəf səhifəsində səri tumarə yazıl...
ANL
Yazıçı Elçin Hüseynbəyli ermənilərin oğurluğu ilə bağlı müraciət edib. «Ulduz» jurnalının baş redaktoru, yazısı Elçin Hüseynbəyli Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanova müraciət edib. APA-nın xəbərinə görə, E.Hüseynbəylinin müraciəti ermənilərin onun «Gözünə gün düşür» hekayəsinin ideyası və süjet xətti əs...
ANL
Abşeron rayon “Mədəniyyət Evi”ndə nəğməkar şair Hafiz Baxışın 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Gecənin aparıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, əməkdar artist Azad Şükürov açaraq, mədəniyyət ocağında Hafiz Baxış işığına toplaşan hər kəsi salamlayı...
ANL
Rəbiyyət Aslanova: “Azərbaycanda dini etiqad azadlığı var, azadlığın “dinə çevrilməsi” isə başqa şeydir”. Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanın “Dini etiqad azadlığı haqqında” qanuna verdiyi rəyə dövlət rəsmiləri, müvafiq strukturlar, o cümlədən Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri kimi biz də ...
ANL
Qatilin qətli və ya cəzasız cinayət. Tamaşanın mizan quruluşu bir burulğanı xatırladır: Xalq yazıçısı Elçinin “Qatil” pyesinin personajları Mehribanın rejissurasında sanki ehtiraslar burulğanına düşüb fırlanırlar; gah ehtiraslar içində qərq olurlar, ehtirasların romantikasına uyurlar, gah da boy verib gerçəkliyin mənti...
ANL
ADMİU – da Mirzə Fətəli Axundzadə fenomeni araşdırıldı. Əvvəlcə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakultəsində təşkil olunmuş elmi konfransda fakultə dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev dahi dramaturq M. F. Axundzadənin 200 illik yubileyi münasibəti ilə sərəncam i...
ANL
Olduğu kimi görünən alim. Bu yaşa çatdığımıza görə yox, bu ömrü yaşadığımıza görə! Yaşı verən verir, ömrü özümüz yaşayırıq. Elədiklərimizi nəzərdən keçiririk, təsəlli tapdığımız da olur, təəssüf doğuranı da; istədiklərimizin, amma yerinə yetirə bilmədiklərimizin həyata keçirdiklərimizdən qat-qat çox olduğunu yadımıza s...
ANL
Mirzə Cəlilin yaxın qohumu İdris Mirzə Qacarın müəmmalı aqibəti. O, həm də görkəmli yazıçının əməl dostu olmuş və ədəbiyyat tariximizdə “Mirzə Cəlil haqqında xatirələrim” kimi monumental bir kitab yadigar qoymuşdur. Xatirələr qiymətli məlumatlarla doludur. Bu xatirələrdən öyrənirik ki, 1917-ci ildə yazıçının qızı Münəv...
ANL
Gənc şair dostuma açıq məktub. Hörmətli Heydər Ələddinoğlu, şeirlərini diqqətlə oxudum. Sən şairsən, ona görə mənə şair dilində, şeirlə cavab yazıram. Özün başa düşərsən. Dərdin çoxdu, çək azalsın, Dərd üstünə dərd yükləmə. Namərdlər dərd çəkən deyil, Mərd üstünə dərd yükləmə. Sən rəngləri qarışdır yaz! Şeirini yaz. Də...
ANL
“Ədəbi Nobel Antologiyası” Nobel ailəsi üzvlərinin iştirakı ilə təqdim olundu. Dünən Nobel qardaşlarının Bakıdakı Ev-muzeyi “Villa Petrolea”da “Ədəbi Nobel antologiyası” ictimaiyyətə təqdim olunub. 525.az-ın məlumatına görə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkil etdiyi təqdimat mərasimi...
ANL
Heç bilmirəm haçan tanış olduq, bir də gördüm ki, ən çox sevdiyim, ünsiyyətindən doymadığım insanlardan biridir. Görüşdən-görüşə doğmalaşdıq, əzizləşdik. Hər iki mövzunu Azərbaycanda ondan yaxşı bilən ikinci kişi yoxdur. Elə şeylər də var ki, onlar mənə yaxşı bəllidir, çünki arxivlərdə çox olmuşam. Buna görə də söhbəti...
ANL
Təzadlı Jorj. Türk yazıçısı Elif Şəfəq “İçimizdəki diktator” essesində: “Bir müddətdi ki, Jorj Sand və Frederik Şopenin həyatını oxuyuram. Onları roman qəhrəmanları kimi görürəm. Beynimdə hekayələrini yazıram. XIX əsr Fransa ədəbi mühitinin parlaq və fərqli simalarından biri Jorj Sandın həyatına, yaradıcılığına ötəri b...
ANL
Təsəvvür edin ki, iyul ayında ürəyin istəyən iki- üç dostunla İsmayıllıya- istirahətə gedirsən. İndi də fikirləşin ki, düz - dünyanı selləmə yağış tutub, sizin də maşınınız, təkəri partladığı üçün palçıqlı kənd yolunda qalıb. Bərk dilxorsunuz. Üstəlik də, toya tələsirsiniz. Bax, Əjdər Ol haqqındakı bu yazını ikinci var...
ANL
Oralarda kimlər var: Orxan Aras. Müsahibədə yazarın üslubuna toxunulmayıb,sadəcə bəzi sözlər bizim türkcəyə uyğunlaşdırılıb. Bu fikirdə bir yanlışım olursa, məni bağışlasınlar: məncə dünya ədəbiyyatının çox böyük bir bölümünü QÜRBƏT VƏ YA BİZİMCƏ MÜHACİR ƏDƏBİYYAT deyə bir abhava, bir moral,bir ovqat yaşamaqdadır və hə...
ANL
Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış”ındakı qadın dünyası. Yazıçı və dramaturq Elçin Hüseynbəylinin bir çox əsərlərini oxumuşam, dəfələrlə onlar haqqında fikir yürütmək istəsəm də, yan keçmişəm. Yəqin ki, yazıçı mənim bu fikrimdən inciməz. Ümumiyyətlə, Şərq qadınlarının psixologiyasına, əxlaq prinsiplərinə uyğun ol...
ANL
TÜRKİYƏDƏ YAŞAYAN AZƏRBAYCANLI OFTALMOLOQ FAİQ ORUCOĞLU: “BİR MƏSƏLƏDƏ İSRAR EDƏNDƏ, YAXUD DA TƏRİFƏ UYANDA ANLAYIRAM Kİ, AZƏRBAYCANLIYAM”. İnsan sevdiklərindən, böyüyüb boya-başa çatdığı yerdən, mühitdən uzaqdadırsa, deməli, qəribdir. Fərqi yoxdur, o mühitdən az uzaqda ya çox uzaqdasan. Bu layihə də biz Qəriblərin lay...
ANL
Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından bəhs edən “Fəryad və vicdan” essesini oxuculara təqdim edirik. (Əvvəli ötən şənbə saylarımızda). Əsərdə ən təsirli simvollardan biri alapaça madyan və qundağı sədəfli qoşalülədir. Ən dramatik hadisələr məhz bu adların fonunda cərəyan edir....
ANL
Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Şəxsiyyət anlayışı barədə. (Xeyirə kahin xidməti, şərə qarşı isə məğlubedilməz qladiator cəsarəti göstərən R.A.-ya). (Əvvəli ötən şənbə saylarımızda). XX əsrdə yaranmış fəlsəfi cərəyan olan eksiztensializm öz diqqətini insanın irrasional varlığının unikallığı üzərində cəmləşd...
ANL
Təhsilin idarə olunması: mühüm yeniliklər, səmərəli nəticələr. Müasir dövrdə menecment, başqa sözlə fəaliyyətin təşkili və idarə olunması müstəsna əhəmiyyət kəsb edən amillərdən biridir. Səmərəli idarəetmə isə planlaşdırma, təşkil etmə, rəhbərlik və nəzarət funksiyalarının necə yerinə yetirilməsindən daha çox asılıdır....
ANL
“Fəlsəfəyə söykənməyən ideologiya dayanıqlı ola bilməz”. Bakıda 27-28 sentyabr tarixində mətbuatda hələ də yetərincə dəyərləndirilməmiş, amma türkçülüyün inkişafında yeni bir mərhələ sayıla biləcək mühüm bir hadisə baş verdi. Türkçülükdə indiyə qədərki ənənəvi filoloji və ideoloji müstəvidən özünüdərk və fəlsəfi təhlil...
ANL
“Başa düşülməyəndə həyat çətin olur”. Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayıl “Media forum” saytının qonağı olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. 1982-ci ildən Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsiz...
ANL
Mətbuatın mənzərəsi və jurnalistika hazırlığı mühiti: ümumi nəzəri rakursdan baxış. – Akif müəllim, hansısa bir əcnəbi Azərbaycanın əsl sosial-iqtisadi, siyasi, mədəni vəziyyətini öyrənmək istəsə, hansı mətbuatla tanış olmalıdır? Doğrudan da əgər bir əcnəbi əsl Azərbaycanla tanış olmaq istəyirsə hansı qəzeti oxumalıdır...
ANL
Gərəyindən daha artıq donor. Məqalədə XX yüzil rus şeirinin böyük nümayəndəsi Yuri Kuznetsovun tərcümə yaradıcılığndan, şair və şeir seçimindən bəhs olunur. Yuri Kuznetsovla həmyerlimiz şair Məmməd İsmayılın ədəbi dostluğu ilə bağlı qəzetimizdə bundan əvvəl də yazılar çap etmişik. V.Oqrızkonun bu yazısında Y.Kuznetsovu...
ANL
Dağlıq Qarabağ haqda Azəri xanımın bildikləri. Əslən azərbaycanlı olan fransız yazıçısı Baninin (Ümm el Banin) Fransanın “Lö Monde” qəzetinin 20 yanvar 1990-cı il nömrəsində çap olunmuş bir məqaləsi məni təəccübləndirmişdi. Çünki yazı qanlı yanvar günü çap olunsa da, hadisə haqda heç bir məlumat yox idi. Ola bilər ki, ...
ANL
Yaddaşımın küncündən. İş yoldaşımız Mübarizin, səhv eləmirəmsə, qardaşının toyu idi: o vaxt əslində 7-ci və 8-ci mikrorayonları çıxmaq şərti ilə səkkiz mikrorayonluq ərazinin, necə deyərlər, Bakının yarısının yeganə məclis yeri olan 3-cü mikrorayondakı “Arzu” şadlıq evində. Yəqin ki, toy artıq başlanmışdı, bütün məclis...
ANL
Abbas Zamanovun “ustad dərsləri”. GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ALİM KEÇMİŞ ÇEKİSTDƏN CAVİDİN QİSASINI NECƏ ALDI? Həm də sənə bir söz demək istəyirəm. Abbas Zamanov qoluma girib asta, ehtiyatlı addımlarla irəliyə doğru yeriməyə başladı. ...Avqustun ortaları olsa da, hava sərin idi. Yazıçıların Şüvəlandakı Yaradıcılıq Evinin ...
ANL
Adı, sənəti və məktəbi əbədiləşən Bülbül. Azərbaycan professional vokal məktəbinin banisi dahi Bülbül hələ çox gənc ikən gözəl səsə malik olduğundan Şuşada xalq tərəfindən ona bu ad verildi. Murtuza Məmmədov adlı gənc məktəb yaşlarından Bülbül kimi tanındı və məşhurlaşdı. İllər ötdükcə həqiqətən də Bülbül dünya şöhrətl...
ANL
Avqust ayında Bakıda olarkən “Azərbaycanfilm”in yenicə istehsala buraxılmış “Dolu” bədii filminin təqdimatına dəvətnamə aldım. Həmin dəvətnaməni mənə İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyorlarından olan, dostum Əjdər Zeynalov təqdim edərkən təvazökarlıqla bildirdi ki, bu filmdə o da balaca bir rola çəkil...
ANL
Mətbuatın mənzərəsi və jurnalistika hazırlığı mühiti: ümumi nəzəri rakursdan baxış. – Sosial mediada varsınızmı? Amma ümumiyyətlə, sosial şəbəkələr indi çox inkişaf edib, hətta qarşısı alınmayacaq dərəcədə irəliləyib. Sosial şəbəkələrdə, forumlarda çıxış edənlərin sonralar jurnalistlik iddiasına düşdüyünü də eşidirik. ...
ANL
Kamal Abdullanın Minotavrsız labirinti, yaxud Borxeslə səsləşmələrlə... Yazıçı Kamal Abdullanın “Labirint” hekayələr toplusunun təqdimat mərasimi oldu. Kitabın ön sözünün müəllifi Salam Sarvan, redaktoru isə Aqşin Yeniseydi. İş elə gətirdi ki, bir neçə gün əvvəl Bakı Slavyan Universitetində keçirilən təqdimat- müzakirə...
ANL
Səhnəyə dönən auditoriya. Bu illər ərzində “Bəxt üzüyü” filmindən gələn şöhrət, eləcə də televiziya, radio, Kütləvi İnformasiya Vasitələrinin tez – tez mənə müraciət etməsi, gündəlik qəzet və jurnallarda çıxan müsahibələrim, xarici ölkələrdəki kinofestivallar və mədəniyyət günləri yaradıcı həyatımda yaranmış “boşluğu” ...
ANL
Akademik Milli Dram Teatrında daha bir premyera Brextin “Kuraj və uşaqları” tamaşaçılara təqdim olundu. Dünən Akademik Milli Dram Teatrında Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşasının premyerası keçirildi. 525.az-ın məlumatına görə, dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi k...
ANL
Populyar bir qəzetin 20 il mövcud olması ciddi ictimai-mədəni hadisəsidir, mətbuat tariximizin parlaq bir səhifəsi, istiqlal havasının var olması, mətbuat azadlığının nəbzinin hələ vurması deməkdir. Bu qəzeti 20 il yaşatmaq, onu təhlükələrdən sovuşdurub, daşlı-kəsəkli yollardan keçirib, burulğanlardan qoparıb bugünə gə...
ANL
Bu gün Bakı Dövlət Universitetinin əməkdaşları “525-ci qəzet”in redaksiyasını ziyarət ediblər. 525.az-ın məlumatına görə, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev, mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova və universitetin nəzdində fəaliyyət göstərən “Bakı Universiteti” qəzetinin baş redakt...
ANL
Nazim Hikmətin Səməd Vurğuna şeir. Arxivimdəki əlyazmaları arasında Nazim Hikmətin bir şeiri var. Şeiri mən hardansa köçürmüşəm. Türkiyə türkcəsində yazılan və “Samet Vurğuna” adlanan şeirin altında Nazimin imzası və şeirin yazılma tarixi, nə vaxt və harada yazılması qeyd olunub: “Nazim Hikmet. Nazim Hikmətin kitabxana...
ANL
Akademik Vasim Məmmədəliyevin 70 illiyi qeyd olunub. Bakı Dövlət Universitetində görkəmli alim, ilahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetin...
ANL
Üzümə gülən küçə. Hazırda qədim Şabran torpağının az qala hər qarışında gedən geniş abadlıq-quruculuq işləri yaşadığım küçədən də yan keçməyib. Bu günlərdə küçəmizdə növbəti abadlıq-quruculuq işləri-asfaltlaşdırma gedirdi və mən də iş üstündə olan, görülən işlərlə yaxından maraqlanıb öz göstərişlərini verən rayon İcra ...
ANL
Professor Vilayət Quliyevə yubiley məktubu Şərqlə Qərbin qovşağında fütuhat. Əzizim Vilayət, möhtərəm Ədib! Azərbaycan yazıçılarının X qurultayında dediyin sözlər yadıma düşür: Elə bil ki, gənclik həbs müddətidi, onu nə vaxt qurtaracağıq ki, bizi də nəzərə alacaqlar. Fəqət, sən həmişə mənim üçün gəncsən. Çünki, bir zam...
ANL
Kişvəri divanının yeni nüsxəsi. Nəsimidən sonrakı anadilli Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, təxminən XV əsrin ikinci yarısı - XVI əsrin əvvəllərində yaşamış Kişvəri özündən sonrakı şeirimizin inkişafında mühüm rol oynayıb. Akademik Həmid Araslı şairin ədəbiyyat tarixindəki xidmətləri barədə yazır: “Kişvəri...
ANL
Əsl insan, fədakar alim, gerçək ziyalı itkisi. PROFESSOR NAZİF QƏHRƏMANLI BU DÜNYAYA VİDA ETDİ. Ağlımıza gətirmədiyimiz qəfləti bir aqibət, acı bir tale, bir yazı, bir təəssür: tanınmış ədəbiyyatşünas alim, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nazif Ələkbər oğl...
ANL
Tarixi-xronoloji ardıcıllıq və bədii mahiyyət. “Siyasi əlaqələr qohumluq əlaqələrindən möhkəm olur. Belə də adamların qarşılıqlı sədaqəti qanunların gözlənilməsinə deyil, əksinə, onların qarşılıqlı tapdanmasına əsaslanır”. Yunan mütəffəkkiri Fukididin “Tarix” kitabından. Fukididin dahi müəllimi, “dünya tarixinin atası”...
ANL
“BİZƏ PATETİK ŞEİRLƏR LAZIM İDİ OTURUB YAZDIM”. 70-ci illərdə “İslami bir dövlət” qurma idealını daşıyan gənclərin dilindən düşməyən şeirlərin şairi olub Ömər Özbay. “Mitinqlərdə, yığıncaqlarda, panel və konfranslarda iştirakçıların coşğusu şeirlə təmin edilərdi. Ömər Özbay, 70-ci illərin gənclərinin yaddaşında olan şe...
ANL
Dərdlə “Dolu” ürəklər boşalanda... Yadımdadır, sovet dövrü məktəblərində sinif uşaqlarımızın dilindən düşməyən “Bizimkilər” sözü. Belə ki, Böyük Vətən müharibəsi mövzulu filmlərdə həmişə bu “bizimkilər”, bədii ekran əsərinin döyüş səhnələrində öz tamaşaçısına ruh verən, müsbət qəhrəman obrazını gözüyumlu müəyyənləşdirm...
ANL
Qorxmaz Tofiqoğlu “Mətbuatın aşıq sənətinə, saza diqqətinin azalması günümüzün acı reallığıdır”. “MƏDƏNİYYƏTİMİZİN DİGƏR SAHƏLƏRİ KİMİ, AŞIQ SƏNƏTİNİN DƏ TƏBLİĞİNƏ BÖYÜK ÖNƏM VERƏN İCTİMAİ TELERADİO BU BAXIMDAN DİGƏR MEDİA QURUMLARI ÜÇÜN LAYİQLİ NÜMUNƏDİR”. Azərbaycan teleradiosunda, elektron mediada, mətbuatda milli m...
ANL
Çoxdan idi Aydın Tağıyev haqqında bir yazı yazmaq, öz ürək sözlərimi söyləmək istəyirdim. Hər dəfə qəzet və jurnal səhifələrində onun təzə çıxan hekayələrini oxuyur, daxilən sevinirdim ki, Aydın yaradıcılıq tempini itirməyib, yenə əvvəlki kimi sadə və təbii yazır, inandırır bizi. Yenə də həyatın, gerçəkliyin adilikləri...
ANL
İsa Hüseynov: “Ədəbiyyata gəldiyim dövrdə mənim kimi yazıçılar yox idi”. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan İsa Hüseynovla müsahibənin baş tutacağından əmin deyildik. Əvvəla müsahibəyə razılığı nasirin özü verməmişdi. Yaxınları Ağstafaya - İsa Hüseynov hazırda orada istirahət edir - gedəcə...
ANL
Vokalçı Ramil Qasımovun Almaniyada yeni albomu buraxılıb. Azərbaycan Teleradiosunun musiqi kollektivlərinin bədii rəhbəri, tanınmış vokalçı Ramil Qasımovun Almaniyada yeni CD albomu işıq üzü görüb. Vokalçının APA-ya verdiyi məlumata görə, “Azərbaycanım” adı altında milyonlarla dinləyicinin ixtiyarına verilən bu albomda...
ANL
Alzqeymer - beyin hüceyrələrinin vaxtından əvvəl ölməsidir - yaddaşın günbəgün azalması, itməsi. Sonda isə xəstələr öz doğmalarını belə unudur, danışa, gəzə, hətta gülümsəyə bilmirlər. Əsrimizin hələlik müalicəsi mümkünsüz xəstəlikləri sırasında “Alzqeymer”in xüsusi yeri var. Dünyada (sayı günbəgün artan) 35 milyondan ...
ANL
“Azərbaycanın təhsil tarixi”: milli təhsil haqqında fundamental əsər. Azərbaycanın təhsil naziri, tanınmış ziyalı, ictimai xadim, professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” Azərbaycanın təhsil tarixinin publisistik dillə qələmə alınan ensiklopediyasıdır. Azərbaycan təhsilinin tarixi ilk dəfədir ki, bu cür əh...
ANL
Ümumiyyətlə, mətbuatda zaman çox sürətlidir. İnternet mediası isə bu mənada deyiləsi deyilmiş. Səhər işə gəlirsən, başını qaldıranda görürsən axşamdır. Üç ildə dəfələrlə bağlanmaq təhlükəsi ilə qarşılaşdıq. O zaman dostumuz Rəşad Məcid çox dirəşdi, dedi “Modern.az”ın özünəməxsus dəst-xətti var, tək qalsan belə, onun ba...
ANL
Müasir Robinzonlar, yaxud Ramazan. Xaricə, xüsusilə Avropa ölkələrinə səfərlər çox şeylə yadda qalır. Fərqli şərait, qorunan monumentallıq sanki təsəvvürlərində, düşüncələrində hansı isə qaranlıq bir küncü işıqlandırır və sən sanki rəssam olub bütün rəngləri seçməyə, bəstəkar olub bütün səsləri eşitməyə cəhd edirsən. D...
ANL
“Azərbaycandan çox gözəl duyğularla ayrılıram”. GÜNAY KILIÇ: “AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAYRAQLARININ YANAŞI. DALĞALANMASI QÜRURVERİCİ MƏNZƏRƏDİR”. O, ulu öndər Atatürk və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Bir millət, iki dövlət!” kəlamını xatırladaraq, gündən-günə daha da güclənən ...
ANL
Ramil Səfərov azadlıqda! MACARISTANDA HƏBSDƏ OLAN ZABİTİMİZ AZƏRBAYCANA GƏTİRİLDİ. ERMƏNİSTAN HAKİMİYYƏTİ TƏŞVİŞƏ DÜŞDÜ. SƏRKİSYAN SƏFİRLƏRLƏ TƏCİLİ TOPLANTI KEÇİRDİ. Dünən Azərbaycan Prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, 1977-ci...
ANL
Qoca Şərqin müdrik üləması. Yüksək yaradıcı potensiala malik insanlar bütün dövrlərdə həyat eşqini istedadın onları məhkum etdiyi ağır zəhmətdən alıblar. Yüksək mənəviyyat sahiblərinin ömür tablosu sanki sonu görünməyən mübarizə boyaları ilə işlənib. Qarşıya qoyduqları saf amallara, ali məqsədlərə yetişmək parlaq zəkas...
ANL
Firəngiz Əlizadənin əsərləri Venesiyada ifa olunub. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, bəstəkar Firəngiz Əlizadənin əsərləri Venesiyada 46-cı dəfə keçirilən “Asiago-2012” musiqi festivalında səsləndirilib. 525.az-ın məlumatına görə, bəstəkarın əsərləri “Composer-in-residence” (əsərlərinə üstünlük verilən bəstəka...
ANL
Açıq cəmiyyət, plüralizm və mətbuat. FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, “TƏFƏKKÜR” UNİVERSİTETİNİN PROFESSORU TOFİQ YUSİFOVLA SÖHBƏT. Demokratiya və aşkarlığın mühüm vasitəsi kimi kütləvi informasiya vasitələrində fikir, söz və məlumat azadlığının kifayət qədər işıqlandırılması həmişə cəmiyyətin maraq dairəsindədir. Plür...
ANL
İsa Hüseynov “İnternet yox olacaq, axırda kitab oxunacaq, çünki kitab əbədidir”. – Yusif Səmədoğlunun “Qətl günü” romanından xoşunuz gəlir? Bu cür qəliz yazmaq, ədəbiyyatı bu şəklə salmaq olmaz. Qəliz yazmaq düz deyil, gərək sənin əsərini sadə insanlar da başa düşsün. Firuzə xanım: Axı sənin özündə də qəlizlik var. – İ...
ANL
Uğur tariximizdə dönüş nöqtəsi. “Bizi gələcəkdə də qələbələr gözləyir. Azərbaycan qələbəyə layiqdir. Azərbaycan güclü dövlətdir”. İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti. Müstəqillik dövründə davamlı uğurlar tariximizə yazılıb. Onlar dövlətçiliyimizn möhkəmləndirlməsi ilə yanaşı bizi başlıca olaraq bir məqs...
ANL
Gövhər Baxşəliyeva: "Bürokratik metodlardan imtina edilməlidir". Millət vəkili, professor Gövhər Baxşəliyevanın 525.az saytına müsahibəsi. –Gövhər xanım, bir millət vəkili və ən əsası bir elm adamı olaraq, Azərbaycan elminin bugünkü vəziyyəti ilə bağlı nə deyərdiniz? Azərbaycan elmində irəliləmə, yoxsa, geriləmə müşahi...
ANL
" Ramil Səfərovun Azərbaycana qaytarılması beynəlxalq hüquq normaları çərçivəsində həll edilib”. Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun newtimes.az saytına müsahibəsi. – Novruz müəllim, Ramil Səfərovun Azərbaycana qaytarılması ilə bağlı fikirlərinizi ...
ANL
Vətənpərvərlik zirvəsində təzadların həqiqəti. “Mədəniyyət insanın ən ali instinktidir”. Onsuz insanlar və təbiət arasında harmoniyanın yaranması mümkün deyil. Lakin hər bir əsrin özünəməxsus mənəvi böhranları zamana ehtiyacı olan keçid dövründə baş qaldırır. Tarixin siyasət meydanlarında mədəniyyət meyarları necə deyə...
ANL
Açıq cəmiyyət, plüralizm və mətbuat: Reallığın təhlili, perspektivə baxış. FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, “TƏFƏKKÜR” UNİVERSİTETİNİN PROFESSORU TOFİQ YUSİFOVLA SÖHBƏT. ...İllər keçib, dünyada baş verən ABŞ-ın və yaxud da Qərbin qoşulduğu bütün proseslərin içərisində informasiya monopoliyası var. Bu gün dünya hadisələ...
ANL
Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Hadı Rəcəblinin 525.az saytına müsahibəsi. Bu baxımdan, bir hakim partiya üzvü olaraq, seçkiqabağı mühiti necə qiymətləndirirsiniz, sizcə, Azərbaycanda demokratik, şəffaf seçkilərə şərait varmı? – Bilirsiniz, seçkilərin demokr...
ANL
Açıq cəmiyyət, plüralizm və mətbuat. Reallığın təhlili, perspektivə baxış. Bəzən jurnalistlər elə bilirlər ki, diffamasiya ilə bağlı qanun qəbul olunarsa, nə istəsə yaza və deyə bilərlər. Diffamasiyanın əsas prinsiplərindən biri belədir: təhqir edə bilməzsən, amma ləkələyə bilərsən. Göstərilir ki, bu prinsipləri pozan ...
ANL
"DOLU" filmi mübarizə əzmi, qələbəyə inam hissi yaradır. Bu gün «Nizami» Kino Mərkəzində «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan «Dolu» bədii filminin ictimaiyyət üçün təqdimatı keçirilib. 525.az-ın məlumatına görə, filmin rejissoru Elxan cəfərov, ssenari müəllifi Aqil Abbas, operatoru Nadir Mehdiyev, rəssamı ...
ANL
Qan qoxuyan tarix. ASALA-çi qatil İrəvana necə təhvil verildi... Erməni terrorunun “xaç atası”nın hekayətini Lent.az-a Anar Yusifoğlu yazır. Erməni terror təşkilatı olan ASALA-nın Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşlarını ölümlə hədələyən məktub göndərməsi erməni terror təşkilatlarını və bu təşkilatlar içə...
ANL
Təbliğatda yapon düsturu. YAPON DİPLOMATİYASI MÜBAHİSƏLİ ƏRAZİ SAYILAN TAKEŞİMA ADALARI İLƏ BAĞLI TƏBLİĞATI NECƏ QURUR? Azərbaycan xalqı tarix boyu erməni vandallarının qurbanına çevrilərək, müxtəlif işgəncələrə, zorakılıq hallarına, qırğınlara, soyqırıma məruz qalıb. Ötən əsrin əvvələrindən başlayaraq, xalqımızın üzlə...
ANL
İnsanlar bir-birinə can sağlığı arzulayanda əsir torpaqların iniltisi aydınca eşidilirdi”. Bu, Sona Vəliyevanın “Arazbarı” kitabındandır və o kitabda Sona xanım nədən yazır-yazsın, o naləni, iniltini, harayı eşitməmək mümkün deyil. Onu müəllifin Vətən, torpaq yanğılı bütün şeirlərinə, ümumən bütün yaradıcılığına şamil ...
ANL
Qalibiyyət özü danışır. Qalib gələn çığıra bilər. Məlum həqiqət var: qaliblər mühakimə olunmurlar. Qalibiyyət barədə zəif əsərin qüsurlarına da göz yummaq olar. Çünki bu daha çox özlüyündə parlaq, bədii, cəlbedici olan zəfərin fiksə edilməsidir... Məğlub olub, elə məğlubiyyətdən film çəkmək olar. Bu, daha çətindir, sən...
ANL
Miriş baxtı gətirmiş qaçqın idi, xan kefində dolanırdı. Dəblə tikilmiş, çərhovuzlu, güllü-çiçəkli bağ evi dənizə yaxın yerdə - qəlbidəydi. İlk gündən Mirişi ovunduran, onun başını qatan da dəniz olmuşdu, yoxsa dərddən çərləyərdi, it kimi qudurub quyruğunu qapardı. Dənizsə elə əzəl gündən Mirişə üz göstərmirdi, yəni qaç...
ANL
“Xan qızı” adı ilə tanınan, xeyirxah işləri və nəcibliyi ilə el içində dərin hörmət qazanan görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvan gözəl şair və ictimai xadim kimi tanınmaqla yanaşı, həm də çox incə zövqə malik rəssam və bədii tikmə ustası olub. Özünün rəssamlıq fəaliyyətini poetik yaradıcılığından bir an belə ...
ANL
Natəvanın iki qeyri-mətbu şeiri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında” 3 aprel 2012-ci il tarixli sərəncam imzaladıqdan sonra AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda bu dəyərli şairə və ictimai xadimin həyat və yaradıcılığına dair araşdı...
ANL