text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişd...
ANL
Azərbaycanın diffamasiyanın dekriminallaşdırılması sahəsində təşəbbüsləri yüksək qiymətləndirilmişdir. Mayın 11-də ATƏT-in Bakı ofisi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması" mövzusunda konfrans keçirilmişdir. Konfransda ATƏT-...
ANL
Əli Həsənov: Azərbaycanda söz azadlığı sahəsində görülən işlər göz önündədir. Azərbaycanda söz azadlığı sahəsində görülən işlər göz önündədir. Bir sıra beynəlxalq qurumların Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı hesabatları sadəcə təəccüb doğurur. AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə...
ANL
Azərbaycan ilə Serbiya arasında münasibətlər yüksək səviyyədədir. Mayın 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Serbiyanın xarici işlər nazirinin müavini Zoran Vuyiç ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov bu yaxınla...
ANL
Azərbaycanın və Latviyanın birinci xanımları Müasir İncəsənət Muzeyi ilə tanış olmuş, "Sənət inciləri" sərgisinə baxmışlar. Mayın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Latviyan...
ANL
Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar təqdim edilmişdir. Mayın 11-də Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatları təqdim etmişdir. AzərTAc xəbər verir ki, Ə.Qaraye...
ANL
Azərbaycanın birinci xanımının adından Latviya Prezidentinin xanımının şərəfinə nahar verilmişdir. Mayın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından ölkəmizdə səfərdə olan Latviya Prezidentinin xan...
ANL
Latviyanın birinci xanımı Lilita Zatlere Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur. Azərbaycanda səfərdə olan Latviyanın birinci xanımı Lilita Zatlere mayın 11-də Beynəlxalq Muğam Mərkəzində olmuşdur. Latviya Prezidentinin xanımına dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verildi. Bildirildi ...
ANL
Latviyanın birinci xanımı İçərişəhərlə tanış olmuşdur. Latviyanın birinci xanımı Lilita Zatlere ölkəmizə səfəri çərçivəsində mayın 11-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olmuşdur. AzərTAc xəbər verir ki, elektromobillərlə gəzinti zamanı qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçəri...
ANL
Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Sabirabad, Saatlı, İmiş...
ANL
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Parlament kuboku-2011" futbol turnirinin başlanmasına həsr olunmuş mərasim keçirilmişdir. Mayın 11-də Bakı Dövlət Universitetinin (BDU) idman kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Parlament kuboku-2011" futbol turnirinin başlanması...
ANL
Rusiya paytaxtında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evində ümummilli lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş t...
ANL
Ədliyyə orqanlarında silsilə tədbirlər keçirilmişdir. Müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər keçirilmişdir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ədliyyə işçiləri ü...
ANL
Debat turnirinin qalibləri mükafatlandırılmışdır. Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Respublika Gənclər Forumu - Yaz 2011" universitetlərarası debat turniri qaliblərinin mükafatl...
ANL
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Macarıstandakı səfirliyi Dyör şəhərində “Azərbaycan günü” keçirmişdir. Azərbaycanın Macarıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar ölkənin mühüm sənaye mərkəzi sayılan Dyör şəhərind...
ANL
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının yeni hərbi hissəsinə baxış keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün qeyd edildiyi bir vaxtda - mayın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülkü Müdafiə Qoşunlarının Səngəçaldakı yeni hərbi hissəsinə baxış keçirilmiş...
ANL
Sevastopolda azərbaycanlı döyüşçülərin bərpa edilmiş abidəsinin açılışı olmuşdur. Sevastopoldakı Sapun-qorada 77-ci Azərbaycan diviziyası döyüşçülərinin şərəfinə ucaldılmış memorial kompleksdə bərpa işləri başa çatmış və kompleksin təntənəli açılış mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, Krım Azərbaycanlılar İc...
ANL
Atəşkəs rejimi Azərbaycanda qüdrətli ordunun yaradılmasına imkan verdi. Tarix sübuta yetirib ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir. Bu gün müstəqil Azərbaycanın da NATO standartlarına uyğun, şəxsi heyətinin döyüş ovqatı yüksək olan peşəkar və modern ordusu var. Bu ordunun inkişaf meyillərini şərtləndirən...
ANL
RAMİ “RİA-Novosti”nin baş redaktorunun müavini Valeri Levçenko AzərTAc-ın müxbiri Vüqar Əliyevə müsahibə vermişdir. Valeri Levçenko “RİA-Novosti” agentliyinin Xarici Əlaqələr Mərkəzinə hamilik edir. Bu mərkəzin əsas vəzifələrindən biri beynəlxalq peşəkar təşkilatlarla əlaqələr və jurnalistlərin dünya səviyyəsində əməkd...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Mərdəkanda görülən işlərlə tanış olmuşdur. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görü...
ANL
Azərbaycan ATƏT PA-nın fəal üzvü, regionun qüdrətli dövlətidir. Mayın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu ilə görüşmüşdür. Milli Məclisin Sədri ATƏT PA-nın sədri kimi onun ölkəmizə ilk rəsmi səfərinin səmərəli keçəcəyinə və Azərbaycanla ATƏT...
ANL
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun ədalətli həllini tapmalıdır. Mayın 12-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqları ATƏT Parlament Assambleyasında Azərbaycanı təmsil edən nü...
ANL
ATƏT Parlament Assambleyasının sədri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir. ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiun ölkəmizə səfəri çərçivəsində mayın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucus...
ANL
Petros Eftimiu: Səfərimin məqsədi parlamentlərarası əlaqələri daha da genişləndirməkdir. Səfərimin məqsədi Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında parlamentlərarası əlaqələri daha da genişləndirməkdir. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Pe...
ANL
Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Gənc nəslin sağlam böyüməsi üçün idmanın kütləviliyinin təmin olunması, gənclərin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə respublikanın bütün bölgələrində genişmiq...
ANL
Strasburqda Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin və Mədəni irs üzrə Rəhbər Komitənin növbəti iclaslarında Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunları yüksək qiymətləndirilmişdir. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Azərbaycan nümayənd...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı, general Dunkan Mak Nabbın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı, general Dunkan Mak Nabbın başçılıq etdiyi nümayəndə h...
ANL
"Bakı Ürək Günləri" Beynəlxalq Konqresinin iştirakçılarına. Hörmətli Konqres iştirakçıları! Sizi - Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimiqəlbdən salamlayır, Konqresinizin işinə uğurlar, hər birinizə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram. Bu il öz dövlət müstəqill...
ANL
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən və 1896-cı ildə məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi ümumtəhsil...
ANL
Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini ...
ANL
"Onun həyatının əsas qayəsi müstəqil Azərbaycandır. Təsisçisi və baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva olan "Baku" jurnalının növbəti, 23-cü nömrəsində (may-iyun, 2011-ci il) İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın "Lider formulu" adlı məqaləsi dərc edilm...
ANL
Əli Həsənov: "Avropa Parlamentinin qətnaməsi Azərbaycandakı mövcud reallığı əks etdirmir və subyektiv mülahizələrə söykənir". Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Azərbaycana da aidiyyəti olan qətnamə qəbul olunub. "Azadinform" Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müd...
ANL
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri mətbuat konfransı keçirmişdir. Mayın 13-də Baş nazirin müavini - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirmişdir. AzərTAc xəbər veri...
ANL
Mayın 13-də Azərbaycan Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin hazırlanması ilə bağlı yığıncaq keçirilmişdir. AzərTAc xəbər verir ki, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respub...
ANL
ABŞ-Azərbaycan hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur. Mayın 13-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Bakıda səfərdə olan ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı, general Dunkan Mak Nabb ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişl...
ANL
Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar "İDEF-2011" sərgisində böyük maraqla izlənilir. Xəbər verdiyimiz kimi, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar İstanbulda keçirilən "IDEF-2011" X Beynəlxalq Müdafiə Sənayesi sərgisində nümayiş etdi...
ANL
"2-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresin iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. Mayın 13-də "2-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresinin iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu He...
ANL
Azərbaycan paytaxtında "2-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresi öz işinə başlamışdır. Mayın 13-də "Gülüstan" sarayında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə "2-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresi öz işinə başlamışdır. Bu beynəlxalq tədbir ümummilli lider Heydər Əliyevin an...
ANL
Hər bir vətəndaşın mənafeyinə xidmət edən sosialyönümlü islahatlar. Tarixən hər bir dövlətin gücü və qüdrəti ilk növbədə onların iqtisadi inkişaf səviyyəsi ilə müəyyənləşmişdir. Dinamik inkişaf yolunda olan dövlətlər məqsədlərinə doğru inamla irəliləmiş, dünya miqyasında söz sahibinə çevrilmişlər. İnkişaf prosesi özü i...
ANL
Bu günlərdə yaz yağışının sel-suyundan dağılmaqda olan Çoğaz-Qazax su xəttinin mühafizəsi zamanı Qazax camaatının birliyinin, mütəşəkkilliyinin bir daha şahidi olduq. Qısa müddət ərzində aşıb-daşan Ağstafa çayı ram edildi. Qazaxın yeganə içməli su xətti xilas olundu. Təcili görülən tədbirlər sayəsində ətrafdakı yaşayış...
ANL
İsmayıllı ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilir. Bu gün Azərbaycanda özünün sürətli inkişaf dövrünü yaşayan sahələrdən biri də turizm sektorudur. Prezident İlham Əliyevin son illərdə Azərbaycanda muzeylərin və kitabxanaların fəaliyyətlərinin yaxşılaşdırılması, monumental heykəltəraşlıq abidələri, xatirə-me...
ANL
Küveytdə Azərbaycan Mədəniyyəti Günləri böyük müvəffəqiyyətlə keçmişdir. Mayın 10-dan 12-dək Küveyt Dövlətində müvəffəqiyyətlə keçən Azərbaycan Mədəniyyəti Günləri bu ölkədə geniş əks-səda doğurmuşdur. Azərbaycanın Küveytdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Küveyt Dövl...
ANL
Bakı və ətraf qəsəbələrdə yeni inkişaf mərhələsi başlayır. Hər bir cəmiyyətin nailiyyətlər qazanması ilk növbədə siyasi hakimiyyətin qarşısında duran vəzifələrin öhdəsindən necə gəlməsindən və müəyyənləşdirdiyi proqramların icrasından asılıdır. O cümlədən ictimai-siyasi sabitlik, iqtidar komandasının monolitliyi də uğu...
ANL
Küveytin nüfuzlu və yüksək tirajlı "Əl-Vətən" qəzetinin tam səhifəsi Azərbaycana həsr olunmuşdur. Prezident İlham Əliyevin Azərbaycanda 2011-ci ili "Turizm ili" elan etməsi çərçivəsində ölkəmizin geniş turizm potensialının daha yaxından tanıdılması məqsədilə Bakıda keçirilmiş "AİTF-2011" Beynəlxalq Turizm və Səyahətlər...
ANL
İstanbulda keçirilən "İDEF-2011" X Beynəlxalq Müdafiə Sənayesi sərgisi başa çatmışdır. AzərTAc xəbər verir ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 89 adda müdafiə təyinatlı məhsullar da bu sərgidə nümayiş etdirilmişdir. Sərgidə Azərbaycanın müdafiə sənayesi, fövqəladə hallar və mü...
ANL
Gənc alimlərin fəaliyyətinin stimullaşdırılması üçün əlavə sistemin yaradılmasına ehtiyac vardır. Gənc alimlərin fəaliyyətinin stimullaşdırılması üçün əlavə sistemin yaradılmasına ehtiyac vardır. AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev demişdir. ...
ANL
Müasir Azərbaycan möhkəm təməl üzərində sürətlə inkişaf edir. Tarixdən məlumdur ki, hər bir xalq ictimai-iqtisadi formasiya dəyişkənliyində minilliklər boyu formalaşmış milli-mənəvi dəyərlərini, adət-ənənələrini, ümumilikdə, düşüncə sistemini yad təsirlərdən qorumaqla özünütəsdiq imkanı qazanır. Qloballaşan dünyanın mi...
ANL
Heydər Əliyev Fondunun dəstəyi ilə Qaraçuxur qəsəbəsində Kəlbəcər rayonunun 23 nömrəli məktəbi üçün yeni bina istifadəyə verilmişdir. Mayın 14-də Heydər Əliyev Fondunun dəstəyi ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Kəlbəcər rayonunun 23 nömrəli tam orta məktəbi üçün tikilmiş yeni bina istifadəyə verilmişdir. Azə...
ANL
Azərbaycanın RF-dəki səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi Qarabağ turizm agentliyinin Moskvada, beynəlxalq sərgidə iştirak etmək cəhdinin qarşısını almışlar. Sərgidə dünyanın 40 ölkəsindən nümayəndə heyətləri iştirak etmişlər. Azərbaycan Respublikasını sərgidə Zakir Əliyevin rəhbərliyi ilə Bakı İnformasiya-Turiz...
ANL
Tasin Cəmil: Bakı Qərbdən gələndə ilk Şərq, Şərqdən gələndə ilk Qərb şəhəridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumda iştirakı və açılış mərasimindəki nitqi həmin məclisin siyasi və praktiki əhəmiyyətini daha da artırmışdır. Bu sözləri Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ...
ANL
Zurab Dvali: Mədəniyyətlərarası dialoq üzrə Bakı forumu yaxınlaşma yolunda pillələrdən biri olmuşdur. “Mədəniyyətlərarası dialoqun mövzusu mənə çox yaxındır. Həm Gürcüstan, həm də sözügedən forumun təşkil olunduğu dövlət kimi Azərbaycan çoxmədəniyyətli qarşılıqlı münasibətlərin bütöv bir polifoniyasıdır”. Bu sözləri Az...
ANL
Azərbaycanda elmşünaslıq elmi. Yüksək iqtisadi inkişaf tempi ilə seçilən bir ölkədə bu tərəqinin davamlı olmasını təmin etmək üçün ən mühüm şərtlərdən biri elmin də müvafiq səviyyəyə yüksəlməsidir. Bunun üçün isə ilk növbədə elmin öz mahiyyətinin və funksiyalarının düzgün müəyyənləşdirilməsi və dövrün tələblərinə uyğun...
ANL
Yeni dövlət proqramı Azərbaycan gəncliyinə böyük töhfələr verəcək. Fərəhli haldır ki, proqramın hazırlanmasında gənclər də fəallıq nümayiş etdirirlər. Ötən ay Prezident İlham Əliyevin bir qrup gənci qəbul etməsi, onları dinləməsi Azərbaycan dövlətinin gənclərə olan münasibətinin göstəricisi olmaqla yanaşı, proqramın ha...
ANL
Sığorta-pensiya sistemində şəffaflıq əsas prinsipdir. Əhalinin etibarlı sosial müdafiəsinin təşkili istiqamətində görülən tədbirlərin davamlı olaraq genişləndirilməsi ölkə vətəndaşlarının maddi rifah halının yüksələn xətt üzrə inkişafına təsir göstərən əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan Prezident İlham Ə...
ANL
Cəmiyyətin tərkib hissəsi. Azərbaycan xalqının dəyərlər sistemində ailənin, evin, isti ocağın xüsusi yeri var. Daha doğrusu, ailə anlayışı cəmiyyətin təməl mərhələsidir. Keçilən digər mərhələlər rüşeyim kimi bu ocağın işığından nur alır, qidalanır, sonra ictimailəşir və institutlaşır. Biz özümüzü yalnız ailəmizdə xoşbə...
ANL
ABŞ-ın Cons Hopkins Universitetində "Azərbaycan Günü" böyük uğurla keçmişdir. Mayın 13-də Vaşinqtonda yerləşən ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbində "Azərbaycan Günü" keçirilmişdir. Tədbirdə Cons Hopkins Universitetinin tələbə və müəllim heyəti mayın 28-i gününün Azərbay...
ANL
Tariximizin açılmamış səhifələri. Azərbaycan ərazisində yaranıb yayılan maddi və mənəvi dəyərlərin əhatə dairəsi geniş olduğu kimi, çeşidi də müxtəlif və rəngarəngdir. Mədəni dəyərlərin ilkin nümunələri olan daş kitabələr, mağara divarları və sütunları, qayaüstü Qobustan və Gəmiqaya təsvirləri, eləcə də folklor yaradıc...
ANL
Erməni faşizmi gürcü mənbələrində. Son yüzilliklərdə xalqımızın başına gətirilən faciələri, müsibətləri xatırlayanda böyük rus alimi V.O.Klyuçevskinin "Tarix onu bilməyənləri cəzalandırır" fikri yada düşür. Bəs bu tarix yaddaşımızda və kitablarımızda necə yaşayır, necə təsvir olunur, qonşu Gürcüstanda da bu oxşar hadis...
ANL
M.V.Lomonosov adına MDU-nun Bakı filialında "Açıq qapı günü" keçirilmişdir. MDU-nun Bakı filialının elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri namizədi dosent Azad Tağızadə tədbiri açaraq qeyd etmişdir ki, "Açıq qapı günü" abituriyentlərə və onların valideynlərinə bu ali məktəbdə tədris olunan ixtisaslar, qə...
ANL
Dünyamızın təmiz suya, havaya ehtiyacı var. Bu gün tarixə dünya meteoroloqları tərəfindən indiki və gələcək nəsillərin normal yaşamı üçün mühüm resurs olan iqlimin qorunmasının 40 mühüm şərtinin elan edildiyi gün kimi daxil olub. Məlumdur ki, insan öz inkişafının bütün mərhələlərində xarici mühitlə - havayla, su ilə, t...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində q...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etmişdir. Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etmişdir. Dövlət baş...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala telefonla zəng edərək onları Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı, "Eurovision - 2011" mahnı müsabiqəsində qazandıqları parlaq qə...
ANL
Prezidentin mətbuat xidmətinin məlumatı. Mayın 15-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Gürcüstan Prezidenti Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" müsabiqəsində qələbəsi münasibətilə dövlətimizin başçısı...
ANL
Norveçin Kralı Əlahəzrət V Haralda. Əlahəzrət! Ölkənizin milli bayramı - Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan-Norveç münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da do...
ANL
"2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında qiymətli kağızlar bazarı...
ANL
Oljas Süleymenovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə Oljas Süleymenov "Dostlu...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın müdafiə naziri Baçana Axalayanı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Gürcüstanın müdafiə naziri Baçana Axalayanı qəbul etmişdir. Nazir Baçana Axalaya Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatd...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvililini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvililini qəbul etmişdir. Görüşdə ölkələrimizin müxtəlif sahələrdə...
ANL
"Eurovision-2011" müsabiqəsi bir daha Azərbaycanın Avropa ölkələri sırasına qəbul edildiyini göstərdi. Azərbaycanın "Eurovision-2011" müsabiqəsində qalib gəlməsini müəyyən mənada qanunauyğun hadisə kimi qəbul etmək olar. Çünki Azərbaycanın son illərdə həm regionda, həm də beynəlxalq aləmdə atdığı addımlar, əldə etdiyi ...
ANL
"Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Vətənə qayıtmışlar. AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda nüfuzlu musiqi yarışmasının qaliblərini təntənə ilə qarşılamışlar. Təmsilçilərimizin Bakıya gəlişi bayrama çevrilmişdir. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, İctimai Telev...
ANL
Düsseldorf şəhərində 56-cı “Eurovision” müsabiqəsi başa çatmışdır. Azərbaycanın təmsilçiləri –Eldar Qasımov və Nigar Camal dueti müsabiqədə möhtəşəm qələbə qazanmışdır. Almaniyanın Düsseldorf şəhərinin “Esprit Arena”sında 56-cı “Eurovision” mahnı müsabiqəsi başa çatmışdır. Azərbaycanı bu yarışmada təmsil edən Eldar Qas...
ANL
"Eurovision"un icraçı direktoru Jon Ola Sand ev sahibliyini təsdiqləyən sənədi Azərbaycan nümayəndə heyətinə təqdim etmişdir. "Eurovision" müsabiqəsinin icraçı direktoru Jon Ola Sand Düsseldorfda Azərbaycanı qalibiyyət münasibətilə təbrik edərək növbəti ildə ölkəmizin bu yarışmanı yüksək səviyyədə təşkil edəcəyinə əmin...
ANL
Zəngin musiqi mədəniyyətimizi layiqincə qiymətləndirən Avropa ölkələrinin verdikləri yüksək bal "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın möhtəşəm qələbəsini təmin etmişdir. AzərTAc xəbər verir ki, Avropanın ən nüfuzlu musiqi yarışması olan "Eurovision" müsabiqəsinin sayca 56-cı mərhələsi cəmi dördüncü ildir k...
ANL
"Eurovision - 2011"-də Azərbaycan təmsilçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Mayın 16-da "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camal ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı parkda ulu öndərin abidəsini ...
ANL
Azərbaycanın "Eurovision - 2011" mahnı müsabiqəsindəki parlaq qələbəsi qardaş Türkiyədə böyük sevinclə qarşılanmışdır. Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camalın Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision - 2011" mahnı müsabiqəsində qazandıqları parlaq qələbə qardaş Türkiyədə böyük sevincl...
ANL
"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın böyük qələbəsi Fransa mətbuatının aparıcı mövzularından birinə çevrilmişdir. Almaniyanın Düsseldorf şəhərində eçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın birincilik qazanması son günlər Fransa mətbuatının aparıcı mövzularından birinə çevrilmişdir. Ölkə...
ANL
Hulusi Kılıç: "Eurovision-2011" müsabiqəsindəki müvəffəqiyyət təkcə Azərbaycana deyil, bütün türk dünyasına böyük qürur və sevinc yaşatmışdır. Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç "Eurovision-2011" mahnı müsabiqəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. Türkiyənin Azərbaycandakı səfirliyinin m...
ANL
Azərbaycanın "Eurovision-2011"-də qələbəsi Gürcüstanda da əsl ümumxalq bayramı kimi qeyd edilmişdir. Almaniyada keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın parlaq qələbəsi məlum olan andan etibarən - mayın 14-dən 15-nə keçən gecədən başlayaraq Gürcüstanda da əsl bayram əhval-ruhiyyəsi hökm sürmüşdür. ...
ANL
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasında son illər aparılan iqtisadi islahatlar azad bazar münasibətləri əsasında fəaliyyət göstərən iqtisadi sistemin bərqərar olmasını təmin etmişdir. Bazar iqtisadiyyatının fundamental institutları, o c...
ANL
Heydər Əliyev və azərbaycançılıq ideologiyası. Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin möv...
ANL
Sosial müdafiə tədbirlərində şəffaflıq artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur islahatlarının nəticələrindən biri kimi, nazirliyin müvafiq bölmələrinin bazası əsasında Dövlət Sosial Təminat Xidməti və Sosial Təminat Siyasəti şöbəsi yaradılıb. Bu günlərdə nazir Fizuli Ələkbərovun işti...
ANL
Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl işlər aparılır. Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl işlər aparılır. AzərTAc xəbər verir ki, bu sözləri mayın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev həmkarlar ittifaqlarının üzvü olan bir ...
ANL
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursada Cənubi Qafqazda təhlükəsizlik və Türkiyə-Azərbaycan əlaqələrinə dair beynəlxalq konfrans keçirir. Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Türkiyənin Bursa şəhərindəki Uludağ Universiteti ilə birlikdə "Cənubi Qafqazda təhlükəsizliyin yenidən dəyərləndirilməsi və Tü...
ANL
Mayın 16-da "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Simferopol-Bakı marşrutu ilə ilk sərnişin aviareysini yerinə yetirmişdir. Bakıdan uçan ilk təyyarədəki 36 sərnişini və QSC-nin nümayəndəsini Simferopol Beynəlxalq aeroportunda cəmiyyətin Ukraynadakı nümayəndəsi Yaşar Əmirov qarşılamışdır. Hava li...
ANL
Laçının tarixi, maddi mədəniyyət abidələri erməni vandalları tərəfindən məhv edilir. Laçın Qayaları da, yolları kimi qırçın-qırçın, buludları əlçim-əlçim. Görəsən, laçınlıların yuxuları nə vaxtı olacaq çin? Nənələrimizin bayatılı-ağılı oxşamalarında əzizlənən xınalı daşlarında kəkliklərinin izi, gözəllərinin bulaq suyu...
ANL
BAK ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi ilə bağlı bəyanat yaymışdır. Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qurum Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması ilə bağlı bəyanat ...
ANL
Çexiya Prezidenti Vatslav Klaus Azərbaycana rəsmi səfərə gəlmişdir. Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü....
ANL
Çexiya Respublikasının Prezidenti Vatslav Klausun Azərbaycana rəsmi səfəri. Rəsmi qarşılanma mərasimi. Mayın 17-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klausun rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şə...
ANL
Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun təkbətək görüşü. Mayın 17-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun təkbətək görüşü olmuşdur. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə,...
ANL
Dövlət başçılarının geniş tərkibdə danışıqları. Mayın 17-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüşün iştirakçılarına müraciətlə...
ANL
Azərbaycan-Çexiya sənədləri imzalanmışdır. Mayın 17-də Prezident İlham Əliyevin və Prezident Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi olmuşdur. "Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent ...
ANL
Azərbaycan və Çexiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. - Hörmətli cənab Prezident! Hörmətli qonaqlar, xanımlar və cənablar! Bir daha deyirəm, xoş gəlmisiniz. Bu, ölkəmizə Sizin ilk rəsmi səfərinizdir. Əminəm ki, səfərin müsbət nəticələri olacaqdır. Biz ik...
ANL
Azərbaycan və Çexiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı. - Hörmətli cənab Prezident! Hörmətli qonaqlar, xanımlar və cənablar! Bir daha deyirəm, xoş gəlmisiniz. Bu, ölkəmizə Sizin ilk rəsmi səfərinizdir. Əminəm ki, səfərin müsbət nəticələri olacaqdır. Biz ik...
ANL
Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və Çexiya Prezidenti Vatslav Klaus biznes forumda iştirak etmişlər. Mayın 17-də Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun iştirakı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilmi...
ANL
Heydər Əliyev Fondu ilə tanışlıq. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 17-də Heydər Əliyev Fondunda olmuşlar. Çexiya dövlətinin başçısını və xanımını Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. Prezident İlham Əliyev ali qonağa v...
ANL
Ali qonağın şərəfinə. Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Çexiya Prezidenti Vatslav Klausun və xanımı Liviya Klausovanın şərəfinə rəsmi ziyafət verilmişdir. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - Hörmət...
ANL
Ali qonağın şərəfinə. Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Çexiya Prezidenti Vatslav Klausun və xanımı Liviya Klausovanın şərəfinə rəsmi ziyafət verilmişdir. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - Hörmət...
ANL
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etmişdir. Xəbər verdiyimiz kimi, mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəb...
ANL