text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
E.P.Qasımovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: "Eurovision-2011" mahnı müsabiqəsində qazandığı qələbəyə görə Eldar P... | ANL |
N.A.Cemalın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: "Eurovision-2011" mahnı müsabiqəsində qazandığı qələbəyə görə Nigar Ayd... | ANL |
Azərbaycanın Baş naziri Artur Rasizadə və Çexiya Prezidenti Vatslav Klaus birgə işçi nahar etmişlər. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 17-də birgə işçi nahar etmişlər. Səmimi söhbət zamanı Azərbaycan ilə Çexiya aras... | ANL |
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı ... | ANL |
Şəhidlərin xatirəsinə ehtiram. Mayın 17-də ölkəmizdə rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Çe... | ANL |
Çexiya Respublikasının Prezidenti Milli Məclisdə olmuşdur. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 17-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılamışlar. Qo... | ANL |
Deputatlar Avropa Parlamentinin qətnaməsinə kəskin etirazlarını bildirdilər. Milli Məclisin iclasında. Mayın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov ilk olaraq ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi münasibətilə iclas iştirakçılarını təbrik etdi. Müsabiq... | ANL |
Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinə müraciəti. Hörmətli həmkarlar! Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası könüllü olaraq, müstəqil şəkildə Avropaya inteqrasiya yolunu tutmuşdur. Demokratiyaya, insan hüquqlarına riayət edilməsinə və qanunun alili... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyasında "Elm haqqında Elm" kitabının təqdimatı olmuşdur. Mayın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun "Elm haqqında Elm" kitabının geniş təqdimatı olmuşdur. Kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi Azərba... | ANL |
Milli Aviasiya Akademiyasında Rusiya Qəhrəmanı Sergey Treşşov ilə görüş olmuşdur. Təyyarəçi-kosmonavt, Rusiya Qəhrəmanı Sergey Treşşovun və "Roskosmos"un təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Yuri Qaqarinin kosmosa uçuşunun 50 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində Bakıya gəlmişdir. Səfər "Rossotrudniçestvo... | ANL |
Çexiyanın birinci xanımı Liviya Klausova Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klausun xanımı Liviya Klausova mayın 17-də Beynəlxalq Muğam Mərkəzinə gəlmişdir. AzərTAc xəbər verir ki, burada Çexiyanın birinci xanımına gül dəstəsi təqdim ol... | ANL |
Çexiyanın birinci xanımı Liviya Klausova Dənizkənarı Milli Parkı gəzmişdir. Azərbaycanda rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klausun xanımı Liviya Klausova mayın 17-də Dənizkənarı Milli Parkı gəzmişdir. Çexiyanın birinci xanımı əvvəlcə parkın ən görkəmli yerində - "Mirvari" restoranında oldu. S... | ANL |
Azərbaycan xalçaları Çexiyanın birinci xanımını heyran qoymuşdur. Mayın 17-də Çexiya Respublikasının Prezidentinin xanımı Liviya Klausova "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olmuşdur. Hörmətli qonağa gül dəstəsi təqdim edilmişdir. Qonağa məlumat verilmişdir ki, xalçaçılıq Azərbay... | ANL |
Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurur. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yanvar ayından başlanmış ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurmaq üzrədir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətində... | ANL |
Qafqaz Müsəlmanları İdarəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri qədim Buxara şəhərindən başlamışdır. Mayın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistana səfərə gə... | ANL |
Bakı Olimpiya Kompleksində yeni layihə təqdim edilmişdir. Bakı Olimpiya Kompleksində "İdman qadınlar üçün! layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Milli Olimpiya Komitəsinin, Gənclər və İdman, Səhiyyə və digər əlaqədar nazirliklərin, Milli Məclisin, idman federasiyalarının və beynəlxalq təşkilatların nüma... | ANL |
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi konfrans keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransın təşkilatç... | ANL |
Bakı-Trabzon-Bakı aviareysi bərpa edilmişdir. Mayın 17-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Trabzon-Bakı marşrutunu bərpa etmişdir. AzərTAc xəbər verir ki, Bakıdan gələn "ATR 42-500" sərnişin təyyarəsində QSC-nin nümayəndələrini Trabzonun beynəlxalq hava limanında aeroportun rəhbərliyi və şi... | ANL |
Park Bulvar Ticarət-Əyləncə Mərkəzində Tusi-Boxm planetarisinin açılışı olmuşdur. Park-Bulvar Ticarət-Əyləncə Mərkəzində təyyarəçi-kosmonavt, Rusiya Qəhrəmanı Sergey Treşşovun iştirakı ilə Tusi-Boxm planetarisinin rəsmi açılış mərasimi olmuşdur. Mərasim Y.Qaqarinin kosmosa uçmasının 50-ci ildönümünə həsr edilmişdir. Az... | ANL |
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və "Konstit... | ANL |
Korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılan ardıcıl və məqsədyönlü işlər çərçivəsində son aylar ərzində bır sıra mühüm normativ hüquqi aktlar qəbul edilmiş, zə... | ANL |
Azərbaycanın tarixi qələbəsi dünyanın diqqət mərkəzindədir. Odlar diyarı daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir. Azərbaycan bütün dünyaya səs salan daha bir möhtəşəm qələbəyə imza atdı. Dünya hələ də ölkəmizin bu qələbəsindən bəhs edir, mədəniyyətin qədim beşiklərindən olan Azərbaycanın triumfunun ... | ANL |
Eldar Qasımov: Bizim üçün ən böyük hədiyyə Azərbaycan xalqının sevgisidir. Mayın 17-də İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın qələbədən sonra Azərbaycanda ilk mətbuat konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, konfransd... | ANL |
"Eurovision-2011": Ukrayna və Belarus mətbuatı Azərbaycanın müzəffər təmsilçiləri haqqında yazmışdır. Azərbaycandan olan Eldar Qasımov-Nigar Camal duetinin Avropada ən nüfuzlu mahnı müsabiqəsində müzəffər qələbəsi xarici mətbuatın diqqət mərkəzindədir. - Ukraynanın "Birinci milli telekanalı" özünün rəsmi saytında bu sə... | ANL |
ABŞ mətbuatı Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsini işıqlandırmışdır. "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camalın 1-ci yerə çıxması bütün dünyada olduğu kimi, Amerikanın kütləvi informasiya vasitələrinin də diqqətini cəlb etmişdir. CNN, MSNBC kan... | ANL |
Tədqiqatın və şəxsiyyətin miqyası. Azərbaycan və Rusiya əlaqələrinin inkişafı sahəsində səmərəli fəaliyyət göstərən görkəmli tarixçi və tanınmış yazıçı Rudolf İvanovun 80 yaşı tamam olur. Rusiya tarixşünaslığında Qafqaz mövzusunun tarixi çox qədimdir. Rusiyada salnamələrdən tutmuş dövri mətbuat səhifələrinə, müxtəlif h... | ANL |
Dubayda çıxan "Əl-Bəyan" qəzetində "Azərbaycan Respublika Gününü bayram edir" başlıqlı məqalə dərc edilmişdir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki "Azərbaycan" Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, məqalədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və 28 May - Respublika Günü müna... | ANL |
Laçın dəhlizi. Qədim yurd yerimiz Laçının işğal edilməsi ermənilərin uzun illər ərzində qurduğu ən vacib plan idi. Çünkü Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunun tamamilə açılması demək idi. Hələ 1924-cü ildə DQMV yarandıqdan sonra Laçının rayon statusu alması o vaxtkı Azərbaycan hakimiyyətinin bəlkə də er... | ANL |
Milli-mənəvi sərvətlər. Otuz üçüncü ilə dönür ki, YUNESKO-nun təşəbbüsü ilə 18 May Beynəlxalq Muzeylər Günü kimi dünyada qeyd olunur. Tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinənin... | ANL |
İçərişəhər dedikdə hər bir azərbaycanlının təsəvvüründə möhtəşəm Qala divarları, Şirvanşahlar sarayı kompleksi və Bakının rəmzi hesab edilən, sirli-sehrli Qız qalası canlanır. Halbuki 22 hektarlıq kiçik bir ərazidə elə abidələr var ki, mahiyyətinə görə heç də adlarını çəkdiklərmizdən geri qalmırlar. Belə abidələrdən bi... | ANL |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ictnews.az saytı istifadəyə verilmişdir. Bu barədə məlumat verən RİTN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirmişdir ki, son illər internetdə yaranan xəbəryönümlü saytlarının sayı sürətlə artmaqdadır. Online media ənənəvi çap mediasını bir sıra üstünlüklərinə... | ANL |
Aktuallığını itirməyən mübarizə. Dünyada elə qlobal problemlər var ki, onların həlli millətindən, cinsindən və irqindən asılı olmayaraq bütün insanların birgə mübarizəsindən asılıdır. Belə problemlərdən biri XX əsrdə yaranmış və sürətlə yayılan HİV virusu və onun törətdiyi QİÇS xəstəliyidir. Bu xəstəliklə mübarizədə uğ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul etmişdir. OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya Prezidenti ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olmuşdur. Prezident İlham Əliy... | ANL |
Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə... | ANL |
İ.V.Rzayevin Balakən Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: İslam Vahid oğlu Rzayev Balakən Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham... | ANL |
Parlament nümayəndə heyəti MDB iştirakçısı olan dövlətlərin PA-nın iclasında. Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB iştirakçısı olan dövlətlərin PA-nın 36-cı iclasında iştirak etmək üçün mayın 14-16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfə... | ANL |
Mayın 18-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin 2011-ci il 4 may tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətlə və tam icrasına, eləcə də bu işlərin əlaqələ... | ANL |
Moskvada Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Mayın 17-də Moskvada Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan "Azərba... | ANL |
Çexiya Respublikasının Prezidenti Vatslav Klausun Azərbaycana rəsmi səfəri. Qobustan Azərbaycanın qədim tarixinin yadigarıdır. Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olmuşlar. AzərTAc ... | ANL |
Çexiya Prezidenti İçərişəhərlə tanış olmuşdur. Azərbaycanda rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 18-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olmuşlar. AzərTAc xəbər verir ki, qonaqlar gəzintiyə yeni istifadəyə verilmiş Çin məsçidi ilə tanışl... | ANL |
Çexiya Prezidenti Səngəçal neft terminalı ilə tanış olmuşdur. Mayın 18-də Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova Səngəçal neft terminalı ilə tanış olmuşlar. AzərTAc xəbər verir ki, terminalla tanışlıq Xəzər Enerji Mərkəzindən başlanmışdır. Qonaqlara terminal və mərkəz barədə ətraflı m... | ANL |
Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 18-də Bakı Slavyan Universitetində (BSU) olmuşlar. Əvvəlcə Prezident Vatslav Klaus və xanımı Liviya Klausova BSU-nun rektoru Kamal Abdullayevlə görüşmüşlər. Rektor qonaqlara universitetin tarixi, strukturu, fəaliyyəti və beynəlxalq əlaqələr... | ANL |
Prezident Vatslav Klaus çexiyalı iş adamları ilə görüşmüşdür. Mayın 18-də Çexiya Respublikasının Prezidenti Vatslav Klaus Azərbaycana səfəri çərçivəsində çexiyalı iş adamları ilə görüşmüşdür. Çexiya dövlətinin başçısı demişdir: "Bakıya təkcə siyasi nümayəndə heyətinin deyil, həm də Çexiya sahibkarlarının bir qrupunun g... | ANL |
Şamaxıda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir. Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Təd... | ANL |
Əli Həsənov: Prezidentlər İlham Əliyev və Dmitri Medvedev tərəfindən Azərbaycan və Rusiyanın müasir münasibətlərinin təməli qoyulub. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov II Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində çərşənbə günü Həştərxan qubernatoru... | ANL |
Antonio Quterreş: Azərbaycan qaçqınların və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün böyük işlər görmüşdür və bu işlər yüksək qiymətə layiqdir. Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş mayın 18-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə D... | ANL |
Antonio Quterreş: "Ümidvaram ki, Azərbaycana növbəti səfərimdə məcburi köçkünləri öz doğma yurdlarında salamlayacağam". Azərbaycana ikigünlük səfəri çərçivəsində BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş mayın 18-də Bakıdan vertolyotla Ağdam rayonuna gəlmişdir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Ko... | ANL |
Ağdaş davamlı inkişafın yeni ünvanıdır. Mən çox şadam ki, Ağdaşda işlər yaxşı gedir, gözəl obyektlər istifadəyə verilir. Əminəm ki, növbəti illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində əsas məsələlər, sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır. Əminəm ki, o... | ANL |
Fransa Azərbaycan ilə hüquqi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan və Fransa arasında əməkdaşlıq münasibətləri bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə də uğurla inkişaf edir. 2004-cü ildə Prezident İlham Əliyevin Fransaya səfəri zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair sazi... | ANL |
Azərbaycanda müxtəlif konfessiyaların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Gürcüstan Patriarxının xüsusi nümayəndəsi, Gürcü Pravoslav Kilsəsinin Xornabuci və Hereti Yeparxiyasının yepiskopu Arkadi Xaçidzeni və Gürcüstanın ölkəmizdəki s... | ANL |
Azərbaycan Mətbuat Şurası "Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi" layihəsinin icrasına başlamışdır. Mətbuat Şurasından AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə həyata keçiriləcək layihəni... | ANL |
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Hesablama Palatasında olmuşdur. Hesablama Palatasının sədri Heydər Əsədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Palatadan AzərTAc-... | ANL |
YAP Gənclər Birliyinin nümayəndə heyəti Rumıniyada səfərdədir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) nümayəndə heyəti Rumıniyanın hakim Demokrat Liberal Partiyası (DLP) Gənclər Təşkilatının dəvəti ilə bu ölkəyə səfər etmişdir. YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi YAP ... | ANL |
Konstitusiya Məhkəməsi Palatasının iclasları olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI, VII hissələrinə və “Konstitu... | ANL |
Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurmuşdur. Mayın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sonra Azərbaycan Respublikası üzrə seçicilərin daimi... | ANL |
MSK üzvləri seçici siyahılarının yenidən tərtib edilmiş variantı ilə tanış olmuşlar. Mayın 18-də Mərkəzi Seçki Komissiyasının üzvləri MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olmuşlar. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlə... | ANL |
Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsi xarici mətbuatda geniş yer almışdır. Azərbaycan təmsilçiləri - Eldar Qasımov və Nigar Camal duetinin Düsseldorf şəhərində 56-cı "Eurovision-2011" mahnı müsabiqəsində 43 ölkənin səsverməsi nəticəsində tarixi qələbəsi ilə əlaqədar Belçikanın həm ... | ANL |
Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsi xarici mətbuatda geniş yer almışdır. Latviyanın Ves.Iv portalı "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın qələbəsinə həsr olunmuş məqalə yerləşdirmişdir. Məqalədə deyilir ki, builki "Eurovision" müsabiqəsinin qalibləri Ell və Nikki zəfər gün... | ANL |
Əli Əhmədov: "Eurovision-2011" müsabiqəsindəki qələbə Azərbaycanın yüksəlişinin təcəssümü və ifadəsidir. "Eurovision-2011" musiqi yarışmasındakı qələbə Azərbaycanda bütün sahələrdə müşahidə olunan nailiyyətlərin, yüksəlişin təcəssümü və ifadəsidir. AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr mü... | ANL |
Azərbaycanın "Eurovision" zəfəri. Bu qələbənin əks-sədası hələ çox eşidiləcək. "Azərbaycan "Eurovision-2011"in qalibi oldu", "Azərbaycan dueti "Eurovision-2011"də qalib gəldi", "Azərbaycan Avropanı fəth etdi".E Almaniyanın Düsseldorf şəhərində "Eurovision-2011" mahnı müsabiqəsi başa çatdıqdan sonra dünyanın kütləvi inf... | ANL |
Almaniyanın Azərbaycandakı səfiri Eldar Qasımovu və Nigar Camalı təbrik etmişdir. Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle "Eurovision-2011" müsabiqəsinin qalibləri Eldar Qasımova və Nigar Camala təbrik məktubu göndərmişdir. AzərTAc Almaniyanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, səfir öz məktu... | ANL |
Litvadakı Azərbaycan diasporu "Eurovision-2011" mahnı müsabiqəsində qazandığımız möhtəşəm qələbəni dünya azərbaycanlılarının zəfəri sayır. Litvadakı Azərbaycan diasporu "Eurovision-2011" mahnı müsabiqəsində qazandığımız möhtəşəm qələbəni dünya azərbaycanlılarının zəfəri sayır. Diasporla İş üzrə Dövlət Komitəsindən Azər... | ANL |
O uzaq, yaşıl ada... Çilov torpaqlarına hər yandan Xəzərin dəli-dolu dalğaları çırpılan, lakin dənizin qoynunda mərdliklə qərar tutan bir adadır. Qədim zamanlarda "ada" deyəndə insanların nəzərində əlçatmaz, ünyetməz, gözdən-könüldən iraq bir məkan canlanarmış. Bu gün istənilən adaya çatmağa nə var ki? Məsələn, quruya ... | ANL |
Görkəmli travmatoloq alim. ...İranın Yezde şəhərindəki xəstəxanada 22 yaşına yenicə qədəm qoymuş bir qız üzərində cərrahiyyə əməliyyatı aparılırdı. Xəstənin ayaq sümüyündə və pəncəsində iliyin iltihabı prosesi gedirdi, üstəlik, baldırında 4 santimetr qısalma baş vermişdi. 50 nəfərdən artıq iranlı cərrah uzun aylardan b... | ANL |
Ustadlar sənət ocağında anıldı. Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə dünya muzeylərində hər il bahar fəslinin istirahət günlərinin birində "Muzeylər gecəsi" adı altında tədbirlərin keçirilməsi heç də təsadüfi deyildir. Bundan sonra Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə ... | ANL |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 illiyi münasibətilə konfrans keçirilmişdir. Mayın 17-də Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (TSEİHİRK) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 10 illiyinə həsr olunmuş konfrans keçirmişdir. AzərTAc xəbər verir ki, TSEİHİRK-in... | ANL |
Azərbaycan nümayəndə heyəti Ankarada keçirilmiş II sosial müdafiə simpoziumunda iştirak etmişdir. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyə paytaxtında keçirilmiş II sosial müdafiə simpoziumunda iştirak etmişdir. Səlim Müslümov simpoziumdakı çıxışının əvvə... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul etmişdir. BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycanda məcburi köçkü... | ANL |
Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Mayın 19-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlh... | ANL |
"Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə builki televiziya müsabiqəsi Azərbaycan Respublikası təmsilçilərinin parlaq qələbəsi ilə başa çatmışdır. Müsabiqənin qaydalarına ... | ANL |
M.Ş.Heydərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan ... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Əziz qardaşım, hörmətli Prezident İlham Əliyev! 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision" mahnı müsabiqəsində dost və qardaş Azərbaycanın birinci olmasından böyük sevinc hissi duyduq. Azərbaycanın bu uğuru... | ANL |
Prezidentin mətbuat xidmətinin məlimatı. Mayın 19-da Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Rəcəb Təyyub Ərdoğan Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” müsabiqəsində qazandıqları parlaq qə... | ANL |
Minskdə MDB Hökumət Başçıları Şurasının növbəti iclası başa çatmışdır. MDB Dövlət Başçıları Şurasının iclası sentyabrda Düşənbədə keçiriləcəkdir. Bunu mayın 19-da MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Minskdə keçirilən mətbuat konfransında bildirmişdir. Hazırda Şuraya Tacikistanın sədrlik etdiyini ... | ANL |
Lukaşenko çətin məqamda Belarusu dəstəklədiyi üçün Azərbaycana minnətdarlığını bildirmişdir. AzərTAc xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 19-da Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə bildirmişdir ki, Belarus göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır. Azərbaycan... | ANL |
Həştərxanda "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda forum keçirilmişdir. Mayın 19-da Həştərxanda "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda ikinci Rusiya-Azərbaycan regionlararası forumu keçirilmişdir. Forum Rusiya Federasiyası və Az... | ANL |
Həştərxanda Azərbaycan və Rusiya müəssisələrinin məhsullarından ibarət sərgi açılmışdır. "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" forumu çərçivəsində Həştərxanda hər iki ölkənin özəl və dövlət şirkətlərinin məhsullarından ibarət sərgi açılmışdır. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki... | ANL |
GUAM-ın mənzil qərargahında terrorizmin bütün təzahürlərinə qarşı mübarizəyə dair aktual mövzu müzakirə edilmişdir. GUAM Katibliyinin rəsmi saytında xəbər verilir ki, təşkilatın Ukraynanın paytaxtı Kiyev şəhərindəki mənzil qərargahında terrorizmlə mübarizə üzrə işçi yarımqrupunun 6–cı iclası keçirilmişdir. İclas iştira... | ANL |
BMT-nin qaçqınlar üzrə ali komissarı: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət qəbuledilməzdir. AzərTAc xəbər verir ki, mayın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşd... | ANL |
Antonio Quterreş: Azərbaycan fəxr edə bilər ki, heç bir beynəlxalq humanitar yardıma ehtiyacı yoxdur. Mayın 19-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş birgə mətbuat konf... | ANL |
Azərbaycan əcnəbilər üçün cəlbedici ölkəyə çevrilmişdir. Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş mayın 19-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov ilə görüşmüşdür. Xidmət rəisi Arzu Rəhimov Azərbaycanda miqrasiya prose... | ANL |
Heydər Əliyev Fondu dünya xalqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etmək üçün tədbirləri davam etdirəcəkdir. Bu sözləri Fondun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "RİA-Novosti" agentliyinə müsahibəsində demişdir. Xəbər verildiyi kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNE... | ANL |
Əbülfəs Qarayev: Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafı ikitərəfli münasibətlərin genişləndirilməsinin bazasını yaradır. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Səyahət və Turizm Şurasının (ÜSTŞ) ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) keçirilən 11-ci zirvə görüşündə iştirak edir. N... | ANL |
Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsində qalib gəlmələri münasibətilə ölkəmizin ünvanına təbriklər səslənmişdir. Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 89-cu sessiyasında "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın birinci yeri qazanması mü... | ANL |
Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision-2011" mahnı müsabiqəsində azərbaycanlı ifaçılar Eldar Qasımov və Nigar Camalın qələbəsi neçə gündür ki, xalqımıza böyük sevinc və xoş duyğular yaşadır. Əslində, biz bu qələbə və uğurlar üçün çox darıxmışdıq. Bu qalibiyyətimiz dünyaya yayıldıqca keçirdiyimiz h... | ANL |
Modern cəmiyyət quruculuğu milli müstəqilliyin daimiliyinə etibarlı təminatdır. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyinə qovuşan Azərbaycan xalqı bu möhtəşəm tarixin 20-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Son 8 ildə dövlət müstəqilliyini praktik addımlarla daha da möhkəmləndirən, Azərbaycanı bütövlü... | ANL |
Əsl həqiqət arxivlərdədir. Tədqiqatçı-alim Mehmet Bora Perinçek İstanbul Universitetinin hüquq fakültəsini və universitetin nəzdində Atatürk Prinsipləri və Türkiyə İnqilabının Tarixi İnstitutunun aspiranturasını bitirib. Doktorluq dissertasiyasını başa vurmaq üzrə olan gənc alim hazırda bu elm ocağında böyük elmi işçid... | ANL |
Səfirliyimizin müdaxiləsindən sonra Estoniyanın "CSC Telecom" şirkətinin internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan səhv aradan qaldırılmışdır. Mayın 14-də bir sıra kütləvi informasiya vasitələrində Estoniyada fəaliyyət göstərən "CSC Telecom" şirkətinin internet səhifəsində "Tariflər EEK" böl... | ANL |
Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ... | ANL |
Azərbaycan Respublikası hökuməti və İraq Respublikası hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 10-da Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezident... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentinin sədri Yeji Buzeki qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Avropa Parlamentinin sədri Yeji Buzeki qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı, Avropa Parlamenti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivl... | ANL |
Rəcəb Tayyib Ərdoğan: Bizim Azərbaycan və Naxçıvan ilə qardaşlığımız əbədidir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qars ictimaiyyəti qarşısında seçkiqabağı çıxışında Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun ermənilərlə mövcud olmayan "dostluğu" əks etdirən abidənin sökülməsi üçün təşəkkür məktubunu oxumuş, ... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan, Bilgəh qəsəbələri və paytaxt istiqamətində yeni yol infrastrukturunun genişləndirilməsi işlərinin gedişi ilə tanış olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan, Bilgə... | ANL |
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qars şəhərində Heydər Əliyev adına Sənaye Peşə Liseyinin təməlqoyma mərasimində iştirak etmişdir. Türkiyənin Qars şəhərində Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan Sənaye Peşə Liseyinin təməlqoyma mərasimi keçirilmişd... | ANL |
Türkiyənin nüfuzlu "Cümhuriyyət" qəzetində ulu öndər Heydər Əliyevin xarici siyasətindən bəhs edən geniş məqalə dərc olunmuşdur. Türkiyənin nüfuzlu "Cümhuriyyət" qəzetində Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətindən bəhs edən "Bir öndərin xarici siyas... | ANL |
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Mayın 20-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin sədri Yeji Buzekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonağı parlamentdə səmimi salamlayan spiker Oqtay Əsədov Azərbaycanla Avropa İtti... | ANL |
Avropa İttifaqı ilə Azərbaycan azadlıq, inkişaf və rifah sahəsində sahib olduğumuz eyni dəyərləri paylaşırlar. Avropa İttifaqı ilə Azərbaycan azadlıq, inkişaf və rifah sahəsində sahib olduğumuz eyni dəyərləri paylaşırlar. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Avropa Parlamentinin sədri Yeji Buzek... | ANL |
Cənubi Qafqaz və bu regionun ən aparıcı dövləti olan Azərbaycan ilə əməkdaşlıq Avropa İttifaqı (Aİ) üçün çox vacibdir. Cənubi Qafqaz və bu regionun ən aparıcı dövləti olan Azərbaycan ilə əməkdaşlıq Avropa İttifaqı (Aİ) üçün çox vacibdir. Bu sözləri Avropa Parlamentinin (AP) sədri Yeji Buzek ölkəmizə səfərinin yekunları... | ANL |
Mətbuat Şurasında Berlin Jurnalistlər Məktəbinin əməkdaşı ilə görüş keçirilmişdir. Azərbaycan Mətbuat Şurasında Berlin Jurnalistlər Məktəbinin əməkdaşı Klemens Şöl ilə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, KİV təmsilçilərinin və media ekspertlərinin iştirak etdikləri toplantıda Berlin Jurnalistlər Məktəbinin Rob... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.