text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Moskvada Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Xəbər verdiyimiz kimi, mayın 17-də Moskvada Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönüm... | ANL |
Moskvada Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nitqi. - Hörmətli Svetlana Vladimirovna! Hörmətli qonaqlar, xanımlar və cənablar! İlk növbədə, icazə verin, sizi Azərbaycan gecəsində salamlayım və ... | ANL |
Azərbaycan Diplomatik Akademiyasının ilk Magistratura Proqramının məzunlarının buraxılış mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, mayın 20-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə ilk Magistratura Proqramının (MADİA) məzunlarının təntənəli buraxılış mərasimi keçir... | ANL |
BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmaq dövlət üçün böyük siyasi əhəmiyyət daşıyır. Bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev AzərTAc-a müsahibəsində bildirmişdir. Xəbər verdiyimiz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə carı ildə keçiriləcək seçkilərə namiz... | ANL |
"Eurovision" müsabiqəsi Azərbaycanın bütün Avropa üçün yaxın dost ölkəyə çevrilməsinə öz töhfəsini verəcəkdir. "Eurovision" mahnı müsabiqəsinin gələn il Bakıda hansı səviyyədə keçiriləcəyi ilə bağlı bəzi şərhçilərin fikirlərinə cavab olaraq Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun "Qardian" qəzetind... | ANL |
Avropa İttifaqı ilə ədliyyə sahəsində mühüm layihələr reallaşdırılır. Azərbaycanda Avropa strukturları, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində ədliyyə sisteminin inkişafına dair proqramlar icra olunur, mühüm layihələr ... | ANL |
"Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun tətbiqi prosesində hüquq-mühafizə orqanlarının rolu" mövzusunda seminar. Mayın 20-də BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) birgə təşkilatçılığ... | ANL |
Las-Veqasda 11-ci Qlobal səyahət və turizm sammiti çərçivəsində görüşlər təşkil edilmişdir. Sammitdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən AzərTAc-a bildirmiş... | ANL |
Fransalı qonaq Şəki regional ədliyyə şöbəsində olmuşdur. 2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin Fransaya səfəri zamanı iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış saziş çərçivəsində ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin yeni prioritetləri müəyyən edilmişdir. Bu günlərdə həmin fəaliyyət... | ANL |
BMT-nin müəssisələri kibertəhlükələrə qarşı mübarizə istiqamətində səylərini birləşdirəcəklər. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Memoranduma əsasən, Birləşmiş Millətlər Təşkilatının bu iki ixtis... | ANL |
Tarixin torpaq yaddaşı. Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Prezident İlham Əliyev giriş nitqində elmin müxtəlif problemlərinə toxunaraq bu sahədə aparılan bir sıra uğurlu işləri təqdir etdi. Ölkə başçısının diqqətə çəkdiyi məsələlərdən biri də Elmlər Akademiyasının tariximizlə bağlı apardığ... | ANL |
Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 89-cu sessiyasında iştirak etmişdir. Dövlət Dəniz Administrasiyasının (DDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-dən 20-dək Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsini... | ANL |
Polşanın Sosial Sığorta Təşkilatının təcrübəsi Azərbaycan üçün çox vacibdir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mayın 20-də Azərbaycanda səfərdə olan Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Respublikası Sosial Sığorta Təşkilatının prezidenti... | ANL |
Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev a... | ANL |
Azərbaycanın gənclər və idman naziri Rusiya televiziya kanallarına müsahibə vermişdir. Gənclər və idman naziri Azad Rəhimov Rusiyanın 24-cü və Yekaterinburq vilayətində yayımlanan kanalları üçün "Azərbaycana yol" verilişini hazırlayan çəkiliş qrupuna müsahibə vermişdir. Nazir gənclərin məşğulluğu ilə bağlı keçirilən sə... | ANL |
Berlində Avropa Xəbər Agentlikləri Alyansının növbədənkənar Baş Assambleyası keçirilmişdir. Mayın 20-də Almaniyanın Berlin şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbədənkənar Baş Assambleyası keçirilmişdir. Tədbirdə EANA-nın üzvü olan AzərTAc-ın baş direktoru Aslan Aslanov iştirak etmişdir. Assambleyada... | ANL |
Yeni dövrün salnaməsi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən iyirmi il tarixin milyon illərlə ölçülən yaşı müqabilində çox qısa zaman kəsiyi olsa da, bu dövr xalqımız, Vətənimiz üçün mühüm hadisələrlə səciyyələnir. İstər müstəqillik ərəfəsində baş verən mürəkkəb proseslər, istərsə də istiqlalın qazanılma... | ANL |
Lənkəran "Azərbaycanın folklor paytaxtı"dır. Xalqımızın qədim və rəngarəng qeyri-maddi mədəni irsi əsrlərin sınağından keçərək bu gün də yaşayır. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (... | ANL |
Çexiya-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni perspektivlər açılır. Çexiya Prezidenti Vatslav Klausun Azərbaycana rəsmi səfərinin yekunları ölkələrimiz arasında genişmiqyaslı əməkdaşlıq üçün ciddi potensialın mövcudluğunu təsdiqləməklə yanaşı, mövcud əlaqələrin dərinləşdirilməsi məqsədinə xidmət edən bir sıra prakt... | ANL |
Vaşinqtonda Azərbaycanın İKT sektorunda biznes imkanları müzakirə olunmuşdur. Mayın 20-də Vaşinqtonda keçirilən II ABŞ-Azərbaycan informasiya və kommunikasiya texnologiyaları üzrə forumda Azərbaycanın informasiya texnologiyaları və kommunikasiya sektorunda biznes imkanları müzakirə edilmişdir. ABŞ-Azərbaycan Ticarət Pa... | ANL |
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda ətraf mü... | ANL |
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda ətraf mühitin qorunmas... | ANL |
Xaçmazda əlillər və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilmişdir. Xaçmazda əlillər və şəhid ailələri üçün tikilmiş dördmərtəbəli 16 mənzilli yaşayış binası 28 May - Respublika Günü ərəfəsində istifadəyə verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a ... | ANL |
Moskvada "Azərbaycan gecəsi". Moskvada Kreml sarayında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimin xoş təəssüratı hələ də davam edir. "Azərbaycan gecəsi" adlanan bu təntənəli mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli... | ANL |
Ağstafada "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" və "Gorus-2010: absurd teatrı mövsümü" kitabları müzakirə edilmişdir. Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" v... | ANL |
Azərbaycanın və Rusiyanın regionları arasında iqtisadi əlaqələr genişlənir. Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri hazırkı geosiyasi gerçəkliklərə uyğun inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. So... | ANL |
Məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur. Dinamik sosial-iqtisadi inkişaf yolunda qazandığı nailiyyətləri davamlı olaraq genişləndirən Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində də böyük uğurların müəllifi kimi çıxış edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü... | ANL |
Əli Həsənov: Ölkə rəhbərliyi söz və fikir azadlıqlarının tam təmin olunması üçün "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırdır. Hazırda Azərbaycanda müzakirə olunan "Diffamasiya haqqında" qanunun qəbulu respublikada söz və fikir azadlıqlarının tam təmin olunmasına imkan verəcək. Bu barədə trend.az-in xüsusi müxbi... | ANL |
Lənkəran yolunuzu gözləyir. Lənkəranın zəngin tarixi, min illər yol keçib gələn adət-ənənələri, sirli-soraqlı neçə-neçə qədim abidəsi var. Təbiət özü sığal çəkib onun hüsnünə. Bir tərəfində mavi gözlü Xəzər göz işlədikcə uzanır, digər tərəfində zümrüd donlu, şah vüqarlı Talış dağları ucalır. Ətirli çayına neçə-neçə şei... | ANL |
"Traviata" opera səhnəmizdə. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oynanılan hər bir əsər sənətsevərlər üçün bayram ovqatı yaradır. Bu yaxınlarda böyük italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasının tamaşasına gələnlər dahi bəstəkarın əfsanəvi musiqisinin sehrinə düşdülər. Əsər əyalət sakini Alf... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev İranın xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybanini qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də İran İslam Respublikası xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybanini qəbul etmişdir. Mohammad Reza Rauf Şeybani İran İslam R... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenovu qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenovu qəbul etmişdir. Dövlət başçısı İlham Əliyev Oljas Süle... | ANL |
Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommun... | ANL |
E.Z.Usubovun Şəki Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Elxan Zabir oğlu Usubov Şəki Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYE... | ANL |
E.Z.Usubovun Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Elxan Zabir oğlu Usubov Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsi... | ANL |
M.Q.Cabbarlının Şəki Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Murad Qorxmaz oğlu Cabbarlı Şəki Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəs... | ANL |
Milli Məclis dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini müzakirə edəcək. Mayın 23-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olundu. Ötən il dövlət büdcəsi ölkəmizin milli maraqla... | ANL |
Sabirabadda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir. Mayın 21-də Sabirabad Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabına həs... | ANL |
Uzunömürlü sərgi. Həmin tədbir bizim üçün bir neçə səbəbdən mühüm əhəmiyyət kəsb edir. Onlardan ən başlıcası isə budur ki, sərgidə ümummilli lider Heydər Əliyev iştirak və çıxış etmişdi. Ötən illər ərzində sərgi məkan və mahiyyətini dəyişməyib. Onun əhatə dairəsi genişlənib, əhəmiyyəti artıb və buna uyğun olaraq adı da... | ANL |
Qəbələdə görkəmli qazax şairi Oljas Süleymenovun 75 illik yubileyi və Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilməsi ilə bağlı mərasim keçirilmişdir. Mayın 22-də Qəbələdə, "Qafqaz Riverside" otelində böyük qazax şairi, yazıçı, alim, dövlət xadimi Oljas Süleymenovun 75 illik yubileyi və Azərbaycan Respublikasının "Do... | ANL |
Beynəlxalq Prokurorlar Assosiasiyası ölkəmizin bu qurumdakı fəaliyyətindən razıdır. Azərbaycanda səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Ceyms Hamiltonun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-də baş prokuror Zakir Qaralovla görüşmüşdür. Görüşdə baş prokuror son illər Azərbaycan Prezidenti İ... | ANL |
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur. İclasda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışını... | ANL |
Ceyms Hamilton: "Azərbaycan öz fərdi üzvləri ilə bizə daha çox dəstək verir". Ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Ceyms Hamilton mayın 23-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür. Görüşdə Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ramiz Rzayev qeyd etmişd... | ANL |
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasəti. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasından sonra gürcü nümayəndələri seymdən çıxıb öz müstəqilliklərini elan etdilər. Səhəri gün bölgədə yaranmış mürəkkəb vəziyyəti müzakirə etmək məqsədilə keçmiş seymin müsəlmanlardan ibarət üzvlə... | ANL |
Azərbaycanın İordaniyadakı səfirliyi 28 May - Respublika Gününə həsr olunmuş mətbuat konfransı keçirmişdir. 28 May - Respublika Günü və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar ölkəmizin İordaniya Haşimilər Krallığındakı səfirliyində mətbuat konfransı keçirilmişdir. Səfir... | ANL |
Dünyanın müxtəlif şəhərlərində 28 Mayın "Azərbaycanın Milli Bayram Günü" elan olunması davam edir. Amerikanın Portlend şəhərinin meri Nikolos Mavodonesin qərarı ilə mayın 28-i bu şəhərdə Azərbaycanın Milli Bayram Günü elan olunmuşdur. Bu barədə bəyannamədə qeyd edilir ki, Azərbaycan icması şəhərin ictimai həyatında müh... | ANL |
Azərbaycanın Tacikistandakı səfirliyi Respublika Günü münasibətilə kitabça nəşr etmişdir. Azərbaycanın Tacikistandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rus və ingilis dillərində "Səkkizguşəli ulduzun məşəli əbədi yanacaq" adlı kitabça nəşr etmişdir. Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tar... | ANL |
"Salnamə" kinostudiyasında iki sənədli filmin çəkilişləri başa çatmışdır. "Salnamə" kinostudiyasında 28 May - Respublika Gününə həsr olunmuş iki yeni qısametrajlı sənədli filmin çəkilişləri başa çatmışdır. Yeni filmlərin rejissoru və ssenari müəllifi Ziya Şıxlinski bildirmişdir ki, "Musiqi və zaman" adlanan birinci fil... | ANL |
Azərbaycanın və Belarusun fövqəladə hallar nazirlikləri arasında əlaqələr genişlənir. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə mayın 22-23-də ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının fövqəladə hallar naziri Vladimir Vaşşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti fövqəladə hallar naziri gen... | ANL |
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı Bakıda enerji sektorunda əməkdaşlığı müzakirə edir. Mayın 23-də Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) Proqramının Enerji Sektorunun Koordinasiyası Komitəsinin (ESKK) iclası öz işinə başlamışdır. ESKK elektroenerji, enerji istehsalı və tələbatı, mil... | ANL |
Azərbaycan rəsmisinin məruzəsi Parisdə keçirilmiş "Enerji dəhlizlərinin avropalılaşması" mövzusunda beynəlxalq konfransda böyük marağa səbəb olmuşdur. Mayın 19-20-də Fransanın paytaxtındakı Paris Siyasi Elmlər İnstitutunun Beynəlxalq Tədris və Tədqiqat Mərkəzində (CERİ) Avropa İttifaqının Jan Mone Fondunun dəstəyi ilə ... | ANL |
Gürcüstanın ABŞ-dakı səfiri: “Ermənistanın başı neqativ məsələlərə - daxili problemlərə, Qarabağa və soyqırımına qarışmışdır”. AzərTAc Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın ABŞ-dakı səfiri Temur Yakobaşvili Potomak İnstitutunun Terrorizmə qarşı Mübarizə Mərkəzində tələbələr və analitiklərl... | ANL |
Adam heç bilmir necə başlasın, nədən başlasın. Məzuniyyətdə olduğundan bir neçə həftəydi ki, Bakıda idi. Gəlmişdi ki, kollektivlə sağollaşıb Naxçıvana dönsün. Məzuniyyəti də qurtarmamışdı. Evdən həyat yoldaşı ilə birgə çıxdığı üçün uşaqlarından nigaran idi. Bir də, özünün dediyi kimi, Naxçıvandan, doğma ocağından kənar... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı paytaxtın Şüvəlan və Sabunçu qəsəbələrində görülən işlərlə yaxından tanış olmuşdur. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial... | ANL |
İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə. Əlahəzrət! Əziz qardaşım! Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin, xalqlarımız və ö... | ANL |
Argentina Respublikasının Prezidenti zati-aliləri xanım Kristina Fernandes de Kirşnerə. Hörmətli xanım Prezident! Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin... | ANL |
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə. Hörmətli İlham Heydər oğlu! "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan Respublikası nümayəndələrinin inamlı qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin. Nigar Camal və Eldar Qasımov gözəl mahnı, məlahətli səsləri və parlaq xoreoqrafi... | ANL |
Üçüncü minilliyin nəhəng mühəndis qurğusu. 6 il əvvəl BTC-nin Azərbaycan hissəsi istismara verildi. Bununla da kəmərin Azərbaycan hissəsi işə düşdü. Bu münasibətlə Səngəçalda və sonra da Bakıda təntənəli mərasimlər keçirildi. Təntənələrdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı daha üç ölkənin - Türkiyənin, Gürcüst... | ANL |
Strasburqda Azərbaycanla bağlı fotosərgi açılmışdır. Azərbaycanın Fransadakı səfirliyinin və ölkəmizin Avropa Şurası yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə Azərbaycan-Fransa Gənclik Assosiasiyası Strasburqda fəaliyyət göstərən Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası ilə birlikdə ölkəmizin müstəqilliyinin ... | ANL |
Azərbaycan regionda tam müstəqil siyasət yürüdən dövlətdir. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə hazırlaşan Azərbaycan Respublikası ötən illərdə nail olduğu möhtəşəm nailiyyətlər sayəsində bu gün Cənubi Qafqazın lokomotiv dövləti kimi çıxış edir, iqtisadi və siyasi maraqlarını əzmlə qoruyur. İqtisadi sahə... | ANL |
Şanlı dövlətçilik və istiqlaliyyət tariximiz. Bu tarixə Gəncənin adı şərəflə həkk olunub. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının, milli oyanışının nəticəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayar... | ANL |
Fuad Ələsgərov: "Elektron xidmətlər korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsində ən effektiv vasitələrdən birinə çevriləcək". Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb. Bu fərman nəinki... | ANL |
28 may - Respublika Günü ilə əlaqədar milli təhlükəsizlik orqanları veteranlarının iştirakı ilə tədbir keçirilmişdir. Azərbaycan Respublikasının qüdrətlənməsi və nüfuzunun artırılması naminə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü və praqmatik dövlətçilik siyasətində ölkənin təhsil sisteminin inkiş... | ANL |
Mərkəzi Bank "Visa İnt" təşkilatı ilə birgə seminar keçirib. beynəlxalq kart təşkilatı Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişafına yönəldilmiş tədbirlər çərçivəsində "Visa ödəniş kartları, Ticari ekvayrinq" mövzusunda kommersiya banklarının nümayə... | ANL |
Bakı şəhəri bədii özfəaliyyət kollektivlərinin 28 May - Respublika Gününə həsr olunmuş festivalı keçirilir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Xətai Rayon Mədəniyyət Mərkəzində bədii özfəaliyyət kollektivlərinin 28 May - Respublika Gününə həsr olunmuş festivalının baxış-müsabiqəsi keçirilmişdir. M... | ANL |
Mayın 28-i Kanadanın Vankuver şəhərində "Azərbaycanın Milli Günü" elan edilmişdir. Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərinin meri Qreqor Robertsonun qərarı ilə mayın 28-i şəhərdə "Azərbaycanın Milli Günü" elan edilmişdir. Bu barədə AzərTAc-a Azərbaycanın Kanadadakı səfirliyindən bildirilmişdir. Azər... | ANL |
Düşənbədə 28 may - Respublika Günü münasibətilə mərasim keçirilmişdir. Azərbaycanın Tacikistandakı səfirliyi "Tacikistan" mehmanxanasında 28 may - Respublika Günü münasibətilə mərasim keçirmişdir. Mərasimdə Tacikistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbayc... | ANL |
Kaliforniyanın "Sonoma" qəzeti 28 may - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən sadə amerikalı vətəndaşın məktubunu dərc etmişdir. Kaliforniyanın "Sonoma" qəzeti 28 may - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Bonnie Kaslan adlı sadə amerikalı vətəndaşın məktubunu dərc etmişdir.... | ANL |
Meksikanın nüfuzlu "The News" qəzetində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edilmişdir. Meksikanın nüfuzlu və yeganə ingilisdilli "The News" qəzetində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya səfərinə dair geniş məqalə dərc edilmişdir. Ölkəmizin Meksikadakı səfirliyindən AzərTAc... | ANL |
Publisistik düşüncələr. ... Sənətşünaslar onun əsas nüanslarını aşağıdakı kimi sıralayırlar: əlaqəsizlik, yadlaşma, insansızlaşma, həqiqəti yerindən oynadıb parçalamaq, hər şey hər şeyə qarşı, uyğunsuzluq... O, heç bir ölçü, meyar tanımır, ənənəvi vərdiş və düzənləri qəbul etmir, məntiqin sərhədlərini görmək istəmir. Ç... | ANL |
Azərbaycanda elmi tərəqqinin əsas təminatçısı Prezident İlham Əliyevdir. Elm - insan zəkasının ən böyük nailiyyəti, millətin varlığının təminatçısıdır. Hər bir dövlətin inkişafının əsasında onun elmi, intellektual kapitalından düzgün istifadə etməsi və bütün bunların sayəsində əldə etdiyi yüksək nailiyyətlər durur. Dün... | ANL |
Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının nümayəndə heyəti Şərqşünaslıq İnstitutunda olmuşdur. Mayın 24-də Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olmuşlar. Çinin bu elm ocağının vitse-prezidenti Ji... | ANL |
Azərbaycan hərbçiləri Bosniya və Herseqovinada keçirilən ekspertlərin işçi qrupunun növbəti görüşündə iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun Arxa Cəbhə İdarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun görüşündə iştirak edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Az... | ANL |
Azərbaycan gəncliyinin gələcəyi daha parlaq olacaq. Cəmiyyətdə tərəqqiyə xidmət edən sosial dəyişikliklərin və yeniliklərin yaşanması prosesində gənclik daim aparıcı qüvvə kimi çıxış edir. Odur ki, sürətli inkişafa, davamlı tərəqqiyə can atan hər bir cəmiyyət, dövlət gənc nəslə həm də əvəzsiz kapital kimi yanaşır. Təqd... | ANL |
Almaniyanın nüfuzlu "Frankfurter Allgemeine am Sonntag" qəzetində "Azərbaycanın paytaxtı Bakı. Böyük ocağın üstündə şəhər" adlı məqalə dərc olunmuşdur. Almaniyanın nüfuzlu "Frankfurter Allgemeine am Sonntag" həftəlik qəzetinin 7 may tarixli nömrəsində dərc edilmiş "Azərbaycanın paytaxtı Bakı. Böyük ocağın üstündə şəhər... | ANL |
"The Guardian" qəzetində Azərbaycana dair geniş məqalə dərc edilmişdir. "The Guardian" qəzetinin 21 may tarixli nömrəsində məşhur ingilis səyyahı, eləcə də dünya xalqlarının mətbəxləri barədə silsilə yazıları ilə tanınan Kevin Quldun "Bakı və ondan o tərəfə: Azərbaycandakı yol sərgüzəştlərim" sərlövhəli geniş məqaləsi ... | ANL |
"Evrovision" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda bütün imkanlar var. Avropanın ən nüfuzlu musiqi yarışması olan "Evrovision-2011" mahnı yarışmasında iştirak edərək birincilik qazanan Azərbaycan təmsilçilərinin möhtəşəm qələbəsi bütün dünyanın diqqət mərkəzində olmuşdur. Müsabiqədə iştirak... | ANL |
"Eurovision-2011" müsabiqəsinin qalibləri Almaniya kanalının efirində çıxış etmişlər. "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Almaniya telekanalının efirində "ARD Morgenmagazin" şousunda çıxış edərək, Avropada hitə çevrilmiş "Running Scared" kompozisiyasını ifa etmişlər. İngilis dil... | ANL |
Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. Mayın 24-də Səbail Rayon İcra Hakimiyyətinin (RİH) və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdi... | ANL |
Görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin 100 illik yubileyi qeyd olunmuşdur. Mayın 24-də Beynəlxalq Muğam Mərkəzində görkəmli neftçi-geoloq, SSRİ Dövlət mükafatı laureatı, professor Ağaqurban Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasimi giriş sözü il... | ANL |
Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri başlamışdır. Mayın 24-də Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri başlamışdır. İki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtdırmaq məqsədi daşıyan tədbirin təşkilatçıları Azərbaycanın Mədə... | ANL |
YUNESKO-nun görüş-treninqində qeyri-maddi mədəni irsin qorunmasının perspektivləri müzakirə edilmişdir. Mayın 19-dan 21-dək Belarusun paytaxtı Minskdə "Qeyri-maddi mədəni irsin qorunması üzrə milli potensialın möhkəmləndirilməsi" mövzusunda məşvərətçi ekspert görüşü və YUNESKO-nun Moskva Bürosunun klaster ölkələrinin t... | ANL |
Azərbaycan ilə AYİB arasında əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunmuşdur. Qazaxıstanın Astana şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının 20-ci İllik Toplantısı keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə AYİB-in əməkdaş... | ANL |
Nanotexnologiyalar üzrə yeni qurum yaradılıb. ARDNŞ-nin yeni struktur bölməsi - "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzi yaradılıb. Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, mərkəz əsas etibarilə 2010-2015-ci illəri əhatə edən "NANONEFT" proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən n... | ANL |
Azərbaycanın sığorta-pensiya sistemi şəffaflıq göstəriciləri baxımından dünya üçün nümunəyə çevrilir. DSMF-nin Qəbələ rayon şöbəsində də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi geniş vüsət alır. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasət... | ANL |
Daşkəsən yüksəlişin yeni mərhələsini yaşayır. Dağlar diyarı Daşkəsənin səfalı guşələrdən birində bayraq meydanı düzəldilir, ətraf sahmana salınır, səkilər, yollar təmizlənir, ağaclar, gül-çiçək əkilir. Dağlar diyarının ən baxımlı guşəsində üçrəngli bayrağın ucaldılmasına az qalır. Başqa sözlə desək Daşkəsənin siması də... | ANL |
Amu-Dərya sahillərində öldürülən azərbaycanlı. 1918-ci il iyun ayının 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan "Sülh və dostluq müqaviləsi"nə əsasən ölkəmizi hərbi müdaxilədən xilas etmək üçün Türkiyə hökuməti Osmanlı ordusunun tərkibində Azərbaycan könüllülərindən ibarət Qafqaz ... | ANL |
İşğal etdiyi Azərbaycan ərazilərində təbiəti və canlıları məhv edən Ermənistanı beynəlxalq təşkilatlar cəzalandırmalıdırlar. Planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya qəbul edilmişdir. Bu protokolda biomüxtəlifliyin qorunmas... | ANL |
Bakıda dünyada ilk dəfə olaraq tətbiqinə start verilən "İKT Sammiti Modeli"nin qalibləri mükafatlandırılmışdır. Mayın 24-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən (DƏİKGF) beynəlxalq münasibətlər üzrə tədris proqramı layihəsi çərçivəsində təşkil edilən "İKT Sammiti Modeli"nin bağlanışı v... | ANL |
Tədqiqatların və beynəlxalq əlaqələrin əhatə dairəsi genişlənir. Bu il mart ayının 11-də Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində sıradan çıxmış "Fukuşima-1" Atom Elektrik Stansiyasındakı hadisələr atom elektrik stansiyalarının təhlükəsizliyinə yenidən baxmaq zərurəti yaradıb. Milli Elmlər Akademiyasının Rad... | ANL |
Sənət sərhəd tanımır. Dövlət müstəqilliyimizin bərpasının 20 ili ərzində Azərbaycan mədəniyyəti öz qanadlarını geniş açaraq dünyanın möhtəşəm ölkələrini dolaşmaqdadır. İllərdir ki, ənənəyə çevrilmiş bir mərasim - Azərbaycan Mədəniyyət günləri müxtəlif ölkələrdə müvəffəqiyyətlə baş tutur. İncəsənət xadimlərimizin iştira... | ANL |
Azərbaycan bəstəkarı Azər Dadaşovun musiqisi okeanın o tayında səsləndirilmişdir. Bu günlərdə ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində keçirilmiş konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, əməkdar incəsənət xadimi Azər Dadaşovun "Şükürlər olsun sənə" ariya-duası səsləndirilmişdir. AzərTAc xəbər verir ki, "B... | ANL |
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Əsəd Alamı qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Əsəd Alamı qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildi... | ANL |
Gürcüstanın Prezidenti zati-aliləri cənab Mixeil Saakaşviliyə. Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan mö... | ANL |
Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında. Sabirabad rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması zərurətini, habelə 16 min nəfərdən artıq əhalisi olan Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənli, Əlicanlı və Zəngənə kənd sakinlərinin müraciətlə... | ANL |
Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il mayın 10-da "Buta" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təntənəli mərasimdəki nitqində demişdir: "Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir öl... | ANL |
Bakıda GUAM-ın "Ticarət və nəqletməyə yardım layihəsi"nin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 14-cü iclası öz işinə başlamışdır. Mayın 25-də Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın "Ticarət və nəqletməyə yardım layihəsi"nin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 14-cü iclası öz işinə başlamışd... | ANL |
Əlaqələr genişlənir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələri Baş Qərargahının Təminat və Təchizat İdarəsinin rəisi general Xəlifə Məhəmməd Səni Ər-Rumeysinin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin (MSN) dəvəti ilə Azərbaycanda səfərdədir. MSN-dən AzərTAc-a bildirmişlər ki, səfər m... | ANL |
Əli Həsənov: Azərbaycan hökuməti növbəti "Eurovision" yarışmasını təşkil etməyə tam qadirdir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "Trend"ə müsahibəsi. - Əli müəllim, Avropa Yayımları Birliyinin (AYB) son "Eurovision" yarışmasının nəticələri artıq bəllidir. Azərbaycan tə... | ANL |
Yeni "Geostrategiya" jurnalı nəşrə başlamışdır. Azərbaycanda aylıq ictimai-siyasi, elmipublisistik "Geostrategiya" adlı yeni jurnalın ikinci nömrəsi çapdan çıxmışdır. Təsisçisi "Kaspi" geosiyasi araşdırmalar mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur. Azərbaycanda kifayət qədər ... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.