text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Oralarda kimlər var: Rövşən Xasayoğlu. RÖVŞƏN XASAYOĞLU KİMDİR. Rövşən Xasayoğlu Neftçala rayonunda anadan olmuşdur. Neftçala şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının-ADNA) Kimya Texnologiyası fakültəsinə daxil olmuşdur.Universiteti... | ANL |
Açıq cəmiyyət, plüralizm və mətbuat: Reallığın təhlili, perspektivə baxış. - Mətbuat Şurasının fəaliyyətini, bu qurumun mətbuatın, curnalistikanın inkişafı yönündə gördüyü işləri necə qiymətləndirərdiniz? - Bu gün Azərbaycan Mətbuat Şurası çox lazımlı və unikal işlər görür. Amma onun da imkanları məhduddur. Mətbuat Şur... | ANL |
Aldanmış ulduzlar. Mən özümün sadəcə növbəti köşə yazımı yazmışdım. Amma görünür ki, adamlar kimi yazıalrın da taleyi var və bu tale müəllifin özünün də iradəsindən asılı deyil. Facebookda çoxsaylı paylaşmalar və rəylər, müxtəlif saytlarda cavab yazıları, “Azadlıq” radiosunun “Oxu zalı”nda iki həftədən bəri davam edən ... | ANL |
Britaniya generalının Bakı gündəlikləri. Rusiya imperiyasının süqutundan sonra, xüsusən də 1918-ci ildə Bakı uğrunda mübarizə özünün son həddinə çatmışdı. “Qırmızı” və “ağ” ruslar, ingilislər, almanlar Bakıya, daha doğrusu, Bakı neftinə sahiblik uğrunda ölüm-dirim savaşına qalxmışdılar. Öz maraqlarını güdərək bu qüvvəl... | ANL |
Hələ yoldadır qatar. Anarın iki şeiri haqqında düşüncələr. Ara-sıra şeirlər yazsa da, Anar özünü peşəkar şair hesab etmir. Bədii əsər insan hisslərinin, duyğularının, düşüncələrinin ifadəsidir və bunun nəsrlə, ya şeirlə ifadə edilməsi şərti məsələdir. Anarın “Əsərləri”nin dördüncü cildində şeirləri də nəşr olunub. Anar... | ANL |
Azərbaycan təhsili yeni tədris ili ərəfəsində. MİSİR MƏRDANOV: “ÖTƏN DÖVRDƏ TƏHSİLİN MƏZMUNUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ MÜHÜM İŞLƏR HƏYATA KEÇİRİLİB”. “2011-2012-ci tədris ilində mək təblərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox ciddi işlər görülüb. Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tə... | ANL |
Yunanıstanın paytaxtı Afinanın sakit küçələrindən birində axşamdan xeyli keçmiş iki güllə səsi eşidildi. Yaşadığı binanın qarşısında hava limanına getmək üçün taksi gözləyən məşhur erməni terrorçusu, ASALA təşkilatının qurucusu Akop Akopyan öldürülmüşdü. Akopyan son illər Yunanıstanda məskunlaşmışdı, Yəmən vətəndaşı He... | ANL |
“Azərbaycan Ramil Səfərov məsələsində məhz ABŞ-ın ata biləcəyi addımı atıb”. “AMERİKA HÖKUMƏTİ ƏCNƏBİ DÖVLƏT VƏ QURUMLARIN İTTİHAMLARINA BAXMAYARAQ, İSTƏNİLƏN HALDA ÖZ HƏRBÇİLƏRİNİ MÜDAFİƏ EDİR”. Müsahibimiz ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru Adil Bağırovdur. - ABŞ-dakı Azərbaycanlı İcması Azərbaycan... | ANL |
“Macarıstan hakimiyyəti bilirdi ki, Ramil Səfərov əfv oluna bilər”. - Macarıstanda həbsdə saxlanan Azərbaycan ordusunun zabiti Ramil Səfərov Azərbaycana verildiyinə və vətəndə əfv olunduğuna görə Ermənistan və erməni lobbisi Azərbaycana qarşı kampaniyaya başlayıb. Beynəlxalq qurumlar, bir neçə dövlət, o cümlədən ATƏT-i... | ANL |
Yay sıxıntıları. Bu budaq ağacda əyri qalıbdı. Çəkib qəribliyin ağrı üzünə. Çəkib təkliyinin anrı üzünə. Tənha qalıbdı, ayrı qalıbdı. Çəkib kölgəsini, Çəkib. Nəmi, nimdaşını topa buluddan. Gəlibdi hərdənbir xəta, buluddan. Çırpılıb çiçəyi, barı, qalıbdı. Düymələnib, Düyün düşüb göy səmanın yaxasında. Ümid kökə, Qürurun... | ANL |
Zərdüşt Şəfi haqqında. Necə deyərlər; “Ölüm sevinməsin qoy”, onun mövzumuza dəxli yoxdur. Bu yazı əsl istedad haqqındadır. Əsl kitab haqqında. Əsl kitablar isə heç vaxt ölmür. Bu yazı Zərdüşt Şəfinin “Başqa adamlar” kitabı haqqında bir oxucu sözüdür. Yaxşı ki, ürək sözlərimi onun özünə sağlığında demişdim. Yarızarafat,... | ANL |
Artıq 10 ildir ki, Qubada STMEGİ Beynəlxalq xeyriyyə fondunun dəstəyi ilə “Birlik – Edinstvo” qəzeti oxucularla görüşə gəlir. Bu günlərdə qəzetin nəşrə başlamasının 10 illik yubileyi təntənə ilə qeyd olunub. Region mediasının keçdiyi inkişaf yoluna nəzər salmaq üçün, “Birlik – Edinstvo” qəzetinin də fəaliyyətini işıqla... | ANL |
“Ali məktəblərə qəbulun azaldılmasının əleyhinəyəm”. MİLLİ MƏCLİSİN SOSİAL SİYASƏT KOMİTƏSİNİN SƏDRİ HADİ RƏCƏBLİ: “DƏRS DEYƏ BİLMƏYƏN, 4-CÜ SİNİF ŞAGİRDİNDƏN DƏ AZ BİLƏN MÜƏLLİMLƏRDƏN XİLAS OLMALIYIQ”. – Hadi müəllim, bu günlərdə mətbuatda belə bir fikir səsləndirmisiniz ki, müəllimlərin, təhsil işçilərinin statusu yü... | ANL |
CİDDİ, YOXSA YÜNGÜL MATERİALLAR? Texnoloji yeniliklərlə zəngin olan 20-ci əsr və xüsusilə də 12 ilini arxada qoyduğumuz 21-ci əsr digər sahələrdə olduğu kimi, media, kütləvi informasiya vasitələri sahəsində öz sözünü deməkdə, öz diqtəsini etməkdədir. İstəsək də, istəməsək də bu, belədir, dövrün və reallığın tələbi kimi... | ANL |
Müsahibələrinin birində özünü “Payız adamı” adlandıran, əsərlərinin əksəriyyətinin xəzan dövrünün məhsulu olduğunu deyən dəyərli şairimiz Rüstəm Behrudi bu gün 55 yaşını qeyd edir. 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində dünyaya gələn türkçü, millətçi, şaman ruhlu şair təkcə doğulduğu və məşhurlaş... | ANL |
Azərbaycanda jurnalist hazırlığı: keçmişə, indiyə və gələcəyə baxış. MÜSAHİBİMİZ BAKI DÖVLƏT UNİVERSİTETİNİN PROFESSORU, FİLOLOGİYA ELMLƏRİ DOKTORU NƏSİR ƏHMƏDLİDİR. Müasir dövrdə mətbuatımızın inkişafında müxtəlif tendensiyalar özünü göstərməkdədir. Bu da bəzən mətbuatımızın keçmiş və çağdaş durumuna müqayisəli yanaşm... | ANL |
“Ermənistan Azərbaycanın, Hindistan Pakistanın torpaqlarını işğal edib”. İNAYAT ULLAH KAKAR: “AZƏRBAYCAN TORPAQLARINI İŞĞAL ETDİYİ VƏ BEYNƏLXALQ HÜQUQ NORMALARINI POZDUĞU ÜÇÜN PAKİSTAN ERMƏNİSTANI BİR DÖVLƏT KİMİ TANIMIR”. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının “Qadın klubu”nun bu dəfəki qonağı Pakistan İslam R... | ANL |
İlk dəfə səsini eşitmişdim. Atam rəhmətlik də sağ idi. Adətən gözəl səs eşidəndə, səksənirəm, ürəyim, qəfil sevgilisini görən adam kimi, yerindən öynayır. Onda da belə olmuşdu. Səsini eşidib səksənmişdim. Qaçaraq televizorun qarşısına gələndə, onun Aşıq Şakir olmadığını görüb, atamdan sual etmişdim: “Ata, bu oxuyan kim... | ANL |
Azərbaycanda jurnalist hazırlığı: keçmişə, indiyə və gələcəyə baxış. – Qeyd etdiniz ki, təkcə Bakı Dövlət Universiteti bir ildə səksən nəfər jurnalisti media aləminə buraxır. Bu fakt özlüyündə artıq jurnalistikaya kütləvi axından xəbər verir. Üstəlik qeyri-ixtisas sahiblərinin mətbuata “hücumu”. Jurnalistikanın keyfiyy... | ANL |
2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən məlum terror aktlarından sonra dünyada terrorizmə qarşı münasibət dəyişdi deyənlər yanlışlığa yol verdi. Bu gün demokratiyadan, insan hüquqlarından ağızdolusu danışan Avropanın mərkəzində ermənilərə məxsus terror təşkilatları fəaliyyət göstərirsə, onda hansı antiterrordan d... | ANL |
“Azərbaycanla Özbəkistan əlaqələri aydın müəyyən olunmuş strateji prioritetlərə və istiqamətlərə malikdir”. Müsahibimiz Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Farziyevdir. – Cənab səfir, Azərbaycanla Özbəkistan arasında münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz? – Bu suall... | ANL |
Azərbaycanda jurnalist hazırlığı: keçmişə, indiyə və gələcəyə baxış. – Jurnalistika Universitetinin yaradılması ilə bağlı ideya gündəmə gətirilib. Buna münasibətiniz necədir? – Mən bu ideyanı dəstəkləyirəm. Bu jurnalistikamızın inkişafına təkan verər. Jurnalistika fakültələrinin maddi-texniki bazası təkmilləşdirilməlid... | ANL |
Dörd ölçünün bir məqamı. İnsan təxəyyülünün ecazkar ifadə forması poeziya barədə bəşəriyyətin sonuncu peyğəmbəri Məhəmməd Peyğəmbərin şairlərə verdiyi qiymət bütün dövrlərdə önəmlidir. Dünyanın ən mükəmməl səmavi kitabı “Qurani-Kərim” bəşəriyyətə gözəl, ahəngdar şeir dilində bəxş olunduğuna görə əleyhdarları Məhəmməd P... | ANL |
“Əvvəllər parlamentə gələn tərcümələr bərbad vəziyyətdə idi...”. Müsahibimiz millət vəkili, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevadır. –Gövhər xanım, bildiyiniz kimi, bizdə uşaqların bəzən lap erkən yaşlarından bəzi valideynlər tərəfindən başqa dillərə yönləndirilməsi, onların ingilis va ya rus... | ANL |
Gözəl bir gün idi. Mürşüdlə Talış çökəkdəki çayxanada oturmuşdular. Çayçı onlara çay təklif etsədə imtina etmişdilər. Lal-dinməz bir birinin üzünə baxırdılar. Daha doğrusu söhbət etməyə mövzu yoxuydu. Söhbət tükənmişdi. Xalıqı gözləyirdilər,o nisbətən cavan idi və işləyirdi, nəyə görəsə o da gecikirdi. Mürşüd əl barmaq... | ANL |
DİLMANCDI QÖVMÜNƏ, DÜNYAYA ŞAİR! Şair səlahiyyəti. Zamandan dikələn əyrini, düzü. Xalqın dar günündə gərəkli sözü. Şair demədisə, him-cim deyəcək! Gəlib hay verməyə min haya şair! Dilmancdı qövmünə,dünyaya şair! Tanrıdan vergili, övliya şair. Müəmma çözəcək, tilsim deyəcək! Şair öygüsünü Peyğəmbər verib: Yarımpeyğəmbər... | ANL |
Dünya səndən kimlər keçdi... ƏLİAĞA KÜRÇAYLI HAQQINDA SÖZ. Təəssüf edirəm və özümə bağışlamıram. Niyə mən gözəl şairimiz Əliağa Kürçaylı ilə tanış ola bilməmişəm? Axı, mən tələbə ikən onu Yazıçılar İttifaqında, ədəbi məclislərdə, şeir gecələrində, küçədə, yolda dəfələrlə görmüşdüm.Bir dəfə Filarmoniyanın Yay zalında on... | ANL |
Real gerçəklik və bədii həqiqətin harmoniyası. Sənət əsəri insana təsir gücünü real həyat hadisəsinə bədii münasibətin nisbətindən alır. Yaradıcı sənətkarın bu nisbətə ölçülü yanaşmasını isə çox zaman hadisənin miqyası və cəmiyyətdə doğurduğu rezonans müəyyən edir. Real həyat hadisələrindən uzaq, yalnız təxəyyülə söykə... | ANL |
Oralarda kimlər var: Əlifbamızı düşünənlər-1. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib. AMEA prezidenti APA-ya açıqlamasında deyib ki, hələlik rəhbərlik etdiyi qurum Azərbaycan əlifbasının dəyişdirilməs... | ANL |
Azərbaycanda jurnalist hazırlığı: keçmişə, indiyə və gələcəyə baxış. Mənim bir təklifim var: onu ÜMİD adlandırmışam. Ümummilli İnkişaf Doktrinası.İnkişafa nail olmaq üçün mətbuatın üç əsas funksiyası buna xidmət eləməlidir. Bizim millət olaraq işimiz çoxdur. Söhbət təkcə Qarabağdan getmir, Dərbənd, Borçalı kimi dərdlər... | ANL |
Azərbaycanın ilk ordu marşı. İLK ORDU MARŞIMIZ 16 YAŞLI BİR YENİYETMƏNİN GƏNCƏYƏ GƏLMİŞ NURU PAŞAYA HƏSR ETDİYİ ŞEİRƏ BƏSTƏKAR-TARZƏN MƏŞƏDİ CƏMİL ƏMİROVUN MUSİQİ YAZMASI İLƏ YARANDI. Yenicə yaranmış Azərbaycan Cümhuriyyətinin xilası üçün 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun hissələri ilə Gəncəyə gəlmiş komanda... | ANL |
“Mənbələri müqayisəli təhlil etməsən, yazdığın tarixin heç bir qiyməti olmaz”. Akademik Nailə Vəlixanlı: “Milli Azərbaycan Tarixi Muzeyi öz fondlarının zənginliyinə görə dünya muzeylərindən geri qalmır”. Müsahibim - görkəmli alim, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, tarix elmləri dok... | ANL |
Britaniya generalının Bakı gündəlikləri. Yerdəyişmə təsadüfi deyildi. İngilislər Bakıya daha yaxın olmaq, ilk imkan yaranan kimi Xəzərin Azərbaycan sahillərinə keçmək istəyirdilər. Artıq Tiflislə bağlı planlar dəyişilmişdi. Alman hərbi qüvvələrinin bu şəhərdə yerləşməsindən sonra Denstervil missiyasının Gürcüstan payta... | ANL |
Səma həsrəti. Qafqaz qədim xalqların muzeyidi desək, yanılmarıq. Zamanın keşməkeşlərində keçilməz dağ gədiklərinə, qaya gündöyənlərinə qısnadılmış müxtəlif xalqların qalıqları minilliklərlə yanaşı yaşasalar da öz dillərini, adət-ənənələrini qoruyub saxlayıblar. Tapındıqları torpağın da suyuna, havasına sadiq qalıblar. ... | ANL |
“Azərbaycanın təhsil tarixi”: təhsil haqqında dəyərli salnamə. Bu günlərdə Azərbaycanın təhsil naziri, tanınmış ziyalı, ictimai xadim, professor Misir Mərdanovun “Azərbaycanın təhsil tarixi” kitabının IV cildi çapdan çıxıb. Kitabın IV cildində müstəqillik illərində ali təhsilin inkişaf meyilləri, mövcud problemlər və o... | ANL |
“Rəsulzadə, Şəhidlər Xiyabanı və ya ictimai qınaq”. Ankaradan Bakıya gəldikdən bir neçə gün sonra gecə vaxtı ailəliklə Şəhidlər Xiyabanına getdik. Bir kənarda oturub bayrağın çırpınışlarını dinləyirdim. Qeyri-ixtiyari olaraq facebooka girib status yazdım. Atası şəhid milli qəhrəman bir dostum bu statusdan sonra mənə bi... | ANL |
Mətbuat tariximizdə Rzaqulu Nəcəfov imzası: keşməkeşli ömrün səhifələri. Azərbaycan mətbuat tarixində Rzaqulu Nəcəfovun xüsusi yeri vardır. Naxçıvan, Tiflis və Bakı ədəbi mühitində, eləcə də ictimai-siyasi fəaliyyətində fəallığı və işgüzarlığı ilə seçilən Rzaqulu Nəcəfov Sovet hakimiyyəti illərində çox az xatırlanan şə... | ANL |
Moskvada Nizami təntənəsi. Moskvanın üzü nə qədər soyuq olsa da, Bakıdan gələn ziyalı qonaqlarına ev sahibliyi edəcək doğma insanları olan yerdir. Buranı qürbət saymamağın ən başlıca arqumenti – Sovet İttifaqındakı birlikdəliyimizdən başqa, hətta başını qaldırıb azərbaycanlı adını daşıyan küçədən keçdiyin, Puşkini sənə... | ANL |
Fərhad Bədəlbəyli: “Bu gün “Ölülər” filmini efirə verməyə qorxurlar ki, birdən mollaların xətrinə dəyər”. “Biz hamımız sabah ad gününü qeyd edəcəyimiz Üzeyir bəyin çörəyini yeyirik”. Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Milli Musiqi Günü ərəfəsində APA-y... | ANL |
Bahadır Fərmanın bahar ümidləri. Bahadır Fərman Gəncənin urvatlı, dəyərli şairlərindən biridir, çünki onun sözündə əxlaqı, tərbiyəsi görünür. Bahadır müəllimin şəxsiyyətinə və sözünə yaxından bələd olduğum üçün deyirəm. Bahadır Fərmanda ürək söhbət edir, hər şeyi ürək xatırlayır. Hətta epitetləri, təşbehləri də qafanın... | ANL |
"Minsk qrupu vaxtında bəyanat verməlidir". Müsahibimiz Azərbaycan-Amerika Şurasının (AAC) İdarə Heyətinin üzvü, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlıdır. –Yusif bəy, bu günlərdə “Daşnaqsütyun” partiyası Ermənistanı Qarabağ münaqişəsinə dair Azərbaycanla danışıqları davam etdirməkdən imtina ... | ANL |
ASALA: erməni terrorunun iç üzü. Dünya praktikasında terrorçuların fəaliyyətlərinə yanaşma tərzlərində ikili yanaşma mövcuddur. Bundan əlavə məhbusların ektradisiyasında da ikili standartlar həmişə müzakirə obyekti olub. Xüsusən də, erməni terrorçularının müxtəlif bəhanələrlə azadlığa buraxılması qarşılığında Ramil Səf... | ANL |
FİKRƏT ŞİRİYEV: “YAŞADIĞIMIZ DÖVRDƏ ÇOX BÖYÜK PROSESLƏR BAŞ VERDİYİNƏ GÖRƏ, BİZİM NƏSİL ÇOX BÖYÜK NAİLİYYƏTLƏR ƏLDƏ EDƏ BİLMƏDİ”. Bütün universitet onu belə tanıyır, elə bu cür də sevir. Bəzilərinin zənnincə o, jurnalistlərdən yaxşı jurnalist, bəzilərinə görə yaxşı şair, dilçi-alimdir. Ən əsası isə odur ki, Fikrət müəl... | ANL |
UNA CÜZİ MİQDARDA MÜƏYYƏN MADDƏ QATMAQ HESABINA BU NƏTİCƏ ƏLDƏ EDİLİB”. – Hadi müəllim, yaxın günlərdə Milli Məclisin (MM) payız sessiyası öz işinə başlayacaq. Parlamentin Sosial siyasət komitəsi sessiyaya hansı qanun layihələrini təqdim etməyi nəzərdə tutur? – Payız sessiyası üçün bir sıra sənədləri müzakirəyə təqdim ... | ANL |
Peşəkar. Hafiz İmamnəzərli. İnsan yaradılışın ən qəribə və mübhəm duyğularını özündə ehtiva edir. Bəlkə də ilk baxışdan şablon, bir az da bəsit təsir bağışlaya biləcək, fəlsəfi sitat lovğalığına cəhd kimi qiymətləndiriləcək deyimdir: – oxucu çöhrəsindəki istehzalı cizgiləri sanki ekrandakıtək görürəm. Fəqət elə bu qəri... | ANL |
Xurşidbanu Natəvan ömrünün poetik salnaməsi. Ədəbiyyat tariximizdə dərin iz qoymuş şairlərdən olan Xurşidbanu Natəvanın adı gələndə bu gün gözlərimiz önündə düşmən tapdağı altında inləyən gözəl Qarabağımız canlanır. Qarabağ ədəbi mühitinin formalaşmasına, inkişafına mühüm təsir göstərən Natəvan xalqımızın milli-mədəni ... | ANL |
“Minsk qrupu öz missiyasını yerinə yetirə bilmir”. MİLLİ MƏCLİSİN İNSAN HÜQUQLARI KOMİTƏSİNİN SƏDRİ RƏBİYYƏT ASLANOVA: “HƏMSƏDRLƏRİ DƏ ETİRAF EDƏRLƏR Kİ, MÜNAQİŞƏNİN HƏLLİ İSTİQAMƏTİNDƏ HANSISA CİDDİ ADDIMLARI OLMAYIB”. – Rəbiyyət xanım, Macarıstanda həbsdə olan Azərbaycan zabiti Ramil Səfərovun azadlığa buraxılması il... | ANL |
Elmira Süleymanova: “Biz gələcəyə inamla baxırıq". Hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsüylə “Sülh aylığı” keçirilir. Elmira Süleymanova ilə söhbətimizə də elə bu mövzu ilə başladıq. İlk sualımız “Sülh aylığı” təşəbbüsünün haradan qaynaqlanması i... | ANL |
Dəyərli bir kitab haqqında dost qeydləri. Bakıya gəldiyim günün səhəri orta məktəbdə bir sinifdə oxuduğumuz mehriban bir dostumu görmək arzusu ilə Azərbaycan Yazıçılar Birliyinə üz tutdum. İkinci mərtəbədə bir nəfərdən Abbas Abdullanın hansı otaqda olduğunu soruşdum və o, mənə həmin otağı göstərdi. Birinci gedişim uğur... | ANL |
Mehriban Ələkbərzadə: "Televiziyanın indi məqbul sayılan variantı mənim üçün qəbulolunmazdır". Rejissor Mehriban Ələkbərzadə ilə onun çalışdığı məkanda - Akademik Milli Dram Teatrında görüşdük. Girişdə Mehriban xanımın burda olmadığını dedilər. Amma sonra məlum oldu ki, xanım rejissor teatrda səhnələşdiriləcək yeni tam... | ANL |
Sentyabrın 21-i Azərbaycanın tanınmış şairəsi Nurəngiz Günün doğum günüdür. Azərbaycan Dövlət Teatr İnstitutunun məzunu olan Nurəngiz Gün Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışıb. Azərbaycan Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında ... | ANL |
“O dağlar azaddı” - dedi Hüseyn Kürdoğlu... Mərhum deməyə dilim gəlmədiyi Hüseyn Kürdoğlu adlı bir gözəl şairimiz həyatımın ağır keçən, son üç ayda az qala ölümlə uğraşdığım günlərin birində yuxuma gəldi. Bu yuxunu necə yozacağımı bilmirəm. Bircə onu deyə bilərəm ki, çox zaman yuxular çin olur və bu yuxuda Hüseyn Kürdo... | ANL |
Ara- sıra Şamxal Rüstəm yadıma düşəndə, böyük rus şairinin bu sözlərini xatırlayıram. Elə bil, bu sözlər otuz ildən çox tanıdığım Şamxalın keçdiyi ömür yolunun boyuna biçilib. Ötən əsrin 70 -ci illərində ədəbi aləmə gələnlərin hamısı Şamxal Rüstəmi yaxşı tanıyır. Çünki Şamxal o sıranın önündə gedənlərdən idi. Əlbəttə, ... | ANL |
Aldanmış ulduzlar (İkinci yazı). Yazının birinci hissəsi dərc olunandan sonra Aysel xanım bir dəstə cavanı da başına yığıb banket keçirdi və bununla da, yüksək səviyyəli bir jurnal buraxdığını restoran səviyyəsində “təsdiq etdi.” Yaxşı elədi, yeyib-içmək, şənlənmək insana, xüsusən də cavanlığa çox yaraşır. Amma bir ayd... | ANL |
Oralarda kimlər var: Əlifbamızı düşünənlər-2. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib. AMEA prezidenti APA-ya açıqlamasında deyib ki, hələlik rəhbərlik etdiyi qurum Azərbaycan əlifbasının dəyişdirilməs... | ANL |
Sahibi və nəşriyyat müdiri Çingiz Göygöl idi. Jurnal Azərbaycan Kültürünü Tanıtma Dərnəyi və Azərbaycan Yardımlaşma Dərnəyinin yayım orqanı olaraq nəşr edilirdi. Başlıca istiqaməti belə idi: “Aylıq ictimai fikir məcmuəsi”. “Mücahid” dərgisi fəaliyyət proqramında aşağıdakı qayəyə üstünlük verəcəyini bildirirdi: “Kommuni... | ANL |
Ağaca dönən Zərdüşt! Zərdüşt Şəfi. “Başqa adamlar” kitabının təqdimat mərasimində düşündüklərimdən yazmaq istəyirəm. Kiminsə sevincinə şərik olmaq, xoş hadisələrdən yazmaq daha rahatdı, ona görə. Niyyətim gerçəklikdən qaçmaq deyil. Yaxşı başa düşürəm ki, ölüm geri qaytarılması mümkün olmayan kino lentidir. İtkiyə ağlam... | ANL |
Mustafa Çəmənlinin “Ölüm mələyi” romanı nəşr edilib. Tanınmış yazıçı Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanı işıq üzü görüb. “Xallı gürzə”, “Səs qərib olmur”, “Fred Asif”, “Ruhların üsyanı” və başqa dəyərli kitabların müəllifi olan yazıçının “Ölüm mələyi” əsərində Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli... | ANL |
Təşəkkürlər və arzular. Tarixin dünəninə nəzər saldıqda görürük ki, elə şəxsiyyətlər var, tarixi elə onlar özləri yazıblar. Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəyli məhz belə şəxsiyyətlərdəndir! Doğrudan da dahilər heç vaxt ölmürlər! Mən peşəkar musiqiçiyəm. Azərbaycanın adı, onun mədəniyyəti m... | ANL |
Britaniya generalının Bakı gündəlikləri. (Əvvəli ötən şənbə saylarımızda). Vəziyyətin ağırlığına baxmayaraq Sentrokaspi rəsmiləri Denstervilin hələ bir müddət İranda ləngiyərək daha böyük hərbi güc toplamasını məqbul sayırdılar: “Onların belə bir sarsaq fikri vardı ki, qüvvələr hamısı gəlib çatana qədər Ənzəlidə gözləy... | ANL |
Ramil Səfərovun xilaskarı cənab Prezident İlham Əliyevə məktub. Nəriman Həsənzadə, Xalq şairi. Cənab Ali Baş Komandan, sərəncamın muğam oldu, Şəhidlərin məzarına bu əklil ehtiram oldu. Azərbaycan nəfəs aldı, ürək bir az aram oldu, Ulu Tanrım çox görməsin bu torpağa-daşa səni. Sən Vətənin şərəfini qoruyursan, qoru belə,... | ANL |
“Azərbaycanın təhsil tarixi”: təhsil haqqında dəyərli salnamə. Azərbaycanın təhsil naziri, tanınmış ziyalı, ictimai xadim, professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” Azərbaycanın təhsil tarixinin publisistik dillə qələmə alınan ensiklopediyasıdır. Azərbaycan təhsilinin tarixi ilk dəfədir ki, bu cür əhatəli v... | ANL |
Azərbaycanın artan uğurları və Qərbin “qəribə” narahatlığı. Avropa Parlamentinin Ramil Səfərovun əfvi ilə bağlı əsassız və ədalətsiz qətnamə qəbul etməsi bir daha göstərdi ki, Azərbaycana münasibətdə Qərb hələ də öz ənənəvi ikili standart siyasətindən əl çəkmək niyyətində deyil. Bu addım həm də onun göstəricisi oldu ki... | ANL |
Səsiylə – sədasıyla Azərbaycanımın dünənindən bu gününə körpü salan, boy – buxununda Dəmbəlo dağının ucalığını, səsində Viləşçayın coşqunluğunu, Şır-şır bulağın həzinliyini yaşadan sənətkar barədə duyğularımı ipə-sapa düzüb, nəsə babat bir ürək sözü yazmaq çoxdankı arzumdur. Amma yazdıqlarıma baxanda İlhamın mavi ekran... | ANL |
Açıq cəmiyyət və mətbuat. XX əsrin sonu, XXI əsrin əvvəllərində Azərbaycanda müstəqillik, azadlıq, demokratiya dalğası ölkənin inkişafı və Qərb dəyərlərinə yanaşması ilə bərabər, KİV-in də çox sürətli tərəqqisi və cəmiyyətdə mövqelərinin möhkəmlənməsi ilə müşayiət olundu. Bu iqtisadi-siyasi, sosial–mədəni, intellektual... | ANL |
Tənqid dedi-qoduya dönəndə... Holland atalarının belə bir sözü var: “Bir dəfə evlənmək əyləncə, iki dəfə evlənmək təcrübə, üç dəfə evlənmək isə axmaqlıqdır!”... Lətifənin birbaşa mənası Əsəd Cahangirdən uzaq, alt qatındakı məna, fikrimcə, bizim söhbətə xeyli yaxındır. Niyəsi də budur ki... ...Yazılarında nə dərəcədə ha... | ANL |
Burdan keçən atlı – Babək Hüseynoğlu. Qardaşdan danışmaq çətindi, o ki ola böyük qardaş və o da dünyada olmaya. Hüseyn Xəzərin “Burdan bir atlı keçdi” kitabı qardaşı haqdadı – hamımızın yaxşı tanıdığı jurnalist, televiziya sədri, qəzet redaktoru Babək Hüseynoğlu haqda. Kitabda, eyni zamanda, Xəzər Hüseynin öz nəsli – a... | ANL |
Elə gəzməyə də Vətən yaxşı. Uzun illərdən bəri müşahidə etdiyim bəzi məqamları oxucularla bölüşmək istəyirəm. Həyat elə gətirdi ki, biz ailə olaraq zaman tunelinin axarına düşdük. Ailə üzvlərimdən və yaxın qohumlarımızdan Rusiyaya alver, ticarət (bəzən buna biznes adı da qoymaq olar), qazanc məqsədi ilə gedənlərin prob... | ANL |
Yay sərgüzəştlərindən məktublar. Amerikada yaşayan qızım Günay oğlu Pərvizlə Bakıya gəlmişdilər. İyul ayını qaldılar. Amma Bakıya gəlməmişdən qarşımızda şərt qoymuşdular ki, qayıdanda biz də, yəni mən, Pərvizin nənəsi Roya xanım (adı Royadır, lakin təmiz azəri türküdür) bir də balaca Fikrət Qoca onlarla Amerikaya gedəc... | ANL |
“Tələbələrimiz bir çox ölkələrin universitetlərilə tanış olmaq imkanı qazanırlar”. Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Mehdi Abdullayevdir. – Mehdi müəllim, məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycanla qardaş Qazaxıst... | ANL |
“Birləşmiş Ərəb Əmirliklərində yaşayan həmvətənlərimiz çox fəaldırlar”. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız müxtəlif istiqamətlərdə həyata keçirdikləri tədbirlərlə Azərbaycanın təbliği istiqamətində mühüm addımlar atırlar. Bu gün öz fəallığı ilə seçilən diaspor təşkilatlarından biri də Birləşmiş Ərəb Əmi... | ANL |
Şah İsmayıl Xətainin ana dilində fərmanı. ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan həmvətənimiz, tədqiqatçı Həsən Cavadi tariximizə dair iki maraqlı materialı bizə göndərib. Bunlardan biri Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvilər dövlətinə gəlmiş Venesiya səyyahı Mikael Memberin qeydlərindən ibarətdir. İtalyan ... | ANL |
Türkiyə və Azərbaycan şairləri Türk dili günündə görüşüblər. Bu gün Yazıçılar Birliyinin (AYB) «Natəvan» klubunda AYB və İLESAM (Elm və Ədəbiyyat Sahibləri Məslək Birliyi) «Türkiyə və Azərbaycan şairləri Türk dili günündə görüşür» adlı birgə tədbir keçirib. 525.az-ın məlumatına görə, tədbirin moderatoru, Yazıçılar Birl... | ANL |
Gənc musiqiçilərimiz Bolqarıstanda. Bakı Musiqi Akademiyasının məktəb-studiyasının şagirdləri Bolqarıstanda keçirilmiş müsabiqələrdə qələbə qazanıblar. İstedadlar. Ustadlar” adlı XVII beynəlxalq müsabiqəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, professorlar Viktor Çuçkov... | ANL |
Cakkomo Puççini ilə yeni görüş. AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRINDA YENİ TAMAŞA. Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününü, sentyabrın 18-ni xalqımız hər il musiqi bayramı kimi qeyd edir. Bu il də həmin gündən başlayaraq IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində teatr və konsert ... | ANL |
Dəyişən zamanda dəyişməyən həqiqətlər romanı. Tarixən zəngin və qədim olan Azərbaycan ədəbiyyatının inkişafı prosesində nəsrin öz yeri var. XIX əsrdən etibarən formalaşan milli nəsrin nümayəndələri bir sıra yaradıcılıq özəllikləri ilə maraq doğurur və indiki müstəqillik illərində yeni ədəbi nəsil bunların sənət təcrübə... | ANL |
“Demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolu” müzakirə olunub. “AZƏRBAYCANDA MEDİA MÜHİTİ: MÖVCUD DURUM VƏ YENİ ÇAĞIRIŞLAR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSA YEKUN VURULUB. Sentyabrın 25-də Bakıda start verilən “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” mövzulu beynəlxalq ko... | ANL |
“Böyük Britaniyada Azərbaycan diasporunun güclü olduğuna inanıram”. Müsahibimiz Böyük Britaniyanın York Universitetində təhsil almış, York Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Ramin Həkimovdur. – York təşkilatı nə zaman yaranıb və əsas fəaliyyət istiqamətləri hansılardır? – Qeyd edim ki, 2010-cu ilin yanvarında B... | ANL |
Elçin Mirzəbəylinin “Poz bu sükutu” kitabının Yazıçılar Birliyində təqdimatı olub. Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda jurnalist, publisist və şair, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin “Poz bu sükutu” adlı kitabının müzakirə və imza günü keçirilib. Rəşad Məcid bir qədər nost... | ANL |
“Ustad aşıqlarımız” seriyasından “Aşiq Ələsgər” kitabı təqdim edilib. Sentyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər” kitabının təqdimat mərasimi keçirilmişdir. Sentyabrın 26-da M.F.Axun... | ANL |
Həqiqətən də Füzulini rindü-şeyda edən “bu nə sevdadır?” Niyə Füzuli bu sevdadan usanmır? Axı bu rindü-şeydalıq Füzuliyə nə verir? Hesab edirik ki, füzulişünaslığın bir sıra problemləri kimi bu sualların da cavabını tapmağın vaxtı gəlib çatıb. Bunun üçün Füzuli nəhrinə, Füzuli sehrinə baş vurmaq lazımdır. Bu gözəlliklə... | ANL |
Britaniya generalının Bakı gündəlikləri. (Əvvəli ötən şənbə saylarımızda). Vəziyyətin ağırlığına baxmayaraq Sentrokaspi rəsmiləri Denstervilin hələ bir müddət İranda ləngiyərək daha böyük hərbi güc toplamasını məqbul sayırdılar: “Onların belə bir sarsaq fikri vardı ki, qüvvələr hamısı gəlib çatana qədər Ənzəlidə gözləy... | ANL |
Mirzə Fətəlinin tale qohumu. Moskva Dövlət Universitetinin filologiya fakültəsini (1952) və SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını (1956) bitirib. Rusiya və keçmiş SSRİ xalqları ədəbiyyatı üzrə mütəxəssisdir. Müxtəlif dövrlərdə M. Qorki adına Ədəbiyyat İnstitutunda dərs deyib. Filologiya elml... | ANL |
Oralarda kimlər var: Allahverdi Eminov. ALLAHVERDİ EMİNOV KİMDİR. Dəmiryolçu ailəsində. Müxtəlif vaxtlarda Ali Təhsil Müəssisələrində dosent vəzifəsində çalışıb. Əsərləri : Araşdırmalar: Səməd Vurğunun poetikası, İsmayıl Şıxlının poetikası. Mir Cəlalın poetikası, Musa Yaqubun poetikası, Baba Mahmudovun musiqi fəlsəfəsi... | ANL |
Kamal Abdullanın “Yarımçıq əlyazması”ndan yarımçıq əlyazmaya doğru: yazı eposa qarşı. Prof. Maks Statkiyeviç ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, klassik mətnlər, fəlsəfə, komparativ mifologiya, ritorika üzrə mütəxəssisdir. ABŞ Viskonsin-Medison Universitetinin Müqayisəli ədəbiyyatşünaslıq kafedrasına rəhbərlik etmiş... | ANL |
Pərvinin həmsöhbəti Mətbuat Şurasının sədri Əflatun Amaşovdur. Pərvin: Əflatun müəllim, yəqin ki, insan həyatında həlledici məqamlardan biri sənət seçmək mərhələsidir. Seçdiyiniz sənətdə yüksək vəzifəyə qədər ucalmısınız. Uşaqlıq illərindən arzuladığınız, xəyal etdiyiniz həyat bu idimi? Əflatun Amaşov: (gülür) Suala də... | ANL |
Əməkdar artist Nuriyyə Hüseynova: “Heç vaxt Leylini oynamaqdan ötrü kiminsə qapısını döymədim”. “ Əməkdar artist, muğam ifaçısı Nuriyyə Hüseynovanın APA-ya müsahibəsi. - Azərbaycan muğam sənətinin bugünkü vəziyyəti haqqında fikirlərinizi bilmək istərdik. Ümumiyyətlə, bu gün “Azərbaycan muğamı inkişaf edir” fikri ilə ra... | ANL |
QADAĞAN İŞARƏSİni keçməyə az qalıb. İş elə gətirmişdi ki, Aqil Abbasın “Dolu” romanında təsvir olunan hadisələrin bəzilərinin iştirakçısı olmuşdum. Sonra iş bir də onda gətirdi ki, həmin roman əsasında ekranlaşdırılan filmin bəzi səhnələrinin çəkilışlərində iştirak etdim. - Bu, Qarabağ davası haqqında indiyə kimi çəkil... | ANL |
XXI yüzilliyin - “Təhsil əsri”nin qarşıya çıxardığı vəzifələr və perspektivlər. XXI əsrin Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Təhsil əsri” elan edilməsi beynəlxalq aləmdə ictimai-siyasi mövqeyindən və nüfuz dairəsindən asılı olmayaraq, bütün dünya dövlətlərinə ünvanlanmış bir xəbərdarlıq mesajıdır. Bu mesajda ink... | ANL |
Şərəfli adların qayıdışı. Sovet sisteminin özünəməxsus xüsusiyyətlərindən biri də tarixdə, ədəbiyyat tarixində lay-lay “ağ ləkələr” saxlamağı idi. Müəyyən tarixi şəxsiyyətlər, ədəbiyyat, elm, incəsənət xadimləri sanki heç həyatda olmamışdılar. Və əgər hər halda qısaca xatırlansalar belə, mütləq alçaldılmış şəkildə xatı... | ANL |
Şeirin peşində bir ömür: Məmməd İsmayıl. Ankaranın “Bəngü” nəşriyyatı görkəmli şairimiz Məmməd İsmayılın seçilmiş əsərlərindən ibarət 408 səhifəlik “Unutduğun yerdəyim” adlı şeir kitabını çap edib. Şeirləri Anadolu türkcəsinə tanınmış yazar İmdat Afşar uyğunlaşdırıb. M.İsmayılın qələm dostu, dəyərli ədəbiyyat adamı Ali... | ANL |
Dəyişən zamanda dəyişməyən həqiqətlər romanı. Yunus Oğuz Əmir Teymuru ümumtürk dahisi, dövlət xadimi, müdrik şəxsiyyət kimi qiymətləndirməklə məhdudlaşmır, onu islamın təməl faktorlarına-ehkamlarına əməl edən inamlı bir şərqli, islam “dinin hamisi” kimi, habelə yeniliyə meylli, milləti və dinin müasir həyatla ayaqlaşma... | ANL |
Davud Nəsibin ümid qatarı. Lap uşaqlıqdan yolları və qatarları sevirdi. Xəyalında o yollara düşüb çox getmişdi, o qatarlara minib dünyaları gəzmişdi. Hər gecə o qatarların səsini eşidər, vaqonların yorğun işıqlarını seyr edərdi: Bir uşağın intizarından. Köksü yaralı, Gedib-gələn qatarları. Xəyalında, ürəyində olanları,... | ANL |
Ləyaqət yolunun yolçusu... İnsan bəzirgan kimi doğulur, xoca kimi tərk edir bu ulu dünyanı. İnsanın gəlişi də bir xəbərdi, gedişi də bir xəbər. İnsanın gəlişi də bir səfərdi, gedişi də bir səfər. Və bu xəbər-səfər paralelində ya şəxsiyyət səviyyəsinə ucalır, ya da eləcə adam olaraq qalır insan. Onu tanıyanların qəlbind... | ANL |
Bu gün Moskva Ədəbiyyatçılar Evinin böyük zalında tanınmış şərqşünas alim, türkoloq, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin rəhbəri Tofiq Məliklinin 70 illik yubileyi ilə bağlı təntənəli gecə təşkil olunub. Rusiya və Azərbaycan ədəbi- mədəni və ictimai birliklərinin nümayəndələrinin qatıldıgı təbdir Tofiq Məlik... | ANL |
Açıq cəmiyyət və mətbuat. XX əsrin sonu, XXI əsrin əvvəllərində Azərbaycanda müstəqillik, azadlıq, demokratiya dalğası ölkənin inkişafı və Qərb dəyərlərinə yanaşması ilə bərabər, KİV-in də çox sürətli tərəqqisi və cəmiyyətdə mövqelərinin möhkəmlənməsi ilə müşayiət olundu. Bu iqtisadi-siyasi, sosial–mədəni, intellektual... | ANL |
Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr. 2011-ci ilin payızında Litva xarici ölkələrlə diplomatik əlaqələrini bərpa etməsinin iyirminci ildönümünü qeyd etdi. Ölkədə bir sıra dəbdəbəli tədbirlər təşkil olundu. İldönümü münasibəti ilə sentyabrın ortalarında Litva Respublikasının Seymində təntənəli icla... | ANL |
Vətən sevgisiylə yaşanan ömür. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Ceyhun Hacıbəylinin 120 yaşı tamam oldu. Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan bu görkəmli şəxsiyyətin yubiley mərasimini, təəssüflər olsun ki, geniş ictimaiyyət demək olar ki, qeyd etmir. Halbuki C.Hacıbəylinin və... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları: prof. Şamil Vəliyev. Əsərləri. Üçüncü cild. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). İmdiki əhdlər. Bolqariyanın Serbiya ilə ... | ANL |
QULU AĞSƏS POEZİYASI RUHANİYYAT MÜSTƏVİSİNDƏ. Əsl şeir necə olmalıdır? Bu sual bütün dönəmlərdə cavabsız, açıq olaraq qalır və qalacaq da. Fikrin, varlığa poetik münasibətin müxtəlifliyi özündə (əslində bütün sahələrdə) mahiyyəti bir, zahiri isə bir-birinə əks olan müxtəliflik, fərqlilik yaradır. Buna baxmayaraq, bütün... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.